Məhkəmə qərarları › İş №1(100)-313/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-313/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-313/2021 18.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X3 və İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Laçın rayonu Ələkçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Laçın rayonu Ələkçi kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu Nərimanlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında yaşadığı Şəmkir rayonu Nərimanlı kəndinin ətrafından keçən su kanalının kənarından istintaqa məlum olmayan ərazidən yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını və toxumlarını topladıqdan sonra qurudaraq, 6,72 qram çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək yaşadığı evə daşımaqla iki ədəd boş kibrit qutusuna dolduraraq saxlamış, 2021-ci ilin may ayının əvvəllərində yaşadığı Şəmkir rayonu, Nərimanlı kəndinin inzibati ərazisində yerləşən X18 təsərrüfatı Mərkəzinin Şəmkir meşəbəyliyinə aid meşə fondu ərazisində əldə etmiş olduğu narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumunu qanunsuz olaraq əkib onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 21 may 2021-ci il tarixdə, saat 17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin və Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı Şəmkir rayonu, Nərimanlı kəndinin ərazisində yerləşən X18 təsərrüfatı Mərkəzinin Şəmkir meşəbəyliyinə aid meşə fondu ərazisinə baxış keçirilərkən torpaq sahəsindən 76 ədəd və həmin ərazidə olan 18 ədəd plastik dibçəklərdən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş cəmi, 94 (doxsan dörd) ədəd, külli miqdarda əkilib yetişdirilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüş, həmçinin keçirilən tədbirlərin davamı olaraq, o, həmin tarixdə saat 20:25-də Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd kibrit qutularında tərkiblərinə görə eyni olan, şəxsi istehlak miqdarından artıq, yəni 3,30 və 3,42 qram, cəmi 6,72 qram çəkidə həmin qanunla təsdiq edilmiş “ Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonunun Nərimanlı kəndində yerləşən anası Şahid4 məxsus fərdi yaşayış evdə anası, atası Əkbər Xəlilov, arvadı Şahid5 və oğlu X5 ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada iribuynuzlu mal-qara saxlayaraq ailəsini dolandırı. O, əvvəllər məhkum olunmamış, təxminən 3 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Belə ki, o, əvvəllər yaşadığı kəndin ərazisində yerləşən meşəlik ərazidə yabani halda bitən çətənə bitkilərinin yarpaqlarını az miqdarda toplayıb qurudub siqaret kağızına doldurub çəkmişdir. 2020-ci ilin sentyabr ayında o, yaşadığı kəndin kənarından axan su kanalının yaxınlığında dəqiq yerini xatırlamadığı ərazidə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərin yarpaqlarını və toxumlarını üzərindən toplayıb qurutmuşdur. O, qurutduğu yarpaqları 03 ədəd kibrit qutusuna doldurub üzərində saxlamış, 01 ədəd kibrit qutusunda olan marixuananı mütəmadi olaraq siqaret kağızına doldurmaqla çəkib qurtarmış, yerdə qalan 02 ədəd kibrit qutusunda olan marixuananı üzərində saxlamışdır. 2021-ci ilin mart ayının əvvəllərində o, narkotik vasitə qurudulmuş marxuana istifadə edən zaman saxladığı toxumları əkmək qərarına gəlmişdir. Buna görə də, yaşadığı kəndin yaxınlığında Şəmkir rayonu ərazisində yerləşən meşə massivinə gedib toxumları əkmək üçün yer tapmış, həmin yerin ağaclarını, kos-koslarını təmizləmişdir. Sonra həmin yerdən təbii qaynama yolu axan bulağın qarşısındakı torpağı qazıb həmin yeri su toplamağından ötrü sellofanlamışdır. 01 may 2021-ci il tarixdə o, Şəmkir şəhər Mərkəzi bazarından aldığı plastik qabları yaşadığı evdən götürüb meşə massivində düzəltdiyi talaya gəlmiş, həmin talada plastik qabların içərisini torpaqla doldurmuş və saxladığı toxumları yetişməsindən ötrü həmin qabların içərisinə basdırmışdır. 09 may 2021-ci il tarixdək o, yaşadığım evi tərk edib meşədəki talaya gedib toxumları sulamışdır. 10 may 2021-ci il tarixdə o, 76 ədəd plastik qabda olan inkişaf etmiş bitkiləri torpağa basdırmış, qalan 18 ədəd ştil isə tam inkişaf etməsindən ötrü plastik qabda saxlamışdır. 20 may 2021-ci il tarixədək o, hər gün talaya gedib əkdiyi bitkiləri sulamış, 21 may 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evi tərk edib, əkdiyi narkotik bitkilərinə nəzarət etməkdən ötrü meşə massivinə getmişdir. Sonra o, bitkilərə nəzarət edib orada dincəlmişdir. Təxminən saat 17 radələrində o, bir neçə nəfər mülki geyimli şəxslərin talaya gəlib onu səsləmələrini eşitmişdir. O, dərhal həmin şəxslərə yaxınlaşıb özünü təqdim etmiş, onlar xidməti vəsiqələrini ona təqdim edib polis əməkdaşları olduqlarını və bir nəfər Kamal Hacıyev adlı şəxsin isə aqronom mütəxəssis olduğunu bildirmişlər. Bundan sonra orada polis əməkdaşları onun razılığı ilə videoçəkiliş etməyə başlamışlar. Vidoçəkiliş zamanı polis əməkdaşı ona meşə massivində qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddə olan bitkilərin əkibbecərməyi və kultivasiya etməyi barədə ona sual vermişlər. O, polis əməkdaşlarının əkdiyi çətənə bitkilərindən xəbərlərinin olduğunu düşünmüş və onlara bu barədə düzgün məlumat vermişdir. Sonra o, əkdiyi narkotik tərkibli bitkilərin yerini göstərmiş, sonra polis əməkdaşları aqronom Kamal Hacıyevin iştirakı ilə həmin bitkilərin hamısına baxış keçirmişlər. Baxış keçirildikdən sonra polis əməkdaşları əkdiyi 94 ədəd bitkiləri kökündən qopartdıb bir ədəd paketin içərisinə qoyub onu qablaşdırmışlar, o və iştirakçılar həmin qablaşdırmanı imzalamışlar. Sonra polis əməkdaşları ona birlikdə Şəmkir rayon polis şöbəsinə getməyi təklif etmişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları onu özləri ilə birlikdə Şəmkir rayon polis şöbəsinin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqları müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, təqdim olunmuş vəkillərin siyahısından X10 hüquqlarımın dövlət hesabına müdafiə olunması üçün seçib bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X13 dəvət olunub ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunu təqdim etmiş və həmin qutuların içərisində olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra kütlələrə baxış keçirilmiş, onları elektron tərəzidə çəkmişlər, ümumi çəkisinin 13,17 qram olması müəyyən edilmişdir. Sonra onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən 13 ədəd 1 manatlıq pul əskinazları aşkar edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər narkotik vasitə, psixotrop maddə və qanunla gəzidirilməsi qadağan edilən digər əşya, predmet aşkar edilməmişdir. Onun üzərindən aşkar edilən 13 manat pul özünə geri qaytarılmışdır. Sonra onun yaşadığı fərdi yaşadığı evə baxış keçirilməsindən ötrü xidməti avtomobillə Şəmkir rayonu Nərimanlı kəndinə aparmışlar. Anası Şahid4 iştirakı ilə onun yaşadığı evin otaqlarına baxış keçirilmiş, baxış zamanı evin otaqlarından narkotik vasitə və qanunla gəzdirilməsi qadağan edilmiş maddə aşkar edilməmişdir. Bundan başqa o ifadəsində, hər hansı bir şəxsə narkotik vasitə və digər maddə satmaq niyyəti olmadığını, həmin kütlələri şəxsi istifadəsi üçün üzərində saxlamadığını, həmin kütlələri satmaq niyyəti olmadığını, narkotik tərkibli çətənə bitkilərini əkdiyi meşəlik ərazidə əkinçiliklə məşğul olmaq üçün hər hansı icazə almadığını, həmin ərazinin sahibsiz görərək qanunsuz olaraq orada çətənə bitkilərini əkmədiyini, niyyəti orada özüm üçün çətənə bitkilərini əkmək olduğunu, orada hər hansı becərmə işlərini aparmaq niyyəti, eləcə də həmin yeri zəbt etmək fikri olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, 1990-cı ildən X12, 2019-cu il tarixdən hal-hazıradək isə tutduğu vəzifədə xidmət edir, Laçın rayonu, Ələkçi kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu, Nərimanlı kəndində yaşayan Təqsirləndirilən şəxs ilə qohumluğu və yaxud düşmənçiliyi yoxdur. 21 may 2021-ci il tarixdə Şəmkir rayonu, Nərimanlı kəndində yaşayan Təqsirləndirilən şəxs Şəmkir rayonu Nərimanlı kəndinin ərazində yerləşən meşəlik ərazidə narkotik tərkibli çətənə kollarını əkib-becərməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin səlahiyyətli subyekt tərəfindən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından və işlədiyi şöbənin, eləcə də Şəmkir RPŞ-nin əməkdaşlarının iştirakları ilə birgə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Şəmkir rayon polis şöbəsinin rəhbərliyi tərəfindən həmin tədbirlərin keçirilməsinə köməklik edilməsi üçün Şəmkir rayon polis şöbəsinin post patrul xidməti bölüyünün komandir müavini polis mayoru Şahid1 Cucuq oğlu və Şəmkir rayon polis şöbəsinin post patrul xidməti bölüyünün manqa komandiri, polis serjantı Şahid2 Şahəddin oğluna göstəriş verilmişdir. Buna görə də həmin tarixdə yaradılmış əməliyyat qrupunun üzvləri və həmçinin mütəxəssis qismində dəvət olunmuş aqronom-alim X2 rayonu Nərimanlı kəndinin ərazisində yerləşən meşə massivinə gəlmişlər, həmin ərazi Şəmkir rayonu Nərimanlı kəndinin giriş hissəsindən gəldikləri istiqamətdə sol tərəfdə yerləşir. Əməliyyat qrupunun üzvləri meşə massivinin içərisində hazırlanmış talaya yaxınlaşmışlar və Təqsirləndirilən şəxs əməliyyat qurupunun üzvlərinə tərəf yaxınlaşmışdır. Əməliyyat qrupunun üzvləri xidməti vəsiqələrini Təqsirləndirilən şəxs nümayiş etdirib, özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirdikdən sonra ona 21 may 2021-ci il qəbul edilmiş tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın məzmunu elan edilmiş və olduğu ərazidə narkotik tərkibli bitkilərinin kultivatsiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs videoçəkilişlə baxış keçirilməsinə etiraz etmədən razılıq vermiş və bundan sonra təhqiqatçı, polis kapitanı Yunis Quliyev tərəfindən video çəkilişlə baxış keçirilməsinə başlanmışdır. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üç ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təxminən bir ay əvvəl hazırda dayandıqları yerə gəlib təmizlik işləri apararaq tala hazılamışdır. 01 may 2021-ci il tarixdə özündə saxladığı narkotik vasitə marixuananın toxumlarını plastik qablarda əkmiş və onları meşənin ətrafında saxlamışdır. 10 may 2021-ci il tarixdə isə plastik qablarda əkdiyi tərkibində narkotik maddələr olan bitkilərin bir qismini torpağa əkmişdir. Plastik qabda qalan bitkiləri isə gələcəkdə torpağa əkmək istəmişdir. O, əkdiyi bitkiləri mütəmadi olaraq sulamışdır. Əkdiyi bitkiləri isə meşə massivində olan təbii bulağın suyu ilə sulamışdır. Bitkiləri gələcəkdə öz şəxsi istifadəsi üçün əkmişdir. Sonra bulağa, plastik qablarda və torpağa əkilmiş bitkilərə baxış keçirilmişdir. Alim aqronom Kamal Hacıyev sözügedən bitkilərin hər birinə ayrı-ayrılıqda baxış keçirib, onlara aqrotexniki qaydada qulluq edildiyini və onların tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu bildirmişdir. Torpağa əkilmiş 76 ədəd bitkilərə alim-aqronomun iştirakı ilə baxış keçirildikdən sonra onların hər biri kökündən çıxardılıb plastik vedrəyə yığılmışdır. Sonra plastik qablarda olan 18 ədəd bitkilər kökündən çıxardılaraq həmin vedrəyə yığılmışdır. Sonra vedrəyə yığılmış bitkilər torpağın üzərinə qoyulmuş 02 ədəd paketin üzərinə düzülmüş və uzunluqları ölçüldü, ümumi uzunluqlarının 04-15 sm olmaları müəyyən edilmişdir. Sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmışdır. Qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanımış, 94 ədəd bitki paketin içərisinə yığılmış və möhürlənməklə götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, əkdiyi narkotik tərkibli bitkiləri becərdikdən sonra onları satmaq niyyəti olmamışdır. Ailə üzvlərinin və digər şəxslərin onun əkdiyi narkotik tərkibli bitkilərdən xəbəri olmamışdır. Bundan sonra baxış yekunlaşmış və bu barədə tərtib edilmiş protokolu iştirakçılara oxuyub imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Şəmkir rayon polis şöbəsinə aparılmış və orada şübhəli şəxs qismində tutularaq dəvət edilmiş müdafiəçisi Mahir Kazımovun, onun, həmçinin Şəmkir rayon polis şöbəsinin post patrul xidməti bölüyünün komandir müavini polis mayoru Şahid1 Cucuq oğlu və manqa komandiri, polis serjantı Elgün Namazovun iştirakı ilə təhqiqatçı Yunis Quliyev tərəfindən onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməyə başlamış, şəxsi axtarış və götürmə aparılmadan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd kibrit qutularını təqdim edib, həmin qutuların içərisində olan kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələri Vətən müharibəsindən əvvəl yaşadığı kəndin yaxınlığında olan meşəlik ərazidən yabanı halda bitmiş tərkibində narkotik maddələr olan bitkilərdən özü istifadə etmək məqsədilə yığıb topladığını, 3 ədəd qutularda saxladığını, həmin qutulardan birində olan narkotik vasitəni çəkib qutardığını, lakin üzərindən aşkar olunmuş qutulardakını isə çəkmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin kütlələri satmaq niyyətinin olmadığını bildirmişdir. Sonra həmin kütlələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 13,17 qram olması müəyyən edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, üzərindən 13 ədəd 1 manatlıq pul əskinazları aşkar olunsa da əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyalar aşkar edilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qablaşdırılaraq möhürlənrək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, iştirakçılara oxunmuş və imzalanmışdır. Bundan sonra onun razılığı ilə və iştirakı ilə həmin tarixdə saat 22 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən evinin qarşısına onun, müdafiəçi X7 və digər iştirakçılarla birlikdə gəlinmişdir. Fərdi yaşayış evinin giriş qapısını, şübhəli şəxs Təqsirləndirilən şəxs anası Şahid4 açmış və əməliyyat qrupunun üzvləri xidməti vəsiqələrini Şahid4 nümayiş etdirib özlərini təqdim etmişlər. Sonra Şahid4 özünü əməliyyat qrupunun üzvlərinə təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs onun oğlu olmasını bildirmiş və kənd sakinlərinin oğlu Təqsirləndirilən şəxs polis tərəfindən tutulmasını görməməsindən ötrü əməliyyat qrupunun üzvlərini fərdi yaşayış evinin qapalı çardağına (eyvanına) dəvət etmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid4 razılıqları ilə videoçəkiliş başlamış, videoçəkiliş başlandıqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid4 Azərbaycan Respublikasının Konstitusiyasının 66-cı maddəsinin məzmunu elan edilmişdir. Sonra Şahid4 verilən suallara cavab olaraq bildirmiş ki, yaşadıqları fərdi yaşayış evi onun mülkiyyətindədir, evə baxış keçirilməsinə və götürmə aparılmasına etiraz etmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmiş ki, yaşadığı fərdi yaşayış evində narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla daşınması qadağan edilən digər əşyası, predmeti yoxdur. Sonra Şahid4 evin qonaq otağında yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə və götürmə aparılmasına etiraz etməməsinə dair yazılmış ərizəni uca səslə oxunduqdan sonra imzalamışdır. Bundan sonra fərdi yaşayış evinin otaqlarına baxış keçirilmiş, baxış zamanı evin otaqlarından narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla daşınması qadağan edilən digər əşya, predmet aşkar edilməmişdir. Bununla da baxış və götürmə başa çatmış, bu barədə protokol tərtib edildi və iştirakçılara oxundu, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır.Ona və həmçinin BNMİ-nin Qərb bölgəsində regional şöbəsinə Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması barədə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Cucuq oğlu və Şahid2 Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu Nərimanlı kəndində oğlu Təqsirləndirilən şəxs, gəlini Şahid5, az yaşlı nəvəsi Əkbər Xəlilov və əri Əkbər Xəlilov ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyindən yaşadığı kəndin ərazisində mal-qara saxlamaqla məşğul olmuşdur. 21 may 2021-ci il tarixdə səhər saatlarında Mütəllim arvadı Şəmsiyyəni Gəncə şəhərində yaşayan qızı Kəmaləgildən gətirmək üçün yaşadığı evdən çıxıb Gəncə şəhərinə getmiş. bir neçə saatdan sonra polis əməkdaşları tərəfindən onlara məlumat verilmişdir ki, Mütəllimi polis əməkdaşları narkotik tərkibli bitkilər saxladığına və istifadə etdiyinə görə saxlayıblar. Daha sonra axşam saatların polis əməkdaşlarının və oğlu Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvana gəlinmiş və onun razılıq ərizəsi əsasında yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı narkotik vasitə və ya əşya əşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və imzamla təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkməsi və ya narkotik vasitə istifadə etməsi barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 21 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında söhbət edən zaman mülki geyimli şəxslər onlara yaxınlaşmış və xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onu və Mütəllimi polis şöbəsinə aparmışlar. Şöbəyə aparıldıqdan sonra üzərlərinə baxış keçirilmiş, lakin baxış zamanı nə onun nə də ki, Mütəllimin üzərindən narkotik vasitə aşkar edilməmişdir. Daha sonra onun üzərindən heç nə aşkar edilmədiyindən onu buraxmışlar, lakin Mütəllimi saxlamışlar. Sonradan Mütəllimin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edildiyini eşitmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.05.2021-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraatıa qəbul edilməklə istintaq aparılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində yaşadığı Şəmkir rayonu, Nərimanlı kəndinin ərazisində yerləşən meşə massivində istintaqa məlum olmayan mənbədən əldə etmiş olduğu narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumunu qanunsuz olaraq əkib onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar, 21 may 2021-ci il tarixdə saat 17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin və Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı Şəmkir rayonu, Nərimanlı kəndinin ərazisində yerləşən Nərimanlı Bələdiyyəsinə məxsus meşə massivinə baxış keçirilərkən torpaq sahəsindən və həmin ərazidə olan 18 ədəd plastik dibçəklərdən, 94 (doxsan dörd) ədəd, külli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kollarının və onun həmin günü saat 20:25-də, Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman orada əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd kibrit qutularında müvafiq olaraq şəxsi istehlak miqdarından artıq, yəni 3,30 və 3,42 qram cəmi 6,72 qram olan çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsinə dair Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsində toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.05.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 21 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə Şəmkir rayonu, Nərimanlı kəndinin ərazisində yerləşən meşəlik ərazizə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin təhqiqatçısı, polis kapitanı Yunis Quliyev tərəfindən videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı torpaq sahəsindən və həmin ərazidə olan 18 ədəd plastik dibçəklərdən 94 ədəd çətənə (kannabis) bitkisinin aşkar edilərək götürülmüşdür. Götürülmüş 94 ədəd çətənə (kannabis) bitkiləri və videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk maddi sübut hesab edilmiş, çətənə bitkiləri saxlanılması üçün Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına, 1 ədəd DVD-R disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.05.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 21 may 2021-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin təhqiqatçısı, polis kapitanı Yunis Quliyev tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və həmin zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd kibrit qutularından cəmi 6,72 qram olan çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana və videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk maddi sübut hesab edilmiş, narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına, 1 ədəd DVD-R disk iş materiallarına əlavə edilmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə bioloji ekspertizasının 22 may 2021-ci il tarixli 16/482 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “21.05.2021-ci il tarixdə Şəmkir RPŞ-nin inzibati binasında Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr” sözləri yazılmış kağız paketdəki, 2 (iki) əıdəd kibrit qutularında 3,30 qram, 3,42 qram, ümumi təmiz çəkisi 6,72 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “21.05.2021-ci il tarixdə Şəmkir rayonu Nərimanlı kəndi ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs göstərməsinə əsasən həmin həmin tarixdə bələdiyyəsinə məxsus meşə massivindən götürülmüş 94 (doxsan dörd) ədəd tərkibində narkotik maddələr olan bitkilərinə oxşar bitkilər” yazılar və imzalar olan bir ədəd kağız paketdəki, 94 ( doxsan dörd) ədəd, ümumi təmiz çəkisi 22, 56 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdiqata təqdim olunmuş bir ədəd kağız paketdə olan marixuanalar ilə, digər bir ədəd kağız paketdə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə müxtəlifdilər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin 23 may 2021-ci il tarixli, 4(076)-64/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Nərimanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 10 iyun 2021-ci il tarixli 48 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Nərimanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisində qeydiyyatsız məskunlaşmışdır, Laçın rayonundan məcburi köçkündür. Hal-hazırda Nərimanlı kəndində yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Nərimanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Nərimanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisində qeydiyyatsız məskunlaşmışdır, Laçın rayonundan məcburi köçkündür. Hal-hazırda Nərimanlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, döğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03.10.2017-ci il təvəllüdlü X1 Mütəllim Əkbər oğlunun oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2021-ci il tarixli, 773 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomanlıq xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.08.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 04 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi əraziyə təkrar baxış keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin ərazinin X18 təsərrüfatı Mərkəzinin Şəmkir meşəbəyliyinin Şəmkir rayonu, Nərimanlı kəndinin ərazisində yerləşən meşə fondu torpaqlarının ərazisidir. Bu barədə baxış keçirilməsi haqqında protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.08.2021-ci il tarixli 248 nömrəli X18 təsərrüfatı Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkdiyi ərazi X18 təsərrüfatı Mərkəzinin Şəmkir meşəbəyliyinin Şəmkir rayonu, Nərimanlı kəndinin ərazisində yerləşən meşə fondu torpaqlarının ərazisidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25.08.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 21 may 2021ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə Şəmkir rayonu, Nərimanlı kəndinin ərazisində yerləşən meşəlik əraziyə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin təhqiqatçısı, polis kapitanı Yunis Quliyev tərəfindən videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı torpaq sahəsindən və həmin ərazidə olan 18 ədəd plastik dibçəklərdən 94 ədəd çətənə (kannabis) bitkisinin aşkar edilərək götürülmüşdür. Götürülmüş 94 ədəd çətənə (kannabis) bitkiləri və videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk maddi sübut hesab edilmiş, çətənə bitkiləri saxlanılması üçün Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına, 1 ədəd DVD-R disk iş materiallarına əlavə edilmişdir. 21 may 2021-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin təhqiqatçısı, polis kapitanı Yunis Quliyev tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və həmin zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd kibrit qutularından cəmi 6,72 qram olan çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana və videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk maddi sübut hesab edilmiş, narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına, 1 ədəd DVD-R disk iş materiallarına əlavə edilmişdir Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmitədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»in Siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və həmin bitkilərin 3-15 sayda ədədi kultivasiya edilməsi xeyli miqdar hesab edilir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmalı və bu yola təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2021-ci il tarixli, 773 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomanlıq xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 21.05.2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, 21 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə Şəmkir rayonu, Nərimanlı kəndinin ərazisində yerləşən meşəlik əraziyə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin təhqiqatçısı, polis kapitanı Yunis Quliyev tərəfindən videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı torpaq sahəsindən və həmin ərazidə olan 18 ədəd plastik dibçəklərdən 94 ədəd çətənə (kannabis) bitkisinin aşkar edilərək götürülmüşdür. Götürülmüş 94 ədəd çətənə (kannabis) bitkiləri və videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk maddi sübut hesab edilmiş, çətənə bitkiləri saxlanılması üçün Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına, 1 ədəd DVD-R disk iş materiallarına əlavə edilmişdir. 21 may 2021-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin təhqiqatçısı, polis kapitanı Yunis Quliyev tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və həmin zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd kibrit qutularından cəmi 6,72 qram olan çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana və videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk maddi sübut hesab edilmiş, narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına, 1 ədəd DVD-R disk iş materiallarına əlavə edilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 94 ədəd çətənə (kannabis) bitkisi və 02 ədəd kibrit qutularında cəmi 6,72 qram olan çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD-R diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü və 234.1ci maddələri ilə ilə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 94 ədəd çətənə (kannabis) bitkisi və 02 ədəd kibrit qutularında cəmi 6,72 qram olan çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD-R diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar