Məhkəmə qərarları › İş №1(100)-304/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-304/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-304/2023 19.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər X4 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, müdafiəçilər–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri X1, X2 və X3 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə «həbs qətimkan tədbiri seçilərək» Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 xx.xx.1990-cı ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə «həbs qətimkan tədbiri seçilərək» Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Lənkaran oğlunun xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə «həbs qətimkan tədbiri seçilərək» Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 185.3.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 180.1 və 185.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid deyil və bu cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və təqsirləndirilmişdir ondan ötrü ki, o, tanışları olan Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Qusar rayonu Samur qəsəbəsində yerləşən terminalının qarşısında, həmin qəsəbə sakini Zərərçəkmiş şəxs1 sonuncuya məxsus “Opel Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz rayonun Nabran qəsəbəsinə sürməsini hədə-qorxu ilə tələb etmiş, sonuncu bundan imtina etdiyinə görə o, üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməyən silah qismində istifadə etdiyi turist bıçağını, Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçağı və Təqsirləndirilən şəxs3 isə əsanın içindəki xüsusi quraşdırılmış şişi Zərərçəkmiş şəxs1 qorxutmaq üçün nümayiş etdirib, həyat üçün təhlükəli olan zor tətbiq edəcəkləri ilə hədələyərək, Quba şəhərinə getmək üçün avtomobili talama məqsədi olmadan sahibindən qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa təkrarən o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs1 məxsus “Opel Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobiliniələ keçirdikdən (qaçırdıqdan) dərhal sonra həmin avtomobildə olan, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 Mirzə oğlu tərəfindən Rusiya Federasiyasında yaşayan oğluna göndərilməsi üçün verilmiş, hadisə gününün məzənnəsi ilə xeyli miqdarda 9731,9 manat təşkil edən 317.000 rus rublunu və tanışı Zərərçəkmiş şəxs3 məxsus enerji doldurulması məqsədi ilə avtomobildə saxlanılmış dəyəri 160 manat təşkil edən 01 ədəd “Redmi- 9”markalı, “M2006C3LG” modelli, Çin istehsallı mobil telefonunu, həmin telefonun üzərindəki dəyəri 2 manat olan qoruyucu (kabro) və dəyəri 4 manat olan ***-***-**-** saylı GSM nömrəni gizli yolla talamaqla oğurlamışdır. Cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və təqsirləndirilmişdir ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Qusar rayonu Samur qəsəbəsində yerləşən terminalının qarşısında, həmin qəsəbə sakini Zərərçəkmiş şəxs1 sonuncuya məxsus “Opel Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz rayonun Nabran qəsəbəsinə sürməsini hədə-qorxu ilə tələb etmiş, sonuncu bundan imtina etdiyinə görə Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməyən silah qismində istifadə etdiyi turist bıçağını, o, üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçağı və Təqsirləndirilən şəxs3 isə əsanın içindəki xüsusi quraşdırılmış şişi Kamran Qarabəndini qorxutmaq üçün nümayiş etdirib, həyat üçün təhlükəli olan zor tətbiq edəcəkləri ilə hədələyərək, Quba şəhərinə getmək üçün avtomobili talama məqsədi olmadan sahibindən qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa təkrarən o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs1 məxsus “Opel Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirdikdən (qaçırdıqdan) dərhal sonra həmin avtomobildə olan, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 Mirzə oğlu tərəfindən Rusiya Federasiyasında yaşayan oğluna göndərilməsi üçün verilmiş, hadisə gününün məzənnəsi ilə xeyli miqdarda 9731,9 manat təşkil edən 317.000 rus rublunu və tanışı Zərərçəkmiş şəxs3 məxsus enerji doldurulması məqsədi ilə avtomobildə saxlanılmş dəyəri 160 manat təşkil edən 01 ədəd “Redmi-9” markalı, “M2006C3LG” modelli, Çin istehsallı mobil telefonunu, həmin telefonun üzərindəki dəyəri 2 manat olan qoruyucu(kabro) və dəyəri 4 manat olan ***-***-**-** saylı GSM nömrəni gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,08 qram çəkidə, 02 ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan 2 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbləri olan narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında 09 avqust 2022-ci il tarixdə, saat 19:30 radələrində Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin CAB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Şahsevənlər küçəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 476 ünvanında yerləşən 1-ci polis şöbəsinə gətirilmiş, Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan 2 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərindən ümumi təmiz çəkisi 0,08 qram çəkidə narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və təqsirləndirilmişdir ondan ötrü ki, o xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Qusar rayonu Samur qəsəbəsində yerləşən terminalının qarşısında, həmin qəsəbə sakini Zərərçəkmiş şəxs1 ilə görüşərək, sonuncunun əlindəki dəyəri 230 manat olan 01 ədəd “Redmi-10” markalı, “21061119AG” modelli, Çin istehsallı mobil telefonunu, həmin telefonun üzərindəki dəyəri 2 manat olan qoruyucu (kabro) və dəyəri 4 manat olan ***-***-**-** saylı GSM nömrə ilə birgə qəfildən əlində alıb açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa təkrarən o, tanışları Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 və Gəncə şəhər sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs1 məxsus “Opel Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirdikdən (qaçırdıqdan) dərhal sonra həmin avtomobildə olan, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 Mirzə oğlu tərəfindən Rusiya Federasiyasında yaşayan oğluna göndərilməsi üçün verilmiş, hadisə gününün məzənnəsi ilə xeyli miqdarda 9731,9 manat təşkil edən 317.000 rus rublunu və tanışı Zərərçəkmiş şəxs3 məxsus enerji doldurulması məqsədi ilə avtomobildə saxlanılmş dəyəri 160 manat təşkil edən 01 ədəd “Redmi-9” markalı, “M2006C3LG” modelli, Çin istehsallı mobil telefonunu, həmin telefonun üzərindəki dəyəri 2 manat olan qoruyucu (kabro) və dəyəri 4 manat olan ***-***-**-** saylı GSM nömrəni gizli yolla talamaqla oğurlamışdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən şəxs-tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Hazırki cinayət işi üzrə istintaq orqanın gəldiyi nəticə və buna müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittiham üzrə sonunculara istinad edilən cinayət əməlləri təsnifatına görə ağır cinayət hesab edilən hüquqazidd əməllərdir və törədilmə yeri Qusar rayonunun inzibati ərazi vahidi olmaqla orada da başa çatmışdır. Bu baxımdan qanunvericiliyin tələbinə görə cinayət əməlinin törədildiyi yer Qusar rayonu hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası CM-in 15-ci maddəsinə əsasən cinayət məcəlləsi ilə nəzərdə tutulmuş əməllər (hərəkət və hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan həmçinin görünür ki, təqsirləndirilən şəxslərin hər üçünə istinad edilən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 istinad edilən Azərbaycan Respublikası CM-in 234.1-ci və Təqsirləndirilən şəxs3 istinad edilən Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə az ağır, eyni zamanda təqsirləndirilən şəxslərin hər üçünə istinad edilən Azərbaycan Respublikası CM-in 185.3.3-cü maddəsi isə Azərbaycan Respublikası CM-in 15-ci maddəsinə əsasən ağır cinayət hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 185.3.3-cü maddəsi ilə istinad edilən cinayət əməli ağır cinayət, digər maddələrlə olan cinayət əməlləri isə az ağır cinayət hesab olunduğundan bununla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinin tələbinə əsasən cinayət işlərindən biri Ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsi kimi Ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası CPM-in ərazi aidiyyəti qaydalarını müəyyən edən 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin maddənin mənasına görə ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiala cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. Buna görə də cinayət işinin materialları təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlarda cinayət qanunu ilə nəzərdə tutulmuş ağır cinayət hesab edilən son əməllərin, Qusar rayonu ərazisində törədilməsinə görə, cinayət əməllərindən ağır cinayətin törədildiyi yerin Qusar rayonu olması, Qusar rayonunun isə ərazi yurisdiksiyasına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olması səbəbindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü, 74.1-ci, 74.5-ci və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyaına aid olan ərazidə törədilmədiyindən (başlamamış, davam etməmiş və başa çatmamışdır) hazırki cinayət işinə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi haqqında” Məhkəmə Hüquq Şurasının xx.xx.2019-ci il tarixli Qərarı ilə Qusar rayonunun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi tanınması qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-in 74.1 maddəsinin tələbli pozularaq səhvən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 185.3.3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3, 234.1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 180.1 və 185.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamlarda göstərilən sonuncu epizod üzrə cinayət əməllərinin başa çatdığı yer Qusar rayonu olduğundan və Qusar rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi tanındığından hazırki cinayət işinə baxılması ərazi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Azərbaycan Respublikası CPM-in 75-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərir Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 185.3.3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3, 234.1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 180.1 və 185.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materialları məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Habelə Azərbaycan Respublikası CPM-in 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “həbs” qətimkan tədbiri cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 75, 298.6, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 185.3.3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3, 234.1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 180.1 və 185.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materialları məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “həbs” qətimkan tədbiri bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar