Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-309/2021 23.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14 oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və İ dərəcəli hüquşünas X2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Rusiya Federasiyası, Xabarov şəhəri, Krasnoflot məhkəməsinin 25.07.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Şəmkir rayonunun Qapanlı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 sentyabr 2018-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yaşayan aşkar surətdə 14 yaşına çatmayan-xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək sonuncunun yaşadığı ünvanda Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib qolunu tutub müqavimət göstərəməyə, əli ilə ağız nahiyəsini tutub qışqırmağa qoymamaqla qeyri-təbii yolla cinsi əlaqədə olmuş və cinsiyyət orqanını ayaqlarının arasına sürtməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən 10 noyabr 2020-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yaşayan aşkar surətdə 14 yaşına çatmayan-xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək sonuncunun yaşadığı ünvanda Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib qolunu tutub müqavimət göstərəməyə, əli ilə ağız nahiyəsini tutub qışqırmağa qoymamaqla qeyri-təbii yolla cinsi əlaqədə olmuş və cinsiyyət orqanını ayaqlarının arasına sürtməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonunun Qapanlı kəndində atası Ayaz, anası Səkinə və qardaşı Arazla birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edir, hazırda da tanışı Şəmkir rayonunun Daşbulaq kəndində yaşayan Qaqaş kimi bildiyi şəxslə Kür çayından balıq tutub satmaqla çörək pulu qazanırlar. O, 2013-cü ildə Rusiya Federasiyasının Xabarov vilayətinin Xabarov şəhərində bir nəfərə bıçaqla xəsarət yetirib öldürdüyü üçün 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, o, orada 05 il, 06 ay cəza çəkmiş, sonra cəzasının başa çatmasına 01 il, 06 ay qalmış amnistiya aktı ilə vaxtından əvvəl buraxılmış, 2019-cu ildə Azərbaycana gəlmiş, başqa ayrı bir cinayəti olmamışdır. Şahid1, onun doğma bibisi oğludur. 2020-i ilin oyktabr ayında Teymurgilin evlərinə raket düşməsi ilə bağlı bir neçə dəfə Teymurgilə gedib-gəlmiş, əvvəllər də gediş-gəliş əlaqələri olmuşdur, aralarında heç bir narazılıqları olmamışdır. 10 noyabr 2020-ci il tarixdə Zəfər bayramı ilə əlaqədar, daha doğrusu müharibənin onların xeyrinə başa çatması ilə əlaqədar o, Gəncə şəhərinə bibisi oğlu Teymurgilə gəlmiş, həmin vaxt anası Səkinə də Teymurgildə olmuş, onlar axşamı yeyib-içmiş, həmin gün saat 21 radələrində o, binanın qarşısında olarkən Teymurun oğlu Kənan ona yaxınlaşıb qeyri-təbii yolla cinsi əlaqədə olmasını demiş, o, ilk əvvəl Kənanın bu təklifinə razılaşmamış, Kənan ona Kənanla bir neçə şəxs qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, heç kəsə bu barədə bildirməyəcəyini demiş, həmin vaxt binanın qarşısına təxminən 15-16 yaşlı əvvəl adını Elmar kimi bildiyi, lakin sonradan üzləşdirmə keçirilərkən adının İlkin olduğunu bildiyi şəxs də gəlmiş, Kənan İlkinlə bir-biri ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demiş, o, bunu İlkindən soruşanda İlkin ona Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demiş, Kənan İlkinlə cinsi əlaqədə olmamışdır. Sonra onlar evə gəlmiş, qonaq otağında onun, anası Səkinənin və Kənanın yerini bir otaqdan salmış, anası Səkinə yatanda Kənan özü onun yatdığı çarpayıya yanına gəlmiş, ona qeyri-təbii yolla cinsi əlaqədə olmasını təklif etmiş, o, Kənanla təklifi və razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olmuş, cinsi ehtirasını təmin etmiş, hətta döşək üzünə boşalmış, Kənan da arxasını ona tərəf çevirmiş, bu vaxt əmisi qızı Günel otağa daxil olduğunu görmüş, Günel onları yorğanın altında Kənan arxasını o, tərəfə çevirdiyini görmüş, üstlərində yorğan olduğuna görə Günel onları açıq görməmişdir. Günel həmin vaxt onlardan şübhələnmiş, Kənanı çağırıb aparmış, o da hamı yatandan sonra gecə saatlarında onun spermama bulaşmış döşək üzünü bükələyib tualetə getmiş, bunu yatdığını yarğan-döşəyi kimsə də yığışdıranda bulaşığı görməməsi üçün orada döşək üzünü cırıb oradakı zibil vedrəsinə tullamış, bu məsələdən anasının xəbəri olmamış, anası həmin vaxt yatmışdır. Ertəsi günü də o, çıxıb yaşadığı Şəmkir rayonunun Qapanlı kəndinə getmişdir. Ondan sonra o, Kənanı görməmiş, Kənanla əlaqədə olmamış, o, heç Kənanın bu barədə polisə şikayət verməsindən xəbəri olmamışdır. Bir neçə gün bundan əvvəl evdən zəng edib Gəncədən polislər onun arxasıca gəldiyini demiş, o, yəqin Kənan atasıgilə dediyini, Kənanın atası da şikayət etdiyini düşünmüş, polislər ona zəng vurub onu çağırmış, o da Kəpəz rayon Pİ-nə gələndə ona düşündüyü məsələ ilə çağırdıqlarını bilmiş, o da orada hazırda ifadəsində qeyd etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Kənanla cəmi bir dəfə 10 noyabr 20201-ci il tarixdə saat 23 radələrində Kənangilin evində Kənanın təklifi və razılığı ilə Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, əvvəl və sonra Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olmamış, o, Kənandan başqa ayrı bu cür qeyri-təbii yolla heç kəslə cinsi əlaqədə olmamışdır. Kənan qışqırmamış, özü bunu istəmiş, ona da heç bir müqavimət göstərməmiş, o, əvvəl anasının oyana bilməsindən ehtiyatlanıb Kənana o biri otağa getmələrini demiş, Kənan narahat olmamasını, anasının yatdığını demiş, o da həmin vaxt spirtli içki qəbul etdiyi üçün bir o qədər də ehtiyatlanmamamışdır. Kənan yalan deyir. Tofiq onun da qohumudur, Tofiqin oğlu Nurlanın sünnət toyunda o, Rusiyada türmədə olmuş, Azərbaycanda olmamış, Elnurun qızının ad günündə isə o, iştirak etsə də o, Kənanla heç bir əlaqədə olmamış, Kənan onu da yalan demiş, yalandan onu üzünə durmuşdur. Kənan və İlkin ona İlkin də Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demiş, ayrı kimlərin əlaqədə olmasını bilməmiş, o haqda eşitməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı Turanla, valideynləri ilə və əmisigilin ailəsi ilə birlikdə yaşayırlar. O, Gəncə şəhəri, 17 saylı orta məktəbin 6-cı sinfində oxuyur, dərslərini də normal oxuyur. Onlar qonşuluqda yaşayan Zakirin oğlu İlkini də təxminən iki ildən çoxdur ki, tanıyır, İlkinlə münasibətləri normal olmuşdur. Təxminən iki il əvvəl, o, 4-cü sinifdə oxuyarkən qohumu Tofiqin oğlunun sünnət toyundan onlara gələndə qohumu «dıbır» ləqəbləri Namiq də toydan çıxıb onlara gəlmiş, Namiq spirtli içki içmiş, gecə o, öz çarpayısında yatmış, gecə Namiq ona arxa tərəfdən yaxınlaşmış, onu qucaqlamış, Namiq onun alt paltarını çıxartmış, onunla arxa tərəfdən cinsi əlaqədə olmuş, o, qışqırmaq istəyəndə Namiq onun ağzından tutmuş, qışqırmağa qoymamışdır. Namiq onunla arxa tərəfdən olandan özünün cinsi orqanını tüpürcələyib onun arxa tərəfinə soxmuş, Namiq bu qayda onunla təxminən 5 dəqiqə olmuş, bu barədə o, atasına və anasına bildirməmiş, bundan təxminən 2-3 ay sonra qonşuları Zakirin oğlu İlkin ona səni Namiq arxadan etmiş demiş, İlkin ona İlkinlə də cinsi əlaqədə olmasını demiş, o, əvvəl İlkinlə təklifinə razılaşmamış, sonra İlkin onu yaxınlıqdakı yarımçıq tikiliyə aparmış, orada onu aldadıb qolundan tutaraq onunla arxa tərəfdən cinsi əlaqədə olmuşdur. Bundan sonra İlkin onu həmin yerə 3 dəfə də aparmış, orada onunla arxadan cinsi əlaqədə olmuşdur. O, İlkinə onunla bir daha elə hərəktlər etməməsini demişdir. 10 noyabr 2020-ci il tarixdə Qələbə günü Namiq anası Səkinə xala ilə onlara gəlmiş, Namiqlə həmin gün onlar futbol da oynamış, İlkin də Namiqi tanımış, axşamı günü Namiq onlarda qalmışdır. Qonaq otağında o, Namiq, Namiqin anası Səkinə xala yatmışdır. Namiq yenə də arxadan onu qucaqlamış, onunla arxa tərəfdən qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bu vaxt o biri otaqdan əmisinin arvadı Günel onların otağa gələndə Namiq imkan tapıb əynini geyinə bilməmiş, Günel bibisi heç nə deməmiş, onu çölə çağırmış, o da əyninin geymiş, Günel bibisi onu mətbəxə çağırmış, ondan “Namiq sənə nə edirdi” deyə soruçmuş, o da “mən yatmışdım, Namiq mənimlə arxadan cinsi əlaqədə oldu” demiş, bibisi Günel bu barədə nənəsi Aybənizə demiş, o, nənəsi ilə gecəni yatmış, səhər tezdən də bibisigil Namiqi evdən qovlamış, sonra Namiq daha onlara gəlməmişdir, İlkin də bir müddət onunla əlaqədə olmamış, 06 fevral 2021-ci il tarixdə İlkin özünün ***-***-**-** mobil nömrəsi ilə onun, daha doğrusu evin mobil nömrəsi olan ***-***-**-** nömrəsinə votshapp zəngi edərək onu evlərinə çağırmış, o da İlkinə, “məni evinizə niyə çağırırsan” demiş, İlkin də ona evlərinin komputeri xarab olduğunu demiş, o, İlkinə onu komputerdən başı çıxmadığını, dostu Əkbəri çağırmasını demiş, İlkin 10-15 dəqiqədən sonra yenə də ona zəng vurub Əkbər telefonu götürmədiyini demiş, yenidən onu çağırmış, o, getmək istəməmiş, İlkin onların evin yanına gəlib evdən çağırıb aparmış, o, İlkinlə evlərinə gedəndə evlərində heç kəs olmamış, İlkin onu otağa aparmış, ona evlərinin komputerini göstərmiş, komputer sönülü olmuş, o, komputeri açmaq istəmiş, İlkin ona otur getmə demiş, o, İlkin gəlməmişdən əvvəl atası evdə olmuş, atası ona get, tez qayıt evə gəl, 5 dəqiqəyə evdə ol demiş, ona görə də o, İlkinə atası onu gözlədiyini, getmək isdədiyini demiş, İlkinn isə ona onunla arxa tərəfdən cinsi əlaqədə olmasını təklif etmiş, O, İlkinin təklifinə razılaşmamış, İlkin onun əlindən tutub özlərinin otaqlarına aparmış, özləri yatan otağa aparmış, İlkin onu orada yerə yıxıb şalvarını aşağı çəkərək onunla arxa tərəfdən cinsi əlaqədə olmuş, onu özünün telefonuna çəkmiş, onunla cinsi əlaqədə olmasını da telefona çəkib “mən səni çağıranda gəlməsən, videonu atana göndərəcəm” demiş, İlkin həmin videonu da ona göstərmiş, o, baxıb İlkin onu lüt soyundurub onunla arxadan əlaqədə olmasını videoya çəkdiyini görmüş, ondan sonra o, ayağa durub paltarını geyərək evlərinə gəlmiş, o, evə getməmişdən əvvəl atası Teymur gəlib İlkingilin qapısını döymüş, ona görə də o, çıxıb evə gəlmişdir. O, həmin vaxt atasına heç nə deməmiş, atası da bunu bilməmişdir. Ondan sonra 08 fevral 2021-ci il tarixdə o, evdə olarkən günorta saatlarında İlkin ona yenə də vatshappda zəng vurub gəl buraya, 5 dəqiqəyə burda olmalısan demiş, o da getmək istəməmiş, sonra İlkin bir neçə dəfə zəng vurmuş, hətta ona iki gün əvvəl İlkinin onun hansısa video atmış, o, həmin videoya baxamamış, anasıgil baxmaq istəyəndə İlkin həmin videonu silmiş, onlar hansı video olmasını bilməmişlər. O, anasına İlkinin ona 06.02.2021-ci il tarixdə onunla əlaqədə olma videosu olduğunu demiş, o, İlkinin ona etdiklərini anasına demiş, anası da gedib əmisi arvadı Günelə demiş, ona get görək İlkin səni neyniyir demiş, o da İlkingilə getmiş, sonra əmisi arvadı Günel, nənəsi Aybəniz də gəlmişlər. O, içəri girəndə İlkin onu otağa çağırıb soyunmasını demiş, o, soyunmamış, bu vaxt nənəsigil içəri girmiş, İlkin əlindəki mobil telefonunu Günel bibisi almış, telefona baxmış, İlkin telefonunda videonu silmiş deyə Günel bibisi əsəbiləşib telefonu yerə çırpıb şüşəsini sındırmış, sonra da atası bilmiş, evdə onu danışdırmışlar, onu Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. O, ilk dəfə qohumu Namiqin onun cinsi əlaqədə olmağını deməmiş, atasının onu döyəcəyindən qorxmuş, həm də Günel bibisi atasına desə Namiqi öldürəcəyini demiş o da həmin ona görə deməmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, İlkin onunla arxa tərəfdən təxminən 5-6 dəfə olmuş, İlkin onunla Namiqdən təxminən iki ay sonra yarımçıq tikilidə 4 dəfə cinsi əlaqədə olmuş, sonuncu dəfə də 06.02.2021-ci il tarixdə bir dəfə arxa yolla cinsi əlaqədə olmuş, amma onunla ilk dəfə cinsi əlaqədə qohumu Namiq olmuşdur. Tofiq əmisinin nəvələrinin sünnət toyundan gələndən sonra olmuşdur. Atası onu döyməsindən qorxmuş,, bibisi Günel atan bilsə pis olacaq demiş, o da deməmişdir. İlkinin də əvvəllər onunla cinsi əlaqədə olmasını da utanıb deməmiş, həm də atası niyə əvvəl demədiyini, niyə əvvəldən atasıgilə bunu danışmadığını düşünüb atasından qorxmuş, sonda danışmış, amma indi həqiqətəi bildirdiyini demişdir. İlk dəfə sünnət toyundan gələndə Namiq sərxoş olmuş, onu arxadan qucaqlayıb onunla cinsi əlaqədə olmuş, o, əvvəl bu nə etdiyini bilməmiş, sonradan bu sonradan ona məlum olmuş, bundan sonra İlkin ona Namiqin onunla cinsi əlaqədə olmasını bildiyini demiş, Namiqlə İlkinin münasibətləri olmuş, Namiq İlkinə bunu danışdığını demiş, İlkin onunla da cinsi əlaqədə olmasını demişdir. İlkin onu aldadıb yarımçıq tikiliyə aparmış, orada onunla zorla, qolunu tutmaqla cinsi əlaqədə olmuş, İlkinə gücü çatmamış, İlkin onu getməsə onunla cinsi əlaqədə olmasını hamıya deyəcəyini demiş, o da bundan çəkinib getmiş, ilkinin təklifinə razı olmamışdır. O, bunu anasına, Günel bibisinə demiş, yoldaşlarından heç kəsə deməmiş, ayrı kimlərinsə də məlumatları olmamışdır, ona da ayrı kimsə də cinsi əlaqədə olma təklifini etməmişdir, ayrı kimsə də onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. İlkin yalan deyir, onunla bir neçə dəfə arxadan əlaqədə olmuşdur. İlkin ona cinsi əlaqədə olamğı təklif etmiş, o İlkinə təklif etməmişdir. Namiq onunla iki dəfə əlaqədə olmuş, sonuncu dəfə 10 noyabr 2020-ci il tarixdə əlaqədə olmuş, onlar binaın yanına gələndə orada İlkin olmuşdur, o, İlkini göstərib demiş, Elmar adlı şəxs tanımır, Namiqin yəqin ki İlkinin adını Elmar kimi yadında saxlamış, onlar tərəfdə Elmar adlı uşaq qalmır, İlkinlə o danışmışdır, o, İlkini göstərib Namiqə demişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, əvvəl Namiq həmin gün qohumları Tofiq dayının nəvəsinin sünnət toyundan onlara gəldiyini bilmiş, amma sonradan Namiq Tofiq dayının nəvəsinin toyundan yox, təxminən bir ay sonra, sonra 09 sentyabr 2018-ci il tarixdə onun atasının xalası oğlu Elnurun qızının ad günü məclisindən çıxıb onlara gəldiyini bilmiş, həmin gün saat 23 radələrində o, yatdığı həmin otaqda onlarda yatanda Namiq onu yanına çağırmış, onu arxadan qucaqlayıb onunla arxadan cinsi əlaqədə olmuşdur. Namiq ona heç kəsə deməməsi barədə bərk-bərk tapşırmış, o da qorxusundan heç kəsə deməmiş, həmin vaxt Namiqin yerini onun otağında, sonra cinsi əlaqədə olduğu otaqda salmışdılar. Onda Namiq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxt da saat 23 radələri olmuşdur. Namiq onunla arxadan əlaqədə olanda o, tərpənmək istəmiş, Namiq onu qucaqlayıb saxlamış, onu tərpənməyə qoymamış, o qışqırmamsı üçün heç kəsə deməməsi üçün əlini də ağzını tutmuş, o da qorxusundan heç kəsə deməmiş, Namiqlə ondan sonra ayrı kimsə də əlaqədə olmamış, 10 noyabr 2020-ci il tarixdə Namiq ikinci dəfə onunla əlaqədə olmuş, sonuncu dəfə də 06.02.2021-ci il tarixdə qonşuları İlkin onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Namiq cinsiyyət orqanını onun ayaqlarının arasına sürtürmüş, bir də arxasına soxmuş, ayrı bir hərəkət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, 2001-ci ildə dayısı qızı X7 ilə ailə həyatı qurmuş, birgə nigahlarından bir oğlan övladı vardır, 2003-cü ilədək bir yerdə yaşamış, sonra xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmış, ikinci dəfə 2008-ci ildə Gəncə şəhər sakini Nümayəndə ilə ailə həyatı qurmuş, birgə rəsmi nigahlarından 2 oğlu anadan olmuş, böyük oğlu Kənan 2009-cu ildə anadan olmuş, kiçik oğlu Tural 2012-ci ildə anadan olmuşdur. O, özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, fəhləlik edib ailəsinə çörək pulu qazanır. Böyük oğlu Kənan əvvəllər Gəncə şəhəri 17 saylı tam orta məktəbdə oxumuş, sonradan həmin məktəbin binasında yerləşən Kəlbəcər rayon 7 saylı orta məktəbdə oxuyur. Kənan elə oxuyan uşaq deyil, dərsə davamiyyəti və oxumağı zəifdir. 08 fevral 2021-ci il tarixdə o, işdən evə gələndə həyat yoldaşı Nübar ona Kənanı qonşu Zakirin oğlu İlkin evlərinə aparıb orada Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demiş, o, Kənanı danışdırmış, Kənan da ona iki gün əvvəl, yəni, 06 fevral 2021-ci il tarixdə İlkin Kənanı evlərinə aparıb orada Kənanla qeyri-təbii yolla əlaqədə olduğunu bildirmiş, həyat yoldaşı Nübar və qardaşının arvadı Günel ona Kənan bunu danışandan sonra onlar 08.02.2021-ci il tarixdə İlkingilə getdiyini, orada İlkinin telefonuna baxdığını, heç bir video olmadığını demiş, İlkin də Kənanla heç bir cinsi əlaqədə olmadığını demiş, o da bunu eşidəndən sonra İlkingilə getmiş, evlərində heç kəs olmamış, daha doğrusu uşaq olmuş, valideynləri evdə olmadığı üçün daha o, heç nə danışmamış, oğlu Kənanı da götürüb birbaşa Gəncə şəhər Baş Polis İdarəsinə gətirərək İlkinin hərəkətləri barədə şikayət ərizəsi vermiş, sonradan oğlu Kənan ona dayısı oğlu Namiq də Kənanla təxminən iki il bundan əvvəl qohumları Tofiqin oğlunun sünnət toyundan Namiq çıxıb onlara gələndə və 2020-ci ilin noyabr ayının 10-da Zəfər günü onlarda yatanda qeyri-təbii yolla Kənanla cinsi əlaqədə olduğunu demişdir. Gəlinləri Günel də 10 noyabr 2020-ci il tarixdə Namiqgilə qonaq otağında yatmaq üçün yer salmış, Kənanla da Namiqin anası Səkinəyə bir yer salmış, Namiqə də həmin otaqda ayrı yer salmış, Günel otağa yastıq götürməyə girəndə Namiq, Kənanı arxa tərəfdən qucaqladığını görmüş, Günel də Kənanı çağırıb gətirib anası Aybənizin yanında yatızdırmış, cinsi yaxınlığını tam görmədiyi üçün heç nə deməmişdir. O, bunu oğlu Kənandan da soruşmuş, Kənan da təsdiq etmiş, həmin vaxt qorxuduğu üçün onlara məlumat vermədiyini demişdir. O, bunu eşidəndə çox pis olmuş, sonradan da Namiqi polislər bu işinə görə tutulduğunu bilmiş, sonradan ona Namiq sonuncu dəfə, yəni, 10 noyabr 2020-ci il tarixdə İlkinlə qeyritəbii yolla cinsi əlaqədə olmasını etiraf etmiş, iki il əvvəlki cinasi əlaqədə olmasını etiraf etməmişdir. O, oğlu Kənanı danışdıranda Kənan hər iki dəfə Namiq Kənanla zorla, iradəsinə zidd olaraq qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demişdir. O, Namiqin ilk dəfə Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olma vaxtını dəqiqləşdirəndə Namiq, Tofiqin oğlunun sünnət toyunda olmadığı, Namq onun xalası oğlu, eyni kənddə, yəni, Şəmkir rayonunun Yeniabad kəndində yaşayan Şahid6 qız övladının yaş məclisində iştirak etmədiyi məlum olmuş, Namiq də həmin məclisdə iştirak etmiş, Namiq məclisin axşamı günü onlarla bərabər onlara Gəncə şəhərinə gəlmiş, həmin gün onlarda həmin otaqda Kənanla ilk dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, o, bunu dəqiqləşdirəndən sonra xalası oğlu Elnurgilə gedib orada məcilisin video diskinə baxmış, məhərrəmlik ayına görə Elnur ad gününü bir az qabağa salmışdır, 09 sentyabr 2018-ci il tarixinə salmışdır, bunu Elnur ona demiş, məclis günü ad günü ilə üst-üstə düşmədiyi üçün videoda və fotoşəkillərdə tarix yazılmamışdır, Elnurun istədiyi ilə bu tarix qeyd edilməmişdir. O, orada Namiqin oynamısını və adının çəkilməsini hissəsini çəkib fraqment formasında diskə köçürmüş, o, həmin diski də təqdim edə biləcəyini demiş, o, oğlu Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olan İlkindən və dayısı oğlu Namiqdən şikayətçidir, hər ikisinin də cinayət məsuliyyətinə cəlb edilməsini, cəzalandırılmasını istəmişdir.Həmçinin Şahid1 ifadəsində göstərmişdir ki, oğlu İlkin və Namiqdən başqa ayrı kimisə də adını çəkmir, o, soruşmuş, ayrı kimsə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Oğlu ilk dəfə iki il bundan əvvəl, 09.09.2018-ci il tarixdə xalası oğlunun Elnurun övladının yaş məclisindən sonra onlara, Gəncə şəhərinə gələrkən həmin gün Namiq onların evdə, eyni otaqda qonaq kimi qalanda qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur, sonradan oğlu Kənan da bunu təsdiqləmişdir. Namiq Tofiqin nəvəsinin sünət tyounda olmamış, onlara gəlməmişdir. Namiq ikinci dəfə də 10 noyabr 2020-ci il tarixdə Zəfər günü onlarda eyni otaqda Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, Kənan sonuncu dəfə də 06.02.2021-ci il tarixdə qonşu İlkinin Kənanla qeyri-təbii yolla öz evlərində aldadıb aparıb qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirmişdir. Kimlərin məlumatı olmasını bilmir, oğlu Kənan onlara, ailə üzvlərinə, qardaşı arvadı Günelə, anası Aybənizə də danışmış, kənar şəxslər bilməmişdir. Anasıgil İlkindən ilk dəfə bunu soruşanda da İlkin boyununa almamışdır, amma oğlu Kənan İlkin də qeyritəbii yolla cinsi əlaqədə olduğunu demişdir. Həmçinin 06 fevral 2021-ci il tarixdə o, özü Kənanın evə gəlməməsini görüb harada olması ilə maraqlananda evdə olmuş, İlkin evlərinə çağırmış, o da İlkingilə gedib qapını döymüş, qapı bağlı olmuş, Kənanı evə gəlıməsi üçün səsləmiş, Kənan da bir neçə dəqiqədən sonra evə gəlmiş, evdə heç nə deməmiş, onlar da heç nə hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Nümayəndə ifadəsində göstərmişdir ki, 2008-ci ildə Gəncə şəhər sakini Şahid1 ilə ailə həyatı qurmuş, birgə rəsmi nigahlarından 2 oğlu anadan olmuş, böyük oğlu Kənan 2009-cu ildə anadan olmuş, kiçik oğlu Tural 2012-ci ildə anadan olmuşdur. Onlar ailəlikcə, qayınanası Aybənizlə birlikdə və ögey qayını Səbuhi və ailəsi ilə birlikdə yaşayır. Onun əri Teymur özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, fəhləlik edib ailəsinə çörək pulu qazanır. Böyük oğlu Kənan əvvəllər Gəncə şəhəri 17 saylı tam orta məktəbdə oxuyur, sonradan həmin məktəbin binasında yerləşən Kəlbəcər rayon 7 saylı orta məktəbdə oxuyur. Kənan elə oxuyan uşaq deyil, dərsə davamiyyəti və oxumağı zəifdir. 08 fevral 2021-ci il tarixdə günorta saatlarında o, Kənan, digər oğlu Tural, eltisi Günel və qayınası Aybəniz evdə olmuş, həmin vaxt Kənanın mobil telefonuna çoxlu mesajlar gəlmiş, eltisi Günelin Kənana yaman çox mesajlar gəldiyini deyib acığı tutmuş, ona uşağına yaxşı nəzarət etmədiyi barədə iradını tutmuş, o, Günelin bu sözündən sonra Kənanı o biri otağa aparıb “sənə kim mesaj yazır, nə məsələdir” demiş, Kənan da ona qonşu Şahbazın oğlu İlkin Kənanı evlərinə çağırdığını, iki gün əvvəl, 06.02.2021-i il tarixdə də evlərinə çağırıb Kənanla qeyritəbii yolla cinsi əlaqədə olduğunu, sonra da həmin əlaqəni telefonuna çəkib “səni nə vaxt çağırsam, gələrsən” dediyini demişdir. O, bunu biləndən sonra qayınanası Aybənizə və eltisi Günelə bildirmiş, Kənanı danışdırmış, Kənan ona dediklərini demiş, bundan sonra o, bərk əsəbiləşdiyi üçün qayınanası Aybəniz və eltisi Günel ona İlkingilə getməməsi, gedib dalaşacağını, özləri gedib bu məsələni aydınlaşdıracaqlarını demişdir. Buna görə də onlar İlkingilə getmiş, İlkin Kənanla necə davrandığını görmək üçün Kənanı qabaqda göndərmiş, Kənan da içəri girəndə İlkinin qapını arxadan kilidləməsini görüb qayınanasıgildə içəri girmiş, Günel İlkinin mobil telefonunu alıb yoxlamış, heç bir cinsi əlaqədə olma videosu görməmiş, videonu niyə silmisən deyib İlkinə acığı tutub telefonu yerə çırpmış, İlkin də Kənanla cinsi əlaqədə olmadığını deyib and-aman etmiş, boyununa almamışdır. Sonra qayınanasıgil Kənanı da götürüb onlara gəlmiş, Teymur da işdən gəlmiş, Teymur da məsələni bilmiş, Teymur İlkingilə getmiş, evlərində heç kəsi tapmamış, ona görə də onlar Kənanı götürüb birbaşa Gəncə şəhər Baş Polis İdarəsinə gələrək İlkindən şikayət etmişlər. Sonradan ona oğlu Kənan ona dayısı oğlu Namiq də Kənanla təxminən iki il bundan əvvəl qohumları Tofiqin oğlunun sünnət toyundan Namiq toydan çıxıb onlara gələndə və 2020-ci ilin noyabr ayının 10-da Zəfər günü onlarda yatanda qeyri-təbii yolla Kənanla cinsi əlaqədə olmuş, eltisi Günel də 10 noyabr 2020-ci il tarixdə Namiqgilə qonaq otağında yatmaq üçün yer saldığını, Kənanla da Namiqin anası Səkinəyə bir yer saldığını, Günel otağa yastıq götürməyə girəndə Namiq Kənanı arxa tərəfdən qucaqladığını görmüş, Günel də Kənanı çağırıb gətirib qayınanası Aybənizin yanında yatızdırmışdır.O, bunu eşidəndə çox pis olmuş, sonradan da Namiqi polislər bu işinə görə tutmuşdurlar. Sonradan ona Namiq sonuncu dəfə, yəni, 10 noyabr 2020-ci il tarixdə İlkinlə qeyri-təbii yolla cinsi əlaqədə olmasını etiraf etmiş, iki il əvvəlki cinsi əlaqədə olmasını etiraf etməmişdir. O, oğlu Kənanı danışdıranda Kənan Namiq iki dəfə, birinci dəfə Kənanın 10 yaşı olanda, ikinci dəfə də 12 yaşı olanda zorla, iradəsinə zidd olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Onlar sonradan dəqiqləşdirdik ki, X13 xalası oğlu Elnurun uşağının ad günündə axşam onlarda evə gələndə ilk dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Onun da vaxtını və tarixini Teymur özü gedib məclisin videosuna baxıb dəqiqləşdirmiş, o, həmin tarixi dəqiq bilməmiş, O, oğlu Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olan İlkindən və Namiqdən şikayətçidir, hər ikisinin də cinayət məsuliyyətinə cəlb edilməsini, cəzalandırılmasını istəmişdir. Şahid Nümayəndə həmçinin ifadəsində göstərmişdir ki, oğlu İlkindən və Namiqdən başqa ayrı kimisə də adını çəkmir, o, oğlu Kənandan bunu dəfələrlə soruşmuş, ayrı kiməsə də qeyritəbii yolla cinsi əlaqədə olmamışdır. Oğlu ilk dəfə iki il bundan əvvəl, tarixini dəqiq bilmədiyi Elnurun övladının 1 yaşı günündə, keçirilən məclisdən sonra Namiq onlara gələndə onların evdə, eyni otaqda qonaq kimi qalanda qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur, bunu onlara Kənan demiş, onlar həmin məclisi Tofiqin nəvəsinin sünnət toyu məclisi ilə səhv salmış, sonra dəqiqləşdirmiş, sonuncu dəfə də 06.02.2021-ci il tarixdə qonşu İlkinin, Kənanla qeyri-təbii yolla öz evlərində aldadıb aparıb qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirmişdir. Kimlərin məlumatı olmasını bilmir, oğlu Kənan onlara, ailə üzvlərinə, eltisi Günelə, qayınanası Aybənizə də danışmış, kənar şəxslər bilməmişdir. Qayınanası Aybəniz və eltisi Günel İlkindən ilk dəfə bunu soruşanda da İlkin boyununa almamış, amma oğlu Kənan onlara İlkin də qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Namiq yalan deyir, Namiq 4 ilə yaxındır ki, Rusiya Federasiyasından gəlmişdir. Namiq Elnurun övladının ad günü məclisindən çıxıb onlara gələndə onlarda Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, onlarda qalmış, Namiqə həmin otaqdan yer salmışdır. Kənan da orada yatmışdır. O, oğlu Kənandan bunu dəfələrlə soruşmuş, Kənan ilk dəfə həmin vaxt Namiq qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demiş, özü də ağzını tutub qışqırmağa, müqavimət göstərməyə qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində Şahid1 və Nümayəndə ilə işin halları ilə bağlı eyni məzmunlu ifadələr verərək sonuncuların ifadələrində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Onun 4 uşağı var, Namiq evin 3-cü uşağıdır, Namiq Rusiyada bir dəfə tutulmuşdur, Azərbaycanda Namiqin cinayəti olmamış, Namiq hələ evlənməmiş, onlarla birlikdə yaşayır. Böyük oğlu Abbas Rusiya Federasiyasındadır, orada yaşayır, 3-cü oğlu isə hərbi xidmətdən gəlmiş, subaydır, Namiqdə onlarla birlikdə yaşayır. Namiq özü rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edir, bəzi vaxtlarda da balıq tutur, özünə çörək pulu qazanır. Gəncə şəhərində yaşayan Şahid1 Sulidin oğlu onun baldızı oğludur, eyni zamanda Teymur onun keçmiş kürəkəni olmuş, qızı Esmira ilə ailə həyatı qurmuşdular, sonra yola getmədikləri, xasiyyətləri uyğun gəlmədikləri üçün ayrılmış, Teymur ikinci dəfə Nübarla ailə qurmuşdur. Lakin buna baxmayaraq qohum kimi əlaqələri kəsilməmiş, bir-birinə gediş-gəlişləri davam etmişdir. O, 09 noyabr 2020-ci il tarixdə Gəncə şəhərinə gəlmiş, həmin vaxt anasının qırx mərasimi olmuş, o, anasının qırx mərasimini yola vermiş, baldızı Aybəniz ona gedib bir gün də onlarlda qalmağı demiş, o, 10 noyabr 2020-ci il tarixdə Aybənizgilə, yəni, Teymurgilə getmiş, oğlu Namiq də günortadan sonra Teymurgilə gəlmiş, axşam müharibənin Zəfər xəbəri çıxmış, binanın qarşısında hamı şənlik etmiş, o, aşağı düşməmiş, Namiqgil amma aşağı düşmüşdülər. Həmin gün qonaq otağında onunla Namiqin yerini bir otaqdan salmış, Kənanın da yerini onunla birlikdə iki nəfərlik çarpayıda salmış, Namiq isə onun yatdığı çarpayının ayaq tərəfində dəmir tək nəfərlik çarpayıda salmışdılar. O, yatmamışdan əvvəl Kənan yatmadığını görmüş, Kənana gəl yat demiş, Kənan da hələ yuxusu gəlmədiyini, telefonla oynayacağını demişdir. Namiq hələ onda aşağıda olmuş, otağa gəlməmiş, o, yorğun olduğuma görə yatmış, gecənin yarısı 02 radələrində o, yuxudan oyunmış, susamış, yuxudan oyananda Kənan yanında olmadığını, Namiq də yatdığını demiş, o, mətbəx tərəfə keçmiş, su içmiş, Kənan mətbəxdə nənəsi Aybənizin yanında olduğunu görmüş, o, Kənana niyə burada yatırsan, niyə onun yanından getdiyini soruşmuş, Aybəniz də qoy burada yatsın demiş, Kənan da nənəsinin yanında yatacağını demiş, ertəsi günü səhər tezdən o, yuxudan qalxıb Şəmkirə gedəndə Namiqə dur bərabər gedək demiş, Namiq də sonra gələcəyini demiş, Aybəniz də Namiqə onunla getməsini demiş, Namiq isə sonra gələcəyini demişdir. O, Namiqə pulunun olmasını soruşmuş, Namiq 2 manat pulu olmasını demiş, o, Namiqə 5 manat verib çıxıb Şəmkir rayonuna evlərinə gəlmişdir. O, gələndən sonra Namiq çıxıb evə gəlmişdir. Ondan sonra o, Teymurgilə gəlməmiş, Namiq tutulmamışdan bir az əvvəl Aybənizə Şəmkirə, onlara gələndə ona Namiqin Kənanla qeyri-təbii yola cinsi əlaqədə olunduğu üçün Kənanın atası Teymur polisə şikayət etdiyini, qonşu bir uşaqla Namiq Kənanla qeyri-təbii yolla əlaqədə olduğunu demiş, ona Namiqi də polislər gəlib aparacaqlar demiş, o, Namiq evə gələndə Namiqə bildirmiş, Namiq etiraf etməmiş, elə bir hal olmadığını demişdir. O da Namiqə inanmış, amma sonradan ona Namiqi polislər gəlib apardıqlarını, Namiq də Kənanla əlaqədə olmasını etiraf etdiyini, gedib evdə də əlaqədə olduğu yeri göstərdiyini bilmişdir. Həmçinin o, bildirmişdir ki, özü anasının qırx mərasimində çox işləmiş, həddindən artıq yorğun olmuş, ona görə də ağır yatmış, heç bir səs eşitməmişdir. Kənan yalan deyir, Kənanın iki il əvvəl 10 yaşı olmuş, Namiq Kənanla o vaxt əlaqədə olmamış, 10 noyabr 2020-ci il tarixdə də Kənan özü yatmmamış, onun yanından durub telefonla oynamış, Kənanla Namiq zorla əlaqədə olsa Kənan səs edəcəyini onu köməyə çağıracağını düşünmüşdür, ona görə də o, Kənan öz razılığı ilə, təklifi ilə Namiqi yoldan çıxardığını bildirmişdir. Namiq tutulmamışdan təxminən bir həftə əvvəl ayağından xəsarət almışdır, Namiqdən soruşanda Namiq balıq tutanda qayıqda yıxılıb ayağı dəmirə dəyərək xəsarətləndiyini demiş, xəstəxanaya getməmiş, evdə özü spirtlə yumuş, yodla bağlıyıb sarımışdır. Bir neçə gün Namiq evdə qalmış, özü Namiqin ayağına qulluq etmiş, balıq tutanda qayıqdan yıxılıb xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6, ifadəsində göstərmişdir ki, Şahid1 onun doğma xalası oğlu, Təqsirləndirilən şəxs isə onun doğma dayısı oğludur, hər iki tərəflə münasibətləri normal olmuşdur. Namiq 2008-ci ildə Rusiya Federasyiasına getmiş, orada tutulmuş, 2017-ci ildə Azərbaycana gəlmişdir. Əmisi Tofiqin nəvəsinin sünnət toyunda Namiq həmin toyda iştirak etməmiş, həmin sünnət toyu 03.08.2018-ci il tarixdə olmuş, ondan sonra onun övladının, qızının 1 yaş məclisi olmuşdur, qızının ad günü məclisii 09 sentyabr 2018-ci il tarixdə həftənin bazar günü olmuş, qızının bir yaşı məcilisini məhərrəmlik ayına görə bir neçə gün irəli çəkmiş,əslində ad günü 04 oktyabr tarixində olmalı idi. Həmin məclisdə də Namiq də, Teymur da ailəsi ilə birlitkdə həmin məclisdə iştirak etmişlər, axşamı da Namiq Teymurgillə birlikdə çıxıb Gəncə şəhərinə getmişdir. Namiq dəqiq 2017-ci ilin payızında Rusiya Federasiyasından gəlmiş, Namiq həqiqətən də Tofiqin nəvəsinin sünnət toyunda iştirak etməmiş, onun qızının ad günü məclisində iştirak etmiş. Ona sonradan məlum olmuşdur ki, Namiq gəncə şəhərində Teymurun azyaşlı oğlu Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur, o, bunu sonradan eşitmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildən Türkiyə Respublikasına ailəsi ilə birlikdə getmiş, təxminən 5 ay əvvəl gəlmişlər. 08 fevral 2021-ci il tarixdə günorta saatlarında o, evdə olarkən baxmışdır ki, Kənanın mobil nömrəsinə mesajlar gəlir, zənglər gəlir. O, eltisi Nubara demişdir ki, heç biznesmenə bu qədər zəng, mesaj gəlmir, niyə uşağına nəzarət etmirsən? Anası da demişdir ki, uşaqlar Kənanı çölə oynamağa çağırırlar. Bir az keçmiş baxmışdır ki, Kənanla anası Nubar qışqıra-qışqıra danışırlar. O, nə baş verməsini soruşduqda, eltisi Nubar ona demişdir ki, iki gün əvvəl qonşu İlkin Kənana nə isə etmək istəyibdir, yəni, arxa tərəfdən yaxınlıq etmək istəyib, qayını Teymur qapını döyəndə İlkin Kənanla əlaqədə ola bilməmişdir. O, Kənanı o biri otağa çağırıb onunla söhbət edəndə Kənan ona demişdir ki, İlkin onunla arxa tərəfdən bir neçə dəfə cinsi əlaqədə olmuşdur, əvvəl bir dəfə olmasını demiş, həmçinin İlkinin onu videoya çəkib şantaj etməsini, gəlməsə videonu yayacağını deyərək hədələmişdir. Onlar bunu biləndən sonra Nubar bir az əsəbiləşmiş, o, Nubara demişdir ki, hələ sən gəlmə, qayınanası Aybənizə də bildirmişlər, o, Aybəniz bibisi və Kənanla birlikdə İlkingilə getmişlər. Onlar Kənanı qabaqda göndərmişlər ki, görək Kənanı niyə axtarır, həm də demişlər ki, görək İlkin Kənanla necə davranır. Kənan içəri keçəndə baxmışlar ki, İlkin Kənanı evə salandan sonra qapını arxadan kilidləmiş, o, İlkinin qapını kilidləməsini görüb qapını döydmüş İlkin qapını açmış, o, qayınanası Aybənizlə birlikdə içəri keçmişlər. O, İlkinə demişdir ki, niyə Kənanı şantaj edir? İlkin onunla bir az kobud danışmış, o, İlkinin telefonunu alıb baxanda görmüşdür ki. telefonunda heç nə yoxdur, telefonunda olan videonu, yəni, Kənana göndərdiyi videonu silmişdir. İlkinin onunla mübahisə etməsini, ona cavab qaytarmasını görüb əsəbiləşərək İlkinin əlindən mobil telefonu alıb yerə çırpmışdır. Sonra onlar qayıdıb evə gəlmişlər, evdə məsləhətləşmişlər ki, polisə şikayət edilsin, qayını Teymur Kənanı da götürüb Nubarla birlikdə polisə gedərək şikayət etmişdir. O, Namiqin Kənanla yaxınlıq etməsindən 10 noyabr 2020-ci il tarixdə, Qələbə günü şübhələnmişdir. Belə ki, həmin gün Namiqgil bizə gələndə saat 23 radələrində bir otaqda Namiq, anası Səkinə və Kənan yatmışlar, onlar ayrı otaqda yatmışlar, elə olmuşdur ki, o, Namiqgil yatan otağa keçib yastıq götürəndə baxmışdır ki, Səkninə yatmış, Namiqin yorğanın altında Kənan qucaqlamasını görmüş, hər ikisi oyaq olmuşlar, o, Namiqlə Kənanın cinsi əlaqədə olmasını görməmiş, yorğanın altında olmuşlar, görmüşdür ki, iki nəfərlik çarpayıda Namiq Kənanı arxadan qucaqlamışdır. O, Namiqgilin bu hərəkətlərindən şübhələnmiş, həm də Namiq içkiyə meylli olduğu üçün Kənanı yanıma çağırmış, Kənan onun çağırmağı ilə yanına gəlmiş, o, Kənana demişdir ki, gəlib Aybəniz nənəsinin yanında yatsın, Kənan da Aybəniz nənəsinin yanında yatmışdır. Aybəniz bibimə də demişdir ki, Namiq içkilidir, onun yanında yatmasın, amma açıq heç nə deməmiş, o, özü də Namiqlə Kənanı açıq görmədiyi üçün günahını ala bilməmiş, amma ehtiyat üçün o, Kənanı çağırıb nənəsi ilə yatızdırmışdır. O, bu barədə heç kimə heç nə deməmiş, ondan sonra Namiq onlara gəlməmişdir, Namiqi görməmişdir. O, 2018-ci ildə Türkiyə Respublikasından olmuş, Tofiqin nəvəsinin sünnət toyunda o, olmamışam, amma eşmitmişdir ki, Namiq o toydan sonra Teymurgilə gəlmişdir, ilk dəfə onlara gəlmişdir. Özü və qayınanası Aybənizlə birlikdə İlkingilə gedib İlkini sorğu-suala tutanda İlkin onlara demişdir ki, Kənan ona təklif etmiş, amma cinsi əlaqədə olmağını etiraf etməmiş, videonu da silmişdir, ilk əvvəl istəmişdir ki, desin, sonra danmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, qardaşı ilə və valideynləri ilə birlikdə yaşayır, Gəncə şəhəri Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur, normal qiymətlərlə oxuyur. Qonşuluqda yaşayan Zərərçəkmiş şəxs tanıyır, iki ilə yaxındır ki, qonşu kimi münasibətləri vardır. Təxminən bir il bundan əvvəl yay vaxtlarında o, Kənan, onun qardaşı Bakir və qardaşı Bakirin sinif yoldaşı Əmrah, onlardan bir sinif aşağı sinifdə oxuyan Əkbərlə evlərinin yaxınlığındakı yarım tikilidə «Torpaq işğal» etmə oyunu oynamışlar, Kənan onunla bir yerə düşmüş, orada Kənan paltarını soyunub ona Kənanla arxadan cinsi əlaqədə olmasını demiş, o, Kənana paltarını geyin, cəhənnəmə ol burdan, o, Kənanın təklifini rədd etmiş, Kənanla heç bir əlaqədə olmamış, Kənan da paltarını geyinib getmiş, sonra da həmin tikilidə oyun oynayarkən Kənan yenə də ona arxa tərəfdən əlaqədə olmağı təklif etmiş, o, bundan imtina etmiş, orada bir dəfə də Kənan yenə ona təklif etmiş, o, Kənanla arxa tərəfdən cinsi əlaqədə olmamamış, bundan sonra, təxminən 4 ay bundan əvvəl o, qardaşı Bakir, Kənan və Əmrah evdə oynayan zaman Kənan yenə ona və Əmraha yerə uzunab «poza» verməklə, yəni, arxa tərəfini onlara tərəf tutmaqla Kənanla arxadan cinsi əlaqədə olmaqlarını təklif etmiş, amma o və Əmrah bundan imtina etmiş, Kənanın təklifini rədd etmişlər. Bundan sonra 06 fevral 2021-ci il tarixdə günorta saatlarında o, Kənanı oyun oynamağa çölə çağırmış, Kənan özü evə gəlib özü komputerdə oyun oynamağa başlamış, oynayandan sonra Kənan yenə də şalvarını aşağı çəkib ona sürtünməyə başlamış, həmin vaxt o, Kənana acığı tutmuş, belə etmə deyə iradını bildirmiş, o, Kənanın lüt olmasını görüb Kənanı özünün mobil telefonuna çəkmiş, Kənan özü ona əxlaqsız təkliflər etdiyi üçün çəkə-çəkə «Teymur əmi, bir də belə şey olsa, görəcəkdir» bildirmiş, onun bu çəkilişi etməkdə məqsədi Kənanı bu hərəkətlərdən çəkindirmək olmuşdur. O, Kənana bir daha ona təklif etsə, atasına videonu atacağını demişdir. Həmin vaxt Kənan ona «burax, çəkmə» demiş, o, Kənanl tutmamış, sadəcə olaraq həmin, videonun çəkilməsinə narazılıq etmiş, bunu istəmiş, Kənan ondan videonu silməsini xahiş etmiş, o, əvvəl silmək istəməmiş, Kənan əl çəkmədiyi üçün o, həmin videonu silmişdir. 08 fevral 2021-ci il tarixdə günortadan sonra o, Kənana yazıb oyun oynamaq üçün aşağı düşməsini demiş, onlar həmişə futbol oynamış, Kənan da oynaya bilmədiyi üçün qapıçı qoymuşlar. Kənan çıxa bilmədiyini, atası evdən icazə vermədiyini demişdir. O da Kənana “düş aşağı, sənə video göndərəcəm baxarsan” demiş, o, Kənana bir oyun videosu göndərmiş, bu oyunu oynayacaqları üçün baxmasını istəmiş, o, Kənanı gəlməsi üçün bunu etmişdir. O, videonu göndərəndən sonra Kənan elə bilər ki, o, Kənana etdiyi əxlaqsız təklifini çəkdiyi videonu göndərdiyini fikirləşmiş, ona görə də göndərdiyi oyun videonu tez silmiş, Kənan zəng vurub ona gələcəyini demiş, bir neçə dəqiqədən sonra Kənan onların evə gəlmiş, otağa girmiş, arxasınca da Kənanın əmisi arvadı Günel gəlmiş, arxasınca da Kənanın nənəsi gəlmiş, Kənanın əmisi arvadı Günel ondan telefonunu istəmiş, o, heç telefonunun harada olmasını bilməmiş, Kənan öz cibindən onun telefonunu çıxarıb Günelə vermiş, Günel telefonu kodda olduğu üçün ondan telefonu açmağını tələb etmiş, o da barmaq izi ilə telefonu açmış, Günel telefona baxmış, onların yazışmalarınada baxmış, heç nə tapmamış, ona Kənana göndərdiyin video hanı demiş, o da silmiş, oyun videosudur demişdir. Günel bundan sonra onun telefonunu əsəbiləşib yerə çırparaq vurub sındırmışdır. Sonra o, hadisə barədə anasına bildirmiş, o, atası, anası, Kənan və Kənanın valideynləri polisə gəlmişlər. Özü yarımtikilidə də öz evlərində də Kənanla əlaqədə olmamış, Kənan ona təklif etsə də o, bundan imtina etmiş, o, ifadəsində qeyd etdiyi kimi videoya Kənanı bu hərəkətlərindən, yəni, onu görəndə soyunub əxlaqsız təklif etməsindən çəkinməsi üçün çəkmiş, bir dəfə Əmrahın ynında ona təklif etmiş, qardaşı Bakir də bunu eşitmiş, ayrı heç kəs olmamışdır. O, bu barədə heç kəsə deməmiş, ayrı kimlərinsə də məlumatları olmamışdır. O, Kənanın «dıbır» ləqəbli, Namiq adlı şəxsi adına görə tanımır, ola bilsin ki, həmin şəxsi indi görsə tanıya bilər, adını amma bilməmişdir. Həmin gün həmin yaşda, elə bir zahiri görünüşdə adını bilmədiyi bir şəxsi Kənan onların yanına gətirib futbol oyununa qatmış, həmin şəxslə bərabər futbol oynamışlar, elə bir şəxs axşam şənlikdə binanın qarşısında dəli kimi oynamışlar. O, həmin şəxsi ilk dəfə idi ki, görmüş, həmin şəxs ona Kənan barədə heç nə deməmiş, elə bir mövzuda da onu sorğu-sual etməmişdir. Elə bir hal olmamış, həmin şəxs ona yaxınlaşmamış, ondan da o sorğu-sualı etməmişdir. O, Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Onun Kənanı videoya çəkməyindən, atasına göstərəcəyini deməyindən çəkinib onu qabaqlamaq üçün şərləmək üçün adını evdə demiş, amma onun fikri videonu Kənanın atasına göstərmək olmamış, Kənanı bu hərəkətdən çəkindirmək olmuşdur. Kənan ona videonu silməsi üçün yalvarmış, oda həmin videonu silmiş, silməyini də Kənana gösrtərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02.04.2021-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb, ünvan 2-də yaşayan Şahid1, 08 fevral 2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinə ərizə verərək onun azyaşlı-xx.xx.2009-cu il təvəllüdlü, oğlu Zərərçəkmiş şəxs qonşuluqda yaşayan Zakirin 15 yaşlı oğlu İlkin evlərinə aparıb orada qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirməsi, izahatı alınan azyaşlı Zərərçəkmiş şəxs, izahatında qohumları Təqsirləndirilən şəxs da onunla yaşadığı evə qonaq gələrkən evdə qeyri-təbii yolla cinsi əlaqədə olmasını, eyni zamanda qonşuları yetkinlik yaşına çatmayan Şahid3 da onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirməsi, həmçinin azyaşlı Zərərçəkmiş şəxs barəsində verilmiş Səhiyyə Nazirliyinin MTE və PA X16 şəxsin Gəncə şəhər şöbəsinin 09.02.201-ci il tarixli, 184 saylı rəyində azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində müəyyən edilmiş anal dəlik sfiktorunun bir qədər boşalması, şüavari büküşlərin qismən hamarlaşması, anal dəlik vasitəsilə tək-tək qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərinin olmasının göstərilməsi barədə toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid1 Gəncə şəhər Baş Polis İdarəsinə təqdim etdiyi 08.02.2021-ci il tarixli ərizəsindən görünür ki, onun xx.xx.2009-cu il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs,nu qonşuluqda yaşayan 15 yaşlı Zakirin oğlu İlkin 06 fevral 2021-ci il tarixdə yaşadığı evə apararaq orada Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, oğlu Kənan həmin halı ona 08.02.2021-ci il tarixdə demişdir. Odur ki, İlkinin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyinin «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Gəncə şəhər şöbəsindən alınmış 09.02.201-ci il tarixli, 184 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlərin obyektiv əlamətləri müəyyən edilməmiş, azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində müəyyən edilmiş anal dəlik sfiktorunun bir qədər boşalması, şüuavari büküşlərin qismən hamarlaşması, anal dəlik vasitəsilə tək-tək qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02.04.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.04.2021-ci il tarixli “Üzləşdirmə” protokoldan görünür ki, istintaq zamanı ifadələri arasında ziddiyyətləri aydınlaşdırmaq üçün iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə iş üzrə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamaın Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə 10 noyabr 2020-ci il tarixdə və ondan təxminən iki il əvvəl yaşadıqları evdə onunla iradəsinə zidd olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmasını demiş, Təqsirləndirilən şəxs isə cəmi bir dəfə, 10 noyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxsla bir dəfə sonuncunun razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.04.2021-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, onun ifadəsi yerində yoxlanılan zaman ona Gəncə şəhər BPİnin MSY-nin binasının həyətində onun hüquq və vəzifələri izah edilərək istintaqa verdiyi ifadəsini yerində göstərə biləcəyini bildirdiyi üçün viedo çəkiliş dayandırılmış, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-nin «Mercedess-Sprinter» markalı ** AP *** dövlət qeyddiyyat nişanlı xidməti avtomaşınına əyləşib sürücü X1 avtomaşını ünvan 3 ünvanı yerləşən yerə sürməsini təklif etmişdir. Həmin qeyd edilən yerə gələrkən Təqsirləndirilən şəxs avtomobildən düşüb bildirmişdir ki, 24 saylı mənzil binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşir. Bundan sonra həmin binanın girş dəhlizindən 5-ci mərtəbəyə qalxaraq həqiqətən sol tərəf qapının üzərində 24 rəqəminin yazılması məlum olmuşdur. Mənzilin qarşısında video çəkiliş davam etdirilərək Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsini hadisə yerində göstərməsi təklif edilmiş, . Təqsirləndirilən şəxs mənzilin giriş qapısından dəhlizə daxil olaraq sağ tərəf yataq otağını göstərib bildirmişdir ki, həmin otaqda 10 noyabr 2020-ci il tarixdə saat 23 radələrində azyaşlı Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs otağın sağ tərəf hissəsinə keçərək hazırda orada tək nəfərlik çarpayının yerini göstərib bildirmişdir ki, hadisə vaxtdı həmin yerdə iki nəfərlik çarpayı olmuşdur, Zərərçəkmiş şəxs və onun anası həmin çarpayıda yatmış, o isə qapı tərəf sol hissədə hazırda da olan bir nəfərlik çarpayıda yatmasını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, anası yatandan sonra Zərərçəkmiş şəxs onun çarpayına gəlmiş, ona qeyri-təbii yolla cinsi əlaqədə olmasını təklif etmiş, o da Zərərçəkmiş şəxsla sonuncunun razılığı isə bir dəfə təxminən 15 dəqiqəlik müddətdə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, digər çarpayıda yatan anası bunu görməmiş, bilməmişdir. O, Zərərçəkmiş şəxsla cinsi əlaqədə olub qurtarandan sonra Kənan onun çarpayısında olarkən əmisi qızı Günelin otağa daxil olub bunu görməsini, Kənanı çağırıb aparmasını, bir müddətdən sonra o, yatdığı çarpayının döşək üzüsünün onun spermasına bulaşmasını görüb döşək üzünü xəlvət götürüb sanitar qovşağına gedərək orada cırıb zibil qabına atdığını bildirmişdir, həmin yeri də əli ilə göstərmiş, baxış zamanı orada hər hansı bir zibil qabının olmadığı məlum olmuş, Təqsirləndirilən şəxs hadisə vaxtı isə zibil qabının olduğunu bildirmişdir. Bundan sonra vəkil Cəfər Hacıyev şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsini verərkən və hazırda ifadəsi yerində yoxlanılarkən hər hansı bir təsir və təzyiqə məruz qalıb-qalmadığını, hadisəni düzgün bildirib-bildirməməsi soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç bir təsir və təzyiqə məruz qalmamışdır, hadisəni də olduğu kimi bildirir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla cəmi neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olması soruşulmuş, o, bildirdi ki, cəmi bir dəfə, 10 noyabr 2020-ci il tarixdə saat 23 radələrində qeyd edilən otaqda Zərərçəkmiş şəxsla qeyritəbii yolla cinsi əlaqədə olmuşdur, Zərərçəkmiş şəxs ifadəsində və üzləşdirmə zamanı hansısa da şənlikdən sonra onlarda qeyri-təbii yolla cinsi əlaqədə olmasını düzgün bildirmədiyini, elə bir halın olmadığını demiş, bununla da ifadənin yerində yoxlanılması istintaq hərəkəti başa çatmışdır. İfadənin yerində yoxlanılması istintaq hərəkəti gündüz vaxtı, təbii işıqlandırma hava şəraitində keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Samsung markalı mobil telefonunun video çəkiliş bölməsindən istifadə edilərək video lentə alındı, ifadənin yerində yoxlanılması zamanı eyni zamanda Samsung markalı mobil telefondan istifadə edilərək videoletə alınaraq bir neçə görünüşdən fotoşəkili çəkilmiş, ifadənin yerində yoxlanılması zamanı hadisə yerindən sübut əhəmiyyətinə malik ola biləcək hər hansı birə şya aşkar edilib götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 aprel 2021-ci il tarixli “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu andan, yəni 02 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.04.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Şahid1 təqdim etdiyi 01 ədəd DVD diskə baxış keçirilmiş, Baxış keçirmə zamanı Şahid1, bildirdi ki, Təqsirləndirilən şəxs həmin məclisdə iştirak etmiş, onun adı çəkilmiş və oynamışdır. Həmin diskə baxış keçirmə zamanı məlum oldu ki, diskdə 01 ədəd video görüntü vardır. Həmin video görüntünün 52 saniyə müddətində çəkilməsi məlum oldu. Baxış keçirmə zamanı məclisdə tamada kimi iştirakı edən şəxsin dayı oğlanlarını dəvət etməsi, Abbas, Namiq, Natiq, Araz kimi şəxslərin adını çəkməsi, dayı oğlanları kimi həmin şəxslərin və Təqsirləndirilən şəxs musiqi meydanına çıxması və orada «Şirin can» musiqisi ilə oynaması məlum olur. Baxış keçirmə zamanı təqdim edilən 01 ədəd DVD disk sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir RİH Başçısının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli 329 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Qapanlı kənd İƏD-si üzrə nümayəndəliyin təsərrüfat başına kitabında qeydiyyatda dayanır və ailə tərkibi atası X8, anası Şahid5 və qardaşı X6 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir RİH Başçısının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Qapanlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs ümumvətəndaş pasportunun surətindən görünür ki, o, 09.05.2008-ci ildə Rusiya Federasiyasına getmiş, 08.11.2017-ci il tarixdə Rusiya Federasyiasından Azərbaycan Respublikasına qayıtmışdır, ondan sonra Ölkə hüdudlarını tərk etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyinin MTE və PA ETT X16 şəxsin Gəncə şəhər şöbəsinin məhkəmə tibb eksperti vəzifəsində işləyən Dövlət ittihamçısı Zakir oğlunun ifadəsindən görünür ki, 2008ci ildən məhkəmə tibb eksperti kimi fəaliyyət göstərir, azyaşlı Zərərçəkmiş şəxs məhkəmə tibb ekpertizasında iştirak etmiş, ekspertiza zamanı müəyyən edilmişdir ki, onun bədəni üzərində hər hansı bir xəsarətin obyektiv əlamətləri yoxdur, azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində müəyyən edilmiş anal dəlik sfiktorunun bir qədər boşalması, şüavari büküşlərin qismən hamarlaşması, anal dəlik vasitəsilə tək-tək qeyri-təbii yola cinsi əlaqəni təsdiq edən əlamətlərdir. Keçirilmiş ekspertizanın nəticəsinə uyğun da rəy verilmişdir. «Tək-tək» cinsi əlaqədə olma dedikdə, arabir, müəyyən fasilərlərlə cinsi əlaqədə olma başa düşülür, bu ayda bir dəfə, iki dəfə, bir neçə aydan bir də cinsi əlaqədə olma anlamına gəlir və azyaşlı Zərərçəkmiş şəxs ifadəsinə göstərmiş olduğu həmin vaxtlara və hallara uyğun gəlir. Həmin vaxt azyaşlı Kənan qonşu İlkin adlı uşağın adını demişdir, bir də qohumları yetkinlik yaşına çatmayan Namiq adlı şəxsin adını demişdir, ola bilsin ki, qərara əsasən yazılıb, amma yadındadır, Kənan iki nəfərin, biri həmin İlkin adlı uşağın, biri də qohumu Namiqin adını yadımda çıxan ləqəblə demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 iyun 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Xabarov şəhəri, Krasnoflot məhkəməsinin 25.07.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Psixonevroloji Dispanserin 16.06.2021-ci il tarixli 1988 nömrəli, X5 19.06.2021-ci il tarixli, 2478 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs oğlu, həmin dispanserlərdə qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyinin Gəncə Psixonevroloji Dispanserdən alınmış 01.07.2021-ci il tarixli, 81 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi psixoloji xüsusiyyətlərində praktiki olaraq özünün fikirlərini müdafiəyəyə meyllilik, hadisə haqqında məntiqi yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası koqflikt problemlərin olması və başqaları ilə müqaviləyə(anlaşmaya) daxil olma, pediqoji baxımsızlıq aşkar olunur. Həmçinin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin, yəni, cinsi əlaqədə olmanın xarakterini və mənasını anlaya bilmişdir. O, onunla edilən davranışın mümkün nəticələrini görə bilmişdir. Bundan başqa ekspertiza rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əqli inkişafında hər hansı bir gerilik əlamətləri müşahidə olunmur, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir, yalan danışmağa, özündən söz uydurmağa meylli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 avqust 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 150.3.3-cü maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs 04.04.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan edilmiş ittihamın həcmi və məzmunu dəyişdiyi üçün ona Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə dəqiqləşdirilmiş məzmunda və həcmdə yenidən ittiham elan edilməsi, iş üzrə Təqsirləndirilən şəxs elan ediləcək Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş ittiham onun təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etməsinə görə Azərbaycan Respublikası CM-nin 150.2.5-ci maddəsində nəzərdə tutulmuş ittiamı əhatə etdiyi üçün Təqsirləndirilən şəxs əlavə olaraq Azərbaycan Respublikası CM-nin 150.2.5-ci maddəsi ilə ittiham verilməməsi, iş üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu 09.09.2018-ci il tarixdə Gəncə şəhərində azyaşlı Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmadığını bildirməsi, həmçinin 10.11.2020-ci il tarixdə azyaşlı Zərərçəkmiş şəxsla sonuncunun razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirməsi barədə vəsatətləri özünü müdafiə xarakteri daşıdığına görə əsassız olduğundan rədd edilməsi, istintaq materiallarında işş üzrə Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl Şəmkir rayonunun Kür çayı ərazisində qanunsuz balıq tutmaları, balıq tutarkən xəsarət alması xüsusat üzrə Azərbaycan Respublikası CM-nin 256-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, rədd olunmuş material Gəncə şəhər prokurorluğuna göndərilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi Zərərçəkmiş şəxs valideynlərinə və digər şəxsələrə məlum olmadığından, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs digər şəxsə baş vermiş cinayət barədə bildirmədiklərinə görə Şahid1 və qeyrilərinin əməllərində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından barələrində qeyd edilən maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi, rədd olunmuş material Gəncə şəhər prokurorluğuna göndərilməsi, Şahid3 06.02.2021-ci il tarixdə azyaşlı Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olması xüsusatı ayrıca araşdırması, cinayət işinin materiallarından ayrıca material ayrılması, cinayət işinin istintaq materiallarına əlavə edilmş Təqsirləndirilən şəxs əğlunun barəsində verilmiş tələbnamədə onun Rusiya Federasiyasında törətmiş olduğu ağır cinayətə görə məhkum olunduğu 7 il azadlıqdan məhrum etmə cəzasını 2017-ci ildə çəkib qurtardıqdan sonra o, yenidən hazırki cinayəti törətdiyi vaxtdan 6 il keçmədiyi üçün məhkumluğu ödənilmədiyindən, əvvəllər qəsdən ağır cinayətə görə yenidən qəsdən xüsusilə ağır cinayət töərətməsi Azərbaycan Respublikası CMnin 18.3.3-cü maddəsinə əsasən xüsusi təhlükəli residivlik kimi qiymətləndirilməsi, ilkin istintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş Samsung Qalaxy A2 markalı, Şahid3 götürülmüş Samsung Qalaxy А11 markalı mobil telefonlarda sübut əhəmiyyətinə malik ola biləcək məlumatlar əldə edilmədiyindən həmin mobil telefonlar iş üzrə maddı sübut kimi tanınması və həmin mobil telefonlar sahiblərinə qaytarılması, X4 oğlunun şübhəli şəxs qismində dindirilməsi zamanı video lentə alınaraq köçürülmüş 01 ədəd DVD disk, onun ifadəsinin yerində yoxlanılması zamanı video lentə alınaraq köçürülmüş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ilə Şahid3 aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri video lentə alınaraq köçürülmüş 01 ədəd DVD disk, Şahid1 istintaq zamanı təqdim etdiyi 01 ədəd DVD disk, Ədliyyə Nazirliyinin MEM-dən rəylə birlikdə göndərilmiş 02 ədəd DVD-R diskləri iş üzrə sübut növü kimi tanınması və cinayət işinin istintaq materiallarına əlavə edilməsi, cinayət işi üzrə alınmış zərər çəkmiş şəxsin, şahidlərin ifadələr, zərər çəkmiş şəxsin əlavə ifadəsi, ekspert rəyləri, ifadənin yerində yoxlanılması protokolu, üzləşdirmə protokolları, əşyaya baxış keçirmə protokolları, digər istintaq örəkətləri protokolları və digər sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 31/141 nömrəli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət işi və ya hökmün tanınmasına dair material olmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində Zərərçəkmiş şəxsla cəmi 1 dəfə 10 noyabr 20201-ci il tarixdə saat 23 radələrində Kənangilin evində Kənanın təklifi və razılığı ilə Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olmasına, əvvəl və sonra Kənanla qeyri-təbii yolla cinsi əlaqədə olmamasına dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı tədqiqi edilmiş mötəbər sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həmin xüsusatlara tənqidi yanaşaraq sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını vurğulayır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 18.3.3-cü maddəsinə əsasən xüsusi təhlükəli residivin olması qənaitinə gəlsə də, bu xususuatı kifayət qədər araşdırmamışdır. Belə ki, ibtidai istintaq orqanı sozügedən qənaitə gələrkən Təqsirləndirilən şəxs Rusiya Federasiyasında məhkum olunmasını əsas götürmüşdür. Lakin məhkəmə tərəfindən müvafiq sorğuya alınmış cavabdan məlum olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət işi və ya hökmün tanınmasına dair material olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, eləcə də hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət də ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs dindirilməsi zamanı çəkilmiş 01 ədəd DVD disk, üzləşdirmə zamanı çəkilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən çəkilmiş 01 ədəd DVD disk, Şahid1 təqdim etdiyi 01 ədəd DVD disk və Ədliyyə Nazirliyinin MEM-dən göndərilmiş 02 ədəd DVD-R disklər cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 53 manat 65 qəpik dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X9 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X3 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi təqsirli bilinsin və ona 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs dindirilməsi zamanı çəkilmiş 01 ədəd DVD disk, üzləşdirmə zamanı çəkilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən çəkilmiş 01 ədəd DVD disk, Şahid1 təqdim etdiyi 01 ədəd DVD disk və Ədliyyə Nazirliyinin MEM-dən göndərilmiş 02 ədəd DVD-R disklər cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 53 manat 65 qəpik məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X3 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-309/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-309/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver