Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-312/2023 19.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X13 oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1994-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,309 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 04 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Goranboy rayonu, Xan Qərvənd kəndində “Xan” şadlıq sarayının qarşısında tanışı, o cümlədən 06 dekabr 2022-ci il tarixdə saat 21:45 radələrində Naftalan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Naftalan-Səfikürd yolunun Naftalan şəhəri ərazisinə düşən hissəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Naftalan şəhər polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibində olan “Samsung” markalı telefonun arxasında gizlətdiyi bir ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 0,309 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi faktına görə cinayət məsuliyyətinə cəlb olunmuş Şahid7 həmin psixotrop maddə olan metamfetamini qanunsuz olaraq 50 manata satmışdır. Bundan başqa, o, təkrarən satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni 21 ədəd yaşıl rəngli sellofan bükümlərdə ümumilikdə təmiz çəkisi 2,822 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,21 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 11 yanvar 2023cü il tarixdə, saat 17 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, M.Cəfərov küçəsində şübhəli şəxs qismində saxlanılıb, Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli qış gödəkcəsinin sol iç cibində 1 ədəd qara rəngli üzərində “LİNİAOFU Classic” yazısı olan dəri materialdan hazırlanmış pul kisəsinin içərisindən satış məqsədilə saxladığı 21 (iyirmi bir) ədəd yaşıl rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,201 qram, 0,139 qram 0,146 qram, 0,098 qram, 0,120 qram, 0,306 qram, 0,127 qram, 0,138 qram, 0,101 qram, 0,137 qram, 0,116 qram, 0,136 qram, 0,111 qram, 0,108 qram, 0,089 qram, 0,129 qram, 0,121 qram, 0,124 qram, 0,127 qram, 0,146 qram və 0,102 qram olmaqla ümumilikdə külli miqdarda, yəni təmiz çəkisi 2,822 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,21 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir il altı aydır narkotik vasitələrdən istifadə etmiş və onda istifadə etdiyi narkotik vasitələrdən asılılığı yaranmış, istifadə etmədikdə isə ağrıları olmuşdur. O, adətən psixotrop maddə olan “patı”, yəni metamfetamindən istifadə etmişdir. Şahid7 tanımış, təxminən 8-9 ay əvvəl Goranboy rayonu, Səfikürd kəndində yerləşən Şahid7 məxsus avtomobil təmiri sexində sonuncunu onun avtomobilini düzəldərkən tanış olmuşlar. Təmir əsnasında söhbət edərkən ağrıları olduğu üçün Şahid7 onun narkotik vasitə istifadəçi olduğunu bilmiş və buna görə də münasibətləri yaranmışdır. Avtomobilinin təmiri bitdikdən təxmini bir neçə gün sonra Şahid7 ona zəng edərək metamfetamin lazım olduğunu və onun əli çatdığı üçün metamfetamin götürə bilibbilmədiyini soruşmuş, o da həmin narkotikdən özünə götürmək məqsədilə Şahid7 üçün metamfetamin götürə biləcəyini bildirmişdir. 02 dekabr 2022-ci il tarixdə Şahid7 istifadəsində olan +99***-***-**-** mobil nömrədən onun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə WhatsApp mobil tətbiqinə vasitəsi ilə bir neçə dəfə zəng etmişdir. O da Şahid7 həmin ərəfədə yerdən tapdığı metamfetaminin 0,5 qramının taksi pulu ilə birlikdə 50 manat edəcəyini bilmişdir. Daha sonra o, istifadəsində olan +99***-***-**-** mobil nömrə ilə tanışı Şahid8 istifadəsində olan +99***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq Tərtər rayonu, Sarov kəndinə getmək lazım olduğunu, qarşılığında 20 manat taksi pul verəcəyini bildirmiş, sonuncu da onunla razılaşmışdır. Daha sonra Şahid8 özünə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ-21011 markalı nəqliyyat vasitəsi ilə gəlib onu götürmüş və onlar Bərdə şəhərində yaşayan, təxminən iki aydır dost münasibətində olduğu və “Matı” adlandırdığı, əsl adı Cəmalə adlı qadını da götürüb Tərtər rayonu, Sarov kəndi istiqamətində getmişlər. Goranboy rayonu, Xan Qərvənd kəndinə çataraq, kənd ərazisində yerləşən magistral yolun Goranboy istiqamətində sol tərəfdə “Xan” restoranının qarşısında avtomobili üzü Bərdə istiqamətinə saxlamışlar. Həmin vaxtı Şahid7 onların olduğu avtomobilə yaxınlaşaraq pəncərədən 50 manatlıq əsginası salon atmış, o da Şahid7 bir ədəd ağ kağıza bükülmüş şəkildə təxminən 0,3 qram çəkidə psixotrop maddə olan metamfetamini vermişdir. Yolda olarkən Şahid7 verməli olduğu 0,5 qram metamfetaminin üstündən 0,2 qramını öz istifadəsi üçün götürmüşdür. Ona görə də o, Şahid7 0,3 qram çəkidə metamfetamin vermişdir. 22 dekabr 2022-ci il tarixdə polis əməkdaşları onu Bərdə şəhər polis şöbəsinin yaxınlığında saxlayaraq Naftalan şəhər polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının 10-da axşam saat 21 radələrində Bərdə şəhəri, Babək küçəsində yerləşən Pajarninin kruqu adlanan ərazidə 100 manat müqabilində 20 ədəd sellofan bükümlərdə metamfetamin və bir ədəd kağız bükümdə narkotik vasitə marixuana almışdır. O, həmin narkotik vasitəni və psixotrop maddəni “İnstagram” sosial şəbəkəsi vasitəsilə almış, narkotik vasitənin və psixotrop maddənin yeri ona deyildikdən sonra o, həmin maddələri gedib götürmüş, pulu isə kart vasitəsilə ödəmişdir. Həmin 20 ədəd sellofanda olan metamfetamindən üç ədədini istifadə etmiş, qalan 17 ədəd sellofanda olan metamfetamini və 1 ədəd sellofanda olan marixuananı üzərində saxlamışdır. 11 yanvar 2023-cü il tarixdə saat 17 radələrində o, Bərdə şəhəri, M.Cəfərov küçəsində piyada hərəkət olarkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitənin üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Bərdə RPŞ-ya aparmışlar. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan “Adidas” markalı boz rəngli idman şalvarının sağ cibindən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq olmaqla, ümumilikdə 28 manat pul, əynində olan göy rəngli isti qış gödəkcənin sol iç cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, qış gödəkcənin sol iç cibindən 1 ədəd qara rəngli pul kisəsi və 01 ədəd “Maqna” markalı siqaret aşkar edilmişdir. Daha sonra qara rəngli pul kisəsinin iç cibindən 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd istifadə olunmamış Azercell mobil operatora məxsus mobil nömrə, 17 ədəd yaşıl rəngli sellofan bükümlərdə olan kütlələr və 1 ədəd ağ rəngli kağız bükümdə olan kütlə aşkar edilmişdir. O, 17 ədəd yaşıl rəngli sellofan bükümlərdə olan kütlələrin psixotrop maddə olan metamfetamin, 1 ədəd ağ rəngli kağız bükümdə olan kütlənin isə qurudulmuş marixuana olduğunu bildirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid7 verdiyi 1 büküm metamfetamini yerdən tapmış, həmin bükümü Şahid7 verərkən mənfəət əldə etməmiş, sadəcə olaraq sonuncuya verməli olduğu 0,5 qram metamfetaminin üstündən öz istifadəsi üçün 0,2 qramını götürmüş, Şahid7 isə bundan xəbəri olmamışdır. 11 yanvar 2023-cü il tarixdə onun üzərində ittihamda göstərildiyi 21 büküm deyil, 17 büküm metamfetamin olmuş, artıq yazılan 4 büküm metamfetamini onun üzərinə polislər qoymuş, ona psixoloji təzyiqlər göstərilmiş, ondan aşkar edilmiş 17 ədəd yaşıl rəngli sellofan bükümlərdəki psixotrop maddə olan metamfetaminin çəkisi 2,8 qram deyil, təxminən 1,7 qram olmuşdur. Çünki o, 20 büküm metamfetamin alan zaman həmin maddənin cəmi çəkisi 2 qram olmuş və 3 bükümü də istifadə etdiyi üçün çəki azalmışdır. Daimi olaraq metamfetamindən istifadə etdiyi və həmin maddənin tapılması çətin olduğu üçün son olaraq metamfetamini 20 bükümdə almışdır. O, gündəlik olaraq bir büküm metamfetamin istifadə etmiş, qurudulmuş marixuanadan isə arabir istifadə etmişdir. Ümumiyyətlə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, müharibə vaxtından psixotrop maddələrdən istifadə etməyə başlamış və istifadə etdiyi müddətdə sakitləşmişdir. 2-ci Qarabağ müharibəsində iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı”, “Laçın azad olunmasına görə” və ordunun 100 illiyi ilə əlaqədar fərqlənmə medalları ilə təltif edilmişdir. Hər iki epizod üzrə ona qarşı fiziki zorakılıq hallarına yol verilməmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs yerdən tapdığını bildirdiyi bir büküm metamfetamini mənfəət əldə etmək istəmədiyi halda nə üçün Şahid7 50 manata verdiyini, o cümlədən taksi sürücüsü Şahid8 15 manat verdikdən sonra Şahid7 aldığı 50 manatdan qalan 35 manatı, mənfəət əldə etmək istəmədiyi halda nə üçün sonuncudan götürdüyünü, həmçinin üzərində ittihamda göstərildiyi 21 büküm deyil, 17 büküm metamfetamin olduğu, qalan 4 büküm metamfetamini isə üzərinə polislərin qoyduğu halda, hansı səbəbdən iddia etdiyi polislər tərəfindən üzərinə qoyulmuş 4 büküm metamfetaminin tərkibinin üzərindən aşkar edilmiş qalan 17 büküm metamfetaminlə eyni olmasını, o cümlədən nəyə görə polislər tərəfindən üzərində qoyulduğunu iddia etdiyi 4 büküm metamfetaminin yaşıl rəngli qablaşdırmasının üzərində olan 17 bükümlə eyni olmasını məntiqli izah edə bilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında Naftalan şəhər polis şöbəsində işləyən zaman şöbənin istintaq qrupunun müstəntiqi X14 rayon sakini Təqsirləndirilən şəxs istintaq qrupuna gətirilməsi ilə bağlı raportu onun icraatına daxil olmuşdur. Raportun məzmununda qeyd edilmişdir ki, müstəntiq Elvin Cəlilovun icraatında istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid7 üzərindən aşkar olunmuş 0,309 qram metamfetamini Təqsirləndirilən şəxs almasını ifadəsində göstərmişdir. Ona görə də, raportun icrasından ötrü ondan, Naftalan ŞPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid4 və KTQ-nun baş inspektoru Şahid6 Afiq oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixdə Bərdə RPŞ-nin inzibati binasının yaxınlığında tutularaq Naftalan ŞPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin KTQ-nun baş inspektoru Şahid6 Afiq oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək və ifadəsi elan edilməklə tədqiq edilmiş ibtida istintaq zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili İmanov X7 Elnur Mehman oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Şahid7 ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etdiyi üçün tutulmuş və barəsində cinayət işi olduğu üçün hazırda cəzasını çəkməyə davam edir. Təqsirləndirilən şəxs ilə sonuncunun avtomobilini özünə məxsus Goranboy rayonunda yerləşən avtomobil təmiri sexində düzəldən zaman tanış olmuşdur. O, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs Goranboy rayonu, Xan Qərvənd kəndi ərazisində ona 50 manat qarşılığında bir büküm el arasında patı deyil psixotrop maddə olan metamfetamin vermişdir. Təqsirləndirilən şəxs metamfetamin alan zaman sonuncu taksi sürücüsü ilə gəlmişdir. Ona görə də, Təqsirləndirilən şəxs verdiyi pula taksi pulu da daxil olmuşdur. Pulu hansı qaydada, yəni nağd və ya kart vasitəsi ilə ödəməsi dəqiq yadında qalmamışdır. Axırıncı hadisədən əvvəl də o, bir dəfə Təqsirləndirilən şəxs narkotik vasitə almışdır. İfadəsinin davamı olaraq Şahid7 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona metamfetamini almaqda köməklik etmiş, lakin o, konkret olaraq sonuncunun ona satdığı metamfetamini kimdən almasını bilməmiş, o, metamfetaminlə bağlı yalnız Təqsirləndirilən şəxslə danışmış, digər hər hansı şəxslə danışmamış, Təqsirləndirilən şəxslə aralarında əldə olunmuş razılığa əsasən sonuncu ona 1 büküm metamfetamini 50 manat qarşılığında vermiş və həmin pula taksi pulu da daxil olmuşdur. Bununla belə o, Təqsirləndirilən şəxs narkotik vasitə satan kimi deyil, istifadəçisi kimi tanımış, sonuncu sadəcə ona metamfetamini əldə etməkdə köməklik etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 Alyoşa oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumu olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yalan ifadə verərək guya ki psixotrop maddəni ondan aldığını göstərmişdir. Çünki o, 04 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək səhhəti ilə əlaqədar Bakı şəhərində olmuşdur. 04 dekabr 2022-ci il tarixdə də səhər saatlarında Bərdə şəhərində yola düşmüşdür. Bakı şəhərində onun müayinəsini Ələkbər həkim həyata keçirmişdir. 19 dekabr 2022-ci il tarixdə isə narkotik vasitələrdən istifadə etdiyi üçün tutulmuş və cəzasını çəkərək azadlığa çıxmışdır. Ona görə də o, heç vaxtı psixotrop maddələrin satışı ilə məşğul olmamış və Təqsirləndirilən şəxs də psixotrop maddə satmamışdır. O, ümumiyyətlə nəşədən başqa digər narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, özünə məxsus **- TX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21011” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə 3-4 ay bundan qabaq Bərdə şəhərində tanış olmuşdur. Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdə ona məxsus mobil nömrəyə zəng edərək Tərtər rayonu, Sarov kəndinə 20 manat müqabilində getməyi təklif etmiş, o bu qiymətlə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs Bərdə rayonunda köhnə bazar adlanan ərazidən götürmüşdür. Daha sonra Əlzamin ona Bərdə rayonu, Güloğlular kəndinə gedərək “Matı” kimi tanıdığı qadını götürməyi bildirmişdir. Bundan sonra o, avtomobili Matının ünvanına idarə etmiş və sonuncunu götürdükdən sonra onlar Əlzaminin göstərdiyi ünvan əsasında Bərdə rayonu, Türkmən kəndinə getmişlər. Orada Əlzamin kiməsə zəng edərək çatdığını bildirmiş və avtomobildən enmiş, bir müddət sonra yenidən avtomobilə əyləşmiş və o, avtomobili Tərtər rayonu, Sarov kəndi istiqamətində idarə etmişdir. Goranboy rayonu Xan Qərvənd kəndinə çatdıqda Əlzamin ona avtomobili geri döndərib, yolun kənarında saxlamağı bildirmişdir. Əlzamin avtomobildən düşərək əvvəllər tanımadığım dolu bədənli, idman paltarlı şəxslə görüşmüşdür. 2-3 dəqiqə sonra Təqsirləndirilən şəxs yenidən avtomobilə əyləşib Bərdə şəhəri istiqamətində idarə etməyi demişdir. O, Əlzamin ilə Matını Bərdə rayonu Köhnə bazar adlanan yerdə düşürmüş və Əlzamin ona yol haqqı kimi 15 manat vermiş, qalan 5 manatı isə sonra verəcəyini demişdir. Əlzaminin narkotik vasitə və ya psixotrop maddə istifadə edib-etməməsindən onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 aydır tanımış, sonuncu da onu “Matı” kimi tanımışdır. 04 dekabr 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ona məxsus mobil nömrəyə zəng edərək nə iş gördüyünü bildirib Bərdə şəhərində gəzməyi təklif etmişdir. Təxminən 5-6 dəqiqə sonra sonuncu el arasında Xəyyam kimi tanıdığı, əsl adı Şəyan olan şəxsə məxsus qırmızı rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə onun yaşadığı ünvana gəlmiş, o da taksiyə əyləşmişdir. Taksidə bir qədər Bərdə şəhərini gəzdikdən sonra onlar nə üçün getdiyini bilmədiyi Bərdə rayonu, Türkmən kəndinə getmişlər. Həmin kənddə əvvəllər xatırlamadığı yerdə avtomobili saxladıqdan sonra Xəyyamla Əlzamin avtomobildən düşərək 5-6 dəqiqə sonra geri qayıdıb Goranboy rayonuna gedəcəklərini bildirmişlər. Təxminən 35-40 dəqiqədən sonra onlar Goranboy rayonunun adını xatırlamadığı kəndinə çatmışlar. Daha sonra Əlzamin avtomobildən enib kiməsə orada olduğunu demişdir. Bir neçə dəqiqə sonra sarışın formalı şəxs Əlzaminə yaxınlaşmış, sonuncu da bunu görüb avtomobilə əyləşmişdir. O, Əlzamindən nə səbəbə Goranboy rayonuna gəldiklərini soruşanda sonuncu ona görüşdüyü şəxsin Fariz adlı şəxs olduğunu, maşın ustası olmasını, Farizə ehtiyacı olduğu üçün patı adlandırdığı metamfetamin verdiyini və həmin metamfetamini Bərdə rayonu, Türkmən kəndində yaşayan Seymur adlı şəxsdən 35 manata aldığını demişdir. O, isə Əlzaminə belə işlərdən uzaq olmasını demişdir. Daha sonra Əlzamin onu yaşadığı ünvana düşürtmüşdür. Əlzaminin narkotik vasitə və ya psixotrop maddə istifadə edib-etməməsindən onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Bəkir oğlu ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçdiyindən və xidmət yerini dəyişdiyindən hadisənin tam olaraq detallarını xatırlamamışdır. Xatırladığı qədəri ilə Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili işləyən zaman daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə gətirmişlər. Şöbədə üzərinə şəxsi axtarış zamanı səhv etmirsə 27-28 büküm narkotik vasitə aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində kül rəngli idman şalvarı olmuşdur. Əməliyyat məlumatı ona daxil olmamış, o sadəcə şəxsi axtarışda iştirak etmişdir. Şahid1 Bəkir oğlunun məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış keçirilən zaman aşkar edilmiş psixotrop maddə olan metamfetaminin bükümlərinin sayı və digər xüsusatlarla bağlı ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, 11 yanvar 2023-cü il tarixdə Bərdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlaması və satışı ilə məşğul olması barədə Bərdə RPŞya əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün ondan, Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri Şahid2 və PPXB-nin sahə polis nəfəri polis Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri M.Cəfərov küçəsində saxlanılaraq Bərdə RPŞ-ya gətirilmişdir. Polis şöbəsində üzərində müdafiəçisinin iştirakı ilə videoçəikiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan “Adidas” markalı boz rəngli idman şalvarının sağ cibindən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq olmaqla ümumilikdə 28 manat pulu, əynində olan göy rəngli isti qış gödəkcəsinin sağ cibindən 1 ədəd “Samsung 7562” markalı mobil telefonu, qış gödəkcəsinin sol iç cibindən 1 ədəd qara rəngli üzərində “LİUNİAOFU Classic” yazısı olan portmanatı və 01 ədəd “Magna” markalı siqareti çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs qara rəngli portmanatın iç cibindən 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd istifadə olunmamış Azercell mobil operatoruna məxsus mobil nömrəni, 21 ədəd yaşıl rəngli sellofan bükümlərdə olan kütlələri və 1 ədəd ağ rəngli kağız bükümdə olan kütləni təqdim edərək yaşıl rəngli sellofan bükümlərdə olan kütlələrin psixotrop maddə olan metamfetamin, kağız bükümdə olan kütlənin isə qurudulmuş marixuana olduğunu bildirmişdir. Qeyd edilənlərdən başqa Təqsirləndirilən şəxs üzərində başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş 21 ədəd yaşıl rəngli sellofan bükümlərdəki psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 3,80 qram olması müəyyən olunmuşdur. 01 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə də elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,34 qram olması müəyyən olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini almaq üçün xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri, Sənaye küçəsində yaşayan Cahid adlı dostu vasitəsi ilə 100 manat pul verdiyini və sonuncunun xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Rəsul adlı şəxsdən 24 ədəd sellofan bükümlərdə olan psixotorop maddə olan metamfetamini alıb ona verdiyini, bunun qarşılığında isə həmin bükümlərdən 1 ədədini Cahidə verdiyini, üzərində aşkar edilmiş bir ədəd kağız bükümdə olan qurudulmuş marixuanaya bənzər kütləni isə xx.xx.2023-cü il tarixdə 18 radələrində Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində yaşayan Nicat adlı dostunun ona pay verdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadədə göstərilənlər onun sözləri ilə yazılmış, sadəcə olaraq hadisədən uzun müddət keçdiyi üçün hadisənin bəzi detallarını tam xatırlamamışdır. Videoçəkiliş zamanı da Təqsirləndirilən şəxs hər hansı şəxs tərəfindən fiziki və psixiki zorakılıq göstərilməmişdir. Bu faktlarla bağlı hər hansı bir sübutu olduğu təqdirdə təqdim etmiş olardı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 yanvar 2023-cü il tarixdə Bərdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlaması və satışı ilə məşğul olması barədə Bərdə RPŞ-ya əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün ondan, Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Bəkir oğlundan və PPXB-nin sahə polis nəfəri polis Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri M.Cəfərov küçəsində saxlanılaraq Bərdə RPŞ-ya gətirilmişdir. Polis şöbəsində üzərində müdafiəçisinin iştirakı ilə videoçəikiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan “Adidas” markalı boz rəngli idman şalvarının sağ cibindən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq olmaqla ümumilikdə 28 manat pulu, əynində olan göy rəngli isti qış gödəkcəsinin sağ cibindən 1 ədəd “Samsung 7562” markalı mobil telefonu, qış gödəkcəsinin sol iç cibindən 1 ədəd qara rəngli üzərində “LİUNİAOFU Classic” yazısı olan portmanatı və 01 ədəd “Magna” markalı siqareti çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs qara rəngli portmanatın iç cibindən 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd istifadə olunmamış Azercell mobil operatoruna məxsus mobil nömrəni, 21 ədəd yaşıl rəngli sellofan bükümlərdə olan kütlələri və 1 ədəd ağ rəngli kağız bükümdə olan kütləni təqdim edərək yaşıl rəngli sellofan bükümlərdə olan kütlələrin psixotrop maddə olan metamfetamin, kağız bükümdə olan kütlənin isə qurudulmuş marixuana olduğunu bildirmişdir. Qeyd edilənlərdən başqa Təqsirləndirilən şəxs üzərində başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş 21 ədəd yaşıl rəngli sellofan bükümlərdəki psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin təxminən 4 qram olması müəyyən olunmuşdur. 01 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə də elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin təxminən 0,3-0,4 qram olması müəyyən olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini almaq üçün xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri, Sənaye küçəsində yaşayan Cahid adlı dostu vasitəsi ilə 100 manat pul verdiyini və sonuncunun xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Rəsul adlı şəxsdən 24 ədəd sellofan bükümlərdə olan psixotorop maddə olan metamfetamini alıb ona verdiyini, bunun qarşılığında isə həmin bükümlərdən 1 ədədini Cahidə verdiyini, üzərində aşkar edilmiş bir ədəd kağız bükümdə olan qurudulmuş marixuanaya bənzər kütləni isə xx.xx.2023-cü il tarixdə 18 radələrində Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində yaşayan Nicat adlı dostunun ona pay verdiyini bildirmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində ona qarşı psixi zorakılığa yol verildiyini, üzərindən 21 büküm deyil, məhz 17 büküm metamfetamin aşkar edilməsini, həmin kütlənin çəkisinin 1,7 qram olmasını, üzərinə polis əməkdaşları tərəfindən əlavə olaraq 4 büküm metamfetamin qoyulmasını göstərməsi tamamilə yalan olmuş, üzərinə şəxsi axtarış müdafiəçisinin iştirakı keçirilmiş və videoçəkiliş aparılmışdır. Saxlanılan zaman və polis şöbəsində olarkən də Təqsirləndirilən şəxs hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixi zorakılıq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin sahə polis nəfəri polis Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/59 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X1 üzərindən aşkar edilərək götürülmüş 21 ədəd yaşıl rəngli sellofan bükümdə psixotrop maddəyə bənzər kütlələr.” yazı və imzalar olan kağız paketdəki 21 (iyirmi bir) ədəd yaşıl rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,201 qram, 0,139 qram, 0,146 qram, 0,098 qram, 0,120 qram, 0,306 qram, 0,127 qram, 0,138 qram, 0,101 qram, 0,137 qram, 0,116 qram, 0,136 qram, 0,111 qram, 0,108 qram, 0, 089 qram, 0,129 qram, 121 qram, 0, 124 qram, 0,127 qram, 0, 146 qram və 0, 102 qram olmaqla, ümumi təmiz çəkisi 2,822 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,21 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ-ci siyahısının İİ-ci bəndində daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi - 2,822 qr., tədqiqata sərf edildi - 0,42 qr., qalıq – 2,402 qramdır. Marixuananın ümumi təmiz çəkisi - 0,21 qr., tədqiqata sərf edildi - 0,02 qr., qalıq – 0,19 qramdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/1366 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,309 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,309 qr., tədqiqata sərf edildi - 0,02 qr., qalıq – 0,289 qramdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 788 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:25-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan “Adidas markalı boz rəngli idman şalvarının sağ cibindən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq olmaqla ümumilikdə 28 manat pulu, əynində olan göy rəngli isti qış gödəkcəsinin sağ cibindən 1 ədəd “Samsung 7562” markalı mobil telefonu, qış gödəkcəsinin sol iç cibindən 1 ədəd qara rəngli üzərində “LİUNİAOFU Classic” yazısı olan portmanatı və 01 ədəd “Magna” markalı siqareti çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs qara rəngli portmanatın iç cibindən 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd istifadə olunmamış Azercell mobil operatoruna məxsus mobil nömrəni, 21 ədəd yaşıl rəngli sellofan bükümlərdə olan kütlələri və 1 ədəd ağ rəngli kağız bükümdə olan kütləni təqdim edərək yaşıl rəngli sellofan bükümlərdə olan kütlələrin psixotrop maddə olan metamfetamin, kağız bükümdə olan kütlənin isə qurudulmuş marixuana olduğunu bildirmişdir. Qeyd edilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş 21 ədəd yaşıl rəngli sellofan bükümlərdəki psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 3,80 qram olması müəyyən olunmuşdur. 01 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə də elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,34 qram olması müəyyən olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini almaq üçün xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri, Sənaye küçəsində yaşayan Cahid adlı dostu vasitəsi ilə 100 manat pul verdiyini və sonuncunun xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Rəsul adlı şəxsdən 24 ədəd sellofan bükümlərdə olan psixotorop maddə olan metamfetamini alıb ona verdiyini, bunun qarşılığında isə həmin bükümlərdən 1 ədədini Cahidə verdiyini, üzərində aşkar edilmiş bir ədəd kağız bükümdə olan qurudulmuş marixuanaya bənzər kütləni isə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində yaşayan Nicat adlı dostunun ona pay verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq olmaqla ümumilikdə 28 manat pul, 1 ədəd “Samsung 7562” markalı mobil telefon, 1 ədəd istifadə olunmamış Azercell mobil operatoruna məxsus mobil nömrə, 21 ədəd yaşıl rəngli sellofan bükümlərdəki psixotrop maddə metamfetamin və 01 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd “SAMSUNG DUAS 7562” markalı mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin, mesajların və ya WhatsApp yazışmaların olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və bir ədəd informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus mobil nömrələrə dair məlumatlar əks olunmuş fayllarda sonuncunun kiməsə psixotrop maddə satması və ya alması ilə bağlı məzmunda zənglərin və ya mesajların olması aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısına baxdıqda sonuncunun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə saat 21 radələrinə qədər +99***-***-**-** mobil nömrə ilə qarşılıqlı şəkildə əlaqə saxladığı, abunəçilər haqqında məlumatlara baxdıqda +99***-***-**-** mobil nömrənin Goranboy rayonu, Səfikürd kəndində qeydiyyatda olan Şahid7 adına qeydiyyata alındığı, o cümlədən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə Şahid7 istifadəsində olmuş +99***-***- **-** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 18:51-dən həmin gün saat 20:34dək mütəmadi olaraq qarşılıqlı formada danışıqların olduğu və həmin gün saat 20:28-dən saat 20:34-dək olan müddət ərzində hər iki nömrənin antena dairəsinin Tərtər rayonu, Sarov kəndi antena dairəsində olmağı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Bəkir oğlunun tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadəsi, satışı və üzərində saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Bəkir oğlunun tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, narkotik vasitələri üzərində saxlamasında kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:15-də Bərdə şəhəri, M.Cəfərov küçəsində saxlanılaraq Bərdə RPŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Bəkir oğlunun tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın giriş hissəsindən görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ayrı-ayrı cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan Naftalan RPŞ-nin İstintaq bölməsinin icraatında olan ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan Bərdə RPŞ-nin İstintaq bölməsinin icraatında olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin ayrılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Şahid7 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan Naftalan RPŞ-nin İstintaq bölməsinin icraatında olan ********* nömrəli cinayət işində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və istintaq aidiyyəti üzrə Bərdə RPŞ-ya göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə Naftalan RPŞ-nin DYPQ-nin YPX inspektoru Cavid Çələbiyevin tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şahid7 narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 21:45-də Naftalan şəhəri ərazisində, Naftalan-Səfikürd avtomobil yolunun girişində idarə etdiyi avtomobillə saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şahid7 həmin gün saat 23:10-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Şahid7 üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan şalvarın sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxararaq, telefonun arxa hissəsində, telefon kisəsinin içərisində saxladığı bir ədəd kağız bükümdə olan maddəni təqdim etmişdir. Həmin bükümə baxış zamanı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilərək, kağızla birlikdə 0,61 qram olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Şahid7 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə Naftalan RPŞ-nin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid7 daimi olaraq narkotik maddələrin aludəçisi olması və Təqsirləndirilən şəxs ilə narkotik maddə əldə etmək üçün əlaqələrinin olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Tutulmanın əvvəli isə azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 20:15-dən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli “şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs saxlanıldığı Naftalan RPŞ-nin MSY-dən azad olunmuş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Naftalan RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünün icrası ilə əlaqədar olaraq Şahid7 üzərindən aşkar edilərək götürülmüş 0,289 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitə olan qurudulmuş marixuananın, psixotrop maddə olan metamfetaminin və onun tanışı Şahid7 satdığı psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə müəyyən edilməmiş, həmçinin keçirilmiş tədbirlər zamanı Bəxtiyar və Nicat adlı şəxslərin şəxsiyyətləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb dispanserində və poliklinikanın narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası medallarının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı, ”Vətən müharibəsi iştirakçısı” medalı və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 308011 nömrəli doğum haqqında şəhadətnamənin və AA0643786 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Hikmət Gəncəliyev adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Bərdə şəhər İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1994-cü il təvəllüdlü arvadı X3 və 2019-cu il təvəllüdlü X4 ilə birlikdə Bərdə şəhəri, M. Cəfərov küçəsi, 25 nömrəli evdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,402 qram psixotrop maddə olan metamfetamin və 0,19 qaram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının 05 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Bərdə RPŞ-nin MSY-nə yerləşdirilən zaman tibbi müayinədən keçirilmiş və həmin vaxtı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək Şahid7 1 büküm psixotrop maddə olan metamfetamini verərkən mənfəət əldə etmədiyini, sadəcə olaraq sonuncuya verməli olduğu 0,5 qram metamfetaminin üstündən öz istifadəsi üçün 0,2 qramını götürdüyünü, 11 yanvar 2023-cü il tarixdə onun üzərində ittihamda göstərildiyi 21 büküm deyil, 17 büküm metamfetamin olduğunu, artıq yazılan 4 büküm metamfetamini onun üzərinə polislərin qoyduğunu, ona psixoloji təzyiqlər göstərildiyini, ondan aşkar edilmiş 17 ədəd yaşıl rəngli sellofan bükümlərdəki psixotrop maddə olan metamfetaminin çəkisinin 2,8 qram deyil, təxminən 1,7 qram olduğunu, daimi olaraq metamfetamindən istifadə etdiyini və həmin maddənin tapılması çətin olduğu üçün son olaraq aldığı metamfetamini 20 bükümdə götürdüyünü, ümumiyyətlə də narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı birinci epizod üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs və xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, ikinci epizod üzrə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələri, o cümlədən şahidlərin ifadələri, şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı birinci epizod üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində və xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid7 verməli olduğu 0,5 qram metamfetaminin üstündən öz istifadəsi üçün 0,2 qramını götürdüyünü, lakin Şahid7 bundan xəbəri olmadığını göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, o cümlədən məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid7 verdiyi 1 büküm psixotrop maddə olan metamfetamini tapdığını göstərmişdir. Hətta məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində Təqsirləndirilən şəxslə Goranboy rayonuna gedib-gəlməyə 20 manata razılaşdıqlarını, lakin gedib-gəldikdən sonra sonuncunun ona yol haqqı kimi 15 manat verdiyini, qalan 5 manatı isə sonra verəcəyini dediyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvəzsiz qaydada yerdən tapdığı və dəyərinə görə hər hansı bir məbləğdə pul ödəmədiyi bir büküm psixotrop maddə olan metamfetamini Şahid7 öz şəxsi maraqları naminə məhz 50 manata satmış, həmin puldan da 15 manatı taksi sürücüsü Şahid8 vermiş, qalan 35 manat isə onun mənfəəti olmuşdur. Bu hal həm Təqsirləndirilən şəxs, həm Şahid7, həm də Şahid10 ilə Şahid8 ifadələri ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq yerdən tapdığını bildirdiyi bir büküm metamfetamini mənfəət əldə etmək istəmədiyi halda nə üçün Şahid7 50 manata verdiyini, o cümlədən taksi sürücüsü Şahid8 15 manat verdikdən sonra Şahid7 aldığı 50 manatdan qalan 35 manatı, mənfəət əldə etmək istəmədiyi halda nə üçün sonuncudan götürdüyünü məntiqli izah edə bilməmişdir. Bundan əlavə də, aralarında əldə olunmuş razılığa əsasən Şahid7 50 manat qarşılığında 0,5 qram psixotrop maddə olan metamfetamin verməli olduğu halda, Təqsirləndirilən şəxs bunu etməyərək, əskinə Şahid7 xəbərsiz 0,5 qram metamfetaminin üstündən öz şəxsi istifadəsi üçün 0,2 qram götürərək istifadə etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs pul şəkilində əldə etdiyi mənfəətdən əlavə də, öz şəxsi maraqlarını üstün tutaraq Şahid7 verməli olduğu 0,5 qram metamfetaminin üstündən sonuncunun xəbəri və razılığı olmadan öz istifadəsi üçün 0,2 qramını götürməklə natura şəkilində də mənfəət əldə etmişdir. Bundan başqa, ikinci epizod üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs qara rəngli portmanatın iç cibindən 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd istifadə olunmamış Azercell mobil operatoruna məxsus mobil nömrəni, 21 ədəd yaşıl rəngli sellofan bükümlərdə olan kütlələri və 1 ədəd ağ rəngli kağız bükümdə olan kütləni təqdim edərək yaşıl rəngli sellofan bükümlərdə olan kütlələrin psixotrop maddə olan metamfetamin, kağız bükümdə olan kütlənin isə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmçinin sözügedən videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs portmanatın iç cibindən təqdim etdiyi yaşıl rəngli sellofan bükümlər ayrı-ayrılıqda bir-bir çəkilərək sayılır və ümumi çəkisi 3,80 qram olmaqla 21 ədəd büküm təşkil edir. Daha sonra isə həmin 21 ədəd eyni rəngli sellofan qablaşmada olan bükümlərdəki psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılaraq zərfə qoyulur və iştirakçılar tərəzindən imzalanaraq möhürlənir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi də zərfə imza edərək qablaşdırmanı təsdiq edirlər. Hətta videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı psixi zorakılıq hallarına yol verildiyi görünmür. Əksinə videoçəkiliş zaman Təqsirləndirilən şəxs təhqiqatçısının sualına qəti olaraq cavab verib üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu, polis şöbəsinə gətirilərkən də ona qarşı psixi və fiziki zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/59 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, 21 (iyirmi bir) ədəd yaşıl rəngli sellofan bükümlərdə olan ümumi təmiz çəkisi 2,822 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlər kimyəvi tərkiblərinə görə eynidirlər. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 Bəkir oğlu, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs ifadəsində ona qarşı psixi zorakılığa yol verildiyini, üzərindən 21 büküm deyil, məhz 17 büküm metamfetamin aşkar edilməsini, həmin kütlənin çəkisinin 1,7 qram olmasını, üzərinə polis əməkdaşları tərəfindən əlavə olaraq 4 büküm metamfetamin qoyulmasını göstərməsi tamamilə yalan olmuş, üzərinə şəxsi axtarış müdafiəçisinin iştirakı keçirilmiş və videoçəkiliş aparılmış, saxlanılan zaman və polis şöbəsində olarkən də Təqsirləndirilən şəxs hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixi zorakılıq göstərilməmişdir. Habelə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından və Bərdə RPŞ-dən daxil olmuş məktublarda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət izi aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs yerdən tapdığını bildirdiyi bir büküm metamfetamini mənfəət əldə etmək istəmədiyi halda nə üçün Şahid7 50 manata verdiyini, o cümlədən taksi sürücüsü Şahid8 15 manat verdikdən sonra Şahid7 aldığı 50 manatdan qalan 35 manatı, mənfəət əldə etmək istəmədiyi halda nə üçün sonuncudan götürdüyünü, həmçinin üzərində ittihamda göstərildiyi 21 büküm deyil, 17 büküm metamfetamin olduğu, qalan 4 büküm metamfetamini isə üzərinə polislərin qoyduğu halda, hansı səbəbdən iddia etdiyi polislər tərəfindən üzərinə qoyulmuş 4 büküm metamfetaminin tərkibinin üzərindən aşkar edilmiş qalan 17 büküm metamfetaminlə eyni olmasını, o cümlədən nəyə görə polislər tərəfindən üzərində qoyulduğunu iddia etdiyi 4 büküm metamfetaminin yaşıl rəngli qablaşdırmasının üzərində olan 17 bükümlərlə eyni olmasını məntiqli izah edə bilməmişdir. Bundan əlavə, ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq nə özünün, nə də ki müdafiəçisinin təzyiqlərə və pis rəftara məruz qalmasına dair polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ikinci epizod üzrə polislər tərəfindən ona psixi zorakılığa yol verildiyini göstərsə də, iş materiallarında, o cümlədən şəxsi axtarış aparılması istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs psixi zorakılığa məruz qalması və ona qarşı fiziki zorakılıq hallarına yol verilməsi xüsusatları öz təsdiqini tapmamış, əksinə sözügedən istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə təhqiqatçının suallarına cavab verib qəti olaraq ona qarşı təsir və təzyiqlərə yol verilmədiyini, üzərindən aşkar edilmiş metamfetamini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişlər. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ikinci epizod üzrə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə şahid qismində dindirilmiş Şahid1 Bəkir oğlunun, Şahid2 və Şahid3 ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, ikinci epizod üzrə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin bükümlərinin sayına və ümumi çəkisinə münasibətdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərsə də, iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 788 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 13-cü bəndində göstərilmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.2 və 234.3cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Həmin siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qramdır, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/59 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 2,822 qram olmaqla külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs birinci epizod üzrə mənfəət əldə etmək məqsədi ilə əvəzsiz qayada yerdən tapdığı və dəyərinə görə hər hansı bir məbləğdə pul ödəmədiyi bir büküm psixotrop maddə olan metamfetamini Şahid7 öz şəxsi maraqları naminə 50 manata satması, həmçinin ikinci epizod üzrə üzərinə şəxsi axtarış keçirilən zaman cibindəki portmanatdan ayrı-ayrılıqda həm narkotik vasitə olan qurudulmuş marixuananın, həm də psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, metamfetaminlərin çəkilərək ayrı-ayrılıqda 21 ədəd xırda bağlamalara bükülməsi, metamfetaminin ümumi çəkisinin külli miqdar təşkil etməsi faktı Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxladığı külli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan marixuananı ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, “Vətən müharibəsi iştirakçısı”, “Laçın azad olunmasına görə” və ordunun 100 illiyi ilə əlaqədar fərqlənmə medallarla təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şahid7 barəsində olan cinayət işi üzrə 22 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və 24 dekabr 2022-ci il tarixdə MSY-dən azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs birinci epizod üzrə 02 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Şahid7 barəsində olan cinayət işi üzrə 22 dekabr 2022-ci il tarixdə saat 20:15-dən 24 dekabr 2022-ci il tarixdə saat 20:00-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla hazırki iş üzrə ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və onun üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 11 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,402 qram psixotrop maddə olan metamfetamin və 0,19 qaram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 788 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şahid7 barəsində olan cinayət işi üzrə 22 dekabr 2022-ci il tarixdən 24 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırki iş üzrə ona təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 yanvar 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,402 qram psixotrop maddə olan metamfetamin və 0,19 qaram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-312/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-312/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver