Məhkəmə qərarları › İş №1(100)-308/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-308/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-308/2023 06.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X5 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X11, Təqsirləndirilən şəxs Əli oğlunun və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxx 1992-ci ildə Tərtər rayonu Kəbirli kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, Tərtər rayonu Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 19:00 radələrində Tərtər rayon Kəbirli kəndi ərazisindən keçən asfalt yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla sürücülük hüququ olmadan və ayıq vəziyyətdə idarə etdiyi mülkiyyət hüququ ilə X12 məxsus “FORD TRANSİT” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə müəyyən edilmiş hərəkət sürətindən artıq yəni, saatda 53 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda lazımi ehtiyatlılıq və diqqətlilik göstərməyərək yolun sol kənarından sağ kənarına keçmək istəyən piyada X13 idarə etdiyi avtomobillə ehtiyyatsızlıqdan vuraraq sonuncuya dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid - qapalı kəllə-beyin travması, başın sağ gicgah təpə nahiyəsində qansızma, baş beyin qişalarına və toxumasına qansızma, atlas, İ-İİ-İİİ bel fəqərələrinin yerdəyişməmiş sınıqları, sağ körpücük və İİ-X qabırğaların yerdəyişmiş sınıqları, sağ ağ ciyərin yaralanması ilə müşayiət edilən xəsarətlər almasına və aldığı başın küt travması nəticəsində baş-beyin toxumasına, qişalarına, mədəciklərinə qansızma xəsarətlərindən 12 yanvar 2023-cü il tarixdə “Ə.D.Məlikov adına X23” ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Kəbirli kəndində yaşayır, evlidir, iki övladı var. O, özünə məxsus “FORD TRANSİT” markalı yük avtomobili ilə yük daşımaqla ailəsini dolandırır. X20 onun həmkəndlisidir, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmayıb. O, 18 noyabr 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “FORD TRANSİT” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə saatda təxminən 40-50 km/saat sürətlə Tərtər rayonu, Qaradağlı kəndindən yaşadığı Kəbirli kəndi ərazisindən keçən zaman yolun sağ tərəf hərəkət zolağı ilə hərəkətdə olan zaman qəfil yolun sol tərəf hərəkət zolağının kənarında dayanıqlı vəziyyətdə olan qiyabi olaraq tanıdığı Fikrət adlı şəxsə məxsus “VAZ- 2107” markalı avtomobilin arxa tərəfindən çıxan piyada Aynur Kərimova qaçaraq yolu sağ tərəfə keçmək istəmiş, o, həmin vaxt piyadanı görmədiyi üçün sonuncunu avtomobilin ön sağ hissəsi ilə vurmuş və əyləci basıb avtomobili saxlamlışdır. Bundan sonra o, orada olan şəxslərin köməkliyi ilə onu götürüb avtomobilə yerləşdirib xəstəxanaya aparmaq istəmiş, lakin avtomobil qəzalı vəziyyətə düşdüyündən Aynur Kərimovanın atası Murad gələrək Aynuru öz “Mersedes” markalı avtomobilinə qoyub X10 aparmışdır. O isə atası Əhlimanla birlikdə atasına məxsus “VAZ-2107” markalı avtomobil ilə dərhal onların ardı ilə xəstəxanaya getmişdir. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə rayon polis şöbəsinə gəlib izahat vermişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, idarə etdiyi avtomobil “nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” etibarnaməyə əsasən özünə məxsusdur, lakin avtomobili adına qeydiyyata almamış və sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq hadisə vaxtı yanında kürəkəni Şahid1 olduğunu, başqa sərnişin olmadığını, avtomobili idarə edərkən spirtli içki qəbul etmədiyini, avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etdiyini və qəzadan öncə Aynur Kərimovanı qəfil gördüyünü, zərərçəkmişi vurandan dərhal sonra əyləcə basdığını bildirdi. Məhkəmə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X25 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Kəbirli kəndində yaşayır. X3 onun qızıdır və onunla birlikdə yaşayırmış. Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir. Onunla heç bir ədavəti və ya düşmənçiliyi olmayıb. X43 Xoruzlu kəndi ərazisində yerləşən “Patron“ adlı şirkətdə işləmiş, hər gün işə saat 08:00-da gedib axşam saat 19:00 radələrində yaşadıqları ünvana geri qayıdırmış. Qızı Aynur xx.xx.2022-ci il tarixdə də işdən çıxıb tanışı Fikrət adlı şəxsə məxsus avtomobilə əyləşib yaşadığı ünvana gəlmək üçün yola çıxmışdır. O da həmişəki kimi onu qarşılamaq üçün yola çıxmış və onun gəlişini gözləmişdir. Saat təxminən 19 radələrində Tərtər rayonu, Kəbirli kəndinin giriş hissəsinə çatdıqdan sonra mərhum övladı Aynur avtomobildən düşüb yolun əks istiqamətinə iti yürüşlərlə keçən zaman qarşı tərəfdən gələn “Ford Transit” markalı həmkəndlisi Təqsirləndirilən şəxs məxsus avtomobil mərhum qızını vuraraq yoldan 30 metr kənara tullamışdır. O da cəld yolun digər hissəsinə keçib övladını tapdıqdan sonra onu orada olan xatırlamadığı şəxslərin köməkliyi ilə özünə məxsus “Mersedes” markalı avtomobilə yerləşdirib Bərdə rayonunda yerləşən Diaqnostika Mərkəzinə aparmışdır. X31 ilkin yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən Mərkəzi Klinakaya aparmışlar. Mərhum övladının vəziyyəti ağır olduğu üçün bir müddət orada müalicə alsa da onu Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyyə etmiş, maddi imkanı zəif olduğu üçün övladını dövlət xəstəxanasına köçürtmüşdür xx.xx.2023-cü ildə övladı xəstəxanada aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Murad Kərimov Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin ödənildiyini və humansit cəza təyin edilməsini xahiş etmiş, eyni məzmunlu notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qaynıdır. Arzumanın “FORD TRANSİT” markalı, **-DF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var və həmin avtomobillə yığdıqları xurmaları satıb dolanmışlar. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu, Qaradağlı kəndindən qaynı Arzumanın yaşadığı Tərtər rayonu, Kəbirli kəndinə gedən zaman Tərtər rayonu, Kəbirli kəndinin giriş hissəsinə çatdıqda yolun sol tərəfində dayanmış vəziyyətdə olan “VAZ 2107” markalı avtomobilin arxa hissəsindən düşən sonradan adını bildiyi X24 idarə etdiyi avtomobilin qarşısına çıxmış və Arzuman Aynuru idarə etdiyi avtomobillə ön sağ tərəfdən vurmuşdur. Qəza nəticəsində Aynur yerə yıxılmış, onlar qəzadan sonra maşından düşüb Aynuru atası ilə birlikdə Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, X3 bacısı, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. X32 həyat yoldaşından boşandıqdan sonra bir azyaşlı övladı ilə birlikdə onlarda yaşayırmış və hər gün saat təxminən 19 radələrində işlədiyi “Patron” şirkətindən yaşadıqları evə qayıdırmış. xx.xx.2022-ci ildə saat təxminən 19 radələrində o, evdə anası Aybənizlə yemək yemiş, atası Murad isə evdən çıxıb bacısını qarşılamaq üçün asvalt yola tərəf getmişdir. Bir qədər sonra isə o, möhkəm səs eşitmiş və evdən çıxıb yola tərəf qaçmış, atası Murad ona Arzumanın bacısı Aynuru idarə etdiyi “FORD TRANSİT” markalı, qeydiyyat nişanını xatırlamadığı avtomobillə vurduğunu və bacısının yol kənarına düşdüyünü bildirmişdir. Atası özünə məxsus “Mersedes” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili evdən sürüb gəlmiş və bacısı Aynuru orada olan xatırlamadığı şəxslərin köməkliyi ilə maşına yerləşdirib X10 aparmışlar. Bundan sonra “DİN”-nin 102 xidmətinə məlumat vermiş və yaşadığı evə qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, bacısı Aynur iş yoldaşı Fikrətin “VAZ-2107” markalı avtomobili ilə yaşadıqları evə qayıtmış, maşından düşüb yolu keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi “FORD TRANSİT” markalı avtomobillə onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tərtər şəhəri, Yeni qəsəbədə yaşayır. X13 qiyabi olaraq tanımış, sonuncu Tərtər rayon Xoruzlu kəndində yerləşən “Patron” şirkətində işləmişdir. O isə həmin ərazidə digər şəxsə məxsus fərdi günəbaxan emalı sexində işləyir. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində o, özünə məxsus “VAZ-2107” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işdən çıxıb evə getmiş, həmişəki kimi “Patron” şirkəti və fərdi emal sexlərində işləyən Mehbarə, Vüqar, Ramil və Aynur da onunla birlikdə evə qayıtmışlar. Aynurgilin evinin yanına çatan zaman sonuncu ondan maşını saxlamağı xahiş etmiş və o, avtomobili yolun sağ kənarına çəkib saxlamışdır. Arxa sağ tərəf oturacaqda əyləşmiş Aynur avtomobildən düşmüş, bundan sonra o, maşını bir qədər irəli sürmüşdür. Həmin vaxt arxadan möhkəm əyləc səsi və tappıltı eşidib avtomobili saxlamış və maşında olanlar Aynurun düşdüyü tərəfə qaçmışlar. Sonradan bilmişdir ki, yolu digər tərəfə - evlərinə tərəf keçmək istəyən zaman Aynur Kərimovanı qarşıdan gələn “FORD TRANSİT” markalı avtomobil vurmuş, əyləci basıb bir qədər aralıda saxlamışdır. Avtomobilin sürücüsü sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs olmuş və yanında bir nəfər adını bilmədiyi şəxs maşından düşüb onlara tərəf gəlmişdir. Həmin vaxt Aynurun atası Murad yaxınlıqda qızını gözlədiyi üçün o da hadisə yerinə gəlmiş və köməklik edərək Aynuru yerdən qaldırıb atası Muradın “Mersedes” markalı avtomobili ilə xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5 və X1 Fikrət Musa oğlunun ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun göstərdiklərini özlərinə aid hissədə təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 18 noyabr 2022ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış aparılması haqqında” protokoldan, sxem və fotoşəkillərdən görünür ki, hadisə yeri Tərtər rayonu, Kəbirli kəndi ərazisində yaşayış məntəqəsindən keçən asfalt yoldur. Yolda hərəkət qarşılıqlıdır, yol örtüyü qurudur, eni 6 metrdir. Yolun hərəkət hissəsi işıqlandırılmır, hərəkət hissəsində 16,7 metr tormoz izi var. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT X33 şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli 01 saylı ekspert rəyindən görünür ki, X3nın meyitinin bədən səthində qapalı kəlləbeyin travması, başın sağ gicgah təpə nahiyəsində qansızma, baş beyin qişalarına və toxumasına qansızma, atlas, İ-İİ-İİİ bel fəqərələrinin yerdəyişməmiş sınıqları, sağ körpücük və İİ-X qabırğaların yerdəyişmiş sınıqları, sağ ağ ciyərin yaralanması xəsarətləri vardır. Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtoqəza nəticəsində törənə bilərdilər, müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərlə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X7 ölümünə səbəb başın küt travması nəticəsində baş-beyin toxumasına, qişalarına, mədəciklərinə qansızma xəsarətləri olmuşdur. X7 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, ölüm meyitin məhkəmə-tibbi müayinəsindən əvvəlki 16- 18 saat ərzində baş vermişdir. X7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qruppu), fenotiazin, fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, prizalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2023-cü il tarixli, 239/k №-li akt). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin yol nəqliyyat hadisələri ekspertizasının 15 fevral 2023-cü il tarixli, 8/3651 saylı rəyindən görünür ki, «FORD TRANSİT» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayiət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «FORD TRANSİT» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 28 mart 2023-cü il tarixli, 187№li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk edərək onları idarə etmək imkanına malikdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 20 aprel 2023-cü il tarixli 689 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 20 fevral 2023-cü il tarixli, p/y-6-75/2-167/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatda dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tibi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 28 fevral 2023-cü il tarixli, p/y-6-75/2-204/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ə.D.Məlikov adına X28” publik hüquqi şəxsin 12 yanvar 2023-cü il tarixli arayışından görünür ki, X20 12 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində həmin publik hüquqi şəxsin reanimasiya-anesteziologiya və intensiv terapiya şöbəsində vəfat etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-11/2- 1387/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “AzAvtovaz” texniki xidməti sənaye ticarət birliyi Tərtər texniki xidmət sahəsinin 25 aprel 2023-cü il tarixli 503 nömrəli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Ford Transit» yük markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 995 (doqquz yüz doxsan beş) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 aprel 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, mülkiyyət hüququ üzrə X12 məxsus “FORD TRANSİT” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili maddi sübut qismində tanınmış və saxlanılması üçün Tərtər rayon polis şöbəsinin DYPB-nin duracağına yerləşdirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış AA ******* və AA ******* saylı şəxsiyyəti vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində (xx.xx.2016 və xx.xx.2017-ci il təvəllüdü olmaqla) iki azyaşlı uşağı var. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tərtər rayon İcra Hakimiyyəti Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyinin 06 fevral 2023-cü il tarixli, 29 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - arvadı X22, övladları X17 və X14 ilə birlikdə Tərtər rayonu, Kəbirli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış X8 verdiyi 27 aprel 2023-cü il tarixli ərizədən görünür ki, o mülkiyyətində olan “FORD TRANSİT” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə ilə X9, sonuncu isə həmin avtomobili Təqsirləndirilən şəxs satmışdır. Hazırda onun həmin avtomobilə dəymiş maddi ziyanla və avtomobillə bağlı hər hansı mülki iddiası və şikayəti, tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X11 notarial qaydada təsdiq olunmuş 15 may 2023-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmış və ona dəyən ziyan ödənmişdir, Təqsirləndirilən şəxs barəsində humanist qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Yevlax RQİİ və TBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD № 403263 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “FORD TRANSİT” markalı, **-DF-*** qeydiyat nömrə nişanlı avtonəqliyyat vasitəsi üzərində X8 mülkiyyət hüququ qeydə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 sentyabr 2022-ci il tarixli ƏN Vİİİ № 491298 saylı “nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair” etibarnamənin surətindən görünür ki, X8 adından çıxış edən nümayəndə X18 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək “FORD TRANSİT” markalı, **-DF-*** qeydiyat nömrə nişanlı avtomobilə sərəncam verilməsinə dair etibarnamə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə araşdırılmış 27 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİ-dən verilmiş 04 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinib, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varislə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəyə əsasən dəymiş ziyanı tam olaraq ödəməsini, CM-in 59.2-ci maddəsinə əsasən isə zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi hallar araşdırılmalı, cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları - Təqsirləndirilən şəxs hadisə yerindən qaçmayaraq zərərçəkmişi xəstəxanaya aparmağa cəhd etməsini, onun tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanin ödənilməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, özünün himayəsində iki azyaşlı uşağının olmasını, törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, özünün törətdiyi cinayət əməlinə mənfi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və ağırlaşdırıcı hallar olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etməklə cəzanın məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndinin 2-ci abzasında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində əsasən onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə baxışı zamanı hadisəni törətdiyi qeyd edilən nəqliyyat vasitəsini şifahi razılaşma ilə satın almasını bildirsə də, həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadığından iş üzrə maddi sübut olan və hazırda Tərtər RPŞ-nin mühafizə olunan duracağında saxlanılan - “Ford Transit” markalı, **-DF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qanuni sahibi X12 qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş hesabat-arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını işin ibtidai araşdırma zamanı dövlət hesabına dəvət edilmiş Tərtər rayon Vəkil Bürosunun vəkili X26 tərəfindən 9 saat, məhkəmə prosesində isə dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai araşdırma və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasına əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və hazırda Tərtər RPŞ-nin mühafizə olunan duracağında saxlanılan - “Ford Transit” markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qanuni sahibi X12 qaytarılsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabına X15 vəkil işlədiyi Tərtər rayon Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına isə 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətdə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar