Məhkəmə qərarları › İş №1(100)-306/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-306/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-306/2021 29.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Daşkəsən rayon, Qıyxılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, X11 Xidmətinin, Daşkəsən rayon X11 Hissəsinin mülki yanğınsöndürəni vəzifəsində işləyən, evli, orta təhsilli, məhkumluğu olmayan, Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 13-də qeydiyyatda olmaqla, Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi, ev 32, mənzil 14-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs boş vaxtlarında fərdi qaydada avtomobil təmiri ustası kimi fəaliyyət göstərdiyindən 26 iyun 2021-ci il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində avtomobil təmir etdikdən sonra, həmin günü saat təxminən 20 radələrində yaşadığı evə gəldikdə arvadı Zərərçəkmiş şəxs evdə olmadığını bilib onunla telefon əlaqəsi saxlayaraq evə gəlməsini tələb etdikdə, Zərərçəkmiş şəxs ona evə gəlməyəcəyini, imkanlı bir oğlan tapdığını, gecəni həmin oğlanla birlikdə keçirəcəyini dedikdən və telefon danışığını sonlandırdıqdan sonra, həmin gecə, eləcə də səhərisi günü, yəni 27.06.2021-ci il tarixdə yuxudan oyanan zaman Zərərçəkmiş şəxs hələ də yaşadığı mənzilə qayıtmadığını görüb onun sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gəlmiş, bu məqsədlə yaşadığı evin mətbəxindən ümumi uzunluğu 232 mm, tiyəsinin uzunluğu 118 mm, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağını götürərək yaşadığı Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yerləşən 32 saylı binanın qarşısına çıxıb Zərərçəkmiş şəxs gəlməsini gözləmiş, həmin tarixdə, saat təxminən 10 radələrində yaşadığı həmin binanın qarşısında onunla qarşılaşmış, orada aralarında ailə-məişət və qısqanclıq zəminində yaranmış mübahisə zamanı, niyyətini həyata keçirmək üçün əlində olan həmin bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə zərbə endirməklə, ona qarın boşluğu daxilinə keçən, nazik bağırsağı və böyük piyliyi zədələyən yara kimi xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, təxminən 32 ilə yaxındır ki, Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuşlar və bu evlilikdən 6 uşağı vardır. Təxminən 2021-ci ilin may ayının əvvəllərindən arvadı Zülfiyyə ilə aralarında olan ailə münasibətləri pozulmuşdur. Onların aralarında olan münasibətlərin pozulmasına səbəb isə hər gün işdən evə qayıtdıqda arvadı ona şər-böhtan ataraq guya onun yüngül həyat tərzi keçirən qadınlarla gəzdiyini deməsi olmuş o, Zülfiyyəyə elə bir hal olmadığını və onu bu bəhanə ilə bezdirməməsini desə də Zülfiyyə ona heç bir məhəl qoymayaraq öz dedikləri ilə onu şərləyərək aralarında daima münaqişə yaratmışdır. O, boş vaxtlarında avtomobil təmiri ilə məşğul olur. 26.06.2021-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Vaz 2106” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Daşkəsən rayon, Xoşbulaq kəndinə gedərək yolun kənarında nasaz vəziyyətədə qalan yük avtomobilini təmir etməyə başlamış və həmin gün saat 20 radələrində yük avtomobilini təmir etdikdən sonra yaşadığı ünvana qayıtdıqda o, yaşadığı binanın qarşısında birlikdə yaşayan qızı X2 və digər qızı Aytacın uşağı Sevincin bayırda qaldığını görmüşdür. Həmin vaxt onlardan nə üçün evə daxil olmamalarını soruşduqda, qızı Zeynəb ona yaşadıqları mənzilin giriş qapısının bağlı vəziyyətdə olduğunu söyləmiş, bundan sonra o, mənzilinin giriş qapısını təxminən yarım saat döysə də, mənzilinin qapısını heç kəs açmamışdır. Yaşadıqları mənzilin giriş qapısının açarı yalnız arvadında olduğu üçün Zülfiyyənin mənzilin giriş qapısını bağlayarq xəbərsiz evdən çıxıb getməsini düşünmüş, məcbur qalıb mənzilinin pəncərəsinin nəfəsliyindən mənzilinə daxil olub çöl qapını içəridən açmışdır. Nəvəsi və qızı Zeynəb mənzilə daxil olduqdan sonra o, mobil telefon vasitəsi ilə arvadı Zülfiyyənin mobil nömrəsinə zəng edərək ondan harada olduğunu soruşmuş, Zülfiyyə ona imkanlı bir oğlan tapdığını və onunla birlikdə gəzdiyini demiş, telefon danışığı zamanı o, Zülfiyyəyə “uşaqlarımıza görə xəcalət çəkirəm” deyib ondan evə geri qayıtmasını tələb etmiş, Zülfiyyə yaşadıqları evə geri qayıtmayacağını söyləmişdir. Bundan sonra o, yorğun olduğu üçün yatmış və gecə vaxtı bir neçə dəfə yuxudan oyandıqda Zülfiyyənin hələ də yaşadığı evə geri qayıtmadığını görmüşdür. 27.06.2021-ci il tarixdə səhər saat 09 radələrində yuxudan oyandıqdan sonra Zülfiyyənin evə qayıtmadığını görüb xeyli əsəb keçirmiş və Zülfiyyəni qısqanaraq onu tapıb ona xəsarət yetirmək qərarına gəlmişdir. Bu məqsədlə o, mənzilinin mətbəxinə daxil olaraq orada stolun üzərində olan dəstəyi ağ rəngli mətbəx bıçağını götürüb yaşadığı binanın qarşısına çıxıb orada daş hasarın üzərində oturub arvadı Zülfiyyənin gəlməsini gözləmişdir. Bir qədər arvadı Zülfiyyəni gözlədikdən sonra saat təxminən 10 radələrində arvadının uzaqdan binanın qarşısına tərəf gəldiyini görmüş, lakin onun sağ yan tərəfində minik avtomobili olduğu üçün arvadı onu görməmişdir. Həmin vaxt o, oturduğu daş hasarın üzərinə qoyduğu bıçağı da götürərək arvadına yaxınlaşıb onun paltarının boyun hissəsindən tutaraq arvadını zorla binanın qarşısına tərəf gətirməyə başlamış və arvadına nə üçün onu bezdirməsini, rahat yaşamağına niyə imkan verməməsini deyərək arvadını yaşadığı evin qarşısında saxladığı “Vaz 2106” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön hissəsinə gətirmiş və əlində olan bıçağı Zülfiyyəyə göstərərək onu vuracağını dedikdə, Zülfiyyə onun ünvanına nalayiq söyüşlər söyərək ona əlində olan bıçaqla dəfələrlə “vur məni” demişdir. Həmin vaxt mobil telefon vasitəsi ilə Zülfiyyənin 26.06.2021-ci il tarixdə ona dedikləri sözlərdən onda yaranmış qısqanclıq hissi ilə, eləcə də Zülfiyyənin onun ünvanına söyüşlər söyərək “vur məni” deməsinə görə o, əlində olan dəstəyi ağ rəngli bıçaqla Zülfiyyənin qarın nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək ona xəsarət yetirmişdir. Bu zaman Zülfiyyə qışqıraraq onu vurmamasını deyərək arxası üstə yerə yıxılmış və yerdə çırpınmağa başlamışdır. Bundan sonra o, Zülfiyyənin qarın nahiyəsinə baxdıqda sonuncunun qarın nahiyəsindən qan axdığını görmüşdür. Zülfiyyənin qarın nahiyəsinə qəsdən bıçaqla bir dəfə zərbə endirdiyi vaxt qonşularından Nəzmiyyənin və digər tanımadığı qonşusunun yaşadıqları evin pəncərəsindən ona baxdıqlarını görmüşdür. O, Zülfiyyənin qarın nahiyəsinə qəsdən bıçaqla zərbə endirdikdən sonra Nəzmiyyə pəncərədən ona qışqıraraq nə üçün Zülfiyyəni bıçaqla vurduğunu dedikdə o, Nəzmiyəyə öz işi ilə məşğul olmasını və yaşadığı evə daxil olmasını demişdir. Bundan sonra Nəzmiyyə yaşadığı mənzildən bayıra çıxaraq təlaşlı vəziyyətdə onlara yaxınlaşmış, onun yaxasından tutaraq onu silkələmiş və ondan nə üçün Zülfiyyəni vurduğunu soruşmuşdur. Bu zaman həmin yerə qardaşı Mahirin arvadı Şahid1 gələrək arxası üstə yerdə uzanılı vəziyyətdə olan Zülfiyyəyə yaxınlaşmışdır. O, həmin vaxt əlində bıçaq arvadının yanına gedib onun başının üstə dayanmış və hərəkətinin səhv olduğunu düşünmüşdür. Təxminən 15 dəqiqə keçdikdən sonra Daşkəsən rayon mərkəzi xəstəxanasının X21 xidmətinin tibb işçisi Sakit həmin yerə gəlmiş və arxası üstə yerdə uzanılı vəziyyətdə olan arvadına ilkin tibbi yardım göstərdikdən sonra onu qaldırıb X21 avtomobilinə yerləşdirən vaxt polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Həmin vaxtı arvadına qəsdən xəsarət yetirdiyi dəstəyi ağ rəngli bıçağı yerə atmışdır. Bundan sonra polis əməkdaşı hadisə yerinə baxış keçirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs əridir. Təxminən 33 ildir ki, onunla evlidir, həmin evlilikdən 6 uşaqları və 4 nəvələri vardır. Təqsirləndirilən şəxsla evli olduğu müddət ərzində aralarında heç bir narazılıq və ya davadalaş olmamışdır, onunla münasibəti daima yaxşı olmuşdur. Təxminən bir aya yaxındır ki, əri Ramiz spirtli içki qəbul edərək yaşadıqları mənzilə gec gəldiyi üçün onunla arasında narazılıq yaranmışdır. O, dəfələrlə Ramizə spirtli içki qəbul edərək evə gec gəlməməsini desədə, Ramiz onun sözlərinə heç bir məhəl qoymamışdır. Həmçinin o, Ramizin evə son vaxtlar gec gəlməsinə görə onun yüngül həyat tərzi keçirən qadınlarla gəzdiyini düşünüb onu qısqanmağa başlamış və Ramizə bir daha evə gec gələcəyi təqdirdə evdən çıxıb gedəcəyi barədə xəbərdarlıq etmişdir. 27 iyun 2021-ci il tarixdə, təxminən saat 16 radələrində o, Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 13 saylı yataqxanada yaşayan oğlu Nəbi Məhərrəmovun evində şirniyyat bişirən zaman əri Təqsirləndirilən şəxs həmin yerə gələrək avtomobil təmir etmək üçün Daşkəsən rayon, Xoşbulaq kəndinə getməli olduğunu söyləmiş və o, Ramizə spirtli içki qəbul etməməsini tapşıraraq, əgər spirtli içki qəbul edib yaşadıqları evə gəlsə onu yaşadıqları evdə tapa bilməyəcəyini Ramizə söyləmişdir. Bundan sonra Ramiz ona söz verərək Xoşbulaq kəndinə getmişdir. Ramizin Xoşbulaq kəndinə getməsindən xeyli müddət keçdikdən sonra o, mobil telefon vasitəsi ilə Ramizin mobil telefonuna zəng edərək ondan harada olmasını və spirtli içki qəbul edib-etməməsini soruşduqda telefon danışığı zamanı Ramiz ona Xoşbulaq kəndində olduğunu, spirtli içki qəbul etmədiyini söylədikdə o, Ramizin sərxoş vəziyyətdə olmadığını hiss etmişdir. Lakin Ramiz evə gec gəldiyi üçün ona çox əsəbləşmiş və onu cəzalandırmaq qərarına gələrək Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi 13 saylı yataqxanada yerləşən özünə məxsus digər mənzilində qalmışdır. Həmin gün təxminən saat 20 radələrində yataqxanadakı mənzilində olan zaman Ramiz onun mobil nömrəsinə zəng edərək ondan harada olduğunu soruşduqda, o, Ramiziə bərk əsəbləşdiyinə görə onu qıcıqlandırmaq üçün “sənin gəzdiyin kimi məndə küçədə gəzirəm” ifadəsini işlədib telefon danışığını sonlandırmışdır. Bundan sonra Ramiz dəfələrlə onun mobil nömrəsinə zəng etsədə o, Ramizin telefon zənglərinə cavab verməmişdir. Səhəri gün, yəni 28 iyun 2021-ci il tarixdə, saat 07 radələrində 13 saylı yataqxanadakı mənzilindən çıxaraq Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yerləşən evinə doğru hərəkət etmiş və yaşadığı evin qarşısında olan toyuq damının yanında düzəltdikləri yardımçı otağa daxil olaraq orada bir qədər uzanmışdır. Həmin gün saat təxminən 10 radələrində həmin otaqdan çıxıb yaşadığı evin qarşısına doğru hərəkət edən zaman Ramiz anidən ona yaxınlaşaraq paltarının boyun hissəsindən tutub onu yaşadıqları binanın qarşısına doğru apararaq nə üçün onu bezdirməyini, rahat yaşamağına niyə imkan verməməyini deyərək ondan gecəni harada qaldığını soruşmuşdur. O, həmin vaxt Ramizə çox əsəbləşdiyi üçün ona yaxşı edib evə gəlmədiyini deyib onunla mübahisə etməyə başlamışdır. Xülasə Ramizlə o, yaşadıqları binanın qarşısında olan Ramizə məxsus “Vaz 2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön hissəsinə gedib aralarında olan mübahisəni davam etdirmişlər. Həmin vaxt Ramiz əlində olan dəstəyi ağ rəngli mətbəx bıçağı ilə onu vuraraq onu cəzalandıracağını dedikdə o, Ramizin ünvanına nalayiq söyüşlər söyərək dəfələrlə “vur məni, vurmasan kişi deyilsən“ ifadəsini işlətdikdə əri Ramiz əlində olan bıçaqla bir dəfə onun qarın nahiyəsinə zərbə endirmişdir. Bu zaman o, əli ilə qarın nahiyəsinə toxunduqda əlinin iç nahiyəsinin qana boyandığını görmüş, özünü piss hiss etdiyi üçün arxası üstə yerə uzanmış, ətrafdan gələn səsləri qarışıq və bulanıq eşitməyə başlamışdır. Həmin vaxt Ramiz onun başının üstə peşman vəziyyətdə dayanaraq, ona nə üçün onu bu hərəkətə vadar etdiyini soruşmuş, bu zaman Ramizin gözündən yaş axdığını görmüşdür. Bundan sonra Ramizin bıçaqla bir dəfə onun qarın nahiyəsinə zərbə endirən vaxt yaşadığı mənzilin pəncərəsindən onlara baxan qonşusu Nəzmiyyə dərhal Ramizin yanına gələrək onu danlamağa başlamış, eyni zamanda eltisi Şahid1 onun yanına gəlib qarın nahiyəsini əli ilə sıxaraq qanaxmanın qarşısını almağa çalışırmış, lakin bıçaq zərbəsi ilə əri Ramiz tərəfindən xəsarət yetirildiyi qarın nahiyəsindən durmadan qan axdığı üçün getdikcə taqətsizləşmişdir. Bir qədər keçdikdən sonra Daşkəsən rayon mərkəzi xəstəxanasının tibb işçisi Sakit həkim oraya gələrək ona ilkin tibbi yardım götərən zaman Sakit yetirilən bıçaq xəsarətinin daxilə keçən olduğu üçün vəziyyətinin ağır olduğunu ona söyləmişdir. Bundan sonra dərhal Gəncə şəhər 3 saylı X21 Xəstəxanasına aparılmış və əməliyyat olunmuşdur. Əri Təqsirləndirilən şəxs onun sağlamlığına qəsdən ağır xəsarət yetirməsinə baxmayaraq, onunla barışdığı üçün ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun arvadı Zərərçəkmiş şəxs tanıyır, qonşularıdır və onlarla münasibəti yaxşı olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs onun əri Mahir Məhərrəmovun doğma qardaşıdır. 27.06.2021-ci il tarixdə, saat təxminən 10 radələrində yaşadığı mənzildə təmizlik işləri görən zaman binanın qarşısında qışqırıq səslərini eşidib dərhal mənzilindən binanın qarşısına çıxdıqda eltisi Zərərçəkmiş şəxs binanın qarşısında olan Ramizə məxsus “Vaz 2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön hissəsində yerdə uzanmış vəziyyətdə olduğunu, Ramizin isə əlində dəstəyi ağ rəngli mətbəx bıçağı ilə orada dayandığını, Zülfiyyənin qarın nahiyəsindən qan axdığını görmüşdür. Bu zaman o, Ramizdən nə üçün Zülfiyyəni bıçaqla vurduğunu soruşduqda Ramiz Zülfiyyənin onu qısqandırdığı üçün bıçaqla bir dəfə onun qarın nahiyəsinə xəsarət yetirdiyini söyləmişdir. O, Zülfiyyənin yarasını əli ilə sıxaraq qan axmanın qarşısını almağa çalışmışdır. Təxminən on beş dəqiqə keçdikdən sonra ora X21 avtomobili gəlmiş və X21 avtomobilindən düşən Daşkəsən rayon mərkəzi xəstəxanasının feldşeri Sakit Züliyyəyə ilkin tibbi yardım göstərərək onu ayağa qaldırıb X21 avtomobilinə əyləşdirmişdir. Bu zaman ora Daşkəsən rayon polis şöbəsinin əməkdaşları gəlmişdir. Həmin vaxtı Ramiz əlində olan dəstəyi ağ rəngli bıçağı orada yerə atmışdır. Bundan sonra Zülfiyyə X21 avtomobili ilə oradan Gəncə şəhər 3 saylı X21 Xəstəxanasına aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, Daşkəsən rayon mərkəzi xəstəxanası “X23”in təcili-tibbi yardım şöbəsinin feldşeri vəzifəsində işləyir. Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi ev 13-də qeydiyyatda olmaqla, Daşkəsən şəhər, İ.Qayıbov küçəsi, ev 32, mənzil 14-də yaşayan Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs Daşkəsən şəhər sakini kimi tanıyır, onlarla heç bir münasibəti olmamışdır. Belə ki, o, 27 iyun 2021-ci il tarixdə işdə olan zaman Daşkəsən şəhər, İ.Qayıbov küçəsində yerləşən 32 saylı binanın qarşısında Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığı barədə məlumat verilmiş və həmin yerə X21 çağırılmışdır. Bundan sonra o, xəstəxananın sürücüsü Şahid4 ilə birlikdə hadisə yerinə getmiş və hadisə yerinə çatan zaman Zərərçəkmiş şəxs arxası üstə yerdə uzanmış vəziyyətdə olduğunu, sonradan adı ona məlum olan Zülfiyyənin eltisi Şahid1 Zülfiyyənin yarasını əli ilə tutaraq sıxdığını, əri Təqsirləndirilən şəxs isə əlində dəstəyi ağ rəngli bıçaqla orada olduğunu görmüşdür. Bu zaman o, dərhal Zərərçəkmiş şəxs yaxınlaşaraq, hadisənin necə baş verdiyini soruşduqda Zülfiyyə ona əri Ramizin bıçaqla bir dəfə onun qarın nahiyəsinə vurduğunu söyləmişdir. O, Zülfiyyənin yarasını sarıdıqdan sonra, bıçaq qarın boşluğu daxilinə keçdiyi üçün onu təcilli tibbi yardım avtomobilinə əyləşdirərək Gəncə şəhərində yerləşən 3 saylı X21 xəstəxanasına aparmışdır. Həmin vaxtı hadisə yerinə Daşkəsən rayon polis şöbəsinin əməkdaşları gəlmiş, Təqsirləndirilən şəxs əlində olan dəstəyi ağ rəngli bıçağı hadisə yerinə atmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun arvadı Zərərçəkmiş şəxs tanıyır, onlarla qonşuluqda yaşayır və münasibətləri yaxşı olmuşdur. 27.06.2021-ci il tarixdə, saat 10 radələrində yaşadığı mənzilin pəncərəsindən binanın qarşısına baxdıqda qonşuları Zülfiyyə ilə Ramizin binanın sol küncündə, daha sonra isə orada olan Ramizə məxsus “Vaz 2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin önündə mübahisə etdiklərini görmüşdür. Mübahisə zamanı Zülfiyyə Ramizə dəfələrlə “vur məni” ifadəsini işlətdikdən sonra Ramiz əlini arxaya aparıb bir dəfə Zülfiyyənin qarın nahiyəsini zərbə endirdikdə o, Ramizin Zülfiyyəni bıçaqladığını görüb dərhal Zülfiyyəyə köməklik etmək üçün onların yanına getmiş, Zülfiyyənin arxası üstə yerdə uzanmış vəziyyətdə olduğunu görmüş, Ramizin yaxasından tutaraq onu silkələməyə başlamış və nə üçün Zülfiyyəni vurduğunu soruşmuşdur. Bu zaman hadisə yerinə Ramizin qardaşı arvadı Şahid1 gəlmişdir. Həmin vaxt Nərminə Zülfiyyəyə köməklik göstərmək üçün əli ilə onun yarasını sıxaraq qanxmanın qarşısını almağa çalışmışdır. Bir qədər sonra Daşkəsən rayon mərkəzi xəstəxanasının Sakit adlı həkimi hadisə yerinə gələrək Züliyyəyə ilkin tibbi yardım göstərmiş, onu ayağa qaldırıb X21 avtomobilinə əyləşdirən zaman Zülfiyyənin qarın nahiyəsindən qan axaraq yerə tökülmüşdür. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və bunu görən Ramiz əlində olan bıçağı kənara atmışdır. Bundan sonra təcilli tibbi yardım avtomobili ilə Zülfiyyə oradan aparılmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiqləmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.06.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Daşkəsən şəhər, İ.Qayıbov küçəsi, ev 32, mənzil 14-də yaşayan Zərərçəkmiş şəxs qarın nahiyyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya müraciət edib. Özünün deməsinə görə həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirilib. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyun 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilməsi haqqında 27 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi, 32 saylı binanın qarşısında yerləşir. Baxış zamanı hadisə yerindən maye kütləsinə hopdurulmuş 10 ədəd pambıq tampon, ümumi uzunluğu 232 mm, tiyəsinin uzunluğu 118 mm, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı, həmin bıçağın üzərindən götürülmüş iki ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan iki ədəd əlbarmaq izləri iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyun 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdə saat 18:48-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyun 2021-ci tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı da eyni məzmunlu ifadə verərək, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və arvadı Zərərçəkmiş şəxs sağlamlığına bıçaqla qəsdən ağır zərər vurduğu yeri göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyun 2021-ci tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qısaqol köynək götürülərək işə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 iyun 2021-ci tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qısa qol köynək götürülərək işə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 iyun 2021-ci tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 iyun 2021-ci tarixli 37/39-110 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01.06.1999-cu il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, X11 Xidmətinin, Daşkəsən rayon X11 Hissəsinin mülki yanğınsöndürəni vəzifəsində işləyir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 iyun 2021-ci tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 01.06.1999-cu il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, X11 Xidmətinin, Daşkəsən rayon X11 Hissəsinin mülki yanğınsöndürəni vəzifəsində işləyir, iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 iyul 2021-ci il tarixli 99 nömrəli Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Daşkəsən rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən şəhər poliklinikasında narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən RİHB-nın Daşkəsən şəhər KMK-si tərəfindən verilmiş 09 iyul 2021-ci tarixli 1180 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 13-də qeydiyyatda olmaqla, Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi, ev 32, mənzil 14-də yaşayır və arvadı Zərərçəkmiş şəxs, oğlu X10, oğlu X4, oğlu X8, qızı X5, qızı X6 və qızı X1 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən RİHB-nın Daşkəsən şəhər KMK-si tərəfindən verilmiş 09 iyul 2021-ci tarixli 173 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 13-də qeydiyyatda olmaqla, Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi, ev 32, mənzil 14-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 iyul 2021-ci il tarixli 2454 nömrəli Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən rayon məhkəməsinin 22.08.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 iyul 2021-ci il tarixli 2714 nömrəli Gəncə şəhər Narkolji Dispanseri tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 iyul 2021-ci il tarixli Zərərçəkmiş şəxs Hüseyin qızı tərəfindən Daşkəsən RPŞ-nə verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onlar barışıblar, əvvəlki kimi birlikdə yaşayırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X20 Gəncə şəhər şöbəsinin məhkəmə-tibbi, bioloji ekspertizasının 03.07.2021-ci il tarixli, 24 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa, betadır. Hadisə yerindən götürülərək təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Hadisə yerindən götürülərək təqdim olunmuş 10 ədəd tampon üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa, beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş və ona məxsus məxsus bir ədəd köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı da eyni məzmunlu ifadə verərək, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, əri Təqsirləndirilən şəxs ilə mübahisələrinin yarandığı, Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirdiyi yeri göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 X20 Daşkəsən rayon şöbəsinin 03.07.2021-ci il tarixli, 160 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində qarın boşluğu daxilinə keçən, nazik bağırsağı və böyük piyliyi zədələyən yara aşkar edilmişdir, həmin xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir, kəsici-deşici alətin təsirindən törənib, törənmə müddəti 27 iyun 2021-ci il tarixə uyğundur, hadisə yerindən götürülərək ekspertizaya təqdim edilmiş bıçaqla və ya buna oxşar digər kəsici-deşici alətlə, eləcə qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilməsi mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 26.07.2021-ci il tarixli, 21/467R nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, 27 iyun 2021-ci il tarixdə Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi ev 32, mənzil 14-də yaşayan Təqsirləndirilən şəxs ona məxsus evin qarşısında arvadı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 02 ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl-barmaq izləri xx.xx.1968-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin adsız və sol əlinin böyük barmağı ilə eynilik tşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsi rayonlararası psixonevroloji dispanserinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 15 iyul 2021-ci il tarixli, 387/132 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini tam dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur, həmin vəziyyətin yaranma səbəblərindən biri zərərçəkmişin evlərinə gəlməməsi və başqa şəxslə birlikdə olması haqqında sözləri ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin Materialların məhkəmə ekspertizasının 08 avqust 2021-ci il tarixli, 16/711 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin üzərində tapılmış tünd boz rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərində tapılmış qara rəngli poliester lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən rayon məhkəməsinin 22.08.2007-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 10% (on faiz) məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 13 avqust 2021-ci il tarixli, 16/712/713 nömrəli rəyindən görünür ki, hadisə yerindən götürülərək tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş və götürülərək tədqiqata təqdim edilmiş qısa qol köynəyin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 avqust 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerindən qanabənzər maye kütləsinə hopdurularaq götürülmüş 10 ədəd pambıq tampon, hadisə yerindən götürülmüş ümumi uzunluğu 232 mm, tiyəsinin uzunluğu 118 mm, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı, həmin bıçağın üzərindən götürülmüş iki ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan iki ədəd əl-barmaq izləri, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd boz rəngli, boğaz hissəsi düymə ilə bağlanan, üzərində yazı naxış əlavələri olan qısaqol köynək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ, qara, boz rəngli damalı naxışlı, ön hissəsi düymə ilə bağlanan qısa qol köynək maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 sentyabr 2021-ci il tarixli Zərərçəkmiş şəxs Hüseyin qızı tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onlar barışıblar, hal hazırda bir ailə kimi birlikdə yaşayırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Vətən Müharibəsi X7 tərəfindən verilmiş 69128 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs oğlu X8 Azərbaycan Vətən Müharibəsi X3 üzvüdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 1- 9337 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X8 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış və iş yeri üzrə müsbət xarakterizə olmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə ciddi ailə bağlarının olmasını (ər-arvad olmasını), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, zərər çəkmiş şəxslə ciddi ailə bağlarının olmasını nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyun 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdə saat 18:48-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 iyun 2021-ci tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 27.06.2021-ci il tarixdən 29.06.2021-ci il tarixədək, bu iş üzrə iki gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 93 manat 40 qəpik dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan, hadisə yerindən qanabənzər maye kütləsinə hopdurularaq götürülmüş 10 ədəd pambıq tampon, hadisə yerindən götürülmüş ümumi uzunluğu 232 mm, tiyəsinin uzunluğu 118 mm, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı, həmin bıçağın üzərindən götürülmüş iki ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan iki ədəd əl-barmaq izləri, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd boz rəngli, boğaz hissəsi düymə ilə bağlanan, üzərində yazı naxış əlavələri olan qısaqol köynək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ, qara, boz rəngli damalı naxışlı, ön hissəsi düymə ilə bağlanan qısa qol köynək 19.08.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Daşkəsən rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Daşkəsən rayom Polis Şöbəsində saxlanılan hadisə yerindən qanabənzər maye kütləsinə hopdurularaq götürülmüş 10 ədəd pambıq tampon, hadisə yerindən götürülmüş ümumi uzunluğu 232 mm, tiyəsinin uzunluğu 118 mm, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı, həmin bıçağın üzərindən götürülmüş iki ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan iki ədəd əl-barmaq izləri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd boz rəngli, boğaz hissəsi düymə ilə bağlanan, üzərində yazı naxış əlavələri olan qısaqol köynək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ, qara, boz rəngli damalı naxışlı, ön hissəsi düymə ilə bağlanan qısa qol köynək qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan əlavə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini cinayət işinin məhkəmə istintaqı zamanı Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdən 29 iyun 2021-ci il tarixədək bu iş üzrə cəmi 2 (iki) gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 93 manat 40 qəpik məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Daşkəsən rayon Polis Şöbəsində saxlanılan hadisə yerindən qanabənzər maye kütləsinə hopdurularaq götürülmüş 10 ədəd pambıq tampon, hadisə yerindən götürülmüş ümumi uzunluğu 232 mm, tiyəsinin uzunluğu 118 mm, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı, həmin bıçağın üzərindən götürülmüş iki ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan iki ədəd əl-barmaq izləri məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd boz rəngli, boğaz hissəsi düymə ilə bağlanan, üzərində yazı naxış əlavələri olan qısaqol köynək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ, qara, boz rəngli damalı naxışlı, ön hissəsi düymə ilə bağlanan qısa qol köynək qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar