Məhkəmə qərarları › İş №1(100)-312/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-312/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-312/2021 22.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Goranboy rayonunun Səmədabad kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Goranboy rayonunun Səmədabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxx 1982-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,“ işsiz, əvvəllər məhkum olunmayan, Siyəzən şəhəri, B.Səfərov küçəsi, ev 5-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi döngə 2, ev 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 xx xxxx 1977-ci ildə Kəlbəcər rayonu, Dəmirçidam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Dəmirçidam kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, S.Hacıyev küçəsi ev 66-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacağı hədə- qorxusu ilə özgənin əmlakını tamah niyyətilə tələb edib ələ keçirmək məqsədi ilə “Faktaraşdırma az” xəbər portalının təsisçisi “ Təqsirləndirilən şəxs2 oğlu və “X6nin“ direktoru Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birəşərək, 27.05.2021- ci il tarixdə saat 11 radələrində Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən vət. Zərərçəkmiş şəxs mudiri olduğu Dəymədağıldı kənd “körpələr evi və uşaq bağçasına “gələrək, sonuncuya özünü “ Aztv. Nevs Azərbaycan xəbər portalının” baş direktoru olub jurnalist olduğundan yoxlama aparacağını Zərərçəkmiş şəxs həmin körpələr evi və uşaq bağçasında işinin yarıtmaz halda olması barədə sonuncunun nüfuzuna xələl gətirəcək həqiqətə uyğun olmayan rüsvayedici məlumatları barədə videoçəkiliş apararaq sosial şəbəkələrdə yayacağı ilə hədələyərək , həmin məlumatları yaymamaq müqabilində 500 manat pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs həyat yoldaşının hərbiçi olmasını, özünün həmin işə təzə düzəlməsinin nəzərə alınmasını bildirdiyindən, sonuncunun 300 manat pul verəcəyi ilə razılaşaraq, həmin pulun verilməsini gözləmiş, bundan sonra Zərərçəkmiş şəxs onun və qeyrilərinin ifşa olunmasından ötrü bu barədə DTX-nin Bərdə rayon şöbəsinə məlumat və Bərdə rayon prokurorluğuna ərizə ilə müraciət eddiyindən, Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində, Zərərçəkmiş şəxs işlətdiyi körpələr evi və uşaq bağçası barədə həqiqqətə uyğun olmayan rüsvayedici məlumatların sosial şəbəklərdə yayılmaması məqsədi ilə elə həmin gün saat 15 radələrində Dəymədağıldı kənd körpələr evi və uşaq bağçasında onlara çatması üçün Təqsirləndirilən şəxs2 verdiyi 2 ədəd hər biri 100 manatlıq olan “ C 56815188 “ seriya nömrəli “A-04434920” seriya nömrəli cəmi 200 manat Azərbaycan Respublikası pul əskinazları dərhal sonuncudan verildiyi andaca polis əməkdaşları tərəfindən görülməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə -qorxu gəlməklə özgə əmlakını tələb edib ələ keçirmə hərəkətləri ilə müşayət olunan “hədə- qorxu ilə tələb etmə “cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacağı hədə- qorxusu ilə özgənin əmlakını tamah niyyətilə tələb edib ələ keçirmək məqsədi ilə “Aztv.Nevs Azərbaycan xəbər portalı”nın baş direktoru Təqsirləndirilən şəxs1 və “X6nin“ direktoru Təqsirləndirilən şəxs3 Nəsibulla oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birəşərək, 27.05.2021- ci il tarixdə saat 11 radələrində Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən vət. Zərərçəkmiş şəxs mudiri olduğu Dəymədağıldı kənd “körpələr evi və uşaq bağçasına “gələrək, sonuncuya özünü “ Faktaraşdırma az” xəbər portalının təsisçisi olub jurnalist olduğundan yoxlama aparacağını Zərərçəkmiş şəxs həmin körpələr evi və uşaq bağçasında işinin yarıtmaz halda olması barədə sonuncunun nüfuzuna xələl gətirəcək həqiqətə uyğun olmayan rüsvayedici məlumatları barədə videoçəkiliş apararaq sosial şəbəkələrdə yayacağı ilə hədələyərək , həmin məlumatları yaymamaq müqabilində 500 manat pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs həyat yoldaşının hərbiçi olmasını, özünün həmin işə təzə düzəlməsinin nəzərə alınmasını bildirdiyindən, sonuncunun 300 manat pul verəcəyi ilə razılaşaraq, həmin pulun verilməsini gözləmiş, bundan sonra Zərərçəkmiş şəxs onun və qeyrilərinin ifşa olunmasından ötrü bu barədə DTX-nin Bərdə rayon şöbəsinə məlumat və Bərdə rayon prokurorluğuna ərizə ilə müraciət eddiyindən, Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində, Zərərçəkmiş şəxs işlətdiyi körpələr evi və uşaq bağçası barədə həqiqqətə uyğun olmayan rüsvayedici məlumatların sosial şəbəklərdə yayılmaması məqsədi ilə elə həmin gün saat 15 radələrində Dəymədağıldı kənd körpələr evi və uşaq bağçasında ona verdiyi 2 ədəd hər biri 100 manatlıq olan “ C 56815188 “ seriya nömrəli “A-04434920” seriya nömrəli cəmi 200 manat Azərbaycan respublikası pul əskinazları dərhal ondan verildiyi andaca polis əməkdaşları tərəfindən görülməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə -qorxu gəlməklə özgə əmlakını tələb edib ələ keçirmə hərəkətləri ilə müşayət olunan “hədə- qorxu ilə tələb etmə “cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacağı hədə- qorxusu ilə özgənin əmlakını tamah niyyətilə tələb edib ələ keçirmək məqsədi ilə “Faktaraşdırma az” xəbər portalının təsisçisi “ Təqsirləndirilən şəxs2 oğlu və “ Aztv. Nevs Azərbaycan xəbər portalının” baş direktoru Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birəşərək, 27.05.2021- ci il tarixdə saat 11 radələrində Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən vət. Zərərçəkmiş şəxs mudiri olduğu Dəymədağıldı kənd “körpələr evi və uşaq bağçasına “gələrək, sonuncuya özünü “X6” nin baş direktoru olub jurnalist olduğundan yoxlama aparacağını Zərərçəkmiş şəxs həmin körpələr evi və uşaq bağçasında işinin yarıtmaz halda olması barədə sonuncunun nüfuzuna xələl gətirəcək həqiqətə uyğun olmayan rüsvayedici məlumatları barədə videoçəkiliş apararaq sosial şəbəkələrdə yayacağı ilə hədələyərək, həmin məlumatları yaymamaq müqabilində 500 manat pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs həyat yoldaşının hərbiçi olmasını, özünün həmin işə təzə düzəlməsinin nəzərə alınmasını bildirdiyindən, sonuncunun 300 manat pul verəcəyi ilə razılaşaraq, həmin pulun verilməsini gözləmiş, bundan sonra Zərərçəkmiş şəxs onun və qeyrilərinin ifşa olunmasından ötrü bu barədə DTX-nin Bərdə rayon şöbəsinə məlumat və Bərdə rayon prokurorluğuna ərizə ilə müraciət eddiyindən, Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində, Zərərçəkmiş şəxs işlətdiyi körpələr evi və uşaq bağçası barədə həqiqqətə uyğun olmayan rüsvayedici məlumatların sosial şəbəklərdə yayılmaması məqsədi ilə elə həmin gün saat 15 radələrində Dəymədağıldı kənd körpələr evi və uşaq bağçasında onlara çatması üçün Təqsirləndirilən şəxs2 verdiyi 2 ədəd hər biri 100 manatlıq olan “ C 56815188 “ seriya nömrəli “A-04434920” seriya nömrəli cəmi 200 manat Azərbaycan Respublikası pul əskinazları dərhal sonuncudan verildiyi andaca polis əməkdaşları tərəfindən görülməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə qorxu gəlməklə özgə əmlakını tələb edib ələ keçirmə hərəkətləri ilə müşayət olunan “hədə- qorxu ilə tələb etmə “cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “ Aztv Nevs” xərər portalının baş direktorudur.Həmin portal 2016-cı ildən fəaliyyət göstərir və o, həmin xəbər portalını təsis etmişdir.Bununla belə bildirir ki, həmin portalın baş direktoru olmaqla həm də jurnalist fəaliyyəti ilə də məşğul olur.X12 hardasa 3 il olar ki, tanıyır. Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluq münasibəti yoxdur.Təqsirləndirilən şəxs2 hardasa 10 il olar ki, tanıyır. Onunla da heç bir ədavəti və düşmənçiliyi, qohumluğu yoxdur. Qurbanla dostluq münasibəti var.27 may 2021- ci il tarixdə təxminən saat 10 radələri olardı ki, o, Elvin və Qurban Bərdə rayonunun Dəymədağıldı kəndinə gəlib orada çayxanada oturub söhbət edərkən, onlara tanımadıqları bir şəxs Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən bağçada maskadan istifadə edilmədiyini, uşaqlara normal qida verilmədiyini bildirmişdir. Odur ki, onlar məlumat toplamaq və dəqiqləşdirmək üçün həmin kəndin ərazisində yerləşən baxçaya yaxınlaşmışlar.Orada bağçanın qapısını döymüşlər, bağçanın qapısı açılanda Təqsirləndirilən şəxs2 öz mobil telefonu ilə videoçəkiliş aparmağa başlamışdır. Həmin vaxt Nuranə xanım, yəni bağçanın müdirəsi özü maska vurmadan hərəkət etdiyini görüb ona bu iradı bildirmişlər. Həmin vaxt Nuranə xanım onları öz iş otağına dəvət etmişdir. O, Qurban və Elvin Nuranə xanımın iş otağına keçmişlər. Həmin vaxt o, Nuranə xanıma uşaq bağçasında sanitar qaydaların pozulmasını bildirmişdir.Sonra isə onlar bağçanın yeməkxanasına getmişlər. Yeməkxanada gündəlik yeməyin cədvəlinin tutulmamasını aşkar etmişlər.Onların bu tələbinin qarşılığında Nuranə xanım yemək cədvəlinin axşamlar tutulduğunu onlara bildirmişdir. O da Nuranə xanıma yemək cədvəlinin səhərlər tutulmalı olduğunu və yemək bişirən şəxslərə bunun imza edilməklə yemək məhsullarının qəbul edilməsinin zəruriliyini demişdir.Bundan sonra Nuranə xanım onları öz otağına çağırmış və həyat yoldaşının hərbiçi olmasını və ondan KİV-nə yayım verməmələrini xahiş etmişdir.Onlar uşaq bağçasından çıxarkən Nuranə xanım ona məxsus ***-***-**-** nömrəsini və Elvinə məxsus ***-***-**-** mobil nömrələri götürmüşdür.Həmin gün saat 13 radələrində Nuranə xanım ona zəng vuraraq, çox pulunun olmamasını 250 manat pulunun olduğunu bildirmişdir. Nutanə xanım ona zəng edərkən avtomobildə o, Elvin və Qurban getməkdə davam etmişlər. O, Nuranəyə onun pulunun onlara lazım olmamasını demişdir. Bundan sonra Nuranə onları bağçaya gəlməyini demişdir. Təxminən aradan 1- saat keçərdi ki,Nuranəyə zəng etmişdir. Nuranə də Bərdə şəhərində olduğunu, hardasa saat 15 radələrində bağçada olacağını demişdir. Bundan sonra o, Elvin və Qurban Dəymədağıldı kəndində yol kənarında olan çayxanada çay içməyə başlamışlar. Həmin vaxt Nuranə xanım işdə olduğunu ona zəng edərək bildirmişdir. Bundan sonra Qurban və Elvin uşaq bağçasına getmişlər.Sonra birdə görmüşdür ki, polis işçiləri çayxanaya gələrək, onu Bərdə rayon prokurorluğuna dəvət etmişlər.O da onlarla prokurorluğa gəlmişdir. Artıq bundann sonra ona məlum olmuşdur ki, Nuranə xanım Qurbana 200 manat pulu elə bağçada verərkən polis işçiləri tərəfindən Qurban yaxalanaraq, həmin 200 manat pul ondan götürülmüşdür.O, Qurban və Elvin Nuranə xanıma heç bir hədə-qorxu gəlməmişlər.Nuranə xanım özü 200 manatı Qurbana, yəni onlara bu məqsədlə vermişdir ki,onlar onun işlədiyi bağça barədə sosial şəbəkələrdə hər hansı bir paylaşma etməsinlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəli olub himayəsində iki azyaşlı uşaqları var.11.03.2020-ci il tarixdə “ X6 MMC natarial qaydada almış və elə qeyd etdiyi vaxtdan da həmin MMC-nin baş direktoru vəzifəsində işləyir.Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hardasa 1 il olar ki, tanıyır.Onlarla heç bir ədavəti, düşmənçilyim və qohumluğu yoxdur.Bir yoldaş kimi münasibətləri həmişə yaxşı olmuşdur.Məmmədov Seymur Sahib oğlu "xxxx" MMC- nin baş direktorudur.Təqsirləndirilən şəxs2 isə “ Fakt araşdırma internet televiziyası “MMC- nin baş direktorudur.27.05.2021- ci il tarixdə özünə məxsus olan idarə etdiyi Mersedes Benz C- 180 markalı 99- FK 321 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayon ərazisi ilə hərəkət etmişdir. Həmin vaxt avtomobilində Seymur və Qurban da olmuşlar.Elə olmuşdur ki, o, Bərdə rayonun Dəymədağıldı kəndi ərazisi ilə hərəkətdə olarkən, çay içmək üçün maşını saxlayıb bir çayxanaya daxil olub çay içməyə başlamışlar.Həmin vaxt saat 10 radələri olmuşdur.Elə çay içərkən jurnalstika ilə bağlı söhbətlər edərkən onlara tanımadıqları bir qadın və kişi yaxınlaşaraq onlardan jurnalist olub-olmadıqlarını soruşub maraqlanmışdır. Onlar da deyəndə ki, jurnalisdirlər onlar da bildirmişlər ki, bəs Bərdə rayonunun Dəymədağıldı kəndində bağçada vəziyyət acınacaqlı haldadır, uşaqlara yemək verilmir. Bir az keçmişdir ki, elə onlar çayxanadan durub onun maşınına həmin sonradan adını bildiyi Dəymədağıldı kənd körpələr evində bağça müdirəsi işləyən Nuranə xanımın işlədiyi həmin obyektə getmişlər. Həmin yerə getməkdə məqsədləri videoçəkiliş aparıb orada olan neqativ hallarla bağlı dövlətin qanun və qaydalarını qorumaq məqsədi ilə sosial şəbəkələrdə paylaşmalar etmək olmuşdur.Həmin körpələr evi və uşaq bağçasının qapısını döyərkən qapını bir xanım açmışdır. Az sonra həmin yerin müdirəsi Zərərçəkmiş şəxs onlara yaxınlaşmışdır.Ona özlərini təqdim edib məlumat əsasında gəldiklərini bildirmişlər. Nuranə xanıma körplər evində neqativ hallar olduğunu deyib söhbət etdikdən sonra o, çölə çıxıb avtomobilində əyləşmişdir. Qurbanla Seymur isə çəkiliş aparmaqdan ötrü körpələr evinin mətbəxinə getmişlər.Az sonra onlar da gəlib avtomobildə əyləşmişlər. O, onlardan nə hərəkətlər etdiklərini soruşduqda Seymur körpələr evində mətbəxdə çəkilişlər aparmış olduqlarını və mətbəxdə vəziyətin acınacaqlı olduğunu demişdir. Həm də həmin vaxt Seymur ona bildirmişdir ki, mudirə Nuranə xanım çəkilişlərin sosial şəbəkələrdə yayılmaması üçün onlara müəyyən miqdarda şirinlik vercəyini deyibdir. O, bu vəziyətdən sonra hər şeyi Qurban və Seymurun üzərinə buraxıb avtomobilini Tərtər rayonu istiqamətinə sürmüşdür. Onlar Tərtər ərazisində olarkən Nuranə bir- neçə dəfə Seymura zəng vurub, telefon əlaqəsi saxlamışdır. Seymur bildirmişdir ki, Nuranə onları körpələr evinə çağırır ki, onlara hörmət etsin ki, onlar həmin videoçəkilişi yaymasınlar.O, yenə hər şeyi Seymur və Qurbanın səlahiyətinə buraxmışdır.Elə avtomobildə radioya qulaq asdığından heç Seymur və Qurbanın nə danışdıqlarını belə eşitməmişdir. Avtomobili Seymurun sözü ilə Bərdə rayonun Dəymədağıldı kəndinə körpələr evinin qarşısına sürmüşdür. Seymur Nuranə ilə əlaqə saxlamışdır. Nuranə də birneçə dəqiqəyə körpələr evinə gələcəyini bildirmişdir. Ona görə də kəndin ərazisində olan bir çayxanaya getmişlər. Hardasa təxminən saat 14 radələrində Nuranə Seymura zəng edərək, körpələr evində olduğunu həmin yerə gəlmələrini bildirmişdir. Seymur həmin çayxanada qalmış, Qurbanla o, onun avtomobilmdə körpələr evinə gəlmişlər. O, elə avtomobilində qalmışdır. Qurban maşından düşüb içəri körpələr evinə keçmişdir Elə az sonra Qurban içəridən polis əməkdaşları ilə çıxıb ona yaxınlaşmışlar. Qeyd olunan şəxslər özlərini ona təqdim edib onların üçünü də Bərdə rayon prokurorluğuna aparmışlar. Artıq ona məlum olmuşdur ki, Nuranə xanım 200 manat pulu Qurbana verədikdən sonra Qurban həmin vəziyyətdə polis işçiləri tərəfindən yaxalanaraq ondan 200 manat pul polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kəlbəcər internet televiziyasının təsisçisisidir.Hardasa 3 ay olar ki, faktaraşdırma TV.az xəbər portalının da təsisçisi etmişdir. Onu da qeyd edir ki, internet televiziya sayti aktivdir.Həmin saytın təsisçisi olub elə üzvü də özüdür.Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Nəsibulla oğlunu hardasa 2-3 il olar ki, tanıyır. Onlarla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Ancaq dostluq münasibətləri var. 27 may 2021- ci il tarixdə təxminən saat 10-11 radələrində o. Seymur və Elvin birlikdə Təqsirləndirilən şəxs3 Mersedes markalı avtomobili ilə Bərdə rayonunun Dəymədağıldı kəndinə gəlmişlər ki,onlara daxil olmuş məlumat əsasında Bərdə rayonun həmin kəndində yerləşən uşaq bağçasında neqativ hallar var. Ona görə də onlar üçü də həmin bağçaya gəlmişlər. Təqsirləndirilən şəxs3 özünü və onları sonradan adını bildiyi bağça müdiri Nuranə xanıma təqdim etmişdir. Bildirmişdir ki, onlar jurnalisdirlər. Nuranyə demişlər ki, niyə cənab prezdentin verdiyi sərəncamlara əsasən maskadan istifadə etmir, eyni zamanda onlar bağçada verilən uşaqların yeməklərini nə səviyyədə olması ilə də maraqlanmışlar. Ondan uşaqların sayını soruşmuşlar. Nuranə xanım isə bildirmişdir ki, 35 nəfər uşaq olmalıdır. Baxıb bağçada cəmi 12 nəfər uşaq olduğunu görmüşlər. Həmin vaxt Nuranə xanım ondan əvvəl işləmiş bağça mudirəsindən şikayət etmiş bildirmişdir ki, heç burada işləyən aşbazın heç ondan əvvəl işləməsinə baxmayaraq müvafiq sənədləşməsi yoxdur.Həmin anlaşılmazlığı çalışırlar ki, düzəltsinlər. Həmin vaxt Nuranə xanım onlara bildimişdir ki, bu məsləni onlar ictimailəşdirməsinlər. Bunun müqabilində o, şəxsən Nuranəyə demişdir ki, onun onlara heç nəyi lazım deyil, o, bağçaya təzə təyin olunmusdur. Bildirmişdir ki, verilən sərəncamlara riayət etsin.Həmin vaxtı Təqsirləndirilən şəxs3 bağçadan çölə çıxmışdır. Seymur müəllimlə o, Nuranə xanımın yanında qalmışlar. Nuranə xanım özü onlara israrla təklif etmişdir ki, nə lazımdır etsin elə buradan qardaş- bacı kimi ayrılslnlar, onun bağça müdirəsi kimi adı heç bir yerdə hallanmasın.Həmin vaxtı o, təkrarən Nuranə xanıma bildirmişdir ki, siz təzə təyin olunmussunuz, ölkə başçısının verdiyi qanunlara riayət etsəniz daha gözəl olar. Bundan sonra Nuranə xanım onlara demişdir ki, saat 15 radələrində yenə onlar bağçaya gəlsinlər və o, onlara 300 manat pul verəcəkdir. Onlar da Nuranə xanımın bu təklifi ilə razılaşmışlar. Saat 15 radələrində Nuranə xanım Seymurun mobil telefonuna zəng vurub bildirmişdir ki, 250 manat pul düzəldib, gəlib götürsünlər. Həmin vaxt Seymur müəllim ona Nuranəyə bildirmişdir ki, pulun 50 manatı da onun olsun.200 manat olsa da olmasa da olar.Sonra onlar, yəni o, Seymur, Elvin Dəymədağıldı kəndinin yaxınlığında yolun kənarında bir çayxanada oturub çay içirkən, Nuranə xanım Seymur müəllimə zəng vurub demişdir ki, “qardaş 200 manat düzəltmişəm gəlin başçadayam götürün”. Seymur həmin çayxanada qalmışdır. Elvinlə o, birlikdə Nuranənin işlədiyi bağçaya getmişlər. Həmin vaxt Elvin elə maşında qalmış, o, maşından düşüb bağçanın qapısını döymüşdür. Bağçanın işçisi bir adını bilmədiyi xanım gəlib qapını açmışdır. O, həmin xanıma demişdir ki, zəhmət olmasa müəlliməyə desin gəlsin.Müəllimə Nuranə isə onu içəri otağa çağırmışdır.O,içəri daxil olan zaman polis işçiləri həmin yerdə dalda otaqdan çıxıb müəllimə 200 manat pulu ona uzadan zaman o, pulu alıb heç cibimə qoymamış arxadan polis işçiləri onu tutmuşlar və polis işçiləri onları tutub Bərdə şəhərinə rayon prokurorluğuna gətirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.1986- cı ildə Yevlax şəhərində anadan olub , hazırda Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi bina 43, mənzil 48 də yaşayır. Ailəli olub, hazırda Bərdə rayon Dəymədağıldı kənd körpələr evi və uşaq bağçaının müdiri vəzifəsində işləyir.Bununla belə bildirir ki, öz işini həmişə diqqətlə və heç bir qanun tələbini pozmadan aparmağa çalışmışdır. 27 may 2021- ci il tarixdə təxminən saat 11 radələri olardı ki, o, Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evi uşaq bağçasında iş başında olarkən 3 nəfər tanımadığı şəxs , artıq hadisədən sonra tanıdığı Təqsirləndirilən şəxs3 oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun işlədiyi həmin iş yerinə gəlmişlər.Onlar özlərini Azərbaycan Respublikası “ AZ TV- nin” jurnalist əməkdaşları kimi təqdim etdikdən sonra onlardan biri, yəni Qurban öz əlindəki mobil telefonla videoçəkiliş etməyə başlamışdır. Sonra isə onlardan Təqsirləndirilən şəxs3 körpələr evindən çıxıb sonuncu yerin qarşısında dayanmış qara rəngli mersedes markalı maşına əyləşmişdir. Həmin vaxt videoçəkiliş aparan jurnalist kimi özünü ona təqdim etmiş Təqsirləndirilən şəxs2 ona maskasız olduğu üçün 4000 manatdan 6000 manata qədər cərimənin olmuş olduğunu və bunun ödənilmə qaydasının olduğunu bildirmişdir. Onlar bağçada qanunsuz olaraq videoçəkiliş apararaq ona hədə- qorxu gələrək işlədiyi bağçanının videoçəkilişini sosial şəbəkələrdə paylaşacaqlarını ,onun işinə, yəni işgüzar qanuni fəaliyyətinə xələl gətirəcəklərtini bildirmişlər.Həmin vaxt Seymur ona bağçanın menyusunun yazılmadığını, bağçada uşaqların sayının az olduğunu deyib irad tutmuşdur.O, isə onlara işlədiyi bağçaya təzə təyin olmuş olduğunu, həyat yoldaşının hərbiçi olduğunu ,ondan nə istədiklərini soruşmuşdur.Həmin vaxt Seymur adlı şəxs Təqsirləndirilən şəxs3 avtomobilnə tərəf getməyə başlamışdır.Gedib avtomobildə əyləşmiş Təqsirləndirilən şəxs3la məsləhətləşib ona bir söz deyəcəyini bildirmişdir. Həmin vaxt onunla birlikdə onun otağında qalan Qurban adlı şəxs bu işin pul müqabilində, yəni o, onların dediyi pulu onlara verəcəyi halda videoçəkilişi sosial çəbəklərdə paylaşmayacaqlarını bildirmişdir. Elə belə əsasda Qurbanla söhbət edərkən aradan bir- iki dəqiqə keçərdi ki, Seymur qayıdıb onların yanına gələrək, maşında əyləşmiş Təqsirləndirilən şəxs3 bu işin başa gəlməsi üçün 500 manat pul istədiyini demişdir. O, isə onlara demişdir ki, o, bağçaya yenicə təyin olunmuş və həyat yoldaşı da hərbiçidir, vətənə xidmət edir, heç olmasa bütün bunları nəzərə alıb ondan bir az az halda pul istəsinlər.Onlar onunla razılaşaraq ondan 300 manat alacaqlarını və bundan sonra heç bir sosial şəbəkədə videoçəkilişi paylaşmayacaqlarını və bu barədə heç bir hərəkət etməyəcəklərini demişlər. O, həmin vaxt onlara bildirişdir ki, o, qədər də pulu yoxdur, həyat yoldaşı işdədir, onlarla əlaqə saxlamaq üçün o, Seymurun mobil telefon nömrəsini istəmişdir. Seymur da ona çöldə avtomobildə olan Təqsirləndirilən şəxs3 mobil telefon nömrəsini ***-***-**-** nömrəsini vermişdir. Eyni zamanda Seymur özünün mobil telefon nömrəsini ***-***-**-** nömrəsini də ona vermişdir. Bundan sonra o, onu şantaj edən ona hədə - qorxu gəlib, yəni onun barəsində və işlədiyi işi barədə videoçəkiliş apardıqlarını və sosial şəbəklərdə onu rüsvay edib işinə xələl gətirəcəklərdən bərk qorxduğundan onları ifşa etməkdən ötrü Bərdə rayon prokurorluğuna gələrək, bu barədə şikayət ərizəsi yazıb rayon prokurorluğuna vermişdir. Bütün bunlardan sonra o, Seymurla mobil telefonla əlaqə saxlayaraq, onların dediyi və onunla razılaşdıqları puldan 250 manat hazırladığını və onlara vermək istədiyini və bunun üçün onun iş yerinə gəlmələrini xahiş edib bildirmişdir. Demişdir ki, 27 may 2021- ci il tarixdə saat 15 radələrində bağçada iş yerimdə olacaqdır gəlib pulu götürüb apara bilərlər.Seymur da ona telefonda 250 manatdan 50 manatını da keçdiyini, 200 manatı gətirib bağçada verməyini bildirmişdir. Bundan sonra Seymur telefonunu söndürmüşdür.Onun onlara verəcəyi 2 ədəd 100 manatlıq pul əskinazlarının nömrəsini, yəni bir ədədinin üzərində C- 56815188 2- ci ədədinin üzərində A-04434920 seriya və nömrəsi olan pulları onlara vermək cinayət başında yaxalamaq məqsədinə nail olmaqla onun dediklərimin həqiqqət olduğunu sübuta yetirmək üçün iş yerinə Bərdə rayonun Dəymədağıldı kəndinə körpələr evi və uşaq bağçasına gəlmişdir. Elə o, bağçada otaqda olarkən Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 həmin Elvinin idarə etdiyi Mersedes markalı avtomobillə həmin yerə gəlib çıxmışlar. Orada Elvin avtomobildə qalıb gözləmişdir. Qurban da maşından düşüb onun iş yerinə otağa gəlmişdir. O, həmin 200 manat pulu Qurbana verən kimi polis işçiləri Qurbanı yaxalayaraq pulu ondan götürmüşlər. Bildirir ki, həmin şəxslər qabaqcadan əlbir olub ona qarşı bu hərəkətləri etmişlər. Ondan 300 manatı istəyən Təqsirləndirilən şəxs1, pulu alan Təqsirləndirilən şəxs2 və pulun alınmasına razılıq verən isə Təqsirləndirilən şəxs3 olmuşdur. Hərəsi bu öz üzərinə götürdüyü işini görüb ondan həmin pulu almışlar və o da onların onun barəsində sosial şəbəkələrdə həqiqqətə uyğun olmayan yalan rüsvayedici məlumatlar yayacaqlarından qorxduğundan onların ondan tələb etdikləri pulu onlara verməyə razı olmuşdur.Sonra isə onları “ iş başında “ yaxalamaq üçün yuxarda ifadəsində göstərdiyi tərzdə hərəkətlər etmişdir ki, onlar ifşa olunsunlar.Onlar ondan pulu almaqla bağçada aparılan videoçəkilişi onu və rəhbərlik etdiyi bağçanı rüsvay etməyəcəklərinə söz vermişlər.Baxmayaraq ki, onun bağçasında hər şey maskası və qida rasionu yerində olmuşdur. Ancaq onlar ona bu tərzdə hədə -qorxu gəlib ondan pul almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞ-də CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Bərdə şəhər sakini Zərərçəkmiş şəxs hadisə baş verən gündən, yəni ona hədə- qorxu gəlinib pul tələb olunduğu 27 may 2021- ci il tarixdən etibarən tanıyır. Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur.Vət. Zərərçəkmiş şəxs hədə- qorxu ilə pul tələb etmiş şəxsləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1v Sahib oğlunu da həmin hadisə günü, yəni onların Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən Zərərçəkmiş şəxs müdri olduğu körpələr evi və uşaq bağçasına gələrək, ondan hədəqorxu gəlib pul tələb etmələri ilə ələqədar tərəflərindən keçirilmiş əməliyyat tədbiri ilə onların ifşa olunduqları tarixdən, yəni 27 may 2021-ci il tarixdən etibarən tanımışdır. Onlarla da heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur.Belə ki, həmin baş vermiş cinayət hadisəsi ilə ələqədar bildirmək istəyi ki, vət. Zərərçəkmiş şəxs, 27 may 2021- ci il tarixdə Bərdə rayon prokuroru kiçik ədliyyə müşaviri X7 qəbulunda olaraq, ərizə ilə rayon prokuroruna müraciət edib, 27 may 2021- ci il tarixdə təxminən saat 11 radələrində 3 nəfər nəmalüm şəxsin onun işlədiyi Bərdə rayonu Dəymədağıldı kəndində yrləşən körpələr evi və uşaq bağçasına gələrək, özlərini AZ.TV- nn jurnalist əməkdaşı olduqlarını bildirib, körpələr evində və bağçada videoçəkilişlər aparıb həmin videoçəkilişləri sosial şəbəkələrdə yayacaqları və onun işinin yarıtmaz olduğunu bildirib nümayiş etdirəcəklərini və həmin görüntülərin yayılmaması üçün ondan 300 manat məbləğində pul istədiklərini və həmin şəxslərin elə həmin gün saat 15-16 radələrinə qədər onlara həmin pulun verilməsi üçün ona vaxt verilmiş olduqlarını bildirərək , ondan həmin pulu hədə-qorxu ilə tələb edən şəxslərin ifşa olunmasını xahiş edib bildirmişdir.Bununla belə onu da bildirir ki, hələ rayon prokurorluğuna Zərərçəkmiş şəxs ərizə ilə müraciət etməsindən əvvəl Azərbaycan Respublikası DTX- nin Bərdə rayon şöbəsindən 27.05.2021- ci il tarixdə Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evinin müdiri Zərərçəkmiş şəxs özlərini jurnalist kimi təqdim edən 3 nəfər şəxsin hədə- qorxu gələrək, pul istmələri barədə məlumat da rayon prokurorluğuna daxil olmuşdur.Bunula bərabər onu da qeyd edir ki, rayon prokurorluğunda ilkin araşdırma aparılarkən, Zərərçəkmiş şəxs 01 ədəd diski də rayon prokurorluğunda təqdim edərək həmin şəxslərin onun işlədiyi körpələr evi və uşaq bağçası barədə məlumatları yaymamaları müqabilində onlara 200 manat verəcəyi ilə razılaşması barədə səs yazısını özündə əks etdirən 01 ədəd diski də təqdim etdiyindən, rayon prokurorluğunda diskə keçirilən baxış zamanı bilavasitə Zərərçəkmiş şəxs ilə həmin məbləğdə pulun verilməsi və bunun müqabilində sosial şəbəkələrdə paylaşma aparılmayacağı ilə razılaşan şəxsin bilavasitə qrupun üzvü Təqsirləndirilən şəxs1 olmuş olduğu da müəyyən olunmuşdur.Bütün bu hallar rayon prokurorluğu tərəfindən ilkin araşdırma zamanı artıq müəyyən olunduğundan elə həmin tarixdə ilkin araşdırmanı aparan Bərdə rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas Fərid Xəlilov tərəfindən verilmiş 27 may 2021- ci il tarixli əməliyyat tapşırığında qeyd olunan məqsəd üçün Zərərçəkmiş şəxs 200 manat pulu elə həmin gün saat 15 radələrində həmin bağçada həmin şəxslərə verəcəyi bildirilərək , həmin halın əməliyyat yolu ilə yoxlanması, onların kimliyinin müəyyən edilməsi, araşdırmaya təqdim olunmaları göstərilmişdir. Odur ki, bütün bunlardan sonra elə həmin tarixdə 27.05.2021ci il tarixdə o, raportla Bərdə rayon polis şöbəsinin rəisi polis polkovnkiki cənab Muradəli Babayevə müraciət edib raportunda Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi, ev 43, mənzil 48də yaşayan Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evinin müdiri vəzifəsində işləyən xx.xx.1986- cı il təvəllüdlü Zərərçəkmiş şəxs hədə- nqorxu ilə 300 manat pul tələb edən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi və onların cinayət başında isti izlərlə yaxalamaq üçün təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri keçirilməsi üçün aidiyyəti üzrə göstəriş verməsini xahiş etmişdir.Həmin raport əsasında raportunda göstərilən əməliyyat axtarış tədbirlərinin keçirilməsi bilavasitə Bərdə RPŞ-nin əməliyyat işi üzrə rəis müavini polis polkovnik- leytenantı Şahid Abdullayev tərəfindən ona həvalə olunmuşdur.Bundan sonra Bərdə rayon polis şöbəsinə dəvət olunmuş vət. Zərərçəkmiş şəxs ərizə ilə Bərdə rayon polis şöbəsinin rəisi Muradəli Babayevə müraciət edərək, ərizəsində 27.05.2021- ci il tarixdə səhər saat 11 radələrində iş yerinə gəlib ona hədə- qorxu gələrək, ondan 300 AZN pul tələb edən şəxslərin şəxsiyyətlərinin müəyyən olunması və cinayət başında yaxalanmaları üçün ondan iki ədəd və hər biri 100 manat olan pul əskinazlarının götürülməsini xahiş edib bildirmişdir.Odur ki, təxirəsalınmaz əməliyyat- axtarış tədbirlərinin keçirilməsi və həmin əsasda Zərərçəkmiş şəxs hədə- qorxu ilə pul tələb etmiş şəxsləri isti izlərlə cinayət başında yaxalamaq üçün Bərdə rayon polis şöbəsinin CAB- nin axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 oğlunun bilavasitə iştirakları ilə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ev 43, mənzil 48 də yaşayan Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evi və uşaq bağçasının müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs Bərdə rayon prokurorluğuna ondan hədə- qorxu gəlinərək 3 nəfər şəxsin 300 manat pul tələb etmələri ilə ələqədar şikayət ərizəsi əsasında müraciəti ilə bağlı həmin şəxslərin ifşa olunmaları üçün Zərərçəkmiş şəxs ərizəsi əsasında 1 ədəd A 04434920 nömrəli və bir ədəd C -56815188 nömərli Azərbaycan Pespublikasının 100 manatlıq pul əskinazları əməliyyat tədbirində istifadə olunması məqsədi ilə tərəflərindən götürülmüşdür.Həmin pul əskinazlarının kserosurətləri götürüldükdən sonra pul əskinazlarının özü Zərərçəkmiş şəxs ondan pul tələb edən şəxslərə verilməsi üçün tərəflərindən qaytarılıb onun özünə verilmişdir.Odur ki, bu barədə o, protokoll tərtib etmiş, Protokolda qeyd olunanları ucadan iştirakçılara oxumuş və protokolda qeyd olunanların doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur.Bundan sonra o, həmin təxirəsalınmaz əməliyyat- axtarış tədbirinin keçirilməsi üçün bu barədə qərar qəbul etmiş və həmin qərar rayon polis şöbəsinin rəisi Muradəli Babayev tərəfindən təsdiq olunduqdan sonra həmin əməliyyat tədbirinin, yəni Zərərçəkmiş şəxs hədə- qorxu gəlinib pul tələb etmiş şəxslərin cinayət başında yaxalanması üçün tərəfilərindən icra tədbirləri görülməyə başlanılmışdır. Belə ki, Bərdə rayon polis şöbəsinin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və CAB- nin axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 oğlu və o, eyni zamanda Vəliyeva Nuranə Eldar qızı Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən körpələr evi və uşaq bağçasına gəlmişlər. O, bilavasitə uşaq bağçasında Nuranə xanımın pulu həmin şəxslərə verdikdən sonra həmin pulu alan şəxsi dərhal yerindəcə maddi sübutla yaxalamaq və həmkarları da bu andan sonra onun saxlanmasını təmin etməli idilər. Odur ki, o və həmkarları həmin uşaq bağçasında olmuşlar.O, bilavasitə Nuranə xanımın otağında həmkarları da həmin otağın qapısından çöldə arxa görünməyən yerə keçib pulu almaq üçün həmin şəxslərin gəlməsini gözləməyə başlamışlar. 27.05.2021- cı il tarixdə saat 15 radələrində artıq əməliyyat tədbirindən sonra adları ona və qeyrilərinə məlum olmuş şəxslərdən X10 idarə etdiyi qara rəngli Mersedes markalı avtomobildə Təqsirləndirilən şəxs2 da olmaqla onlar həmin Dəymədağıldı kənd körpələr evinin qarşısına maşınla gəlib çıxmışlar. Onlardan Elvin Qurbanov avtomobildə qalmışdır. Təqsirləndirilən şəxs2 avtomobildən düşüb Zərərçəkmiş şəxs körpələr evi və uşaq bağçasında işlədiyi iş otağına daxil olub və sonuncu 200 manat pulu bilavasitə Təqsirləndirilən şəxs2 verən kimi və sonuncu pulu əynində olan köynəyinin sol ön cibinə qoyan kimi tərfindən Təqsirləndirilən şəxs2 yerindəcə saxlanılaraq, onun həmin cibindən Zərərçəkmiş şəxs ona vermiş olduğu 1 ədəd A 04434920 nömrəli və bir ədəd C -56815188 nömərli Azərbaycan Pespublikasının 100 manatlıq pul əskinazları əməliyyat tədbir olaraq tərəfindən ondan götürülmüşdür. Bundan sonra həmin şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Nəsbulla oğlu və Təqsirləndirilən şəxs2 Bərdə rayon prokurorluğuna dəvət olunaraq, orada onların izahatları alınmışdir. Daha sonra o, raport yazıb maddi sübut olan 2 ədəd həmin 100 manatlıq pul əskinazlarının və əməliyyat tədbiri ilə bağlı materialın aidiyyəti üzrə rayon prokurorluğuna göndərilməsinin və bu əsasda götürülüb materiala əlavə olunması üçün göndərilməsini bildirdiyimdən həmin əsada qeyd olunan pul əskinazları və əməliyyat tədbiri üzrə toplanmış material Bərdə rayon prokurorluğuna göndərilərək rayon prokurorluğunda olan eyni məzmunlu materiala əlavə olunmaqla araşdırmanın aparılması davam etdirilərək, toplanmış material əsasında rayon prokuroru cənab Rəşad İsgəndərov tərəfindən Azərbaycan Respublikası CM- nin 182.2.1- ci maddəsi ilə cinayət işi balanmış və cinayət işi aidiyyəti üzrə istintaqının aparılmasından ötrü Bərdə rayon polis şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Bərdə şəhər sakini Bərdə rayonunun Dəymədağıldı kənd körpələr və uşaq bağçasının müdiri Bərdə şəhər sakini Zərərçəkmiş şəxs hadisə baş verən gündən, yəni ona hədə- qorxu gəlinib pul tələb olunduğu 27 may 2021- ci il tarixdən etibarən həmin hadisə üzrə araşdırma aparıldığı vaxtdan tanıyır. Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur.Vət. Zərərçəkmiş şəxs hədə- qorxu ilə pul tələb etmiş şəxsləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1v Sahib oğlunu və Təqsirləndirilən şəxs3 həmin cinayət hadisəsi baş verən günü, yəni onların Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən Zərərçəkmiş şəxs müdri olduğu körpələr evi və uşaq bağçasına gələrək, ondan hədə- qorxu gəlib pul tələb etmələri ilə ələqədar tərəflərindən keçirilmiş əməliyyat tədbiri ilə onların ifşa olunduqları tarixdən, yəni 27 may 2021-ci il tarixdən etibarən tanımışdır.Onun adları qeyd olunan həmin şəxslərlə də heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur.Belə ki, vət. Zərərçəkmiş şəxs hədə- qorxu gəlib pul tələb edilməsi cinayət hadisəsi ilə ələqədar bildirmək istəyir ki, vət. Zərərçəkmiş şəxs, 27 may 2021- ci il tarixdə Bərdə rayon prokuroru cənab Rəşad İsgəndərovun qəbulunda olaraq, ərizə ilə rayon prokuroruna müraciət edib, 27 may 2021- ci il tarixdə təxminən saat 11 radələrində 3 nəfər nəmalüm şəxsin onun işlədiyi Bərdə rayonu Dəymədağıldı kəndində yrləşən körpələr evi və uşaq bağçasına gələrək, özlərini AZ.TV- nn jurnalist əməkdaşı olduqlarını bildirib, körpələr evində və bağçada videoçəkilişlər aparıb həmin videoçəkilişləri sosial şəbəkələrdə yayacaqları və onun işinin yarıtmaz olduğunu bildirib nümayiş etdirəcəklərini və həmin görüntülərin yayılmaması üçün ondan 300 manat məbləğində pul istədiklərini və həmin şəxslərin elə həmin gün saat 15-16 radələrinə qədər onlara həmin pulun verilməsi üçün ona vaxt verilmiş olduqlarını bildirərək, ondan həmin pulu hədə-qorxu ilə pul tələb edən şəxslərin ifşa olunmasını xahiş edib bildirmişdir.Bununla belə onu da bildirir ki, hələ rayon prokurorluğuna Zərərçəkmiş şəxs ərizə ilə müraciət etməsindən əvvəl də Azərbaycan Respublikası DTX- nin Bərdə rayon şöbəsinə də bu barədə məlumat daxil olmuşdur ki, 27.05.2021- ci il tarixdə Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evinin müdiri Zərərçəkmiş şəxs özlərini jurnalist kimi təqdim edən 3 nəfər şəxs hədə- qorxu gələrək pul tələb etmişlər. Elə bu barədə məlumat da DTX- nin Bərdə rayon şöbəsinədən rayon prokurorluğuna daxil olmuşdur.Bunula bərabər onu da qeyd edir ki, rayon prokurorluğunda ilkin araşdırma aparılarkən Zərərçəkmiş şəxs 01 ədəd diski də rayon prokurorluğunda təqdim edərək, həmin şəxslərin onun işlədiyi körpələr evi və uşaq bağçası barədə məlumatları yaymamaları müqabilində onlara 200 manat verəcəyi ilə razılaşması barədə səs yazısını özündə əks etdirən 01 ədəd diski də təqdim etdiyindən, rayon prokurorluğunda diskə keçirilən baxış zamanı bilavasitə Zərərçəkmiş şəxs ilə həmin məbləğdə pulun verilməsi və bunun müqabilində sosial şəbəkələrdə paylaşma aparılmayacağı ilə razılaşan şəxsin bilavasitə qrupun üzvü Təqsirləndirilən şəxs1 olmuş olduğu da müəyyən olunmuşdur. Bütün bu hallar rayon prokurorluğu tərəfindən ilkin araşdırma zamanı artıq müəyyən olunduğundan elə həmin traixdə ilkin araşdırmanı aparan Bərdə rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas Fərid Xəlilov tərəfindən verilmiş 27 may 2021ci il tarixli əməliyyat tapşırığında qeyd olunan məqsəd üçün Zərərçəkmiş şəxs 200 manat pulu elə həmin gün saat 15 radələrində həmin bağçada həmin şəxslərə verəcəyi bildirilərək, həmin halın əməliyyat yolu ilə yoxlanması, onların şəxsiyyətinin, yəni kimliyinin müəyyən edilməsi, və araşdırmaya təqdim olunmaları göstərilmişdir. Odur ki, bütün bunlardan sonra elə həmin tarixdə 27.05.2021- ci il tarixdə Bərdə RPŞ- nin CABnin əməliyyat müvəkkili polis leytenantı Şahid1 raportla Bərdə rayon polis şöbəsinin rəisi polis polkovnkiki cənab Muradəli Babayevə müraciət edib raportunda Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi, ev 43, mənzil 48 - də yaşayan Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evinin müdiri vəzifəsində işləyən xx.xx.1986- cı il təvəllüdlü Zərərçəkmiş şəxs hədə- qorxu ilə 300 manat pul tələb edən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi və onların cinayət başında isti izlərlə yaxalamaq üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi üçün aidiyyəti üzrə göstəriş verməsini xahiş etmişdir.Həmin raport əsasında raportda göstərilən əməliyyat - axtarış tədbirlərinin keçirilməsi bilavasitə Bərdə RPŞ-nin əməliyyat işi üzrə rəis müavini polis polkovnik- leytenantı Şahid Abdullayev tərəfindən bilavasitə CAB-nin əməliyyat müvəkkili Şahid1 həvalə olunmuşdur.Bundan sonra Bərdə rayon polis şöbəsinə dəvət olunmuş vət. Zərərçəkmiş şəxs ərizə ilə Bərdə rayon polis şöbəsinin rəisi Muradəli Babayevə müraciət edərək, ərizəsində 27.05.2021- ci il tarixdə səhər saat 11 radələrində işlədiyi Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən və müdiri olduğu körpələr evi və uşaq bağçasına 3 nəfər şəxsin gəlib ona hədə- qorxu gələrək, ondan 300 AZN pul tələb etmiş həmin şəxslərin şəxsiyyətlərinin müəyyən olunması və cinayət başında yaxalanmaları üçün ondan iki ədəd və hər biri 100 manat olan pul əskinazlarının nömrələrinin götürülməsini xahiş edib bildirmişdir.Odur ki, təxirəsalınmaz əməliyyat- axtarış tədbirlərinin keçirilməsi və həmin əsasda Zərərçəkmiş şəxs hədə- qorxu ilə pul tələb etmiş şəxsləri isti izlərlə cinayət başında yaxalamaq üçün Bərdə rayon polis şöbəsinin CAB- nin axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı olan özünün, yəni Şahid2 və CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 oğlunun bilavasitə iştirakları ilə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ev 43, mənzil 48 də yaşayan Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evi və uşaq bağçasının müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs Bərdə rayon prokurorluğuna ondan hədə- qorxu gəlinərək 3 nəfər şəxsin 300 manat pul tələb etmələri ilə ələqədar şikayət ərizəsi əsasında müraciəti ilə bağlı həmin şəxslərin ifşa olunmaları üçün Zərərçəkmiş şəxs ərizəsi əsasında 1 ədəd A-04434920 nömrəli və bir ədəd C-56815188 nömərli Azərbaycan Pespublikasının 100 manatlıq pul əskinazları, yəni cəmi 200 manat pul əməliyyat tədbirində istifadə olunması məqsədi ilə tərəflərindən götürülmüşdür.Həmin pul əskinazlarının kserosurətləri götürüldükdən sonra pul əskinazlarının özü Zərərçəkmiş şəxs ondan pul tələb edən şəxslərə verilməsi üçün tərəflərindən qaytarılıb verilmişdir.Odur ki, bu barədə Şahid1 protokol tərtib etmişdir. Protokolda qeyd olunanlar ucadan onlara iştirakçılara Şahid1 tərəfindən oxunmuş və protokolda qeyd olunanların doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Bundan sonra Şahid1 tərəfindən həmin təxirəsalınmaz əməliyyat- axtarış tədbirinin keçirilməsi üçün qərar qəbul edilmiş və həmin qərar rayon polis şöbəsinin rəisi Muradəli Babayev tərəfindən təsdiq olunduqdan sonra həmin əməliyyat tədbirinin, yəni Zərərçəkmiş şəxs hədə-qorxu gəlinib pul tələb etmiş şəxslərin cinayət başında yaxalanması üçün tərəflərindən icra tədbirləri görülməyə başlanılmışdır. Belə ki, Bərdə rayon polis şöbəsinin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı o, Şahid2 Azay oğlu və CAB- nin axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 oğlu və CAB- nin əməliyyat müvəkkili polis leytenantı Xəyyam Talıbov və həm də müdir Vəliyeva Nuranə Eldar qızı Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən körpələr evi və uşaq bağçasına gəlib çıxmışlar. Həmin vaxt onlar əməliyyat tədbirində hər birinin hansı tərzdə hərəkət edəcəklərini öz aralarında şərti olaraq bölüşdürmüşlər.Şahid1 həmin əməliyyat tədbiri üzrə bilavasitə yerinə yetirəcəyi uşaq bağçasında Nuranə xanımın pulu həmin şəxslərə verdikdən sonra həmin pulu alan şəxsi dərhal yerindəcə maddi sübutla yaxalamaq və o və həm də həmkarı Şahid3 da bu andan sonra həmin şəxsin saxlanmasını təmin etməyi üzərlərinə götürmüşlər.Odur ki,o və həmkarları həmin uşaq bağçasında olmuşlar. Xəyyam bilavasitə Nuranə xanımın iş otağında o və Rauf isə həmin otağın qapısından çöldə arxa görünməyən tərəfə keçib pulu almaq üçün həmin şəxslərin gəlməsini gözləməyə başlamışlar. 27.05.2021- cı il tarixdə saat 15 radələrində artıq əməliyyat tədbirindən sonra adları ona və qeyrilərinə məlum olmuş şəxslərdən X10 idarə etdiyi qara rəngli Mersedes markalı avtomobildə Təqsirləndirilən şəxs2 olmaqla onlar həmin Dəymədağıldı kənd körpələr evinin qarşısına maşınla gəlib çıxmışlar. Onlardan Elvin Qurbanov avtomobildə qalmışdır. Təqsirləndirilən şəxs2 isə avtomobildən düşüb Zərərçəkmiş şəxs körpələr evi və uşaq bağçasında işlədiyi otağa daxil olmuş və sonuncu 200 manat pulu bilavasitə Təqsirləndirilən şəxs2 verən kimi və sonuncu pulu əynində olan köynəyinin sol ön döş cibinə qoyan kimi, Şahid1 tərfindən o, yerindəcə saxlanılaraq, onun həmin cibindən Zərərçəkmiş şəxs ona vermiş olduğu 1 ədəd A04434920 nömrəli və bir ədəd C- 56815188 nömərli Azərbaycan Pespublikasının 100 manatlıq pul əskinazları əməliyyat tədbir olaraq ondan götürülmüşdür. Bundan sonra həmin şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Nəsbulla oğlu və Təqsirləndirilən şəxs2 Bərdə rayon prokurorluğuna dəvət olunaraq orada onların izahatları alınmışdir. Daha sonra Şahid1 raport yazıb maddi sübut olan 2 ədəd həmin 100 manatlıq pul əskinazlarının və bununla bağlı keçirilən əməliyyat tədbiri üzrə toplanmış materialın rayon prokurorluğunda bu barədə olan materiala əlavə edilməsindən ötrü götürülməsini və həmin materiala əlavə olunması üçün göndərilməsi barədə raport yazmış olduğundan həmin pul əskinazları və material rayon prokurorluğunda bu barədə olan materiala əlavə olunması və araşdırma aparılması üçün göndərilmişdir.Bununla belə bildirmək istəyir ki, həmin hədə-qorxu ilə pul tələb etmə zamanı keçirilən əməliyyat tədbirləri ilə müəyyən olunmuşdur ki, bilavasitə həmin şəxslər 27.05.2021- ci il tarixdə təxminən saat 11 radələrində Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən uşaq bağçası və körpələr evinə gələrək, Zərərçəkmiş şəxs qorxuzub ondan pul almaq üçün mobil telefonla Təqsirləndirilən şəxs2 həmin körpələr evinin videoçəkilişini aparmış və bundan sonra həmin körpələr evində işlərin yarıtmaz səviyyədə olduğunu və bunu sosial şəbəkələrdə paylaşacaqlarını Məmmədov Seymur Sahib oğlu və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs bildirərək ondan əvvəlcə 500 manat pul istəyib bu görüntüləri yaymayacaqlarını bildirmişlər. Nuranə Vəliyeva həmin yerdə işə təzə düzəlməsini, həyat yoldaşının hərbiçi olub sonuncu 2- ci Qarabağ müharibəsində iştirak etdiyini və bütün bunları nəzərə alıb ona pulun məbləğinin azaldılmasını 300 manata endirilməsini bildirdikdə isə həmin şəxslər bununla razılaşmışlar. Nuranə xanıma onlara pulu saat 15- 16 radələrinə qədər tapıb verməsi üçün vaxt vermişlər.Son halda Nuranə xanım onlardan Təqsirləndirilən şəxs1 ilə mobil telefonla əlaqə saxlayıb ancaq 250 manat pul əldə etdiyini bildirərkən elə mobil telefonda Təqsirləndirilən şəxs1 ona 50 manat da keçdiyini 200 manat verməsini bildirmişdir. Elə bu vəziyyətdən sonra Nuranə xanım aidiyyəti orqanlara müraciət edib məlumat verib və ərizə ilə müraciət etdiyindən tərəflərindən keçirilmiş təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri nəticəsində cinayət başında olaraq həmin şəxslər ifşa olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Dəymədağıldı kənd körpələr evi və uşaq bağçasında gözətçi işləyir.27.05.2021- ci il tarixə saat 11 radələrinə qədər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanımamışdır.Onlarla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur.27 may 2021- ci il tarixdə saat 11 radələrində o bir də görmüşdür ki, körpələr evi və uşaq bağçasının qapısı döyülür. O, gedib qapıya baxanda sonradan adlarını bildiyi həmin 3 nəfər şəxsin Elvinin , Qurbanın və Seymurun dayanmış olduqlarını görüb, gəlib xidməti iş otağında olan körpələr evi və uşaq bağçasının müdiri Zərərçəkmiş şəxs həmn 3 nəfər şəxsin qapı önündə dayanmış olduqlarını onların üzünə qapını açıb- açmamasını bildirib soruşmuşdur.Nuranə xanım da qapını açmasını ona demişdir.Elə qapını açma anında Nuranə xanım da arxadan gələrək onun yaxınlığına gəlib çıxmışdır.Həmin şəxslər körpələr evi və uşaq bağçasının zalına daxil olan kimi onlardan Qurban adlı şəxs mobil telefonu ilə videoçəkiliş aparmağa başlamışdır.Həmin şəxslər körpələr evi və uşaq bağçasına daxil olub heç nəyi yoxlamadan bağçanın fəaliyyətindən narazılıq etməyə başlamışlar.Sonradan adlarını öyrədiyi Qurban, Seymur və Elvin müdir Nuranənin iş otağına daxil olub Nuranə xanımla söhbət edərkən o, körpələr evi uşaq bağçasının zalında qalmışdır.Hardasa aradan birneçə dəqiqə keçərdi ki, həmin şəxslərin Nuranə xanımın iş otağından körpələr evi və uşaq bağçasının zal hissəsinə çıxmış olduqlarıı və zalla hərəkət edib körpələr evi və uşaq bağçasının mətbəxinə keçib mobil telefonla videoçəkilişi davam etdirdiklərini görmüşdür.Qeyd olunan şəxslər mətbəxin və bağçanın işinin yarıtmaz vəziyyətdə olduğunu bildirib həmin videoçəkilişi sosial şəbəkələrdə yayacaqlarını bildirib müəllimə Nuranəni qorxuzmağa başlamışlar.Son halda müəllimə Nuranə bildirmişdir ki, bəs həmin özlərini jurnalist olduqlarını deyən şəxslər ondan 500 manat pul istəmişlər ki, çəkdikləri videonu sosial şəbəkələrdə yaymasınlar.Nuranə müəllimə də onlara yalvarmışdır ki, 500 manata gücü çatmır, həyat yoldaşı hərbiçidir.Heç olmasa həmin halları nəərə alıb ondan az pul alsınlar.Nuranə xanımın bu sözündən sonra həmin şəxslər Nuranə xanımdan 300 manat pul alacaqları ilə razılaşıb, saat 15 radələrinə qədər pulun onlara çatdırılmasını Nuranə xanıma bildirib çıxıb gedərkən, həmin gün qeyd olunan saata qədər Nuranə xanımın pulu çatdırmayacağı halda videoçəkilişi sosial şəbəkələrdə yayacaqlarını bildirərək , körpələr evi uşaq bağçasından çıxıb getmişlər.Həmin şəxslər körpələr evi uşaq bağçasından çıxıb gedəndən sonra Nuranə xanım da çıxıb Bərdə şəhərinə getmişdir.Bu vəziyətdən sonra hardasa saat 13 radələrində Elvin, Qurban birlikdə yenə körpələr evi uşaq bağçasına gəlib Nuranə xanımı ondan soruşmuşlar.Artıq başa düşmüşdür ki, Elvin və Qurban Nuranə xanımdan həmin pulu almaq üçün körpələr evi və bağçaya gəlmişlər.O da həmin şəxslərə Nuranə xanımın körpələr evi uşaq bağçasında olmadığını Bərdə şəhərinə getmiş olduğunu demişlər.Qurban və Elvin Elvinin həmin yerə gəlmiş qara rəngli Mersedes markalı avtomobilinə minib çıxıb getmişlər.Hardasa saat 14-30 radələrində Nuranə xanım yenə öz iş yerinə gəlmiş, elə o, gələndə onunla birlikdə polis işçiləri də gəlmişlər.Saat 15 radələrində qara rəngli Mersedesi Elvinin idarə etməsi əsasında Qurbanla Elvinin körpələr evi uşaq bağçasının qarşısına gəlib çıxmış olduqlarını görmüşdür. Elvin maşında qalmış, Qurban adlı şəxs isə maşından düşüb gəlib Nuranə xanımın iş otağına tələsik halda daxil olmuşdur. Elə bir də Qurbanı polislərin tutub Elvinin Mersedes markalı avtomobilinə tərəf apardıqlarını görmüşdür.Artıq bundan sonra ona məlum olmuşdur ki, Nuranə xanım 200 manat pulu Qurbabana öz iş otağında vermiş və həmin vaxt otaqda gizlənmiş polis işçisi pulu Qurban Nuranə xanımdan alıb cibinə qoyan kimi onu tutub saxlamış və Nuranə xanımın Qurbana vermiş olduğu 200 manat pulu ondan alıb götürərərək, bununla da Nuranə xanımdan hədə qorxu gəlib pul tələb edən həmin şəxsləri ifşa etmişdir.Sonradan o, eşitmişdir ki, həmin şəxslərdən Seymur adlı şəxs pul alınarkən Bərdə rayonunun Dəymədağıldı kəndində çayxanada oturaraq Qurban və Elvini Nuranə xanımdan pulu götürmək üçün körpələr evi uşaq bağçasına göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evi və uşaq bağçasında aşbaz köməkçisi işləyir. Zərərçəkmiş şəxs onun aşbaz işlədiyi körpələr evi uşaq bağçasının müdiridir.Onun Nuranə xanımla bir işçi müdir kimi münasibətləri normaldır.O ki, qaldı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onları 27 may 2021- ci il tarixdə onun işlədiyi Bərdə rayonu Dəymədağıldı kənd körpələr evi uşaq bağçasına gəldikləri həmin tarixdən tanımışdır.Onlarla heç bir ədavəti, düşmənçilyi və qohumluq münasibəti yoxdur.27 may 2021- ci il tarixdə təxminən saat 11 radələrində həmin şəxslər körpələr evinin mətbəxinə gələrək videoçəkiliş apararaq mətbəxdə işlərin yarıtmaz vəziyətdə olduğunu bildirib həmin videoçəkilişi sosial şəbəkələrdə yayacaqlarını bildirib Nuranə müəllimədən əvvəlcə 500 manat pul istəmişlər.Nuranə müəllimə də həmin məbləğdə pula gücü çatmadığını, həm də həmin şəxslərə həyt yoldaşının hərbiçi olub Qarabağ uğrunda gedən döyüşlərdə iştirakını nəzərə alıb az pul istəmələrini bildirdikdə , onlar da Nuranə müəllimədən 300 manat pul istəmişlər. Bundan sonra həmin şəxslər Nuranə xanıma xaxt vermişlər ki, pulu elə həmin gün saat 15 radələrinə qədər onlara çatdırmış olsun.Çatdırmayacağı halda körpələr evində çəkmiş olduqları videoçəkilişi sosial şəbəkələrdə yayacaqlarını bildirmişlər.Nuranə xanım da son halda həmin şəxslərə öz xidməti iş otağında 200 manat pulu bilavasitə Qurban adlı şəxsə vermiş və həmin andaca Qurban polis əməkdaşları təəfindən yaxalanmışdır.Onu da qeyd edib bildirir ki, həmin şəxslər gəlib 200 manat pulu Nuranə xanımdan alarkən maşını sürüb həmin yerə gəlmiş Elvin adlı şəxs bağçanın qarşısında avtomobilini saxlayaraq avtomobilində qalmış, Qurban adlı şəxs isə Nuranə xanımın iş otağına gələrək polis işçiləri tərəfindən yaxalanmışdır.Sonra o, Nuranə müəllimədən eşidib məlumatlanmışdır ki, həmin şəxslərdən Seymur adlı şəxs pul onun yoldaşları tərəfindən Nuranə xanımdan alınarkən Dəymədağıldı kənd çayxanasında oturub yoldaşlarının Nuranə xanımdan pulu alıb gəlmələrini gözləmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda Bərdə rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqtçısı vəzifəsində işləyir, polis baş leytenantıdır. 27 may 2021- ci il tarixdə, yəni Bərdə şəhər sakini Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evi və uşaq bağçasının müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs qarşı hədə- qorxu ilə pul tələb edilən cinayət hadisəsi vaxtı isə o, Bərdə RPŞ-də CAB- də axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Ona görə də Zərərçəkmiş şəxs həmin cinayət hadisəsi baş verən gündən, yəni ona hədə- qorxu gəlinib pul tələb olunduğu 27 may 2021- ci il tarixdən etibarən həmin hadisə üzrə araşdırma aparıldığı vaxtdan tanıyır. Onun Zərərçəkmiş şəxs ilə heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur.Vət.Zərərçəkmiş şəxs hədə- qorxu ilə pul tələb etmiş şəxsləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1v Sahib oğlunu və Təqsirləndirilən şəxs3 həmin cinayət hadisəsi baş verən günü, yəni onların Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən Zərərçəkmiş şəxs müdri olduğu körpələr evi və uşaq bağçasına gələrək, ona hədə- qorxu gəlib pul tələb etmələri ilə ələqədar tərəflərindən keçirilmiş əməliyyat tədbiri ilə onların ifşa olunduqları tarixdən, yəni 27 may 2021 ci il tarixdən etibarən tanımışdır.Onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur.Belə ki, vət. Zərərçəkmiş şəxs hədə- qorxu gəlib pul tələb edilməsi cinayət hadisəsi ilə ələqədar bildirmək istəyir ki, vət. Zərərçəkmiş şəxs, 27 may 2021- ci il tarixdə Bərdə rayon prokuroru Rəşad İsgəndərovun qəbulunda olaraq ərizə ilə rayon prokuroruna müraciət edib, 27 may 2021- ci il tarixdə təxminən saat 11 radələrində 3 nəfər nəmalüm şəxsin onun işlədiyi Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən körpələr evi və uşaq bağçasına gələrək, özlərini AZ.TV- nin jurnalisti əməkdaşı olduqlarını bildirib, körpələr evində və bağçada videoçəkilişlər aparıb həmin videoçəkilişləri sosial şəbəkələrdə yayacaqları və onun işinin günün tələbləri səviyyəsində olmadığını bildirib və bu görüntüləri sosial şəbəkələrdə nümayiş etdirəcəklərini və həmin görüntülərin yayılmaması üçün ondan 300 manat məbləğində pul istədiklərini və həmin şəxslərin elə həmin gün saat 15-16 radələrinə qədər onlara həmin pulun verilməsi üçün ona vaxt verilmiş olduqlarını bildirərək, ondan həmin pulu hədə-qorxu ilə tələb edən şəxslərin ifşa olunmasını xahiş edib bildirmişdir.Bununla belə onu da bildirir ki, hələ rayon prokurorluğuna Zərərçəkmiş şəxs ərizə ilə müraciət etməsindən əvvəl də Azərbaycan Respublikası DTX- nin Bərdə rayon şöbəsinə də bu barədə məlumat daxil olmuşdur ki, 27.05.2021- ci il tarixdə Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evinin müdiri Zərərçəkmiş şəxs özlərini jurnalist kimi təqdim edən 3 nəfər şəxs hədə- qorxu gələrək pul tələb etmişlər. Elə bu barədə məlumat da DTX-nin Bərdə rayon şöbəsinədən rayon prokurorluğuna da daxil olmuşdur.Bunula bərabər onu da qeyd edir ki, rayon prokurorluğunda ilkin araşdırma aparılarkən Zərərçəkmiş şəxs 01 ədəd diski də rayon prokurorluğunda təqdim edərək, həmin şəxslərin onun işlədiyi körpələr evi və uşaq bağçası barədə məlumatları yaymamaları müqabilində onlara 200 manat verəcəyi ilə razılaşması barədə səs yazısını özündə əks etdirən 01 ədəd diski də təqdim etdiyindən, rayon prokurorluğunda diskə keçirilən baxış zamanı bilavasitə Zərərçəkmiş şəxs ilə həmin məbləğdə pulun verilməsi və bunun müqabilində sosial şəbəkələrdə paylaşma aparılmayacağı ilə razılaşan şəxsin bilavasitə qrupun üzvü Təqsirləndirilən şəxs1 olmuş olduğu da müəyyən olunmuşdur.Bütün bu hallar rayon prokurorluğu tərəfindən ilkin araşdırma zamanı artıq müəyyən olunduğundan elə həmin traixdə ilkin araşdırmanı aparan Bərdə rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas Fərid Xəlilov tərəfindən verilmiş 27 may 2021- ci il tarixli əməliyyat tapşırığında qeyd olunan məqsəd üçün Zərərçəkmiş şəxs 200 manat pulu elə həmin gün saat 15 radələrində həmin bağçada həmin şəxslərə verəcəyi bildirilərək, həmin halın əməliyyat yolu ilə yoxlanması, onların şəxsiyyətinin, yəni kimliyinin müəyyən edilməsi və araşdırmaya təqdim olunmaları göstərilmişdir. Odur ki, bütün bunlardan sonra elə həmin tarixdə 27.05.2021- ci il tarixdə Bərdə RPŞ- nin CAB- nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 raportla Bərdə rayon polis şöbəsinin rəisi polis polkovnkiki cənab Muradəli Babayevə müraciət edib raportunda Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi, ev 43, mənzil 48 - də yaşayan Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evi və uşaq bağçasının müdiri vəzifəsində işləyən xx.xx.1986- cı il təvəllüdlü Zərərçəkmiş şəxs qızından hədə- nqorxu ilə 300 manat pul tələb edən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi və onların cinayət başında isti izlərlə yaxalamaq üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi üçün aidiyyəti üzrə göstəriş verməsini xahiş edib bildirmişdir.Həmin raport əsasında raportda göstərilən əməliyyat - axtarış tədbirlərinin keçirilməsi bilavasitə Bərdə RPŞ-nin əməliyyat işi üzrə rəis müavini polis polkovnikleytenantı Şahid Abdullayev tərəfindən bilavasitə əməliyyat müvəkkili Şahid1 həvalə olunmuşdur. Bundan sonra Bərdə rayon polis şöbəsinə dəvət olunmuş vət. Zərərçəkmiş şəxs ərizə ilə Bərdə rayon polis şöbəsinin rəisi Muradəli Babayevə müraciət edərək ərizəsində 27.05.2021- ci il tarixdə səhər saat 11 radələrində işlədiyi Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən və müdiri olduğu körpələr evi və uşaq bağçasına 3 nəfər şəxsin gəlib ona hədə- qorxu gələrək ondan 300 AZN pul tələb etmiş olduqlarını və həmin şəxslərin şəxsiyyətlərinin müəyyən olunması və cinayət başında yaxalanmaları üçün ondan iki ədəd və hər biri 100 manat olan pul əskinazlarının nömrələrinin götürülməsini xahiş edib bildirmişdir.Odur ki, təxirəsalınmaz əməliyyat- axtarış tədbirlərinin keçirilməsi və həmin əsasda Zərərçəkmiş şəxs hədə- qorxu ilə pul tələb etmiş şəxsləri isti izlərlə cinayət başında yaxalamaq üçün Bərdə rayon polis şöbəsinin CAB- nin axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı olan Şahid2 və CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı olaraq özü, yəni Şahid3 oğlunun bilavasitə iştirakları ilə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ev 43, mənzil 48 də yaşayan Bərdə rayonunun Dəymədağıldı kənd körpələr evi və uşaq bağçasının müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs Bərdə rayon prokurorluğuna ondan hədə- qorxu gəlinərək 3 nəfər şəxsin 300 manat pul tələb etmələri ilə ələqədar şikayət ərizəsi əsasında müraciəti ilə bağlı həmin şəxslərin ifşa olunmaları üçün Zərərçəkmiş şəxs ərizəsi əsasında 1 ədəd A 04434920 nömrəli və bir ədəd C -56815188 nömərli Azərbaycan Pespublikasının 100 manatlıq pul əskinazları əməliyyat tədbirində istifadə olunması məqsədi ilə tərəflərindən götürülmüşdür.Həmin pul əskinazlarının kserosurətləri götürüldükdən sonra pul əskinazlarının özü Zərərçəkmiş şəxs ondan pul tələb edən şəxslərə pulun verilməsi üçün tərəflərindən qaytarılıb verilmişdir.Odur ki, bu barədə Şahid1 protokoll tərtib etmişdir. Protokolda qeyd olunanlar ucadan onlara iştirakçılara Şahid1 tərəfindən oxunmuş və protokolda qeyd olunanların doğruluğu onlar iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Bundan sonra Şahid1 tərəfindən həmin təxirəsalınmaz əməliyyataxtarış tədbirinin keçirilməsi üçün qərar qəbul edilmiş və həmin qərar rayon polis şöbəsinin rəisi Muradəli Babayev tərəfindən təsdiq olunduqdan sonra həmin əməliyyat tədbirinin, yəni Zərərçəkmiş şəxs hədə-qorxu gəlinib pul tələb etmiş şəxslərin cinayət başında yaxalanması üçün tərəflərindən icra tədbirləri görülməyə başlanılmışdır. Belə ki, Bərdə rayon polis şöbəsinin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və həmin vaxt o, CAB- nin axtarış üzrə əməliyyat müvəkkili olaraq işlədiyindən o və CAB- nin əməliyyat müvəkkili Xəyyam Talıbov və həm də zərərçəkmiş şəxs Vəliyeva Nuranə Eldar qızı Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən körpələr evi və uşaq bağçasına gəlib çıxmışlar. Həmin vaxt artıq saat 15 radələri olmuşdur. Həmin vaxt onlar əməliyyat tədbirində hər birinin hansı tərzdə hərəkət edəcəklərini öz aralarında şərti olaraq bölüşdürülmüşdür.Şahid1 həmin əməliyyat tədbiri üzrə bilavasitə yerinə yetirəcəyi uşaq bağçasında Nuranə xanımın pulu həmin şəxslərə verdikdən sonra həmin pulu alan şəxsi dərhal yerindəcə maddi sübutla yaxalamaq, o və həmkarı Ədil Bayramovun isə həmin şəxsin saxlanmasını təmin etməli olmalarından ibarət olmuşdur. Odur ki, o və həmkarları həmin uşaq bağçasında olmuşlar. Xəyyam bilavasitə Nuranə xanımın otağında o və Şahid2 isə həmin otağın qapısından çöldə arxa tərəfdə görünməyən yerə keçib pulu almaq üçün həmin şəxslərin gəlməsini gözləməyə başlamışlar. 27.05.2021- cı il tarixdə saat 15 radələrində artıq əməliyyat tədbirindən sonra adları ona və qeyrilərinə məlum olmuş şəxslərdən X10 idarə etdiyi qara rəngli Mersedes markalı avtomobildə Təqsirləndirilən şəxs2 da olmaqla onlar həmin Dəymədağəldı kənd körpələr evinin qarşısına maşınla gəlib çıxmışlar. Onlardan Elvin Qurbanov avtomobildə qalmışdır.Təqsirləndirilən şəxs2 isə avtomobildən yerə düşüb Zərərçəkmiş şəxs körpələr evi və uşaq bağçasında işlədiyi otağa daxil olub və sonuncu 200 manat pulu bilavasitə Təqsirləndirilən şəxs2 verən kimi və sonuncu pulu əynində olan ağ rəngli qolsuz köynəyinin sol tərəfdən ön cibinə qoyan kimi Şahid1 tərfindən o, yerindəcə saxlanılaraq onun həmin cibindən Zərərçəkmiş şəxs ona vermiş olduğu 1 ədəd A 04434920 nömrəli və bir ədəd C -56815188 nömərli Azərbaycan Pespublikasının 100 manatlıq pul əskinazları əməliyyat tədbir ilə ondan götürülmüşdür.Bundan sonra həmin şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Nəsbulla oğlu və Təqsirləndirilən şəxs2 Bərdə rayon prokurorluğuna dəvət olunaraq, orada onların izahatları alınmışdir. Daha sonra Şahid1 raport yazıb maddi sübut olan 2 ədəd həmin 100 manatlıq pul əskinazlarının və əməliyyat tədbiri ilə ələqədar toplanmış materialın rayon prokurorluğunda olan materiala əlavə edilməsi üçün göndərilməsini bildirdiyindən həmin pul əskinazları və material rayon prokurorluğunda bu barədə olan eyni məzmunlu materiala əlavə olunması və araşdırmanın davam etdirilməsi üçün göndərilmişdir.Bununla belə bildirmək istəyir ki, həmin hədə qorxu ilə pul tələb etmə zamanı keçirilən əməliyyat tədbirləri ilə müəyyən olunmuşdur ki, bilavasitə həmin şəxslər 27.05.2021- ci il tarixdə təxminən saat 11 radələrində Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən uşaq bağçası və körpələr evinə gələrək, Zərərçəkmiş şəxs hədəqorxu gələrək, ondan pul almaq üçün mobil telefonla Təqsirləndirilən şəxs2 həmin körpələr evinin çəkilişini aparmış və bundan sonra həmin körpələr evində işlərin yarıtmaz səviyyədə olduğunu və bunu sosial şəbəkələrdə paylaşacaqlarını Məmmədov Seymur Sahib oğlu və Təqsirləndirilən şəxs3 bildirərək, ondan əvvəlcə 500 manat pul istəyib bu görüntüləri yaymayacaqlarını bildirmişlər. Vət. Nuranə Vəliyeva həmin yerdə işə təzə düzəlməsini həyat yoldaşının hərbiçi olub 2- ci Qarabağ müharibəsində iştirak etdiyini və bütün bunlara görə ona pulun məbləğinin azaldılmasını 300 manata endirilməsini bildirdikdə isə həmin şəxslər bununla razılaşmışlar. Nuranə xanıma onlara pulu saat 15-16 radələrinə qədər tapıb verməsi üçün vaxt vermişlər.Son halda Nuranə xanım onlardan Təqsirləndirilən şəxs1 ilə mobil telefonla əlaqə saxlayıb ancaq 250 manat pul əldə etdiyini bildirərkən elə mobil telefonda Təqsirləndirilən şəxs1 ona 50 manat da keçdiyini 200 manat verməsini bildirmişdir. Elə bu vəziyyətdən sonra Nuranə Xanım aidiyyəti orqanlara müraciət edib məlumat verib və ərizə ilə müraciət etdiyindən tərəflərindən keçirilmiş təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət başında onlar tərəfin ifşa olunmuşlar. Nuranə xanımın onlara verdiyi 200 manat pul da onlardan götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs qızının Bərdə rayon prokurorluğunda verdiyi 27.05.2021-ci il tarixli şikayət ərizəsinə əlavə edilmiş 01 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə 01 ədəd səs yazısı fayılı var. Həmin fayıl 2dəqiqə 49 saniyə müddətində və 663 kb həcmindədir.Diskdə olan səs yazısında Bərdə rayonu Dəymədağıldı kənd körpələr evinin müdiri Zərərçəkmiş şəxs ilə ondan hədə-qorxu ilə pul tələb edən qrup üzvülərindən ancaq birinin Təqsirləndirilən şəxs1 arasında olan danışıqların səs yazısının əks olunmuş olduğu müəyyən edilmişdir.Səs yazısının 50- ci saniyəsində Zərərçəkmiş şəxs “ Seymur müəllim siz mənə köməklik etdiniz , mən 300 yox, 250 düzəldə bilmişəm” dediyi, Təqsirləndirilən şəxs1 isə 1-ci dəqiqənin 01- ci saniyəsində “ o qalan 50 mnatıda qardaşın sənə verdi qoy cibinə, gələrik verərsən müəllimə “ dediyi, səs yazısının 1- ci dəqiqəsinin 52- ci saniyəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə pulu yəni 200 manatı **********921984 nömrəli Kapital Bank hesabına köçürməyi bildirsə də daha sonra pulu saat 15:00 - da körpələr evində almağa razılaşmış olduğu və aralarında danışığın bununla bitmiş olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.05.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı hədə- qirxu ilə tələb etmə cinayət cinayət əməlinin törədildiyi hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı həmin cinayət əməlinin Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən və vət. Zərərçəkmiş şəxs müdiri olduğu Bərdə rayon Dəymədağıldı kənd körpələr evi uşaq bağçasında baş vermiş olduğu müəyyən olunaraq həmin hadisə yerinin fotoşəkilləri çəkilərək, həmin fotoşəkillər bu barədə tərtib olunmuş protokola əlavə edilərək, fotoşəkillər Azərbaycan Respublikası DİN- nin 94 nömrəli arayışlar üçün möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2021-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2021-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 27.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2021-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 may 2021-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs ilə iş üzrə şübhəli şəxs hüquqi statusunda olarkən Təqsirləndirilən şəxs3 üzləşdirilmişdir. Üzləşmə zamanı Zərərçəkmiş şəxs qarşısında oturan Təqsirləndirilən şəxs3 27.05.2021- ci il tarixdə saat 11 radələrində onun Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən körpələr evi və uşaq bağça müdirəsi işlədiyi iş yerinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə gəlib ona hədə-qorxu gəlib obyektində telefonla videoçəkiliş apardıqları vaxtdan tanıdığını, Təqsirləndirilən şəxs3la heç bir ədavəti, düşmənçilyi və qohumluq münasibəti olmadığını, hadisə ilə bağlı iş üzrə zərərçəkmiş şəxs qismində vermiş olduğum ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs3 üzünə qarşı deyirək, Təqsirləndirilən şəxs3 da Qurban və Seymurla əlbir olub onun işlədiyi həmin körpələr evinə gəlib yalandan orada çatışmamazlıqlar olduğunu bildirib və telefonla videoçəkilişlər aparıb, sosial şəbəkələrdə yayıb onun işinə xələl gətirib bu yolla onu rüsvay edəcəkləri ilə hədələdiklərindən, bundan bərk həyacanlanıb qorxduğundan onların istifadə edib ondan əvvəlcə həmin görüntüləri paylaşmamaq, yaymamaq üçün 500 manat pul istəmiş olduqlarını, o, da bu qədər pulunun olmadığını bildirərkən onlar da 300 manat verməsini bildirib və son halda ondan 200 manata razılaşmış olduqlarını, o da onları ifşa etmək üçün Bərdə rayon prokurorluğuna şikayət etdiyindən, polis işçiləri trəfindən, 27.05.2021- ci il tarixdə iş yerində 200 manat pulu onunla əlbir olan Təqsirləndirilən şəxs2 verərkən polis əmkdaşları tərəfindən həmin vaxt Qurbanın ondan alıb götürdüyü 200 manat pulun Qurbanın cibindən götürülmüş olduğunu, Elvinin və onun “həmkarları”nın hazırda yalandan guya onun özünün onlara pulu özü şirinlik kimi verməsini bildirdiklərini, ancaq bunun belə olmadığını onların əlbir halda ona hədə- qorxu gəlib, yəni körpələr evində işlərin yarıtmaz halda olduğu barədə videoçəkiliş əsasında paylaşma edəcəkləri ilə onu qorxuzaraq bildirməklə ondan pul tələb etmiş olduqlarını, Elvinin həmin yerdə özünü onların başçısı kimi apardığını, onu qorxuzmaq üçün hər üçünün əlbir olub hərəkət etmiş olduqlarını, o da qorxub onların tələbi ilə onlara həmin pulu vermiş olduğunu, onların pulu onun özünün verməyi, yəni hədə - qorxu olmadan verməsi barədə göstərdiklərinn yalan olmuş olduğunu və özlərini etdikləri cinayətdən müdafiə etmək üçün belə dediklərini faktiki əsaslandırıcı hallarla Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs3 qarşımda oturan Zərərçəkmiş şəxs 27.05.2021ci il tarixdən Nuranənin işlədiyi Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən körpələr evi və uşaq bağçasına həmkarları Qurban və Seymurla onun avtomobili ilə gəldikləri vaxtdan tanıdığını, Nuranə ilə heç bir ədavəti, düşmənçiliyi və qohumluğu olmadığını Nuranənin onun üzünə qarşı dediklərini eşitdiyini, özünün Qurban və Seymurun ona qarşı hədə- qorxu gəlib ondan pul almamış olduqlarını, pulu Nuranənin özünün onlara vermiş olduğunu əsaslandırıcı faktiki hallar olmadan sadəcə olaraq özünümüdafiə etmək baxımından ifadəsində bildirməklə kifayətlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 may 2021-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs ilə iş üzrə şübhəli şəxs hüquqi statusunda olarkən Təqsirləndirilən şəxs1 üzləşdirilmişdir. Üzləşmə zamanı iş üzrə zərərçkmiş şəxs Zərərçəkmiş şəxs qarşında oturan Təqsirləndirilən şəxs1 sonuncunun 27.05.2021- ci il tarixdə saat 11 radələrində onun Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən körpələr evi və uşaq bağça müdirəsi işlədiyi yerə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlu ilə birlikdə Təqsirləndirilən şəxs3 mersedes markalı maşını ilə gəlib ona hədə -qorxu gəlib körpələr evini telefonla videoçəkilişni apardıqları vaxtdan tanıdığını, onun Təqsirləndirilən şəxs1la heç bir ədavəti, düşmənçilyi və qohumluq münasibəti olmadığını, hadisə barədə iş üzrə zərərçəkmiş şəxs qismində vermiş olduğum ifadəsini təsdiq etdiyini bildirərək, Seymurun, Elvin və Qurbanla əlbir olub onun işlədiyi həmin körpələr evi u.aq ba],as;na gəlib yalandan orada çatışmamazlıqlar olduğunu bildirib və telefonla videoçəkilişlər aparıb sosial şəbəkələrdə yayıb onun işinə xələl gətirib bu yolla onu rüsvay edəcəkləri ilə hədələdiklərini, özünün də bundan bərk həyacanlanıb qorxduğundan istifadə edərək ondan əvvəlcə həmin görüntüləri paylaşmamaq , yaymamaq üçün 500 manat pul istəmiş olduqlarını, o da bu qədər pulum olmadığını bildirərkən onların da 300 manat verməsini bildirib və son halda onunla 200 manata razılaşmış olduqlarını, o da onları ifşa etmək üçün Bərdə rayon prokurorluğuna şikayət etdiyindən, polis işçiləri trəfindən 27.05.2021- ci il tarixdə iş yerində 200 manat pulu onunla əlbir olan Təqsirləndirilən şəxs2 verərkən polis əmkdaşları tərəfindən həmin vaxt Qurbanın ondan alıb götürdüyü 200 manat pulun Qurbandan polis işçiləri tərəfindən elə hadisə yerində alıb götürülmüş olduğunu, Seymurun və onun yoldaşları Elvin və Qurbanın isə hazırda yalandan guya o, pulu özü şirinlik kimi onlara vermiş olduğunu bildirdiklərini, ancaq bunun belə olmadığını Seymurun, Elvin və Qurbanla əlbir olub ona hədə- qorxu gəlib, yəni körpələr evində işlərin yarıtmaz halda olduğu barədə videoçəkiliş əsasında paylaşma edəcəkləri ilə onu qorxuzaraq bildirməklə ondan pul tələb etmiş olduqlarını, Seymurun həmin yerdə özünü ən fəal aparmış olduğunu, onu qorxuzmaq üçün hər üçünün əlbir olub hərəkət etmiş olduqlarndan özünün qorxub onların tələbi ilə onlara həmin pulu vermiş olduğunu, son halda polisin onları cinayət başında yaxalamış olduğunu, Seymurun, Elvinin, Qurbanın özlərini müdafiə etmək üçün indi yalandan guya ona hədə- qorxu gəlməmələrini bildirmələrini bildirdiklərini, hədə- qorxu deyəndə ona onların asıb- kəsəcəkləri ilə hədələmiş olduqlarını deyil, sadəcə olaraq çəkdikləri videoşəilişi sosial şəbəkələrdə yaymaqla onun işinə xələl gətirəcəklərini və bu yolla onu rüsvay edib işindən azad olunmağına səbəb olacağı ilə hədələdiklərini və bu əsasda ondan pul istəmiş olduqlrını bildirərək, həqiqqəti bildirməsini özünü vəziyətdən çıxarmaq üçün yalan danışmamasını Təqsirləndirilən şəxs1 oğlunun üzünə qarşı xahiş edib bildirərək nəzərinə çatdırmışdır. Üzləşmə zamanı Təqsirləndirilən şəxs1 Nəsbulla oğlu qarşıs;nda oturan Zərərçəkmiş şəxs 27.05.2021- ci il tarixdən onun işlədiyi Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən körpələr evi və uşaq bağçasına həmkarları Qurban və Elvinlə sonuncunun maşını ilə getdiyi vaxtdan tanıdığını, Nuranə ilə onun heç bir ədavəti, düşmənçiliyi və qohumluğu olmadığını, Nuranənin onun üzünə qarşı dediklərini eşitdiyini, onun, Qurban və Elvinin Nuranəyə hədə- qorxu gəlib ondan pul almadıqlarını, Nuranənin özünün həmin pulu vermiş olduğunu, həmin yerdə çəkiliş aparmış olduqlarını, Nuranənin də sosial şəbəkələrdə yayılacaq çəkilişdən qorxub onlara pul vermiş olduğunu, onların Nuranədən pul istəmədiklərini,pulu Nuranənin özünün vermiş oluğunu faktiki əsaslandırıcı hallar olmdan Zərərçəkmiş şəxs üzünə qarşı deməklə kifayətlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 may 2021-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs ilə iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 üzləşdirilmişdir.Üzləşmə zamanı Zərərçəkmiş şəxs qarşında oturan Təqsirləndirilən şəxs2 Ruben oğlunu 27.05.2021- ci il tarixdə saat 11 radələrində onun Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən körpələr evi və uşaq bağça müdirəsi işlədiyi yerə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Nəsbull oğlu ilə birlikdə gəlib videoçəkiliş aparıb ona hədə qorxu gəlib həmin videoçəkilişi sosial şəbəkələrdə paylaşacaqları barədə bildirdikləri vaxtdan tanımış olduğunu, onun Təqsirləndirilən şəxs2la heç bir ədavəti, düşmənçilyi və qohumluq münasibəti olmadığını, hadisə barədə iş üzrə zərərçəkmiş şəxs qismində vermiş olduğu ifadəsini təsdiq etdiyini onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əlbir olub onun işlədiyi həmin körpələr evinə gəlib yalandan orada çatışmamazlıqlar olduğunu bildirib və telefonla videoçəkilişlər aparıb sosial şəbəkələrdə yayıb onun işinə çox pis xələl gətirib bu yolla onu rüsvay edəcəkləri ilə hədələdiklərindən o da bundan bərk həyacanlanaraq heç nə olmaya- olmaya dostdüşmən içində biabır olacağından qorxmuş olduğunu, Qurbanın, Elvinin və Seymurun əvvəlcə həmin görüntüləri paylaşmamaq, yaymamaq üçün 500 manat pul istəmiş olduqlarını, o da bu qədər pulu olmadığını həyat yoldaşının hərbiçi olduğunu bildirərkən onlara 300 manat verəcəyi halda son halda onunla 200 manata razılaşmış olduqlarını, o da onları ifşa etmək üçün Bərdə rayon prokurorluğuna şikayət etdiyindən , polis işçiləri trəfindən 27.05.2021- ci il tarixdə iş yerimdə 200 manat pulu Təqsirləndirilən şəxs2 verərkən polis əmkdaşları tərəfindən həmin vaxt Qurbanın ondan alıb götürdüyü 200 manat pulu Qurbandan cinayət başında yaxalanar götürülmüş olduğunu, Qurbanın, Elvinin, Seymurun yalandan guya onun özünün onlara pulu şirinlik kimi vermiş olduğunu bildirdiklərini, ancaq bunun belə olmadığını onların əlbir halda ona hədə- qorxu gəlib, yəni körpələr evində işlərin pis olduğunu bildirib onu belə qorxuzmaqla bilavasitə Qurbanın mobil telefonla videoçəkiliş aparıb paylaşma edəcəyini ona deyib qorxuzaraq bildirməklə, ondan pul tələb etmiş olduğunu, həmin yerdə Təqsirləndirilən şəxs3 özünü onların başçısı kimi apardığını, onu qorxuzmaq üçün hər üçünün əlbir olub hərəkət etmiş olduqlrını, özünün də qorxub onların tələbinə görə onlara həmin pulu verməklə el içində heç nədən biabır olmamaq üçün vermək istədiyini, son halda şikayət etdiyindən elə cinayət başında yaxalanmış olduğunu, hazırda Təqsirləndirilən şəxs2 yalandan özünü müdafiə etmək üçün guya ona onların hədə - qorxu gəlməmələrini, guya pulu onun özünün vermək istədiyini bildirməsinin isə tamamilə yalan olmuş olduğunu faktiki əsaslandırıcı hallarla iş üzrə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs2 qarşında oturan Zərərçəkmiş şəxs 27.05.2021-ci il tarixdən onun işlədiyi Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən körpələr evi və uşaq bağçasına həmkarları Elvin və Seymurla Elvinin maşını ilə gəldiyi vaxtdan tanıdığını, Nuranə ilə heç bir ədavəti, düşmənçiliyi və qohumluğu olmadığını, Nuranənin onun üzünə qarşı dediklərini eşitdiyini, onun, Elvinin, Seymurun Nuranəyə hədə- qorxu gəlib ondan pul almamış olduqlarını, Nuranənin özünün həmin pulu onlara vermiş olduğunu, ancaq özünün həmin yerdə videoçəkiliş aparmış olduğunu faktiki əsaslandırıcı hallar olmadan Zərərçəkmiş şəxs üzünə qarşı deməklə kifayətlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl RİHB-nın Göygöl MKTİB tərəfindən verilmiş 31.05.2021-ci il tarixli 1940 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Göygöl rayonu, S.Hacıyev küçəsi ev 66-da yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl RİHB-nın Göygöl MKTİB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Göygöl rayonu, S.Hacıyev küçəsi ev 66-da yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy RİHB-nın Səmədabad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 31.05.2021-ci il tarixli 142 nömrəli arayışdan görünür ki, Məmmədov X17 rayonu Səmədabad kəndində yaşayır. Ailə üzvləri - arvadı X8, oğlu X3, oğlu X11, atası X9 və anası X2 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy RİHB-nın Səmədabad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 31.05.2021-ci il tarixli 142 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 anası X1 rayonu Səmədabad kəndində yaşayır və hal hazırda paralinc xəstəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy RİHB-nın Səmədabad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 31.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Məmmədov X17 rayonu Səmədabad kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24.04.2004-cü il tarixli AZ-İ 476217 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12.02.2004-cü il təvəllüdlü Ələkbər Məmmədov Təqsirləndirilən şəxs1 oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.01.2008-ci il tarixli AZ-İİ 018635 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16.10.2007-ci il təvəllüdlü Ayxan Məmmədov Təqsirləndirilən şəxs1 oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs 31.05.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Siyəzən RİHB-nın Siyəzən MİS tərəfindən verilmiş 02.06.2021-ci il tarixli 437 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Siyəzən şəhəri, B.Səfərov küçəsi, ev 5-də yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Siyəzən RİHB-nın Siyəzən MİS tərəfindən verilmiş 02.06.2021-ci il tarixli 64 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Siyəzən şəhəri, B.Səfərov küçəsi, ev 5-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.08.2020-ci il tarixli AZ-İV 412083 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23.07.2020-ci il təvəllüdlü Sərtac Qurbanov Təqsirləndirilən şəxs3 oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs1 oğlunun adına alınmış 10.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 16.05.2017-ci il tarixdə Şəmkir rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs2 adına alınmış 10.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 06.09.2017- ci il tarixdə Gəncə şəhər Kəpəz rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1 və 178.1- ci maddələri ilə 01 il 03 ay 21 gün islah işləri cəzasına məhkum edilmiş, Göygöl rayon məhkəməsinin 24.09.2018-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və məhkumluğu olmayan hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs3 adına alınmış 10.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 29.05.2021-ci il tarixli 4(021)-50/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27.05.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 29.05.2021-ci il tarixli 4(021)-52/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27.05.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 29.05.2021-ci il tarixli 4(021)-51/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27.05.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09.07.2021-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş və əməliyyat tədbirində iştirak etmiş Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1un ifadəsi yerində yoxlanmışdır. Həmin istintaq hərəkəti zamanı ifadəsi yerində yoxlanılan Şahid1 bildirib göstərməsi əsasında Bərdə rayon polis şöbəsindən Bərdə rayonunun Dəymədağıldı kəndinə gəlib çıxılmışdır. Şahid Şahid1 oğlu həmin kənddə yerləşən körpələr evi və uşaq bağçasını göstərərək 27.05.2021-ci il tarixdə məhz həmin uşaq bağçasında bağçanın müdiri Zərərçəkmiş şəxs iş otağında sonuncunun əməliyyat tədbiri üzrə Təqsirləndirilən şəxs2 verdiyi 1 ədəd C seriyalı 56815188 snömrəli 100 manatlıq və 1 ədəd A seriyalı 04434920 nömrəli 100 manatlıq cəmi 2 ədəd 200 manat olmaqla Azərbaycan Respublikasının pul əskinazlarının verildiyi yeri və həmin an da Təqsirləndirilən şəxs2 tutub saxladığını və əynində olan köynəyinin sol ön döş cibindən həmin 2 ədəd Azərbaycan Respublikasının 100 manatlıq pul əskinazlarını götürdüyünü və bundan sonra həmkarları əməliyyat tədbirində iştirak edən - polis əməkdaşları Şahid2 və Şahid3 Vəli oğlu ilə birlikdə həmin şəxsi və bundan sonra bağçadan çöldə avtomobilində oturub pulun Təqsirləndirilən şəxs2 tərəfindən alınmasını gözləyən Təqsirləndirilən şəxs3 saxladıqlarını və dərhal bundan sonra həmin şəxslərdən qrupun üzvü Təqsirləndirilən şəxs1 Dəymədağıldı kənd çayxanasında oturub pulun alınmasını və gətirilməsini gözlədiyini öyrənib həmin ünvana gedərək, oradan Təqsirləndirilən şəxs1 da yaranmış araşdırma zərurəti ilə ələqədar onlarla getmələrini bildirib, faktla bağlı araşdırma aparılan Bərdə rayon prokurorluğuna gətirmiş olduqlarını bildirib ifadəsində göstədiyi həmin yerləri bilavasitə göstərib bildirdiyindən həmin yerlərin fotoşəkili çəkilib və həmin fotoşəkillər bu barədə tərtib olunmuş protokola əlavə olunmaqla fotoşəkillər Azərbaycan Respublikası DİN-nin 94 nömrəli arayışlar üçün möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.07.2021-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanmışdır. Belə ki, bilavasitə zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs bildirib göstərməsi əsasında Bərdə rayonunun Dəymədağıldı kəndinin ərazisində yerləşən həmin körpələr evi və uşaq bağçasına gəlib çıxılmışdır. İfadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs ifadəsində bildirib nəzərə çatdırmışdır ki, 27.05.2021- ci il tarixdə təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun müdiri olaraq işlədiyi Bərdə rayon Dəymədağıldı körpələr evi və uşaq bağçasına gəldikləini və onların körpələr evi və uşaq bağçasına daxil olarkən mobil telefonla videoçəkiliş aparması əsasında daxil olduqlarını, özlərini AZ.TV-nin jurnalist əməkdaşları olduqlarını bildirib bağçada otaqlara nəzər yetirib, bağçanın fəaliyyətinin günün tələblərinə cavab vermədiyini və buna görədə apardıqları videoçəkilişi sosial şəbəkələrdə yayacaqlarını bildirmiş olduqlarını, o da həmin şəxslərin heç nə olmaya- olmaya onun fəaliyyəti barədə sosial şəbəkələrdə çəkilişləri yayıb və qərəzli şəkildə şərhlər veriləcəyindən qorxmuş olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin videoçəkilişlərin sosial şəbəkələrdə yayılmaması üçün ondan 500 manat pul istəmiş olduqlarını o da həyat yoldaşının 2-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak etdiyini və həm də özünün həmin körpələr evi və uşaq bağçasına təzə təyin olunmuş olduğuna görə bütün bunların nəzərə alınmasını, heç olmasa pulun məbləğini azaldılmasını xahiş edib bildirdiyindən, həmin şəxslər ondan 300 manat pul alacaqları ilə razılaşmış olduqlarını və həmin pulu saat 15- 16 radələrinə qədər onlara çatdırılmasını bildirdiklərindən və bundan sonra çıxıb getmiş olduqlarını, sonra cəmi 250 manat pul tapmış olduğunu, Təqsirləndirilən şəxs1 telefonda bildirərkən Təqsirləndirilən şəxs1 da pulun 50 manatını ona keçdiyini ondan 200 manat pul alacaqlarını və bundan sonra bağçada apardıqları videoçəkiliş sosial şəbəkələrdə yaymayacaqlarını bildirmiş olduğunu, həmin şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mobil telefon nömrələrini onlar hələ bağçada olarkən götürmüş olduğunu və həmin pulu qeyd olunan saata qədər onlara çatdıracağını və buna görə də körpələr evi və uşaq bağçasında aparılmış videoçəkilişləri yaymamaqla onlarla razılaşmış olduğundan, həmin şəxslər çıxıb gedərək onun zəngini və vaxt verdikləri saatı, yəni pul alacaqları vaxtın tamamını gözləyəcəklərini bildirərək çıxıb getmiş olduqlrını, bu vəziyyətdən sonra aidiyyəti orqanlara həmin şəxslərin ona hədə- qorxu gəlib pul tələb edəcəkləri barədə məlumat və Bərdə rayon prokurorluğuna isə rəsmi ərizə ilə müraciət etmiş olduğunu və bundan sonra əməliyyat tədbiri olaraq bağçaya polis əməkdaşları ilə gəlmiş olduğunu, polis işçilərinin də otaqlarda görünməz yerdə olmaqla həmin şəxslərin gəlib pulu ondan almaları üçün gözlədiklərini və həmin ərəfədə Təqsirləndirilən şəxs1 ilə telefonda əlaqə saxlanılıb danışılarkən Təqsirləndirilən şəxs1 gəlib pulu uşaq bağçasında ondan götürmələrini bildirmiş olduğunu, təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs3 idarə etdyi qara rəngli Mersedes markalı avtombillə həmin yerə Təqsirləndirilən şəxs2 gəlib çıxmış olduğunu, Təqsirləndirilən şəxs3 maşında olaraq bağçadan çöldə qalmış olduğunu, Təqsirləndirilən şəxs2 isə maşından düşüb körpələr evi və uşaq bağçasına daxil olub onun otağında ona yaxınlaşıb ondan 2 ədəd 100 manatlıq Azərbaycan Respublikasının pul əskinazlarını alıb əynində olan qısaqol ağ rəngli köynəyin sol döş cibinə qoyan kimi həmin yerdə olan polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 tutub onun cibindən onun Təqsirləndirilən şəxs2 həmin məqsədlə vermiş olduğu həmin 200 manat Azərbaycan Respublikası pul əskinazlarını götürdüklərini və bundan sonra əməliyyat tədbiri olaraq onları kənddə çayxanada gözləyən Təqsirləndirilən şəxs1 da götürüb Bərdə rayon prokurorluğuna aparmış olduqlarını bildirib hadisə yeri üzrə onun göstərdiyi həmin yerlərin fotoşəkilləri çəkilərək həmin fotoşəkillər bu barədə tərtib olunmuş protokola əlavə olunmaqla, Azərbaycan Respublikası DİN-nin zərflər üçün 94 N-li möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 avqust 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X33 qızına hədə- qorxu gəlinib ondan pul tələb edilməsi faktının müəyyən edilməsində sonuncunun ona hədə- qorxu gəlib pul tələb edən şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ifşa olunmalarından ötrü Bərdə RPŞ- nə ərizə yazıb, 2 ədəd və hər bir 100 manatlıq olan C- seriyalı 56815188 nömrəli və A seriyalı 04434920 nömrəli Azərbaycan Republikasının pul əskinazlarını polis əməkdaşlarına təqdim etməsi və həmin pul əskinazlarının kserosurətinin çıxarılması və yenidən Zərərçəkmiş şəxs əməliyyat tədbirində istifadə etməsi üçün verilməsi barədə Bərdə RPŞ- nin əməliyyat müvəkkili, polis leytenantı Talıbov Xəyyam Pənah oğlu tərəfindən bu barədə tərtib olunmuş 27.05.2021- ci il tarixli protokol və həmin pul əskinazları Zərərçəkmiş şəxs tərəfindən ona hədə- qorxu gəlmiş qrup üzvülərindən Təqsirləndirilən şəxs2 elə həmin tarixdə saat 15 radələrində olmaqla Bərdə rayonu Dəymədağıldı kənd körpələr evi və uşaq bağçasında verilməsi və sonuncunun üzərindən həmin əməliyyat tədbirində istifadə olunan həmin 2 ədəd 100 manatlıq Azərbaycan Respublikasının pul əskinazlarının əməliyyat tədbirində iştirak edən polis leytenantı Şahid1 tərəfindən götürülərək, raportla aidiyyəti üzrə fakt üzrə ilkin araşdırma aparılan Bərdə rayon prokurorluğuna göndərilməsi haqqında 27.05.2021- ci il tarixli raport tərtib edilmiş və həmin raporta əməliyyat tədbiri ilə bağlı material da əlavə edilməklə fakt üzrə Bərdə rayonprokurorluğunda ilkin araşdırma aparıldığından həmin materiala əlavə olunması üçün göndərilmişdir.Qeyd olunan 02 ədəd Azərbaycan Respublikasının 100 manatlıq pul əskinazları maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materialları və maddi sübutlarla təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxs X18 tanış edildikdən sonra müvafiq qəbz əsasında sonuncuya təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 15.10.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsinin tərkibi vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, onlara istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və yuxarıda qeyd olunan cinayət hadisələri məhz Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hal hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmaması isə nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hal hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmaması isə nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hal hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmaması isə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Həmçinin Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri cinayətə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Bununla bərabər məhkəmə tərkibi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlində olan yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, onların şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, törətdiyi əməldə cəzasını ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin etməklə cəzanın məqsədinə nail olmaq olar. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutulduqları və həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməli və çəzaçəkmənin əvvəli hər iki təqsirləndirilən şəxsə münasibətdə şübhəli şəxs qismində tutulduqları 27.05.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət ağır olduğundan və onlar, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan onlara təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurulmuş 200 manat ziyan iş üzrə maddi sübut olan 2 ədəd C 56815188 “ seriya nömrəli “A-04434920” seriya nömrəli pul əskinaslarının qaytarılıb ona verilməsi əsasında ödənilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs vurulmuş 200 manat ziyan iş üzrə maddi sübut olan 2 ədəd C 56815188 “ seriya nömrəli “A-04434920” seriya nömrəli pul əskinazlarının qaytarılıb ona verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs3 göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi3 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27.05.2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 2 ədəd hər biri 100 manatlıq olan “C 56815188 “ seriya nömrəli “A-04434920” seriya nömrəli Azərbaycan Respublikası pul əskinazlarının iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi3 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar