Məhkəmə qərarları › İş №1(100)-31/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-31/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-31/2021 24.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 və X1, dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X9, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, Gəncə şəhəri, H.Əliyev prospekti, ev 85, mənzil 30-da qeydiyyatda olmaqla yaşayan, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 17 dekabr 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə tanışı Şahid8 ona satış məqsədi olmadan istifadə etməsi üçün pay verdiyi şəxsi istehlak miqdarında, yəni 5 ədəd bükümdə ümumi təmiz çəkisi 1,668 qram narkotik vasitə qurudulmuş marixuananı və 17 dekabr 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı həmin evdə tanışı Şahid7 ona satış məqsədi olmadan istifadə etməsi üçün pay verdiyi şəxsi istehlak miqdarından artıq, yəni 8 ədəd bükümdə ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroini şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı evdə saxlamış, 17.12.2019-cu il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı evdə saxlanılıb, evə baxış keçirilərkən otaqdakı şkafın üzərindən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd ağ rəngli kağız bükümdə, 1 ədəd sarı rəngli kağız bükümdə, 1 ədəd gümüşü rəngli kağız bükümdə, 2 ədəd göy rəngli kağız bükümdə, 2 ədəd polietilen kəsikləri bükümlərində, 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,068 qram, 0,145 qram, 0,047 qram, 0,057 qram, 0,136 qram, 0,119 qram, 0,169 qram ümumilikdə 8 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq, ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroin, 1 ədəd “West” markalı baş hissəsi kəsilmiş siqaret qutusunda, 1 ədəd gümüşü rəngli kağız bükümdə və 3 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,667 qram, 0,253 qram, 0,285 qram, 0,234 qram, 0,229 qram ümumilikdə 5 ədəd bükümdə şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 1,668 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, dəqiq məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 33,895 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üzərində və yaşadığı ünvan 1 ünvanında yerləşən evdə daşıyaraq saxlamış, 15.01.2020ci il tarixdə saat 12 radələrində Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı evdə saxlanılaraq Kəpəz RPİ-nə gətirilib üzərinə baxış keçirilərkən əynindəki şalvarın sol arxa cibindən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd sellofan torba kəsiyinə bükülmüş təmiz çəkisi 2,800 qram narkotik vasitə tiryək, daha sonra həmin gün saat 14 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən evin qonaq otağına qoyulmuş paltar şkafındakı asılqandan asılmış gödəkçənin sağ iç cibindən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd kağız bükümdə təmiz çəkisi 31,095 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafeddici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir narkomaniya xəstəliyindən əziyyət çəkmiş, narkotik vasitə heroin əldə edib iynə ilə ineksiya yolu ilə damarına vurmuşdur. 17 dekabr 2019-cu il tarixdə 18-19 radələrində Ramin evdə dalaşdığı üçün qalmağa onun evinə gəlmiş, Seymurla da evin yanında görüşmüş və onu evə dəvət etmişdir. Onlar narkotik vasitə istifadə etmək qərarına gəlmişlər, Ramin də heroin almaq üçün tanıdığı “Şako” ləqəbli şəxslə telefonla danışmış, sonra gedib adını demədiyi şəxsdən narkotik vasitə heroin alıb gətirmişdir. Seymurun da üzərində bir kibrit qutusunda narkotik vasitə marixuana olmuşdur. Heroin bükümləri 1 ədəd siqaret qutusunun içərisinə yığılmış, Raminin alıb gətirdiyi siqaret qutusunun içərisindəki narkotik vasitə olan bükümlərdən bir neçəsini istifadə etmək üçün stolun üzərinə qoymuş, o, istifadə etməyi üçün səkkiz ədəd büküm götürmüş, Seymur az istifadə etdiyi üçün bükümlərdən bir ədədini götürmüşdür. Seymur da şalvarının cibindən bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı stolun üzərinə qoymuş və onlar biraz həmin marixuanadan çəkmişlər. O, 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı qablaşdıraraq öz istifadəsi üçün saxlamaq istəmiş, heroini qəbul etmək üçün Raminin ona verdiyi bükümlərdən 1 ədədini açıb içindəki heroini ağ rəngli kağızın üstünə tökmüşdür. Həmin vaxt qapı döyüləndə o, Raminin verdiyi içərisində narkotik vasitə heroin olan bükümləri, Seymurun qəbul etmək üçün ona verdiyi içərisində narkotik vasitə marixuana olan bükümləri və “West” markalı siqaret qutusunu stolun üzərindən götürüb olduqları otaqda olan paltar şkafının üstünə qoymuş, Ramin narkotik vasitə heroin bükümlərinin olduğu siqaret qutusunu gödəkçəsinin cibinə, Teymur isə bir ədəd kibrit qutusunu şalvarının cibinə qoymuşdur. Qapını açarkən bir neçə nəfər mülki geyimli şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını video çəkiliş altında onların narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində və yaşadığı evdə narkotik vasitə və yə digər qanunsuz əşya vardırsa könüllü təqdim etməyini təklif etdikdə o, otaqdakı paltar şkafının üstünə qoyduğu altı ədəd bükümdə və ağ rəngli kağızın üzərində olan narkotik vasitə heroini götürüb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmiş, həmin üzərində heroin olan kağızın kənarları qatlanıb bükülərək digər altı ədəd bükümlə birlikdə video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmışdır. Bundan şonra o, yenə də həmin şkafın üzərində olan beş ədəd bükümü və bir ədəd “West” markalı siqaret qutusunu götürüb stolun üzərinə qoyaraq həmin bükümlərin və siqaret qutusunun içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroin olduğu, digər bükümlərdə isə marixuana olduğu məlum olmuş və həmin bükümlər də qablaşdırılmışdır. Bundan sonra onun təqdim etdiyi içərisində heroin olan bir ədəd büküm ayrıca qablaşdırılmışdır. Bundan başqa narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdikləri, stolun üzərində olan şprislər və iki ədəd şüşə flakonlar qablaşdırılaraq götürülmüşdür. Heroini Şahid7, marixuananı isə Şahid8 özünün istifadəsi üçün ona pay vermişlər. O, narkotik vasitədən ancaq özü istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, öz istifadəsini asanlaşdırmaq üçün marixuananı bükümlərə ayırmış, Ramin heroini isə hazır bükümlərdə alıb gətirmişdir. Narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs daha sonra ifadəsinin davamında göstərmişdir ki, 15.01.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olan zaman iki polis əməkdaşı evə gələrək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə axtarışda olduğunu, üzərində, o cümlədən də yaşadığı evdə narkotik vasitələr gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu bildirərək onu Kəpəz RPİ-nə dəvət etmişlər. İdarədə üzərindən aşkar olunmuş 3,0 qram tiryək və yaşadığı ünvan 2 ünvanından aşkar edilmiş 32,7 qram narkotik vasitə tiryək ona məxsus deyildir, polis əməkdaşları tərəfindən qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında narkotik vasitə heroin olması, mütəmadi olaraq sonuncunun yaşadığı ünvana gələn Şahid8 və Şahid7 üzərlərində narkotik vasitə qurudulmuş marixuana və heroin gətirmələri, həmin ünvanda narkotik vasitə qəbul etmələri ilə bağlı DİN-in BNMİ-nin QBRŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. 17.12.2019-cu il tarixdə saat 20 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən əməliyyat-axtarış qrupunun üzvləri Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər və özlərini Təqsirləndirilən şəxs təqdim edərək evinə daxil olmağa icazə verməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs yaşayış evinə daxil olaraq qəbul edilmiş qərarını elan etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə özünün istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana və heroin olduğunu səmimi olaraq etiraf etmiş və video çəkilişlə Təqsirləndirilən şəxs otaqda olan paltar şkafının üstündə saxladığı 6 ədəd bükümlərdə ağ rəngli kağız parçasının üstündə olan narkotik vasitə heroini təqdim etmiş və narkotik vasirə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yenə də həmin şkafın üzərində olan beş ədəd bükümü və bir ədəd “West” markalı siqaret qutusunu stolun üzərinə qoyaraq həmin bükümlərin və siqaret qutusunun içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərin birinin içərisində narkotik vasitə heroin olduğu, digər bükümlərdə isə marixuana olduğu məlum olmuşdur. Həmin narkotik vasitələr də qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində heroin olan bir ədəd büküm ayrıca qablaşdırılmışdır. Bundan sonra Həsənin evində olan Şahid8 əynindəki şalvarının sol yan cibində olan bir ədəd kibrit qutusunu və şalvarının sol arxa cibində olan bir ədəd bükümü təqdim edərək kibrit qutusunun içərisində narkotik vasitə marixuana, bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin evdə olan Şahid7 da əynindəki tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin bükümləri olan “Magna” adlanan siqaret qutusunu təqdim edərək 20 ədəd bükümlərdəkinin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdikləri stolun üzərində olan şprislər və 2 ədəd şüşə flakon video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid2, Şahid6 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, daimi üstündə narkotik vasitə gəzdirməsi, yaşadığı evdə saxlaması barədə Kəpəz Rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Təqsirləndirilən şəxs 15.01.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə saxlanılaraq Kəpəz RPİ-nə gətirilmişdir. Polis İdarəsində "Panasonic" markalı video kamera vasitəsi ilə müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman şalvarının sol arxa cibindən 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, kütlənin çəkisi büküldüyü sellofan ilə birlikdə 3 qram olmuşdur. Kütlə zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə tiryək olduğunu və bir neçə gün əvvəl yaşadığı binanın qarşısından tapmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 4 ünvanına baxış keçirilmiş, Təqsirləndirilən şəxs evində narkotik vasitə tiryək olduğunu bildirərək paltar dolabının içərisində asılmış gödəkçənin içərisindən 1 ədəd şəffaf sellofana və kağıza bükülmüş halda olan narkotik vasitə tiryəki təqdim etmişdir. Kütlənin çəkisi büküldüyü kağız ilə birlikdə 32.7 qram olmaqla zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə tiryək olduğunu və həmin narkotik vasitəni bir neçə gün əvvəl yaşadığı Gəncə şəhəri, Heydər Əliyev prospektində verləşən 85 nömrəli binanın yanından tapdığını və üzərində aşkar olunan narkotik vasitə tiryək ilə eyni olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 17 dekabr 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində Həsənin yaşadığı evdə tək olduğunu bildiyi üçün özündə olan narkotik vasitə marixuananı qəbul etmək üçün Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu Heydər Əliyev prospektində yerləşən mənzilinə gəlmişdir. Ramin də Həsənin yaşadığı evdə olmuş və onlar narkotik vasitə istifadə etmələri barədə razılığa gəlmişlər. Həsəndə narkotik vasitə olmamış, Ramin də narkotik vasitə heroin almaq üçün evdən çıxıb getmiş, təxminən 30 dəqiqədən sonra yenidən Həsənin yaşadığı evə gəlmişdir. Ramin siqaret qutusunun içərisinə yığılmış müxtəlif bükümlərdə narkotik vasitə heroin alıb gətirmiş, gətirdiyi narkotik vasitəni otaqdakı stolun üzərinə qoymuşdur. O, içərisində narkotik vasitə heroin olan bükümlərdən birini özünün istifadə etməyi üçün götürmüş və əynindəki şalvarın sol arxa cibinə qoymuş, nə Həsən, nə də Ramin onun bir büküm narkotik vasitə heroin götürməsinə etiraz etməmişlər. O, da həmin vaxt üzərində olan bir kibrit qutusunda narkotik vasitə marixuananı qəbul etmək üçün cibindən çıxarıb stolun üzərinə qoymuş, həmin narkotik vasitə marixuanadan Həsən özünün istifadəsi üçün götürüb bir neçə bükümlərə yığmışdır. Bundan sonra o, həmin kibrit qutusunda qalan narkotik vasitə marixuananı götürüb əynindəki şalvarının sol yan cibinə qoymuşdur. Həsən Raminin gətirdiyi narkotik vasitə heroindən bir neçə bükümünü istifadə etməsi üçün götürmüş, siqaret qutusunun içərisində qalan narkotik vasitə heroin bükümlərini Ramin gödəkçəsinin cibinə qoymuşdur. Bir neçə dəqiqə sonra qapı döyüləndə Həsən stolun üzərində olan özü üçün götürdüyü narkotik vasitə heroin və marixuana bükümlərini otaqdakı şkafın üzərinə qoymuşdur. Həsən qapını açarkən bir neçə nəfər mülki geyimli şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları video çəkilişlə onların narkotik vasitə saxlamaqda şübhəli oldularını bildirib qəbul edilmiş qərarla onları tanış etmişlər. Həsən polis əməkdaşlarını mənzilə dəvət edərək baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmış, sonra polis əməkdaşları Həsəndən üzərində və yaşadığı evdə narkotik vasitə və yə digər qanunsuz əşya vardırsa könüllü təqdim etməyini təklif etdikdə Həsən otaqdakı paltar şkafının üstünə qoyduğu altı ədəd bükümdə və ağ rəngli kağızın üzərində olan narkotik vasitə heroini götürüb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həm Həsənin evindən, həm də onunla Raminin üzərində olan narkotik vasitələri video çəkiliş altında ayrı-ayrı kağız zərflərə qablaşdıraraq götürmüşlər. Bundan sonra narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdikləri, stolun üzərində olan şprislər və iki ədəd şüşə flakonlar video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Baxış başa çatdıqdan sonra onlar polis əməkdaşlarının xidməti avtomobillərinə əyləşib Gəncə şəhərində yerləşən şöbəyə gəlmişlər, şöbədə hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuşlar. Məhkəmədə tədqiq edilən 17 dekabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən, eləcə də 21 dekabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman Təqsirləndirilən şəxs təqdim etdiyi 8 ədəd bükümdə narkotik vasitə olan heroin və 5 ədəd bükümdə nrkotik vasitə olan marixuana qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən 15 yanvar 2020-ci il tarixli baxış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, eləcə də DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı onun əynində olan şalvarın sol arxa cibindən 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə sellofanla birlikdə 3 qram çəkidə narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən 15 yanvar 2020-ci il tarixli baxış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, eləcə də DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman Təqsirləndirilən şəxs 1 ədəd şəffaf sellofana və kağıza bükülmüş halda 32.7 qram çəkidə narkotik vasitə olan tiryəki təqdim etmiş və həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən Məhkəmə-Ekspertiza Mərkəzinin 18 dekabr 2019-cu il tarixli 705 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “17.12.2019-cu il tarixdə ünvan 6 ünvanda baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 7 (yeddi) büküm heroinə bənzər maddə." sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə, 1 (bir) ədəd sarı rəngli kağız bükümdə, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, 2 (iki) ədəd göy rəngli kağız bükümdə və 2 (iki) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri - 0,097 qram, -0,068 qram - 0,145 qram, - 0,047 qram, - 0,057 qram, - 0,136 qram, - 0,119 qram, ümumi təmiz çəkisi - 0,669 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, “17.12.2019cu il tarixdə ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi heroinə bənzər maddə.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi -0,169 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, “17.12.2019-cu il tarixdə ünvan 6 ünvanda baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd “West” adlı baş hissəsi kəsilmiş siqaret qutusunda, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 3 (üç) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,667 qram, -0,253 qram -0,285 qram, -0,234 qram, - 0,229 qram, ümumi təmiz çəkisi -1,668 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, tədqiqata təqdim olunmuş üzərində “17.12.2019-cu il tarixdə Gəncə şəhəri H.Əliyev prospekti ev 85, mənzil 30 ünvanda Şahid8 təqdim etdiyi kibrit qutusu və 1 ədəd gümüşü kağızda büküm. ” sözləri yazılmış kağız paketdə: 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi - 0,326 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi -1,619 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, tədqiqata təqdim olunmuş üzərində, “17.12.2019-cu il tarixdə ünvan 6 ünvanda Şahid7 könüllü olaraq təqdim etdiyi heroinə bənzər 20 büküm...” sözləri yazılmış kağız paketdəki, “Magna” adlı siqaret qutusunun içərisində 11 (on bir) ədəd ağ rəngli kağız bükümlərdə, 7(yeddi) ədəd “gümüşü” rəngli kağız bükümlərdə, 1 (bir) ədəd qara rəngli kağız bükümdə, 1 (bir) ədəd göy rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,062 qram, -0,051 qram -0,064 qram, - 0,061 qram, - 0,053 qram, - 0,058 qram, - 0,045 qram - 0,059qram, -0,048 qram,- 0,054 qram, - 0,042 qram, -0,065 qram -0,067 qram, - 0,049 qram, - 0,055 qram, -0,069 qram, - 0,047 qram -0,043 qram, -0,039 qram,- 0,057qram, ümumi təmiz çəkisi -1,088 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Ekspertiza Mərkəzinin 16 yanvar 2020-ci il tarixli 35 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs şalvarının sol arxa cibindən aşkar olunub götürülmüş...” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd sellofan kəsiyinə bükülmüş təmiz çəkisi-2,800 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan paltar dolabında gödəkçəsinin cibindən aşkar olunmuş...” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd sellofan kəsiyi bükümündəki, kağız bükümdə təmiz çəkisi-31,095 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Ekspertiza Mərkəzinin 04 may 2020-ci il tarixli 16/291 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Təqsirləndirilən şəxs şalvarının sol arxa cibindən aşkar olunub götürülmüş...” yazılar və imzalar olan kağız paketdəki tiryək ilə, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan paltar dolabında gödəkcəsinin cibindən aşkar olunmu...” yazılar və imzalar olan kağız paketdəki tiryək xarici əlamətlərinə və tərkib komponentlərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 21 fevral 2020-ci il tarixli 72 nömrəli rəyindən görünür ki, X7 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmədə tədqiq edilən 17 dekabr 2019-cu il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan heroin saxlaması, həmin evə mütəmadi olaraq Seymur Teymurov və Şahid7 narkotik vasitə olan qurudulmuş marixuana və heroin gətirmələri və qəbul etmələri ilə bağlı Azərbaycan Respublikası DİN BNMİ-nin QBRŞ-ya əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin 21 yanvar 2020-ci il tarixli 206-99-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs hər hansı bir şəxsə və ya şəxslərə narkotik vasitə satıbsatmaması, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olması və eləcə də onların baş vermiş digər cinayətlərdə iştirakı barədə əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmədə tədqiq edilən 15 yanvar 2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və evində saxlamaqda şübhəli olması barədə Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 18 aprel 2020-ci il tarixli 1448 nömrəli arayışından görünür ki, Quliyev X3 qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Psixonevroloji Dispanserinin 14 aprel 2020-ci il tarixli 1586 nömrəli arayışından görünür ki, Quliyev X3 qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən 17 dekabr 2019-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən 19 dekabr 2019-cu il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSYdən azad olunmuşdur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin 16.01.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15.01.2020-ci il tarixdə idarəyə gətirilmişdir. Məhkəmədə tədqiq edilən 24.01.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmədə tədqiq edilən 20 dekabr 2019-cu il tarixli qərardan görünür ki, 29 ədəd bükümdə ümumi qalıq çəkisi 1,672 qram narkotik vasitə heroin, 1 ədəd kibrit qutusunda və 5 ədəd bükümdə ümumi qalıq çəkisi 3,167 qram narkotik vasitə qurudulmuş marixuana, içərilərində narkotik vasitə heroin izləri olan 2 ədəd şüşə flakon, 3 ədəd 1 ml-lik, 4 ədəd 2,5 ml-lik şprislər maddi sübut kimi tanınmışlar və saxlanılması üçün Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmişlər. Məhkəmədə tədqiq edilən 03 iyun 2020-ci il tarixli qərardan görünür ki, 1 ədəd bükümdə qalıq çəkisi 2,600 qram narkotik vasitə tiryək, 1 ədəd bükümdə qalıq çəkisi 30,895 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınmışlar və saxlanılması üçün Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmişlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməli Azərbaycan Respublikasının Cinayət 234.4.2-ci maddəsi ilə tövsif olunmuş və həmin maddələr ilə ona ittiham verilmişdir ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri təkrarən satış məqsədi ilə əldə edib gəzdirmiş, daşımış, üzərində və yaşadığı ünvan 1 ünvanında saxlamışdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlaması kimi qiymətləndirərkən, əldə olunmuş sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Belə ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları da təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatların və faktların, narkotik vastəni kimə və necə satması barədə heç bir sübut olmadığını, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitələri özünün istifadəsi üçün saxladığını, heç kimə satmaq niyyətinin olmadığını bildirdiyini göstərmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitələrdən özünün istifadə etdiyini, həmin narkotik vasitələri hər hansı şəxsə satmaq niyyətinin olmadığını, özünün qəbul etməsi üçün saxladığını bildirmişdir. Həmçinin, cinayət işinin materiallarında olan 17 dekabr 2019-cu il tarixli raportdan və qərardan da görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə heroin saxlaması eləcə də qeyd olunan ünvana mütəmadi olaraq Şahid8 və Şahid7 narkotik vasitə heroin və marixuana gətirmələri, həmin ünvanda qəbul etmələri barədə əməliyyat məlumatının daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid8 da ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olmamış, Həsən ondan və Ramindən özü istifadə etmək üçün narkotik vasitə heroin və marixuana götürmüşdür. Beləliklə, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitələri kiməsə satmasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə saxlamasına dair heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə subutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə deyil, özü qəbul etmək üçün əldə etməsini dəlalət etdiyi halda, istintaqçı şəxsi istehlak miqdarından artıq olan narkotik vasitələrin miqdarını əsas götürərək, heç bir mötəbər sübut əldə etmədən, əsassız olaraq Təqsirləndirilən şəxs narkotk vasitələri satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. Məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, X7 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Bu hal özlüyündə Təqsirləndirilən şəxs narkotik vasitəni özü qəbul etmək üçün əldə etməsinə dəlalət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi təqsirləndirilən şəxsin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və narkotik vasitənin hazırlanması üçün hansısa avadanlıqdan istifadə etməsi iş üzrə müəyyən edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir sübut olmadığı halda narkotik vasitənin çəkisinin şəxsi istehlak miqdarından çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Narkotik vasitə heroin və marixuananın ayrı-ayrı bir neçə xırda bağlamalara bükülməsinə gəldikdə isə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, həmin narkotik vasitələri Şahid8 və Şahid7 öz istifadəsi üçün həmin qaydada götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 da ifadəsində həmin faktı təsdiq etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 17 dekabr 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə tanışı Şahid8 ona satış məqsədi olmadan istifadə etməsi üçün pay verdiyi şəxsi istehlak miqdarında, yəni 5 ədəd bükümdə ümumi təmiz çəkisi 1,668 qram narkotik vasitə qurudulmuş marixuananı və 17 dekabr 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə tanışı Şahid7 ona satış məqsədi olmadan istifadə etməsi üçün pay verdiyi şəxsi istehlak miqdarından artıq, yəni 8 ədəd bükümdə ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroini, o cümlədən istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 33,895 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün saxlaması, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etməsi və saxlaması CM-in 234.1-ci maddəsi ilə əhatə olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 iyun 2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Göründüyü kimi Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü ilə az ağır cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs həmin vaxtdan iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkərək 08 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və həmin tarixdən 2 il keçməmişdir. Yəni Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən az ağır cinayət törətdiyindən, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivinin olması nəzərə alınmalı və ona təyin edləcək cəza Cinayət Məcəlləsinin 234.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsi və əməlində cinayətlərin residivinin olmasını həmin Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə tərkibi yuxarıda sadalanan cəzanı yüngülləşdirən halı, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəməyə təqdim edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə və ev dustaqlığında saxlandığı 3 (üç) ay 7 (yeddi) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli 15 yanvar 2020-ci il tarixdən, yəni Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 18 dekabr 2019ci il tarixli axtarış qərarına əsasən tutulduğu gündən hesablanmışdır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini isə 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında, yəni yuxarıda qeyd olunan hökmdən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Odur ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs üzərində saxlanılmış 1 (bir) il 8 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı hazırki hökm üzrə təyin ediləcək cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Təqsirləndirilən şəxs 15 yanvar 2020-ci il tarixdən hazırki iş üzrə hökm çıxarılan günə, yəni “24” may 2021-ci ilədək çəkdiyi cəza ona təyin ediləcək cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə 17 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 dekabr 2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad olunmuşdur. Bununla yanaşı iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarının sürətindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozduğuna görə həmin qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs isə qeyd olunan qərara əsasən 15 yanvar 2020-ci il tarixdə həbs edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlandığı 3 (üç) ay 7 (yeddi) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli 15 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Yəni Təqsirləndirilən şəxs 11 sentyabr 2019-cu il tarixdən 18 dekabr 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət artıq Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş qəti cəzadan çıxılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilən cəzası hazırki hökmlə təyin ediləcək qəti cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bu iş üzrə 17 dekabr 2019-cu il tarixdən 19 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət 2 (iki) gün deyil 1 (bir) gün müəyyən edilməklə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs tərkibində narkotik vasitə olan tiryək alkaloidlərindən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkdiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.1-ci maddələrinə əsasən cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi nakroloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 2,600 qram narkotik vasitə tiryək, 1 ədəd bükümdə qalıq çəkisi 30,895 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 29 ədəd bükümdə ümumi qalıq çəkisi 1,672 qram narkotik vasitə heroin, 1 ədəd kibrit qutusunda və 5 ədəd bükümdə ümumi qalıq çəkisi 3,167 qram narkotik vasitə qurudulmuş marixuana, içərilərində narkotik vasitə heroin izləri olan 2 ədəd şüşə flakon, 3 ədəd 1 ml-lik, 4 ədəd 2,5 ml-lik şprislərin ********* cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Həmçinin, iş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəsi dövlət büdcəsi hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X10 və Məmmədov Hidayət Bayram oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03 may 2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Cinayət işindən və Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə Müdafiəçi 21 iş saatı həcmində, ibtidai istintaq zamanı müdafiəçilər Hidayət Məmmədov 25, Cəfər Hacıyev isə 8 iş saatı həcmində hüquqi yardım göstərmişlər. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən 150 manat Məmmədov Hidayət Bayram oğlunun, eləcə də 8 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən 48 manat X6 vəkil işlədiləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına, məhkəmə istintaqı zamanı göstərilmiş cəmi 21 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 dekabr 2019-cu il tarixdən 19 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində (2) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs üzərində saxlanılmış 1 (bir) il 8 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı hazırki hökm üzrə təyin edilmiş (2) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 yanvar 2020-cu il tarixdən hazırki iş üzrə hökm çıxarılan günə, yəni “24” may 2021-ci ilədək çəkdiyi cəza ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 3 (üç) il 7 (yeddi) ay (21) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli “24 may 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxsnа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və о, ərazi nakroloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 2,600 qram narkotik vasitə tiryək, 1 ədəd bükümdə qalıq çəkisi 30,895 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 29 ədəd bükümdə ümumi qalıq çəkisi 1,672 qram narkotik vasitə heroin, 1 ədəd kibrit qutusunda və 5 ədəd bükümdə ümumi qalıq çəkisi 3,167 qram narkotik vasitə qurudulmuş marixuana, içərilərində narkotik vasitə heroin izləri olan 2 ədəd şüşə flakon, 3 ədəd 1 ml-lik, 4 ədəd 2,5 ml-lik şprislərin ********* cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 manat 80 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən 150 manat məbləğində pul Məmmədov Hidayət Bayram oğlunun, 8 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən 48 manat məbləğində pul tutulub X6 vəkil işlədiləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Məhkəmə istintaqı zamanı göstərilmiş cəmi 21 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən 126 manat məbləğində pul tutularaq Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

1. Sədrlik edən Natiq Əliyev

2. Hakimlər: Məhəmməd Bağırov

3. Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar