Məhkəmə qərarları › İş №1(100)-308/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-308/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-308/2022 16.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X7 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə, saat 19 radələrində çoban kimi işlədiyi Samux rayonu, Qarabağlar kəndində yerləşən kənd arasında “Turxanın yatağı” adlanan fermanın həyətində olan birotaqlı tikilidə onunla birlikdə həmin fermada sağıcı kimi işləyən tanışı Zərərçəkmiş şəxs ona “Rembo” deyib çağıraraq zarafat etməyindən incidiyi üçün bir daha onunla zarafat etməməsini xahiş etməyinə baxmayaraq Zərərçəkmiş şəxs onunla yenə zarafat etməyini davam etdirərək aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs onun üzərinə gedib ünvanına nalayiq söyüşlər söyüb dalaşaraq yumruqla onun sifət nahiyəsinə bir dəfə qəsdən vurmağından hiddətlənərək otaqda sağ tərəfdə olan stolun üzərindən götürmüş olduğu soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış məişət təyinatlı mətbəx bıçağının kəsici-deşici hissəsi ilə qəsdən V.Zərərçəkmiş şəxs qarın nahiyəsi istiqamətindən bir dəfə vuraraq ona kəsici-deşici alətlə yetirilməyə xarakterik sol qolunda saidin orta 1\3 hissəsində ölçüləri təxminən 6 sm olan bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət və qarın nahiyəsinin ön səthində solda 2,5 sm uzunluqda, kənarları hamar, konsistensiyalı, yumşaq olan, çəhrayımtıl rəngli çapıq toxumadan ibarət qarın nahiyəsinin ön səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, dalağın, böyük piyliyin və yoğun bağırsaq müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan və yetirildiyi anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, Rauf və Elçin adlı dostları ilə görüşən zaman onlara bir yerdə iş görməklərini məsləhət etmiş, belə ki, onlara məsləhət olaraq demişdir ki, iri buynuzlu heyvan saxlamaqla məşğul olsunlar. Onlar isə öz aralarında söhbət edib birlikdə Samux rayonunda icarəyə ferma tapmağı qərarlaşmışlar. Sonradan onlar Turxan adlı şəxsə məxsus Samux rayonu, Qarabağlar kəndində yerləşən fermanı icarəyə götürmüş, icarə pulunu Rauf vermiş, o isə Elçin və onun atası Ramizlə iri buynuzlu heyvan olan camışlar almışlar. Onlar 2021-ci ilin dekabr ayının axırlarında işə başlamışlar. Həmin vaxt fermada o, Rauf, Elçin və onun atası Ramiz olmuş, onlara sağıcı lazım olduğundan dostu Elçin tanışı Elçin adlı şəxsi sağıcı olaraq işə gətirmişdir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, o, Zərərçəkmiş şəxsla fermada tanış olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Elçin onunla xoş münasibət qurub aradabir zarafat edirmiş, ancaq o, Elçinlə zarafat edən zaman Elçin buna cırnadığından o, Elçinlə zarafat etməmişdir. Buna baxmayaraq o, dostu Elçin və onun atası ilə zarafat etmiş, onlar onu adətən “Rembo” deyə çağırmışlar. 28 yanvar 2022-ci il tarixdə axşam saat 19 radələrində o, dostu Elçin, onun atası Ramiz və digər Zərərçəkmiş şəxs ilə birlikdə fermada otaqda, belə ki, o, öz yatdığı divanda, Ramiz öz yatdığı çarpayıda uzanan, Zərərçəkmiş şəxs stulda oturan, dostu Elçin isə qaz sobasına odun qoyan zaman aralarında iş barəsində ümumi söhbət etməyə başlamışlar. Söhbət əsnasında dostu Elçin onunla zarafatlaşmış, onu “Rembo” deyə çağırmış, bu zaman digər Elçin də onunla cırnadıcı zarafatlar etməyə başlamışdır. Bu da onun xətrinə dəymiş və o, Elçinə “mənim səninlə zarafatım yoxdur, sən niyə mənimlə zarafat edirsən, mən səninlə zarafat edəndə cırnıyırsan” deyə bildirmişdir. Elçin də onun sözünə məhəl qoymayaraq yenə zarafat eləməyə davam etmiş, bundan sonra Elçin zarafat edib onunla mübahisə etməyə başlamış, belə ki, o, oturduğu yerdən onunla birinci olaraq söz mübahisəsi etmiş, o da Elçinə “bu necə olur ki, mən sənə deyəndə sən cırnıyırsan, götürmürsən, ancaq sən edəndə olur, sən kimsən ki, belə zarafat edirsən, mən sənə buna icazə verməmişəm”demiş, Elçin də ona “məni ayağa qaldırma” demişdir. O da Elçinə “ayağa qalxsan neyniyəssən ki” demişdir. Bu zaman Elçin ayağa qalxaraq əsəbi halda onun üzərinə gəlmiş, o, isə oturduğu divandan qalxmamışdır. Elçin onun başının üstündə dayanaraq onunla söyüşlə danışaraq təhqir etməyə başlamış və hər iki əli ilə yaxasından tutaraq onu ayaqüstə qaldırmış, o da durmuş və o, onu dala-qabağa çəkməyə başlamış, o isə ona demişdir ki, “mənimlə söyüşlə danışma”. Ramiz və dostu Elçin isə araya girib onları aralamaq istəsə də Elçin onu buraxmamışdır. Elə bu zaman Elçin qəflətən yumruqla onun sağ qaşının üstünə bir dəfə qəsdən vurmuş, ancaq o, Elçini vurmamış, daha sonra Elçin onu dartışdırmağa başlamış, da sağ tərəfində kiçik stolun üzərində olan çəngəl-bıçaq qabının içindən mətbəxdə istifadə etdikləri qulpu qara rəngli, kaprondan olan, tiyəsi isə gümüşü rəngli bıçağı sağ əlinə götürmüş və Elçinə “məni burax, bu dəqiqə səni bıçaqla vuracam” demişdir. Elçin də onun əlində bıçağın olmasına baxmayaraq yenə yumruqla bu dəfə onun göz nahiyəsinə bir dəfə, dizi ilə isə onun sinə nahiyəsinə vuran zaman, o, artıq Elçinin onu təhqir etməyindən, döyməyindən hiddətlənərək Elçinin onu buraxması üçün bir dəfə sağ əlində saxladığı bıçaqla Elçinin qarın nahiyəsindən vurmuşdur. O, Elçini bıçaqla vurandan sonra Elçin yenə onu buraxmamış, o, sol əliylə Elçinin yaxasından tutmuş, digər əlində isə bıçağı saxlamış, Elçin isə bundan istifadə edib yenə onu vurmuş, o da həmin an Elçinin əlindən zornan çıxaraq özünü çölə vermişdir. Təxminən 2-3 dəqiqə Elçin çölə çıxmışdır, Ramiz və dostu Elçin isə kiməsə zəng edərək köməyə çağırmışdır. O da bunu görüb ona kömək gələcəyini anlamış və mübahisənin yenidən olmaması üçün çıxıb getmişdir. Evdə o, heç kimə bu barədə heç nə deməmişdir. Elçinə xəsarət yetirdiyi bıçağı isə xatırladığı qədəri ilə fermada qoymuş, yəni özüylə aparmamışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq törətdiyi əməldən səmimi olaraq peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Elnurla onun dostu Şahid3 vasitəsi ilə tanış olmuşdur. Elçin atası Ramiz ilə Turxan adlı şəxsə məxsus Samux rayonu, Qarabağlar kəndində yerləşən ferma icarəyə götürüb işlətmişlər, o da işsiz olduğu üçün Elçin ona iş təklif etmiş, o da etiraz etməyərək 2021-ci ilin dekabr ayından həmin fermada sağıcı kimi işə başlamışdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, Elnurla xoş münasibət qurub aradabir zarafat etmiş, onlar Elnura adətən “Rembo” deyə çağırmışlar. İlk gündən Elnur elə fermada qalmış, ancaq aradabir evə də gedib-gəlmişdir. 28 yanvar 2022-ci il tarixdə axşam saat 19 radələrində o, dostu Elçin, onun atası Ramiz və Elnur ilə birlikdə fermada otaqda olmuşdur. Onlar aralarında iş barəsində ümumi söhbət etməyə başlamışdlar. Söhbət əsnasında onlar zarafatlaşmış, Elnuru “Rembo” deyə çağırmışlar, bu zaman o da zarafat etməyə başlamış, belə ki, qarşılıqlı zarafat etmişlər. Zarafat Elnurun xətrinə dəydiyi üçün ona “mənim səninlə zarafatım yoxdur, sən niyə mənimlə zarafat edirsən, mən səninlə zarafat edəndə cırnıyırsan” demişdir. O da Elnurun sözünü ciddiyə qoymayaraq yenə zarafat eləməyə başlayaraq öz fikrini ona çatdırmaq istəmiş, ancaq Elnurla onun arasında zarafat mübahisəyə çevrilmişdir. O, öz yerində, Elnur da öz yerində ola-ola söz mübahisəsi etmişlər, Elnur ona demişdir ki, “bu necə olur ki, mən sənə deyəndə sən cırnıyırsan, götürmürsən, ancaq sən edəndə olur, sən kimsən ki, belə zarafat edirsən, mən sənə buna icazə verməmişəm.” O da ayağa qalxaraq Elnurun yanına getmişdir ki, ona izah etsin ki, o, onunla zarafatlaşırmış. Həmin vaxt Elnur oturduğu divandan qalxmamış, o, Elnurun başının üstündə dayanaraq onunla söhbət edib aralarında olan anlaşılmazlığı izahat etmək istəmiş, yenə Elnur başa düşmədiyi üçün o, əsəbiləşmiş və aralarında mübahisə zamanı hər iki əliylə Elnurun yaxasından tutaraq onu ayaqüstə qaldırmış, Elnur da ayağa durmuş, onlar çəkişməyə başlamış, dava zamanı o, yumruqla Elnurun sağ qaşının üstünə bir dəfə qəsdən vurmuş, daha sonra onlar dartışdırmağa başlamışlar. Dartışan zaman Elnur sağ tərəfində kiçik stolun üzərində olan çəngəl-bıçaq qabının içindən bıçağı sağ əlinə götürərək ona “məni burax, bu dəqiqə səni bıçaqla vuracam” deyib sağ əlində saxlamış, Elnurun əlində bıçaq olduğuna baxmayaraq o, Elnurla dartışmağa davam etmiş və onun sağ əlini sol əliylə saxlamışdır ki, birdən bıçaqla onu vurmasın. Həmin an bıçaq onun sol qolunu kəsmişdir. Təxminən 5-10 dəqiqə dartışandan sonra Elçin onları aralamış və Elnurun əlində olan bıçağı alaraq hər ikisini də fermanın həyətinə çıxartmışdır. O, fermanın həyətində olan ayaqyoluna gedib əlində olan qanı silən zaman gözü qarın nahiyəsində olan qana sataşmış və o, paltarını yuxarı qaldıran zaman qarın nahiyəsində bıçaq xəsarəti olduğunu görmüşdür. Bir müddət keçmiş özünü narahat hiss edib yerdə oturmaq istəyən zaman qarnından ağrı başlamış, bundan sonra Ramiz özünə məxsus “Opel Astra” markalı avtomobilə onu avtomobilə mindirib Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışdır. Hazırda o təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şahid3 doğma oğludur. Rauf adlı şəxsi və Təqsirləndirilən şəxs oğlu Elçin vasitəsi ilə tanımışdır. X12 və Rauf adlı şəxslərlə görüşən zaman onlar bir yerdə iş görməklərini məsləhət etmişlər. Belə ki, onlar iri buynuzlu heyvan saxlamaqla məşğul olmaq qərarına gəlmişlər. Onlar Turxan adlı şəxsə məxsus Samux rayon Qarabağlar kəndində yerləşən ferma icarəyə götürmüş, icarə pulunu Rauf vermiş, Elnur Elçin və onunla iri buynuzlu heyvan olan camışlar almışlar. Onlar işə 2021-ci ilin dekabrın axırlarında başlamışlar. Onlara sağıcı lazım olduğundan oğlu Elçin tanışı Zərərçəkmiş şəxs adlı şəxsi sağıcı olaraq işə gətirmişdir. Demək olar ki, fermanın işini o, Elnur və Zərərçəkmiş şəxs görmüşdür. Elnurla Zərərçəkmiş şəxs arasında tanışlıq yalnız fermada olmuş, əvvəllər onlar bir-birilərini tanımamışlar. Fermada işlədikləri müddətdə onlar arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Elnuru onlar zarafatyana adətən “Rembo” deyə çağırmışlar. Elnur və Zərərçəkmiş şəxs ilk gündən fermada qalmış, ancaq aradabir evə də gedib-gəlmişlər. 28 yanvar 2022-ci il tarixdə axşam saat 19 radələrində o, fermanın həyətində cücəyə dən verən zaman otaqdan səs-küy gəldiyini eşidib cəld ev tərəfə qaçmış, içəri daxil olan zaman Zərərçəkmiş şəxs bir tərəfdə, Elnurun digər tərəfdə, oğlunun isə onların arasında dayandığını görmüşdür. O, onların üst-başına baxan zaman bilmişdir ki, Elçinlə Elnur dalaşıblarmış. O da Zərərçəkmiş şəxs tutaraq onu fermanın həyətinə çıxartmışdır. Fermanın həyətində Zərərçəkmiş şəxs yanıüstə aşağı çöməldiyini görüb ondan nə olduğunu soruşmuş, Zərərçəkmiş şəxs da ona ağrıdığını demiş, əlində yaranın üstünə tutmuş, o da yenə ondan soruşan zaman Zərərçəkmiş şəxs yenə ona demək istəməmiş, o da onun əlini qırağa çəkən zaman qarın nahiyəsindən qan axdığını, bıçaq xəsarətinə oxşadığını görmüş, həmin vaxt Zərərçəkmiş şəxs ona Elnurla dalaşan zaman Elnurun ona bıçaqla xəsarət yetirdiyini demişdir. O da cəld Zərərçəkmiş şəxs özünə məxsus avtomobilə qoyub birbaşa Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs bacısıoğludur, X8 isə bacısıoğlu Elçinin tanışıdır. Təqsirləndirilən şəxs isə tanımamış, əvvəllər də görməmişdir. Bacısıoğlu Zərərçəkmiş şəxs tanışı Şahid3 xahişi ilə onun Samux rayon Qarabağlar kəndində yerləşən və icarəyə götürdüyü fermada iri buynuzlu heyvanlara baxmaq üçün onu sağıcı olaraq işləməyə xahiş etmiş, Zərərçəkmiş şəxs da işsiz olduğundan buna razılıq vermişdir. 2021-ci ilin dekabr ayının axırlarından Zərərçəkmiş şəxs Samux rayon Qarabağlar kəndində yerləşən kənd arasında “Turxanın ferması” adlanan fermada sağıcı kimi işləməyə başlamışdır. Həmin fermada o, Təqsirləndirilən şəxsla tanış olmuşdur. Həmin fermada yalnız özləri, işləmişlər. 28 yanvar 2022-ci il tarixdə axşam saat 21-22 radələrində ona qohumları bacısıoğlu Elçinin işlədiyi fermada bıçaqla vurulmasını və hal-hazırda Gəncə şəhər 3 nömrəli xəstəxanada olmasını bildirmişlər. O da məsələnin nə olduğunu öyrənmək üçün Gəncə şəhər 3 nömrəli xəstəxanaya getmiş, sonradan ona bacısıoğlu Zərərçəkmiş şəxs işlədiyi Samux rayon Qarabağlar kəndinə yerləşən fermanın həyətində olan, özlərinin qaldıqları birotaqlı evdə tanışı və onunla birlikdə işləyən sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxslə zarafat üstündə mübahisə edib dalaşdığını və dava zamanı Təqsirləndirilən şəxs bıçaqla Elçinin qarın nahiyəsinə xəsarət yetirdiyini bilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, “o, rəsmi olaraq heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs o, 2008-ci il tarixdən tanıyır, Üniversitetdə Elnurla tələbə yoldaşı olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onun həm də Rauf adlı bir dostu vardır, bir gün o, Rauf və Elnurla görüşən zaman bir yerdə iş görmək qərarına gəlmişdirlər. Buna görə də onlar Samux rayon Qarabağlar kəndində yerləşən Turxan adlı şəxsə məxsus fermanı icarəyə götürərək iri buynuzlu heyvan saxlamağa başlamışdırlar. Onlara sağıcı lazım olduğundan o, tanışı Zərərçəkmiş şəxs təklif etmiş, o da etiraz etməmişdir. Onlar 2021-ci ilin dekabr ayından işə başlamışdırlar. Fermada adətən o, Elnur, dostu Elçin və atası Ramiz olurmuş. Elnurla Elçin əvvəllər bir-birini tanımırlarmış, onlar fermada işləyərkən tanış olmuşdurlar. Aralarında yaxşı münasibət olduğundan onlar bir-biriləri ilə zarafat da edirləmiş. 28 yanvar 2022-ci il tarixdə axşam saat 19 radələrində o, Elnur, Elçin və atası Ramiz olmuş, Ramiz fermanın həyətində olmuşdur. Otaqda Elnur divanda, Elçin stolda, o isə odun sobasına baxırmış. Elnur və Elçin söhbət əsnasında bir-biriləri ilə zarafatlaşdılar və Elçin söhbəti zarafat edib mübahisəyə çevirdi, belə ki, Elçin Elnura lağ etməyə başlamış, Elnurun da xətrinə dəydiyi üçün zarafat etməməməyi Elçindən xahiş etmişdir. Ancaq Elçin yenə Elnurla zarafatlaşmışdırlar. Bunlar arasında mübahisə olmuş və mübahisə zamanı Elçin Elnurun üstünə getmiş, qabaq-qabağa durub bir-biriləri ilə mübahisə edib söyüş söymüşdürlər, o da onları aralamış və odun sobasına baxmaq üçün onların yanından çəkilmişdir. Ancaq Elçin yenə Elnurla mübahisə edərək onu yumruqla vurmuş, o da odun sobasını səliqəyə salıb arxaya çevrilən zaman görmüşdür ki, Elnurun əlində bıçaq varmış, vəld Elnurun yanına gedib bıçağı onun əlindən almış və hər ikisini də otaqdan çıxardıb fermanın həyətinə qovalamışdır. Bundan sonra atası agəlmiş, Elnur mübahisədən sonra əynini dəyişib çıxıb getmişdir. Bundan sonra onlar Elçinin paltarını qaldırıb baxan zaman onun qarın nahiyəsində bıçaq izi olduğunu görmüşdürlər. Atası da cəld Elçini öz maşına mindirib Gəncə şəhər 3 nörməli xəstəxanaya aparmış, o isə fermada qalmışdır. O göstərmişdir ki, mübahisəyə səbəb Elçinin Elnurla zarafat etməyi olmuş, Elnur isə ondan xahiş etmişdir ki, onunla zarafat etməsin, ancaq Elçin zarafatı davam etdirib mübahisə etmişdir. Elnurun Elçinə bıçaq zərbəsi vurduğunun birbaşa şahidi olmamış, heç Elnurun Elçini bıçaqla vurduğunu Elçin özü də bilməmiş, sonradan onun qarın nahiyəsinə baxan zaman bilmişlər ki, Elnur bıçaqla Elçini vuraraq ona xəsarət yetirmişdir. Hadisə olan vaxtı orada o, Elnur və Elçin olmuş, atası Ramiz isə fermanın həyətində olmuşdur”. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 29 yanvar 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Samux rayonu, Qarabağlar kəndində yerləşən kənd arasında “Turxanın ferması” adlanan fermadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 31 yanvar 2022-ci il tarixli, 144 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarət – sağ göz ətrafı nahiyənin qançırı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vuran xəsarətə aid olunmadığından dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 10 mart 2022-ci il tarixli, 145/46 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuşdur.Təqsirləndirilən şəxs keçirdiyi psixi-emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 11 mart 2022-ci il tarixli, 229 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarət – qarın nahiyəsinin ön səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, dalağın, böyük piyliyin və yoğun bağırsaq müsaqirəsinin zədələnməsi – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətlərə aid edilir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində yuxarıda qeyd edilən xəsarətlərdən başqa, sol said nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yara da aşkar edildi, bu yara da eyni ilə deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 05 mart 2022-ci il tarixli, 16/164/165 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan jaketin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş jaketin üzərində olan zədədə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 02 may 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair “ qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş hadisənin predmeti olan 1 ədəd bıçaq və hadisə zamanı bıçaq xəsarəti almış Zərərçəkmiş şəxs Villayət oğlunun əynində olmuş 1 ədəd kişi cinsinə məxsus tünd boz rəngli, üzərində hörülmüş naxışları olan, uzunqol jaket maddi sübut hesab edilmiş və saxlanılması üçün Samux RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 mart 2022-cu il tarixli, 1033 nömrəli arayışdan və 1034 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Dövlət Aqrar Universitetinin 22 iyun 2012-ci il tarxli diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs ali təhsilli olmaqla “mühəndis istisadiyyatı və idarəetmə menecment” məzunudur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş 23 may 2022-ci il tarixli və məhkəmə iclasında təqdim etdiyi 09 iyun 2022-ci il tarixli ərizələrindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmış və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 29 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və “qətimkan tədbiri seçilməsi haqqında və tutulmuş şəxsin azad edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 31 yanvar 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həbsdən azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı etirafedici ifadələrini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-cü maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ali təhsilli olmasını, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini səmimi peşmançılıqla etiraf etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, ali təhsilli olması kimi hallar cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onlun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə edib nəzərə almışdır. Məhkəmə tərkibi məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməlində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə aşağıdakı qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, barəsində sınaq müddəti müəyyən edilməli, onun üzərinə qanunla müəyyən edilmiş qaydada vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli 2.21-ci bəndində göstərilir ki, cəza şərti olaraq ttəbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərək yuxarıdakı Plenumun qərarında göstərilən hüquqi mövqeni nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri qaydasında iş üzrə maddi sübutlar - Samux rayon PŞ-də saxlanılan 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd uzunqol jaket məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsatəti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 21(iyirmi bir) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 21(iyirmi bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunaraq, təyin edilmiş 3(üç) il azadlıqdan məhrum etmə cəzası 2(iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Samux rayon PŞ-də saxlanılan 1 (bir) ədəd bıçaq və Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd uzunqol jaket məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar