Məhkəmə qərarları › İş №1(100)-305/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-305/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-305/2021 01.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1993-cü ildə Şəmkir şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir şəhəri, hərbi şəhərcik 10, mənzil 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1990-cı ildə Şəmkir şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatında olmaqla, ünvan 2də “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1996-cı ildə Şəmkir şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir şəhəri, M.Əzizbəyov küçəsi ev 8-də qeydiyyatında olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 evlənmək niyyətilə adam oğurlamaq məqsədilə 17 may 2021-ci il tarixdə, saat 18 radələrində yeznəsi Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx xxx 2003cü il təvəllüdlü Zərərçəkmiş şəxs işlədiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Rafik Optika” adlı mağazanın qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs1 mağazanın içərisinə daxil olub əlləri ilə Zərərçəkmiş şəxs boyun və sağ qolundan sıxaraq ona boyunun sol yan səthinin və sağ bazunun orta üçdə birinin bayır səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qucaqlayıb fiziki zor tətbiq etməklə mağazadan küçəyə çıxarmaq istəmiş, həmin vaxt sonuncunun iş yoldaşı Şahid1 kömək etmək üçün Zərərçəkmiş şəxs tutub saxladığına görə Təqsirləndirilən şəxs3 mağazanın içərisinə daxil olaraq Təqsirləndirilən şəxs1 kömək etmək məqsədilə Şahid1 sol qolundan tutub sıxmaqla ona sol saidin orta üçdə birinin ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə fiziki zor tətbiq edərək kənara çəkib müqavimət göstərməsinin qarşısını almış, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq mağazadan çölə çıxarıb Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21074” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağına mindirmiş və sonuncu avtomobili idarə edərək əvvəlcə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Şahid8 evinə gəlib Zərərçəkmiş şəxs həmin evə, sonra olduqları yerin aşkar olunmaması məqsədilə oradan Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yaşayan X2 yaşadığı evə aparmış, daha sonra isə həmin ünvandan Füzuli Seyidovun idarə etdiyi “Vaz 21015” markalı, 57BP947 dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs Bakı-Qazax magistral yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsinə aparıb orada şəxsiyyəti istintaqa məlum olmayan sürücünün idarə etdiyi qeydiyyat nişanı müəyyən edilməyən «Mersedes» markalı avtomobilə mindirərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs Bakı şəhərinə aparmış, 18 may 2021-ci il tarixdə, saat 13 radələrinədək Zərərçəkmiş şəxs Şahid9 yaşadığı ünvan 5 ünvanında yerləşən evində saxlamaqla onu iradəsi ziddinə evlənmək məqsədilə oğurlamış və həmin tarixdə polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs həmin ünvanda aşkar edilərək azad edilmişdir. Təqsirləndirilən şəxs2 qaynı Təqsirləndirilən şəxs1 evlənmək niyyətilə adam oğurlamaq məqsədilə 17 may 2021-ci il tarixdə, saat 18 radələrində sonuncu və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx xxx 2003cü il təvəllüdlü Zərərçəkmiş şəxs işlədiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Rafik Optika” adlı mağazanın qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs1 mağazanın içərisinə daxil olub əlləri ilə Zərərçəkmiş şəxs boyun və sağ qolundan sıxaraq ona boyunun sol yan səthinin və sağ bazunun orta üçdə birinin bayır səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qucaqlayıb fiziki zor tətbiq etməklə mağazadan küçəyə çıxarmaq istəmiş, həmin vaxt sonuncunun iş yoldaşı Şahid1 kömək etmək üçün Zərərçəkmiş şəxs tutub saxladığına görə Təqsirləndirilən şəxs3 mağazanın içərisinə daxil olaraq Təqsirləndirilən şəxs1 kömək etmək məqsədilə Şahid1 sol qolundan tutub sıxmaqla ona sol saidin orta üçdə birinin ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə fiziki zor tətbiq edərək kənara çəkib müqavimət göstərməsinin qarşısını almış, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq mağazadan çölə çıxarıb Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21074” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağına mindirmiş və sonuncu avtomobili idarə edərək əvvəlcə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Şahid8 evinə gəlib Zərərçəkmiş şəxs həmin evə, sonra olduqları yerin aşkar olunmaması məqsədilə oradan Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yaşayan Şahid3 yaşadığı evə aparmış, daha sonra isə həmin ünvandan Şahid3 idarə etdiyi “Vaz 21015” markalı, 57BP947 dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs Bakı-Qazax magistral yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsinə aparıb orada şəxsiyyəti istintaqa məlum olmayan sürücünün idarə etdiyi qeydiyyat nişanı müəyyən edilməyən «Mersedes» markalı avtomobilə mindirərək Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs Bakı şəhərinə aparmış, 18 may 2021-ci il tarixdə, saat 13 radələrinədək Zərərçəkmiş şəxs Şahid9 yaşadığı ünvan 5 ünvanında yerləşən evində saxlamaqla onu iradəsi ziddinə evlənmək məqsədilə oğurlamış və həmin tarixdə polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs həmin ünvanda aşkar edilərək azad edilmişdir. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 evlənmək niyyətilə adam oğurlamaq məqsədilə 17 may 2021-ci il tarixdə, saat 18 radələrində sonuncu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx xxx 2003cü il təvəllüdlü Zərərçəkmiş şəxs işlədiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Rafik Optika” adlı mağazanın qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs1 mağazanın içərisinə daxil olub əlləri ilə Zərərçəkmiş şəxs boyun və sağ qolundan sıxaraq ona boyunun sol yan səthinin və sağ bazunun orta üçdə birinin bayır səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qucaqlayıb fiziki zor tətbiq etməklə mağazadan küçəyə çıxarmaq istəmiş, həmin vaxt sonuncunun iş yoldaşı Şahid1 kömək etmək üçün Zərərçəkmiş şəxs tutub saxladığına görə Təqsirləndirilən şəxs3 mağazanın içərisinə daxil olaraq Təqsirləndirilən şəxs1 kömək etmək məqsədilə Şahid1 sol qolundan tutub sıxmaqla ona sol saidin orta üçdə birinin ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə fiziki zor tətbiq edərək kənara çəkib müqavimət göstərməsinin qarşısını almış, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq mağazadan çölə çıxarıb Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21074” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağına mindirmiş və sonuncu avtomobili idarə edərək əvvəlcə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Şahid8 evinə gəlib Zərərçəkmiş şəxs həmin evə, sonra olduqları yerin aşkar olunmaması məqsədilə oradan Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yaşayan Şahid3 yaşadığı evə aparmış, daha sonra isə həmin ünvandan Şahid3 idarə etdiyi “Vaz 21015” markalı, 57BP947 dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs Bakı-Qazax magistral yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsinə aparıb orada şəxsiyyəti istintaqa məlum olmayan sürücünün idarə etdiyi qeydiyyat nişanı istintaqla müəyyən edilməyən «Mersedes» markalı avtomobilə mindirərək Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs Bakı şəhərinə aparmış, 18 may 2021-ci il tarixdə, saat 13 radələrinədək Zərərçəkmiş şəxs Şahid9 yaşadığı ünvan 5 ünvanında yerləşən evində saxlamaqla onu iradəsi ziddinə evlənmək məqsədilə oğurlamış və həmin tarixdə polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs həmin ünvanda aşkar edilərək azad edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi qaydada Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bərbərxanada bərbər işləyir. Təxminən 2 ay əvvəl anası Zərərçəkmiş şəxs foroşəklini ona göstərərək onunla ailə qurmağının məsləhət olduğunu bildirmiş, o da Zərərçəkmiş şəxs təxminən 10 gün əvvəl işlədiyi iş yerinin yaxınlığında yerləşən “Rafik Optika” mağazasında işə başladığını görmüş və orada onu bəyənib ailə qurmaq qərarına gəlmişdir. Bu məqsədlə əvvəlcə özünə məxsus eynəyi düzəltmək üçün həmin mağazaya daxil olmuş və orada eynəyini düzəltdirmişdir. Bundan sonra bir neçə dəfə onun işlədiyi mağazanın qarşısına gələrək onunla salamlaşmış və hal-əhval tutmuşdur. O, hadisədən 2-3 gün əvvəl Aydanın işlədiyi mağazaya gəlmiş və tək olduğuna görə ona sevgi etiraf edərək onunla ailə qurmaq istədiyini demiş, həmçinin Aydana bu barədə valideynlərinə deməsini bildirmişdir. O, Aydanla söhbət zamanı istədiyi şəxsin olub-olmamasını soruşduqda Aydan ona həyatında kimsə olmadığını bildirmişdir. O, 17.05.2021-ci il tarixdə səhər saatlarında Aydanın iş yerinə daxil olmuş və onunla ailə qurmaq istəyinin olub-olmamasını dəqiqləşdirmiş, Aydan isə onunla ailə qurmaq istəmədiyini bildirmişdir. Bundan sonra o, oradan çıxıb getmiş və Aydanı qaçırmaq qərarına gəlmişdir. O, Aydanı yeznəsi Orxanın avtomobili ilə qaçırmağı planlaşdırdığından həmin günü, saat 17.30 radələrində iş yerində olarkən yeznəsi Orxana zəng edərək yanına çağırmış, Orxan da özünə məxsus “VAZ 2107” markalı avtomobili ilə onun iş yerinə gəlmiş və o, Orxana “Rafik Optika” mağazasında işləyən Aydan adlı qızdan xoşu gəldiyini, həmin qızı evlənmək məqsədilə qaçırmaq istəyini bildirmişdir. Orxan ondan Aydanın 18 yaşının tamam olmasını və onunla ailə qurmağa razı olub-olmamasını soruşmuş, o da Orxana yalandan Aydanın onunla ailə qurmağa razı olduğunu demişdir. Bundan sonra onlar Orxana məxsus “VAZ 21074” markalı, **-EH-*** dövlət nömrə nişanlı avtomobili Aydanın iş yerinin qarşısında sürüb saxlamağı, o isə içəri daxil olaraq Aydanı götürüb həmin maşına mindirib oradan Dəllər-Cəyir kəndində yaşayan dayısı Yalçının qaynatası Nizamigilə aparıb qoymağı planlaşdırmışlar. Bundan sonra Orxan avtomobilini Aydanın işlədiyi mağazanın qarşısına sürüb saxlamış, o isə piyada həmin mağazanın qarşısına gəlmiş, həmin vaxt Zahid də yanına gəlmiş və onunla zarafatlaşıb getmişdir. O, Zahidə Aydanı qaçıracağını, problem olsa ona kömək etməsini demiş, Zahid də Aydanın onunla ailə qurmağa razı olub-olmamasını soruşmuş, o isə Zahidə də Aydanın onunla ailə qurmağa razı olduğunu demişdir. Bundan sonra o, Aydanın iş yerinə daxil olmuş və Aydandan işdən nə vaxt çıxdığını soruşmuş, Aydan da indi çıxdığını demiş, o da Aydana onu aparmaq istəyini bildirdikdə Aydan da onunla getmək istəmədiyini demişdir. Bu vaxt o, Aydanın qolundan tutaraq onu zorla avtomobilə mindirib aparmaq qərarına gəlmiş, lakin Aydan onu buraxmağını xahiş etsə də o, Aydanı buraxmamış və həmin vaxt mağazada olan digər qız, adı sonradan ona məlum olan Nərmin Aydanın qolundan tutub saxlamış, o isə Aydanı qucaqlayaraq giriş qapısına tərəf dartışdırmışdır. Həmin zaman Zahid içəri daxil olaraq Nərmini aralaşdırmış və bundan sonra o, Aydanı qucağına götürərək Orxanın maşının arxa qapısının yanına gətirmiş, əvvəlcədən Orxan tərəfindən açıq vəziyyətdə qoyulmuş sol arxa qapıdan Aydanı maşına mindirmişdir. Sonra isə özü də Aydanın yanında əyləşərək onu tutub saxlamış, bu vaxt Orxan avtomobili hərəkət etdirmiş və Seyfəli istiqamətində hərəkətə başlamış, Şəmkir Bazarı-ının arxasından Ağ Dağ adlanan tərəfə sürüb yoluna davam etmiş, yolda gedərkən Aydan onu buraxmağını xahiş etmiş, lakin onu buraxmamış və Aydana “onu zorla qaçırmağı barədə kiməsə desə onu heç vaxt buraxmayacağını, onunla öz istəyi ilə gəldiyini, lakin anasının razı olmadığını deməsini” tapşırmışdır. Aydan da onunla razılaşmış, sonra mobil telefonla dayısı Vəlinin arvadı Sübhanəyə zəng edərək ona, Aydanı evlənmək məqəsdilə öz razılığı ilə qaçırdığını, valideynlərinin razı olmadığını və onların evinin qarşısına gəldiyini demişdir. Bundan sonra Orxan avtomobili Sübhanənin yaşadığı evin qarşısına sürüb saxlamış, Sübhanə qabaq oturacaqda, Vəfa isə arxa oturacaqda əyləşmişlər. Orxan avtomobilini Dəllər-Cəyir kəndində yaşayan Vəfanın atası Nizaminin evinin qarşısına sürmüşdür. Yolda gələrkən Aydan Sübhanəyə onunla könüllü qaçdığını, lakin anasının razı olmadığını demişdir. Onlar Nizamigilə gəlmişlər və maşından düşərək içəri daxil olmuşlar. Həmin evdə Nizami və gəlini olmuş, orada çay içmişlər və Aydan onlara da onu zorla qaçırmadığını, lakin anasının razı olmadığını demişdir. Bundan sonra Aydanın anası polisə şikayət etdiyindən o, anasının qohumu olan Füzuligilə getmək qərarına gəlmişdir. Bundan sonra Orxanın avtomobili ilə Zəhra ilə birlikdə Dəllər-Daşbulaq kəndində yaşayan Füzuligilə gəlmişlər. Həmin vaxt evdə Füzulinin arvadı olmuş, sonra da Füzuli özü də ora gəlmiş, orada da soruşduqda, Aydan onu zorla qaçırmadığını, lakin valideynlərinin razı olmadığını demişdir. Bundan sonra Orxan avtomobilini aparıb yaxınlıqda yerləşən dəmiryolu xəttinin yanında gizlətmiş və yanlarına gəlmişdir. Həmin vaxt Aydan Sübhanəyə anasının narahat olduğunu demiş, buna görə də öz xətti ilə anasına yaxşı olmağı barədə qeyd yazmaq istədiyini bildirmiş, bundan sonra Füzulinin arvadı kağız və qələm gətirmiş və Aydan da öz xətti ilə anasına yaxşı olmasını və polisə şikayət etməməsini yazmışdır. Bundan sonra Sübhanə həmin kağızı götürüb getmiş, Aydan isə Orxanın telefonu ilə də “Whatsapp” ilə anasına səsli mesaj göndərmişdir. Bundan sonra o, Bakı şəhərinə getmək qərarına gəlmiş və Füzulidən onları Bakı şəhərinə yola salmasını xahiş etmişdir. Bu məqsədlə Orxan öz mobil telefonu ilə Bakı şəhərinə gedən taksi sürücülərinə zəng etmiş, həmin sürücülərin müştəriləri olduğuna görə “Üzümçülük” adlanan ərazidə yerləşən dayanacağın yanında dayanan “Mersedez Sprinter” markalı mikroavtobusu tapmışlar. Bundan sonra Füzulinin idarə etdiyi “Vaz 21015” markalı avtomobil ilə onu, Orxanı və Aydanı “4 Yol” adlanan əraziyə gətirmiş və orada Zahid də onların avtomobilinə minmişdir. Sonra da “Üzümçülük” adlanan yerə gəlmişlər və orada “Mersedez Transit” markalı avtomobilə minmişlər. O və Aydan qabaq sərnişin oturacağında, Zahid və Orxan isə arxa oturacaqda əyləşmişlər. Bundan sonra Bakı şəhəri istiqamətində hərəkətə davam etmişlər, Ucar rayonu ərazisində maşından düşərək su almış, sonra isə yolun kənarında yerləşən restoranların birində avtomaşını sürücü saxlamış və orada yemək yedikdən sonra Bakı şəhərinə gəlmişlər. Həmin vaxt saat təxminən 06-07 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Orxan və Zahid maşından düşmüş və o da Binə qəsəbəsində yaşayan bibisi oğlu Əzizgilə getmişlər. X23 və daha sonra Əzizə onu zorla qaçırmadığını, lakin anasının buna razı olmadığını demişdir. Buna görə də Səbiş və Əziz onu Aydanı valideynlərinin razılığı olmadan qaçırdığına görə danlamışlar. Sonra Aydan öz telefonu ilə anası ilə danışmış və yaxşı olduğunu, rayona qayıdacağını, şikayətini geri götürməsini demişdir. Bundan sonra yatıb bir az istirahət etdikdən sonra Şəmkir rayonuna qayıtmaq qərara gəlmişlər. Daha sonra Orxan və Zahid də Əzizgilə gəlmişlər. Sonra Aydan yatmaq üçün yataq otağına getmiş, o isə Əzizin yatdığı otaqda yatmışdır. Sonra Aydanın yatdığı otağa keçmişdir ki, ona cinsi əlaqədə olmağı təklif etsin, lakin Aydan onunla razılaşmamışdır. Bundan sonra Aydan otaqdan çıxıb getmişdir. Daha sonra isə həmin ünvana polis əməkdaşları gəlmiş və onları Binə qəsəbəsində yerləşən polis bölməsinə aparmışlar. Daha sonra isə həmin bölməyə Şəmkir rayon polis şöbəsinin əməkdaşları gəlmiş və onları Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Hal-hazırda törətmiş olduğu əməldən çox peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi qaydada özünə məxsus “Vaz 21074” markalı, ** EH *** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs məlum hadisəyə qədər tanımamış, Təqsirləndirilən şəxs1 qaynıdır. 17.05.2021-ci il tarixdə, saat 17 radələrində işlədiyi ofisdə olarkən İlham istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək, bir qızı istədiyini, valideynlərinin vermədiyini, onun maşını ilə qızı qaçırmalarını və qızın da razı olduğunu demişdir. O da İlhama inanmış və onun işlədiyi 20 Yanvar küçəsindəki bərbərxananın qarşısına gəlmişdir. Orada İlham demişdir ki, istədiyi qız olan Aydan “Rafik Optika” mağazasında işləyir və oradan da onu qaçıracaqdır. O da avtomobilini həmin mağazanın qarşısına sürmüş, sonra Zahid də yanlarına gəlmiş, İlhamla Zahid hal-əhval tutduqdan sonra Zahid oradan getmişdir. İlham da dükanın içərisinə daxil olmuş, o isə avtomobildə əyləşmiş, əyləşdikdən sonra avtomobilin sol arxa qapısını açmışdır ki, İlham Aydanı ora mindirsin. Maşında İlhamı gözləmiş və təxminən 1-2 dəqiqədən X21caqlayaraq avtomobilinə mindirmiş, sonra İlham da avtomobilə minərək onu saxlamışdır. Aydan isə İlhamdan onu buraxmasını tələb etmiş, bundan sonra avtomobili hərəkət etdirib Seyfəli istiqamətində getmiş, “Şəmkir Bazarı”-ının arxasından “Ağ Dağ” adlanan tərəfə sürüb yoluna davam etmişdir. İlham da Aydana sakit olmasını, kiməsə onu zorla qaçırdığını deməməsini, onu buraxacağını demiş, Aydan da onunla razılaşmışdır. O, oradan da Dəllər-Cəyir kəndinə gedib Aydanı orada İlhamın dediyi evə qoymağı planlaşdırmışdır. Yolda gedərkən İlham mobil telefonla dayısı Vəlinin arvadı Sübhanəyə zəng edərək ona, Aydanı qaçırdığını və onların evinin qarşısına gəldiyini demiş, bundan sonra avtomobili Sübhanənin yaşadığı evin qarşısına sürüb saxlamış, Sübhanə və Vəfa avtomobilinə əyləşmişlər. Aydandan İlhamla ailə qurmağa razı olub-olmadığını, zorla qaçırıldığını soruşmuşlar, Aydan isə onlara İlhamın onu zorla qaçırmadığını, lakin anasının razı olmadığını demişdir. Bundan sonra avtomobilini Dəllər-Cəyir kəndində yaşayan Vəfanın atası Nizaminin evinin qarşısına sürmüşlər. Həmin evdə Nizami və gəlini də olmuş, onlarda çay içmişlər və bundan sonra həmin evi dəyişmək qərarına gəlmişlər, çünki Aydanın valideynləri polisə şikayət edəcəyini bilmişdir. Bundan sonra anasının qohumu olan Füzuligilə getmək qərarına gəlmişlər. Sonra Dəllər-Daşbulaq kəndində yaşayan Füzuligilə gəlmişlər. Həmin vaxt evdə Füzulinin arvadı olmuş, sonra da Füzuli özü də gəlmişdir. Bundan sonra polislər onları tapmasın deyə avtomobilini aparıb yaxınlıqda yerləşən dəmiryolu xəttinin yanında gizlətmişdir. Sonra da yenidən onların yanına qayıtmış, həmin vaxt Aydan anasının narahat olmaması üçün Sübhanəyə öz xətti ilə yazı yazacağını, onu anasına verməsini demişdir. Bundan sonra Aydan öz xətti ilə yaxşı olmasını, anasının şikayətçi olmamasını yazmış və imzalamışdır. Aydan Sübhanənin telefonu ilə də “Whatsapp” proqramında yaxşı olması barədə anasına səsli mesaj göndərmişdir. Bundan sonra Sübhanə oradan Aydanın yazdığı kağızı onun anasına göstərmək üçün polis şöbəsinə getmişdir. Bundan sonra İlham Bakı şəhərinə getmək lazım olduğunu demiş və qərara gəlmişlər ki, Aydanı da götürüb Bakı şəhərinə getsinlər. Bu məqsədlə öz mobil telefonu ilə Bakı şəhərinə gedən hazırda mobil nömrəsini xatırlamadığı taksi sürücülərinə zəng etmiş, həmin sürücülərin müştəriləri olduğuna görə “Üzümçülük” adlanan ərazidə yerləşən dayanacağın yanında dayanan “Mersedez Sprinter” markalı mikroavtobusu tapmışlar. Bundan sonra Füzulinin idarə etdiyi “Vaz 21015” markalı avtomobil ilə Aydanı və İlhamı “4 Yol” adlanan əraziyə gətirmiş və orada da Zahid də onlar olan avtomobilə minmişdir. Sonra da “Üzümçülük” adlanan yerdə “Mersedez Transit” markalı avtomobilə minmişlər. Həmin vaxt İlham və Aydan qabaq sərnişin oturacağında, o və Zahid isə arxa oturacaqda əyləşmişlər. Bundan sonra Bakı şəhəri istiqamətində hərəkətə davam etmişlər, Ucar rayonu ərazisində maşından düşərək su almışlar, sonra isə sürücü yol kənarında yerləşən tanımadığı restoranda avtomobili saxlamış və ora da yemək yedikdən sonra Bakı şəhərinə gəlmişlər. Həmin vaxt saat təxminən 06-07 radələri olardı. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində o və Zahid maşından düşmüşlər. İlhamgil isə Əzizgilə gedəcəklərini demişdir. Onlar da Samirgilə, daha sonra isə Əziz gilə getmişlər. Orada Şəmkir şəhərinə qayıtmağı planlaşdırmışlar. Təxminən 20 dəqiqədən sonra həmin ünvana polis əməkdaşları gəlmiş və onları Binə qəsəbəsində yerləşən polis bölməsinə aparmışlar. Daha sonra isə həmin bölməyə Şəmkir rayon polis şöbəsinin əməkdaşları gəlmişlər və onları Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Həmçinin bildirdi ki, törətmiş olduğu əməldən çox peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 oğlu Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən mağazada telefon təmiri ustası işləyir. Təqsirləndirilən şəxs1 tanışıdır, belə ki, o da onun işlədiyi mağazanın qarşısında yerləşən bərbərxanada bərbər işləyir. Zərərçəkmiş şəxs və Nərmini məlum hadisədən 1 həftə əvvəl tanımış, belə ki, Aydan və Nərmin onun işlədiyi mağazanın qarşısında yerləşən “Rafik Optika” mağazasında satıcı işləyirlər. 17.05.2021-ci il tarixdə səhər saatlarında İlham ilə işlədiyi obyektin qarşısında görüşərkən İlham ona Aydanı tanıdığını, onunla danışdığını bildirmiş, həmçinin Aydanın anası ilə bibisinin xəstəxanada işlədiğini, onunla ailə qurmağa razı olduğunu demişdir. O da İlhama inanmış, həmin günü saat 13 radələrində işlədiyi telefon dükanın yanında yerləşən Roman adlı şəxsə məxsus “pərdə-tül” mağazasında Orxan və İlham ilə görüşmüş, görüş zamanı İlham ona Aydanı qaçıracağını, Aydanın da buna razı olduğunu demişdir. Bundan sonra Orxanı və İlhamı orada qoyub mağazasına getmiş, həmin günü saat təxminən 18 radələrində işlədiyi mağazada olarkən İlham onu “Rafik Optika” mağazasının qarşısına çağırıb birazdan qızı qaçıracağını, kömək lazım olsa gəlib köməklik etməsini demiş, o da İlhamla razılaşmışdır. Bundan sonra İlham mağazanın içərisinə daxil olmuş, o isə işlədiyi dükana getmişdir. Həmin vaxt Orxan isə özünün idarə etdiyi avtomobildə dayanmışdır ki, İlham Aydanı onun idarə etdiyi “Vaz 2107” markalı avtomobilə mindirsin. İlham içəri daxil olduqdan sonra görmüşdür ki, içəridə Aydanla söhbət edir. X21caqlayaraq mağazadan çölə çıxarmağa çalışdığını, həmin vaxt Nərminin Aydanı tutub saxlamasını görmüş və İlhama kömək etmək məqsədilə mağzanın içərisinə daxil olmuş, Nərminin qollarından tutaraq Aydanın əlini buraxmasına çalışmışdır. Nərminin qolundan tutub sıxmaqla onun Aydanın qolunu buraxmasına nail olmuş, bundan X24 mağazadan çölə çıxarmış və Orxanın avtomobilinə mindirərək oradan uzaqlaşıb getmişlər. Bundan sonra işlədiyi mağazaya gəlmiş və mağazanı bağladıqdan sonra yaşadığı evə gəlmişdir. Həmin vaxt anası Nailə evdə olmuş və İlhamın qız qaçırması barədə ona demişdir. Daha sonra Aydanın valideynlərinin bu barədə polisə məlumat vermələrini eşitmişdir. Sonra o, evdən çıxıb polis əməkdaşları onu tapmaması üçün Dəllər qəsəbəsinə getmişdir. Sonra o, İlhamın istifadəsində olan mobil nömrəsinə zəng edərək, o və Orxan Aydanı Bakı şəhərinə aparmalarını bildirmişdir. O da İlhama onu da Bakı şəhərinə aparmasını bildirmişdir. Bundan sonra o, Şəmkir şəhəri “4 Yol” adlanan ərazidə İlham və Orxanla görüşmüş və onların gəldikləri Füzulinin idarə etdiyi “Vaz 21015” markalı avtomobilə minmişlər. Həmin vaxt Aydan da avtomobildə olmuşdur. Bundan sonra onlar “Üzümçülük” adlanan ərazidə yerləşən dayanacağın yanında dayanan “Mersedez Sprinter” markalı mikroavtobusa minmişlər. Həmin vaxt İlham və Aydan qabaq sərnişin oturacağında, o və Orxan isə arxa oturacaqda əyləşmişlər. Bundan sonra Bakı şəhəri istiqamətində hərəkətə davam etmişlər, Ucar rayonu ərazisində maşından düşərək su almışlar. Sonra isə sürücü mikroavtobusu yol kənarında yerləşən restoranların birində saxlamış və onlar orada yemək yedikdən sonra saat təxminən 06-07 radələrində Bakı şəhərinə gəlmişlər. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində o və Orxan avtomobildən düşmüş, İlhamgil isə Əzizgilə gedəcəklərini demişlər. Bundan sonra Bakı şəhərində gəzmiş və daha sonra Əzizgilə getmişlər. Həmin vaxt Aydan və İlham başqa-başqa otaqlarda olmuşlar. Orada Şəmkir şəhərinə qayıtmağı planlaşdırmışlar. Təxminən 20 dəqiqədən sonra həmin ünvana polis əməkdaşları gəlmiş, İlhamı və Orxanı Aydan ilə Binə qəsəbəsində yerləşən polis bölməsinə aparmışlar. Bundan sonra Şəmkir rayon polis şöbəsinin əməkdaşları ora gəlmişlər və onları aparmışlar. Həmçinin bildirdi ki, törətmiş olduğu əməldən çox peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, anası Şahid5, qardaşı Teyyub Aslanov və bacısı Şahid10 ilə birlikdə ünvan 7 ünvanında yaşayır. X22 isə hal-hazırda Rusiya Federasiyasında işlədiyindən təxminən 2 ildir ki, orada yaşayır. məlum hadisədən təxminən 10 gün əvvəl Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Rafik Optika” adlanan tibbi və günəş eynəkləri satılan mağazada stajor satıcı kimi işləməyə başlamışdır. O, “Rafik Optika” adlı mağazada rəfiqəsi Şahid1 ilə birlikdə işləyir. Təqsirləndirilən şəxs1 Oqtay oğlunu əvvəllər tanımamış, aralarında hər hansı tanışlıq və münasibət olmamışdır. Təxminən 10-11 may 2021-ci il tarixdə günorta saatlarında İlham işlədiyi mağazaya gələrək özünə məxsus günəş eynəyini təmir etdirmək istədiyini bildirmiş, o isə bu barədə işlədiyi mağazanın müdiri Rafiq adlı şəxsə zəng edib məlumat vermiş, Rafiq isə orada olan təmir alətlərini müştəriyə verməyini və müştərinin özünün təmir etməyini demişdir. Çünki onlar həmin eynəkləri təmir edə bilmirlər. İlham da mağazanın alətləri ilə eynəyini təmir etdirmiş və 1 manat pul verərək çıxıb getmişdir. 17 may 2021-ci il tarixdə saat 09 radələrində Nərmin ilə birlikdə iş yerində olan vaxt Nərmin yaxınlıqda yerləşən marketə mobil telefonuna kontur yükləmək üçün getmiş, həmin vaxt İlham mağazaya gələrək onunla söhbət etməyə başlamış, söhbət zamanı İlham, “ondan xoşu gəldiyini, anasının bibisi Zenfiranın onun ailəsini tanıdığını və onu izlədiyini, buna görə də onunla ailə qurmaq istədiyini” demişdir. O isə İlhama “ailə qurmaq fikrinin olmadığını” demiş, İlham da ondan “hər hansı şəxslə istəkli olub-olmadığını” soruşmuş, o da İlhama “istədiyi oğlanın olmadığını” demişdir. Bundan sonra İlham mağazadan çıxıb getmiş və təxminən 5 dəqiqədən sonra Nərmin mağazaya gəlmiş, o da bu barədə Nərminə məlumat vermişdir. Sonra özünə məxsus mobil telefonla bacısı Nuranənin istifadəsində olan mobil nömrəsinə zəng etmiş, Nuranə də anasının istifadəsində olan mobil nömrə ilə konfras yaratmışdır. O, bu barədə həm anasına, həm də bacısına məlumat vermiş, onlar da həmin şəxsi ciddi şəxs kimi qəbul etməmişlər. Həmin günü saat 18 radələrində Nərminlə birlikdə mağazanın bağlayıb evə getmək qərarına gəlmiş, Nərmin piştaxtanın arxasında əyləşmiş, o isə giriş qapısının sağ tərəfindəki vitrinin qarşısında dayanaraq mobil telefonuna baxmış, həmin vaxt İlham giriş qapısından içəri daxil olaraq onun qarşısında dayanıb ona “işdən çıxırsınızmı” sualını vermiş, o da İlhamın mağazadan nəsə almaq istəyini düşünüb ona mağazadan çıxıb getmək istədiklərini demişdir. İlham bundan sonra onun yanına gələrək əli ilə sağ qolunu tutub, “səni apara bilərəmmi” soruşmuşdur. O da İlhama qolunu buraxmağını demiş, İlham isə heç bir söz demədən qolundan dartaraq çölə tərəf aparmağa çalışmış və bunun üçün onu dartışdırmışdır. Həmin vaxt o, əli ilə Nərminin qolundan tutmuş ki, İlham onu aparmasın. Nərmin də buna görə onu özünə tərəf çəkmışdir. Həmin vaxt İlham hər iki əlləri ilə onun bel nahiyəsindən tutaraq dartmış, o isə İlhama onu aparmaması üçün yalvarmışdır. Bu məqsədlə də Nərmin onu tutub saxlamış, həmin vaxt giriş qapısından sonradan adı ona məlum olan Zahid adlı şəxs içəri daxil olaraq Nərminin qolundan tutmuş və əllərini ondan buraxmasına məcbur etmişdir. Nərmin də onu buraxdıqdan sonra İlham onu qucağına alaraq mağazadan çölə çıxarmış və giriş qapısından sol tərəfdə dayanmış “Vaz 2107” markalı avtomobilin arxa sol qapısının yanına gətirmiş və qapını əli ilə açaraq arxa oturacağa iradəsinə zidd olaraq mindirmiş və yanında oturaraq, qapını bağlamışdır. Həmin vaxt avtomobilin sükanı arxasında əyləşmiş şəxs, adı sonradan ona məlum olan Orxan adlı şəxs avtomobili işə salaraq hərəkət etdirmiş, avtomobildə olarkən İlham ona istifadəsində olan “Samsung Galaxy A70” markalı mobil telefonunu kiməsə zəng edib məlumat verməməsi üçün Orxana verməsini bildirmiş, o da telefonunu ona vermişdir. Daha sonra İlham o, maşından düşə bilməsin deyə əlləri ilə onu qucaqlamışdır.Həmin vaxt çox qorxduğundan donub qalmışdır. Təxminən 10 dəqiqə ərzində Şəmkir şəhərinin içərisində yol qət etdikdən sonra “Morul” adlanan əraziyə gəlmişlər. Yolda gələrkən İlham kiməsə zəng edərək, ailə qurmaq məqsədilə qız qaçırmasını, qızın buna razı olduğunu, lakin valideynlərinin razı olmadığını demişdir. Həmçinin İlham ona kiməsə zorla qaçırmağını deməməsini, əks halda onu heç vaxt buraxmayacağını, əgər kimsə ondan İlhamla ailə qurmağına razı olub-olmamağını soruşsalar, o, onunla ailə qurmağa razı olmağını, lakin anasının razı olmadığını deməsini demişdir. O da İlhamın onu daha da uzaqlara aparacağından qorxaraq onunla razılaşmışdır. Bundan sonra Orxan avtomobili bir qədər də idarə etdikdən sonra tanımadığı evin qarşısında avtomobili saxlamış, bu zaman orada olan evlərin birindən iki nəfər qadın, sonradan adları ona məlum olan Sübhanə və başqa bir qadın əyləşmişdir. Sübhanə qabaq oturacaqda, digər qadın isə arxa oturacaqda əyləşmişdir. Bundan sonra Sübhanə avtomobildə ona anasının iş yoldaşı olduğunu, narahat olmamasını, anasına zəng edib məlumat verəcəyini və onunla İlhamın ailə qurmasına anasını razı salacağını demiş, o isə Sübhanəyə anasıgilin onu tapacağını demişdir. Bundan sonra Orxan avtomobili ilə onu Dəllər-Cəyir kəndində yerləşən xatırlamadığı bir evə gətirmişdir. Həmin vaxt evin həyətində təxminən 50 yaşlarında kişi cinsinə məxsus adını bilmədiyi şəxs və “Zəzə” ləqəbli bir nəfər qadın da olmuşdur. Həmin şəxslər də ondan İlhamın onu zorla qaçırıb-qaçırmadıqlarını soruşmuşlar. O isə İlhamdan qorxduğu üçün həmin şəxslərə İlhamın onu zorla qaçırmadığını, lakin anasının onunla ailə qurmağa razı olmadığını demişdir. Sonra İlham içəri gələrək, burdan getməli olduqlarını, yerlərini bildiklərini demişdir. Sonra gəldikləri avtomobil ilə təxminən 10 dəqiqə ərzində yol qətt edib Dəllər-Daşbulaq yazılmış kəndə daxil olmuş və həmin yazının yaxınlığında birinci evin qarşısına gəlmişlər. Həmin vaxt onlarla “Zəzə” ləqəbli qadın və İlham gəlmişdir. Dəllər- Daşbulaq kəndində bir nəfər ev sahibi olan 28-30 yaşlarında Səfa adlı qadın da var idi. Səfa ondan İlhamın onu zorla qaçırıb-qaçırmadığını soruşmuş, o isə İlhamla öz razılığı ilə gəldiyini, lakin anasının razı olmadığını demişdir. Təxminən 10-15 dəqiqədən sonra isə Sübhanə evə gəlmiş və anasının yaxşı olmadığını bildirmiş, o da Sübhanəyə anasına qeyd yazıb göndərməsini demişdir. Bundan sonra Səfa kağız parçası, qələm gətirmiş, o da öz xətti ilə “mən Aydan narahat olmuyun hər şey yaxşıdı. Polisə vermiyin, hər şey qaydasındadı, öz imzamla təsdiqləyirəm” məzmunlu sözlər yazmış və imza çəkmişdir. Bundan sonra Sübhanə həmin kağızı aparmış, təxminən 10 dəqiqədən sonra isə geri qayıdaraq, anasının bu qızının imzası olmadığını demişdir. Sonra Sübhanə anasına “Whatsapp” proqramında yaxşı olmağı barədə səs və görüntü çəkib atmasını demişdir. Bundan sonra Orxanın mobil telefonunda anasının nömrəsini kontakta yazmış və “Whatsapp” proqramında anasına yaxşı olmağı barədə səsli mesaj göndərmişdir. Təxminən 1 saatdan sonra Səfanın əri də ora gəlmişdir. Bundan sonra İlham ona Bakı şəhərinə gedəcəklərini demişdir. O da İlhamla razılaşmış və Səfanın ərinin idarə etdiyi avtomobilə əyləşərək Bakı-Qazax magistral yolunun kənarına gəlmişlər. “Zəzə” ləqəbli qadın da onlar olduğu avtomobilə əyləşsə də yolda düşmüşdür. Yolda gələrkən Zahid də onlar olan maşına minmişdir. Bundan sonra onlar orada ağ rəngli “Mersedez Sprinter” markalı mikroavtobusa əyləşmişlər. İlham ona Bakı şəhəri Binə qəsəbəsində yaşayan bibisi oğlu Əzizgilə getdiklərini demişdir. O və İlham ön sərnişin oturacağında əyləşmişlər. O, həmin mikroavtobusu İlham özü tutduğuna görə də həmin sürücü də onu İlhamın qaçırdığını bildiyini və ona da nəsə desə xeyri olmayacağını düşünmüş, buna görə də bu barədə heç kəsə bir söz deməmişdir. Təxminən 2 saat yol qət etdikdən sonra sürücü mikroavtobusu saxlamış, İlham, Orxan və Zahid maşından düşərək su alıb qayıtmış, sonra isə yollarına davam etmiş və 2 saat yol qət etdikdən sonra sürücü avtomobili yolun kənarında yerləşən restoranların birinin qarşısında saxlamış və həmin restoranda yemək və çay sifariş vermişlər. Həmin vaxt restoranın yalnız bir işçisi onlara xidmət etmiş, İlham, Orxan və Zahid yanında olduğuna görə o, qorxusundan həmin şəxsdən kömək istəyə bilməmişdir. İlhamgil yemək yedikdən sonra yollarına davam etmiş və yolda onu yuxu tutub yatmışdır. Yolda yatdığından maşın dayananda oyanmış, Bakı şəhərinə çatdıqlarını və havanın işıqlandığını görmüşdür. Bundan sonra sürücü maşını saxlamış, Orxan və Zahid maşından düşüb getmişlər. Onlar Əzizin yaşadığı evə gəlmişlər və onları arvadı qarşılamışdır. Həmin vaxt Əziz yatmış və onlar gəldikdən sonra oyanmışdır. Həmin şəxslər də ondan İlhamın onu zorla qaçırıb-qaçırmadığını soruşmuşlar, o da qorxduğu üçün onlara da İlhamın onu zorla qaçırmadığını, lakin anasının razı olmadığını demişdir. Əzizin arvadı “Səbiş” onlara yemək hazırlamış, o isə ancaq çay içmişdir. Həmin evdə olduğu müddətdə Əzizin arvadı Səbiş və Əziz özü İlhamı niyə elçi getmədən və anasının razılığı olmadan onu qaçırdığına görə danlamışlar. Daha sonra Orxan və Zahid də onların olduqları evə gəlmişlər. Sonra İlham yatmaq üçün Əzizlə yatdığı otağa getmiş, Səbiş də digər yataq otağını ona göstərərək orada yatıb dincəlməyini demişdir. O, təxminən 1 saat yatdıqdan sonra oyanmış və həmin vaxt İlham otağa daxil olmuş, o İlhamı görüb yataqdan qalxmış və oturmuşdur. Həmin vaxt İlham yanına gəlmiş və onunla cinsi əlaqədə olmağı təklif etmiş, o isə İlhama onunla cinsi əlaqədə olmaq istəmədiyini demiş və İlhamda onunla razılaşmışdır. Bundan sonra otaqdan çıxaraq hamam otağına getmiş, təxminən 20 dəqiqə ərzində orada qaldıqdan sonra evin həyətindən bir neçə nəfərin səsini eşitmiş və buna görə qapını açıb çölə çıxmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmiş və onları polis şöbəsinə dəvət etmişlər. Bir neçə saat orada qaldıqdan sonra isə Şəmkir rayon polis şöbəsinin əməkdaşları ora gəlmişlər və onları Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslərlə barışmış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs rəfiqəsidir. O, məlum hadisədən təxminən 10 gün əvvəl Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən “Rafik Optika” adlanan tibbi və günəş eynəkləri satılan mağazada Zərərçəkmiş şəxs ilə birlikdə stajor satıcı kimi işləməyə başlamış, iş saatları saat 09 radlərində başlayıb, gün ərzində saat 18 radələrində bitmişdir. Təqsirləndirilən şəxs1 Oqtay oğlunu əvvəllər tanımamış, aralarında hər hansı tanışlıq və münasibət olmamışdır. Lakin təxminən 10-11 may 2021-ci il tarixdə günorta saatlarında İlham işlədiyi mağazaya gələrək özünə məxsus günəş eynəyini təmir etdirmək istədiyini bildirmiş, Aydan da bu barədə işlədiyi mağazanın müdiri Rafiq adlı şəxsə zəng edib məlumat vermiş, Rafiq isə orada olan təmir alətlərini müştəriyə verməyini və müştərinin özünün təmir etməyini demişdir. İlham da mağazanın alətləri ilə eynəyini təmir etmiş və 1 manat pul verərək çıxıb getmişdir. 17 may 2021-ci il tarixdə saat 09 radələrində Aydan ilə birlikdə iş yerinə gəlmiş və işə başlamışlar. O, işdə olarkən yaxınlıqda yerləşən mağazaya kontur yükləmək üçün getmişdir. Təxminən 40-45 dəqiqədən sonra mağazaya qayıtdıqda Aydan ona İlhamın mağazaya gələrək ona xoşu gəldiyini və ailə qurmaq istədiyini demişdir. Sonra Aydan özünə məxsus mobil telefonla bacısı Nuranənin istifadəsində olan mobil nömrəyə zəng etmiş və həmçinin də anası ilə danışıb bu barədə onlara məlumat vermişdir. Həmin günü saat 18 radələrində Aydan ilə birlikdə mağazanı bağlayıb evə getmək qərarına gəlmişlər. Həmin vaxt o, piştaxtanın arxasında oturaraq mobil telefonuna baxmış, Aydan isə giriş qapısının sağ tərəfindəki vitrinin qarşısında dayanaraq mobil telefonuna baxmışdır. Həmin vaxt İlham giriş qapısından içəri daxil olaraq Aydanın qarşısında dayanıb ona “işdən çıxırsınızmı?” sualını vermiş, Aydan isə İlhama mağazadan çıxıb getmək istədiklərini demişdir. İlham bundan sonra Aydanın yanına gələrək əli ilə onun sağ qolundan tutub “səni apara bilərəmmi?” demiş, Aydan da İlhama qolunu buraxmağını demiş, İlham isə heç bir söz demədən Aydanın qolundan dartışdırmaqla çölə tərəf aparmağa çalışmışdır. Həmin vaxt yerindən qalxaraq Aydanın yanına gəlmiş və onun qolundan tutub saxlamağa çalışmışdır. Həmin vaxt İlham hər iki əlləri ilə Aydanın bel nahiyəsindən tutaraq dartışdırmış, Aydan isə İlhama yalvarmışdır ki, onu aparmasın. O da Aydanın qolundan tutub saxlamağa çalışmışdır. Həmin vaxt giriş qapısından sonradan adı ona məlum olan Zahid adlı şəxs daxil olaraq onun qolundan tutub, əllərini Aydandan buraxmağa məcbur etmişdir. Zahid onun qolundan əlləri ilə sıxarkən qollarında ağrı hiss etmiş və məcbur olaraq Aydanı buraxmışdır. Bundan X24 mağazadan çölə çıxartmış və giriş qapısından sol tərəfdə dayanmış “Vaz 2107” markalı avtomobilin arxa sol qapısının yanına gətirərək ora mindirmişdir. O da onların arxasınca çölə çıxmış və bu zaman da həmin avtomobil oradan uzaqlaşıb getmişdir. O da bu barədə dərhal Aydanın bacısı Nuranəyə zəng edərək məlumat vermişdir. Zahid onun sol qolunu tutub sıxarkən o xəsarət almış və bununla bağlı tibbi ekspertiza müayinəsindən keçmişdir. Hadisə zamanı mağazada o və Aydan olmuş, lakin çölə çıxarkən Aydan qışqırıb kömək istəyərkən tanımadığı kənar şəxslər də toplaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, o, ünvan 8 ünvanda əri Şahid7 ilə birlikldə yaşayır. Şəmkir rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində xadiməçi işləyir. Təqsirləndirilən şəxs1 Oqtay oğlu baldızı İlhamə Dəmirlinin oğludur. 17 may 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı evdə eltisi Vəfa Əliyeva ilə birlikdə olan zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrəsindən onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, qız qaçırdığını, anası razı olmadığını, onlara gəldiyini bildirmiş, o da gəlməsini demişdir. Təxminən 2-3 dəqiqədən sonra İlham Orxanın idarə etdiyi “Vaz 2107” markalı avtomobil ilə yaşadığı evin qarşısında dayanmış, o və Vəfa həmin avtomobildə əyləşmişlər. O, qabaq oturacaqda, Vəfa isə arxa oturacaqda əyləşmişdir. O, avtomobildə əyləşəndə Orxanın sükan arxasında, İlhamın və Aydanın isə arxa oturacaqda əyləşdiyini görmüşdür. İlham ona Aydanı göstərərək, iş yoldaşı Samirənin qızı olduğunu, evlənmək məqəsdilə qaçırdığını, özü razı olduğunu, lakin anasının razı olmadığını bildirmişdir. Samirə də onunla eyni xəstəxanada xadiməçi işlədiyindən bir-birilərini tanıdığından Aydana anasını tanıdığını, narahat olmamasını demişdir. Həmin vaxt Aydan sakit dayanmış İlhamla ailə qurmaq istədiyini, lakin anası razı olmadığını, axtarıb onu tapacaqlarını demişdir. O da Aydana narahat olmamasını, anasını razı salacağını demişdir. Bundan sonra Orxan onları Dəllər-Cəyir kəndində yaşayan Vəfanın yaşadığı evə gətirmiş və maşından düşüb içəri daxil olmuşlar. Həmin vaxt Vəfanın qardaşı arvadı Zəhra orada olmuş, daha sonra isə atası Nizami də ora gəlmişdir. İlham da ev sahibinə Aydanı təqdim edərək həmin qızı evlənmək məqsədilə qaçırdığını bildirmişdir. Bundan sonra ev sahibi Aydanı salamlamış və həyətdə masada əyləşmişlər. Aydan onlara da İlhamın onu zorla qaçırmadığını, lakin anasının razı olmadığını demişdir. Bundan sonra İlhamə onun mobil telefonuna zəng edərək, İlhamın qaçırdığı qızın valideynlərinin yaşadığı evə hücum etdiklərini və səs-küy saldıqlarını demişdir. Bundan sonra İlham Dəllər-Daşbulaq kəndində yaşayan digər qohumu Fizuligilə getməyi təklif etmişdir. Bundan sonra Aydan, Zəhra və İlham Orxanın idarə etdiyi avtomobil ilə Dəllər-Daşbulaq kəndində yaşayan qohumları Füzuligilə getmiş, sonra da o, piyada ora getmişdir. Həmin vaxt evdə Füzulinin arvadı Səfa onları qarşılamış və evə dəvət etmişdir. Səfa onlara çay vermiş, həmin vaxt Aydan onlara anasının narahat olmaması üçün öz xətti ilə qeyd yazacağını və onu da anasına verməyi xahiş etmişdir. Onlarda razılaşmış, Səfa kağız gətirmiş, bundan sonra Aydan öz xətti ilə anasına narahat olmaması barədə qeydlər yazmışdır. Bundan sonra o, həmin kağızı götürmüş və Aydanın anası Samirəyə zəng edib bu barədə demiş, lakin Samirə ona inanmamışdır. Buna görə də geri qayıdıb bu barədə Aydana demiş və Aydan da bu barədə səs yazısını və görüntüsünü ona göndərməyi təklif etmişdir. Bundan sonra “Whatsapp” proqramında Orxanın mobil nömrəsindən Aydanın səs yazıları və videogörüntüsünü anası Samirəyə göndərmişlər. O da həmin səs yazısını və videogörüntünü əri Vəlinin mobil nömrəsinə göndərmiş və sonra da Nizaminin evinin qarşısına gəlmişdir. Aydanın qeyd yazdığı kağızı da Vəliyə vermiş və Vəli də həmin kağızı polisə təqdim etməsi üçün oradan çıxıb getmişdir. Bundan sonra o, Vəfa ilə birlikdə taksi ilə yaşadığı evə gəlmiş və oradan da İlhaməgilə gəlmişlər. Daha sonra həmin ünvana polis əməkdaşları və Samirə, bacıları, baldızı və digər qohumları da gəlmişlər və Aydanı qaytarmağı təklif etmişlər. O da razı olmuş və İlhamənin tanımadığı qonşusuna məxsus avtomobil ilə Füzulinin yaşadığı evə gəlmiş, lakin İlham Aydan və Orxanla oradan çıxıb getmişdilər. Həmin vaxt Füzuli evdə olmamışdır. Bundan sonra polis şöbəsinə gəlmiş və polis əməkdaşları onu şifahi sorğu sual etdikdə sonuncu dəfə Aydanın, İlhamın və Orxanın Füzuligildə olmasını, lakin hazırda onlarda olmadığını demişdir. Lakin polis əməkdaşları ona inanmamış və onlarla birlikdə yenidən Füzuligilə gəlmişlər, orada onları görməmişlər. Onun İlhamın zorla Aydanı qaçırması barədə məlumatı olmamış, İlham Aydanın onunla ailə qurmağa razı olmasını, lakin anasının razı olmadığını demişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə ifadədə göstərilənləri özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərdi ki, Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində arvadı Şahid6 və 2 az yaşlı övladı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 Oqtay oğlu anası Sücayət Seyidovanın dayısı nəvəsidir. 17 may 2021-ci il tarixdə, saat 20 radələrində işdən çıxıb evə gələndə İlham, onun yeznəsi Orxan və onlarla gələn adı sonradan ona məlum olan Aydan adlı şəxslərin onlarda olduğunu görmüşdür. Həmçinin Zəhra da bundan sonra içəri daxil olmuşdur. O, Səfadan onlar nə üçün bunlara gəldiyini soruşmuş, Səfa da İlhamın qızı qaçırdığını, qızın razı olduğunu, lakin anasının razı olmadığını demişdir. O da Səfaya əsəbləşmiş, lakin İlhamgilə bir söz deməmişdir. Sonra İlham müvəqqəti Bakı şəhərinə getsələr, bir gün orada qalsalar qızın valideynləri şikayətlərini götürərlər demişdi. O da İlhamla razılaşmış, bundan sonra İlham, Aydan və Orxan ona məxsus “Vaz 21015” markal, 57BP947 dövlət nömrə nişanlı avtomobilinin arxa oturacağında əyləşmiş, Zəhra isə qabaq oturacaqda əyləşmiş, yolda gedərkən İlham sürücü ilə danışmış və sürücü gələcəyini demişdir. Bundan sonra Zəhranı Dəllər-Cəyir kəndində qohumlarının evinin yanında düşürərkən Aydanı, İlhamı və Orxanı öz avtomobili ilə Bakı-Qazax magistral yolunun “Üzümlük” adlanan ərazidən keçən hissəsinə gətirmiş və avtomobili saxlamışdır. Həmin vaxt qaranlıqda rəngini gümüşü rəng kimi gördüyü “Mersedez Vita” markalı avtomobil onun avtomobilinin arxasında dayanmış və onlar avtomobildən düşərək həmin avtomobilə minmişlər. Bundan sonra yaşadığı evə gəlmiş və həmin vaxt yaşadığı evin qarşısına Şəmkir rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. Aydanı İlhamın qaçırdığını bilmiş, lakin onun zorla gəlməsini bilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, “Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində əri X5 və 2 az yaşlı övladı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 Oqtay oğlu qayınanası Sücayət Seyidovanın dayısı nəvəsidir. 17 may 2021-ci il tarixdə, saat 19 radələrində yaşadığı evdə az yaşlı övladları ilə birlikdə olarkən İlham, onun yeznəsi Orxan və bir nəfər qadın sonradan adı ona məlum olan Aydan ilə birlikdə gəlmişlər. İlham və Orxan ona demişlər bu qızı qaçırmışlar, 5 dəqiqə oturub gedəcəklər. Həmin vaxt Aydan ona İlhamın onu zorla qaçırmadığını, lakin anasının razı olmadığını demişdir. Təxminən 5-10 dəqiqədən sonra Sübhanə və Zəhra da onlara gəlmişlər. Daha sonra Aydan Sübhanəyə demişdir ki, öz xətti ilə yaxşı olmağı və şikayətçi olmamalarını, narahat olmamasını yazsın. Bundan sonra o da evdən uşaqlarının dəftərinin vərəqəsinin bir hissəsini cırmış və qələm də gətirib Aydanın oturduğu masanın üzərinə qoymuşdur. Bundan sonra Aydan öz xətti ilə valideynlərinə yaxşı olmasını, polisə şikayət etməməsini və hər şeyin qaydasında olmasını yazmışdır. Bundan sonra Sübhanə həmin kağızı götürüb evdən çıxıb getmiş, İlham, Orxan və Zəhrə Aydanla birlikdə evdə qalmışlar. O da onlara çay vermiş, təxminən 10-15 dəqiqədən sonra Sübhanə geri qayıdaraq Aydana demişdir ki, anası həmin yazıların onun yazmağına inanmır. Bundan sonra Aydan təklif etmişdir ki, mobil telefon vasitəsilə səsini və videogörüntüsünü çəkərək anasına atsın. Bundan sonra Aydan Orxanın mobil telefonu ilə anasına yaxşı olmasını demiş və həmin müraciəti kiməsə göndərmişdir. Bundan sonra Sübhanə çıxıb getmiş, əri Füzuli evə gəlmiş və nə olduğunu soruşmuş, onlarda ona İlhamın Aydanı qaçırmasını, lakin valideynin razı olmamasını demişlər. Füzuli də ona iradını bildirmişdir ki, niyə bunları içəri buraxmışdır. Bir müddətdən sonra Orxan və İlham demişlər ki, polislər burada yerlərini tapacaqdır, burdan getmək lazımdır. Bundan sonra Zəhra, İlham, Orxan və Fizuli evdən çölə çıxmışlar ki, başqa yerə getsinlər. O isə evdə qaldığından onların hara getməklərini bilməmişdir. Təxminən 30-35 dəqiqədən sonra Füzuli evə gəlmiş və demişdir ki, onları qonşu kəndə aparmışdır. Həmin vaxt Füzuli əsəbi olduğundan bu barədə heç bir söz soruşmamışdır. Bundan sonra İlhamın Aydanı hara aparması barədə məlumatı olmamışdır. Sonra isə eşitmişdir ki, İlham Aydanla birlikdə Bakı şəhərinə getmişdir. Aydan ondan kömək istəməmiş və İlhamın onu zorla qaçırmadığını bildirmişdir. Aydan onlarda olduğu müddətdə evdən qaçmağa cəhd etməmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərdi ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi, ev 176-da qızları Zərərçəkmiş şəxs, Şahid10 və oğlu Teyyub Aslanov ilə birlikdə yaşayır. X25 hal-hazırda Rusiya Federasiyasında işlədiyindən orada yaşayır. Qızı Zərərçəkmiş şəxs “Rafik Optika” adlanan tibbi və günəş eynəkləri satılan mağazada stajor satıcı kimi işləməyə başlamış, belə ki, Aydan 01 iyun 2021-ci il tarixədək işi öyrənməli və bundan sonra isə Şəmkir rayon Mərkəzi Xəstəxananın qarşısında yerləşən apteklərin birində tibbi eynəklərin satışı ilə məşğul olacaqdır. Aydan həmçinin “Rafik Optika” adlı mağazada rəfiqəsi Şahid1 ilə birlikdə işləmişdir. Təxminən 10-11 may 2021-ci il tarixdə axşam saatlarında Aydan işdən evə gəldikdən sonra “onun iş yerinin yaxınlığında işləyən İlham adlı şəxs onun iş yerinə gələrək ondan xoşu gəldiyini və ailə qurmaq istəməsini bildirdiyini” demiş, o da qızına ehtiyatlı olmasını demişdir. 17 may 2021ci il tarixdə günorta saatlarında qızları Aydan və Nuranə ilə konfrans qaydasında mobil telefonla danışarkən Aydan “yenidən İlhamın mağazaya gəlməsini, bibisi Zenfiranın onun ailəsini tanıdığını və onu izlədiyini, buna görə də onunla ailə qurmaq istədiyini deməsini, onun isə İlhama ailə qurmaq fikrinin olmadığını deməsini” bildirmiş, lakin o İlhamı ciddi şəxs kimi qəbul etməmişdir. Həmin günü saat 18 radələrində qızı Nuranə mobil telefonla ona zəng edərək, İlhamın Aydanı qaçırdığını demişdir. O da bu barədə qardaşı Samirə zəng edib məlumat vermiş, daha sonra isə qardaşı ona zəng edərək İlhamın kim olduğunu demiş və o da anası Rəfiqə ilə birlikdə İlhamın yaşadığı ünvana getmişlər. Həmin vaxt atası Şahid12 bu barədə Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək məlumat vermişdir. O, İlhamın yaşadığı evə gəldikdə qardaşı Samir də orada olmuş, həmin vaxt İlhamın anası İlhamə evdə olmuş və ondan qızı Aydanın yerini deməsini istəmişlər. İlhamə də İlhamın qızı Aydanı qaçırması barədə məlumatı olmadığını demişdir. Bundan sonra isə onunla aralarında sözlü mübahisə yaranmış, daha sonra isə İlhamın dayısı Vəli onlara Aydanı qısa müddətdə tapıb gətirəcəyini demişdir. Həmçinin hadisənin videogörüntüsünə baxanda bilmişlər ki, Aydanı qaçırmaqda İlhama başqa iki nəfər şəxs köməklik etmişlər və həmin şəxslərdən biri də onun yeznəsi Orxandır. Bundan sonra isə Orxanın yaşadığı evə gəlmişlər və onları Orxanın arvadı qarşılamışdır. O və qardaşı Samir ondan Orxanın harada olmasını soruşmuş, Orxanın arvadı isə Orxanın və İlhamın olduğu yeri bilmədiyini və qız qaçırmaları barədə də məlumatı olmadığını demişdir. Bundan sonra yaşadığı evə getmiş, bir müddət gözləmiş, lakin Aydanı gətirməmişlər və ona görə də Şəmkir rayon polis şöbəsinə gəlmişlər. Daha sonra isə ona Aydanın öz razılığı ilə getdiyini bildirmişlər və İlhamın dayısı arvadı və iş yoldaşı Sübhanə ona bildirmişdir ki, Aydan öz xətti ilə yaxşı olması barədə qeyd yazmışdır. O isə ona inanmadığını demişdir. Bundan sonra İlhaməgilə yenidən gedərək qızının yerini deməsini bildirmiş, lakin İlhamə qızının yerini bilmədiyini demişdir. Daha sonra eşitmişdir ki, İlham Aydanı Bakı şəhərinə aparmışdır. Bundan sonra həmin günü DİN-nin 102 zəng xidmətinə məlumat vermiş, lakin bundan sonra da Aydanı qaytarmamışlar. Daha sonra Şəmkir rayon polis şöbəsinin əməkdaşları Aydanı gətirib onlara təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 və Şahid12 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verməklə ifadədə göstərilənləri özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərdi ki, ünvan 11 ünvanında arvadı Şahid2 Mərhərrəm qızı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada dülgərliklə məşğul olur. Təqsirləndirilən şəxs1 Oqtay oğlu bacısı İlhamə Dəmirlinin oğludur. 17 may 2021-ci il tarixdə saat 18-19 radələrində yaşadığı evin yaxınlığında yerləşən çayxanada olarkən Təqsirləndirilən şəxs1 mobil nömrəsinə zəng edərək qız qaçırdığını, qızı Dəllər –Cəyir kənində yaşayan Nizamigilə apardığını demişdir. O, Təqsirləndirilən şəxs1 soruşmuşdur ki, qaçırdığı qızın yaşı evlənmək üçün uyğun yaşdırmı və özü onunla evlənməyə razıdırmı, İlham da demişdir ki, yaşı düşür, bir-birilərini istəyirlər, özü onunla qaçmışdır. Sonra bacısı İlhamə zəng edərək demişdir ki, İlhamın qaçırdığı qızın valideynləri yaşadığı evə gəlmişlər. Bundan sonra bacısı İlhaməgilə gəlmiş və görmüşdür ki, İlhamənin yaşadığı ünvana İlhamla qaçan adı sonradan ona məlum olan Aydanın anası Samirə, dayısı Samir gələrək İlhamədən qızının yerini tələb edirlər. O da Samirə və Samirlə danışaraq onlara demişdir ki, 1 saat vaxt versinlər, Aydanı tapıb gətirəcək. Fikirləşmişdir ki, Aydanın Nizamigildə olmasını desə, gedib orada dava-dalaş edərlər. Bundan sonra Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Nizaminin yaşadığı evə gəlmiş və həmin vaxt evdə Nizami, qızı Vəfa və arvadı Sübhanə orada olmuşlar, lakin İlham, Orxan və Aydan orada olmamışlar. Onlardan İlhamın və Aydanın yerini soruşmuş, onlar isə İlhamın, Orxanın və Aydanın evi tərk etdiklərini demişlər. Sübhanə ona 1 ədəd kağıza yazılmış qeydiyyat verərək, həmin sözləri Aydanın özü yazdığını demişdir. O da Nizamigildə olarkən Sübhanənin mobil telefonunda olan “Whatsapp” proqramına Orxanın mobil nömrəsi vasitəsi ilə göndərilmiş Aydanın videogörüntüsünü öz mobil telefonuna göndərmişdir. Daha sonra həmin kağızı və diski Şəmkir rayon polis şöbəsinə gəlib təqdim etmiş və bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Orxanın mobil nömrəsinə zəng etsə də onun mobil telefonuna zəng çatmamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Fizulinin yaşadığı evə getmiş, lakin İlham, Orxan və Aydanın orada olmadıqlarını bilmiş və Bakı şəhərinə getdiklərini demişlər. Daha sonra İlham, Orxan və Aydanın yeri Bakı şəhəri, Binə qəsəbəsində yaşayan bibisi oğlu Əzizin evində olduqları müəyyən edilmişdir. İlhamın Aydanı zorla qaçırması barədə məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs1 dayısı oğludur. 18 may 2021-ci il tarixdə, saat 10-11 radələrində yaşadığı evdə arvadı Səbinə İbrahimova ilə birlikdə olarkən dayısı oğlu Təqsirləndirilən şəxs1 bir nəfər qızla, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı evə gəlmiş, İlham Aydanın onunla ailə qurmaq məqsədilə gəldiyini demişdir. Aydandan İlhamla ailə qurmağa razı olub olmamasını soruşmuş, Aydan da İlhamla ailə qurmaq istədiyini, lakin valideynlərinin razı olmadığını demişdir. Bundan sonra Aydan və İlham onlarda qalmışlar, daha sonra İlhamın yeznəsi Orxan və onun dostu Zahid də onlara gəlmişlər. Onlar da Aydanın İlhamla ailə qurmaq üçün gəldiyini bildirmişlər. Onlar həmin vaxt Şəmkir rayonuna qayıdacaqlarını demişlər. Təxminən 13 radələrində İlham, Orxan, Zahid və Aydan Şəmkir rayonuna qayıtmaq üçün evdən çıxanda Xəzər RPİ-nin Binə PB-nin əməkdaşları yaşadığı ünvana gələrək İlhamın Aydanı zorla qaçırmasını və onun yaşadığı evdə olduqlarını demişlər. O da İlhamın Aydanın zorla qaçırması barədə məlumatı olmadığını demiş, bundan sonra Aydan, Orxan və Zahid İlhamla birlikdə Binə PB-nə getmişlər. Daha sonra bilmişdir ki, Aydanı İlham zorla qaçırmışdır. Aydan onlarda olduğu dövrdə nə ona nə də ki, arvadı Səbinəyə İlhamın onu zorla qaçırması barədə məlumat verməmiş və bunun üçün onlardan hər hansı köməklik istəməmişdir. İlham və Aydan onun yaşadığı evdə cinsi əlaqədə olmamışlar və buna cəhd etməmişlər. Çünki İlham və Aydan evində başqa-başqa otaqlarda qalaraq istirahət etmişlər. Aydan ilə İlham onlara gələndə Aydan bu barədə ona və arvadı Səbinəyə heç bir məlumat verməmiş, öz razılığı ilə gəlməsini bildirmişdir. Lakin polis əməkdaşları gəldikdən sonra Aydanın zorla qaçırılmasını bilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 19 may 2021ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1, yeznəsi Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə 17 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Faiq qızını Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən “Rafik Optika” adlı mağazadan qaçırmışlar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 17 may 2021-ci il tarixli “təqdim edilən sənədə və diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilən videogörüntü köçürülmüş 1 ədəd DVD-R diskə və Zərərçəkmiş şəxs qeydləri yazılmış kağız parçasına baxış keçirilmiş və götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin 19 may 2021-ci il tarixli, 545 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boyunun sol yan səthinin və sağ bazunun orta üçdə birinin bayır səthinin qançırları küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri 17.05.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Zorlamada fiziki təsirləri şərtsiz sübut edən spesifik əlamətlər mövcud deyildir, bununla belə Zərərçəkmiş şəxs cinsiyyət üzvləri nahiyəsində və hər iki budun iç səthində zorlamanı müşayiət edə biləcək xəsarətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcəyində hər hansı bir xəsarət və dəyişiklik aşkar edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsin 19 may 2021-ci il tarixli, 541 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol saidin orta üçdə birinin ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri 17.05.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 avqust 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs3 qarşı hər hansı şikayət və tələbi olmamasını və barışmasını və Təqsirləndirilən şəxs3 hərəkətlərində xuliqanlıq cinayətinin tərkibi olmadığından Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası İnzaibati Xətalar Məcəlləsinin 157—ci maddəsi ilə inzibati icraatın başlanması və Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserin 08 iyul 2021-ci il tarixli 363, 364, 362 nömrəli rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hazırkı cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvvəqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişlər, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvvəqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmirlər. Hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşlar, yəni anlaqlı olmuşlar. Onların əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacları yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə rayon 3 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli 220 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 anası X8 və atası X9 ilə birlikdə Şəmkir şəhəri, Hərbi şəhərcik, Xətt 10, mənzil 3-də və yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli 02-D/210 nömrəli arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 anası Şahid13, həyat yoldaşı X10, qızları X11 (2017) və X12 (2019) ilə birlikdə Şəmkir şəhəri, Ə.Cavad küçəsi ev 40-da yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli 02-D/210 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 atası Şahid11 və anası X6 ilə birlikdə Şəmkir şəhəri, Əzizbəyov küçəsi ev 8-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 sentyabr 2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs qızı təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş və onlara qarşı şikayət, iddia və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, VAZ 2107 minik maraklı, **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin müvəqqəti duracağında saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20 may 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Şəmkir rayon Məhkəməsinin 22 may 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 20 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20 may 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Şəmkir rayon Məhkəməsinin 22 may 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 20 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 18 iyun 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan və Şəmkir rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 18 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25.06.2021-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25.06.2021-ci il tarixli tələbnaməsindən və Şəmkir rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya şöbəsinin 29.09.2021-ci il tarixli 762/21 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan 29 iyun 2018-ci il tarixli hökm 27 iyul 2018-ci il tarixdə Şəmkir rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, məhkum hökm üzrə təyin edilmiş cəzasından 11 ay müddəti çəkmiş, çəkilməmiş cəzası 13 ay təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs iradəsi ziddinə evlənmək məqsədilə oğurlamaları özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə tövsif olunmalı və onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. İşinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25.06.2021-ci il tarixli tələbnaməsindən, Şəmkir rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmündən və Şəmkir rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzasına məhkum edilmiş, məhkum hökm üzrə təyin edilmiş cəzasından 11 ay müddəti çəkmiş, cəzasının 13 ay müddəti çəkilməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya yəni 2 il islah işləri cəzasına məhkum edildiyindən ona residivə görə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Şəmkir rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən təyin edilmiş və 01 oktyabr 2021-ci il tarixə çəkilməmiş 13 ay islah işləri cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinin tələbinə əsasən dörd günə bir gün hesablamaq yolu ilə 3 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, təqsirləndirilən şəxslərin ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdikləri cinayət əməllərini səmimi peşmançılıqla etiraf etmələrini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə barışmaqla onlara qarşı iddia və tələbinin olmamasını, təqsirləndirilən şəxslərin zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə məhz ailə həyatı qurmaq niyyəti ilə oğurlamaqlarını, bununla da cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə edib nəzərə almışdır. Məhkəmə tərkibi məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid olunmadan da islah oluna bilərlər. Odur ki, yuxarıda sadalananlara əsasən təqsirləndirilən şəxslərə ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onların islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslərin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onlardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64-cü maddəsinə əsasən iştirakçılıqda törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alınır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə aşağıdakı qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, barələrində sınaq müddəti müəyyən edilməli, onların üzərinə qanunla müəyyən edilmiş qaydada vəzifələr qoyulmalı, təqsirləndirilən şəxslər barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri qaydasında iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 minik maraklı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalı, 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 25 saat, Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 25 saat və Təqsirləndirilən şəxs3 hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 25 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarını məhkəmə istintaqı zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 20 may 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 4 (dörd) ay 10 (on) gün müddət ona təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq üzərində 08 (səkkiz) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 08 (səkkiz) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 20 may 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 4 (dörd) ay 10 (on) gün müddət ona təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 07 (yeddi) il 7 (yeddi) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Şəmkir rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və 01 oktyabr 2021-ci il tarixə çəkilməmiş 13 (on üç) ay müddətinə islah işləri cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinin tələbinə əsasən dörd günə bir gün hesablamaq yolu ilə 3 (üç) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 07 (yeddi) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirməklə hökmlərin məcmusu qaydasında ona qəti olaraq 7 (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 7 (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 18 iyun 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay 12 (on iki) gün müddət ona təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 8 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 7 (yeddi) il 8 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 minik maraklı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın, 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 vəkil işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar