Məhkəmə qərarları › İş №1(100)-315/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-315/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-315/2022 29.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, X5 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.2006-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs Qazax şəhəri Səməd Vurğun adına 2 saylı tam orta məktəbin 11ci sinif şagirdi Zərərçəkmiş şəxs onun sinif yoldaşı Şahid1 qarşı nalayiq ifadələr işlətməsi ilə bağlı məktəbdə sonuncuların aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Şahid1lə birlikdə Zərərçəkmiş şəxs Qazax şəhəri Tofiq Quliyev küçəsində yerləşən Qazax şəhər stadionuna çağıraraq söhbət edərkən Zərərçəkmiş şəxs hər ikisini itələyib təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu hərəkətlərini davam etdirib əli ilə onun ağız nahiyəsindən tutaraq arxaya tərəf itələməsinə və ünvanına nalayiq ifadələr işlətməsinə əsəbləşərək üzərində olan soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs sol döş qəfəsinə qəsdən 2 dəfə zərbə vuraraq sonuncuya sol körpücükaltı nahiyəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran, sol döş qəfəsinin daxilə nüfuz edən və sol ağ ciyərin yuxarı payının zədələnməsi, daxili qanaxma nəticəsində kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax şəhər, Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə 10-cu sinif şagirdidir. Zərərçəkmiş şəxs ondan 1 sinif yuxarıda oxuyur. Hafiz Əliyev isə onların məktəbində 10-cu sinifdə oxuyur. 31 yanvar 2022-ci il tarixdə saat 09 radələrində sinif yoldaşı Əli ona zəng edərək məktəbə çağıraraq demişdir ki, “gəl Hafizlə barış.” O, Əliylə razılaşaraq ona tezliklə gələcəyini bildirmişdir. Məktəbə gələrkən gümüşü rəngli bıçağı yataq otağında döşşəyin altından götürərək gödəkçənin cibinə qoymuşdur. Saat 10 radələrində o, məktəbə çatmış və ikinci mərtəbədə yerləşən siniflərinə getmişdir. Orada sinif yoldaşları bir az əvvəl Hafizin Yunislə dalaşdığını demişlər. Ona görə də o Hafizi axtarmaq üçün məktəbin həyətinə düşmüşdür. Hafizi axtarsa da tapa bilməyib yenidən sinif otağına qayıtmışdır. Bir daha sinifdən çıxanda bu dəfə Hafizi və yanında Əlini görüb onların yanına getmişdir. Onlar birlikdə aşağı, məktəbin həyətinə düşmüşlər. Məktəbin həyətində Əli, Hafiz, Ayxan və o söhbət etməyə başlamışlar. Hafiz olanları danışaraq bildirmişdir ki, o, sinif yoldaşları Gülnarın adını bilmədiyi balaca qardaşı ilə zarafat edərək, ona təhqir mənasında “bacıyev necəsən?” deməsinə görə Yunis də onu təhqir mənasında həmin uşağa demişdir ki, “sən də ona mamayev de”. Yunisin həmin sözündən sonra onunla mübahisələri düşmüşdür. Dərs bitəndən sonra o, Hafiz, Ayxan, Əli ilə birlikdə Yunisi ayaqyolunun qabağına çağırmışlar və oradan da onun təklifi ilə stadiona getməyə başlamışlar. Stadionda o, Yunisi qırağa çəkərək ondan “niyə Hafizi vurursan, həm də ona deyirsən səndən üzr istəsin” deyə soruşmuşdur. Yunis isə cavabında demişdir ki, Hafiz ondan üzr istəməlidir. Bu söhbəti eşidən Hafiz də onların yanına gedərək söhbətə qoşulmuşdur. Yunis onlara “məndən balacasız, gəlib mənimlə söhbətmi edirsiniz” deyib, Hafizi və onu arxaya itələmişdir. Ardı ilə Hafiz və o yumruqla onun qol nahiyələrinə zərbələr vurmuşlar. Yunis isə onları eyni zamanda tutaraq onları vurmuş və arxaya itələmişdir. Uşaqlar onların arasına girib yenidən davanı sakitləşdirməyə çalışsalar da dava daha da böyümüşdür. Yunis eyni zamanda həm Hafizlə həm də onunla dalaşmışdır. X17 və ona tərəf dönərək onların ünvanına “var-yox” söyüşü söymüşdür. Həmin söyüşdən hirslənərək o, əvvəlcədən cibində saxladığı dəstəyi gümüşü rəngli bıçaqla Yunisin qol nahiyəsinə və sol sinə nahiyəsinə ardıcıl olaraq iki dəfə zərbə endirmişdir. Həmin xəsarətdən sonra Yunis qolunu tutmuşdur. Bundan sonra o, əlindəki bıçağı yerə atmış və onlar Yunisi stadionunun içi ilə Mərkəzi Xəstəxanaya aparmışlar. İfadəsinə əlavə olaraq zərərçəkmiş şəxs YunisYolçuyevlə barışıq əldə etdiyini və törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə əvvəllər münasibəti normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində 2 saylı orta məktəbin 2-ci mərtəbəsində dəhlizdə dayandığı vaxt vaxt Hafizin sinif yoldaşı olan Gülnarın balaca qardaşını yanına çağırıb onunla məzələndiyini görmüşdür. Hafiz adını bilmədiyi təxminən 5-ci sinif şagirdi olan uşağa təhqir mənasında “bacıyev nətərsən?” demişdir. O, buna dözə bilməyib Hafizi yanına çağırmış və niyə ondan belə etdiyini soruşmuşdur. Hafiz isə aqresiv formada ona “Yaxşı edirəm” demişdir. O həmin uşağı yanına çağırıb ona demişdir ki, “sən də Hafizə Mamayev de.” Həmin sözündən sonra Hafiz onunüstünə gələrək onu itələmiş və əl-qol atmağa başlamışdır. O isə Hafizə demişdir ki, aşağı məktəbin həyətinə düşsün. Hafizlə aşağı, dəhlizdən məktəbin həyətinə ayaqyolunun qabağına düşmüşlər. Hafiz ona həmin uşağın bacısını tanıdığını bildirərək onun haqqında nalayiq ifadə işlətmiş, ona “mamayev” dedirtdiyinə görə aydınlıq verməli olduğunu bildirmiş, yoxsa onu cəzalandıracağını bildirmişdir. O Hafizin son sözündən sonra ona başla zərbə atmışdır. Lakin baş zərbəsi ona dəyməmiş, Hafiz isə qarşılığında ona təpik atmışdır. Hafizin atdığı zərbə onun ayaq nahiyəsinə dəymişdir. O da təpiklə sonuncunun ayaq nahiyəsinə vurmuşdur. Sonra sinif yoldaşları onları ayırmışlar və o, sinif yoldaşları ilə bir yerdə idman zalına tərəf getmişlər. Bu vaxt Hafiz uzaqdan ona “peysər” demişdir. İdman zalında döşşəklərin üstündə onlar yenidən söhbət etməyə başlamışlar. Söhbət əsnasında o, səhvini qəbul edərək Hafizdən üzr istəmiş və ondan da üzr istəməsini tələb etmişdir. Lakin Hafiz ona günahı olmadığını və üzr istəməyəcəyini bildirmişdir. Bundan sonra o, yumruqla Hafizin sifətinə vurmuşdur. Onu və onunla gələn uşaqları Eyvaz müəllim idman zalından çölə çıxartmış, onlara isə çölə çıxmağa icazə verməmişdir. Çölə çıxan ərəfədə Hafiz ona demişdir ki, “gəl səni qapının ağzında gözləyəcəm.” İdman dərsindən sonra o, zaldan çölə çıxanda Hafizi qapının qabağında görmüşdür. Hafizin yanında İsmayıl, Qaraca, Əli, Ayxan, 9-cu sinif şagirdi Elmir olmuşdur. Onun yanında isə Şahid6 və Şahid4 olmuşdur. Onlar birlikdə oradan da stadiona getmişlər. Yolda İsmayıla zəng gəldiyi üçün o geri qayıtmışdır. Stadiona çatanda ilk olaraq Qaraca onunla söhbət etməyə başlamışlar. Qaraca da ona həmin qızı tanıyıb-tanımadığını soruşaraq həmin qız haqqında nalayiq ifadə işlətmişdir. O Qaracayla söyüşlə danışmadığı üçün onun bu cür davranışı onu hirsləndirmişdir. Qaracanın yanında olan Hafizdə söyüşlə danışmağa başlayanda artıq özünü saxlaya bilməyərək onların hər ikisini arxaya itələmişdir. Ardı ilə Hafiz və Qaraca yumruqla onun qol nahiyələrinə zərbələr vurmuşdur. O isə onları tutub baş-başa çırpmışdır. Uşaqlar onların arasına girib yenidən davanı sakitləşdirməyə çalışsalar da dava daha da böyümüşdür. O, eyni zamanda həm Hafizlə həm də Qaracayla dalaşmışdır. Sonra o, Hafizə və Qaracaya tərəf dönərək onlara söyüş söymüşdür və həmin təhqirdən sonra Qaraca harasından dəqiq çıxartdığını bilmədiyi bıçaqla onun sol qol və sol sinə nahiyəsinə ardıcıl olaraq iki dəfə bıçaqla vurmuşdur.Həmin xəsarətdən sonra o, qolunu tutmuşdur və arxaya tərəf çəkilmişdir. Qaraca əlindəki bıçağı yerə atmışdır. Bundan sonra onu birlikdə Mərkəzi Xəstəxanaya aparmışlar. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, onun barəsində həbslə bağlı olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Famil oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır və onunla həmişə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs və Hafiz Əliyev isə məktəbdə 10-cu sinifdə oxuyurlar. Onlarla dostluq münasibəti var. 31 yanvar 2022-ci il tarixdə saat 11 radələrində tənəffüs vaxtı oxuduqları məktəbdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla birlikdə aşağı düşdüyünü görüb onlarla aşağı, məktəbin həyətindəki ayaqyolunun qabağına düşmüşdür. Ayaqyolunun qabağında o, bildirmişdir ki, Yunislə Hafiz arasında sonuncunun balaca uşağı təhqir etdiyinə görə aralarında mübahisə düşmüşdür. Ayaqyolunun qabağında mübahisə daha da qızışmışdır. Hafiz anası haqqında dediklərinə görə Yunisdən cavab verməsini istəmişdir. Yunis isə ona cavab verə bilməmiş və Hafiz Yunisin cavab verə bilmədiyini görüb onu təhqir etmişdir. Buna görə də Yunis Hafizin sinəsindən tutaraq başı ilə onu vurmaq istəmiş, lakin Yunisin atdığı baş zərbəsi Hafizə dəyməmiş, Hafiz arxaya çəkiləndə isə təpiklə onun ayağından vurmuşdur. O və sinif yoldaşları onları aralamışdır. Buna baxmayaraq Hafiz ona qarşılıq vermək üçün Yunisin üstünə gedərək onu təpiklə ayağından vurmuşdur. Bundan sonra Yunis yenidən Hafizi yumruqla başından, Hafiz isə Yunisi yumruqla boyun nahiyəsindən vurmuşdur. Sinif yoldaşları onları yenə aralamışlar. Dava tamamlanıb, onlar dərsə görə məktəbə tərəf qayıdan ərəfədə Hafiz yenidən hamının yanında Yunisi təhqir edərək ona “peysər” demişdir. Növbəti dərs Yunisgilə fiziki tərbiyə dərsi olmuşdur. Yunisin Elmir və Anarla birlikdə idman zalına girdiyini görüb Hafiz, o, Əli, İsmayıl birlikdə onun arxasıyla idman zalına getmişlər. Zalda o, yenidən yarımçıq qalan söhbəti davam etdirməyə başlamışdır. Söhbət əsnasında Yunis səhvini başa düşərək Hafizdən üzr istəmişdir. Eyni zamanda isə Hafizdən də onu söydüyü üçün üzr istəməsini tələb etmişdir. X14 üzr istəməmişdir. Buna görə də Yunis Hafizin sifətinə yumruqla vurub onu yerə yıxmış və Hafizin üstünə çıxmışdır. Fiziki tərbiyə müəllimi Eyvaz onları aralamışdır. Eyvaz müəllim Hafizi və onları yəni, onu, Ayxanı, İsmayılı zaldan çölə çıxartmağa çalışmışdır. Həmin vaxt Hafiz Yunisə “səni çöldə gözləyəcəm” deyib, ondan nömrəsini istəmişdir. Lakin nömrəni ala bilməyəndə ona hədəylə “dərsdən sonra gözlə gələcəm” deyib, çölə çıxmışdır. Onlar birlikdə çölə çıxaraq 2-ci mərtəbəyə, siniflərin qabağına getmişlər. Elə bu vaxt Qaraca sinifdən çıxaraq yanlarına gəlmişdir. Onlar birlikdə çölə məktəbin həyətinə düşmüşlər. Hafiz olanları Qaracaya danışmışdır. Qaraca Hafizin danışdıqlarını dinlədikdən sonra isə ona demişdir ki, “gedək mən onunla söhbət edəcəm ki, o, səni niyə vurub”. Dərs bitəndən sonra Yunisi ayaqyolunun qabağına çağırmışdır. Yunis isə Anar və Elmirlə birlikdə Qaracanın təklifi ilə stadiona getməyə başlamışlar. O stadiona Qaraca, Hafiz, Əliylə bir getmişdir. Onlardan arxada isə Yunis, Elmir və Anar getmişdir. X6rağa çəkərək ondan niyə Hafizi vurduğunu, ondan üzr istəməsini tələb etdiyini soruşmuşdur. Yunis isə cavabında Qaracaya Hafizə görə onu vurmaq üçünmü gəldiyini soruşmuş və yenə tələb etmişdir ki, Hafiz ondan üzr istəsin. Bu söhbəti eşidən Hafiz də onların yanına gedərək söhbətə qoşulmuşdur. Bu vaxt Yunisin Hafizi və Qaracanı itələdiyini görmüşdür. Ardı ilə Hafiz və Qaraca yumruqla onun qol nahiyələrinə zərbələr vurmuşlar. Yunis isə eyni zamanda onları tutaraq arxaya itələmişdir. Onların arasına girib yenidən davanı sakitləşdirməyə çalışsalar da dava daha da böyümüşdür. X17 və Qaracaya tərəf dönərək var-yox söyüşü söymüş və həmin təhqirdən sonra Qaraca harasından dəqiq çıxartdığını bilmədiyi bıçaqla Yunisin sol qol və sol sinə nahiyəsinə ardıcıl olaraq iki dəfə bıçaqla vurmuşdur. Həmin xəsarətdən sonra Yunis qolunu tutmuş və arxaya tərəf çəkilmişdir. Qaraca əlindəki bıçağı yerə atmışdır. O qorxduğu üçün bıçağı yerdən götürmüşdür ki, başqa heç kəs bir-birinə xəsarət yetirməsin. Daha sonra Yunisdən qan axdığını görən kimi maykasını çıxardıb ondan qan axmasını dayandırmağa çalışmışdır. Yunisin vəziyyətinin pis olduğunu görüb onlar birlikdə onu stadionun içi ilə Mərkəzi Xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid3la oxşar məzmunlu ifadə verərək göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Sabir oğlu ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdən Qazax şəhər, Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır. Zərərçəkmiş şəxs 6 ildir ki, tanıyır. Belə ki, sonuncuya o, 5-ci sinifdən fiziki tərbiyə dərsini tədris edir. Təqsirləndirilən şəxs isə onların qonşu binasında yaşayır. Ona əvvəllər 2 il müddətinə fiziki tərbiyə dərsini tədris etmişdir. xx.xx.2021-ci il tarixdə saat 09:45-də 3-cü dərs onun 11a sinifinə idman dərsi olmuşdur. Ona görə də məktəbin 2-ci mərtəbəsinə qalxaraq müəllimlər otağından 11 a sinifinin jurnalını götürmüş və geri idman zalına qayıtmışdır. Zala daxil olanda bir qrup sinif şagirdinin zalın içindəki invertar otağında mübahisə etdiklərinin şahidi olmuşdur. Onlara yaxınlaşanda isə görmüşdür ki, mübahisə edənlər Hafiz və Yunisdir, onlar bir-birilərini itələyir. O, mübahisə böyüməsin deyə Hafizi və onunla gələn uşaqları idman zalından çölə çıxartmışdır. Eyni zamanda dərs dediyi 11a sinifindən isə kənar şagirdlərin çölə çıxmasına icazə verməmişdir. Hafizi idman zalından çölə çıxartdığı ərəfədə isə Hafiz Yunisdən telefon nömrəsini tələb etmişdir. O, isə hər şeyin normal olduğuna əmin olduqdan sonra dərsə davam etmişdir. Təxminən 40 dəqiqə sonra dərs bitmiş və şagirdlər çölə çıxmışlar. 4-cü saat onun dərsi olmadığı üçün hava almaq üçün məktəbin həyətinə çıxmışdır. Elə bu vaxt da məktəbin həyətindəki texniki işçilərin öz aralarında söhbətindən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bıçaqla Yunisin sol qoluna və sol döş qəfəsinə iki dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və X4 X15 Qazax rayon şöbəsi tərəfindən təqdim edilmiş 11 fevral 2022-ci il tarixli 42 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- sol döş qəfəsinin daxilə nüfuz edən və sol ağ ciyərin yuxarı payının zədələnməsi, daxili qanaxma ilə müşayət olunan kəsilmiş-deşilmiş yarası, sol körpücükaltı nahiyənin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, kəsici-deşici əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə, əmələ gələ bilərdilər. Sol döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sol körpücükaltı nahiyənin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilərdi. İş materiallarına əlavə edilmiş 31 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş "Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə və tutulmuş şəxsin azad edilməsi haqqında" 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" növündə qətimkan tədbiri seçilmiş və o saxlanıldığı polis şöbəsinin MSY-dən azad edilmişdir. İşmateriallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X15 Qazax rayon şöbəsi tərəfindən təqdim edilmiş 04 fevral 2022-ci il tarixli 38 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X4 » X15 06 aprel 2022-ci il tarixli, 124-MTKŞ/2022 nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus koftanın sol qolun ön səthində 1 ədəd, arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus koftanın sol qolun ön səthində, arxa sol səthində olan deşilmişkəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, mayka və şalvar üzərində zədə və zədə izləri aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah deyil. Təqdim olunmuş bıçağın üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X4 » X15 xx.xx.2022-ci il tarixli, 151/2022-MTBŞ nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O alfa, beta (İ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkçə, papaqlı uzunqol kofta, şalvar, ona keçirilmiş kəmər və qolsuz mayka, Şahid3 qolsuz maykası, qatlanan bıçaq tiyəsi, hadisə yerində 03 ədəd pambıq topasına hopdurulmuş nümunə üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Zərərçəkmiş şəxs məxsus papaqlı uzunqol kofta və qolsuz mayka üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş qatlanan bıçaq dəstəyi üzərində qan aşkar olunmadı. Qərarın təsvir hissəsində əmələ gəlmə müddəti barəsində olan suala hal-hazırda dəqiq metodlar olmadığı üçün cavab vermək mümkün olmadı. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2022ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti başçısının Qazax Mənzil İstismar Sahəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası xx.xx.1975-ci il təvəllüdlü X7 və qardaşı xx.xx.2000-ci il təvəllüdlü X3 ibarətdir və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax rayon Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, xx xxxx 2006-cı il tarixdə doğulmuş Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt, yəni 31 yanvar 2022-ci il tarixdə 15 yaşında olmaqla, yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən isə on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsdir, zərərçəkmiş şəxslə barışıq əldə etməklə törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Həmçinin iş materiallarında olan xasiyyətnamədən müəyyən olunmuşdur ki, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyümüzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşınaçatmayan şəxsintörətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Həmin Qərarın 12-ci bəndində isə göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar barəsindəAzərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinəgörə cinayətinyetkinlik yaşınaçatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Qazax rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd uzunqol gödəkçə,1 ədəd papaqlı uzunqol kofta, 1 ədəd şalvar və ona keçirilmiş kəmər, 1 ədəd qolsuz mayka sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Şahid3 götürülmüş 1 ədəd qatlanan bıçaq, 03 ədəd pambıq topası, quru qan nümunəsi məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 1(bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Qazax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd uzun qol gödəkçə, 1 ədəd papaqlı uzunqol kofta, 1 ədəd şalvar və ona keçirilmiş kəmər, 1 ədəd qolsuz mayka sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Şahid3 götürülmüş 1 ədəd qatlanan bıçaq, 03 ədəd pambıq topası, quru qan nümunəsi məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar