Məhkəmə qərarları › İş №1(100)-31/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-31/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-31/2023 20.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X8 və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrinadə dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər–Mingəçevir şəhəri vəkil bürosunun vəkili Müdafiəçi1, Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Rusiya Federasiyasının Voronej şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Qaraxanlı kəndində yaşayan və yaşayış yeri üzrə qeydiyyatda olan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının istintaqa məlum olmayan tarixində şəxsiyyəti istintaqa məlum olmayan şəxs(lər) ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib, qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi içərisində altı ədəd bir litrlik plastik butulkada qablaşdırılmış ayrı-ayrılıqda cəkiləri 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ömumi təmiz çəkisi 6205 qram təşkil edən, külli miqdarda narkotik vasitə olan heroini 1000 (min) manat pul müqabilində Ağstafa rayonunun Soyuqbulaq kəndi ərazisinə daşımaq barədə razılığa gələrək, 16 yanvar 2021-ci il tarixdə idarə etdiyi «Reno» markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobil ilə Bakı şəhərindən Ağstafa rayonunun Soyuqbulaq kəndi ərazisinə daşıyaraq, həmin tarixdə saat 12 radələrində Ağstafa-Sadıqlı avtomobil yolunun Ağstafa rayonunun Soyuqbulaq kəndi ərazisindən keçən hissəsinin 24-cü kilometrliyində Ağstafa rayonunun Sadıqlı kənd sakini Şahid11 təhvil vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Azərbaycan X15 Nazirliyinin Baş X29 idarəsinin Siqnal idarəsində sürücü vəzifəsində işləmiş, sonradan həmin idarədən "xxxx" MMC-nin “166” yükdaşıma şirkətinə evakuator sürücüsü vəzifəsinə təyin edilmişdir. 16-17 yanvar 2021-cı il tarixdə Ağstafa rayonuna adını xatırlamadığı kənddən tanımadığı şəxsin evindən sifarişlə təkərlər və başqa əşyalar götürüb evakuatra yükləmişdir. Həmin evi və kəndi xatırlamır. Bundan sonra Tovuz rayonunun Cilovadarlı kəndinə gedərək idarə etdiyi yük avtomobilinə əvvəlcədən sifariş olunmuş köhnə, işlənməyən iki ədəd markasını bilmədiyi traktoru yükləyib, Şəmkir rayonuna getmişdir. Orada əvvəlcədən sifariş olunmuş bir ədəd traktoru, bir ədəd taxıl səpəni və bir ədəd kotanı başqa evakuatora yükləyib Bərdə rayonuna getmiş, yuxarıda qeyd etdiyi bütün yükləri müştərinin dediyi əraziyə boşaldaraq yenidən Bakı şəhərinə qayıtmışdır. Şahid7 adlı şəxslə işlədiyi 166 yükdaşıma şirkətində sürücü yoldaşı kimi tanış olmuş, onunla aralarında dosluq münasibətləri yaranmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Qadir ona daşımaq üçün hər hansı bağlama, çanta verməmişdir. Seymur adlı şəxsi isə heç vaxt tanımamışdır. Onun 6 kiloqram 205 qram heroini idarə etdiyi evakuatorla satış məqsədilə Bakıdan Ağstafaya gətirməsinə dair iddilar yalandır. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələri polis əməkdaşlarının təzyiqi nəticəsində vermiş və imza etmişdir. Hesab edir ki, qeyd olunan ittiham Ağstafa rayon prokurorluğunun və polis şöbəsinin ona qarşı qurduğu tələdir. Buna görə məhkəmədən xahiş edir ki, ona bəraət verilsin. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, ilkin ifadəsində göstərmişdir ki, rəsmi olaraq «166» taksi xidmətində işləmişdir. Ailəlidir, üç övladı var, hər üçü azyaşlıdır. Bakı şəhər sakini Şahid7 təxminən 1 ildir ki, tanıyır, onunla birlikdə eyni şirkətdə taksi sürücüsü işləmişdir. 2020-ci ilin təxminən noyabr və dekabr ayları olardı Qadir ona iş yerində təklif etmişdir ki, «çanta var Ağstafa rayonuna apara bilərsənmi». O da Qadirə «nə vaxt getsəm apararam» demiş, lakin həmin vaxt çantada nə olduğunu bilməmişdir. Bundan sonra Qadir ona Ağstafa rayonuna ümumiyyətlə neçə manata getdiyini soruşmuşdur. O da Qadirə 500 manata getdiyini demişdir. Qadir isə ona «500 manat da sənin özünə verəcəm» demişdir. Həmin vaxt o, Qadirdən aparacağı yükün nə olduğunu soruşmuşdur. Qadir də narkotik vasitə olduğunu deyərək, ona “sən sadəcə qoyub gələcəksən, başqa heç nə etməyəcəksən» demişdir. Həmin vaxt o, qorxduğunu demişdir. Qadir isə ona 200 manat da yemək pulu verəcəyini demişdir. Həmin müddətdə onun borcu olduğundan məcbur olub razılaşmışdır. 2020-ci ilin dekabr ayının ortalarında Qadirdən 1 ədəd qara rəngli üzərində qırmızıya çalan nöqtələri olan, içərisində narkotik vasitə heroin olan çantanı Lökbatan dairəsində götürmüş və idarə etdiyi «Reno» markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Ağstafa rayonuna gəlmişdir. Ağstafa rayonu Saloğlu kəndi ərazisində avtomobil yolunun kənarında olan «24 km» sözləri yazılmış yol nişanının yanına yerə qoyaraq, həmin yerdən təxminən 10-15 km aralanmışdır ki, Qadir ona zəng edərək, həmin narkotik vasitəni oradan götürməyini istəmişdir. O da Qadirə nəyə görə götürdüyünü soruşanda, Qadir ona narkotik vasitəni götürəcək adamın qaynının bıçaqlandığını demişdir. O da geri qayıdaraq, narkotik vasitəni götürüb avtomobilin salonuna qoymuşdur. Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində Lökbatanın dairəsində narkotik vasitəni Qadirə təhvil vermişdir. 1200 manat pulu isə Qadirdən almışdır. Bundan təxminən 15 gün ərzində Qadiri görməmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində Qadir onu Lökbatanın dairəsinə çağırmış, orada Qadirlə görüşmüşdür, Qadir yenə də həmin içərisində narkotik vasitə olan çantanı ona vermiş və yenə də Ağstafa rayonuna həmin yerə aparmağını istəmişdir. O da narkotik vasitəni Qadirdən götürüb Ağstafa rayonuna gəlmişdir. Həmin gün səhər saat təxminən 10-11 radələrində Ağstafa rayonu, Saloğlu kəndi ərazisinə «24 km» yol nişanının yanına çatmışdır. O, həmin yerə çatanda orada heç kim olmamışdır. O, narkotik vasitəni yenə də həmin nişanın yanına qoymuşdur. Bundan sonra Qadir ona həmin yerdə gözləməyini demişdir. Təxminən 30 dəqiqədən sonra həmin yerə VAZ-2106 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlmiş və onun yanından ötüb keçmişdir. Təxminən 1 km-dən sonra geri qayıtmış və onun dayandığı yerdən təxminən 20 metr aralıda dayanmışdır. Həmin vaxt sürücünün yanındakı sərnişin avtomobildən düşmüş, lakin sürücü düşməmiş, o, sürücünü, sürücü də onu görməmişdir. O, sərnişinin düşdüyünü görüb əli ilə narkotik vasitəni qoyduğu yeri işarə etmişdir. Həmin tanımadığı, əvvəllər görmədiyi arıq, orta boylu, üzü saqqalı cavan oğlan ona «sən get işində ol» demişdir. O da avtomobili idarə edərək Bakı şəhərinə qayıtmışdır. O, bir dəfə 2021-ci ilin fevral ayının 1-də Balakən rayonuna, Qabaqçöl kəndinə göy sellofan torbada narkotik vasitə aparmış, narkotik vasitəni tanımadığı şəxsə vermişdir. Həmin narkotik vasitəni də Qadir göndərmişdir. Onun istifadəsində olan şirkətə məxsus ***-***-**-** nömrəli telefon vardır. Qadirlə həmin nömrə ilə əlaqə saxlamışdır, Qadirin telefon nömrəsi isə ***-***-**-**-dır. Qadirin soyadının Baladadaşov olduğunu bilir, lakin təvəllüdünü və yaşayış yerini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 12 radələrində Gürcüstan Respublikası Vayovka rayonunda yaşayan tanışı Mahir istifadəsində olan “***-***-**-**” nömrəli mobil nömrəsinə xatırlamadığı xarici operatorun “watsapp” nömrəsi ilə zəng edərək Ağstafa rayonunun Soyuqbulaq kəndində yerləşən yolun kənarında olan üzərində «24 km» sözləri yazılmış lövhənin dibində 1 ədəd içərisi qızılla dolu bağlama qoyulacağını, açıb baxılmamaq şərti ilə həmin bağlamanı götürüb özündə saxlamağı, bunun müqabilində ona 4000 (dörd min) dollar pul göndərdikdən sonra, həmin bağlamanın ondan götürəcəyini bildirmişdir. Maddi imkanı pis olduğu üçün o Mahirin sözügedən təklifi ilə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 12 radələrində Mahir ona Watsapp tətbiqi üzərindən zəng edərək əvvəllər dediyi yerə bağlamanın qoyulduğunu, həmin bağlamanı götürməyini tapşırmışdır. Mahir ona bağlamanın «24 km» yazısı olan löhvənin yanından götürməyini demişdir. O da bağlamanı Mahirin dediyi yerdən, yolun kənarından götürmüş və Ağstafa rayonunun Sadıqlı kəndində yerləşən bacısı Xannı Namazovaya məxsus yaşayış olmayan uçuq yararsız vəziyətdə olan tikilinin içərisində döşəmənin altında gizlətmişdir. 23 yanvar 2021-ci il tarixdə saat təxminən günorta 13-14 radələrində Ağstafa rayon mərkəzi poçtdan Mahirin göndərdiyi pulu götürüb, həmkəndlisi Şahid6 avtomobili ilə yaşadığı Sadıqlı kəndi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobildə həmkəndlisi Şahid1 də olmuşdur. Onlar Ağstafa rayonunun Sadıqlı kəndi ərazisinə çatanda polis əməkdaşları Turalın avtomobilini saxladıb, hər üçünü Köçvəlili polis bölməsinə aparmışlar. Polis bölməsində əvvəlcə ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, o da olmadığını demiş, bundan sonra üzərinə baxış keçirmişlər, lakin heç bir narkotik vasitə aşkar etməmişlər, üzərindən sadəcə ona göndərilən 6500 manat pul aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları onda narkotik vasitə olduğunu demişlər. O isə polislərə onda narkotik vasitə olmadığını demiş, bundan sonra polis əməkdaşları ona zor tətbiq etdikləri üçün, o etiraf edib, ona bir ədəd çanta göndərildiyini, lakin içərisində narkotik vasitə deyil qızıl olduğunu, həmin çantanı da bacısına məxsus yaşayış olmayan evdə döşəmənin altında gizlətdiyini demişdir. O, aşkar edilib götürülmüş bağlamanın içərisində narkotik vasitə olduğunu deyil, qızıl olduğunu bilmişdir. Şahid11 həmin bağlamanı Elçindən təhvil götürmədiyini, bağlamanı götürərkən ətrafda heç kimi görmədiyini, onun sözləri ilə kiminsə həbs edilməsini istəmədiyini məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid X13 ifadəsində göstərmişdir ki Şahid11 onun dostudur, xx.xx.2021-ci il tarixdə axşam saatlarında kəndin mərkəzində Seymurla görüşmüşdur. O, Seymurla söhbət edərkən Seymur ona demişdir ki, Gürcüstandan dayısı ona pul göndərəcək, şəxsiyyət vəsiqəsi özündə deyil, pulu onun adına göndəriləcəyini birlikdə poçta gedərək pulu götürməyi ondan xahiş etmişdir. O, da etiraz etməmişdir. Həmin gün axşam saatlarında o, özünə məxsus şəxsiyyət vəsiqəsinin arxa və ön hissələrinin fotoşəkillərini çəkərək istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçirdiyi «vatçaapp» proqramı vasitəsi ilə Şahid11 istifadəsində olan ***-***-**-** nömrəsinə göndərmişdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Şahid11 ona sms yazaraq Ağstafa şəhərinə gedib, onun adına göndərilən pulu götürmük lazım olduğunu bildirmişdir. Bundan sonra o, öz şəxsiyyət vəsiqəsini götürərək evdən çıxıb, kəndin mərkəzinə gəlmişdir. Yaşadığı kəndin mərkəzində Şahid11la görüşüb, həmkəndlisi Turalın taksi fəaliyyəti ilə məşğul olduğu avtomobili ilə Ağstafa şəhərinə gəlmişlər. Həmin gün saat 13 radələrində o, Ağstafa rayonu mərkəzi poçtun filialında şəxsiyyət vəsiqəsini təqdim edib 6732 manat pulu götürmüş və həmin pulu Seymura vermişdir. Bundan sonra onlar Turalın avtomobili ilə Ağstafa rayonu, sadıqlı kəndi istiqamətində hərəkətdə olmuşlar. Ağstafa rayonu, Böyükkəsik kəndi ərazisindəki dəmiryol keçidində polis əməkdaşları Turalın avtomobilinə işarə edərək dayandırmışlar və onların hər üçünü Köçvəlili polis bölməsinə aparmışlar. O, Köçvəlili polis bölməsində bilmişdir ki, Seymur hardasa narkotik vasitə saxladığına görə onları polis əməkdaşları polis bölməsinə gətiriblər. Onun adına Seymura göndərilən pulun nə məqsədlə göndərildiyini bilməmiş, Seymur ona dayısının göndərdiyini dediyi üçün Seymura inanmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, Şahid2 ifadəsində göstərmişdir ki, ona məxsus VAZ-2106 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobili vardır. Şahid11 tanıyır, dostu və həmkəndlisidir, onunla arasında əvvəllər heç bir ədavəti olmamış, qohumluq əlaqəsi yoxdur. O, idarə etdiyi avtomobili ilə hərdən taksi kimi də fəaliyyət göstərir, belə ki, onu tanıyan həmkəndliləri, qohumları harasa getmək istəyəndə ona zəng edirlər, o da yol haqqı müqabilində onları istədikləri yerə aparır. 16 yanvar 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən, Seymur onun istifadəsində olan ***-***- **-** nömrəli mobil telefonuna zəng edərək həmkəndlisi Ədilin evinin yanına gəlməyini istəmişdir. O da idarə etdiyi avtomobili ilə Seymurun dediyi yerə getmişdir. Seymur həmin yerdə tək onun avtomobilinə minmişdir. Ona qonaq gəldiyini, qonağı qarşılamaq üçün Ağstafa rayonu, Böyükkəsik kəndinə getmək lazım olduğunu demişdir. O da avtomobilini idarə edərək Ağstafa rayonu, Böyükkəsik kəndi ərazisinə sürmüşdür. Böyükkəsik kəndi ərazisindən keçən dəmiryol keçidinə çatmamış, dükanın yanında Seymur ondan üzərində pulu olub-olmamasını soruşmuş, o da cibində 7 manat pulu oldluğunu demişdir. Seymur ondan xahiş etmişdir ki, ona 1 ədəd “hell” içkisi alsın. O da avtomobilini dükanın qarşısında saxlayıb dükana getmişdir. Həmin vaxt Seymur da avtomobildən düşmüş, telefonda kiminləsə danışmışdır. O, dükandan 2 ədəd “hell” içkisi və bir qutu özünə “Bakı” siqareti alaraq avtomobilə tərəf qayıtmışdır. O, avtomobilə oturanda Seymur artıq avtomobildə olmuşdur. O, aldığı “hell” içkisinin birini Seymura vermiş, digərini isə özü içmişdir. Seymur ondan xahiş etmişdir ki, gələn qonaq onu Ağstafa rayonu Soyuqbulaq kəndi ərazisində yolun kənarında, üzərində “24 km” yazısı olan löhvənin yanında gözləyir, həmin yerdə getmək lazımdır. O da avtomobili Seymurun dediyi yerə tərəf idarə etmişdir. Həmin yerə yəni, üzərində “24 km” yazısı olan löhvənin yanına çatanda o, görmüşdür ki, həmin lövhənin yanında bir ədəd yük avtomobili dayanıb, sükan arxasında isə bir nəfər tanımadığı sürücü var. O, Seymurun dediyi yerə çatdığını fikirləşərək avtomobilin surətini azaldıb saxlamaq istəmiş, lakin Seymur ona avtomobili saxlamamağını, bir az da irəli sürməyini demişdir. O da avtomobili idarə edərək yoluna davam etmişdir. Həmin vaxt Seymur avtomobildə kiminlə isə danışmış, dəqiq xatırlamır danışdığı adama nə isə dedikdən sonra ona avtomobili geriyə idarə etməyini demişdir. O da avtomobili yolda döndərərək yenidən “24 km” yazısı olan lövhəyə tərəf hərəkətdə olmuşdur. Lövhənin yanına çatanda Seymur ona avtomobili lövhənin yanında dayanmış yük avtomobilinin yaxınlığında saxlamağını demişdir. O da avtomobili həmin yük avtomobilindən təxminən 25-30 metr aralıda, yəni qarşı tərəfdə saxlamışdır. O, avtomobili saxlayan kimi Seymur avtomobildən düşmüş, yoldan torpaq sahəsinə doğru getmişdir. Həmin vaxt yük avtomobili yolda dönmə əməliyyatı apararaq Ağstafa şəhər istiqamətində getmişdir. Seymur isə təxminən bir dəqiqədən sonra əlində qırmızımtıl rəngli üzərində ağ rəngli xalları olan çanta ilə avtomobilə tərəf gəlmiş və avtomobildə qabaq sağ tərəfdə oturmuşdur. Həmin vaxt o, Seymurdan qonağının kim olduğunu, niyə gəlmədiyini, əlində olan çantada nə olduğunu soruşmuşdur, Seymur da ona heç nə deməmiş, sadəcə qonağının hələdə gəlmədiyini demişdir. O da görmüşdür ki, Seymur ona heç nə demək istəmir, ona görə də təkrar soruşmamışdır. Onlar birlikdə Sadıqlı kəndinə qayıtmış, Sadıqlı kəndində yanacaq doldurma məntəqəsinin yanında Seymur avtomobildən düşmüş və evinə tərəf getmişdir. O da öz evinə getmişdir. Seymur həmin vaxt ona yol haqqı olaraq 5 manat pul verməli olmuş, lakin üzərində olmadığı üçün həmin gün axşam verəcəyinə söz vermişdir. xx.xx.2021-ci il tarixdə Ağstafa rayon polis şöbəsinin Köçvəlili polis bölməsinə çağrılanda ona məlum olmuşdur ki, Seymurun əlində olan sellofanın içərisində narkotik vasitə olan heroin olub. O, Seymuru Ağstafa rayonu Soyuqbulaq kəndi ərazisində yolun kənarında, üzərində “24 km” yazısı olan löhvənin yanına aparanda ətrafda yük avtomobilindən başqa heç kimi görməmiş, Seymurla həmin yük avtomobilinin sürücüsü arasında hər hansı bir söhbət olmamış, o, avtomobili saxlamış Seymur avtomobildən düşən kimi həmin yük avtomobili dönmə əməliyyatı edərək getmiş, o, sürücünü görsə tanımaz, çünki o, həmin yük avtomobilinin qarşı tərəfində dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından Ağstafa RPŞ-nin Köçvəlili PB-nin rəisi vəzifəsini icra edir. Ağstafa rayonu, Sadıqlı kənd sakini Şahid11 tanıyır, onunla arasında əvvəllər heç bir ədavəti olmamış, qohumluq əlaqəsi yoxdur. Tovuz rayon sakini Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onunla da arasında heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 23 yanvar 2021-ci il tarixdə xidmətdə olarkən əməliyyat məlumatı daxil olmuşdur ki, Şahid11 küllü miqdarda narkotik vasitə olan heroin əldə edib, Ağstafa rayonu, Sadıqlı kəndi ərazisində yerləşən bacısı Xannı Namazovaya məxsus yaşayış olmayan, yarımtikilidə saxlayır. Ona görə də şöbə rəhbərliyinə məruzə edilməklə, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradılmış və Sadıqlı kənd icra nümayəndəsi, eyni zamanda bələdiyyənin iştirakı ilə birlikdə Xannı Namazovaya məxsus Ağstafa rayonu, Sadıqlı kəndində yerləşən yaşayış olmayan yarımtikiliyə getmişlər. Həmin yarımtikiliyə videoçəklişlə baxış keçirilmişdir. Baxış zamanı yarımtikilidə taxta döşəmənin altından 1 ədəd polietilen torbanın içərisində 6 ədəd 1 litirlik plastik butulkalarda tünd sarı rəngli narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və çəkisinin 6,5 kq olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həmin tarixdə saat 21 radələrində məlumat əldə etmişdir ki, Şahid11 həmkəndlisi Şahid6 məxsus avtomobillə Ağstafa rayonu, Böyükkəsik kəndi ərazisində hərəkətdədir. Ona görə də əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin əraziyə gedərək Şahid6 avtomobilini saxladıb Şahid11 Ağstafa RPŞ-nə gətirmişlər. Həmin tarixdə Şahid11 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid11 qara rəngli qış gödəkçəsinin sol iç cibindən hər biri 50 manatlıq pul əskinazlarından ibarət, ümumilikdə 6500 manat pul aşkar edilmişdir. Həmin vaxt Şahid11 həmin pulun Gürcüstan Respublikasından ona göndərildiyini, həmin pulun müqabilində isə aşkar edilib götürülmüş narkotik vasitə heroini Gürcüstan Respublikasına göndərəcək. Şəxsin axtarış zamanı aşkar edilmiş 6500 manat pul bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış və baxış zamanı Ağstafa RPŞ-nin Kriminalistik Tədqiqatlar qrupunun inspektoru Şahid5 tərəfindən “Samsung” markalı videokameradan istifadə edilməklə çəkilmiş 2 ədəd videogörüntü 1 ədəd DVD diskə yazılaraq protokollara əlavə edilmişdir. İfadəsinin davamı olaraq bildirmişdir ki, istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən Seymur Namozovun ətrfafında keçirilmiş əməliyyat axtarışın nəticəsindən müəyyən edilmişdir ki, sonuncudan aşkar edilmiş həmin narkotik vasitəni Bakı şəhərindən Ağstafa rayonu ərazisinə evakator «Reno» markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə gətirildiyi müəyyən edilmişdir. Daha sonra Həmin avtomobilin sürücüsünü müəyyən etmək məqsədi ilə tərəfimizdəm əməliyyat axtarış tədbirləri keçirildi, həmin tədbir nəticəsində sürücü «Reno» markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı şəhəri, Elit əyləncə mərkəzinin arxasında bir sexə girən zaman həmin avtomobil saxlanıldı, sürücü Təqsirləndirilən şəxs tərəfimizdən Ağstafa rayon polis idarəsinə gətirildi. Elçin ilkin söhbət zamanı bildirdi ki, madi imkanın pis olduğuna görə 2000 min manat qarşılığında 166-da işləyən iş yoldaşı Baladadaşdan narkotik vasitəni alıb Ağstafaya aparıb yolun qırağına qoymuş, yolun qırağında da Seymuru gözləmişdir. Seymur gələn də ona barmağı ilə işarə eib göstərdiyini bildirmişdir. Seymur malı götürdükdən sonra həmin oğlana yəni Balakişiyevə zəng vurub bildirmişdir malı verdim.Həmçinin Elçin bildirmişdir ki, əvvəllərdə bir dəfə dekabr ayında narkotik gətirmiş, lakin Seymurun əmisioğlu bıçaqlandığı üçün götürə bilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və sonradan ona nə o, nədə ki digər polis əməkdaşları fiziki və ya psixoloji təsir göstərməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 da ifadələrində təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ona məxsus VAZ-2107 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobili vardır. Şahid11 tanıyır, dostu və həmkəndlisidir, aralarında əvvəllər heç bir ədavəti olmamış, qohumluq əlaqəsi yoxdur. O, idarə etdiyi avtomobili ilə hərdən taksi kimi də fəaliyyət göstərir, belə ki, onu tanıyan həmkəndliləri, qohumları harasa getmək istəyəndə ona zəng edirlər, o da yol haqqı müqabilində onları istədikləri yerə aparır. 23 yanvar 2021-ci il tarixdə saat 10-11 radələrində yaşadığı evdə olarkən, Seymur onun istifadəsində olan mobil telefonuna zəng edərək onu Ağstafa şəhərinə aparmağını xahiş etmişdir. O da özünə məxsus həmin avtomobillə kəndin mərkəzinə çıxmışdır. Seymur və həmkəndlisi Rufan da onun avtomobilinə yaxınlaşıb, avtomobildə oturmuşlar. Seymur ona avtomobili Ağstafa şəhərinə mərkəzi poçta sürməyini demişdir. O da avtomobilini idarə edib Ağstafa şəhərinə poçta gəlmişdir. Avtomobilini poçtun qarşısında saxlamışdır. Seymur və Rufan isə avtomobildən düşmüş və poçta getmişlər. O da onları gözləmiş, təxminən 15 dəqiqə sonra hər ikisi poçtan çıxaraq avtomobilə tərəf gəlmişlər. Seymur ona avtomobili Ağstafa rayon mərkəzi xəstəxanasının qarşısında yerləşən “Ekskuliziv” dönər evinin qarşısında saxlamağını, dönər yemək istədiyini demişdir. O da avtomobili saxlamış, Seymur və Rufan avtomobildən düşüb həmin kafeyə girmişlər, o, isə avtomobilinin qapısını təmir etdirmək üçün getmişdir. Təxminən 15-20 dəqiqədən sonra geri qayıtmışdır. “Ekskuliziv” dönər evinin qarşısından Seymuru və Rufanı da götürüb avtomobili Ağstafa rayonu, Sadıqlı kəndi istiqamətində hərəkət etmişdir. Ağstafa rayonu, Böyükkəsik kəndi ərazisində polis əməkdaşları avtomobilini saxlatmış, onu Seymuru və Rufanı birlikdə Ağstafa RPŞ-nə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Seymur küllü miqdarda narkotik vasitə heroin əldə edib, saxladığı üçün tutulub. O, yolda Seymurdan eşitmişdir ki, Seymura poçt vasitəsi ilə pul göndəriblər, lakin kimin göndərdiyini, nə məqsədlə göndərdiyini bilməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 80 kq narkotik vasitə heroinin qanunsuz dövriyyəsi məşğul olması ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 206-cı maddələri ilə məhkum olunub 18 il müddətinə azadlıqdan məhrum edilmişdir. Ağstafa rayonunun Sadıqlı kənd sakini Şahid11 əvvəllər tanımamışdır, lakin Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımış, Elçinlə “166” yükdaşıma xidmətində birlikdə işləmişdir. O, Ağstafa rayonuna aparmaq üçün Elçindən hər hansı bir bağlama göndərməmiş, Elçinə pul verməmişdir. Elçinlə birlikdə işlədiyi yerdən 2021-ci ilin yanvar ayının əvvəllərində çıxmış, həmin gündən sonra Elçinlə görüşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hazırda Ağstafa rayonu, Sadıxlı kənd icra nümayəndəsinin sədri vəzifəsində işləyir. Ağstafa rayonu, Sadıqlı kənd sakini Şahid11 və onun ailə üzvlərini tanıyır, onunla arasında əvvəllər heç bir ədavəti olmayıb, qohumluq əlaqəsi yoxdur. 23 yanvar 2021-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evdə olarkən, Ağstafa RPŞ-nin Köçvəlili polis bölməsinin rəisi Şahid3 ona zəng edərək, onunla və bələdiyyənin sədri Şahid9la görüşmək istədiyini demişdir. O da evdən çıxmış və Şahid3 dediyi yerə, yəni həmkəndlisi Şahid11 bacısı, hazırda Türkiyədə yaşayan Ağstafa rayonu, Sadıqlı kəndi sakini Xannı Namazovaya məxsus yaşayış olmayan, yarımtikilinin yanına getmişdir. Ondan sonra Nizami müəllim də həmin yerə gəlmişdir. Həmin yerdə çox sayda polis əməkdaşları və sərhəd xidmətinin əməkdaşları olmuşdur. O, qeyd olunan yerə çatandan sonra Şahid3 ona və Nizami müəllimə bildirmişdir ki, xannı Namazovaya məxsus həmin evdə narkotik vasitə saxlanılması şübhəsi var, onların da iştirakı ilə həmin evə baxış keçiriləcək. Onlar da razılaşmışdır. Bundan sonra polis əməkdaşları və sərhəd xidmətinin əməkdaşları ilə birlikdə Xannı Namazovaya məxsus evə videoçəklişlə baxış keçirilmişdir. Baxış zamanı yaşayış evinin döşəməsində olan taxtaların altından 1 ədəd polietilen torbanın içərisində 6 ədəd 1 litirlik plastik butulkalarda tünd sarı rəngli, polis əməkdaşlarının deməsinə görə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və çəkisinin 6,5 kq olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin kütlə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Köçvəlili polis bölməsinə getmişlər. Polis bölməsində videoçəklişə baxıldıqdan sonra bu barədə protokol tərtib edilmiş, o da həmin protokola və qablaşdırılmış narkotik vasitənin üzərindəki zərfə imza etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid9 da ifadəsində təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Yevlax şəhəri 32-ci məhəllə bina 10, mənzil 51-də yaşadığını, xırda sahibkar yəni işlənmiş traktor detallarının və ehtiyyat hissələrinin satışı ilə məşgul olduğunu, mütamadi olaraq Respublikanın demək olar ki, bütün rayonlarından köhnə işlənmiş traktor ehtiyyat hissələri yığdığını, və daimi olaraq həmin ehtiyyat hissələrinin daşınmasında “156” evakuasiya xidmətindən istifadə etdiyini, evakuasiya xidmətinə və sifarişlərə mobil telefon vasitəsi ilə etdityini, ***-***-**-** mobil nömrənin kimə məxsus olduğunu bilmədiyini, ***-***-**-** saylı nömrə ilə təxminən 2 ildir ki, onun istifadəsində olduğunu, həmin nömrəni o, 2-3 il bundan əvvəl Rusiya Federasiyasından gələn zaman “Samur” gömrük postunu keçən kimi Xudat şəhərindən aldığını, o. Ağstafa rayonundan, Bakı şəhərinə “8 km” deyilən əraziyə dəmir dəmir list sifariş verdiyini, onun Ağstafa ilə heç vaxt əlaqəsinin olmadığını. Yəni Ağstafa rayonundan dəmir və digər məhsullar almadığını, o, Qazax, Tovuz, Gədəbəy, Şəmkir rayonlarından dəfələrlə köhnə traktor, kombayn və onların ehtiyyat hissələrini aldığını, və “156” yükdaşıma xidməti ilə Yevlax və Bərdə rayonlartına daşıdığını, onun işlədiyi, Yevlax şəhərində yerləşən obyektinin hər tərəfində ondan başqa dəmir işləri ilə məşgul olanlar olduğunu, ola bilsin ki, həmin şəxslərdən kimsə onun mobil telefonundan sifariş verdiyini, lakini bunu o, xatırlamadığını, ümumilikdə onun telefonu ilə hazırda xatırlamadığı çox adam “156” xidmətinə zəng etdiyini, çünki bütün dəmir işlərinə baxan şəxslər işlərini “156” yükdaşıma xidməti ilə gördüklərini.Tovuz rayon sakini Təqsirləndirilən şəxs tanımadığını göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “cinayət işinin ayrılması və icraata götürülməsi haqqında” qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Ağstafa RPŞ-nin İB-nin müstəntiqi polis mayoru X11 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə istintaq olunmuş ********* №-li cinayət işindən ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4-(015)-10/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4-(015)-11/2021 saylı qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə Ağstafa rayon məhkəməsinə ərizə təqdim etmiş, Ağstafa rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 4(005)- 469/2021 saylı xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, ********* №-li cinayət işi üzrə ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 4(005)- 812/2021 saylı xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2021-ci il tarixədək uzadılmışdır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 avqust 2021-ci il tarixli “cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, istinad edilən qərara əsasən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid11 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Ağstafa rayon prokurorluğuna qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Ağstafa rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin son müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İş üzrə xx.xx.2021-ci il tarixdə saat 20:20-dən 20:31-dək olan müddət ərzində Ağstafa RPŞ-nin TBnin təhqiqatçısı Əlövsət Allahverdiyev tərəfindən Ağstafa rayonu Sadıqlı kənd sakini X9 məxsus, yaşayış olmayan, uçuq vəziyyədə olan tikiliə baxış keçirilmiş, baxış zamanı yaşayış evinin taxta döşəməsinin altından bir ədəd polietilen torbanın içərisindən 6 ədəd, hər biri 1 litirlik plastik su qutuları aşkar edilmişdir. Həmin qutulara baxış zamanı isə içərisində tünd sarı rəngli narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı videoçəklişdən istifadə edilmiş və görüntülərin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 fevral 2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 2020-ci ilin dekabr ayının ortalarında Qadirdən 1 ədəd qara rəngli üzərində qırmızıya çalan nöqtələri olan, içərisində narkotik vasitə heroin olan çantanı Lökbatan dairəsində götürmüş və idarə etdiyi «Reno» markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Ağstafa rayonuna gəlmişdir. Ağstafa rayonu Saloğlu kəndi ərazisində avtomobil yolunun kənarında olan «24 km» sözləri yazılmış yol nişanının yanına yerə qoyaraq, həmin yerdən təxminən 10-15 km aralanmışdır ki, Qadir ona zəng edərək, həmin narkotik vasitəni oradan götürməyini istəmişdir. O da Qadirə nəyə görə götürdüyünü soruşanda, Qadir ona narkotik vasitəni götürəcək adamın qaynının bıçaqlandığını demişdir. O da geri qayıdaraq, narkotik vasitəni götürüb avtomobilin salonuna qoymuşdur. Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində Lökbatanın dairəsində narkotik vasitəni Qadirə təhvil vermişdir. 1200 manat pulu isə Qadirdən almışdır. Bundan təxminən 15 gün ərzində Qadiri görməmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində Qadir onu Lökbatanın dairəsinə çağırmış, orada Qadirlə görüşmüşdür, Qadir yenə də həmin içərisində narkotik vasitə olan çantanı ona vermiş və yenə də Ağstafa rayonuna həmin yerə aparmağını istəmişdir. O da narkotik vasitəni Qadirdən götürüb Ağstafa rayonuna gəlmişdir. Həmin gün səhər saat təxminən 10-11 radələrində Ağstafa rayonu, Saloğlu kəndi ərazisinə «24 km» yol nişanının yanına çatmışdır. O, həmin yerə çatanda orada heç kim olmamışdır. O, narkotik vasitəni yenə də həmin nişanın yanına qoymuşdur. Bundan sonra Qadir ona həmin yerdə gözləməyini demişdir. Təxminən 30 dəqiqədən sonra həmin yerə VAZ-2106 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlmiş və onun yanından ötüb keçmişdir. Təxminən 1 km-dən sonra geri qayıtmış və onun dayandığı yerdən təxminən 20 metr aralıda dayanmışdır. Həmin vaxt sürücünün yanındakı sərnişin avtomobildən düşmüş, lakin sürücü düşməmiş, o, sərnişinin düşdüyünü görüb əlimlə narkotik vasitəni qoyduğu yeri işarə etmişdir. Həmin tanımadığı, əvvəllər görmədiyim arıq, orta boylu, üzü saqqalı cavan oğlan ona «sən get işində ol» demişdir. O da avtomobili idarə edərək Bakı şəhərinə qayıtmışdır. İfadənin yerində yoxlanılmasının əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 fevral 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ilə Şahid11 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid11 qarşısında oturan şəxs Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan bağlamanı gətirərək “24 km” sözləri yazılmış lövhənin yaxınlığına yerə qoyduğunu, onun isə həmin bağlamanı götürərək, bacısına məxsus evdə gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs da qeyd olunan xüsusatları təsdiq edərək Qadir adlı şəxsin göndərdiyi içərisində narkotik vasitə olan bağlamanı Şahid11 təhvil vermək üçün“24 km” sözləri yazılmış lövhənin yaxınlığına yerə qoyduğunu, Şahid11 isə VAZ-2106 markalı avtomobillə gələrək həmin bağlamanı götürdüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 iyun 2021-ci tarixli “üzləşdirmə” protokolundan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində Ağstafa rayonuna içərisində narkotik vasitə olan bağlama gətirmədiyini, Şahid3 təhdidləri və təkidi ilə qorxduğu üçün gətirdiyini ifadəsində etiraf etdiyini bildirmişdir. Şahid3 isə qeyd olunan xüsusatları inkar edərək Təqsirləndirilən şəxs Bakı şəhərində müəyyən edərək, tutub avtomobillə gətirərkən, sonuncuya avtomobildə “Ağstafa rayonuna sumka aparmısanmı” deyə sual verdiyini, Təqsirləndirilən şəxs isə apardığını etiraf etdiyini, əvvəlcə sumkanın içərisində olduğunu bilmədiyini bildirsədə, sonradan narkotik vasitə olduğunu bildiyini və buna görə Qadirdən pul aldığını etiraf etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 aprel 2021-ci tarixli “üzləşdirmə” protokolundan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid7 Hüeynəli oğlunun arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində Qadirin ondan çantanı Ağstafa rayonuna aparmasını istədiyini o, isə çantanı götürərək Tovuzd həmin şəxs götürmədiyi üçün Qadir ilə əlaqə saxladığını və daha sonra çantanı Ağstafa rayonunda yolun kənarına qoyduğunu bildirmişdir. Qadir isə bu xüsusatları inkar edərək ona Ağstafa rayonuna aparılması üçün külli miqdarda narkotik vasitə və heç bir çanta vermədiyini əgər narkotik vasitəni Ağstafa rayonuna aparmaq lazım olardısa özünün apara biləcəyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 16/71 №-li rəyinə görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “iştirakçılar Vəkilov.A, Bayramov.Ş, Abbasov.N, İsgəndərov.N, Quliyev. E, tərtib etdi Ə.Allahverdiyev” adlar və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış bir ədəd göy rəngli polietilen torbadakı, digər iç-içə keçirilmiş iki ədəd polietilen torbada olan 6(altı) ədəd plastik butulkalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ümumi təmiz çəkisi 6205 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir - tədqiqata təqdim edilmiş üzəri yapışqanlı lentlə sarınmış bir ədəd göy rəngli polietilen torbadakı, 6 ədəd plastik butulkalarda olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. tədqiqata təqdim edilmiş üzəri yapışqanlı lentlə sarınmış bir ədəd göy rənglipolietilen torbadakı, 6 ədəd plastik butulkalarda olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə psixiatrik ekspertizasının 112 №-li xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. O hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tələblərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə məhkəmə narkoloji ekspertizasının 316 №-li 31 mart 2021-ci il tarixli rəyinə görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 aprel 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsində əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci ildə saat 09:59:50-da Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəyə (anten-Goranboy ray. Delimemmedli kendi. Azerbaycan kuchesi 57.) Şahid7 adına olan **********06 saylı nömrədən (anten- Baki sheh. Qaradag ray. Sahil qes. Salyan shosesi. XDMX Stansiyasi) zəng edilmiş və aralarında 52 saniyə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 10:02:22-dən 10:05:25-dək Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrədən (anten-Samux ray. Zazali girishi.) Şahid7 adına olan **********06 saylı nömrəyə (anten- Baki sheh. Qaradag ray. Sahil qes. Salyan shosesi. XDMX Stansiyasi) zəng edilmiş və aralarında ümumilikdə 61 saniyə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 12:45:18-də, 12:52:19-da və 12:56:45-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrə ilə (antenlər-Agstafa ray. Boyukesik kendi. X30 kuchesi, Qazax ray. shixli kendi. Baki-elet-Qazax-Gurcustan İkinci kuchesi. Qirmizi korpu Serhed kechid menteqesi, Agstafa ray. Soyuqbulaq kendi. Qarayazi kend yolu.) Şahid7 adına olan **********06 saylı nömrə (anten- Shirvan ray. Haciqehramanli kendi. eli Bayramli- Salyan shosesi.) zəng edilmiş və aralarında ümumilikdə 174, 32, 52 saniyə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 13:21:00-dan 22:02:51-dək Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Tovuz ray. Xatinli kendi Xestexananin yaxinliginda.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Shirvan ray. Haciqehramanli kendi. eli Bayramli-Salyan shosesi) zəng edilmiş və aralarında ümumilikdə 6 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 17:02:53-dən 13:48:49-dək Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Agstafa ray. Yenigun kəndi. Museyib Allahverdiyev kucesi. Televiziya qullesi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Şirvan ray. shirvan sheh. Mahir Mirzeyev kuchesi. shirvan TV.) zəng edilmiş və aralarında ümumilikdə 3 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 08:46:22-dən 10:25:18-dək Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Agstafa ray. Yenigun kendi. Museyib Allahverdiyev kuchesi. Televiziya qullesi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (antenshirvan ray. shirvan sheh. Mahir Mirzeyev kuchesi. shirvan TV.) zəng edilmiş və aralarında ümumilikdə 4 dəfə danışıq olmuşdur xx.xx.2021-ci ildə saat 12:50:33-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Gence sheh. Nizami ray. e.eliyev kuchesi ile M.Huseyin kuchesinin kesishmesi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- shirvan ray. Haciqehramanli kendi. eli Bayramli-Salyan shosesi.) zəng edilmiş və aralarında ümumilikdə 1 dəfə danışıq olmuşdur xx.xx.2021-ci ildə saat 15:21:16-da, 15:56:01-də və 15:58:01-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Kurdemir ray. Kurdemir sheh. Hezi Aslanov kuchesi 70.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Haciqabul ray. Pirsaat kendi.) zəng edilmiş və aralarında ümumilikdə 3 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 16:24:27-də və 16:24:43-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Sabirabad ray. Yenikend kendi, Sabirabad ray. Qaraqashli kendi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Baki sheh. Qaradag ray. elet X25.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 16:44:30-də və 16:44:54-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Haciqabul ray. Haciqabul sheh. X26 kuchesi 68.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Baki sheh. Qaradag ray. Sengechal qes. Mirze elekber Sabir kuches.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur xx.xx.2021-ci ildə saat 17:34:15-də və 17:58:09-da Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Baki sheh. Xetai ray. Mehemmed Hadi kuchesi

36. ATS 74 etrafi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur xx.xx.2021-ci ildə saat 00:13:21-dən 13:10:21-dək Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Baki sheh. Xetai ray. Mehemmed Hadi kuchesi

36. ATS 74 etrafi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 10 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 14:21:17-də və 14:54:13-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Salyan ray. Xidirli kendi və Haciqabul ray. Haciqabul sheh. X18 kuchesi 203. ATS erazisi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Baki sheh. Bineqedi ray. Bileceri qes. Bineqedi shosesi. X12.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 19:00:42-də və 20:17:34-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Tovuz ray. Ashagi eyyublu kendi və ovuz ray. Xatinli kendi Xestexananin yaxinliginda.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Bineqedi shosesi 7. Mr.Fix shirketi.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 12:17:05-də, 12:46:10-da, 12:46:28-də və 12:54:40-da Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-shemkir ray. Deller-Ceyir kendi, shemkir ray. Yolu kendi. Memmed Araz 56 İpek kuchesi. Tikinti Materiallari Bazasi və shemkir ray. Konullu kendi. Baki-elet-Qazax-Gurcustan kuchesi. Magaza.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Xirdalan sheh. Heyder eliyev kuchesi 2F. Xirdalan dairesi.) zəng edilmiş və aralarında ümumilikdə 4 dəfə danışıq olmuşdur xx.xx.2021-ci ildə saat 15:01:41-də və 15:18:33-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Berde ray. Alpout kendi.Mal Bazari və Berde ray. Xesili kendi. Qazaxlar kend yolu.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 16:24:06-da və 17:42:34-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Goranboy ray. Goran sheh. Baki-elet-Qazax- Gurcustan yolu.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Baki sheh. Qaradag ray. Qaradag qes. Salyan shosesi 23 km. Derin ozuller zavodu.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 18:02:02-də, 18:02:35 və 18:02:48-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Yevlax ray. Aran kendi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Haciqabul ray. Haciqabul sheh. Baki-elet- Qazax-Gurcustan 9 km kuchesi. X27.) zəng edilmiş və aralarında ümumilikdə 3 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 19:31:59-da və 19:34:02-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Kurdemir ray. Sigirli kendi. Baki-elet-Qazax- Gurcustan kuchesi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Agdash ray. emirarx kendi. emirarx kend yolu.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 21:04:56-da, 21:05:16-da və 23:31:17-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Baki sheh. Qaradag ray. Sengechal qes. Salyan shosesi 47 km.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Kurdemir ray. Karrar kendi.) zəng edilmiş və aralarında ümumilikdə 3 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 05:25:27-də, 05:45:01-də, 05:51:47 və 06:04:12-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Baki sheh. Nizami ray. Qara Qarayev kuchesi. İnshaat materiallari magazasi, Baki sheh. Nerimanov ray. Dernegul shossesi 11/10. MAGİSTRAL EXPRESS shirketi və Baki sheh. Nizami ray. Qara Qarayev kuchesi 74.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Bineqedi shosesi 7. Mr.Fix shirketi. və Baki sheh. Qaradag ray. Sederek Ticaret Merkezi. KARQO.) zəng edilmiş və aralarında ümumilikdə 4 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 11:15:12-də və 11:15:57-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-shemkir ray. Deller-Ceyir kendi və shemkir ray. Saritepe kendi. Saritepe kuchesi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 11:57:33-də və 11:59:01-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Tovuz ray. Cirdaxan kendi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 2 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 12:37:08-də, 12:38:00-da və 12:41:17-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Agstafa ray. Muganli kendi. Sadixli- Muganli yolu və Agstafa ray. RS Poylu kendi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Azadliq kuchesi. Zengilan sheherciyi Bakcell qullesi.) zəng edilmiş və aralarında ümumilikdə 3 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 12:50:41-də, 13:19:34-də, 13:21:56-da, 13:22:15-də, 13:23:11-də, 13:24:57-də və 13:28:45-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Agstafa ray. Yenigun kendi. Museyib Allahverdiyev kuchesi. Televiziya qullesi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Baki sheh. Bineqedi ray. Bileceri qes. Bineqedi shosesi. X12.) zəng edilmiş və aralarında ümumilikdə 7 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci ildə saat 12:50:41-də, 13:19:34-də, 13:21:56-da, 13:22:15-də, 13:23:11-də, 13:24:57-də, 13:28:45-də, 13:52:41-də, 13:58:21-də, 14:18:16-da, 14:19:51-də, 14:20:08də, 14:27:14-də, 14:30:51-də, 14:31:50-də, 14:32:03-də, 14:33:09-da və 14:34:32-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi ilə (anten-Agstafa ray. Yenigun kendi. Museyib Allahverdiyev kuchesi. Televiziya qullesi, Agstafa ray. Qochesger kendi və Qazax ray. shixli kendi. Baki-elet-Qazax-Gurcustan İkinci kuchesi. Qirmizi korpu Serhed kechid menteqesi.) Şahid7 adına olan **********06 saylı nömrə arasında (anten- Absheron ray. Masazir kendi. Rusif Agayev kuchesi 31.) zəng edilmiş və aralarında ümumilikdə 18 dəfə danışıq olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan **********6 saylı nömrəsi və Şahid7 adına olan **********06 saylı nömrə Bakı şəhər ərazisində anten dairəsində olmuşdur. Bununla da 1 ədəd CD disk baxış keçirildikdən sonra cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-nin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, “Reno” markalı **- JZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi müvafiq sifarişlər üzrə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 8-ci km qəsəbəsindən Ağstafa rayonu istiqamətinə və xx.xx.2021-ci il tarixdə Ağstafa rayonundan bərdə rayonu istiqamətində yükdaşıma xidməti icra edilmişdir. Həmin nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. "xxxx" MMC-dən alınmış məktubda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsi ilə şirkətə daxil olan sifarişə əsasən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Reno” markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Ağstafa rayonundan Şəmkir və Bərdə rayonuna dəmir list daşımışdır. xx.xx.2021-ci il tarixdə mobil nömrəsi ilə şirkətə daxil olan sifarişə əsasən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Reno” markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Ağstafa rayonundan Bakı şəhəri 8 km qəsəbəsinə dəmir list daşımışdır. "xxxx" MMC-dən alınmış məktubda göstərilmişdir ki, 2020-ci ilin sentyabr ayından 2021ci ilin yanvar ayının 17-nə kimi sürücü Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə daxil olan sifarişləreə əsasən aşağıda göstrilən tarixlərdə Təqsirləndirilən şəxs həmin sifarişləri icra etmişdir. -xx.xx.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən bir nöqtəsindən digər nöqtəsinə çən daşımışdır. -xx.xx.2020-ci il tarixdə ***-***-**-** mpbil nömrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **-JZ-*** dövlət qeydiyyat niçşanlı yük avtomobili ilə Bakı şəhəri, Nizami rayonundan, bakı şəhəri Xətai rayonuna stanok daşımışdır -xx.xx.2020-ci il ***-***-**-** mobil nömrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən Şamaxı rayonuna çən daşımışdır. -xx.xx.2020-ci il ***-***-**-** mobil npmrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsinin bir nöqtəsindən digər nöqtəsinə kompüter daşımışdır. -xx.xx.2020-ci il ***-***-**-** mobil npmrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xəzər rayonu Buzovna qəsəbəsindən, Bakı şəhəri Nərimanov rayonuna kompüter daşımışdır. -xx.xx.2020-ci il ***-***-**-** mobil npmrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri Nizami rayonundan, sabunçu rayonu Savalan qəsəbəsinə palet daşımışdır. -xx.xx.2020-ci il tarixində ***-***-**-** mobil nömrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xəzər rayonu Buzovna qəsəbəsindən-Bakı şəhəri Nərimanov rayonuna komputer daşımışdır. -xx.xx.2021-ci il ***-***-**-** mobil npmrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri Nizami rayonundan, Xətai rayonu Nargilə dairəsinə çən daşımışdır. -xx.xx.2021-ci il ***-***-**-** mobil npmrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağstafa rayonundan Bakı şəhəri 8-ci kilomter qəsəbəsinə dəmir list daşımışdır. -xx.xx.2021-ci il ***-***-**-** mobil npmrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Tovuz rayonundan Bərdə rayonuna dəmir list daşımışdır. -xx.xx.2021-ci il ***-***-**-** mobil npmrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağstafa rayonundan Bakı şəhəri 8-ci kilometr qəsəbəsinə dəmir list daşımışdır. -xx.xx.2021-ci il ***-***-**-** mobil npmrəsi ilə sürücünün istifadəsində olan telefon nömrəsində olan telefon nömrəsinə daxil olan sifarişə əsasən idarə etdiyi “Reno” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bərdə rayonundan İmişli rayonuna traktor daşımışdır. Beləliklə, yuxarıda qeyd olunan sifarişlər “156” evakuator xidmətinin qaynar xətti vasitəsilə qəbul edilməmişdir. Sürücü Təqsirləndirilən şəxs 001374 saylı iş dəftərindən görünür ki, sifarişlər sürücünün istifadəsində olan mobil nömrəsinə daxil olmuşdur, lakin sifarişçilərin kimliyi barədə hər hansı məlumat sürücünün iş dəftərində əks olunmamışdır. Həmçinin, göstərilən müvafiq xidmətlər üzrə ödənişlər sürücü vasitəsilə şirkətimizdə təqdim edilsə də, xidmətlərin icra edilməsi zamanaı sürücü tərəfindən xidmətin göstərilməsini təsdiq edən təhvil-təslim aktlarını tərtib edilmədiyindən aktlar mövcud deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı-X1, oğlanları-X4 və X17, qızı-X3 Ağstafa rayonu, Qaraxanlı kəndində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli Azərbaycan Resprublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X9 məxsus yaşayış olmayan evdən götürülmüş hər birinin çəkisi ayrı-ayrılıqda 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ümumilikdə təmiz çəkisi 6205 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6203,8 qram heroin, 2 ədəd “Samsunq” markalı telefon və Ağstafa RPŞ-nin Maliyyə hissəsində saxlanılan 6500 manat puldan ibarət maddi sübutlar Ağstafa rayon polis şöbəsində saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-111/2022 saylı 14 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Şahid11 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cazası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Apelyasiya Məhkmsinin 13.09.202-ci il tarixli qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-111/2022 saylı 14 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 fevral 2021-ci il tarixli əməliyyat-axtarış tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki Ağstafa rayonu Sadıqlı kənd sakini Şahid11 aşkar olunmuş külli miqdarda narkotik vasitə olan heroini, Təqsirləndirilən şəxs idarə etdiyi **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı “Reno” markalı yük avtomobillə gətirərək orada Şahid11 vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Şahid11 və Təqsirləndirilən şəxs Ağstafa RPŞ əməkdaşları və DSXnin hərbi qulluqçusu tərəfindən zorakılığa, təhqir və hədə qorxuya məruz qalması barədə əlavə ifadələrində göstərdikləri xüsusatları, eləcə də araşdırma zamanı verdiyi izahatlarında göstərdikləri hallar təsdiqini tapmadığından Ağstafa RPŞ əməkdaşları və DSX-nin hərbi qulluqçularının hərəkətlərində hər hansı cinayətin tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilsin. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 noyabr 2022-ci il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarından görünür ki, şahidlər X10 və Şahid2 dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və buna görədə onların barəsində məcburi gətirilmə tətbiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2023-cü il tarixli 3-13-63/2-8884 saylı məktubdan görünür ki, Şahid2 xx.xx.2021-ci il tarixdə Türkiyə Cümhuriyyətinə, X5 isə xx.xx.2021-ci il tarixdə Belarusiya Respublikasına getmələri səbəbindən hazırda ölkə ərazisində olmadıqları üçün xx.xx.2022-ci il tarixli 1(100)-213/2022 saylı məcburu gətirilmə haqqında qərarı icra etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-nin 19 iyun 2023-cü il tarixli H-1214 saylı arayışından görünür ki, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat infrastruktrunun yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Baş X29 İdarəsi tərəfindən 2020-ci ildən əvəzsiz olaraq "xxxx" MMC-nin müvəqqəti istifadəsinə verilmişdir. Məhkəmə təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadədə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəsinin olmamasına, idarə etdiyi Renault markalı ** JZ *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağstafaya hər hansı miqdarda narkotik vasitə gətirməməsinə, bunun müqabilində kimdənsə pul almamasına dair, Şahid11 adlı şəxsə narkotik vasitə verməməsinə dair xüsusatlara tənqidi yanaşaraq, sözügedən xüsusatların danılmaz mötəbər sübutlarla təkzib edildiyini vurğulayır, qeyd olunan xüsusları məsuliyyətdən boyun qaçırmaq üçün söylənən fikirlər kimi qəbul edir. Məhkəmə bu qənaəti ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs çoxsaylı istintaq hərəkətlərində müdafiəçisinin iştirakı ilə dindirilərkən, videoçəkilişlə ifadəsi yerində yoxlanılarkən, şahidlər Şahid11la, Şahid7la üzləşdirilərkən, hətta barəsində ambulator məhkəmə psixiatrik ekspertizası keçirilən zaman ekspertlərə bildirmişdir ki, o maddi mənfəət müqabilində iş yoldaşı Şahid7 ona Ağstafaya aparmaq üçün verdiyi təmiz çəkisi 6 kiloqram 205 qram olan narkotik vasitə heroini idarə etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus BDYPİ tərəfindən Evuakator Az MMC yə müvvəqəti istifadə verilmiş RENAULT marlakı ** JZ *** dövlət qeydiyyat nişanlı yük maşını ilə Bakı şəhərindən Ağstafa rayonuna gətirmiş və Şahid11 təhvil vermişdir. Hətta ibtidai istintaqın sonrakı mərhələlərində özünə bir neçə müdafiəçi tutaraq, sözügedən xüsusatları hüquqi yardım haqqında müqavilə bağladığı vəkilin iştirakı ilə də ibtidai istintaq orqanına dəfələrlə bəyan etmişdir. İstintaqın sonrakı gedişində ifadəsini nisbətən dəyişərək Şahid11 aşkar olunan içərisində 6 kiloqram 205 qram heroin olan çantanı iş yoldaşı Şahid7 təhvil götürdüyünü, idarə etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus RENAULT marlakı ** JZ *** dövlət qeydiyyat nişanlı yük maşını ilə Bakı şəhərindən Ağstafa rayonuna gətirdiyini, Şahid11 təhvil verdiyini yenidən bildirsə də, sözügedən çantanın içərisində narkotik vasitə olmasından xəbəri olmadığını qeyd etmişdir.Bu xüsusat Təqsirləndirilən şəxs müdafiəçisinin, aiə üzvlərinin ibtidai istintaq orqanına, rəhbər şəxslərə ünvanlanmış çoxsaylı vəsatət və ərizələrində də öz əksini tapmışdır. Məhkəmədə isə Təqsirləndirilən şəxs müdafiə taktikasını bir qədər də dəyişərək Şahid7 hər hansı çanta və ya bağlama almadığını, Şahid11 hansısa çantanı və ya bağlamanı təhvil vermədiyini, ona qarşı irəli sürülmüş ittihamın həqiqəti əks etdirmədiyini hakimlər heyətinə bildirmişdir. Bundan başqa, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-111/2022 saylı 14 aprel 2022-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Namazov X6 Respublikasının ərazisində yaşayan, şəxsiyyəti məlum olmayan Mahir adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə ona çatdırılacaq külli miqdarda narkotik vasitə olan heroini 3960 ABŞ dolları müqabilində əldə edib, özündə saxlayıb sonuncunun dediyi qaydada ona göndərəcəyi barədə razılığa gəldikdən sonra Tovuz rayonu Qaraxanlı kənd sakini Təqsirləndirilən şəxs Bakı şəhərində istintaqa məlum olmayan tarixdə və mənbədən əldə edib Ağstafa rayonu Soyuqbulaq kəndi ərazisinə daşıyaraq Ağstafa-Sadıqlı avtomobil yolunun 24-cü kilometrində yolun kənarına qoyduğu 1 ədəd polietilen torbada içərisində, altı ədəd bir litrlik plastik butulkada qablaşdırılmış ayrı-ayrılıqda çəkiləri 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ümumi təmiz çəkisi 6205 qram təşkil edən, külli miqdarda narkotik vasitə olan heroini 16 yanvar 2021-ci il tarixdə saat 13 radələrində götürüb qanunsuz olaraq əldə etdikdən sonra Ağstafa rayonu Sadıqlı kəndi ərazisində yerləşən bacısı X9 məxsus yaşayış olmayan tikilidə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, Şahid11 23 yanvar 2021-ci il tarixdə Gürcüstan Respublikası Qardabani rayonu, S.Vaxtangisi ünvanında yaşayan Novruziovi Agali adlı şəxs tərəfindən “Zolotaya Korona” pul köçürməsi vasitəsi ilə ona göndərilmiş 3960 ABŞ dollarını, yəni həmin tarixdə Azərbaycan Respublikasında ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq 6732 manat pulu "xxxx" MMC-nin Ağstafa rayon filialından əldə etdikdən sonra həmin gün saat 20 radələrində Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xannı Namazovaya məxsus Ağstafa rayonu Sadıqlı kəndində yerləşən yaşayış olmayan tikiliyə baxış zamanı həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin gün saat 20 radələrində Şahid11 Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağstafa rayonu, Böyük Kəsik kəndi ərazisində saxlanılaraq Köçvəlili polis bölməsinə aparılmış və şübhəli şəxs Şahid11 şəxsi axtarışı zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 6500 manat pul aşkar edilərək götürülmüşdür. X7 xx.xx.2022-ci il tarixli qərarı ilə də Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 111/2022 saylı 14 aprel 2022-ci il tarixli hökmü dəyişdirlmədən saxlanılmışdır. CPM-in 141ci maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Həmçinin, 06 fevral 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid11 Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan bağlamanı gətirərək “24 km” sözləri yazılmış lövhənin yaxınlığına yerə qoyduğunu, onun isə həmin bağlamanı götürərək, bacısına məxsus evdə gizlətdiyini, Təqsirləndirilən şəxs da qeyd olunan xüsusatları təsdiq edərək Qadir adlı şəxsin göndərdiyi içərisində narkotik vasitə olan bağlamanı Şahid11 təhvil vermək üçün“24 km” sözləri yazılmış lövhənin yaxınlığına yerə qoyduğunu, Şahid11 isə VAZ-2106 markalı avtomobillə gələrək həmin bağlamanı götürdüyünü bildirmişlər. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, Şahid11 aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı isttintaq orqanı tərəfindən əməliyyat tapşırığı verilmiş və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən “Reno” markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Ağstafa rayonu ərazisində gətirlib Şahid11 təhvil verilməsi müəyyən edilərək, Təqsirləndirilən şəxs yeri müəyyən edilib saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 iyun 2021-ci tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs Bakı şəhərində müəyyən edərək, tutub avtomobillə gətirərkən, sonuncuya avtomobildə “Ağstafa rayonuna sumka aparmısanmı” deyə sual verdiyini, Təqsirləndirilən şəxs isə apardığını etiraf etdiyini, əvvəlcə sumkanın içərisində olduğunu bilmədiyini bildirsədə, sonradan narkotik vasitə olduğunu bildiyini və buna görə Qadirdən pul aldığını etiraf etdiyini bildirmişdir. Məhkmə istintaqı zamanı da şahid ifadəsində göstərdiyi xüsusuatları eyni ilə təsdiq etmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-nin məktubları ilə müəyyən edilmişdir ki, “Reno” markalı **-JZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi müvafiq sifarişlər üzrə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 8-ci km qəsəbəsindən Ağstafa rayonu istiqamətinə və xx.xx.2021-ci il tarixdə Ağstafa rayonundan bərdə rayonu istiqamətində yükdaşıma xidməti icra edilmişdir. Həmin nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. xx.xx.2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsi ilə şirkətə daxil olan sifarişə əsasən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Reno” markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Ağstafa rayonundan Şəmkir və Bərdə rayonuna dəmir list daşımışdır. xx.xx.2021-ci il tarixdə mobil nömrəsi ilə şirkətə daxil olan sifarişə əsasən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Reno” markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Ağstafa rayonundan Bakı şəhəri 8 km qəsəbəsinə dəmir list daşımışdır. Telefon vasitəsi ilə ötürülən məlumatlardan məlum olur ki, xx.xx.2021 il tarixdə saat 12:37, 12:41-də Təqsirləndirilən şəxs istifadəsində olan **********6 nömrəsi Ağstafa Muganlı kənd və Poylu kənd anten dairəsinin əhatəsində olmuş, həmin günü Təqsirləndirilən şəxs Şahid7la telefon vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, RENAULT” marlakı ** JZ *** dövlət qeydiyyat nişanlı yük maşını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus BDYPİ tərəfindən Evuakator Az MMC yə müvvəqəti istifadə verilmiş və Təqsirləndirilən şəxs Azərbaycan X15 Nazirliyinin Baş X29 idarəsinin Siqnal idarəsində sürücü vəzifəsində işləmiş sonradan həmin idarədən "xxxx" MMC-nin “166” yükdaşıma şirkətinə evakuator sürücüsü vəzifəsinə təyin edilmişdir. Eyni zamanda məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, “16 yanvar 2021-ci il tarixdə Seymurun xahişi ilə idarə etdiyi avtomaşınla Ağstafa rayonu Soyuqbulaq kəndi ərazisində yolun kənarında, üzərində “24 km” yazısı olan löhvənin yanına getmişlər, o, görmüşdür ki, həmin lövhənin yanında bir ədəd yük avtomobili dayanıb, sükan arxasında isə bir nəfər tanımadığı sürücü var. O, Seymurun dediyi yerə çatdığını fikirləşərək avtomobilin surətini azaldıb saxlamaq istəmiş, lakin Seymur ona avtomobili saxlamamağını, bir az da irəli sürməyini demişdir. O da avtomobili idarə edərək yoluna davam etmişdir. Həmin vaxt Seymur avtomobildə kiminlə isə danışmış, dəqiq xatırlamır danışdığı adama nə isə dedikdən sonra ona avtomobili geriyə idarə etməyini demişdir. O da avtomobili yolda döndərərək yenidən “24 km” yazısı olan lövhəyə tərəf hərəkətdə olmuşdur. Lövhənin yanına çatanda Seymur ona avtomobili lövhənin yanında dayanmış yük avtomobilinin yaxınlığında saxlamağını demişdir. O da avtomobili həmin yük avtomobilindən təxminən 25-30 metr aralıda, yəni qarşı tərəfdə saxlamışdır. O, avtomobili saxlayan kimi Seymur avtomobildən düşmüş, yoldan torpaq sahəsinə doğru getmişdir. Həmin vaxt yük avtomobili yolda dönmə əməliyyatı apararaq Ağstafa şəhər istiqamətində getmişdir. Seymur isə təxminən bir dəqiqədən sonra əlində qırmızımtıl rəngli üzərində ağ rəngli xalları olan çanta ilə avtomobilə tərəf gəlmiş və avtomobildə qabaq sağ tərəfdə oturmuşdur. Həmin vaxt o, Seymurdan qonağının kim olduğunu, niyə gəlmədiyini, əlində olan çantada nə olduğunu soruşmuşdur, Seymur da ona heç nə deməmiş, sadəcə qonağının hələdə gəlmədiyini demişdir. O da görmüşdür ki, Seymur ona heç nə demək istəmir, ona görə də təkrar soruşmamışdır” Təqsirləndirilən şəxs ifadələrində Ağstafa RPŞ-nin İB-də alınmış ifadələrini inkar edərək Şahid7 adlı şəxsi tanıdığını, lakin həmin şəxsin ondan Ağstafa rayonuna heç bir bağlama göndərmədiyini, Şahid11 tanımadığını, Ağstafa rayon polis şöbəsinin əməkdaşı Şahid3 onu ailəsi ilə hədələyərək, zor tətbiq edib Qadirin ondan bağlama göndərməsini dediyi üçün, o, qorxaraq Qadirin ondan bağlama göndərdiyini, həmin bağlamanı Seymura verdiyini əvvəlki ifadələrində göstərdiyini bildirmişdir. Ağstafa rayonu ərazisində olmasını isə onunla izah etmişdir ki, işlədiyi “166” yükdaşıma xidmətindən olan sifarişlə bağlı Ağstafa rayonunun xatırlamadığı kəndinə, xatırlamadığı şəxsin evinə gəlmiş, həmin evdən təkər və digər əşyalar götürərək aparmışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatlar istintaq zamanı onun özünü müdafiəsi kimi qiymətləndirilmişdir. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Astafa RPŞ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılmış və lçin Məhərrəmovun Astafa RPŞ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1006 saylı rəyi ilə Təqsirləndirilən şəxs bədənində aşkar edilməmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı ifadə alınmış Şahid3 və digər polis əməkdaşları Elçin Məhərrov saxlanılan zaman və sonradan ona hər hansı fiziki və psixoloji təsir göstərilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il qərarının 10-cu bəndinə əsasən təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin qərarın 12-ci bəndində əks olunmuş mövqeyə əsasən, şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəni həqiqi və işin obyektiv halarına uyğun ifadə kimi qəbul edir, məhkəmə istintaqı zaman verdiyi ifadəsini isə iş üzrə mövcud olan sübutlarla tam təkzib edildiyindən qeyriobyektiv və həqiqi olmayan ifadələr kimi qiymətləndirir. Həmçinin, məhkəmə iclasında iştirakının təmin edilməsi üçün bütün səylərin göstərilməsinə baxmayaraq, məhkəməyə gəlməməsi səbəbindən ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini işinin faktiki hallarına və toplanılmış sübutlara uyğun ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin, narkotik vasitə hesab olunur, şəxsi istehlak miqdarı 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Bununla da məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə məhkəmə narkoloji ekspertizasının 316 №-li 31 mart 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı yoxdur. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə aşkar olunaraq götürülüb qablaşdırılmış, Ağstafa rayon polis şöbəsində saxlanılan, X9 məxsus yaşayış olmayan evdən götürülmüş hər birinin çəkisi ayrı-ayrılıqda 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ümumilikdə təmiz çəkisi 6205 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6203,8 qram heroin, 2 ədəd “Samsunq” markalı telefon və Ağstafa RPŞ-nin Maliyyə hissəsində saxlanılan 6500 manat puldan ibarət maddi sübutlar vardır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağstafa rayon polis şöbəsində saxlanılan X9 məxsus yaşayış olmayan evdən götürülmüş hər birinin çəkisi ayrı-ayrılıqda 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ümumilikdə təmiz çəkisi 6205 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6203,8 qram heroin məhv edilməli, 2 ədəd “Samsung” markalı telefon və Ağstafa RPŞ-nin Maliyyə hissəsində saxlanılan 6500 manat pul isə qanuni sahiblərinə isə qanuni sahiblərinə qaytarılmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinsin və ona 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu müddət dəqiqi yazmaq ona təyin olunmuş cəzadan çıxılarq üzərində qəti olaraq 8 il (səkkiz) 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın . Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarına verilmiş X9 məxsus yaşayış olmayan evdən götürülmüş hər birinin çəkisi ayrı-ayrılıqda 1125 qram, 1080 qram, 1045 qram, 1035 qram, 990 qram, 930 qram, ümumilikdə təmiz çəkisi 6205 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6203,8 qram heroin məhv edilsin 2 ədəd “Samsunq” markalı telefon və Ağstafa RPŞ-nin Maliyyə hissəsində saxlanılan 6500 manat pul isə qanuni sahiblərinə qaytarılsın. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar