Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-309/2025 10.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X4, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunan, barəsində Şəmkir Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 4(076)-97/2024 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyə etdi: Təqsirləndirilən şəxs qısqanclıq niyyətilə qisas almaq məqsədilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs arvadı, Şəmkir rayonu, Dəllər qəsəbə sakini, xx.xx.2006-cı il təvəllüdü Zərərçəkmiş şəxs müxtəlif kişilərlə sevgi münasibətində olması səbəbindən qısqanclıq niyyətilə onu qəsdən öldürmək qərarına gəlmiş, 21 iyul 2024-cü il tarixdə, saat 21 radələrində sonuncunun kirayədə yaşadığı Şəmkir şəhəri, Hərbi şəhərcik, Dos-9 ünvanda yerləşən mənzilə gələrək arvadı Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmiş, Zərərçəkmiş şəxs onun sözlərini ciddiyə almaması və kinayə ilə ona gülməsi səbəbindən hiddətlənərək qəsdən öldürmək məqsədilə xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, xüsusi amansızlıqla üzərində olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədən səthinin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı bıçaq zərbələri vuraraq ona 1 (bir) ədəd döş qəfəsinin sağ yan səthinin plevra boşluğuna keçən, sağ ağciyərin aşağı payını zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, 2 (iki) ədəd boynunun ön və yan səthinin deşilmiş-kəsilmiş yarası, 2 (iki) ədəd döş qəfəsinin sol ön və yan səthinin plevra boşluğuna keçməyən deşilmiş-kəsilmiş yarası, 1 (bir) ədəd sol çiyinüstü nahiyənin deşilmiş-kəsilmiş yarası, 1 (bir) ədəd bel nahiyəsinin periton boşluğuna keçməyən deşilmiş-kəsilmiş yarası, 7 (yeddi) ədəd sol bazu nahiyyəsinin deşilmiş-kəsilmiş yarası, 1 (bir) ədəd sol dirsək oynağı nahiyyəsinin deşilmişkəsilmiş yarası, 4 (dörd) ədəd sol said nahiyyəsinin deşilmiş-kəsilmiş yarası, 1 (bir) ədəd sol budun yuxarı üçdə birinin bayır səthinin deşilmiş-kəsilmiş yarası və 1 (bir) ədəd sol baldırın yuxarı üçdə birinin ön səthinin kəsilmiş yarası ilə müşaiyət edilən, cəmi 20 ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, hadisə yerində olmuş Şahid1 araya girib Təqsirləndirilən şəxs tutaraq onun cinayətkar niyyətini başa çatdırmasına mane olduğundan, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən, Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 29,120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiyərək, CM-nin 120.1-ci maddəsi ilə təqsirli bəilərək ifadəsində göstərmişdir ki, o, Laləzərlə qeyri rəsmi nigahda olmuş və onlar kirayədə yaşamışlar. Bir müddət sonra isə onlar ayrılmışlar. Bir müddət sonra o, Laləzərlə eyni marketdə işləmişlər. Söz söhbətlərin yaranmasının səbəbkarı Laləzərin anası olmuşdur. Laləzər və onun anası onu əzmiş və onun qüruru ilə oynamışlar. O isə onlara belə hərəkətlər etməməsini demişdir. O həmçinin Laləzərə “ayrılmaq istəyirsənsə, evdə yığılaq ailəvi bitirək” demişdir. Bundan sonra onlar işdə olan zaman onun Laləzərlə uşaq söhbəti olmuş və Laləzər işinə davam etmişdir. Lakin bir müddət sonra Laləzər ona yaxınlaşaraq “uşağı götüzdürmək istəyirəm” demişdir. O isə Laləzərə “o fikiri başından çıxar, evdə söhbət edərik, buralıq söhbət deyil ” demişdir. Bundan sonra o işləməyə davam etmişdir. Daha sonra Laləzər işdə olan zaman onun anası ona zəng etmiş və həkimə getdiklərini, həkimdə uşağı götüzdürdüklərini demüşdir. O axşam evdə olan zaman Laləzərin səhhətində problem yaranmış və sonuncu sanitar qovşağında olan zaman orada yıxılmışdır. Laləzər sanitar qovşağında olan zaman o anasına “40 dəqiqə keçibdir, get gör nə olubdur” demişdir. Laləzər sanitar qovşağından çıxandan sonra ona nə olmasını demişdir. Bundan sonra evdə dava-dalaş düşmüşdür. Dava düşən zaman Laləzərin nənəsigil gəlmiş və sonra çıxıb getmişlər. Onlar ertəsi gün Laləzərlə işə getmiş, lakin işdən çıxan zaman Laləzər onunla getmək istəməmişdir. Bundan sonra onlar 1 ay müddətində danışmamışlar. Sonra barışıq ilə bağlı danışıqlar olmışdır.Onun Laləzər ilə gediş-gəlişi olmuşdur. Laləzər onlara gələn zaman onun mobil telefon nömrəsini götürərək öz mobil telefonuna taxmışdır. Bir müddət sonra Laləzərin Təbrizlə “tiktok platformasında” danışmaqlarından xəbəri olmuşdur. Sonra Laləzər ona zəng etmiş və “nömrəni qırıb atıram” demiş o isə etiraz etmədiyini bildirmişdir. Sonra o həmin nömrəni bərpa etmiş və həmin vaxt “whatsapp”-da olan yazışmalar onun telefonuna gəlmişdir. Bundan sonra o, Təbrizi çağırmış və onunla söhbət etmişdir. Hadisədən 3 gün əvvəl Təbriz onun ad günü yığıncağnda olmuşdur. O evdə bıçağı götürərək Təbriz ilə söhbət etməyə getmiş və orada olan zaman Təbriz ona “ay qa mən sənə belə hərəkət elədim .....”demiş, o isə Təbrizə “bu fikiri yadından çıxar, birdən şeyliyərsən...... bilmərsən dana, ayrılmaq söhbəti yoxdur, o fikri yadından çıxar... bu hərəkəti eləmə...” demişdir. Bundan sonra onlar getmişlər. Bu hadisənin sabahı günü o “tiktok” platformasında olan zaman, Təbriz ilə Laləzərin danışmalarını görmüş və o həmin yazışmaları qeydə almışdır. Həmin günün səhəri o hər bir şeyi qeydə aldıqdan sonra marketə getmişdir. O marketdə olan zaman Laləzərin anası onu pis söyüşlərlə təhqir etmişdir. Həmin vaxt Laləzərin anası ona qızı “pis yola salacam sənə vermiyəcəm kimi” sözlər demişdir. O isə Laləzərin anasına “niyə belə edirsən belə idisə hamı yığılmışdı qurtaradı gedərdi mən cavan oğlanam kimi” demişdir. Həmin vaxt o, Laləzər və onun anasına “and ola Allaha pis şeylər olacaq” demiş və onlar ona pis sözlər işlətmişlər. Onun niyyəti Laləzəri yox Təbrizi vurmaq olmuşdur. Bundan sonra o, Laləzərin xalası oğlu ilə onlar görüşərək pivə işmişlər. Onlar pivə içən zaman orada “o uşağı çağıraram gedib hamımız bir yerdə söhbət edərik” demişdir. Həmin vaxt Laləzərin dayısı oğlu ona “onun qeyrətini mən çəkməliyəm” demiş o isə Laləzərin dayısı oğluna “qeyrət nədir mən sizə göstərəcəm” demişdir. O, Laləzərin xalası oğlu ilə Laləzər gilə söhbət etmək üçün getmişdir. O, Laləzər ilə söhbət edən zaman Laləzər onunla deyib-gülmüş və onun qüruru ilə oynamışdır. Bundan sonra hadisə baş vermişdir. Hadisə vaxtı o özündə olmamış, əsəb, stress və qısqançılıq hissi keçirmiş və özündən çıxmış və bu hadisəni törətmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü Yusif onlara gəlmişdir. Axşam saat 11 rədələri olmuşdur. Həmin vaxt barışmaq istədiyini demiş və sual olaraq “sən onunla bir yerdə olubsanmı sualını” vermişdir. O isə o kimdir elə bir şey yoxdur demişdir. Həmin vaxt oğlanın özü zəng etmiş və Yusif ona “danış, o isə danışmaq istəmədiyni” demişdir. Bundan sonra onun xalası oğlu, sonra isə Yusif Təbrizlə telefonda danışmışlar. Bir qədər danışdıqdan sonra telefonu söndürmüşlər. Yusif telefonu söndürdükdən sonra “niyə barışmaq istəmirsən deyərək” soruşmuşdur. O isə barışmaq istəmədiyni bildirmişdir. Daha sonra o pəncərənin qabağında əyləşən zaman Yusif onun üzərinə gəlmişdir. Yusifin üzərində bıçağın olmasından onun məlumatı olmuşdur. Belə ki, işə gedən zaman Yusif üzərində olan bıçağı ona göstərmiş və “onuda sənidə bu bıçaqla öldürəcəm” demişdir. Həmin vaxt o, Yusifə “öldürmək istəyirsənsə elə indi öldürə bilərsən” demişdir. Yusif xalası oğluna “sən çıx çölə bəlkə sən burdasan sənin yanında söz deyə bilmir” demişdir. O isə Yusifə “sənə mən nəsə demək istəsəm bunun da yanında deyərəm” demişdir. O həmin vaxt xalası oğluna “sən burdan çıxsan bu mənə nəsə etsə günahkarı sən olacaqsan” demişdir. Həmin vaxt onun xalası oğlu digər otağa keçmiş və Yusif bıçaqla onun üzərinə gəlmişdir. Həmin vaxt o vurulmasını hiss etməmiş, vurulduqdan sonra hiss etmişdir. O, Yusifi itələmiş və onun yanında olan stul yerə düşmüşdür. Həmin vaxt Yusif onun başını kəsmək istəyən zaman o xalası oğlunu çağırmışdır. Yusif onun kürəyinə və qoluna vurmuş, ən axırıncı bıçaq isə onun ağ ciyərində qalmışdır. Ondan sonra nə olmasını o xatırlamır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Daha sonra zərərçəkmiş şəxs cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə günü anası işdə olmuşdur. Yusif ona barışmağı təklif etmiş, o isə barışmaq istəmədiyini demişdir. Yusif onun qarın nahiyyəsindən vurmaq istəyən zaman, onun qolu qarnında olduğundan bıçaq qoluna dəymişdir. Yusifin sonrakı zərbələri onun kürək, ürək və ayaq nahiyyələrinə dəymişdir. Həmin vaxt o, Yusifə müqavimət göstərmiş və onu itələmişdir. Orada olan xalası oğlu da onun səsinə köməyə gəlmişdir. Onun xalası oğlu köməyə gəlməsəydi Yusif onu öldürə bilərdi. O qışqıran zaman xalası oğlu gəlmişdir. Xalası oğlu Yusifi itələyən zaman bıçaq xalası oğlunun əlini kəsmişdir. Onun xalası oğlu kömək çağırmaq üçün gedən zaman Yusif “heç kəsi çağırma qoy orada ölsün” demişdir. Bıçaq Yusifin əlində olmşudur. Xalası oğlu kömək çağırmağa gedən zaman bıçaq Yusifin əlindən düşmüş və Yusif bıçağı yerdən götürüb onun ağ ciyər nahiyyəsinə vurmuşdur. Yusif onu öldürmək istəmişdir. Onun saçından tutub bıçağı boğazına dirəmiş və həmin vaxt bıçaq onun boğazını kəsmişdir. Xəsarətlərin ümumi sayı 33 olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yusif ona zəng edərək harda olmasını soruşmuş, o isə həmin vaxt Yusifgilə getmişdir. O,Yusifgildə olan zaman Yusifgilin pivə içmələrini görmüş və o da Yusifgilnən bir yerdə oturmuşdur. Həmin vaxt Yusif ona “Təbrizi belə eləmişəm elə eləmişəm” o isə niyə etməsini soruşmuş Yusif isə “Təbrizə bıçaq çıxarmışam” demişdir. Sonra Yusif ona “məni Nastı ilə barışdıra bilərsənmi” demişdir. Nastı onun xalası qızı Laləzərdir. O isə məsələnin onluq olmamasını, Laləzərin anasının yanına marketə getməsini demişdir. O marketdə işləmişdir. Həmin günü onun istirahət günü olmuşdur. Yusif onları barışdırmasını istəmişdir. O xalası qızıgilə gedən zaman Yusif onun arxası ilə gələrək onu barışdırmasını xahiş etmişdir. Həmin vaxt Yusif onunla birgə evə daxil olmuş və Nastıya sual olaraq “səndən bir söz soruçacam, amma düzünü denən” demişdir. Həmin vaxt Nastı Yusifə “çıx çölə” demiş, o isə Yusifə “yaxşı dana ay Yusif qanqaraçılıq salma qonşular eşidir” demişdir. Onlar içəri daxil olmuş və həmin vaxt Yusif söhbət etməyə başlamış və ona çölə çıx desə də o çölə çıxmamışdır. Həmin vaxt Nastının qışqırmağını eşitmiş və Laləzərin vurulmasını görmüşdür. O, Yusifin üzərinə getmiş,Yusif ona bıçaq atmış və həmin vaxt bıçaq onun əlini kəsmişdir. Bundan sonra Yusif oradan qaçmışdır. Daha sonra qonşular, təcili tibbi yardım gəlmişdir. O isə polis şöbəsinə ərizə vermişdir. Şahid cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, Yusifin üzərində bıçaq görməmişdir. Onun arxası onlara tərəf olmuşdur. O Laləzərin qışqırığını eşitmiş və dərhal ora getmişdir. Yusif Laləzəri ayaq üstə olan zaman vurmuşdur. Yusif Laləzərin saçını tutub başını kəsmək istəmiş, lakin o müdaxilə etmişdir. Bıçaq yerə düşdükdən, sonra Yusif bıçağı yenidən götürmüşdür. Bıçaq Laləzərin bədən nahiyyəsinə girib qalmışdır. Həmin vaxt Yusif oradan qaçmışdır. Daha sonra o Laləzərin anasına zəng etmiş və Laləzərin anası hadisə yerinə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Laləzərlə danışmış, onun niyyəti ciddi olmuşdur. Yusif gəlmiş və o, Yusiflə söhbət etmişdir. Yusif ona “sən yazırsan belə edirsən” o isə yazmağını və Laləzərlə bir birilərini istəmələrini Yusifə demişdir. Laləzərin ailəsinin məlumatı olmuş və anası ona “hələ yox, sən subaysan, o isə boşanmışdır” demişdir. Yusif tək gəlmişdir. Mübahisə olmamışdır. Hədə qorxu olmamışdır. Yusif ona “yaxın durma” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə olan zaman o işdə olmuşdur. Ona zəng gəlmiş və ona Yusifin onun qızını bıçaqlaması deyilmişdir. Yusiflə qızı ayrılmışdır. Yusif onun qızını yolda döymüşdür. Qızının döyülməsi ilə bağlı ona məlumat verilmişdir. O, Yusifin olduğu yerə getmiş və nə üçün qızını döydüyünü soruşmuşdur. Həmin vaxt Yusif cavab olaraq “mən döyməmişəm” demiş, o isə “yaxşı sən döyməmisən niyə hamı qıraqdan deyir ki, sən döymüsən, mən səndən ötəri qız böyütməmişəm ki, sən mənim qızımı döyəsən” demişdir. Bundan sonra o, Yusifə son söz olaraq “birdə mənim qızıma əl dəysən, qızımı götürüb aparacam” demişdir. Sonra o qızını öz yanına gətirimiş, bununla bağlı Yusifin anası onun yaşadığı evə gəlmiş və o, Yusifin anasına “mən razı deyiləm, mən qızımı onun üçün böyütməmişəm” demişdir. Həmin vaxt o qızını verməmişdir. Bundan sonra Yusif onu hədələməyə başlamışdır. Yusif altıncı gün onlara səs ataraq “gör sizin başınıza nə oyun gətirəcəm” demişdir. Daha sonra o qızına “mənimlə birlikdə gedək, tək getmə, birdən gələr nəsə edər” demişdir. O bacısı oğlunu Yusifin yanına göndərmiş, lakin buna baxmayaraq, Laləzərin 33 bıçaq zərbəsi alması barədə ona zəng gəlmişdir. Şübhəli şəxsin tutulması haqqında 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 4(076)-97/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə, yəni 22 noyabr 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 iyul 2024-cü il tarixdən hesablanmışdır. Şəmkir rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 4(076)-97/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə, yəni 22 noyabr 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 iyul 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə-tibbi ekspertizasının 05 avqust 2024-cü il tarixli, 695 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində 1) boyunun ön və sağ yan səthinin 2 ədəd deşilmiş-kəsilmiş yarası; 2) döş qəfəsinin sağ yan səthinin plevra boşluğuna keçən, sağ ağ ciyərin aşağı payını zədələyən, daxili qanaxmaya səbəb olmuş 1 ədəd deşilmiş-kəsilmiş yarası; 3) döş qəfəsinin sol ön və yan səthinin plevra boşluğuna keçməyən 2 ədəd deşilmiş-kəsilmiş yarası; 4) sol çiyinüstü nahiyənin 1 ədəd deşilmiş-kəsilmiş yarası; 5) bel nahiyəsinin periton boşluğuna keçməyən 1 ədəd deşilmiş kəsilmiş yarası; 6) sol bazu nahiyəsinin 7 ədəd deşilmiş-kəsilmiş yarası; 7) sol dirsək oynağı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası; 8) sol said nahiyəsinin 4 ədəd deşilmiş-kəsilmiş yarası; 9) sol budun yuxarı üçdə birinin bayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası; 10) sol baldırın yuxarı üçdə birinin ön səthinin 1 ədəd kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 21 iyul 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin sağ yan səthinin plevra boşluğuna keçən, sağ ağciyərin aşağı payını zədələyən, daxili qanaxmaya səbəb olmuş 1 (bir) ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, boyunun ön və sağ yan səthinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol ön və yan səthinin plevra boşluğuna keçməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası, sol çiyinüstü nahiyənin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin periton boşluğuna keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin 7 (yeddi) ədəd deşilmiş-kəsilmiş yarası, sol dirsək oynağı nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol said nahiyəsinin 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yarası, sol budun yuxarı üçdə birinin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və sol baldırın yuxarı üçdə birinin ön səthinin 1 (bir) ədəd kəsilmiş yarası isə həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 24 iyul 2024-cü il tarixli, 704 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ əlin İV-V barmaqların və sol əlin İ barmağının iç səthinin kəsilmiş yaraları kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 21 iyul 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 25 iyul 2024-cü il tarixli, 710 nömrəli rəyindən görünür ki, Şahid1 bədən səthində açkar edilmiş xəsarətlər – sol saidin aşağı üçdə birinin ön səthinin və sağ əlin İİ barmağının orta falanqasının ovuc səthinin kəsilmiş yaraları kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, sol saidin yuxarı üçdə birinin bayır səthinin qançırı isə KÜT əşyanın təsərindən törənmişdir, yetirilmə müddətləri 21 iyul 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol saidin aşağı üçdə birinin ön səthinin və sağ əlin İİ barmağının orta falanqasının ovuc səthinin kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, sol saidin yuxarı üçdə birinin bayır səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə tibbi-kriminalistik ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 399- 2024/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus sarafanın ön səthinin sol yarısının yuxarı hissəsində, sol döş nahiyəsində 02 (iki) ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd və sol çiyinliyi üzərində 02 (iki) ədəd cəmi 05 (beş) ədəd; büstqalterin isə ön səthinin sol yarısında 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və kafi büruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus sarafan və büstqalter üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlmələrinin mümkünlüyü inkar edilmir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus bir cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd şalvar və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə tibbi-bioloji ekspertizasının 05 sentyabr 2024-cü il tarixli, 545/2024-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş 01 (bir) ədəd ağ rəngli fincan qırığı, 03 (üç) ədəd ağ rəngli boşqab qırıqları, 01 (bir) ədəd sarı rəngli fincan, 02 (iki) ədəd üzərində sarı-yaşıl rəngli yarpaq təsvirləri olan qırıq stəkan və 01 ədəd onlardan kiçik qırıq, Təqsirləndirilən şəxs məxsus “Oppo” markalı mobil telefonun futlyarı, Zərərçəkmiş şəxs məxsus “Redmi” markalı mobil telefonun futlyarı, 03 (üç) ədəd nazik plastik çubuqların pambıq ucluqlarına keçirilmiş maddələr, təqdim edilmiş bıçağın tiyəsi və tutacağı, Zərərçəkmiş şəxs məxsus büstqalter, sarafan, 01 (bir) cüt corab, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, 01 (bir) cüt ayaqqabı üzərində olan ləkı və maddə hissəciklərində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyətinin AB0/H/ sistemi üzrə təyini zamanı yuxarıda göstərilmiş maddi sübutlarda olan ləkələrin böyük əksəriyyətində ( 3 saylı obyekt kimi qeyd olunmuş boşqab qırığı istisna olmaqla) antigen qismində yalnız “H” antigeni alındı. Digər dominant A,B antigenləri isə alınmadı. Ressesiv təbiətinə görə “H, antigeni yalnız tək, homoziqot (h/h) halda 0(1) qan qrupunu formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin birmənalı olaraq həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Bu halda yuxarıda göstərilən qan ləkələri AB0 sistemi üzrə eyni qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqsirləndirilən şəxs da AB0 sistemi üzrə eyni qan qruplu şəxs olduğundan hadisənin məzmunu, dinamikada gedişatı və sonuncunun hadisə zamanı bədənində qanaxma ilə müşayiət olunan zədələrin olduğu halında bu ləklərdə onun da qanının (qan qarışığının) olması inkar oluna bilməz. Bu ləkələrdə Şahid1 məxsus “B” antigeni müəyyən olunmadığı üçün ləklərdə onun qanı inkar olunur. Tədqiqat zamanı bir halda-hadisə yerindən götürülmüş ağ rəngli boşqab qırıqlarının birinin müxtəlif səthlərində olan ləklərdə (təsviri hissədə 3 saylı obyekt kimi qeyd olunmuşdur) qan qrupunun təyini zamanı “B” və “H” antigenləri alındı və iki antigenin alındığı üçün onların məxsus olduğu şəxsin (şəxslərin) qan qrupu barəsində birmənalı fikir söyləmək olmaz. Bu halda qan ləkələrinin ölçü və xarakteri, yaranma mexanizmi nəzərə alınmaqla onların bir şəxsin qanı və ya bir neçə şəxsin (şəxslərin) qarışmış qanları hesabı yarana bilməsi cəhətdən fikir söyləmək məqsədəuyğundur. Belə ki, qan ləkələrinin bir şəxsə məxsus olduğu halında “B” antigeni “H” antigeni ilə müqayisədə dominant olduğundan o, B(İİİ) qruplu qanı əsas antigen qismində formalaşdırdığı halda, “H” antigeni həmin qrupda müşayiətçi antigen kimi iştirak edir və bu zaman formalaşmış heteroziqot B/H genotipli qan B(İİİ) qan qruplu, qanında müşayiətçi “H” antigeninin olduğu halında Şahid1 məxsus ola bilər. Göstərilən halda bu ləkələrdə qanında “B” antigeni olmayan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qanları inkar olunur. Lakin, ləkələrin qeyd olunan xüsusiyyətləri qanın bir neçə şəxsin (şəxslərin) qarışmış qanları hesabına yarana bilməsini inkar etmirsə bu obyektdə olan ləklərdə “B” antigeni ilə yanaşı “H” antigeni həm müşayiətçi, həm də əsas antigen kimi iştirak edə bilməsindən yaranan B(İİİ) qruplu qanın (müşayiətçi “H” antigeni ilə və ya onsuz) 0(H)(1) qruplu qanla alınmış qan qarışığında zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid1 qan qarışıqlarının olması mümkündür. Hadisə yerinə baxış zamanı götürülmüş daha 02 (iki) ədəd stəkan qırıqlarında qana şübhəli hər-hansı bir ləkə aşkar olunmamışdır. Ambulator məhkəmə psixiatrik ekspertizasının 15 avqust 2024-cü il tarixli, 586 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. İİ. 1. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman ANLAQLİ olmuşdur. İİ. 2. Təqsirləndirilən şəxs hadisədən əvvəl öz hərəkətinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmiş və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur. O, hal-hazırda da öz hərəkətinin faktiki xarakterini dərk etmək, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətindədir. İİ. 3. Hazırda Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi əlamətləri mövcud deyil. İİ. 4. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Məhkəmə psixoloji ekspertizasının 26 sentyabr 2024-cü il tarixli, 694 nömrəli rəyindən görünür ki, İİ. 1. Təqsirləndirilən şəxs özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. İİ. 2. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini nəzərə alaraq cinayət törədilən vaxt güclü ruhi həyəcan (fizioloji affket) vəziyyətində olmamışdır (keçirməmişdir). 18 oktyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş ağ rəngli boşqab qırıntıları, 1 ədəd sarı rəngli fincan, 1 ədəd ağ rəngli fincan qırıntısı, 2 ədəd üzərində bəzəyi olan şəffaf rəngli şüşə stəkan qırıntısı, “Redmi” və “Oppo” markalı mobil telefonlar, könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında 22 iyul 2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilərək götürülmüş paltarlar, könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında 24 iyul 2024-cü il tarixli protokolla X2 tərəfindən könüllü olaraq istintaqa təqdim edilərək götürülmüş 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus paltarlar, Təqsirləndirilən şəxs istifadəsində olmuş “+**********03” mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk, Şahid2 istifadəsində olan “+**********36” mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilib Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şəmkir şəhərində Hərbi şəhərcik, Dos-9 ünvanında yerləşən 5 mərtəbəli binanın beşinci mərtəbəsində yerləşən mənzilin mətbəx otağındadır. Baxış zamanı müxtəlif hissələrində qanabənzər şübhəli ləkələr olan üzərində bəzəyi olan ağ rəngli boşqab qırıntıları, 1 ədəd sarı rəngli fincan, 1 ədəd ağ rəngli fincan qırıntısı, 2 ədəd üzərində bəzəyi olan şəffaf rəngli şüşə stəkan qırıntısı, “Redmi” və “Oppo” markalı mobil telefonlar, eləcə də qanabənzər ləkələr pambıq çöpə batırılmaqla nümunələr müqayisəli tədqiqata təqdim edilmək məqsədilə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülmüş, zərfə qoyulub qablaşdırılmaqla möhürlənmişdir. “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində arxa bel nahiyəsində “Ddicn Drisr” yazılı emblemi olan göy rəngli cins şalvar, sol döş nahiyəsində “H” hərfi yazılı emblemi olan qara qısaqol köynək, üzərində “Fashion” sözləri yazılmış 1 cüt qara rəngli parça ayaqqabı olmuş, həmin paltarları və 1 cüt ayaqqabını istintaqa könüllü olaraq təqdim etmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əli ilə Şəmkir şəhəri, Hərbi şəhərcik Dos-9 ünvanında yerləşən mənzili göstərərək Laləzərlə arasında olan məsələni aydınlaşdırmaq üçün saat 21 radələrində Laləzərin yaşadığı evə getdiyini, evdən çıxarkən yaşadığı evin mətbəxindən bıçaq götürdüyünü, lakin həmin bıçağı Adil və Nemətin görmədiyini, əgər söhbəti alınmazsa ona xəyanət etdiyi üçün Laləzəri öldürmək məqsədinin olduğunu, evə çatıb Adil evin qapısını döyüb içəri daxil olduqdan sonra arxası ilə içəri girdiyini, həmin vaxt Laləzərin yataq otağından mətbəxə tərəf qaçdığını, o da mətbəxin qapısının qarşısına keçdiyini, Adilə yataq otağına keçməyi xahiş edərək, Laləzər ilə təklikdə söhbət edəcəyini dediyini, Laləzərə binanın qarşısında Təbriz ilə nə iş gördüyünü, niyə bir yerdə olduğunu soruşduğunu, Laləzər də ona “sənin işinə qalmayıb” deyərək gülməyə başladığını, o, Laləzərdən bir söz soruşanda onun sözünü ciddiyə almayaraq gülə-gülə suallardan yayınmağa çalışdığını, Laləzərin onu bir daha narahat etməməsini dediyini, o, mobil telefonu ilə Təbrizə zəng edərək telefonu Laləzərə uzatdığını, Təbriz telefonu açdıqda Laləzər Təbrizə “mən sənə demişəm məni narahat etmə” sözlərini dediyini, Təbriz də Laləzərə “mən səni nə vaxt narahat etmişəmki?” sözlərini dediyini, bundan sonra onların danışığının ona heç cür inandırıcı gəlmədiyini və onu bir daha aldatdıqlarını başa düşdüyünü, telefonu söndürdükdən sonra şalvarın arxa hissəsində gizlətdiyi öz yaşadığı evdən götürdüyü mətbəx bıçağını çıxarıb Laləzərə zərbələr vurmağa başladığını, birinci zərbəni Laləzərin qarın boşluğuna tərəf vurduğunu, daha sonra bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurduğunu, hadisəni törədən zaman Laləzərin əli ilə ona müqavimət göstərib mane olmağa çalışdığını, Laləzrin ona “vurma, məni vurma, eləmə” sözlərini dediyini, həmin vaxt səs-küyə yataq otağından Adil gəldiyini, Adilin qışqıra-qışqıra onun üstünə gəldiyini və onu aralamağa çalışdığını, Laləzəri vuran zaman Laləzərin yerə yıxıldığını, Laləzər yerə yıxılarkən “səni sevirəm” sözünü ona dediyini, daha sonra əli ilə Adili itələdiyini, Adilin uca səslə qonşuları səsləməyə başladığını, o, isə oradan çıxaraq binadan aşağı düşdüyünü, bıçağın Laləzərin qoltuqaltı nahiyəsində batılı vəziyyətdə qaldığını, o, binadan aşağı düşən zaman xalası oğlu Nemətin onun əlini qanlı vəziyyətdə gördüyünü və nə baş verdiyini soruşduğunu, o, isə Nemətə Laləzəri bıçaqla vurduğunu dediyini, Nemətin isə onun sözünə inanmadığını, daha sonra oradan çıxıb evə getdiklərini bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs həmin hadisənin törədilməsində başqa hər hansı şəxsin iştirak edib-etmədiyi barədə suallar verilmiş, sonuncu hadisəni tək törətdiyini, başqa şəxsin hadisənin törədilməsində iştirak etmədiyini bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələri ilə eyni məzmunda ifadə verərək əvvəlki ifadələrini təsdiq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı ifadələrinin düzgünlüyü müəyyən edilmiş və dəqiqləşdirilmişdir. “Əşyaya baxış keçirilməsi haqqında” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasında sanitar işləyən X2 tərəfindən 24 iyul 2024-cü il tarixdə tiyəsinin uzunluğu 12 sm, dəstəyinin uzunluğu isə 11 sm olan mətbəx bıçağı istintaqa təqdim edilmişdir. Bıçağın tiyəsi gümüşü rənglidir. Tiyənin aşağı kənarı itilənmiş, yuxarı kənarı isə itilənməmiş vəziyyətdədir. Tiyənin uc hissənin yanında dəlik vardır. Tiyənin dəstəyə birləşən hissəsində rus əlifbası ilə “NERJ6666” sözləri yazılmışdır. Dəstəyin çox hissəsi qara, az hissəsi isə gümüşü rənglidir. Dəstəyin üzərində bıçağın tiyəsini dəstəyə bərkitmək üçün nəzərdə tutulmuş 3 ədəd gümüşü rəngdə vint vardır. Bundan başqa baxış zamanı bıçağın dəstək və tiyə hissəsinin müxtəlif yerlərində qanabənzər ləkələr aşkar edilmişdir. “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasında sanitar işləyən X2 Zərərçəkmiş şəxs 21 iyul 2024-cü il tarixdə hadisə vaxtı əynində olmuş tünd-bənövşəyi rəngli köynək, qara rəngli büstqalter, krem rəngli 1 cüt corabı istintaqa könüllü olaraq təhvil vermişdir. “Telefona baxış keçirilməsi haqqında” 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, telefonun qoburunun arxasında müxtəlif yerlərdə qanabənzər ləkələrin olduğu müşahidə edilir. “Qalereya” bölməsinə daxil olduqda Zərərçəkmiş şəxs məxsus bir neçə şəkil və video, eləcə də müxtəlif sevgi məzmunlu videolar görünür. Telefona baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. “Telefona baxış keçirilməsi haqqında” 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, telefonun qoburunun arxasında müxtəlif yerlərdə qanabənzər ləkələrin olduğu müşahidə edilir. Telefonun “Fotoğraflar” bölməsinə, eləcə də “TikTok” mobil tətbiqinə daxil olduqda üzərində “Davulcu_ _ _oqlan” adı yazılmış sevgi məzmunlu yazı mətnləri aşkar edilmişdir. Telefona baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. “Sənədlərin cinayət işinə əlavə edilməsi haqqında” 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə “Davulcu___oqlan” adlı istifadəçi Şahid2 arasında “Tik-tok” mobil tətbiqində sevgi məzmununda yazışma mətnləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “+**********03” mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş “diskə baxış keçirilməsi haqqında” 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “+**********03” mobil nömrə ilə Şahid2 istifadəsində olmuş “+**********36” mobil nömrə arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, müxtəlif vaxtlarda telefon danışığı olmuşdur. Hadisənin baş verdiyi 21 iyul 2024-cü il tarixdə, saat 21:01:13 və saat 21:01:14-də Təqsirləndirilən şəxs istifadəsində olan “+**********03” mobil nömrə ilə Şahid2 istifadəsində olan “+**********36” mobil nömrə arasında 115 saniyə müddətində telefon danışığı olmuşdur. "xxxx" MMC-dən təqdim edilmiş diskə baxış zamanı iş üçün əhəmiyyətli başqa sms mətni və əhəmiyyətli hallar müəyyən edilməmişdir. Şahid2 istifadəsində olmuş “+**********36” mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş “diskə baxış keçirilməsi haqqında” 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 istifadəsində olan “+**********36” mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş “+**********03” mobil nömrə arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, müxtəlif müddətlərdə telefon danışığı olmuşdur. Şahid2 istifadəsində olan “+**********36” mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş “+**********58” mobil nömrə arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, müxtəlif müddətlərdə telefon danışığı olmuşdur. Hadisənin baş verdiyi 21 iyul 2024-cü il tarixdə, saat 21:01:13 və saat 21:01:14-də Şahid2 istifadəsində olan “+**********36” mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş “+**********03” mobil nömrə arasında 115 saniyə müddətində telefon danışığı olmuşdur. "xxxx" MMC-dən təqdim edilmiş diskə baxış zamanı iş üçün əhəmiyyətli başqa sms mətni və əhəmiyyətli hallar müəyyən edilməmişdir. Şəmkir rayon polis şöbəsinin 30 iyul 2024-cü il tarixli, 3/13110/2-20604/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində rayon polis şöbəsində təqsirləndirici material olmamış, araşdırma aparılmamışdır. Şəmkir rayon Dəllər qəsəbə mənzil-istismar müəssisəsinin 31 iyul 2024-cü il tarixli, 73 və 74 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər qəsəbə mənzil-istismar sahəsinin Dəllər qəsəbə Zaur Abbasov küçəsi bina 05 mənzil 20də yaşayır. Şəmkir rayon Dəllər qəsəbə mənzil-istismar müəssisəsinin 31 iyul 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində mənzil-istismar sahəsinə heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması ilə bağlı ifaədəsinə işin faktiki hallarına uyğun olmadığından və eləcə də onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, “hadisə yerinə baxış keçirilməsi barədə” protokol, “ifadənin yerində yoxlanılması haqqında” protokol, “əşyaya baxış keçirilməsi haqqında” protokol, “telefonlara baxış keçirilməsi haqqında” protokollar, “sənədlərin cinayət işinə əlavə edilməsi haqqında” protokol, "xxxx" MMC-dən daxil olmuş “disklərə baxış keçirilməsi haqqında” protokollar və digər istintaq hərəkətləri ilə təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətlərini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsifi məsələsini də müzakirə edib hesab edir ki,təqsirləndirilən şəxsin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etməsi və iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,120.2.4 -cü maddəsi ilə tövsif edilmədir. Məhəkəmə bu nətcəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli qərarının izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli qərarından görünür ki, təqsirkarın əməlini xüsusi amansızlıqla adam öldürməyə cəhd etmə kimi CMnin 29, 120.2.4-cü maddəsinə tövsif edərkən, nəzərə almaq lazımdır ki, burda xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürməyə cəhd etmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmə kimi yönəlmiş olsun, Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etməyə cəhd etmə ərəfəsində və ya adam öldürməyə cəhd prosesində zərərçəkmiş şəxsə azab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməyə cəhd etmədə də ifadə oluna bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs müxtəlif kişilərlə sevgi münasibətində olması səbəbindən qısqanclıq niyyətilə onu qəsdən öldürmək qərarına gəlmiş, 21 iyul 2024-cü il tarixdə, saat 21 radələrində sonuncunun kirayədə yaşadığı Şəmkir şəhəri, Hərbi şəhərcik, Dos-9 ünvanında yerləşən mənzilə gələrək arvadı Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmiş, Zərərçəkmiş şəxs onun sözlərini ciddiyə almaması və kinayə ilə ona gülməsi səbəbindən hiddətlənərək qəsdən öldürmək məqsədilə xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, xüsusi amansızlıqla üzərində olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədən səthinin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı bıçaq zərbələri vuraraq ona sağlamlığa ağır zərər vuran və 20 ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, hadisə yerində olmuş Şahid1 araya girib Təqsirləndirilən şəxs tutaraq onun cinayətkar niyyətini başa çatdırmasına mane olduğundan, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhəkəmə hesab edir ki, yuxarda qeyd olunan hüquqi əsaslara görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş xüsusi amansızlıqla adam öldürməyə cəhd etmə cinayəti kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, Ali Məhkəmənin Plenumunun yuxarıda adı çəkilən qərarında göstərilən izahını, habelə qəsdən adam öldürməyə cəhdə dair zəruri olan halların olması ilə bağlı tövsiyələrini nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,120.2.4-cü maddəsi ilə tövsif edilməli,Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən və təqsirləndirilən şəxsin qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 29,120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 22 iyul 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar- Şəmkir rayon prokurorluğunda saxlanılan ağ rəngli boşqab qırıntıları, 01 ədəd sarı rəngli fincan, 01 ədəd ağ rəngli fincan qırıntısı, 02 ədəd üzərində bəzəyi olan şəffaf rəngli şüşə stəkan qırıntısı, 01 ədəd bıçaq yarasız olduğundan məhv edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilərək götürülmüş paltarlar və “Oppo” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. Zərərçəkmiş şəxs məxsus “Redmi” markalı mobil telefon və paltarlar ona qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci, müsadirə olunması üçün təklif edilən əşya yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu gündən, yəni 22 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar- Şəmkir rayon prokurorluğunda saxlanılan ağ rəngli boşqab qırıntıları, 01 ədəd sarı rəngli fincan, 01 ədəd ağ rəngli fincan qırıntısı, 02 ədəd üzərində bəzəyi olan şəffaf rəngli şüşə stəkan qırıntısı, 01 ədəd bıçaq yarasız olduğundan məhv edilsin. Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilərək götürülmüş paltarlar və “Oppo” markalı mobil telefon onun yaxın qohumlarına qaytarısın, imtina etdikdə məhv edilsin. Zərərçəkmiş şəxs məxsus “Redmi” markalı mobil telefon və paltarlar ona qaytarısın, imtina etdikdə məhv edilsin. 02 ədəd disk cinayət işinin materiallarında saxlansın. İş üzrə mülki iddia, ekspertiza xərci, müsadirə olunması üçün təklif edilən əşya yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-309/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-309/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver