Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-304/2025 24.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X3, X8 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, ali təhsilli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(076)-211/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6 və 221.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(076)-211/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 07 (yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 221.3 və 228.1-ci maddələri ilə, xx.xx.1997-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 26 yanvar 2021-ci il tarixdə Bakı şəhərində atası Şahid7 aralarında olan şəxsi qərəzli münasibətlər zəminində həmkəndliləri Zərərçəkmiş şəxs və onun qardaşı X9 döyərək videoçəkiliş edib sosial şəbəkədə yaymaları səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ildə istintaqa məlum olmayan tarixdə mərhum dayısı oğlu X4 qanunsuz olaraq əldə etdiyi və həmin vaxtdan Şəmkir rayonu, Şiştəpə kəndində yaşadığı fərdi yaşayış evinin yaxınlığında torpağa basdıraraq saxladığı 01 ədəd “AKS” markalı, 271747 nömrəli atəş üçün yararlı yivli odlu avtomat silahı və döyüş sursatı hesab edilən 08 (səkkiz) ədəd 5,45 mm kalibrli patronları istifadəsində olan “VOLKSVAGEN PASSAT” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altında gizlədərək daşımış, 02 fevral 2024-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi avtomobillə qardaşı Təqsirləndirilən şəxs2 və tanışları Şahid1 ilə birlikdə rayonun Şiştəpə kəndi ərazisində hərəkət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “KİA” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturaraq Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq məhsulları marketinin qarşısında dayandığını görüb cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şərait yarandığından Zərərçəkmiş şəxs hərəkət etməsinin qarşısını almaqdan ötrü idarə etdiyi avtomaşını sonuncunun avtomobilinin sağ yan tərəfinə yaxınlaşdırıb onun avtomobillə çıxış imkanını məhdudlaşdırmış və avtomobilin sürücü oturacağının altında olan avtomat silahı götürüb düşərək qanunsuz gəzdirməklə ərzaq məhsulları marketinin qarşısında Təqsirləndirilən şəxs2 ilə bir qrup halında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə avtomat silahdan bir dəfə havaya atəş açmış, qardaşı Təqsirləndirilən şəxs2 isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərbələr endirərək avtomobilin alın şüşəsini sındıraraq zədələməklə zərər çəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurduqdan sonra Təqsirləndirilən şəxs1 şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə, ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə bir neçə dəfə atəş açaraq Zərərçəkmiş şəxs sol dirsək oynağı sümüklərinin, sol qalça sümüyü qanadının sınıqları ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin, qarının, bel nahiyəsinin və sağ budun dəlib keçən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran odlu silah-güllə yaraları xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerindən qaçaraq yaxınlıqda yerləşən "xxxx" MMC-nin 33-39 nömrəli filialında gizlənməsi və Şahid3 ilə Şahid2 tərəfindən vaxtında Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən Təqsirləndirilən şəxs1 qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 02 fevral 2024-cü il tarixdə saat 21:30 radələrində qardaşı Təqsirləndirilən şəxs1 və tanışları Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “VOLKSVAGEN PASSAT” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Şiştəpə kəndi ərazisində hərəkət edərkən əvvəlcədən tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “KİA” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturaraq Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq məhsulları marketinin qarşısında dayandığını görüb cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şərait yarandığınından sonuncunun hərəkət etməsinin qarşısını almaqdan ötrü Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilini sonuncunun avtomobilinin sağ yan tərəfinə yaxınlaşdırıb onun avtomobillə çıxış imkanını məhdudlaşdırmış və avtomobilin sürücü oturacağının altında olan avtomat silahı götürüb düşərək qanunsuz gəzdirməklə ərzaq məhsulları marketinin qarşısında onunla bir qrup halında ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə Təqsirləndirilən şəxs1 avtomat silahdan bir dəfə havaya atəş açmış, o isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərbələr endirərək avtomobilin alın şüşəsini sındıraraq zədələməklə zərər çəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurub silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 fevral 2024-cü il tarixdə qardaşı Bahəddin və dostu Şahid1lə birlikdə yeyib-içdikdən sonra yaşadığı evə getmişlər. Evə gedərkən yolüstü Rəfiqə xanımın mağazasında dayanıb avtomobilin içərisində mağazadan nə alacaqlarını qərarlaşdırmışlar. Bu zaman Zərərçəkmiş şəxs səbəbsiz yerə onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, avtomobili bir qədər irəli sürüb qardaşı Bahəddinlə dostu Samirə avtomobildən düşmələrini demişdir. Sonuncular avtomobildən düşmədikləri üçün özü düşmüş və Bahəddinlə Samiri avtomobildən düşməmələri üçün tənbehləmişdir. O, qardaşıgilə sadəcə Zabili qorxudacağını deyib bu məqsədilə avtomobilin sürücü tərəfdən oturacağın altından avtomat silahını götürmüşdür. Əvvəlcə Zabilin idarə etdiyi avtomobilin arxa aynasından ardınca da ön oturacaqdan Zabilin ayağı istiqamətində atəş açmışdır. Bunu görən qardaşı Bahəddin silahı əlindən alaraq ona “nə edirsən?” demişdir. O isə Zabili sadəcə qorxutduğunu demişdir. Bahəddinlə mübahisə edəndə Zabil qaçaraq oradan uzaqlaşmışdır. O da Zabilin arxası ilə qaçmışdır. Bahəddin onun arxasınca qaçaraq səhv hərəkət etməməyini, yeni evləndiyini demişdir. Zabil qaçıb mağazaya daxil olmuşdur. O, Zabildən sonra mağazaya daxil olduqda sanitar qovşağın qapısının bağlı olduğunu görmüş və qapını açmışdır. Vüsalə, Xəyal və Zabilin orada gizlənmişlər. Qapını açdıqdan sonra Vüsalə, ardınca isə Xəyal içəridən çıxmışlar. Həmin vaxt onun əlində bıçaq olmuş və Zabilin qanaxması olduğunu görmüşdür. Bundan sonra o, sadəcə Zabilin ünvanına nalayiq ifadələr işlədib oradan çıxmışdır. Mağazadan çıxarkən Xəyala təcili tibbi-yardım çağırmasını bildirmişdir. Bundan sonra Bahəddin və Samirlə birlikdə avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Hadisədən sonra xx.xx.2024-cü il tarixdə baş verən hadisəni olduğu kimi danışması üçün Bahəddini polis şöbəsinə göndərmiş, lakin qardaşı onu müdafiə edərək əvvəlcə hadisəni özünün törətdiyini demişdir. O isə səhv etmirsə xx.xx.2024-cü il tarixdə polis şöbəsinə gedib könüllü şəkildə təslim olmuşdur. Onun Zabili öldürmək məqsədi olmamış, əgər sonuncunu öldürmək istəsəydi avtomat silahla baş nahiyəsindən vurmuş olardı, yaxud marketin sanitar qovşağında bıçaqla çoxsaylı xəsarətlər yetirmiş olardı. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci il tarixdə onun atasını vurduğu üçün aralarında ədavət yaranmışdır. “AKS” markalı avtomat silah ona mərhum dayısı oğlundan yadigar qalmışdır. Hadisə zamanı avtomat silahın içərisində 5-6 ədəd patron olan bir darağı olmuşdur. O, hadisə zamanı silahdan 2-3 dəfə atəş açmışdır. “AKS” markalı avtomat silahı təqdim edərkən darağın içərisində patron qalıb-qalmadığını bilməmişdir. O, hadisəyə qədər silahı təhvil vermək məqsədilə avtomobilində qabaq sürücü oturacağının altında saxlamışdır. 2022-ci il tarixdə azadlığa çıxdıqdan sonra Zabillə bir neçə dəfə qarşılaşsa da, mübahisələri olmamışdır. Qardaşı Bahəddinin avtomobildə silah olmasından məlumatı olmamışdır. Mərhum dayısıoğlu silahı 2021-ci il tarixdə ona vermiş, həmin vaxtı da Bahəddin Rusiya Federasiyasında olmuşdur. Xatırladığı qədərilə əvvəlcə silahdan havaya, sonra isə ya avtomobilin qabaq ya da ki, arxa qapısına atəş açmışdır. Avtomobilin qapısına açdığı atəş Zabilin ayağının altı istiqamətində olmuşdur. O, Zabili bərk qorxutmaq istədiyi üçün sadəcə havaya atəş açmaqla kifayətlənməmişdir.O, avtomobildən düşdükdən sonra Bahəddin də arxasınca gəlmiş, həmin vaxtı o, Bahəddinin nə isə götürdüyünü görməmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamış, sonuncunu sadəcə qorxutmaq istəmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirməyi də əvvəlcədən planlaşdırmamışdır. Bahəddin hadisənin təsirində olduğu və onun məqsədini bilmədiyi üçün silahı əlindən almağa çalışmışdır. Mağazanın içərisindəki sanitar qovşaqda Zabildən qan axdığını görüb yaralandığını bilmişdir. Əgər onun Zabili öldürmək məqsədi olsa idi, sanitar qovşaqda olarkən əlindəki bıçaqla öldürərdi, bunun üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs1 və dostu Şahid1lə birlikdə evlərinə gedəndə ərzaq almaq üçün Rəfiqənin mağazasının qarşısında dayanmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs da mağazanın qarşısında olmuşdur. Babək avtomobilin aynasını aşağı salıb rus dilində Zərərçəkmiş şəxs halını soruşduqda sonuncu nalayiq ifadələr işlətməyə başlamışdır. O, Babəkə avtomobili idarə edib getməyi və Zabilə fikir verməməyi demişdir. Babək də onu dinləyib avtomobili idarə etmiş, təxminən 200 metr sonra isə yenidən hərləyib mağazaya gəlmişdir. Babək avtomobildən düşüb havaya atəş açdıqdan sonra o, qardaşının əlində avtomat olduğunu görmüşdür. Həmin vaxtadək avtomobildə silah olmasını bilməmişdir. O, dərhal arxa oturacaqda olan təkər açarını götürüb avtomobildən düşmüş və Babəkə mane olmaq istəmişdir. Zabil idarə etdiyi avtomobili onun üzərinə sürmək istəmiş, o isə sonuncunun avtomobili ilə qarşıdakı yük avtomobilinin arasında sıxılıb qalmamaq üçün əlindəki alətlə Zabilin avtomobilini vurmuşdur. Bu kamera görüntülərindən də görünmüşdür. Zabil avtomobili dayandırmış və o, bu dəfə Zabilin avtomobilinin damına həmin alətlə vurmuşdur. O, yenidən atəş səsi eşitdikdə Babəki itələyib Zabilin vəziyyətini öyrənmək üçün sonuncunun avtomobilinin qapısını açmışdır. Daha sonra isə silahı Babəkin əlindən almışdır. Bu zaman Zabil avtomobilindən düşərək mağazaya tərəf qaçmağa başlamışdır. Babək Zabilin qaçdığını görüb sonuncunun arxasınca getmişdir. O, necə oldusa Babəkdən əvvəl mağazaya daxil olmuşdur. O, Babəkin mağazaya daxil olmaması üçün qapını tutmağa çalışsa da, qardaşı yanından keçib içəriyə daxil olmuşdur. Babək mağazadakı sanitar qovşağının qapısını açdıqdan sonra o, çölə çıxarmaq üçün qardaşının qoluna girmiş və oradan çıxmışlar. Ardınca Samir avtomobili mağazanın qarşısına gətirmiş və o, avtomobili idarə etmişdir. Zəyəm qəsəbəsinin mərkəzində düşüb taksiyə minərək polis şöbəsinə getmiş və qardaşı Babək yeni evləndiyi üçün əvvəlcə hadisəni özünün törətdiyini bildirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, 2018-ci ildən 2024cü ilədək Rusiya Federasiyasında olmuşdur. Babək avtomobildən düşüb havaya atəş açdıqdan sonra o, qardaşında silahının olduğunu görmüş, lakin sonuncunun avtomobildən silah götürməsini görməmişdir. Ümumiyyətlə də həmin anadək o, avtomobildə silah olmasını bilməmişdir. Babək avtomobildən düşərkən o, sağ tərəfdə olan Zabilə baxdığı üçün qardaşının silah götürməsini görməmişdir. O, Zabilin avtomobilinin damına zərbə vurub oradan uzaqlaşmasını demişdir. Zabilin avtomobilinin qapısını açıb salamat olubolmamasını soruşaraq oradan sürüb getməsini demişdir. Həmin vaxt o, Zabilin yaralandığını bilməmişdir. Bundan sonra Babək havaya atəş açmışdır. O da Babəkə tərəf gedərək dartışmağa başlamışlar, ardınca da qardaşını yolun ortasına aparmışdır. O, Babəkin havaya və avtomobil istiqamətindən atəş açdığını görmüşdür. Avtomatı Babəkin əlindən neçə dəfə atəş açmasından sonra aldığını xatırlamamışdır. Hadisənin təsirində olduğu üçün silahı Babəkin əlindən aldıqdan sonra yerə atmadan qardaşının arxasınca qaçmışdır. O, əlində silah marketə daxil olduqdan sonra qapını örtməyə imkan tapmamış, Babək də yanından keçib Zabilin arxasınca getmişdir. Bundan sonra o, yenidən çölə çıxıb Samirin harada olduğuna baxmışdır. Atəşdən sonra Zabilin avtomobilinə tərəf qaçmaqda məqsədi sonuncunun vəziyyətini öyrənmək, ardınca Babəkə yaxınlaşmaqda isə qardaşını sakitləşdirmək olmuşdur. Dəmir açarı da özünü müdafiə etmək üçün avtomobildən düşərkən götürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətmələri məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, özünə məxsus “KİA” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmişdir. Hadisəni kimin törətdiyini və onu kimin vurduğunu görməmişdir. Vurulandan sonra avtomobildən düşüb qarşıdakı marketə tərəf qaçaraq oraya girmiş, oradan da xəstəxanaya getmişdir. Daha sonra baş verənlər yadında qalmamışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Babəklə Bahəddini çoxdan tanımış, sonuncularla əvvəldən aralarında mübahisə olmuşdur. Məlum baş vermiş hadisəyə kimi Babək və Bahəddinlə davaları olmamışdır. Hadisə vaxtı avtomobildə olduğu və hava qaranlıq olduğu üçün onu kimin vurduğunu görməmişdir. Vurulandan sonra avtomobildən düşüb qaçıb marketə daxil olmuş, həmin vaxtı da kiminsə arxasınca marketə gəlib-gəlmədiyini xatırlamamışdır. Hadisə vaxtı o, silahın kimdə olduğunu görməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. O, təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxs Şahid8 onun oğlu olmuşdur. 2021-ci ilin əvvəllərində həmkəndiləri Orxan və Şirxan qardaşları onun qardaşı qızını qaçırmışar. Onlar qızı qaytarıb öz nişanlısı ilə evləndirmişlər. Həmin hadisədən sonra kiçik oğlu Bəylər Babək ilə birlikdə Orxan və Şirxanı döyüb videoya çəkmişlər. Orxan və Şirxanın şikayəti əsasında onlara cinayət işi başlanılmışdır. X28 qohumu Əlizadə Hacıyev arasında səbəbini bilmədiyi narazılıq olmuşdur, Babək də qohumu ilə birləşib Bəylərə qarşı düşmənçilik etməyə başlamışdır. Bundan sonra oğlanları ilə Babək arasında ədavət yaranmışdır. İfadəsinin davamı olaraq Şahid8 bildirmişdir ki, Zeynal, Babək və Bahəddin yaxın dost olmuşlar, qardaşının qızı qaçırılandan sonra onların arasında ədavət başlamışdır. Hadisəyə qədər də Babəklə oğlu arasında mübahisələri olmuş, o, yoldaşı ilə birlikdə avtomobillə gedərkən Babəkgil qarşını kəsib avtomobilinə zərər vurmuşlar, həmin vaxt səs-küy olmuş, əvvəlcə şikayət etsə də, sonra şikayətini geri götürmüşdür. Ondan sonra da ədavət başlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Babəklə birlikdə rayondakı kafelərdən birində oturub yemək yemişlər. Bir qədər sonra Bahəddin də yanlarına gəlmişdir. Sonra Babək evdə yemək masası hazırladıqlarını, evə gedib oturub yemək yeməyi təklif etmişdir. Həmin vaxt bir qədər sipirtli içki qəbul etmişlər. Onlar yolda sok almaq üçün marketə daxil olmuşlar. Zərərçəkmiş şəxs da özünə məxsus avtomobillə marketin yaxınlığında olmuşdur. Babək Zabillə salamlaşıb bir qədər söhbət etdikdən sonra onların aralarında kiçik mübahisə yaranmışdır. Mübahisə zamanı Zabil Babəkə söyüş söymüş, o da dava olmaması üçün aranı sakitləşdirib Babəkə getməyi demişdir. Avtomobilə əyləşib bir qədər getdikdən sona Babək avtomobili döndərib geri qayıtmışdır. Babək onunla Bahəddinə avtomobildə oturmağı, özünün söhbət edəcəyini deyib avtomobildən düşmüş, sonra da Babəki gətirmək üçün Bahəddin avtomobildən düşüb qardaşının arxasınca getmişdir. O, həmin vaxt avtomobildən düşməmişdir. Sonra atəş səsi eşitmiş, lakin Babəkin kiməsə atəş açdığını görməmiş, ancaq Bahəddinin Babəkin əlindən silahı aldığını görmüşdür. Həmin vaxt sərxoş olduqları üçün Babəkin silahı haradan aldığını dəqiq görməmiş, yəqin ki, avtomobilin oturacağının altından götürmüşdür. Bahəddin silahı Babəkin əlindən alandan sonra Babək marketə tərəf qaçmış, Bahəddinin isə haraya getdiyini dəqiq görməmiş, səhv etmisə sonuncu Babəkin arxasınca getmişdir. Sonra ətrafda çox insanın olduğunu görüb avtomobili idarə edərək Babəkgilin arxasınca marketə tərəf getmişdir. Babəklə Bahəddin avtomobilə əyləşdikdən sonra oradan uzaqlaşmışlar. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, hadisəyə qədər avtomobili Babək idarə etmiş, o, ön sərnişin oturacağında, Bahəddin isə arxa sərnişin oturacağında əyləşmişdir. O, avtomobilə əyləşəndə orada silah görməmişdir. Hadisə vaxtı o, həm içkili olduğu, həm də hava qaraldığı üçün Babəkin avtomobildən düşərkən silah götürübgötürmədiyini dəqiq görməmişdir. O, sonradan silahı görmüş, avtomat olmuşdur. Ona görə də o, Babəkin silahı haradan götürdüyünü bilməmişdir. Babək avtomobildən düşəndən 1-2 dəqiqə sonra Bahəddin də qardaşının arxasınca getmiş, Bahəddin düşəndən sonra o, atəş səsi eşitmişdir. Səsi eşidəndən sonra Bahəddinin Babəkin əlindən silahı aldığını görmüşdür. O, atəş səsinin neçə dəfə gəldiyini də xatırılamamışdır. Onların avtomobili üzü Şəmkir rayonu istiqamətində dayanmış, Bahəddin qardaşının əlindən silahı alandan sonra Babək avtomobilin dayandığı istiqamətə əks tərəfə, yəni arxaya, marketə tərəf getmişdir. Həmin vaxt qaranlıq olduğu üçün avtomobilin yan güzgülərindən Babəkin haraya getdiyini görə bilməmişdir. Bahəddin Babəkin əlindən silahı alan zaman avtomatdan atəş açılmışdır. O, atəş səsi eşidəndən sonra da avtomobildən düşməmişdir. O, Bahəddinin Babəkin əlindən silah aldığını avtomobilin ön şüşəsindən görmüşdür. Onların olduğu avtomobilin yanında Zabilin avtomobili dayanmış, atəş səsi gələndə Babək Zabilin avtomobilinin yan tərəfində olduğu üçün o, həmin anı görməmiş, atəşdən sonra Babəklə Bahəddin avtomobilin qabaq tərəfinə keçmişlər, həmin vaxt Bahəddin Babəkin əlindən silah almışdır. O, Zabili avtomobilin içində olanda görmüş, Bahəddin Babəkdən silah alan zaman Zabili görməmişdir. Həmin vaxtı o, Bahəddinin Babəkin arxasınca gedib-getməməsini görməmiş, lakin Babək gedəndə tək getmiş, Bahəddinlə birlikdə getməmişdir. O, avtomobili idarə edib Babəkgilin evinə tərəf gedəndə yolda Bahəddinin, arxasınca da Babəkin gəldiyini görmüş, qardaşlar avtomobilə əyləşmişlər. Həmin vaxt həyəcanlı olduğu üçün Babəkin və ya Bahəddinin əlində silah-olub olmadığını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 qızı ifadəsində göstərmişdir ki, hadisə günü işçilər ilə birlikdə marketdə olan zaman çöldən atəş səsləri gəlmişdir. Onlar da qorxduğu üçün çölə çıxmayıb marketin içərisində gizlənmişlər. Çölə atəş səsləri kəsiləndən sonra çıxmışlar və oradakı avtomobilin şüşəsinin sındığını görmüşlər. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, o, Şiştəpə kəndində yerləşən “Kamran” adlanan marketi işlətmişdir. İşlətdiyi mağazanın təhlükəsizlik kameraları olmuş, lakin həmin kameralar görüntünü bir həftə müddətində yaddaşda saxlamışdır. Təhlükəsizlik kameraları həm çölü, həm də mağazanın içərisini qeydə almış, lakin hadisə vaxtı ətraf qaranlıq olduğundan kamera görüntüləri tam aydın olmamışdır. "xxxx" işlətdiyi marketdən 300 metr məsafə aralıda yerləşmişdir. Hadisə vaxtı çöldən təxminən 2 dəfə atəş səsi gəlmişdir. Atəş səsləri gələn zaman mağazaya heç kim daxil olmamışdır. Onlar atəş səsləri kəsildikdən sonra çölə çıxmışlar və Zərərçəkmiş şəxs məxsus avtomobilin sol qabaq qapısının şüşəsinin sındığını görmüşlər. Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşdıqda içərisində heç kim olmamışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs "xxxx" mağazasına getdiyini demişlər, lakin o, həmin marketin içərisində nə baş verdiyini bilməmişdir. O, Zərərçəkmiş şəxs Babək yaxud Bahəddindən hansının atəş açdığını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, "xxxx"-də administrator vəzifəsində işləmişdir. Hadisə günü saat 21:40da marketin xanım əməkdaşı Vüsalə ilə günlük işləri olan vitrinləri çəkim etmişlər. Bu zaman bayırdan səs-küy gəldiyini eşidib birlikdə marketdən çıxmışlar. O, nə baş verdiyini anlamaq üçün sağa-sola boylanmışdır. Sağ tərəfə baxanda yaralı bir şəxsin onlara tərəf gəldiyini görüb qaçıb depoya girmişlər. Sonra həmin yaralı şəxs də onların arxasında gəlib olduqları depoya girmişdir. Həmin yer dar olduğu üçün o, oradan çıxıb küncdə dayanmış, arxasınca Vüsalə çıxıb bayıra qaçmış, o da zala tərəf getmişdir. Hadisə tam bitəndən sonra o, marketdən bayıra çıxmışdır. Həmin vaxt oradakı qonşu nə baş verdiyini soruşmuş, o da şokda olduğu üçün nə baş verdiyini bilmədiyini demişdir. Sonra depoda olan yaralı şəxs oradan çıxıb soyuducunun yanında yerə əyilib qalmış, o da ilkin yardım göstərib köməyə başqa şəxsləri çağırmışdır. Gələn şəxslər yaralı şəxsi öz avtomobili ilə xəstəxanaya aparmışlar. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərin kiminləsə ədavətinin olub-olmadığını bilməmişdir. Hadisə baş verən zaman saat 21:40 radələri olmuşdur. Marketin ətrafında evlər və iaşə obyektləri olmuşdur. Atəş səsi gələndə Vüsalə kənddə toy olub-olmadığını soruşmuş, o da məlumatının olmadığını demişdir. Bundan sonra nə baş verdiyini müəyyənləşdirmək üçün onlar bayıra çıxmışlar. O, atəş səsini bir dəfə eşitmiş, həmin səs də uzaqdan gəlmişdir. Onlar yaralı şəxsi görüb qorxmuşlar, həmin vaxt yaralı şəxsin əlində onları qorxudacaq heç nə olmamışdır. Zərərçəkmiş şəxs sonradan marketin arxasında çıxış olduğunu zənn edib depodan çıxıb qaçmaq üçün arxalarınca gəldiyini demişdir. Onlar deponun qapısını çəkib açanda Zabil də onlarla birlikdə depoya daxil olmuş, həmin vaxt depo çox qaranlıq olduğu üçün Zabilin əlində nəsə olub-olmadığını görməmişdir. Zərərçəkmiş şəxs əyilə-əyilə gəlmiş, o, sonradan sonuncunun üzərində qan olduğunu görüb yaralı olduğuna əmin olmuşdur. O, səs-küy eşidib marketdən bayıra çıxanda yaralı şəxsdən başqa heç kimi görməmiş, həmin vaxt ətrafda avtomobil də olmamışdır. Sakitlik olandan sonra Vüsalə marketdən çıxıb çölə qaçmış, o da sonuncunun arxasınca çıxmış, həmin vaxt ətrafda heç kim olmamışdır. Yaralı şəxs onu kimin vurduğunu deməmiş, sadəcə avtomobilini gətirməyini istəmiş, o da sonuncunu tək qoymamaq üçün çölə çıxıb başqa şəxslər çağırmış, sonra gələn şəxslərdən biri Zabilin avtomobilini gətirib xəstəxanaya aparmışdır. Depoda olarkən o, künc tərəfdə olduğu üçün Zabilin arxasınca kiminsə əlində bıçaqla gəldiyini görməmiş, Vüsalə də sanitar qovşaqdan ondan sonra çıxmışdır. O, Babəkin Zabilin arxasınca gəldiyini, Bahəddinin isə əlində silahla marketin qarşısında dayandığını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıyeva X10 Xəyal Bədir oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü Zərərçəkmiş şəxs "xxxx"-in işçisi Xəyal adlı şəxslə birlikdə həmin marketin qarşısında oturduğunu görmüşdür. O, sonuncuların yanına yaxınlaşanda Zərərçəkmiş şəxs yaralı və halsız olduğunu görmüşdür. Bundan sonra Musa adlı şəxslə birlikdə “Kamran market”in qarşısında dayanmış Zərərçəkmiş şəxs avtomobilinə tərəf getmişlər və sonuncunu xəstəxanaya aparmışlar. Həmin vaxt gecə olduğundan Zərərçəkmiş şəxs avtomobilinə zərər dəyib-dəyməməsini bilməmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs avtomobilinin açarları avtomobilin üzərində olmuş və mühərriki işlək vəziyyətdə olmuşdur. O, Zərərçəkmiş şəxs yaxınlaşanda Xəyal adlı şəxs onları xəstəxanaya aparması üçün yoldan keçən avtomobillərə əl edərək saxlatmaq istəmişdir. Bu zaman tanımadığı bir avtomobil onların yanında saxlamış, lakin həmin avtomobilin qapıları açılmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs ona öz avtomobilini gətirməyini demişdir. Zərərçəkmiş şəxs yaralı vəziyyətdə olduğundan tez-tez huşunu itirmişdir. Sonuncu onlara onu kimin vurması barədə heç nə deməmişdir. Hadisə zamanı əyləşdiyi çayxana ilə "xxxx" arasında təxminən 300 metr məsafə olmuşdur. Çayxanada oturan zaman qısa fasilə ilə 2 dəfə partlayış səsinə bənzər səs eşitmişdir. Atəş səslərinin arasındakı vaxt fərqini dəqiq xatırlamamışdır. Hadisədən sonra kənddə yayılmış söz-söhbətdən Zərərçəkmiş şəxs həmkəndliləri Babək və Bahəddinin vurduğu ona məlum olmuşdur. O, birbaşa hadisənin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, uzun müddət əvvəl Rusiya Fedrasiyasında olanda oğlu Babək Zeynalın 3 oğlu ilə birlikdə Orxan və Şirxan qardaşlarını döymüşdülər. Bu barədə ona ailə üzvləri zəng edərək bildirmişlər. O, Babəkin Zeynalın oğlanları ilə birlikdə kimisə döyməsinə əsəsbləşib oğlunun tutulub cəzasını çəkməsini demişdir. O, bu hadisədən 3-4 ay sonra Şəmkir rayonuna gəlmişdir. Həmin vaxt Babəkgil azadlıqda olmuşlar. 5-6 ay keçdikdən sonra Babək və Zeynalın oğlanları həbs olunmuşdur. Həmin vaxt Zeynalın iki oğlu izahatlarında Babəklə kiçik qardaşlarının Orxan və Şirxanı döydüklərini, özlərinin isə sonradan gəldiklərini demişdilər. Sonra müstəntiq onu Bakı şəhərinə çağırıb Zeynalın oğlanlarının qeyd etdiyi məzmunda izahat verdiklərini demişdir. Həmin vaxt Zeynal da orada olmuş və ona “mənim bir oğlum tutulur, sənin də bir oğlun tutulsun” demiş, o da Zeynalın kiçik oğlunun 15-16 yaşı olduğunu, tutulacaqsa böyük oğlanlarından birinin tutulmalı olduğunu demiş, lakin Zeynal razılaşmamışdır. O, nazirliyin binasından çıxıb iki küçə gedəndən sonra Zeynalın böyük oğlanları onun boynunun arxasından sonradan “beşbarmaq” olduğunu bildiyi alətlə vurmuşlar. Arxaya çeviriləndə gözündən də bir zərbə vurmuşlar, bu zaman o, huşunu itirib yıxılmış və ayağı sınmışdır. Yerdə uzanıqlı vəziyyətdə olanda Zeynalın iki oğlu və yanlarında olan bir nəfər tanımadığı şəxs videosunu çəkib sosial şəbəkələrdə paylaşmışlar. Bundan sonra Zeynalın oğlanları ilə onlar arasında ədavət yaranmışdır. O, Rusiya Fedrasiyasında olanda Zeynalın oğlanlarının onun oğlanlarına məxsus avtomobilləri görəndə silah göstərdiklərini, onları təhdid etdiklərini eşitmişdir. Babək və X7 arasında dava-dalaş olan zaman o, Rusiya Federasiyasında olduğundan həmin hadisə ilə bağlı heç nə bilməmiş, bu barədə sadəcə başqa şəxslərdən eşitmişdir. Hadisədən sonra ailə üzvləri ona zəng edib X15 dalaşdığını demişlər, lakin Zabili silahla vurmaları barədə heç nə deməmişlər. Babəklə Bahəddin düzgün etməmişlər, gərək Zabili döysələr də silahla vurmazdılar. X2rı ilə oturub-durandan sonra demək olar ki, o, oğlunu görməmiş, sonuncu hər il bir hadisə ilə həsb olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 836 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən üzərində aşkar edilmiş xəsarətlər - sol dirsək oynağı sümüklərinin, sol qalça sümüyü qanadının sınıqları ilə müşayiət olunan sol dirsək oynağın nahiyəsinin, qarının, bel nahiyəsinin və sağ budun dəlib-keçən odlu silah-güllə yaraları patronu güllə ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, “AKS” markalı avtomat silahdan açılmış atəşlər nəticəsində törənmişdir, törənmə müddətləri 02 fevral 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 129 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 130 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 141 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, hadisədən əvvəl və hadisə anında Təqsirləndirilən şəxs1 anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 hadisədən əvvəl və hadisə anında öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur. Hazırda Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri mövcud deyildir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 aşağıdakı fərdipsixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs1 əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisələri ola bilər. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). O, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 142 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, hadisədən əvvəl və hadisə anında Təqsirləndirilən şəxs2 anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 hadisədən əvvəl və hadisə anında öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur. Hazırda Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri mövcud deyildir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 aşağıdakı fərdipsixoloji xüsusiyyətlə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs2 əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisələri ola bilər. Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs2 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli, 130/2024- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi O(İ) /hospital arayışının surətinə əsasən/. Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qrup göstəricisi A(İİ) /axtarış vərəqəsinin surətinə əsasən/. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qrup göstəricisi A(İİ) /şəxsiyyət vəsiqəsinin surətinə əsasən/. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka, uzunqol köynək, uzunqol jaket, şalvar, qolsuz gödəkçə və bir cüt idman ayaqqabısı, hadisə yerində üç ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə və bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək, uzunqol jaket və şalvar, hadisə yerində üç ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni 0 (İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid1 qanlarının olması inkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli, 92- MTKŞ/2024 nömrəli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sol yaxalığında iki ədəd, gödəkçənin sağ qolunun ön səthində iki ədəd; köynəyin sol qolunun arxa səthində iki ədəd; maykanın ön səthinin sol nahiyəsində iki ədəd və maykanın arxa səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmişkəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər; 2) Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol qolunun iç tikişi üzərində cırılma zədəsi aşkar olunmuşdur. Bu cırılma şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir; 3) Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus jaketin sol qolunun ön səthində iki ədəd, jaketin sol qolunun arxa səthində iki ədəd; köynəyin sol qolunun ön səthində iki ədəd zədə aşkar olundu. Bu zədələr odlu silah zədələridir, silahın lüləsinin ağız kəsiyi giriş dəliklərinin yerləşdiyi nahiyələrə doğru yönəlmiş vəziyyətdə olmaqla yetirilmişlər; 4) Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar və idman ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır; 5) Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-3/407;3/408 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1985-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS-74U” markalı “271747” №-li, yivli odlu avtomat silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir. Bu markalı silahdan atılmış güllənin maksimum uçuş məsafəsi 2900 metr, öldürücü-məhvedici gücə malik olduğu məsafə 1100 metrə qədər olur; - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sandıqça “AK-74”, “AKS-74”, “AKS-74U”, “AK-74M” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik olan sandıqçalardır, istifadəyə yararlıdır; - Tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74U” markalı avtomat silahlarda, “RPK-74”, “RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəş prosesində ayrılmış 5,45 mm kalibrli patronların hissəsidir -gilizləridir. Həmin gilizlər, təqdim edilmiş “AKS-74U” markalı “271747” №-li avtomat silahdan atılmışdır; - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd predmet zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AK-74M” “AKS-74U” markalı avtomat silahlarda, “RPK-74”,“RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 5,45x39 mm kalibrli patronların atəşlə ayrılmış hissələridir, bir ədədi gülləsinin, digəri isə güllə örtüyünün parçalanmış hissəsidir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən güllə hissələri eyniləşmə tədqiqatı üçün yararsızdır və onların təqdim edilmiş “AKS-74U” markalı “271747” avtomat silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyil; - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd (xx.xx.2024-cü il tarixdə avtomobilə baxışın keçirilən zaman aşkar edilmiş) metal predmet zavod üsulu ilə hazırlanmış döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəş prosesində ayrılmış gülləsinin örtüyünün hissəsidir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən eyniləşmə tədqiqatı üçün yararsızdır və onun hansı kalibrli patronun gülləsinin hissəsi olmasını, həmçinin “AKS-74U” markalı “271747” avtomat silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyil; - Təqdim edilmiş güllələrin üzərində gilizlərin ağızlıq hissələrindən, gilizlərin ağızlıq hissələrində isə güllələrin üzərindən qalmağa xarakterik izlər olmadığından onların atəşdən əvvəl vahid bütövlük təşkil edib-etməməsini müəyyən etmək mümkün deyil; - Tədqiqata təqdim edilmiş AZ **-FU-*** dövlət qeydiyyat nişanlı, “KİA CERATO”, avtomobilin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərin və mis metal izinin aşkar edilməməsinə baxmayaraq, zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən “AZ **-FU-***” dövlət qeydiyyat nişanlı, “KİA CERATO” avtomobilin sol yan hissəsində, sol arxa və sol ön qapısının, sol ön və arxa salonunda olan zədələr giriş zədələri olmaqla, soldan-sağa doğru istiqamətdə, avtomobilin bayır səthindən olan zədələr giriş, iç səthi üzərində olan zədələr həmin zədələrin davamı olan çıxış zədəsi olmaqla odlu silahdan açılmış yeddi atəş nəticəsində, diametri təxminən 5 mm kalibrli, güllələrin təsirindən təxminən 15-100 sm məsafə daxilində yetirilməyə xarakterikdir. Həmin zədələr, təqdim edilmiş “271747” №-li avtomat silahda açılan atəşlər nəticəsində yarana bilər. Zədələrin davamı “AZ **-FU-***” dövlət qeydiyyat nişanlı, “KİA CERATO” avtomobilin salonunun ön və arxa hissəsindədir; - Tədqiqata təqdim edilmiş “271747” №-li avtomat silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən həmin silahdan atəş(lər) açılmışdır. Hazırlanmış müvafiq elmi metodika olmadığından açılan atəşlərin sayını və sonuncu dəfə nə vaxt atəş açıldığını müəyyən etmək mümkün deyildir. Atəş açılan zaman silahın lüləsi avtomobilin sol hissəsinə doğru yönəlmişdir; - Təqdim edilmiş AZ **-FU-*** dövlət qeydiyyat nişanlı, “KlA CERATO“ avtomobilin salonundan bir ədəd güllə hissəsi aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “könüllü gəlmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 23:50-də Şəmkir RPŞ-yə gələrək Zərərçəkmiş şəxs avtomatla atəş açıb xəsarət yetirdiyini bildirib 01 (bir) ədəd AKS markalı, 27747 nömrəli avtomatı və 02 (iki) ədəd darağı təqdim edərək könüllü olaraq təslim olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 03:10-də Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 00:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29,120.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 03 fevral 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “könüllü gəlmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 22:10-də Şəmkir RPŞ-yə gələrək Zərərçəkmiş şəxs avtomatla atəş açaraq xəsarət yetirdiyini bildirib könüllü olaraq təslim olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 22:50-də Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 22:25-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 29,120.1 və 29,120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 05 fevral 2024-cü il tarixdən hesablamaqla 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri - Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən Şahid6 qızına məxsus üzərində adı olmayan marketin qarşısıdır. Hadisə yerinə baxış zamanı 08 (səkkiz) ədəd giliz, 01 (bir) ədəd qara rəngli papaq, 03 (üç) ədəd qanabənzər ləkələrdən nümunələr, 01 (bir) ədəd bıçaq aşkar edilərək müvafiq qaydada qablaşdırılıb, marketin təhlükəsizlik kamerasından 02 (iki) ədəd videogörüntü isə diskə köçürülərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şəmkir RMX-nin cərahiyyə şöbəsinin tibb bacısı X1 olaraq təqdim etdiyi hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli ayaqqabı, qara rəngli cins şalvar, şalvarın üzərində olmuş kəmər, qara rəngli qış gödəkçəsi, qara rəngli mayka, qara rəngli sviter və 01 (bir) ədəd bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “paltarlara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qolsuz gödəkcənin ümumi uzunluğu 79 sm, eni 110 sm təşkil edir. Gödəkcənin iç arxa boyun nahiyəsində “CİTY CLASS 48” yazılı emblem mövcuddur. Gödəkcə ön tərəfdən bir ədəd zəncirbənd üymə ilə bağlanır. Gödəkcənin yan hissəsində 2(iki) ədəd ciblik mövcuddur. Həmin cibliklər də zəncirbənd və metal düymə ilə bağlanır. Gödəkcənin hər iki qol hissəsi kəsilmişdir. Bundan başqa gödəkcənin üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli parça şalvarının ümumi uzunluğu 103 sm, eni 52 sm təşkil edir. Şalvarın iç arxa bel nahiyəsində üzərində “TOM FORD” yazısı olan emblem mövcuddur. Şalvar ön tərəfdən zəncirbənd və metal düymə ilə bağlanır. Şalvarın yan və arxa hissəsində 2 ədəd ciblik vardır. Sağ arxa cibliyin üzərində “TOM FORD” yazısı olan metal emblem mövcuddur. Şalvarın sağ bud nahiyəsinin ön hissəsində 1,5 sm və 2 sm diametrində 2 ədəd, ön qasıq nahiyəsində isə 2,5 sm diametrində kəsilmiş-deşilmiş izlər vardır. Şalvarın bel nahiyəsində 1 ədəd dəri kəmər mövcuddur. Bundan başqa şalvarın üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli uzunqol köynəyin uzunluğu 69 sm, eni 110 sm təşkil edir. Önü zəncirbəndli köynəyin hər iki qol, boyun və aşağı nahiyəsi manjetli olmaqla iç arxa boyun nahiyəsində üzərində “Castello d Ora XL” yazılı etiket mövcuddur. Köynəyin hər yan hissəsində 2 ədəd ciblik vardır. Ciblik zəncirbəndlə bağlanır. Köynəyin sol qol nahiyəsində 2,5 sm diametrində, sol yan hissəsində isə 2 sm diametrində kəsilmiş-deşilmiş izlər mövcuddur. Köynək ön hissədən kəsilərək 2 hissəyə bölünmüşdür. Bundan başqa köynəyin üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli uzunqol köynəyin ümumi uzunluğu 68 sm, eni 138 sm təşkil edir. Köynəyin boğaz hissəsi zəncirbəndlə bağlanmaqla hər iki qol, boyun və aşağı nahiyəsi manjetlidir. Köynəyin iç arxa boyun nahiyəsində “ ANGELO GALASSO L” yazılı etiket mövcuddur. Köynəyin sol qol nahiyəsində 2 sm diametrində, sol yan hissəsində isə 1 sm diametrində kəsilmiş-deşilmiş izlər mövcuddur. Köynək ön hissədən kəsilərək 2 hissəyə bölünmüşdür. Bundan başqa köynəyin üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli qolsuz maykanın ümumi uzunluğu 80 sm, eni 90 sm təşkil edir. Mayka ön hissədən kəsilərək 2 hissəyə bölünmüşdür. Maykanın sol yan hissəsində 4,5 sm və 2 sm diametrində 2 ədəd sökülmə izi vardır. Bundan başqa maykanın üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli idman ayaqqabısının uzunluğu 28, eni isə 10 sm təşkil edir. Ayaqqabı dəri materialdan yığılmaqla, üzərində dilikli bəzəklər vardır. Hər iki ayaqqabının iç hissəsində “ZİLLİ” yazısı, üst hissəsində isə “ZİLLİ” yazısı olan qızılı rəngli metal emblem mövcud olmaqla, hər ikisi iplə bağlanır. Ayaqqabıların alt hissəsində çəhrayı və göy rəngli xətlər vardır. Ayaqqabıların üst və alt hissəsində qanabənzər şübhəli ləkələr vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcısı olan diskdən görünür ki, baxış keçirilən diskin ümumi həcmi 4,7 GB təşkil edir. Disk açıq boz rəngli olub üzərində “Verbatim DVD-R” sözləri yazılmışdır. Diskin daxilində 02 (iki) ədəd videogörüntü vardır. Birinci “VİD-20240205-WA0059” adlı videogörüntünün ümumi həcmi 14121 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 13 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olmuşdur ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Volksvagen Passat” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şiştəpə kəndinin mərkəzində yerləşən Şahid6 qızına məxsus ərzaq məhsulları mağazasının qarşısında dayanmış, Təqsirləndirilən şəxs1 idarə etdiyi “KİA” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Zərərçəkmiş şəxs avtomobilinin yanında saxlamış, daha sonra gözündə eynək və başında kəşmirli kepka papaq olan Təqsirləndirilən şəxs1 avtomat silahla avtomobilin qarşısından havaya atəş açmış, onun arxasınca gələn Təqsirləndirilən şəxs2 əlindəki dəmir parçası ilə avtomobilin alın şüşəsinə və damına zərbələr endirmiş, ətrafda olan insanlar təlaş içində mağazaya girmiş, Zərərçəkmiş şəxs avtomobili irəli sürüb oradan uzaqlaşmaq istəyərkən Təqsirləndirilən şəxs1 silahın lüləyini ona tuşlayıb Zərərçəkmiş şəxs və avtomobilin sol arxa qapısına doğru atəş açmış, daha sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 avtomobilin arxasına doğru itələyərək silahı onun əlindən almağa çalışmış, Təqsirləndirilən şəxs1 isə silahı verməyərək yenidən havaya atəş açmış, Təqsirləndirilən şəxs2 avtomobilin qapısını açaraq Zərərçəkmiş şəxs xəsarət alıb-almadığını yoxlamış, daha sonra yolda dayanmış Babəkə tərəf gedərək silahı onun əlindən almış, Zabil isə avtomobildən düşərək “Al” marketə doğru qaçmağa başlamış, Babək və Bahəddin isə onun arxasınca qaçmış, bir qədər sonra avtomobildə olan Şahid1 avtomobili sürərək oradan uzaqlaşmışdır. İkinci “VİD-20241010-WA0001” adlı videogörüntünün ümumi həcmi 21362 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 59 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olur ki, Şahid6 qızı mağazanın içərisində kassanın arxasında oturmuş, X18 isə kassanın qabağında dayanaraq Şahid6 1 qutu siqaret, 1 qutu saqqız və qalıq olan pul əsginaslarını götürüb mağazadan çıxmış, X25 isə kassanın yanında dayanıb növbəsini gözləmiş, Tağı Orucov mağazadan çıxdıqdan sonra X6 mağazaya daxil olmuş, bu zaman mağazanın qarşısından atəş səsləri eşidilmiş, Tağı Orucov və yük maşını ilə şirniyyat məhsulları gətirən Azər adlı şəxs qorxaraq təlaşlı şəkildə mağazaya girmiş, mağazada olan Rəfiqə, Şakir və Əflatun isə piştaxtaların yanında əyilərək gizlənmiş, atəş səsləri kəsildikdən sonra onlar gizləndikləri yerdən çıxmağa başlamışlar. Baxış keçirilən digər diskin ümumi həcmi 700 MB təşkil edir. Disk açıq boz rəngli olub üzərində “Ahuang CD-R” sözləri yazılmışdır. Diskin daxilində 04 (dörd) ədəd videogörüntü vardır. Birinci “VİD- 20240205-WA0061” adlı videogörüntünün ümumi həcmi 15148 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 18 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olmuşdur ki, “Al” marketdə işləyən Şahid4 atəş səslərini eşidib marketdən çıxıb yola doğru boylanmış, onun arxasınca isə digər işçi Şahid5 çıxmış, onlar Zərərçəkmiş şəxs və onun arxasınca qaçan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görüb dərhal qaçıb marketə girmişlər, daha sonra yaralı halda olan Zərərçəkmiş şəxs, onun arxasınca əlində avtomat silah olan Təqsirləndirilən şəxs2, daha sonra əlində bıçaqla Təqsirləndirilən şəxs1 marketə daxil olmuş, Bahəddin daha sonra marketdən çıxmış, bu zaman Şahid1 “Volksvagen Passat” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili marketin qarşısında saxlamış, Bahəddin yenidən marketə daxil olmuş, bir qədər sonra Şahid5 təlaşlı şəkildə marketdən çıxıb qaçmış, onun arxasınca Şahid4 də marketdən çıxmış, Bahəddin Babəklə birlikdə marketdən çıxaraq “Volksvagen Passat” markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər, Bahəddin sükan arxasında əyləşərək avtomobili sürüb oradan uzaqlaşmışdır. İkinci “VİD-20240205-WA0062” adlı videogörüntünün ümumi həcmi 12978 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 06 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olmuşdur ki, “Al” marketdə işləyən Şahid4 atəş səslərini eşidib marketdən çıxıb yola doğru boylanmış, onun arxasınca isə digər işçi Şahid5 çıxmış, onlar Zərərçəkmiş şəxs və onun arxasınca qaçan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görüb dərhal qaçıb marketə girmişlər, daha sonra yaralı halda olan Zərərçəkmiş şəxs, onun arxasınca əlində avtomat silah olan Təqsirləndirilən şəxs2, daha sonra əlində bıçaqla Təqsirləndirilən şəxs1 marketə daxil olmuş, Bahəddin daha sonra marketdən çıxmış, bir qədər sonra Bahəddin yenidən marketə daxil olaraq Babəki çağırmağa başlamış, Şahid5 təlaşlı şəkildə marketdən çıxıb qaçmış, onun arxasınca Şahid4 də marketdən çıxmış, Bahəddin də Babəklə birlikdə marketdən çıxıb getmişlər. Üçüncü “VİD-20240205-WA0063” adlı videogörüntünün ümumi həcmi 12289 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 02 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olmuşdur ki, “Al” marketdə işləyən Şahid4 atəş səslərini eşidib marketdən çıxıb yola doğru boylanmış, onun arxasınca isə digər işçi Şahid5 çıxmış, onlar Zərərçəkmiş şəxs və onun arxasınca qaçan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görüb dərhal qaçıb marketin arxa tərəfində yerləşən sanuzel otağına girmişlər, daha sonra yaralı halda olan Zərərçəkmiş şəxs da marketə girərək sanuzel otağına tərəf qaçmış, onun arxasınca əlində avtomat silah olan Təqsirləndirilən şəxs2, daha sonra əlində bıçaqla Təqsirləndirilən şəxs1 marketə daxil olmuş, Bahəddin daha sonra marketdən çıxsa da, Babək marketin içərisində Zabili axtardıqdan sonra o da sanuzel otağına tərəf getmiş, bu zaman Bahəddin yenidən marketə daxil olaraq Babəki çağırmağa başlamış, Babək sanuzel otağına tərəf getdikdən sonra Xəyal və Vüsalə oradan çıxaraq Xəyal piştaxtaların arasına doğru, Vüsalə isə küçəyə qaçmış, Bahəddin sanuzel otağına tərəf gəlib Babəki çağırmağa davam etmiş, daha sonra Babək sanuzel otağından çıxaraq Bahəddinlə birlikdə marketdən çıxıb getmişlər. Dördüncü “VİD- 20241010-WA0000” adlı videogörüntünün ümumi həcmi 20429 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 55 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olmuşdur ki, “Al” marketdə işləyən Şahid4 və Şahid5 təlaşlı şəkildə marketin arxa tərəfində yerləşən sanuzel otağına girmişlər, onların arxasınca yaralı halda olan Zərərçəkmiş şəxs da sanuzel otağına daxil olmuş, bir qədər sonra Təqsirləndirilən şəxs1 əlində bıçaqla sanuzel otağına tərəf gəlmiş, bu zaman Xəyal və Vüsal Babəkin yanında sıxışıb qaçmış, Babək isə içəridə olan Zabilə bıçaqla xəsarət yetirmək üçün sanuzel otağının qapısını açmağa çalışmış, o, zorla qapını aça bilsə də, Zabilin müqavimət göstərərək özünü müdafiə etməsi nəticəsində ona əlindəki bıçaqla xəsarət yetirə bilməyib getmiş, bir qədər sonra Zərərçəkmiş şəxs yaralı şəkildə əlində bıçaqla sanuzel otağından çıxmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı idarə etdiyi X14 məxsus “KİA CERRATO” markalı, “**-FU-***” dövlət qeydiyyat nişanlı 4 (dörd) yerlik minik avtomobili 2013-cü il buraxılış ili olmaqla, ağ mirvari rəngli və 4 (dörd) qapılıdır. Avtomobilin qabaq sürücü tərəfdə olan aynasının şüşəsi dairəvi formada sınaraq içəriyə doğru batmışdır. Həmçinin, avtomobilin ön qapılarının aynaları tamamilə sınaraq şüşə qırıntıları ayaqaltı hissələrinə tökülmüşdür. Avtomobilin arxa sol aynasının aşağı sol künc hissəsi 8x6 sm ölçüdə sınaraq qırıntıları içəriyə tökülmüş, aynanın özü isə ovxalansa da yerində qalmışdır. Həmin aynanın aşağı küncündə bir ədəd, qapının özündə isə iki ədəd deşilmiş izlər vardır. Avtomobilin arxa sol buferinin aşağı hissəsində 4x2 sm diametr ölçüdə aşağı doğru axmış qanabənzər ləkə, arxa sağ qapının tutacaq hissəsində qanabənzər ləkələr görünür. Avtomobilin içərisinə baxış keçirərkən arxa oturacağın sağ tərəfinin kənar hissələrində, arxa oturacağın orta hissəsində qanabənzər ləkələr müşahidə olunmuşdur. Şüşə qırıntıları oturacağın üzərinə və ayaqaltı hissələrinə səpələnmişdir. Avtomobilin arxa sol qapısına içəri tərəfdən baxdıqda yuxarıdan aşağıya doğru müvafiq olaraq bir-birindən 6 və 5,4 sm məsafədə 2,3x1, 0,8x06 və 0,3x0,2 sm diametrli deşilmiş izlərin olduğu görünür. Arxa sol oturacağın rezin materialından olan ayaqaltı hissəsini qaldırıb baxarkən 1,1 sm uzunluğunda güllə başlığına oxşar dəmir qırıntısının aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Avtomobilin sürücü oturacağının üzərində ağ rəngli salfetlər, qutuda CD disklər vardır. Ümumiyyətlə avtomobilin qabaq oturacaqlarının üzərinə, həmçinin ayaqaltı hissələrinə salfetlər səpələnmişdir. Sürücü oturacağının ayaqaltı hissəsində “Qaz” pedalından 4 sm aşağıda bir ədəd 1,3 sm ölçüdə güllə başlığına oxşar dəmir qırıntısı aşkar olunaraq götürülmüşdür. Bundan başqa avtomobilin qabaq sərnişin oturacağının ayaqaltı hissəsinə baxış keçirərkən şüşə qırıntılarının, içərisi boş fanta və “Cappy” firmalarına məxsus plastik butulkaların, oturacağın üzərinə qara rəngli kepkanın və salfetin olduğu məlum olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “avtomat silaha və daraqlara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, avtomat silahın səthinə müxtəlif bucaq altında təbii və süni işıqda vizual baxdıqda gözlə görünə bilən hər hansı bir iz müşahidə edilməmişdir. Avtomat silahın ümumi uzunluğu 73 sm, qundağının uzunluğu 23,5 sm, əl dəstəyinin uzunluğu 12,5 sm, lüləyinin uzunluğu 11 sm isə təşkil edir. Silahın qundağı dəmir materialdan olmaqla qatlanandır. Silahın əl tutacağı möhkəm plastik materialdan, əl dəstəyi isə taxta materialdan yığılmışdır. Əl dəstəyi qara rəngli yapışqan lentlə sarılmışdır. Silahın qaytarıcı yayının üzərinə “271747” rəqəmləri həkk olunmuşdur. Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş 2 ədəd darağın hər birinin uzunluğu 21 sm, eni isə 6,5 sm təşkil edir. Daraqlar tünd qəhvəyi rəngli olmaqla taxta materialdan hazırlanmış və üzəri laklanmışdır. Daraqların aşağı və iç hissəsi dəmir materialdan yığılmışdır. Darağın birinin sağ aşağı tərəfində beşguşəli ulduz təsviri, sol aşağı tərəfində isə “63” rəqəmləri həkk olunmuşdur. Digər darağın sağ aşağı tərəfində içərisində ox işarəsi olan üçbucaq fiqur təsviri, sol aşağı tərəfində isə “115” rəqəmləri təsvir olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 (bir) ədəd bıçağın tiyəsinin uzunluğu 9 sm, dəstəyinin uzunluğu isə 11 sm təşkil edir. Bıçağın tiyəsi metal rəngli olmaqla aşağı kənarı itilənmiş, yuxarı kənarı isə itilənməmiş vəziyyətdədir. Bıçağın dəstəyinin üzərində yaşıl rəngli yarpaq və qəhvəyi rəngli ağac budaqları təsviri vardır. Bıçağın dəstəyi tiyəsinə 2 ədəd vintillə bərkidilmişdir. Bıçağın tiyəsinin uc hissəsi sınmışdır. Bıçağın tiyəsinin sol üzündə “TRUE ADVENTURE OUTDOOR EQUİRMENT MORE” yazıları həkk olunmuşdur. Bıçağın dəstəyinin və tiyəsinin üzərində qana bənzər şübhəli ləkələr vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 8 ədəd gilizin hər biri yaşımtıl-qəhvəyimtil rəngli olmaqla silindrik formalı olub dib hissəsinin səthi üzərində “3” və “82” rəqəmləri həkk olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı idarə etdiyi “Volkswagen Passat” markalı, “**-PD-***” dövlət qeydiyyat nişanlı 4 (dörd) yerlik minik avtomobili 2013cü il buraxılış ili olmaqla, ağ rəngli və 4 (dörd) qapılıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş kəşmirli kepka papaq qara rəngli olub vilvet materialdan hazırlanmışdır. Papağın iç astar hissəsində üzərində “Nord Mark headwear colection” yazısı olan etiket mövcuddur. Papağın üzəri çirkli və tozludur. Papağın üzərində zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, DİN-nin 102 xidmətindən verilmiş məlumatda Şahid4 xx.xx.2024-cü il tarixdə saat 22:21-də zəng edərək "xxxx"dən silah səsinin eşidilməsi barədə məlumat verməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:05-də Şəmkir RMX-nin növbətçi həkimi Şəmkir rayonu, Şiştəpə kənd sakini Zərərçəkmiş şəxs sağ budun, sol qolun və qasıq üst nahiyəsinin çoxsaylı yaraları xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi münasibətlər zəminində qisas alıb qəsdən öldürmək məqsədi ilə Şəmkir rayonu, Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq mağazasının qarşısında qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndliləri Zərərçəkmiş şəxs odlu silahdan atəş açaraq öldürməyə cəhd edən zaman ətrafda Şahid1, Şahid6 qızı, X25, X18, X6, Şahid4 və Şahid5 olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə amansız rəftar etmə, ləyaqətinin mütəmadi alçaldılması, qeyd edilən şəxs və ya şəxslərin təhqir edilməsi, hədə-qorxu gəlmə hallarının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 spirtli içkilərə və narkotik maddələrə qarşı aludəçiliyinin olması müəyyən edilməmişdir. Hadisədən öncə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında münaqişəli vəziyyətin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət törətməyə sövq edən, təhrik edən və yaxud cinayətin törədilməsində kömək edən hər hansı bir şəxsin (lər) olması müəyyən edilməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs2 istifadə etdiyi dəmir materialdan olan dəyənək və Təqsirləndirilən şəxs1 istifadə etdiyi bıçaq müəyyən edilməmişdir. Dəmir materialdan olan dəyənəyin və bıçağın müəyyən edilərək istintaqa təqdim edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bundan başqa hadisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən hər hansı bir taxta materialdan olan dəyənəkdən istifadə edilməsi halı müəyyən edilməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əmiləri Qaçay və Qoşunun oğlanlarının, bundan əlavə bibisinin övladlarının hadisə yerində olmaları müəyyən edilməmişdir. Hadisə zamanı “271747” nömrəli, “AKS-74U” markalı avtomat silahdan istifadə olunmuşdur. Bundan başqa əlavə silahdan istifadə olunması halı müəyyən edilməmişdir. Hadisə zamanı içərisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qohum və ya dostlarının olduğu əlavə, yəni ikinci bir avtomobilin olması halı müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanlardan əlavə olaraq müəyyən edilmişdir ki, hadisə zamanı “271747” nömrəli, “AKS- 74U” markalı avtomat silahdan atəş açaraq Zərərçəkmiş şəxs xəsarət yetirən şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(076)-211/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(076)-211/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6 və 221.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(076)-211/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 07 (yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Həmçinin o, xx.xx.2018-ci il tarixdən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4cü hissəsi ilə dövlətlərarası axtarışdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi 5,45 mm kalibrli 271747 №-li Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi silah RF Müdafiə Nazirliyinin Raket-Artilleriya Baş İdarəsinə məxsus və Moldova Respublikası Pridnestrovsk münaqişəsi zamanı talanmış kimi xx.xx.1996-cı il tarixdən mərkəzləşdirilmiş axtarış uçotunda olan 5,45 kalibrli, “AK-74” markalı silahın nömrəsi ilə oxşarlıq təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş fərdi qaydada sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicisi X22 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “KİA CERATO” markalı, 99-FU335 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 134, 221.3 və 234.1-ci, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.1-ci, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktının surətindən görünür ki, 26 yanvar 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Çin” restoranının qarşısında Zərərçəkmiş şəxs və Bəylər Aslanovun bir qrup şəxs halında Şahid7 qarşı xuliqanlıq etmələri faktına görə 27 yanvar 2021-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq 25 aprel 2022-ci il tarixdə ittiham aktı təsdiq edilməklə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs Şəmkir rayon Konsultativ poliklinikada narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda dayanmırlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Şəmkir rayonu, Şiştəpə kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 Şəmkir rayonu, Şiştəpə kəndində yaşamışlar və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Şəmkir rayonu, Şiştəpə kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs Şəmkir rayonu, Şiştəpə kəndində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 8 ədəd giliz, 1 ədəd qara rəngli papaq, boz rəngli dəstəyi və dəstəyinin üzərində yaşıl rəngli yarpaq təsvirli bəzəyi olan 1 ədəd bıçaq, 03 (üç) ədəd qana şübhəli ləkələrə batırılmış pambıq çöp, 2 ədəd disk, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qolsuz gödəkcə, qara rəngli köynək, qara rəngli parça şalvar, qara rəngli qolsuz mayka və qara rəngli idman ayaqqabısı, 2 ədəd güllə başlığı, uzunluğu 73 sm olan “AKS” markalı avtomat silah və 2 ədəd daraq maddi sübut kimi tanınaraq saxlanılması üçün Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, Şəmkir rayon polis şöbəsinin avtomobil duracağında saxlanılan “KİA” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VOLKSVAGEN PASSAT” markalı, “**-PD-***” dövlət qeydiyyat nişanlı avtomobil də maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, sonunculardan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs1 hadisə vaxtı idarə etdiyi “VOLKSWAGEN PASSAT” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olduğu üçün həmin avtomobilin MMC-yə qaytarılması xahiş olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını, sonuncunu sadəcə qorxutmaq istədiyini və məhz bu məqsədlə ona odlu silahdan atəş açdığını göstərmişdir. Həmçinin digər Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxslərin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin şahidlərin ifadələri, o cümlədən istintaq hərəkətlərinə dair protokollar, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı Zərərçəkmiş şəxs oldu silahdan atəş açmaqda məqsədinin sonuncunu öldürmək deyil, məhz qorxutmaq olduğunu göstərsə də, iş materiallarına əsasən təqsirləndirilən və zərərçəkmiş şəxs arasında artıq bir neçə il davam edən ədavətin olması öz təsdiqini tapmışdır. Qeyd edilən hal nə ittiham, nə də ki müdafiə tərəfində mübahisə doğurmamışdır. Hətta iş materiallarında olan ittiham aktının surətinə əsasən 26 yanvar 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Çin” restoranının qarşısında Zərərçəkmiş şəxs və qardaşı Bəylər Aslanov bir qrup şəxs halında Şahid7 (Babək Bayramlnın atası) qarşı xuliqanlıq etmələri faktına görə 27 yanvar 2021-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Göründüyü kimi, artıq uzun illərdir davam edən ədavət Təqsirləndirilən şəxs1 qisas motivinin formalaşmasına zəmin yaratmışdır. Məhkəmə tərkibi hesab edir ki, tərəflər arasında yaranmış ədavətin təzahürü olaraq hadisə günü ilk dəfə marketin qarşısında Babək X12rşılaşdıqdan sonra sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında sözlü mübahisə yaranmasına baxmayaraq, qardaşı Təqsirləndirilən şəxs2 və dostu Şahid1 təkidi ilə idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşdıqdan sonra, artıq daxilində formalaşmış qisas niyyətini həyata keçirmək üçün qəfləti idarə etdiyi avtomobili geri döndərib Zərərçəkmiş şəxs olduğu yerə gələrək idarə etdiyi avtomobildə əyləşdiyi oturacağın altında qanunsuz olaraq əldə edib saxladığı odlu silahi götürüb içərisində Zərərçəkmiş şəxs olduğu avtomobilə atəş açmaqda ifadə olunan aktiv hərəkətləri məhz elə zərərçəkmişi qəsdən öldürməsinə yönəldiyini təsdiq edir. Həmçinin iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs hadisə vaxtı həyat üçün mühüm orqan hesab edilən qarın, eləcə də mühüm orqanların yerləşdiyi bel nahiyəsindən dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid dəlib-keçən odlu silah-güllə yaraları alması faktı da təqsirləndirilən şəxsin niyyətinin məhz zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə yönəlməsini təsdiq edir. O cümlədən həm şahid ifadələri, həm də iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının rəyi ilə birmənalı olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sürücü tərəfdən arxa sol qapısının yanında duraraq arxadan önə doğru, yəni sürücü yerində əyləşmiş Zərərçəkmiş şəxs tərəf arxadan atəş açması faktı, yəni atəşin istiqamətinin məhz elə zərərçəkmişin əyləşdiyi oturacaq istiqamətində olması bir daha təqsirləndirilən şəxsin niyyətinin elə zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə yönəlməsini təsdiq edir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 qisas niyyətini həyata keçirmək üçün seçdiyi üsul, yəni odlu silahdan atəş açması qəsdin yönəldiyi Zərərçəkmiş şəxs başqa həmin vaxtı orada olmuş elə öz qardaşı Təqsirləndirilən şəxs2, dostu Şahid1, eləcə də ətrafda səs-küyə yığılmış insanların həyat və sağlamlığı üçün də real təhlükə yaratmışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, insanların alış-veriş üçün girib-çıxmaqla aktiv hərəkət etdiyi ictimai yer hesab olunan marketin qarşısında odlu silahdan şüurlu şəkildə atəş açması Təqsirləndirilən şəxs1 ətrafda olan insanlar üçün də real təhlükə yaratdığını dərk etməsinə dəlalət edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-in 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-in müvafiq maddəsi ilə də tövsif edilməlidir. Qəsdən adam öldürmə cinayətləri zamanı xarakterinə görə bir neçə şəxsi həyatdan məhrum etmə xüsusiyyətinə malik olan yandırmaq, partlatmaq, zəhərləmək, dağıtmaq, qəzalar törətmək və sairə bu kimi üsul və vasitələrdən istifadə edilsə də, qəsdin yönəldiyi şəxsdən əlavə digər şəxsin həyat və sağlamlığı üçün real təhlükə istisna edilməklə bərabər, bu xüsusat təqsirkar tərəfindən dərk olunduqda, yalnız seçilmiş üsula görə əməl ümumi təhlükəli üsulla törədilmiş qəsdən adam öldürmə cinayəti kimi tövsif edilə bilməz. Məsələn, təqsirkar özündən və zərərçəkmiş şəxsdən başqa heç kimin olmadığı dərin xəndəyin içərisində, bu hal ona aşkar surətdə məlum olduğu vəziyyətdə odlu silahdan avtomatik rejimdə atəş açmaqla zərərçəkmişi qəsdən öldürürsə, digər şəxsin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olmadığından əməlin ümumi təhlükəli üsulla törədilməsi əlaməti üzrə tövsif olunması üçün də əsas yaranmır. Bundan başqa, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 qərəzli xuliqanlıq hesab olunan cinayət əməlini törətmətdiyini bildirsə də, iş materiallarında olan istintaq hərəkətinə dair protokollar, marketin təhlükəsizlik kamerasından götürülmüş videogörüntülər, eləcə də şahid ifadələri ilə birmənalı olaraq təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əlindəki dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin alın şüşəsinə və damına zərbələr endirən zaman ətrafda olan insanlar təlaş içində mağazaya girmiş, Zərərçəkmiş şəxs avtomobili irəli sürüb oradan uzaqlaşmaq istəyərkən Təqsirləndirilən şəxs1 əlində olan odlu silahla avtomobilə atəş açmış, həmin vaxtı ətrafda olan inşaların istirahət hüququ pozulmuş və sonuncular özlərini qorumaq məqsədi ilə təlaş içində gizlənməyə başlamışlar. Nəticə etibarı ilə də təqsirləndirilən şəxslər aktiv hərəkətlərə yol verərək ictimai qaydanı kobud surətdə pozub ictimai yer hesab olunan marketin qarşısında insanlara əhəmiyyət verməyərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, həm marketdə olan insanların, həm də ətrafda olan insanların içində qorxu yaratmaqla istirahət hüququnu pozmuşlar. Bununla da məhkəmə tərkibi hesab edir ki, ayrı-ayrılıqda hər iki təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusu ilə tam olaraq təkzib olunduğu üçün həmin dəlillər təqsirləndirlən şəxslərin cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakteri daşıyır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunsa da, Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə ona əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməlidir. Belə ki, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 vermiş olduğu bütün ifadələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə hadisə günü məlum baş vermiş hadisəyə qədər zərərçəkən Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə dair razılaşmadığını və buna dair qardaşı ilə aralarında əvvəlcədən hər hansı bir anlaşmanın olmadığını, hadisənin baş vermə anınadək də Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə odlu silah saxlamasını bilmədiyini, silah barədə ümumiyyətlə məlumatının olmadığını göstərmişdir. Qeyd edilən xüsusatları Təqsirləndirilən şəxs1 da həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində təsdiq etmişdir. Əlavə olaraq da Təqsirləndirilən şəxs1 silahı ona mərhum dayısı oğlunun 2021-ci il tarixdə verdiyini, həmin vaxtı Bahəddinin Rusiya Federasiyasında olduğunu, hadisə günü birinci səfər marketin qarşısında Zabil Zeynalovla qarşılaşdıqdan sonra aralarında mübahisə yarandığını, həmin vaxtı qardaşı Bahəddinlə dostu Samirin təkidi ilə hadisə yerindən uzaqlaşdığını, bir qədər avtomobillə getdikdən sonra qəfləti qəbul etdiyi qərar nəticəsində idarə etdiyi avtomobili geri döndərib Zabil Zeynalovun olduğu marketin qarşısına qayıtdığını, qardaşı ilə Samiri avtomobildən düşməmələri üçün tənbeh etdiyini, özünün isə Zərərçəkmiş şəxs qorxutmaq üçün idarə etdiyi avtomobilin sürücü oturacağının altında saxladığı avtomat silahı götürüb Zərərçəkmiş şəxs içərisində olduğu avtomobilə atəş açdığını, həmin vaxtı qardaşı Təqsirləndirilən şəxs2 bunu görüb ona “nə edirsən?” deyərək silahı əlindən almağa çalışdığını, qardaşı ilə mübahisə edən zaman havaya atəş açıldığını, ardınca qardaşının Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə yaxınlaşıb sürücü tərəfdən qapısını açaraq sonuncunun yaralı olub-olmamasına baxdığını, daha sonra isə geri qaydıdaraq silahı ondan aldığını, həmin ərəfədə də Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən düşərək qaçdığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 də ifadəsində birinci səfər Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında marektin qarşısında mübahisə yarandıqda onun və Təqsirləndirilən şəxs2 təkidi ilə oradan uzaqlaşdıqlarını, ikinci səfər qayıdanda isə Təqsirləndirilən şəxs1 ona və qardaşı Bahəddin Bayrmalıya avtomobildən düşməmələrini dediyini, silah səsi gəldikdən sonra isə Bahəddinin Babəkin əlindən silahı aldığını gördüyünü, Bahəddinin Babəkin əlindən silahı alan zaman da avtomatdan havaya atəş açıldığını gördüyünü göstərmişdir. Hətta ibtidai istintaqı aparmış müstəntiq də marketdən götürülmüş videogörüntülərə baxış keçirərkən Təqsirləndirilən şəxs2 münasibətdə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 avtomat silahla avtomobilin qarşısından havaya atəş açmış, onun arxasınca gələn Təqsirləndirilən şəxs2 əlindəki dəmir parçası ilə avtomobilin alın şüşəsinə və damına zərbələr endirmiş, ətrafda olan insanlar təlaş içində mağazaya girmiş, Zərərçəkmiş şəxs avtomobili irəli sürüb oradan uzaqlaşmaq istəyərkən Təqsirləndirilən şəxs1 silahın lüləyini ona tuşlayıb Zərərçəkmiş şəxs və avtomobilin sol arxa qapısına doğru atəş açmış, daha sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 avtomobilin arxasına doğru itələyərək silahı onun əlindən almağa çalışmış, Təqsirləndirilən şəxs1 isə silahı verməyərək yenidən havaya atəş açmış, Təqsirləndirilən şəxs2 avtomobilin qapısını açaraq Zərərçəkmiş şəxs xəsarət alıb-almadığını yoxlamış, daha sonra yolda dayanmış Babəkə tərəf gedərək silahı onun əlindən almış, Zabil isə avtomobildən düşərək “Al” marketə doğru qaçmağa başlamış, Babək və Bahəddin isə onun arxasınca qaçmış, Zərərçəkmiş şəxs, onun arxasınca əlində avtomat silah olan Təqsirləndirilən şəxs2, daha sonra əlində bıçaqla Təqsirləndirilən şəxs1 marketə daxil olmuş, Bahəddin daha sonra marketdən çıxmış, bir qədər sonra Bahəddin yenidən marketə daxil olaraq Babəki çağırmağa başlamış, ardınca Bahəddin sanuzel otağına tərəf gəlib Babəki çağırmağa davam etmişdir. O cümlədən şahid qismində dindirilmiş Şahid4lə Şahid5 həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 əlində silahla marketin içərisində Təqsirləndirilən şəxs1 səslədiyini və getməli olduqlarını dediyini göstərmişlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hadisə günü birinci dəfə marketin qarşısında Təqsirləndirilən şəxs1 ilə Zabil Zeynalov görüşüb söhbət edərkən sonuncunun nalayiq ifadələr işlətməsi səbəbindən onlar arasında mübahisə yaranmış, həmin vaxtı orada olan Təqsirləndirilən şəxs2 və Şahid1 təkidi ilə Təqsirləndirilən şəxs1 onlarla birlikdə idarə etdiyi avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmış, bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs1 qəfil idarə etdiyi avtomobili geri döndərib Zərərçəkmiş şəxs yanına qayıtmış, həmin vaxtı avtomobildə olan Təqsirləndirilən şəxs2 ilə Şahid1 ümumiyyətlə avtomobildə avtomat silahın olmasından məlumatsız olmuşlar, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə Şahid1 avtomobildən düşməmələrini bildirmiş, özü isə oturduğu sürücü tərəfdən oturacağın altında saxladığı avtomatı götürüb Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə yaxınlaşaraq sonuncuya atəş açmış, həmin ərəfədə Təqsirləndirilən şəxs2 da əlində dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilinin damına zərbə endirmiş və qardaşının avtomatdan atəş açdığını görüb sonuncunun üstünə cumaraq dartışıb avtomatı onun əlindən almağa çalışmış, ardınca isə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə yaxınlaşıb sürücü tərəfdən qapısını açaraq sonuncunun xəsarət alıb-almadığını yoxlamış, daha sonra isə yenidən qardaşının yanına qayıdaraq sonuncu ilə bir daha mübahisə edib avtomatı onun əlində almış, qardaşı ilə mübahisə edən zaman avtomatdan havaya bir dəfə atəş açılmış, elə bu ərəfədə fürsətdən istifadə edən Zərərçəkmiş şəxs avtomobildən düşüb yaxınlıqdaki “Al” marketə tərəf qaçmış, Təqsirləndirilən şəxs1, ardınca da Təqsirləndirilən şəxs2 sonuncunun dalınca qaçmış, Zərərçəkmiş şəxs marketin içərisinə daxil olaraq sanitar qovşağına girmiş, Təqsirləndirilən şəxs1 da əlində bıçaqla sonuncunun dalınca sanitar qovşağına tərəf getmiş, həmin ərəfədə Təqsirləndirilən şəxs2 ilk əvvəl marketin ümumi zalında dayanaraq Təqsirləndirilən şəxs1 səsləmiş, ardınca isə silah çiynində sanitar qovşağına tərəf gedib qardaşını bir daha səsləmiş və sonuncu gəldikdən sonra birlikdə marketdən çıxaraq oradan uzaqlaşmışlar. Qeyd edilən halların hər biri marketdən götürülmüş və iş materiallarına əlavə edilmiş videogörüntülərdə öz təsdiqini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs öldürməyə bir neçə dəfə sərbəst imkanı olduğu halda (birincisi elə qardaşına müqavimət göstərmək əvəzinə Zərərçəkmiş şəxs sərbəst atəş açması üçün qardaşına şərait yaratmaqla, ikincisi odlu silahı qardaşından aldıqdan sonra öz sərəncamında olduğu müddət ərzində Zərərçəkmiş şəxs atəş açmağa cəhd etməklə, üçüncüsü isə odlu silah çiynində marketin içərisinə daxil olaraq sanitar qovşağına qədər gedib qardaşını səsləyərkən) sonuncu bunu etməyərək, əvəzində əlində odlu silahla atəş açan qardaşı Təqsirləndirilən şəxs1 aktiv müqavimət göstərərək onun əlindən avtomatı almağa nail olmuş, ardınca zərərçəkmişin avtomobilinə yaxınlaşıb sonuncunun xəsarət alıb-almamağını yoxlamış, marketdə olarkən isə qardaşını bir neçə dəfə səsləyərək getmələri təmin etmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hadisə baş verən anda odlu silahın üzərində olan darağın içərisindəki patronun (səkkiz ədəd) sayından məlumatsız olan Təqsirləndirilən şəxs2 avtomatı qardaşından aldıqdan sonra, həmin anadək səkkiz ədəd patronun atılmasına, yəni darağın artıq boş olmasına baxmayaraq, ümumi patron sayından məlumatsız olduğu üçün avtomatla Zərərçəkmiş şəxs tərəf tuşlayıb atəş açmağa imkanı olduğu halda sonuncu heç buna cəhd belə etməmiş və nəticə etibarı ilə darağın boş olmasını bilməmişdir. Yəni ki, darağın boş olmasından məlumatsız olduğu üçün şüurunda darağın içərisində patronun olmasını zənn edərək Zərərçəkmiş şəxs atəş açmağa belə cəhd etməmişdir. Bundan başqa, ibtidai istintaqı aparmış müstəntiq xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs1 yivli odlu silahı qanunsuz olaraq əldə etməsində və saxlamasında Təqsirləndirilən şəxs2 heç bir iştirakının olmaması və məlumatsız olması qənaətinə gələrək sonuncunun əməllərində Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.1-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasını rədd etmişdir. Göründüyü kimi, ibtidai istintaqı aparmış orqan Təqsirləndirilən şəxs1 münasibətdə verilmiş ittihamda Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə olan ittihamı ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının ekstsessi) kimi qiymətləndirmədən, hər iki təqsirləndirilən şəxsə Zabil Zeynalovu qisas almaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhdlə bağlı ittiham irəli sürsə də, Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün bəraətverici əsasla Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasını rədd etmişdir. Qeyd edilən halların hamısı isə Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsi qərəzli münasibətlər zəminində Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmadığına dəlalət edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti CM-in 120.2.1ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-in 34-cü maddəsində şərh edilmişdir. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə törədilməsi məsələsi həll edilərkən CM-in 34.2-ci maddəsi ilə yanaşı, bu əlamətin təfsirini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalı və “qabaqcadan əlbir olan bir qrup şəxs” dedikdə, “bir qrup şəxs” tərəfindən törədilən cinayətlərdə olduğu kimi şəxsin həyatdan məhrum edilməsinə bilavasitə yönələn hərəkətlərin yerinə yetirilməsində ən azı iki nəfər şəxsin (icraçının) iştirak etməsi, lakin cinayətin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin icrasına başlanılanadək onlar arasında zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə dair razılaşmanın əldə olunması başa düşülməlidir. Beləliklə də, məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihamda onun qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsi qərəzli münasibətlər zəminində həmkəndliləri Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməsi göstərilsə də, işin faktiki halları ilə qəsdən adam öldürmə cinayətin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin icrasına başlanılanadək Təqsirləndirilən şəxs2 ilə qardaşı Təqsirləndirilən şəxs1 arasında digər şəxsi qəsdən həyatdan məhrum etməyə dair razılaşmanın olması, həmçinin Təqsirləndirilən şəxs2 hadisənin gedişində zərərçəkmişin müqavimətini qırması, özünü müdafiə etmə imkanını aradan qaldırması, yaxud məhdudlaşdırması, zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiyini dərk etməsi və bunu arzu etməsi, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol verməsi öz təsdiqini tapmamışdır. Əksinə hadisə baş verən anda Təqsirləndirilən şəxs2 qardaşının üstünə cumaraq sonuncu ilə mübahisə etməsi və odlu silahlı onun əlində alması nəticəsində zərərçəkən Zərərçəkmiş şəxs vaxt qazandırmaqla hadisə yerindən uzaqlaşması üçün şərait və fürsət yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Cinayət-Prosessual Məcəllənin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin “Barbera, Messegi və Cabardo İspaniyaya qarşı”, o cümlədən “Yanoseviç İsveçə qarşı” iş üzrə Qərarlarında formalaşdırılmış presedent hüququna görə təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Telfner Avstriyaya qarşı” iş üzrə Qərarında formalaşdırılmış presedent hüququna görə sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Cinayət-Prosessual Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biridir. Cinayət-Prosessual Məcəllənin 28.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq (CPM-in 28.4.2-ci maddəsi); şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq (CPM-in 28.4.3-cü maddəsi) kimi vəzifələri yerinə yetirməlidirlər. Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər (CPM-in 33.1-ci maddəsi). Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33.2-ci maddəsi). Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (CPMin 33.3-cü maddəsi). Cinayət-Prosessual Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq (CPM-in 351.3.1-ci maddəsi); bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq (CPM-in 351.3.2-ci maddəsi); məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM-in 351.3.3-cü maddəsi); təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM-in 351.3.4-cü maddəsi) sübuta yetirilmiş hesab edilə bilər. Cinayət-Prosessual Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində əməlində cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda barəsində bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Cinayət-Prosessual Məcəllənin 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarın 58-ci bəndində göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bununla da, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə ona bəraət verildiyi üçün digər Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə olan bənd çıxarılmalıdır. Yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 qisas almaq məqsədilə ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxs üzərində zor tətbiq olunması, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə bir qrup şəxs tərəfindən xuliqanlıq cinayət əməllərini törətməsi, eləcə də digər Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxs üzərində zor tətbiq olunması, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə bir qrup şəxs tərəfindən xuliqanlıq cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, şəxsin CM-in 120-ci maddəsi ilə təqsirli bilinməsi onun insanın ölümü kimi ağır nəticənin əməlin hüquqi tövsifində nəzərə alınmasını ehtiva etdiyindən, CM-in 61.2-ci maddəsinin tələbinə görə həmin hal CM-in 61.1.2-ci maddəsində təsbit edilmiş cəzanı ağırlaşdıran hal (cinayətin ağır nəticələrə səbəb olması) kimi qiymətləndirilə bilməz. Eynilə CM-in 61.2-ci maddəsi odlu silahdan və ya partlayıcı maddədən istifadə etdiyi üçün ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayətinin törədilməsində CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinmiş şəxslərə cəza təyin edilərkən cinayətin odlu silahdan, partlayıcı maddələrdən istifadə etməklə törədilməsinin CM-in 61.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını istisna edir. Məhkəmə tərkibi şəxsin könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi əməlində cinayətlərin residivinin olmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə tərkibi şəxsin könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Qoşqa oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 221.3 və 228.1-ci maddələrində, digər Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 221.3 və 228.1-ci maddələri, digər Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs1 münasibətdə iş materiallarında olan tələbnamədən və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(076)-211/2021 saylı hökmünün surətindən görünür ki, o, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(076)-211/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6 və 221.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(076)- 211/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 07 (yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət Məcəlləsinin 133.2 və 221.3-cü maddələri Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Hazırkı iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan görünür ki, o, ittiham olunduğu cinayət əməllərini xx.xx.2024-cü il tarixdə törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi az ağır cinayət əməlinə görə Təqsirləndirilən şəxs1 məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən (xx.xx.2022-ci il tarixdən) hesablamaqla iki il keçməmiş, yəni məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini törətdiyi üçün o, məhkum olunmuş şəxs hesab olunur və onun əməlində cinayətlərin sadə residivi vardır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməllərində cəzanı ağırlaşdıran hal olduğu üçün onun barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ayrıayrılıqda Cinayət Məcəlləsinin 29,120.2.4, 221.3 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə tərkibi digər Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti onlara təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Digər Təqsirləndirilən şəxs2 münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “könüllü gəlmə barədə” protokola əsasən Təqsirləndirilən şəxs2 həmin gün saat 23:50-də Şəmkir RPŞ-yə gələrək könüllü təslim olmuş, lakin xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokolda tutulmanın əvvəli xx.xx.2024-cü il tarixdə saat 00:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti onlara təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “KİA CERATO” markalı, 99-FU335 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də qeyd edilən avtomobilin mülkiyyətçisi "xxxx" MMC-yə avtomobilə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən müqavilə əsasında həyata keçirilsə də, digər Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 Müdafiəçi2 tərəfindən göstərilmiş 58 (əlli səkkiz) iş saat (15 iş saat xx.xx.2025-ci il tarixədək, 43 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 563 (beş yüz altmış üç) manat pul onların vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınan Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 1 ədəd qara rəngli papaq Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalı, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qolsuz gödəkcə, qara rəngli köynək, qara rəngli parça şalvar, qara rəngli qolsuz mayka və qara rəngli idman ayaqqabısı sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməli, uzunluğu 73 sm olan “AKS” markalı avtomat silah və 2 ədəd daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalı, 8 (səkkiz) ədəd giliz, boz rəngli dəstəyi və dəstəyinin üzərində yaşıl rəngli yarpaq təsvirli bəzəyi olan 1 (bir) ədəd bıçaq, 03 (üç) ədəd qana şübhəli ləkələrə batırılmış pambıq çöp və 2 (iki) ədəd güllə başlığı məhv edilməli, Şəmkir Rayon Polis Şöbəsinin avtomobil duracağında saxlanılan “KİA CERRATO” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VOLKSVAGEN PASSAT” markalı, “**-PD-***” dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçilərinə qaytarılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 221.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 563 (beş yüz altmış üç) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınan Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 1 ədəd qara rəngli papaq Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. - Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qolsuz gödəkcə, qara rəngli köynək, qara rəngli parça şalvar, qara rəngli qolsuz mayka və qara rəngli idman ayaqqabısı sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. - Uzunluğu 73 sm olan “AKS” markalı avtomat silah və 2 ədəd daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. - 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. - 8 (səkkiz) ədəd giliz, boz rəngli dəstəyi və dəstəyinin üzərində yaşıl rəngli yarpaq təsvirli bəzəyi olan 1 (bir) ədəd bıçaq, 03 (üç) ədəd qana şübhəli ləkələrə batırılmış pambıq çöp və 2 (iki) ədəd güllə başlığı məhv edilsin. - Şəmkir Rayon Polis Şöbəsinin avtomobil duracağında saxlanılan “KİA CERRATO” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VOLKSVAGEN PASSAT” markalı, “**-PD-***” dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçilərinə qaytarılsın. "xxxx" MMC-yə avtomobilə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-304/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-304/2025
24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver