Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-303/2021 22.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci il tarixdə Qazax rayonunun Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər Rusiya Federasiyası Xantı-Mansiysk muxtar dairəsinin-Yuqrı Tümen vilayət məhkəməsinin 13.11.2006-cı il tarixli hökmünün Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənib mövcud dəyişikliklərlə icra üçün 11.01.2011-ci il tarixdə Azərbaycan Respublikası ərazisində tanınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 -ci maddəsi ilə 15 (on beş) il müddətinə həmin Məcəlləsinin 181.3.3-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.03.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, Ağstafa rayonunun Köçəsgər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11, 181.2.3, 181.3.3, 29,186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsi boğmaqla sağlamlığına ağır zərər vuraraq quldurluqla əlaqədar qəsdən adam öldürmüş, həmçinin xeyli miqdarda özgə əmlakını ümumi təhlükəli üsulla, yəni yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir. Belə ki o, Ağstafa rayonunun Köçəsgər kəndində uzun müddətdir ki, tək yaşayan qohumu X6 məxsus qızıl-zinət əşyalarını və digər əmlakını ələ keçirmək məqsədilə, 15 may 2021-ci il tarixdə, saat 22 radələrində sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətinə bağ hissədən daxil olub yardımçı tikilinin yanında gizlənmiş, sonuncu küçədən evə girdikdən sonra, əvvəlcə evin eyvanına, oradan isə açıq qalmış qapıdan evin qonaq otağından keçməklə Çiçək Ələkbərovanın olduğu yataq otağına sonuncunun iradəsinə zidd olaraq qanunsuz daxil olub basqın etmiş, onu görüb evə daxil olmasına etiraz edən zərərçəkmişə məhəl qoymadan evin yataq otağındakı divanın üzərində olan, Çiçək Ələkbərovaya məxsus qadın corabını (retuzu) götürüb həyatdan qəsdən məhrum etmək məqsədilə arxadan ona yaxınlaşaraq corabı boğazına dolayıb boğarkən, zərərçəkmişin burnundan qan axdığını və əllərinin boşaldığını görüb öldüyünü güman edib onu itələyərək üzü üstə yerə yıxmaqla burun sümüklərinin qapalı sınığı formasında sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq etmiş, lakin döşəmədə uzanıqlı vəziyyətdə olan Çiçək Ələkbərovanın ölmədiyini görüb, onu boynunda qalan qalın qadın corabını düyünləyib sıxmaqla boğaraq, yetirildiyi anda həyat üçün təhlükəli olan stranqulyasiya şırımı formasında ağır dərəcəli bədən xəsarəti yetirməklə quldurluqla əlaqədar qəsdən öldürmüş, daha sonra isə zərərçəkmişin qulağında olan 343 manat dəyərində 4,57 qram çəkili 583/585 əyarlı qızıldan kustar üsulla hazırlanmış bir cüt sırğasını açaraq quldurluq yolu ilə ələ keçirmiş, həmçinin, cinayət əməlini törətdikdən sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə, zərərçəkmiş Çiçək Ələkbərovaya məxsus, ümumi dəyəri 21608 (iyirmi bir min altı yüz səkkiz) manat olan, xeyli miqdar təşkil edən fərdi yaşayış evini, içərisində olan əşyalarla birlikdə ümumi təhlükəli üsulla, yəni yandırmaqla qəsdən məhv etməyə cəhd etmiş, bunun üçün yataq otağında olan geyim əşyaları və karton hissələrini bir yerə toplayıb yandırdıqdan sonra qapını örtüb hadisə yerindən uzaqlaşmış, lakin hadisə yerini tərk edərkən otağın qapısını bağladığı üçün havasızlıq şəraiti yarandığından yanğın söndüyünə görə öz iradəsindən asılı olmayan səbəbdən əmlakı qəsdən məhv etməkdən ibarət qəsdini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11, 181.2.3, 181.3.3 və 29, 186.2.2-ci maddələri ilə elan olunmuş ittihamlarla özünü qismən təqsirli bildiyini göstərərək ifadə verməkdən imtina etdiyini, məhkəməyədək icraat zamanı verdiyi ifadələrini tamamilə təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11, 181.2.3, 181.3.3 və 29, 186.2.2-ci maddələri ilə olan ittihamlar üzrə özünü qismən, CM-in 120.1-ci maddəsilə təqsirli bilərək ifadəsində göstərmişdir ki,əvvəllər bir dəfə 2006-cı ildə Rusiya Federasiyasında adamöldürməyə görə tutulub orada məhkum olunmuş, sonradan cəzasını çəkmək üçün Azərbaycan Respublikasına göndərilmiş, 2021-ci il mart ayında Gəncə şəhərində yerləşən 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb hazırda yaşadığı Ağstafa rayonu Köçəsgər kəndinə qayıtmışdır. Kəndə qayıtdıqdan sonra ailə qurmuş, şəxsiyyət vəsiqəsini təzə aldığı üçün rəsmi nikah bağlamamışdır. X11 ilə əvəllər aralarında hansısa ədavət və düşmənçilik olmasa da təxminən 3 ay əvvəl hazırda Bakı şəhərində yaşayan bibisi onlara gələndə söhbət vaxtı 2018-ci ildə atası Bayram vəfat edəndə Çiçəyin guya anası Məleykənin bacılarının qardaşının ölümünə sevinib, halvasını ürəklə yeməsi barədə bildirdikdən sonra anası mobil nömrədən Çiçəyə zəng edib, telefonu səsucaldıcıya qoyub ondan belə bir söz deyibdemədiyini soruşmuş, Çiçək də telefonda anasına “demişəm, yaxşı eləmişəm, sənin ərinin və atanın goru belə belə olsun” deyib, nalayiq ifadələr işlədərək telefonu söndürmüşdür. Həmin hadisə yadında qalmış, 15.05.2021-ci il axşam təxminən 20:30 radələrində Köçəsgər kəndində kanalın kənarı ilə evdən gəlib kənd icra nümayəndəliyi yaxınlığındakı iş yerinin yanında olan çayxanaya gedərkən yolda Çiçəyi kanalın kənarında görmüş, kanalın o biri tərəfində kənd sakini sakini Ceyhun və arvadı olmuşdur. Həmin vaxt Çiçəyin atasının goruna söyməsini yadına salıb, mütləq gedib ondan üzr istədəcəyini qərarına gəlmiş, amma səs-küylu qadın olduğu üçün ona deyəndə səs-küy salmasın deyə axşam hava qaralandan sonra evinə getməyi qərara almışdır. Yaxınlaşıb Çiçəyə salam vermiş, Çiçək salamı alıb ondan saatın neçə olmasını soruşmuşdur. Telefona baxıb saatın 20:27-di olduğunu demiş, aralarındakı söhbət vaxtı Çiçək “Tubu”nun gəlini Xalidəgildən gəldiyini, bildirmiş və uşağı olacağına görə onu təbiri etmişdir. Bundan sonra Çiçək onunla sağollaşıb evi istiqamətində getmiş, özü isə havanın qaralmasını gözləyib, vaxtı uzatmaq üçün kanalın yanı ilə kənddə hamının “qonaq ağacı” dediyi hündür çinar ağacı tərəfə, oradan da Çiçəyin evi istiqamətində gedərək, Çiçəyin evinin yaxınlığındakı cığıra girmişdir. Axşam saat 9-a qalmış həmin cığır bağlı olduğu və küçədə kiminsə olub-olmamasını yoxlamaq üçün gəldiyi əsas yola, küçəyə çıxmış, “qonaq ağacı” dediyi çinar ağacı tərəfdən iki nəfər şəxsin gəlməsini görmüş, onlardan biri orta yaşlı qadın, digəri isə cavan oğlan olmuşdur. Onları şübhələndirməmək üçün kanalın üstünə necə gedə biləcəyini soruşmuş, oğlan gəldiyi cığırı, qadın isə digər kənd sakininin evinin yanında olan əvvəldən girib bağlı olduğunu gördüyüağlı cığırı göstərmişdir. Guya yolu tanımırmış kimi onların yanı ilə biraz irəlidə 2-3 dəqiqə gedib həmin cığıra girmiş, onlar isə yollarına davam etmişlər. Cığır bağlı olduğu üçün geri qayıdıb oğlanın ona göstədiyi cığırla gedib kanalın yanına çıxmış, həmin gün axşam ilk dəfə Çiçəyi gördüyü yerin yaxınlığından birbaşa onun evinə aparan torpaq cığıra girmişdir. Yolda olduğu müddətdə kiminləsə rastlaşmamış Çiçəyin bağının cığır tərəfdən girişində olan şifer hissələrini götürüb qapını açıb bağa girmiş və evin yaxınlığındakı yardımçı tiklinin yanındakı göy rəngli boçkanın yanına gedib orada əyilib gizlənmişdir. Həmin vaxt evin işığı yanılı olmuş, Çiçək də həyətinin dəmir qapısı tərəfdə dayanıb hansısa qadınla söhbət edtmişdir. Qısa müddət sonra Çiçək dəmir qapı tərəfdən həyətə girib, pilləkənlə açıq eyvana oradan evə daxil olmuş, O evə girəndən sonra bir neçə dəfə bağda o tərəf bu tərəfə gedib yaxınlıqda adam olub olmadığını yoxlamış, təxminən 20 dəqiqə sonra əvvəlcə yarımaçıq olan kiçik qapıdan Çiçəyin evinin eyvanına, oradan da açıq olan giriş qapısından evin zal otağına girmiş və sol tərəfdəki otağa tərəf getmişdir. Otağın qapısı açıq olmuş, Çiçək isə arxası qapıya tərəf divanın üstündə oturmuş vəziyyətdə əlində balaca telefon olmuşdur. Yüngülcə öskürüb gəldiyini ona hiss etdirmiş, Çiçək geriyə dönüb onu görüb evə niyə gəldiyini soruşub ayağa qalxaraq üzbəüz dayanmışdır. Şkafa tərəfə keçib “Bilmirsən niyə gəlmişəm? Atamın goruna niyə söyübsən? Üzr istəməlisən!” demiş, Çiçək isə cavabında “demişəm, əcəb eləmişəm, lazım gəlsə ananın yanında da atanın və babanın goruna söyərəm” demişdir. Çiçəyə sakit durmağı, onu öldürəcəyini demiş, divanla Çiçəyin arasından keçəndə gözü Çiçəyin divanın qapı tərəfində olan qara rəngli “çulqu” dediyi qalın qadın corabına sataşmışdır. Həmin corabı götürüb arxası ona tərəf olan Çiçəyin boğazına atıb ayaqüstə əlləri ilə corabla sıxıb onu boğmağa başlamış, corabı sıxıb arxa-arxaya yatağa tərəf getmiş, Çiçək ayaqlarını yerdə sürüyüb əlləri ilə şalvarınıı tutub dartışdırmış, müqavimət göstərmək istəmişdir. Yatağın yanına çatanda Çiçəyin burnundan qəfil qan açılmış, əlləri boşalmış, onu itələyib özündən kənarlaşdırmış, Çiçək üzü üstə əvvəlcə divan istiqamətində yerə düşmüş, onu boğduğu corab boğazında qalmışdır. Bundan sonra Çiçək xırıldamağa başlamış, ölmədiyini görüb aşağı əyilib boğazına doladığı corabı düyünləyib əlləri ilə sıxmağa başlamışdır. Bir-iki dəqiqə sonra Çiçək hərəkətsiz qalmış, öləndən sonra sağ və sol qulağından üstündə qırmızı rəngli qaşları olan sırğaları götürüb, şalvarın sağ yan cibinə qoymuşdur. Otağa baxanda stolun üstündə su qabı, müxtəlif kağız parçaları olduğunu görmüş, kağızları, divanın üstündə olan şal və boz rəngli düymələri olan qadın jaketini divandan bir qədər aralıda xalçanın üstünə topalayıb, yandırmışdır. Həbsdə olanda tüstü olanda əl izi qalmadığını oxdudğunu üçün evi yandırıb tüstü ilə izləri itirmək istəmişdir. Sırğaları guya oğurluq olması, müqavimət göstərəndə Çiçəyin öldürülməsi barədə təəsürat yaratmaq üçün götürmüş, şal və kağız parçaları alışandan sonra qapını örtüb yataq otağından, sonra da zal otağından çıxmış, həyətə düşüb əvvəl gizləndiyi boçka tərəfdəki cığırla gəldiyim yolla kanala tərəf getmişdir. İsti olduğu üçün əynindəki uzunqol qırmızı köynəyi çıxartmış, yolda ona zəng gəlmiş anası harada olduğunu soruşmuş, gəldiyini demişdir. Kanalın yanında həmkəndlisi Vəkilin oğlu Eynurla rastlaşmış, sonuncu həmin vxt iti ilə kanalın yanında gəzmişdir. İtin ona toxunub toxunmayacağını soruşmuş, Eynur isə ona “adam tutmur” demişdir. Piyada qaynatasıgilə gedib arvadı Aidəni götürüb piyada evə tərəf gəlmişlər. Yolda anası onlarla rastalşıb, telefonu götürmədiyinə görə irad tutumuş, axşam 22:30 radələrində evə çatmışlar. Olanlar barədə ailəsinə heçnə deməmiş, səhəri gün sırğaları da götürüb işlədiyi Köçəsgər kəndində olan Zaur adlı həmkədlisinin avtoyuma məntəqəsinə getmiş, Zaura məxsus ərzaq dükanında sırğaları elektron tərəziyə qoyub çəkib neçə qram olmasını dəqiqləşdirmək istəmişdir. İşi olduğunu bildirib, Çiçəyin qızıl sırğalarını satmağa Qazax şəhərinə getmiş, Qazax şəhərində bazarın yaxınlığındakı qızıl dükanlarından birinə girib sırğaları göstərmiş, ailəsinin olduğunu ehtiyacım olduğu üçün satdığımı demişdir. 145 manata həmin sırğaları satmağa razılaşmış, zərgər ona pulu çöldə vermişdir. Zərgərin verdiyi pula 10 ədəd 5 manatlıq, 15 ədəd 2 manatlıq, 20-25 ədəd də 1 manatlıq “poz qazan” adlı lartareyalar almış, heçnə uda bilməmiş, qalan pula isə özünü siqaret və su alıb, günorta Köçəsgər kəndinə işlədiyi yerə qayıtmışdır. Axşamüstü 18 radələrində kənddə hadisə olduğunu dedikləri üçün avtoyuyuculuqdan qazandığı pula evə bazarlıq edib digərləri kimi hadisə yerinə getmiş, camaatın arasına qarışıb gəlib gedənlərə, polis əməkdaşlarına təcili tibbi yardım işçilərinə baxmışdır. Səhəri gün isə onu polis şöbəsinə aparmış, oradan isə prokurorluğa gətirmişlər. Həmçinin ifadəsində göstərmişdir ki, Çiçək Ələkbərovanın evinə tək getmiş, aralarındakı mübahisə vaxtı Çiçək Ələkbərovanı mərhum atası Bayramın qəbrini söydüyü üçün, sonradan da üzr istəmədiyi, lazım gələrsə təkrar anasının üzünə qarşı söyəcəyini dediyi üçün qalın qadın corabı ilə tək boğub öldürmüş, hadisədən əvvəl və sonra Çiçəyi öldürəcəyi barədə kiməsə məlumat verməmişdir. Çiçək Ələkbərovanı 15.05.2021-ci ildə yaşadığı evin yataq otağında divanın üstündən götürdüyü qalın qadın corabını boğazına dolayaraq sıxıb boğub öldürdüyünü, hadisə vaxtı hansısa xəsarət almadığını, hadisəyə qədər cəmi bir dəfə bir neçə ay əvvəl Çiçək Ələkbərovanın dəvəti ilə sonuncunun yaşadığı evdə olub çay içdiyini, bundan başqa sonuncunun evinə getmədiyini demişdir. Təqsirləndirilən şəxs təqsirləndiirlən şəxs qismində ifadələrində hadisəyə qədər 12.05.2021-ci ildə səhər Çiçəyi dayanacaqda gördüyünü, sonuncunun ona nömrəsini verib avtobusa gecikdiyini deyib, zəng etməyi xahiş etdiyini, avtoyuma məntəqəsinə gedən yolda ona zəng edəndə Çiçəyin ona bağında olan iynəli akasiya ağaclarını kəsməyə adam axtardığını, qonşularla buna görə arasında narazılıq olduğunu dediyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, 15.05.2021-ci ildə günorta nahardan sonra Çiçəyi kənd icra nümayəndəliyinin yanında görmüş, Çiçək ondan ağackəsmək məsələsini soruşanda heçkimin gəlib ağacları kəsməyə razılıq vermədiyini demiş, Çiçək ona özünün zəng edəcəyini demiş, aralanıb evinə-kanala tərəf, özü isə avtoyuma məntəqəsinə tərəf getmişdir. Yolda olanda Çiçək ona zəng vurmuş, yol gedəgedə tanıdığı adamlardan, kənddə fəhləlik edən şəxslərdən Çiçəyin həyətindəki ağacları kəsməyə razı olub-olmadıqlarını soruşmuş eyni vaxtda telefonla Çiçəklə danışmış, lakin onun bağında işləməyə adam tapmamışdır. 16.05.2021-ci ildə Qazaxda qızıl alan şəxsə özünü “X1” təqdim etmiş, həmin vaxt ağlına həmin soyad və ata adı olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Çiçək Ələkbərova onun bacısıdır. O, kəndin arası ilə keçən kanalın qurtaracağında, bacısıgildən xeyli aralıda oğlu Nazir və ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum bacısı Çiçək Ələkbərova tənha yaşamış, rəsmi olaraq evli olsa da ailə qurduqdan qısa müddət sonra uşağı olmadığına görə ərindən ayrılıb ata evinə gəlmişdir. Evləri arasındakı məsafə uzaq olduğu üçün Çiçək Ələkbərova onlara arabir gəlmiş, sonuncu daha çox qonşuluqda yaşayan digər bacısı Gülarə Hüseynovanın gəlini Şahid1gilə getmişdir. Son dəfə 14.05.2021-ci ildə günorta saat 12 radələrində azyaşlı nəvəsi ilə birlikdə Çiçək Ələkbərovanı ziyarət etmək üçün sonuncu yaşayan evə getmiş, orada olan zaman söhbət etmiş, bir müddət öncə gəldiyini və Çiçək Ələkbərovanı evdə tapmadığını demiş, sonuncu isə ona Xalidəgildə olduğunu demişdir. Həmin gün nahar vaxtı o, yaşadığı evə qayıtmışdır. 16.05.2021-ci il tarixdə saat 16 radələrində Xalidə və digər qohumları oğlu Nazirə zəng edib Çiçəyin öldürüldüyünü demişdir. Bundan sonra onlar dərhal Çiçək Ələkbərovanın yaşadığı evə getmişlər. Orada olanda polis əməkdaşları və bütün qonşuların həyətə yığıldığını görmüş, bir neçə gün sonra Çiçək Ələkbərovanı həmkəndlisi və dayısı nəvəsi Təqsirləndirilən şəxs öldürdüyünü və nəticədə saxlanıldığını bilmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, son dəfə Çiçək Ələkbərovanı yaşadığı evdə görərkən sonuncunun əynində ölən zaman üzərində olan geyimlər və qulağında xırda qızıl sırğası olmuş, lakin 16.05.2021-ci il tarixdə meyit aşkar edilən vaxt qulağında həmin sırğa olmamışdır. Əvvəl meyiti tapan X7 15.05.2021-ci ildə onlara gələndə qulağında sırğa olduğunu, sonradan da oğlu X2 baxanda qulağında sırğa olmadığını demişdir. Əlavə etmişdir ki, Çiçək Ələkbərovanın heç kimlə düşmənçiliyi, ədavəti olmamış, istər qonşularla, istərsə də qohumlarla münasibəti yaxşı olmuş, Təqsirləndirilən şəxs və ailə üzvləri arasında hansısa mübahisələri olmamış, Turalın atası Bayramı çox istəmiş, heç vaxt sonuncuya, yaxud qəbrinə söyməmiş, bunu Təqsirləndirilən şəxs öz əməlinə don geyindirmək üçün yalandan dediyini bildirmişdir. Həmçinin ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əliyev Elnur Vəkil oğlu ifadəsində göstərmişdir ki, X16nı kənd sakini kimi tanımış, sonuncu tək yaşayan qadın olmuşdur. Təqsirləndirilən şəxs da onun evindən 5-6 ev aralıda qonşuluqda yaşayan kənd sakini kimi tanımış, sonuncu və ailələri ilə arasında ədavət, düşmənçilik olmamışdır. O, xırdabuynuzlu heyvan saxlayıb dolanışığını təmin etmiş, həyətində də evi və heyvanları mühafizə etməsi üçün 2 ədəd çoban iti saxlamış, arabir həmin itləri çıxarıb axşamlar küçədə adam olmayanda gəzdirmişdir. 15.05.2021-ci ildə axşam saat 22:00 radələrində həyətdəki itlərindən birini çıxarıb, zəncirləyib evin yanından axan kanalboyu gəzdirmiş, küçədə ondan başqa kimsə olmamışdır. Kanalın üstündəki körpüdən təxminən 50-60 metr aralıda olarkən bir nəfər arıq şəxsin körpünün üstü ilə küçəyə tərəf gəldiyini görmüş, həmin şəxs onu çağırıb “itini o yana elə, birdən məni dişləyər” kimi ifadələr işlətmiş, o da “kimsən?” deyə soruşmuş, həmin şəxs qonşusu Bayramın oğlu Tural olduğunu demişdir. Daha sonra “qorxma, it adama dəymir” demişdir. Təqsirləndirilən şəxs körpünün üstü ilə gəlib küçəyə keçmiş, sonuncudan hardan gəlməsini soruşduqda, bacısıgildən gəldiyini və evə getdiyini demiş, sağollaşıb ayrılmış, küçə boyu aşağı tərəfə getməyə başlamışdır. O da daha Turala fikir verməmiş, iti biraz gəzdirib evinə qayıtmışdır. 16.05.2021-ci il tarixdə saat 17 radələrində çöldə heyvanlarını otaran zaman qonşulardan Çiçək Ələkbərovanın öldürüldüyünü eşitmiş, bir neçə gün sonra isə Çiçək Ələkbərovanı öldürən şəxsin Tural olduğunun deyildiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Tural uşaq yaşlarından onunla birlikdə Rusiya Federasiyasına getmiş, orada Surqut vilayətində mərhum əri və qızı ilə birlikdə yaşamış, oğlunun 18 yaşı olanda hərbi xidmətə çağırışla bağlı rayona qayıtmaq istəmiş, amma Tural Surqutda qətl hadisəsi törətmiş, dükanın satıcısı olan qadını öldürmüş, tutulub məhkəmə tərəfindən cəza veriləndən sonra cəzasını çəkmək üçün Azərbaycana göndərilmiş, son dəfə isə Təqsirləndirilən şəxs Gəncə şəhərində cəzaçəkmə müəssisəsinə göndərilmiş, 2021-ci il mart ayında cəzası başa çatmış, Aidə adlı qızla ailə qurmuşdur. Çiçək Ələkbərova onun ərinin bibisi qızıdır. Çiçək kənddə tək yaşamış, uzun müddət əvvəl ailə qursa da ayrılıb ata evinə gəlmiş, övladı olmamışdır. Anasının ayağında yara olduğu üçün hadisədən əvvəlki 3-4 gündə sonuncuya evində gündəlik qulluq etmiş, 15.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs axşam saat 17 radələrində evə gəlmiş, həyətdə olan istixanada tərəvəzlərə su verib, orada bir müddət işləmiş, o, axşam saat 8-ə qalmış taksi ilə anasının yarasına baxmaq üçün sonuncunun yaşadığı evə getmiş, evdən çıxanda telefonu yaddan çıxarıb evdə qoymuş, Təqsirləndirilən şəxs həmin telefonla qonşuya taksi sürücüsünə zəng edib, arvadı Aidə ilə birlikdə qayınatasıgilə getmək istədiyini bildirmiş, o isə tez qayıtmalarını demişdir. Təxminən 1 saat sonra axşam 21:30 radələrində anasına məxsus mobil telefondan Təqsirləndirilən şəxs işlətdiyi və öz telefonunda olan nömrəsinə zəng etmiş, sonuncu telefonu götürməmişdir. Anasına dərman lazım olduğu üçün taksi ilə kənddəki aptekə getmiş, amma aptek bağlı olmuş, oradan da telefonuna zəng çatmadığı üçün narahat olduğuna görə qudasıgilə getmiş, həmin vaxt Təqsirləndirilən şəxsla arvadı Aidənin əl-ələ tutub yaşadıqları evə tərəf getdiyini görmüş, nə üçün telefonu götürmədiklərini bildirmiş, Aidə onun telefonunun səssizdə, Turalın telefonuna isə söndüyü üçün zəng çatmadığını demişdir.O, Təqsirləndirilən şəxs və Aidəyə birbaşa evə getmələrini, Turala isə evdən heç yerə çıxmamasını tapşırmışdır. Səhəri gün Təqsirləndirilən şəxs səhər tezdən evdən çıxıb getmişdir. Sonuncu bir müddət idi ki, həmkəndlisi Zaurun dükanın yanındakı avtoyuma məntəqəsində işləyirdi. Çiçək Ələkbərovanın ölməsini həmin gün axşamüstü eşidib Tamiləyə zəng vurmuş, kənddə camaatın Çiçəyin öldürüldüyünü dediyini və bunun doğru olub-olmamasını soruşmuş, Tamilə də bunun doğru olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs zəng edərək Çiçək Ələkbərovanın öldürüldüyünü demiş, Tural da “nə üçün öldürüblər?” deyə soruşmuş, o isə cavabında məlumatı olmadığını və hadisə yerinə gedəcəyini demişdir. Təqsirləndirilən şəxs ona gözləməsini, əlində maşın olduğunu, onu yuyub gələcəyini və birlikdə hadisə yerinə getmək istədiyini bildirmişdir. Tural gələndən sonra taksi ilə Çiçək Ələkbərovanın yaşadığı ev getmiş, həmin vaxt artıq orada polis əməkdaşları və təcili yardım işçiləri olmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, 16 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs günorta evə gələndə əlində kağız yeşik və içərisində 6 ədəd balaca ördək balası olmuş, o, Turala ördəyi aldığı üçün irad bildirmiş, ördəklərin bağda hər şeyi yeyəcəyini demiş, Təqsirləndirilən şəxs isə ördəkləri xoşladığını və baxacağını bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, Çiçək Ələkbərova ilə əvvəllər aralarında telefon danışığı zamanı sonuncu nə onun ərini, nə də atasını söyməmiş, mübahisə elə telefonda da yekunlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs yanında olmamış, yalnız baldızı Aidə olmuş, gəlini Şahid8 isə həmin vaxt evlərinə gəlin gəlməmişdir. Çiçəklə sonradan da buna görə hansısa söz-söhbətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Nə o, nə də hansısa baldızı Turala Çiçəyin dediyi söz barədə məlumat verməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, X16 onun doğma bibisi olmuşdur. X21 rayonunun Köçəsgər kəndində tək yaşamışdır. Təqsirləndirilən şəxs isə onun doğma dayısı oğludur. Təqsirləndirilən şəxsvə ailəsi ilə Çiçək Ələkbərova arasında münasibətlər həmişə yaxşı olmuş, onların arasında ədavət və düşmənçilik olmasını görməmişdir. Tural həbsdən çıxandan sonra da kənddəki qohumlarına Turalla əlaqə saxlamağı, gedib görüşməyi demişdir. Çiçək Ələkbərova heç yerdə işləməmiş, bağla, əkinlə, özünü dolandırmış, həmçinin kənddə yaşayan qohumları, eləcə də o Çiçək Ələkbərovaya arabir maddi yardım, ərzaq payı alıb göndərmişlər. Son dəfə Çiçək Ələkbərovaya hadisədən 5-10 gün əvvəl zəng edib hal-əhval tutmuş, 16.05.2021-ci ildə günortadan sonra əmisi arvadı zəng edib, Çiçəyin öldürülməsini demiş, dərhal arvadı ilə yaşadığı Gəncə şəhərindən Köçəskər kəndinə gəlmiş, gələndə artıq mərhumun meyitinin ekspertizaya aparıldığını öyrənmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhumgildən 2 ev aralıda yaşayır, Çiçək Alıyeva atasının xalası qızı, həm də qaynanasının bacısı olmuş, mərhumla münasibəti yaxşı olmuşdur. Çiçək tənha yaşamış, rəsmi olaraq evli olsa da 40 ildən artıq müddətdə uşağı olmadığına görə ərindən ayrılmış, ata evinə gəlmişdir. Sonuncunun bacısı Solmaz Köçəsgər kəndində, mərhumgildən xeyli aralıda yaşayır. Digər bacısı Gülarə isə Bakı şəhərində yaşayır. X16 tez-tez onlara gəlmiş, bir müddət oturub söhbət etdikdən çay içdikdən sonra çıxıb evinə getmiş, son dəfə dünən, yəni 15.05.2021 -ci ildə təxminən saat 19 radələrində onlara gəlmiş, həmin vaxt o həyətdəki bağda su sulamış, onun yanında, xeyli dayanmış, həyətin otunun çoxaldığını, biçilməli olduğunu, həm də qonşunun ağaclarının özünün ağaclarının üstündən keçdiyini və onları kəsdirmək istədiyini demiş, axşamüstü təxminən 20:15 radələrindən onlardan çıxıb evlərinə getmişdir. 16.05.2021 -ci il tarixdə təxminən saat 15:30 radələrində anasıgildən qayıdan zaman yaşadığı evə gedən yolun Fərhad adlı qonşu tərəfindən bağlanması səbəbindən o mərhum Çiçək Alıyeva yaşayan evin qarşısından keçməli olmuş, bu zaman sonuncunun yaşadığı evin həyətində işığın yandığını görüb, açıq olan dəmir çöl qapısından həyətə keçmiş, “Çiçək, Çiçək” deyə çağırmağa başlamış, səs gəlmədiyini görüb taxta pilləkənlə yuxarı qalxmış, həmin vaxt evin giriş qapısı aralı vəziyyətdə olmuş, qapıdan içəri girən kimi yanıq qoxusunu hiss etmiş, zal otağına keçib adətən Çiçək yatan sol tərəfdəki otağa tərəf getmiş, həmin otağın qapısı örtülü vəziyyətdə olmuş, qapını açıb içəri girəndə xalçanın üzərində sönülü halda olan ocaq qırıntıları olduğunu görmüş, qapının ağzından içəri doğru baxanda Çiçəyin yerdə sol tərəfdə çarpayının yanında üzü üstə uzanıqlı vəziyyətdə olduğunu və ağzından yerə qan axdığını görmüş, bundan sonra qışqırıb çölə qaçmış, qonşuluqda yaşayan şəxsləri köməyə çağırmışdır. Çiçəyin əynində 16.05.2021 -ci il tarixdə meyiti aşkar etdiyi vaxt olan geyimlər və qulağında sırğaları olmuş, lakin, 16.05.2021-ci il tarixdə meyiti aşkar etdiyim zaman Çiçəyin həmişə qulağına taxdığı qırmızı qaşlı sırğalar üzərində olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Çiçək Ələkbərova onun həmkəndlisi olmuş, sonuncu onun evi ilə üzbəüz kanalın o biri tərəfində öz evində tək yaşamışdır. Çiçək Ələkbərova xoşxasiyyət qadın olmuş, arabir kanalın yanına çıxıb orada dayanmış, qohum qonşularla söhbət etmiş, sonuncunun kənddə kiminləsə mübahisəsi davası olmasını görməmişdir. Təqsirləndirilən şəxs da həmkəndli kimi tanımış, sonuncu anası Şahid7 və arvadı Aidə Əziziova ilə birlikdə o, yaşadığı evdən 2 ev aralıda qonşuluqda yaşamışdır. Təqsirləndirilən şəxs atası təxminən 3-4 il əvvəl vəfat etmişdir. Tural uşaqlığından kənddən çıxıb getmiş Rusiyada yaşamış, sonradan isə orada adamöldürməyə görə tutulmuşdur. Həbsdən çıxandan sonra Tural kəndə qayıdıb müxtəlif işlərdə işləmişdir. Bir müddət usta yanında fəhlə, sonra isə həyətlərindəki istixanada, son dövrlər isə avtoyuyucuda işləmişdir. Çiçək Ələkbərovanı son dəfə 15.05.2021-ci ildə kənddə yaşadığım evin yaxınlığındakı kanalın qırağında görmüş, həmin vaxt o arvadı ilə həyəti suvarmaq üçün qoyduğu su nasosunu kanalın kənarından götürürmüş, Çiçək də bacısı Gülarənin gəlini Xalidəgildən çıxıb kanalın yanına gəlmiş, onunla kanalın o biri üzündən hal-əhval tutmuş, həyətdə biraz əkin əkdiyini demiş, qısa müddət sonra Tural kanalın o biri tərəfindən Çiçək olan yerə yaxınlaşmış, həmin vaxt başında qara rəngli gün papağı, əynində qırmızı rəngli kofta, əynində cins şalvar olmuşdur. Tural onlarla salamlaşmışdır. Həmin vaxt artıq o su nasosunu kanaldan çıxarmış, Tural Çiçəyin yanına gəlib sonuncu ilə mehribanlıqla hal-əhval tutmuş, bundan sonra o, su matorunu götürüb həyətə, oradan da evinə getmişdir. Hadisə barədə səhəri gün, 16.05.2021-ci ildə təxminən saat 17 radələrində xəbər tutmuş, kənd camaatından Çiçəyin boğularaq öldürüldüyü barədə eşitmişdir. Gəncədən gələn qardaşı oğlu Elşənlə bir yerdə Çiçəyin evinə getmiş, artıq həmin vaxt meyiti aparmışlar. O, morqa gələndə, Tural anası ilə Çiçəkgil tərəfə getmiş, hadisəni Turalın törətdiyini və sonuncunun tutulduğunu növbəti gün axşam kənddə eşitmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki,Çiçək Ələkbərova həmkəndlisi və anasının əmisi qızı olmuş, 15.05.2021-ci ildə axşam hava qaraldıqdan sonra anası ilə birlikdə yaşadığı evdən çıxıb anası ilə birlikdə qonşuluqda yaşayan babasıgilə getmiş, yolda qarşılarına sol tərəfdən mərhum taksi sürücüsü Ülvigilə gedən cığırdan bir nəfər başında gün papağı olan oğlan çıxmış, onlarla üzbəüz gəlmiş, salam verib kanala necə gedə biləcəyini soruşmuş, anası isə biraz irəlidə Fərhadgilin evinin yanında olan çığır vasitəsi ilə gedə biləcəyini demişdir. Təqsirləndirilən şəxs təxminən onlardan 10-15 metr irəlidə getmiş, oradan da anasının göstərdiyi cığıra sol tərəfə dönüb getmiş, o da anası ilə gəldikləri istiqamətdə yolla babasıgil tərəfə getmişdir. Oğlandan ayrlandan təxminən 3-5 dəqiqə sonra Çiçək Ələkbərovanı evinin yaxılığındakı küçədə işıq dirəyinin yanında görmüş. sonuncu onları görüb axşamınız xeyir deyib hara getdiklərini soruşmuş, anası atasıgilə getdiklərini demiş, bundan sonra bayaq qabaqları ilə gələn oğlannın hara getdiyini soruşmuş, anası isə onlardan kanalın üstünə gedən yolu soruşduğunu və Fərhadgilin evinin yanından kanala gedən cığırı oğlana göstərdiyini demiş, Çiçək Ələkbərova da həmin cığırın bağlandığını, həmin oğlanın ciqan, oğru olduğunu və qorxduğunu bildirmişdir. Həmin vaxt ondan yolu soruşan həmin oğlan, sonradan adının Tural olduğunu bildiyi şəxs geri qayıtmış, onunla rastlaşdığı istiqamətdə sürətlə getməyə başlamış, daha sonra X15 arxasınca “Ay Tural ay Tural!” deyə qışqırmağa başlamış, Təqsirləndirilən şəxs cavab verməyib, sürətlə çıxıb getmişdir. Həmin vaxt Turalın əlində qırmızı, siqaret közərtisinə oxşayan işartı olmuş, sağollaşıb Çiçək Ələkbərovadan ayrılandan sonra sonuncu öz həyətlərinə girmiş, onlar da Çiçəkgillə qonşuluqda olan babasıgilə getmiş, həmin yerdən axşam təxminən 23:15 radələrində çıxıb evlərinə qayıtmış, yolda olarkən Çiçək Ələkbərovanın evinin bütün işıqlarının yandığını görmüş, həmin vaxt evdən nisbətən ucadan televizorun səsi gəlmiş, Çiçək Ələkbərova tək yaşadığı üçün adətən televizorda kino və xəbərlərə baxmış, çox vaxtda da işlək vəziyyətdə qoyub ora bura getmişdir. O eşitdiyi səsin televizor səsinə oxşar olduğunu bildirmişdir. Səhəri gün, saat 17 radələrində dükanda olarkən Bakıda yaşayan xalası zəng edib Çiçək Ələkbərovanın öldüyünü demiş, o da bibisindən bunun doğru olub-olmadığını soruşmuş, bibisi də həqiqətən Çiçək Ələkbərovanın öldüyünü demişdir. Axşam isə sonuncunun öldürüldüyünü öyrənmişdir. İfadəsində həmçinin göstərmişdir ki, Çiçək Ələkbərovanı son dəfə 15.05.2021-ci il tarixdə təxminən 21 radələrində anası ilə birlikdə yaşadığı evin yaxınlığında küçədə işıq dirəyinin yanında görmüş, Çiçək küçədə dayanmış, onlar gələn tərəfə baxıb, bayaqki oğlanın hara getdiyini soruşmuş, anası da kanalın üstünə gedən yolu soruşduğunu demişdir. həmin oğlanın sonradan Tural adlı kənd sakini olduğunu bilmişlər. Təqsirləndirilən şəxsla Çiçəyi görməmişdən təxminən 5 dəqiqə əvvəl sonuncu ilə rastlaşdığımız yerdən 250-300 metr aralıda rastlaşmış, Çiçək Ələkbərovanın yanında olanda Tural girdiyi cığırdan geri qayıtmış və onunla əvvəl rastlaşdığı istiqamətdə getmişdir. Həmin vaxt X18 Məmmədovu uzaqdan səsləyib “ay Tural, ay Tural” deyə çağırmış, amma sonuncu cavab verməyib yoluna davam etmişdir. O, həmçinin təxminən 3 dəqiqə Çiçək Ələkbərovanın yanında dayandıqlarını demişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 Qamət oğlu ifadəsində göstərmişdir ki, Köçəsgər kəndində Ağstafa-Köçəsgər avtomobil yolunun kənarında özünə məxsus ərzaq dükanı və avtoyuma məntəqəsi vardır. Dükanı özü işlədir. Avtoyuma məntəqəsini isə hər yuyulan maşına görə edilən 5 manat ödənişin yarısının ona verilməsi şərti ilə istəyən olanda icarəyə verir. Adam olmayanda da avtomobilini özü yumaq istəyən şəxslərdən işlətdiyi suya və şampuna görə 1-2 manat pul alır. Həmin avtoyuma məntəqəsi demək olar ki, stabil daimi işləməmiş, son dəfə təqribən 2 ay əvvəl Köçəsgər kənd sakini əvvəllər məhkum olunduğunu bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb avtoyuma məntəqəsini işlətmək istədiyini demiş, o da həmkəndli olduğu üçün etiraz etməmişdir. Təqsirləndirilən şəxs təxminən 2 ay bundan avtoyuma məntəqəsində işləməyə başlasa da ancaq arabir, maşın olanda gəlib yumuş, son bir həftədə avtoyuma məntəqəsinə gəlməmiş, başqa avtoyuma məntəqəsində işləmişdir. Təqsirləndirilən şəxs 15 və 16 may 2021-ci il tarixlərdə ardıcıl olaraq gəlib avtoyuma məntəqəsini açıb işlətmişdir. 16.05.2021ci il tarixdə də həmişəki kimi səhər saat 6-da işə gəlmiş, işə gələndən sonra təxminən səhər 7-yə qalmış Tural gəlib avtoyuma məntəqəsini açmış, həmin vaxt o da dükanda öz işi ilə məşğul olmuş, Təqsirləndirilən şəxs da tez-tez dükana girib çıxmış, təxminən səhər saat 9-a 10 dəqiqə işləmiş o dükanda piştaxtanın arxasında olanda Tural gəlib elektron tərəzinin düz çəkib-çəkmədiyini soruşmuş, o da hər gün istifadə olunan tərəzi olduğunu və düz işlədiyini demiş, bundan sonra Təqsirləndirilən şəxs şalvarının cibindən 2 ədəd qırmızı qaşı olan xırda sırğaları çıxarıb tərəzinin üstünə qoymuş, o da sırğaların kimə məxsus olmasını soruşmuş, Tural sırğaların anasına məxsus olduğunu, düzəltdirmək üçün apardığını demiş, sırğaları götürüb təkrar cibinə qoymuş və çölə çıxmışdır. Bundan sonra o, Ağstafa rayon mərkəzi bazarına getmiş, qayıdanda Təqsirləndirilən şəxs orada olmadığını görmüş, günorta nahara yaxın qayıdıb gəldikdə, əlində qutunun içərisində 5 ədəd ördək balası olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs nahara gedib günortadan sonra işə qayıtmış, təxminən saat 17 radələrində sonuncu avtoyuma məntəqəsini bağlayan zaman nə üçün tez bağlamasını soruşduqda qohumunun rəhmətə getməsi barədə xəbər aldığını demişdir. Axşam həmin qadının öldürüldüyünü eşitmiş, səhəri gün 17.05.2021-ci il tarixdə rayon polis şöbəsindən polis əməkdaşları gəlib Turalla maraqlanmış, işə nə vaxt gəlib-getməsini soruşmuşlar. O da Təqsirləndirilən şəxs dünən səhər gəldiyini, əlində də qızıl sırğalar olduğunu demiş, bundan sonra polis əməkdaşları kamera görüntülərinə baxmış, axşam Təqsirləndirilən şəxs Köçəsgər kənd sakini olan qadını öldürdüyü üçün tutulduğunu öyrənmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi Tədris birliyinin Ağstafa rayon şöbəsi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair 16.05.2021-ci il tarixli 07 nömrəli rəyindən görünür ki, X5 meyiti müayinə olunarkən boynunda tək qapanan stranqulyasiyon şırımı və burun sümüklərinin qapalı sınığı aşkar edilmişdir. Qeyd olunan stranqulyasiya şırımı və burun sümüklərinin sınığı həyati olmaqla, X5 ölümündən az əvvəl əmələ gəlmişdirlər. X5 meyitində aşkar edilmiş burun sümüklərinin qapalı sınığı küt əşyanın təsirindən törənmişdir və canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. X5 ölümünə səbəb boyun orqanlarının sıxılmasından əmələ gələn mexaniki asfiksiya olmuşdur. X5 boynunda aşkar edilmiş stranqulyasiya şırımı meyitin boynunda düyünlənmiş şəkildə olan qadın corabı (retuz) ilə törənməyə uyğun gəlir. Qeyd olunan stranqulyasiya şırımı yetirildiyi anda həyat üçün təhlükəli olduğu üçün sağlamlığa ağır zərərvurmaya aiddir. X5 meyiti üzərində zorlanmaya, yaxud qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik əlamət aşkar edilmədi. X5 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik vasitə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi Tədris birliyinin Ağstafa rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 18.05.2021-ci il tarixli 219 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə trasoloji ekspertizasının 12.07.2021-ci il tarixli 3/1080/-6/2487 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X6 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin və 01 ədəd yastıq üzünün üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, X6 məxsus olduğu qeyd edilən 01 ədəd donun səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd jiletin səthindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında bənövşəyi rəngli matira olunmuş uzununa zolaqlı kimyəvi liflər rənginə və təbiətinə görə X6 məxsus olduğu qeyd edilən 01 ədəd jiletin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, T.B. Məmmədovun və Ç.Ə.Ələkbərovanın sağ və sol əlinin əl barmaqlarının dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintilərində və Ç.Ə.Ələkbərovanın sağ və sol əllərindən götürüldüyü qeyd edilən pambıq tampon nümunələrində kənar lif mikrohissəcikləri və həmçinin bir-birilərinə məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, 01 ədəd yastıq üzünün səthindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs və X6 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Ç.Ə.Ələkbərovaya məxsus jiletin və alt tumanın üzərində rəyin təsviri hissəsində qeyd olunan mexaniki zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədənin yaranma xarakteri fiziki qüvvənin təsiri nəticəsində yarana bilər. Lakin bu cür zədələrin yaranma xarakteri nəzərə almaqla onların yaranma mexanizmi kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş digər geyim əşyaları üzərində hər hansı zədə aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş materialların məhkəmə ekspertizasına dair 15.07.2021-ci il tarixli, 6/2580 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yarıyanmış xalçada, kül kömür nümunələrində, yanmış, kömürləşmiş oduncaqda, termiki təsirə məruz qalmış ağ rəngli düymədə, üzərində “gəvə üzərindən götürlümüş yanmış kağız nümunələri” mətnli yazıları olan paketdə qablaşdırılmış kül nümunəsində, pambıqlı çöpdə neft məhsullarının izləri yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş materialların məhkəmə ekspertizası, məhkəmə əmtəəşünaslıq ekspertizasına dair 12.07.2021-ci il tarixli, 6/2563-9/4356 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4,57 qram kütləli, üzərilərində 1 ədəd çəhrayı rəngli qaş olan, kilidinin üzərində b*583”, “.8w” və “12” damğaları olan, qırmızımtıl-sarı rəngli 1 cüt sırğa 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyil, korunddur. Sırğa cütü kustar üsulla hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilən məmulatın modeli və digər göstəriciləri nəzərə alınmaqla təqdim edilmiş 4,57 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanın 17.05.2021-ci il tarixinə olan orta bazar qiyməti təxminən 343 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən təqdim edilmiş maddi sübutların ekspertizasına dair 15.07.2021-ci il tarixli 387/2021-MTBŞ saylı rəyindən görünür ki, zərərçəkmiş X5 ABO sistemi üzrə qan qrupu- AB(H)/İV/.Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-Oalfa,beta/İ/. Ekspertizaya təqdim olunmuş hadisə yerindən 02 ədəd çubuqlu pambıq tamponlara götürülmüş ləkələrdə, Ç.Ələkbərovaya məxsus kalqotka, jilet, 02 ədəd don və onun əl barmaq dırnaq kəsikləri yatağında insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda «A», «B» və «H» antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa AB(H)/İV/ qruplu şəxsə, o cümlədən X6 məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə ləkələrdə Oalfa, beta/İ/ qruplu Təqsirləndirilən şəxs da qarışmış qanlarının olması inkar olunmur, əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus 02 ədəd köynək, şalvar, jilet, kepka, kəmər, 01 cüt ayaqqabı, Ç.Ə.Ələkbərovaya məxsus trusik üzərində qana şübhəli ləkələr, Təqsirləndirilən şəxs dırnaq kəsikləri üzərində isə qan aşkar olunmadı. Təqdim olunan «Rothmans» markalı ağ filtrli siqaret kötüyü üzərində ağız suyu aşkar olunmadı. Tədqiqata təqdim edilmiş yastıqdan götürülmüş 02 ədəd, Ç.Ə.Ələkbərovaya məxsus kalqotka və jiletdən götürülmüş bir yığın obyektlər insanın baş tükləridir, rənglənməyə məruz qalmışlar. Həmin tüklər öz aralarında və Ç.Ə.Ələkbərovanın baş tükü nümunələri ilə morfoloji xüsusiyyətlərinə görə müqayisə olundular. Əsas morfoloji əlamətlərə görə tədqiq olunmuş tüklər öz aralarında və Ç.Ə.Ələkbərovanın baş tükləri ilə böyük oxşarlıq təşkil edir və ona məxsus ola bilərlər. Ç.Ələkbərovaya məxsus trusik və 02 ədəd don üzərində isə tükəbənzər hər hansı obyekt aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonvroloji Dispanserindən təqdim edilmiş məhkəmə ambulator psixiatrik-psixoloji ekspertizasının 18 iyun 2021-ci il tarixli 313/101 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı ekspertiza zamanı da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, onun keçirdiyi həmin emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş “diskə baxış keçirilməsi” haqqında 8 iyul 2021-ci il tarixli protokoldan görünür ki,"xxxx" MMC-dən daxil olmuş mobil nömrə danışıqlarına dair məlumatlara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrəsi ilə X5 istifadəsində olmuş ***-***-**-** nömrəsi arasında 12.05.2021-ci il tarixdə saat 08:53-də, Çiçək Ələkbərovaya məxsus ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə 15.05.2021-ci ildə saat 13:40-da, Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrəsindən X5 istifadəsində olmuş 51-646-85-82 nömrəsinə 15.05.2021-ci il tarixdə saat 13:46-də zəng etməsi müəyyən edilir. Həmin vaxt mobil telefonun anten dairəsinin “Ağstafa rayonu Köçəsgər kəndini göstərmişdir. İş materiallarına əlavə edilmiş “diskə baxış keçirilməsi” haqqında 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki,mobil nömrə danışıqlarına dair məlumatlara keçirilmiş baxış zamanıX5 istifadəsində olmuş mobil nömrəyə dair danışıqlara baxış keçirilməsi12.05.2021-ci il tarixdə saat 08:53-də, Çiçək Ələkbərovaya məxsus ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə 15.05.2021-ci ildə saat 13:40-da, Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrəsindən X5 istifadəsində olmuş 51-646-85-82 nömrəsinə 15.05.2021-ci il tarixdə saat 13:46-də zəng etməsi müəyyən edilir. Həmin vaxt mobil telefonun anten dairəsinin “Ağstafa rayonu Köçəsgər kəndini göstərdiyi müəyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Tərəqqi MMC” tərəfindən təqdim edilmiş 09.08.2021-ci il tarixli hesabata əsasən X6 məxsus Ağstafa rayonu Köçəsgər kəndində yerləşən fərdi yaşayış evinin 15.05.2021-ci il tarixə dəyəri 20 000 ( iyirmi min manat), fərdi yaşayış evinin içindəki əşyaların dəyəri 1608 (bir min altı yüz səkkiz) manat, fərdi yaşayış evinin əşyalarla birlikdə ümumi dəyəri isə 21608 manat təşkil edir, fərdi yaşayış evinə yanan hissəsinə dəymiş ziyanın tikinti materialları və zəhmət haqqı ilə birlikdə dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 14.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar dairəsinin-Yuqrı Tümen vilayətinin 13.11.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 105-ci mad 2 hissəsinin z bəndi, 162-ci maddəsinin 4-cü hissəsinin V bəndi, 69-cu maddəsinin 3 hissəsi ilə təqsirli bilinib, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17.03.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qərarından müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2011-ci il tarixli qərarına əsasən Rusiya Federasiyasının Xantı-Mansiysk muxtar dairəsinin-Yuqrı Tümen vilayət Məhkəməsinin onun barəsindəki 13.11.2006-cı il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasına və Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 08.12.2010-cu il tarixli təqdimatı təmin edilmiş, Rusiya Federasiyasının Xantı-Mansiysk muxtar dairəsinin- Yuqrı Tümen vilayət Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 13.11.2006-cı il tarixli hökmünün mövcud dəyişikliklərlə icra üçün Azərbaycan Respublikası ərazisində tanınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11-ci maddəsilə 15 (on beş) il müddətə, həmin Məcəllənin 181.3.3-cü maddəsilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 17 may 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Ağstafa rayon Məhkəməsinin “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” 19 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlamanın əvvəli 17 may 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Ağstafa RİHB-nin Köçəsgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Köçəsgər kənd sakinidir və ailə tərkibi anası Şahid7 ibarətdir. İş materiallarına əlavə edilmiş Ağstafa RİHB-nin Köçəsgər kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11, 181.2.3, 181.3.3 və 29, 186.2.2-ci maddələri ilə elan olunmuş ittihamlarla özünü qismən təqsirli bildiyini göstərərək ifadə verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadələrini tamamilə təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11, 181.2.3, 181.3.3 və 29, 186.2.2ci maddələri ilə olan ittihamlar üzrə özünü qismən, yalnız CM-in 120.1-ci maddəsilə təqsirli bildiyini, hadisədən təxminən 3 ay əvvəl Bakı şəhərində yaşayan bibisinin onlara gələrək söhbət vaxtı 2018-ci ildə atası Bayram vəfat edəndə Çiçəyin guya anası Məleykənin bacılarının qardaşının ölümünə sevinib, halvasını ürəklə yeməsi barədə bildirdikdən sonra anasının mobil nömrədən Çiçəyə zəng edib, telefonu səsucaldıcıya qoyub ondan belə bir söz deyib-demədiyini soruşmuş, Çiçəyin də telefonda anasına “demişəm, yaxşı eləmişəm, sənin ərinin və atanın goru belə belə olsun” deyib, nalayiq ifadələr işlədərək telefonu söndürdüyünü, həmin hadisənin yadında qaldığını, buna görə də onu ifadəsində göstərdiyi şəraitdə qəsdən öldürmüş, sırğaları isə guya oğurluq olması, müqavimət göstərəndə Çiçəyin öldürülməsi barədə təəsürat yaratmaq üçün götürdüyünü göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edərək hesab edir ki, onun təqsiri özünü qismən təqsirli bilməklə verdiyi ifadəsilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anasının Çiçəklə telefonda danışarkən sonuncunun anasına “demişəm, yaxşı eləmişəm, sənin ərinin və atanın goru belə belə olsun” deyib, nalayiq ifadələr işlədərək telefonu söndürdüyünü, həmin hadisənin yadında qaldığını, 15.05.2021-ci il tarixdə axşam saat 22 radələrində Çiçəyin evinə gedərək ona “Bilmirsən niyə gəlmişəm? Atamın goruna niyə söyübsən? Üzr istəməlisən!” demiş, Çiçək isə cavabında “demişəm, əcəb eləmişəm, lazım gəlsə ananın yanında da atanın və babanın goruna söyərəm” dediyindən corabla Çiçəyin boğazını sıxıb onu boğmaqla öldürmüş, öləndən sonra sağ və sol qulağından üstündə qırmızı rəngli qaşları olan sırğaları götürüb, şalvarın sağ yan cibinə qoyduğunu, stolun üstündə su qabı, müxtəlif kağız parçaları olduğunu görmüş, kağızları, divanın üstündə olan şal və boz rəngli düymələri olan qadın jaketini divandan bir qədər aralıda xalçanın üstünə topalayıb, yandırmışdır. Həbsdə olanda tüstü olanda əl izi qalmadığını oxdudğunu üçün evi yandırıb tüstü ilə izləri itirmək istəmiş, sırğaları guya oğurluq olması, müqavimət göstərəndə Çiçəyin öldürülməsi barədə təəsürat yaratmaq üçün götürmüş, şal və kağız parçaları alışandan sonra qapını örtüb yataq otağından, sonra da zal otağından çıxmışdır. Lakin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “Çiçək Ələkbərova ilə əvvəllər aralarında telefon danışığı zamanı sonuncu nə onun ərini, nə də atasını söyməmiş, mübahisə elə telefonda da yekunlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs yanında olmamış, yalnız baldızı Aidə olmuş, gəlini Şahid8 isə həmin vaxt evlərinə gəlin gəlməmişdir. Çiçəklə sonradan da buna görə hansısa sözsöhbətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Nə o, nə də hansısa baldızı Turala Çiçəyin dediyi söz barədə məlumat verməmişlər”. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində X10 və onun ailə üzvləri ilə münasibətinin yaxşı olduğunu, Turalın atası Bayramı çox istədiyini, sonuncuya və onun qəbrinə söymədiyini, bunu Turalın öz əməlinə don geyindirmək üçün yalandan dediyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin hal Şahid7 və zərərçəkmiş şəxsin hüquqi varisi Solmaz Hüseynovanın ifadələri ilə təkzib edilməklə öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 Qamət oğlununifadəsində göstərmişdir ki, “...Təqsirləndirilən şəxs təxminən 2 ay bundan avtoyuma məntəqəsində işləməyə başlasa da ancaq arabir, maşın olanda gəlib yumuş, son bir həftədə avtoyuma məntəqəsinə gəlməmiş, başqa avtoyuma məntəqəsində işləmişdir. Təqsirləndirilən şəxs 15 və 16 may 2021-ci il tarixlərdə ardıcıl olaraq gəlib avtoyuma məntəqəsini açıb işlətmişdir. 16.05.2021-ci il tarixdə də həmişəki kimi səhər saat 6-da işə gəlmiş, işə gələndən sonra təxminən səhər 7-yə qalmış Tural gəlib avtoyuma məntəqəsini açmış, həmin vaxt o da dükanda öz işi ilə məşğul olmuş, Təqsirləndirilən şəxs da tez-tez dükana girib çıxmış, təxminən səhər saat 9-a 10 dəqiqə işləmiş o dükanda piştaxtanın arxasında olanda Tural gəlib elektron tərəzinin düz çəkib-çəkmədiyini soruşmuş, o da hər gün istifadə olunan tərəzi olduğunu və düz işlədiyini demiş, bundan sonra Təqsirləndirilən şəxs şalvarının cibindən 2 ədəd qırmızı qaşı olan xırda sırğaları çıxarıb tərəzinin üstünə qoymuş, o da sırğaların kimə məxsus olmasını soruşmuş, Tural sırğaların anasına məxsus olduğunu, düzəltdirmək üçün apardığını demiş, sırğaları götürüb təkrar cibinə qoymuş və çölə çıxmışdır...”. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində sırğaları guya Çiçək Ələkbərovanın evində oğurluq olması, müqavimət göstərəndə Çiçəyin öldürülməsi barədə təəsürat yaratmaq üçüngötürdüyünü bildirməsinə dair ifadəsi də öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 120.2.11, 181.2.3, 181.3.3 və 29, 186.2.2-ci maddələri ilə tövsif olunmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 15-ci bəndində göstərilmişdir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 24-cü bəndində göstərilmişdir ki, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının 21ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar dairəsinin-Yuqrı Tümen vilayətinin 13.11.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 105-ci mad 2 hissəsinin z bəndi, 162-ci maddəsinin 4-cü hissəsinin V bəndi, 69-cu maddəsinin 3 hissəsi ilə təqsirli bilinib,16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2011-ci il tarixli qərarına əsasənRusiya Federasiyasının Xantı-Mansiysk muxtar dairəsinin-Yuqrı Tümen vilayət Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 13.11.2006-cı il tarixli hökmü mövcud dəyişikliklərlə icra üçün Azərbaycan Respublikası ərazisində tanınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11-ci maddəsilə 15 (on beş) il müddətə, həmin Məcəllənin 181.3.3-cü maddəsilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 17.03.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 63.3 və 65.2-ci maddələrinin tələbləri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün xüsusi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Həmçinin həmin Məcəllənin 56.2-ci maddəsində göstərilmişdir ki, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu, həmçinin əməlində cinayətlərin xüsusi təhlükəli residivinin mövcudluğu nəzərə alınaraq, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələrdən nümunələr, yastıq üzü, tük nümunələri, siqaret kötüyü, yataq otağının döşəmə hissəsi yanğın ocağı və ətrafından olan kül nümunələri, sellofan hissəsi, maye axıntı kütləsindən nümunə, qismən yanmış düymə, yanmış döşəmə hissəsi, habelə xalçanın yanmış hissəsi, mərhumun qan nümunələri, əl dırnaq kəsintiləri, hər iki əlin iç barmaq və ovuc hissəsindən yaxma nümunələri, eləcə də mərhumun saç nümunələri, Təqsirləndirilən şəxs əl dırnaq kəsintiləri, ağız suyu nümunəsi, qan nümunəsi məhv edilməli, zərərçəkmiş Çiçək Ələkbərovanın meyitinə baxış zamanı götürülmüş qanabənzər ləkələrlə çirklənmiş, çəhrayı rəngli qısaqol düyməsiz jaket, üstündə nöqtəşəkilli naxışları olan qısaqol platya, butaşəkilli naxışları olan gecə geyimi, eninə ağ-bənövşəyi zolaqları olan alt geyimi, bir qat düyünlənmiş qalın qadın corabı (retuz) X16nın yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olduğunu bildirdiyi qırmızı rəngli uzunqol köynək, göy rəngli cins şalvar, qara rəngli qısaqol dəri gödəkçə və qara rəngli dabansız üstü deşik kişi ayaqqabısı, qara rəngli gün papağı, qara rəngli kəmər, boyun və qollarında qara zolaqları olan bir ədəd qısaqol boz köynək yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 1 cüt qırmızı qaşlı sırğa X16nın yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 434,16 manat (dörd yüz otuz dörd manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11, 181.2.3, 181.3.3 və 29, 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsilə 20 (iyirmi) il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.3.3-cü maddələrilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsilə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 17 may 2021-ci il tarixdən, yəni şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələrdən nümunələr, yastıq üzü, tük nümunələri, siqaret kötüyü, yataq otağının döşəmə hissəsi yanğın ocağı və ətrafından olan kül nümunələri, sellofan hissəsi, maye axıntı kütləsindən nümunə, qismən yanmış düymə, yanmış döşəmə hissəsi, habelə xalçanın yanmış hissəsi, mərhumun qan nümunələri, əl dırnaq kəsintiləri, hər iki əlin iç barmaq və ovuc hissəsindən yaxma nümunələri, eləcə də mərhumun saç nümunələri, Təqsirləndirilən şəxs əl dırnaq kəsintiləri, ağız suyu nümunəsi, qan nümunəsi məhv edilsin, zərərçəkmiş Çiçək Ələkbərovanın meyitinə baxış zamanı götürülmüş qanabənzər ləkələrlə çirklənmiş, çəhrayı rəngli qısaqol düyməsiz jaket, üstündə nöqtəşəkilli naxışları olan qısaqol platya, butaşəkilli naxışları olan gecə geyimi, eninə ağ-bənövşəyi zolaqları olan alt geyimi, bir qat düyünlənmiş qalın qadın corabı (retuz) X16nın yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olduğunu bildirdiyi qırmızı rəngli uzunqol köynək, göy rəngli cins şalvar, qara rəngli qısaqol dəri gödəkçə və qara rəngli dabansız üstü deşik kişi ayaqqabısı, qara rəngli gün papağı, qara rəngli kəmər, boyun və qollarında qara zolaqları olan bir ədəd qısaqol boz köynək yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 1 cüt qırmızı qaşlı sırğa X16nın yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 434,16 manat (dörd yüz otuz dörd manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-303/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-303/2021
22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver