Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-305/2024 21.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X3 və Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə rayonu, Kələntərli kəndində yaşamış və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 11 iyun 2023-cü il tarixdə saat 01 radələrində kirayə yaşadığı Bərdə rayonu, Kələntərli kəndində yerləşən fərdi yaşayış evinin həyətində həyat yoldaşı X1 bibisi oğlu Zərərçəkmiş şəxs ilə təxminən 2 saat əvvəl aralarında baş vermiş telefon danışığı zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı əvvəlcədən özü ilə götürdüyü zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ hissəsinə qəsdən 1 (bir) dəfə zərbə endirərək, Zərərçəkmiş şəxs qarnının sağ yan divarının daxilə keçən bir ədəd kəsilmiş-deşilmiş yarası, qara ciyərin və yoğun bağırsaq qaraciyər əyriliyinin zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan, dərəcəsinə görə törənmə anında insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmin cinayət hadisəsinin onun tərəfindən törədildiyini təsdiq edən təqsirləndirilən şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ilkin ifadəsini, yəni məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edir və əlavə deyiləcək sözü yoxdur. Daha sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadının bibisi oğludur. Onun anası ilə Ayxanın anası arasında narazılıq olmuşdur. Ayxanın anası ona zəng edib təhqiramiz sözlər işlətmişdir, o isə anası ilə aralarında olan mübahisəyə qarışmadığını və mübahisəni özlərinin həll etməli olduqlarını demişdir. Bu zaman Zərərçəkmiş şəxs telefonu anasından götürüb onunla mübahisə etməyə başlamışdır. Onun Ayxanla arasında narazılıqlar yaranmışdı. Ayxan telefonda ona söyüş söymüşdür. 11 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs anası və başqa iki nəfər şəxslə onun yaşadığı evinə gəlmişlər. O, üst geyimini geyinənədək qapını oğlu açmışdır. Həmin vaxt Ayxan içkili olmuşdur. Ayxanın içkili olduğunu bilsəydi sonuncu ilə mübahisə etməzdi. O, qapıya çıxanda əlində bıçaq olmuşdur və əlindəki bıçağı Ayxana atmış, bıçaq Ayxana dəymişdir. Bıçaq onun sol əlində olmuşdur, çünki xəstəliyi ilə əlaqədar sağ əlini yaxşı tərpədə bilmir. Əvvəlcə Ayxan ona baş zərbəsi vurmuşdur, o isə Ayxana bıçaq zərbəsi yetirmişdir. O, Ayxana xəsarət yetirdikdən sonra sonuncu avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Törətdiyi əməldən çox peşmandır. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, özünü ona görə qismən təqsirli bilir ki, Zərərçəkmiş şəxs gecə vaxtı onun yaşadığı evə gəlmiş, ona başla zərbə vurduğu üçün əsəbləşdiyindən və onun qarşısını almağa fiziki gücü çatmadığı üçün bu cinayət hadisəsini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi daha təfərrüatlı ifadələri elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən daha təfərrüatlı verdiyi ifadələrindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. O, Bərdə rayonu, Kələntərli kəndində ailə üzvləri ilə birlikdə yaşamış, evlidir və üç övladı var. Hazırda anadan gəlmə paralic xəstəliyi vardır, rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləlik edərək ailəsini dolandırmışdır. Arvadı Əfsanənin bibisi oğlu Zərərçəkmiş şəxs ilə əvvəllər arasında nifaq və münaqişə olmamış, təxminən bir neçə ay bundan qabaq həyat yoldaşı Əfsanə ilə ailə münaqişəsi zəminində mübahisə etdiyi üçün Əfsanə uşaqları ilə birlikdə Ayxanın anası ilə Bərdə şəhəri, H.Əliyev prospektində kirayədə yaşamağa başlamışdır. X9 şəhərində yerləşən "555" adlı kafedə tanış olduğu Aytən adlı qadını arvadı ilə eyni evdə saxladığını öyrənmiş, buna görə Ayxan ilə dalaşaraq ailəsini Bərdə rayonu, Kələntərli kəndinə aparmışdır. 10 iyun 2023-cü il tarixdə günorta saatlarında Ayxanın anası Aygün onlara qonaq gələndə anası Rənanın onun mobil telefonuna atdığı səsi eşitmiş, həmin səsdə anası Rəna ona Aygünün nə səbəbə serebral iflic olan övladının təqaüd kartını qaytarmadığını dediyi eşidilmişdir. Həmin səsi də onun mobil telefonu övladlarının əlində olarkən Aygün eşitmiş, həmin gün Aygün ona zəng edərək, anası Rənanın nə səbəbə elə səs göndərməsini dedikdə Aygünə "mənə niyə deyirsən, özünüz anamla danışın" deyə cavab vermişdir. Həmin vaxt Aygünün yanından oğlu Ayxanın səsi gəlmiş, Ayxan onun ünvanına nalayiq ifadə işlətmişdir. O da Ayxana "sən nətər kişilikdən danışırsan ki, pozğun qadını gətirib öz ailəndə saxlayırsan?" deyə cavab vermiş, bundan sonra Ayxanın ünvanına, Ayxan da onun ünvanına nalayiq ifadələr işlətmişdir. 11 iyun 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı ünvanda - Bərdə rayonu, Kələntərli kəndində yerləşən kirayədə yaşadığı evdə mətbəxdə bıçaqla iş görərkən qəfildən qapının döyüldüyünü eşitmiş, mətbəxdən əlində bıçaq həyətə çıxan zaman oğlu Cavidin əlində taxta qapını açmağa çıxdığını görmüşdür. Oğlu Cavid gələnlərin Ayxan, anası Aygün və tanımadığı bir nəfər şəxs olduğunu görərək taxtanı qapının kənarına qoymuşdur. Ayxanın anası Aygün Cavidin əlində taxtanı götürüb, "dayının üstünə taxta ilə gəlirsən" deyib oğlu Cavidin üz nahiyəsinə sillə ilə vurmuş, bu zaman Aygünə "nə bilir dayısı gəlir" deyib nəyə görə Cavidi vurduğunu bildirmişdir. Həmin vaxt Ayxan onun ünvanına nalayiq ifadələr işlədə-işlədə üzərinə gəlmişdir. Ayxan onu yumruq və təpiklərlə vurduqda o, sol əlində olan bıçaq ilə Ayxanın sol qarın nahiyəsindən bir dəfə bıçaqla vurmuş, Ayxan bıçaq zərbəsindən sonra kənara çəkilmiş, bu zaman arvadı Əfsanə Ayxana "böyrün qanayıb" deyə qışqırmışdır. Ayxan, Ayxanın anası Aygün və onlarla gələn tanımadığı şəxs ona məxsus həyətdən çıxıb gəldikləri avtomobilə əyləşib yaşadığı ünvandan uzaqlaşmışlar. Hadisənin baş verməsinin səbəbi hadisədən bir saat əvvəl Ayxanın mobil telefonda onu söyməsi olmuşdur. Bıçağı polis əməkdaşlarına təqdim etmiş, hadisə zamanı heç bir xəsarət almamış, məhkəmə-tibbi ekspertizasından keçməkdən könüllü imtina etmişdir. Ayxanı öldürmək kimi bir məqsədi olmamış, sonuncunu qorxutmaq istəmiş, hadisə zamanı ətrafda sadaladığı şəxslərdən başqa heç kim olmamışdır (iş vərəqə: cild İ, səh. 45-47, 81-83). Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 11 iyun 2023-cü il tarixdə Bərdə rayonu, Muğanlı kəndində olub. O, yaşadığı evə daxil olan zaman anasının Təqsirləndirilən şəxsla telefonla mübahisə etdiyini və Təqsirləndirilən şəxs anasına söyüş söyməsini eşitmişdir. Təqsirləndirilən şəxs anasının ünvanına işlətdiyi söyüşdən qəzəblənərək anasına təkidlə Anargilə getməli olduqlarını bildirmişdir. Daha sonra anası, dosdu Şahid5 və o telefondakı mübahisəni aydınlaşdırmaq üçün birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döymüşdür, qapını Anarın oğlu və yoldaşı açmışdır. O, Anarı kənara çəkib anasına qarşı işlətdiyi söyüşün səbəbini soruşmuşdur. Anar əlləri ilə yaxasından tutmuşdur, bu zaman o, başı ilə Anarın üz nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmişdir. Üst-başı qan olmuşdur. Daha sonra avtomobilə əyləşərək xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, yaranmış mübahisə aralarında söyüş söyülməsi ilə başlanmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və onlar barışmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün oğlu Zərərçəkmiş şəxsla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə qonaq getmişdi. Orada olan zaman Anarın anası ilə onun arasında narazılıq yaranmışdır. Sonra oğlu Zərərçəkmiş şəxsla birlikdə evlərinə getmişlər. Həmin gün axşam saatlarında o, Təqsirləndirilən şəxs zəng edərək anasının düzgün etmədiyini bildirmişdir. Anarla arasında olan danışıqlar gərginləşdiyi üçün Anar ona söyüş söymüş, o da Anarı söymüşdür. Təqsirləndirilən şəxs telefonda ona söyüş söyən zaman oğlu Zərərçəkmiş şəxs evə daxil olmuş və Anarın onun ünvanına dediyi söyüşü eşitmişdir. Bundan sonra həmin gün 11 iyun 2023-cü il tarixdə saat təxminən bir radələrində oğlu Zərərçəkmiş şəxsla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Anar gilin evlərinə çatarkən o, Anara dava etmək məqsədilə gəlmədiklərini bildirmişdir, sonra oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla birlikdə kənara çəkilmişlər. Həmin vaxt onların arasında mübahisə yaranmış, oğlu Zərərçəkmiş şəxs başı ilə Təqsirləndirilən şəxs vurmuş, sonra Təqsirləndirilən şəxs sol əlində olan bıçaqla oğlu Zərərçəkmiş şəxs zərbə vurmuşdur. Həmin vaxt oğlu Ayxandan qan axmışdır. Daha sonra onlar avtomobilə əyləşib xəstəxanaya getmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Hadisə olan gün, yəni 11 iyun 2023-cü il tarixdə o, yaşadıqları evdə olmuşdur. Hadisə baş verməmişdən öncə qızının ad günü münasibəti ilə bibisi oğlu Zərərçəkmiş şəxs və bibisi onlara qonaq gəlmişdilər. Həmin vaxt qayınanası ilə bibisinin arasında mübahisə olmuşdur. Bibisi, yəni Zərərçəkmiş şəxs anası evlərinə getdikdən sonra telefon vasitəsilə mübahisəni davam etdirmişdir. Daha sonra gecə vaxtı bibisi, Ayxan və Ayxanın dosdu yaşadıqları evlərinə gəlmişlər. Hadisənin baş verməsini, yəni əri Anarın Ayxanı bıçaqla vurma anını o, görməmişdir. O, Anarla Ayxanın yanına gələrkən Ayxandan qan axdığını görmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 11 iyun 2023-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs evinə aparmasını demişdir. O, taksi fəaliyyəti ilə məşğul olduğu avtomobillə Zərərçəkmiş şəxs, anasını və Ayxanın dosdu Ceyhunu Təqsirləndirilən şəxs yaşadığı evə aparmışdır. O, hadisənin baş verməsini görməmişdir, belə ki, o, küçədə Ayxan gilin çıxmasını gözləyirmiş. Təxminən 5 dəqiqədən sonra Ayxan gil qapıdan çıxıb maşına əyləşmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs tərəfindən vurulduğunu və xəstəxanaya çatırmağını demişdir. Xəstəxanaya gedən zaman Ayxanın anası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək oğlu Ayxanın Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulması barədə məlumat vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. 11 iyun 2023-cü il tarixdə gecə saat təxminən on iki radələrində Zərərçəkmiş şəxs köynək götürmək üçün sonuncunun yaşadığı binanın qarşısına getmişdir. O, Ayxanla binanın həyətində söhbət edirmiş. Sonra Zərərçəkmiş şəxs ona köynək gətirmək üçün yaşadığı mənzilə getmişdir. Təxminən 20-25 dəqiqə sonra Zərərçəkmiş şəxs aşağı- binanın həyətinə düşmüşdür, ancaq əlində köynək yox idi. Ona köynəyi sabah verəcəyini bildirmişdir. O, evinə getmək istəyirmiş. Ayxanın anası ona “gəl bizimlə gedək, yolda düşərsən” demişdir. O, razılaşaraq onlarla birlikdə tanımadığı Rüfət adlı şəxsin maşınına minərək onlarla birlikdə getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatdıqda Ayxanla anası maşından düşüb həyətə daxil olmuşlar. Təxminən iki dəqiqə sonra o da maşından düşərək həyətə daxil olmuşdur. Həyətə daxil olan zaman Təqsirləndirilən şəxs oğlu Cavidlə salamlaşmışdır. Təxminən otuz saniyə keçməmiş həmin cinayət hadisəsi baş vermişdir. Şahid5 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Anar gilin həyətinə daxil olarkən Ayxanla Anar kənarda söhbət edirmişlər, bu vaxt Ayxan əli ilə qarnını tutmuşdur. O, həmin vaxt Ayxanın vurulduğunu bilmişdir. Sonra Ayxanla həmin taksiyə əyləşib xəstəxanaya getmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 iyun 2023-cü il tarixli “götürmə haqqında protokol”dan görünür Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli, üzərində qara zolaqlar olan köynək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 25). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 iyun 2023-cü il tarixli “götürmə aparılması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bir ədəd bıçaq götürülmüşdür (iş vərəqə: cild İ, səh. 52-55). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 iyun 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” istintaq hərəkətinin protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Bərdə rayonu, Kələntərli kəndində kirayə qaldığı evin darvazasından keçdikdən sonra içəridə olan hadisə yerini, Zərərçəkmiş şəxs bıçaq zərbəsi vurduğu yeri və hadisənin baş vermə mexanizmini göstərərək, verdiyi ifadəsini bir daha hadisə yerində göstərməklə təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 70-72). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 iyul 2023-cü il tarixli, 498 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- qarının sağ yan divarının daxilə keçən bir ədəd kəsilmiş-deşilmiş yarası, qara ciyərin və yoğun bağırsaq qaraciyər əyriliyinin zədələnməsi, daxili qanaxma deşiçi-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 127-129). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəmə-bioloji, trasoloji və soyuq silah ekspertizasının 07 avqust 2023-cü il tarixli, 374/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilmiş zədəni törədən alətin daxil olma səviyyəsində eni 1,1 sm-ə qədər olmuşdur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (iş vərəqə: cild İ, səh. 189-192). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəmə-bioloji, trasoloji və soyuq silah ekspertizasının 22 avqust 2023-cü il tarixli, 518/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrup göstəricisi: B(İİİ)-dir (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd qısaqol köynək üzərində insan qanı ləkləri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alındı. Bu qan ləkələri B (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 194-197). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 27 oktyabr 2023-cü il tarixli, 689 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq, o, cinayət hadisəsi törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər psixi xəstəliklər keçirməmişdir. Onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur (iş vərəqə: cild İ, səh. 226-228). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli, qara zolaqları olan köynək, bir ədəd mətbəx bıçağı maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 238-252). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 iyun 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 39). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 14 iyun 2023cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 12 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.90-94). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 sentyabr 2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən 07 ay 09 gün şərti olaraq vaxtından əvvəl cəzasından azad edilmişdir, bundan başqa o, Yevlax Rayon Məhkəməsinin 02 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2, 315.1-ci maddələri ilə 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, 30 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, daha sonra Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, həmin tələbnamədən və Yevlax Rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2022-ci il tarixdə həmin cəzasını çəkib qurtarmışdır (iş vərəqə: cild İ, səh. 143-145, 234). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh. 149-151). Cinayət işinin materiallarına əlavə edilmiş tibbi-sosial ekspert komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs sol yuxarı ətrafın inkişaf qüsuru, əzələ atrofiyası, sağ bazu oynağının açıcı və bükücü kontrakturası, sol yuxarı ətrafın funksiya pozğunluğu, sağ diz oynağının kontrakturası (DSMF məlumatlarına əsasən) diaqnozu ilə əlaqədar müddətsiz üçüncü dərəcəli əlildir (iş vərəqə: cild İ, səh. 152). Cinayət işinin materiallarına əlavə edilmiş tibbi-sosial ekspert komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs uşağı X4 uşaq serebral iflici, tetraparezlə diaqnozu ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqdır (iş vərəqə: cild İ, səh. 153). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: cild İ, səh. 209). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi müraciətlər daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 213). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, Zərərçəkmiş şəxs ona başla zərbə vurması və onun qarşısını almağa fiziki gücü çatmadığı üçün bu cinayət hadisəsini törətməsini göstərsə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi yuxarıda göstərilən və məhkəmə araşdırması zamanı tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla, həmçinin cinayət işinin faktiki halları ilə tamamilə təsdiq edilmişdir. Belə ki, cinayət işinin məhkəmə araşdırması zamanı iş üzrə şahidlərin, zərərçəkmiş şəxsin, hətta təqsirləndirilən şəxsin ifadəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yarandıqdan sonra Təqsirləndirilən şəxs vurduğu bıçaq zərbəsi ilə Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsi nəticəsində həmin cinayət hadisəsi baş vermişdir. Məhkəmə araşdırması zamanı dindirilmiş şəxslərin ifadələri ilə və cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurması və bununla zərərçəkmiş şəxsin sağlamlığına zərər yetirməsinə şüurlu surətdə yol verərək, qəsdən həmin əməli törətməsi təsdiq olunmuş, həmçinin onun qəsdən törədilmiş, qeyri-qanuni və ictimai təhlükəli əməli, yəni qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayətini törətməsini zəruri edən heç bir obyektiv səbəblər olmamış və törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli tam olaraq Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, bundan başqa onun himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və uşaqlarından birinin serebral iflic xəstəliyi əlaqədar sağlamlıq imkanlarının məhdud uşaq olmasını, həmçinin təqsirləndirilən şəxsin özünün üçüncü dərəcəli əlil olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Salyan Rayon Məhkəməsinin 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən 07 ay 09 gün şərti olaraq vaxtından əvvəl cəzasından azad edilməsi, bundan başqa Yevlax Rayon Məhkəməsinin 02 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2, 315.1-ci maddələri ilə 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və 30 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilməsi ilə bağlı qeyd edir ki, onun həmin məhkumluqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bundan başqa, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və 28 iyul 2022-ci il tarixdə həmin cəzasını çəkib qurtarması ilə əlaqədar qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələblərinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğu 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı 28 iyul 2022-ci il tarixdən hazırki cinayət işi üzrə cinayət əməlini törətdiyi 11 iyun 2023-cü il tarixədək bir il müddət keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu ödənilməsə də, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə almaqla yanaşı, eyni zamanda təqsirləndirilən şəxsin barəsində olan yuxarıda göstərilmiş cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Bununla yanaşı, eyni zamanda qeyd edilməlidir ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər məhkum olunmasını, məhkumluğu ödənilmədən ağır cinayət törətməsini nəzərə alaraq onun barəsində şərti məhkum etmənin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməməlidir. Belə ki, şərti məhkumetmənin təyin edilməsi şəxsin islah olunması məqsədinə cavab verməlidir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır (CM-nin 70.1-ci maddəsi). Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Hazırki cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki bir neçə məhkumluqları ödənilsə də, onun sonuncu məhkumluğu ödənilmədən hazırki ağır cinayət əməlini törətməsi nəzərə alınarsa, şərti məhkum etmə institutunun onun barəsində tətbiq edilməsi təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiq hesab edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin barəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi üçün də qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hallar müəyyən edilməmişdir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 12 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübutlar – bir ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli, qara zolaqları olan köynək sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır, qəbul etmədikdə isə məhv edilməlidir. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak, habelə ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 12 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bərdə Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli, qara zolaqları olan köynək sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov
Məhkəmə qərarları › İş №1(100)-305/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-305/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver