Məhkəmə qərarları › İş №1(100)-310/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-310/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-310/2021 17.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan, 19.05.2021-ci il tarixdə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 04 iyun 2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin hakimi Taleh Musayevin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində istixananın içərisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda 61 (altmış bir) ədəd, şəxsi istehlakı üçün gələcəkdə qurudub istifadə etmək məqsədi ilə narkotik tərkibli çətənə (kannabis) bitkilərini torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 17 may 2021-ci il tarixdə, saat 10 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin evin həyətyanı sahəsində yerləşən istixanadan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 61 (altmış bir) ədəd çətənə(kannabis) bitkisinin kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamış, psixi xəstəliklər keçirməmiş, rəsmi olaraq heç bir yerdə işləmir. O, həyatyanı sahəsində olan istixanada tərəvəz bitkiləri əkib becərərək ailəsinin dolanışığını təmin edir. Təxminən 3-4 ildir ki, narkotik vasitə qəbul edir. Narkotik vasitəni əsasən yabanı halda bitən bitkilərdən toplayaraq qəbul etmişdir. Təxminən 2020-ci ilin oktyabr ayının ortalarında yaşadıqları kəndin kənarından keçən su kanalının kənarında yabanı halda bitən çətənə kolları olmasını görmüş, həmin bitki quruduğundan yararlı hissələri olmamışdır. Lakin üzərində toxumları olduğundan o, həmin toxumları toplayaraq gələcəkdə əkmək üçün saxlamışdır. 2021-ci ilin mart ayının 1-də əldə etdiyi toxumları həyatyanı sahədə olan istixananın içərisində əkmişdir. Toxumları nə ədər olmasını saymamışdır. Həmin toxumlar bitdikdən sonra həmin bitkiləri böyüdüb inkişaf etməsi üçün xüsusi qulluq edib diblərini yumşaldıb su vermişdir. Bitkilərdən cəmi 61 ədədi bitib inkişaf etmişdir. 16 may 2021-ci il tarixdə axşam saatlarında o, 30 ədəd bitkini şitilərini kökündən çıxardaraq evdə olan tövlənin içərisinə quruması üçün sərmişdir. 17 may 2021-ci il tarixdə saat 10:45 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində yaşadığı evdə olan zaman polis əməkdaşlarının gəlməsini görmüşdür. Polis əməkdaşları ona narkotik tərkibli bitkiləri əkib becərməkdə şübhəli olduğunu bildirib yaşadığı evə baxış keçirəcəyini bildirmişdir. O, da baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Polis əməkdaşları ondan həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-əkmədiyini soruşduqda o, polis əməkdaşlarına həyətdə olan istixanada çətənə kolları əkdiyini deyib kolları polis əməkdaşlarına təqdim etmişdir. Çətənə kollarına alim aqronomun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı 31 ədəd çətənə kolları torpaqdan çıxarılmış və boyları ölçülmüşdür. Çətənə kolları ölçülən zaman boyları 50 sm-dən 255 sm-dək təşkil etmişdir. Aşkar edilmiş çətənə kolları torbaya qoyularaq qablaşdırılmışdır. O, da imza çəkmişdir. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə, psixotrop maddə onların prekursorlarının, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşmuşlar. O, da polislərə yaşadığı evdə olan tövlədə istixanadan çıxardaraq qurudub şəxsi istifadəsi üçün saxladığı çətənə kollarının olmasını bildirmişdir. Polis əməkdaşları onun iştirakı ilə tövləyə baxış keçirmişlər. O, tövlədə olan çətənə kollarını təqdim etmişdir. Onların boyları ölçülən zaman 40 sm-dən 145 sm-dək olan 30 ədəd çətənə kolları aşkar edilmişdir. Həmin çətənə kolları ekspertiza üçün qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra istixanada və tövlədə aşkar edilmiş çətənə kollarına bənzər kütlələr tərəzi ilə ölçülmüşdür. İstixanadan aşkar edilmiş çətənə kollarına bənzər kütlələr 7940 qram və 8740 qram, tövlədən aşkar edilmiş çətənə kollarına bənzər kütələr isə 5410 qram təşkil etmişdir. Daha sonra yaşadığı evə baxış keçirilmiş, lakin yaşadığı evdən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmişdir. O, da tərtib edilmiş protokola imza çəkmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla münasibəti, ədavəti, yaxud düşmənçiliyi olmamışdır. Şəmkir RPŞ-nin Kür polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 may 2021-ci il tarixdə tərəfindən Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evində narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat daxil olmuşdur. Bu barədə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra şöbə rəhbərliyinin göstərişi ilə həmin tarixdə saat təxminən 11 radələrində Şəmkir RPŞ-nin Kür polis bölməsinin İTB-nin sahə rəisi polis baş leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kür polis bölməsinin polis nəfəri, polis serjantı X8, Şəmkir RPŞ-nin Kür polis bölməsinin polis nəfəri, polis serjantı Şahid4, Şəmkir RPŞ-nin Kür polis bölməsinin polis nəfəri, polis serjantı Şahid3, KTQ-nın baş inspektoru Sərxan Məmmədov və X16 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmək üçün getmişlər. Baxış keçirmək üçün mütəxəssis aqronom dəvət edildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Təqsirləndirilən şəxs oğlunun həyətinə daxil olmuşlar. Onlar Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu izah edərək ona bu səbəbdən həyətyanı sahəsinə təxirəsalınmaz qərar əsasında baxış keçirilməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirməyə başlamışlar. Həyətyanı sahəyə baxış keçirilərkən həyətyanı sahədə olan istixanada boyları 50 sm-dən 255 sm-dək, ümumi çəkisi 14850 qram olan 31 ədəd əkilib-beçərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, həmçinin həyətdə olan tövlədən isə boyları 50 sm-dən 145 sm-dək, ümumi çəkisi 3750 qram olan 30 ədəd torpaqdan çıxarılmış vəziyyətdə olan narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Həmin bitkilərin diblərinin torpağı boşaldılmış, suvarılmış, aqrotexniki qaydada quluq edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və özü qəbul etmək üçün əkdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını bildirmişdir. Həyətyanı sahənin başqa yerlərinə baxış keçirilərkən şübhəli heç bir şey aşkar olunmamışdır. Həmin bitkiləri kökündən çıxarılıb qablaşdırılmış, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. X16 tərəfindən həyətyanı sahəyə baxış və onun nəticələrinə dair protokol yazılmış o, da həmin protokola imza etmişdir. Daha sonra polis şöbəsində Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç nə aşkar olunmamış, bu barədə təqrtib olunmuş protokolla tanış olduqdan sonra imzalarla təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahidlər X5 və X6 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, X8 və X9 ibtidai istintaq orqanına verdiyi ifadələrində işin halları ilə bağlı Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 may 2021-ci il tarixli Şəmkir RPŞ-nin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 raportundan görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərinin əkib-becərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 may 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində istixananın içərisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda 61 (altmış bir) ədəd, şəxsi istehlakı üçün gələcəkdə qurudub istifadə etmək məqsədi ilə narkotik tərkibli çətənə (kannabis) bitkilərini torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 17 may 2021-ci il tarixdə, saat 10 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin evin həyətyanı sahəsində yerləşən istixanadan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 61 (altmış bir) ədəd çətənə(kannabis) bitkisinin kolları aşkar edilərək götürülmüşdür. 17.05.2021-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs evinin həyətində olan istixanadan 31 ədəd həmçinin həyətdə olan tövlədən aşkar edilmiş 30 ədəd torpaqdan çıxarılmış vəziyyətdə aşkar olunaraq götürülmüş boyları 50 sm-dən 255 sm-dək olan 30 ədəd həmçinin 50 sm-dən 145 sm-də narkotik tərkibli çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülməsinə dair baxış keçirilməsi haqqında protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 may 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 may 2021-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 17.05.2021-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 17 may 2021-ci il tarixli 16/466 nömrəli rəyində göstərilmişdir ki, - “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövlədən aşkar edilmiş çətənə kolları” sözləri yazılmış 1 ədəd kisə bağlamada, ümumi sayı 30 (otuz) ədəd ümumi çəkisi – 3750 qram olan bitki nümumələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş hər birinin üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan istilikxanadan aşkar edilmiş çətənə kolları” sözləri və imzalar olan, 2 (iki) ədəd kisə bağlamada, ümumi sayı 31 (otuz bir) ədəd, ümumi təmiz çəkisi -14850 qram olan bitki nümumələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə ( kannabis) bitkiləridir. Aqronomun ( mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş 31 (otuz bir) ədəd çətənə kollarına aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri xarici əlamətlərinə və təkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 4(076)-59/2021 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 17 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Xəstəxanasının 20 may 2021-ci il tarixli 644 saylı arayışından görünür ki, Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 4(076)-70/2021 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizası təyin edilmiş və 20 may 2021-ci il tarixli, 566 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ambulator məhkəmə-psixiatrik ekspertizasının 08.06.2021-ci il tarixli 292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəailiyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O hal-hazırda heç bir xroniki xəstəlik, psixi xəstəlik fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəmkir MRX konsultativ poliklinikasından verilmiş 20.05.2021-ci il tarixli 644 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda yüngül emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz və acıqlı olması, tez qıcıqlaması və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, psixiatriya müəssələrində qeydiyyatda durmaması (Şəmkir MRX konsultativ poliklinikasından verilmiş 20.05.2021-ci il tarixli 644 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq narkotik vasitəni özünün istifadəsi üçün əkibbecərdiyini bildirməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq narkotik vasitəni özününün istifadəsi üçün əkib-becərdiyini bildirməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixioproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanması, onda müşahidə edilən emosiya pozğunluğunun ( ekspertiza zamanı onda olan yüngül emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz və acıqlı olması, tez qıcıqlanması və s.) az ifadəli olması əsas verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Qaracəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18.05.2021-ci il tarixli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi aşağıdakı kimidir: 01.04.1997-ci il təvəllüdlü arvadı X3, 27.07.2014-cü il təvəllüdlü oğlu X12 və 26.03.2021-ci il təvəllüdlü qızı X13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Qaracəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20.05.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Qaracəmirli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, döğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 27.07.2014-cü il təvəllüdlü X1 Nicat Ələsgər oğlunun oğlu, 26.03.2021-ci il təvəllüdlü qızı X2 Nicat Ələsgər oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.08.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan həyətdə olan istixanadan aşkar olunaraq götürülmüş 61 ədəd çətənə (kannabis) bitkisi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş, 17.05.2021-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs oğlunun evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuş, 17.05.2021-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»in Siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və həmin bitkilərin 15 ədədindən yuxarı sayda kultivasiya edilməsi küllü miqdar hesab edilir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməldən peşmançılıq keçirməsini, himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizası təyin edilmiş və 20 may 2021-ci il tarixli, 566 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 17.05.2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istifadəsində olan həyətdə olan istixanadan aşkar olunaraq götürülmüş 61 ədəd çətənə (kannabis) bitkisi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş, 17.05.2021ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs oğlunun evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuş, 17.05.2021-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Şəmkir rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olan həyətdə olan istixanadan aşkar olunaraq götürülmüş 61 ədəd çətənə (kannabis) bitkisi məhv edilməli, 17.05.2021-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs oğlunun evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunması, 17.05.2021-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Haqqında seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Şəmkir rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olan həyətdə olan istixanadan aşkar olunaraq götürülmüş 61 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. 17.05.2021-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs oğlunun evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunması, 17.05.2021-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunması nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar