Məhkəmə qərarları › İş №1(100)-311/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-311/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-311/2023 05.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X2 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4 və İbrahimova Nuranə Lazım qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşavi Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 İnqilab oğlunun iştirakları ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Kəpəz rayonu, Dos 102, ev 140, mənzil 40-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən tamah və satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən ümumi təmiz çəkisi 1010 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 1975 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, daşımış, 15 yanvar 2023-cü il tarixdə saat 17:50 radələrində Göygöl rayon Polis şöbəsi əməkdaşlarının keçirtdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Göygöl şəhəri, H.Əliyev prospektində yerləşən Şəhidlər Xiyabanının qarşısında «KU-5 sahəsi» adlanan ərazidə saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qırmızı rəngli polietilen torbanın içərisində üzərində “Adidas” yazısı olan qara rəngli idman çantasından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd üzəri sarı rəngli yapışqanlı lentlı sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi külli miqdar hesab edilən 1010 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 5 (beş) ədəd sarı rəngli yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalara qablaşdırılmış, ayrı-ayrılıqda çəkiləri 515 qram, 520 qram, 445 qram, 245 qram və 250 qram olmaqla, ümumi təmiz çəkisi 1975 qram olan bitki mənşəli, tərkibində narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərdi ki, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilir. Özünü iranlı “Adil” adı ilə təqdim edən şəxslə internetdə tanış olmuş, tanımış, onunla “watsapp” sosial şəbəkəsində yazışmış və sonuncunun yerini bildirdiyi içində narkotik vasitələr olan çantanı götürüb dediyi ünvana aparmağa razılaşmışdır. Bunun müqabilində isə ona şəxsi istifadəsi üçün az miqdar narkotik vasitə olan marixuana verilməli imiş. O özü sosial şəbəkə vasitəsilə göndərilmiş çantada təxminən 200-250 qram çəkidə narkotik vasitə olacağını güman etmiş, narkotik vasitənin çəkisini dəqiq bilməmişdir. Törətdiyi əməldən peşmandır, azyaşlı övladları olduğu üçün ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X7 ifadəsində göstərdi ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə satışı, daşıması və istifadəsi ilə məşğul olması, Göygöl rayonu ərazisində narkotik vasitəni daşımaqla üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, bundan sonra həmin əməliyyat tədbirlərinin keçirilməsi üçün onun, şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 və PPXB-nin manqa komandiri polis baş serjantı Şahid5 Azər oğlunun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 15 yanvar 2023-cü il tarixdə saat 17:50 radələrində Təqsirləndirilən şəxs Göygöl şəhəri KU-5 sahəsi adlanan ərazidə onlar tərəfindən saxlanılmışdır. Orxana narkotik vasitənin satışında və üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu, bildirib Göygöl rayon polis şöbəsinə aparmışlar. Həmin vaxtı bir nəfər qadın yanında olan azyaşlı uşaqla onlara yaxınlaşıb nə baş verdiyini soruşduqda, polis əməkdaşı olduqlarını və onlarla birlikdə Göygöl RPŞ-yə getmələrini təklif etmişlər. Polis şöbəsinə gəldikdən sonra Təhqiqat bölməsinin təhqiqatçısı Şahid6 tərəfindən tutulmuş Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına müdafiəçi çağırılmış, video çəklişinin həyata keçirilməsi üçün şöbənin kriminalistik tədqiqatlar qrupunun ekspert kriminalisti polis baş leytenantı Şahid7 dəvət edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, o, əlində olan bir ədəd qırmızı rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan açıldıqda içərisində qara rəngli üzərində “Adidas” yazılmış idman çantası aşkar edilmiş və içərisindən6 ədəd bağlama aşkar olunmuş elektron tərəzidə ayrı-ayrılıqda çəkilərək bir marixuana və heroinə bənzər kütlələr aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlələri Göygöl rayon ərazisində Adil adlı şəxsin tapşırığı ilə götürdüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən əməliyyat müvəkkilləri Şahid2 və Şahid5 və KTQ-nun inspektoru Şahid7 Nihad Qaraşovun ifadəsinə oxşar məzmunlu ifadələr verərək, ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş təhqiqat bölməsinin təhqiqatçısı Şahid6 göstərdi ki, 15 yanvar 2023-cü il tarixdə Göygöl RPŞ-in CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Göygöl RPŞ-in rəisinə raportla məruzə edərək, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Göygöl rayonu ərazisində külli miqdarda narkotik vasitənin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Göygöl RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı, Şahid2 və PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid5 Azər oğlu ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Göygöl şəhəri, KU-5 sahəsi adlanan ərazidə saxlanılaraq Göygöl RPŞ-yə gətirildiyini bildirmiş, üzərinə baxış keçirməsini xahiş etmişdir. Həmin raport qeydiyyata alınaraq icrası ona həvalə edilmişdir. O, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edərək müdafiə hüququnu izah etmiş, seçimi ilə dövlət hesabına vəkil X3 dəvət edib müdafiəçi təyin etmişdir. Qanunvericiliyə uyğun olaraq Təqsirləndirilən şəxs bütün hüquqları izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəklişlə baxış keçirilib, şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri çıxarıb təqdim etməsini təklif edikdikdən sonra sonuncu əlində olan qırmızı rəngli polietilen torbanı təqdim etmiş, həmin torba açıldıqda içərisində qara rəngli üzərində “Adidas” yazılmış idman çantası çantanın içərisindən 6 ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş bağlamalardan 5-i sarı rəngli yapışdırıcı lentlə üzlənmiş narkotik maddə olan marixuanaya bənzər kütlələr, 1-i isə heroinə bənzər kütlə olmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı həmin kütlələri Göygöl rayon ərazisindən “Adil” adlı İran vətəndaının tapşırığı ilə götürdüyünü və onun deyəcəyi yerə aparıb qoyacağını demişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Müdafiəçinin iştirakı ilə Orxanın izahatı alınmış, iş üzrə kimyəvi-bioloji ekspertiza təyin edərək aşkar edilmiş kütlələrin tədqiqi üçün ekspertizaya təqdim olunmuşdur. Ekspertizanın rəyi ona daxil olduqdan sonra toplanmış cinayət işi materialları Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün Göygöl RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 15 yanvar 2023-cü il tarixdə təxminən saat 16 radələrində bacısı oğlu Orxan onun yaşadığı Gəncə şəhəri, A.Şaiq küçəsi ev 21-də yerləşən fərdi yaşayış evinə qonaq gəlmiş və bacısı oğlu Adəmi də götürüb Göygöl rayonuna getmələrini demişdir. Orxan taksi çağıraraq hazırlaşmalarını bildirmiş, həmin gün təxminən saat 17 radələrində o, bacısı oğlu Orxan və bacısı nəvəsi Adəm ilə birlikdə Orxanın çağırdığı qara rəngli “Chevrolet” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Göygöl rayonuna getmiş, “Şəhidlər xiyabanı” nın yaxınlığında avtomobildən düşmüşlər. Orxan avtomobilin sürücüsünə gediş haqqı üçün pul versə də sürücü xırda pulunun olmadığını bildirmiş, Orxan yaxınlığında yerləşən ”Azpetrol” yanacaq doldurma məntəqəsinə pul xırdalayıb qayıtmış, gediş haqqını vermişdir. Orxan onlara gözləmələrini bildirib, “bir neçə dəqiqəyə gəlirəm” demiş, onlardan bir qədər uzaqlaşmış, qısa müddət sonra onun getdiyi tərəfə baxanda aralıdan Orxanın yanında kənar şəxslər olduğunu görüb onlara yaxınlaşmışdır. Nə baş verdiyini soruşanda həmin şəxslər polis əməkdaşları olduğunu demiş, onu da Göygöl rayon Polis Şobəsinə dəvət etmişlər. Bacısı oğlu Orxan onlara yalnız Göygöl rayonuna hava almağa gəzməyə getdiklərini bildirmiş, yolda olarkən Orxan heç kimlə bağlama götürəcəyi haqda telefonla danışmamışdır. Göygöl rayonuna gəldikdə isə Orxan maşından düşüb demişdir ki, gözləsinlər bağlama götürüb gəlir, Orxanın narkotik vasitə götürəcəyindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, etibarnamə əsasında idarə etdiyi “Chevrolet Aveo” markalı AX8063MC nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. “Bolt” şirkətində sürücü kimi qeydiyyatdan keçmişdir. 15 yanvar 2023-cü il tarixdə təxminən saat 17 radələrində taksi fəaliyyəti ilə məşğul olarkən Gəncə şəhərindən Göygöl rayonuna sifariş qəbul etmiş və sifariş edən sərnişini götürmək üçün ünvan 3 ünvandan adları ona sonradan məlum olan Orxanı ortayaşlı qadını və azyaşlı uşağı götürərək, Göygöl rayonuna gətirmişdir. Həmin şəxsləri Göygöl rayonunda “Şəhidlər xiyabanı”nın yaxınlığında düşürmüş, gediş haqqı 5 manar 20 qəpik olmuşdur. Adını sonradan bildiyi Orxan gediş haqqına görə ona 50 (əlli) manatlıq pul əskinası vermiş, lakin xırda pulu olmadığından, o, “Azpetrol” yanacaq doldurma məntəqəsində pulu xırdalayıb, ona 5 (beş) manat vermişdir. Avtomobili kənarda saxlayıb, yeni sifariş qəbul etmək üçün gözləmiş, təxminən 10-15 dəqiqə sonra mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək, şəxsiyyətini təsdiq edən sənədləri təqdim etməyini demiş, onu Göygöl RPŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla münasibəti olammış, xx.xx.2023-cü il tarixdə o sadəcə “Bolt” proqramı vasitəsi ilə onlayn taksi sifarişi qəbul etmişdir. Yolda gələrkən Orxanın kiminləsə mobil telefonla danışmasına fikir verməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 15 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, dos 102, ev 140, mənzil 40-da yaşayan Təqsirləndirilən şəxs Göygöl rayonu ərazisində külli miqdarda narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 15 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və protokola əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərin keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs əlində olan qırmızı rəngli sellofan torbanı təqdim etmiş, baxış zaman qara rəngli, üzərində “Adidas” yazısı olan idman çantası içərisində sarı rəngli yapışdırıcı lentlə üzlənmiş 5 ədəd, ayrı ayrılıqda çəkiləri 279 qram 471 qram, 550 qram, 552 qram və 269 qram olan narkotik maddə marixuana və bir ədəd sarı rəngli yapışdırıcı lentlə üzlənmiş ümumi çəkisi 1062 qram olan narkotik maddə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs bir ədəd “Samsung” markalı mobil telefonu və “Samsung” markalı planşeti təqdim etmiş, hər iki əşya da ondan götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsinin 16 yanvar 2023-cü il tarixli 16/75 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotikə bənzər kütlə..” sözləri və imzalar olan sintetik kisəni açdıqda içərisində olan qırmızı rəngli polietilen torbanın içərisinə qoyulmuş sintetik bazar çantasında: 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 1010 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 5 (beş) ədəd, üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalarda ayrıayrılıqda 515 qram, 520 qram, 445 qram, 245 qram, 250 qram olmaqla, ümumi təmiz çəkisi isə 1975 qram bitki mənşəli kütlələr isə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 07 mart 2023-cü il tarixli, “təqdim edilmiş X13 A7 markalı planşetə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotocədvəl və DVD diskdən görünür ki, planşetdə quraşdırılmış “whatsapp” sosial şəbəkəsində “adil iran” adı ilə qeyd olunmuş şəxslə yazışmalar aşkar edilmiş, “+98***-***-**-**” saylı mobil nömrə Adil iran adı ilə qeyd olunmuşdur. Yer və bağlamanın olduğu, oxla işarələnmiş 4 (ədəd) fotoşəkil və Təqsirləndirilən şəxs ilə sonuncunun deməsinə görə “Adil” adlı İran vətəndaşı arasında “noldu qardaş götürdünmü, götürdün mənə bir xəbər ver, hə qardaş mənə bir xəbər ver, başına dönüm camaat məni gözləyir” digər səsli mesajda isə “götürdüm məndədi, kimə deyisən aparım həmin yerə verim, hansı adresə deyisiz, aparım ora atım, götürmüşəm məndədi”, “Ayə sən götür get evə deyəcəm, sən get evdə, mən arada setim olmayanda, görüntülü yığarsan, deyəcəm nə iş görəssən, get evə sənin başına dolanım, açıb eləməginən ha, tərəzini tapginən, mən deyəndə bahəm görüntülü danışaq bir yerdə, ondan sonra aç, açginən deyim, malı yoxlayaq, ondan sonra qayıt götürginən, özününkünü götürginən, deyəcəm” məzmunlu səs mesajları olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 1 aprel 2023-cü il tarixli 534 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobioniddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli 772 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli 943 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayonu, Dos 102, ev 140, mənzil 40-da daimi qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Gəncə ŞİHB 4 №li sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli, 1013 nömrəli arayış, AA148774 saylı və AA3931957 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Ziya Zərbiyani və xx.xx.2021-ci il təvəllüdlü Natella Zərbiyani adlı 2 azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 03 may 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1009,8 qram çəkidə narkotik vasitə olan heroin və 1975 qram çəkidə qurudulmuş marixuana sübut kimi tanınıb Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 12 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 15 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokol və Göygöl Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 4(066)-05/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx.xx.2023-cü il tarixdə məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(066)-03//2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs brəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi zamanı qanun pozuntusu aşkar edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş heroin və marixunanın ona məxsus olmaması, qeyd edilən narkotik vasitələrin çəkisi - yəni külli miqdar olmasından məlumatsız olması və ancaq kuryer kimi narkotik vasitəni bir yerdən başqa yerə aparmasına razılaşmasına dair ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadələri, şahid ifadələri xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş, 07 mart 2023-cü il tarixli, “təqdim edilmiş X13 A7 markalı planşetə baxış keçirilməsi haqqında” protokol, fotocədvəl və DVD disk, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edildiyindən, öz ifadəsindən başqa digər mötəbər sübutla təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmənin həmin qənaətə gəlməsinə əsaslardan biri Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsindən başlayaraq müxtəlif məzmunlu ifadələr verməsi (ilkin olaraq həbsdə olan qohumunun təhriki, ona köməklik edilməsi ilə əlaqədar narkotik vasitəni götürüb təyinat yerinə aparmağa razılaşması, sonrakı ifadələrində isə “Adil” adlı İran vətəndaşı ilə özünün “watsapp» sosial şəbəkəsi ilə əlaqə saxlayıb onun tapşırığı ilə Göygöl rayonu ərazisinə qoyulmuş narkotik vasitə olan çantanı götürməsi, məhkəmə baxışında isə verdiyi və təqdim etdiyi yazılı ifadəsində göndərilən narkotik vasitələrin çəkisi və növünü bilməməsi, aldadılmasını göstərməsi) olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə istintaq ilkin olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə həbsdə olan Rəşad adlı qohumu onun ***-***-**-** saylı mobil nömrəsinə hazırda xatırlamadığı mobil nömrə ilə zəng etmiş, danışıq zamanı bildirmişdir ki, Adil adlı İran vətəndaşına onun nömrəsini verib onunla əlaqə saxlayacaqdır. Ona bağlama veriləcə və deyəcəkləri adama aparıb verəcəyi təqdirdə Adil ona kömək edəcəkdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində Adil adlı şəxs ona whatsapp sosial şəbəkəsi vasitəsi ilə şəkil və həmin məkanı ataraq orada olan bağlamanı götürüb özündə saxlamağını, o daha sonra deyəcəyi adama bağlamanı aparıb verməsini istəmişdir. Həmin şəkildə bağlamanın olduğu yer göstərilmişdir. O, şəkilə baxdıqda həmin bağlamada narkotik vasitə olduğunu bilmişdir. Həmin vaxt xalası Şahid3gilin yaşadığı Gəncə şəhəri, A.Şaiq küçəsi ev 21 saylı ünvanda olduğuna görə xalasına bacısı oğlu Adəmi də götürüb Göygöl rayonuna getmək istədiyini demiş “Bolt” proqramı vasitəsi ilə taksi çağırmışdır. 15 yanvar 2023-cü il tarixdə təxminən saat 17 radələrində xalası Nüşabə, bacısı oğlu Adəm ilə birlikdə qara rəngli “Chevrolet” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Göygöl rayonuna getmişlər və Göygöl şəhəri, Heydər Əliyev pr.-də yerləşən “Şəhidlər xiyabanının” yaxınlığında düşmüşlər. Avtomobilin sürücüsünə 50 (əlli) manat pul verib gediş haqqını çıxmağı dedikdə o xırda pulunun olmadığını bildirmiş, yaxınlığında yerləşən ”Azpetrol” yanacaq doldurma məntəqəsində 50 manatlıq pul əskinazını xırdalayıb qayıtmış, sürücüyə 5 manat gediş haqqını vermişdir. Xalası Nüşabəyə və Adəmə gözləmələrini, qısa müddətdə gələcəyini demiş, bağlamanı götürüb oradan bir qədər uzaqlaşdıqdan sonra mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini Göygöl rayon Polis Şobəsinin əməkdaşları kimi təqdim etmiş və Şöbəyə dəvət etmişlər. Həmin vaxt xalası yanına gəlmiş, nə baş verdiyini soruşmuş, Polis şöbəsinə aparıldıqdan sonra vəkilin iştirakı ilə üstünə baxış keçirilmiş əlində olan idman çantasını açdıqda içində bükümlərdə olan anrkotik vasitə heroin və marixuana aşakr edilib götürülmüşdür. Həmin maddələr elektron tərəzi vasitəsi ilə ölçülmüş, zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüşdür o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Bundan başqa bildirmişdir ki, Adil adlı şəxsin ona həmin narkotik vasitələrin yeri barədə şəkillər və məkan göndərməsi ilə bağlı ona məxsus Galaxy Tab A7 markalı planşetdə whatsapp sosial şəbəkəsində vardır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində sonrakı dövrdə verdiyi ifadəsində isə göstərmişdir ki, İran vətəndaşı “Adil” adlı şəxslə özü sosial şəbəkə vasitəsilə əlaqə saxlamış, xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində Adil ona “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə şəkil və həmin məkanı ataraq orada olan bağlamanı götürüb özündə saxlamağını, daha sonra deyəcəyi adama bağlamanı aparıb verməsini istəmişdir. Həmin şəkildə bağlamanın olduğu yer göstərilmişdir. O, şəkilə baxdıqda həmin bağlamada narkotik vasitə olduğunu bilmişdir. O, həmin vaxt xalası Şahid3gilin yaşadığı Gəncə şəhəri, A.Şaiq küçəsi ev 21 saylı ünvanda olduğuna görə xalası Nüşabəyə bacısı oğlu “Adəmi də götür gedək, Göygöl rayonuna hava alaq” demişdir. O, “Bolt” proqramı vasitəsi ilə taksi çağırmış, 15 yanvar 2023-cü il tarixdə təxminən saat 17 radələrində xalası Nüşabə, bacısı oğlu Adəm ilə birlikdə qara rəngli “Chevrolet” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Göygöl rayonuna getmiş və Göygöl şəhəri, Heydər Əliyev pr.də yerləşən “Şəhidlər xiyabanının” yaxınlığında düşmüşlər. O, həmin avtomobilin sürücüsünə 50 (əlli) manat pul vermiş, lakin o xırda pulunun olmadığını bildirmişdir. O, həmin yerin yaxınlığında yerləşən ”Azpetrol” yanacaq doldurma məntəqəsinə 50 manatlıq pul əskinazını xırdaladıb qayıtmış, həmin tanımadığı sürücüyə 5 manat gediş haqqını vermişdir. Xalası Nüşabəyə və Adəmə gözləmələrini, bağlama var götürüb, gələcəyini demişdir. Həmin yerdən bağlamanı götürüb oradan bir qədər uzaqlaşmışdır ki, mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra Rayon Polis Şobəsinə dəvət etmişlər. Həmin vaxt xalası da onun yanına gəlmiş, nə baş verdiyini soruşmuşdur. Daha sonra onları Göygöl RPŞ-yə gətirmişlər. Polis şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə onun üstünə baxış keçirilmiş və ona təklif olunmuşdur ki, üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etsin, o da baxış zamanı əlində olan qırmızı rəngli polietilen torbanı təqdim etmişdir. Bundan sonra həmin maddələr bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. “Adil” adlı şəxsin ona həmin narkotik vasitələrin yeri barədə şəkillər və məkan göndərməsi ilə bağlı ona məxsus Galaxy Tab A7 markalı planşetdə whatsapp sosial şəbəkəsində vardır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs göndərilmiş narkotik vasitələr olan çantadakı narkotik vasitənin növü və çəkisini bilməməsi, həmin əməlin törədilməsində ancaq kuryer kimi iştirak edərək ona yalnız görəcəyi iş müqabilində şəxsi istehlakı üçün az miqdar marixuana veriləcəyi, aşkar edilmiş narkotik vasitələrin satışına hər hansı aidiyyəti olmamasını bildirməsini təqsirləndirilən şəxsin həmin hissədə qeyri-səmimi olması, ağır cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir və ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Həmin Qanunun İ siyahısında narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 500 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işinin məhkəmədə tədqiq edilmiş faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış aşkar edilmiş narkotik vasitələrin növlərinin – heroin və marixuananın külli miqdarda, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, aşkar edilərək dövriyyədən çıxarılmış marixuanının əvvəlcədən 5 ədəd ayrılmış və xüsusi olaraq qablaşdırılmış (250-550 qram) formada bükülülərdə olmasını, təqsirləndirilən şəxsin narkotik vasitəni göndərməsi ehtimal olunan şəxslə arasındakı danışıqlar və tədqiq edilmiş cinayət işinin digər materiallarını nəzərə alaraq təqsirləndirilən şəxsin narkotik vasitələri sırf satış məqsədi ilə əldə edib, daşıması qənaətinə gəlir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs Xaxəli oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsi 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması ilə mümkündür. Törədilmiş cinayət əməlinin xarakteri (ağır cinayətlərə aid olması, transmilli xarakter daşıması, təqsirəndirilən şəxsin cinayət hadisəsinə qədərki (narkotik vasitələrin əldə edilməsində özünün şəxsi marağını) və törədildiyi andakı davranışı (cinayəti gizlətmək və pərdələmək məqsədilə, şübhə yaratmamaq və mümkün yaxalanma təhlükəsini aradan qaldırmaq üçün qohumu olan qadını və azyaşlı uşağı Gəncə şəhərində kifayət qədər əyləncə və istirahət yeri olsa da, Göygöl rayonuna gəzməyə aparmasını), ictimai təhlükəlilik dərəcəsi (narkotik vasitənin iki növdə, külli miqdarda, ayrı-ayrı bağlamalarda satışa hazır formada olması, realizə ediləcəyi təqdirdə qeyri-müəyyən geniş kütləyə ünvanlanması, narkotik vasitələrin region üzrə dövriyyəsində əhəmiyyətli hal daşıması) nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür və yuxarıda göstərilənlər təqsirləndirilən şəxsə sanksiyanın aşağı həddi, yaxud ona yaxın olan müddətdə cəza təyinini istisna edir. Azəbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 15 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Göygöl RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkiləri 1009,8 qram olan heroin və 1974,75 qram olan qurudulmuş marixuana məhv edilməli, istintaq hərəkəti protokollarının əks olunduğu 2 ədəd “DVD” disk və telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd CD disk, fotocədvəllər cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, götürülməsi və baxış keçirilməsi barədə məlumat olsa da iş materiallarında təhvil verilməsi göstərilməyən “şəxsi axtarış və baxış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs götürülən və Göygöl RPŞ-də saxlanılan “X13 A7” markalı planşet və “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. İş materialları və verilmiş hesabat-arayışdan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə baxışına qədər olan dövrdə dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 5 (beş) saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə hazırlıq iclası zamanı müdafiə etmiş müdafiəçisi Müdafiəçi1 (5x6=30) 30 (otuz manat) xidmət haqqı dövlət hesabına ödənilməlidir. Məhkəmə məsrəfi olan 64,80 (altmış dörd manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Göygöl RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkiləri 1009,8 qram olan heroin və 1974,75 qram çəkidə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və baxış zamanı götürülən və Göygöl RPŞ-də saxlanılan “X13 A7” markalı planşet və “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə təhvil verilsin, 2 ədəd “DVD” disk, telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd “CD” disk və fotocədvəllər cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs hazırlıq iclasında təyinat əsasında göstərilmiş hüquqi yardıma görə dövlət büdcəsinin hesabına Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına isə 30 (otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar