Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-313/2024 02.08.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi: hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər X11 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X16 və ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1980-ci ildə Gürcüstan Respublikası Qaradbani rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Qardabani rayonu Təhlə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi bina 101, mənzil 53-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məsləhətləri və məlumatları ilə xeyli miqdarda pirotexniki vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməkdə köməkçi qismində iştirak edərək Azərbaycan Respublikasında satıb birgə qazanc əldə etmə barədə 13 noyabr 2018-ci il tarixədək olan müddət ərzində Gürcüstanda Azərbaycan Respublikasının vətəndaşları X3, X12, X8, həmçinin barəsində başqa cinayət işi ayrılmış Gürcüstan Respublikasının vətəndaşı Farajov Mamaedalı adlı şəxs, onların vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşı X9 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, öz məsləhətləri və məlumatları ilə cinayət əməlinin törədilmə üsul və vasitələrini müəyyən etməkdə yardım edərək bu üsul və vasitələri cinayətkar qrupunun digər üzvləri ilə razılaşdırmış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq yuxarıda qeyd edilən məqsədlə həmin müddət ərzində Gürcüstanda istintaqa məlum olmayan mənbədən cinayətkar qrupun üzvləri Daşqın Ağaəliyev, Cavad Allahverdiyev, Oqtay Xanlarzadə və Ali adlı şəxslə birlikdə karton qutularda qablaşdırılmış 1 ədədinin qiyməti 8 manat olmaqla, 1904 manat dəyərində 238 ədəd üzərində “Snovım Qodom 2018 Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 3 manat olmaqla, 990 manat dəyərində 330 ədəd üzərində “10 Crackling Balls C10” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 600 manat dəyərində 50 ədəd üzərində “Roman Candle SF-398 1” 8 shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 10 manat olmaqla, 1900 manat dəyərində 190 ədəd üzərində “100x100 Crackling shots 1.0” 10shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 2880 manat dəyərində 240 ədəd üzərində “Snovım Qodom 2017 Roman Candle 1.2” 10x10” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 1440 manat dəyərində 120 ədəd üzərində “10x10 Crackling Shots 1.2” 10 shot” sözləri yazılmış, 1 ədədinin qiyməti 20 manat olmaqla, 1600 manat dəyərində 80 ədəd üzərində “Roman Candle 1.5” 8 shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 5 manat olmaqla, 15000 manat dəyərində 3000 ədəd üzərində “5 X29 85” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 600 manat dəyərində 50 ədəd üzərində “Prince Salut 8 s” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 2304 manat dəyərində 192 ədəd üzərində “Roman Candles 1.5” 8 shot” sözləri yazılmış, 1 ədədinin qiyməti 6 manat olmaqla, 13680 manat dəyərində 2280 ədəd üzərində “Roman Candle 100 shots SF-393” sözləri yazılmış, 1 ədədinin qiyməti 10 manat olmaqla, 14000 manat dəyərində 1400 ədəd üzərində “Magical Candle 80 ball” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 6600 manat dəyərində 550 ədəd üzərində “Magical Candle 100 ball” sözləri yazılmış, 1 ədədinin qiyməti 8 manat olmaqla, 1280 manat dəyərində 160 ədəd üzərində “Roman Candle 100 shots SF-394” sözləri yazılmış, 1 ədədinin qiyməti 6 manat olmaqla, 8616 manat dəyərində 1436 ədəd üzərində “Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla, 1440 manat dəyərində 120 ədəd üzərində “5 X29 125” sözləri yazılmış, 1 ədədinin qiyməti 8 manat olmaqla, 640 manat dəyərində 80 ədəd üzərində “Roman Candles 0.8” 10 shots” sözləri yazılmış, 1 ədədinin qiyməti 15 manat olmaqla, 1200 manat dəyərində 80 ədəd üzərində “Grand Master 10 S” sözləri yazılmış, 1 ədədinin qiyməti 2 manat olmaqla, 1880 manat dəyərində 940 ədəd üzərində “X27” sözləri yazılmış, 1 qutusunun qiyməti 55 manat olmaqla, 1925 manat dəyərində 35 qutuda 5040 ədəd üzərində “Whistling-Bottle Rockets whith Report” sözləri yazılmış fişənglər və 1 qutusunun qiyməti 12 manat olmaqla, 2400 manat dəyərində 200 qutuda 8000 ədəd üzərində “X31 Ek 23“ sözləri yazılmış, 1 qutusunun qiyməti 1 manat olmaqla, 10560 manat dəyərində 10560 qutuda 633600 ədəd üzərində “EK 0201E 60 PCS“ sözləri yazılmış, 1 qutusunun qiyməti 1 manat olmaqla, 86640 manat dəyərində 86640 qutuda ******* ədəd üzərində “X30 0201” sözləri yazılmış digər pirotexniki vasitələrdən ibarət olan, ümumilikdə xeyli miqdarda - 180079 manat dəyərində pirotexniki vasitələri əldə etmişlər, onun müəyyən edərək cinayətkar qrupun üzvləri ilə razılaşdırdığı cinayət əməlinin törədilmə üsul və vasitələrinə uyğun olaraq göstərilən tarixədək olan müddət ərzində Gürcüstanın Rustavi şəhərində, istintaqa məlum olmayan yerdə Daşqın Ağaəliyev, Cavad Allahverdiyev, Oqtay Xanlarzadə, Farajov Mamaedalı və cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri qrupun digər üzvü Sətdar Sətdərovun idarə etdiyi “DAF” markalı, 99DJ787 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ” markalı, 99ZC556 dövlət qeydiyyat nişanlı yarımqoşqudan ibarət nəqliyyat vasitəsinin yarım qoşqusuna yüklənmiş, Gürcüstan, Tbilisi şəhəri, Culukidze küçəsi, İV döngə, 3-cü korpus, ev 14-də qeydiyyatda olan “Gagra” LTD şirkəti tərəfindən Azərbaycan Respublikası, Salyan rayonu, Xələc kəndində qeydiyyatda olan "xxxx" MMC-yə göndərilən 600 kisədə 25200 kiloqram “təzə kartof“ yükünün əldə etdikləri pirotexniki vasitələrin ümumi çəkisinə uyğun gələn 7000 kiloqramını boşaldaraq onun əvəzinə qeyd edilən pirotexniki vasitələri yarımqoşquya yükləyib qalan 18200 kiloqram kartof yükünü yenidən yarımqoşqunun arxa tərəfinə yerləşdirmiş, bundan sonra Cavad Allahverdiyev həmin nəqliyyat vasitəsini idarə edərək Sətdar Sətdərovla birlikdə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində yola düşmüş, cinayətkar qrupun digər üzvləri Daşqın Ağaəliyev, Oqtay Xanlarzadə və Ali Mırzoev isə birgə başqa nəqliyyat vasitəsində pirotexniki vasitə yüklü qeyd edilən nəqliyyat vasitəsini Gürcüstan-Azərbaycan Respublikası sərhədinə kimi müşayiət etmiş, orada Cavad Allahverdiyev nəqliyyat vasitəsini Gürcüstan-Azərbaycan Respublikasının sərhədindən keçirməsi üçün Sətdar Sətdərova təhvil vermiş, ardınca Mamedalı Farajov, Daşqın Ağaəliyev, Cavad Allahverdiyev və Oqtay Xanlarzadə birlikdə piyada xətti ilə Gürcüstanı tərk edib 13 noyabr 2018-ci il tarixdə saat 04 radələrində Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postundan (əvvəlki Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postu) keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olub postun yaxınlığında pirotexniki vasitə yüklü nəqliyyat vasitəsinin ölkəyə daxil olmasını gözləmiş, cinayətkar qrupun üzvü Sətdar Sətdərov isə “DAF” markalı, 99DJ787 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ” markalı, 99ZC556 dövlət qeydiyyat nişanlı yarımqoşqudan ibarət nəqliyyat vasitəsini idarə edərək 13 noyabr 2018-ci il tarixdə Gürcüstan istiqamətindən həmin gömrük postuna daxil olmuş, postda gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən yük müşayiət sənədlərini - 10 noyabr 2018-ci il tarixli, nömrəsiz əmtəə-nəqliyyat qaiməsi (CMR), 10 noyabr 2018-ci il tarixli, 01 nömrəli invoys, 12 noyabr 2018-ci il tarixli, **********94 nömrəli mənşə sertifikatı (CT-1) və 09 noyabr 2018-ci il tarixli, 01 nömrəli müqaviləni gömrük orqanına təqdim edərək sənədlərdən aldatma yolu ilə istifadə etməklə, nəqliyyat vasitəsindəki ümumilikdə xeyli miqdarda - 180079 manat dəyərində pirotexniki vasitələri Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postunda “kartof yükü“ adı altında Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə, saat 08:30-dan 09:00-dək nəqliyyat vasitəsində keçirilmiş yoxlama zamanı yarımqoşquda olan qeyd edilən pirotexniki vasitələr aşkar edilib götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Ali Mizoev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gürcüstanda uzun müddətdir tanıdığı X3 ilə danışarkən sonuncu Gürcüstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə pirotexniki vasitələr keçirmək istədiyini, yaxşı gəlir əldə edildiyini, gömrük sərhədindən problem olmadan qaçaqmalçılıq yolu ilə keçirməsinə kömək edəcək tanışları olduğunu, Azərbaycana qaçaqmalçılıq yolu ilə pirotexniki vasitələr keçirmək istəyən başqa şəxslər də olduğu təqdirdə bildirməyi, belə şəxslərə tapdığına görə bu alınan prixtexniki vəsaitlərin dəyərinin 3 faizi məbləğində pul verəcəyini demiş, o da Cavad Allahverdiyevlə razılaşmışdır. X1 ilə söhbət edərkən Azərbaycana qaçaqmalçılıq yolu ilə pirotexniki vasitələr keçirilməklə yaxşı gəlir əldə edildiyini, belə bir iş görmək istədiyini, lakin keçirməyi bacarmadığını, tanışının olubolmadığını soruşmuş, o da Daşqına Gürcüstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə pirotexniki vasitələr keçirilmək istəyən Cavad adlı tanışının olduğunu, istədiyi təqdirdə onları tanış edə biləcəyini demişdir. Daşqın həmçinin ondan uyğun qiymətə pirotexniki vasitələr satan tanışının olub-olmadığını soruşmuş, o da Daşqına belə bir tanışı olduğunu bildirmiş və onlar daha sonra həmin tanışın yanına getmək barədə razılaşmış, Cavadla Daşqını görüşdürmüş, görüş zamanı Cavad malların qaçaqmalçılıq yolu ilə keçirilməsini özünün təşkil edəcəyini, tanışlarının ona deməsinə əsasən malları nəqliyyat vasitəsinə yüklədikdən sonra onları gizlətmək üçün nəqliyyat vasitəsinə kartof yükləyəcəyini bildirmiş və onlar razılaşmışlar. Daşqınla birlikdə pirotexniki vasitələr almaq üçün Gürcüstanda adını xatırlamadığı satış yerinə getmiş və Daşqın onun yanında xatırlamadığı sayda pirotexniki vasitə almışdır. Daşqına pirotexniki vasitələr satan şəxslə ona gətirdiyi müştərinin aldığı malların dəyərinin 3 faizini ona verməsi barədə razılaşmışlar. Daşqın malları aldıqdan sonra malları saxlamaq üçün yer bilmədiyini söyləyib ondan bunun üçün anbar tapmağını xahiş etmiş, o da xatırlamadığı yerdə bunun üçün anbar tapmış və Daşqının aldığı malları həmin ora yerləşdirmişlər. 2018-ci ilin noyabr ayının əvvəllərində Cavad ona malları atasına məxsus olan, Sətdar Sətdərovun idarə etdiyi nəqliyyat vasitəsilə Gürcüstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirəcəyini bildirmiş, 2018-ci ilin noyabr ayında xatırlamadığı ünvanda yerləşən anbarda pirotexniki vasitələrin Azərbaycana aparılması üçün nəqliyyat vasitəsinə yüklənməsi məqsədilə görüşmüşlər. Orada Cavad, Cavadın dostuq Oqtay, Daşqın və sürücü Sətdar olmuşdur. O, pirotexniki vasitələri nəqliyyat vasitəsinə yükləmələri üçün anbara adlarını xatırlamadığı fəhlələr də gətirmişdir. Fəhlələri gətirməyi ondan Cavad xahiş etmişdir. Orada fəhlələr pirotexniki vasitələri nəqliyyat vasitəsinə yükləmiş, bundan sonra o, Cavad, Oqtay və Daşqınla birlikdə Gürcüstandan Azərbaycana gəlmiş, Sətdar isə pirotexniki vasitələr yüklənmiş nəqliyyat vasitəsi ilə eyni istiqamətdə hərəkət etmişdir. Azərbaycanın ərazisinə keçdikdən sonra gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən pirotexniki vasitələr aşkar edildiyini öyrənmişdir. Cavadla aralarında olan söhbət zamanı Cavad pirotexniki vasitələrin az qisminin tanışı Mamedalıya məxsus olduğunu demiş, pirotexniki vasitələrin keçirilməsində kömək edəcək tanışlarının kim olduğunu, necə kömək edəcəklərini deməmiş, sadəcə tanışlarının malların gömrük sərhədindən aşkar edilmədən keçirilməsinə kömək edəcəyini demişdir. Pirotexniki vasitələr ona məxsus olmamışdır. Farajov Mamedalının pirotexniki vasitələrin hansı şəkildə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə ilə bağlı Cavad Allahverdiyev və Oqtay Xanlarzadə ilə apardığı danışıqda iştirak etməmişdir. Pirotexniki vasitələri kartof yükü vasitəsilə gizlədərək gömrük sərhədindən keçirəcəyini ona Cavad demişdir. O, şəxsi işləri ilə əlaqədar 06 noyabr 2018ci ildə Gürcüstandan Azərbaycan Resublikasının ərazisinə gəlmişdir. Onlar Azərbaycan ərazisinə daxil olduqdan sonra o öz işlərini görmüş, Oqtayla Cavadın nə iş gördüklərini bilməmiş, sonra onlar görüşüb birlikdə Gürcüstana getmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, O Gürcüstan azərbaycanlısı olmaqla digər azərbaycanlı xanımla ailə qurmuş, övladları Bakıda doğulmuşdur. Hər iki övladı hazırda doğma anası (nənələrinin) yanında Bakı şəhəri Xətai rayonunda yaşayır və orada orta məktəbdə təhsil alır. Digər cinayət işinin istintaqı zamanı o şəxsi işləri ilə bağlı ticarətlə əlaqədar Gürcüstan və Rusiya Federasiyasına getmiş, 2023-cü il noyabr ayında Azərbaycana qayıdarkən hava limanında saxlanılmış, yalnız bundan sonra barəsində cinayət işi olduğunu və axtarışa verildiyini öyrənmişdir. Digər cinayət işi ilə bağlı ifadə vermiş və onun istintaqda yayınmaq məqsədi olmamış, qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb edilməsini isə sonradan öyrənmişdir. Törətdiyi əməldən yəni qrup üzvlərinə pirotexniki məhsullar tapılması və onları satan şəxslərlə vasitəçilik etdiyi üçün peşmandır. İki azyaşlı övladı və arvadı Bakıda anasının himayəsində yaşayır, uzun müddət himayəsiz olduqları üçün məhkəmədən yüngül cəza verilməsini və şərti olaraq tətbiq edilməsini xahiş edir. Məhkəmədə elan edilərək tədqiq olunan xx.xx.2018-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokol”dan görünür ki, Tovuz Gömrük İdarəsi (Qərb Ərazi Baş Gömrük İdarəsi) “Qırmızı körpü” gömrük postunda 13 noyabr 2018-ci il tarixdə, saat 07:40 radələrində Gürcüstandan Azərbaycan Respublikasına DAF” markalı, 99DJ787 nömrə nişanlı yük nəqliyyat vasitəsi və “SCHMİTZ” markalı, 99ZC556 dövlət nömrə nişanlı yarımqoşqu ilə daxil olan sürücü X10 ilə şifahi sorğu-sual aparılaraq ondan idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına mütləq bəyan edilməli hər hansı malın olub-olmaması soruşulmuş, o isə belə malların olmadığını bildirmiş, qeyd edilən dartıcı və onun qoşqusuna keçirilmiş baxış zamanı yüklənmiş kartof məhsullarının arxasında gizlədilmiş (sayı və digər əlamətləri protokolda qeyd edilmiş) çoxsaylı pirotoxeniki vasitə və fişənglər aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 30053/30054 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş predmetlər səs effekti yaratmaq və kinopirotexniki məqsədlər üçün istifadə olunan vasitələrdir, petardalar-fişənglərdir, döyüş sursatı hesab edilmirlər, təyinatı üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş səs effektinə malik pirotexniki vasitələrin (petardaların) və fişənglərin ümumilikdə orta bazar qiyməti 180079 manat təşkil edir. Rəydən görünür ki, üzərində “Whistling-Bottle Rockets whith Report” sözləri yazılmış fişəngdən başqa tədqiqata təqdim edilmiş fişənglərin hər birindən 01 ədəd, üzrəində “Whistling-Bottle Rockets whith Report” sözləri yazılmış fişəngdən isə 96 ədədi tədqiqata sərf edilmişdir. Beləliklə qalıq fişənglərin sayı 237 ədəd üzərində “Snovım Qodom 2018 Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 239 ədəd üzərində “10 Crackling Balls C10” sözləri yazılmış, 49 ədəd üzərində “Roman Candle SF-398 1” 8 shots” sözləri yazılmış, 189 ədəd üzərində “100x100 Crackling shots 1.0” 10shots” sözləri yazılmış, 239 ədəd üzərində “Snovım Qodom 2017 Roman Candle 1.2” 10x10” sözləri yazılmış, 119 ədəd üzərində “10x10 Crackling Shots 1.2” 10 shot” sözləri yazılmış, 79 ədəd üzərində “Roman Candle 1.5” 8 shots” sözləri yazılmış, 2999 ədəd üzərində “5 X29 85” sözləri yazılmış, 49 ədəd üzərində “Prince Salut 8 s” sözləri yazılmış, 191 ədəd üzərində “Roman Candles 1.5” 8 shot” sözləri yazılmış, 2279 ədəd üzərində “Roman Candle 100 shots SF-393” sözləri yazılmış, 1399 ədəd üzərində “Magical Candle 80 ball” sözləri yazılmış, 549 ədəd üzərində “Magical Candle 100 ball” sözləri yazılmış, 159 ədəd üzərində “Roman Candle 100 shots SF-394” sözləri yazılmış, 1435 ədəd üzərində “Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 119 ədəd üzərində “5 X29 125” sözləri yazılmış, 79 ədəd üzərində “Roman Candles 0.8” 10 shots” sözləri yazılmış, 79 ədəd üzərində “Grand Master 10 S” sözləri yazılmış, 939 ədəd üzərində “X27” sözləri yazılmış, 4944 ədəd üzərində “Whistling- Bottle Rockets whith Report” sözləri yazılmış pirotexniki vasitələr (petardalar) və fişənglərdir. Bundan əlavə 10560 qutu üzərində “EK 0201E 60 PCS“, 200 qutu üzərində “X31 Ek 23“, 86640 qutu üzərində “X30 0201” sözləri yazılmış digər pirotexniki vasitələrin (petardalar) hər birindən 2 qutu olmaqla, cəmi 6 qutu ekspert tədqiqatına təqdim edilmiş və tədqiqat zamanı hər qutudan 20 ədəd petarda sərf edilmişdir. Beləliklə, 10559 ədəd tam qutu və 20 ədəd üzərində “EK 0201E 60 PCS“ yazılmış petarda, 86639 tam qutu və 20 ədəd üzərində “X30 0201” sözləri yazılmış petarda, 199 qutu üzərində “X31 Ek 23“ sözləri yazılmış petarda qalıq təşkil etmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hər biri Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə X12 xx.xx.2018-ci il tarixdə saat 00:38-də, X3 xx.xx.2018-ci il tarixdə saat 19:07-də, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə saat 01:32-də Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmişlər, daha sonra hər biri Sadıqlı sərhəd nəzarət məntəqəsindən keçməklə adları çəkilən şəxslər xx.xx.2018-ci il tarixdə müvafiq olaraq saat 19:35, 19:34 və 19:33-də Gürcüstandan Azərbaycan Respublikasının ərazisinə daxil olmuşlar, bunun ardınca hər biri Sadıqlı sərhəd nəzarət məntəqəsindən keçməklə həmin şəxslər qeyd edilən tarixdə müvafiq olaraq saat 21:40, 21:40 və 21:38-də Gürcüstan istiqamətində ölkə ərazisini tərk etmişlər, bundan sonra hər biri Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə göstərilən şəxslər xx.xx.2018-ci il tarixdə müvafiq olaraq saat 03:48, 03:45 və 03:47-də Gürcüstandan Azərbaycan Respublikasına daxil olmuşlar. Bundan başqa, X8 xx.xx.2018-ci il tarixdə saat 20:21-də idarə etdiyi “DAF” markalı, 99DJ787 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində ölkə ərazisini tərk etmiş, ardınca xx.xx.2018-ci il tarixdə, saat 07:37-də eyni nəqliyyat vasitəsi ilə həmin sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstandan Azərbaycan Respublikasına daxil olmuşlar. Məhkəmədə elan edilərək tədqiq edilən 19 fevral 2019-cu il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Mırzoev Ali tərəfindən təqdim edilmiş 02 vərəqdən ibarət ödəniş sənədlərinin tərcüməsindən Daşqın Ağaəliyev tərəfindən xx.xx.2018-ci il tarixdə, saat 19:04-də “Enigma LTD Fireworks Georgia” şirkətindən 48960 ədəd EK0201 adlı və **********009 kodlu mallar, 19:08-də isə 23040 ədəd yenidən həmin adlı və kodlu mal aldığı müəyyən edilmişdir. Adı çəkilən şirkətə məxsus www.enigmafireworks.com internet səhifəsinə baxış keçirdikdə şirkətin atəşfəşanlıq üçün nəzərdə tutulmuş malların istehsalı və idxalı ilə məşğul olduğu məlum olmuşdur. Bundan əlavə, cinayət işinə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Sətdar Sətdərovun idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş pirotexniki vasitələrdən biri də üzərində “EK0201E 60 PCS” yazılmış pirotexniki vasitə olmuşdur. Beləliklə qeyd edilən iki sənəddə yazılmış malların adı ilə “EK0201E 60 PCS” adlı pirotexniki vasitənin adının oxşarlıq təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmədə elan edilərək tədqiq edilən 07 mart 2019-cu il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Daşqın Ağaəliyev xx.xx.2018-ci il tarixdə saat 19:37-də Balakən sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində ölkə ərazisini tərk etmiş, xx.xx.2018-ci il tarixdə saat 15:42-də Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstandan Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, ardınca xx.xx.2018-ci il tarixdə saat 16:10-da Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisindən çıxmış və həmin tarixdə saat 20:38-də qeyd edilən sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstandan Azərbaycan Respublikasının ərazisinə gəlmiş, daha sonra xx.xx.2018-ci il tarixdə Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş və həmin sərhəd nəzarət məntəqəsindən keçməklə xx.xx.2018-ci il tarixdə saat 03:45-də, yəni Cavad Allahverdiyev, Oqtay Xanlarzadə və Təqsirləndirilən şəxs həmin tarixdə eyni sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstandan Azərbaycana gəlmə vaxtları ilə təqribən eyni vaxtda (2-3 dəqiqəlik fərqlə) Gürcüstandan Azərbaycan Respublikasının ərazisində daxil olmuşlar. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 iyun 2019-cu il tarixli “baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-**, +**********06 və +**********36 saylı, X6 istifadəsində olan ***-***-**-** və +**********56 saylı, X4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, X2 istifadəsində olan ***-***-**-** saylı, Farajov Mamedalının istifadəsində olan +**********93 saylı və X5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında 2018-ci ilin oktyabr və noyabr ayları ərzində çoxsaylı telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı elan edilərək tədqiq edilən xx.xx.2019-cu il tarixli “vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X8 idarə etdiyi 9DJ787 dövlət nömrə nişanlı, DAF markalı dartıcı və ona qoşulmuş 99ZC556 dövlət nömrə nişanlı, SCHMİTZ markalı qoşqu ilə xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasını Gürcüstan istiqamətində tərk etmiş və xx.xx.2018-ci ildə qeyd edilən dartıcı və qoşqu ilə həmin gömrük postundan keçməklə Gürcüstandan Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Məhkəmədə elan edilərək tədqiq olunan Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamə və Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsindən verilmiş 20 may 2019-cu il tarixli, xx/xx-05176 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Gürcüstanın səlahiyyətli məhkəməsi tərəfindən çıxarılmış hökmün Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət daxil olmamış və onun Azərbaycan Respublikası ərazisində əvvəllər məhkumluğunun olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-14/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavad Allahverdiyev və Sətdar Sətdarov cinayət əməlini törətdikdən sonra öldüklərindən Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinin tələbinə əsasən onlara cəza təyin edilməmiş, Oqtay Xanlarzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Cinayət Məcəllənin 62-ci maddəsi ilə tətbiq edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Daşqın Ağaəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 213-1.2.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 2 il müddətə, 213- 1.2.1-ci maddəsi üzrə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 2 il 1 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 4(004)-897/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli tutulduğu andan hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2ci maddəsinə əsasən 28 yanvar 2020-ci il tarixdə dayandırılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən ayrılmış ********* №li cinayət işi üzrə icraat 15 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən DGK Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsindən verilmiş 24 noyabr 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdə Moskva-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daxil olarkən “X20 Aeroportu”nda saxlanılmış və istintaqa təhvil verilmiş həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş üzrə “ittihamın elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 30 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona həmin maddə ilə yeni məzmunlu ittiham elan olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş İbrahim Mirzəyev və xx.xx.2010-cu ildə doğulmuş Əkbər Mirzoev adlı 2 (iki) azyaşlı övladı var. İş materiallarında olan və məhkəmədə araşdırılan TN Bakı Şəhəri üzrə Təhsil idarəsi R.Məmmədov adına 269 saylı orta məktəbdən verilən xx.xx.2024-cü il tarixli, 5 və 6 №li arayışlardan görünür ki, İbrahim Mirzoev həmin məktəbin 5B, Akbar Mirzoev isə 8A sinfində təhsil alır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bakı şəhər Xətai RİH Mənzil Kommunal Təsəsrrüfat Birliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 36 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 101 mənzil 53-də yaşayır. İş materiallarına əlavə edilmiş ƏMDK DƏDRX-dən verilmiş ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 101, mənzil 53 xüsusi mülkiyyət hüququ əsasında X7 məxsusdur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilən xx.xx.2024-cü il tarixli elektron arayışdan görünür ki, təqsirləndirilən şəxsin anası xx.xx.1953-cü il təvəllüdlü X13 Azərbaycan Respublikası vətəndaşı olmaqla xx.xx.2014-cü ildə ona AZE 14455017 №li şəxsiyyət vəsiqəsi verilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq təqsirləndirilən şəxsin törədilmiş cinayət hadisəsində iştirakına və təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları qiymətləndirən məhkəmə kollegiyası, cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinin tövsifinə dair gəldiyi qənaətlə razılaşmır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşları X3, X12, X8, Gürcüstan Respublikasının vətəndaşı Farajov Mamedalı, onların vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşı X9 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında xeyli miqdarda pirotexniki vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirməkdə təqsirləndirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz; Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyriqanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə və digər sübutlara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs, barələrində artıq məhkəmənin hökmü çıxarılmış Cavad Allahverdiyev, Sətdar Sətdərov, Oqtay Xanlarzadə, Daşqın Ağaəliyev tərəfindən qaçaqmalçılıq cinayət əməli törədilərkən həmin cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməmiş, yəni o, cinayət əməli törədilərkən həmin cinayət əməlinin törədilmə üsul və vasitələri ilə əlaqdar məsləhətləri və məlumatları ilə yardım etməklə köməkçi qismində iştirak etmiş, bu məqsədlə tanışları Cavad Allahverdiyev, Sətdar Sətdərov, Oqtay Xanlarzadə, Daşqın Ağaəliyev ilə və digərləri ilə cinayət əlaqəsinə girmiş, həmin şəxslərə qaçaqmalçılıq yolu ilə pirotexniki məmulatları Azərbaycana keçirərək satacağı təqdirdə yaxşı pul qazana biləcəyini, pirotexniki vasitələri gömrük sərhədindən hansı şəkildə keçirdiyi təqdirdə aşkar edilməyəcəyini, onun planı ilə heç bir problem olmadan qaçaqmalçılıq yolu ilə pirotexniki vasitələri Gürcüstandan Azərbaycana keçirə biləcəklərini söyləmiş, pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə hansı şəkildə keçirəcəkələrini ətraflı və planlı şəkildə izah etmiş, Gürcüstandan kartof almalarını, kartof nəqliyyat vasitəsinə yükləndikdən sonra maşını idarə edərək Gürcüstan gömrüyünün qarşısına gətirmələrini, orada bir sıra sənədləri alaraq yükə dair sənədləri hazırladıqdan sonra kartof yükünün pirotexnikanın çəkisinə uyğun gələn hissəsini plombu zədələmədən yerə boşaldıb onun əvəzinə həmin boşaldılan kartofun çəkisinə uyğunlaşdıraraq qoşquya pirotexniki məmulatları yükləmələrini və cinayətin törədilməsi ilə bağlı digər üsul və vasitələrlə bağlı məsləhətlər və məlumatlar vermiş və onun bu hərəkətləri qaçaqmalçılıq cinayətinin icraçısının deyil, Cinayət Məcəlləsinin 32.5-cü maddəsində köməkçini xarakterizə edən əlamətlərlə uyğunluq təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etdiyindən onun ittiham olunduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələb onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və ya hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti icraçının hərəkətləri formalaşdırır və törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd edilən normalarına və cinayət işinin materiallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə təqsirli bilinməsi məhz hazırki iş üzrə cinayət əməlinin törədilməsində icraçı qismində iştirak etmiş və Cavad Allahverdiyev, Sətdar Sətdərov, Oqtay Xanlarzadə, Daşqın Ağaəliyevin törətdikləri cinayət ilə şərtləndirildiyindən, həmçinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edildiyindən Təqsirləndirilən şəxs cinayət əməlinin Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə istinad etməklə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Farajov Mamedalının əməli Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri tövsif edilməli və o, həmin maddələr üzrə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətinvə cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, əvəllər məhkum olunmamasını və əməlindən səmimi peşman olmasını isə CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, həmçinin onun cəzasını ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətdiyinə görə cəza təyin edərkən qaçaqmalçılıq cinayəti törədilməsində onun faktiki iştirakının xarakterini və dərəcəsini, həmin cinayət əməlinin törədilməsində onun köməkçi qismində iştirak etməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 1(100)-14/2021 saylı hökmü ilə törədilmiş cinayət əməlinin əsas icraçıları Oqtay Xanlarzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Cinayət Məcəllənin 62-ci maddəsi ilə tətbiq edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, Daşqın Ağaəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 213-1.2.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 2 il müddətə, 213-1.2.1-ci maddəsi üzrə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 2 il 1 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəzərə alınmaqla, köməkçi qismində iştirak edən Təqsirləndirilən şəxs təyin ediləcək maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı hədd cəzanın sınaq müddəti təyin edilməklə şərti tətbiqi sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərinin təmin edilməsi baxımından, həmçinin cinayət qanununun qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə uyğundur. Köməkçi qismində iştirak etməsi nəzərə alınarsa, həmin cəzanın törədilmiş cinayətin əsas iştirakçılarına (icraçılarına) müqayisədə daha ağır cəzanın təyin edilməsi ilə nəticələnəcəyinə və bu hal təqsirləndirilən şəxsə cəzanın məqsədlərinə açıq-aşkar müvafiq olmayan cəzanın təyin edilməsi ilə nəticələnəcəyi nəzərə alaraq məhkəmə hesab edir ki ,törətdiyi əməldən səmimi peşmançılıq çəkməsi, himayəsində azyaşlı uşaqlarının olması, təxminən 9 (doqquz) ay müddətində azadlıqdam məhrumetmə yerində saxlanılaraq islah olması, eləcə də şəxsiyyəti ilə bağlı digər halları nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkmədən də Təqsirləndirilən şəxs islah oluna biləcəyi qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah oluna bilinəcəyi üçün təyin ediləcək azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməlidir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Şərti məhkumetmə zamanı məhkəmə məhkumun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoya bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs Ali Mirozevə təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində olan “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Cinayət Məcəlləsinin 52.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə tətbiq edilmir. Yuxarıda qeyd edilən cinayət işi üzrə tədqiq edilən sənədlərə əsasən təqsirləndirilən şəxsin anası Zəkiyə Mizəyevə Azərbaycan Respublikası vətəndaşı olduğundan azərbaycanlı olmasını və ailə üzvləri olan yaxın qohumları Azərbaycan Respublikasında yaşamasını nəzərə alaraq həmin əlavə cəzanın təyin edilməməsini qanunamüvafiq və məqsədəuyğun hesab edir. Bundan başqa, maddi sübut kimi tanınmış 238 ədəd üzərində “Snovım Qodom 2018 Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 1 330 ədəd üzərində “10 Crackling Balls C10” sözləri yazılmış, 50 ədəd üzərində “Roman Candle SF-398 1” 8 shots” sözləri yazılmış, 190 ədəd üzərində “100x100 Crackling shots 1.0” 10shots” sözləri yazılmış, 240 ədəd üzərində “Snovım Qodom 2017 Roman Candle 1.2” 10x10” sözləri yazılmış, 120 ədəd üzərində “10x10 Crackling Shots 1.2” 10 shot” sözləri yazılmış, 80 ədəd üzərində “Roman Candle 1.5” 8 shots” sözləri yazılmış, 3000 ədəd üzərində “5 X29 85” sözləri yazılmış, 50 ədəd üzərində “Prince Salut 8 s” sözləri yazılmış, 192 ədəd üzərində “Roman Candles 1.5” 8 shot” sözləri yazılmış, 2280 ədəd üzərində “Roman Candle 100 shots SF- 393” sözləri yazılmış, 1400 ədəd üzərində “Magical Candle 80 ball” sözləri yazılmış, 550 ədəd üzərində “Magical Candle 100 ball” sözləri yazılmış, 160 ədəd üzərində “Roman Candle 100 shots SF-394” sözləri yazılmış, 1436 ədəd üzərində “Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 120 ədəd üzərində “5 X29 125” sözləri yazılmış, 80 ədəd üzərində “Roman Candles 0.8” 10 shots” sözləri yazılmış, 80 ədəd üzərində “Grand Master 10 S” sözləri yazılmış, 940 ədəd üzərində “X27” sözləri yazılmış, hər bir qutunun içərisində 144 ədəd, cəmi isə 5040 ədəd təşkil edən, 35 qutu üzərində “Whistling-Bottle Rockets whith Report” sözləri yazılmış fişəngləri və hər bir qutunun içərisində 40 ədəd, cəmi isə 8000 ədəd təşkil edən, 200 qutu üzərində “X31 Ek 23“ sözləri yazılmış, hər bir qutunun içərisində 60 ədəd, cəmi isə 633600 ədəd təşkil edən, 10560 qutu üzərində “EK 0201E 60 PCS“ sözləri yazılmış, hər bir qutunun içərisində 60 ədəd, cəmi isə ******* ədəd təşkil edən, 86640 qutu üzərində “X30 0201” sözləri yazılmış digər pirotexniki vasitələrin digər cinayət işi üzrə çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(100)-14/2021 saylı hökmünə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərə alınmalıdır. Həmçinin, iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 190 manat pulun Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(100)-14/2021 saylı hökmünə əsasən digər cinayət işi üzrə təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edildiyi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə havalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və O dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 238 ədəd üzərində “Snovım Qodom 2018 Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 1 330 ədəd üzərində “10 Crackling Balls C10” sözləri yazılmış, 50 ədəd üzərində “Roman Candle SF-398 1” 8 shots” sözləri yazılmış, 190 ədəd üzərində “100x100 Crackling shots 1.0” 10shots” sözləri yazılmış, 240 ədəd üzərində “Snovım Qodom 2017 Roman Candle 1.2” 10x10” sözləri yazılmış, 120 ədəd üzərində “10x10 Crackling Shots 1.2” 10 shot” sözləri yazılmış, 80 ədəd üzərində “Roman Candle 1.5” 8 shots” sözləri yazılmış, 3000 ədəd üzərində “5 X29 85” sözləri yazılmış, 50 ədəd üzərində “Prince Salut 8 s” sözləri yazılmış, 192 ədəd üzərində “Roman Candles 1.5” 8 shot” sözləri yazılmış, 2280 ədəd üzərində “Roman Candle 100 shots SF-393” sözləri yazılmış, 1400 ədəd üzərində “Magical Candle 80 ball” sözləri yazılmış, 550 ədəd üzərində “Magical Candle 100 ball” sözləri yazılmış, 160 ədəd üzərində “Roman Candle 100 shots SF-394” sözləri yazılmış, 1436 ədəd üzərində “Roman Candle 0.8” 8 shots” sözləri yazılmış, 120 ədəd üzərində “5 X29 125” sözləri yazılmış, 80 ədəd üzərində “Roman Candles 0.8” 10 shots” sözləri yazılmış, 80 ədəd üzərində “Grand Master 10 S” sözləri yazılmış, 940 ədəd üzərində “X27” sözləri yazılmış, hər bir qutunun içərisində 144 ədəd, cəmi isə 5040 ədəd təşkil edən, 35 qutu üzərində “Whistling-Bottle Rockets whith Report” sözləri yazılmış fişəngləri və hər bir qutunun içərisində 40 ədəd, cəmi isə 8000 ədəd təşkil edən, 200 qutu üzərində “X31 Ek 23“ sözləri yazılmış, hər bir qutunun içərisində 60 ədəd, cəmi isə 633600 ədəd təşkil edən, 10560 qutu üzərində “EK 0201E 60 PCS“ sözləri yazılmış, hər bir qutunun içərisində 60 ədəd, cəmi isə ******* ədəd təşkil edən, 86640 qutu üzərində “X30 0201” sözləri yazılmış digər pirotexniki vasitələrin digər cinayət işi üzrə çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(100)-14/2021 saylı hökmünə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 190 manat pulun Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(100)-14/2021 saylı hökmünə əsasən digər cinayət işi üzrə təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edildiyi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-313/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-313/2024
02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver