Məhkəmə qərarları › İş №1(100)-316/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-316/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-316/2022 14.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu, X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X11 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Bərdə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 4,785 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən yaşadığı 30 saylı evdə yatdığı çarpayıda olan döşəyin üzərində saxlamış, Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis şöbəsinin əməkdaşları tərəfindən 5 aprel 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı həmin ünvana videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən, yataq otağında olan çarpayısının üzərindəki döşəyin üzərindən 1 ədəd yaşıl rəngli polietilen kəsiyinə bükülmüş, digər 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,785 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 24 il əvvəl narkotikdən istifadə etməyə başlamışdır. Özü narkotik istifadə etdiyi üçün narkotik vasitə olan heroini tutulmamışdan yəni hadisədən təxminən bir həftə əvvəl Bakı şəhərində tanımadığı şəxsdən almış, həmin narkotik vasitə olan heroini evində yatdığı çarpayıda gizlətmişdir. 5 aprel 2022-ci il tarixdə səhər saatlarında anası yaxın qohumlarının yas yerinə gedəcəyini bildirmiş, o da anasının evdən çıxmasını gözləmişdir ki, narkotikdən istifadə etsin. Anası evdən çıxdıqdan təxminən bir neçə dəqiqə sonra polis əməkdaşları onun yaşadığı evə gələrək, onun narkotik vasitədən istifadə etdiyini və evində narkotik saxladığını bildirmişlər. Bundan sonra evinə baxış keçirəcəklərini bildirmiş, ondan baxışın keçirilməsinə qarşı etirazının olub-olmamasını soruşmuşlar. O da heç bir etirazının olmadığını bildirmişdir. Polis əmkdaşları evə daxil olduqdan sonra o polis əməkdaşlarına özünə məxsus çəkisi təxminən 2 qrama yaxın olan narkotik vasitə heroini təqdim etmiş, polis əməkdaşları ondan heroini nə məqsədlə saxladığını soruşmazdan əvvəl o, polis əməkdaşlarına heroini özünün istifadəsi üçün saxladığını, kiməsə satmaq fikrinin olmadığını bildirmişdir. O, narkotik vasitədən mütəmadi istifadə etdiyi üçün və qəbul edəcəyi narkotikin miqdarını bilmək, hər dəfəsində eyni ölçü (doza) narkotik vasitə qəbul edə bilmək üçün yatdığı otaqda masanın üzərində saxladığı elektron tərəzini də polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları isə video çəkilişdən əvvəl onun təqdim etdiyi narkotik vasitəni götürüb yerinə özləri ilə gətirdikləri narkotik vasitəni qoymuşlar. O, polis əməkdaşlarına etiraz etdikdə, polislərdən biri cibindən böyük bükümdə olan narkotiki çıxarıb razılaşmadığı halda 50 qram narkotik vasitə ilə tutulacağını bildirmişdir. Odur ki, o, polis əməkdaşları ilə razılaşmalı olmuşdur. Sonra polis əməkdaşları video çəkilişlə guya ona məxsus olan narkotik vasitə olan heroini aşkar etmişlər və həmin heroini onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və heroinin çəkisi təxminən 6 qram gəlmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, o, yaşadığı evdən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün saxlamış, hər gün təxminən 1 qrama yaxın narkotik vasitə qəbul etmişdir. O, elektron tərəzini başqa xəstəlikləri olduğu və narkotikin miqdarını qaldırdığı təqdirdə narkotikin onu öldürə biləcəyini düşündüyü üçün almış, beləliklə hər gün qəbul edəcəyi narkotik vasitənin ölçüsünü müəyyən etməyi mümkün olmuşdur. O, polis əməkdaşları tərəfindən heç bir fikizi təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs Rafiq oğlu məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “...Polis işçiləri videoçəkilişlə evinə baxış keçirməyə başlamışlar. O, həmin vaxt artıq onda narkotik olmasından polisin xəbəri olmuş olduğunu başa düşüb evində yatdığı yataq çarpayısında döşəyin üzərində olan sellofana bükülmüş heroini polislərə təqdim etmişdir. Polislər həmin heroini onun iştirakı ilə elektron tərəzidə çəkmişlər. Heroinin çəkisi 6 qram gəlmişdir.Həmin heroin polislər tərəfindən zərfə qoyulub qablaşdırılmış və həmin zərfin üzərinə o və polis işçiləri imza etmişlər .Sonra polislər evin digər otaqlarına da onun iştirakı ilə baxış keçirmişlər.Ancaq daha heç nə olmadığından aşkar olunmamışdır. Polislər ondan heroini nə məqsədlə saxladığınıı soruşmazdan əvvəl o onlara özü heroini özünün istifadəsi üçün saxladığını, kiməsə satmaq fiirim olmadığını bildirmişdir. Həmin yerdən poislər ona məxsus elektron tərəzini də görüb götürmüşlər. O, həmin tərəzini ona görə saxlamışdır ki, heroini qramla düzgün bölüb istifadə edə bisin....” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə RPŞnin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində və evində satış məqsədi ilə saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs ətrafında müvafiq tədbirlər keçirilməsi və onun ifşa olunmasından ötrü onun evinə və üzərinə baxış keçirilməsi üçün rəhbərliyə raportla müraciət etmiş, icazə verildiyindən tərəfindən icra tədbirləri görülməyə başlanılmışdır. Bundan sonra 5 aprel 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs evinə baxış keçirilməsindən ötrü o, digər polis əməkdaşları X13, Şahid2 və X4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək özlərini təqdim etmiş, ona üzərində və evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, ona görə də əvvəlcə yaşadığı evinə baxış keçirilməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da evinə baxış keçirilməsinə qarşı heç bir etirazı olmadığını bildirərək, bu barədə ərizə yazıb təqdim etmişdir. Baxış zamanı həmin evdə Təqsirləndirilən şəxs yatdığı çarpayıda olan döşəyin üzərində 1 ədəd yaşıl rəngli polietilen kəsiyinə bükülmüş, digər 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə kütlə aşkar olunub götürülmüşdür. Eyni zamanda həmin yerdə otaqda olan stolun üzərindən bir ədəd elektron tərəzi də aşkar olunmuşdur. Həmin kütlə tərəfindən elektron tərəzidə çəkillmiş, kütlənin həmin bükülüsü ilə bir yerdə çəkisi 6 qram gəlmişdir. Faiq həmin kütlənin heroin olduğunu, taparaq şəxsi istifadəsi üçün evində saxladığını, stolun üzərində olan elektron tərəzini heroini çox dozada olmaması, hər dəfə eyni miqdarda qəbul edə bilməsi üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin kütlə bir ədəd kağız paketə qoyulub qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Bərdə RPŞ-nə dəvət edilmiş və polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılsa da üzərindən hər-hansı bir narkotik vasitə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması, narkotik vasitəni satış məqsədilə saxlaması barədə hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəni özünə aid hissədə təsdiq etdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05 aprel 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, istifadə etməsi, alqı-satqısında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05 aprel 2022-ci il tarixli “baxış və götürmə” protokoldan və videogörüntüləri özündə əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən yatdığı çarpayıdan bir ədəd sellofan bükülüdə 6 qram narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd elektron tərəzi və stolun üzərindən limon duzu aşkar olunmuş və götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə rayon Məhkəməsinin 5 aprel 2022-ci il tarixli qərarından görünür ki, Bərdə rayon polis şöbəsinin CABnin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 5 aprel 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 6 aprel 2022-ci il tarixli 16/385 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd yaşıl rəngli polietilen kəsiyinə bükülmüş, digər bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 4, 785 qram maddə, küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi) razılıq tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının 1 bəndinə daxildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 21 may 2022-ci il tarixli 694 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 7 aprel 2022-ci il tarixli 1557 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhiəsəb və narkoloji kabinetində dispanseri qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 11 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sağ ağciyərin infiltrat vərəmi, TDM mənfi diaqnozu ilə 10 may 2011-ci ildən Bərdə VƏK-in qediyyatındadır və sonuncu dəfə xx.xx.2017-ci ildə bakı şəhər ETACXİ-da müayinədən keçmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhəri İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 11 aprel 2022-ci il tarixli, 1986 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri X3, oğlu X9 və qızı X6 ilə birlikdə ünvan 1 ünvanında yaşamış və narkomaniyaya meyilli olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 24 may 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşayış sahəsindən aşkar olunub götürülmüş təmiz çəkisi 4,785 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən tədqiqat prosesində tədqiqata 0,1 qram sərf olunduğundan qalıq olaraq 4,685 qram heroin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Bərdə rayon polis şöbəsinin saxlanc anbarına verilmiş, yaşayış sahəsinə baxış keçirilməsinə dair videogörüntüləri özündə əsk etdirən 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 5 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bərdə Rayon Məhkəməsinin 7 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 5 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 20 aprel 2022-ci il tarixli tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hömündən görünür ki, xx.xx.2009- cu il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 1 il 03 ay 04 günü azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, xx.xx.2011ci il tarixdə Yevlax rayon məhkəməsinin qərarına əsasən cəzasının qalan 01 ay, 02 günü 300 AZN miqdarında cərimə cəzası ilə əvəz olunaraq azad edilmiş, 13.012012-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Onun bu məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus 2 qrama yaxın narkotik vasitə heroin olduğuna, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən götürülərək onun əvəzinə çəkisi daha artıq miqdarda olan narkotik vasitə heroinin onun evinə qoyulmasına dair ifadəsini, özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin yaşadığı evə baxış zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən diskin tədqiqi zamanı, ekspertiza rəyləri və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlərlə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünü müdafiə məqsədilə verilmiş ifadələrdir və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq narkotik vasitənin satış məqsədi ilə əldə edilib saxlanması kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs X5 yaşadığı evə baxış zamanı stolun üzərindən elektron tərəzi aşkar edilmişdir. Həmin xüsusatla bağlı təqsirləndirilən şəxs həm maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, onun evinə baxış zamanı çəkilmiş video görüntülərin nümayiş etdirilərək tədqiq edilməsi zamanı, həm şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitədən mütəmadi istifadə etdiyi üçün aşkar edilmiş həmin elektron tərəzini qəbul edəcəyi narkotik vasitənin miqdarını bilmək, hər dəfəsində eyni ölçü (doza) narkotik vasitə qəbul edə bilmək üçün evində saxladığını, başqa xəstəlikləri olduğu və narkotik vasitənin miqdarını qaldırdığı təqdirdə narkotikin onu öldürə biləcəyini düşündüyü üçün elektron tərəzini aldığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, elektron tərəzinin aşkar edilməsi bütün hallarda həmin tərəzidən narkotik vasitənin satışını həyata keçirmək üçün onun çəkilib xırda bağlamalar şəklində hazırlanması üçün istifadə edilməsi kimi başa düşülməməlidir. Həmin hal işdə mövcud olan bütün digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edilməlidir. Belə ki, cinayət işinin materiallarında görünür ki, təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, cinayət işinin ilkin vaxtlarından hazırki vaxtadək aşkar edilmiş elektron tərəzini saxlaması barədə eyni xarakterli ifadələr verir. Həmçinin evde elektron tərəzi olmasına baxmayaraq təqsirləndirilən Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə olan heoin 1 bağlama şəklində olmaqla hər hansı bükümlərə ayrılmamışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini həmin hissədə şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlərlə qarşılıqlı şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri səmimi, məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarına uyğun verilmiş ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülən narkotik vasitənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlaması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, özü qəbul etmək üçün əldə edib saxlamasını təsdiq ediyi halda, əsassız olaraq onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib yaşadığı evində saxladığı 1 bükümdə narkotik vasitə olan heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayaraq, təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə, yuxarıda tədqiq edilən «Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, bu iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 5 aprel 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olaraq Bərdə rayon polis şöbəsinin saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş qalıq olaraq 4,685 qram heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilməsinə dair videogörüntüləri özündə əsk etdirən 1 ədəd diskin cinayət işinin materialında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 5 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Bərdə rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 4,685 qram heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 1 ədəd disk cinayət işinin materiallında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar