Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-313/2025 14.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X5 və X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Tovuz rayonu Məşədilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, məhkumluğu olmayan, Tovuz rayonu Məşədilər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarix və mənbədən satış məqsədi olmadan naməlum çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 08 sentyabr 2024-cü il tarixdə, saat 17:51 dəqiqədə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Yanıqlı kəndində yerləşən yaşadığı evin həyətində saxlanılaraq həmin tarixdə saat 17:51 dəqiqədən saat 18:05 dəqiqəyədək olan müddət ərzində üzərində keçirilmiş baxış zamanı bir ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi 11.443 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə elan və tədqiq edilmiş ifadəsində isə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Tovuz rayon Yanıqlı kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Psixotrop maddə hesab edilən metamfetamin aludəçisidir. Türkiyə Respublikasına işləməyə getmiş və orada metamfetamin istifadə etməyə başlamışdır. Saxlanılmamışdan 15 gün əvvəl Bakı şəhərinə iş axtarmaq və Hökməli qəsəbəsində olan qohumlarına baş çəkməyə getmiş və qəsəbənin tanımadığı yerində axşam saatlarında yerdə yolun kənarında ağ rəngli sellofan görüb götürmüş, cibinə qoymuşdur. İçinə baxanda metamfetamin olduğunu görmüş, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Yaşadığı Tovuz rayonu Yanıqlı kəndində yerləşən evinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində qonşusu Etibar və bibisi oğlu Aqil evinə qonaq gəlmişlər. Onlar evin həyətində ayaq üstə durub söhbət edən zaman yaşadığı evin həyətinə 4 nəfər mülki geyimdə şəxs daxil olmuş, onlardan biri mobil telefonla videoçəkiliş aparmışdır. 4 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə və yaşadığı evə və həyətə baxış keçirəcəklərini demişlər. Ona məxsus evin həyətyanı sahəsində üzərinə baxış keçirməklərinə etirazı olub-olmadığını soruşmuş, üzərində qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O da üzərində narkotik olduğunu deyib əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə olan kütləni və əynində olan cins şalvarın sağ arxa cibindən metamfetamin istifadə etmək üçün nəzərdə tutulmuş vasitəni çıxarıb təqdim etmişdir. Ağ rəngli sellofan bükümdə olan kütlə onun iştirakı ilə açılaraq baxış keçirilmiş, tərəzidə çəkilmişdir. Aşkar edilmiş kütlə və turba zərfə qoyulub qablaşdırılmış möhürlənmiş və imzalanmışdır. Onu Tovuz RPŞ-yə gətirdikdən sonra vəkil çağırılmış, həmin zərf açılıb baxış keçirilmiş və təqdim etdiyi bir ədəd ağ rəngli sellofanda olan kütlə tərəzidə çəkilib qablaşdırılmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, onu 4 nəfər polis əməkdaşı həyətdə saxlamış, üzərində təxminən 11.5 qram psxotrop maddə olmuşdur. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Saxlanılmamışdan təxminən 6 ay əvvəl narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitəni qoxlayaraq istifadə etmişdir. Polis əməkdaşları onu yaşadığı evdə saxlamış, üzərində narkotik vasitələrin olduğunu necə bilmələri ilə bağlı heç bir məlumatı yoxdur. Tutduğu əməldən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Tovuz RPŞ CAB-ın əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 2024-cü ilin sentyabr ayının 8-i günü Təqsirləndirilən şəxs barəsində ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının məzmunu üzərində narkotik vasitələri saxlayıb daşıması, eyni zamanda istifadəsi ilə bağlı olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş, əməliyyat axtarış qrupu yaradıldı. Daha sonra Şahid4, Şahid5, Şahid6 və özü şəxsin olduğu ərazini müəyyənləşdirib ora getmişlər. Şəxs yaşadığı Tovuz rayonunun Yanıqlı kəndində olmuşdur. Ünvana yollanıb şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu demiş, barəsində əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs yanında daha iki nəfər vətəndaş olmuş, ona məxsus evin həyətyanı sahəsində üzərində baxış keçirməklərinə etirazının olubolmadığını sorușulmuş, heç bir etirazı olmadığını dedikdən sonra şəxsin üzərinə baxış keçirilmiş, baxış keçirməmişdən əvvəl hər hansısa qeyri-qanuni əşya olub-olmaması, əgər varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs özü üzərində olan gödəkcənin cibindən ağ sellofana bükülmüş narkotik vasitə çıxararaq könüllü təqdim etmiş, həmin ağ rəngli sellofan bükümdə olan kütlə açılaraq baxış keçirilmişdir. Baxıș zamanı ağ rangli sellofanin içərisində psixotrop maddəyə bənzər kütlə aşkar edilmiş, tərəzidə çəkilmiş, həmin kütlənin çəkisi sellofanla birlikdə 12,55 qram olmuşdur. Daha sonra aşkar edilmiş bir ədəd ağ rəngli sellofanda psixotrop maddə hesab edilən metanfetaminə bənzər kütlə, həmin psixotrop maddəni istifadə etmək üçün nəzərdə tutulmuş vasitə-baş hissəsi plastik şüşə boru bir ədəd zərfə qoyulub qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Tovuz RPŞ-nin polis əməkdaşları Şahid4, Şahid5 və Şahid6 da eyniməzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə olarkən saxlanıldığını üzərinin yoxlanılması zamanı bir bükümdə narkotik maddəyə bənzər maddə aşkar edilmiş, sorğu-sual zamanı şəxsi istifadə üçün saxladığını bildirmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Tovuz rayon Yanıqlı kəndində yaşayır, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində tanışı Aqillə həmkəndlisi Anara qonaq getmiş, həyətdə ayaqüstə söhbət edərkən içəri girən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, Anardan narkotik vasitə ilə bağlı şübhələndiklərini üzərinə və yașadığı evin həyətinə baxış keçirəcəklərini demişlər. Polsilərdən biri mobil telefonla çəkiliş etmişdir. Anardan üzərində narkotik vasitə olub-olmadığını soruşmuş o da əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə olan kütləni və arxa cibindən şüşəli çubuğu çıxarıb təqdim etmiş, həmin bükülü açılaraq içinə baxış keçirilmiş, içində ağ rəngli maddə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyulub qablaşdırılmış və üzəri möhürlənmişdir. Daha sonra Aqil və özünün də üzərinə baxış keçirilmiş, üzərlərində qanunsuz nəsə olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmasını bilsə də həmin vaxt üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 da eyniməzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs üzərində həmin vaxt narkotik vasitə olmasından məlumatsız olduğunu və bu barədə polis əməkdaşları onları saxladıqdan sonra bildiyini demişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 08 sentyabr 2024-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, həmin tarixdə saat 17:51 dəqiqədən saat 18:05 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs üstünə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə sonradan məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən təmiz çəkisi 11,443 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd psixotrop maddə olan metamfetamini istifadə etmək üçün istifadə edilən vasitə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və və götürülməsi haqqında” 08 sentyabr 2024-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, həmin gün saat 18:40-da şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə video çəkiliş aparılmaqla saat 18:45 dəqiqədən saat 18:58 dəqiqəyədək əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş DİN-nin 177 №li möhürlənmiş zərfə keçirilən baxış zamanı bir ədəd ağ rəngli sellofan bükümdə sonradan məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən təmiz çəkisi 11,443 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd psixotrop maddə olan metamfetamini istifadə etmək üçün istifadə edilən vasitə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan 09 sentyabr 2024-cü il tarixli 16/955 nömrəli məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs açkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyində təmiz çəkisi 11,443 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Təqdim edilmiş 1 (bir) ədəd baş hissəsi plastik şüşə borunun içərisində metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Qeyd: Metamfetaminin təmiz çəkisi 11,443 qram, tədqiqata sərf edildi 0,1 qram qalıq çəki 11,343 qram. İş materiallarında və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2024-cü il tarixli, 1692 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Tovuz rayon Mərkəzi Xəstəxanası PHŞ-dən verilən 16 sentyabr 2024-cü il tarixli 18-1-76/2-881/2024 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada Poliklinika Şöbəsində həkim-psixiatr və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-nin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonr qalıq çəkisi 11,443 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1 (bir) ədəd baş hissəsi plastik şüşə boru iş üzrə maddi sübut kimi tanınmış və Tovuz RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Tovuz RİHB-nin Yanıqlı kənd İƏD üzrə nümayəndəlikdən verilmiş xx.xx.2024-cü il tarixli 504 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Yanıqlı kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:40 dəqiqədə tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(062)-44/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs törətdiyi əməlini səmimi etiraf edib, özü müdafiəsi üçün hər hansı dəlil gətirməmiş, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını və gəzdirdiyini bildirmişdir. İşin məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan da (keçirilmiş əməliyyat axtarış tədbirinin gedişatını və nəticələrini əks etdirən protokol, götürmə və baxış keçirilməsi protokolu və əlavələri olan DVD disklər, məhkəmə ekspertiza rəyləri, şahid ifadələri, cinayət işinin materiallarında olan digər sənədlərdən) görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham məhkəmə baxışında sübuta yetirilmişdir. Odur ki, yuxarıda qeyd edilən sübutlarla şəxsin cinayət əməlini törətməkdə təqsiri sübuta yetirildiyindən və şəxsin əməli ilə bağlı hər hansı əlavə xüsusat göstərilmədiyindən məhkəmə bununla bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir. Məhkəmə baxışında müdafiəçinin çıxışında göstərdiyi təqsirləndirilən şəxsin əməlinin daha yüngül, yəni Azərbycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərəək sonuncuya azadlıqdanməhrumetmə nisbətən digər yüngül cəzanın təyin edilməsi ilə bağlı məsələyə gəldikdə isə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs saxlanılmamışdan təxminən 6 ay əvvəldən psixotrop maddə istifadəçisi olması, hətta keçirilmiş şəxsi axtarış zamanı istehlak üçün üzərində xüsusi vasitə boru gəzdirməsi, onun hansı miqdarın şəxsin istehlak miqdarı olmasını bilməməsi və buna görə üzərində qeyd edilən miqdar psixotrop maddə olması və daha çox istehlakçı olduğu üçün sonrakı müddətdə psixotrop maddənin əldə edilməsində yaranacaq çətinliklə bağlı öz ifadəsinə əsasən tapdığı psixotrop maddəni saxlaması daha ağlabatan və inandırıcıdır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmə baxışında tədqiq edilən hallara əsasən məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar metamfetamini sonuncunun onda daimi sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyi ilə bağlı şəxsi istehlak məqsədilə əldə edib üzərində saxlaması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası rəyinə əsasən də Təqsirləndirilən şəxs psiotrop maddə olan metamfetamində sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğundur və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlini səmimi etiraf edib peşman olmasını, əvvəllər məhkum olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.....həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş İ siyahıya əsasən Psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarı, 0,15 qram, külli miqdarının aşağı çəkisi isə 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının qanunda nəzərdə tutulmuş aşağı həddə yaxın təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq mümkündür. Aşkar edilmiş psixotrop maddənin miqdarı və növü Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında nəzərdə tutula ən aşağı hədd cəza təyininə imkan verməsə də Təqsirləndirilən şəxs məhkəmədəki davranışı ilə islah yolunda olmasını təsdiq etməklə, islah olacağı təqdirdə onun cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən ağaır cinayət törətməyə görə ilk dəfə məhkum edilmiş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş ....narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə iş üzrə məhkəmə narkoloji ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-nin saxlanc anbarına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,343 qram psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd baş hissəsi plastik şüşə boru məhv edilməli, şəxsi yoxlama əməliyyat axtarış və baxış keçirilməsi haqqında istintaq hərəkəti olan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat ( otuz iki manat, qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Şübhəli şəxs qismində tutulduğu və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin, və O ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11, 343 qram olan metamfetamin və 1 (bir) ədəd baş hissəsi plastik şüşə boru məhv edilsin, şəxsi yoxlanış və baxış keçirilməsi haqqında videogörüntülər olan 02 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-313/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-313/2025
14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver