Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-308/2025 17.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonu, Nadirxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Nadirxanlı kəndində qeydiyyatda olmaqla, tutulanadək ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 iyul 2024-cü il tarixdə saat 07 radələrində ünvan 2 ünvanında birlikdə yaşadığı, 12 dekabr 2012-ci il tarixli 201 nömrəli nikah şəhadətnaməsi ilə rəsmi arvadı Zərərçəkmiş şəxs onun əvvəlki ailəsi və övladları ilə münasibət saxlamasına narazılıq etməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü Şahid2 və xx.xx.2016-cı il təvəllüdlü Şahid1 gözləri qarşısında, evdən götürdüyü soyuq silah hesab edilməyən, turist bıçağı ilə xüsusi amansızlıqla qəsdən ard-arda zərbələr vuraraq Zərərçəkmiş şəxs iki ədəd sağ əl nahiyyəsində, bir ədəd sol said nahiyyəsində yerləşən, yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən və iki ədəd döş qəfəsinin arxa səthində solda yerləşən, daxilə nüfuz edən, plevranın zədələnməsi ilə müşayiət olunan hər biri ayrı-ayrılıqda sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, özünü CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu üçün gecə saatlarında yaşadığı ünvana getmişdir. Evdə mobil telefonla oyun oynayıb, öz-özünə danışarkən, arvadı Zərərçəkmiş şəxs ondan kimlə danışdığını soruşmuş, o isə, heç kəslə danışmadığını, çörək yeyib sadəcə telefonda oyun oynadığını, ona isə yatmasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun mərhum atasının ünvanına nalayiq ifadələr işlətmiş, o, sözügedən ifadələrdən qəzəblənərək həyətə çıxmış və avtomobilinin təmir işlərində istifadə etdiyi bıçağı götürüb, evə gətirmiş və daha sonra sözügedən bıçaqla Zərərçəkmiş şəxs iki dəfə vurmuşdur. Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra, ilkin tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparmış və daha sonra polis şöbəsinə gedərək, könüllü təslim olmuşdur. Həmçinin arvadı Zərərçəkmiş şəxs ilə barışmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, arvadı ilə barışmış, lakin arvadı atasının evinə getmişdir. Telefonda oyun oynadığı üçün əsəbləşib, təhqiramiz ifadə işlətmiş, Zərərçəkmiş şəxs isə həmin sözlərin ona aid edildiyini zənn edərək, mərhum atasının ünvanına nalayiq ifadələr işlətmiş, o, sözügedən ifadələrdən qəzəblənərək, Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Həmçinin Zərərçəkmiş şəxs onun əvvəlki ailəsindən olan uşaqları ilə münasibət saxlamasına da daim iradını bildirmişdir. Zərərçəkmiş şəxs bıçaqla vuran vaxt səhər saatları olmuş və həmin vaxt uşaqları yatılı vəziyyətdə olmuşdur. Uşaqlar ona anasının vurmaması üçün iradlarını bildirməmişlər. Əvvəlki ailəsindən olan uşaqları hadisə baş verən vaxt Bakı şəhərində olmuşlar. Zərərçəkmiş şəxs vurduğu otaq uşaqlar yatan otaq olmuş, lakin uşaqlar həmin vaxt yatılı vəziyyətdə olmuşlar. Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra uşaqlar səs-küyə oyanmışlar. Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə təxminən 03:00 radələrində başlamış və 05:00-06:00-dək davam etmişdir. İstintaq zamanı verdiyi ifadəsi ilə, hazırkı ifadəsi arasında ziddiyyətə gəldikdə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyi üçün həyəcanlanması ilə əlaqədar olmuşdur. İstintaq zamanı ifadəsini oxumuş və müstəntiqə sözügedən ifadəsində qeyd olunanların onun dediyi formada olmadığını bildirmiş, müstəntiq isə onun qeyd etdiyi halları düzəldəcəyini bildirmişdir. Həmçinin iş materiallarında, onun Zərərçəkmiş şəxs bıçaqla sinəsindən də vurması qeyd olunsa da, o, Zərərçəkmiş şəxs sinəsindən bıçaqla vurmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə, məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan, ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, hazırda yaşadığı ünvanda Zərərçəkmiş şəxs və ondan olan azyaşlı övladları Şahid2 və Şahid1 ilə birlikdə yaşayır, Asimə ilə yaşadıqları müddət ərzində ailə məişət zəminində müxtəlif səbəblərdən mübahisələri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində yaşadığı ünvana getmiş, avtomobili həyətə saldıqda Asimə çıxaraq avtomobildə olan çörəyi və aldığı ərzaqları götürmüş, onun arxasınca evə daxil olmuşdur. Evdə olan azyaşlı övladları yataq otağında yatılı vəziyyətdə olmuşlar. Asimə yatacağını bildirdikdə, ona almış olduğu xəngəl xəmirinə soğan qızartmasını, özünün xəngəli hazırlayacağını, ac olduğunu dediyi zaman Asimə ona üzərinə iy çökəcəyini bildirdikdə, o əsəbləşərək növbəti gündən evə gəlməyəcəyini demiş, bundan sonra Asimə soğan qızartmaq üçün mətbəxə doğru getmiş, o isə xəngəli süzmüşdür. Asimə hazır olduğunu deyərək öz otağına keçsə də, o evin əsas otağında yemək yeməyə başlamışdır. Asimə yataq otağına keçdikdən sonra, evə girdiyi zaman artıq evə gəlməyəcəyini dediyi üçün ona acıqlanaraq “yaxşı yer tapdığını” yəni keçmiş arvadının yanınamı getdiyini, ilk evliliyindən olan qızları ilə danışdığını deyərək sözlü mübahisə etməyə başlamışdır. Artıq əsəbləşdiyi üçün bir birlərini nalayiq ifadələrlə təhqir etmişlər. Sonda Asimə mərhum atasına nalayiq ifadə işlədikdə, o əsəbləşərək yerindən durub evin həyətinə çıxıb avtomobilinin təmir işlərində istifadə etdiyi bıçağı götürüb evə girərək saat 07 radələrində yataq otağının qapısında dayanıb Asiməyə sakitləşməsini, onu bezdirdiyini desə də Asimə çarpayının üzərində oturaq vəziyyətdə dayanıb, onun əlində bıçaqla qapının qarşısında dayandığını görməsinə baxmayaraq yenədə mübahisə etməyə və onu təhqir etməyə davam etdiyi üçün münaqişə etmişdir. Həmin zaman əsəbləşərək Asiməyə yaxınlaşıb, çarpayının üzərində onun kürək hissəsindən iki dəfə bıçaqla zərbə endirdikdən sonra evin əsas otağına keçərək Asiməni xəstəxanaya aparmaq üçün paltarını dəyişməyə başlamış, Asimə bundan sonra yataq otağından yalvararaq onu xəstəxanaya aparmağını istədiyi üçün yataq otağına yenidən girdikdə Asimənin yataq otağında ütü stolunun yanında yerdə olmasını görüb qoluna girərək evdən çıxartmış, Asimə yaralarına basmaq üçün parça istədiyinə görə onu evin giriş qapısının yanında yerə qoyub yenidən yataq otağına qayıdaraq oradan parça götürüb Asimənin yanına gələrək onun qanayan yerlərinə parça basdıqdan sonra avtomobilinin arxa oturacağına əyləşdirib, Göygöl rayon xəstəxanasının təcili yardım şöbəsinə gətirmişdir. Sonra bibisiqızı Sveta və onun əri Xəyalın yaşadığı ünvana getmiş, onlara olan hadisəni danışıb azyaşlı övladları tək olduğu üçün yaşadığı ünvana getməsini istəmiş, onlarla birlikdə yaşadığı ünvana gələrək Svetanı uşaqların yanında qoyub Xəyalla birlikdə yenidən xəstəxanaya qayıtdıqda artıq polis əməkdaşlarının orada olmasını görmüş, Asiməni isə Gəncə şəhər Abbas səhhət adına xəstəxanaya aparmışlar. Həmçinin verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, aralarında olan sözlü mübahisə 1 saatdan artıq, münaqişə isə 1-2 dəqiqə davam etmişdir. Mübahisə zamanı azyaşlı övladları yatdığı üçün Asiməni bıçaqla vuraraq xəsarət yetirdiyini görməmişlər. Asiməyə xəsarət yetirdikdən sonra yataq otağına yenidən qayıdığı zaman artıq azyaşlı övladları oyanmışlar. Asiməyə xəsarət yetirdiyi bıçağı yaşadığı ünvanın həyətində avtomobilində təmir işləri görmək üçün saxlamış, hadisə zamanı həmin yerdən götürmüşdür. ilkin araşdırma zamanı polis əməkdaşları onunla birlikdə yaşadığı ünvana baxış keçirilən zaman bıçağı qoyduğu masanın üzərindən götürmüşlər. Mərhum atasına dəfələrlə söydüyü üçün əsəbləşərək Asiməyə xəsarət yetirmiş, Asiməyə bıçaqla xəsarət yetirdiyi zaman onu öldürmək fikri və istəyi olmamış, bıçaqla xəsarət yetirdikdə isə artıq qan axdığını gördüyü üçün müqaviməti qırıldığından dayanmış, ona əlavə xəsarət yetirməməyi üçün heç bir maneəsi olmamış, öz iradəsi ilə ona artıq xəsarət yetirmək istəməmişdir. Münaiqşə zamanı Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmişdir. Mübahisə zamanı azyaşlı övladları yatdığı üçün Asiməni bıçaqla vuraraq xəsarət yetirdiyini görməmiş, Asiməyə xəsarət yetirdikdən sonra yataq otağına yenidən qayıtdığı zaman artıq azyaşlı övladları oyanmış, ağlayaraq analarını ölməyə qoymamağını istəmişlər. İlkin ifadəsində bıçağı götürüb evə girdiyi zaman saat 08 radələrində yataq otağının qapısında dayanıb Asimə ilə danışdığı zaman səs küyə uşaqların da yuxudan oyandığını, Asimənin isə çarpayının üzərində oturaq vəziyyətdə dayanıb əlində bıçaqla qapının qarşısında dayandığını görsə də yenədə mübahisə etməyə və onu təhqir etməyə davam etdiyi üçün əsəbləşərək ona yaxınlaşaraq bıçaqla iki dəfə onun kürəyinə zərbə endirdikdən sonra sinəsinə bıçaqla zərbə endirdikdə Asimənin əli ilə bıçağı tutduğunu, bundan sonra uzaqlaşaraq digər otağa keçdiyini bildirməsi barədə ifadələr arasında ziddiyyətlə bağlı bildirmişdir ki, ilkin ifadəsindən uzun müddət keçdiyi üçün hazırda dediyi şəraitdə hadisənin baş verdiyini xatırlayır. Asiməyə bıçaqla xəsarət yetirdiyi zaman uşaqları yuxudan oyanmamış, xəsarət yetirdikdən sonra onlar yuxudan duraraq ağlamağa başlamışlar. Asimənin sinəsinə bıçaq zərbəsi vurmamışdır. Sadəcə iki dəfə ard-arda zərbə endirərək ondan uzaqlaşmışdır. O həmçinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 423 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertiza müayinəsi rəyində Zərərçəkmiş şəxs bədəni üzərində kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmiş altı ədəd yara aşkar edilməsi, həmin yaralardan ikisinin döş qəfəsinin arxa səthində solda yerləşməsi, hər iki yaranın daxilə nüfuz edən, plevranın zədələnməsi ilə müşayiət olunan yara olması dərəcəsinə görə hər biri ayrı-ayrılıqda Ağır zərər vurmaya aid edilməsi, digər yaralardan üçünün sağ əl nahiyyəsində, dördüncünün isə sol said nahiyyəsində yerləşməsi qeyd olunan yaraların yumşaq toxumaların zədələnməsi ilə müşayiət edilməklə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aid edilən həmin xəsarətlərin xx.xx.2024-cü il tarixə uyğun gəlməsi ilə ifadəsində Zərərçəkmiş şəxs ümumilikdə iki dəfə kürək nahiyyəsindən bıçaq zərbəsi endirməsi haqqında ziddiyyət barədə bildirmişdir ki, sual ona aydındır. Mahiyyəti ilə bağlı bildiririr ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi Publik Hüquqi şəxsin Zərərçəkmiş şəxs müayinəsi ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli 423 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertiza müayinəsi rəyi ilə tanış olmuşdur. Asiməyə iki dəfə kürək nahiyyəsindən bıçaqla zərbə endirmiş, digər yaraları, üçü sağ əl nahiyyəsində, dördüncü isə sol said nahiyyəsində yerləşmiş yaraları isə hazırda xatırlamasa da Asimənin münaqişə zamanı özünü müdafiə etmək üçün bıçağı tutmaq istədiyi zaman yaranmasını düşündüyü cavabını vermişdir. Yemək yediyi zaman mobil telefonunda oyun oynayır, oyunda uğursuzluq əldə etdiyində isə əsəbləşərək söyüş söyür. Hadisə olan gün həmin saatda da oyun oynadığı zaman nalayiq ifadə işlədiyində Asimə yerindən hansı səbəbə onu söydüyümü bildirmiş, ona yox oyuna əsəbləşib söydünü desə də Asimə yerindən duraraq evin əsas otağına gəlib niyə onu söydüyünü bildirmiş, ayağa qalxaraq Asiməyə yatmasını bildirib əli ilə itələsə də başına yumruqla vurmamışdır. Asimə isə həmin zaman dartaraq köynəyini cırdıqdan sonra yataq otağına girib qapını örtmüş, evin həyətinə çıxıb qapının qarşısında durduqda Asimə yataq otağının pəncərəsindən onu nalayiq ifadələrlə təhqir etdikdə cavab olaraq onu təhqir etmiş, sonda mərhum atasına nalayiq ifadələr işlətdiyi üçün əsəbləşərək həyətdə olan bıçağı götürməklə yataq otağına girib çarpayıda oturmuş Asiməyə bıçaqla iki dəfə zərbə endirib otaqdan çıxmış, yenidən otağa qayıtdıqda isə Asimənin ütü stolunun yanında olmasını görmüş, oradan qaldırıb xəstəxanaya aparmaq üçün evdən çıxartmışdır. Azyaşlı övladı Tofiqin Asiməni bıçaqla vurduqdan sonra oyanaraq ağlamaqla anasını ölməyə qoymamağı üçün ona yalvardığını, onu xəstəxanaya aparmağını istədiyini xatırlıyır. Bıçaqla xəsarət yetirdiyi zaman uşaqlar yatmış vəziyyətdə olmuşlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyi üçün tam detallı olaraq xatırlamır, hazırki işlə bağlı ibtidai istintaq zamanı ifadə vermiş və sözügedən ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə zamanı o və qardaşı Namiq öz otaqlarından olmuş, atası ilə anası dava etdikləri üçün anası onların otaqlarına gəlmiş və orada olmuşdur. Daha sonra atası Təqsirləndirilən şəxs onların otaqlarına gəlmiş və anası Zərərçəkmiş şəxs atası tərəfindən bıçaqla vurulduğunu görmüşdür. Əlavə olaraq Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, atası ilə anası mübahisə etdikləri vaxt qardaşı ilə o yatılı olmuş, sonradan səs-küyə oyanmışlar və bundan sonra atası Təqsirləndirilən şəxs anasını bıçaqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə zamanı o və qardaşı Namiq oyaq vəziyyətdə olmuş, baş vermiş hadisəni görmüşlər. Atası Təqsirləndirilən şəxs avtomobildən bıçağı gətirərək anası Zərərçəkmiş şəxs kürək nahiyyəsindən və alt hissəsindən bıçaqla vurmuşdur. Atası anasını bıçaqla vurduqdan sonra anasının bədənindən qan axmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında dayısıoğlu olan Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək, arvadı Asimə ilə aralarında mübahisə olduğunu və nəticədə arvadı Zərərçəkmiş şəxs bıçaqladığını, hazırda xəstəxanaya apardığını və uşaqlarının yaşadığı evdə tək olduğu üçün onlara getməsini xahiş etmişdir. Bundan sonra o, əri Şahid4la Təqsirləndirilən şəxs evinə getmiş və oradan Cavidin uşaqlarını da götürərək Zərərçəkmiş şəxs olduğu xəstəxanaya getmişlər. Zərərçəkmiş şəxs əməliyyat olunmuş və xəstəxanadan çıxanadək o Zərərçəkmiş şəxs yanında qalmışdır. Əlavə olaraq Şahid3 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxsla Asimənin arasında mübahisə olduğunu, lakin hansı səbəbdən Asiməni bıçaqla vurduğunu bilməmişdir. Əvvəllər aralarında bir neçə dəfə mübahisələr olmuş, lakin sonradan barışmışlar. Təqsirləndirilən şəxs ara-sıra spirtli içki qəbul etsə də, ailəsinə yaxşı baxmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra Göygöl rayon xəstəxanasına aparmış, lakin orada qəbul etmədikləri üçün Gəncə şəhərində yerləşən xəstəxanaya aparmışlar. Uşaqlar ona atası ilə anasının dava etdiklərini bildirib, ağlamış, lakin Cavidin Zərərçəkmiş şəxs bıçaqla vurduğunu görübgörmədikləri barədə isə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 arvadı Şahid3 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyul 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 iyul 2024-cü il tarixli, 4(066)-19/2024 saylı Göygöl Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 423 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici; kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş altı ədəd yara aşkar edilmişdir. Bu yaralardan ikisi döş qəfəsinin arxa səthində solda yerləşir, hər iki yara daxilə nüfuz edən yaradır, plevranın zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Digər yaralardan üçü sağ əl nahiyyəsində, dördüncü isə sol said nahiyyəsində yerləşmişdir. Qeyd olunan yaralar yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə hər biri ayrı-ayrıəlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regional şöbəsinin xx.xx.2024-cü il tarixli, 629 saylı rəyindən görünür ki:
1. Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliyi müəyyən edilmir.
2. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır.
3. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regional şöbəsinin xx.xx.2024-cü il tarixli, 638 saylı rəyindən görünür ki,
1. Şahid1 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir; praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur.
2. Şahid1 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir.
3. Şahid1 hər hansı psixi xəstəlik əlamətləri aşkar edilmir.
4. Şahid1 əqli inkişafında gerilik əlamətləri müşahidə edilmir.
5. Şahid1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, görmüş olduğu hadisələri düzgün qavramaq və ya həmin hadisələr barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regional şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli, 639 saylı rəyindən görünür ki,
1. Şahid2 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir; praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur.
2. Şahid2 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir.
3. Şahid2 hər hansı psixi xəstəlik əlamətləri aşkar edilmir.
4. Şahid2 əqli inkişafında gerilik əlamətləri müşahidə edilmir.
5. Şahid2 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, görmüş olduğu hadisələri düzgün qavramaq və ya həmin hadisələr barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 4422 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Rayonlararası Narkoloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 3746 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 iyul 2013-cü il tarixli, AZ-İİİ № 054723 “X3”nin kserosurətindən görünür ki, xx xxx 2013-cü il təvəllüdlü Şahid2, Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 dekabr 2016-ci il tarixli, AZ-İİİ № 688961 “X3”nin kserosurətindən görünür ki, xx xxxxxxxx 2016-cı il təvəllüdlü Şahid1, Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notariat qaydada təsdiq olunmuş 20 dekabr 2024-ci il tarixli və eyni zamanda 03 iyul 2025-ci il tarixli ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür kİ, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə, Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadədə, özünü ona Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi elan olunmuş ittihamla təqsirli bilmədiyini, lakin CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bildiyini, eyni zamanda arvadı Zərərçəkmiş şəxs uşaqlarının gözünün qarşısında vurmadığını, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman uşaqlarının yatılı vəziyyətdə olduğunu, həmçinin Zərərçəkmiş şəxs sinəsindən bıçaqla xəsarət yetirmədiyini, sadəcə olaraq iki dəfə bıçaq zərbəsi vurmasına dair göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman və ondan əvvəl arvadı Zərərçəkmiş şəxs ilə təxminən 3-4 saat müddət ərzində səsli mübahisələr etmələri işin mübahisəsiz halı olduğundan və səsli mübahisənin sözügedən zaman kəsiyi ərzində davam etməsini, əsasən də, uşaqların yatdıqları otaqda davam etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs iddia etdiyi kimi sözügedən mübahisəni uşaqların eşidərək yuxudan oyanmaması, eyni zamanda arvadı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman uşaların görməməsi absurddur və özü-özlüyündə həqiqəti əks etdirmir. Bundan başqa, Təqsirləndirilən şəxs uşaqları Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində də səs-küylü mübahisənin nəticəsində yuxudan oyandıqlarını və ataları Təqsirləndirilən şəxs, anaları Zərərçəkmiş şəxs bıçaqla vurmasının şahidi olduqlarını bildirdilər. Bununla da Təqsirləndirilən şəxs göstərdiyi sözügedən xüsusatlar, iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, keçirilmiş çoxsaylı istintintaq hərəkətləri, protokollar, ekspert rəyləri və.s) tamamilə təkzib edilmişdir. Həmçinin, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 423 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici; kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş altı ədəd yara aşkar edilmişdir. Bu yaralardan ikisi döş qəfəsinin arxa səthində solda yerləşir, hər iki yara daxilə nüfuz edən yaradır, plevranın zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Digər yaralardan üçü sağ əl nahiyyəsində, dördüncü isə sol said nahiyyəsində yerləşmişdir. Qeyd olunan yaralar yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə hər biri ayrı-ayrıəlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətləriun əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlara tənqidi yanaşır və vurğulayır ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, yəni şəxsin könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına fəal kömək etməsini, CM-in 591.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, CM-in 59.1.11-ci maddəsinə əsasən, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, CM-in 59.1.14-cü maddəsinin tələblərinə əsasən, himayəsində iki azyaşlı uağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə yuxarıda sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut olub və Göygöl rayon polis şöbəsində saxlanılan 01 ədəd tutacaq hissəsi qəhvəyi rəngli, dəmir materialdan, tiyə hissəsi dəmir metal rəngində olan bıçaq məhv edilməli və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qolsuz, üst qadın geyim köynəyi qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxs X2 vəkil Müdafiəçi 35 (otuz beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 35 (otuz beş) iş saatı (22 iş saatı xx.xx.2025-ci il tarixədək, 13 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 63 (altmış üç) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Göygöl Rayon Polis Şöbəsində saxlanılan – Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz, üst qadın geyim köynəyi sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, bir ədəd tutacaq hissəsi qəhvəyi rəngli, dəmir materialdan, tiyə hissəsi dəmir metal rəngində olan bıçaq isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi - 63 (altmış üç manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 35 (otuz beş) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.