Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-314/2023 27.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X35 oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X12, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin dekanı vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində əsas qətimkan tədbiri qismində “ev dustaqlığı”, əlavə qətimkan tədbiri qismində isə “vəzifədən kənarlaşdırma” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin əməkdaşlarının ümumi iclasının xx.xx.2019-cu il tarixli qərarı və universitetinin rektorunun xx.xx.2019-cu il tarixli əmri ilə həmin fakültənin dekanı vəzifəsində işləyərkən fakültənin fəaliyyətini tənzimləyən 30 noyabr 2021-ci il tarixli “Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələri haqqında Əsasnamə”yə əsasən, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarəti, tələbələrin imtahanlarının keçirilməsinə nəzarətin təşkil edilməsi, bütün imtahan sessiyalarının normal, mövcud tələblərə uyğun keçirilməsinə birbaşa cavabdehlik daşınılması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 1-ci kurs tələbəsi Şahid20 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında 1-ci semestrdə kurs nümayəndəsi təyin olunması, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində maddi nemət olan 300 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 12 sentyabr 2022-ci il tarixdə həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid20 rüşvət qismində istəyib, qeyd edilən niyyətlə həmin tarixdə qeyd edilən xidməti otağında sonuncudan maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən Şahid20 rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar fakültədaxili əmrə imza çəkərək Şahid20 adını xx.xx.2022-ci il tarixli, MİHO/1.2.15-3.1-2022-1000 nömrəli əmrə saldıraraq Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin 1-ci kurs nümayəndəsi təyin edilməsini təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 1-ci kurs tələbəsi Şahid19 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında 1-ci semestrdə dərsə gəlməməsi, dərslərdə iştirak etməməsi, davamiyyətlə əlaqədar pozuntuların həlli, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində maddi nemət olan 50 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 26 sentyabr 2022-ci il tarixdə həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid19 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə həmin tarixdə qeyd edilən xidməti otağında sonuncudan maddi nemət olan 50 (əlli) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən Şahid19 rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid19 2022-2023 tədris ili proqramında 1-ci semestrdə dərsə gəlməməsi, dərslərdə iştirak etməməsi, davamiyyətlə əlaqədar pozuntuların həllini təşkil edərək sonuncunun imtahanlarda iştirakını təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 1-ci kurs tələbəsi Şahid5 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-ci ilin oktyabr ayının sonu və noyabr ayının əvvəlində dərslərdə iştirak etməməsinə baxmayaraq bununla bağlı rəsmiləşmə aparılmayıb qanuni tədbir görülməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində maddi nemət olan 200 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla 2022-ci ilin oktyabr ayının sonlarında həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid5 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 2022-ci ilin oktyabr ayının sonlarında qeyd edilən xidməti otağında sonuncunun atası Şahid6 maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Bəhruz İsrafilovun 2022- 2023 tədris ili proqramında 1-ci semestrdə dərsə gəlməməsi, dərslərdə iştirak etməməsi, davamiyyətlə əlaqədar pozuntuların həllini təşkil edərək sonuncunun imtahanlarda iştirakını təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 1-ci kurs tələbəsi Şahid8 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında 1-ci semestrdə davamiyyətlə əlaqədar pozuntuları olmasına baxmayaraq, bunun nəzərə alınmayıb imtahanlara buraxılması, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində maddi nemət olan 800 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 2022-ci ilin oktyabr ayının sonlarında həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid8 atası Şahid9 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 15 noyabr 2022-ci il tarixdə qeyd edilən xidməti otağında sonuncudan maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən Şahid9 rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid8 2022-2023 tədris ili proqramında 1-ci semestrdə dərsə gəlməməsi, dərslərdə iştirak etməməsi, davamiyyətlə əlaqədar pozuntuların həllini təşkil edərək sonuncunun imtahanlarda iştirakını təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 1-ci kurs tələbəsi Şahid7 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında sonuncunun 1-ci semestrin imtahanlarından kəsirlərinin düzəldilməklə imtahandan müvəffəqiyyətlə keçməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində maddi nemət olan 100 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 2022-ci ilin noyabr ayının ortalarında həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid7 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 2022-ci ilin noyabr ayının ortalarında qeyd edilən xidməti otağında Şahid7 maddi nemət olan 100 (bir yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid7 2022-2023 tədris ili proqramında 1-ci semestrdə dərsə gəlməməsi, dərslərdə iştirak etməməsi, davamiyyətlə əlaqədar pozuntuların həllini təşkil edərək sonuncunun imtahanlarda iştirakını təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 1-ci kurs tələbəsi Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında 1-ci semestrdə davamiyyətlə əlaqədar pozuntuları olmasına baxmayaraq, bunun nəzərə alınmayıb imtahanlara buraxılması, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində maddi nemət olan 400 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 2022-ci ilin noyabr ayının ortalarında həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid3 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 2022-ci ilin noyabr ayının ortalarında qeyd edilən xidməti otağında sonuncudan maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən Şahid3 katibəsi Şahid4 vasitəsilə rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid3 2022-2023 tədris ili proqramında 1-ci semestrdə dərsə gəlməməsi, dərslərdə iştirak etməməsi, davamiyyətlə əlaqədar pozuntuların həllini təşkil edərək sonuncunun imtahanlarda iştirakını təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 1-ci kurs tələbəsi Şahid10 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında olan “Baytarlığın inkişaf tarixi” və “Anatomiya” fənləri üzrə keçirilən imtahan zamanı imtahandan yüksək balla keçməsi müqabilində hər bir fənn üzrə 150 manat olmaqla, ümumilikdə maddi nemət olan 300 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 03 yanvar 2023-cü il tarixdə həmin Universitetinin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid10 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə həmin tarixdə qeyd edilən xidməti otağında Şahid10 maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid10 2022-2023 tədris ili proqramında 1-ci semestrdə olan “Baytarlığın inkişaf tarixi” və “Anatomiya” fənləri üzrə keçirilən imtahanlardan keçməsini təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 1-ci kurs tələbəsi Şahid11 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında olan “Baytarlığın inkişaf tarixi” və “Anatomiya” fənləri üzrə keçirilən imtahan zamanı imtahandan yüksək balla keçməsi müqabilində hər bir fənn üzrə 100 manat olmaqla, ümumilikdə maddi nemət olan 200 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 03 yanvar 2023-cü il tarixdə həmin Universitetinin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid11 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 05 yanvar 2023-cü il tarixdə qeyd edilən xidməti otağında Şahid11 maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid11 2022-2023 tədris ili proqramında 1-ci semestrdə olan “Baytarlığın inkişaf tarixi” və “Anatomiya” fənləri üzrə keçirilən imtahanlardan keçməsini təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 3-cü kurs tələbəsi Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında olan Terapiya, mamalıq və cərrahiyə kafedrasının “Klinik Diaqnostika” və “X8” fənləri üzrə keçirilən imtahan zamanı imtahandan yüksək balla keçməsi müqabilində hər fənn üzrə 150 manat olmaqla, ümumilikdə maddi nemət olan 300 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 07 yanvar 2023-cü il tarixdə həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid1 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 09 yanvar 2023-cü il tarixdə qeyd edilən xidməti otağında Şahid1 maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid1 2022-2023 tədris ili proqramında 1-ci semestrdə olan “Klinik Diaqnostika” və “X8” fənləri üzrə keçirilən imtahanlardan keçməsini təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 1-ci kurs tələbəsi Şahid28 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında olan “Baytarlığın inkişaf tarixi” və “Anatomiya” fənləri üzrə keçirilən imtahan zamanı imtahandan yüksək balla keçməsi müqabilində hər bir fənn üzrə 150 manat olmaqla, ümumilikdə maddi nemət olan 300 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 2023-cü il yanvar ayının əvvəllərində həmin Universitetinin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid28 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 2023-cü il yanvar ayının əvvəllərində qeyd edilən xidməti otağında Şahid28 maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid28 2022-2023 tədris ili proqramında 1-ci semestrdə olan “Baytarlığın inkişaf tarixi” və “Anatomiya” fənləri üzrə keçirilən imtahanlardan keçməsini təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 2-ci kurs tələbəsi Şahid21 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında olan “Mikrobiologiya” fənni üzrə keçirilən imtahan zamanı imtahandan yüksək balla keçməsi müqabilində maddi nemət olan 300 manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 2023-cü il yanvar ayının əvvəllərində həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid21 atası İrşad Zeynalovdan rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 2023-cü ilin yanvar ayının əvvəllərində qeyd edilən xidməti otağında İrşad Zeynalovdan maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid21 2022-2023 tədris ili proqramında 1-ci semestrdə olan “Mikrobiologiya” fənni üzrə keçirilən imtahandan keçməsini təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 2-ci kurs tələbəsi Şahid22 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında 1-ci semestrin yazılı imtahanlardan yüksək balla keçməsi müqabilində maddi nemət olan 300 manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 2023-cü il yanvar ayının əvvəllərində həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid22 X46dan rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 2023-cü ilin yanvar ayında qeyd edilən xidməti otağında Səhman Kərimovdan maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid22 2022-2023 tədris ili proqramında 1-ci semestrdə keçirilən imtahanlardan keçməsini təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin 3-cü kurs tələbəsi Şahid23 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında 1-ci semestrin yazılı imtahanlardan yüksək balla keçməsi müqabilində maddi nemət olan 300 manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 2023-cü il yanvar ayının əvvəllərində həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasında xidməti otağında Şahid23 babası Şahid24 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 2023-cü ilin yanvar ayında qeyd edilən xidməti otağında Şahid24 maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid23 2022-2023 tədris ili proqramında 1-ci semestrdə keçirilən imtahanlardan keçməsini təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 3-cü kurs tələbəsi Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında olan Terapiya, mamalıq və cərrahiyə kafedrasının “Klinik Diaqnostika” və “X8” fənləri üzrə keçirilən imtahan zamanı imtahandan yüksək balla keçməsi müqabilində hər bir fənn üzrə 100 manat olmaqla, ümumilikdə maddi nemət olan 200 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 10 yanvar 2023-cü il tarixdə həmin Universitetinin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid2 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 12 yanvar 2023-cü il tarixdə qeyd edilən xidməti otağında Şahid2 maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid2 2022-2023 tədris ili proqramında 1-ci semestrdə olan “Klinik Diaqnostika” və “X8” fənləri üzrə keçirilən imtahanlardan keçməsini təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 3-cü kurs tələbəsi Şahid17 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında olan “Klinik Diaqnostika” fənni üzrə keçirilən imtahan zamanı imtahandan yüksək balla keçməsi müqabilində maddi nemət olan 200 manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 2023-cü il yanvar ayının ortalarında həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid17 tələbə yoldaşı həmin fakültənin 5-ci kurs tələbəsi Şahid18 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 2023-cü ilin yanvar ayının ortalarında qeyd edilən xidməti otağında Şahid18 maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid17 2022-2023 tədris ili proqramında 1-ci semestrdə olan “Klinik Diaqnostika” fənni üzrə keçirilən imtahanlardan keçməsini təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 3-cü kurs tələbəsi Şahid16 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında olan “Klinik Diaqnostika” fənni üzrə keçirilən imtahan zamanı imtahandan yüksək balla keçməsi müqabilində maddi nemət olan 200 manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən 2023-cü il yanvar ayının ortalarında həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid16 tələbə yoldaşı həmin fakültənin 5-ci kurs tələbəsi Şahid18 rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 2023-cü ilin yanvar ayının ortalarında qeyd edilən xidməti otağında Şahid18 maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid16 2022-2023 tədris ili proqramında 1-ci semestrdə olan “Klinik Diaqnostika” fənni üzrə keçirilən imtahanlardan keçməsini təmin etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, göstərilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 1-ci kurs tələbəsi X18 xeyrinə edəcəyi hərəkətə, yəni 2022-2023 tədris ili proqramında 2-ci semestrdə davamiyyətlə əlaqədar pozuntuların həlli, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini 2023cü ilin yanvar ayının ortalarında həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid25nın anası Məkürə Quliyevadan rüşvət qismində təkrarən istəyib, qeyd edilən niyyətlə 26 yanvar 2023-cü il tarixdə qeyd edilən xidməti otağında Şahid25dan maddi nemət olan 1000 (min) manat və 29 yanvar 2023-cü il tarixdə 500 (beş yüz) manat olmaqla ümumilikdə 1500 (min beş yüz) məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən Şahid25dan rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid25nın 2022-2023 tədris ili proqramında 2-ci semestrdə dərsə gəlməməsi, dərslərdə iştirak etməməsi, davamiyyətlə əlaqədar pozuntuların həllini və sonuncunun imtahanlarda iştirakını təmin etmək üçün müəyyən tədbirlər görmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, 1991-ci ildən Aqrar Dövlət Universitetində Terapiya kafedrasında dosent, daha sonra həmin kafedranın müdiri işləmişdir. 2019-cu ilin noyabr ayından isə Baytarlıq fakultəsinin dekanı vəzifəsində çalışmış, dekan olmaqla yanaşı Terapiya kafedrasında Klinik Diaqnostika fənnini tədris etmişdir. Fakültədə Təhsil Naziriliyinin göstərişinə əsasən 2019-2020, 2020-2021 və 2021-2022 tədris illərində tərdis etdiyi Klinik Diaqnostika və digər fənnlər üzrə COVİD pandemiyası ilə əlaqədar tədrisin “online” təşkili ilə əlaqədar olaraq imtahan əvəzinə orta müvəffəqqiyyət göstəricisinə əsasən tələbələrin bilikləri qiymətləndirilmiş, 2022-2023 tədris ilində tələbələrin biliklərinin qiymətləndirilməsi imtahan əsasında olmuşdur. Tədris etdiyi Klinik Diaqnostika fənni üzrə o, yalnız fakültənin 3-cü kurs tələbələrinə seminarlar keçib imtahan götürmüşdür. İmtahan zamanı tələbələrə tədris olunan fənn üzrə 5 sual verilir və həmin suallara verilən cavablar əsasında imtahan götürən müəllimlər tərəfindən qiymətləndirmə aparılır. Qiymətləndirmə zamanı hər suala görə 10 bal verilir və yekunda 5 sualın hər birinə verilən qiymətlər toplanılaraq tələbənin toplam qiymət nəticəsi qeyd olunur. Bu tədris ilində Klinik Diaqnostika fənni üzrə 3-cü kursun hər birində 15 tələbə olmaqla 6 qrupa birlikdə mühazirə demişdir. 2023-cü il yanvarın 7-dən yanvarın 23-dək 3 imtahan keçirilmiş, hər imtahan isə ardıcıl olaraq qrup 1 - qrup 2; qrup 3-qrup 4 və qrup 5 - qrup 6 şəklində birgə təşkil olmuşdur. İmtahandan sonra isə tələbələrin yazılarını şəxsən özü yoxlayıb qiymətləndirmişdir. İmtahan zamanı yazı blanklarında tələbələrin adları qeyd olunmur və kodlaşdırılır, imtahana nəzarət edən başqa fakültələrin dossentləri olduğundan kodlaşmanı yalnız sonuncular bilir. Yazılar yoxlanarkən kimə məxsus olduğu bilinmədən yoxlanılaraq qiymətləndirilir. Şahid1 3-cü kursun qrup 1-in tələbəsi kimi tanımış və 2022- 2023 tədris ilində sonuncuya Klinik Diaqnostika fənnini tədris etmiş, həmçinin imtahan götürüb nəticəsini 44 balla qiymətləndirmişdir. Şahid1 imtahandan sonra ondan qiymətini öyrənərkən o, sonuncuya səhvən 31 bal aldığını dediyi üçün Mühüddin universitet daxili apellyasiya şikayəti vermiş və rektorluqda bu barədə ona deyildikdən sonra Şahid1 çağıraraq sonuncuya verdiyi 44 balı göstərmişdir. İmtahandan əvvəl Şahid1la xidməti otağında danışmış və sonuncudan imtahandan uğurla keçməsinə görə 150 manat pul tələb etmiş, imtahandan sonra xidməti otağında yazdığı 44 balı göstərdikdən sonra Şahid1 150 manat pul vəsaitini almışdır. “X8” fənninin müəllimi Elmira Məmmədova olsa da, o, Şahid1 imtahana görə 150 manat almış, sonuncunun yazı xəttini bildiyi üçün imtahan vərəqəsini götürüb özü qiymətləndirmə aparmış və aldığı rüşvətə görə sonuncunu uğurla imtahandan keçirmişdir. Şahid2 3-cü kurs tələbəsi kimi tanımış, imtahandan əvvəl imtahan nəticələri ilə bağlı Şahid2lə xidməti otağında danışığı olmuş və imtahandan uğurla keçməsinə görə o, sonuncudan 200 manat pul tələb etmişdir. İmtahandan sonra xidməti otağında imtahandan uğurla keçdiyinə görə Şahid2 200 manat almışdır. “X8” fənninin müəllimi Elmira Məmmədova olsa da, o, imtahana görə Şahid2 200 manat almış, sonuncunun yazı xəttini bildiyi üçün imtahan vərəqəsini götürüb özü qiymətləndirmə aparmış və aldığı rüşvətə görə sonuncunu uğurla imtahandan keçirmişdir. Şahid5 1-ci kurs tələbəsi kimi tanımış və 2022-ci ilin oktyabr ayının sonlarında davamiyyəti ilə bağlı icazə almaq üçün sonuncu atası Şahid6la birlikdə ona müraciət etmişlər. Bu zaman o, Şahid6 200 manat pul vəsaiti qarşılığında 10 günlük icazə verə biləcəyini bildirdikdən sonra həmin pulu xidməti otağında sonuncudan almış və davamiyyətlə bağlı problemini həll etmişdir. Şahid7 1-ci kurs tələbəsi kimi tanımış və 2022-ci ilin İ semestrində dərs zamanı kifayət qədər bal toplaya bilmədiyi üçün sonuncunun “Baytarlığın inkişaf tarixi” və “Anatomiya” fənlərindən kəsiri yaranmışdır. Həmçinin Şahid7 Naxçıvan şəhərinə getdiyindən və orada xəstələndiyindən imtahanlarda iştirak edə bilməmişdir. Həmin kəsirlərin düzəldilməsi və imtahandan müvəffəqiyyətlə keçməsi üçün təxminən 2022-ci ilin noyabr ayının ortalarında onun xidməti otağında olarkən imtahanlardan keçməsi müqabilində sonuncu 100 manat məbləğində pul tələb etmiş və təxminən 1 həftə sonra Şahid7 100 manat pul vəsaitini xidməti otağında ona vermişdir. Şahid3 1-ci kurs tələbəsi kimi tanımış və 2022-ci ilin noyabr ayının sonlarında dərsə gəlmədiyi üçün davamiyyəti ilə bağlı problem yaranacağından onun katibəsi Şahid4 vasitəsilə Şahid3 400 manat pul istəmiş və Şahid3 ona çatdırması üçün 400 manat pul vəsaitini Şahid4 vermiş, sabahı günü o, sonuncudan 400 manat pul vəsaitini xidməti otağında almışdır. Şahid22 2-ci kurs tələbəsi kimi tanımış, 2023-cü ilin yanvar ayının əvvəllərində yazılı imtahanlarda problem olmaması üçün Şahid22 X46 onun xidməti otağında olarkən sonuncudan yazılı imtahanlarda köməklik göstərilməsi müqabilində 300 manat pul tələb etdikdən sonra həmin pul vəsaitini almışdır. Şahid23 3-cü kurs tələbəsi kimi tanımış və 2022-ci ilin sentyabr ayında damar genişlənməsinə görə əməliyyat olunduğu üçün dərslərdə iştirak edə bilməmişdir. Bununla bağlı xəstəxanadan universitetə arayışı təqdim etmiş və 2022-ci ilin noyabr ayında Şuşa rayonunda keçirilən aksiyalarda iştirak etdiyi üçün bir neçə gün dərslərdə iştirak edə bilməmişdir. Bundan sonra 2023-cü ilin yanvar ayında universitetə gəldikdə əməliyyat olmağına dair xəstəxana arayışını universitetə təqdim etməyinə baxmayaraq 1 fənn üzrə davamiyyətinin aşağı olması səbəbindən imtahanda iştirak etmək hüququndan məhrum olduğunu bilmiş və bu məsələ ilə bağlı babası Şahid24 ona müraciət edərkən kəsr imtahanı və davamiyyətlə bağlı problemləri həll etmək üçün sonuncudan 300 manat pul istəmiş, Şahid24 da həmin pul vəsaitini xidməti otağında ona vermişdir. Şahid20 tanımış və sonuncu ilə 2022-ci ilin sentyabr ayında xidməti otağında olarkən kurs nümayəndəsi keçmək istədiyi müqabilində Şahid20 300 manat pul istəmiş, həmin vaxt sonuncu 300 manat pul vəsaitini xidməti otağında ona verdikdən sonra, o, kurs nümayəndəsi etmək üçün fakültədaxili əmri imzalayaraq təsdiq edib rektorluğa göndərmiş və Şahid20 kurs nümayəndəsi olmuşdur. Şahid19 tanımış və sonuncu ilə 2022-ci ilin sentyabr ayında xidməti otağında olarkən 2022-ci il sentyabrın 16-dan 26-dək dərslərdə iştirak etmədiyi üçün davamiyyətlə əlaqədar pozuntuların həlli müqabilində ondan 50 manat pul istəmiş, sonuncu 50 manat pul vəsaitini xidməti otağında ona verdikdən sonra o, davamiyyətlə əlaqədar pozuntularını həll etmişdir. Şahid8 tanımış və atası Şahid9la 2022-ci ilin noyabr ayında xidməti otağında dərslərdə iştirak etmədiyi üçün davamiyyətlə əlaqədar pozuntuların həlli və imtahanlara buraxılması ilə bağlı danışaraq 800 manat pul istəmiş və sonuncu 800 manat pul vəsaitini ona verdikdən sonra Şahid8 davamiyyətlə əlaqədar pozuntularını həll etmiş və imtahanlara buraxılmasını təmin etmişdir. Şahid10 tanımış və 2023-cü ilin yanvar ayının əvvəllərində xidməti otağında “Baytarlığın inkişaf tarixi” və “Anatomiya” fənnləri üzrə keçirilən imtahan zamanı imtahanlardan keçməsi üçün hər bir fənn üzrə 150 manat olmaqla, ümumilikdə Şahid10 300 manat məbləğində pul istəyərək almış və imtahanlardan keçməsinə köməklik göstərmişdir. Şahid11 tanımış və 2023-cü ilin yanvar ayının əvvəllərində xidməti otağında “Baytarlığın inkişaf tarixi” və “Anatomiya” fənnləri üzrə keçirilən imtahan zamanı imtahanlardan keçməsi üçün hər bir fənn üzrə 100 manat olmaqla, ümumilikdə Şahid11 200 manat məbləğində pul istəyərək almış və imtahanlardan keçməsini təmin etmişdir. Şahid28 tanımış və 2023-cü ilin yanvar ayının əvvəllərində xidməti otağında “Baytarlığın inkişaf tarixi” və “Anatomiya” fənnləri üzrə keçirilən imtahan zamanı imtahandan keçməsi üçün hər bir fənn üzrə 150 manat olmaqla, ümumilikdə Şahid28 300 manat məbləğində pul istəyərək almış və imtahanlardan keçməsini təmin etmişdir. Şahid21 tanımış və sonuncunun atası İrşad Zeynalovla 2023-cü ilin yanvar ayının əvvəllərində xidməti otağında oğlunun “Mikrobiologiya” fənni üzrə keçirilən imtahan zamanı imtahandan keçməsi üçün İrşad Zeynalovdan 300 manat məbləğində pul istəyərək almış və Şahid21 həmin imtahandan keçməsinə köməklik göstərmişdir. Şahid17 tanımış və tələbə yoldaşı 5-ci kurs tələbəsi olan Şahid18 2023-cü ilin yanvar ayının ortalarında xidməti otağında Şahid17 “Kliniki Diaqnostika” fənni üzrə keçirilən imtahan zamanı imtahandan keçməsi üçün Şahid18 200 manat məbləğində pul istəyərək almış və imtahanlardan keçməsini təmin etmişdir. Şahid16 tanımış, sonuncunun tələbə yoldaşı 5-ci kurs tələbəsi olan Şahid18 2023-cü ilin yanvar ayının ortalarında xidməti otağında “Kliniki Diaqnostika” fənni üzrə keçirilən imtahan zamanı Şahid17 imtahandan keçməsi üçün Şahid18 200 manat məbləğində pul istəyərək almış və imtahanlardan keçməsini təmin etmişdir. X25 tanımış, sonuncunun anası Məkürə Quliyeva 2023-cü ilin yanvar ayında xidməti otağında qızı Şahid25nın 2022-2023 tədris ili proqramında 2-ci semestrdə davamiyyətlə əlaqədar pozuntuların həlli və imtahanlara buraxılması üçün Şahid25dan 1500 manat məbləğində pul istəyərək almışdır. Bununla bağlı Şahid25nın 2-ci semestrdə davamiyyətlə əlaqədar pozuntuların həlli və imtahanlara buraxılmasına görə müəyyən tədbirlər görmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə səmimi peşmançılıq hissi keçirdiyini bildirərək yaşlı olmasını nəzərə alıb bağışlanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültənin 3-cü kurs tələbəsidir. Oxuduğu Baytarlıq təbabəti fakültəsinin dekanı 2019-cu ildən Təqsirləndirilən şəxs olmuşdur. Oxuduğu dövrdə tez-tez yuxarı kurs tələbələrindən dekan Təqsirləndirilən şəxs tələbələrə süni əngəllər yaradaraq semestr ballarını aşağı saldığını və tələbələrin imtahandan keçməsinə çətinlik yaratdığını, nəticədə də tələbənin məcbur qalaraq rüşvət vermək müqabilində imtahandan keçdiyini eşitmişdir. Yuxarı kurs tələbələrinin deməsinə görə Təqsirləndirilən şəxs özü tədris zamanı az bal toplayan tələbələrə yaxınlaşaraq imtahandan kəsiləcəyini bildirib onları xidməti otağına dəvət edərək pul almış, daha sonra isə həmin tələbə imtahanlardan yaxşı bal toplayaraq imtahandan keçmişdir. Baytarlıq təbabəti fakültəsinin 3-cü kursunda 91 tələbə oxumuşdur. Tədris zamanı hər hansı fənn üzrə müəllimlərdən qiymət balı alaraq imtahana keçidi gözləyirlər, lakin Təqsirləndirilən şəxs auditoriyaya daxil olaraq özü onları sorğu sual edib ballarını aşağı salır və bundan sonra rüşvət almağa şərait yaradır. Təqsirləndirilən şəxs pul alması ilə bağlı o, Dövlət Təhlükəsizliyi Xidmətinin elektron səhifəsinə müraciət etmiş, daha sonra müraciətinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılaraq araşdırma aparılmışdır. Araşdırma gedən müddətdə, yəni xx.xx.2023-cü ildə onun “Kliniki Diaqnostika” fənnindən imtahanı olmuşdur. Həmin fənn üzrə müəllim Təqsirləndirilən şəxs olmuşdur. O, imtahana yaxşı hazırlaşmış, suallara ətraflı və dolğun cavab yazmışdır. Həmin fəndən semestrdə 50 bal toplamışdır. İmtahanın suallarını isə yaxşı yazdığından fikirləşmiş ki, 41-50 arası bal yazılacaq və həmin fənn üzrə onun yekun balı 91-100 arası olacaqdır. O, imtahanı verən gün cavablar çıxmamış Təqsirləndirilən şəxs görmüş və sonuncu imtahanda ona 23-27 bal yazdığını bildirmişdir. O da Təqsirləndirilən şəxs imtahanın suallarına yaxşı cavab yazdığını bildirərək səbəbsiz yerə aşağı bal yazdığını demiş, Təqsirləndirilən şəxs isə ona heç bir cavab verməmişdir. Bundan sonra o, universitetin rektorunun qəbuluna gedərək öz şikayətini bildirmiş, rektor da ona imtahanın nəticəsindən apellyasiya şikayəti verməsini və məsələnin araşdırılacağını demişdir. O, rektorun qəbulundan çıxan kimi kliniki diaqnostika laboratoriyasının müəllimi Aytən Məmmədova ona zəng edərək Təqsirləndirilən şəxs zəng etməsini bildirmişdir. O da Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu isə ona telefonda balını 44 etdiyini demiş, o da buna görə nəsə etməli olduğunu soruşduqda Təqsirləndirilən şəxs ona 150 manat gətirməsini bildirmişdir. O, həmin söhbətdən sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciətinə baxan əməliyyatçıya bu barədə məlumat vermişdir. Həftənin bazar ertəsi günü, yəni xx.xx.2023-cü il tarixdə onun üzərinə əməliyyatçılar tərəfindən videoçəkiliş aparan texniki avadanlıq quraşdırılmış və o, Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Sonuncunun otağında ondan istədiyi 150 manat pulu da elə özünə vermişdir. Təqsirləndirilən şəxsla aralarında olan söhbət zamanı sonuncu ondan xx.xx.2023-cü il tarixdə “X8” fənni üzrə keçiriləcək imtahana görə yüksək bal yazmaq üçün 150 manat istəmiş, o da həmin pulu Familə vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs ondan ümumilikdə 300 manat pul almışdır. “X8” fənni Təqsirləndirilən şəxs müəllimi olduğu “terapiya, mamalıq və cərrahiyə” kafedrasının müəllimləri tərəfindən tədris edilmiş və həmin fənn üzrə onun müəllimi Təqsirləndirilən şəxs deyil, Elmira Məmmədova olmuşdur. İfadəsinin davamı olaraq Şahid1 göstərmişdir ki, 3-cü kursdan etibarən tələbələr kurs işini hazırlayıb müdafiə edirlər və buna görə də qiymət alırlar. Müdafiə zamanı çox saylı müəllimlər olur və Təqsirləndirilən şəxs özü də müdafiədə iştirak edir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs ona kurs işi ilə bağlı çətin olacağını bildirmiş və o da başa düşmüş ki, sonuncu bunu ona deməklə pul istəyir, lakin bununla bağlı Təqsirləndirilən şəxs ona konkret olaraq heç nə deməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ondan əlavə tələbə yoldaşı Şahid2 da “Kliniki Diaqnostika” və “X8” fənninə görə imtahanda yüksək bal yazmaq üçün 200 manat pul almışdır. Bundan əlavə, adlarını xatırlamadığı bir çox tələbədən də hər imtahana görə Təqsirləndirilən şəxs 100-150 manat pul almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin 3-cü kurs tələbəsidir. Təhsil aldığı fakültənin dekanı Təqsirləndirilən şəxs olmuşdur. Sonuncu həmçinin, terapiya, mamalıq, cərrahiyyə kafedrasının müəllimi işləmişdir. Fakültənin tələbələri arasında gəzən söz-söhbətlərdən Təqsirləndirilən şəxs tələbələrdən imtahanlardan keçmək üçün pul tələb etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs həm öz dərs dediyi, həm də X8 fənninin imtahanlarından tələbələri kəsmişdir. O da pul verməsə Təqsirləndirilən şəxs onu imtahandan kəsəcəyini başa düşmüşdür. Semestrdə qarşısına əlaçı olmağı məqsəd qoyduğu üçün dərslərini çox yaxşı oxumuş, lakin pul verməyəcəyi təqdirdə Təqsirləndirilən şəxs ona nəinki əlaçı olmağa imkan verəcəyini, hətta imtahandan kəsəcəyini başa düşüb vəziyyətini izah etmək, güzəşt istəmək, imtahan vərəqəsini obyektiv yoxlamasını xahiş etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qəbuluna getmiş, qiymətləri və hazırki semestr üzrə məqsədləri barədə məlumat verərək imtahan vərəqəsini obyektiv yoxlamasını xahiş etmişdir. O, Familə “Qiymətlərim yüksəkdir, öz savadımla əlaçı ola bilərəm, amma siz tələbələri kəsirsiz” deyə bildirdikdə sonuncu bunu inkar edərək ona yaxşı yazacağı təqdirdə imtahandan keçəcəyini bildirmişdir. Lakin o, israrla digər tələbələrin kəsilməsini dedikdə, Təqsirləndirilən şəxs imtahandan yaxşı qiymət alması üçün pul verməli olduğunu bildirmiş, o da pul qarşılığında imtahanlarda ona yüksək qiymət yazılması barədə sonuncu ilə razılaşmışdır. Təqsirləndirilən şəxs Kliniki diaqnostika fənnindən imtahan vərəqələrini özünün yoxladığını bildirib istədiyi qiyməti yaza biləcəyini demişdir. X8 fənnini isə başqa bir müəllim yoxladığından Famil müəllim elə yanındaca mobil telefonla kiməsə zəng edərək ona 40-dan yuxarı bal yazmağını tapşırmışdır. O, Təqsirləndirilən şəxs kimə zəng etməsini bilməsə də, sonuncunun pul qarşılığında özünün tədris etdiyi Kliniki diaqnostika fənninin qiymətini özü yazacağını, digər fənni isə onu kiməsə tapşırdığını başa düşmüşdür. Həmin vaxt tələbələr arasında Təqsirləndirilən şəxs Kliniki diaqnostika və X8 fənnindən keçmələri, yaxşı qiymət almaları üçün 300 manat pul aldığını eşitmişdir. O, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə imtahandan çıxdıqdan sonra rayona gedəcəyini, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə rayondan qayıtdıqdan sonra pulu özü ilə gətirib verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. O, Famil müəllimin yanından çıxandan sonra bir qədər fikirləşərək rüşvət verməyin qanunsuz və məsuliyyətə səbəb olduğunu düşünüb Famil müəllimə rüşvət verməmək qərarına gəlmişdir. Mühüddinə bu barədə məlumat verdikdə, sonuncu müəllimin ondan da pul istədiyini və bu səbəbdən hüquq-mühafizə orqanlarına şikayət etdiyini bildirmişdir. O da qərarını qətiləşdirib elə həmin gün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə X8 fənnindən imtahan vermişdir. O, imtahan suallarına yaxşı cavab verdiyini bildiyindən pul verməsə belə, obyektiv yoxlama olacağı təqdirdə yaxşı qiymət alacağını fikirləşmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə Gəncə şəhərində görüşmüş, onun üzərində xüsusi avadanlıq quraşdırılmış və ona iki ədəd 100 manatlıq əsginas verilmişdir. Daha sonra o, yenidən Təqsirləndirilən şəxs otağına getmiş, orada sonuncuya təşəkkür edərək qiymətini yaxşı yazdığını bildirmişdir. Çünki o, imtahandan 45 bal topladığını öyrənmişdir. Famil də həmin qiyməti ona özünün yazdığını bildirmişdir. O da Təqsirləndirilən şəxs öz fənni olan Klinki diaqnostika fənninin imtahanda da yüksək bal yazmasını xahiş edərək buna görə nə qədər pul verməli olduğunu soruşanda sonuncu ona “200 manat ver bəsdir” deyə bildirmişdir. O da əvvəlcədən çıxardıb əlində saxladığı 200 manat pulu Təqsirləndirilən şəxs verib otaqdan çıxmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxsla razılaşmalarına baxmayaraq sonuncu ona Klinki diaqnostika fənninin imtahanından 28 bal yazmışdır. Bu barədə Təqsirləndirilən şəxsla söhbət edib razılaşdıqları halda ona aşağı bal yazmasının səbəbini soruşanda sonuncu sonradan universitet rəhbərliyinə ərizə yazmasını, rəhbərliyin ərizəni nəzərə alacağını və bu məsələni özünün həll edəcəyini bildirmişdir. İfadəsinin davamı olaraq Şahid2 göstərmişdir ki, Mühüddin də Təqsirləndirilən şəxs şikayət etmiş, lakin o, sonuncunun nə qədər pul verməsini bilməmişdir. Mühüddindən başqa, konkret olaraq kiminsə pul verməsini eşitməsə də, ümumi söz-söhbətlərdən Təqsirləndirilən şəxs pul almaq məqsədilə tələbələri imtahandan kəsdiyini və pul aldıqdan sonra imtahanlarda tələbələrə yüksək qiymətlər verdiyini eşitmişdir. Təqsirləndirilən şəxs ondan pulu imtahanda yüksək qiymət yazmaq qarşılığında almış və Kliniki diaqnostika fənnindən imtahan vərəqələrini özünün yoxladığını bildirib istədiyi qiyməti yaza biləcəyini demişdir. X8 fənnini isə başqa bir müəllim yoxladığından xx.xx.2023-cü il tarixdə günorta saatlarında Famil müəllim onun yanında mobil telefonla kiməsə zəng edərək ona 40-dan yuxarı bal yazmasını tapşırmış, lakin o, Təqsirləndirilən şəxs kimə zəng etməsini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin 1-ci kurs tələbəsidir. 2022-ci ilin İ semestrində 10-15 gün istisna olmaqla demək olar dərsdə olmamış, həmin müddət ərzində “Sədərək” TM-nin 2-ci zonasında cehizlik malların satışı məntəqəsində satıcı işləmiş, bəzən isə ailəsinin yanına Cəlilabad rayonu, Babalı kəndinə getmişdir. Ona görə də, cəmi 10-15 gün universitetə getmiş, Gəncə şəhərində yaşayan dostlarının yanında qalmış və universitetdə davamiyyət ilə bağlı problemi olduğu üçün qayıb limitini keçmişdir. 2022-ci ilin noyabr ayının ortalarında universitetə gedərək oxuduğu fakültənin dekanı Təqsirləndirilən şəxs yaxınlaşmış, lakin həmin vaxtı katibəsi X43 müəllimin orada olmadığını və işi ilə bağlı Bakı şəhərində olduğunu demişdir. O, əvvəlcədən üzərində 500 manata yaxın pul götürdüyü üçün davamiyyətlə bağlı problemini həll etmək məqsədi ilə Gülnarın özü ilə bu barədə danışmış və sonuncuya qayıb limitini keçdiyini, bundan sonra da işlədiyi üçün dərsə gəlib-gedə bilmədiyini, lakin İ semestr imtahanlara bu səbəbdən buraxmaq istəmədiyini deyib bu problemi həll etmək istədiyini və imtahanlara buraxılmağını bildirmişdir. Həmin vaxt Gülnar Famil müəllimlə telefonla danışacağını deyib ondan çöldə gözləməsini xahiş etmiş və o otaqdan çölə çıxıb sonuncunu gözləmişdir. Təxminən 5-10 dəqiqə sonra Gülnar otaqdan çıxıb yaxınlaşaraq onu başqa boş otağa çəkib Famil müəllimlə danışdığını və davamiyyət problemini həll etməklə imtahana buraxılmağına qarşılıq Famil müəllimin 400 manat pul istədiyini demişdir. Həmin vaxt o bununla razılaşaraq üzərində pul olduğu üçün elə oradaca 400 manat pulu Famil müəllimə çatdırmağı üçün Şahid4 vermişdir. Bundan sonra Bakı şəhərinə geri qayıdaraq işinə çıxmışdır. Sonradan Famil müəllim sözünün üzərində dayanmış və həqiqətən də o, dərsə getməməyinə baxmayaraq anatomiya fənni üzrə 40 balla, baytarlığın inkişafı fənni üzrə 29 balla imtahanlara buraxılmışdır. 2023-cü ilin yanvar ayında imtahanlara özü hazırlaşsa da, hər birindən kəsilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinə qəbul olmuş, hazırda İ kurs tələbəsidir. Fakültənin dekanı Təqsirləndirilən şəxs olmuşdur. O, 2022-ci ilin oktyabr ayında üz sinirinin iflici xəstəliyinə tutulduğuna görə yaşadığı Oğuz rayonunda, daha sonra Bakı şəhərində müalicə almış və bun səbəbdən dərslərdə iştirak edə bilməmişdir. 2022-ci ilin oktyabr ayının sonlarında icazə almaq üçün atasıyla birlikdə dekan Təqsirləndirilən şəxs müraciət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs onun atasına 200 manat pul vəsaiti qarşılığında 10 günlük icazə verə biləcəyini bildirmiş və atası tələb olunan 200 manat pul vəsaitini Familə verdikdən sonra o, 2022-ci ilin oktyabr ayının sonlarından noyabr ayının əvvəllərinə qədər dərslərdə iştirak etməyərək, Oğuz rayonu və Bakı şəhərində müalicə almışdır. Bakı şəhərində müalicə almasını təsdiq edən sənədin surətini araşdırmaya təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İsrafilov X21 Bəhruz Asim oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsinin əyanı şöbəsində 1-ci kursda təhsil alır. Oxuduğu Baytarlıq təbabəti fakültəsinin dekanı Təqsirləndirilən şəxs olmuşdur. Baytarlıq təbabəti fakültəsinin 1-ci kursunda onunla birlikdə 10 tələbə oxuyur, subbakalavr olduğu üçün kollec bitirənlərlə bir yerdə təhsil alır. O, 2022-ci ilin noyabr ayının sonlarında nişanlandığı üçün ərizə yazaraq 10 gün ərzində dərsə gedə bilməmiş və dərsləri yaxşı oxumadığı üçün 2023-cü ilin yanvarın 3-də fakültənin dekanı Təqsirləndirilən şəxs xidməti otağına gedərək Anatomiya və Baytarlığın inkişaf tarixi fənləri üzrə imtahandan keçməsinə köməklik etməsini xahiş edib qarşılığında pul verməyə hazır olduğunu bildirmişdir. Həmin vaxt Famil ona köməklik edəcəyinə söz verib imtahandan öncə yanına gəlməsini demişdir. Buna görə də, 2023-cü ilin yanvarın 3də o, üzərində pul ilə Famil müəllimin xidməti otağına gedərək Anatomiya və Baytarlığın inkişaf tarixi fənləri üzrə imtahandan keçməsini istəmiş və Famil müəllim ona köməklik edəcəyinə söz verib ondan hər bir fənn üzrə 150 manat olmaqla, 2 fənn üzrə ümumilikdə 300 manat pul istəmişdir. O da həmin pulu çıxardıb Famil müəllimə vermişdir. Həmin vaxt otaqda ikisindən başqa kimsə olmamışdır. xx.xx.2023-cü il tarixdə Baytarlığın inkişaf tarixi, xx.xx.2023-cü il tarixdə isə Anatomiya fənnindən olan imtahana görə Famil müəllimə 300 manat pul verib hər iki imtahanda iştirak etsə də, xx.xx.2023-cü il tarixdə olan Baytarlığın inkişaf tarixi fənni üzrə olan 1-ci imtahan kompüter vasitəsilə götürüldüyü üçün imtahanın yekununda kəsildiyini görmüş, lakin o, Ucar rayonunda yaşadığı üçün və Famil müəllim universitetdə olmadığı üçün sonuncu ilə bu barədə danışa bilməmiş və düşünmüş ki, pul verdiyinə görə həmin imtahandan sonradan Famil müəllimin köməkliyi ilə hansısa yolla keçəcək. Bundan sonra xx.xx.2023-cü il tarixdə olan Anatomiya fənni üzrə verdiyi yazılı imtahanda iştirak etdikdən 2-3 gün sonra yanvar ayının son günlərində yaşadığı Ucar rayonunda olarkən tələbə yoldaşları vasitəsilə imtahandan kəsildiyini öyrənmişdir. Həmin vaxt dərs olmadığı üçün və zənglərə cavab vermədiyi üçün Famil müəllimlə əlaqə saxlaya bilməmiş və düşünmüş ki, universitet açıldıqdan sonra danışıb verdiyi pulu geri alacaq. Çünki Famil müəllim ondan pulu imtahandan keçməsinə köməklik etməsi üçün almışdır. Buna baxmayaraq xx.xx.2023-cü il tarixdə bilmiş ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində artıq Famil müəllimin qeyd etdiyi əməlləri barədə araşdırma aparılır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 2010-cu ilin sentyabr ayından Anatomiya, Patanatomiya və Patolojifiziologiya kafedrasının assistenti, müəllimi və hazırda baş müəllimi işləyir. İşlədiyi dövrdə fakültənin 1-ci və 2-ci kurs tələbələrinə Anatomiya fənnindən laboratoriya və mühazirə keçir. Tədris etdiyi fənlər üzrə tələbələrin aylıq balları onun tərəfindən tərtib olunaraq dekanlığa təqdim edilmişdir. 2022-ci ilin sentyabr-oktyabr ayları verilən “tələbənin ay ərzində topladığı yekun bal” cədvəlinə, yəni Şahid3 həmin dövrdə dərslərdə iştirak etməməsinə baxmayaraq “tələbənin iştirak etdiyi saat” qrafasında qeyd olunan 30 balı, “tələbənin aldığı bal” qrafasında qeyd olunan 7,9 balı və “ay ərzində cəmi bal” qrafasında qeyd olunan 33 balı o yazmış və cədvəli özü doldurmuşdur. Nəsiminin dərsdə iştirak etməməsinə baxmayaraq dekan Təqsirləndirilən şəxs ona tələbənin icazəli olduğunu və buna görə də qayıblarını yazmamağı, əksinə imtahana keçmək üçün bal yazılmasını tapşırmışdır. Bu barədə ona deyiləni kurs nümayəndəsinə özünün qeyd etməsini bildirmişdir. Şahid3 başqa Şahid5, Şahid8 Eldəniz oğlu, Şahid7 və adlarını xatırlamdığı bir neçə tələbə barəsində də eyni qaydada Famil müəllim ona adlarını qeyd etdiyi tələbələrin dərsdə iştirak etməmələrinə baxmayaraq, sonunculara qayıblarını qeyd etməyib aylıq cədvəllərdə ballarını normal yazaraq imtahana buraxılmaları taşırmışdır. O da həmin bal yazılan yerləri boş qoyub Famil müəllimə göndərmişdir. Orada olan ballar Famil müəllim ya özü yazıb, ya da kiməsə yazdırmışdır. Həmçinin davamiyyət jurnallarında da həmin tələbələrin iştirak etməsi ilə bağlı qeyd edilməsini tapşırmışdır. Buna uyğun olaraq jurnallarda davamiyyətlə bağlı həmin tələbələrin “q” qeydləri pozularaq “i/e” qeydləri ilə düzəlişlər edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinin baytarlıq ixtisasının 1-ci kurs tələbəsi kimi təhsil alır və qrup 1-in kurs nümayəndəsidir. Famil müəllim Şahid5, Şahid8, Şahid7, Şahid10 və adlarını hazırda xatırlamdığı bir neçə tələbə barəsində dərsdə iştirak etməmələrinə baxmayaraq, davamiyyət jurnalında həmin tələbələrin iştirak etməsi kimi qeyd edilməsini tapşırmışdır. Buna uyğun olaraq jurnallarda davamiyyətlə bağlı həmin tələbələrin “q” qeydləri pozularaq “i/e” qeydləri ilə düzəlişlər edilmişdir. Famil müəllim həmin tələbələrin davamiyyəti ilə bağlı problem yaranmamasının səbəbi həmin tələbələrin şəhid ailələrindən olması ilə izah etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından Terapiya, Mamalıq və Cərrahiyyə kafedrasının müəllimə assistenti işləmişdir. İşlədiyi dövrdə fakültənin 1-ci və 2-ci kurs tələbələrinə Baytarlığın inkişaf tarixi, Körpə heyvanların xəstəlikləri və X8 fənlərindən laboratoriya, seminar və mühazirə keçmişdir. Tədris etdiyi fənlər üzrə tələbələrin aylıq balları onun tərəfindən tərtib olunaraq dekanlığa təqdim edilmişdir. Ona təqdim olunan cədvəllə tanış olmuş və bildirmiş ki, həmin cədvəldəki rəqəm, əlyazma və imza nümunələri Fərəh Mustafayevə məxsusdur. Cədvəldə adı göstərilən tələbələrin dərsdə iştirak etməməsinə baxmayaraq dekan Təqsirləndirilən şəxs onlara hər iki tələbənin icazəli olduğunu və buna görə də qayıblarını yazmamağı xahiş etmişdir. Aylıq cədvəli tərtib etdikdən sonra dekan Təqsirləndirilən şəxs yanına apararkən həmin vaxt sonuncu onlara Şahid8 və Şahid7 qayıb limitinə salmamağı əvvəlcədən tapşırdığı üçün cədvəldə düzəliş etməsini tələb etmişdir. O da məcbur olub dekanın dediyi ilə razılaşıb düzəliş etmişdir. İfadəsinin davamı olaraq Şahid15 bildirmişdir ki, Şahid8 və Şahid7 başqa da Təqsirləndirilən şəxs adlarını xatırlamadığı tələbələrin dərsdə iştirak etməmələrinə baxmayaraq, qayıblarını qeyd etməyib aylıq cədvəllərdə ballarını normal yazaraq imtahana buraxılmalarını tapşırmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid14 Şahid15 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinin baytarlıq ixtisasının əyanı şöbəsində 3-cü kurs tələbəsi kimi təhsil alır. Həmin fakültənin dekanı vəzifəsində Təqsirləndirilən şəxs çalışmışdır. Oxuduğu zamanda imtahanlarını özü hazırlaşıb vermiş və bu məsələlərdə kimdənsə nəsə xahiş etməmişdir. Sadəcə 2023-cü ilin yanvarın 23-də Kliniki diaqnostika fənnindən imtahanı olsa da, imtahana yaxşı hazırlaşmadığı və Təqsirləndirilən şəxs çox tələbəni imtahandan kəsdiyini görüb kəsiləcəyindən qorxmuşdur. Buna görə qrup və otaq yoldaşı Şahid17la danışaraq birlikdə imtahandan keçmək üçün nə edəcəklərini düşünmüşlər. İmtahan qiymətinin 200 manat olduğunu bilsələr də, Təqsirləndirilən şəxs həmin pulu hansı formada və kimin vasitəsilə verəcəklərini bilməmişlər. Buna görə də o, fakültədə 5-ci kurs tələbəsi olan Şahid18lə telefonla danışıb bunu necə edə biləcəklərilə bağlı məsləhətləşmişlər. Həmin vaxt Şahid18 ona imtahan qiymətinin 200 manat olduğunu deyib Kapital banka məxsus kart hesab nömrəsi atmış və pulu həmin hesaba göndərməsini istəyib Təqsirləndirilən şəxsla danışaraq həll edəcəyini bildirmişdir. Bundan sonra Şahid18 ona hesab nömrəsini göndərmişdir. O, tarixi dəqiq xatırlamasa da, xx.xx.2023-cü il tarixdə olan imtahandan 1-2 gün öncə Şahid17la birlikdə Gəncə şəhəri, Təbriz Marketdə yerləşən Milliön terminalı vasitəsilə hər biri 200 manat olmaqla ümumilikdə 400 manat pulu Şahid18 göndərdiyi hesaba köçürmüşlər. İmtahana girməmişdən öncə Şahid18 ona zəng edərək 400 manat pulu Təqsirləndirilən şəxs verdiyini demiş və o, hazırlaşmadığı üçün Təqsirləndirilən şəxs Şahid18 onun 5 sualı öyrənməyini və imtahan biletində düşən sualların nə olmasından asılı olmayaraq oxuduğu həmin 5 sualı yazmasını tapşırmışdır. Buna görə də, imtahan zamanı ona düşən biletdə suallar fərqli olsa da, o, öncədən öyrəndiyi 5 sual ətrafında cavab yazmış və sabahısı günü imtahandan keçmişdir. İfadəsinin davamı olaraq Şahid16 bildirmişdir ki, əməliyyat zamanı Təqsirləndirilən şəxs üzərindən “Qubatov Emrah 3 kurs 6-ci qrup gəlmədi – İLQAR məllim” sözləri qeyd olunan A4 vərəqin və 1-i 100 manatlıq, 5-i 20 manatlıq əsginaslardan ibarət ümumilikdə 200 manat pulun aşkar edilməsi barədə bildirmiş ki, İlqar müəllim kimi fakültədəki kafedra müdiri İlqar Gəncəyevi tanımış, lakin İlqarın adının Əmrahın adının yanında hansı səbəbdən yazılmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 və ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Rzayev X22 Orxan Hikmət oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsində Əczaçılıq ixtisası üzrə 1-ci kurs tələbəsidir, ilk vaxtlarda 3-cü, hazırda isə 6-cı qrupda təhsil alır. 2022-ci ilin sentyabr ayının 16-da dərsdə iştirak etmiş, lakin valideynlərinin səhhətində müəyyən problemlər olduğu üçün növbəti 10 gün, yəni sentyabr ayının 26-na kimi dərslərdə iştirak etməmişdir. Sentyabr ayının 26-da dərsə getmiş və 10 gün ərzində yazılmış qayıblarının həll edilməsi üçün fakültənin dekanı Təqsirləndirilən şəxsla söhbət etdikdə, sonuncu bunun 50 manat müqabilində mümkün olduğunu deyib ondan rüşvət almışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. Pulu aldıqdan sonra o, Təqsirləndirilən şəxs ümumiyyətlə dərsə gəlməməyi və bunun müqabilində aylıq olaraq müəyyən məbləğdə pul verməyi təklif etsə də, sonuncu Universitetə yeni rektor təyin edildiyini bildirib bu halın qeyri-mümkün olduğunu demişdir. İfadəsinin davamı olaraq Şahid19 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üzərində “Abdullayev Xalıq əczaçılıq İ kurs 3 qrup” yazıları yazılmış kağız parçası ona təqdim edilmiş, həmin məlumatlar ona aid olmuş və qeyd etdiyi kimi yazılmış qayıblarının həll edilməsi üçün xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs xidməti otağında şəxsən 50 manat pulu rüşvət olaraq vermişdir. Rüşvət verdikdən sonra qayıblarla bağlı imtahanlarda hər hansı çətinliklərlə üzləşməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin əczaçılıq fakültəsinin əyanı şöbəsinə daxil olmuşdur. O, keçən ilin sentyabr ayında kurs nümayəndəsi olmaq üçün əvvəllər Azərbaycan Dövlət Aqrar Universitetində çalışmış uzaq qohumu Südabə adlı şəxsdən köməklik etməsini xahiş etmiş, sonuncu da Universitetin “baytarlıq” fakültəsinin dekanı vəzifəsində çalışan Təqsirləndirilən şəxsla danışa biləcəyini bildirmişdir. O, Südabə ilə birlikdə Təqsirləndirilən şəxs yanına getmiş, Famil müəllim 500 manat pul verəcəyi təqdirdə onu kurs nümayəndəsi təyin edə biləcəyini bildirmişdir. O, maddi imkanının olmadığını, həmin məbləği verə bilməyəcəyini dedikdə Famil müəllim məbləği 300 manata endirmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının 10-12-də 300 manat məbləğində pulu xidməti otağında kurskom təyin olunması müqabilində Təqsirləndirilən şəxs şəxsən vermiş və sonuncu xəbər edəcəyini demişdir. Təxminən sentyabr ayının 17-də Famil müəllim tədris siniflərinə gələrək tələbələrə onu kurs nümayəndəsi təyin edildiyini açıqlamışdır. Kurskom olmasına baxmayaraq ona nə davamiyyətlə bağlı, nə də imtahanlar zamanı heç bir güzəşt olmamışdır. Əksinə 2022-ci ilin noyabr ayının əvvəllərində o, imtahanlarla bağlı Famil müəllimə müraciət etdikdə Famil müəllim imtahanlardan müvəffəqiyyətlə keçməsi müqabilində ondan əlavə olaraq 500 manat pul tələb etmişdir. O, kurs nümayəndəsi təyin olunmaq üçün 300 manat verdiyini dedikdə Famil müəllim həmin pulun imtahanlara heç bir aidiyyətinin olmadığını, imtahanlardan keçmək istəyirsə 500 manat da verməli olduğunu bildirmişdir. Lakin o, həmin məbləğlə razılaşmayaraq Famil müəllimə heç nə verməmiş və sonuncudan qorxduğu üçün şikayət də etməmişdir. İfadəsinin davamı olaraq Şahid20 bildirmişdir ki, o, katibəsi Gülnara kurs nümayəndəsi təyin olunması üçün Təqsirləndirilən şəxs 300 manat pul verdiyini və sonuncunun ondan imtahanlara görə əlavə 500 manat da istədiyini demişdir. Gülnar isə heç nə edə bilməyəcəyini və Famil müəllimin işlərinə qarışmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsində ikinci kurs tələbəsidir. Fakültənin dekanı Təqsirləndirilən şəxs olmuşdur. Şəxsi işləri çox olduğu üçün imtahanlara hazırlaşa bilməmiş, buna görə yanvar ayının əvvəlində atası İrşad Zeynalov dekan Təqsirləndirilən şəxs yanına gedərək onun Mikrobiologiya imtahanından keçməsinə köməklik etməsi üçün xahiş etmiş, Təqsirləndirilən şəxs 300 manat pul tələb etdiyindən atası razılaşaraq elə həmin gün sonuncuya pulu vermişdir. O, 21 yanvar 2023-cü il tarixdə Mikrobiologiya fənni üzrə imtahana girmiş, Famil müəllimlə danışıldığına görə imtahana hazırlaşmamış və nəticəsində 6 bal toplayaraq kəsilmişdir. İfadəsinin davamı olaraq Şahid21 bildirmişdir ki, imtahan günü cəmi iki qrup üzrə təxminən 30 nəfər imtahan vermiş və onların əlyazma xətlərini müəllimlər yaxşı tanımışlar. Təqsirləndirilən şəxs da onun yazısını xəttindən tanımışdır. Bildiyinə görə digər tələbələr də Təqsirləndirilən şəxs pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsində Əczaçılıq ixtisası üzrə 2-ci kurs tələbəsidir, 14-cü qrupda təhsil alır. Fakültənin dekanı Təqsirləndirilən şəxs olmuşdur. 1-ci kursun ikinci semestrində botanika fənnindən yazılı imtahanda kəsri olmuş və bu onu çox narahat etmişdir. X46 dekan Təqsirləndirilən şəxs qəbuluna gedərək köməklik göstərməsini xahiş etsə də, sonuncu həmin imtahan artıq keçirildiyi üçün həlli yolu olmadığını, lakin gələcəkdə digər yazılı imtahanlarda sonuncuya köməklik edə biləcəyini demişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində yeni tədris ilinin semestr imtahanları ərəfəsində yazılı imtahanlarda problem olmaması üçün atası yenidən Təqsirləndirilən şəxs qəbuluna getmiş və sonuncu yazılı imtahanlarda köməklik göstərilməsi müqabilində atasından 300 manat pulu rüşvət olaraq tələb etmiş, atası da həmin məbləği xidməti otağında şəxsən Famil müəllimə təqdim etmişdir. İfadəsinin davamı olaraq Şahid22 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirərkən pencəyinin cibindən üzərində müxtəlif tələbələrin adları yazılmış A4 kağızda onunla bağlı yazılanlar özünə aiddir, imtahanlarına köməklik edilməsi müqabilində atası Səhman Təqsirləndirilən şəxs 300 manat pul verdiyi üçün sonuncu ola bilsin ki, onun adını özünə məxsus A4 kağıza qeyd etmişdir. Yazılı imtahanları analitik kimya, üzvi kimya və fiziopatologiya fənlərindən olmuş, həmin imtahanlarda hər hansı çətinliklərlə üzləşməmiş və müvəffəqiyyətlə başa vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinin əczaçılıq ixtisasının əyanı şöbəsində İİİ kurs tələbəsi kimi təhsilini alır. O, 2022-ci ilin sentyabr ayında damar genişlənməsinə görə əməliyyat olunduğu üçün sentyabr ayında dərslərdə iştirak edə bilməmiş və əməliyyat olmasına dair müvafiq xəstəxanadan universitetə arayışı təqdim etmişdir. 2022-ci ilin noyabr ayında Şuşa rayonunda keçirilən aksiyalarda iştirak etdiyi üçün noyabr ayında da bir neçə gün dərslərdə iştirak edə bilməmişdir. 2023-cü ilin yanvar ayında universitetə gəldikdə ona məlum olmuş ki, əməliyyat olmasına dair müvafiq xəstəxanadan arayışı təqdim etməsinə baxmayaraq 1 fənn üzrə davamiyyətinin aşağı olması səbəbindən imtahanda iştirak etmək hüququndan məhrum olmuşdur. Daha sonra sözügedən məsələ ilə bağlı Təqsirləndirilən şəxs müraciət edərək, hansı səbəbdən universitetə təqdim etdiyi arayışın ləğv edilməsi ilə bağlı maraqlandıqda sonuncu öz növbəsində, bu məsələ ilə bağlı ona heç bir köməklik göstərə bilməyəcəyini bildirmişdir. Bundan sonra o, Famil müəllimin əlaqə nömrəsini alaraq babası Şahid24 vermişdir. Sözügedən fənn üzrə imtahana buraxılması üçün Famil müəllim babası Şahid24 300 manat məbləğində pul vəsaiti tələb etdiyi üçün sonuncu Gəncə şəhərinə gələrək Famil müəllimlə görüşmüş və görüş zamanı sonuncuya 300 manat pul vermişdir. Daha sonra onun məsələsi həll olunmuş və imtahana buraxılaraq 23 yanvar 2023-cü ildə həmin imtahanda iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid24 Şahid23 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinin əczaçılıq ixtisasının əyanı şöbəsində təhsil alır. O, 2020-ci ildən Bakı şəhərində yerləşən "xxxx" QSC-də aptek rəhbəri vəzifəsində çalmışdır. 2022-ci ilin sentyabr ayında Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinin əczaçılıq ixtisasının əyanı şöbəsinə daxil olduqdan sonra onun iş yerinin dəyişdirilməsi ilə bağlı sözügedən şirkətə müraciət etmiş və universitetin Gəncə şəhərində yerləşməsi səbəbindən onu Gəncə şəhərində yeni iş ilə təmin etmişlər. Gəncə şəhərində olduğu zaman Bakı şəhərində yaşayan anasının əlini sındırdığını və köməyə ehtiyacı olduğunu öyrənmişdir. Gəncə şəhərində bir müddət qaldıqdan sonra “baytarlıq” fakültəsinin dekanı Təqsirləndirilən şəxs müraciət etdiyi təqdirdə müəyyən pul vəsaitinin müqabilində onun Bakı şəhərinə köçərək dərslərdə iştirak etməməsi üçün sonuncunun şərait yaradacağını öyrənmişdir. Bundan sonra o, bu barədə anasına məlumat vermiş və onlar qərara gəlmiş ki, anası özü gəlib Təqsirləndirilən şəxsla bu barədə danışıqlar aparsın. 2023-cü ilin yanvar ayının ortalarında anası X44 şəhərinə gələrək Təqsirləndirilən şəxs xidməti otağında sonuncu ilə görüşmüş və Famil müəllim təhsil ilinin sonuna kimi dərslərdə iştirak etməməsi üçün şərait yaradacağını vəd edərək anasından 1000 manat məbləğində pul tələb etmiş, həmin vaxt anası Famillə danışdığı üçün o, söhbətdə iştirak etməmişdir. Bu barədə anası Famil müəllimlə danışdıqdan sonra ona bildirmişdir. Daha sonra anasını yola salmış və 26 yanvar 2023-cü il tarixdə imtahandan sonra o, Təqsirləndirilən şəxs yanına gedərək xidməti otağında sonuncuya 1000 manat məbləğində pul vermiş, həmin pulu verdiyi zaman Famil müəllim məbləğin az olduğunu bildirərək əlavə olaraq ondan 500 manat tələb etmişdir. 29 yanvar 2023-cü il tarixdə o, yenidən imtahandan sonra Təqsirləndirilən şəxs yanına gedərək xidməti otağında sonuncuya əlavə olaraq da 500 manat məbləğində pul vermişdir. İfadəsinin davamı olaraq Şahid25 bildirmişdir ki, Təqsirləndirilən şəxs verilən pullar onun 2-ci semestrdə dərslərdə iştirak etməməsilə bağlı olmuş, sonuncu dərsdə iştirak etmədiyi halda onun davamiyyətlə bağlı probleminin olmayacağını və imtahanlara buraxılacağına dair söz vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Quliyeva X17 Sima Şükür qızı ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, 2007-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrotexnologiya fakültəsinin kimya kafedrasında kimya fənni üzrə müəllim işləməklə yanaşı kafedra müdirinin müavinidir. Baytarlıq təbabəti fakültəsinin dekanı isə Təqsirləndirilən şəxs olmuşdur. X31 Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinin əczaçılıq ixtisası üzrə 1-ci kurs tələbəsi olmuş və o sonuncuya 1-ci semestrdə kimya fənindən dərs demişdir. Sima ona hər hansı tədris problemi ilə bağlı müraciət etməmişdir. Fakültənin dekanı Təqsirləndirilən şəxs Şahid25ya tədris etdiyi fənn üzrə sonuncunun imtahana buraxılması və davamiyyəti ilə bağlı yaxınlaşaraq Simanın qohumu olduğunu və imtahana görə ballarını nəzərə almasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinin baytarlıq ixtisasının əyanı şöbəsində 1-ci kurs tələbəsi kimi təhsil alır. 2023 -cü ilin yanvar ayına olan imtahanları üçün 300 manat dekan vəzifəsində çalışan Təqsirləndirilən şəxs versə də, imtahandan keçməmişdir. 2023-cü ilin yanvar ayına olan imtahanlar zamanı 7 fəndən imtahanı olsa da, subbakalavr olduğundan 5 fəndən azad olmuş, digər 2 fəndən xx.xx.2023-cü il tarixdəki Baytarlığın inkişaf tarixi, xx.xx.2023-cü il tarixdəki Anatomiya fənləri üzrə keçirilən imtahanlara görə isə 2023-cü ilin yanvar ayının əvvəllərində imtahandan əvvəl dekan Təqsirləndirilən şəxs xidməti otağında hər imtahana 150 manat olmaqla, ümumilikdə 300 manat pul vermişdir. Əməliyyat zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş müxtəlif tələbələrin, həmçinin “Şahid28 İ kurs bayt verib Ucar Cavanşir” sözləri qeyd olunan A4 vərəqdə adının qeyd olunması ilə bağlı bildirmişdir ki, 2 imtahana görə pul verdiyi üçün Famil müəllim onun adını həmin vərəqə yazmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, 2022-ci ilin yayında X36 Texnologiya Kollecini bitirərək Gəncə şəhər Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunmuş və hazırda Baytarlıq fakültəsinin 1-ci kurs tələbəsidir. Fakültənin dekanı Təqsirləndirilən şəxs ilə onun doğulduğu Goranboy rayonu, Şahməmmədli kəndində yaşayan qohumları vasitəsi ilə tanışlıq olmuşdur. 2023-cü ilin yanvar ayında Baytarlıq inkişaf tarixi və anatomiya fənlərindən imtahanları olmuş və özü yeni nişanlandığından imtahanlara yaxşı hazırlaşa bilməmişdir. xx.xx.2023 tarixdə Baytarlıq inkişaf tarixindən test üsulu ilə imtahanı olmuşdur. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs xidməti otağına gedərək sonuncudan onu hər iki imtahandan keçməsində köməklik göstərməsini xahiş etmiş, sonuncu isə iki imtahandan onu keçirməsi üçün 200 manat pul tələb etmişdir. O da razılaşaraq iki gün sonra, yəni xx.xx.2023 tarixdə Famil müəllimin xidməti otağına gedərək 200 manat pulu sonuncuya vermişdir. Famil müəllim ona narahat olmamağını, hər iki imtahandan keçirəcəyini bildirmişdir. xx.xx.2023cü il tarixdə Baytarlıq inkişaf tarixindən test üsulu ilə imtahan vermiş və imtahandan 28 bal toplayaraq keçmişdir. xx.xx.2023-cü il tarixdə isə Anatomiya fənni üzrə yazılı surətdə imtahan vermiş və həmin imtahanı yazılı surətdə yazaraq 34 bal toplayaraq imtahandan keçmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsinin əyanı şöbəsinə daxil olmuşdur. 2022-ci ilin İ semestrində dərs zamanı kifayət qədər bal toplaya bilmədiyindən baytarlığın inkişaf tarixi və anatomiya fənnindən kəsiri yaranmışdır. Həmçinin, Naxçıvan şəhərinə getdiyindən və orada xəstələndiyindən imtahanlarda iştirak edə bilməmişdir. Həmin kəsirlərin düzəldilməsi və imtahandan müvəffəqiyyətlə keçməsi üçün təxminən 2022-ci ilin noyabr ayının ortalarında universitetin “baytarlıq” fakültəsinin dekanı vəzifəsində çalışan Təqsirləndirilən şəxs yanına getmişdir. Famil müəllim imtahanlardan keçməsi müqabilində ondan 100 manat məbləğində pul tələb etmişdir. O da təxminən 1 həftə sonra 100 manat məbləğində pulu iş otağında Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Famil müəllim yanvar ayının 7-də və 27-də növbəti imtahanlar olacağını və orada iştirak edəcəyini bildirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, oğlu Şahid8 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsinin əyanı şöbəsinə daxil olmuşdur. 2022-ci ilin oktyabr ayının sonlarında oğlunun Gəncə şəhərində xəstələndiyi üçün dərslərdə iştirak edə bilməyəcəyini başa düşmüşdür. 2022-ci ilin oktyabrın 27-də oğlunun dərslərdə iştirak edə bilməməsi ilə bağlı icazə almaq və davamiyyətlə bağlı problem olmadan imtahanlara buraxılması üçün Universitetin baytarlıq fakültəsinin dekanı vəzifəsində çalışan Təqsirləndirilən şəxs yanına getmişdir. Xidməti otağında Famil müəllim oğlunun xəstə olduğuna görə dərslərdə iştirak etməməsinə icazə verməsi müqabilində ondan ilkin olaraq 1000 manat pul tələb etmişdir. O, məbləğin çox olduğunu, maddi imkanının olmadığını bildirdikdə, Famil müəllim məbləği 800 manata endirmişdir. O, razılaşaraq Famil müəllimə 2 həftəyə gələcəyi barədə söz vermişdir. Həmin vaxt Famil müəllim Kənanı götürüb evə apara biləcəyini dediyi üçün o, oğlunu götürərək Bakı şəhərinə gəlmişdir. 2022-ci ilin noyabrın 15-də verdiyi sözə əməl edərək Gəncə şəhərinə Azərbaycan Dövlət Aqrar Universitetinə Famil müəllimin xidməti otağına getmiş və Kənanın 2023-cü ilin yanvar ayında olacaq imtahanlarınadək dərsə gəlməməyinə şərait yaratdığı və davamiyyətlə bağlı problem olmadan imtahanlara buraxılması üçün Famil müəllimə 800 manat pul vermişdir. Sonuncu da həmin pulu götürərək ona narahat olmamasını, Kənanın imtahanlaradək evdə ola biləcəyini və imtahanlarda iştirak edəcəyinə dair söz vermişdir. 2023-cü ilin yanvar ayında Kənan iki imtahanına görə Gəncə şəhərinə təhsil aldığı universitetə getmiş və imtahanlardan birindən keçərək digərindən kəsilmişdir. Kəsildiyi imtahanı da sonradan verərək uğurla keçmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid9 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş elektron ərizədən görünür ki, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinin baytarlıq ixtisasının tələbəsi Şahid1 tərəfindən həmin fakültənin dekanı Təqsirləndirilən şəxs auditoriyaya gələrək uşaqlardan açıq aşkar rüşvət istəməsi və tələbələrin kitabın arasına pul qoyaraq sonuncuya rüşvət verməsi barədə DTX-ya müraciəti daxil olmuş və həmin müraciət araşdırıması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid1 Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinin dekanı Təqsirləndirilən şəxs imtahan qabağı tələbələrdən 100-150 manat rüşvət alaraq sonuncuları imtahanlardan keçirməsini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid2 Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinin dekanı Təqsirləndirilən şəxs “X8” fənni və “Kliniki diaqnostika” fənni üzrə imtahandan yüksək bal alması üçün ondan ümumilikdə hər iki fənn üçün 200 manat pul tələb etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən başlayaraq 3 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərinin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirmə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsinə olan ***-***-**-**, həmçinin istifadəsində olan digər mobil telefon nömrələri ilə bağlı qərar qəbul edildiyi gündən etibarən 03 (üç) ay müddətində texniki vasitələrdən istifadə etməklə qulaq asılmasına icazə verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50-də Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əsas qətimkan tədbiri qismində 04 (dörd) ay müddətə, yəni 31 may 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, əsas qətimkan tədbirinə əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, “pul vəsaitinin və xüsusi texniki vasitənin təqdim edilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin dekanı Təqsirləndirilən şəxs imtahan zamanı yüksək qiymət yazılması müqabilində Şahid1 300 manat pul tələb etməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş müraciətlə bağlı, həmin gün şikayətçi - X3 ondan qeyri-qanuni pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 1 ədəd 100 (yüz) manatlıq, 4 ədəd 50 (əlli) manatlıq əsginası, cəmi 300 ( üç yüz ) manat pul məbləğini təqdim olunmuşdur. Tələb olunan pulun Təqsirləndirilən şəxs verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqsədilə Mühiddin İbrahimovun üzərinə xüsusi texniki avadanlıq “düymə” quraşdırılmış və bu avadanlıqdan istifadə qaydaları izah olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, “pul vəsaitinin və xüsusi texniki vasitənin təqdim edilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin dekanı Təqsirləndirilən şəxs imtahan zamanı yüksək qiymət yazılması müqabilində Şahid2 200 manat pul tələb etməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş müraciətlə bağlı, şikayətçi - Şahid2 ondan qeyri-qanuni pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 2 ədəd 100 (yüz) manatlıq əsginası, cəmi 200 (iki yüz) manat pul məbləğini təqdim olunmuşdur. Tələb olunan pulun Təqsirləndirilən şəxs verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqsədilə Şahid2 üzərinə xüsusi texniki avadanlıq quraşdırılmış və bu avadanlıqdan istifadə qaydaları izah olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin 3-cü kurs tələbələri Şahid1 və Şahid2 2023cü ilin yanvar ayına olan Kliniki diaqnostika və X8 fənlərindən olan imtahanlardan müvəffəqiyyətlə keçmək üçün fakültənin dekan Təqsirləndirilən şəxs xidməti otağında sonuncuya verdikləri rüşvətin video görüntüsünü əks etdirən bir ədəd diskdə olan “Muhitdin_20230109_103829” adlı video görüntüyə baxış zamanı müşahidə edilir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs xidməti otağına daxil olan Şahid1 tərəfindən üzərinə audio və video yazısının aparılması məqsədilə quraşdırılmış xüsusi texniki avadanlıq vasitəsilə imtahan zamanı yüksək qiymət yazılması müqabilində Təqsirləndirilən şəxs ondan tələb etdiyi 300 manat pulu, yəni Azərbaycan Respublikasının Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 1 ədəd 100 (yüz) manatlıq (seriya nömrəsi: A********), 4 ədəd 50 (əlli) manatlıq (seriya nömrəsi: A69300258, A04257296, A45028600 və B********) əsginasları, cəmi 300 ( üç yüz ) manat pul vəsaitini 2023-cü ilin yanvar ayına olan Kliniki diaqnostika və X8 fənlərindən olan imtahanlardan müvəffəqiyyətlə keçmək üçün Təqsirləndirilən şəxs təqdim edir. Eyni zamanda “Əli_20230112_105117” adlı videogörüntüyə baxış zamanı müşahidə edilir ki, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs xidməti otağına daxil olan Şahid2 tərəfindən üzərinə audio və video yazısının aparılması məqsədilə quraşdırılmış xüsusi texniki avadanlıq vasitəsilə imtahan zamanı yüksək qiymət yazılması müqabilində Təqsirləndirilən şəxs ondan tələb etdiyi 200 manat pulu, yəni Azərbaycan Respublikasının Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 2 ədəd 100 (yüz) manatlıq (seriya nömrəsi: C75047302, C********) əsginasları, cəmi 200 ( iki yüz ) manat pul vəsaitini 2023-cü ilin yanvar ayına olan Kliniki diaqnostika və X8 fənlərindən olan imtahanlardan müvəffəqiyyətlə keçmək üçün Təqsirləndirilən şəxs təqdim edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs pencəyinin sağ iç cibindən üzərində “X32 əcz. İ kurs qr.7 **********; X52 q əcz. İ kurs; Cəfərov Nəsimi bayt. İ ay üçün 200 m Nəcməddin *** *** ** **; Əliyeva Suqra bayt. İİİ kurs (700m ayın 15 noy. gələcək; İsrafılli Bəhruz bay. İ kurs *** *** ** **; Şahid8 baytar İ kurs Göyçay 070 *** ** ** verdi; Həsənli Allahverdi bayt İ k verib; Səfərova Nuray bayt İİ k verib, Nəcəfova Kəmalə bayt İ k verib; Şahid7 bayt İ k verib; İmanov Hatəm nizam oğlu Bayt İ kurs verib Ucar *** *** ** **; Şahid28 İ kurs baytverib Ucar (Cavanşir); X10. İ kurs verib *** *** ** **; X13 İİ kurs bayt. Sub; X34 İ kurs İ qrup sub. verdi; Xəlilova Sima əcz. 1 kurs 4 qrup (anat.-Botan.-X55 Vaqif); Məmmədov Hüseyn bayt İ kurs anat. Lat. Qrup 6; Şahid11 bayt İ k qrup 7 anatom; Şahid21 Yevlax bayt İİ kurs qrup 8; Şahid23 əczaçılıq İİİ kurs qrup 7; Şahid22 əczaçılıq İİ kurs qrup 14; Məmmədov Orxan diaq; Qubadov Əcihə” yazıları yazılmış bir ədəd A4 vərəq aşkar edilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişdə iştirak etməkdən qəti şəkildə imtina edərək tabesizlik göstərib pencəyinin sağ iç cibindən aşkar edilmiş və üzərində müxtəlif şəxslərin adları yazılmış A4 kağızını cırıb onu məhv etməyə cəhd göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 Əfrasim oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin baytarlıq təbabəti və əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin 2022/2023-cü tədris ili üçün bakalavriat təhsil səviyyəsində tələbələrin dərsə davamiyyət və mənimsəmə, həmçinin mühazirə jurnallarına, X2 Sistemindən çıxarışlara və Tələbənin ay ərzində topladığı yekun bal cədvəlinə keçirilən baxış zamanı 1-ci kurs, 7-ci qrupun 2022/2023-cü tədris ili üçün bakalavriat təhsil səviyyəsində tələbələrin dərsə davamiyyət və mənimsəmə jurnalında 12-ci sırada olan tələbə Şahid3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Anatomiya fənni üzrə laboratoriya məşğələsində 60 saatlıq dərsin və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin fənn üzrə mühazirənin 30 saatlıq dərsin heç birində iştirak etmədiyi və qayıbların qeyd olunduğu müşahidə edildi. Bununla yanaşı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Baytarlığın inkişaf tarixi fənni üzrə seminar məşğələsində 15 saatlıq dərsin və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin fənn üzrə mühazirənin 15 saatlıq dərsin heç birində iştirak etmədiyi və qayıbların qeyd olunduğu müşahidə edildi. Eynilə xx.xx.2013-cü il tarixli, 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” qaydalarının 3.2.23-cü bəndinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etmədiyindən həmin fəndən imtahana buraxılmamalı olmasına baxmayaraq Şahid3 X2 Sistemindən çıxarışlarına baxış zamanı onun dərslərdə semestr ərzində Anatomiya fənni üzrə 40 bal toplayaraq imtahan zamanı 0 bal alaraq imtahandan kəsildiyi və Baytarlığın inkişaf tarixi fənni üzrə 29 bal toplayaraq 16 bal alaraq imtahandan kəsildiyi, digər fənlərdən isə azad olduğu müşahidə edildi. Həmçinin 1-ci kurs, 2-ci qrupun 2022/2023-cü tədris ili üçün bakalavriat təhsil səviyyəsində tələbələrin dərsə davamiyyət və mənimsəmə jurnalında 10-cu sırada olan tələbə Şahid8 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Anatomiya fənni üzrə laboratoriya məşğələsində 60 saatlıq dərsin xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan 6 saatı istisna olmaqla iştirak etdiyi müşahidə edilir. Bununla yanaşı mühazirə jurnalında isə 24-cü sırada yer alan Şahid8 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Anatomiya fənni üzrə mühazirənin 30 saatlıq dərsin xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan 6 saatı istisna olmaqla iştirak etdiyi müşahidə edilir. Bununla yanaşı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Baytarlığın inkişaf tarixi fənni üzrə seminar məşğələsində 15 saatlıq dərsin xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan 6 saatı istisna olmaqla və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin fənn üzrə mühazirənin 15 saatlıq dərsin xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan 6 saatı istisna olmaqla iştirak etdiyi müşahidə edilir. Eynilə xx.xx.2013-cü il tarixli, 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” qaydalarının 3.2.23-cü bəndinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etmədiyindən həmin fəndən imtahana buraxılmamalı olmasına baxmayaraq Şahid8 X2 Sistemindən çıxarışlarına baxış zamanı onun dərslərdə semestr ərzində Baytarlığın inkişaf tarixi fənni üzrə 27 bal toplayaraq 19 bal alaraq imtahandan kəsildiyi, digər fənlərdən isə azad olduğu müşahidə edildi. Həmçinin Anatomiya fənni üzrə 30 bal toplayaraq imtahan zamanı 39 bal alaraq imtahandan keçdiyi müşahidə edildi. Həmçinin 1-ci kurs, 2-ci qrupun 2022/2023-cü tədris ili üçün bakalavriat təhsil səviyyəsində tələbələrin dərsə davamiyyət və mənimsəmə jurnalında 11-ci sırada olan tələbə Şahid7 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Anatomiya fənni üzrə laboratoriya məşğələsində 60 saatlıq dərsin xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan 8 saatı istisna olmaqla iştirak etdiyi müşahidə edilsə də, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 24 saat dərsdə “i/e” kimi qeydlərin, yəni iştirak etməsi sonradan düzəlişlə yazıldığı müşahidə edilir. Bununla yanaşı mühazirə jurnalında isə 25-ci sırada yer alan Şahid7 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Anatomiya fənni üzrə mühazirənin 30 saatlıq dərsin xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan 4 saatı istisna olmaqla iştirak etdiyi müşahidə edilsə də, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “i/e” kimi qeydlərin, yəni iştirak etməsi sonradan düzəlişlə yazıldığı müşahidə edilir. Bununla yanaşı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Baytarlığın inkişaf tarixi fənni üzrə seminar məşğələsində 15 saatlıq dərsin xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan 8 saatı istisna olmaqla iştirak etdiyi müşahidə edilir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin fənn üzrə mühazirənin 15 saatlıq dərsin xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan 4 saatı istisna olmaqla iştirak etdiyi müşahidə edilsə də, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 8 saat dərsdə “i/e” kimi qeydlərin, yəni iştirak etməsi sonradan düzəlişlə yazıldığı müşahidə edilir. Eynilə xx.xx.2013-cü il tarixli, 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” qaydalarının 3.2.23-cü bəndinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etmədiyindən həmin fəndən imtahana buraxılmamalı olmasına baxmayaraq Şahid7 X2 Sistemindən çıxarışlarına baxış zamanı onun dərslərdə semestr ərzində Baytarlığın inkişaf tarixi fənni üzrə 27 bal toplayaraq 16 bal alaraq imtahandan kəsildiyi, digər fənlərdən isə azad olduğu müşahidə edildi. Həmçinin Anatomiya fənni üzrə 32 bal toplayaraq imtahan zamanı 23 bal alaraq imtahandan keçdiyi müşahidə edildi. Həmçinin 1-ci kurs, 2-ci qrupun 2022/2023-cü tədris ili üçün bakalavriat təhsil səviyyəsində tələbələrin dərsə davamiyyət və mənimsəmə jurnalında 12-ci sırada olan tələbə Şahid5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Anatomiya fənni üzrə laboratoriya məşğələsində 60 saatlıq dərsin hər birində iştirak etdiyi müşahidə edilsə də, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “i/e” kimi qeydlərin, yəni iştirak etməsi sonradan düzəlişlə yazıldığı müşahidə edilir. Bununla yanaşı mühazirə jurnalında isə 26-cı sırada yer alan Şahid5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Anatomiya fənni üzrə mühazirənin 30 saatlıq dərsin xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan 6 saatı istisna olmaqla iştirak etdiyi müşahidə edilir. Bununla yanaşı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Baytarlığın inkişaf tarixi fənni üzrə seminar məşğələsində 15 saatlıq dərsin hər birində iştirak etdiyi müşahidə edilsə də, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan qayıbları nəzərdə tutan “q” qeydlərinin sol yanına “i/” qeyd etməklə dərslərdə iştirak etməsi kimi göstərilmiş və xx.xx.2022-ci il tarixdə olan dərs zamanı öncədən olan qeyd pozularaq “7” rəqəmi bal kimi qeyd olunduğu müşahidə edilir. Eynilə Şahid5 X2 Sistemindən çıxarışlarına baxış zamanı onun dərslərdə semestr ərzində Anatomiya fənni üzrə 40 bal toplayaraq imtahan zamanı 40 bal və Baytarlığın inkişaf tarixi fənni üzrə 38 bal toplayaraq 28 bal alaraq imtahandan keçdiyi, həmçinin digər fənlərdən isə azad olduğu müşahidə edildi. Həmçinin Baytarlıq təbabəti fakültəsinin əczaçılıq ixtisası üzrə 1-ci kurs, 6-cı qrupun 2022/2023-cü tədris ili üçün bakalavriat təhsil səviyyəsində tələbələrin dərsə davamiyyət və mənimsəmə jurnalında 4-cü sırada olan tələbə Şahid19 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Ümumi kimya fənni üzrə laboratoriya məşğələsində 45 saatlıq və mühazirə jurnalında da isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Ümumi kimya fənni üzrə mühazirənin 30 saatlıq dərsin hər birində iştirak etdiyi müşahidə edilir. Bununla yanaşı Xaliq Abullayevin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İnsan Anatomiyası fənni üzrə laboratoriya məşğələsində 30 saatlıq və mühazirə jurnalında da isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İnsan Anatomiyası və Tibbi Terminologiya fənni üzrə mühazirənin 15 saatlıq dərsin xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə olan 4 saat dərs istisna olmaqla hər birində iştirak etdiyi müşahidə edilir. Bununla yanaşı Xaliq Abullayevin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Əczaçılıq Botanikası fənni üzrə laboratoriya məşğələsində 30 saatlıq dərsin xx.xx.2022-ci il tarixdə olan 2 saat dərs istisna olmaqla və mühazirə jurnalında da isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Əczaçılıq Botanikası fənni üzrə mühazirənin 15 saatlıq dərsin hər birində iştirak etdiyi müşahidə edilir. Bununla yanaşı Xaliq Abullayevin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Latın dili fənni üzrə seminar məşğələsində 45 saatlıq dərsin hər birində iştirak etdiyi müşahidə edilir. Bununla yanaşı Xaliq Abullayevin mühazirə jurnalında da xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Ali Riyaziyyat fənni üzrə seminar məşğələsində 15 saatlıq və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Ali Riyaziyyat fənni üzrə mühazirənin 15 saatlıq dərsin xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə olan 4 saat dərs istisna olmaqla hər birində iştirak etdiyi müşahidə edilsə də, xx.xx.2022-ci il tarixdə olan dərsdə iştirak etməsi ilə bağlı olan “i/e” qeydin sonradan düzəliş edildiyi müşahidə edildi. Eynilə Şahid19 X2 Sistemindən çıxarışlarına baxış zamanı onun dərslərdə semestr ərzində Ali Riyaziyyat fənni üzrə 41 bal toplayaraq imtahan zamanı 48 bal, İnsan Anatomiyası fənni üzrə 46 bal toplayaraq 23 bal, Ümumi kimya fənni üzrə 40 bal toplayaraq 25 bal, Əczaçılıq Botanikası fənni üzrə 45 bal toplayaraq 44 bal və Latın dili fənni üzrə 48 bal toplayaraq 43 bal alaraq imtahandan keçdiyi müşahidə edildi. Həmçinin Baytarlıq təbabəti fakültəsinin əczaçılıq ixtisası üzrə 3-cü kurs, 7-ci qrupun 2022/2023-cü tədris ili üçün bakalavriat təhsil səviyyəsində tələbələrin dərsə davamiyyət və mənimsəmə jurnalında 12-ci sırada olan tələbə Şahid23 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Əczaçılıq kimyası fənni üzrə laboratoriya məşğələsində 30 saatlıq dərsin xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə olan 10 saat dərs istisna olmaqla hər birində iştirak etdiyi müşahidə edilsə də, xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə jurnala düzəliş edilərək dərsdə iştirak etməsi və hər bir dərsdə 6 bal alması müşahidə edilir. Mühazirə jurnalında da isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Əczaçılığın kimyası fənni üzrə mühazirənin 15 saatlıq dərsin xx.xx.2022-ci il tarixdə olan 2 saat dərs istisna olmaqla hər birində iştirak etdiyi müşahidə edilsə də, xx.xx.2022-ci il tarixdə olan dərs zamanı jurnala düzəliş edilərək iştirak etməsi ilə bağlı “i/e” qeydiyyatının aparılması müşahidə edilir. Həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Əczaçılıq kimyası fənni üzrə seminar məşğələsində 30 saatlıq dərsin xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə olan 4 saat dərs istisna olmaqla hər birində iştirak etdiyi müşahidə edilir. Eynilə xx.xx.2013-cü il tarixli, 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” qaydalarının 3.2.23-cü bəndinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etmədiyindən həmin fəndən imtahana buraxılmamalı olmasına baxmayaraq Şahid23 X2 Sistemindən çıxarışlarına baxış zamanı onun dərslərdə semestr ərzində Əczaçılıq kimyası fənni üzrə 30 bal toplayaraq imtahan zamanı 34 bal alaraq imtahandan keçdiyi müşahidə edildi. 2022-ci ilin sentyabr-oktyabr-noyabr-dekabr ayları üzrə Tələbənin ay ərzində topladığı yekun bal cədvəlinə baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 həmin dövrdə dərslərdə iştirak etməməsinə baxmayaraq “tələbənin iştirak etdiyi saat” qrafasında 30 bal, “tələbənin aldığı bal” qrafasında qeyd olunan 7,9 bal və “ay ərzində cəmi bal” qrafasında qeyd olunan 33 balları qeyd olunmuşdur. Şahid8 və Şahid7 “tələbənin iştirak etdiyi saat” qrafasında qeyd olunan 12 bal, “tələbənin aldığı bal” qrafasında qeyd olunan 8 bal və “ay ərzində cəmi bal” qrafasında qeyd olunan 23 bal qeydlərinə düzəlişlər edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli Tədris qruplarının təşkili və kurs nümayəndələrinin təyin edilməsi haqqında əmrdən görünür ki, dekan Təqsirləndirilən şəxs imzası ilə Şahid20 “əczaçılıq” ixtisası, 2231 əcz-AXİN -1” qrup nümayəndəsi təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin baytarlıq təbabəti ixtisasının 3-cü kurs, 1-ci qrup tələbəsi Şahid1 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 15 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 26 saylı biletin suallarının, 3-cü kurs, 5-ci qrup tələbəsi Şahid2 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 14 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 30 saylı biletin suallarının, 3-cü kurs, 5-ci qrup tələbəsi X4 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 30 saylı biletin suallarının, 3-cü kurs, 6-cı qrup tələbəsi Şahid17 Vəlicab oğlunun xx.xx.2023cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 24 saylı biletin suallarının, 3-cü kurs, 6-cı qrup tələbəsi Şahid16 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 20 saylı biletin suallarının, 3-cü kurs, 1-ci qrup tələbəsi X14 xx.xx.2023cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 18 saylı biletin suallarının, 2-ci kurs, 3-cü qrup tələbəsi X5 xx.xx.2023-cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 14 saylı biletin suallarının, 1-ci kurs, 1-ci qrup tələbəsi Şahid10 xx.xx.2023-cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 25 saylı biletin suallarının, 1-ci kurs, 7-ci qrup tələbəsi Şahid11 xx.xx.2023-cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 28 saylı biletin suallarının və 2-ci kurs, 8-ci qrup tələbəsi Şahid21 xx.xx.2023-cü il tarixdə Mikrobiologiya fənni üzrə verdiyi imtahanda 28 saylı biletin suallarının, həmçinin əczaçılıq ixtisası üzrə təhsil alan 3cü kurs, 2-ci qrup tələbəsi X6 xx.xx.2023-cü il tarixdə Əczaçılıq texnologiyası fənni üzrə verdiyi imtahanda 25 saylı biletin suallarının, 2-ci kurs, 14-cü qrup tələbəsi Şahid22 xx.xx.2023-cü il tarixdə Fiziopatologiya fənni üzrə verdiyi imtahanda 23 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə Analitik kimya fənni üzrə verdiyi imtahanda 13 saylı biletin suallarının və xx.xx.2023-cü il tarixdə Üzvi kimya fənni üzrə verdiyi imtahanda 30 saylı biletin suallarının cavab vərəqələrinə fakültənin Anatomiya, Patanatomiya və Patolojifiziologiya kafedrasının baş müəllimi X19, Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının baş müəllimi X9, Kimya kafedrasının müdiri X7, Əczaçılıq kafedrasının baş müəllimi X20, Anatomiya, Patanatomiya və Patolojifiziologiya kafedrasının baş müəllimi X28 və Terapiya, Mamalıq və Cərrahiyyə kafedrasının assistenti X15 iştirakı ilə baxış keçirilən zaman Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin baytarlıq təbabəti ixtisasının 3-cü kurs, 1-ci qrup tələbəsi Şahid1 xx.xx.2023cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 15 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 26 saylı biletin suallarının, 3-cü kurs, 5-ci qrup tələbəsi Şahid2 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 14 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 30 saylı biletin suallarının, 3-cü kurs, 5-ci qrup tələbəsi X4 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 30 saylı biletin suallarının, 3-cü kurs, 6-cı qrup tələbəsi Şahid17 Vəlicab oğlunun xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 24 saylı biletin suallarının, 2-ci kurs, 3-cü qrup tələbəsi X5 xx.xx.2023-cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 14 saylı biletin suallarının, 1-ci kurs, 1-ci qrup tələbəsi Şahid10 xx.xx.2023-cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 25 saylı biletin suallarının, 1-ci kurs, 7-ci qrup tələbəsi Şahid11 xx.xx.2023-cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 28 saylı biletin suallarının və 2-ci kurs, 8-ci qrup tələbəsi Şahid21 xx.xx.2023-cü il tarixdə Mikrobiologiya fənni üzrə verdiyi imtahanda 28 saylı biletin suallarının, həmçinin əczaçılıq ixtisası üzrə təhsil alan 3cü kurs, 2-ci qrup tələbəsi X6 xx.xx.2023-cü il tarixdə Əczaçılıq texnologiyası fənni üzrə verdiyi imtahanda 25 saylı biletin suallarının, 2-ci kurs, 14-cü qrup tələbəsi Şahid22 xx.xx.2023-cü il tarixdə Fiziopatologiya fənni üzrə verdiyi imtahanda 23 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə Analitik kimya fənni üzrə verdiyi imtahanda 13 saylı biletin suallarının və xx.xx.2023-cü il tarixdə Üzvi kimya fənni üzrə verdiyi imtahanda 30 saylı biletin suallarının cavab vərəqələrinə qeyd olunan imtahan nəticələri baxışda iştirak edən Aytən Məmmədova tərəfindən yenidən oxunmuş və hər bir tələbənin bilet sualları ətrafında cavab yazdığı müəyyən edilmişdir. Həmçinin, 3-cü kurs, 6-cı qrup tələbəsi Şahid16 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 20 saylı biletin suallarının cavab vərəqələrində qeyd olunan imtahan nəticəsi Aytən Məmmədova tərəfindən yenidən oxunaraq tələbənin bilet sualları ətrafında cavab yazmadığı və yoxlama zamanı qiymətləndirmənin qeyri-obyektiv olduğu müəyyən edildi. Belə ki, biletin 1 və 5-ci suallarında obyektiv olaraq verilən sual ətrafında cavab yazılmadığı üçün 0 balla qiymətləndirilməsinə baxmayaraq, 2, 3 və 4-cü sualların cavabları da eyni formada sual ətrafında yazılmasa da, qeyri-obyektiv olaraq 6 bal kimi qiymətləndirilmişdir. Həmçinin 3-cü kurs, 6-cı qrup tələbəsi Şahid16 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 20 saylı biletin suallarının cavab vərəqəsində 2, 3 və 4-cü sualların cavabları alt hissəsində qiymətləndirmə balının öncə 0 bal kimi qeyd olunduğu və sonradan 6 bala düzəldiyi müşahidə edildi. Bununla yanaşı 3-cü kurs, 1-ci qrup tələbəsi X14 xx.xx.2023-cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 18 saylı biletin suallarının cavab vərəqələrində qeyd olunan imtahan nəticəsi Aytən Məmmədova tərəfindən yenidən oxunaraq tələbənin bilet sualları ətrafında cavab yazmadığı və yoxlama zamanı qiymətləndirmənin qeyri-obyektiv olduğu müəyyən edildi. Belə ki, biletin 1 və 5-ci suallarında obyektiv olaraq verilən sual ətrafında cavab yazılmadığı üçün 0 balla qiymətləndirilməsinə baxmayaraq, 2, 3 və 4-cü sualların cavabları da eyni formada sual ətrafında yazılmasa da, qeyri-obyektiv olaraq 6 bal kimi qiymətləndirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələri haqqında Əsasnamə”dən görünür ki, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin təşkili və ümumi nəzarət fakültənin əsas funksiyası, fakültədə tədris prosesinə, tərbiyə işlərə və elmi tədqiqatların yerinə yetirilməsi, habelə tədrisin keyfiyyətinin yüksəldilməsinə bilavasitə rəhbərlik etmək, tələbələrin dərslərdə iştirakının təmin edilməsi, tələbələrin imtahanlarının keçirilməsinə nəzarətin təşkil edilməsi, bütün imtahan sessiyalarının normal, mövcud tələblərə uyğun keçirilməsinə birbaşa cavabdehlik daşıması və digər vəzifələr fakültə dekanının vəzifəsidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2019-cu il tarixli, 687 nömrəli əmrdən çıxarışından və əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il noyabrın 26-dan müddətli əmək müqaviləsi ilə 05 (beş) il müddətinə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən təqdim edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti X39 Komissiyasının xx.xx.2011-ci il tarixli (protokol №14-R) qərarı ilə Təqsirləndirilən şəxs elmlər doktoru elmi dərəcəsi verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş İ-6052 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2011-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs “Kənd təsərrüfatı işçiləri günü” münasibəti ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə təltif olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli fəxri fərmanın surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2010-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və universitetin 80 illik yubileyi münasibəti ilə fəxri fərmanla təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Baytarlıq mamalığı”, “Heyvanların daxili xəstəliklərinin kliniki diaqnostikası”, “Heyvanların daxili xəstəliklərinin kliniki diaqnostikasından təcrübə məşğələləri”, “Kənd təsərrüfatı heyvanlarında süni mayalanmanın texnologiyası və təşkili”, “Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri”, “Körpə kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri”, “Xırda heyvanların xəstəlikləri” və “Törədici buğaların saxlanması və kompleks əlamətlərə görə qiymətləndirilməsi” adlı kitabların və dərs vəsaitlərin müəlliflərindən biridir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, əməliyyat çəkilişi ilə bağlı olan 01 ədəd DVD disk, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin baytarlıq təbabəti ixtisasının 3-cü kurs, 1-ci qrup tələbəsi X1 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 15 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 26 saylı biletin suallarının, 3-cü kurs, 5-ci qrup tələbəsi Şahid2 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 14 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 30 saylı biletin suallarının, 3-cü kurs, 6-cı qrup tələbəsi Şahid17 Vəlicab oğlunun xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 24 saylı biletin suallarının, 3-cü kurs, 6-cı qrup tələbəsi Şahid16 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 20 saylı biletin suallarının, 1-ci kurs, 1-ci qrup tələbəsi Şahid10 xx.xx.2023-cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 25 saylı biletin suallarının, 1-ci kurs, 7-ci qrup tələbəsi Şahid11 xx.xx.2023-cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 28 saylı biletin suallarının və 2-ci kurs, 8-ci qrup tələbəsi Şahid21 xx.xx.2023-cü il tarixdə Mikrobiologiya fənni üzrə verdiyi imtahanda 28 saylı biletin suallarının, 2-ci kurs, 14-cü qrup tələbəsi Şahid22 xx.xx.2023-cü il tarixdə Fiziopatologiya fənni üzrə verdiyi imtahanda 23 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə Analitik kimya fənni üzrə verdiyi imtahanda 13 saylı biletin suallarının və xx.xx.2023-cü il tarixdə Üzvi kimya fənni üzrə verdiyi imtahanda 30 saylı biletin suallarının cavab vərəqələrinin, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin baytarlıq təbabəti və əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin 2022/2023cü tədris ili üçün bakalavriat təhsil səviyyəsində tələbələrin dərsə davamiyyət və mənimsəmə, həmçinin mühazirə jurnallarının, X2 Sistemindən çıxarışların və Tələbənin ay ərzində topladığı yekun bal cədvəllərinin və xx.xx.2022-ci il tarixli Tədris qruplarının təşkili və kurs nümayəndələrinin təyin edilməsi haqqında əmrin surətləri maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 2022 və 2023-cü illərə aid tibbi sənədlərin və epikrizlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Bədxassəli sağ böyrəyin nefrektomiyası” diaqnozu qoyularaq sonuncunun onkoloji mənşəli sağ böyrəyi çıxarılmış, həmçinin Təqsirləndirilən şəxs “Prostat vəzinin hiperplaziyası” (prostatda onkoloji mənşəli xəstəlik), “Arterial hipertenziya” (təzyiqin yüksək olması), “Sol ağ ciyərin alt payında atelektaziya” (ağciyərin bir hissəsinin havanın boşalmasına səbəb olan bronxların tıxanması nəticəsində yaranan xəstəlik), “İ-ci dərəcəli hepatosteatoz” (qaraciyərin piylənməsi), “Öd kisəsində 5 mm ölçüdə daş”, “Şəkərli diabet xəstəsi”, “Sol böyrəküstü vəzin adenoması” (onkoloji xəstəlik) diaqnozu qoyulmuşdur. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin əməkdaşlarının ümumi iclasının xx.xx.2019-cu il tarixli qərarı və universitetinin rektorunun xx.xx.2019-cu il tarixli əmri ilə həmin fakültənin dekanı vəzifəsində işləyərkən fakültənin fəaliyyətini tənzimləyən xx.xx.2021-ci il tarixli “Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələri haqqında Əsasnamə”yə əsasən, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarəti, tələbələrin imtahanlarının keçirilməsinə nəzarətin təşkil edilməsi, bütün imtahan sessiyalarının normal, mövcud tələblərə uyğun keçirilməsinə birbaşa cavabdehlik daşınılması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Universitetin Baytarlıq təbabəti fakültəsinin 17 tələbəsinin xeyrinə edəcəyi hərəkətə, yəni tələbənin dərslərdə iştirak etməməsinə baxmayaraq davamiyyətlə bağlı problemlərin həlli və imtahanlara buraxılması, imtahan kəsirlərinin düzəldilməklə imtahandan müvəffəqiyyətlə keçməsi, kurs nümayəndəsi seçilməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü üçün birbaşa yolla 17 tələbədən maddi nemət olan pul vəsaitini həmin Universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında təkrarən rüşvət qismində istəyib, qeyd edilən niyyətlə 12 sentyabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək qeyd edilən xidməti otağında 17 tələbədən maddi nemət olan ümumilikdə 5950 (beş min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alması tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli “Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələri haqqında Əsasnamə”dən görünür ki, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin təşkili və ümumi nəzarət fakültənin əsas funksiyası olmaqla, fakültədə tədris prosesinə, tərbiyə işlərə və elmi tədqiqatların yerinə yetirilməsi, habelə tədrisin keyfiyyətinin yüksəldilməsinə bilavasitə rəhbərlik etmək, tələbələrin dərslərdə iştirakının təmin edilməsi, tələbələrin imtahanlarının keçirilməsinə nəzarətin təşkil edilməsi, bütün imtahan sessiyalarının normal, mövcud tələblərə uyğun keçirilməsinə birbaşa cavabdehlik daşıması və digər səlahiyyətlər fakültə dekanının vəzifəsidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “vəzifəli şəxs” dedikdə dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər başa düşülür. Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin dekanı vəzifəsində çalışmaqla xx.xx.2021-ci il tarixli “Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələri haqqında Əsasnamə”yə əsasən, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarəti, tələbələrin imtahanlarının keçirilməsinə nəzarətin təşkil edilməsi, bütün imtahan sessiyalarının normal, mövcud tələblərə uyğun keçirilməsinə birbaşa cavabdehlik daşıması və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Qərarından görünür ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Hazırki iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tələbələrdən aldığı maddi nemət hesab olunan pul qarşılığında dərsə gəlməyən, həmçinin dərslərdə iştirak etməyən tələbələrin davamiyyətlə əlaqədar pozuntularının həllini təşkil edərək sonuncuların müxtəlif fənlər üzrə imtahanlarda iştiraklarını təmin etmiş, o cümlədən onların imtahanlardan keçmələrini təşkil etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə özünü təqsirli bilməklə, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşlı olmasını, elmlər doktoru elmi dərəcəsinin olmasını, “Tərəqqi” medalı ilə təltif edilməsini, “Kənd təsərrüfatı işçiləri günü” münasibəti ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə fəxri fərmanla təltif edilməsini, elmi sahədə bir sıra kitabların və dərslik vəsaitlərinin müəlliflərindən biri olmasını, səhhətinin vəziyyətini, yəni onkoloji mənşəli sağ böyrəyinin çıxarılmasını, hazırda onkoloji xəstə olmasını, o cümlədən səhhətində bir sıra digər ağır xəstəliklərin olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 311.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə əsas cəza qismində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzası, əlavə cəza qismində isə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmaq hüququndan məhrum etmə növündə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə birbirindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-in 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedaqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin olunarkən ona dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin yaşlı olmasını, səhhətinin vəziyyətini, yəni onkoloji mənşəli sağ böyrəyinin çıxarılmasını, hazırda onkoloji xəstə olmasını və səhhətində bir sıra digər ağır xəstəliklərin olmasını nəzərə alaraq, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin olunmuş dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əsas qətimkan tədbiri qismində 04 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdən isə barəsində əsas qətimkan tədbiri qismində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılanadək tutulduğu və ev dustaqlığında olduğu müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan əməliyyat çəkilişini əks etdirən 01 ədəd DVD disk, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin baytarlıq təbabəti ixtisasının 3-cü kurs, 1-ci qrup tələbəsi X1 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 15 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 26 saylı biletin suallarının, 3-cü kurs, 5-ci qrup tələbəsi Şahid2 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 14 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 30 saylı biletin suallarının, 3-cü kurs, 6-cı qrup tələbəsi Şahid17 Vəlicab oğlunun xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 24 saylı biletin suallarının, 3-cü kurs, 6-cı qrup tələbəsi Şahid16 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 20 saylı biletin suallarının, 1-ci kurs, 1-ci qrup tələbəsi Şahid10 xx.xx.2023-cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 25 saylı biletin suallarının, 1-ci kurs, 7-ci qrup tələbəsi Şahid11 xx.xx.2023-cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 28 saylı biletin suallarının və 2-ci kurs, 8-ci qrup tələbəsi Şahid21 xx.xx.2023-cü il tarixdə Mikrobiologiya fənni üzrə verdiyi imtahanda 28 saylı biletin suallarının, 2-ci kurs, 14-cü qrup tələbəsi Şahid22 xx.xx.2023-cü il tarixdə Fiziopatologiya fənni üzrə verdiyi imtahanda 23 saylı biletin suallarının, xx.xx.2023-cü il tarixdə Analitik kimya fənni üzrə verdiyi imtahanda 13 saylı biletin suallarının və xx.xx.2023-cü il tarixdə Üzvi kimya fənni üzrə verdiyi imtahanda 30 saylı biletin suallarının cavab vərəqələrinin, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin baytarlıq təbabəti və əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin 2022/2023-cü tədris ili üçün bakalavriat təhsil səviyyəsində tələbələrin dərsə davamiyyət və mənimsəmə, həmçinin mühazirə jurnallarının, X2 Sistemindən çıxarışların və Tələbənin ay ərzində topladığı yekun bal cədvəllərinin və xx.xx.2022-ci il tarixli Tədris qruplarının təşkili və kurs nümayəndələrinin təyin edilməsi haqqında əmrin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş əsas qətimkan tədbiri qismində “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və həmin əsas qətimkan tədbiri “vəzifədən kənarlaşdırma” əlavə qətimkan tədbiri ilə birlikdə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində əsas qətimkan tədbiri qismində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və həmin əsas qətimkan tədbiri “vəzifədən kənarlaşdırma” əlavə qətimkan tədbiri ilə birlikdə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut olan əməliyyat çəkilişini əks etdirən 01 ədəd DVD disk, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin baytarlıq təbabəti ixtisasının 3-cü kurs, 1-ci qrup tələbəsi X1 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 15 saylı biletin sualları, xx.xx.2023-cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 26 saylı biletin sualları, 3-cü kurs, 5-ci qrup tələbəsi Şahid2 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 14 saylı biletin sualları, xx.xx.2023cü il tarixdə X8 fənni üzrə verdiyi imtahanda 30 saylı biletin sualları, 3-cü kurs, 6-cı qrup tələbəsi Şahid17 Vəlicab oğlunun xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 24 saylı biletin sualları, 3-cü kurs, 6-cı qrup tələbəsi Şahid16 xx.xx.2023-cü il tarixdə Klinik Diaqnostika fənni üzrə verdiyi imtahanda 20 saylı biletin sualları, 1-ci kurs, 1-ci qrup tələbəsi Şahid10 xx.xx.2023-cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 25 saylı biletin sualları, 1-ci kurs, 7-ci qrup tələbəsi Şahid11 xx.xx.2023cü il tarixdə Anatomiya fənni üzrə verdiyi imtahanda 28 saylı biletin sualları və 2-ci kurs, 8ci qrup tələbəsi Şahid21 xx.xx.2023-cü il tarixdə Mikrobiologiya fənni üzrə verdiyi imtahanda 28 saylı biletin sualları, 2-ci kurs, 14-cü qrup tələbəsi Şahid22 xx.xx.2023-cü il tarixdə Fiziopatologiya fənni üzrə verdiyi imtahanda 23 saylı biletin suallarının, xx.xx.2023cü il tarixdə Analitik kimya fənni üzrə verdiyi imtahanda 13 saylı biletin suallarının və xx.xx.2023-cü il tarixdə Üzvi kimya fənni üzrə verdiyi imtahanda 30 saylı biletin suallarının cavab vərəqələrinin, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin baytarlıq təbabəti və əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin 2022/2023cü tədris ili üçün bakalavriat təhsil səviyyəsində tələbələrin dərsə davamiyyət və mənimsəmə, həmçinin mühazirə jurnallarının, X2 Sistemindən çıxarışların və Tələbənin ay ərzində topladığı yekun bal cədvəllərinin və xx.xx.2022-ci il tarixli Tədris qruplarının təşkili və kurs nümayəndələrinin təyin edilməsi haqqında əmrin surətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-314/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-314/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver