Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-304/2022 08.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), X11 və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X28 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslərin hüquqi varisləri Nümayəndə2, Nümayəndə4 oğlunun, Nümayəndə3, zərərçəkmiş şəxs Nümayəndə1, zərərçəkmiş şəxslərin qanuni nümayəndələri Nümayəndə5 və Nümayəndə6, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, 08 avqust 1998-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Söyüdlü kəndində daimi qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə saat 12 radələrində xx.xx.2021-ci il tarixli, BD 145641 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus, texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Mercedes-Benz” markalı, **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonundan Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu, Qasımalılar kəndi ərazisindən keçən hissəsinin 10-cu kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən öz hərəkəti ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 xəttini (bütov ağ xətti) kəsib keçmək qadağan olduğu və yaşayış məntəqəsindən kənarda 90 km/saat sürətdən artıq sürətlə hərəkət etməməli olduğu halda qanunun qeyd edilən tələblərinə əməl etməyərək idarə etdiyi “Mercedes-Benz” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili 100 km/saat sürətlə idarə edərək kəsib keçmək qadağan olunan 1.1 xəttini (bütov ağ xətti) kəsib keçərək əks hərəkət istiqamətinə çıxmaqla Gədəbəy rayonu istiqamətində hərəkətdə olan Şahid1 ƏN-İİ № 345398 saylı etibarnamə əsasında idarə etdiyi “VAZ 21063” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yolun əks hərəkət hissəsində toqquşaraq idarəetməni itirmiş, daha sonra Gədəbəy rayonu istiqamətində hərəkətdə olan X12 idarə etdiyi “VAZ 2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkət hissəsində toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ 2107” markalı, ** BP *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilində olan sərnişin X20 burun nahiyəsinin və sağ yanağın əzilmiş yaraları, burun sümüklərinin, kəllə qapağı və kəllə əsası sümüklərinin xətti sınıqları, baş beyinin əzilməsi, döş qəfəsinin qapalı küt travması, sağ Vİ-Vİİ qabırğaların sınıqları, sağtərəfli pnevmatoraks, hər iki bud və sağ baldır sümüklərinin orta üçdə birinin qapalı yerini dəyişmiş sınıqları ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, “VAZ2107” markalı, ** BP *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilində olan sərnişin Nümayəndə1 alın nahiyəsinin əzilmiş yarası, hər iki gözətrafı yumşaq toxumaların hematoması, kəllə tağı sümükləri, maksilyar və almacıq sümüklərinin sınığı, baş beyinin hər iki alın və sol təpə paylarının əzilməsi, döş qəfəsinin qapalı küt travması, sağ Vİ, sağ İİ, İİİ, İV, V, Vİ qabırğaların yerini dəyişmiş sınıqları, iki tərəfli hematoraks , İ və İİ fəqərələrinin sınıqları, sol bud sümüyü başının yerini dəyişmiş sınığı ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, “VAZ2107” markalı, ** BP *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobildə olan sərnişin X1 çənə sümüyünün, sınığı, döş qəfəsinin qapalı küt travması, sol İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları xətti sınıqları, sol bazu və sağ bud sümüyünün orta üçdə birinin qapalı yerini dəyişmiş sınıqları ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, “VAZ 2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü X21 başın tüklü hissəsində sağ gicgah nahiyəsinin dərialtı hematoması, alt dodağın əzilmiş yarası, sağ gicgah sümüyünün və kəllə əsasının sınığı, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin sol yan səthinin əzilmiş yarası, sol tərəfli 4-5-6-7-ci qabırğaların sınıqları, sol diz oynağının ön səthinin sınığı və Bayram Gözəlovun ölümünə səbəb olan kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, “VAZ 2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişin X14 alın nahiyəsinin çənəaltı nahiyəsinin əzilmiş yaraları, burun sümüyünün və kəllə əsasının sınıqları, döş qəfəsinin və qarının qapalı küt travması, döş qəfəsinin və qarının ön səthinin qançırları, sağ tərəfli 4-5-6-7-8-ci qabırğaların sınıqları, sağ ağ ciyərin və qara ciyərin əzilmiş-cırılmış yaraları, daxili qanaxma, sol said sümüklərinin orta üçdə birinin, sol bud sümüyünün aşağı üçdə birinin qapalı, yerini dəyişmiş sınıqları, sol budun aşağı üçdə birinin iç səthinin sıyrıq və qançırı, eləcə də Gəncalə Gözəlovanın ölümünə səbəb olan kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, “VAZ 2107” markalı, **-BP-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilində olan sərnişin X15 başın tüklü sol gicgah nahiyəsinin sıyrığı, alın nahiyəsinin dərialtı hematoması, burun əsasının əzilmiş yarası, burun sümüklərinin sınığı, sol gözətrafı yumşaq toxumaların hematoması, sağ baldır sümüklərinin orta üçdə birinin qapalı üçdə birinin yerini dəyişmiş sınıqları, sağ aşıq-baldır oynağının sınıq-çıxığı, sağ baldırın yuxarı üçdə birinin ön səthinin sıyrığı və Aliyə Əliyevanın ölümünə səbəb olan kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, ümumilikdə ehtiyatsızlıqdan iki və daha çox şəxsin, yəni üç şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “İİ Qarabağ müharibəsi”də iştirak etmiş və qaziliyi təsdiq olunmuşdur. O, müharibədə iştirak edən zaman baş nahiyəsindən travma almış, yaddaşında, gözündə problemlər, həmçinin belində yırtıq yaranmışdır. Onun hər iki gözündə görməkdə zəiflik, həmçinin qulağında ağır eşitmə olmuş və müharibə vaxtı həmin xəsarətləri almışdır. Onun özünə məxsus “Mercedes Benz” markalı, ** OS *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobili olmuşdur. 16 noyabr 2021-ci il tarixdə qeyd etdiyi özünə məxsus olan “Mercedes Benz” markalı, ** OS *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilini Şəmkir şəhərində təmir etdirmək qərarına gəlmiş, bu məqsədlə idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə ilkin olaraq Gədəbəy şəhərinə gəlmiş, Gədəbəy-Şəmkir avtomobil yolu ilə Şəmkir rayonu istiqamətdə hərəkət etməyə başlamış və həmin yolla hərəkətini davam etdirmişdir. O, Gədəbəy-Şəmkir avtomobil yolu ilə hərəkət edən zaman Qasımalılar kəndi ərazisində qabaqdan döngə görmüş, həmin döngəni keçdikdən sonra onun yolunda ağ rəngli avtomobil olduğunu, həmin avtomobilin ağ xəttin üzəri ilə onun hərəkət hissəsində üzərinə doğru hərəkət etdiyini görmüşdür. O, həmin an nə edəcəyini bilməmiş, həyəcanlanaraq sağa və ya sola çıxmaq barədə qərar qəbul edə bilməmişdir. Həmin vaxt ağ rəngli “VAZ2106” markalı avtomobillə toqquşduğunu hiss etmiş, bundan sonra özünü itirmiş, nə baş verdiyini bilməmişdir. O, daha sonra xəstəxanada ayılan vaxt hadisə baş verdiyini bilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, VAZ2106 markalı avtomobil onun hərəkət hissəsinə çıxdığı üçün yol nəqliyyat hadisəsi baş vermişdir. O, hadisə baş verməzdən əvvəl avtomobili təxminən 55-60 km/saat surətlə idarə etmişdir. O, hadisə vaxtı özünü itirdiyi üçün tormoz verməyə cəhd etmiş, lakin tormoz verib vermədiyini xatırlamır. O, hadisə baş verməzdən əvvəl VAZ2106 markalı minik avtomobilini təxminən 20 metr məsafədə görmüşdür. Baş vermiş hadisədən çox peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdi ki, X22 onun qızıdır. O, X25 ilə evlənmişdir. Onların birgə nikahlarından Yasin və Hüseyn adlı övladları vardır. Baş vermiş hadisədən 2-3 ay əvvəl qızı Gəncalə ona hamilə olduğunu bildirmişdir. 15 noyabr 2021-ci il tarixdə qızı Gəncaləni Şəmkir rayon mərkəzi xəstəxanasında ginekoloq müayinəsinə aparmaq qərarına gəlmişlər. Bu məqsədilə nəvəsi Aliyə Əliyevanı da özləri ilə götürərək Gədəbəy şəhərində yaşayan Gəncaləgilə gəlmişdir. Daha sonra Gəncalə oğlanları Hüseyn, Yasin və oğlu Gəncağanın qızı Aliyə ilə birlikdə kürəkəni Bayramın idarə etdiyi VAZ2107 markalı avtomobilə minmişlər. Onlar Bayramla birlikdə Şəmkir şəhərində yaşayan bacısı Nəsibə Babayevagilə gəlmişlər. Həmin günün səhəri Şəmkir rayon mərkəzi xəstəxanasında ginekoloq həkim işləyən Qəndab həkimin qəbuluna getmişlər. Qəndab həkim Gəncaləni müayinə etdikdən sonra Gədəbəy şəhərinə qayıtmışlar. O, nəvələri Hüseyn, Yasin və Aliyə ilə birlikdə Bayrama məxsus avtomobildə arxa sərnişin oturacağında oturmuş, Gəncalə qabaq sərnişin oturacağında oturmuşdur. Bayram avtomobilə əyləşərək avtomobili işə salaraq idarə etməyə başlamışdır. Bayram avtomobili idarə edərək Şəmkir-Gədəbəy avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətini davam etdirmişdir. Həmin yolun Qasımalılar kəndi ərazisindən keçən hissəsində Bayram avtomobili yolun sağ hərəkət hissəsi ilə idarə etmişdir. Bayramın qarşısı ilə eyni istiqamətdə isə VAZ2106 markalı minik avtomobili hərəkət etmiş, həmin yolun əks istiqamətində hərəkət edən “Mercedes Benz” markalı avtomobil qəfildən gəldiyi istiqamətdə idarəetməni itirərək qarşıda onlarla eyni istiqamətdə hərəkət edən avtomobilə doğru hərəkət etmiş, həmin vaxt VAZ2106 markalı avtomobil sağa doğru hərəkət etsə də “Mercedes Benz” markalı avtomobil həmin avtomobilə dəymiş, sonra isə fırlanaraq onların olduqları avtomobilə dəymişdir. Həmin zaman baş nahiyəsindən xəsarət almış, bu səbəbdən daha sonra olanları xatırlamır. Daha sonra ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Daha sonra isə yol nəqliyyat hadisəsi nəticəsində qızı Gəncalənin, kürəkəni Bayramın və nəvəsi Aliyənin aldıqları xəsarətlərdən öldüklərini bilmişdir. Hadisə “Mercedes Benz” markalı avtomobilin sürcüsünün günahı səbəbindən baş vermişdir. Hazırda ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Nümayəndə4 oğlu, Nümayəndə2 və Nümayəndə3 Nümayəndə1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun özünə məxsus olan etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. O, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. O, 16 noyabr 2021-ci il tarixdə Şəmkir-Gədəbəy avtomobil yolu ilə Gədəbəy rayonu istiqamətdə hərəkət etməyə başlamışdır. Təxminən saat 12 radələrində həmin yolun Qasımalılar kəndindən keçən hissəsində Gədəbəy rayonu istiqamətində yolun sağ hərəkət hissəsi ilə idarə etdiyi minik avtomobili ilə 30-40 km/saat sürətlə hərəkət edən zaman yolun sərt döngəli hissəsində qarşı hərəkət zolağından “Mercedes Benz” markalı avtomobilin təxminən 100 km/saat sürətlə hərəkət etdiyini, daha sonra isə onun hərəkət yoluna doğru istiqamətini itirib hərəkət etdiyini görmüşdür. O, həmin avtomobillə toqquşmamaq üçün avtomobili bacardığı qədər yolun sağ hissəsinə doğru hərəkət etdirmiş, həmin avtomobilin sürücüsü avtomobili öz hərəkət hissəsinə doğru hərəkət etdirmiş, təxminən 15-20 metr məsafə qət etdikdən sonra avtomobilləri arasında 5-6 metr məsafə qalmış onun yoluna hərəkət edərək avtomobilinin sol tərəf orta hissəsindən vurmuşdur. Zərbənin təsirindən avtomobili yolun sağ ehtiyyat hissəsinə hərəkət etdikdən sonra fırlanaraq yolun sağ hərəkət hissəsində dayanmış, həmin vaxt isə taqqıltı səsi eşitmiş, onun avtomobili ilə toqquşan “Mercedes Benz” markalı avtomobil onun hərəkət yolunda arxa tərəfdə hərəkətdə olan VAZ21074 markalı avtomobilə dəymiş, zərbənin təsirindən VAZ21074 markalı avtomobil yolun sağ tərəfində olan ehtiyyat hissəsində, “Mercedes Benz” markalı avtomobil isə yolun sağ hərəkət hissəsində dayanmışdır. Bu zaman yoldan keçən avtomobillər dayanmış, o da avtomobilindən düşərək həmin avtomobillərə yaxınlaşaraq içərisində olan sərnişinlərə kömək etməyə başlamışdır. “Mercedes Benz” markalı avtomobilin sürücüsü avtomobildən özü çıxmış, digər VAZ21074 markalı minik avtomobilində isə sürücü sükanın arxasında sıxılmış vəziyyətdə olmuş, həmçinin həmin avtomobildə qabaq sərnişin oturacağında bir nəfər təxminən 25-30 yaşlarında qadın, arxa sərnişin oturacağında isə bir nəfər təxminən 50 yaşlarında qadın və 3 nəfər az yaşlı uşaqlar olmuşdur. Onlar sərnişinləri avtomobildən çıxarmış və təcili tibbi yardım çağırmışlar. Daha sonra təcili tibbi yardım avtomobili ilə xəsarət almış şəxsləri xəstəxanaya yola salmışlar. O, hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməklərini gözləmiş, polis əməkdaşları hadisə yerinə gəldikdən sonra hadisə yerinə onun iştirakı ilə baxış keçirilmiş, sərxoşluq müayinəsindən keçirilmişdir. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, hadisə zamanı “Mercedes Benz” markalı avtomobili ilk dəfə onun yoluna çıxan zaman təxminən 35-40 metr məsafədə olmuş, daha sonra öz yoluna qayıdıb yenidən onun yoluna çıxmasını görərkən isə aralarında təxminən 5-6 metr məsafə olmuşdur. O, hadisənin qarşısını almaq üçün avtomobili bacardığı qədər yolun sağ kənarına doğru hərəkət etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Şəmkir rayon polis şöbəsinin X39 Bölməsinin X38 xidmətinin inspektoru vəzifəsində xidmət edir. O, 16 noyabr 2022-ci il tarixdə xidmətdə olmuş, xidmətdə olan zaman Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsindən Şəmkir rayonu ərazisində Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi haqqında məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Şəmkir rayonu, Qasımalılar kəndi ərazisinə yerləşən yol nəqliyyat hadisəsi yerinə gedərək hadisə yerinin mühafizəsini təmin etmişdir. O, hadisə yerinə çatan zaman “Mercedes Benz” markalı, **- OS-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobili, “VAZ 21063” markalı, **-FX-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobili və “VAZ2107” markalı, ** BP *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobillərinin toqquşmuş halda olduğunu görmüşlər. Onlar hadisə yerinə çatdıqdan sonra yaralıların təcili tibbi yardım avtomobili ilə Şəmkir rayon mərkəzi xəstəxanasına göndərilməsinə köməklik etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 16 noyabr 2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu Qasımalılar kəndindən keçən hissəsidir (10 km). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 16 dekabr 2021-ci il tarixli 259 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs alkaqol sərxoşluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X29-Təcrübi və X35 Hüquqi şəxsin 22 noyabr 2021-ci il tarixli, 45 nömrəli ekspert rəyindən görünür ki, mərhum X12 meyitinin bədənində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində sağ gicgah nahiyəsinin dərialtı hematoması, alt dodağın əzilmiş yarası, sağ gicgah sümüyünün və kəllə əsasının sınığı, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin sol yan səthinin əzilmiş yarası, sol tərəfli 4-5-6-7-ci qabırğaların sınıqları, sol diz oynağının ön səthinin sınığı KÜT əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 16 noyabr 2021-ci il tarixli yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X12 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X12 ölümü meyitin müayinəyə başlanmasından 3-5 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X29-Təcrübi və X35 Hüquqi şəxsin 13 dekabr 2021-ci il tarixli, 1512 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin, sol yanağın, sağ çiyinüstü nahiyəsinin, sol əlin arxa səthinin sıyrılmış yaraları, sol haymor boşluğunun lateral divarının yerini dəyişməyən sınığı, burun sümüklərinin yerini dəyişmiş sınıqları, Vİİ boyun fəqərəsinin arxa çıxıntısının sınığı, baş beyin silkələnməsi, V-Vİ-Vİİ-Vİİİ döş fəqərə cisimlərinin fəsadlaşmamış kompression sınıqları, sağ incik sümüyünün yerini dəyişmiş sınığı KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti 16 noyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X29-Təcrübi və X35 Hüquqi şəxsin 17 noyabr 2021-ci il tarixli, 1507 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar edilmiş xəsarət-bel nahiyyəsinin sol yarısının qançırı KÜT əşyanın təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 16 noyabr 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X29-Təcrübi və X35 Hüquqi şəxsin 21 noyabr 2021-ci il tarixli, 44 nömrəli ekspert rəyindən görünür ki, mərhum X5 meyitinin bədənində aşkar edilmiş xəsarətlər alın və çənəaltı nahiyənin əzilmiş yaraları, burun sümüyünün və kəllə əsasının sınıqları, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin və qarının qapalı küt travması, döş qəfəsinin və qarının ön səthinin qançırları, sağ tərəfli 4-5-6-7-8-ci qabırğaların sınıqları, sağ ağ ciyərin və qara ciyərin əzilmiş-cırılmış yaraları, daxili qanaxma, sol said sümüklərinin orta üçdə birinin, sol bud sümüyünün aşağı üçdə birinin qapalı, yerini dəyişmiş sınıqları, sol budun aşağı üçdə birinin iç səthinin sıyrıq və qançırı KÜT əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 16 noyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X5 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X5 ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. X6 3-4 aylıq hamiləlik olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X29-Təcrübi və X35 Hüquqi şəxsin 20 noyabr 2021-ci il tarixli, 43 nömrəli ekspert rəyindən görünür ki, mərhum X7 meyitinin bədənində aşkar edilmiş xəsarətlər-başın tüklü sol gicgah nahiyəsinin sıyrığı, alın nahiyəsinin dərialtı hematoması, burun əsasının əzilmiş yarası, burun sümüklərinin sınığı, sol gözətrafı yumşaq toxumaların hematoması, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ baldır sümüklərinin orta üçdə birinin qapalı üçdə birinin yerini dəyişmiş sınıqları, sağ aşıq-baldır oynağının sınıq-çıxığı, sağ baldırın yuxar üçdə birinin ön səthinin sıyrığı KÜT əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 16 noyabr 2021-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X7 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X7 ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X29-Təcrübi və X35 Hüquqi şəxsin 15 dekabr 2021-ci il tarixli, 1636 nömrəli ekspert rəyindən görünür ki, X8 bədən səthində aşkar edilmiş xəsarətlər-çənə sümüyünün sınığı, döş qəfəsinin qapalı küt travması, sol İV-V-Vİ-Vİİ-Vİİİ qabırğların xətti sınıqları, sol bazu və sağ bud sümüyünün orta üçdə birinin qapalı yerini dəyişmiş sınıqları KÜT əşyaların təsirindən törənmişlər, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 16 noyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X29-Təcrübi və X35 Hüquqi şəxsin 15 dekabr 2021-ci il tarixli, 1635 nömrəli ekspert rəyindən görünür ki, Nümayəndə1 bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin əzilmiş yarası, hər iki gözətrafı yumşaq toxumaların hematoması, kəllə tağı sümüklərinin, maksilyar və almacıq sümüklərinin sınığı, baş beyinin hər iki alın və sol təpə paylarının əzilməsi, döş qəfəsinin qapalı küt travması, sağ Vİ, sağ İİ, İİİ, İV, V, Vİ qabırğaların yerini dəyişmiş sınıqları, iki tərəfli hematoraks, İ və İİ bel fəqərələrinin sınıqları, sol bud sümüyü başının yerini dəyişmiş sınığı KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 16 noyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X29-Təcrübi və X35 Hüquqi şəxsin 15 dekabr 2021-ci il tarixli, 1637 nömrəli ekspert rəyindən görünür ki, X16 bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin əzilmiş yarası, hər iki gözətrafı yumşaq toxumaların hematoması, kəllə tağı sümüklərinin, maksilyar və almacıq sümüklərinin sınığı, baş beyinin hər iki alın və sol təpə paylarının əzilməsi, döş qəfəsinin qapalı küt travması, sağ Vİ, sağ İİ, İİİ, İV, V, Vİ qabırğaların yerini dəyişmiş sınıqları, iki tərəfli hematoraks, İ və İİ bel fəqərələrinin sınıqları, sol bud sümüyü başının yerini dəyişmiş sınığı KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 16 noyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X29-Təcrübi və X35 Hüquqi şəxsin 3 dekabr 2021-ci il tarixli, 3808/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2022-ci il tarixli 8/3367 nömrəli rəyindən görünür ki, “Mercedes Benz” markalı, 90-0S-994 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı avtomobili yaşayış məntəqəsindən kənarda 90 km/saatdan artıq, yəni 100/km saat sürətlə hərəkət etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. VAZ-2106 markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. VAZ-21074 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 hadisənin-qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X29-Təcrübi və X35 Hüquqi şəxsin 29 mart 2022-ci il tarixli, 128/KEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs mütəxəssis müayinəsi zamanı hazırda onda “Keçirilmiş müştərək kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. C7 fəqərəsinin spinal çıxıntısının sınığı, Th5-6-7-8 fəqərə cisimlərinin fəsadlaşmış kompression sınığı, döş qəfəsinin küt travmasından sonrakı vəziyyət. Sağ incik sümüyünün orta 1/3-nin qapalı sınığı. Burun sümüklərin yerdəyişmiş sınıqları. Yeriş hərəkət funksiyasının kəskin pozulması”nın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs hazırda kənar şəxslərin köməyinə ehtiyac vardır. Qeyd olunan dəyişikliklər Təqsirləndirilən şəxs almış olduğu travmanın qalıq əlamətləri kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu ilə əlaqədar o, sərbəst fikirlərini ifadə edə bilir və kənar şəxslərin köməyilə istintaq hərəkətlərində iştirakı məqsədə müvafiq hesab edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 iyul 2021-ci il tarixli sənədindən görünür ki, Təqsirləndirilən şəxs mülayim dərəcədə ifadə olunmuş uzun müddətli pastravmatik stress pozlunluğu, mülayim dərəcədə ifadə olunmuş pastkommatsion sindrom. Baratravma ikitərəfli xroniki koxlear nevrit iki tərəfli neyrosensor ağıreşitmə pışıltı nitqin sol qulaqda 1 metr sağ qulaqda 4 metr məsafədən eşitməsi ilə, hər iki gözdə sadə hipermetropik astiqmatizm diaqnozu ilə üçüncü dərəcəli əlillik qrupuna malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” Publik Hüquqi şəxsin 8 may 2021-ci il tarixli 3905 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 8 may 2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və posttravmatik stress pozuntusu F43.1 və postkommosion sindrom F07.2 diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Müdafiə Nazirliyi 777 saylı Hərbi hissənin 16 yanvar 2021-ci il tarixli 221 nömrəli “travma haqqında arayışından” görünür ki, Təqsirləndirilən şəxs 4 noyabr 2020-ci il tarixdə Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən hər iki qulağın barotravması xəsarətini almışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətindən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin 17 iyun 2022-ci il tarixli 208 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycancan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli İ-3179, İ-5739,İ-12448 və İ-9323 nömrəli sərəncamları ilə Qubadlının, Cəbrayılın, Laçının və Hərbi xidmətlərə görə medallarla təltif olunmuş, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli və Xocəvənd rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmiş, hərbi komandalıq tərəfindən döyüşlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanlarla təltif olunmuş, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək Səfərbərlik üzrə hərbi xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X9 Gədəbəy rayon qəbul şöbəsinin 20 iyun 2022-ci il tarixli **********9 və **********8 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup Hərbi xidmət dövrü ilə əlaqədar əlil kimi müddətsiz pensiya alır, İİİ qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil kimi 31.03 2026-ci il tarixədək müavinət alır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş hərbi biletin surətindən görünür ki, X17 İ Qarabağ müharibəsində iştirakla əlaqədar İİ qrup hərbi qulluq əlilliyi var. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 3 aprel 2022-ci il tarixli 54 nömrəli “ziyan aktından” görünür ki, VAZ-2106 markalı, **-FX-*** qeydiyyat nişanlı avtomobilə 2500 manat ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 3 aprel 2022-ci il tarixli 53 nömrəli “ziyan aktından” görünür ki, “Mercedess_Benz E klass” markalı, **-OS-*** qeydiyyat nişanlı avtomobilə 7200 manat ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 3 aprel 2022-ci il tarixli 52 nömrəli “ziyan aktından” görünür ki, VAZ-2107 markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobilə 6100 manat ziyan dəymişdir Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X38 İdarəsinin 14 dekabr 2021-ci il tarixli, 016-22 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixə kimi BD 304447 saylı “B1, B, C1, C” dərəcəli, 22 may 1956-cı il təvəllüdlü Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatda olan Şahid1 adına xx.xx.2017-ci il tarixdən 13 mart 2026-cı il tarixədək AC-630854 saylı “BC” dərəcəli, 21 dekabr 1989-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X21 xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək AE-343913 saylı “BC” dərəcəli sürcülük vəsiqələri verilmişdir. Həmin vətəndaşların adları sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 aprel 2022i il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Mercedes Benz E class” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ2106” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq Şəmkir rayon polis şöbəsinə saxlanca verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış "xxxx" ASCnin qəbzlərindən görünür ki, Nümayəndə4 oğlu, Nümayəndə2 və Nümayəndə3 tərəfindən ayrı-ayrılıqda Gəncə Ağır Cinayətlər Məhkəməsinin hesabına 50 manat pul köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış X10 tərəfindən 725/2022 saylı məktuba əlavə edilmiş qəbzlərdən görünür ki, Nümayəndə2 tərəfindən X16 və X8 müalicə xərci olaraq xəstəxanaya ümumilikdə 15311 manat, Nümayəndə1 tərəfindən müalicə xərci olaraq xəstəxanaya 4554 manat məbləğində pul ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 25 aprel 2022ci il tarixli protokoldan və Şəmkir rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə müəyyən edilərək saxlanılmış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 aprel 2022-ci il tarixdən hesablanmışdr. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 23 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilmişdir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndində göstərilmişdir ki, üfiqi nişanlanma xəttinin 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndində göstərilmişdir ki, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda — saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda — saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs “VAZ 2106” markalı avtomobilin onun hərəkət hissəsinə çıxdığı üçün yol nəqliyyat hadisəsinin baş verməsi, hadisə baş verməzdən əvvəl avtomobili təxminən 55-60 km/saat surətlə idarə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri öz hüquqlarından istifadə edərək özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən zərərçəkmiş şəxsin, digər zərərçəkmiş şəxslərin hüquqi varislərinin və qanuni nümayəndələrinin, şahidlərin ifadələrini, məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyini, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolu və digər sübutları məhkəmə istintaqı zamanı müəyyən edilmiş cinayət işinin obyektiv halları ilə müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan üç şəxsin ölümünə və iki şəxsin sağlamlığına ağır, bir şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması kifayət qədər sübuta yetirildi. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd olunan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli sərəncamları ilə Qubadlının, Cəbrayılın, Laçının azad olunmasına və Hərbi xidmətlərə görə medallarla təltif olunmasını, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli və Xocəvənd rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etməsini, hərbi komandalıq tərəfindən döyüşlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanlarla təltif olunmasını, Hərbi xidmət dövrü ilə əlaqədar İİİ qrup əliliyinin olmasını, atası X4 İ Qarabağ müharibəsində iştirakla əlaqədar İİ qrup hərbi qulluq əlilliyinin olmasını, təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarətlər almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları –təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarətlər almasını, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə mənfi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın başlanğıcı tutulduğu gündən, yəni 25 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə maddi sübut olan Şəmkir rayon Polis Şöbəsində saxlanılan “Mercedes Benz E class” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs yaxın qohumuna, “VAZ2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum zərərçəkmiş şəxs X12 yaxın qohumuna və “VAZ2106” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Şahid1 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Şəmkir RPŞnin İstintaq bölməsinin 23 və 26 noyabr 2021-ci il tarixli “Zərərçəkmiş şəxsin hüquqi varisi və cinayət prosesinin iştirakçısı kimi tanınması haqqında” qərarlarından görünür ki, Nümayəndə4 oğlu zərərçəkmiş şəxs mərhum X12 hüquqi varisi, Nümayəndə2 zərərçəkmiş şəxs mərhum X5 hüquqi varisi, Nümayəndə3 zərərçəkmiş şəxs mərhum X7 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 2021-ci il tarixli 138 nömrəli “Yetkinlik yaşına çatmayanlar xx.xx.2014-cü il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X8 qəyyumluğa verilməsi barədə” sərəncamından görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2019-cu il təvəllüdlü X8 ataları X25 və anaları X22 xx.xx.2021-ci il tarixdə avtomobil qəzasında öldüklərinə görə saxlanılıb tərbiyə edilməsi üçün babası Nümayəndə2 qəyyumluğuna verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış vətəndaşın şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X8 ata qrafasında X25, ana qrafasında X22 qeyd olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış mülki iddiadan görünür ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə4 oğluna vurduğu mənəvi zərərə görə 3000 manat, zərərçəkmiş Nümayəndə1 xeyrinə vurduğu maddi zərərə görə (müalicə xərcləri) 4554 manat, zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə3 xeyrinə vurduğu mənəvi zərərə görə 3000 manat, zərərçəkmiş şəxsin hüquqi varisi, həm də cinayət hadisəsi nəticəsində ağır və az ağır bədən xəsarətləri almış və ailə başçısını itirmiş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X8 qəyyumu Nümayəndə2 xeyrinə vurduğu maddi zərərə (müalicə xərcləri) görə 15311 manat və vurduğu mənəvi zərərə görə 3000 manat və ailə başçısını itirmiş xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2019-cu il təvəllüdlü X23 yetkinlik yaşına çatanadək saxlanılması üçün yaşayış minimumu həddində, hər biri üçün hər ay 193 manat olmaqla, ümumilikdə hər ay 386 manat pul vəsaitinin tutulmasına dair hökm çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Çünki mülki cavabdehin öz təqsiri nəticəsində mülki iddiaçıya maddi və mənəvi ziyan vurması hazırki cinayət işinin materialları ilə təsdiq olunur. Belə ki, cinayət işinin materiallarına əlavə edilərək məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində törədilmiş yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs Nümayəndə1 müalicə olunması üçün 4554 manat, digər yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxslər X16 və X8 müalicə olunması üçün ümumilikdə 15311 manat məbləğində pul X3 kassasına köçürülmüş, həmçinin Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində X25, X22 və X24 ölmüş, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2019-cu il təvəllüdlü X23 ataları X25 və anaları X18 (ailə başçısını) itirmişlər. Göründüyü kimi mülki cavabdehin cinayət əməli nəticəsində mülki iddiaçılar üçün mənəvi sarsıntı və iztirablara səbəb olan maddi və mənəvi zərər dəymişdir. Buna görə də mülki iddiaçıların mülki cavabdehdən onlara dəymiş maddi və mənəvi zərərin əvəzində pul ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 25-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət işlərinə baxılarkən mülki iddia olduqda zərər çəkmiş şəxsəvurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll etməlidirlər. Bu zaman məhkəmələr cinayət prosessual qanunvericiliyin müddəalarına, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 9-cu bölməinin 59 və 60-cı fəsillərinin tələblərinə riayət etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1120.1.1-ci maddəsinə görə ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 1121.3.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək zərərin əvəzi ödənilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi həmin Qərarda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şəxsə yetirilən mənəvi zərərin kompensasiyasından söhbət gedir. Belə olan halda Konstitusiya Məhkəməsi bu cür kompensasiya etməni məhkəmənin mülahizəsinə görə təyin edilməli olmasını müəyyən edir. Bundan əlavə Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X19 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki iddiaçılar Nümayəndə4 oğlu, Nümayəndə2, Nümayəndə3 mənəvi zərərin məbləğinin hansı səbəbdən 3000 manat təşkil etməsini əsaslandırmamış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək, iddiaçıların mənəvi və fiziki iztirablarının xarakterini və dərəcəsini, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, verilmiş mülki iddia qismən təmin edilməli, törədilmiş cinayət hadisəsi nəticəsinə dəymiş maddi zərərin əvəzi olaraq mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Nümayəndə1 xeyrinə 4554 manat, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər X26 və X13 dəymiş maddi zərərin əvəzi olaraq onların qəyyumu Nümayəndə2 xeyrinə 15311 manat pul tutulmalı, ailə başçısını itirməyə görə xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2019-cu il təvəllüdlü X23 yetkinlik yaşına çatanadək saxlanması üçün hər biri üçün hər ay 193 manat olmaqla, ümumilikdə hər ay 386 manat pul tutularaq onların qəyyumu Nümayəndə2 ödənilməli, törədilmiş cinayət hadisəsi nəticəsinə dəymiş mənəvi zərərin əvəzi olaraq mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçılar Nümayəndə4 oğlunun xeyrinə 1500 manat, Nümayəndə2 xeyrinə 1500 manat, Nümayəndə3 xeyrinə 1500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən mülki iddiaçılar Nümayəndə4 oğlu, Nümayəndə2, Nümayəndə3 tərəfindən ayrı-ayrılıqda ödənilmiş 50 manat, ümumilikdə 150 manat dövlət rüsumunun 75 manatı cavabdeh Təqsirləndirilən şəxs tutulub müvafiq olaraq mülki iddiaçılar Nümayəndə4 oğlu, Nümayəndə2, Nümayəndə3 hər birinə 25 manat olmaqla ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3- cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 aprel 2022-ci il tarixdən hesablansın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Şəmkir rayon Polis Şöbəsində saxlanılan “Mercedes Benz E class” markalı, **-OS- *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs yaxın qohumuna, “VAZ2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum zərərçəkmiş şəxs X12 yaxın qohumuna və “VAZ2106” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Şahid1 qaytarılsın. Mülki iddia qismən təmin edilsin. Törədilmiş cinayət hadisəsi nəticəsinə dəymiş maddi zərərin əvəzi olaraq mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Nümayəndə1 xeyrinə 4554 (dörd min beş yüz dörd) manat, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər X26 və X13 dəymiş maddi zərərin əvəzi olaraq onların qəyyumu Nümayəndə2 xeyrinə 15311 (on beş min üç yüz on bir) manat pul tutulsun. Ailə başçısını itirməyə görə xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2019-cu il təvəllüdlü X23 yetkinlik yaşına çatanadək saxlanması üçün hər biri üçün hər ay 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə hər ay 386 (üç yüz səksən altı) manat pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq onların qəyyumu Nümayəndə2 ödənilsin. Törədilmiş cinayət hadisəsi nəticəsinə dəymiş mənəvi zərərin əvəzi olaraq mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçılar Nümayəndə4 oğlunun xeyrinə 1500 (min beş yüz) manat, Nümayəndə2 xeyrinə 1500 (min beş yüz) manat, Nümayəndə3 xeyrinə 1500 (min beş yüz) manat məbləğində pul tutulsun. Mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddiaçılar Nümayəndə4 oğlu, Nümayəndə2, Nümayəndə3 tərəfindən ayrıayrılıqda ödənilmiş 50 (əlli) manat, ümumilikdə 150 (yüz əlli) manat dövlət rüsumunun 75 (yetmiş beş) manatı mülki cavabdeh Təqsirləndirilən şəxs tutulub müvafiq olaraq mülki iddiaçılar Nümayəndə4 oğlu, Nümayəndə2 və Nümayəndə3 hər birinə 25 (iyirmi beş) manat olmaqla ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-304/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-304/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver