Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-306/2022 23.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1969-cu il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olmaqla yaşayan (müvəqqəti olaraq Tovuz rayonu, Düz Qırıqlı kəndi ərazisində yerləşən heyvandarlıq fermasında yaşayan) və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində çoban işlədiyi Tovuz rayonu, Düz Qırıqlı kəndinin ərazisində yerləşən, Şahid3 Sadıq oğluna məxsus heyvandarlıq fermasında onunla birlikdə çoban işləyən Daşkəsən rayonu, Qazaxyolçular kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla vurmasına, ünvanına nalayiq ifadə işlətməsinə cavab olaraq əlində olan ağac (koxa) ilə sonuncunun ilk öncə, bir dəfə, baş nahiyyəsindən, ardınca isə bir dəfə bədənindən, yəni sol yan nahiyyəsindən ardıcıl iki zərbə vurub ona qarının dalağın cırılması nəticəsində törəyən kəskin qanitirmə ilə müşayiət olunan və gecikmiş forma peritonitlə fəsadlaşan qapalı küt travması kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, başın ənsə nahiyyəsinin qançır-şişkinliyi və səthi yarası ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оğlu ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Arıqıran kəndində daimi qeydiyyatda olsa da, hazırda arvadı Şahid2 ilə birlikdə müvəqqəti olaraq Tovuz rayonu, Düz Qırıqlı kəndi ərazisində yerləşən Şahid3 Sadıq oğluna məxsus yataqda yaşayır. Heç bir yerdə işləməmiş, Şahid3 məxsus fermada arvadı ilə birlikdə çobanlıqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayından etibarən tanımışdır. Elnur arvadı ilə onun çoban kimi işlədiyi Şahid3 məxsus fermaya işləmək üçün gəlmişdir. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 02 dekabr 2021-ci il tarixdə saat 10 radələrində həmin yataqda onun Elnurla şəxsi münasibətlər zəminində mübahisəsi yaranmış və o, Elnuru əlində olan ağacla bir dəfə başından və bir dəfə bədənindən vurub ona xəsarət yetirmişdir. Həmin günü səhər saatlarında, o, Elnurla birlikdə heyvanları rahatlayıb, yataqdan təxminən 120-150 metr aralıda yerləşən otlaq sahəsinə tərəf aparmışlar. Bu vaxt Elnur ona Gəncə şəhər məhkəməsində işi olduğunu və gedib işlərini həll edəcəyini demişdir. O isə buna narazılığını bildirmişdir. Çünki, Elnur yatağa gəldiyi vaxtdan bir neçə dəfə müxtəlif bəhanələrlə yataqdan getmişdir. Bu dəfə də çıxıb getmək istədiyinə görə o, əsəbləşmişdir. Elnur hər dəfə çıxıb gedəndə baxmalı olduğu heyvanları onun öhdəliyinə atıb getdiyi üçün o, əziyyət çəkmişdir. O, Elnura əgər işlərin var idisə işlərini görüb sonra işləmək üçün yatağa gələrdin demişdir. Elnur da əsəbləşib “sən get işlərinlə məşğul ol, səndən icazə almalı deyiləm” deyib, onun ünvanına nalayiq söz işlətmişdir. O da cavab olaraq Elnuru söyəndə Elnur onun sifət nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxt o, əsəbləşib əlindəki heyvanları otarmaq üçün lazım olan ağacla Elnurun ilk öncə, bir dəfə baş nahiyyəsindən, sonra isə bir dəfə bədənindən, yəni sol yan nahiyyəsindən zərbə vurmuşdur. Elnurun baş nahiyyəsinə vurduğu zərbənin təsirindən Elnur başını tutmuş və yeriyərək, yatağa tərəf gedib, ondan uzaqlaşmışdır. O isə Elnura acıqlanıb heyvanları geri qaytararaq dama doldurmuşdur. Həmin vaxt Elnur odun yardıqları yerə yaxınlşıb odunların arasından baltanı götürüb onun üstünə gəlmək istəmişdir. Lakin onun arvadı Sabirə Elnurun əlindən baltanı alıb kənara atmışdır. O da öz növbəsində baltanı yerdən götürüb biraz uzağa atmışdır. Ardınca isə yataq sahibi Arifə zəng edib Elnurun hərəkətləri və biri-birilərini vurduqları barədə bildirib, tez bir vaxt ərzində yatağa gəlməsini tələb etmişdir. Üstündən bir müddət keçdikdən sonra Şahid3 yatağa gəlmiş, Elnurdan yataqdan çıxıb getməsini tələb etmişdir. Aralarında baş vermiş dava fermadan təxminən 120-150 metr aralıda otlaq sahəsində baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt yanlarında heç kəs olmasa da sonradan onlar fermaya qayıtdıqda, onun və Elnurun arvadı səs-küyə çıxmışlar. Eyni zamanda Elnuru ağacla iki dəfə vurduqdan sonra onun Elnuru daha çox vurmaq imkanı olsa da o, Elnuru vurmaqda davam etməmişdir. Əməlindən peşmandır, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Daşkəsən rayonu, Qazaxyolçular kəndində ailə üzvləri ilə, yəni arvadı Şahid1, azyaşlı qızı Nuray Mustafayeva və Elay Mustafayeva ilə birlikdə yaşayır. Ailəsini dolandırmaq üçün çobanlıqla məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək o, Tovuz rayonu, Düz Qırıqlı kənd sakini Arif adlı şəxsə məxsus yataqda çobanlıq etmişdir. Belə ki, o, telefon vasitəsi ilə Ariflə əlaqə saxlayıb onun yatağına gedib heyvanlarına baxmışdır. Həmin yataqda o, Aydın adlı şəxslə tanış olmuşdur. Aydın da onun kimi heyvanlara baxmışdır. xx.xx.2021-ci il tarixdə, saat təxminən 10 radələrində Aydınla birlikdə heyvanları otarmağa hazırlaşırmışlar. Həmin vaxt o, özünə məxsus atı da aparmaq istəmişdir. Lakin Aydın onunla heç bir mübahisə etmədən onun ünvanına nalayiq söz işlədib, ona yaxınlaşıb əlində olan çomaqla (ağacla) başına və bədəninin müxtəlif yerlərindən vuraraq ona xəsarətlər yetirmişdir. O, Aydının əlindən çıxıb qaçaraq yatağa gəlmişdir. O, yatağa qayıtdıqdan təxminən 15-20 dəqiqə sonra Aydın yatağa gəlmişdir. Həmin vaxt o, qaldığı yatağın qarşısında durmuş, Aydın onun ünvanına söyərək ona tərəf gəlmiş, odunların içərisindən baltanı götürüb ona yaxınlaşmaq istəmiş, lakin arvadı Sabirə baltanı onun əlindən almışdır. Bir müddət sonra yataq sahibi Arif gəlmişdir. Arif ona biri-biri ilə yola gedə bilmədiklərindən yataqdan getməsini bildirmiş, o da xx.xx.2021-ci il tarixdə Arifin yatağından getmişdir. xx.xx.2021-ci il tarixdə Aydının onu döyməsi ilə bağlı bədənində ağrılar yarandığı üçün Şəmkir rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həmin xəstəxanada ona baxılmadığı üçün o, Gəncə şəhər 3 saylı xəstəxanaya getmişdir. Həmin xəstəxanada o, əməliyyat olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən Təqsirləndirilən şəxsla barışmış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daşkəsən rayonu, Yuxarıdaşkəsən kəndində qeydiyyatında olmaqla Qazaxyolçular kəndində yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun əridir. Ailələrini dolandırmaq üçün əri Elnurla bir yerdə yataqlarda çoblanıqla məşğul olmuşlar. Təxminən bir həftə ərizində Tovuz rayonu, Düz Qırıqlı kəndində Arif adlı şəxsə məxsus yataqda onun heyvanlarına baxmışlar. 02 dekabr 2021-ci il tarixdə o, yataqda özünə məxsus işlərlə məşğul olarkən əri Elnur döyülmüş vəziyyətdə başını tutaraq yatağa gəlmişdir. O, Elnurdan nə baş verdiyi soruşduqda Elnur ona, Aydının qəfildən onu ağacla vurduğunu demişdir. O, bu barədə Aydının arvadına demiş, o da ərinin narkozlu olduğunu, 7 dəfə narkoz aldığını, əsəblərinin yerində olmadığı demişdir. Bir müddət sonra Aydının özü yatağa qayıtmış, onlara çatan zaman odunların yanından baltanı götürüb Elnurun üstünə getmək istəmiş, lakin, arvadı Sabirə onun əlindən baltanı alıb kənara atmışdır. Təxminən 30 dəqiqə sonra yataq sahibi Arif gəlmiş və onlardan yatağı tərk etmələrini istəmişdir. Onlar da əşyalarını və paltarlarını yığıb getmişlər. O, hadisənin canlı şahidi olmamış, dava barədə Elnur ona yatağa qayıtdıqdan sonra danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində arvadı Qətibə Məmmədova və oğlu Sadiq İsgəndərovla birlikdə yaşayır. Tovuz rayonu, Düz Qırıqlı kəndi ərazisində özünə məxsus ferması vardır. Həmin fermada o, heyvandarlıqla məşğul olmuşdur. Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs təxminən 6 ay əvvəl tanımış, həmin vaxtdan Aydın onun yatağında çoban işləmişdir. Daşkəsən rayon sakini Zərərçəkmiş şəxs isə hadisə baş verməmişdən 20 gün əvvəl tanımışdır. Aydın tək başına işinin öhdəsindən çətinliklə gəldiyi üçün başqa çobana da ehtiyac yaranmışdır. Bundan sonra o, Elnuru da öz ailə üzvləri ilə yatağa işə qəbul etmişdir. Hər iki işçiləri ilə münasibətləri normal olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Aydınla Elnur öz aralarında yaranmış şəxsi münasibətlər zəminində dalaşaraq biri-birlərini vurmuşlar. O, bu barədə onların ona danışıqlarından sonra bilmişdir. Hadisə vaxtı o, yataqda olmamışdır. Həmin gün Aydın ona zəng edərək, Elnurla dalaşdıqlarını və ondan yatağa gəlməsini tələb etmişdir. O, yatağa getdikdən sonra Aydının sifət, Elnurun isə baş nahiyyələrində xəsarətlər görmüşdür. Onlarla söhbət etdikdən sonra o, Elnura yola gedə bilmirsə ailəsini də götürüb getməsini məsləhət görmüş, Elnur da ailəsi ilə birlikdə fermadan getmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində olan xüsusatları hadisə yerində bir daha təstiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 780 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının dalağın cırılması nəticəsində törəyən kəskin qanitirmə ilə müşayiət olunan və gecikmiş forma peritonitlə fəsadlaşan qapalı küt travması, başın ənsə nahiyyəsinin qançır-şişkinliyi və səthi yarası xəsarətləri aşkar edilmişdir, həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir və ümumulikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə psixiatriya və psixoloji ekspertizasının 09 mart 2022-ci il tarixli, 137/44 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs o cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Aparılmış psixoloji müayinə zamanı emosional halından asılı olaraq, Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. O, cinayət əməlini törədərkən fizioloji (psixioloji) affekt vəziyyətində olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon poliklinkasının 67 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi əsəb dispanserlərdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon poliklinkasının 78 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserlərdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının №1-6405 və 3950 saylı vəsiqənin surətlərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə Təqsirləndirilən şəxs oğlu X4 “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Buna görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət işinin baş verməsinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlər etməsinin səbəb olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin ona qarşı nalayiq ifadə işlətməsi nəticəsində baş verdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, oğlu X3 İİ Qarabağ müharibəsində iştirakçısı olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, oğlu X3 İİ Qarabağ müharibəsində iştirakçısı olması, əməlindən səmimi peşman olmasınını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62ci maddəsini tətbiq etməklə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiq olar. Məhkəmə Azərbaycan Respublikasının CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CMnin 62-ci maddəsi tətbiq olunmaqla ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs münasibətdə onun yaşayış yeri üzrə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-306/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-306/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver