Məhkəmə qərarları › İş №1(100)-315/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-315/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-315/2023 20.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu (məruzəçi hakim) və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X17 və X10, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X8, X4 və X9 və Zərərçəkmiş şəxs4 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 11-ci yataqxanada qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı arvadı Zərərçəkmiş şəxs2 və iki azyaşlı övladlarını özü ilə birlikdə aparmaq üçün sonuncunun yaşadığı ünvan 2 ünvanına gəlmiş, Zərərçəkmiş şəxs2 iradəsi ziddinə özü ilə birlikdə Bakı şəhərinə aparacağını bildirib mübahisə yaradaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə pozaraq özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafa toplaşmış şəxslərin gözü qarşısında özünün üstünlüyünü nümayiş etdirməklə ətfadakı insanları özünə cəlb etməklə ətrafda olan şəxslərə məhəl qoymayıb, qərəzli surətdə pozulmasında ifadə olunan ucadan danışaraq, nalayiq ifadələrlə ünvansız söyüşlər söyməklə öz üzərində gəzdirdiyi bıçağı nümayiş etdirməklə xuliqanlı etmiş, bundan sonra xuliqanlı əməllərini davam etdirib, öz üstünlüyünü nümayiş etdirmək üçün onu intizama dəvət edən X5 heç bir əsaslı səbəb olmadan müstəsna dərəcədə rəhimsizlik göstərib, xüsusi əzab verdiyini dərk edərək zərərçəkmiş şəxsin doğma bacısı - xx.xx.1992cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 və əmisi – Zərərçəkmiş şəxs3 gözü qarşısında özü ilə gətirdiyi soyuq silah hesab edilməyən turist bıçağını silah qismində istifadə edərək xüsusi amansızlıqla zor tətbiq edərək bir dəfə Zərərçəkmiş şəxs1 döş qəfəsinin arxa səthindən zərbə vuraraq sol döş boşluğuna keçərək sol ağciyərin zədələnməsi ilə müşayiət olunan, ikinci dəfə isə bel nahiyəsindən zərbə vuraraq onurğa beyninin zədələnməsi və sağ aşağı ətrafın tam, sol aşağı ətrafın isə qismən parezi ilə müşayət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmiş, bundan sonra həmin ünvanda, xuliqanlıq əməllərini davat etdirərək, təkrar ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və Zərərçəkmiş şəxs1 ağır xəsarətlər yetirməsini qarşısını almaq istəyən sonuncunun qonşusu Zərərçəkmiş şəxs4 özü ilə gətirdiyi həmin bıçaqdan silah qismində istifadə edərək zor tətbiq edərək qarının ön divarının deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xəsarət yetirərək sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlı etmiş, bundan sonra xuliqanlıq əməllərini davat etdirərək, təkrar həmin ünvanda yerləşən qeyd olunan şəxslərin birgə yaşadığı mənzilə daxil olaraq soyuq silah hesab edilməyən turist bıçağını silah qismində istifadə edərək zor tətbiq edərək Zərərçəkmiş şəxs2 ənsə və sol bazu nahiyələrinə xəsarət yetirərək sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlı etmiş, bundan sonra həmin ünvanda, xuliqanlıq əməllərini davat etdirərək, təkrar həmin ünvanda onu intizama dəvət edən zaman heç bir əsaslı səbəb olmadan müstəsna dərəcədə rəhimsizlik göstərib, xüsusi əzab verdiyini dərk edərək zərərçəkmiş şəxsin qardaşı qızı - Zərərçəkmiş şəxs2, həmin vaxt stolun altında gizlənmiş azyaşlı uşaqları Əli və Zeynəb Nəsirovların gözü qarşısında özü ilə gətirdiyi soyuq silah hesab edilməyən turist bıçağını silah qismində istifadə edərək zor tətbiq edərək ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən əmisi Zərərçəkmiş şəxs3 xüsusi amansızlıqla baş nahiyəsinə zərbə endirib baş beyinin orta dərəcəli əzilməsi, baş beyinin alın nahiyəsində beyindaxili hematoma, alın sümüyünün qəlpəli sınığı ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən xəsarət yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq etmiş, təkrar, heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə, eləcə də xüsusi amansızlıqla, eyni zamanda ictimai borcunu yerinə yetirən iki və daha artıq şəxslərin həyatı üçün təhlükəli olan sağlamlığın uzun müddətdə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmaqla, vahid niyyətlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə 2016-cı ildə ailə həyatı qurmuş, birgə nikahdan 2017-ci ildə bir qız övladı, 2019-cu ildə isə bir oğlan övladı dünyaya gəlmişdir. O, Elnurə ilə birgə ər-arvad münasibətlərində yaşadıqları müddət ərzində aralarında ailə daxili münasibətlər zəmnində dəfələrlə mübahisələr yaranmış, bu səbəbdən də Elnurə hər dəfə övladlarını da götürüb Gəncə şəhərinə atası evinə gəlmişdir. Sonuncu dəfə təxminən 20 gün bunan əvvəl Elnurə ilə aralarında yaranmış ailə daxili münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Elnurə övladlarını da götürüb Gəncə şəhərinə atası evinə gəlmişdir. Bundan sonra Elnurə mobil telefon istifadə etmədiyi üçün o, sonuncunun anası Nəzakətin istifadəsində olan mobil telefonla dəfələrlə əlaqə saxlayıb Elnurənin evlərinə qayıtmasını, bir yerdə yaşmalarını bildirsə də istər Nəzakət, istərsə də Elnurə guya o, hər şeyə danışıb dava-dalaş yaratdığını, Elnurəni incitdiyini bildirib razılıq verməmişlər. 29 yanvar 2023-cü il tarixdə Elnurənin anası Nəzakətlə əlaqə saxlamış, daha sonra Elnurənin özü ilə telefonda danışanda bildirmişdir ki, səhərisi gün Gəncə şəhərinə gəlib ailəsini götürüb Bakı şəhərinə qayıdacaqdır. 30 yanvar 2023-cü il tarixdə Bakı şəhərindən çıxıb avtobusla Gəncə şəhərinə gəlmiş, təxminən saat 16 radələrində Gəncə şəhərinə çatıb Elnurənin yaşadığı fərdi yaşayış evinə getmişdir. Elnurənin yaşadığı evin həyətində dörd dənə fərdi yaşayış evi yerləşir. O, Elnurənin yaşadığı fərdi yaşayış evinə daxil olmuş, həmin vaxt Elnurə və azyaşlı uşaqları evdə olmuşlar, azyaşlı oğlu onu görən kimi yanına gəlmiş və o, oğlunu qucağına almış, qızı da ona yaxınlaşmışdır. O, Elnurəyə uşaqları da götürüb Sumqayıta getmələrini bildirəndə sonuncu onunla yaşamaq istəmədiyi üçün getmək istəmədiyini bildirmişdir. Həmin vaxt Elnurənin qardaşı Zərərçəkmiş şəxs1 da evə daxil olmuş, Elnur ona həyətə çıxıb rahat söhbət etməyi bildirdiyi üçün o, qucağında azyaşlı oğlu ilə həyətə çıxmış, həmin vaxt Elnurənin əmisi Elşən də yaşadığı evdən həyətə çıxıb onların yanına gəlmişdir. O, Elnura və Elşənə övladlarını və həyat yoldaşını aparmaq üçün Gəncə şəhərinə gəldiyini bildirmiş, Elnur və Elşən isə onun üstünə düşüb ailəsini aparmayacağını bildirmişlər. O, Elnurla əsəbi formada danışdığı üçün azyaşlı oğlu qorxduğuna görə o, uşağı Elşənə vermişdir ki, aparıb ansına versin. Həmin vaxt həyətdə yerləşən evlərdən birindən adını bilmədiyi gözlərində optik eynək olan bir nəfər orta yaşlı qadın həyətə düşmüş, həmin qadın nəyə görə həyətə gəldiyini soruşanda o, Elnurənin həyat yoldaşı olduğunu, ailəsini aparmaq üçün gəldiyini həmin qadına bildirəndə həmin qadın da Elnurənin xalası olduğunu deyib ona bildirmişdir ki, «Elnurə səninlə yaşamaq istəmirsə nəyə görə onu məcbur qaydada aparmaq istəyirsən». O, isə ailəsi ilə bir yerdə yaşamaq niyyətində olduğu üçün azyaşlı övladları və həyat yoldaşını aparmaq fikrində olduğunu bildirmişdir. O, Elnurənin övladları ilə birlikdə əmisinin evində olduğunu bilib ucadan Elnurəyə səslənmişdir ki, «uşaqları da götür, gəl gedək». Həmin vaxt Elnur ona «sən burdan heç kimi aparmayacaqsan» demişdir. O, da Elnurun sözlərinə əsəbləşib özü ilə Gəncə şəhərinə gətirdiyi əynindəki idman pencəyinin sağ cibimdə olan açılıb-qatlanan bıçağı çıxardıb Elnurun sol kürək nahiyəsindən və sol yan nahiyəsindən iki dəfə zərbə vurmuş, zərbənin təsiri nəticəsində Elnur yerə yıxılmışdır. Həmin vaxt həyətdə olan adını bilmədiyi, gözlərində optik eynək olan həmin orta yaşlı qadın onu kənara itələyəndə o, yerə yıxılmışdır. Onun Elnuru bıçaqla vurduğunu görən Elşən qaçıb evinə girmiş və qapını da arxadan bağlamışdır. O, Elşənin evdən bıçaq götürüb onu vuracağından ehtiyyat edərək özünü müdafiə etmək məqsədilə ayağa qalxıb Elnurun bədəni üzərindəki bıçağı çıxardıb Elşənin evinin giriş qapısına yaxınlaşmışdır. O, qapının bağlı olduğunu görüb Elnurədən qapını açmasını bildirəndə sonuncu əmisi tərəfindən qapının bağlandığını bildirmişdir. O, övladlarını və Elnurəni evdən götürmək məqsədilə qapının şüşəsini vurub sındırmış, o, evin içərisinə daxil olanda Elnurə qarşısına çıxmış, onu tutub saxlamaq istəyərkən, əlindəki bıçaq ehtiyyatsızlıqdan Elnurənin sol boğaz nahiyəsindən və sol qoluna dəymiş, bu zaman əmisi Zərərçəkmiş şəxs3 onun üstünə gəlib onu vurmaq istəyərkən əlindəki bıçaqla Elşənin baş nahiyəsindən və sol boğazından vurub xəsarət yetirmişdir. Bundan sonra o, evdən çıxıb küçəyə qaçmış, küçə ilə piyada gedən vaxt istifadəsində olan ***-***-**-** nömrəsinə vatsap vasitəsilə əmisigilin xatırlamadığı nömrəsindən ona zəng gəlmiş, telefonda danışan şəxsin anası Almaz olduğunu bilmiş, anası ondan Elnurəgillə danışıb-danışmadığını soruşanda o, artıq hər şeyin bitdiyini bildirəndə telefonda qışqırıq səslərindən eşitmişdir ki, anasının halı pis olmuşdur. Bundan sonra o, qərara gəlmişdir ki, Sumqayıt şəhərinə gedib anası ilə görüşdükdən sonra könüllü olaraq Sumqayıt Rayon Polis Şöbəsinə gedib könüllü təslim olsun. Bundan sonra o, yoldan ötən nömrəsini xatırlamadığı taksi avtomobili ilə avtovatzala getmiş, oradan da Bakı-Gəncə marşurutu üzrə işləyən nömrəsini xatırlamadığı avtomobillə Bakı şəhərinə, daha sonra isə taksi ilə Sumqayıt şəhərinə getmiş, anası ilə görüşdükdən sonra Sumqayıt Rayon Polis Şöbəsinə gedib törətdiyi cinayət hadisəsi barədə məlumat verərək könüllü təslim olmuş və cinayət hadisəsi zamanı istifadə etdiyi bıçağı təqdim etmişdir. O, istər Elnurəni istərsə də digərlərini öldürməklə hədələməmiş, o, övladları və Elnurə ilə bir yerdə ər-arvad münasibətlərində yaşamaq niyyətində olmuşdur. O, hadisə zamanı istifadə etdiyi bıçağı təxminən 2-3 il bundan əvvəl Bakı şəhərində xatırlamadığı köşklərin birindən almış, o, avtomobilləri yuma məntəqəsində işlədiyi üçün nahar vaxtı çörək və kolbasa doğramaq məqsədilə həmin bıçağı həmişə üstündə saxlamış, Gəncə şəhərinə gələn vaxt isə bıçaq gündəlik işə geyindiyi idman pencəyinin cibində olmuşdur. Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evində Elşəni bıçaqla vurub xəsarət yetirən vaxtı həyəcanlı olduğu üçün hadisə zamanı azyaşlı övladlarının hadisənin şahidi olub-olmamalarına fikir verməmişdir. O, hadisə zamanı onu aralamağa çalışan gözlərində optik eynək olan həmin orta yaşlı qadını vurub xəsarət yetirməmiş, ola bilsin ki həmin qadın onu aralamaq istəyəndə xəsarət alsın, lakin həmin qadını vurub xəsarət yetirmək niyyəti olmamışdır. Hadisə zamanı onun Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 vurub xəsarət yetirmək niyyəti olmamışdır. Bütün bunlara baxmayaraq hadisədən sonra zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs2 həyat yoldaşıdır, 2 azyaşlı övladları var. Onlar ailəli olduqları müddət ərzində Babək dəfələrlə Elnurəni döydüyü üçün bacısı bir neçə dəfə övladları ilə birlikdə ata evinə gəlmişdir. Təxminən hadisədən bir ay əvvəl Babək yenə də bacısı Elnurəni döyüb dalaşdığı üçün Elnurə uşaqları ilə birlikdə ata evinə gəlmiş, bundan sonra Babək anasının istifadəsində olan ***- ***-**-** nömrəsinə “whatsap” sosial şəbəkəsi ilə hədələyici sözlər yazıb gəlib onun anasını, bacısını öldürəcəyini demişdir. Lakin onlar cavab yazmamışlar ki, yəqin Babək əsəbidir, sakitləşdikdən sonra yazdıqlarına peşman olar. 30 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində şəhərin mərkəzində yaşadığı evə tərəf gedəndə görmüşdür ki, Babək onun yaşadıqları ünvana tərəf gedir. O, Babəkin arxasınca addımlamağa başlamışdır. Onların yaşadıqları ünvan “jak” məhlələri kimi tanınan həyət evidir, həmin həyət evində əmisi Zərərçəkmiş şəxs3, anası Şahid2, qonşuları Zərərçəkmiş şəxs4 ilə birlikdə qonşuluqda yaşayırlar. Bundan sonra Babək yaşadıqları evin həyətinə daxil olmuş, Babək anasının yaşadığı evə tərəf irəliləmiş, həmin vaxt bacısı Elnurə və azyaşlı uşaqları evdə olmuşlar. Babək evə daxil olan kimi uşaqlardan birini qucağına alıb bacısına bildirmişdir ki, «uşaqları da götür gedək». Həmin vaxt o, Babəkə demişdir ki, «çıxaq həyətə asta-asta söhbət edək». Onun Babəki çölə çıxartmaqda məqsədi o olmuşdur ki, sonuncu ilə söhbət etsin ki bacısını dəfələrlə döyüb xəsarət yetirdiyi üçün bacısı ilə ər-arvad münasibətlərində yaşamağın mümkün olmadığını, bacısının Babəklə yaşamaq istəmədiyini sonuncuya desin. Həmin vaxt Babəkin az yaşlı uşağı Əli qucağında olmuş, həyətdə onların səsküylərinə əmisi Elşən də çölə çıxmış, uşağın qorxduğunu görüb uşağı qucağından yerə qoyaraq rahat söhbət etmələrini Babəkə demişdir. Bundan sonra bacısı oğlu Babəkin qucağından düşüb anasının yanına getmişdir. O, Babəklə danışan zaman Babək ona demişdir ki, «ya mən ailəmi götürüb aparacam, ya da burda qan çıxmalıdır». Əmisi və o, isə Babəki sakitləşdirməyə çalışmışlar. Həmin vaxt qonşuluqda yaşayan Mehriban xala da həyətə çıxmış, sonuncu Babəkə həyətdən çıxıb getməsini deyəndə Babək Mehribana “sənlik nə var ki, sən kimsən” deyə cavab vermişdir. O, Babəyi sakitləşdirməyə çalışanda sonuncu qəfildən əlini cibindən çıxardıb sağ əlindəki bıçaqla onun arxa sol kürək nahiyəsindən və sol yan nahiyəsindən vurmuş, onun ayağı keyidiyi üçün o, yerə yıxılmış, zərbənin təsiri nəticəsində bıçaq onun kürəyində qalmışdır. Babək onu bıçaqla vuran vaxt əmisi Elşən öz yaşadığı evə qaçmışdır ki, bacısını müdafiə etsin ki Babək ondan sonra gedib bacısını vurmasın. Belə ki, həmin vaxt bacısı əmisinin yaşadığı evdə gizlənmişdir. Babək onu vurduğu üçün Mehriban Babəki ondan aralamaq üçün kənara itələyəndə Babək yerə yıxılmış, bundan sonra Babək ona yaxınlaşıb bıçağı onun kürəyindən çıxardıb əmisinin yaşadığı evə girmişdir. O, şüşə qırıntısı səsi və bacısının qışqırıq səslərini eşitmiş, lakin taqəti olmadığı üçün ayağa dura bilməmişdir. Sonradan Babək həyətdən qaçıb getmişdir. Sonra hadisə yerinə təcili yardım avtomobili gəlmiş, ona məlum olmuşdur ki, Babək onu bıçaqla vurduqdan sonra bacısı Elnurəni və əmisi Elşəni, hətta qonşusu Mehribanı da vurub xəsarət yetirmişdir. Hadisənin baş verməsinə səbəb Babəkin bacısını və uşaqlarını özü ilə Bakıya aparmaq istəməsi, lakin bacısı Elnurənin isə razılıq verməməsi olmuşdur. Hadisə zamanı səs-küy, qışqırıq səsləri olmuş, hadisə zamanı səsküyə qonşular hadisə yerinə toplaşmışlar. Babək onu iki dəfə vurduqdan sonra Zərərçəkmiş şəxs4 araya girib Babəki itələyərək yerə yıxmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı onu bıçaqla vurub xəsarət yetirdikdən sonra bıçağı onun kürəyindən çıxardıb yenidən onu vurmağa imkanı olsa da onu vurmayıb Elşənin evinə tərəf qaçıb getmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2016-cı ildə ailə həyatı qurmuş, birgə nikahdan iki övladları var. Babəklə Bakı şəhəri Saray qəsəbəsində kirayədə yaşamışlar. Birlikdə yaşadıqları müddət ərzində mütəmadi olaraq onu döymüş, əsassız yerə onu xəyanət etməkdə günahlandırmış və onu ölümlə hədələmişdir. Bu səbəbdən də hadisə baş verməmişdən təxminən bir ay əvvəl o, iki azyaşlı övladları ilə birlikdə Gəncə şəhərinə gəlib anası Nəzakətin qaldığı evdə yaşamağa başlamışlar. Hadisədən 4-5 gün əvvəl Babək anasının istifadəsində olan ***-***-**-** nömrəsinə “whatsap” sosial şəbəkəsində hədələyici sözlər yazmağa başlamış, anasını və onu gəlib öldürəcəyi ilə hədələsə də onlar Babəkin mesajlarına cavab yazmamışlar ki, sonradan Babəkin hirsi soyuyar və yazdıqlarına peşman olar. 30 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində o, azyaşlı uşaqları ilə evdə olan zaman Babək evlərinə gəlmiş, arxası ilə də qardaşı Elnur gəlib evə daxil olmuşdur. Elnur Babəklə salamlaşmış, Elnur ona əmisinin yaşadığı evə getməsini gözlə işarə etdiyi üçün o, dərhal əmisinin yaşadığı evə getmiş və Babəkin gəldiyini əmisinə bildirmşdir. Həmin vaxt qızı da onun yanına gəlmiş, Babək isə oğlunu qucağına alıb Elnurla birlikdə həyətə düşmüşdür. Əmisi də evindən çıxıb həyətə, Elnurgilin yanına getmişdir. Babək ucadan nalayiq sözlər işlədərək ondan birlikdə getməyi tələb etmişdir. Elnur isə Babəki sakitləşdirməyə çalışmışdır. O, əmisigilin evində gizlənən vaxt eşitmişdir ki, Babək ucadan söyüşlə danışır, əgər birlikdə getməsə qan çıxaracağını deyir. Əmisi və Elnur Babəkdən uşağı yerə qoymağı tələb etdikləri üçün oğlu qaçıb onun yanına gəlmişdir. Bundan sonra həyətdən qışqırıq səsləri eşitmiş, Babək qardaşı Elnuru bıçaqla kürək nahiyəsindən vurmuşdur. Həmin vaxt əmisi qəfil anda qaçıb evinə gəlmiş, o, əmisi ilə birlikdə qapının arxasını bağlamışlar ki Babək evə girməsin. Çünki Babək gəlib onu da öldürmək niyyətində olmuşdur. Həmin vaxt oğlu və qızı qorxularından stolun altına girib gizlənmişlər. Sonra Babək evin digər giriş qapısını vurub sındıraraq evə daxil olmuş, Babəklə qarşılaşarkən əvvəlcə əlindəki bıçaqla onun sol boyun nahiyəsindən və sol qolundan vurmuş, əmisi Elşən qabağa durub onu müdafiə etmək istəyəndə Babək əlindəki bıçaqla əmisinin də baş nahiyəsindən, boyun nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. Babəykn onu və əmisini bıçaqla vurmasını azyaşlı uşaqları görmüşlər, uşaqlarının gözləri qarşısında Babək ona və əmisinə bıçaqla vurub xəsarət yetirmişdir. Həmin vaxt Mehriban xala gəlib orada səs-küy salanda Babək evdən qaçıb getmişdir. O, həyətə çıxanda görmüşdür ki, Babək Elnuru kürək nahiyəsindən bıçaqla vurub xəsarət yetirdiyi üçün qardaşı huşsuz vəziyyətdə yerə yıxılıbdır. Sonra təcili yardım avtomobili çağırılmış, onu, əmisini və qardaşı xəstəxanaya aparmışlar. Hadisənin baş verməsinə səbəb Babəkin onu və uşaqlarını Bakıya aparmaq istəməsi, onun isə Babəklə razılaşmaması olmuşdur. Hadisə zamanı səs-küy, qışqırıq səsləri olmuş, hadisə zamanı səsə-küyə qonşular hadisə yerinə toplaşmışlar. Babəkin həyat yoldaşı olmasını və azyaşlı uşaqlarını nəzərə alıb, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qardaşı qızıdır. Elnurə iki az yaşlı övladı ilə onunla qonşuluqda yaşayır. Belə ki, hadisə baş verməmişdən təxminən bir ay əvvəl Elnurə həyat yoldaşı Təqsirləndirilən şəxs ayrılıb Gəncə şəhərinə gəlmiş və onunla qonşuluqda yaşayan anası Nəzakətlə birlikdə yaşamağa başlamışdır. Babək mütəmadi olaraq qardaşı qızı Elnurəni döyüb ölümlə hədələmiş, bir yerdə yaşamayacaqları təqdirdə Elnurəni öldürəcəyini demişdir.30 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı evdə olan zaman Elnurə həyəcanlı vəziyətdə azyaşlı qızı ilə qaçıb onun evinə gəlmişdir. O, nə baş verdiyini soruşanda Elnurə bildirmişdir ki, Babək gəlib və əsəbi vəziyyətdədir. O, Elnurəyə çölə çıxmamağı tapşırıb özü həyətə çıxmış, həyətdə Elnur və Babəkin dayanıb söhbət elədiklərini görmüşdür. Babək ailəsini aparacağını söyləyərək əks halda qan çıxacağını demişdir. Elnur isə Babəki sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Babək əlini cibindən çıxardıb əlindəki bıçaqla Elnurun arxa kürək nahiyəsindən vurub xəsarət yetirmişdir. O, həmin vaxt Babəkin Elnurəni də bıçaqla vuracağını düşünüb dərhal Elnurənin yanına evə qaçmışdır ki, sonuncunu müdafiə etsin. Həmin vaxt qonşuluqda yaşayan X16 aralamağa çalışmışdır. O, evin içərisində Elnurə ilə qapını arxadan bağlayıb dayanmışlar. Həmin vaxt Elnurənin azyaşlı uşaqları qorxub stolun altına girmişlər. Bu zaman Babək evin digər qapısının şüşəsini və qapını sındıraraq evə daxil olmuş, Babək əlindəki bıçaqla qardaşı qızı Elnurənin sol boyun nahiyəsindən və sol qolundan bıçaqla vurmuş, o, Elnurəni qorumaq üçün qabağa duranda Babək əlindəki bıçaqla onun da baş nahiyəsindən vurmuşdur. O, huşunu itirib yerə yıxılmış, Babək onu və Elnurəni azyaşlı uşaqlarının gözü qarşısında vurub xəsarət yetirmişdir. Sonra Babək oradan qaçıb getmişdir. Hadisənin baş verməsinə səbəb Babəkin qardaşı qızı Elnurəni və uşaqlarını özü ilə Bakıya aparmaq istəməsi, lakin Elnurənin isə razılıq verməməsi olmuşdur. Hadisə zamanı səs-küy, qışqırıq səsləri olmuş, hadisə zamanı səsə-küyə qonşular hadisə yerinə toplaşmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs onun boyun, qaş və alın nahiyəsindən bıçaqla vurub ona xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, onun yaşadığı evin həyətində ondan başqa bir neçə qonşular yaşayırlar. Zərərçəkmiş şəxs2 iki az yaşlı övladı ilə anası Şahid2 ilə birlikdə onun qonşuluqda yaşayırlar. Elnurənin əmisi Zərərçəkmiş şəxs3 da onlarla bir məhlədə, lakin ayrı evdə yaşayır. Elnurə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurub, birgə nikahdan iki övladları dünyaya gəlib və Bakı şəhəri Saray qəsəbəsində kirayədə yaşasalar da Elnurə küsüb 2022-ci ilin təxminən dekabr ayında iki övladlarını da götürüb Gəncə şəhərinə gələrək anası Şahid2 yanında yaşamağa başlamışdır.30 yanvar 2023-cü il tarixdə, saat 16:30 radələrində yaşadığı evdə yatan vaxt həyətdə yaranmış səs-küyə yuxudan oyanmış, həyətə çıxanda görmüşdür ki, qonşuluqda yaşayan Elşən, Elnurənin qardaşı Elnur və Babək Elnurənin yaşadığı evin qarşısında dayanıb söhbət edirlər. Həmin vaxt Babək əsəbi halda ucadan danışdığı üçün o, nə baş verdiyini soruşanda Babək Elnurənin həyat yoldaşı olduğunu, ailəsini aparmağa gəldiyini ona bildirmişdir. Sonra Babək «Elnurə gəl gedək bir yerdə ər-arvad kimi yaşayaq» deyə ucadan qışqıranda o, başa düşmüşdür ki, Elnurə həyat yoldaşı Babəklə yaşamaq istəmədiyi üçün qaçıb əmisi Elşənin evində gizlənibdir. Babək ucadan danışaraq nalayiq sözlər işlətdiyi üçün o, əxlaqsız sözlər danışmamağı deyəndə Babək ona «sənlik deyil, sən qarışma» deyə cavab vermişdir. Elnur Babəkə məhlədən çıxıb getməyi bildirəndə Babək cibindən çıxartdığı bıçaqla Elnurun sol kürək nahiyəsindən və sol yan nahiyəsindən iki dəfə zərbə vurduğu üçün zərbənin təsiri nəticəsində Elnur yerə yıxılmışdır. Həmin vaxt o, Babəkin üstünə qaçıb sonuncunu Elnurdan aralamaq istəyəndə Babək əlindəki bıçaqla onun qarın nahiyəsinə zərbə vurub xəsarət yetirmişdir. O, özünü toplayıb var gücü ilə Babəki Elnurdan kənara itələdiyi üçün sonuncu yerə yıxılmışdır. Babək Elnuru bıçaqla vurub xəsarət yetirən an Elnurənin əmisi Elşən öz yaşadığı evə qaçıb getmişdir. O, yerdə yıxılmış vəziyyətdə olan Elnura kömək etmək istəyəndə Babək yenidən Elnura yaxınlaşıb sonuncunun kürəyində qalan bıçağı çıxardıb Elşənin yaşadığı evə tərəf getmişdir. Babək Elşənin evinə yaxınlaşıb pəncərənin şüşəsini sındırmış və qapını qırıb içəriyə daxil olmuşdur. Həmin vaxt Babək evdə olan Elşənə və Elnurəyə xəsarət yetirdikləri üçün o, həmin şəxslərin qışqırıq səslərini, Elnurənin «ana öldüm» səsini eşitdiyi üçün Elşənin evinə daxil olanda Babək oradan qaçıb getmişdir. O, Babəkin arxasınca qaçsa da onu tuta bilməmişdir. Sonradan Elnurəgilin yanına qayıdanda görmüşdür ki, Babək bıçaqla Elnurənin sol boyun nahiyəsinə və sol qoluna, Elşənin isə baş nahiyəsinə xəsarət yetirmişdir. O, Elşənin evində döşəmə üzərində qan izlərini də görmüşdür. Sonra hadisə yerinə çağırılan təcili yardım avtomobili ilə həkimlər Elnurə, Elnur və Elşəni Xəstəxanaya aparmışlar. 4-5 dəqiqəyə yaxın davam etmiş hadisənin baş verməsinə səbəb Babəkin Elnurəni və uşaqlarını Bakıya aparmaq istəməsi, Elnurənin isə Babəklə razılaşmaması olmuşdur. Hadisə zamanı səs-küy, qışqırıq səsləri olmuş, hadisə zamanı səs-küyə qonşular hadisə yerinə toplaşmışlar. Hadisə zamanı həyətdə o, Babək, Elnur, Elşən və qonşuluqda yaşayan Ülviyyə olmuşlar. Ülviyyə dava-dalaş baş verə yaxın gəlməyib öz yaşadığı evin qarşısında həyəcanlı halda dayanıb hadisəni izləmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə qonşuluqda yaşayır, Təqsirləndirilən şəxs qiyabi tanıyır, sonuncu ilə aralarında düşmənçilik və ya ədavət olmamışdır. 30 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində o, evdə olarkən qonşu evdən səs-küy və qışqırıq səsləri eşidib dərhal qonşuluqda yaşayan Elnurənin qaldığı evə getmiş, o, qapıya çatarkən Babəkin qapıdan çıxaraq arxa küçəyə qaçdığını və digər qonşusu Zərərçəkmiş şəxs4 qarın nahiyəsinin qanlar içərisində olduğunu və Babəkin arxasıyca qaçdığını görmüşdür. Dərhal Elnurənin yaşadığı evin içərisinə daxil olmuş, evə daxil olarkən Elnurənin qardaşı Elnurun evin həyətində qanlar içərisində yerdə uzandığını görmüş, daha sonra Elnurənin əmisi Elşənin baş və boyun nahiyyəsinin qanlar içərisində olduğunu, həmin nahiyələrin dəsmalla örtdüyünü görmüşdür. Bundan sonra Elnurənin sol qolunun kəsildiyini və həmin qolundan qan gəldiyini Elnurəyə bildirmişdir. Həmin anda Elnurə ona həyəcanlı şəkildə uşaqların evin içərisində olan stolun altında gizləndiklərini bildirərək uşaqları oradan götürməyi ondan xahiş etdiyi üçün o, dərhal içəriyə qaçaraq Elnurənin uşaqlarını götürüb öz yaşadığı evə aparmışdır. Bundan sonra təcili tibbi yardım xidmətinə zəng vuraraq kömək istəmiş, daha sonra təcili tibbi yardım xidməti hadisə yerinə gələrək Elnurəgili xəstəxanaya aparmışdır. 30 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanında baş vermiş hadisə zamanı o, xəsarət almamış, sadəcə səs-küy və qışqırıq səslərini eşidib həmin evə gəlib evin qapısına yaxınlaşanda hadisəni törədən Təqsirləndirilən şəxs qaçaraq oradan uzaqlaşdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs2 və sonuncunun iki azyaşlı övladları ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun oğlu, Zərərçəkmiş şəxs3 isə qaynıdır. Onun yaşadığı evin həyətində ondan başqa bir neçə qonşular yaşayırlar. Elnurə 2016-cı ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurub və birgə nikahdan iki övladları var. Elnurə ailəsi ilə Bakı şəhəri Saray qəsəbəsində kirayədə yaşamış, birgə yaşadıqları müddət ərzində Babək mütəmadi olaraq qızını döyüb ölümlə hədələmişdir. Sonuncu dəfə isə 2022-ci ilin dekabr ayında Babəklə Elnurənin arasında mübahisə yarandığı üçün Elnurə iki övladlarını da götürüb Gəncə şəhərinə gələrək onunla bir yerdə yaşamağa başlamışdır. Elnurənin mobil telefonu olmadığı üçün o, işə gedəndə istifadəsində olan ***-***-**-** saylı mobil telefonu evdə qoymuşdur ki, işdə olanda qızı ilə əlaqə saxlaya bilsin. Babək onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Elnurə ilə əlaqə saxlayıb geri qayıtmasını istəmiş, əks halda isə Gəncə əhərinə gəlib öldürəcəyi ilə hədələmişdir. Hətta Babək onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona onun barəsində də hədələyici sözlərlə mesajlar yazmış və onu da öldürəcəyi ilə hədələmişdir. O və qızı isə Babəkin mesajlarına cavab yazmamışlar ki, yəqin əsəbi olduğu üçün o cür mesajlar yazır və hirsi soyuduqdan sonra yazdıqlarına peşman olar. 30 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində o, işdə olan vaxt oğlu Elnur işlədiyi mağazaya zəng edib Babəkin onların evinə gəldiyini deyib onu evə çağırmışdır. O, işdən çıxıb evə gələndə görmüşdür ki, oğlu Elnur, qızı Elnurə və qaynı Zərərçəkmiş şəxs3 xəsarət alıblar. Ona məlum olmuşdur ki, bir az əvvəl Babək evlərinə gəlib, oğlu ilə həyətdə söhbət edəndə qızı evdən çıxıb gizlənmək üçün əmisi Elşənin evinə girib, Babək Elnurəni aparmağa gəldiyini Elnura deyəndə sonuncu Babəklə həyətdə bir qədər söhbət edərək dəfələrlə Elnurəni döydüyü üçün Babəklə Elnurənin ər-arvad münasibətlərində bir yerdə yaşamağının mümkün olmadığını Babəyə bildirib, daha sonra isə qəfildən Babək bıçaqla iki dəfə oğlu Elnurun arxa kürək və sol tərəf ciyər nahiyəsindən vurub, daha sonra Babək qaynı Elşənin yaşadığı evin qapısı qıraraq içəriyə daxil olub bıçaqla qızı Elnurənin sol boyun və sol qol nahiyəsindən vurub, daha sonra isə qızını qorumaq istəyən qaynı Elşənin baş və boyun nahiyəsindən bıçaqla vurduqdan sonra qonşuluqda yaşayan Mehriban gəlib səs-küy saldığı üçün Babək oradan qaçıb gedibdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 6 ünvanında baş vermişdir.Hadisə yerinə baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bıçaqla vurub xəsarət yetirdiyi yerləri göstərmiş, hadisə yerindən bir ədəd qana bulaşmış yataq üzlüyü mühüm əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisənin baş verdiyi yerin fotoşəkilləri çəkilmişdir. “Baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə zamanı xəsarət alan X6 əynində olmuş qara rəngli köynək X3 «Vətən-N» mühafizə xidmətinin növbə rəisi X7 götürülmüş, iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. “Baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi hadisə zamanı əynində olmuş bir ədəd qırmızı rəngli qolu uzun qışı koftası götürülmüş, bu barədə protokol tərtib olunmuş və bir ədəd qırmızı rəngli qolu uzun qışı koftası iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. “Baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq götürülmüş, bu barədə protokol tərtib olunmuş və bir ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 157 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 176 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilən xəsarətlər – ənsə və sol bazu nahiyələrinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gələ bilər, hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 324 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 a) baş beyinin orta dərəcəli əzilməsi, baş beyinin alın nahiyəsində beyindaxili hematoma, alın sümüyünün qəlpəli sınığı ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, b) boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs3 bədənində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 338 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilən xəsarətlər – qarının ön divarının deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər onun öz əlinin çatdığı nahiyələrdə yerləşdiyi üçün bu xəsarətlər onun özü tərəfindən də, digər şəxs tərəfindən də yetirilə bilər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 428 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində iki ədəd deşilmiş-kəsilmiş yara müəyyən edilmiş, bu yaralardan biri döş qəfəsinin arxa səthində, solda yerləşir, sol döş boşluğuna keçərək sol ağciyəri zədələmişdir, ikinci yara isə bel nahiyəsində solda yerləşir, onurğa beyninin zədələnməsi və sağ aşağı ətrafın tam, sol aşağı ətrafın isə qismən parezi ilə müşayət olunur. Hər iki yara deşici-kəsici alətlə yetirilmişdir, yetirilmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Kompeks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 73 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zamanı və hal hazırda üzvi emosional labil (astenik) pozuntu XBT 10 (psixi və davranış pozuntularınınbeynəlxalq təsnifatının 10-cu baxış) F06.6 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuş və bunun yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli 14 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Rövşən oğlunun maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)-dür. Bir ədəd qara rəngli köynək və bir ədəd yorğan üzlüyünün üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB (İV) olduğundan Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli 8 saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) alfadır. Bir ədəd qırmızı rəngli qolu uzun qışı koftasının üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 16/427/428 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İİ. - Təqdim olunan Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş poluverin səthində olan 03 ədəd zədə və Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş köynək hissəsinin səthində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli 428 və 176 saylı ekspert rəylərində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, Zərərçəkmiş şəxs2 bədənində yerləşən “ənsə və sol bazu nahiyyələrinin deşilmiş-kəsilmiş yaraları” xəsarətləri ilə Zərərçəkmiş şəxs2 Rövəşən qızının hadisə zamanı əynində olmuş poluverin səthində olan 03 ədəd zədə, Zərərçəkmiş şəxs1 bədənində yerləşən “yaralardan biri döş qəfəsinin arxa səthində, solda yerləşən, sol döş boşluğuna keçərək sol ağ ciyəri zədələyən, yaralardan digəri bel nahiyyəsində, solda yerləşən, onurğa beynini zədələyən deşilmiş-kəsilmiş yaraları” xəsarətləri ilə Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş köynək hissəsinin səthində olan 02 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxsi qismində tutulmuşdur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bıçaqla vurub xəsarət yetirdiyi yerləri göstərmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindən həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Sumqayıt şəhər Psixiatriya Xəstəxansının xx.xx.2023-cü il arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək üzvi emosional labil (astenik) pozuntu diaqnozu ilə Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuş, Təqsirləndirilən şəxs sonradan Xəstəxanaya müraciət etməmişdir. AZ-İV № 324025 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X23 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. AZ-İİİ № 986896 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.3, 71.4, 67-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə 02 ay 21 gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2016-cı ildə isə cəza müddəti başa çatıbdır. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki,hadisə yerinə baxış keçirilən zamanı hadisə yerindən götürülmüş bir ədəd yataq üzlüyü, Zərərçəkmiş şəxs2 təqdim etdiyi hadisə zamanı onun əynində olmuş bir ədəd qırmızı rəngli qolu uzun qışı koftası, X2 götürülmüş Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli köynək, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə özünü qismən təqsirli bildiyini göstərsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarındakı mövqeyi də hazırki iş üzrə məhkəmənin mövqeyi ilə üst-üstə düşür. Belə ki, həmin qərarın 6-cı bəndində göstərilir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, həmin zərəçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, hadisəni törədən zamanı və hal hazırda üzvi emosional labil (astenik) pozuntu XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F06.6 xəstəliyindən əziyyət çəkməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq,təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd qırmızı rəngli qolu uzun qışı koftası, zərərçəkmiş Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli köynək, zərərçəkmiş şəxslərə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış keçirilən zamanı hadisə yerindən götürülmüş bir ədəd yataq üzlüyü və bir ədəd bıçaq isə istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 31 yanvar 2023cü il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd qırmızı rəngli qolu uzun qışı koftası, zərərçəkmiş Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli köynək, zərərçəkmiş şəxslərə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış keçirilən zamanı hadisə yerindən götürülmüş bir ədəd yataq üzlüyü və bir ədəd bıçaq isə istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar