Məhkəmə qərarları › İş №1(100)-311/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-311/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-311/2022 17.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1999-cu ildə Tovuz rayonu, Hacı Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyində bələdçi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Hacı Həsənli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, avtomobilin öz hərəkət zolağı ilə hərəkət etməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərərkət zolağına çıxarmamalı, qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda qarşı hərəkət zolağına çıxaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100-120 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini, sərxoş halda avtomobil idarə edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla 04 oktyabr 2021-ci il tarixdə, saat 23 radələrində Tovuz şəhəri, H.Əliyev prospekti ilə üzü “Asan xidmət” Mərkəzi istiqamətində, saatda 100-120 kilometr sürətlə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 190” minik markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən qarşısında hərəkətdə olan, dövlət nömrə nişanı və markası istintaqla müəyyən edilməyən avtomobili ötüb keçib əks hərəkət zolağına çıxmaqla, qarşı hərəkət zolağında hərəkətdə olmaqla, toqquşma təhlükəsini gördükdə öz hərəkət istiqamətində sürəti dayanma vəziyyətinə kimi azaldıb yolun sağ kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “X11” minik markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıdan idarə etdiyi avtomobildə sərnişin olan X2 ağciyərin cırılmış yarası, hər iki ağciyərlərin kontuziyası, sağ bazu oynağının çıxığı, sağ bud sümüyünün sınığı, alt çənə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol üst göz qapağının, sol yanaq və sol baldır nahiyələrinin səthi yaraları, hər iki almacıq, burun və sağ gicgah nahiyələrinin sıyrıqları, sağ qaş, sağ gözün bayır küncü, sağ bazu, sağ qoltuqaltı və sağ baldır nahiyələrinin qançırları ilə müşayiət olunan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq ölümünə, “X11” minik markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət edilən qançır şişkinliyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs3 alın və sol əl nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs4 sağ mil sümüyünün tipik nahiyəsinin sınığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 alın və sol gicgah nahiyələrinin əzilmiş-cırılmış yarasından sonrakı çapığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almalarına, “X11” minik markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilin yararsız hala düşərək Zərərçəkmiş şəxs1 62000 (altmış iki min) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan, sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tam təsdiq edilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi atası, anası, bacısı və ondan ibarətdir. O, hərbi xidmətdə olarkən ikinci Qarabağ müharibəsində iştirak etmiş və Füzuli rayonu, Şükürbəyli kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı istiqamətində baş vermiş döyüşdə minamyot mərmisinin partlaması nəticəsində sol ayağını oynaqdan itirmişdir. Müharibə bitdikdən sonra ona 6600 manat sığorta, 1 ədəd “Xəzər Lada” markalı avtomaşın verilmişdir. Bundan əlavə Qarabağ qazisi olduğu və Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə iştirakçı olduğu üçün 2 ədəd medalla mükafatlandırılmışdır. O, hərbi xidmətdən qayıtdıqdan sonra Tarix muzeyində işə başlamışdır. İşə rahat gedib-gələ bilmək üçün atası şəxsi vəsaiti hesabına ona “Mercedes 190” markalı, ** OK *** dövlət nömrə nişanlı avtomaşın almışdır. Belə ki, ona dövlət tərəfindən verilmiş “Xəzər Lada” markalı avtomaşının sürət qutusu mexaniki şəkildə dəyişdirildiyi üçün atası ona avtomat ötürücülü sürət qutusu olan avtomaşın almışdır. Lakin onun sürücülük vəsiqəsi olmamışdır. O, avtomaşını sürücülük vəsiqəsi olmadan idarə etmişdir. X8 onun həmkəndlisi olmuşdur. Samirlə uşaq yaşlarından tanışdır. 04 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində o, idarə etdiyi “Mercedes Benz 190” minik markalı avtomaşınla üzü Tovuz rayonu, Kirən kəndi istiqamətində hərəkətdə olarkən Tovuz rayonu, Dondar Quşçu kəndində Samiri görmüş və onu avtomaşına götürmüşdür. Onlar birlikdə yaşadıqları Kirən kəndinə getmişlər. Orada təxminən 10-15 dəqiqə olduqdan sonra Tovuz rayonu, Əsrik Cırdaxan kəndinə yemək yeməyə qayıtmışlar. Əsrik Cırdaxan kəndində Natiqin kafesi adlanan kafedə oturub yemək yemişlər. Həmin vaxt onlarla birlikdə adını Racib kimi bildiyi Samirin tanışı və adını bilmədiyi başqa bir oğlan olmuşdur. Onlar 4 nəfərə təxminən 200-250 qram meyvə arağı içmişlər. Bundan sonra saat 22 radələrinədək onlar həmin kafedə olmuşlar. Həmin gün saat 23 radələrində Tovuz şəhərinə qayıtmışlar. O öz avtomaşınında sükan arxasında, Samir isə ön sağ oturacaqda əyləşmişdir. O və Samir bir neçə dəqiqə Tovuz şəhərində olduqdan sonra H.Əliyev prospekti ilə üzü Asan xidmət istiqamətində hərəkət etmişlər. O, həmin vaxt avtomaşını saatda təxminən 100-120 kilometr sürətlə hərəkət etdirmişdir. O, hərəkətdə olarkən ön tərəfdə hərəkət edən ağ rəngli avtomaşını ötüb keçmək istəmişdir. Həmin avtomaşının rəngi yadında qalsa da, markası və nömrəsini xatırlamamışdır. O, həmin avtomaşını ötüb keçmək istədikdə öz hərəkət zolağı ilə gələn digər avtomaşının yoluna çıxmışdır. Həmin qarşıdan gələn avtomaşın yolun öz hərəkət istiqamətində sağ kənarına çıxıb ona yol vermək istəmişdir. O da qəza olmasın deyə əyləci sıxmamış, gəldiyi sürətlə əks hərəkət zolağı ilə qarşıdan gələn həmin avtomaşının yanından ötüb keçmək istəmişdir. Lakin həmin vaxt digər avtomaşını ötə bilməyib digər avtomaşının ön sol hissəsi ilə onun avtomaşınının ön sol hissəsi toqquşmuşdur. Həmin vaxt avtomaşınlar əzilmiş və o, xəsarət almışdır. Bundan sonra onu və onun avtomaşınında olan X13 Yardım avtomaşını ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına aparmışlar. O, önündə hərəkət edən nömrəsini və markasını xatırlamadığı avtomaşını ötüb keçmək istəmiş, bu vaxt əks hərəkət zolağına, yəni ** BL *** dövlət nömrə nişanlı avtomaşın hərəkət edən zolağa çıxmışdır. Həmin vaxt aralarında təxminən 10-15 metr məsafə olmuş, o, digər avtomaşının yoluna çıxdıqda, yəni digər avtomaşına 10-15 metr məsafə qalmış onun üçün təhlükə yaranmışdır. Hava həmin vaxt qaranlıq olsa da, yol işıqlandırılmış, hava quru, yol örtüyü düz və hamar olmuşdur. Hadisə zamanı avtomaşında yük və nasazlıq olmamışdır. O, hadisə zamanı digər avtomaşının öz hərəkət istiqamətində sağa çıxıb ona yol verdiyini gördükdə həmin avtomaşını əyləci sıxmadan gəldiyi sürətlə ötüb keçmək istəmişdir. Lakin ötə bilməyib toqquşmuşdur. Səhv etdiyini dərk edir, onun hərəkəti nəticəsində belə hadisənin baş verməsinə görə əməlindən səmimi peşmançılıq keçirir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X8 onun oğludur. 05 oktyabr 2021-ci il tarixədək o, Tovuz rayonu, Hacı Həsənli kəndində oğlu Samirlə birlikdə yaşamışdır. Samir 2015-ci ildə hərbi xidmətə yollanmış, 2017-ci ildə hərbi xidməti başa vurmuşdur. 2020-ci ilin sentyabr ayında başlanılmış ikinci Qarabağ müharibəsində Samir könüllü olaraq müharibədə iştirak etmişdir. İkinci Qarabağ döyüşlərində yaralandığı üçün müharibə qazisi olmuşdur. Təqsirləndirilən şəxs qonşusu və həmkəndlisidir. Samirlə Yasinin münasibəti olduğu üçün daim birlikdə olmuşlar. 05 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində ona zəng gəlmiş, oğlu Samirin Yasinlə birlikdə Tovuz şəhərində kəndə qayıdarkən Yasinin idarə etdiyi avtomaşınla qəza etdiyini, Samirin hadisə zamanı öldüyünü demişlər. O, bundan sonra Tovuz Mərkəzi rayon xəstəxanasına getmiş, orada oğlu Samirin öldüyünü görmüşdür. Bundan sonra o, hadisə barədə maraqlandıqda öyrənmişdir ki, Yasin öz avtomaşını ilə Tovuz rayonu ASAN xidmətin qarşısında yüksək sürətlə hərəkətdə olarkən sərxoş halda idarəetməni itirib Mahir adlı həmkəndlilərinin oğlunun avtomaşını ilə toqquşmuş, nəticədə oğlu Samir hadisə yerində ölmüşdür. O, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olur. Onun etibarnamə əsasında özünə məxsus “X15” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşını və həmin avtomaşını idarə etmək üçün BC kateqoriyalı, AE 333468 nömrəli sürücülük vəsiqəsi vardır. 04 oktyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində o, özünə məxsus “X15” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşını ilə Tovuz rayonu, H.Əliyev prospektində Asan Xidmətin qarşısı ilə üzü Tovuz şəhəri istiqamətində təxminən saatda 40-50 kilometr sürətlə hərəkətdə olarkən onunla əks hərəkət zolağı ilə yüksək sürətlə hərəkət edən “Mercedes 190” markalı avtomaşın önündə hərəkət edən markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomaşını ötüb keçmək üçün əks hərəkət zolağına, yəni onun hərəkət zolağına çıxmışdır. Həmin vaxt digər avtomaşının sürət həddi çox olmuş və həmin avtomaşını ötmə edərkən dönmə işığını yandırmadan onun hərəkət zolağına çıxmışdır. O, həmin avtomaşının onun hərəkət zolağına çıxdığını gördükdə sükanı sağa çevirib avtomaşınını yolun tam şəkildə sağ kənarına çəkmiş və avtomaşının sürətini dayanma həddinə qədər azaldıb avtomaşınını dayandırmış və digər avtomaşının onun avtomaşınını ötüb keçməsinə şərait yaratmışdır. Lakin digər avtomaşın çox sürətli olduğu və onun avtomaşını ilə həmin avtomaşın arasında digər avtomaşın ötmə etməyə başlayarkən təxminən 10-15 metr məsafə olduğu üçün digər avtomaşın onun yanından ötüb keçə bilməmişdir. Həmin avtomaşın onun avtomaşınının ön sol hissəsindən dəymişdir. Toqquşma zamanı onun idarə etdiyi avtomaşında ön sağ oturacaqda Zərərçəkmiş şəxs2, arxa oturacaqda isə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 olmuşdur. Toqquşma zamanı o və avtomaşında olan digər şəxslər xəsarət almışlar. Toqquşmadan sonra ətrafda olan şəxslər Təcili Tibbi yardım avtomaşını çağırıb onları Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Tovuz rayon mərkəzi xəstəxanasında onlarla toqquşan avtomaşının sürücüsünün Təqsirləndirilən şəxs olduğunu, avtomaşında sərnişin olan şəxsin isə X8 olduğunu öyrənmişdir. O, hadisədən əvvəl Tovuz rayonu, Kirən kəndindən Tovuz şəhərinə getmişdir. O, Tovuz rayonu, Dondar Quşçu kəndindən üzü Tovuz şəhəri istiqamətindən yolu sola dönərək təxminən 150-200 metr hərəkət etdikdən sonra toqquşma baş vermişdir. O, toqquşmadan əvvəl təxminən saatda 40-50 kilometr sürətlə Tovuz şəhəri, H.Əliyev prospekti ilə üzü Tovuz şəhəri istiqamətində öz hərəkət zolağı ilə hərəkət etmişdir. Qeyd etdiyi 150-200 metr məsafə az olduğundan həmin vaxt onun yüksək sürətlə hərəkət etməyi mümkün olmamışdır. O, toqquşma zamanı avtomaşınını dayandırmış və onun avtomaşınının ön sağ təkəri yolun kənarında olan səkiyə sürtülmüşdür. Onun üçün təhlükə digər avtomaşının təxminən 10-15 metr qalmış onun hərəkət zolağına çıxdığı andan yaranmış, o, həmin vaxt avtomaşının sükanını sağa döndərib yolun sağ hissəsinə çıxmış və sürətini tam dayanma həddinədək azaldıb avtomaşınını saxlamışdır. Digər avtomaşının ötüb keçməsinə şərait yaratsa da, digər avtomaşın yüksək sürətlə hərəkət etdiyindən və idarəetməni itirdiyindən onun avtomaşınını ötüb keçə bilməmiş və onlar toqquşmuşlar. Avtomaşında ondan başqa 3 nəfər sərnişin olmuşdur. Hadisə zamanı hava qaranlıq olsa da, yol işıqlandırılırmış, yol örtüyü quru və hamar olmuşdur. O, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. Anarın etibarnamə əsasında özünə məxsus “X15” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşını vardır. 04 oktyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində onlar Anara məxsus “X15” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşınla Tovuz rayonu, H.Əliyev prospektində Asan Xidmətin qarşısı ilə üzü Tovuz şəhəri istiqamətində təxminən saatda 40-50 kilometr sürətlə hərəkətdə olarkən onlarla əks hərəkət zolağı ilə yüksək sürətlə hərəkət edən “Mercedes 190” markalı avtomaşın önündə hərəkət edən hazırda markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomaşını ötüb keçmək üçün əks hərəkət zolağına, yəni onların hərəkət zolağına çıxmışdır. Həmin vaxt digər avtomaşının sürət həddi çox olmuş və həmin avtomaşın ötmə edərkən dönmə işığını yandırmadan onların hərəkət zolağına çıxmışdır. Həmin vaxt o, avtomaşında ön sağ oturacaqda əyləşmişdir. Anar həmin avtomaşının onların hərəkət zolağına çıxdığını gördükdə sükanı sağa çevirib avtomaşını yolun tam şəkildə sağ kənarına çəkmiş və avtomaşının sürətini dayanma həddinə qədər azaldıb avtomaşını dayandırmışdır. Digər avtomaşının onların avtomaşınını ötüb keçməsinə şərait yaratmışdır. Lakin digər avtomaşın çox sürətli olduğu və onların avtomaşını ilə həmin avtomaşın arasında digər avtomaşın ötmə etməyə başlayarkən təxminən 10-15 metr məsafə olduğu üçün digər avtomaşın onların yanından ötüb keçə bilməmişdir. Həmin avtomaşın onların avtomaşınının ön sol hissəsindən dəymişdir. Toqquşma zamanı onların avtomaşınında Anar və ondan başqa arxa oturacaqda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 olmuşdur. Toqquşma zamanı o və avtomaşında olan digər şəxslər xəsarət almışlar. Toqquşmadan sonra ətrafda olan şəxslər Təcili Tibbi yardım avtomaşını çağırıb onları Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Tovuz rayon mərkəzi xəstəxanasında onlarla toqquşan avtomaşının sürücüsünün Təqsirləndirilən şəxs olduğunu, avtomaşında sərnişin olan şəxsin isə X8 olduğunu öyrənmişlər. O, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Anarın etibarnamə əsasında özünə məxsus «X15» markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşını vardır. 04 oktyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində onlar Anara məxsus «X15» markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşınla Tovuz rayonu, H.Əliyev prospektində Asan Xidmətin qarşısı ilə üzü Tovuz şəhəri istiqamətində təxminən saatda 40-50 kilometr sürətlə hərəkətdə olarkən onlarla əks hərəkət zolağı ilə yüksək sürətlə hərəkət edən “Mercedes 190” markalı avtomaşın önündə hərəkət edən hazırda markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomaşını ötüb keçmək üçün əks hərəkət zolağına, yəni onların hərəkət zolağına çıxmışdır. Həmin vaxt digər avtomaşının sürət həddi çox olmuş və həmin avtomaşın ötmə edərkən dönmə işığını yandırmadan onların hərəkət zolağına çıxmışdır. Anar həmin avtomaşının onların hərəkət zolağına çıxdığını gördükdə sükanı sağa çevirib avtomaşını yolun tam şəkildə sağ kənarına çəkmiş və avtomaşının sürətini dayanma həddinə qədər azaldıb avtomaşını dayandırmışdır. Digər avtomaşının onların avtomaşınını ötüb keçməsinə şərait yaratmışdır. Lakin digər avtomaşın çox sürətli olduğu və onların avtomaşını ilə həmin avtomaşın arasında digər avtomaşın ötmə etməyə başlayarkən təxminən 10-15 metr məsafə olduğu üçün digər avtomaşın onların yanından ötüb keçə bilməmişdir. Həmin avtomaşın onların avtomaşınının ön sol hissəsindən dəymişdir. Toqquşma zamanı onların avtomaşınında Anar və ondan başqa ön sağ oturacaqda Zərərçəkmiş şəxs2, arxa oturacaqda isə Zərərçəkmiş şəxs4 olmuşdur. Toqquşma zamanı o və avtomaşında olan digər şəxslər xəsarət almışlar. Toqquşmadan sonra ətrafda olan şəxslər Təcili Tibbi yardım avtomaşını çağırıb onları Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Tovuz rayon mərkəzi xəstəxanasında onlarla toqquşan avtromaşının sürücüsünün Təqsirləndirilən şəxs, avtomaşında sərnişin olan şəxsin isə X8 olduğunu öyrənmişlər. O, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, hal-hazırda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Anarın etibarnamə əsasında özünə məxsus «X15» markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşını vardır. 04 oktyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində onlar Anara məxsus «X15» markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşınla Tovuz rayonu, H.Əliyev prospektində Asan Xidmətin qarşısı ilə üzü Tovuz şəhəri istiqamətində təxminən saatda 40-50 kilometr sürətlə hərəkətdə olarkən onlarla əks hərəkət zolağı ilə yüksək sürətlə hərəkət edən “Mercedes 190” markalı avtomaşın önündə hərəkət edən hazırda markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomaşını ötüb keçmək üçün əks hərəkət zolağına, yəni onların hərəkət zolağına çıxmışdır. Həmin vaxt digər avtomaşının sürət həddi çox olmuş və həmin avtomaşın ötmə edərkən dönmə işığını yandırmadan onların hərəkət zolağına çıxmışdır. Anar həmin avtomaşının onların hərəkət zolağına çıxdığını gördükdə sükanı sağa çevirib avtomaşını yolun tam şəkildə sağ kənarına çəkmiş və avtomaşının sürətini dayanma həddinə qədər azaldıb avtomaşını dayandırmışdır. Digər avtomaşının onların avtomaşınını ötüb keçməsinə şərait yaratmışdır. Lakin digər avtomaşın çox sürətli olduğu və onların avtomaşını ilə həmin avtomaşın arasında digər avtomaşın ötmə etməyə başlayarkən təxminən 10-15 metr məsafə olduğu üçün digər avtomaşın onların yanından ötüb keçə bilməmişdir. Həmin avtomaşın onların avtomaşınının ön sol hissəsindən dəymişdir. Toqquşma zamanı onların avtomaşınında Anar və ondan başqa ön sağ oturacaqda Zərərçəkmiş şəxs2, arxa oturacaqda isə Anarın qardaşı Sərxan olmuşdur. Toqquşma zamanı o və avtomaşında olan digər şəxslər xəsarət almışlar. Toqquşmadan sonra ətrafda olan şəxslər Təcili Tibbi yardım avtomaşını çağırıb onları Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Tovuz rayon mərkəzi xəstəxanasında onlarla toqquşan avtomaşının sürücüsünün Təqsirləndirilən şəxs olduğunu, avtomaşında sərnişin olan şəxsin isə X8 olduğunu öyrənmişlər. O, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Anar təxminən 2 il bundan əvvəl onun adına “X14” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşın almışdır. Həmin avtomaşını Anar öz şəxsi vəsaiti hesabına almışdır. Anarın həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. 05 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində ona oğlu Anar zəng edərək Tovuz rayonunda olarkən avtoqəza olduğunu, həmin vaxt avtomaşının yararsız hala düşdüyünü, özünün və yanında olan şəxslərin də xəsarət aldıqlarını bildirmişdir. O, hadisə zamanı orada olmadığı üçün hadisənin hansı şəkildə baş verdiyini dəqiq bilməmişdir. “X11” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşını oğlu Zərərçəkmiş şəxs1 öz şəxsi vəsaiti hesabına almış, həmin maddi ziyan Anara dəymişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Tovuz şəhəri, “Asan xidmət” Mərkəzinin qarşısında yerləşir. Hadisənin baş verdiyi yer, yəni Tovuz şəhəri, H.Əliyev prospektindən keçən hissəsi iki zolaqdan ibarətdir. Üzü Tovuz şəhəri istiqamətində götürdükdə “X11” minik markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət etdiyi zolağın eni 10,2 metr, əks hərəkət zolağının eni isə 7,6 metr olmaqla, ümumilikdə yolun eni 17,8 metrdir. Yolun ehtiyat hissəsi yoxdur. Avtomaşınların toqquşma yeri üzü Tovuz şəhəri istiqamətində götürdükdə sağdan sola doğru 3 metrdir. “Mercedes Benz 190” minik markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobilin ön sol hissəsi toqquşmuşdur. Hadisə yerində hər iki avtomobilə aid sınmış ehtiyat hissələri vardır. Toqquşma anında hər iki avtomobil deformasiyaya uğramışdır. Hadisənin baş verdiyi ərazi yaşayış məntəqəsi olmaqla sürət həddi 60 km-dir (iş vərəqə: cild İ, səh. 5-15). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibbiekspertizasının xx.xx.2021-ci il tarixli, 23 saylı rəyindən görünür ki, X5 meyitinin məhkəmətibbi ekspertizası zamanı onun meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir-sol ağciyərin cırılmış yarası, hər iki ağciyərlərin kontuziyası, sağ bazu oynağının çıxığı, sağ bud sümüyünün sınığı, alt çənə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol üst göz qapağının, sol yanaq və sol baldır nahiyələrinin səthi yaraları, hər iki almacıq, burun və sağ gicgah nahiyələrinin sıyrıqları, sağ qaş, sağ gözün bayır küncü, sağ bazu, sağ qoltuqaltı və sağ baldır nahiyələrinin qançırları; X5 meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl, yəni Tovuz RMX-na gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlməyə uyğun gəlir, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Bu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi inkar edilmir. X5 ölümünə səbəb nəqliyyat travması nəticəsində sol ağciyərin cırılmasından törəyən kəskin qanitirmə və şok olmuşdur. X5 ölümü xx.xx.2021-ci il tarixdə, saat 00:35-də Tovuz RMX-da baş vermişdir. X5 meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və digər güclü təsiredici maddələr aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 91-93). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 134 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ mil sümüyünün tipik nahiyəsinin sınığı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, onun sərnişini olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir (iş vərəqə: cild İ, səh. 138-139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 140 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-alın və sol gicgah nahiyələrinin əzilmiş-cırılmış yarasından sonrakı çapığı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardim uçun Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir (iş vərəqə: cild İ, səh. 140-141). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 630 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət-sağ diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət edilən qançırşişkinliyi küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərə vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, onun sürücüsü olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir (iş vərəqə: cild İ, səh. 56-57). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibbiekspertizasının xx.xx.2021-ci il tarixli, 16 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-alın və sol əl nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən tarixdə əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir (iş vərəqə: cild İ, səh. 58-59). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş, həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur (iş vərəqə: cild İ, səh. 142). Cinayət işinin materiallarına əlavə edilmiş xüsusi texniki vasitənin alkotesterin nəticəsinə dair protokollaşdırmadan görünür ki, hadisədən dərhal sonra hər iki sürücü Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 Tovuz rayon Polis Şöbəsinin DYPB-nin, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən alkoqol müayinəsindən keçirilmiş, Zərərçəkmiş şəxs1 ayıq, Təqsirləndirilən şəxs isə sərxoş olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 16-17). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 mart 2022-ci il tarixli, 8/532 saylı rəyindən görünür ki, “Mercedes Benz 190” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100-120 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “X11” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir (iş vərəqə: cild İ, səh. 143-146). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 1304 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon X6 Hüquqi Şəxsin poliklinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında durmadığı müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 114). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild İ, səh. 265-266). Cinayət işinin materiallarına əlavə edilmiş 16 oktyabr 2021-ci il tarixli, 109 nömrəli arayışdan görünür ki, “Mercedes Benz 190” minik markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomaşına 6500 manat, 16 oktyabr 2021-ci il tarixli 110 nömrəli arayışa əsasən isə “X11” minik markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomaşına 62000 manat məbləğində maddi ziyan dəymişdir (iş vərəqə: cild İ, səh. 89-90). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes 190” markalı, ** OK *** dövlət nömrə nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 məxsus “X11” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşın iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün müvafiq olaraq sahibləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 verilmişdir (iş vərəqə: cild İ, səh. 117,119-120). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 112). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 198). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin muzeyə bələdçi vəzifəsinə təyin edilmiş və müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 208). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X4 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edirlər (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək Füzuli, Xocavənd rayonu istiqamətində döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur, həmin hərbi biletin surətindən həmçinin görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi”ndə iştirak etmiş, aldığı xəsarətdən xx.xx.2020-ci il tarixdə sol diz oynağının travmatik amputasiyasına məruz qalmışdır (iş vərəqə: cild İ, səh. 21-29). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müddətsiz ikinci dərəcəli əlildir, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır, hərbi əməliyyatlar nəticəsində partlayışla əlaqədar törənmiş və sol diz oynağının travmatik amputasiyasına məruz qalmışdır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının İ- 7387 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə, həmçinin Azərbaycan Respublikası Medalının İ-12904 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə və Azərbaycan Respublikası Medalının İ-8105 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2724 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki: 17-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin: “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Hazırki cinayət işinin materiallarından görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs2 isə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışlar və həmin zərərçəkmiş şəxslərin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına vurulmuş xəsarətin dərəcəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin dispozisiyasında göstərilən ağırlıqda olmasa da, cinayət işinin materiallarından görünür ki, həmin zərərçəkmiş şəxslərin sağlamlıqlarına yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı hazırki cinayət işinin materiallarından inzibati xəta haqqında material ayrılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış həmin şəxslərin məhkəmə prosesində zərərçəkmiş şəxs kimi iştiraklarına xitam verilməsi onların zərərçəkmiş şəxs kimi qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsinin məhdudlaşdırılması ilə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərin iştiraklarına xitam verilməməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə, həmçinin zərər çəkmiş şəxslərlə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları zamanı ikinci Qarabağ müharibəsində iştirak etməsini və döyüş əməliyyatları nəticəsində onun sol diz oynağının travmatik amputasiyaya məruz qalmasını, onun ikinci dərəcəli əlil olmasını və əlilliyinin səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etməsi ilə əlaqədar olmasını, əməlindən səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, ali təhsilli olmasını, müsbət xarakterizə olunmasını), zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə, həmçinin zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları zamanı ikinci Qarabağ müharibəsində iştirak etməsini və döyüş əməliyyatları nəticəsində onun sol diz oynağının travmatik amputasiyaya məruz qalmasını, onun ikinci dərəcəli əlil olmasını və əlilliyinin səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etməsi ilə əlaqədar olmasını, əməlindən səmimi peşmanlığını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes 190” markalı, ** OK *** dövlət nömrə nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 məxsus “X11” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşının saxlanılmaları üçün müvafiq olaraq sahibləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes 190” markalı, ** OK *** dövlət nömrə nişanlı avtomobilin və Zərərçəkmiş şəxs1 məxsus “X11” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşının müvafiq olaraq sahibləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar