Məhkəmə qərarları › İş №1(100)-314/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-314/2022

26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-314/2022 26.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əlamdar oğlunun, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən şəhəri Nizami küçəsi ev 16 mənzil 49-da yaşayış yeri üzrə qeydiyyatda olan, Gəncə şəhəri Savalan küçəsində fərdi yaşayış evində kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə saat 07:45-də Gəncə şəhəri Nizami rayonu Təbriz küçəsində yerləşən “ Lukoil ” adlanan yanacaq doldurma məntəqəsinin içərsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədən və bu nahiyyələırinə qəsdən vuraraq ona qarının, döş qəfəsinin, qarın boşluğuna nüfuz edən və sağ budun yuxarı 1/3-nin kəsibdeşən bıçaq yaraları, qaraciyərin 6-cı seqmentinin, böyük piyliyin kəsilmiş yaraları, hemopetomeum yarası ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağər zərər vuran xəsarət yetirməklə zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuş, həmin müddət ərzində ictimai yer hesab edilən Gəncə şəhəri Nizami rayonu Təbriz küçəsində yerləşən “ Lukoil ” adlanan yanacaq doldurma məntəqəsinin içərsində ətrafda olan şəxslərə məhəl qoymadan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə tanışı Zərərçəkmiş şəxs ona əxlaqsız təklif etməsinə görə yaranmış mübahisə zəminində silah qismində istifadə edilən əlində olan bıçağı nümayiş etdirməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Daşkəsən şəhəri Nizami küçəsi ev 16 mənzil 49-da yaşayış yeri üzrə qeydiyyatda olsa da, Gəncə şəhəri Savalan küçəsində mərmər sexinin yanında fərdi yaşayış evində kirayədə yaşayır. Himayəsində azyaşlı övladı vardır. Gəncə şəhəri Göyçəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs sonuncunu bıçaqla vurmamışdan iki gün əvvəl tanımış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Hadisə baş verən vaxt “Lukoil” YDM-də xadimə vəzifəsində işləmişdir. Himayəsində iki azyaşlı uşağı olsa da, ərindən ayrıldıqdan sonra azyaşlı övladlarından biri atasında qalmış, biri isə onun himayəsindədir. Övladını Gəncə şəhəri Bağmanlar küçəsində yerləşən 8 saylı tam orta məktəbin yaxınlığında yerləşən bağçaya qoymuşdur. O, işdən evə və azyaşlı uşağını baxçadan iş yerinə gətirən zaman çox vaxt Gəncə-Daşkəsən avtomobil yolunun kənarına çıxaraq təsadüfən həmin istiqamətə gedən tanımadığı avtomobillərə əl etmiş, həmin avtomobillərdən saxlayan olanda maşına minib uşağını bağçadan götürmüş, yaşadığı evə getmişdir. 04 dekabr 2021-ci il tarixdə səhər tezdən yaşadığı Gəncə şəhəri Savalan küçəsindən iş yerinə gəlmək üçün Mersedes markalı avtomobilə əl etmiş və xahiş etmişdir ki, onu işlədiyi və Gəncə şəhəri Təbriz küçəsi, Gəncə-Daşkəsən avtomobil yolunun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə aparsın. Həmin sürücü də razılaşmış və o, azyaşlı uşağı ilə birlikdə həmin avtomobilə əyləşmişdir. Yolda sürücü özünün hərbçi olduğunu bildirmiş və ondan mobil nömrəsini istəmişdir ki, onun evi ilə iş yeri arasında olan məsafəni tez-tez gedib gəlir, lazım olsa onu da avtomobili ilə aparıb gətirsin. O da ***-***-**-** saylı mobil nömrəsini həmin şəxsə vermiş və onun yadında qalmayan nömrəsini telefonuna yazıb götürmüşdür. Həmin şəxs ona bacı deyə müraciət etmiş, demişdir ki, onun qardaşıdır, nə vaxt lazım olsa avtomobili ilə onu işdən evə və ya əksinə aparacaqdır. Sonra həmin şəxs onu işlədiyi yanacaq doldurma məntəqəsində düşürmüşdür. Həmin günü günorta saatlarında Zərərçəkmiş şəxs zəng edərək ona demişdir ki, “onu səhər tezdən maşınla aparan şəxsdir”. O da demişdir ki, lap yaxşı. Sonra Vüsal ona demişdir ki, o, da boşanıb və boşanmış bir qadın kimi ondan xoşu gəlir, onunla cinsi əlaqədə olmaq istəyir, lazımdırsa otel danışsın”. O da demişdir ki, onun düşündüyü kimi qeyrətsiz qadın deyil, onun boşanmağına inanmır. Həmin vaxt Vüsal evli olduğunu etiraf etmiş və ona demişdir ki, onsuzda ərin yoxdur, sənə də kişi lazımdır, onu arvad kimi saxlaya bilər. Sonra Vüsal demişdir ki, çox vəzifəli şəxsin arvadını altından çıxarıb saxlamış, çox qeyrətli qadını yoldan çıxarmışdır. Sonra Vüsal demişdir ki, “birinci günü axşam işdən çıxandan sonra otel danışacaq və onunla oteldə cinsi əlaqədə olacaq”. Həmçinin Vüsal demişdir ki, uşağı müvəqqəti saxlamaq üçün harasa qoysun. O isə cavabında demişdir ki, dünya dağılsa da, uşağını heç kimin yanına qoymaz. Vüsal həmin vaxt demişdir ki, oteldə onunla ağız, arxa və qabaq nahiyyədən cinsi əlaqədə olacaqdır. Vüsalın ona əxlaqsız təkliflər etməyi onun çox pisinə gəlmiş və ondan qisas almaq fikrinə düşmüşdür. Ona görə də Vüsalın birinci günü oteldə onunla cinsi əlaqədə olmaq təklifinə hə demişdir. Özü elə demişdir ki, Vüsal gəlib onu otelə aparsın, ondan sonra onunla baş-başa qalsın və bıçaqla onu vurub başa salsın ki, əxlaqsız qadın deyildir. Səhəri günü Vüsal yenə də zəng etmiş və bildirmişdir ki, birinci günü axşam işdən çıxandan sonra gedəcəklər otelə, oteldə öz cinsiyyət orqanını həm onun ağzına salacaq, həm də onunla təbii və qeyri-təbbi yolla cinsi əlaqədə olacaqdır. O da Vüsalı inandırmaq üçün demişdir ki, narahat olmasın, otelə gedəcəklər və hansı formada desə onunla cinsi əlaqədə olacaq. Vüsal həmçinin demişdir ki, avtomobildə qabaqda oturar, o da onun cinsiyyət üzvünü əli ilə ovuşduracaqqdır. Həmçinin Vüsal təklif etmişdir ki, o da avtomobildə onun cinsiyyət orqanını əlinə alar. O da etiraz etmişdir ki, avtomobildə arxada oturacaq və Vüsala bildirmişdir ki, onsuz da otelə gedirlər, nə lazımdırsa orada edərlər. Vüsalın sözləri və ona əxlaqsızlıq təklif etməsi onun çox pisinə gəlmiş və məqsədi Vüsalı bıçaqla vuraraq cəzalandırmaq və ona əxlaqsız olmadığını bildirmək olmuşdur. Ona görə də yaşadığı evdə mətbəxdən kiçik ölçülü, dəstəyi qara və üzərilərində isə ağ rəngli nöqtə işarəsi olan 01 ədəd bıçaq götürüb əl çantasına qoymuşdur ki, Vüsalla görüşəndə həmin bıçaq ilə onu vurub ona əxlaqsız təkliflər etdiyi üçün cəzalandırsın. xx.xx.2021-ci il tarixdə səhər saat 07 radələrində azyaşlı oğlu Raminlə yoldan keçən tanımadığı avtomobillə Gəncə-Qazax avtomobil yolunda yerləşən və Daşkəsən rayonuna gedilən böyük körpünün altına gedib orada Vüsala zəng etmiş və demişdir ki, onu gözləyir, gəlsin. Sonra Vüsal idarə etdiyi Mersedes Benz markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına gəlmiş, o da azyaşlı oğlu ilə birlikdə avtomobilin salonunun arxasında əyləşmişdir. Sonra Vüsala demişdir ki, telefonda ona etdiyi əxlaqsız təklifləri üzünə qarşı desin. Vüsalda yenə də onun üzünə qarşı demişdir ki, “onu otelə aparacaq, orada cinsiyyət orqanını onun ağzına salacaq, onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olacaq”. O da əsəbi formada demişdir ki, sürsün avtomobili getsinlər. Sonra Vüsala demişdir ki, avtomobili işlədiyi yanacaq doldurma məntəqəsinə sürsün, guya uşağın sənədlərini götürəcək. Belə etməkdə məqsədi o olmuşdur ki, Vüsalı elə işlədiyi yanacaq doldurma məntəqəsində bıçaqla vursun, birdən hərəkətdə olan zaman vurar, Vüsal da avtomobillə qəza törədər, nəticədə avtomobilində olan azyaşlı övladı xəsarət alar. Onlar avtomobillə yanacaq doldurma məntəqəsinə daxil olan kimi çantasında olan kiçik ölçülü bıçağını çıxarıb Vüsalın əvvəlcə sağ bədən nahiyyəsinə iki dəfə vurmuş, Vüsal da avtomobil hərəkətdə ola-ola sol ayağını avtomobildən yerə saldığı üçün 4-5 dəfə də Vüsalın sal bu nahiyyəsinə vurmuşdur. Həmin vaxt Vüsal avtomobili saxlayıb avtomobildən yerə düşdüyü üçün o da sürücü tərəfdən avtomobildən yerə düşmüş, Vüsalı yenidən bıçaqla vurmaq istəmişdir ki, ona əxlaqsız təklif etdiyi üçün onu cəzalandırsın. Lakin Vüsal ondan aralaşdığı, həm də yanacaq doldurma məntəqəsində işləyən şəxslər ona maneə olduğu üçün Vüsalı tutub yenidən bıçaqla vura bilməmişdir. Ancaq əsəbdən həm əlində olan bıçaqla, həm də ayağı ilə Vüsala məxsus Mersedes Benz markalı avtomobilə zərər vurmağa başlamışdır. Həmin vaxt Vüsal idarə etdiyi avtomobilə əyləşib yanacaq doldurma məntəqəsindən uzaqlaşıb getmişdir. O da Vüsalı vurduğu bıçağı yanacaq doldurma məntəqəsində ona məxsus otaqda pəncərənin yanına qoymuş, sonra əvvəlcə azyaşlı oğlu Ramini baxçaya aparıb qoymuş, daha sonra isə işlədiyi yanacaq doldurma məntəqəsinə gəlib təmizlik işlərini görmüş, sonra isə Gəncə şəhər Nizami rayon polis bölməsinə gedərək tanımadığı bir nəfəri şəxsi ona əxlaqsız təkliflər etdiyi üçün bıçaqla vurduğunu demişdir. xx.xx.2021-ci il tarixdə saat 07:45 radələrində Gəncə-Daşkəsən avtomobil yolunun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi ona qarşı etdiyi əxlaqsız təkliflərə görə onu cəzalandırmaq olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, yanacaq doldurma məntəqəsində Vüsalın dalınca düşsə də, həm Vüsal ondan uzaqlaşdığı, həm də orada olan işçilər ona mane olduğu üçün bıçaqla Vüsalı vura bilməmiş, həm də buna heç onun özü də cəhd etməmişdir. Əgər fikrində Vüsalı öldürmək olsaydı heç kəs buna görə ona mane ola bilməzdi, ona əxlaqsız təkliflər etdiyi üçün məqsədi Vüsalı cəzalandırmaq olmuş və.məqsədinə də çatmışdır. Bununla belə Məhkəmənin diqqətinə çatdırır ki, tutduğu əməldən peşmandır. Zərərçəkmişlə barışmışdır. Himayəsində atasız böyütdüyü azyaşlı uşağının olmasını nəzərə alıb ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu Göyçəkənd kəndində yaşayır. 230 saylı Hərbi Hospitalın Stomotologiya bölməsində həkim stomatoloq vəzifəsində işləyir, tibb xidməti baş leytenantıdır. Evlidir, himayəsində 3 azyaşlı övladı var. Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə tanımış, həmin vaxtadək onunla hər hansı bir münasibəti, əlaqəsi olmamış, eyni zamanda Təqsirləndirilən şəxs ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. O, yaşadığı Göygöl rayonunun Göyçəkənd kəndindən idarə etdiyi Mercedes Benz markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri ərazisində yerləşən xidmət etdiyi 230 saylı Hərbi Hospitala gəlib getmişdir. Həmişə olduğu kimi 04 dekabr 2021-ci il tarixdə, saat 08 radələrində idarə etdiyi həmin Mercedes Benz markalı avtomobillə yaşadığı Göygöl rayonu Göyçəkənd kəndindən xidmət etdiyi hərbi hospitala gəlmək üçün yola düşmüş və avtomobildə tək olmuşdur. O, Gəncə-Daşkəsən avtomobil yolu ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olan vaxt yolun kənarında bir nəfər qadının yanında azyaşlı uşaqla dayandığını görmüş, həmin qadının yanına çatanda avtomobilini dayandırmağı üçün qadın ona tərəfə əl ilə işarə etmişdir. O, əvvəlcə avtomobili dayandırmaq istəməmiş, çünki valideynləri ona nəsihət etmişlər ki, yolda qadın gördüyü halda heç vaxt avtomobili dayandırmasın. Lakin həmin qadının yanında azyaşlı uşaq olduğuna və səhər tezdən hava soyuq olduğuna görə uşağa rəhmi gəlmiş və idarə etdiyi avtomobili həmin qadının yanında dayandırmış, qadın avtomobilin arxa sağ qapısını açıb ondan xahiş etmişdir ki, onu işlədiyi Gəncə-Daşkəsən avtomobil yolunun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə aparsın. O da buna etiraz etməyib avtomobilə əyləşmələrinə razılıq verdiyi üçün adını sonradan bildiyi Təqsirləndirilən şəxs yanındakı azyaşlı uşağı ilə birlikdə avtomobilin arxa oturacaqlarında əyləşmişlər. Bundan sonra avtomobilini Gəncə şəhəri istiqamətində idarə etməyə başlamış, yolda gələn zamanı Təqsirləndirilən şəxs Gəncə-Daşkəsən avtomobil yolunun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində xadimə işlədiyini, azyaşlı uşağını isə Gəncə şəhəri Bağmanlar küçəsində yerləşən 8 saylı tam orta məktəbin yaxınlığında yerləşən bağçaya qoyduğunu bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ərindən ayrılıb və azyaşlı uşağı ilə birlikdə yaşayır. O da Təqsirləndirilən şəxs hərbiçi olduğunu, hər gün Göygöl rayonuna gedib-gəldiyini bildirəndə, Günel demişdir ki, hər gün azyaşlı uşağı ilə birlikdə Gəncə şəhərinə gəlib, uşağını baxçaya qoyduqdan sonra özü xadiməçi işlədiyi “Lukoil” yanacaq doldurma məntəqəsinə gedir. Gəncə şəhərindən aralı yaşadığı üçün hər gün gəlib-getməyin çətin olduğunu bildirəndə Təqsirləndirilən şəxs təklif etmişdir ki, hər gün Gəncə şəhərinə gəlib-getdiyi üçün onu da yolu üstü götürə bilər və Təqsirləndirilən şəxs mobil telefon nömrəsini istəmişdir. Təqsirləndirilən şəxs da etiraz etməyib istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrəsini ona vermiş, o da mobil telefon nömrəsini öz telefonuna yazıb götürmüşdür. Yolda gedən zamanı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, şənbə və bazar günləri bağça işləmədiyi üçün azyaşlı uşağını özü ilə birlikdə işlədiyi yanacaq doldurma məntəqəsinə aparır. Bundan sonra Təqsirləndirilən şəxs və azyaşlı uşağını işlədiyi yanacaq doldurma məntəqəsinə aparıb düşürdükdən sonra xidmət etdiyi hərbi hospitala getmişdir. Həmin günü günorta saatlarında işdə olan vaxt Təqsirləndirilən şəxs hal-əhvalını soruşmaq üçün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Daha dəqiq desə Təqsirləndirilən şəxs xoşu gəldiyi üçün onunla səmimi münasibət qurmaq fikrində olmuş və fikirləşmişdir ki, boş vaxtlarında görüşüb onunla restoranların birində yemək yeyər. O, Təqsirləndirilən şəxs rədd cavabı almamağı üçün əvvəlcə yalandan ona demişdir ki, “o özü də boşanmışdır və subay bir kişi kimi ondan xoşu gəlir”. Təqsirləndirilən şəxs da ona bildirmişdir ki, “onun düşündüyü kimi qeyrətsiz qadın deyil, onun da boşanmağına inanmır”. Həmin vaxt məcbur qalıb evli olduğunu etiraf etmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, əgər fikiləri üst-üstə düşərsə birgə səmimi münasibət qurarlar. Təqsirləndirilən şəxs telefonda danışan zamanı bildirmişdir ki, “gərək onu arvad kimi saxlasın”. O da geniş maddi imkanının olmadığını, evli olduğunu və himayəsində olan 3 azyaşlı uşaqlarının qayğısına qaldığını bildirəndə, Günel ona demişdir ki, “istəsə onu saxlaya bilər, çünki hərbiçilərin maaşı yüksəkdir”. O da Təqsirləndirilən şəxs ilə telefonda danışan vaxt onun söhbətlərindən başa düşmüşdür ki, imkanlı kişi axtarır. Bundan sonra Təqsirləndirilən şəxs ilə soyuq danışmağa başlamış və münasibətlərinə son qoymağa çalışmışdır. Çünki aylıq məvacibi ailəsinin tələbatını bir təhər ödəyir və Təqsirləndirilən şəxs saxlamaq imkanı yoxdur. Həmin gün Təqsirləndirilən şəxs ilə bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlayıb hal-əhval tutsa da onun bezdirici söhbətlər etməsi, yəni ondan pul istəməsi və onu saxlamağa məcbur etməsi onu təngə gətirdiyi üçün onun nömrəsini telefonunun zənglər siyahısında “bloklanmış zənglər siyahısına” əlavə etmişdir ki, bir daha zəng etməsin. 04 dekabr 2021-ci il tarixdə növbədə olmuş və 05 dekabr 2021-ci il tarixdə növbədən çıxmışdır. 04 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən ona təxminən 50-60 dəfə zəng etmiş, lakin onun nömrəsini “bloklanmış zənglər siyahısına” əlavə etdiyi üçün zəng çalınmasa da sonradan telefonuna baxanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən zənglər edildiyini görmüşdür. 05 dekabr 2021-ci il tarixdə növbədən çıxıb yaşadığı Göygöl rayonu Göygçəkənd kəndinə getmiş, xidmətdən çıxıb yorğun olduğu üçün yatıb dincəlmişdir. 05 dekabr 2021-ci il tarixdə, günorta saatlarında yuxudan oyanıb mobil telefonuna baxanda görmüşdür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə bir neçə dəfə zəng etmişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs ilə danışmaq istəməmiş, daha sonra isə onunla əlaqə saxlamışdır ki, bəlkə ona vacib sözü var. O, Təqsirləndirilən şəxs zəng edib onunla əlaqə saxlayanda, Günel bildirmişdir ki bazar günü onun istirahət günüdür və işə getmədiyi üçün evdədir, onunla görüşüb otelə getsinlər. O da buna razı olmamış və evdə işləri çox olduğunu bəhanə edib Təqsirləndirilən şəxs ilə otelə getməkdən imtina etmişdir. 06 dekabr 2021-ci il tarixdə, saat 07:30 radələrində işə gəlməyi üçün səhər yeməyi yeyən vaxt görmüşdür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş, lakin onun nömrəsi “bloklanmış zənglər siyahısında” olduğu üçün zəngin səsi ucadan çıxmamış və yalnız ekrana onun zəng etməsi düşmüşdür. O, Təqsirləndirilən şəxs zəng edəndə, Günel bildirmişdir ki, şənbə günü onu Gəncə-Daşkəsən avtomobil yolunun kənarından götürdüyü yerdə gözləyəcək və onu da götürüb işlədiyi yanacaq doldurma məntəqəsinə aparsın. O da etiraz etməyib onunla razılaşmışdır. Bundan sonra idarə etdiyi Mersedes Benz markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Göygöl rayonu Göyçəkənd kəndindən Gəncə şəhəri istiqamətində yola düşmüş, təxminən saat 07:40 radələrində Gəncə-Daşkəsən avtomobil yolunda, körpünün altında onu gözləyən Təqsirləndirilən şəxs azyaşlı uşağı ilə birlikdə avtomobilinə mindirmiş və Gəncə şəhəri istiqamətində avtomoili idarə etməyə başlamışdır. O, düşünmüşdür ki, yəqin əvvəlcə Təqsirləndirilən şəxs ilə birlikdə azyaşlı uşağını aparıb baxçaya qoyub sonra onu işlədiyi yanacaq doldurma məntəqəsinə aparacaq. Təqsirləndirilən şəxs avtomobilinin arxa oturacağında əyləşdikdən sonra nəyə görə mobil telefon nömrəsini “bloklanmış zənglər siyahısına” əlavə etdiyini soruşub onunla əsəbi formada danışmağa başlamış, o da demişdir ki, onu saxlamağını tələb etdiyi üçün tələbləri onu təngə gətirdiyinə görə mobil telefon nömrəsini telefonunun zənglər siyahısında “bloklanmış zənglər siyahısına” əlavə etmişdir. Təqsirləndirilən şəxs yolda gedəndə ondan pul istəmişdir. Həmin vaxt onun üzərində 21 manat pul olduğu üçün ona veriləcək əlavə pulu olmadığını, həmin məbləğdə pulun isə evə gedəndə ərzaq alacağını söyləmiş və dekabr ayının sonlarında aylıq maaşını alanda kommunal xərclərinə köməklik məqsədilə 30-40 manat verməyə gücü çatacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili yanacaq doldurma məntəqəsinə sürməyini demiş, o isə bəs uşağını baxçaya aprmayacağını deyəndə, Günel bildirmişdir ki, iş yerindən uşağının paltarını götürüb sonra baxçaya aparacaqdır. O da Təqsirləndirilən şəxs ilə razılaşıb idarə etdiyi avtomobilini onun işlədiyi yanacaq doldurma məntəqəsi istiqamətində idarə etməyə başlamış, yanacaq doldurma məntqəsinə daxil olub avtomobilini saxlamışdır ki, Təqsirləndirilən şəxs düşüb gedib uşağının paltarını götürsün və sonra onunla birlikdə uşağını baxçaya aparsın. Həmin vaxt Təqsirləndirilən şəxs onun sağ bədən nahiyəsinə iki dəfə zərbə vurduğunu hiss etmiş, əvvəlcə Günelin onu yumruqla vurduğunu güman etmiş və salonun içərisində olan güzgüdən arxaya baxanda görmüşdür ki, Günelin əlində bıçaq var. O, dərhal avtomobildən yerə düşmək istəyəndə Günel əlindəki bıçaqla onun sağ ayağının bud nahiyəsindən də bir neçə dəfə zərbə vurmuşdur. Bundan sonra Günel avtomobildən yerə düşüb əlində bıçaqla arxasınca qaçmış ki, ona yenə də xəsarət yetirsin. Lakin o, yanacaq doldurma məntəqəsinin ərazisində qaçmışdır ki, Təqsirləndirilən şəxs onu tuta bilməsin və növbəti dəfə onu vurub xəsarət yetirməsin. O, hətta avtomobilinin ətrafı ilə qaçanda macal tapıb avtomobilin arxa oturacağından Günelin əl çantasını və sellofan torbasını götürüb yerə atmış, imkan tapıb bir təhər sükan arxasına əyləşmiş və avtomobili oradan sürüb birbaşa xidmət etdiyi hospitala gəlmişdir ki, həkimlər ona tibbi yardım etsinlər. Təqsirləndirilən şəxs dedikləri yalandır. Təqsirləndirilən şəxs ondan pul istəyəndə ona imkanı olmadığı üçün pul verə bilməyəcəyini dediyi üçün Günel əsəbləşib onu bıçaqla vurmuşdur. Onun Təqsirləndirilən şəxs otelə aparmaq və onunla cinsi əlaqədə olmaq fikri olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir əsaslı səbəb olmadan onu bıçaqla vurub xəsarət yetirsə də ona qarşı şikayəti və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs zəhmətkeş qadındır, ola bilər ki, ailəsindən ayrıldığı üçün psixi pozuntuları əmələ gəlmiş və əsəbiləşərək özü də bilmədən ona bir neçə dəfə bıçaq xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaq olduğu üçün onun daha yüngül məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri 3-cü mikrorayon ev 12a, mənzil 18-də yaşayır, özü rəsmi olaraq Gəncə-Daşkəsən avtomobil yolunun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində icraçı direktor vəzifəsində işləyir. Göygöl rayonunun Göyçə kənd kəndində yaşayan Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs icraaçı direktor olduğu yanacaq doldurma məntəqəsində xadimə işləmişdir. Onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə səhər saat 08:00 radələrində icraaçı direktor olduğu “Lukoil” yanacaq doldurma məntəqəsinə gələn zaman orada olan işçilər ona bildirmişlər ki, bir müddət əvvəl yanacaq doldurma məntəqəsində mübahisə olmuş və məntəqədə xadimə işləyən Təqsirləndirilən şəxs bir nəfər şəxsin idarə etdiyi avtomobillə yanacaq doldurma məntəqəsinə gələrək bıçaqla həmin sürücünü vurub ona xəsarət yetirmişdir. O, baxanda görmüşdür ki, Günel yanacaq doldurma məntəqəsinin həyətini süpürür. O da həmin Günel adlı qadını çağırıb ondan hadisənin necə baş verməsi ilə maraqlanmış, Günel də təxminən 2 gün əvvəl bir nəfər tanımadığı, sonradan adının Vüsal olduğunu öyrəndiyi şəxsin avtomobilinə sərnişin kimi mindiyini, sonra onunla münasibəti yarandığını, həmin şəxsin ona əxlaqsız təklif etdiyini, ona görə də bıçaqla həmin şəxsi vuraraq ona xəsarət yetirdiyini və bıçağı hazırda yanacaq doldurma məntəqəsində pəncərənin qarşısına qoyduğunu bildirmişdir. O da Günelə məsləhət vermişdir ki, polis bölməsinə gedib hadisəni olduğu kimi danışsın. Sonra Günel işlərini yekunlaşdıb getmiş, bir müddət sonra yanacaq doldurma məntəqəsinə polis əməkdaşları gəlmiş və onun iştirakı ilə hadisə yerinə, yəni yanacaq doldurma məntəqəsinin həyətinə, inzibati binasına baxış keçirmişlər. Hadisə yerinə baxış zamanı Günelin pəncərənin ağzına qoyduğu bıçağı polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları da həmin bıçağı protokol tərtib edərək, şəkilini çəkib götürmüşlər. Eyni zamanda polis əməkdaşları onun iştirakı ilə yanacaq doldurma məntəqəsinə quraşdırılmış müşahidə kameralarına da baxış keçirib videogörüntüləri götürmüşlər. Həmin vaxt polis əməkdaşlarından bilmişdir ki, yanacaq doldurma məntəqsində xadimə işləyən Təqsirləndirilən şəxs iki gündü tanıdığı Zərərçəkmiş şəxs ona əxlaqsız təkliflər etdiyi üçün həmin şəxsə məxsus Mersedes Benz markalı avtomobillə yanacaq doldurma məntəqəsinə gələrək orada bıçaqla ona bir neçə dəfə zərbə vurmuş, həmin vaxt yanacaq doldurma məntəqəsində olan işçiləri Günelə maneə olmaq istəsələrdə Günel Vüsala bıçaqla xəsarət yetirə bilmiş, nəticədə Vüsal özünü xəstəxanaya çatdıraraq əməliyyat olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göygöl rayonu Yeni Qızılca kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Gəncə-Daşkəsən avtomobil yolunun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləmişdir. Göygöl rayonu Göyçə kənd kəndində yaşayan Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs isə işlədiyi yanacaq doldurma məntəqəsində xadimə işləmişdir. Onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə səhər saat 07:45 radələrində işlədiyi “Lukoil” yanacaq doldurma məntəqəsində olan zaman yanacaq doldurma məntəqəsinə Daşkəsən rayonu istiqamətdən bir ədəd Mersedes Benz markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, avtomobil yanacaq doldurma məntəqəsinə yenicə daxil olmuşdur ki, avtomobilin tanımadığı sürücüsü, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs avtomobilin sürücü tərəfdən qapısını açıb sol ayağını yerə salmış və sol ayağı yerdə, sağ ayağı isə avtomobilin içərisində ola-ola avtomobilin hərəkətdə olmasını görmüş, bu zaman iş yoldaşı Rəşad sürücüyə demişdir ki, avtomobili saxlasın, avtomobil binaya girəcək. Həmin avtomobilin sürücüsü avtomobili yanacaq doldurma məntəqəsinin inzibati binasının qarşsında saxlamış, sonra avtomobildən yerə düşmüşdür. Onlar baxanda sürücü, adı sonradan məlum olan Vüsalın sağ əlinin iç hissəsinin qan olduğunu, əynində olan şalvarın sağ yan hissəsinin də qan olduğunu görmüşlər. Bu zaman Rəşad sürücüdən soruşmuşdur ki, nə olub, sürücü Vüsal da demişdir ki, kömək etsin. Həmin vaxt görmüşdür ki, avtomobilin sürücü yerindən onun işlədiyi yanacaq doldurma məntəqəsində xadimə işləyən Təqsirləndirilən şəxs da düşmüş və onun əlində bıçaq var. Günel maşından düşən kimi avtomobilin sürücüsü Vüsalın arxasınca getmişdir ki, onu yenidən bıçaqla vursun. Lakin bu zaman o və iş yoldaşları Rəşad və Amillə birlikdə Güneli sakitləşdirməyə çalışmışlar. Həmin vaxt o, Günelin azyaşlı uşağını avtomobildən düşürmüşdür. Onlar Güneli sakitləşdirməklərinə baxmayaraq Günel onu sakitləşdirməklərinə məhəl qoymayaraq yenidən əlində olan bıçaqla sürücü Vüsalı vurmağa çalışmış, həttda Vüsalın arxasınca yanacaq doldurma məntəqəsinin həyətində aparatların başına bir dəfə dövrə də vurmuşdur. Sonra Günel əlindəki bıçaqla maşının üst hissəsinə, arxa sol yan aynasına vurmağa başlamış, daha sonra avtomobilin sürücü tərəfdən olan qapısını bir dəfə təpiklə vurmuşdur. Sonra onlar çətinliklə də olsa Güneli sakitləşdirə bilmişlər, Vüsal isə avtomobilini sürüb yanacaq doldurma məntəqəsindən uzaqlaşmışdır. Sonradan bilmişdir ki, polislər Güneli həmin Vüsal adlı şəxsi avtomobildə yanacaq doldurma məntəqəsinə daxil olan zaman sağ bud və sağ böyür nahiyyəsinə bıçaqla vurub xəsarət yetirməsinə görə tutmuşlar. Günel Vüsalı yanacaq doldurma məntəqəsində bıçaqla vura bilməmiş, çünki buna onlar maneə olmuşlar və Güneli sakitləşdirib Vüsalın avtomobillə uzaqlaşmasına köməklik etmişlər. xx.xx.2021-ci il tarixdə səhər saat 07:45 radələrində Gəncə-Daşkəsən avtomobil yolunun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirməsi 4-5 dəqiqə davam etmiş və həmin vaxtı səhər sübh çağı olduğu üçün ətrafda onlardan başqa heç kim olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq orqanına verdikləri ifadələri elan edilmiş, şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq orqanına verdikləri ifadələrində Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin cinayət işi 06 dekabr 2021-ci il tarixli qərarla qəsdən sağlamlığa ağır zərər vurma faktına görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb Gəncə şəhəri Savalan küçəsində yaşayan Təqsirləndirilən şəxs Gəncə-Daşkəsən avtomobil yolunun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin içərisində Zərərçəkmiş şəxs bədən və bud nahiyələrinə qəsdən bıçaqla zərbələr vuraraq ona qarının, döş qəfəsinin, qarın boşluğuna nüfuz edən və sağ budun yuxarı 1/3-nin kəsib-deşən bıçaq yaraları yetirməsi, əsas isə həmin fakta dair toplanmış ilkin yoxlama materialı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 06 dekabr 2021-ci il tarixdə “Lukoil” adlanan yanacaq doldurma məntəqəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi yerə, eyni zamanda sonuncunun bıçaqla vurulub xəsarət aldığı yerə baxış keçirilərək şəkilləri çəkilmiş və hadisə yerində yanacaq doldurma məntəqəsinin inzibati binasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçaq maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami RPİ-nin məsul növbətçisi, polis kapitanı Rauf Hüseynlinin xx.xx.2021-ci il tarixli raportindan görünür ki, 06 dekabr 2021-ci il tarixdə saat 12:20 radələrində Gəncə şəhəri Savalan qəsəbəsində yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs RPB-nin növbətçi hissəsinə yaxınlaşaraq bu gün saat 08 radələrində bir neçə gün əvvəl işlədiyi Gəncə şəhəri Təbriz küçəsi 9-cu döngədə yerləşən yanacaq doldurma məntəqəsində tanış olduğu hərbi qulluqçu adını Vüsal kimi bildiyi şəxsi ona sataşmasına görə işlədiyi YDM-nin içərisində bıçaqla vuraraq xəsarət yetirdiyini bildirdi. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 dekabr 2021-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarlara baxış keçirilərək götürülmüş və baxış zamanı müəyyən edilmişdir ki, onun hadisə zamanı əynində olmuş göy rəngli cins şalvarın sağ yan tərəfində 5 ədəd, boz rəngli tuman şalvarın sağ yan tərəfində 5 ədəd, ağ rəngli maykanın sağ yan tərəfində 2 ədəd, boz rəngli tuman köynəyin sağ yan tərəfində 2 ədəd, qara rəngli uzun qol köynəyin sağ yan tərəfində 2 ədəd, qara rəngli gödəkcənin sağ yan tərəfində 2 ədəd kəsilmiş-cırılmış hissə və həmin paltarların üzərində qana bənzər ləkələr vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 dekabr 2021-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə-Daşkəsən avtomobil yolunun sağ tərəfində yerləşən “Lukoil” adlanan yanacaq doldurma məntəqəsinə quraşdırılmış müşahidə kamerasından hadisə yerinə baxış zamanı götürülmüş və 01 ədəd diskdə olan videogörüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd Mersedes Benz markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil yanacaq doldurma məntəqəsinə daxil olur, avtomobilin sürücüsünün sol ayağı avtomobildən yerdə, sağ ayağı isə avtomobilin içərisindədir. Daha sonra sürücü avtomobildən yerə düşüb qaçır, bu zaman sürücü əyləşən yerdən bir nəfər qadın avtomobildən yerə düşüb əlində kəsici əşya ilə həmin avtomobilin sürücüsnün arxasınca qaçır və cəhd edir ki, onu yenidən əlindəki əşya ilə vursun. Bu zaman yanacaq doldurma məntəqəsində işləyən qırmızı geyimli şəxslər isə həmin qadına maneə olmaq istəyirlər. Lakin həmin qadın yanacaq doldurma məntəqəsində işləyən şəxslərə məhəl qoymayıb avtomobilin sürücüsünün arxasınca hərəkət edir və yanacaq doldurma məntəqəsində olan aparatların başına fırlanır. Daha sonra həmin qadın gəldiyi Mersedes markalı avtomobilin üzərinə əlindəki əşya ilə zərər yetirir, sonra isə ayağı ilə avtomobilin qapısını vurur. Bu zaman avtomobilin sürücüsü avtomobilə əyləşib maşınla yanacaq doldurma məntəqəsindən çıxıb gedir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 dekabr 2021-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 07 dekabr 2021-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs yanacaq doldurma məntəqəsinin içərisində bıçaqla vuraraq xəsarət yetirdiyi yerləri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 dekabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, 08 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 dekabr 2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSYdən azad edilməsi haqqında” qərardan görünür ki, 08 dekabr 2021-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli 6358 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkolji Dispanseri tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli 5796 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkolji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZE seriyalı 18784688 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 Məmmədovanın oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon 21 saylı evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gəncə şəhəri Savalan qəsəbəsi fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon 21 saylı evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xassiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gəncə şəhəri Savalan qəsəbəsi fərdi yaşayış evində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-psixiatrik ekspertizasının 25 yanvar 2022-ci il tarixli 46 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərkətlərini qiymətləndirmək, hərəklərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-bioloji ekspertizasının 23 dekabr 2021-ci il tarixli 786/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O (İ) ( axtarış vəsiqəsinin ksero sürətinə əsasən). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus cins şalvar, tuman şalvar, mayka, tuman köynək, uzunqol köynək, gödəkcə və bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. Həmin qan ləkələri O alfa beta (İ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəməkriminalistik eskpertizasının 22 dekabr 2021-ci il tarixli 786-2021/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının 27 yanvar 2022-ci il tarixli 2112 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici alətlə (alətlərlə) yetirilmiş beş ədəd deşilmiş-kəsilmiş yara müəyyən edildi. Yerləşmə nahiyələrinə görə yaralardan biri döş qəfəsinin sağ yan-arxa səthində yerləşir, qarın boşluğuna keçərək qaraciyəri zədələmişdir, ikinci yara qarının sağ yan səthində yerləşir, qarın boşluğuna keçmiş böyük piyliyi zədələmişdir. Digər üç yara isə sağ bud nahiyəsinin yan səthinin yuxarı üçdə bir hissəsində yerləşir. Sağlamlığa zərərvurma dərəcələrinə görə döş qəfəsində və qarın nahiyəsində olan yaralar hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, bud nahiyəsində olan yaralar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilən xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Vət. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin bıçaqla yetirilibyetirilməməsini müəyyən etmək üçün hadisə zamanı onun əynində olan paltarlar və alət xüsusi müayinə (trasoloji və ya tibbi kriminalistik) müayinə edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 mart 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş göy rəngli cins şalvar, boz rəngli tuman şalvarı, ağ rəngli mayka, boz rəngli tuman köynəyi, qara rəngli uzun qol köynəyi, qara rəngli gödəkcə, eləcədə hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 iyul 2022-ci il tarixli Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmalı və bu yola təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşağın olmasının, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 dekabr 2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSYdən azad edilməsi haqqında” qərardan görünür ki, 08 dekabr 2021-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, bu iş üzrə iki gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşağın olmasının, könüllü gəlib təqsirini boynuna almasını nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, istintaq zamanı Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş göy rəngli cins şalvar, boz rəngli tuman şalvarı, ağ rəngli mayka, boz rəngli tuman köynəyi, qara rəngli uzun qol köynəyi, qara rəngli gödəkcə, eləcədə hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş göy rəngli cins şalvar, boz rəngli tuman şalvarı, ağ rəngli mayka, boz rəngli tuman köynəyi, qara rəngli uzun qol köynəyi, qara rəngli gödəkcə qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 35 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş göy rəngli cins şalvar, boz rəngli tuman şalvarı, ağ rəngli mayka, boz rəngli tuman köynəyi, qara rəngli uzun qol köynəyi, qara rəngli gödəkcə qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 35 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Nural Əliyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar