Məhkəmə qərarları › İş №1(100)-31/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-31/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-31/2025 17.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Müslümov Bəhruz Firizman oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X9 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və və Dövlət ittihamçısı2, ədliyyə müşaviri X22, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, müdafiəçiləri; Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi7, Müdafiəçi4, Müdafiəçi5, Müdafiəçi6 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla şübhəli şəxs kimi saxlanılanadək Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 2/3-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.5, 234.4.3 və 29,318.2-ci maddələri ilə, xx.xx.1975-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 180.2.1 və 180.2.5-ci maddələri ilə, xx.xx.1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 25-də qeydiyyatda olmaqla ünvan 94-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1997-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, C.Cabbarlı küçəsi, ev 28-də qeydiyyatda olmaqla, Bərdə şəhəri, H.Əliyev prospekti ev 4, mənzil 40-da yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddəlləri ilə, xx.xx.2003-cü il tarixdə Bərdə rayonu, Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının CM-in 228.4 və 29, 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin xeyli miqdarda əmlakını açıq yolla ələ keçirərək soyğunçuluq, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakına gizli olaraq talayaraq oğurluq, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd etmə, satış məqsədi olunadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədilə tanışları ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və Bərdə rayonu, Şirvanlı kəndində yaşayan X15 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 29 oktyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 məxsus «VAZ-21074» markalı, 20-CG921 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilə Bərdə şəhəri, Koroğlu küçəsinin yuxarı tərəfində sərnişin qismində əyləşib sürücü Zərərçəkmiş şəxs1 rayonunun Türkmən kəndi ərazisinə sürdürüb Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun sağ hissəsində Türkmən kəndi ərazisinə gedən yolun 100 metrliyində saxladıb avtomobilini əlindən alıb Ağcabədi rayon istiqamətində idarə edərək Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən 5168(beş min yüz altmış səkkiz) manat dəyərində əmlakını ələ keçirməklə soyğunçuluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən 06 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2a məxsus binanın həyətinə qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin həyətdə olan 120 (bir yüz iyirmi) manat dəyərində 1 (bir) ədəd 2(iki) ton həcmli «Türksan» markalı plastik su çənini, daha sonra binaya qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin binada olan otaqlardan 15 (on beş) manat dəyərində «Tplink» markalı modemi, 1(bir) ədədi 150 (bir yüz əlli) manat dəyərində 2 (iki) ədəd hər birinin həcmi 1,5 ton olan dəmir çənləri, 100 (bir yüz) manat dəyərində 1997-ci il Rusiya istehsalı olan soyuducunu, 1065(bir min altmış beş) manat dəyərində 500 kvadrat metr işlənmiş metaldan olan dam lisltlərini gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1600(bir min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, İran İslam Respublikasına qanunsuz yolla getmək üçün tanışı, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 yanvar 2023-cü il tarixdə saat 04 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavasının 16-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlinin başa çatdıra bilməmişdir. Bundan başqa, o, satış məqsədi olamdan məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,055 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 22 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri ünvan 5 ünvanda yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada saat 17:45 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 4(dörd) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümlərində satış məqsədi olmadan saxladığı külli miqdarda, ayrıayrılıqda təmiz çəkiləri 1,063 qram, 1,048 qram, 1,045 qram, 0,899 qram, ümumi təmiz çəkisi 4,055 qram qəhvəyi maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin xeyli miqdarda əmlakını açıq yolla ələ keçirərək soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədilə tanışları- Bərdə rayonu, Şirvanlı kəndində yaşayan X15 və ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 29 oktyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus «VAZ-21074» markalı, 20-CG921 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilə Bərdə şəhəri, Koroğlu küçəsinin yuxarı tərəfində sərnişin qismində əyləşib sürücü Zərərçəkmiş şəxs1 rayonunun Türkmən kəndi ərazisinə sürdürüb Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun sağ hissəsində Türkmən kəndi ərazisinə gedən yolun 100 metrliyində saxladıb avtomobilini əlindən alıb Ağcabədi rayon istiqamətində idarə edərək Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən 5168 (beş min yüz altmış səkkiz) manat dəyərində əmlakını ələ keçirməklə soyğunçuluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakına gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 06 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2a məxsus binanın həyətinə qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin həyətdə olan 120 (bir yüz iyirmi) manat dəyərində 1 (bir) ədəd 2(iki) ton həcmli «Türksan» markalı plastik su çənini, daha sonra binaya qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin binada olan otaqlardan 15 (on beş) manat dəyərində «Tplink» markalı modemi, 1(bir) ədədi 150 (bir yüz əlli) manat dəyərində 2 (iki) ədəd hər birinin həcmi 1,5 ton olan dəmir çənləri, 100 (bir yüz) manat dəyərində 1997-ci il Rusiya istehsalı olan soyuducunu, 1065(bir min altmış beş) manat dəyərində 500 kvadrat metr işlənmiş metaldan olan dam lisltlərini gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1600(bir min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakına gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 06 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2a məxsus binanın həyətinə qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin həyətdə olan 120 (bir yüz iyirmi) manat dəyərində 1 (bir) ədəd 2(iki) ton həcmli «Türksan» markalı plastik su çənini, daha sonra binaya qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin binada olan otaqlardan 15 (on beş) manat dəyərində «Tplink» markalı modemi, 1(bir) ədədi 150 (bir yüz əlli) manat dəyərində 2 (iki) ədəd hər birinin həcmi 1,5 ton olan dəmir çənləri, 100 (bir yüz) manat dəyərində 1997-ci il Rusiya istehsalı olan soyuducunu, 1065(bir min altmış beş) manat dəyərində 500 kvadrat metr işlənmiş metaldan olan dam lisltlərini gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1600(bir min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs6 qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirmiş, 11 yanvar 2023-cü il tarixdə saat 04 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavasının 16-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavasına gətirilib həmin gün saat 05:15 radələrində üzərinə şəxsi axtarış keçirilərkən üzərindən bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı götürülmüşdür. Bundan başqa, o, İran İslam Respublikasına qanunsuz yolla getmək üçün tanışı, Azərbaycan Respublikası vətəndaşı, ünvan 7-də Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 yanvar 2023-cü il tarixdə saat 04 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavasının 16-cı sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlinin başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.5, 234.4.3 və 29,318.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onlar avtomobil idarə etmək istəmiş və həmin avtomobili götürərək sürmüşlər. Avtomobili sürdükdən sonra qaytarmaq üçün həmin yerə gəlmişlər. Lakin həmin vaxt avtomobilin sahibi orada olmamışdır. Bundan sonra onlar avtomobili həmin yerə qoyaraq oradan uzaqlaşmışlar. Dada sonra onlara polis əməkdaşları yaxınlaşmışlar. Həmin vaxt onlar içkili olmuşlar. Onların avtomobili oğurlamaq və satmaq niyyətləri olmamışdır. Daha sonra o telefon və kompyuter oğurlamışdır. Sərhəd pozuntusu ilə bağlı onları yalandan aldadıb aparmışlar. CM-in 234.4.3-cü maddəsi ilə bildirir ki, həmin vaxt o az yaşlı olmuşdur. Onun 16 yaşı olmuşdur. Həmin narkotik vasitə onun cibinə qoyulmuşdur. Ona cəzası yüngül olacağı deyilmişdir. O məhkəməyə aparılan zaman məhkəmə onu həbsdən azad etmişdir. Polis əməkdaşları ona “biz sənin əlindən bezmişik” demişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, “o, xeyli müddətir narkotik vasitədən istifadə edir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xırdalan şəhərində yaşayan xalasıgilə qonaq getmişdir. Orada olarkən “İnstagram” sosial şəbəkəsində özünə məxsus profilinin mesaj bölməsinə “İran patı-kola” adlı profildən mesaj gəlməsini görmüşdür. Həmin şəxs ona “gəl iş görək” yazmışdır. O, nə iş görəcəyini soruşduqda, həmin şəxs ona İran İslam Respublikasından narkotik vasitə göndərəcəyini, onun isə həmin narkotikləri satacağı barədə məlumat vermişdir. İlk öncə həmin şəxsə pulunun olmadığını bildirərək təklifdən imtina etmişdir. Bir neçə gün sonra həmin profilə özü yazaraq iş görmək istədiyini, pulunun olmasını və narkotik vasitə olan heroin istəmişdir. Həmin şəxs özünü ona Şəhriyar adı ilə təqdim edib xatırlamadığı bank hesab nömrəsini vermişdir. O, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xırdalan şəhərində yerləşən “Ruzi” marketdə olan ödəmə terminalından həmin şəxsin verdiyi hesab nömrəsinə 250 manat pul göndərmişdir. Şəhriyar adlı şəxs “İnstagram” sosial şəbəkəsində ona kordinat göndərərək Bakı şəhəri Nizami rayonu 8-ci kilometr ərazisində “maşın bazarı”nın yaxınlığında yolun kənarında dəqiq xatırlamadığı plakatın altında ağ rəngdə sellofanın içərisində 4 ədəd yaşıl rəngli sellofanda heroin olması barədə məlumat vermişdir. O, da həmin narkotiki oradan götürüb, əynində olan gödəkçənin cibinə qoyaraq xx.xx.2023-cü il tarixdə saat 12:45-də yaşadığı Bərdə şəhərinə geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ilə piyada hərəkət edən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları qanunsuz olaraq narkotik vasitənin üzərində saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu bildirdikdən sonra birlikdə Bərdə RPŞ-yə gəlmişlər. Şöbədə üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağı barədə məlumat verilmişdir. Buna görə də ona müdafiəçi siyahısı təqdim edildikdən sonra müdafiəçi gəlmişdir. O, şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində saxladığı 4 ədəd sellofan bükümdə olan maddə heroini təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilərək qablaşdırılıb möhürlənmiş, üzəri imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra şəxsi axtarış başa çatdığından videoçəkiliş dayandırılmış, tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. O, üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitəni şəxsi istifadəsindən ötrü üzərində saxlamışdır. Heç kimə narkotik vasitə satmamış və niyyəti olmamışdır. Belə ki, o, xeyli müddətdir narkotik vasitə olan heroindən istifadə edir. Şəhriyar adlı şəxsi “İnstagram” sosial şəbəkəsindən tanımış, həmin şəxsi zahiri olaraq görməmişdir. Bərdə RPŞ-nə gətirildikdən sonra polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya mənəvi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Elbrus onun yanına gəlmiş və o, Elbrus ilə bazar istiqamətinə getmişdir. Bundan sonra Elbrus orada olan bir avtomobilə əyləşmiş onlar da Elbrus il birgə avtomobilə əyləşmişlər. Həmin vaxt onlar Pünhan kənd istiqamətində hərəkətdə olmuşlar. Bundan sonra Elburs avtomobilin sahibini avtomobildən düşürmüşdür. O həmin şəxsi tanımamışdır. Bundan sonra maşın idarə olunmuş və 2-3 saat sonra avtomobil sürülüb həmin yerə gətirilmişdir. Həmçinin əlavə ifadəsində bildirmişdir ki, o bir ədəd kapron çəndən başqa heç bir şey oğurlamamışdır. Onlar sərxoş olduğundan 1 dənə kapron çən götürmüşlər. Əməlindən peşimandır. Hər 3 nəfər şəxs bir yerdə olmuşlar. Başqa yazılanlardan onların xəbərləri yoxdur. Həmin çən 50 manata satılmışdır. Həmin 50 manat puldan 5 manat taksi pulu digər məbləği isə adam başına 15 manatdan bölünmüşdür. Onlar tutulan zaman həmin kapron çən polis bölməsinə təhvil verilmişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, “ünvan 1 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər ailəli olub rəsmi boşanmış, 2 böyük yaşlı uşaqları anasının himayəsindədir, buna görə aliment vermir. Belə ki, işləmədiyi üçün verə bilmir. Əvvəllər bir neçə dəfə ilk olaraq oğurluq etdiyinə görə tutulmuş, dava-dalaş etdiyinə görə CM-nin 221.3-cü maddəsi ilə, daha sonra dələduzluq etdiyinə görə, sonuncu dəfə də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunmuş, cəzasını çəkib qurtarmışdır. Bərdə rayonu, Şirvanlı kənd sakini Təqsirləndirilən şəxs3 təxminən bir il olar ki, tanıyır, Bərdə şəhər sakini Təqsirləndirilən şəxs1 təxminən 2-3 olar ki, Bərdə şəhəri, Saray deyilən yerdə görüb tanış olmuş, tanışlığı təsadüfən yaranmış, parkda, mağazada görüb tanış olmuşdur, Seyfəlin atası Mürvəti əvvəllər tanımışdır. 29 oktyabr 2022-ci il tarixdə günorta saatlarında o, Elbrusla görüşdükdən sonra bir şüşə araq alıb parkın ərazisində həmin arağı içmişlər. Parkdan yola tərəf çıxanda Seyfəl ilə rastlaşmışlar. Həmin vaxt Elbrus birlikdə gedib bir avtomobili göütürüb sürmək təklifini etmişdir. O, da Seyfəl ilə razılaşdıqdan sonra birlikdə Bərdə şəhəri, Koroğlu küçəsinin yuxarı tərəfində yaşlı bir kişinin «VAZ-21074» minik markalı, **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yanında dayanıb taksi kimi müştəri gözlədiyini görmüşlər. Həmin vaxt onlar yaxınlaşdıqdan sonra Elbrus Bəxtiyar ilə birlikdə arxa sərnişin hissədə, Seyfəl isə ön sərnişin hissədə əyləşmişdir. Bundan sonra Elbrus taksi sürücüsünə Bərdə şəhəri ərazisində yerləşən 4 nömrəli məktəb tərəfə hərəkət etməsini bildirdikdən sonra yolda olarkən Elbrus yalandan əlinə mobil telefonunu alıb guya kiminləsə danışar kimi özünü göstərib, guya danışdığı şəxs məktəb tərəfdə deyil, Türkmən kəndi tərəfdədir. Buna görə də Bərdə rayonu, Türkmən kəndi istiqamətinə doğru hərəkət etməsini demişdir. Belə ki, Elbrusun fikri taksi sürücüsünü rayondan kənara çıxarıb avtomobili əlindən almaq olmuşdur. Onlar birlikdə o cür edib sürücünü Türkmən kəndinə aparmışlar. Kəndin ərazisində yerləşən əkin sahlərində tanımadığı şəxslər olduğu üçün kanal istiqamətinə doğru hərəkət etməsini demişlər. Belə ki, Elbrus yenidən telefonu qulağına tutub kanal tərəfə gəlməsini demişdir. Orada dayanan zaman Seyfəl yerə düşüb kələmlikdən bir kələm qopardıb geriyə çönüb ondan bıçaq olub-olmadığını soruşduqda Elbrus dəstəyi qara şirmayi rəngdə olan cib bıçağını Seyfələ vermişdir. Seyfəl də avtomobil gedə-gedə kələmin üzünü soyub ortasını yemişdir. Elbrus isə kələmin hələ yetişmədiyini dediyi üçün Seyfəl kələmi atmışdır. Onlar birlikdə Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna çatmağa təxminən 100 metr qalmış dayanmışlar. İlk əvvəl Elbrus avtomobildən düşüb yalandan telefonla danışa-danışa bir az kənarlaşmışdır. Elbrus da onun arxasınca gəlib dayanmış, Seyfəl isə avtomobilə yaxın durmuş, sürücü də sükanın arxasından yerə düşüb sol qabaq yan tərəfində ayaqüstə dayanıb onları gözləmişdir. Elbrus geri qayıdıb həmin tanımadığı sürücünü əli ilə yavaşca kənara itələyib artıq avtomobilin onun olmadığını bildirdikdən sonra sükanın arxasında əyləşmişdir. Həmin vaxt o, və Seyfəl ilə avtomobilə əyləşdikdən sonra dərhal oradan uzaqlaşıb Ağcabədi rayonu istiqamətinə doğru hərəkət etmişdir. Bir müddətdən sonra avtomobili Xaçınçayın yanına, Ağcabədi yazılan yerə sürmüşdür. Avtomobilin yanacağı az qaldığı üçün yaxınlıqda yerləşən ferma istiqamətinə doğru hərəkət etmişdir. Orada olan zaman radara düşməmək üçün Seyfələ avtomobilin nömrəsini açmağı dediyi üçün Seyfəli də nömrəni açıb avtomobilin alın şüşəsinə keçirmişdir. Həmin vaxt orada Elbrus çobana yaxınlaşıb yolda yanacaq qutardığı üçün pullarının olmadığını bildirib 5-10 manat pul istəmişdir. Tanımadığı şəxs isə Elbrusa 5 manat pul verdikdən sonra oradan çıxıb həmin pulunu üzərinə cibində olan 1 manat pulu qoyub avtomobilə 6 manat dəyərində yanacaq tökmüşdür. Orada isə Ağcabədi istiqamətinə tərəf getmişlər, lakin yolda yol polisi avtomobilini görüb geri Bərdə rayonu istiqamətinə getmişlər. Yolda Seyfəl ilə o, arxada olan səsgücləndiricələri və maqnitofonu sökmək istəyərkən Elbrus buna imkan verməmişdir. Həmin vaxt avtomobilin mühərrik remeni sındığı üçün qızdırmışdır. Buna görə də o, Seyfəl ilə birlikdə maşının su qabları ilə kanaldan su gətirib maşına tökmüşlər. Maşının yük yerindən o, bir ədəd baş geyimini götürüb başı üşüdüyü üçün başına qoymuşdur. Elbrus da yük yerindən bir qara rəngli gödəkçə götürüb əyninə geyinmişdir. Onlar birlikdə oradan yola tərəf çıxıb Ağcabədi rayonunun tanımadığı kəndində avtomobil ustasının yanına gedib avtomobilin mühərrik remini işlənmiş remənlə dəyişdirib oradan Bərdə rayon istiqamətində hərəkətdə olmuşlar. X30 rayonu, Mirzalıbəyli kanalının üstündə düşürdükdən sonra polis əməkdaşları tərəfindən tutulmamaq üçün Bərdə rayonu, Ərəblər kəndi ərazisində olan zaman avtomobil hərəkət etmədiyi üçün avtomobili kanalın kənarında saxladıqdan sonra avtomobilin dam hissəsinə ağac budaqlarının qırıntılarını birlikdə tökmüşlər. Belə ki, avtomobil görsənməsin deyə o cür etmişlər. Oradan isə piyada Bərdə şəhərinə tərəf gəldikdən sonra məcburi köçkünlərin məskunlaşdığı binaya tərəf gedərək orada ona Tərtər rayonuna gedəcəyini bildirib ayrılmışdır. Bundan sonra o, yaşadığı evə getmişdir. Sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək özünü 177.2.1-ci maddə ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq edən zaman çən götürülmüşdür. Hadisə eynən Coşqun danışdığı kimi olmuşdur. 3 nəfər olmuşlar. Çən satıldıqdan sonra öz aralarında adam başına 15 manat pul bölmüşlər. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs5 istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, “ünvan 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Belə ki, Bərdə şəhərində yerləşən “Mətin Gold” şadlıq sarayında ofisiant kimi çalışır. Təqsirləndirilən şəxs4 və Seyfəl adlı şəxsləri uzun müddətdir ki, tanıyır. 27 dekabr 2022-ci il tarixdə onun yaşadığı evin yaxınlığında yerləşən “qocalar evi” adlanan, məcburi köçkünlərin yaşadığı yaşayış mənzilində yanğın baş vermişdir. Bina yandıqdan bir neçə gün sonra Təqsirləndirilən şəxs4 ona və Seyfələ yanğın baş vermiş binadan oğurluq etmək təklifini etmişdir. Onun pula ehtiyacı olduğu üçün birlikdə oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, Coşqun və Seyfəl ilə birlikdə yanan binanın həyətinə gedərək binanın çölündən “Türksan” markalı kapron çəni götürüb küçəyə qoyub sonra binanın içərisindəki otaqlardan 1 ədəd vifi modem aparatını, 1 ədəd köhnə soyuducunu, 2 ədəd dəmir çənləri, miqdarını xatırlamadığı dam listlərini oğurlamışlar. İlk öncə Ağdam rayonu istiqamətində hərəkətdə olan əvvəllər tanımadıqları taksiyə yaxınlaşmışlar. Həmin vaxt Coşqun ona və Seyfələ həmin kapron çəni “Qızıltac” şadlıq sarayının yaxınlığında yaşayan Vüsal adlı şəxsə 50 manata satacağını demişdir. Onlar razılaşdıqdan sonra ağ rəngli “VAZ-2106” markalı avtomobilə yükləyib Bərdə şəhəri ərazisində yerləşən «Qızıltac» şadlıq sarayının yanına getmişlər. Orada Vüsal adlı şəxsə həmin çəni 50 manata satmışlar. Coşqun taksiyə verdiyi yol haqqı olaraq 5 manat pulu çıxdıqdan sonra qalıq 45 manat pulu aralarında bölmüşlər. Bundan sonra yerdə qalan əşyaları satmaq qərarına gəlmişlər. Həmin vaxt oradan keçən tanımadıqları avtomobili saxladıb həmin əşyaları satdıqlarını bildirmişlər. Söhbət əsnasında 200 manat pula razılaşıb həmin oğurladıqları əşyaları satmışlar. Həmin şəxsə əşyaların şəxsi əşyalarının olduğunu sadəcə bina yandığı üçün ucuz satdıqlarını bildirmişlər. Həmin pulu da aralarında böldükdən sonra oradan uzaqlaşıb getmişlər. O, əvvəllər oğurluq etməmiş, etdiyi əməldən peşmandır.”” Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü 29,318.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o həmin bıçağı Heydər Əliyev adına olan parkdan tapmışdır. O ifadəsində qeyd etmişdir. O həmin bıçağı heyvandan müdafiə məqsədi ilə üzərində saxlamışdır. Onlar Fizuli rayonuna getmiş və orada olan zaman yerlərin olması ilə bağlı qarşı tərəfə xəritələrini göndərmişlər. Həmin vaxt onlara kəndin içərisinə daxil olmaları bildirilmişdir. Onlar isə kəndin içinə daxil olmuş və nəticədə onların yolları çəpərdə dayanmışdır. Bundan sonra onlar tutulmuşlar. Onlar tutulan zaman, onlara “biz dediklərimizi yazın sizi buraxacayıq” deyilmişdir. Onlar isə nə deyilmişsə elədə yazmışlar. Onlar sərhəd pozuntusu etməmişlər. Onların instagram sosial şəbəkə vasitəsi ilə danışdıqları insan onları evinə qonaq çağırmışdır. O həmin vaxt Seyfəl ilə birgə olmuşdur. Onlar kəndsə olan zaman onlara “qabaqdan kişi gəlir gəlin o tərəfə” deyilmişdir. Silah onun üzərində olmuşdur. Silahın növü bıçaq olmuşdur. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs6 istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, “Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır. Təxminən 20 gün bundan əvvəl sosial şəbəkədə «İnstagram»da tanış olduğu adını Vaqif kimi tanıdığı İran İslam Respublikası vətəndaşı narkotik vasitə təşkil edə biləcəyini ona demiş, lakin o, ilk öncə razı olmasa da 3 gün sonra nömrəsini xatırlamadığı “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlyaraq İran İslam Respublikası ərazisinə gəlməyini və müəyyən qədər narkotik vasitə verəcəyini, geriyə Azərbaycan Respublikası istiqamətinə keçirəcəyini demişdir. Narkotik vasitəni keçirəcəyi müqabilində Təqsirləndirilən şəxs1la ona hər birinə ayrılıqda keçirəcəyi narkotik vasitənin kiloqramına 500 (beş yüz) manat pul verəcəyini bildirmişdir. Vaqif adlı şəxs ona gedəcəyi yerin ünvanını mobil telfonundakı “whatsapp” proqramı vasitəsi ilə “Google Maps” üzərində mobil telefonuna göndərmişdir. O, Təqsirləndirilən şəxs1la birlikdə Bərdə rayonundan nömrəsini xatırlamadığı boz rəngli “Mersedes” markalı taksi fəaliyyəti göstərən avtomobilə əyləşərək saat 18 radələrində Beyləqan rayonuna getmişlər. O, Seyfəl ilə birlikdə Beyləqan rayonunda başqa tanımadığı qara rəngli “Hyundaı” markalı taksi fəaliyyəti göstərən avtomobilə əyləşərək saat 19 radələrində Böyük Bəhmənli ərazisinə getmişlər. Gecəni Seyfəl ilə birlikdə ərazidə gəzərək Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozaraq qanunsuz keçmək üçün uyğun yer axtarmışlar. Bir müddət ərazini müşahidə etdikdən sonra dövlət sərhədini pozaraq İran İslam Respublikası ərazisinə keçmək qərarına gəlmişlər. Belə ki, məqsədləri Vaqif adlı şəxsin ona söz verdiyi narkotik vasitəni götürüb Azərbaycan Respublikası istiqamətinə qanunsuz yolla gətirmək olmuşdur. Birlikdə sürünərək AR-İİR istiqamətində hərəkətə başlamışlar. Təxminən 20-25 metr məsafə sürünərək yol qət etdikdən 1 neçə dəqiqədən sonra sərhəd naryadları tərəfindən «dayan» komandası verilərək saxlanılmışlar. Saxlanıldıqdan sonra onlar sərhəd zastavasına gətirilmişlər. O, əvvəllər sərhədi pozmamışdır. 11 yanvar 2023-cü il tarixdə inzibati qaydada saxlanılan zaman üzərinizə şəxsi axtarış keçirilərkən, bir ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Həmin bıçağı üzərində götürmüşdür ki, İran İslam Respublikası istiqamətində gedəcəyini bildiyi üçün evdən çıxarkən üzərində götürmüşdür. Belə ki, həmin istiqamətə gedərkən vəhşi heyvanların qarşısına çıxacağından etiyat edib özünü müdafiə etmək üçün götürmüşdür. O, saxlanılan zaman nə də ki saxlanıldıqdan sonra ona qarşı heç bir fiziki, psixoloji təzyiq edilməmişdir.”” Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o müştəri gözləyən zaman həmin şəxslər gəlmiş və onun avtomobilinə əyləşimşlər. Həmin vaxt ona 4 nömrə adı ilə Türkmən kəndinə, ordanda otuz ikilər kəndinə çıxışlar vardır. O həmin kəndə 1 metr qalmış avtomobili saxlamışdır. Həmin vaxt avtomobildə olan şəxslər öz aralarında danışmışlar. Bundan sonra o avtomobildən düşmüş və həmin şəxslərə “siz nə edirsiz düşüsüz yoxsa qalırsız” demişdir. Bu sözlərdən sonra Elbrus onu əl ilə itələmişdir. Həmin vaxt o özünü saxlamış və yıxılmamışdır. Həmin vaxt avtomobilin açarı avtmobildə olmuşdur. Bundan sonra həmin şəxslər avtomobil sürüb oradan uzaqlaşmışlar. Ona hər hansı bir başqa hücum olmamışdır. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirlən şəxslərə barışmışdır. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o zərərçəkmişdir, lakin həmin zərəri bağışlamışdır. Onun obyektində oğurluq olmuşdur. Belə ki, həmin yerdə çənlər və dəmirlər olmuşdur. Arıtq 3 il müddət keçmişdir. Binanın üstündən metal çənlər, binanın içindən müxtəlif avadanlıqar və quraşdırılmış plastik çənin nasosları oğurlanmışdır. Bu hadisə isə bina yandıqdan sonra baş vermişdir. Həmn dövrlərə qədər o həmn şəxslərə onun obyektinə yaxınlaşmamalarını və orada olan hər hansı bir şeyin götürülməməsi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həmin vaxt polis mayoru Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Məlumat şəxsin narkotik vasitələri üzərində gəzdirilməsi ilə bağlı olmuşdur. Bundan sonra onlar Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsinə gəlmişlər. Həmin vaxt Seyfəl adlı şəxs orada olmuşdur. Onlar Seyfəl adlı şəxsi Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt Seyfəl müdafiəçi ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən Seyfəlin üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Seyfəl üzərində olan qara rəngli göndəkcəsini sağ yan cibindən 04 ədəd bükümdə olan narkotik vasitə, qara rəngli Nokia markalı telefon və sim kart aşkar edilmişdir. Baxış keçirilən zaman heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin vaxt Seyfəl instaqram sosial şəbəkə vasitəsi ilə Şəhriyar adlı şəxsdən almasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o yalnız Təqsirləndirilən şəxs1 tanıyır. xx.xx.2023-cü il tarixdə, Bərdə Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələrin daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü Bərdə Rayon Polis Şöbəsinin CAB-in sabiq baş əməliyyat müvəkkili Şahid1 və narkotiklərin mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Budan sonra Təqsirləndirilən şəxs1 saat 16:50 radələrində Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində saxlanılmış və Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Bərdə Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs1 müdafiəçi təyin edilmişdir. Bundan sonra video çəklişdən istifadə etməklə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərində olan qara rəngli gödəkcənin sağ yan cibində 04 büküm bükülü təqdim etmişdir. Həmin kütlələri Bakı şəhərində olan zaman avtomobil bazarının yanında əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən o, Coşqun adlı şəxsi tanıyır. Coşqun onun köhnə qonşusudur. O, Coşqundan köhnə kapron çəni 50 manat müqbilində almışdır. Ona sonradan məlum olmuşdur ki, çən oğurlanmışdır. Bərdə Rayon Polis şöbəsinin əməkdaşları Şaiq və Ramin onun yanına gəlmiş o izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Qalib onun qohumudur. Həmin vaxt Qabil ona zəng etmiş və onun binasında yanğın olmasını bildirmişdir. Qalib ona binada oğurluq olmasın deyə ona həmin binaya nəzarət etməsini demişdir. Həmin vaxt Qalib Bakıda olmasını bildirmişdir. O həmin yerə gəlmiş və orada olan adamların çoxlarını tanımamışdır. O orada olan zaman orada olan şəxslər qırıq və yanmış taxta dəmir toplamışlar. O həmin vaxt orada olan şəxslərə binanın sahibinin onun qohumu olmasını başqa şeylərə dəyməməsini bildirmiş, oğurluq etməyin demişdir. Orada olan şəxslərdən bir neçəsi onunla razılaşmışdır. O orada olan zaman orada olan şəxslərdən bir-iki nəfər onunla kobud danışmışdır. Sonra ona bir nəfər şəxs binanın digər tərəfdə olan qapının qırılmasını və nəsə aparılmasını bildirmişdir. O ora gələn zaman qapısının qırıq olmasını görmüşdür. O həmin şəxslərdən bir nəfər olan Çoşqunu tanımışdır. O sonradan məlum olmuşdur ki, Coşqun onun kirvəsi ilə qardaşdır. O həmin vaxt Coşqunla mehriban danışmış və Coşquna ”get evinə kiməsə qoşulub nəsə etmə” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 04:20 radələrində 2 nəfər şəxsinin mühəndis çəpərinə yaxınlaşaraq mühəndis çəpərinin qaldırmaları və keçmələri müşahidə olunmuşdur. Bundan sonra o, dərhal zastava rəisinə məlumat verilmişdir. Bundan sonra ərazidə 2 nəfərin axtarışı həyata keçirilmişdir. Həmin şəxslərdən birinin adı Seyfəl və onun yanında bir nəfər şəxs olmuşdur. Seyfəl adlı şəxsin 17 yaşı olmuşdur. Üzərlərinə baxış keçirilən zaman 1 ədəd bıçaq və smarfon tipli telefon aşkar olunmuşdur. 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə rayon məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 yanvar 2023-cü il tarixdən hesablanmışdır. 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 31 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə rayon məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmışdır. 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 31 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 02 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanın valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 11 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 13 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. 13 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 12 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs6 11 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 12 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs6 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ağ rəngli «VAZ-21074» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qaçırıldığı yerə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun sağ tərəfində Bərdə rayonu, Türkmən kəndinə gedən yolun təxminən 100 metrliyindən avtomobilinin qaçırıldığını bildirmişdir. Baxış keçirmə zamanı hadisə yerinin bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, hadisə yerindən sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilib götürülməmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ağ rəngli «VAZ-21074» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin aşkar edildiyi yerə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin olduğu yer Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun sağ hissəsi Bərdə rayonu, Ərəblər kəndinin ərazisindən keçən kiçik kanalın üst hissəsində müəyyən edilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 qeyd olunan avtomobilin ona məxsus olduğunu bildirmişdir. Avtomobilin ətraf hissələrinə baxış keçirilən zaman digər əşya aşkar edilməmiş, avtomobilin arxa nömrə dövlət qeydiyyat nişanının qara boya ilə boyanması, həmçinin avtomobilin qabaq buferin ətraf hissələrinin qara boya ilə boyanması, avtomobilin üst hissəsində ağac yarpaqlarının olması müəyyən edilmişdir. Avtomobilin salon hissəsinə baxış keçirilərkən mühərrik açarın üərində olması, salon hissədə bəzi dağıntıların olması, balon boyası qutularının olması, avtomobilin cihaz qutusunun üzərində həmin avtomobilin qeydiyyat şəhadətnaməsinin olması, bardaçok hissədə Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin olması müəyyən edilmişdir. Salon hissədə 2 (iki) ədəd səsgücləndiricinin olmaması müəyyən edildikdən sonra Zərərçəkmiş şəxs1 avtomobilin yük yerindən ona məxsus alt dəst paltarının, bir ədəd qara rəngli qolsuz gödəkçəsinin və 1 (bir) ədəd baş geyiminin oğurlanmasını bildirmişdir. Avtomobilin mühhərikxanasına baxış keçirilən zaman mühərrik remeninin yerindən çıxması, mühərriki işə saldıqda mühərrikin işə düşməməsi, mühərrikxanada bəzi hissələrin zədələnməsi, avtomobilin sol arxa qanad hissəsnin batıq formada zədələnməsi məlum olmuşdur. Avtomobilə baxış keçirilərkən Bərdə RPŞ-nin inspektor-kriminalist tərəfindən avtomobilin sol qabaq qapı pəncərəsi, sükan ətrafı boyandığından və avtomobilin digər yerlərindən əl-barmaq izləri müəyyən edilərək götürülmüşdür. Baxış keçirilər zamanı hadisə yerinin bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixli ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək X15 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus ağ rəngli «VAZ- 21074» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Mingəçevir- Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu, Türkmən kəndinə gedən yoldan qaçırdıqları yeri və Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu, Ərəblər kəndi istiqamətinə doğru getdiklərini göstərmişdir. Onun ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək X15 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus ağ rəngli «VAZ-21074» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu, Türkmən kəndinə gedən yoldan qaçırdıqları yeri və Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu, Ərəblər kəndi istiqamətinə doğru getdiklərini göstərmişdir. Onun ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8784 nömrəli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktı məlumatlarına əsasən, 2000-ci il buraxılışlı, «VAZ-21074» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin oktyabr ayına təmir-bərpa xərci təxminən 668,0 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti 398,0 manat; təmir-bərpa işlərinin qiyməti 270,0 manat. Respublikada yerləşən avtobazalarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda və fotoşəkillərdə göstərilən 2000-ci il buraxılışlı, «VAZ-21074» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 4500,0 manat müəyyən olunur. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 9 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 özünə məxsus «Qocalar evi» adlanan 3 mərtəbəli binanın sol hissəsindən sintetik maddədən hazırlanmış, zavod istehsalı olan 2 ton həcmli plastik su çəninin oğurlandığı yeri göstərmişdir. Baxış keçirilən zaman hadisə yerinin bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, hadisə yerindən sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilib götürülməmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 10 ünvanda yaşayan iş üzrə Şahid4 yaşadığı 2 mərtəbəli fərdi yaşayış evinin sağ tərəfində yerləşən yardımçı tikilinin arxa tərəfində 1 (bir) ədəd ağ rəngli üzərində «Türksan» yazısı olan plastik su çəninin olması aşkar edilmişdir. Baxış keçirilən zaman Şahid4 həmin çəni 50 manata Coşqun adlı şəxsdən aldığını bildirmişdir. Baxış keçirilən zaman hadisə yerinin bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixli ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək tanışları Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 ilə birlikdə zərərçəkmiş şəxs X7 məxsus ünvan 9 ünvanda yerləşən «Qocalar evi» adlanan 3 mərtəbəli binadan 2 ton həcmli plastik su çəninin oğurladıqları yeri göstərmişdir. Onun ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs5 xx.xx.2023-cü il tarixli ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs5 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə zərərçəkmiş şəxs X7 məxsus ünvan 9 ünvanda yerləşən «Qocalar evi» adlanan 3 mərtəbəli binadan 2 ton həcmli plastik su çəninin oğurladıqları yeri göstərmişdir. Onun ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, 03 mart 2023-cü il tarixli, 9/783 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspretiza təyini haqqında qərarda göstərilən 03 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 435,00 manat, 02 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, divarının qalınlığı və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. № Adı və markalanma göstəricələri Miqdarı Bir ədədinin Ümumi qiyməti qiyməti (manatla) 1 «Tiplin» markalı modem 1 15 15 2 1997-ci il Rusiya istehsalı olan soyuducu 1 - 0 3 2 ədəd hər birinin həcmi 1,5 ton olan dəmir 2 150 300 çənlər 4 1 ədəd 2 ton həcmli «Türksan» markalı 1 120 120 plastik su çəni 5 500 kvadrat metr işlənmiş metaldan olan 500 m2 - 0 dam listlər Cəmi: 435,00 Əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Seyfəl, Coşqun və Elvin adlı şəxslərin xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri qocalar evindən oğrladıqları əşyaları apardıqları taksi kimi avtomobili və həmin avtomobilin sürücüsünü, həmçinin, oğurluq yolu ilə əşyaları əldə edib satdıqları şəxsi müəyyən etmək istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin şəxsi heyət üzrə şöbənin baş zabiti kapitan X4 xx.xx.2023-cü il tarixli, şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs6 üzərindən 1 (bir) ədəd markası məlum olmayan smartfon tipli mobil telefon, 5 (beş) manat pul, 2 (iki) ədəd 2 qəpik pul və 1 (bir) ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin şəxsi heyət üzrə şöbənin baş zabiti kapitan X4 xx.xx.2023-cü il tarixli, hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokolundan görünür ki, baxış keçirilən yer Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 4-cü sərhəd komendantlığın 18-ci sərhəd zastavasının 16-cı sahəsidir. Ərazi sıx kolluqdan ibarətdir. Hadisə yeri Azərbaycan Respublikası Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşir, 53 nömrəli sərhəd nişanından 250 metr sağ, dövlət sərhəd xəttindən 700 metr aralı, mühəndis çəpərindən 50 metr içəri kolluq ərazidir. Baxış zamanı Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs1 əlləri ilə göstərərək məqsədləri həmin yerdən Azərbaycan Respublikasının İran İslam Respublikası istiqamətinə keçərək İran İslan Respublikasından narkotik vasitələri qaçaq yolla Azərbaycan Respublikasına gətirmək olmuşdur. Baxış zamanı ərazidə sərhəd pozuçularına məxsus nəzarət iz zolağında sürünmə izləri aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, 08 fevral 2023-cü il tarixli, 3/118 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Bıçağın üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. 22 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 22 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 üzərindən ümumi çəkisi 4,75 qram olan narkotik vasitə heroinə bənzər kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. 23 yanvar 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskin içərisində 15 dəqiqə 24 saniyə müddətində davam edən videogörüntülərdə 22 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən baş vermiş proseslər öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 16/117 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1..” sözləri və imzalar olan kağız paketi açdıqda içərisində, 4 (dörd) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,063 qram, 1,048 qram, 1,045 qram, 0,899 qram, ümumi təmiz çəkisi 4,055 qram qəhvəyi maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyndirlər. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlər”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-ci il tarixli, 607 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən su-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 «İnstagram» sosial şəbəkə vasitəsi ilə tanış olduğu Şəhriyar adlı şəxsin şəxsiyyətini və yerini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə və ya onun prekursorlarını hər hansı şəxs və ya şəxslərə satması əməliyyat yolu ilə müəyyən edilməmişdir. “Bərdə rayon Mərkəzi Xəstəxanası” X24 xx.xx.2022-ci il tarixli, 1208 və 1102 nömrəli tibbi arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə RMX-nın poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. “Bərdə rayon Mərkəzi Xəstəxanası” X24 xx.xx.2022-ci il tarixli, 1207 və 1101 nömrəli tibbi arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə RMX-nın poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. “Bərdə rayon Mərkəzi Xəstəxanası” X24 xx.xx.2022-ci il tarixli, 1100 nömrəli tibbi arayışından görünür ki, X2 RMX-nın poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. “Bərdə rayon Mərkəzi Xəstəxanası” X24 xx.xx.2022-ci il tarixli, 1206 nömrəli tibbi arayışından görünür ki, X2 RMX-nın poliklinikasının narkoloji kabinetində xx.xx.2014-cü ildən dispanser qeydiyyatındadır. (heroin narkomaniyası) Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-ci il tarixli, 31 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 ünvan 12 ünvanda həyat yoldaşı xx.xx.1998-ci il təvəllüdlü X10, 2018-ci il təvəllüdlü oğlu X16 və 2022-ci il təvəllüdlü qızı X12 ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-ci il tarixli, 32 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 13 ünvanında həyat yoldaşı xx.xx.1996-ci il təvəllüdlü X5, anası xx.xx.1959-cu il təvəllüdlü X6 ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Bərdə rayon İcra Hakmiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-ci il tarixli, 1038 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs6 Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-ci il tarixli, 292 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 2/3-də yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-ci il tarixli, 294 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, S.Zöhrabəyov küçəsi, ev 9-da yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs6 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan və hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128 və 69.3-cü maddələrinə əsasən 04 ay 06 gün azadlığı məhdudlaşdırıması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bərdə rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 02 ay 03 gün azadlığın məhkum edilmə cəzası ilə əvəz edilərək xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş və götürülmüş hesab edilmişdir. “Sübutların qiymətləndirlməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 4(dörd) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 1,013 qram, 0,998 qram, 0,995 qram, 0,849 qram, ümumi təmiz çəkisi 3,855 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 (bir) ədəd soyuq silah hesab edilən ov bıçağı, 01 (bir) ədəd 2 ton həcmli «Türksan» markalı plastik su çəni iş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, şəxsi axtarış və götürmə, hadisə yerinə baxış keçirilməsi, ifadələrin yerində yoxlanılması, şəxsi axtarış, fiziki şəxsdə olan şeylərin yoxlama və sənədlərin götürülməsi haqqında protokolları, istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən fotoşəkillər və 01 ədəd “DVD” disklər 02 may 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. İş üzrə «VAZ-21074» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1, 01 (bir) ədəd 2 ton həcmli «Türksan» markalı plastik su çəni iş üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxs X11 təhvil verilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarxli 1(100)-82/2024 qərarından görünür ki, Təqsirləndirilən şəxs4 “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs5 “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs6 barələrində axtarış elan edilmiş, barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırmdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs6 xx.xx.2024-cü il tarixdə Bərdə rayonu ərazisində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 xx.xx.2024-cü il tarixdə Bərdə rayonu ərazisində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2024-cü il tarixdə Bərdə rayonu ərazisində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdirlər. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizələrdən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə barışmışlar, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxslərlə ilə barışmışlar, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2025-ci il tarxli 1(100)-31/2025 qərarından görünür ki, Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsi və 43.3-1-ci maddələrinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.5, 234.1-1 və 29,318.2-ci maddələri ilə nəzərədə tutulan cinayətlərin, Təqsirləndirilən şəxs2 əməlində isə Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.5-ci maddəsində nəzərdə tutulan cinayətin, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə nəzərədə tutulan cinayətin, Təqsirləndirilən şəxs4 əməllərində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərədə tutulan cinayətin, Təqsirləndirilən şəxs5 əməllərində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərədə tutulan cinayətin, Təqsirləndirilən şəxs6 əməllərində Azərbaycan Respublikasının CM-nin 228.4 və 29,318.2-ci maddələri ilə nəzərədə tutulan cinayətlərin tərkibi vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin xeyli miqdarda əmlakını açıq yolla ələ keçirərək soyğunçuluq, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakına gizli olaraq talayaraq oğurluq, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd etmə, satış məqsədi olamdan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlama cinayət əməllərini törətməsi, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin xeyli miqdarda əmlakını açıq yolla ələ keçirərək soyğunçuluq cinayət əməlini törətməsi, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakına gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətməsi, Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakına gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətməsi, Təqsirləndirilən şəxs6 qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirməsi, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd etmə cinayət əməllərini törətməsi məhəkəmə isintaqı zamanı öz təsdiqini tapdığından, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.5, 234.1-1-ci və 29,318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə, X8 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının CM-nin 228.4 və 29,318.2 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 isə qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.5, 234.1-1 və 29,318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının CM-nin 29,318.2 maddələri ilə təqsirli bilinərək, onlara cəza təyin olunmalıdır. Məhkəmə kollegiası hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.5, 234.1-1 və 29,318.2ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə təqsirləndirilən şəxslərin islah olunmasına və cəzanın məqsədlərinə nail olmaq olar Cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi cinayət təqibini istisna etdiyi üçün, həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs6 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməməlidir. Həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heronin əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə heronin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs1 kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də istintaq zamanı da təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satış məqsədi ilə üzərində saxlaması və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 6,534 qram təmiz çəkidə narkotik vasitə heroinin aldığı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 əməlinin külli miqdarda, yəni təmiz çəkisi 4,055 qram qəhvəyi maddələr, kustar üsulla hazırlanmış narkotik vasitəheroinin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan subutlar olmadığından, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs1 4,055 qram qəhvəyi maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitə heronini satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda yalnız narkotik maddənini çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə olan halda Təqsirləndirilən şəxs1 əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs1 əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heronin əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə heronin qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin Məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə heronin qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri,istintaq hərəkəti protokolları, videoçəkiliş və məhkəmədə araşdırılmış işin digər materialları ilə sübuta yetirilmişdir. Məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış va tədqiqata sərf edildikdan sonra qalıq çakisi 4,055 qram qəhvəyi maddələr, kustar üsulla hazırlanmış narkotik heroinin qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə cəzası 10 (on) ildən artıq olmayan müddətə təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olaraq törətməsi, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlandıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlandıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlandıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 (iki) azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlandıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 münasibətdə Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.5-ci maddələri ilə təyin ediləcək cəza həmin maddələrin sanksiyasının yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 münasibətdə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təyin ediləcək cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən həmin cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs6 münasibətdə Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə cəza təyin edilərkən nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaldır. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 22 yanvar 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 26 yanvar 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs6 həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldıqları müddət onlara təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından onun 31 oktyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il, 11 yanvar 2023-ci il tarixdən 12 yanvar 2023-ci il tarixədək bu iş üzrə dörd gün, Təqsirləndirilən şəxs2 31 oktyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixdək bu iş üzrə iki gün, Təqsirləndirilən şəxs4 11 yanvar 2023-cü il tarixdən və 13 yanvar 2023-cü il tarixdək bu iş üzrə iki gün Təqsirləndirilən şəxs5 11 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixdək bu iş üzrə iki gün Təqsirləndirilən şəxs6 11 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixdək bu iş üzrə iki gün saxlandığı müddət onlara təyin edilmiş cəzadan üzərindən çıxılaraq onlara qəti olaraq cəzası təyin edilməlidir. İş üzrə maddi sübutlar: Bərdə rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 4(dörd) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 1,013 qram, 0,998 qram, 0,995 qram, 0,849 qram, ümumi təmiz çəkisi 3,855 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməldir. Narkotik vasitənin məhv edilməsi Bərdə RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. İş üzrə maddi sübut Bərdə rayon Polis şöbəsində saxlanılan 01 (bir) ədəd soyuq silah hesab edilən ov bıçağı məhv edilməldir. İş üzrə maddi sübutlar «VAZ-21074» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınıraq Zərərçəkmiş şəxs1, 01 (bir) ədəd 2 ton həcmli «Türksan» markalı plastik su çəni iş üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxs X11 qaytarılmaları nəzrər alınmaldır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 196,40 (yüz doxsan altı manat qırx qəpik) manat təşkil təqsirləndirlən şəxslərdən müştərək qaydada alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia yoxdur. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.5, 234.1-1 və 29,318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, 180.2.1, 180.2.5-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1- 1-ci maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29,318.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 31 oktyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il, tarixdən 11 yanvar 2023-ci il tarixdən 12 yanvar 2023-ci il tarixədək bu iş üzrə dörd gün şübhəli şəxs kimi saxlandığı müddət, ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 22 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 180.2.1 və 180.2.5-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

4. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 11 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixədək bu iş üzrə iki gün şübhəli şəxs kimi saxlandığı müddət, ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu xx.xx.2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

5. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 11 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixədək bu iş üzrə iki gün şübhəli şəxs kimi saxlandığı müddət, ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs5 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu xx.xx.2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona CM-nin 228.4-cü maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 29,318.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 11 yanvar 2023-ci il tarixdən 12 yanvar 2023-ci il tarixədək bu iş üzrə iki gün şübhəli şəxs kimi saxlandığı müddət, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs6 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Bərdə rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 4(dörd) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 1,013 qram, 0,998 qram, 0,995 qram, 0,849 qram, ümumi təmiz çəkisi 3,855 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut Bərdə rayon Polis şöbəsində saxlanılan 01 (bir) ədəd soyuq silah hesab edilən ov bıçağı məhv edilsin. İş üzrə maddi sübutlar «VAZ-21074» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınıraq Zərərçəkmiş şəxs1, 01 (bir) ədəd 2 ton həcmli «Türksan» markalı plastik su çəni iş üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxs X11 qaytarılmaları nəzrər alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 196,40 (yüz doxsan altı manat qırx qəpik) manat təşkil təqsirləndirlən şəxslərdən müştərək qaydada alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar