Məhkəmə qərarları › İş №1(100)-305/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-305/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-305/2022 28.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 2004-cü ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, Tərtər şəhəri, 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, işləməyən, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Tərtər rayonu, Qaynaq kəndində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni qisas zəminində digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə, saat 13 radələrində təhsil aldığı Tərtər şəhəri 2 saylı tam orta məktəbdən çıxaraq Tərtər şəhəri, B.Bağırova küçəsində yaşayan bibisinin evinə gəlib hadisədən təxminən 5-6 ay əvvəl tanış olduğu və aralarında sevgi münasibətlərinin yarandığı Şahid2 adlı şəxslə görüşmək məqsədilə sonuncunun repetitor yanından çıxdığı vaxtda bibisinin evini tərk edib təqribən saat 18 radələrində Şahid2 ilə görüşərək yol boyu söhbət edə-edə Tərtər şəhəri ərazisində yerləşən hərbi zavod istiqamətinə gəlmiş, söhbət əsnasında sonuncunun kefsiz olduğunu görüb təkidlə bunun səbəbini soruşduqda Şahid2 bir neçə ay əvvəl sonuncu ilə münasibət yaratmağa çalışmış Elgün adlı şəxsin həmin gün günorta saatlarında hazırlığa gedən zaman nalayiq ifadələr işlədərək şəxsiyyətini alçaltdığını bildirdikdən sonra həmin gün təqribən saat 18:30 radələrində Şahid2 yaşadığı Tərtər şəhəri, C.Məmmədquluzadə küçəsindəki fərdi yaşayış evinə doğru gedib sonuncunu ötürmək istəyərkən həmin küçə ilə kəsişmədə yerləşən E.Mehdiyev küçəsindəki evdən küçəyə çıxan, əyani olaraq tanımadığı, lakin barəsində eşitdiyi mərhum X8 ona yaxınlaşıb “bura qız arxasınca gəlirsən? Sən Əfsusu sevirsən?” deyə soruşub həmin küçədən bir daha keçməməsini tələb etdikdə heç kimin ona mane ola bilməyəcəyini və istədiyi zaman yoldan istifadə edəcəyini bildirməklə aralarında yaranan mübahisəni kənarda davam etdirmək üçün Tərtər şəhəri, C.Məmmədquluzadə küçəsi boyunca söhbət edərək məsələni təklikdə aydınlaşdırmağa çalışmış və bir qədər küçə ilə irəliləyib yolun kənarına çıxaraq mübahisə etməyə başlamış, mübahisə zamanı həmin şəxsin adının Elgün olduğunu bildikdən sonra sonuncunun onunla mübahisə yaratmaq səbəbinin Əfsusla əlaqəli olduğunu dərk edib X1 Əfsusun ona barəsində danışdığı şəxs olduğundan əmin olmuş və mübahisə zamanı, həmçinin sevdiyi qıza qarşı deyilmiş nalayiq ifadələrin əvvəlcədən onda yaratdığı hiddət səbəbindən qisas almaq məqsədilə Elgün Qurbanlını öldürmək qərarına gəlib bu niyyəti oradaca icra etməyi qətiləşdirmiş, bu məqsədlə istintaqa məlum olmayan mənbədən əldə edərək daim üzərində gəzdirdiyi, istintaqla aşkar edilməsi mümkün olmayan bıçağı əynində olan şalvarın sağ yan cibindən çıxararaq mərhum Elgün Qurbanlının bədən nahiyəsinə iki dəfə zərbə vurmaqla sonuncunun həyat və fiziki sağlamlığına qarşı zor tətbiq edərək sonuncunun yaşamaq və təhlükəsiz yaşamaq konstitusion hüquqlarına qəsd etmiş, bununla Elgün Qurbanlıya birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthindən Vİİİ qabırğanın kəsilməsi ilə qarın boşluğuna keçən 2 ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri yetirmiş, bundan sonra cinayətkar niyyətini başa çatdırmaq məqsədilə hadisə yerindən qaçaraq uzaqlaşmağa çalışan mərhum Elgün Qurbanlını əvvəlcə iti addımlarla, daha sonra qaçaraq təqib etmiş, sonuncunun yaşadığı evin qarşısına çatarkən mərhumun atasını gördükdən sonra qaçaraq oradan uzaqlaşmış, Elgün Qurbanlı almış olduğu qara ciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan xəsarətlərdən 23 fevral 2022-ci il tarixdə, saat 19:30 radələrində yerləşdirildiyi Bərdə Rayon Diaqnostika Xəstəxanasında ölmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan əvvəl Tərtər şəhəri 2 saylı tam orta məktəbin on birinci sinfində təhsil alırdı. Həmin vaxt təxminən 2 ay idi ki, oxuduğu məktəbin X sinfində təhsil alan Əfsus adlı qızla tanış olmuş və həmin qıza qarşı sevgi hisslərinin olduğundan arabir telefon vasitəsilə əlaqə saxlamışdır. 23 fevral saat 07:30-da yaşadığı Qazyan kəndində yerləşən evdən çıxaraq təhsil aldığı Tərtər şəhəri 2 saylı orta məktəbə yollanmış və saat 13:00-a qədər məktəbdə olmuşdur. Saat 13 radələrində dərsdən çıxdıqdan sonra bibisigilin yaşadığı Tərtər şəhəri, B.Bağırova küçəsinə getmiş və saat 17 radələrinədək orada olmuşdur. Daha sonra sevdiyi Əfsus adlı qızın hazırlıqdan çıxma vaxtını bildiyindən piyada 15-20 dəqiqəlik məsafə qət edərək hərbi zavod istiqamətinə gəlmiş, həmin vaxt Əfsus hazırlıqdan çıxdıqdan sonra söhbət edərək sonuncunun yaşadığı evə doğru getməyə başlamışlar. Yolda olarkən Əfsusun kefsiz olduğunu görüb sonuncudan nə baş verdiyini soruşmuş, lakin heç nəyin baş vermədiyini bildirmişdir. O isə Əfsusun nəyisə gizlətdiyini hiss edib təkidlə nə baş verdiyini, əhvalının pis olma səbəbini soruşmuşdur. Bundan sonra onun təkidi ilə Əfsus Elgün adlı şəxs tərəfindən özünə söz atıldığını, nalayiq sözlər deyildiyini, bu səbəbdən əhvalının pisləşdiyini bildirmişdir. Daha sonra o, Əfsusu sakitləşdirməyə, əhvalını yaxşılaşdırmağa çalışmış və söhbət edərək yollarına davam etmiş və yaşadığı evə yaxınlaşdıqda sağollaşıb oradan uzaqlaşmaq istəmişdir. Əfsusu ötürdükdən sonra yaşadığı evə getmək istəyərkən əvvəllər qiyabi tanıdığı, üzdən kim olduğunu bilmədiyi, sonradan adının Elgün Qurbanlı olduğunu bildiyi şəxs ona yaxınlaşaraq “bir də bu ərazidən keçmə, sənin üçün yaxşı olmaz” dedikdə, o, sonuncudan oradan niyə keçməyəcəyini soruşmuşdur. Elgün Qurbanlı ona “bura qız arxasınca gəlirsən? Sən Əfsusu sevirsən?” - deyə soruşduqda o, Əfsusdan xoşunun gəldiyini, lakin o küçəyə getmək səbəbinin qızın arxasınca getmək olmadığını bildirmişdir. Daha sonra Elgüngilin evinin qarşısından söhbət edə-edə bir qədər uzaqlaşmış, yolda gedərkən Elgün ondan hansı məktəbdə oxuduğunu, harada yaşadığını və digər məsələləri soruşmuşdur. O da Elgünün suallarına cavab verdiyi zaman həmin şəxsin adının Elgün olduğunu bilmiş və bundan sonra Əfsusla münasibət yaratmağa çalışan və Əfsusa nalayiq sözlər deyənin Elgün olduğunu təxmin etmişdir. Yolda söhbət edərək gedərkən Elgün yumruqla onun ağız nahiyəsindən vursa da, o, Elgünə heç bir müqavimət göstərməmiş, lakin oradan yenə də keçəcəyini, ona mane ola bilməyəcəyini bildirmişdir. Bir müddət irəlilədikdən sonra Tərtər şəhəri, C.Məmmədquluzadə küçəsində asfalt səthdən torpaq yola keçdikdən sonra dayanaraq mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Elgün ona yenidən sifət nahiyəsindən yumruq zərbəsi endirib ünvanına söyüşlər işlətməyə, ailə üzvlərini və özünü nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Təxminən 20-25 dəqiqə onunla mübahisə etdikdən sonra, Elgün yenə də onu təhqir etməyə davam etdiyindən şalvarının sağ cibindən çıxardığı, dəstəyi və tiyəsi qara rəngli, qatlanan bıçaqla Elgünün qarın nahiyəsinə iki dəfə ard-arda xəsarət yetirmişdir. Elgün Qurbanlı bu zaman aldığı xəsarətləri görərək gəldikləri istiqamətə qaçmağa başlamış, o da ara yoldan irəliləyib oradan uzaqlaşmışdır. O, Elgün Qurbanlını əvvəlcədən əyani olaraq tanımamış, lakin qiyabi olaraq haqqında eşitmişdir. Belə ki, əvvəllər Əfsusla aralarında olan söhbətlər zamanı ona Elgün adlı bir şəxsin münasibət yaratmaq istədiyini demiş, lakin həmin şəxsi ona göstərməmişdir. Bu səbəbdən hadisə baş verən zaman Elgün onu yanına çağırdıqda, Elgünün həmin şəxs olduğunu bilməmiş, lakin sonradan söhbət əsnasında adını eşidib və onunla etdiyi söhbətin məzmununu görüb həmin şəxsin kim olduğunu təxmin etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, hadisə zamanı onunla Elgündən başqa orada heç kim olmamış, hadisəni törətdikdən sonra oradan uzaqlaşarkən isə Elgünün hadisə günü ilk dialoqları zamanı “bura mənim evimdir, buradan keçmə” dediyi qapıdan kimsə çıxaraq ona “bura gəl görüm” demiş, lakin qorxduğu üçün həmin şəxsin üzünə baxmadan oradan qaçıb uzaqlaşmışdır. Cinayəti törətdiyi zaman üzərində gəzdirdiyi istifadə etmiş olduğu bıçağı aldığı vaxtdan etibarən çox vaxt üzərində gəzdirmiş və vaxtaşırı dostlarına da göstərmişdir. Üzərində bıçaq gəzdirməkdə xüsusi məqsədi olmamış, sadəcə bıçağa olan xüsusi marağı səbəbindən daim üstündə gəzdirmişdir. Həmin gün də bıçaq həmişəki kimi üzərində olmuşdur. Elgünə həmin zərbələri endirməkdə məqsədi ona ağır söyüşlər söydüyünə görə cəzalandırmaq olmuş, öldürmək niyyəti olmamışdır. Elgün Qurbanlıya xəsarət yetirdiyi barədə Şahid2 heç bir məlumat verməmişdir. Törətdiyi əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 23 fevral 2022-ci il tarixdə təqribən saat 10 radələrində işləmək üçün evdən çıxıb işə getmişdir. Həmin vaxt digər iş yoldaşları Qabil, Kəriş, Rövşən və Elşən də onunla birlikdə olmuşlar. Onlar günorta saat 13 radələrində yemək yemək məqsədi ilə evə gələrkən mərhum oğlu Elgün Qurbanlı həyətdə oturaraq öz istifadəsində olan mobil telefonla məşğul olmuşdur. İş yoldaşları ilə birlikdə yemək yeməyə başlamışlar və təqribən saat 14 radələrində yenidən işləmək üçün işlədikləri yerə qayıtmışlar. 23 fevral 2022-ci il tarixdə onlar işlərini yekunlaşdırıb evə getmək qərarına gəlib təqribən saat 18 radələrində yaşadıqları evə çatmış, iş yoldaşlarını çay içmək üçün evə dəvət etmiş və birlikdə evin həyətində darvazadan içəri daxil olduqda sol tərəfdə yerləşdirdiyi stolun başında əyləşmişlər. Bir qədər sonra həyat yoldaşı onlara çay aparmışdır. Həmin vaxt iş yoldaşları ilə görəcəkləri işlər barədə danışmağa başlayandan təqribən 10 dəqiqə sonra darvazanın çölündən oğlu Elgünün səsinin gəldiyini eşitmiş, mərhum oğlu Elgün iki dəfə yüksək səslə “ay mama” deyə qışqıraraq darvazanın qapısından içəri daxil olmuşdur. Elgün atasının həyətdə oturduğunu görüb həyəcanlı səslə “ata, məni vurdular” deyib dizlərini yerə qoymuşdur. O, dərhal Elgünə yaxınlaşıb paltarını yuxarı qaldırmış, həmin vaxt oğlunun döş qəfəsi nahiyəsindən 2 ədəd bıçaq zərbəsi aldığını görmüşdür. O, hadisənin necə baş verdiyini və Elgünü kimin vurduğunu soruşduqda oğlu ona həmin adamın küçədə olduğunu dedikdən dərhal sonra ailə üzvləri ilə birlikdə küçəyə çıxmışlar. Həmin vaxt evlərinin qarşısındakı küçə ilə bir nəfər qara şalvar, qara köynəkli, orta boylu tanımadığı bir nəfər oğlanın gəldiyini görmüş, həmin şəxs küçənin ortası ilə sağa və sola baxa-baxa iti yerişlərlə onlara tərəf hərəkət etmişdir. O və ailə üzvləri həmin şəxsi görəndə kim olduğunu soruşub üzərinə getmişlər, lakin həmin tanımadıqları adam onları görən kimi küçə ilə kəsişmədə olan ara yoldan qaçıb uzaqlaşmağa başlamışdır. O, bundan dərhal sonra oğlunun yanına qayıtmış, onu qardaşı oğluna məxsus olan “QAZ-21” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomaşına qoyub Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada oğluna ilkin tibbi yardım göstərilsə də, cərrahiyyə şöbəsinin həkimi olmadığı üçün oğlunu oradan Bərdə Rayon Diaqnostika Xəstəxanasına aparmaq qərarına gəlmişdir. Dərhal oğlunu həmin avtomaşına qoyub yola düşmüş, lakin maşında texniki problemlər olduğu üçün Tərtər şəhərinin “Köhnə Avtovağzal” deyilən ərazisində maşını saxlayıb tanımadığı qara rəngli “OPEL” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə qoyub yollarına davam etmişlər. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasının qarşısına çatdıqda həmin taksinin benzini qurtardığı üçün həmin ərazidə olan digər taksi ilə oğlunu xəstəxanaya çatdırmışlar. Xəstəxanaya çatan vaxt oğlu ona “ata, ürəyim yanır, mənə bir az su ver” sözlərini işlətmiş, lakin həkimlər buna icazə verməmişlər. Dərhal oğlunu Bərdə Rayon Diaqnostika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirmişlər və təqribən bir neçə saat sonra oğlunun ölməsi barədə ona məlumat verilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X9 ifadəsinin davamında göstərmişdir ki, oğlu yaralı vəziyyətdə həyətə daxil olan vaxt oğlundan onu kimin vurduğunu soruşduqda oğlu vuran şəxsin küçədə olduğunu bildirmiş, o, küçəyə çıxanda bir nəfər qara şalvar, qara köynəkli, orta boylu tanımadığı şəxsin gəldiyini görərkən, həmin vaxt o, dostu Qabil və bacısı oğlu Rövşən həmin şəxsin arxası ilə qaçaraq tutmağa çalışmışlar, lakin həmin şəxs qaçaraq dərhal hadisə yerindən uzaqlaşmışdır. O, təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, 27 sentyabr 2015-ci il tarixdə X9 ilə ailə həyatı qurmuş, onların evliliklərindən övladları olmadığı üçün həyat yoldaşı Vəlişin birinci ailəsindən olan övladlarına analıq etmişdir. 23 fevral 2022-ci il tarixdə təqribən saat 13 radələrində Elgün yeməyini yeyib bitirdikdən sonra yaşadıqları evin həyətində öz istifadəsində olan mobil telefonu ilə oynayırdı. Həmin vaxt həyat yoldaşı və yeznəsi Rövşən yemək yemək məqsədi ilə evə gəlmişlər. Həyat yoldaşı və yeznəsi yeməklərini bitirib yenidən işə qayıtmışlar. 23 fevral 2022-ci il tarixdə təqribən saat 18 radələrində o, toyuqlara yem vermək üçün evin həyətinə düşmüş, bu vaxt Elgün evdə imiş, lakin o geri döndükdə Elgünün evdə olmadığını görmüşdür. Qızından Elgünün hara getdiyini soruşduqda Elgünün marketə getdiyini bildirmişdir. Həmin gün həyat yoldaşı işlərini yekunlaşdırıb evə digər iş yoldaşları ilə birlikdə gəlmiş, daha sonra onlar birlikdə evin həyətində darvazadan içəri daxil olduqda sol tərəfdə yerləşən stolun başında əyləşmişlər. Bir qədər sonra o, həyat yoldaşı və iş yoldaşlarına çay gətirmiş və işlərini görmək üçün yenidən evə qalxmışdır. Bundan təqribən 10 dəqiqə sonra həyətdən səs-küy gəlməyə başladığını eşitmiş, qızından nə baş verdiyini soruşduqda Elgünü kiminsə vurduğunu və paltarlarının qan içində olduğunu bildirmişdir. O, dərhal evin həyətinə düşmüş və Elgünə yaxınlaşıb ondan nə baş verdiyini soruşduqda oğlu ona “mama, məni həkimə çatdırın, gözlərim qaralır” sözlərini demişdir. Bundan sonra həyat yoldaşı Elgünü maşına qoyaraq xəstəxanaya aparmış, lakin maşında yer olmadığı üçün o, onlarla gedə bilməmişdir. Bir qədər gözlədikdən sonra yeznəsi Rövşən istifadəsində olan mobil telefonla xəstəxanaya gedənlərdən birinə zəng edərək harada olduqlarını soruşmuş, danışıq zamanı onlar yeznəsinə Tərtər rayon Mərkəzi Xəstəxanasından çıxdıqlarını, yolda olduqlarını və Elgünün vəziyyətinin ağır olduğu üçün Bərdə Rayon Diaqnostika Mərkəzinə apardıqlarını bildirmişdir. Daha sonra o, yeznəsi Rövşəndən onu xəstəxanaya aparmağını xahiş etmiş və dərhal evin qarşısında olan yol ayrıcından taksi çağıraraq yeznəsi ilə birlikdə Bərdə Rayon Diaqnostika Mərkəzinə getmişdir. O, xəstəxanaya çatdıqda Elgünün reanimasiya şöbəsinə yerləşdirilməsi bildirilmiş, təqribən bir neçə saat orada gözlədikdən sonra Elgün Qurbanlının ölməsi barədə məlumat verilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Tərtər şəhəri, 2 saylı tam orta məktəbin onuncu sinfində təhsil alır. Təqsirləndirilən şəxs tanıyır. İlkin onun təhsil aldığı məktəbin on birinci sinfində təhsil almışdır. Onlar bir-birlərini sevmiş və aralarında saf sevgi münasibətləri olmuşdur. 2021-ci ilin sentyabr ayında növbəti təhsil ili başladıqdan qısa bir müddət sonra həmin məktəbin on birinci sinfində təhsil alan Təqsirləndirilən şəxsla tanış olmuş, İlkinlə bir müddət səmimi söhbət etdikdən sonra aralarında səmimi sevgi hissləri yaranmışdır. Bundan sonra İlkinlə arasında mütəmadi olaraq telefon danışıqları və yazışmalar baş tutmuşdur. Elgün Qurbanlını isə ilk dəfə dəqiq tarixi xatırlamasa da, 2021-ci ilin yay aylarında görmüşdür. Belə ki, həmin vaxtlarda nənəsi ilə birlikdə evə bazarlıq etmək məqsədilə Tərtər mərkəzi bazarına getmiş, bazarlıq edib oradan uzaqlaşmaq istədikdə susadığına görə o, nənəsindən ayrılıb bir qədər qarşıda su satan şəxsə yaxınlaşmış, su aldığı zaman həmin şəxs onunla söhbət etməyə başlamış və adının Elgün olduğunu bildirib onun da adını soruşmuşdur. Bu zaman o, Elgünün məqsədini başa düşməyib adının Əfsus olduğunu və Tərtər şəhəri, 2 saylı orta məktəbdə təhsil aldığını demişdir. Bundan sonra Elgün sual verməyə davam etmiş, lakin o, Elgünə heç bir cavab verməmiş və aldığı suyu da içməyərək dərhal oradan uzaqlaşmışdır. Elgün Qurbanlı ilə növbəti dəfə isə yenidən 2021ci ilin yay aylarında, bazarda görməyindən təxminən 1 həftə sonra Tərtər şəhərində hərbi zavodun yanında yaşayan nənəsigilə qonaq getdiyi zaman, onların evinin yaxınlığında küçədə Elgünün qarşıdan gəldiyini görmüşdür. Elgün ona yaxınlaşdıqda cibindən bir ədəd kağız parçası çıxarıb onun qarşısında yerə qoymuş, lakin o, həmin kağızı götürmədikdə Elgün yenidən gəlib kağızı yerdən götürüb bir daha qarşısındakı yerə atmışdır. O, Elgünün kağızda nə yazdığını bilmək üçün kağızı götürdükdə “Bazarda səninlə tanış olmuşduq. Səndən xoşum gəlir. Səninlə tanış olmaq istəyirəm.” sözlərini yazdığını görmüşdür. Həmin vaxt Elgün bir qədər kənarda ondan cavab gözləmiş, lakin o, Elgünün gözləri qarşısında kağızı cırıb yerə atmış və oranı tərk etmişdir. Həmin vaxtlarda İlkini hələ tanımamış, təxminən 3 ay sonra İlkinlə tanış olmuş və aralarında münasibət yaranmışdır. İlkinlə əsasən anasına məxsus telefon vasitəsilə də danışıb yazışsa da, daha çox üz-üzə görüşüb söhbətləşmişlər. Tanış olduqlarından bir müddət sonra, 2021-ci ilin təxminən oktyabr ayında İlkinlə oturub söhbətləşdiyi zaman ondan əvvəllər kimisə sevib-sevmədiyini soruşduqda, o, bir nəfərin tanış olmaq təklifi etdiyini, lakin əvvəllər heç kimi sevmədiyini bildirmişdir. Həmin zaman İlkin təkidlə ondan həmin şəxsin adını soruşmuş və o, İlkinə Elgün adlı şəxs olduğunu demişdir. Daha sonra Elgün ondan bir dəfə də dərsdən qayıtdığı zaman haradan gəldiyini soruşmuş, lakin o, Elgünə “nəyinə gərəkdir” - deyə cavab verib uzaqlaşmışdır. Bundan sonra Elgünlə heç bir danışığı olmamışdır. Hadisə baş verən gün, yəni 23 fevral 2022-ci il tarixdə məktəbdən çıxıb hazırlığa getdiyi zaman Elgün hərbi zavodun yaxınlığında onu görüb “şərəfsiz, mənə burda hə demədin, gündə biri ilə gəzirsən, indi də sevgilin var” demişdir. Lakin o, Elgünə heç bir reaksiya verməmiş, daha sonra hazırlıqdan çıxdığı zaman İlkinlə görüşmüş və birlikdə gəlməyə başlamışdır. Yolda olarkən İlkin onun kefsiz olduğunu görüb nə baş verdiyini soruşduqda, o, heç nə olmadığını demişdir. Çox təkid etdikdən sonra o, Elgünün günorta dediyi sözləri sadəcə olaraq bilməsi üçün İlkinə demişdir. Evlərinə yaxınlaşdıqda kiminsə görməməsi üçün birbirlərindən bir qədər aralaşmışlar, aralarında həmin vaxt təxminən 5-10 metr məsafə olmuş, qayıdarkən hərbi zavodun yanında yenidən Elgünün dayandığını görmüşdür. O və İlkin Elgünün yanından sakitcə keçib getmiş, lakin bir qədər irəlilədikdən sonra İlkin onunla sağollaşıb geri qayıtmışdır. Daha sonra o, geriyə boylandığı zaman İlkinin dayanıb Elgünlə salamlaşdığını və söhbət etməyə başladıqlarını görmüşdür. O, yoluna davam edib evə getmiş və yol boyu onları bir də görməmişdir. Hadisə baş verən gün axşam İlkin onunla yazışdıqda bu barədə heç nə deməmiş, sadəcə bir neçə gün dərsə gəlməyəcəyini bildirmişdir. O, bunun səbəbini soruşduqda İlkin xəstələndiyini bildirmiş, növbəti gün məktəbə getdikdə isə İlkinin Elgünü öldürdüyünü eşitmişdir. Bundan başqa, İlkinin özünə məxsus bıçağının olduğunu bilmiş, uzun müddət əvvəl həmin bıçağı bir dəfə ona göstərmiş, lakin o, İlkini tənbeh edərək heç vaxt üzərində gəzdirməməsini demişdir. Bundan sonra Elgünün üzərində heç vaxt bıçaq görməmiş, hadisə günü də üzərində olmasından məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əsgərlikdən gəldikdən sonra dayısı Vəliş Qurbanovun xahişi ilə sonuncunun yanında fəhlə işləmişdir. 23 fevral 2022-ci il tarixdə təqribən saat 10 radələrində onlar işləmək üçün evdən çıxıb işə getmişlər. Həmin vaxt digər iş yoldaşları Ələkbərov Qabil, dayıları Qurbanov Vəliş, Qurbanov Kəriş və qardaşı Oruczadə Rövşən də birlikdə olmuşdur. Həmin gün onlar işlərini yekunlaşdırıb təqribən saat 18 radələrində yaşadığı evə çatdıqda, dayısı Vəliş onları çay içmək üçün evə dəvət etmişdir. Birlikdə evin həyətində darvazadan içəri daxil olduqda sol tərəfdə yerləşən stolun başında əyləşmiş, bir qədər sonra bibisi çay gətirmişdir. Onlar həmin vaxt həyətdə çay içə-içə iş yoldaşları ilə görəcəkləri işlər barədə danışmışlar. Təqribən 10 dəqiqə sonra darvazanın çölündən mərhum dayısı oğlu Elgünün səsinin gəlməyə başladığını eşitmişdir. Elgün iki dəfə yüksək səslə “ay mama” deyə qışqıraraq darvazanın qapısından içəri daxil olmuş, həyətdə oturduqlarını görüb onlara tərəf gedərək həyəcanlı səslə vurulduğunu deyib yerə yıxılmışdır. Dayısı Vəliş dərhal Elgünə yaxınlaşıb paltarını yuxarı qaldırıb bədəninə baxmış, həmin vaxt Elgünün döş qəfəsi nahiyəsindən 2 ədəd bıçaq zərbəsi aldığını görmüşdür. Dayısı Elgündən hadisənin necə baş verdiyini və kim tərəfindən vurulduğunu soruşduqda, Elgün dayısıgilə həmin adamın küçədə olduğunu bildirmiş və dərhal küçəyə çıxarkən həmin vaxt evin qarşısındakı küçə ilə bir nəfər qara şalvar, qara köynəkli və orta boylu tanımadığı şəxsin gəldiyini görmüşdür. Həmin şəxs küçənin ortası ilə sağa və sola baxa-baxa iti yerişlərlə onlara tərəf hərəkət etmiş, lakin həmin tanımadıqları adam onları görən kimi küçə ilə kəsişmədə olan ara yoldan qaçıb uzaqlaşmağa başlamışdır. Bundan sonra qardaşı Rövşənin həmin şəxsin arxası ilə qaçdığını görüb dərhal o da eyni istiqamətdə onların arxası ilə qaçmağa başlamış, lakin həmin tanımadıqları şəxsin arxası ilə qaçsalar da, tuta bilməmişlər. Daha sonra onlar yenidən birlikdə Elgünün yanına qayıtmış, evə çatan vaxt artıq dayısı X10 dostu Qabil ilə birlikdə Tərtər rayon mərkəzi Xəstəxanasına apardığını öyrənmişlər. Bir qədər gözlədikdən sonra qardaşı Rövşən Qabilin istifadəsində olan mobil telefona zəng edərək harada olduqlarını soruşmuş, danışıq zamanı Qabil Tərtər rayon Mərkəzi Xəstəxanasından çıxdıqlarını, yolda olduqlarını və Elgünün vəziyyətinin ağır olduğu üçün Bərdə Rayon Diaqnostika Xəstəxanasına apardıqlarını demişdir. Daha sonra qardaşı Rövşən bibisi Şahid1 təkidi ilə sonuncunu Bərdə Rayon Diaqnostika Xəstəxanasına aparmışdır. Təqribən bir neçə saat sonra dayısı oğlu Elgün Qurbanlının ölməsi barədə onlara məlumat verilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Tərtər şəhəri, 2 saylı məktəb-liseyinin on birinci sinfində oxuyur, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. İlkin sakit təbiətli, mehriban, hamı ilə yola gedən biri olmuş və məktəbdə oxuyan hər kəs tərəfindən müsbət şagird kimi xarakterizə olunmuşdur. 23 fevral 2022-ci il tarixdə məktəbə getdikdə Təqsirləndirilən şəxs dərsə gəlmədiyini görmüş, həmin gün bir neçə saat dərslərdə iştirak etdikdən sonra sinif yoldaşları vasitəsilə İlkinin Elgün adlı şəxsi bıçaqla vuraraq öldürdüyünə görə polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Lakin hadisənin hansı səbəbdən baş verməsi ona məlum olmamışdır. Təqsirləndirilən şəxsla həmin məktəbin onuncu sinif şagirdi Şahid2 hadisədən bir neçə ay əvvəl bir-birlərini sevməyə başladıqlarından İlkinin adam öldürdüyünə görə həbs olunduğunu bildikdə sonuncunun qətlə yetirdiyi və sonradan adının Elgün olduğunu bildiyi şəxsin fotoşəklini məktəbdə olarkən Əfsusa göstərmiş, Əfsus isə Elgünün şəklini gördükdən sonra tanıdığını, sonuncunun əvvəllər özünə sataşdığını bildirmişdir. Şahid4 ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bıçağının olduğunu bilməmiş və üzərində bıçaq gəzdirməsini görməmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 24 fevral 2022-ci il tarixdə, saat 11-12 radələrində işdə olarkən istifadəsində olan mobil telefonuna polis əməkdaşları zəng edərək oğlu Təqsirləndirilən şəxs Tərtər Rayon Prokurorluğuna aparıldığını bildirib onu da oraya çağırmışlar. O, dərhal işlərini yarımçıq qoyub rayon prokurorluğuna getmiş və orada olarkən məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs tanımadığı, sonradan adının Elgün Qurbanlı olduğunu bildiyi şəxsi bıçaqlayıb öldürməkdə şübhəli bilinmişdir. Sonra onun da iştirakı ilə İlkinin ifadəsi alınmış və ifadəsi alınarkən İlkin 23 fevral 2022-ci il tarixdə törətdiyi cinayəti, Elgün Qurbanlını öldürdüyünü etiraf edib peşman olduğunu bildirmişdir. Bundan sonra baş vermiş hadisə ona məlum olmuşdur. O, çoban işlədiyindən qohum-tanışların heyvanlarını otlağa apararaq 4-5 gün orada qalır. Bu səbəbdən 23 fevral 2022-ci il tarixdə, yəni hadisənin baş verdiyi gün də o, evdə deyil, işdə olmuşdur. Eyni zamanda, İlkin baş vermiş hadisə barədə evdə heç kimə məlumat verməmişdir. Bundan başqa, İlkinin özünə məxsus bıçağının olduğunu və bıçaq gəzdirdiyi barədə onun və ya ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Tərtər şəhəri, E.Mehdiyev küçəsində yerləşən X5 məxsus 11 nömrəli fərdi yaşayış evinə baxış keçirilmiş və darvazanın sağ tayının çöl və iç tərəfdən dəstəyinin qanabənzər ləkələrə bulaşdığı, həmçinin darvazanın yerə basdırılmış çərçivəsinin orta xəttindən içəridə, beton və çaylaq daşlarının üzərində 4 (dörd) yerdə qanabənzər ləkələrin və üzü aşağı istiqamətdə yerə düşmüş qara rəngli qol saatının olduğu müəyyən edilmiş, hadisə yerində olan şəxslərin və Elgün Qurbanlının atası Vəliş Qurbanovun deməsinə görə qol saatı mərhum Elgün Qurbanlıya məxsusdur, Vəliş Qurbanov bildirmişdir ki, 23 fevral 2022-ci il tarixdə, saat 18 radələrində oğlu Elgün Qurbanlı bıçaq zərbəsi alaraq yaralı vəziyyətdə evə gəldikdə sonuncuya kimin tərəfindən xəsarət yetirildiyini müəyyən etmək məqsədilə çölə çıxmış, bu zaman gənc yaşlarında, qaraşın, qara paltarlı bir nəfər əvvəllər tanımadığı, kişi cinsli şəxsin qaçaraq uzaqlaşdığını görmüş və həmin şəxsi tutmaq üçün ardınca qaçsa da, onu yaxalaya bilməmişdir. Hadisə yerinə baxış zamanı nömrələnmiş qanabənzər ləkələrdən 6 ədəd ayrı-ayrı zərflərdə pambığa hopdurulma üsulu ilə nümunələr və qara rəngli qol saatı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild 1, səh. 4-12). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 fevral 2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X4 meyitinin döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində- döş yan xətti üzrə Vİİ-Vİİİ qabırğalar arası nahiyədə 02 ədəd 2.3x1.1sm və 2.1x1.1 sm ölçüdə xəsarətlər vardır. Elgün Qurbanlının üzərində olan xəsarətlər kənarları hamar və hər iki ucu iti çəp köndələn istiqamətdə ı-yə bənzər formada açılmış yaralar hesab olunur. Meyitə baxış zamanı X6 məxsus 01 ədəd bozumtul rəngli, belində qanabənzər ləkə və diz qapaqlarında cırıqları olan alt tuman, 01 ədəd boz rəngli, belində “Baron” sözləri yazılmış və üzərində qanabənzər ləkələr olan tursik, 01 ədəd qara rəngli, qarşısı dəmir zəncirbəndlə bağlanan, döş qəfəsinin sol nahiyəsində “Philipp Plein” sözləri yazılmış və üzərində qanabənzər ləkələr olan uzunqol gödəkçə, eyni zamanda şalvarın sol cibində olan 14 manat məbləğində pul vəsaiti, 01 ədəd “Bakıkart” metro kartı və bir ədəd AA ******* nömrəli şəxsiyyət vəsiqəsi müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild 1, səh. 13-21). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 fevral 2022-ci il tarixli götürmə və baxış keçirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş və istintaqa könüllü şəkildə təqdim etdiyi 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli uzunqol kofta, 1 ədəd qara rəngli mayka, 1 ədəd qara rəngli şalvarı və 1 ədəd “Samsung” markalı mobil telefonu müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild 1, səh. 79-83). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 fevral 2022-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Tərtər şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında evin təhlükəsizliyinin təmin edilməsi məqsədilə quraşdırılmış iki fərdi müşahidə kamerası yolun hər iki istiqamətini müşahidə edir. Həmin kamera Tərtər şəhəri, E.Mehdiyev küçəsi istiqamətindən Tərtər şəhəri, C.Məmmədquluzadə küçəsinə gedən yolu müşahidə edir. Baxış zamanı 23 fevral 2022-ci il tarixdə, kameranın saatına əsasən saat 17:33:44-də (real saat 17:57:44) bir nəfər 16-18 yaşlarında, əynində bozumtul rəngli gödəkçə, göy rəngli şalvar, ağ rəngli ayaqqabı və qara rəngli çanta olan qadın cinsli şəxsin sol əlini üzünə tutaraq arxaya baxa-baxa gəldiyi və kameranın müşahidə dairəsindən çıxıb getdiyi görünür. Daha sonra 17:39:38-də (real saat 18:03:38) hər ikisinin əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı olan, qaraşın iki nəfər kişi cinsli şəxsin söhbət edərək yanaşı gəldikləri, həmin şəxslərdən birinin- sol tərəfdə irəliləyən şəxsin hər iki əlinin cibində, sağda irəliləyən digər şəxsin isə əllərinin çöldə, sərbəst şəkildə olduğu müəyyən edilir. Sağda irəliləyən şəxs kameraya tərəf yaxınlaşdıqda onun mərhum X8 olduğu müəyyən olunur. Onlar piyada halda, sakit tərzdə söhbət edərək həmin yoldan keçib müşahidə dairəsindən çıxırlar. Bir qədər sonra, 17:46:25-də (real saat 18:10:25) müşahidə kamerasının quraşdırıldığı fərdi yaşayış evinin qarşısında “Mercedes Benz E-class” markalı, boz rəngli, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayandığı, bundan 8 saniyə sonra isə həmin yoldan ağ rəngli, “Oka” markalı, dövlət qeydiyyat nişansız nəqliyyat vasitəsinin keçdiyi görünür. Saat 17:46:44-də (real saat 18:10:44) bir nəfər 45-50 yaşlarında, dolu bədən quruluşlu qadın cinsli şəxsin piyada halda C.Məmmədquluzadə küçəsi istiqamətində gəldiyi və kameranın quraşdırıldığı evlə üz-üzə yerləşən evə daxil olmaq istədiyi, darvazanın bağlı olduğunu gördükdən sonra qarşısında gözləməyə başladığı görünür. Bundan 2 dəqiqə sonra isə, saat 17:48:24-də (real saat 18:12:24) X4 tək halda sağ əlini sağ böyür nahiyəsinə tutaraq getdiyi istiqamətdən qaçıb gəldiyi, ondan təxminən 300 metr geridən isə təxminən 10 dəqiqə öncə birlikdə getdikləri şəxsin iti addımlarla gəldiyi, yuxarıda təsvir olunan qadının yanına çatdıqda aralarında qısa dialoqun baş tutduğu və dialoqun başa çatmasından dərhal sonra saat 17:49:13-də (real saat 18:13:13) həmin şəxsin qaçaraq uzaqlaşdığı görünmüşdür (iş vərəqə: cild 1, səh. 35-37). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 fevral 2022-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü özünün iştirakı ilə hadisə yerində videoçəkilişdən istifadə edilməklə yoxlanılmaqla dəqiqləşdirilmiş və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsini bir daha təsdiq etmişdir, istintaq hərəkətinin görüntülərini əks etdirən videoçəkiliş protokola əlavə edilmişdir (iş vərəqə: cild 1, səh. 86-88). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 fevral 2022-ci il tarixli Təqsirləndirilən şəxs ilə telefon danışığının əks olunduğu diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, polis əməkdaşı ilə Təqsirləndirilən şəxs telefon danışıqları baş tutmuş, söhbətin polis əməkdaşı tərəfindən qabaqcadan qeydə alınmağa başlandığı, hadisənin kimin tərəfindən və hansı səbəbdən törədilməsi barədə Təqsirləndirilən şəxs suallar verdiyi görünür. Telefon danışığı zamanı suallara cavab verən Təqsirləndirilən şəxs: “dedi ki, buradan keçib eləmə, yəni mənim evim var burda, dedim niyə keçmirəm, yoldur, qayıdıb məni vurmaq istədi, söyüş zad söydü. Mən də ki məcbur qaldım vurdum.” deyə bildirir. Polis əməkdaşının “bəs sən necə oldu ki, onunla görüşdün? O, zəng elədi, yoxsa sən?” sualına Təqsirləndirilən şəxs “yox, zəng eləmədik heç. Mən onu yaxından da tanımıram. Demirəmmi ki, bir küçə var idi, oradan keçirdim, məni arxadan çağırdı. Qayıtdı ki, bu küçəyə girmə. Başladı söyüş söyməyə, əl-qol atdı, mən də məcbur qaldım, ona görə.” - deyə cavab verir. Daha sonra səs yazısının 01:09-cu dəqiqəsində polis əməkdaşı “Axı siz mehriban söhbət edə-edə gedirsiniz. Kameraya düşmüsünüz” deyə bildirdikdə “Onda danışırdım onunla, sonradan başladı, əvvəlcədən onu tanımırdım. Birinci dəfə idi görüşürdüm. Yoldu, mənə deyirdi buralarda bir az gəzib eləyək. Dedim yaxşı da gəzək. Gəzib eləyəndən sonra birinci tutdu mənim boynumdan bir əli ilə, dedi ki, mən söz deyirəm məni başa düş. Yəni, ikinci dəfə deməyəcəm. Sonra vurmaq istəyirdi, belə oldu.” - deyə Təqsirləndirilən şəxs cavab verir. Daha sonra səs yazısının 02:21-ci dəqiqəsində təhsili ilə bağlı suallar verildikdə Təqsirləndirilən şəxs “hə oxuyuram, 11-də oxuyuram, dünən məktəbdə olmuşdum.” cavabını verir. “Neçə dərsiniz olub” – deyə polis əməkdaşı ondan soruşduqda səs yazısının 02:48-ci dəqiqəsində Təqsirləndirilən şəxs “bir dənə gözlə” deyə cavab verərək telefon danışığını başa çatdırır. Bundan sonra polis əməkdaşı otaqdakı şəxsə “cinayəti törədən şəxslə danışırdım, hər şeyi etiraf edir” deyə bildirir. Bununla da səs yazısı sonlanmışdır (iş vərəqə: cild 1, səh. 43-44). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Məhkəmə Tibbi Ekspertiza və X7” X14 Bərdə rayonlararası zona mərkəzinin 23 fevral 2022-ci il tarixli, 04 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər – döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthindən 8-ci qabırğanın kəsilməsi ilə qarın boşluğuna keçən 2 ədəd deşilmiş-kəsilmiş yara vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişlər, deşici-kəsici alətin (alətlərin) ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aidddirlər. X1 ölümünə səbəb qaraciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəməkimyəvi təhqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. X1 meyitinin bədəni üzərindəki xəsarətləri “özü-özünə” yetirməsi inandırıcı deyildir (iş vərəqə: cild 2, səh. 40-45). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin 19 aprel 2022-ci il tarixli, 242/82 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı xroniki ruhi psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyi dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konfliktlərin, problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi-emosional vəziyyətdə olmuşdur, bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur (iş vərəqə: cild 2, səh. 82-84). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2022-ci il tarixli, 6/1470 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X8 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X6 məxsus olduğu qeyd edilən gödəkçəsinin səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər (iş vərəqə: cild 2, səh. 46-51). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, meyitə baxış keçirilən zaman götürülmüş mərhum X6 məxsus 01 ədəd bozumtul rəngli alt tumanı, 01 ədəd boz rəngli tursik, 01 ədəd qara rəngli uzunqol gödəkçə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli kofta, 01 ədəd qara rəngli gödəkçə və 01 ədəd qara rəngli mayka, xx.xx.2022-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş 06 ədəd pambıqda hopdurulmuş qan ləkələri və 01 ədəd qara rəngli qol saatı maddi sübut kimi tanınmış və Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağın tapılması üçün zəruri hərəkətlərin davam etdirilməsi məqsədilə cinayət işindən material ayrılmışdır (iş vərəqə: cild 2, səh. 94-128). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 mart 2022-ci il tаriхli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 246). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 66-67). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 228-230). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Qaynaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild 1, səh. 225). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir və təqsirləndirilən şəxsin barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Elgün Qurbanlıya həmin bıçaq zərbələrini endirərkən sonuncunu öldürmək niyyətinin olmamasına dair ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun deyil və məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsini onun məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir”. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar qrupuna aid edilərkən, qanunvericilik həmin şəxslərin kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası daxilində, yetkinlik yaşına çatmayanlara cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, “Hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-nin 55.1-ci maddəsi), məhkəmə CM-nin 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələri Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də şəxs yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir”. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətsə də, hökm çıxarılan vaxt yetkinlik yaşına çatdığından ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 24 fevral 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Tərtər rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar - X6 məxsus 01 ədəd bozumtul rəngli alt tumanı, 01 ədəd boz rəngli tursik, 01 ədəd qara rəngli uzunqol gödəkçə, 01 ədəd qara rəngli qol saatı hüquqi varisi X5 qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli kofta, 01 ədəd qara rəngli gödəkçə və 01 ədəd qara rəngli mayka qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılmalı, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 06 ədəd pambıqda hopdurulmuş qan ləkələri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 218 (iki yüz on səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 24 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar – Tərtər Rayon Prokurorluğunda saxlanca verilmiş - X6 məxsus 01 ədəd bozumtul rəngli alt tumanı, 01 ədəd boz rəngli tursik, 01 ədəd qara rəngli uzunqol gödəkçə, 01 ədəd qara rəngli qol saatı hüquqi varisi X5 qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli kofta, 01 ədəd qara rəngli gödəkçə və 01 ədəd qara rəngli mayka qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılsın, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 06 ədəd pambıqda hopdurulmuş qan ləkələri məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 218 (iki yüz on səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar