Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-31/2022 04.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını 21.07.2020-ci il tarixdə çəkib qurtarmış, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, döngə 1, ev 67A-da qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Fərhad Əliyev küçəsi, döngə 2, ev 7, mənzil 1-də yaşamış,barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda 3,024 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin və 1,109 qram ümumi təmiz çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə saat 17 radələrində həmin ünvanın qarşısında saxlanılıb Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə tabe olan Qərb bölgəsində Regional Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sol yan cibində və həmin cibdə olan bir ədəd siqaret qutusunun içərisində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı on üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,243 qram, 0,298 qram, 0,182 qram, 0,302 qram, 0,332 qram, 0,280 qram, 0,295 qram, 0,315 qram, 0,453 qram, 0,215 qram, 0,048 qram, 0,025 qram və 0,036 qram olmaqla ümumilikdə külli miqdarda-3,024 qram ümumi təmiz çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən narkotik vasitə heroin, həmçinin on bir ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,564 qram, 0,012 qram, 0,052 qram, 0,018 qram, 0,028 qram, 0,055 qram, 0,129 qram, 0,101 qram, 0,031 qram, 0,027 qram və 0,092 qram olmaqla 1,109 qram ümumi təmiz çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir, heç bir bir psixiatrik disponserdə qeydiyyatda olmamış, gündəlik işlərdə işləyərək fəhləlik etmişdir. Narkotik vasitə olan heroin istifadəçisidir, bəzi vaxtlarda da psixotrop maddə metamfetamin istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən o cümlədən bir neçə dəfə də keçmiş polis əməkdaşı Marif Ələsgərovdan almışdır. 12 noyabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində Gəncə şəhərində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmiş, ona özünü təqdim etməyini dedikdə o, özü barədə polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsi üzrə regional şöbəsinə aparmışlar. Sonra ona fiziki təzyiq olunmuş və Marif adlı polis əməkdaşının mobil telefonunda onunla yazışması olduğunu və ondan narkotik vasitə alıb-almadığı soruşulmuşdur. O da etiraf edərək Marif adlı polis əməkdaşından narkotik vasitə aldığını bildirmişdir. Şöbəyə onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış və ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. O, bundan sonra masaya doğru yaxınlaşıb əynində olan qara rəngli parça şalvarının sağ yan cibindən özünə məxsus Samsung markalı mobil telefonunu, şalvarının sol yan cibindən siqaret qutusunda narkotik vasitə və psixotrop maddələr çıxdığını görmüş, həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Sonra ona təzyiq göstərilmiş və polis əmkdaşlarının dedikləri ilə razı olmuşdur. Bundan sonra üzərindən çıxan narkotik vasitələri masanın üzərinə qoymaqla təqdim etmiş, ardınca ona şalvarının ciblərini tam olaraq göstərməyi, ayaqqabılarını çıxarmağı təklif edilmiş, o, deyilənləri etmiş, üzərinə baxış zamanı şalvarının sol cibində əlavə olaraq bükümlərin olduğu məlum olmuş, həmin bükümlər siqaret qutusunun yuxarı hissəsi açıq olduğuna görə cibinə tökülmüşdür. Həmin bükümlərdə masanın üzərinə qoyulmaqla baxış keçirilməsinə başlanmış, mobil telefonun əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Ardınca təqdim etdiyi siqaret qutusunda olan və üzərindən aşkar olunan bükümlərə baxış keçirilmiş, baxış zamanı bükümlərin ümumi sayının 24 ədəd olduğu, 11 ədəd bükümdəki maddələrin psixotrop maddə olan metamfetamin, 13 ədəd bükümdəki maddələrin narkotik vasitə olan heroin olduğu məlum olmuşdur. O, bükümlərin içindəki maddələrin metamfetamin adlı psixotrop maddə və heroin adlı narkotik vasitə olduğunu təsdiq etmiş, sorğu zamanı o, psixotrop maddə və narkotik vasitələri hansı üsulla əldə etməyi barədə məlumat vermişdir. Bundan sonra üzərindən aşkar edilmiş ümumi 24 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və hamı ilə birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni polis əməkdaşlarının ona əvvəlcədən dedikləri kimi özü istifadə etmək məqsədilə əldə etdiyini, heç vax narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Hazırda bədəni üzərində heç bir xəsarətin izi qalmadığını və ona zor tətbiq olunması barədə vəkilinədə bir söz demədiyini bildirnmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İşlədiyi İdarəyə “Ehtibar” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. “Ehtibar” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək xx xxxxxx 1991-ci ildə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən idarə əməkdaşlarından ibarət qrup yaradılmış, bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhərinə yollanılmışdır. Gəncə şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvanın yaxınlığına gedərək orada əməliyyat mövqeyi seçilmiş, 12 noyabr 2020ci il tarixdə saat 17 radələrində həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edərək saxılamışlar. Onlar sonuncuya özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirdiyindən sonuncunu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə tabe olan Qərb bölgəsində Regional Şöbəsinə dəvət etmişlər. Regional şöbəyə gəldikdə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edildikdən sonra, əynində olan şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu, şalvarının sol yan cibindən siqaret qutusunda bükümləri masanın üzərinə qoymaqla təqdim etmiş, Ardınca üzərinə şəxsi axtarış edilən zaman şalvarının ön sol yan cibindən əlavə olaraq bir neçə büküm aşkar olunmuşdur. Bundan başqa üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs telefonun özünə məxsus olduğunu bildirdiyindən mobil telefon götürülmüş, ardınca təqdim olunan siqaret qutusunda olan və üzərindən aşkar olunan bükümlərə baxış zamanı siqaret qutusunun içərisində olan və Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş bükümlərin ümumi sayının 24 ədəd olduğu, 11 ədəd bükümdəki maddələrin psixotrop maddə olan metamfetaminə bənzədiyi, 13 ədəd bükümdəki maddələrin isə narkotik vasitə olan heroinə bənzər maddələr olduğu məlum olmuşdur. Həmin bükümlərin bəziləri şəffaf sellofan bükümdə bəziləri isə siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içindəki maddələrin metamfetamin adlı psixotrop maddə və heroin adlı narkotik vasitə olduğunu, psixotrop maddə və narkotik vasitələri təxminən bir gün əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşının bank hesab nömrəsinə 150 manat pul köçürməklə “Whatsapp” sosial tətbiq nömrəsinə göndərilən yerdən, Gəncə şəhərinin çıxışından əldə etdiyini və narkotik vasitə olan heroin istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 24 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə və narkotik vasitə olan heroinə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün “LD club” adlı siqaret qutusunun içinə yığılmaqla 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və iştirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqəti əks etdirmədiyini, ona heç kimin zor tətbiq etmədiyini, Marif adlı polis əməkdaşını şəxsi tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 12.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək özündə saxlamaqla daşıması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» 12.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materiallı şalvarının ön sağ cibindən bir ədəd mobil telefonu, şalvarının ön sol yan cibindən siqaret qutusunda bükümləri masanın üzərinə qoymaqla təqdim etid. Bükümlərinin ümumi sayının 2 ədəd olduğu, 11 ədəd bükümdəki maddələrin psixotrop maddə olan metamfetaminə bənzər maddələr, 13 ədəd bükümdəki maddələrin narkotik vasitə olan heroinə bənzər maddələr olduğu müəyyən olundu.11 ədəd bükümdəki psixotrop maddələrə bənzər maddələrin 01 ədədi şəffaf selofan bükümdə, 10 ədədinin isə siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə olduğu məlum oldu.Bundan başqa 13 bükümdə narkotik vasitə olan heroinə bənzər maddələrin 9 ədədinin şəffaf sellofan bükümdə, 4 ədədinin isə siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə olduğu müəyyən oldu. Həmin psixotrop maddə olan metamfetaminə bənzər maddələr və narkotik vasitə olan heroinə bənzər maddələr qablaşdırıldı və möhürləndi. «Video görüntüyə baxış keçirilməsi haqqında» 21.12.2020-ci il tarixli protokoldan görünür ki,video görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, BNMİ-nin QBRŞ-də BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7, DİN-in BMCMİ-nin KQMİ-nin XMİÜ baş əməliyyət müvəkkili polis mayoru Şahid1, BMCMİ-nin KQMİ-nin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2, müdafiəçi X5 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Etibar Musayevin üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Etibar Musayevə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə vardırsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs masaya doğru yaxıınlaşıb əynində olan qara rəngli şalvarın ön sol yan cibindən siqaret qutusunda bükümləri təqdim edir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ön sol yan cibindən bükümlər aşkar olunmaqla əlavə üzərindən və ya paltarından əlavə qanunsuz əşya aşkar olunmur. Baxış zamanı siqaret qutusunun yuxarı tərəfi olmayan “LD club” adlı olduğu müəyyən olunur və 11 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr, 13 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar olunur. Şübhəli şəxs bükümlərin içindəki maddələrin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olmasını təsdiq edir. Şifahi sorğu zamanı Etibar Musayev üzərindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitələri təxminən bir gün əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşının bank hesab nömrəsinə 150 manat pul köçürməklə “Whatsap” sosial tətbiq nömrəsinə göndərilən yerdən, yəni Gəncə şəhərinin çıxışından şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra 24 ədəd bükümdə narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetmaninə bənzər maddələr “LD club” adlı siqaret qutusunun içərisinə yığılmaqla 1 ədəd zərfdə qablaşdırılaraq ağzı DİN-in 6 saylı möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 5(005)975/2020 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 12.11.2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 17.12.020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi müyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 12.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. Materialların məhkəmə ekspertizasının 13.11.2020-ci il tarixli 6/2473 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə...” yazısı olan paketdəki, bir ədəd üzərində “LD club” yazısı olan siqaret qutuda, 13(on üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,243qr, 0,298qr, 0,182qr, 0,302qr, 0,332qr, 0,280qr, 0,295qr, 0,315qr, 0,453qr, 0,215qr, 0,048qr, 0,025qr, 0,036qr ümumi təmiz çəkisi 3,024qr qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Həmin 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,564qr, 0,012qr, 0,052qr, 0,018qr, 0,028qr, 0,055qr, 0,129qr, 0,101qr, 0,031qr, 0,027qr, 0,092qr, ümumi təmiz çəkisi 1,109qr ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Eləcə də üzərində “LD club” yazısı olan siqaret qutuda narkotik vasitə olan heroinin izləri vardır, lakin heroin iz şəklində olduğu üçün, heroinin çəkisini və 1 ədəd bükümdəki heroinlərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Həmçinin rəydən görünür ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tədiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Ambulator məhkəmə-narkoloji ekspertizasının 22.01.2021-ci il tarixli 58 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyatda alınması məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanserinin 05.01.2021-ci il tarixli 8 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin 06.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” 12.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 noyabr 2020-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmlərin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 01 ay, 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhər Probasiya Şöbəsinin 27.01.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il, 01 ay, 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını 21.07.2020-ci il tarixdə çəkib qurtarmışdır. Gəncə şəhər 9 saylı Mənzil İstismar sahəsinin 05.01.2021-ci il arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Fərhad Əliyev küçəsi, döngə 2, ev 7, mənzil 1-də yaşayır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. «Sübutların qiymətləndirilməsi haqqında» 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,894 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,999 qram olan psixotrop maddə metamfetamin, həmçinin səthində heroin izləri olan bir ədəd üzərində “LD club” yazısı olan siqaret qutusu iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. Eləcə də bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddəsi ilə ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, Narkotik vasitələri tanımadığı şəxslərdən eləcə insanlar arasında zaklatka üsulu deyilən üsulla əldə etmiş, yəni sadəcə nömrəsini bildiyi İran İslam Respublikası vətəndaşı və ya özünü elə təqdim edən şəxsə əlaqə saxlayıb sonuncunun dediyi hesab nömrəsinə pul köçürdükdən sonra sonuncu narkotik vasitəni qoyduğu yer barədə mənə məlumat vermiş və o, həmin yerdən gedib narkotik vasitəni götürürmüşdür. 11 noyabr 2020-ci il tarixində də tanımadığı, yalnız onda nömrəsi olan İran İslam Respublikası vətəndaşına “Whatsapp” sosial tətbiqi vasitəsi ilə yazıb sonuncunun göndərdiyi hesaba 150 manat köçürmüş, sonradan ona göndərilən ünvana, Gəncə şəhərinin çıxışına gedib orada yolun kənarında gizlədilən narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini götürmüşdür. Özü narkotik vasitə aludəçisidir, bədənində ağrıları olur, gün ərzində təxminən 2-3 dəfə olmaqla təxminən 0,2-0,4 qram nakotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. O, narkotik vasitələri əldə etdikdən sonra onları rahat qəbul etmək üçün bir dəfəlik istifadə üçün onları bükümlərə bölməklə üzərində gəzdirmişdir. 12 noyabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində Gəncə şəhərində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmiş, ona özünü təqdim etməyini dedikdə o, özü barədə polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, o, həmin şəxslərə səmimi olaraq üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirdiyindən onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsi üzrə regional şöbəsinə dəvət etmişlər, Şöbəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özümdə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış və ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. O, bundan sonra masaya doğru yaxınlaşıb əynində olan qara rəngli parça şalvarının sağ yan cibindən özünə məxsus Samsung markalı mobil telefonunu, şalvarının sol yan cibindən siqaret qutusunda gizlədib saxladığı narkotik vasitə və psixotrop maddələri masanın üzərinə qoymaqla təqdim etmiş, ardınca ona şalvarının ciblərini tam olaraq göstərməyi, ayaqqabılarını çıxarmağı təklif edilmiş, o, deyilənləri etmiş, üzərinə baxış zamanı şalvarının sol cibində əlavə olaraq bükümlərin olduğu məlum olmuş, həmin bükümlər siqaret qutusunun yuxarı hissəsi açıq olduğuna görə cibinə tökülmüşdür. Həmin bükümlərdə masanın üzərinə qoyulmaqla baxış keçirilməsinə başlanmış, mobil telefonun əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Ardınca təqdim etdiyi siqaret qutusunda olan və üzərindən aşkar olunan bükümlərə baxış keçirilmiş, baxış zamanı bükümlərin ümumi sayının 24 ədəd olduğu, 11 ədəd bükümdəki maddələrin psixotrop maddə olan metamfetamin, 13 ədəd bükümdəki maddələrin narkotik vasitə olan heroin olduğu məlum olmuşdur. O, bükümlərin içindəki maddələrin metamfetamin adlı psixotrop maddə və heroin adlı narkotik vasitə olduğunu təsdiq etmiş, sorğu zamanı o, psixotrop maddə və narkotik vasitələri hansı üsulla əldə etməyi barədə məlumat vermişdir. Bundan sonra üzərindən aşkar edilmiş ümumi 24 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və hamı ilə birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək məqsədilə əldə etdiyini, heç vax narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin şəxsin telefon nömrəsini xatırlamır, 150 manat pulu isə sonuncunun bank hesabına “Milli ön” ödəmə terminalı vasitəsi ilə köçürmüş, lakin həmin qəbzi atmış, həmin pulu göndərdiyi şəxsin bank hesab nömrəsini xatırlamır və həmin hesabın kimin adına olmasını bilməmişdir. İstifadəsində 055 553 17 34 saylı mobil nömrə olmuş və həmin şəxslə həmin nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” sosial tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X3 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satnmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamaları bükülməsi və işin halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli hökmünə əsasən 01 il, 01 ay, 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd edilən hökm üzrə təyin edilən cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-in 18.4.4cü maddəsinə əsasən həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 2,894 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,999 qram olan psixotrop maddə metamfetamin, həmçinin səthində heroin izləri olan bir ədəd üzərində “LD club” yazısı olan siqaret qutusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X8 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 12 noyabr 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 2,894 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,999 qram olan psixotrop maddə metamfetamin, həmçinin səthində heroin izləri olan bir ədəd üzərində “LD club” yazısı olan siqaret qutusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X8 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-31/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-31/2022
04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver