Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-31/2024 11.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 və X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X15, zərərçəkmiş şəxs X10, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, İ-ci dərəsəli əlil, Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 02 avqust 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Gədəbəy rayonu, Miskinli kəndinin mərkəzində idarə etdiyi “VAZ-21214” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ, nisbətən mərkəz hissəsində saxlayıb avtomobillərin hərəkətini məhdudlaşdırmaqla mobil telefonla danışarkən, «VAZ-21060» markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Gədəbəy rayonu istiqamətində hərəkətdə olan həmkəndlisi X4 siqnalından istifadə etməklə ona yolun hərəkət hissəsindən avtomobilini çıxarmasını bildirmiş, belə olduqda o, əliilə Səyavuş Quluyevə yolun sol tərəfini göstərərək həmin istiqamətlə hərəkətini davam etdirməsini bildirməsindən sonra sonuncu avtomobilini sol tərəflə idarə etməklə onun avtomobilinin qarşısında saxlayıb yerə düşərək ona yaxınlaşıb “ə küçük niyə yol vermirsən” kimi təhqiramiz sözlər və nalayiq ifadələr işlədib yumruqla sifət nahiyyəsinə bir neçə dəfə vurub ona, sol gözaltının qançırı, burunun və sol gözaltının sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı o, avtomobilində olan soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağını götürüb həmin bıçaqla Səyəvuş Quluyevin ön və sol döş qəfəsi nahiyəsinə qəsdən üç dəfə zərbə vuraraq ona döş qəfəsinin ön və sol yan səthinin 02 ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları qismində sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan yüngül xəsarət və döş qəfəsinin sol tərəfinin 01 ədəd daxilə keçən, perikardı, sol ağ ciyəri zədələyən hemopnevmotoraksa, plevropulmonal və hemorragik şoka səbəb olan deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə Səyavuş Quluyevin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə elan olunan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının ikisində kəndin mərkəzinə gəlmiş və orada avtomobilini saxlamışdır. Səyavuş da həmin vaxt orada olmuşdur. Səyavuş avtomobilini onun avtomobilinin arxasında saxlamış və ona «niyə avtomobilini orada saxlamısan» deyib iradını bildirmiş,o da sonuncuya cavab olaraq işinin olduğunu bildirmişdir. Səyavuş həin vaxt onunla soyuq danışmış və ona «gözlə avtomobili saxlayıb sənlə söhbət edəcəm» deyib avtomobili saxlamış və gəlib onunla sohbət etmişdir.O da avtomobildən düşmüş və Səyavuşla söhbət etmişdir.Həmin vaxt onların arasında mübahisə yaranmış və Səyavuş ona soyüş soyərək vurmuş və xəsarət yetirmişdir.O da bundan əsəbləşib Səyavuş söyüş söydüyünə görə sonuncunu bıçaqla vurmuşdur. Əməlindən peşmandır,zərəçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır.Məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasın xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Azad yolun hərəkət hissəsində dayandığından o, Azaddan kesmək üçün yol istəmiş ,sonuncu ona yol verməmişdir.O da avtomobili Azadın avtomobilinin qarşısında saxlamış, Azada niyə yol vermirsən demiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ilk olaraq o, Azadı soymüş və vurmuş , sonuncuya xəsarət yetirmişdir.Daha sonra Azad onu bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Məhkəmədən Azadın onun qohumu olmasını, ona dəymiş ziyanın tam şəkildə ödəməsini ,eləcə də onunla barışmasını və mübahisənin ilk olaraq onun təşəbbüsü ilə başlanması nəzərə alınmaqla təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 02 avqust 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Miskinli kəndində yerləşən “Köç yolu” adlanan yerdən Elşən İmamverdiyevin ət dükanından ət almaq üçün gəlmişdir. Ət dükanından geri qayıdan zaman təxminən 30 metr kənarda qışqırıq səsini eşitmişdir. Qışqıran şəxsin qardaşı oğlu Səyavuşun səsinin olmasını bildikdən sonra həmin yerə gəlmişdir. Ora çatan zaman onunla eyni vaxtda Səyavuşun arvadı Sona avtomobildən düşmüş və Səyavuşun yanına gəlmişdir. O, Səyavuşun yanına çatanda sonuncunun kürəyindən qan axdığını görmüşdür.Həmin vaxt Azada məxsus «VAZ-21214» markalı **- VE-*** dövlət nömrə nişanlı avtomobil yolun kənarında, Səyavuşa məxsus «VAZ-21060» markalı **-DG-*** dövlət nömrə nişanlı avtomobil isə ondan bir qədər irəlidə dayanmışdır.X17 Allahverdiyevə “nə üçün dalaşdın” deyərək iradının bildirmiş və Azadı oradan uzaqlaşdırmışdır. Səyavuşun qan itirməsini görüb, onu Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına aparmışdır. Azadın Səyavuşu bıçaqla vurub xəsarət yetirməsini görməmişdir. Ora çatnda Azadın Səyavuşdan bir qədər kənarda olmasını, Səyavuşun isə üst-başının qan olmasını görmüşdür. Azadı orada görən zaman sonuncunun əlində bıçaq olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Miskinli kəndində yerləşən “Miskinli Malları” və “OBA” marketin qarşısındakı torpaq örtüklü kənd arası yoldur. Yolun eni 06 metr olmaqla, sağ tərəfdə yol enli, sonra sağda isə boş yer və “OBA” market yerləşir. Hadisə yerində qan və digər iş uçün əhəmiyyət kəsb edəcək sübutlara rast gəlinmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Avtomobilə baxış keçirilməsi haqqında” 02 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «VAZ 21214» markalı **-VE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən dəstəyi qara rəngdə olan və tiyəsində qanabənzər ləkələr olan 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 avqust 2022-ci il tarixli əşyanın götürülməsi barədə protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd köynəyə baxış keçirilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli əşyanın götürülməsi barədə protokoldan görünür ki, hadisə zamanı X7 əynində olmuş bir ədəd qara rəngli qısaqol köynəyə baxış keçirilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “məhkəmətibbi ekspertizasının” 04 avqust 2022-ci il tarixli 382 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər — sol göz altının qançırı, burunun və sağ göz altının sıyırıqları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 02 avqust 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakerinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir. Onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “məhkəmətibbi ekspertizasının” 18 avqust 2022-ci il tarixli 414 nömrəli rəyindən görünür ki, X7 bədən səthində aşkar edilmiş xəsarətlər — döş qəfəsinin sol tərəfinin daxilə keçən, perikardı, sol ağ ciyəri zədələyən, hemopnevmotoraksa, plevropulmonal və hemorragik şoka səbəb olan deşilmiş-kəsilmiş yaraları, deşici-kəsici əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 02 avqust 2022-ci il tarixa uyğn gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol tərəfinin daxilə keçən, perikardı, sol ağ ciyəri zədələyən hemopnevmotoraksa, plevropulmonal və hemorragik şoka səbəb olan deşilmişkəsilmiş yarası həyat çün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X5 bədən səthində aşkar edilmiş xəsarətlərin ekspertizaya təqdim olunmuş deşici-kəsici əşyanın bıçağın, eləcə də bu tip konstruksiyalı digər deşici-kəsici əşyaların təsirindən törənə bilmələri inkar edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “məhkəmətrasolofi ekspertizasının“ 26 sentyabr 2022-ci il tarixli 16/1051/1052 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab olunmur. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyşikliklər edilməmişdir. Təqdim olunan köynəyin səthində olan 03 ədəd “a”, “b”, “c” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmentin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin, təqdim edilmiş qısaqol köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını, paltar üzərindəki zədələrin yaranma müddətini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi Ekspertiza və Pataloli Anatomiya ETT Birliyinin 15 avqust 2022-ci il tarixli 414 saylı eksert rəyindən görünür ki, bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin səthində olan zədələr müqayiəs edilmiş və müəyyən edilmişdir ki, bədəndə yerləşən “döş qəfəsinin sol tərəfinin daxilə keçən, perikardı, sol ağ ciyəri zədələyən hemopnevmotoraksa, plevropulmonal və hemorragik şoka səbəb olan deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön və sol an səthinin daxilə keçməyən (02 ədəd) deşilmiş kəsilmiş yaraları” xəsarəti ilə köynəyin səthində olan zədələr yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “məhkəməpsixatriya ekspertizasının” 08 sentyabr 2022-ci il tarixli 553 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik psixi fəaliyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni analıqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik ekspertiza Mərkəzi” Publik Hüquqi şəxs tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli 500 saylı rəyindən görünür ki, l Motivləşdirici hissə, Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Gədəbəy MRX PHŞdan verilmiş arayışlar), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinədə onda bir qədər hövsələsizlik aşkar edilməsi, kəskin psixoproduktiv simptomdatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, qavrama, yaddaş, təfəkkür və intellekt pozuntuları müəyyən olunmaması, törətdiyi əmələ qarşı tənqidi münasibət bəsləməsi və s.) sübut edir. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixlatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkirmi, əgər əziyyət çəkirsə həmin xəstəlik necə adlanır? Cavab, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Sual 2. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, ӧq hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadırmı, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdurmu və hal hazırda anlaqlıdırmı? Cavab. Təqsirləndirilən şəxs müşahidə edilən xarakteriolo)i xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Sual 3. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşürmü? Cavab. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “məhkəmətibbi bioloii ekspertizasının 14 oktyabr 2022-ci il tarixli 31 saylı rəyindən görünür ki, X7 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (1) alfa, beta-dır. Bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə göstəricisi O (|) alfa, beta olduğundan X8 məxsus ola bilər. X8 məxsus bir ədəd qısaqol köynəyin üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistem üzrə qrup göstəricisi O (1) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol köynəyin üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (1) alfa, beta olduğundan X8 məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X6 götürülmüş bir ədəd qara rəngli qısa qol köynək, Təqsirləndirilən şəxs məxsus bir ədəd açıq bənövşəyi rəngli qısa qol köynək və cinayətin törədilməsində istifadə edilən bir ədəd bıçaq maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon polis şöbəsinin 20 oktyabr 2022-ci il tarixli 198-20177-1222 saylı məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində 02 avqust 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Miskinli kəndində həmin kənd sakinləri Səyavuş Quluyev ilə Təqsirləndirilən şəxs arasında yola görə yaranmış mübahisə zamanı X21 Allahverdiyevin sifət nahiyyəsinə yumruq zərbələri endirmişdir. Azad X2 vurduqdan sonra sonuncuya bıçaq zərbəsi vurmuşdur. Hadisə 1-2 dəqiqə davam etmiş, ictimai qayda pozulmamış, Səyavuş Quluyev bıçaq ilə vurulduqdan sonra ona kömək üçün arvadı Sona Quluyeva və əmisi Nemət Quluyev oraya gəlmişlər. Təqsirləndirilən şəxs Səyavuş Quluyevi bıçaq ilə vurub xəsarət yetirərkən heç kim Azada kömək etməmişdir. Hadisə yerinə yaxınlıqda yerləşən ticarət obyektlərinin müşahidə kameralarında hadisə ilə bağlı heç bir görüntü müəyyən edilməmişdir.Tərəflər arasında əvvələr hər hansı bir ədavət və düşmənçiliyin olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin məhkəməyə verdiyi ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tam şakildə ödənilmiş, onunla barışmışdır, onun Azada qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş könüllü gəlmə barədə 02 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə Gədəbəy RPŞ-nə könüllü gələrək özünü təqdim etmiş və 02 avqust 2022-ci il tarixdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 4(042)-16/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 4(042)-17/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustağlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Forma 88 üzrə axtarış 0479003AAALY nömrəli elektron sənəddən görünür ki, Təqsirləndirilən şəxs birinci dərəcəli əlil, kəskin debillik dərəcəsində olan ağır kəmağıllıq xəstəliyindən əziyyət çəkir. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddətsizdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Hazırki iş üzrə ittiham aktının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirilini böynünü alması Azərbaycan Respublikasının CM-nin 59.1.10-cu maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və cinayət nəticəsində ona dəymiş ziyanın könüllü olaraq tam ödəməsi Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsi Azərbaycan Respublikasının CM-nin 59.1.8-ci maddəsinə əsasən , Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən İ-ci dərəcəli əlil olması onun cəzasını yüngülləşdirilən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışaraq onunla razılıq əldə etmiş və cinayət hadisəsini t.rətdikdən soqnra könüllü olaraq gəlib təqsirilini böynuna almışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.4, 59.1.8, 59.1.10, 59.1.12, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz,başqa sozlə Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nin 60-cı maddəsi tətbiq edilməklə təyin ediləcək cəzanın müddəti və ya həcmi onun təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan yüngülləşdirici halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 03 avqust 2022–ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış Gədəbəy RPŞ-nin saxlancına təhvil verilmiş zərərçəkmiş şəxs Quliyev Siyavuş oğluna məxsus bir ədəd ön hissəsi göy, ağ rəngli üfuqi zolaqlı, arxa hissəsi ağ rəngli, ön hissəsi zəncirbəndli qısaqol köynək sahibinə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə isə məhv edilməli, , Təqsirləndirilən şəxs məxsus bir ədəd açıq bənövşəyi rəngli qısaqol köynək qanuni sahibinə qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. Bir ədəd bıçaq məhv edilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan Ekspertiza xərci -123,80 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-nin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Gədəbəy rayon polis şöbəsində saxlanılan maddi sübutlar- X6 götürülmüş bir ədəd qara rəngli qısa qol köynək, Təqsirləndirilən şəxs məxsus bir ədəd açıq bənövşəyi rəngli qısa qol köynək qanuni sahibinə qaytarısın, imtina etdikdə məhv edilsin. Bir ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 123,80 məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-31/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-31/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver