Məhkəmə qərarları › İş №1(100)-311/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-311/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-311/2021 21.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X5 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 28 avqust 1966-cı ildə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağır Cinayətlərə Dair İşlər Üzrə AR Məhkəməsinin 03.02.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində qeydiyyatda olan və faktiki yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel-may aylarında, dəqiq məlum olmayan tarixdə, qohumu Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayan Şahid6 həyətyanı torpaq səhəsində ümumi çəkisi 1 kiloqram 140 qram olan 649 (altı yüz qırx doqquz) ədəd, həmin həyətyanı torpaq sahəsi ilə bitişik olmaqla arasında heç bir sərhədi olmayan özünə məxsus həyətyanı torpaq sahəsində isə ümumi çəkisi 5 kiloqram 800 qram olan 531 (beş yüz otuz bir) ədəd, cəmi çəkisi 6 kiloqram 940 qram olan 1.180 (bir min yüz səksən) ədəd, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib diblərini alaq otlarından təmizləyib, sulayıb, torpağını şumlayıb yumşaltmaqla aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, həmin tərkibində narkotik maddələr olan 6 kiloqram 940 qram olan 1.180 (bir min yüz səksən) ədəd, yəni külli miqdarda çətənə (kannabis) bitkiləri, 20 may 2021-ci il tarixdə saat 11 radələrində, Tovuz rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumu Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayan Şahid6 ilə onun özünün yaşadığı Tovuz rayonu, Yuxarı Öysüzlü kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Yuxarı-Öysüzlü kəndində yaşayır, heç bir yerdə işləmir. O, Ağır Cinayətlərə Dair İşlər Üzrə AR Məhkəməsinin 03.02.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 08.09.2020-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. O, narkotik vasitə aludəçisidir və uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul edir. 19 may 2021-ci il tarixdə, saat 20 radələrində o, öz yaşadığı evdə yatan vaxt polis əməkdaşları onun yaşadığı evə gəlib ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitki olan marixuana əkib becərməyində şübhələndiklərini buna görə də onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. O, onlara etiraz etməmiş, polis əməkdaşları ona həyətyanı torpaq sahəsində qanunla qadağan edilmiş bitkilərin olubolmadığını soruşmuşlar və o, onlara həyətyanı torpaq sahəsində qanunla qadağan edilmiş narkotik tərkibli bitkinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun öz razılığı ilə həyətyanı torpaq sahəsinə baxış keçirmiş, baxış zamanı ona məxsus olan həyətyanı torpaq sahəsinin əkin üçün istifadə edilən kartof əkdiyi hissəsində narkotik tərkibli çətənə bitkilərinin əkilib becərildiyini aşkar etmişlər. Polis əməkdaşlarının həmin çətənə bitkilərini aşkar etdiklərini görüb o, dərhal özü etiraf edib, həmin narkotik tərkibli çətənə bitkiləri həyətlərindəki kartof sahəsindən yabanı halda bitdiyini bildirmişdir. O, onların narkotik tərkibli bitkilər olduğunu bildiyi üçün həmin çətənə bitkilərinə qulluq edib onların dibinə su vermiş, onlara qulluq etmiş ki, yetişəndən sonra özü qurudub istifadə edər. Həmin çətənə bitkilərinə polis əməkdaşları və baxışda iştirak edən aqronom mütəxəssis tərəfindən baxış keçirilmiş, sayılmış və cəmi 531 ədəd, 16 kiloqram çətənə kolları aşkar edilərək götürülmüşdür. Baxış zamanı videçəkiliş aparılmışdır. Bundan sonra onu Tovuz RPŞ-nə dəfət etmişlər, Tovuz RPŞ-də söhbət zamanı o, onun məhləsinə bitişik məhlədə qohumu Şahid6 həyətyanı torpaq sahəsində yabanı halda bitmiş çətənə bitkilərinədə o qulluq göstərib onların dibini suladığını bildirmişdir. O, bunu bildirəndən sonra 20 may 2021-ci il tarixdə saat 11:00 da polis əməkdaşları tərəfindən onun və müdafiəçisi Süleyman Əliyevin iştirakı ilə qonşuları Tovuz rayonu, Yuxarı-Öysüzlü kənd sakini Şahid6 yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Şahid6 məxsus həyətyanı torpaq sahəsində yabanı halda bitmiş onun özünün qulluq edib becərdiyi narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilər onun, müdafiəçinin və digər iştirakçıların iştirakları ilə sayılmış, cəmi 649 kol müəyyən edilib götürülmüşdür. Baxış zamanı videçəkiliş aparılmışdır. Qonşusu və qohumu Şahid6 həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə bitkilərinə o qulluq edib becərmişdir, onlara su vermişdir ki, böyüsünlər Şahid6 həmin bitkilərin narkotik tərkibli bitkilər olmasından xəbəri olmamış, o, bu barədə ona bildirməmişdir. Ona demişdir ki, həmin narkotik bitkilər olan yeri biçməsin həmin yeri o özü biçəcək. O, həmin bitkiləri becərib onlara qulluq etməkdə məqsədi, onları yığıb qurudub özü istifadə etmək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, hal hazırda Tovuz DAİM-də bitki sektorunun müdiri vəzifəsində vəzifəsində işləyir. Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində yaşayan Təqsirləndirilən şəxs o əvvəllər tanımamışdır. 19 may 2021-ci il tarixdə Tovuz RPŞ-dən daxil olmuş məktubla əlaqədar olaraq 19 may 2021-ci il tarixdə saat 20 radələrində PŞ-nin əməkdaşları ilə birlikdə Tovuz rayonu, Yuxarı- Öysüzlü kəndinə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evində müəyyən edib özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını və həyətyanı sahəsində narkotik vasitə əkib becərməsində ondan şübhələndiklərini bildirmişlər. Təqsirləndirilən şəxs əvvəlcə öz həyətyanı torpaq sahəsində heç bir narkotik vasitə əkib becərmədiyini bildirmiş, bundan sonra təhqiqatçı X6 Qasımova yaşadığı evin həyətyanı torpaq sahəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarı oxuyub ona elan etmiş və onun həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və Təqsirləndirilən şəxs yaşadığı evini ətrafında yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində 0,05 hektar həyətyanı torpaq sahəsində əkilib becərilməsi qanunla qadağan edilmiş müxtəlif ölçülərdə cəmi 531 ədəd yaşıl rəngli ilkin baxışdan narkotik vasitə olan Çətənə-Kannabis bitkilərinə oxşar kəskin iyili, yaşıl rəngli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü etiraf edib həmin narkotik vasitə olan “Kannabis” bitkisini o həyətyanı torpaq sahəsində kartof əkdiyi sahədə bitdiyini, o özü istifadə etmək üçün həmin bitkilərə özü qulluq edərək yetişdirdiyini bildirmişdir. O, həmin narkotik vasitə olan “Kannabis” bitkilərini qulluq edib yetişəndən sonra yığıb qurudub özü istifadə edəcəkdir. Aşkar edilmiş cəmi 531 ədəd bitki nümunələrinə həmin vaxt tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, aşkar edilmiş 531 ədəd bitkilərin hamısına aqrotexniki qaydada qulluq göstərilmişdir. O, bu barədə rəy tərtib edib təhqiqatçı Elmar Rüstəmova təqdim etmişdir. Bundan sonra aşkar edilmiş bitkilər qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin torbanın ağzı möhürlənmiş və götürülmüşdür. Həmin vaxt bu barədə videoçəkiliş aparılmışdır. Bundan sonra 20 may 2021-ci il tarixdə saat 11-00 da CAB-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs iştirakı ilə qonşuları Tovuz rayonu, Yuxarı-Öysüzlü kənd sakini Şahid6 yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Şahid6 məxsus həyətyanı torpaq sahəsində cəmi 649 ədəd narkotik tərkibli çətənə bitkilərinin kolları aşkar edilmişdir. Şahid6 məxsus yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilmiş cəmi 649 ədəd bitki nümunələrinə onun tərəfindən baxış keçirilmiş və aşkar edilmiş 649 ədəd bitkilərin hamısına aqrotexniki qaydada qulluq göstərilərək becərildiyi müəyyən olunmuşdur. O, bu barədə rəy tərtib edərək təhqiqatçı Elmar Rüstəmova təqdim etmiş, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkilərinə o, su verərək becərib onlara qulluq göstərdiyini, Şahid6 həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasından xəbəri olmadığını bildirmişdir. Həmin bitkilər Təqsirləndirilən şəxs, müdafiəçisi Süleyman Əliyevin, onun və digər iştirakçıların iştirakları ilə sayılmış və cəmi 649 kol müəyyən edilmişdir. Həmin kollar qablaşdırılmış və götürülmüşdür. Həmin baxış zamanı videçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, qonşusu və qohumu Şahid6 həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə bitkilərinə o qulluq edib becərmişdir, onlara su vermişdir ki, böyüsünlər Şahid6 həmin bitkilərin narkotik tərkibli bitkilər olmasından xəbəri olmamış, o, bu barədə ona bildirməmişdir. Ona demişdir ki, həmin narkotik bitkilər olan yeri biçməsin həmin yeri özü biçəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, o hal hazırda Tovuz rayonu, Yuxarı-Öysüzlü kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, müxtəlif yerlərdə fəhləlik etməklə dolanır. Tovuz rayonu Yuxarı-Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Şahvələd onun əri Şahid8 ögey əmisi oğludur. Onun məhləsi ilə onların məhləsi sərhəddir, məhlələrinin arasında setka yoxdur,onunla onların məhlələrinin arasından su qajı keçir, məhlələrin sərhəddini həmin su qajı ayırır. 20 may 2021-ci il tarixdə saat 11 radələrində polis əməkdaşları onların həyətinə gəlmişlər. Onlar ona bildirmişlər ki, Təqsirləndirilən şəxs onların məhləsində əkilib becərilməsi qanunla qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib becərib onlara qulluq edib. O, polis əməkdaşlarına bildirmişdir ki, onun bu barədə heç bir məlumatı yoxdur. Polis əməkdaşları onun yaşadığı Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirmişlər o etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs, vəkilinin və onun iştirakı ilə onun yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı ona məxsus həyətyanı torpaq sahəsindən Təqsirləndirilən şəxs məhləsi ilə onların məhləsinin sərhəddindən polis əməkdaşları 649 ədəd müxtəlif ölçülərdə narkotik tərkibli çətənə bitkilərinin kollarını aşkar etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, o özü həmin narkotik tərkibli çətənə bitkilərinə su verərək onlara qulluq göstərmişdir, onun həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasından xəbəri olmamışdır. Həmin vaxt ona məlum olmuşdur ki, polis əməkdaşları 19 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məhləsindən onların məhləsinin sərhəddindən narkotik tərkibli çətənə bitkiləri aşkar etmişlər. Onu da əlavə etmişdir ki, həmin hadisədən 1-2 ay əvvəl o öz məhlələrinə kartof əkən vaxt Təqsirləndirilən şəxs ona demişdir ki,arxın kənarlarını təmizləyirsənmi, o da demişdir hə buradakı alaları yolub yerinə kartof basıracaq. O, da ona demişdir ki, qajın ətrafındakı alaq otlarını yolmasın özü biçəcək, o da onunla razılaşmışdır. Bundan sonra o həmin qajın yaxınlığına yəni Şahvələdlə məhlələrinin sərhəddinə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid6 verdiyi ifadəsinə oxşar ifadə verərək ifadəsini özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o hal hazırda Tovuz RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu, Yuxarı- Öysüzlü kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs Tovuz rayonu, Yuxarı-Öysüzlü kəndindəki yaşayış evinin həyətyanı torpaq sahəsində əkilib becərilməsi və kultivasiya edilməsi qanunla qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə-kannabis bitkiləri əkib becərməsi barədə ona məlumatlar daxil olmuş, buna görə 19 may 2021-ci il tarixdə o, şöbə rəisinə məruzə edərək Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsi üçün raportla müraciət etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və həmin qərar rəis tərəfindən təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərək qanuni tədbir görülməsi rəis tərəfindən şöbənin təhqiqat bölməsinin təhqiqatçısı Elmar Rüstəmova həvalə olunmuşdur. Bununla əlaqədar olaraq 19 may 2021-ci il tarixdə saat 20 radələrində PŞ-nin digər əməkdaşları birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, onu yaşadığı evdə müəyyən edib ona özlərini təqdim edərək polis əməkdaşları və ona həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkibbecərməsində ondan şübhələndiklərini bildirmişlər. Təqsirləndirilən şəxs onlara həyətyanı sahəsində heç bir narkotik vasitə əkib becərmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı X6 Qasımova yaşadığı evin həyətyanı torpaq sahəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarı oxuyub elan etmiş və ona həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bununla bağlı etirazının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə Tovuz RPŞ-nin rəisinə ərizə yazdıqdan sonra onlar polis əməkdaşlarının, aqronom-mütəxəssis Şahid5, Yuxarı-Öysüzlü kənd İƏD üzrə nümayəndəsinin müavini Şahid7 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evinin ətrafında yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində 0,05 hektar həyətyanı torpaq sahəsində əkilib becərilməsi qanunla qadağan edilmiş müxtəlif ölçülərdə cəmi 531 ədəd yaşıl rəngli ilkin baxışdan narkotik vasitə olan çətənə-kannabis bitkilərinə oxşar kəskin iyili, yaşıl rəngli kütlələr aşkar edilmişdir. Həmin bitkilərin kök hissəsinə baxış keçirdikdə məlum olmuşdur ki, həmin bitkilərin dibi əkilərək onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü etiraf edib həmin narkotik vasitə olan “Kannabis” bitkisi onun həyətyanı torpaq sahəsində kartof əkdiyi sahədə bitdiyini bildirmişdir. O, özü istifadə etmək üçün həmin bitkilərə özü qulluq edərək yetişdirmişdir ki, yetişəndən sonra yığıb qurudub özü istifadə etsin. Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilmiş cəmi 531 ədəd bitki nümunələrinə həmin vaxt onlarla birlikdə baxışda iştirak edən aqronom-mütəxəssis Şahid5 tərəfindən baxış keçirilmiş və aşkar edilmiş 531 ədəd bitkilərin hamısına aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər Təqsirləndirilən şəxs və baxışda iştirak edən iştirakçıların iştirakı ilə bir ədəd sarı rəngli polietilen torbaya qoyulub ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və onların iştirakı ilə elektron tərəzidə çəkilmişdir, torba ilə birlikdə ümumi çəkisi 16 kq olmuş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmışdır. Tovuz RPŞ-də söhbət zamanı Təqsirləndirilən şəxs onun məhləsinə bitişik məhlədə qohumu Şahid6 həyətyanı torpaq sahəsində yabanı halda bitmiş çətənə bitkilərinə də o, qulluq göstərib onların dibini suladığını bildirmişdir. O, bunu bildirəndən sonra 20 may 2021-ci il tarixdə, saat 11:00-da polis əməkdaşları, aqronom-mütəxəssis Şahid5, Tovuz rayonu Yuxarı-Öysüzlü kənd İƏD üzrə nümayəndəsinin müavini Şahid7 və Təqsirləndirilən şəxs, müdafiəçinin iştirakı ilə qonşuları Tovuz rayonu, Yuxarı-Öysüzlü kənd sakini Şahid6 yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Şahid6 məxsus həyətyanı torpaq sahəsində müxtəlif ölçülərdə cəmi 649 ədəd narkotik tərkibli çətənə bitkilərinin kolları aşkar edilmişdir. Şahid6 məxsus yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilmiş cəmi 649 ədəd bitki nümunələrinə həmin vaxt onlarla birlikdə baxışda iştirak edən aqronom-mütəxəssis Şahid5 tərəfindən baxış keçirilmiş və aşkar edilmiş 649 ədəd bitkilərin hamısına aqrotexniki qaydada qulluq göstərildiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkilərinə o özü su verərək becərib onlara qulluq göstərdiyini, Şahid6 həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasından xəbəri olmadığını bildirmişdir. Həmin bitkilər Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakları ilə sayılmış cəmi 649 kol müəyyən edilmişdir. Həmin kollar polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə iki ədəd böyük ağ və sarı rəngli torbaya qoyulub qablaşdırılmışdır və götürülmüşdür. Həmin baxış zamanı videçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs qonşusu və qohumu Şahid6 həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə bitkilərinə o özü qulluq edib becərdiyini, böyüməsi üçün onlara su verdiyini, Şahid6 həmin bitkilərin narkotik tərkibli bitkilər olmasından xəbəri olmadığını və o bu barədə ona heç nə bildirmədiyini bildirmişdir. O, Şahid6 həmin yeri biçməməsini, həmin yeri o özü biçəcəyini demişdir. Təqsirləndirilən şəxs özünün deməsinə görə həmin bitkiləri becərib onlara qulluq etməkdə məqsədi onları yığıb qurudub özü istifadə etmək olmuşdur. Təqsirləndirilən şəxs narkotik maddə satması barədə onda məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1, Şahid4, Şahid7 Şahid3 verdiyi ifadəsinə oxşar ifadələr verərək ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 19 may 2021-ci il tarixli “baxış və götürmə aparılması barədə” protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən torpaq sahəsindən 531 ədəd narkotik vasitə olan “Çətənə-Kannabis” bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 20 may 2021-ci il tarixli “baxış və götürmə aparılması barədə” protokoldan və diskdən görünür ki, Şahid6 məxsus Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən torpaq sahəsindən cəmi 649 ədəd narkotik vasitə olan “Çətənə-Kannabis” bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tovuz X8 Mərkəzinin 20 may 2021-ci il tarixli, 55 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə aşkar edilib götürülmüş 531 (beş yüz otuz bir) ədəd ştil nümunələri (əkilib-becərilməsi) kiltivasiya edilməsi qanunla qadağan olunmuş, tərkibində narotik maddələr olan, aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kannabis bitkiləridir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tovuz X8 Mərkəzinin 20 may 2021-ci il tarixli, 56 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə aşkar edilib götürülmüş 649 (altı yüz qırx doqquz) ədəd ştil nümunələri (əkilib-becərilməsi) kiltivasiya edilməsi qanunla qadağan olunmuş, tərkibində narotik maddələr olan, aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kannabis bitkiləridir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X4 Bölməsinin 20 may 2021-ci il tarixli, 16/479 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar edilib götürülmüş kağız paketdəki ümumi sayı 531 (beş yüz otuz bir) ədəd ümumi təmiz çəkisi 5800 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli-çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X4 bölməsinin 20 may 2021-ci il tarixli, 16/478 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Şahid6 evinin həyətyanı sahəsindən aşkar edilmiş vət. Təqsirləndirilən şəxs məxsus narkotik tərkibli çətənə (kannabis) bitkisinə oxşar bitki nümunələri adlar və imzalar olan kağız paketdəki, ümumi sayı 649 (altı yüz qırx doqquz) ədəd ümumi təmiz çəkisi 11400 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli-çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 16 avqust 2021-ci il tarixli, 950 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserinin 06 avqust 2021-ci il tarixli, 439 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xakarteroloji xüsusiyyətlərə (şəxsiyyətin tək tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CMnin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli müalicə xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hal hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi Poliklinika Şöbəsinin 13 avqust 2021-ci il tarixli, 1102 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasının narkoloji və ruhi əsəb kabinetlərində qeydiyyatda dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Tovuz rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarından görünür ki, “Əməliyyataxtarış fəaliyyətini həyata keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20 avqust 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı 531 ədəd 5794,69 qram və 648 ədəd 11393,51 qram çəkidə qalan narkotik tərkibli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınmaqla Tovuz RPŞ-nin məsul saxlancına verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Tovuz rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 avqust 2021-ci il tarixli, 416 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X2 ilə birlikdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 17 avqust 2021-ci il tarixli tələbnamədən və Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 03 fevral 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 08.09.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 19 may 2021-ci il tarixli «cinayəti törəkməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan və Tovuz rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 19 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, göstərilən sübut növlərinə əsasən hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri kultivasiya etmə cinayətini törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 03 fevral 2009-cu il tarixli hökmünə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Cinayət işinə əlavə olunmuş tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs 08.09.2020-ci ildə cəzanın sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilməmiş, yenidən qəsdən cinayət əməlini törətmişdir. Odur ki, onun hazırki cinayət əməli cinayətin xüsusilə təhlükəli residivi kimi qiymətləndirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin xüsusilə təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 16 avqust 2021-ci il tarixli, 950 nömrəli ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Tovuz rayon PŞ-də saxlanılan 1.180 ədəd çətənə (Kannabis) bitki kolları məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 64,80 (altmış dörd manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 19 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Tovuz rayon PŞ-də saxlanılan 1.180 ədəd çətənə (Kannabis) bitki kolları məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar