Məhkəmə qərarları › İş №1(100)-305/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-305/2023

28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-305/2023 28.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Ozan küçəsi, ev 51-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin təxminən sentyabr ayının, dəqiq bilmədiyi tarixində onun əvvəllər sevgi münasibətində olduğu, hazırda isə Zərərçəkmiş şəxs qeyri rəsmi ərarvad münasibəti olduğu Şahid4 yanında Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deməsinə görə, hansı səbəbə onun ünvanına nalayiq söyüşlər işlətməsini aydınlaşdırmaq məqəsdi ilə zərərçəkmiş şəxsin təkidi ilə hadisə baş verdikdən bir ay sonra, yəni 17 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Solo” mağazasının qarşısında görüşüb aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özündə olan və soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən zərbə vuraraq sonuncuya qarının sol yan səthinin bir ədəd daxilə keçən piyliyin eventerasiyası və nazik bağırsağın yaralanması ilə müşayət olunan deşilmişkəsilmiş yarası ilə müşahidə olunan həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs özünü həmin cinayət hadisəsində tam təqsirli bildiyini deyərək ifadəsində göstərmişdir ki, valdeyinləri ilə birlikdə Gəncə şəhəri Oğuz küçəsi ev 51-də yaşayır. Qeyri-rəsmi olaraq fərdi əmək kimi “Al çiçəyim” gül dükanında florist (gül yığan) işləyir. Müqaviləsiz təxminən 5 ildir ki, gül dükanında işləyir. Rufan adlı şəxsi təxminən 3-4 ildir ki, tanıyır. Rufan ilə bir məktəbdə oxumuş, Rufan ilə yaxın münasibəti olmamışdır. Sadəcə Rufan ilə salam-sağolu olmuşdur. Nigar adlı qızla onun arasında uzun müddətli sevgili münasibəti olmuşdur. Hadisədən təxminən 1 ay əvvəl Nigardan ayrılmış, Nigardan ayrılan ərəfədə Rufan Nigarla münasibət qurmuşdur. Lakin dost və ya sevgili olduqları barədə heç bir fikri olmamışdır. Hadisədən təxminən 20-25 gün əvvəl Nigar yaşadığı küçədə divara ona sataşmaq məqsədi ilə onun və öz adının baş hərflərini yazdığını zəng edərək demişdir. O da işdən çıxıb küçəyə gedəndə həmin yazıları görmüşdür. Rufanı orada görəndə onun anasını və kişiliyini söymüşdür. Nigar da Rufanın idarə etdiyi markasını görmədiyi avtomobilə minib qaçmışdır. Bir ay müddətində də nə Nigarla nə də ki, Rufanla əlaqə saxlamamışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Rufan ***-***-**-** mobil nömrəsindən ona zəng edərək, görüşmək istədiyini demişdir. O da Rufana işdə olduğunu demişdir. Təxminən 3-4 dəqiqə sonra Rufan və Arif işlədiyi dükanın qarşısına gəlmiş, Rufan və Ariflə söhbət edə-edə “Furor” restoranı istiqamətindən üzü manqal kabab fast food evi istiqamətinə getmişlər. Rufan və Arif aqressiv şəkildə ondan nalayiq ifadə işlətməyinə aydınlıq gətirməyini istəmişdir. O da demişdir ki, bu söhbət bir ay əvvəl olub, bu müddət ərzində nə üçün gəlməyib?! Bu zaman Rufan yenə də təkrar olaraq ondan soruşmuşdur ki, nə səbəbə bir ay əvvəl anasının ünvanına söyüş söymüşdür. Söhbət əsnasında Rufan gözləmədiyi anda yumruqla onun sifət nahiyəsinə bir dəfə vurmuşdur. O da qarşılıq verərək Rufana yumuruq atmışdır. Həmin vaxt yanlarında olan Rufanın qardaşı Arif arxadan “Manqal kababçı” adlı obyektin qarşısından vedrə götürüb onun başına atmışdır. Həmin vedrə baş nahiyəsinə dəymişdir. Sonra hər ikisi onu yerə yıxaraq təkləyib əl və ayaqları ilə döyməyə başlamışlar. Bundan sonra o da, sağ cibində olan bıçaqla üzərində uzanıqlı vəziyyətdə olan Rufanın sol yan tərəfinə bir dəfə vurmuşdur. Bu zaman ətrafda olan tanımadığı şəxslər və müdiri Xalid onları aralamışlar. Sonra Rufan və Arif çıxıb getmişlər. O da dükana gedib su içmişdir. Sonra heç kimə heçnə demədən evə getmişdir. Səhəri günü dava-dalaş etməyi və bir nəfər şəxsi bıçaqla vurmağına görə Nizami polis idarəsinə gəlmiş və baş vermiş hadisəni olduğu kimi polislərə danışmışdır. Polis idarəsində ona məlum olmuşdur ki, dünən bıçaqla vurduğu Rufan xəsarət alaraq Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına müraciət etmiş və əməliyyat olunmuşdur. Vurğulayır ki, Rufana cəmi bir dəfə bıçaqla vurmuşdur. Rufanı bıçaqla Gəncə şəhər H.Əliyev prospektində yerləşən Manqal kababçı adlı obyektin arxasında, “Solo” mağazasının qarşısında vurmuşdur. Aralarında dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxt yanlarında tanımadığı 10-15 şəxs və müdiri Xalid olmuşdur. O, hadisə zamanı həyəcanlı olduğu üçün konkret olaraq oraya toplaşan şəxsləri tam xatırlaya bilmir. Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər ədavət olmamışdır. Rufan və Arifi həmyerli kimi tanıyır, onlarla ədavəti, düşmənçiliyi və ya qohumluğu olmamış, əksinə həmyerli kimi normal münasibəti olmuşdur. Sonuncuların onu döymələri ilə bağlı bağlı şikayət və tələbi yoxdur. Məhkəmənin diqqətinə çatdırır ki, tutduğu əməldən olduqca peşmandır. Buna görə hə gün özünü öz vicdanı qarşısında mühakimə edir. Zərər çəkmiş Zərərçəkmiş şəxsla barışmış, ondan üzr istəmiş, tibbi xidmətlərə görə ödənilmiş bütün məsrəfləri tamamilə ödəmişdir. Cavan olmasının, zərərçəkmiş şəxslə barışmasının, Zərərçəkmiş şəxsla razılıq əldə etməsinin nəzərə alınmasını məhkəmə heyətindən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, valdeyinləri ilə birlikdə Gəncə şəhəri, A.Əhmədov küçəsi ev 8-də yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ehtiyaclarını qarşılamaq üçün fərdi əməklə məşğul olub maşın ustası işləyir. Gəncə şəhəri, Ozan küçəsi ev 51-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər bir şəhər sakini kimi tanımış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Hadisədən Təxminən 10-15 gün əvvəl dostluq etdiyi Şahid4 ona zəng edərək harada olduğunu demiş, o da “95 saylı aptekin” qarşısında olduğunu demişdir. Sonra Nigar onunla görüşmək istədiyini demiş və razılaşmışlar ki, icra hakimiyyətinin qarşısındakı meydanda görüşsünlər. O, da həmin yerə getmiş, bir qədər gözləmiş, lakin Nigar gəlmədiyini görüb ona zəng etmiş, Nigar da ona demişdir ki, əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs onun adının baş hərifini, eləcədə ona sevgi sözlərini küçələrinin divarına yazmış, həmin yazıları silir. Nigar onu da həmin yerə dəvət etdiyi üçün dostu Kamilin idarə etdiyi qırmızı rəngli VAZ-2106 markalı avtomobillə həmin yerə getmişdir. Onlar avtomobillə Unvermağın arxasındakı “Ozan” küçəsi ilə üzü Tantuni fast fast evi istiqamətində gedən zaman Nigarın yol ilə getdiyini görmüş və maşını saxlayıb onu da maşına mindirmişlər və Unvermaq istiqamətində gedib işıqforun qırmızı işığında dayanmışlar. Bu zaman arxadan gələn qırmızı rəngli dövlət nömrə nişanını xatırlamadığı VAZ-2107 markalı avtombil o olan avtomobilin yanında dayanmış, bu zaman avtomobilin qabaq sərnişin yerindən qiyabı tanıdığı Davud adlı şəxs onun anasının ünvanına nəlayiq küçə söyüşü işlədib avtomobillə oradan uzaqlaşmışdır. O, dostu Kamilə həmin avtomobilin arxasında sürməyini desə də, dostu Kamil ona sakit olmağını və həmin şəxsi tapıb özü söhbət edəcəyini demişdir. Sonra dostu Kamil onu və X7 qəsəbəsinə düşürmüşdür. Bir neçə gün sonra Davud ona zəng edib onunla işi olduğunu və onunla görüşmək üçün onu Yeni Gəncə qəsəbəsinə çağırmış, həmin yerə getsədə Davud oraya gəlməmişdir. Davudun onun anasına heç bir səbəb olmadan söyüş işlətməsi ona pis təsir etdiyi üçün bunun səbəbini ondan soruşmaq məqsədi ilə qardaşı Ariflə birlikdə xx.xx.2022-ci il tarixdə Davudun işlədiyi, H.Əliyev prospektində yerləşən gül mağazasına gedib onu çölə çağırmışlar və sonra söhbət etmək məqsədi ilə üzü Manqal dönər adlı obyektə tərəf piyada getmişlər. Yol getdikcə Davuda bir neçə gün əvvəl nə səbəbə onun anasının ünvanına söyüş söyməsinin səbəbini soruşmuşdur. Davud da ona demişdir ki, nə üçün bir ay əvvəl olan hadisəyə görə indi gəlir?! Hadisə indimi yadına düşüb ?! Buna baxmayaraq yenə ondan nə səbəbə onun anasının ünvanına söyüş söyməsinin səbəbini soruşduqda Davud aqressiv cavab vermiş, buna görə Davudla dalaşmış, davanın gedişində Davud cibindən tiyəsi və dəstəyi uzun bir bıçaq çıxarıb ona tərəf tutmuşdur. Bunu görüb qorxmamış və heç bir yerə qaçmamışdır. Həmin vaxt Davudun onun sol böyür nahiyyəsinə bıçaqla vurduğunu hiss etdiyi üçün əli ilə bir neçə dəfə onun sifət və baş nahiyəsinə vurmuşdur. Davud tərəfindən bıçaqla vurulmağını görən qardaşı Arif yaxınlıqdan vedrə götürüb Davudun başına tərəf atmışdır. Sonra səsə-küyə ətrafa toplaşmış tanımadığı çoxlu sayda şəxslər onları aralamışlar və qardaşı ilə o oradan uzaqlaşmışdır. O, Davud tərəfindən bıçaqla vurulduğu və özünü pis hiss etdiyi üçün qardaşı ilə birlikdə təcili tibbi yardım xəstəxanasına getmiş və həmin xəstəxanada həkimlər onu əməliyyat etmişlər. Davud onu bıçaqla Gəncə şəhər H.Əliyev prospektində yerləşən Manqal kababçı adlı obyektin arxasında, “Solo” mağazasının qarşısında vurmuş, aralarında olan dava-dalaş 2-3 dəqiqə davam etmişdir. Davud ona xəsarət yetirən zaman yanlarında tanımadığı 10-15 şəxs olmuşdur. O, hadisə zamanı həyəcanlı olduğu üçün konkret olaraq oraya toplaşan şəxsləri xatırlaya bilmir. Təqsirləndirilən şəxsla aralarında əvvəllər ədavət olmamış, yalnız əvvəllər onun münasibətdə olduğu Nigar adlı qadın hal-hazırda onunla qeyri-rəsmi ər-arvad kimi yaşamışdır.Buna görə Davud hadisədən təxminən 10-15 gün əvvəl anasının ünvanına söyüş söymüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, baş verən hadisədən olduqca üzgündür. Buna görə Davudla barışmış, Davud ondan üzr istəmiş, tibbi xidmətlərə görə ödənilmiş bütün məsrəfləri tamamilə ödəmişdir. Davudun cavan olmasının, onunla razılıq əldə etməsinin nəzərə alınmasını məhkəmə heyətindən xahiş edir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş Şahid4 tanışı və həmyerlisi olan Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu ifadəni tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Samux rayonu İnstitut qəsəbəsində yaşayır. O “Al Çiçəyimdə” gülçü çalışır. Həmin dükan onların ailəsinə məxsusdur. Təqsirləndirilən şəxs onlara məxsus “Al çiçəyim”də 3 gündür ki, işləyir. X6 Respublikasına getməzdən əvvəl 2018-ci il tarixdən 2020-ci il tarixədək Al çiçəyim adlı mağazada işləmişdir. Onun Davud ilə yaxşı münasibəti vardır. Davud işçi kimi də insan kimi yaxşı biridir. O, Davudu həmin vaxtdan tanıyır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o dükanda çay içirmiş. Həmin vaxt Davudun çölə çıxmağını görməmişdir. O dükandan çölə çıxanda görmüşdür ki, “Solo” paltar mağazasının qarşısında Davud tanımadığı şəxslərlə dalaşır. Həmin vaxt orada təxminən 20-25 nəfər adam toplaşmışdır. Həmin vaxt o da oraya yaxınlaşmışdır, Davudu və onunla dalaşan şəxsləri orada olan tanımadığı şəxslərlə birlikdə aralamışdırlar. Sonra o dükana qayıtmışdır. Bir qədər sonra Davud da dükana gəlmişdir və onda yol pulu üçün 10 manat alıb evə getmişdir. O həmin vaxt Davudun bıçaqla hadisə törətdiyini bilməmişdir. Davud gedəndən sonra eşitmişdir ki, Davud adam bıçaqlayıb. O Davudun adam bıçaqlamasının şahidi olmamışdır. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, “Al Çiçəyimdə” sürücü işləyir. Təqsirləndirilən şəxs “Al çiçəyim”də gülçü kimi onunla birlikdə işləyir. Davudu hadisədən təxminən 1 ay əvvəl tanımışdır. Davud ilə yaxşı münasibəti vardır. Davudla aralarında hər hansı bir ədavət, narazılıq və ya düşmənçilik olmamışdır. Davud işçi kimi də insan kimi yaxşı biridir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində dükanda olan zaman siqaret çəkmək üçün çölə çıxmışdır. Həmin vaxt Davudun kim tərəfindən çağırıldığını və çölə çıxmağını görməmişdir. O, dükandan çölə çıxanda görmüşdür ki, “Solo” paltar mağazasının qarşısında Davud tanımadığı şəxslərlə dalaşır. Həmin vaxt orada təxminən 20-25 nəfər adam toplaşmışdır. O, dərhal Davudun yanına getmiş, Davudu və onunla dalaşan şəxsləri orada olan tanımadığı şəxslərlə birlikdə aralamışlar. O, Davudun əlindən bıçağı alıb kənara çəkmişdir. Davud həmin an çox aqressiv və əsəbi olmuşdur. Davud ondan bıçağı tələb etmişdir. O isə Davud əsəbi olduğu üçün bıçağı onun özünə qaytarmamışdır. Lakin Davudun dava etdikləri şəxslər çıxıb getdikdən sonra Davuda bıçağı qaytarıb vermişdir. Sonra o, dükana qayıtmışdır. Davudun çıxıb getməsindən xəbəri olmamışdır. O, həmin vaxt Davudun bıçaqla hadisə törədərək kimisəni bıçaqlamasının şahidi olmamışdır. Davud gedəndən sonra eşitmişdir ki, Davud adam bıçaqlamışdır. Təqsirləndirilən şəxs 2 nəfər şəxslə dava etmişdir. Təqsirləndirilən şəxs dava etməsinin səbəbini bilmir. Çünki ona maraqlı olmadığından Davuddan maraqlanmamışdır. O, Təqsirləndirilən şəxs dava etdiyi şəxsləri tanımır. Təqsirləndirilən şəxs dava zamanı əlindən aldığı bıçaq iri ölçülü olmayan, qara rəngli, açılıb-qatlanan bıçaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, Şahid2 ifadəsində göstərmişdir ki, fərdi əmək kimi köşkdə satıcı işləyir. Davud onunla qonşuluqda yaşayır və uşaqlıq dostudur. Davudla çox yaxşı münasibəti vardır. 2022-ci ilin sentyabr ayında ona Davuddan zəng gəlmiş, ona demişdir ki, sifariş var gül aparmaq lazımdır. O, arada Davuda gül sifarişlərini aparmaqda köməklik edir. Davudun yanına idarə etdiyi tünd albalı rəngli, VAZ-2107 markalı, **-EP-*** d.q.n avtomobillə getmişdir. O, Davudu götürüb sifariş verilən ünvana getmişdir. O, Universamın işıqforunda qırmızı işıqda dayanan zaman nauşniklə müştəri ilə telefonda danışmış, bu zaman Davud yanınddakı VAZ-2106 markalı avtomobilin tanımadığı sürücüsü ilə danışmış, lakin qulağında nauşnik olduğu, həmdəki fikri müştəridə olduğu üçün Davudun həmin sürücü ilə nə mövzuda danışmasını eşitməmişdir. Sonra hərə öz yolu ilə getmişdir. Təxminən 1 ay sonra eşitmişdir ki, Davud adı ona sonradan məlum olan Rufan adlı şəxsə bıçaqla xəsarət yetirmişdir. Lakin o, davanın nə üstündə baş verməsindən məlumatı yoxdur. Həmin vaxt o, davada olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 oktyabr 2022-ci il tarixli “təqsiriləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 oktyabr 2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla ilə barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə olan cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 mart 2023-cü il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdə özü könüllü olaraq istintaqa gəldiyi üçün barəsində Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə olan cinayət işinin icraatı təzələnmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 oktyabr 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edib əlində olan bıçaqla vuraraq xəsarət yetirdiyi yerə, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Sola” mağzasının qarşısına baxış keçirilərək şəkilləri çəkilmiş, baxış zamanı hadisə yerindən qana bənzər ləkələr və bir ədəd qara rəngli, açılıb-qatlanan bıçaq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 oktyabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, ifadəsini hadisə yerində əyani olaraq bir daha təkrarlayaraq Zərərçəkmiş şəxs harada bıçaqla vurmasını əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 oktyabr tarixli “paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka və 01 ədəd qara rəngli qolsuz gödəkcəyə baxış keçirilərək götürülmüş, baxış zamanı 01 ədəd qara rəngli cins şalvarın arxa sol hissəsində 01 ədəd kəsilmiş-cırılmış hissə, 01 ədəd ağ rəngli maykanın sol yan tərəfində 02 ədəd kəsilmiş-cırılmış hissə və qana bənzər ləkələr, arxa kürək hissəsində 01 ədəd kəsilmiş-cırılmış hissə və 01 ədəd qara rəngli qolsuz gödəkcənin arxa kürək hissəsində kəsilmiş-cırılmış hissə olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 oktyabr 2022-ci il tarixli “təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, İstintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əlində olmuş və zərərçəkmiş Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçağa baxış keçirilərək götürülmüş, həmin bıçağın qara rəngli olması, açılıb-qatlanan olması, üzərində remenə asılmaq üçün halqası və üzərində alminum rəngdə nöqtələr olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 mart 2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İstintaq zamanı Gəncə şəhər H.Əliyev prospektində yerləşən Manqal kababçı adlı obyektin arxasında, “Solo” mağazasının qarşısına quraşdırılmış müşahidə kamerasından hadisə yerinə baxış zamanı götürülmüş və 01 ədəd diskdə olan videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, biri ağ rəngli, digər isə boz rəngli gödəkcə geyinmiş üzləri nazik tüklü, arıq bədən quruluşlu 02 nəfər şəxs söhbət edə-edə, daha sonra bir-biriləri ilə mübahisə edə-edə “Ağ Çiçəyim” gül mağzasının yanından üzü “Manqal” dönər dükanına tərəf gəlir, sonra onların arxası ilə bir nəfər şəxs qara gödəkcə geyinmiş, üzü seyrək tüklü, arıq bədən quruluşlu şəxs gedir, daha sonra dolu bədən quruluşlu, qara rəngli paltar geyinmiş digər bir nəfər şəxs qaça-qaça gəlir. Bir qədər sonra boz rəngli gödəkcə geyinmiş şəxslə ağ köynək geyinmiş şəxs bir-biriləri ilə dalaşa-dalaşa, bir-birilərini vura-vura “Manqal” dönərin arxasına gəlir, ağ rəngli gödəkcə geyinmiş şəxsin əlində kəsi bir alət olması müşahidə edilir, bu zaman bir nəfər şəxs qara gödəkcə geyinmiş, üzü seyrək tüklü, arıq bədən quruluşlu şəxs yerdən vedrə götürüb ağ rəngli gödəkcə geyinmiş şəxsin başına vurur, həmin vaxt ətrafa xeyli sayda şəxslər toplaşır və həmin mübahisə edib dalaşan şəxsləri sakitləşdirib aralayırlar. Bundan sonra mübahisə baş çatır. Diskə baxış keçirilməsi ilə əlaqədar tərəfimdən protokol tərtib edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-tibb ekspertizasının 01 noyabr 2022-ci il tarixli 1974 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – qarının sol yan səthinin bir ədəd daxilə keçən piyliyin eventerasiyası və nazik bağırsağın yaralanması ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə yetirilmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-kriminalistik eskpertizasının 05 dekabr 2022-ci il tarixli 553- 2022/MTKŞ nömrəli rəyindən görünür ki, təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkcənin arxa səthinin sol yarısında, cins şalvarın bel nahiyəsinin sol yarısında və arxa səthinin sol yarısında, qolsuz maykanın sol yan nahiyəsində deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmiş, Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkcə, mayka, cins şalvar) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətlərə malik alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Eləcə də təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-bioloji ekspertizasının 22 noyabr 2022-ci il tarixli 693/2022- MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrup göstəricisi: O (İ) ( şəxsiyyət vəsiqəsinin ksero sürətinə əsasən) Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka və bir ədəd cins şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tətqi edildikdə yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri O alfa, beta (İ) qruplu şəxsə, o sümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Eləcə də ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz jilet üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-psixiatrik ekspertizasının 18 noyabr 2022-ci il tarixli 705 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərkətlərini qiymətləndirmək, hərəklərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri İcra Hakimiyyətinin 2 nömrəli SİƏD üzrə nümayəndəliyindən alınmış 03 aprel 2023cü il tarixli, 1041 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli 5919 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Publik Hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialının 23 iyun 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkolji Dispanseri tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli 1698 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkolji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 noyabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notoriat qaydada təsdiq olunmu ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tamamilə ödəmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Buna görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka və 01 ədəd qara rəngli qolsuz gödəkcə, eləcədə hadisə zamanı Təqsirləndirilən şəxs əlində olmuş qara rəngli, açılıb-qatlanan, üzərində remenə asılmaq üçün halqası və üzərində alminum rəngdə nöqtələr olan cib bıçağı cinayət işi üzrə maddi sübut kimi, hadisəni özündə əks etdirən 01 ədəd disk isə sübut növü kimi tanınmış və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, könüllü gəlib təqsirini boynuna almasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 oktyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, 20 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, bu iş üzrə iki gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, könüllü gəlib təqsirini boynuna almasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, 2-ci qrup əlil olmasını nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka və 01 ədəd qara rəngli qolsuz gödəkcə, eləcədə hadisə zamanı Təqsirləndirilən şəxs əlində olmuş qara rəngli, açılıb-qatlanan, üzərində remenə asılmaq üçün halqası və üzərində alminum rəngdə nöqtələr olan cib bıçağı cinayət işi üzrə maddi sübut kimi tanınmış, hadisəni özündə əks etdirən 01 ədəd disk isə sübut növü kimi tanınmış və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka və 01 ədəd qara rəngli qolsuz gödəkcə, qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs əlində olmuş qara rəngli, açılıb-qatlanan, üzərində remenə asılmaq üçün halqası və üzərində alminum rəngdə nöqtələr olan cib bıçağı məhv edilməli, hadisəni özündə əks etdirən 01 ədəd disk isə sübut növü kimi tanınmış və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka və 01 ədəd qara rəngli qolsuz gödəkcə, qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs əlində olmuş qara rəngli, açılıb-qatlanan, üzərində remenə asılmaq üçün halqası və üzərində alminum rəngdə nöqtələr olan cib bıçağı məhv edilsin, hadisəni özündə əks etdirən 01 ədəd disk isə sübut növü kimi tanınmış və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar