Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-315/2021 29.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6 və onların nümayəndəsi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X12 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Ələsgərli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 26 may 2021-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Alyarov Gürzalı Murad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs1 ilə 26 may 2021-ci il tarixdə saat 16 radələrində aralarında davam edən ailə məişət zəminində münaqişələri olması səbəbindən qarşılıqlı təhqirlərlə müşayiət olunan mübahisə zamanı onları sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs1 bacısı Şəhla Süleymanovaya hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda onun gözü qarşısında evdə olan kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə arvadı Zərərçəkmiş şəxs1 qəsdən bir dəfə vuraraq ona qarının ön divarının daxilə keçən, nazik bağırsaq ilgəyini, böyük piyliyi, köndələn və enən çəmbər bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş bir deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirməklə xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuş, öz qanunsuz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 öz hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda onun gözü qarşısında onları ayırmağa çalışan baldızı X4 həmin bıçaqla bir dəfə zərbə vuraraq ona xüsusi amansızlıqla döş qəfəsinin sol yan divarında X qabırğa səviyyəsindən qarın boşluğuna keçən, İX-X qabırğaları zədələyən, daxili orqanları zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyat üçün təhlükəli olan ağır xəsarət yetirməklə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Şəhla Süleymanovanın, yəni iki şəxsin sağlamlığına xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən evində ailə üzviləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 ilə 12 ildir ki evlidir. Onların birgə nikahlarından üç övladları vardır. Şəlalə ilə birlikdə yaşadıqları dövr ərzində aralarında ayrı-ayrı səbəblərdən dava-dalaş olmuşdur. Şəlalə onu söyüb təhiqr etmiş, həmçinin qoca anası Gülşən ilə mübahisə etmiş və ev işləri ilə məşğul olmamışdır. Bu səbəbdən evdə yeməyi o, bişirmiş, təmizlik işlərini özü etmişdir. Şəlalə 26 may 2021-ci il tarixdə saat 12 radələrində uşaqları ilə birlikdə bacısı onlarla qonşuluqda yaşayan Şəhlagilə qonaq getmişdir. O, təxminən saat 16 radələrində yaşadığı evdə təmizlik işləri görüb döşəməni silmiş və qabları yumuşdur. O, həmin işləri görüb qurtardıqdan sonra Şəlaləgil evə gəlmişlər. Onlar evə gələn zaman Şəlalə ona Orucun mütəmadi olaraq onu söyüb təhqir etdiyini bildirmiş, Şəlalə qışqıraraq nalayiq ifadələr işlədib onu və Orucu söyməyə davam etmişdir. Oruc ona zəng edib Şəlalənin onların atalarına söydüyünü demişdir. O, Şəlaləyə narazılıq edərək ona nəyə görə onun atasına söydüyünü demiş və Şəlalə ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt onların aralarında olan səs küyə Şəlalənin bacısı Şəhla həmin yerə gəlmiş, Şəlalə onun ünvanına nalayiq ifadələr işlətməyə davam etdiyi üçün əsəbləşərək onunla mübahisə etmişdir. Şəlalə və Şəhla onun yaxasından tutub dartaraq onu çəkişdirməyə başlamışlar. Şəlalə onun üzünə tüpürmüş, Şəlalə onun üzünə tüpürdükdə bərk əsəbləşib onu cəzalandırmaq qərarına gəlmişdir. O, stolun üzərindəki bıçağı götürüb ona bezdiyini bu qədər hərəkətlərin bəs olduğunu deyərək Şəlalənin qarın nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Şəlalə kənara çəkildikdə Şəhla onun boğazından tutaraq onu çəkişdirmiş, Şəlaləni vurduğu üçün ona nalayiq ifadələr işlədərək, onu boğaz nahiyəsindən tutub çəkməyə başlamışdır. Bu zaman əsəbi olduğu üçün bir dəfə də bıçaqla Şəhlanı qarın nahiyəsindən vurmuşdur. Şəhlanı bıçaqla vurduqda bıçaq ona dəydikdə Şəhla qışqırmış, özünə gələrək anidən qışqıraraq “Ay allah mən nə etdim” deyərək həmin yerdən uzaqlaşmışdır. Şəhlanı bıçaqla vurduqdan sonra evdən çıxıb uzaqlaşmışdır. Həmin vaxt bıçağı evin birinci mərtəbəsində davadalaşın olduğu otağın qarşısında tullayıb həmin yerdən uzaqlaşmış, təxminən beş dəqiqə sakitləşdikdən sonra evə qayıtmışdır. O, həmin yerə qayıtdıqda Şəhla evin yaxınlığında yerdə oturmuş, onun yanında qonşu Aynurə olmuşdur. Şəhlanın qarnı sarıqlı olmuş, onun həmin hissəsinin qan olduğunu görmüşdür. O, Şəhlaya yalvararaq ağlayıb səhv etdiyini demiş və dərhal qonşuluqda yaşayan Könül adlı tibb bacısını çağırmışdır. Könül həmin yerə gələrək Şəlalə və Şəhlaya köməklik etmiş, bundan sonra təcili tibbi yardım xidmətinə zəng edərək məlumat vermişdir. O, təcili tibbi yardım xidmətinə məlumat verdikdən, az sonra sonra təcili tibbi yardım xidməti həmin yerə gəlmiş, təcili tibbi yardım xidməti ilə eyni vaxtda polis əməkdaşları da həmin yerə gəlmişlər. Onu polis şöbəsinə dəvət etmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. O, aralarında baş vermiş mübahisə zamanı Şəlalə onu söyüb təhqir etdiyi, həmçinin üzünə tüpürdüyü üçün Şəlaləni qarın nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Şəlalə ondan aralaşdıqdan sonra Şəhla onu boğaz nahiyəsindən tutub çəkdiyi və ünvanına nalayiq ifadələr işlətdiyi üçün bir dəfə də onu bıçaqla qarın nahiyəsindən vurmuşdur. O, Şəlalə və Şəhlaya xəsarət yetirmək üçün istifadə etdiyi bıçaq onların gündəlik olaraq yaşadıqları evdə istifadə etdikləri mətbəx bıçağı olmuş, bıçağın dəstəyi palıd rəngli, taxta materialdan və ümumi uzunluğu təxminən 25 santimetr olmuşdur. O, həmin bıçağı Şəlalə və Şəhlanı bıçaqla vurduqdan sonra evin giriş qapısında dava-dalaş olan yerin yaxınlığında atmışdır. Şəlaləni və Şəhlanı bıçaqla vurub xəsarət yetirdikdə orada Şəlalə və Şəhladan başqa heç kim olmamışdır. Hadisə zamanı qızları Rəqsanə və Fərqanə həmin yerdə olmamış, onun Şəlalə və Şəhlaya bıçaqla xəsarət yetirdiyini görməmişlər. Onlar yalnız dava dalaş başa çatdıqdan sonra Şəlalə və Şəhlaya kömək üçün çağırdığı təcili tibbi yardım avtomobili gəldikdən sonra həmin yerə gəlmişlər. O, həmin vaxt əsəbi olduğu üçün onların hər birini bir dəfə qarın nahiyəsindən qorxutmaq məqsədilə bıçaqla vurmuşdur. Arvadı və baldızı ilə barışmışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə təxminən 12 il olar ki ailə həyatı qurmuş, onların birgə nikahlarından üç uşaqları vardır. Gürzalı ilə aralarında əvvəllər müxtəlif səbəblərdən ailə daxili münaqişələr baş vermişdir. Hadisə baş verən gündən təxminən üç gün əvvəl onların heyvanlarının içərisinə bir ədəd qaz cücəsi qarışmış, təxminən üç gün həmin qaz cücəsi onların qazlarının içərisində qalmışdır. O, həmin cücənin sahibi ilə maraqlandıqda “Xınalı” kimi çağırdıqları Orucun arvadı həmin qaz cücəsinin onların olduğunu demişdir. 26 may 2021-ci il tarixdə saat təxminən 16 radələrində Xınalı onun yaşadığı evə gəlib həmin qaz cücəsini aparmış, sonra qonşuları Xatun onların yaşadıqları evə gəlib həmin qaz cücəsinin onların olduğunu demişdir. O, Xatuna həmin cücəni Xınalının ona məxsus olduğunu deyərək apardığını demiş, Xatun bundan sonra onların ünvanlarına qarğış etməyə başlamışdır. O, qaynı Orucgilə getmiş, Oruc ondan niyə gəldiyini soruşduqda ona Xınalının gətirdiyi cücənin Xatungilin olduğunu, aparıb Xatuna verəcəyini demişdir. Oruc həmin vaxt onun qolundan tutub dəmir barmaqlıqdan olan hasara vurub “düşman nəyə gəlmisən qapıma” deyərək ondan getməsini istəmişdir. O, Oruca “köpəkoğlu niyə məni eləcə döyürsən, vurub pisikdirirsən” demiş, Oruc onu qapıdan qovaraq cücəni verməmişdir. O, yaşadığı evə gələrək Gürzalının yanında özünü yerə vurub ağlayaraq “Allah bunu götürmə, bu necə işdi” deyərək narazılıq etmişdir. O, Gürzalıya “necə ərsən, niyə mənə yiyə çıxmırsan eləcə qardaşın Oruc on iki ildi məni döyür” demiş, Oruc Gürzalıya zəng edərək onun onların atasına söydüyünü demişdir. Gürzalı ilə aralarında mübahisə yaranmış, Gürzalı ona niyə onların atalarına söydüyünü bildirib onunla dalaşmağa başlamışdır. Gürzalı onunla dalaşan zaman nalayiq ifadələr işlətdiyi üçün o da Gürzalıya söymüş, səs küyə bacısı Şəhla gəlmişdir. Şəhla araya girərək Gürzalını sakitləşdirməyə çalışmış, Gürzalı ona söyüş söydüyü üçün ona qarşılıq qaytararaq Gürzalıya söyməyə davam etmişdir. Gürzalı əsəbləşərək bıçağı götürüb ona niyə onların atasına söydüyünü bildirib “nə qədər dava-dalaş olar, bezmişəm, məni boğaza yığmısız deyərək” onun üzərinə doğru gəlmiş, Şəhla araya girərək Gürzalıya yalvararaq “Qurban olum, vurma yazıqdı, üç balası var” demişdir. Gürzalı əsəbi olduğu üçün ona qulaq asmayaraq üzərinə doğru gəlmiş, Şəhla onu ayırmağa çalışsa da bacara bilməmişdir. Gürzalı əlindəki bıçaqla bir dəfə onun sol qarın nahiyəsinə vurmuş, bacısı Şəhla Gürzalının boğaz nahiyəsindən tutub niyə onu vurduğunu deyərək ona nalayiq ifadələr işlətmişdir. Gürzalı bir dəfə də onun sol qarın nahiyəsinə bıçaqla vurduqdan sonra kənara çəkilmişdir. O, həmin vaxt qarın nahiyəsində ağrı hiss etdiyi üçün kənara çəkilib bir qədər kənarda oturmuş, Şəhla Gürzalı onu bıçaqla vurduqdan sonra anasıgilə məlumat vermək üçün getmişdir. Gürzalı isə bir qədər evin həyətindən kənarda oturub ağlamışdır. Həmin vaxt Şəhla yanlarına gəlmiş, Şəhlanın qarınının qan olduğunu görmüş, Şəhlaya yalvararaq xatadı olub-olub heç kimə xəbər vermə demişdir. Gürzalı Şəhlanın qarnının qan olduğunu gördüyü üçün ağlayaraq Şəhlaya bir qələt etdiyini demiş, Gürzalı Orucgilin evi onların evinə yaxın olduğu üçün qışqıraraq “niyə mənim evimə qan saldız” demişdir. Gürzalı qonşuluqda yaşayan tibb bacısı Könülü çağırıb kömək etməyini istəmiş, Könül gəlib onun yarasına baxıb ona iki dənə ağrıkəsici iynə vurmuşdur. Gürzalı təcili tibbi yardıma zəng edib məlumat vermiş, təxminən yarım saat sonra təcili tibbi yardım gəlib onu və bacısı Şəhlanı xəstəxanaya aparmışdır. Həmin vaxt polislərdə gəlmiş, onlar ondan hadisənin necə baş verdiyini soruşduqda onlara hadisəni olduğu kimi danışaraq bu barədə ərizə yazmışdır. Gürzalı ilə aralarında mübahisə onun Gürzalının qardaşı Oruca köpəkoğlu deyərək, onun atasına söyməyi səbəbindən yaranmış, qarşlıqlı olaraq bir-birlərinə nalayiq ifadələr işlədərək təhqir etməyə davam etmişlər. Gürzalı münaqişə zamanı onu və bacısı Şəhlanı bıçaqla vuraraq sağlamlıqlarına xəsarət yetirmişdir. Gürzalı ona əsəbi halda “bezmişəm nə qədər dava-dalaş olar, sən niyə mənim atama söymüsən” deyərək bıçağı götürüb üzərinə doğru gəlmiş, bacısı Şəhla araya girib onları ayırmağa çalışaraq Gürzalıya yalvarıb onu vurmamasını bildirmişdir. Lakin Gürzalı ona qulaq asmayaraq onu bıçaqla bir dəfə vurmuş, daha sonra isə bacısı Şəhla onu vurduğu üçün onu söydükdə bir dəfə də bıçaqla Şəhlanı vurmuşdur. Gürzalı Şəhlanı bıçaqla vurduqdan sonra ağlayaraq “Ay Allah mən nə etdim” deyərək həmin yerdən uzaqlaşmış, Gürzalı əsəbi olduğu üçün onları bıçaqla vurmuşdur. Gürzalı onu və bacısı Şəhlanı bıçaqla vuran zaman həmin yerdə heç kim olmamış, hadisə baş verdikdən sonra isə qonşulardan Aynurə və tibb bacısı Könül həmin yerə gəlib ona və bacısı Şəhlaya köməklik etmişlər. Həyat yoldaşı Gürzalı ilə barışmış, ondan hər hansı şikayət və tələbi yoxdur. Hazırda uşaqları saxlamaqda çətinlik çəkir, birlikdə azyaşlı uşaqlarını böyütmələri üçün Gürzalının azadlığa buraxılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, onun bacısı Zərərçəkmiş şəxs1 təxminən 12 il olar ki Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onların birgə nikahlarından üç uşaqları olmuşdur. Gürzalı ilə Şəlalənin aralarında əvvəllər müxtəlif səbəblərdən ailə daxili münaqişələr baş vermişdir. O, 26 may 2021-ci il tarixdə təxminən saat 16 radələrində dükana gedən zaman Gürzalı ilə Şəlalənin aralarında münaqişə baş verdiyini görmüş, Şəlalədən niyə dalaşdıqlarını soruşduqda Şəlalə ona təxminən üç gün əvvəl onların heyvanlarının içərisinə bir ədəd qaz cücəsi qarışdığını, həmin cücənin sahibi ilə maraqlandıqda “Xınalı” kimi çağırdığı Orucun arvadının həmin qaz cücəsinin onların olduğunu dediyini, Şəlalə 26 may 2021-ci il tarixdə saat təxminən 16 radələrində Xınalının onun yaşadığı evə gəlib həmin qaz cücəsini apardığını, sonra qonşuları Xatunun onların yaşadıqları evə gəlib həmin qaz cücəsinin onların olduğunu dediyini demişdir. Şəlalə Xatuna həmin cücəni Xınalının onlara məxsus olduğunu deyərək apardığını demiş, Xatun isə onların ünvanlarına qarğış etmişdir. Şəlalə bundan sonra Xınalgilə gedərək Oruca həmin cücəni Xatuna verməsini demiş, lakin Oruc Şəlaləyə nalayiq ifadələr işlədərək onu qovmuşdur. Oruc həmin vaxt onun qolundan tutub dəmir barmaqlıqdan olan hasara vurub “düşman nəyə gəlmisən qapıma” deyərək onu qovmuşdur. Şəlalə buna görə də Oruca “köpəkoğlu niyə məni eləcə döyürsən, vurub pisikdirirsən” dediyini ona deyərək bu səbəbdən Gürzalı ilə aralarında mübahisə yarandığını demişdir. O, həmin vaxt onların hər ikisini sakitləşdirmişdir. O, bundan sonra dükana getmiş, təxminən 10 dəqiqə sonra geri qayıtdıqda onların aralarında yenidən dava-dalaş olduğunu, səs gəldiyini eşitmişdir. O, onların evinə getmiş, Gürzalı Şəlaləyə niyə onların atalarına söydüyünü irad bildirib onunla dalaşmağa başlamış, Gürzalı stolun üstündə olan bıçağı götürüb “nə qədər dava-dalaş olar, bezmişəm, məni boğaza yığdız” deyərək Şəlalənin üzərinə getmişdir. O, araya girərək Gürzalıya yalvarıb ona “qurban olum, vurma yazıqdı, üç balası var” demişdir. Gürzalı əsəbi olduğu üçün Şəlalənin üzərinə doğru gəlmiş, Gürzalı bıçaqla bir dəfə Şəlaləyə doğru zərbə endirmiş, lakin O, Gürzalını saxlamağa çalışdığı üçün bıçağın Şəlalənin harasına dəydiyini görməmişdir. Gürzalının Şəlaləni vurduğunu başa düşdüyü üçün onu söyərək niyə vurduğunu deyərək yaxasından tutub dartdıqda ona mane olmaq istədiyi üçün Gürzalı bir dəfə də bıçaqla onun qarın nahiyəsinə vurmuşdur. Gürzalı onu bir dəfə bıçaqla vurduqdan sonra “Ay Allah mən nə etdim” deyib bıçağı qırağı tullayıb bir qədər kənara çəkilmişdir. O, həmin vaxt qonşu Qəşəmgilə getmiş, onlara gedib Qəşəmin arvadı Aynurəyə Gürzalının onu bıçaqladığını demişdir. Aynurə onun yan nahiyəsini sarımış, həmin vaxt qarın nahiyəsində ağrı hiss etdiyi üçün kənara çəkilib bir qədər kənarda oturmuşdur. Aynurəgilin evi ilə Gürzalının evi yaxın olduğu üçün Gürzalı yanına gəldikdə qarın nahiyəsinin qan olduğunu görüb oturub uşaq kimi ağlayaraq qələt etdiyini demişdir. Gürzalı qonşuluqda yaşayan tibb bacısı Könülü çağırıb kömək etməyini istəmiş, Könül gəlib onun və bacısının qarın nahiyəsinə baxıb iki dənə ağrıkəsici iynə vurmuşdur. Gürzalı təcili tibbi yardıma zəng edib məlumat vermiş, təxminən yarım saat sonra təcili tibbi yardım gəlib onu və bacısı Şəlaləni xəstəxanaya aparmışdır. Həmin vaxt polislərdə gəlmiş və hadisənin necə baş verdiyini soruşduqda onlara hadisəni olduğu kimi danışaraq bu barədə ərizə yazmışdır. Hadisə baş verən zaman həmin yerdə heç kim olmamış, Gürzalı onu bıçaqla vurduqdan sonra qonşular Aynurə və tibb bacısı Könül həmin yerə gəlib ona kömək etmişlər. Hazırda ondan hər hansı şikayəti və tələbi yoxdur, Gürzalıya yüngül cəza veriləməsini, Şəlalənin onunla barışdığını az yaşlı uşaqlarının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və X11 zərər çəkmiş şəxs X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X13 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir rayonu Ələsgərli kəndində yerləşən ikimərtəbəli yaşayış evidir. Evin birinci mərtəbəsində hadisənin baş verdiyi giriş hissəsində qəhvəyi rəngli taxta materialdan dəstəyi olan bıçaq aşkar edildi. “Götürmə və baxış keçirilməsi haqqında” 28.05.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş boz rəngli idman pencəyi və bir ədəd tünd göy rəngli cins şalvara baxış keçirilərək götürülmüşdür. "Götürmə və baxış keçirilməsi haqqında” 28.05.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki,X2 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş tünd boz rəngli, papaqlı bir ədəd xalat, bir ədəd boyun nahiyəsində “MODY” yazısı yazılmış qadın maykası və X2 əynində olmuş bir ədəd qara rəngli, üzərində ağ rəngli gülləri olan qadın yupkası, bir ədəd qara rəngli qadın şalvarına baxış keçirilərək götürülmüşdür. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 28.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 ədəd bıçaq təqdim edilmiş, bu zaman Təqsirləndirilən şəxs 2 nömrə altında işarələnmiş bıçağı göstərərək zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2 sağlamlıqlarına xəsarət yetirmək üçün istifadə etdiyi bıçaq olduğunu bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 27.05.2021-ci il tarixli 590 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-qarının ön divarının daxilə keçən, nazik bağırsaq ilgəyini, böyük piyliyi, köndələn və enən çəmbər bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddəti 26 may 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 27.05.2021-ci il tarixli 591 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yan divarında X qabırğa səviyyəsindən qarın boşluğuna keçən, İX-X qabırğaları zədələyən, daxili orqanları zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddəti 26 may 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Materialların məhkəmə ekspertizasının 29.07.2021-ci il tarixli 16/655 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1, X4 və Təqsirləndirilən şəxs oğluna məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrihissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd xalatın üzərindən tapılmış boz rəngli poliester lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman pencəyin tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd maykanın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın və 01 ədəd pencəyin tərkib liflərindən yoxdur. X4 məxsus 01 ədəd şalvarın və 01 ədəd yupkanın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın və 01 ədəd pencəyin tərkib liflərindən yoxdur.Təqsirləndirilən şəxs məxsus 01 ədəd pencəyin üzərindən tapılmış göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd xalatın tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd xalatın və 01 ədəd maykanın tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın və 01 ədəd pencəyin səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X4 məxsus 01 ədəd şalvarın və 01 ədəd yupkanın tərkib liflərindən yoxdur. Məhkəmə ballistik ekspertizasının 03.08.2021-ci il tarixli 16/656/657 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs1 əynində olmuş xələtin, maykanın və X2 əynində olmuş şalvarın üzərində olan zədələr (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. X2 əynində olmuş yubkanın səthində mexaniki zədə aşkar edilmədi.Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 27 may 2021-ci il tarixli 590, 591 saylı ekspert rəylərində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, X2 bədənində yerləşən “döş qəfəsinin sol yan divarında X qabırğa səviyyəsində qarın boşluğuna keçən, İX-X qabırğaları zədələyən, daxili orqanları zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası” Zərərçəkmiş şəxs1 bədənində yerləşən “qarının ön divarının daxilə keçən, nazik bağırsağın ilgəyini, böyük piyliyi, köndələn və enən çənbər bağırsaq müsaqirəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş yarası” xəsarətləri ilə uyğun olaraq xələtin maykanın və şalvarın üzərində olan zədələr yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13.08.2021-ci il tarixli 466/150 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O hal hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. -yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: - Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional halda olsa da fizioloji affekt halında olmamışdır. (keçirməmişdir) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 28.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 26.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 28.05.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 may 2021-ci il tarixdən hesablanmışdır. Şəmkir rayon Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.07.2021-ci il tarixli saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Ələsgərli kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs1, övladları Şahid6 Gürzalı qızı və Şahid7 Gürzalı qızı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs oğlu yaşayış yerindən müsbət xarakterizə olunur. “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Şahid6 Gürzalı qızı 27.05.2010-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs1dır. “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Şahid7 Gürzalı qızı 23.03.2012-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs1dır. M İ № 003332 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 müharibə iştirakçısıdır.Şuşanın və Fizulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Şəmkir Mərkəzi rayon xəstəxanasının “X19” X3 17.08.2021-ci il tarixli 788 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 25.08.2021-ci il tarixli qərardan görünür ki, bir ədəd üzərində "Stainless Stell, Shanoxinq" sözləri yazılmış bıçaq, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli idman pencəy və bir ədəd tünd göy rəngli cins şalvar, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş tünd boz rəngli, papaqlı bir ədəd xələt, bir ədəd boyun nahiyəsində “MODY” yazısı yazılmış qadın maykası və X5 əynində olmuş bir ədəd qara rəngli, üzərində ağ rəngli gülləri olan qadın yupkası, bir ədəd qara rəngli qadın şalvarı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Şəmkir Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Zərər çəkmiş şəxs X2 istintaq orqanına təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş 28.09.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş 28.09.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.2.1 və 126.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərəçəkmiş şəxslərin onun ailə üzvü və qohumu olmaqla barışmalarını və ondan heç bir şikayət və tələblərinin olmamalarını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.11 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.3-cü maddələri ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərəçəkmiş şəxslərin onun ailə üzvü və qohumu olmaqla barışmalarını və ondan heç bir şikayət və tələblərinin olmamalarını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 əynində olmuş tünd boz rəngli, papaqlı bir ədəd xələt, bir ədəd boyun nahiyəsində “MODY” yazısı yazılmış qadın maykası, zərərçəkmiş şəxs X2 əynində olmuş bir ədəd qara rəngli, üzərində ağ rəngli gülləri olan qadın yupkası, bir ədəd qara rəngli qadın şalvarı zərər çəkmiş şəxsə qaytarılmalı, imtina edildikdə isə məhv edilməli, təqsirləmdirilən şəxs Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli idman pencəy və bir ədəd tünd göy rəngli cins şalvar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, eləcə də hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd bir ədəd üzərində "Stainless Stell, Shanoxinq" sözləri yazılmış bıçaq yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 93 (doxsan üç) manat 40(qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 may 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 əynində olmuş tünd boz rəngli, papaqlı bir ədəd xələt, bir ədəd boyun nahiyəsində “MODY” yazısı yazılmış qadın maykası, zərərçəkmiş şəxs X2 əynində olmuş bir ədəd qara rəngli, üzərində ağ rəngli gülləri olan qadın yupkası, bir ədəd qara rəngli qadın şalvarı zərər çəkmiş şəxsə qaytarılsın, imtina edildikdə isə məhv edilsin, təqsirləmdirilən şəxs Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli idman pencəy və bir ədəd tünd göy rəngli cins şalvar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, eləcə də hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd bir ədəd üzərində "Stainless Stell, Shanoxinq" sözləri yazılmış bıçaq yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 93 (doxsan üç) manat 40(qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinəkeçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-315/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-315/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver