Məhkəmə qərarları › İş №1(100)-302/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-302/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-302/2025 24.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1974-cü il tarixdə Samux rayonu Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilməyən tarixdə və mənbədən əldə etdiyi külli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, 35 (otuz beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini istintaqa məlum olmayan tarixdə və vaxtda yaşadığı – Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evinin həyətyanı torpaq sahəsində şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq göstərərək ətraflarını yumşaldaraq sulamış, alaq otlarından təmizləmiş və bu bitkilərin yaxşı bəslənməsi üçün kök ətrafına peyin verib becərib yetişdirməklə kultivasiya etmiş, 26 iyun 2024-cü il tarixdə saat 09 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən olaraq külli miqdarda kultivasiya etdiyi həmin əkilib-becərilməsi qadağan olunmuş, 35 (otuz beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi Təqsirləndirilən şəxs yaşadığı - Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evinin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kür çayının sahilində yabanı halda bitən çətənə kollarını görüb kolların toxumunu özü əkmək üçün götürmüş, evə gətirib həyətyanı torpaq sahəsində əkmişdir. Çünki o, kasıb olduğundan, müalicə etdirməyə imkanı olmadığından, həm də ağrıları tutan zaman dərmanın təsir etməməsindən özü əkib becərmək qərarına gəlmişdir. Buna görə də 2024-cü ilin aprel ayının xatırlamadığı bir günündə yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən evinin həyətində 35 ədəd çətənə kollarının toxumlarını gün şüalarının düşdüyü yerə gizlincə şəxsi istifadəsi üçün əkmiş, onun çətənə kollarını əkməyini heç kim bilməmişdir. Çətənə kollarını əkdikdən sonra o, sulamağa başlamışdır. Çətənə kollarının toxumlarından 35 ədəd çətənə kolları yetişmişdir. Çətənə kolları yetişdikcə o, həmin kolları sulamağa davam etmiş, bir neçəsinin yaxşı becərməsi üçün isə dayaq bağlamışdır. O, 8 ədədinin yaxşı bitməməsini vəhşiləşdiyini aşkar etdikdə o, həmin çətənə kollarını tulamışdır. Çətənə kollarını öz şəxsi istifadəsi üçün əkmişdir. Müalicəsi üçün isə Yaşat Fonduna və heç yerə müraciət etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanuni dövriyyəsi qadağan olunmuş narkotik vasitənin kultivasiyası ilə məşğul olmağı ilə bağlı əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat tədbiri həyata keçirilmiş, istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Samux rayonu, Qarayeri qəsəbəsində şəxsin yaşadığı evin həyatyanı ərazisinə baxış keçiriləcəyi bildirilmiş. Evin həyatyanı ərazisinə baxış keçirilən zaman həyatyanı ərazidən qulluq olunmuş, suvarılmış çətənə kolları aşkar olunmuşdur. Çətənə kollarının bir hissəsi qoparılıb atılmış, bir hissəsi isə torpaqda olmuşdur. Təqsirləndirilən şəxs uzun müddətdir ki narkotik istifadə etdiyini, öz şəxsi isdifadəsi üçün olduğunu bildirimişdir. Şahid2 əlavə olaraq əməliyyat məlumatının ona aid olduğunun və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 26 iyun 2024-cü il tarixdə şöbəyə Təqsirləndirilən şəxs qanuni dövriyyəsi qadağan olunmuş narkotik vasitənin kultivasiyası ilə məşğul olmağı ilə bağlı əməliyyat məlumatı daxil olmuş. Rəhbərliyin göstərişi ilə səhər saatlarında Təqsirləndirilən şəxs evinin həyətinə baxış keçirilmiş. Təqsirləndirilən şəxs özü ağrıları olduğu üçün isdifadə etdiyini səmimi etiraf etmişdir. Həyətinə baxış keçirilən zaman dirəklərlə 27-28 basdırılmış kollar, kökündən çıxarılmış 7 dənə də əlavə kollar olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmiş, vəkillə təmin olunmuş, videoçəkiliş keçirilmişdir. Şahid3 əlavə olaraq göstərmişdir ki, əməliyyat məlumatı Şahid2 aid olmuş, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 26 iyun 2024-cü ildə xidmətdə olan zaman Təqsirləndirilən şəxs qanuni dövriyyəsi qadağan olunmuş narkotik vasitənin kultivasiyası ilə məşğul olmağı ilə bağlı əməliyyat məlumatı daxil olmuş. Aqranom ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Aqranom çətənə kollarına qulluq olduğunu aşkar etmişdir. Baxış səhər saatları 08:30 radələrində həyata keçirilmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.2.-ci maddəsinin tələbinə əsasən Şahid1 qızı məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, yaşadığı evdə əri Rüstəm və azyaşlı oğlu Allahverdi ilə birlikdə qalır. Təqsirləndirilən şəxs əridir. Rüstəm 1992-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə getmiş, 1993-cü ilin mart ayında “Birinci Qarabağ döyüşləri”ndə yaralanmış, buna görə də hərbi xidmətdən təxris olunmuşdur. Hal-hazırda bədənində minamyot qəlpələri vardır. Əri Rüstəm narkotik vasitə olan “nəşə”, yəni qurudulmuş marixuanadan daimi istifadə edirmiş, məqsədi isə bədənində olan ağrıları kəsməkdir. 26 iyun 2024-cü il tarixdə saat 09 radələrində o, evdə olarkən Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evinin qapısı döyülmüş, o, evdə Rüstəmə qapıya baxmağı xahiş etmiş, Rüstəm evin qapısını açmış və qapını döyən şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişdirlər. Polis əməkdaşları Rüstəmə təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar təqdim etmişdirlər və demişdirlər ki, o, evin həyətində çətənə bitkilərinin əkməsi ilə məşğul olmağı barədə əməliyyat məlumatları vardır və ondan Rüstəmin iştirakıyla evə baxış keçirilməsini xahiş etmişdirlər, Rüstəm də bundan sonra evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. O, həmin vaxt evin içində imiş, evin həyətinə çıxmamışdır. Bir müddət keçmiş polis əməkdaşları Rüstəmlə bərabər çıxıb getmişdirlər. Sonradan bilmişdir ki, evin həyətyanı sahəsindən 28 ədəd çətənə kolları aşkar edilmişdir. Həmçinin toyuq tövləsinə atdığı 7 ədəd quru halda olan çətənə kolları da aşkar edilmişdir. Əri Rüstəmin çətənə kolları əkməsi barədə xəbəri olmamış, çətənə kollarını tanımırmış, evin həyətinə Rüstəm baxırmış deyə o, heç evin həyətinə keçmirmiş, ümumiyyətlə Rüstəm ona icazə vermirmiş, ancaq bilirmiş ki, Rüstəm nəşə çəkəndir, çünki ağrıları vardır. Azərbaycan Respublikası CPM-in 327.1.2.-ci maddəsinin tələbinə əsasən Şahid5 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsini tam kurs bitirmiş və rəsmi olaraq hal-hazırda Samux RİHB aparatının Sosial-iqtisadi İnkişaf Şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. 26 iyun 2024-cü il tarixdə AR DİNnin Samux RPŞ-nin baş təhqiqatçısı, polis kapitanı Rəcəb Cəbrayılov tərəfindən Samux rayon Qarayeri qəsəbə sakini - vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı torpaq sahəsinə narkotik tərkibli çətənə bitkiləri əkməsi ehtimalı və sözügedən torpaq sahəsinə baxış keçirilməsi üçün mütəxəssis qismində onun iştirakıyla bağlı qərar qəbul edilərək ona hüquq və vəzifələrim izah edilmiş və daha sonra həmin tarixdə, yəni 26 iyun 2024-cü il tarixdə saat 08:30-da Samux RPŞ-nin əməliyyat qrupunun üzvləri ilə Polis şöbəsinə məxsus xidməti avtomobillərlə Samux rayon Qarayeri qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı torpaq sahəsinə onun iştirakı və özünün göstərməsi ilə baxış istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı həmin həyətyanı torpaq sahəsində dibləri yaş halda, yaşıl yarpaqlardan və budaqlardan ibarət kökləri torpaqda olan kəskin iyli, narkotik tərkibli çətənə(kannabis) bitkilərinə bənzər bitki kolları, həmçinin dirəkdən istifadə edilməklə dayaq verilmiş çətənə kolları aşkar edilmişdir. Həmin bitkilərə baxış keçirilərkən hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmiş, belə ki, 28 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkilərinə bənzər bitki kollarının dibləri yumşaldılmaqla suvarıldğı üçün torpaq örtüyünün rütubətli olduğu, alaq otlarından təmizləndiyi, yaxşı bəslənməsi üçün peyin verildiyi aşkar edilmiş və Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, torpaqdan çətənə kollarını çıxardıb toyuq hininə tökmüşdür. Toyuq saxlamaq üçün nəzərdə tutulmuş həyətdə əlavə olaraq 7 ədəd kökündən çıxarılmış çətənə kolları da aşkar edilmişdir. Həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olması və ümumilikdə 35 ədəd bitkinin hər birinə aqrotexniki qaydada qulluq olunması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin bitkilər ucadan sayılmaqla bir-bir kökündən çıxarılaraq toplanmış və evin həyətində yerə düzülərək bir daha sayılıb uzunluqları ölçülmüşdür. Həmin narkotik tərkibli çətənə bitkilərinə bənzər kolların sayının 35 ədəd olduğu bir daha təsdiqlənmiş və həmin bitkilərdən ən hündürünün 3 m 15 sm, ən kiçiyinin isə 24 sm olduğu aşkar edilmişdir. Bundan sonra həmin bitkilər kisələrə qablaşdırılmış və elektron tərəzidə çəkilərkən kökündən çıxarılmış çətənə bitkiləri 1 kq 630 qram, digərləri müvafiq olaraq 4 kq 290 qram, 3 kq 225 qram, 4 kq 445 qram, 5 kq 70 qram və 3 kq 500 qram olması müəyyən edilmiş və həmin bitkilər kisələrə qoyulub ağzı bağlanıb, zərflər üçün möhür ilə möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmışdır. Qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış və zərf ekpertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında yaşadığı evin həyətyanı topraq sahəsinə narkotik tərkibli çətənə bitkilərini əkməsini və becərməsini bildirmişdir, bununla da baxış başa çatmışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X6 xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən evin həyətinə baxış zamanı aşkar edilmiş 28 ədəd torpaqda olan yaşıl çətənə kollarına, eləcə də kökündən çıxarılmış 7 ədəd quru kol olmaqla ümumilikdə 35 ədəd çətənə koluna aqrotexniki qaydada xüsusi qulluq olunub. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 16/630 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “.........Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar olunmuş 35 ədəd narkotik tərkibli çətənə koluna bənzər kollar” sözləri və imzalar olan, sintetik kisədəki, ümumi sayı 35 (otuz beş) ədəd, ümumi təmiz çəkisi – 15850qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional Bölməsinin 26 iyun 2024-cü il tarixli 16/743 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ümumi sayı 6 (altı) ədəd sintetik kisədə, 5 (beş) ədədinin üzərində “xx.xx.2024-cü il tarixdə Qarayeri qəs. Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilən çətənə kolları” sözləri və imzalar olan və 1 (bir) ədədinin üzərində “xx.xx.2024-cü il tarixdə Samux r. Qarayeri qəs. aşkar edilmiş çətənə kolları quru halda” sözləri və imzalar olan sintetik kisələrdəki, ümumi sayı 35 (otuz beş) ədəd, ümumi təmiz çəkisi 15850 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 16 avqust 2024-cü il tarixli 593 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş narkoloji ekspertizasının 03 sentyabr 2024-cü il tarixli 1477 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən o polis əməkdaşlarına evinə baxış keçirilməsinə icazə verib. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs istintaqa məlum olmayan bir günündən etibarən yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evinin həyətyanı torpaq sahəsində 35 ədəd (otuz beş) ədəd ümumi təmiz çəkisi 15850 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkilərini külli miqdarda qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etməsi, 26 iyun 2024-cü il tarixdə saat 09 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsindən 35 ədəd (otuz beş) ədəd narkotik tərkibli çətənə(kannabis) bitkilərinin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 iyun 2024-cü il tarixli qərarından görününr ki, əsasən Samux RPŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 10:00 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı övladı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və X4 tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir (61-80% əlilliyi müəyyən olunan şəxs) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının Qarayeri Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 02 iyul 2024-cü il tarixli 676 nömrəli Arayışdan görünür ki, Qurbanov X1 qəsəbəsində qeydiyyatda olmaqla arvadı və iki azyaşlı oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının Qarayeri Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 02 iyul 2024-cü il tarixli verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4110 nömrəli Arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserində qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyun 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, axış zamanı həmin həyətyanı torpaq sahəsində dibləri yaş halda, yaşıl yarpaqlardan və budaqlardan ibarət kökləri torpaqda olan kəskin iyli, narkotik tərkibli çətənə(kannabis) bitkilərinə bənzər bitki kolları, həmçinin dirəkdən istifadə edilməklə dayaq verilmiş çətənə kolları aşkar edilmişdir. Həmin bitkilərə baxış keçirilərkən hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmiş, belə ki, 28 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkilərinə bənzər bitki kollarının dibləri yumşaldılmaqla suvarıldğı üçün torpaq örtüyünün rütubətli olduğu, alaq otlarından təmizləndiyi, yaxşı bəslənməsi üçün peyin verildiyi aşkar edilmiş və Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, torpaqdan çətənə kollarını çıxardıb toyuq hininə tökmüşdür. Toyuq saxlamaq üçün nəzərdə tutulmuş həyətdə əlavə olaraq 7 ədəd kökündən çıxarılmış çətənə kolları da aşkar edilmişdir. Həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olması və ümumilikdə 35 ədəd bitkinin hər birinə aqrotexniki qaydada qulluq olunması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin bitkilər ucadan sayılmaqla bir-bir kökündən çıxarılaraq toplanmış və evin həyətində yerə düzülərək bir daha sayılıb uzunluqları ölçülmüşdür. Həmin narkotik tərkibli çətənə bitkilərinə bənzər kolların sayının 35 ədəd olduğu bir daha təsdiqlənmiş və həmin bitkilərdən ən hündürünün 3 m 15 sm, ən kiçiyinin isə 24 sm olduğu aşkar edilmişdir. Bundan sonra həmin bitkilər kisələrə qablaşdırılmış və elektron tərəzidə çəkilərkən kökündən çıxarılmış çətənə bitkiləri 1 kq 630 qram, digərləri müvafiq olaraq 4 kq 290 qram, 3 kq 225 qram, 4 kq 445 qram, 5 kq 70 qram və 3 kq 500 qram olması müəyyən edilmiş və həmin bitkilər kisələrə qoyulub ağzı bağlanıb, zərflər üçün möhür ilə möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs əkib yetişdirərək kultivasiya etdiyi bitkilərin qanunsuz olması və kultivasiyasının qadağa olunması, yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X5 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, gübrə vermə və sair) ehtiva edir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham yenidən elan olunması tam düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı övladlarının olmasıdır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə olduqda, Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsinin iştirakçısı olmasını, hərbi əməliyyatların keçirilməsi zamanı yaralanmasını və ona İİ qrup əlilliyin təyin olunması, eləcə də yaşadığı yerdə müsbət xarakterizə olunması sonuncuya cəza təyin olunması zamanı yüngülləşdirici hal olaraq nəzərə alanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Samux RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 15850 qram 35 (otuz beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, Azərbaycan Respublikası Narkomanlığa və X2 X5 Üzrə Dövlət Komissiyasının X8 İşçi Qrupu tərəfindən məhv edilməli. Həmçinin xx.xx.2024-cü il tarixli baxış keçirilməsini özündə əks edirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1506 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən əlil olduğu üçün Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyа xəstəliyindən məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar X7 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Samux RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 15850 qram 35 (otuz beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, Azərbaycan Respublikası Narkomanlığa və X2 X5 Üzrə Dövlət Komissiyasının X8 İşçi Qrupu tərəfindən məhv edilməli. Həmçinin xx.xx.2024-cü il tarixli baxış keçirilməsini özündə əks edirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar