Məhkəmə qərarları › İş №1(100)-305/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-305/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-305/2025 21.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, İclasının katibləri: X13 və X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-113/2024 saylı hökmü ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzasını çəkib qurtarmamış, Gəncə şəhəri, İsmət Qayıbov küçəsi ev 165-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcrodxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 2,409 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 2,062 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, üzərində daşıyaraq saxlamış, Gəncə şəhər BPİ-nin X4 daxil olmuş məlumat əsasında 11 dekabr 2023-cü il tarixdə, saat 22:05də Gəncə şəhər BPİ-nin X3 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər, Heydər Əliyev prospektində yerləşən “Xalq Bankın” yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli pencəyin ön sağ cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,062 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,409 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Həsən oğlu özünü təqsirli bilməyərək göstərmişdir ki, usta işləyir, saxlanıldığı gün evdən çıxıb Gəncə şəhəri Pasyolka adlanan yerdə “Katv”nin binasının qarşısında dostu Urufla görüşmüş, dostu ilə birlikdə taksiyə əyləşib getmişlər. Dostunu evə düşərəndən sonra taksi ilə Gəncə şəhərində “Xalq Bank”ın qarşısına tərəfə getmişdir. Orda dayananda 3 nəfər əməkdaş onu saxlamış, polis əməkdaşlarının biri formada, digər ikisi isə mülki geyimdə olmuşdur. Polis əməkdaşları onu saxlayıb Gəncə şəhər BPİ-yə aparmış, həmin müddətdə atası da BPİ-yə gəlmiş, atasının polis şöbəsinə kimlə və niyə gəldiyini bilməmişdir. Polis əməkdaşları onu BPİ-də hansısa otağa salaraq qarşısına narkotik vasitə və silah qoymuş, qoyduqları narkotiklə razılaşmayacağı təqdirdə isə, şöbəyə gəlmiş atasını göstərib “yükləyəcəklərini” demiş, narkotik vasitənidə dostu Urufdan almağı deməyi bildirmişlər. Atasına görə məcburiyyət qarşısında polis əməkdaşları ilə razılaşıb dediklərini etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, məcburiyyət qarşısında polis əməkdaşları ilə razılaşıb narkotik vasitənin özünə aid olduğunu demiş, videoçəkilişdə narkotik vasitənin özünə aid olduğunu yanındakı dostundan aldığını və şəxsi istifadəsi üçün saxladığını demişdir. Polis əməkdaşları ona qarşı fiziki zorakılıq etməmişdir. Narkotik vasitə istifadəçisi olsa da, sanksiyaya aparılanda narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu və məcburiyyət qarşısında razılaşdığını demişdir. X19muş, onun sonradan özünü bıçaqlaması ilə bağlı heçbir məlumatı yoxdur. Uruf o saxlanılanda maşında olmamış, düşüb getmişdir. Urufu niyə saxlamalarının səbəbini bilmir. Taksidə sərnişin oturacağında əyləşmiş, polis əməkdaşları qapını açaraq onu qolundan tutub saxlamışlar. Dostu ilə taksidə arxa sərnişin oturacağında əyləşmiş, biryerdə pasyolkadan gəlmişlər. Dostu ilə pasyolkada işlə bağlı danışmaq üçün görüşmüşdür. Onu saxlayan mülki geyimlilər Baş Polis İdarəsinə gəlmiş, polis əməkdaşları arasında danışıqda fövqəladənin işçisi olduğunu demişdir. Şöbədə üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Polis əməkdaşlarının onu hədələmələri ilə bağlı prokurorluğa şikayət etmiş, şikayəti ilə bağlı Gəncə şəhər prokurorluğundan gəlib izahat almışlar. Onu saxlayanların içində Şahid2 olmamış, onu Şahid1 saxlamışdır. Narkotik istifadəçisi olsa da saxlanıldığı gün üzərində narkotik vasitə olmamışdır. Şahid2 ilk dəfədir görür. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı şübhəli şəxs qismində xx.xx.2023cü ildə verdiyi ilkin izahat və ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, özü narkotik vasitə və psixotrop maddə istifadəçidir... xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən Xalq Bankın yaxınlığında X14 ilə “Mercedes C” class markalı **-EZ-*** d.q.n.n-lı taksidə olarkən polis əməkdaşları onlara yaxınlaşmış, onu polis şöbəsinə dəvət etmişlər. Uruf Sultanov isə həmin an polis əməkdaşlarının qanuni əmrlərini yerinə yetirməyib qaçmağa başlamışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmiş və orada müdafiəçi ilə təmin olunmuş, üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı o əynində olan tünd göy rəngli pencəyin sağ yan cibindən 01 ədəd sellofan torbaya bükülmüş narkotik vasitə olan heroini və 01 ədəd sellofan torbaya bükülmüş psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Həmin bükülüləri saxlanıldığı gün dostu Urufdan aralarında razılaşdıqları qiymətə aldığını, həmin şəxsdən əvvəllərdə narkotik vasitə aldığını, həmin kütlələri istifadə etmədiyini, başqa yerdə saxlamadığını və kiməsə satmadığını bildirmişdir. Sonra iştirakçılar tərəfindən üzərinə axtarış keçirilmiş və 01 ədəd “Ketel” markalı mobil telefon, 24 manat, 01 ABŞ dolları, bir ədəd “Prima” markalı, 03 ədəd siqaret dənəsi olan siqaret qutusu və 01 ədəd qəbz aşkar edilmişdir. Sellofan bükülülərin birinin içində qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə olan heroinə oxşar, digər sellofan torbada isə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmiş, bükümlər ayrı-ayrılıqda tərəzidə çəkilmiş “Ketel” markalı mobil telefonu və həmin kütlələr zərfə qoyularaq möhürlənib götürülmüşdür. İstintaqın sonrakı dövründə isə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməmiş, narkotik vasitə və psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmiş, tərtib edilmiş sənədlərə və ifadəsinə imza etməkdən imtina etmişdir. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2023-cü il dekabr ayının ortaları Gəncə şəhər BPİ-nin narkotiklə mübarizə idarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə qaydalarını pozması, daşıması və saxlaması ilə bağlı əməliyyat məlumatı Şahid1 daxil olmuş, məlumat rəhbərliyə məruzə olunmuş, əməliyat axtarış qrupu yaradılmış, qrup yaradıldıqdan sonra Həsən Alanovla birlikdə şəxsin yerini müəyyənləşdirmişlər. Şəxs Gəncə şəhərində yerləşən “Xalq Bank”ın qarşısında olmuş, orada saxlanılmışdır. Şəxsi saxlayanda yanında Uruf adlı şəxs olmuş, onları görüb əlindəki narkotiki yerə ataraq qaçmışdır. Şahid1 Urufun arxası ilə qaçmış, özü isə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-yə aparmışdır. Gəncə ŞBPİ-də şəxs müdafiəçi ilə təmin edilmiş, daha sonra təhqiqatçının otağında şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış nəticəsində şəxsin üzərindən bir büküm heroin, bir büküm isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Çəkilər tam dəqiqliyi ilə yadında deyil. Aşkar olunan narkotik vasitələrin özünə aid olduğunu və şəxsi istifadə üçün saxladığını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı Şahid1 daxil olmuş, əməliyyat məlumatının mahiyyəti narkotik vasitələri daşıması və saxlaması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs barəsində özündə əməliyyat məlumatı olmamışdır. Şəxsi saxlayanda yanında başqa şəxs də olmuşdur. Hüseyn aşkar olunan narkotik vasitələrin özünə aid olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirsə də narkotik vasitənin mənbəsini əvvəlcə deməmiş, sadəcə tapdığını göstərmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmiş, özü də həmin prosesdə iştirak etmişdir. Hüseyni Polis şöbəsinin yaxınlığında “Xalq Bankı”n qarşısında saxlamış, hər ikisi piyada olmuşdur. Şəxsin üzərində narkotik vasitə ilə Nizami polis bölməsi (1-ci polis Şöbəsinin) yaxınlığında niyə olmasının, üzərlərində narkotik vasitə saxlamsını səbəbləri qeyri-müəyyəndir. Narkotik vasitə şəxsin üzəri yoxlayarkən aşkar edilmiş, yanındakı Uruf adlı şəxs onları görüb əlindəki narkotik vasitəni yerə ataraq qaçmışdır. Həmin vaxt Uruf adlı şəxs köşkdən nə isə almış, Hüseyn də onun yanında olmuşdur. Təqsirləndirilən şəxs özü saxlayaraq Gəncə ŞBPİ-ə aparmış, Şahid1 isə, Uruf adlı şəxsin arxası ilə getmişdir. Uruf APİ-nin binasının yanında özünə bıçaqla xəsarət yetirməsini Şahid1 təcili tibbi yardıma zəng edərək onu xəstəxanaya çatdırmasını isə sonradan öyrənmişdir. Tədbirdən əvvəl və sonra istintaq dövründə narkotik vasitənin satışı ilə məşğul olmasına dair məlumat əldə edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Gəncə şəhəri, İ.Qayıbov küçəsi ev 165-də yaşayan Təqsirləndirilən şəxs və Gəncə şəhəri, Zərdabi küçəsi 7-ci döngə, ev 5-də yaşayan X2 miqdar narkotik vasitə və psixotrop maddələri satış məqsədilə qəbul etməsi və gəzdirməsi barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. İş materillarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, qanusuz olaraq narkotik vasitə qəbul etməkdə, üzərində saxlamaqda və satış məqsədilə daşımaqda şübhəli olan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və X15 H.Əliyev prospekti Xalq Bank yaxınlığında Mercedes C klas markalı ** EZ *** qeydiyyat nömrə nişanlı avtomobildə müəyyən edilmiş, ərazidə olan PPXT əməkdaşları əməliyyat axtarış tədbiri keçirildiyini görərək kömək məqsədilə yaxınlaşdıqda Uruf Sulatnov hadisə yerindən qaçaraq üzərində olan narkotik vasitəyə bənzər kütləni yerə atmış, sonra isə üzərində olan bıçaqla özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs Gəncə ŞBPİ-yə aparılmış, X15 isə özünə xəsarət yetirdiyi üçün Gəncə şəhər 3№li nömrəli TTYS xəstəxanaya yerləşdirilmişdir. X9 yerə atdığı narkotik vasitəyə bənzər kütlə isə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli pencəyin sağ yan cibindən üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan torbaya bükülmüş narkotik vasitə olan heroinə bənzər və 1 ədəd sellofan torbaya bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək tanışı Uruf adlı şəxsdən aldığını və pulunu sonradan verəcəyini, həmin kütlələrdən istifadə edə bilmədiyini, hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə olan “heroin” və psixotrop maddə olan metamfetamin çəkilib zərfə qoyulub qablaşdırılmış möhürlənmiş və iştirakçılaırn imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 12 dekabr 2023-cü il tarixli 16/1266 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X8 yerə atdığı kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellefan kəsiyi bükümündə təmiz çəkisi 0,89 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olumnmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ..” sözləri və imzalar olan kağız paketdəki, • 2 (iki) ədəd iç-içə qoyulmuş şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,062 qram maddə, küstar üsulla hazırlanmış narkotik vasitə - heroindir. • 2 (iki) ədəd iç-içə qoyulmuş şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,409 qram maddə, küstar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 0,89 qr tədqiqata sərf edildi - 0,02 qr qalıq - 0,87 qr., Heroinin təmiz çəkisi 2,062 qr. tədqiqata sərf edildi 0,05 qalıq - 2,012 qr., Metamfetaminin təmiz çəkisi 2,409 qr, tədqiqata sərf edildi 0,1 qr qalıq – 2,309 qr. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli,3-13-57-2/1302/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olsa da narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni, narkotik vasitəni başqa yerdə gizlədib-gizlətməməsini, narkotik vasitədən əldə etməsində ona köməklik edən şəxsin olub olmamasını və rayon ərazisində baş vermiş cinayətlər iştirak edib etməməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2024-cü il tarixli 64 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Psixonevroloji dispaserdən verilmiş xx.xx.2024-cü il tarixli, 862 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 919 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “opioidlərdən asılılıq” diaqnozu ilə dispanserdə qeydiyyatda olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndliyindən verilmiş tarixli nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyata olmaqla yaşamış yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2010-cu il tarixli AZ İİ №393789 saylıvə xx.xx.2015-ci il tarixli AZ-İİİ”632886 №-li doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X10 var. İş materiallarında olan və məhkəmədə araşdırılan “telefon məlumatlarına baxış keçirilməsi” haqqında xx.xx.2024-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrəyə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatlarda iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “telefon məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X8 istifdəsində olmuş “***-***-**-**” saylı nömrəyə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatlarda iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 1 ədəd KGTEL 6700 markalı mobil telefon daxilində mobil nömrə mövcud deyil, mesaj və zəng hissəsində iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin mənbəsi ilə bağlı cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X8 üzərindən aşkar edilmiş tədqiqata sərf olunandan sonra olan qalıq çəkisi 0,87 qram olan mariuxana, Təqsirləndirilən şəxs üzərindən aşakr edilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 2,012 qram heroin və 2,309 qram metamfetamin ünvan 4 ünvanında yerləşən Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerinə təhvil verilmiş, xx.xx.2023-cü il tarixli ”şəxsi axtarış keçirilməsinə dair protokola əlavə olan 1 ədəd “DVD” disk və "xxxx" MMC-dən və "xxxx" MMC təqdim edilmiş 2 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, xx.xx.2024-cü ildən barəsində axtarış elan edilmiş xx.xx.1980-ci il təvəllüdlü X15 xx.xx.2024-cü ildə saat 02:00 radələrində Bakı şəhəri ərazisində saxlanaraq Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil verilmiş X15 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X15 həmin tarixdə saat saat 10:00-da CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli üzləşmə keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə şübhəli şəxs X15 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsini təkzib edərək üzərindən aşkar edilmiş narkotik vasitə və heroini Sultanov Urufdan almadığını yerdən tapdığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs X5 şəhər BPİ-nin MSY-dən azad edilərək və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərardan gğrünür ki, X8 əməlində cinayət tərkib olmadığı üçün onun şübhəli şəxs statusuna xitam verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-85/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü madələri ilə təqsirli bilinərək 2 (iki) il 6 altı (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmənin əvvəli xx.xx.2020-ci ildən hesablanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Məhkəməsinin 4(125)-587/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-113/224 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2(iki ) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Məhkəməsinin 4(125)-109/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(100)-552-2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin hazırlıq iclasının qərarına əsasən həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Qərardakı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan da göründüyü kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə əldə edib üstündə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa iş üzrə eyni idarəyə verilmiş əməliyyat tapşırığına cavab olaraq verilmiş və hökmün təsviri hissəsində araşdırılmış məktubdan da görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı hər hansı sübut (məlumat) müəyyən edilə bilməmişdir. Bundan başqa məhkəmə baxışında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu əvvəllər də bununla bağlı məhkumluğu olduğunu göstərmişdir. Nəzərdən qaçırılmamalıdır ki, məhkəmə baxışında tədqiq edilmiş məhkəmə narkoloji ekspertiza rəyindən görünür ki, şəxs həm psixotrop maddə olan metamfetamin, həm də narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının araşdırma zamanı gəldiyi qənaətə əsasən aşkar edilmiş narkotik vasitənin 2 növ psixotrop maddə və narkotk vasitənin ayrı-ayrılıqda külli miqdarda olması şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsinin bir hissəsi olan satış məqsədi ilə ittiham verilməsinə əsas ola bilməz. Çünki satış məqsədi subyektiv meyar olmaqla onun müəyyən edilməsi yalnız ibtidai araşdırma və məhkəmə baxışı zamanı toplanılmış (təqdim edilmiş) sübutların şərti olaraq “3 M prinsipi” adlandırılan mənsubiyyət, mötəbərlik və mümkünlük prinsipləri ilə qiymətləndirilən obyektiv sübutlar əsasında mümkündür. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Natiq Məmmədovun əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitə və psixotrop maddənin külli miqdarı az keçən çəkidə və hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat məlumatı və istintaq orqanı tərəfindən verilən əməliyyat tapşırığına cavab məktubunu əsas götürmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatı və əməliyyat tapşırığına cavab məktubuna əsaslanaraq Natiq Məmmədovun əməlinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlinməsi Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Hazırkı iş üzrə isə ittihama tərəfindən nə ibtidai araşdırma nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə) hallara dair hər hansı sübut əldə edə bilmədiyindən, satışla bağlı hissədə onun təqsirini sübuta yetirilmədiyi qənaətinə gəlir və şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinə tövsif edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxs Natiq Məmmədovda aşkar edilmiş pxisotrop maddə olan metamfetaminin çəkisinin şəxsi istehlak miqdarından artıq olması əsas götürülərək ona satış məqsədi ilə psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.) Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında psixotrop maddə hesab edilən metamfetaminin) şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 2 qram göstərilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Natiq Məmmədovun məhkəmə baxışında göstərdiyi, xx.xx.2023-cü ildə saxlanılıb Gəncə ŞBPİ-yə gətirildikdən sonra ona polis tərəfindən ona psixi təzyiq göstərilərək narkotik vasitələri götürməyə razı olmasa ora gəlmiş atasının narkotik vasitə ilə yüklənəcəyini deyilməsi, verilən nakrkotik vasitəni saxlanılarkən yanında olduğu Uruf adlı şəxsdən almasını deməsini münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış digər sübutlarla təsdiq edilmədiyindən həmin hissədə Natiq Məmmədovun ifadəsini sübut növü kimi qəbul etmir, təqsirləndirilən şəxsin cinayət məsuliyyəti və cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir və özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən videoçəkilişdən görünür ki, xx.xx.2023-cü il tarixldə şəxsi axtarış keçirilərkən müdafiəçi və istintaq hərəkətini aparan şəxs (təhqiqatçı) tərəfindən suallar verilsə də Təqsirləndirilən şəxs ona qarşı saxlanılarkən və şöbədə olduğu müddətdə hər hansı təsir və təzyiq olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhər prokurorluğunda barəsində həbs qətimkan tədbiri seçilərkən verdiyi məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin göstərdiyi hallar araşdırılmış və təsdiqini tapmadığı üçün Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan nə təqsirləndirilən şəxs, nə müdafiəçisi, nə də ailə üzvləri tərəfindən şikayət verilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istintaqın ilkin dövründə üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni X7 aldığını bildirsə də sonrakı ifadələrində üzləşmə zamanl həmin ifadəsini inkar etmiş və bununla bağlı şübhəli şəxs kimi axtarışa verilmiş digər şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmənin qənaətinə görə ilkin dövrdə şəxsin hansısa psixi təsirə məruz qalması ehtimalları olsa da, Təqsirləndirilən şəxs istintaqın sonrakı dövründə kifayət qədər imkana və iradə sərbəstliyinə malik olmuş, lakin həmin dövrdə deyil, ancaq istintaqın sonunda tərtib edilmiş prosessual sənədlərdə özünü cinayət məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi kimi qeyd etmişdir. Bundan başqa məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında müvafiq vidoegörüntülərlə bağlı sorğu versə də, hadisədən təxminən 2 (iki) il keçdiyi üçün saxlanılmasının qeyri-mümkün olması, iş materialları və şahid qismində dindirilmiş polis əməkdaşları ilə Təqsirləndirilən şəxs ifadələri arasında saxlanma yeri ilə bağlı hansısa ziddiyyət olmadığından, həmin videogörüntülər təqdim edilsə belə iş üzrə əhəmiyyət kəsb etməyəcəyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan naməlum çəkidə psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, Gəncə şəhər BPİ-nin X4 daxil olmuş məlumat əsasında 11 dekabr 2023-cü il tarixdə, saat 22:05-də Gəncə şəhər BPİ-nin X3 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər, Heydər Əliyev prospektində yerləşən “Xalq Bank”ın yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-yə gətirilmiş, inzibati binada üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli pencəyin ön sağ cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,062 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,409 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən isə psixi xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiyətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətləri residividir. Belə ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-85/2021 saylı hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü madələri ilə təqsirli bilinərək 2 (iki) il 6 altı (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzaçəkmənin əvvəlinin xx.xx.2020-ci ildən hesablanmasına baxmayaraq, az ağır cinayətə görə nəzərdə tutulmuş 2 (iki) il müddət keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir ki, bu da sonuncunun əməllərində cinayətlərin residivini yaradan haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri....şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə.... saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin özünün şəxsiyyətini xarakterizə edən hallar (əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq əməllərinə görə məhkum edilməsi) təyin edilmiş cəza müddətində islah olunması üçün yetərli olmamışdır. Odur ki, qeyd edilənlərə əsasən və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alan məhkəmə tərkibi Natiq Məmmədova qanunvericiliyin imkan verdiyi həddə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə və həmin cəzanın real olaraq çəkməsini nəzərə alaraq şəxsə təqsiri sübuta yetirilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini və şəxsin həmin cəzanı real olaraq çəkməklə islah olunacağı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə digər əmələ görə Gəncə şəhər məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə növündə cəza təyin etməsinə baxmayaraq ibtidai istintaq orqanı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəxs tərəfindən məhkəməyə həbslə bağlı vəsatət və təqdimat verilmiş və məhkəmə tərəfindən seçilmiş həbsdə saxlama müddətinin xx.xx.2024-cü il tarixədək uzadılması barədə qərar qəbul edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin digər iş üzrə cəza çəkməsini nəzərə alaraq hazırkı iş üzrə cəzaçəkmənin əvvəlinin məhkəmə hazırlıq iclasının qərarın əsasən barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxt, yəni xx.xx.2024-cü ildən hesablanmaqla iş üzrə şübhəli şəxs qismində tutulduğu və xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət və eləcə də azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi müddətinin ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan X12 aid və tədqiqata sərf olunandan sonra olan qalıq çəkisi 0,87 qram olan mariuxana, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilən tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 2,012 qram olan heroin və 2,309 qram metamfetamin məhv edilməli, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertiza rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur və mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 64,80 (altmış dörd manat, səksən qəpik) manat ekspertiza xərci isə Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cionayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-113/2024 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazrkı təyin edilmiş cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-113/2024 saylı hökm üzrə şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, eləcə də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəza çəkdiyi 7 (yeddi) ay 3 (üç) gün və hazırki cinayət işi üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay, 16 (on altı) gün olmaqla, ümumilikdə 11 (on bir) ay 21 (iyirmi) gün ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli hazırki iş üzrə barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan X12 aid və tədqiqata sərf olunandan sonra olan qalıq çəkisi 0,87 qram olan mariuxana, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilən tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 2,012 qram olan heroin və 2,309 qram metamfetamin məhv edilsin, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64,80 (altmış dörd manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar