Məhkəmə qərarları › İş №1(100)-317/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-317/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-317/2025 19.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X12 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, sonuncunun nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə ermənistan Respublikası, Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Goranboy rayonu Veyisli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixdə saat 15 radələrində sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndinin ərazisindən keçən hissəsi ilə Goranboy şəhəri istiqamətində hərəkətdə olarkən həmkəndlisi X13 “Kia Cerato” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət etdiyini görüb bir gün əvvəl, yəni 15 iyul 2024cü il tarixdə gecə saat 03 radələrində dayısı Şahid8 ilə birlikdə şərikli icarəyə götürdükləri, Goranboy rayonu Veyisli kəndində yerləşən əkin sahəsini suvararkən Əhməd Ərəbovun onunla şəxsi münasibətlər zəminində mübahisə edərək əlbəyaxa olub dayısının yanında onu nalayiq ifadələrlə təhqir etməsi və sonradan hədə-qorxu gəlməsi səbəbindən Əhməd Ərəbovu qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək məqsədilə idarə etdiyi avtomobilin ön hissəsi ilə sonuncunun idarə etdiyi avtomobilə arxadan vurmuş, Əhməd Ərəbov idarəetməni itirmədən avtomobili yolun kənarına çəkib saxlayaraq baş vermiş hadisəni anlamaq üçün avtomobildən düşüb geriyə çevrildikdə, o, Əhməd Ərəbovun idarə etdiyi avtomobilin arxa sağ oturacağında sərnişin qismində əyləşmiş yaxın dostu Şahid9 aşkar surətdə xüsusi əzab verərək iztirab çəkdirdiyini dərk edib, sonuncunun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq göstərib xüsusi amansızlıq nümayiş etdirməklə, zərərçəkmiş şəxsə xüsusi əzab və ağrılar verdiyini dərk edib, bunu arzulayaraq, habelə avtomobillə vurulma nəticəsində zərbənin təsirindən X28-Borsunlu avtomobil yoluna yıxılaraq həmin yolla intensiv hərəkətdə olan nəqliyyat vasitələrinin altında qalma ehtimalının olmasına, eləcə də qeyd edilən nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin, həmçinin Şahid9 həyatları üçün təhlükə yaratdığını hiss edib görməsinə baxmayaraq, ümumi təhlükəli üsulla, idarə etdiyi avtomobillə Əhməd Ərəbovu qəsdən vuraraq yolda bir neçə metr sürütləyib sonuncuya kəllə əsası sümüyünün, təpə və alın sümüyünün sınıqları, beyinin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayiət olunan, həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən, həmçinin sol baldır sümüklərinin sınıqları xarakterli, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, habelə alın və təpə nahiyəsinin yarası, sağ bazunun, sağ saidin, sağ baldırın, döş qəfəsinin arxa səthinin sıyrıqları ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə, ağır açıq küt kəllə beyin travması nəticəsində, kəllə əsası sümüyünün, təpə-alın sümüyünün sınıqları, baş beyinin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızmadan ölümünə səbəb olmaqla, X17 ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona ittiham elan edilmiş Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisədən iki gün əvvəl, xx.xx.2024-cü il tarixdə dayısı Nizami ilə birlikdə əkin sahəsini suvaran zaman suyun kəsilməməsi üçün su bəndinin yanında avtomobildə gözləmişlər. O, avtomobilin arxa oturacağında uzanıb telefonda oyun oynamış, Nizami isə sükan arxasında oturmuşdur. Bu zaman X27 da öz torpaq sahəsini suvarırmış. Təxminən saat 03 radələrində Əhməd yanında 2-3 nəfərlə birlikdə gəlib avtomobilini onların avtomobilinin yanında saxlayaraq Nizamidən nə üçün onun mal-qarası ilə maraqlandığını soruşmuş və söyüş söyüb mübahisə etməyə başlamışdır. O, mübahisəsini dayandırmaq üçün Əhmədə buna görə mübahisə etməməsini, Nizaminin onun mal-qarasını neçəyə satmasını soruşmasında qəbahət olmadığını demişdir. Bundan sonra Əhməd əlindəki fənəri ona atmış, sonra da yumruqla vurmuşdur. O, avtomobildən düşdükdən sonra Əhməd yenidən onu yumruqla vurmuş, o da qarşılığında Əhmədi vurmuş və zərbənin təsirindən sonuncu yerə yıxılmışdır. Yenidən Əhmədin üzərinə gedərək onu vurmuş, əlbəyaxa olmuşlar. Bundan sonra Nizami onları ayıraraq “o içkilidi, biz qohumuq fikir vermə” demiş, Əhməd də nalayiq ifadələr işlədərək yanında gələn iki nəfərə qarışmamalarını bildirmişdir. Onları ayırandan sonra Nizami Əhmədi sakitləşdirməyə çalışsa da sakitləşdirə bilməmişdir. Ertəsi gün Nizami hadisə ilə bağlı onun ailə üzvlərinə məlumat verəndən sonra atası Şəmilov X25 atasına zəng edib bu barədə danışmışdır. Sonra özü Nizami ilə birlikdə Əhmədgilə gedib sonuncunun atası X9 Əhmədin sərxoş olub onunla mübahisə etdiyini demiş, Temur da Əhmədin evdə olduğunu deyib onu evə dəvət etmişdir. O, evə daxil olandan sonra Əhmədə “mən sənə yaxışılıqdan başqa nə etmişəm ki, mənə qarşı elə hərəkətlər edirsən” demiş, sonuncu da “sən tələsmə gör mən sənə neyniyəcəm” demişdir. Əhmədin atası Temur “Əhməd səni çağıranda onun yanına getmə, əsəbidir, birdən nəsə edər” demişdir. Daha sonra Nizami ilə birlikdə çıxıb evlərinə getmişdir. Təxminən saat 09 radələrində xəstə bibisinin dərmanlarını almaq üçün Goranboy rayonuna getmiş, həmin vaxt oğlu da avtomobildə olmuşdur. Bu zaman Əhməd avtomobillə yanından keçib, avtomobilin içərisində baxmış və avtomobldə başqa şəxs olduğunu görüb çıxıb getmişdir. Evə qayıdandan sonra Əhmədgillə qonşuluqda yaşayan dayısı Nizami ilə yoldaşı Xumar onlar gələrək, Əhmədin ata, ana və bacısının sonuncunun evinə gəldiklərini, Əhmədin evdə “Tarzanın yanına getmişdim, avtomobildə tək olmadığı üçün çıxıb gəldim” dediyini və onları barışdırmaq istədiklərini demişdir. Bundan sonra o, Əhmədin atası Temura sonra da qaynatası Kərəmə zəng edib Əhmədin hərəkətləri barədə demişdir. Sonra əmisi Knyazla dayısı Nizami onları barışdırmaq üçün Əhmədgilə getmişlər, lakin sonuncu onlara “heç kim bizim işimizə qarışmasın, özümüz həll edəcəyik” demişdir. Sonra yedindən Kərəmə zəng edib bu barədə bildirmiş, o da Əhmədlə danışdığını, sonuncunun daha ona yaxınlaşmayacağını demişdir. Həmin gün günorta saatlarında boru almaq üçün əmisi oğlu Sultanla sonuncunun idarə etdiyi avtomobillə Gorana gedəndə Rəhimli kəndinə çatmamış Əhməd arxadan Sultana avtomobili saxlaması üçün işarə vermiş, Sultan avtomobili saxlayandan sonra Əhməd avtomobillə qarşılarını kəsmiş, bu zaman avtomobildə azyaşlı uşaq olduğunu görüb getmişdir. O gedəndən sonra Sultan Əhmədin avtomobilində başqa şəxslərin də olduğunu deyib evə qayıtmağı məsləhət etmiş və evə qayıtmışlar. Qayıdarkən körpünün üstündə Əhməd avtomobili saxlatdırıb ona kürd dilində “sən tələsmə, neçənci dəfədi səni tək tuta bilmirəm, inşallah səninlə görüşəcəm” demişdir. Evə qayıdandan sonra yenidən Əhmədin valideyinlərinə zəng edib onun hərəkətləri barədə bildirmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 15 radələrində idarə etdiyi avtomobillə bint almaq üçün aptekə gedərkən Əhməd avtomobillə küçələrindən çıxıb anidən qarşısına keçib avtomobili saxlamışdır. Həmin vaxt avtomobilin surəti təxminən 90 km/saat olmuşdur. O, idarəetməni itirib Əhmədin avtomobilinin arxasından vurmuş və sonuncunun idarə etdiyi avtomobil 90-100 metr irəli atılıb yolun sağında dayanmışdır. Bundan sonra dönüb qayıtmaq istəmiş, lakin qarşıdan çox avtomobil gəldiyi üçün bir qədər irəlidən dönüb qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə avtomobilin surətini artırıb getmək istəyəndə Əhməd anidən avtomobildən çıxıb qarşısına keçmiş və avtomobilin ön sağ tərəfinə dəymişdir. Həmin vaxt məsafə az olduğudundan əyləci işə salsa da dayana bilməmişdir. Eyni zamanda əks hərəkət istiqamətində avtomobil çox olduğu üçün avtomobili sol tərəfə çəkə bilməmişdir. Zərbənin təsirindən Əhməd bir qədər aralıya düşmüşdür. Həmin vaxt hadisənin şokunda olduğundan, eyni zamanda Rəvanın orada olduğunu görüb Əhmədin yanına getməmiş, bibisigilə gedib hadisə barədə məlumat vermiş və Əhmədə kömək etmələrini xahiş etmişdir. Bundan başqa o, ifadəsində Əhmədin əvvəlcə onun avtomobilinin sağ krlosuna, sonra da ön şüşəsinə dəyib yolun sağ tərəfinə, yoldan 3-5 metr kənarda olan arx tərəfə ağzıüstə düşdüyünü, Əhmədin avtomobilin altına düşmədiyini, sonuncunun bədənin heç bir hissəsinin üstündən təkər keçmədiyini, onu vurandan sonra dayanmadan eyni surətlə təxminən 100 metr gedəndən sonra qayıdıb Əhmədin avtomobilinin yanında keçib evə getiyini, Əhmədin avtomobilinin yanına çatanda Rəvanın avtomobildən düşdüyünü gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi zərəçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində mərhum oğlu Əhməd sahəyə əkin suvarmağa getmişdir. Həmin vaxt gecə saatlarında Tarzanın dayısı Nizami ona zəng edib Fəridə ilə danışmasını istəmiş, Fəridə telefonda Tarzanla Əhmədin dalaşdıqlarını demişdir. O da sabah aydınlaşdıracağını bildirmişdir. Sonra Fəridənin əri, yəni tarzanın atası Hadı telefonu götürüb nalayiq ifadələr işlətmiş, o da nalayiq ifadələr işlətməməsini, sabah Əhməd gələndə oturub danışıb aydınlaşdıracağını demişdir. Bundan 5 dəqiqə sonra Nizamiyə zəng edib harada olduğunu soruşmuş, o da onların evinə gəldiyini demişdir. Nizami gələndə ondan Əhmədlə Tarzanın dalaşmasının səbəbini soruşmuş, o da Əhməddən bazara apardığı heyvanı neçəyə satmasını soruşduğunu, Əhmədin də onun mal qarası ilə maraqlanmasına əsəbləşərək onunla mübahisə etdiyini, bundan sonra Tarzanın müdaxilə etdiyini və Əhmədlə Tarzanın bir-birinə söyüş söyərək dalaşdıqlarını, Əhməd yerə yıxılandan sonra Tarzanın yenidən onun üzərinə hücum çəkdiyini sonra onları araladığını bildirmişdir. Gecə Əhməd evə gələndə anası ondan Tarzanla dalaşmasının səbəbini soruşmuş, o da Nizami ilə dalaşarkən Tarzanın onu vurub xəsarət yetirdiyini və söyüş söydüyünü demişdir. Səhər açılanda yenidən Əhməddən Tarzanla dalaşmasının səbəbini soruşmuş, o da Nüsrətlə dalaşdığını, Tarzanın onların mübahisəsinə müdaxilə etdiyini onu söyüb vurduğunu demişdir. O, Nizaminin yoldaşından Tarzanın ailəsinə söz göndərərək onları barışdırmaq lazım olduğunu demişdir. Lakin Nizami ilə yoldaşının gedib Tarzanın ailəsinə nə dediklərini bilməmişdir. Bundan sonra onların evinə heç kim gəlməmişdir. Hadisə günü səhər saatlarında Əhmədlə söhbət edərkən yenidən ona qohum olduqlarını deyib Tarzanla olan mübahisəsinə son verməsini bildirmiş, o da Tarzana çox yaxşılıq etdiyini, ona söyüb yumruqla dodağını yaralamasının düzgün olmadığını demişdir. Bundan sonra Əhmədlə bu barədə söhbət etməmişlər. Həmin gün səhər tezdən Tarzan onların evinə gəlib Əhmədin harada olduğunu soruşub onunla söhbəti olduğunu demiş, o da “biz qohumuq, gecəgündüz Əhmədlə birlikdə olmusunuz, dalaşmağa utanmırsınızmı?” demişdir. Tarzan evə daxil olmaq üçün hücum eləmiş, onu tutub saxlamağa çalışanda belində silah olduğunu görmüşdür. Bu zaman səs-küyə Əhməd evdən çıxıb Tarzana uşaqların evdə olduqlarını, qorxub ağladıqlarını deyib sonra söhbət etmələrini təklif etmişdir. Tarzanı evdən çıxaranda arvadı onun belindəki silahın lüləsini gördüyünü demişdir. Tarzanı həyətdən çıxaranda Nizamidən Tarzanı evlərinə aparmasını xahiş etmiş, Nizami də sonuncunu öz avtomobilinə mindirib aparmışdır. Tarzanı evdən çıxarıb yola salanda “siz görəcəksiniz Əhmədin başına nə oyun açacam” demişdir. Sonra saat təxminən 09 radələrində Tarzanın əmisi Knyaz onların evinə gəlib nə olduğunu soruşmuş, o da Tarzanla Əhmədin dalaşdıqlarını, Tarzanın Əhmədi vurduğunu, onları barışdırmaq lazım olduğunu bildirmişdir. Knyaz da narahat olmamasını, özünün həll edəcəyini demişdir. X35 bu barədə soruşanda Əhməd Nizami ilə mübahisə edən zaman Tarzanın müdaxilə edərək onu vurub dodağını yaraladığını demişdir. Əhməd Knyaza kimlərinsə Tarzanı axtardığını, ondan Tarzanı soruşduqlarını deyib, ehtiyatlı olmasını deməsini xahiş etmişdir. Həmin gün günorta saatlarında Əhməd rayona getdiyini deyib evdən çıxmışdır. O, gedəndən 2-3 dəqiqə sonra qonşuları Sahib zəng edib Əhmədin avtomobilinin vurulduğu barədə məlumat vermişdir. Hadisə yerinə gedəndə arvadı, gəlini və nəvələri marketdən gəldiklərini, nəvələrinin ağlayaraq “atamızın avtomobilini vurdular” dediyini görmüşdür. O, hadisə yerinə gedəndə orda polislər olmuş, Əhmədi də xəstəxanaya aparmışlar. Xəstəxanaya gedəndə oğlunun amansızca öldürüldüyünü görmüşdür. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, 12-13 radələrində Əhmədlə görüşüb birlikdə sonuncunun idarə etdiyi avtomobillə kafeyə getmişlər. Lakin getdikləri kafe bağlı olduğundan Rəhimli kəndinin başında yerləşən kafeyə getməyi qərara almışlar. Yolda tanışları Mirtahiri də götürüb birlikdə Rəhimli kəndinin başında yerləşən kafeyə getmişlər. Lakin həmin kafe də bağlı olduğundan yenidən rayonun mərkəzinə qayıdıb oradakı kafelərdən birində oturmaq qərarına gəlmişlər. Avtomobilə minəndə Mirtahir ön, o da arxada sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt Əhməd evdə işinin olduğunu, ondan sonra rayona gedib rahat oturmağı dedmiş, Mirtahir də onu götürdüyümüz çayxanada telefonun enerji aləti qaldığını deyib götürmək üçün həmin çayxanaya qaytarmağımızı, evdən qayıdanda götürməyimizi demişdir. Onlar əvvəlcə Mirtahiri çayxanada düşürmüş, sonra Əhmədgilə getmişlər. Həmin vaxt o, avtomobildə gözləmiş, Əhməd evə girib 5-6 dəqiqə sonra çıxmışdır. Onlar Mirtahiri çayxanadan də götürüb birlikdə rayon mərkəzinə getmək üçün hərəkətə başlamışlar. Əhmədgilin küçəsindən çıxanda Əhməd əkin sahəsinə su gəlməli olduğunu, yolütsü suya da baxacağını demişdir. Qazanbulaq kəndi istiqamətində gedəndə yolun kənarında olan əkin sahəsinin yanına getmişlər, Əhməd avtomobildən düşüb suya baxıb qayıtmışdır. Qazanbulaq kəndindən Goranboy rayonuna tərəf gedəndə birinci körpünü keçəndən sonra Tarzangil avtomobillə Əhmədin idarə etdiyi avtomobili ötüb keçmişdir. Həmin vaxt avtomobili tanımadığı şəxs idarə etmiş, Tarzan da ön sərnişin oturacağında əyləşmişdir. Tarzangil avtomobillə Əhmədin avtomobilini birbaşa ötüb keçməmişlər, belə ki, bir qədər ləngiyib avtomobilin içərisinə baxıb sonra getmişlər. Bu zaman Tarzanla Əhmədin arasında danışıq olmamışdır. Həmin yolun üstündə olan körpüyə çatmamış sağ tərəfə olan küçədə Tarzanın olduğu avtomobili üzü küçəyə tərəf dönüb dayanmışdır. Onların yanına çatanda Əhməd siqanal verərək çıxıb getmişdir. Xeyli getdikdən sonra Əhməd Tarzanın arxadan gəldiyini, avtomobilin işıqlarını yandıraraq ona nəsə işarə etdiyini demişdir. Bundan sonra Tarzan bir qədər irəlidə, üzü Veyisli kəndi istiqamətində dönüb avtomobili saxlamış, Əhməd də “görüm Tarzan nə deyr” deyib avtomobilini onun avtomobilin yanında saxlamışdır. Həmin vaxt Tarzanın avtomobilini başqa şəxs idarə etmişdir. Əhməd avtomobili onların yanında saxlayanda Tarzan Əhmədə “gözləyin, gəlirəm” deyib geri dönüb üzü Qazanbulaq kəndi istiqamətində getmişdir. O, həmin vaxt Əhmədlə Tarzanın arasında narazılıq olduğunu başa düşüb Əhməddən nə baş verdiyini soruşmuş, Əhməd də aralarında kiçik söz-söhbət olduğunu, lakin yoluna qoyduqlarını demişdir. Bundan sonra Əhməd avtomobili geriyə döndərib, Tarzanın sürdüyü istiqamətdə sürmüşdür. Tarzangilin küçəsinin başında olanda Tarzanın avtomobilin qarşısında xeyli insan olduğunu, avtomobilin qarşısını kəsdiklərini görüb qayıdıb üzü Goranboya tərəf getmişlər. Yolda Əhməd “görəsən Tarzanın fikri nədir ki, avtomobilin qarşısını kəsiblər” demişdir. Tarzangilin küçəsindən xeyli uzaqlaşdıqdan sonra Əhməd güzgüdən baxıb arxadan Tarzanın sürətlə gəldiyini demiş, o, da arxaya çönüb baxanda Tarzanın çox sürətlə gəldiyini görüb “bizi vurmaq istəyir” demişdir. Onun arxaya çönüb baxması ilə Tarzanın Əhmədin avtomobilini vurması eyni anda olmuşdur. Zərbənin təsirindən Əhmədin avtomobili irəli atılmış, həmin vaxt qarşıdan gələn avtomobillə toqquşmamaq üçün Əhməd avtomobili sağa çəkmişdir. 100-120 metr gedəndən sonra irəlidə solun sağında torpaq hissədə dayanmışlar. Tarzan Əhmədin avtomobilini arxadan vurandan sonra sürətini azaltmamış, Əhməd avtomobildən düşən kimi Tarzan surətini artırıb onu vurmuşdur. Zərbənin təsirindən Əhməd göydə fırlanıb irəlidə yerə düşmüş, bundan sonra Tarzan avtomobilin surətini artırıb Əhmədin üzərinə getmiş, onu avtomobilinin sağ təkərinin altında sürümüşdür. O, həmin vaxt başından zədə aldığından avtomobilin qapısını açıb düşə bilməmiş, lakin avtomobilin içərisindən hər şeyi aydın görmüşdür. O, avtomobildən düşəndə artıq Əhməd Tarzanın avtomobilin altından çıxıb yolun kənarına tərəf yumarlanmışdır. Sonra Tarzan bir qədər irəlidən dönüb Əhmədə baxa-baxa qayıdıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə günü saat 14-15 radələrində işlədiyi avtoyuma məntəqəsindən çıxıb evə gedərkən Tarzanın Əhmədin avtomobilini arxadan vurduğunu, zərbənin təsirindən avtomobilin irəli atılıb yolun kənarında dayandığını, Tarzanın avtomobili saxlamadan hərkət etdiyini və Əhməd avtomobildən düşəndə onu avtomobillə vurduğunu görmüşdür. O, hadisəni görəndən sonra yaxınlıqdakı marketə qaçıb köməyə adam çağırmışdır. Hadisə yerinə gedəndə Əhmədin avtomobilində olan tanımadığı şəxsin avtomobildən düşüb Əhmədin yanına getdiyini görmüşdür. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əhməd Ərəbovun idarə etdiyi avtomobili arxadan vurduğunu və bu zaman Əhmədin idarə etdiyi avtomobilin yoldan kənara çıxdığını görmüşdür. Daha sonra Tarzan avtomobili saxlayıb geriyə sürmüş və Əhməd idarə etdiyi avtomobili saxlayıb maşından düşdükdə Tarzan, avtomobili ilə Əhmədin üzərinə maşını sürərək sonuncunu vurmuşdur. Təxminən 5-10 metr məsafədə Əhmədi maşınla sürümüş və Vedibasar marketin qarşısı tərəfdən geriyə dönmə əməliyyatı edərək hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Əhmədlə Tarzanın mübahisə etdiklərini bilib Tarzandan səbəbini soruşanda o, dayısı Nizami ilə əkin suvararkən Əhmədin gəlib dayısı ilə dalaşdığını, ona söyüş söydüyünü ondan sonra dalaşdıqlarını demişdir. Sonra saat təxminən 08-09 radələrində Tarzanın atası Hadı ilə birlikdə Tarzanın arxasınca dayısı Nizamigilə gedib onun avtomobilinin orada olduğunu görüb evə qayıtmışlar. Həmin gün günorta saatlarında idarə etdiyi avomobillə Tarzanla birlikdə boru almaq üçün Goran Ticarət Mərkəzinə gedəndə küçədən çıxan vaxt təxminən 500 metr aralıda döngədə, yolun sağında Əhmədin avtomobilinin dayandığını görmüşlər. Onlar küçədən çıxan kimi Əhməd arxalarınca gəlmişdir. Rəhimli kəndinin girişində Əhməd avtomobili saxlaması üçün arxadan işarə vermiş, o da surəti azaldıb Əhmədin ötüb keçməsi üçün şərait yaratmışdır. Əhmədin ötüb keçmədiyini görüb avtomobili sağa çəkib saxlamış, Əhməd də avtomobilini onların yanında saxlayıb avtomobilin içinə baxıb getmişdir. Bu zaman Əhmədin avtomobilində, arxa sərnişin oturacağında sonradan adının Rəvan olduğunu bildiyi bir nəfər də olmuşdur. Həmin vaxt Tarzanın oğlu da avtomobildə olduğundan yolda Əhmədin avtomobili saxlamasından narahat olub geri qayıtmışlar. Evə qayıdanda yenidən Əhmədlə qarşılaşmışlar, sonuncu avtomobilin şüşəsini endirib onunla salamlaşıb hal əhval tutmuş, Tarzana da kürd dilində “səninlə tək söhbətim var” demişdir. Həmin gün saat 15-16 radələrində səs-küy gəldiyini eşidib küçəyə çıxanda Tarzanın Xıdırgilin həyətində olduğunu görüb, ondan nə baş verdiyini soruşmuş, o da Əhmədin avtomobilini vurub qəza elədiyini demişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Tarzan xəstə bibisinin dərmanları almaq üçün Goranboya gedəndə yolda Əhməd gəlib Tarzanın avtomobilin qarşısını kəsib avtomobildə bibisi ilə Tarzanın oğlunun olduğunu görüb qayıtmış, bundan sonra Tarzanla atası Hadı barışıq əldə eləmək üçün Knyazı Əhmədgilə göndərmişlər. Knyaz Əhmədgildən qayıdanda Əhmədin “heç kim qarışmasın, bu Tarzanla mənim aramda olan məsələdir” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 qızı ifadəsində göstərmişdir ki, o, hadisənin necə baş verdiyini görməmişdir. Hadisədən əvvəl Tarzanın avtomobili ilə dərman almaq üçün rayona gedəndə yolda Əhməd avtomobillə qarşılarını kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, hadisə günü təxminən saat 11 radələrində səs-küy eşidib küçəyə çıxanda Əhmədin Tarzangilə getmək istədiyini, ata, anası və qardaşının onu sakitləşdirməyə çalışdıqlarını, atasının Əhmədə Tarzanla barışması barədə məsləhət verdiyini görmüşdür. Sonra Əhmədin şumlanacaq torpaq sahəsinə baxmaq üçün birlikdə yatağa gedərkən, yolda ona Tarzanla barışmasını demiş, o da “heç kim qarışmasın, biz özümüz bilərik” cavabını vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, hadisə günü evinin həyətində tarktorunu düzəldərkən səs-küy gəldiyini eşidib küçəyə çıxmış və Tarzanın küçədə olduğunu görüb ondan nə baş verdiyini soruşmuşdur. O da avtoqəza etdiyini deyib, Əhmədə kömək etmələrini, onu xəstəxanaya aparmalarını xahiş etmişdir. O, Bərzani ilə birlikdə hadisə yerinə gegedib çatanda artıq orada polislər olmuş, Əhmədi də xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamilov X6 Xıdır Məmməd oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsini özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, gecə saatlarında qardaşım oğlu ilə birlikdə yonca sahələrini suvarıb evə gələndən sonra təxminən saat 04-05 radələrində Nizami onlara gəlib Tarzanla Əhmədin dalaşdığını, bir-birlərini döydüklərini demişdir. O, davanın səbəbini soruşanda Əhmədin əvvəlcə onunla mübahisə etdiyini, sonra Tarzana fənər atdıb söydüyünü, ardınca yumruqla onu vurub avtomobilin pəncərəsindən çəkib çölə çıxarmaq istədiyini, Tarzanın da avtomobilin digər qapısından çıxıb ondan nə olduğunu soruşduğunu, Əhmədin təkrar Tarzanı yumruqla vurduğunu və dalaşdıqları, onları güclə ayırdığını demişdir. Ertəsi gün Tarzandan Əhmədlə dalaşmasının səbəbini soruşanda Əhmədin sərxoş olub ona ilişdiyini, ona görə dalaşdıqlarını demişdir. Bundan sonra Tarzana Əhmədgilə gedib onun valideyinlərindən üzr istəməsini demiş və təxminən saat 09-10 radələrində Tarzan üzr istəmək üçün Əhmədgilin evlərinə getmişdir. Evə qayıdandan sonra Əhmədin atası Temura “oğluna denən məndən əl çəksin” dediyini bildirmişdir. Bundan sonra Knyazdan Temurgilə gedib uşaqları barışdırmaq barədə onunla danışmasını xahiş etmişdir. Knyaz Temurgilə gedəndən 2-3 saat sonra gəlib Əhmədin “heç kim qarışmasın, Tarzan bilər, mən bilərəm” dediyini bildirmişdir. Bundan başqa o, ifadəsində Tarzanla Əhmədi israrla barışdırmaq istəməklərinin səbəbinin onların yaxın qohum olmaları olduğunu, heç bir hədə olmadığını, Tarzanın Əhmədin onu izləməsi barədə heç nə demədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Əhmədlə kafedə oturan zaman birlikdə rayona gedib qəylan çəkmək qərarına gəlmişlər. Onlar Əhmədin avtomobili ilə rayona gedib kafenin bağlı olduğunu görüb qəlyanı fermada çəkmək qərarına gəlmişlər. Telefonunun enerji cihazı əvvəl oturduqları kafedə qaldığından onu götürmək üçün qayıtmış, Əhməd də evlərinə gedib qayıdacağını, onu gözləməsini demişdir. O, kafedə təxminən 20 dəqiqə gözlədikdən sonra kənddə avtomobillərin irəli geri getdiyini görüb nə baş verdiyini soruşanda Tarzanın Əhmədi avtomobillə vurduğunu demişlər. O, hadisə yerinə gedəndə Əhmədin yerdə uzanıqlı olduğunu, ətrafda 1-2 nəfər qadın, yaxınlıqdakı marketin sahibi Vidadi və Rəvanın olduğunu, sonuncunu dizlərini yerə qoyaraq Əhmədin başını qollarına aldığını görmüşdür. Həmin vaxt Əhmədin avtomobili də, özü də asfaltdan kənarda, yolun torpaq hissəsində olmuş, avtomobil sürücü tərəfdə olan ön qapısı isə arxaya qatlanmış halda olmuşdur. Rəvandan hadisənin necə baş verdiyini soruşanda, o da “Əhməd Tarzanın yüksək surətlə arxamızca gəldiyini dedi, mən çönüb baxanda onun surətli gəldiyini və bizi vuracağını dedim, bir qədər keçmişdi ki, Tarzan arxadan Əhmədin avtomobilini vurdu, bu vaxt mənim başım dəydi və özümü itirdim, sonra Əhməd avtomobildən çıxan kimi Tarzanın onu vurub yolun kənarın atdı” demişdir. Bundan sonra Əhmədi avtomobilə mindirib xəstəxanaya aparmışlar. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Tarzanla Əhməd su bəndinin yanında mübahisə edən zaman o da orada olmuşdur. Belə ki, həmin vaxt o, Əhməd və başqa 3-4 nəfərlə birlikdə oturub yemək yeyib bir az araq içmişlər, lakin Əhməd içməmişdir. Onlar su bəndinin yanına gedəndə Tarzanla Nüsrət kimi tanıdıqları dayısı Nizami də orada olmuşdur. Nizami avtomobilin sükan arxasında, Tarzan da arxa oturacaqda oturmuşdur. Əhməd Nüsrətdən onun mal-qarası ilə maraqlanmasının səbəbini soruşmuş və mübahisə etmişlər, sonra Tarzan kürd dilində söyüş söymüş, Əhməd də ona qarışmamasını demişdir. Bundan sonra ikisi də avtomobildən düşüb dalaşmışlar. Onlar aralaşandan sonra Tarzanın qarşısında dayanıb əlini sinəsinə qoyub “ayıbdı, siz qohumsunuz” demiş, həmin vaxt Nüsrət də Əhmədin qarşısında dayanmışdır. Onlar ayrılandan sonra Əhməd heç kimin qarışmamasını demişdir. Ertəsi gün saat təxminən 10 radələrində Əhmədlə telefonla danışarkən sonuncu Tarzanın onların evinə gəldiyini, həmin vaxt yatdığını, uşaqları qorxutmamaq üçün durub Tarzanla görüşmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, sahədə əkin suvaran zaman gecə saatlarında Əhmədə zəng edib ac olduğunu deyib yemək gətirməsini xahiş etmişdir. Bir qədər sonra Əhməd Mirtahir və Elnurla birlikdə yemək alıb gətirmiş və birlikdə yemək yeyib bir qədər də araq içmişlər. Yemək yeyərkən X5 mal qarsı ilə maraqlandığını, bazara nə vaxt gedib-gəldiyini soruşduğunu demiş, Əhməd də “özüm Nüsrəti görəcəm” demişdir. Sonra suyu əkinin üzərinə çəkib evə getmək üçün yola düşmüşlər. Bir qədər getdikdən sonra o, suya baxmaq üçün sahəyə getmişdir. Həmin vaxt səs-küy gəldiyini eşidib çıxanda Tarzanın həyəcanlı olduğunu, Əhmədin də dodağının partladığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Tarzanla birlikdə əkin sahələrini suvararkən suyun istiqamətini dəyişmək üçün bəndin yanına getmişlər. O, avtomobildə sükan arxasında, Tarzan da arxa sərnişin oturacağında oturub suyun istiqamətini dəyişməyi gözləmişlər. Saat 03-04 radələrində Əhməd, Mirtahir və Elnur bəndin yanına gəlmişlər. Əhməd onun bazara heyvan aparması ilə maraqlanmasının səbəbini soruşmuş, o da qiymətlərlə maraqlandığını, özünə dana almaq istədiyini, ona görə Mirtahirdən onun bazara heyvan aparması bərədə soruşduğunu demişdir. X43 “sən nə yaxşı danışmırsan” demiş, Tarzan da “nə var nə danışım” deyə cava vermiş və bir-birlərinə söyüş söyməyə başlamışlar. Sonra anidən əlbəyaxa olmuşlar. O, avtomobildən düşüb güclə onları ayırmışdır. Əhmədin yanında gələn Elnur və Mirtahirə onları ayırmaq üçün kömək etmələrini desə də onlar heç biri yaxınlaşıb kömək etməmişdir. Sonra Tarzanı avtomobillə evlərinə aparmışdır. Ertəsi gün Tarzan Əhmədlə danışmaq üçün Temurgilə gələndə sonuncu Tarzanın onların evinə gəldiyini deyib onu da evə çağırmışdır. O, Temurgilə gedib Tarzandan gəlməsinin səbəbini soruşmuş, Tarzan da “Əhmədlə danışmağa gəlmişəm, gəlsin görək kim düzdü, kim səhvdi” demişdir. O da səhər-səhər səhvin-düzün vaxtı olmadığını deyib Tarzanı evlərinə göndərmişdir. Həmin vaxt Tarzan zorla Əhmədgilin evinə daxil olmağa çalışmamış, həyətdən geri qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisədən bir gün əvvəl axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edib mərhum kürəkəni Əhmədlə mübahisə edib dalaşıdıqlarını, ertəsi gün səhər saatlarında isə yenidən zəng edib Əhmədlə dalaşmağa getdiyini, onu öldürəcəyini demişdir. O, Əhmədə zəng edib Tarzanla dalaşmasının səbəbini soruşmuş, sonuncu da Tarzanın ona söyüş söydüyünü ona görə dalaşdıqlarını bildirmişdir. Bundan sonra yenidən Tarzana zəng edib söydüyü üçün ona irad bildirmiş, Tarzan da söyüş söymədiyini deyərək bu barədə haradan eşitdiyini soruşmuş, o da Əhmədin dediyini bildirmişdir. Bundan sonra Tarzan “dayan, mən gedib onunla danışacam” demişdir. Ondan sonra səhər saat 06 radələrində Tarzanın Əhmədgilə getdiyini, günorta saatlarında isə avtomobillə vurub öldürdüyünü eşitmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş şahid X19 ifadəsində göstərmişdir ki, o, Tarzanla mərhum Əhmədin torpaq sahəsini suvararkən su bəndinin yanında dalaşdıqlarını bilmiş, onları barışdırmağa cəhd etsə də alınmamışdır. Hadisədən əvvəl Nizami və yoldaşı Xumar onun yanına gəlib onları Temur Ərəbovun və Samux rayonunda yaşayan qızının göndərdiklərini, Tarzanın evdən bayıra çıxmamasını, Əhmədin onu öldürəcəyini demişlər. Bundan sonra Tarzanın atası X37 Əhmədlə Tarzanı barışdırmaq üçün Temur Ərəbovun evinə göndərmişdir. Bir müddət keçəndən sonra səs eşidib küçəyə çıxanda qonşuluqda yaşayan oğlu Telmanın küçədə Əhmədi dayandırıb onunla söhbət etdiyini görüb yaxınlaşaraq Əhməddən Tarzanla dalaşmasının səbəbini soruşdur. Əhməd də cavabında “bu iş sənlik deyil, Tarzanı öldürəcəm” demişdir. Sonra Əhməd kiməsə zəng edib həmin vaxt 15-20 metr aralıda küçənin başında, küçəyə tərəf dönüb dayanmış avtomobilə əli ilə işarə verib gözləməsini demişdir. O, bu zaman Əhmədin tək olmadığını başa düşüb həmin şəxslərin kim olduğunu soruşmuş və onu tənbeh edərək fikrindən döndərməyə çalışmışdır. Lakin Əhməd ona fikir verməyib getmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 Timur Məmməd oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş şahid X14 ifadəsində göstərmişdir ki, Tarzanla mərhum Əhməd su bəndinin yanında dalaşandan sonra gecə saat 01-02 radələrində Nizaminin, Tarzanın, atası Hadının və anasının səsini eşidib küçəyə çıxaraq nə baş verdiyini soruşmuş, Tarzan da su bəndinin yanında olarkən Əhmədin Elnur və Tahirlə onların yanına gəldiyini və orada Əhmədlə mübahisə etdiklərini demişdir. Ertəsi gün yenidən Nizaminin, Tarzanın, atası Hadının və anasının Əhmədlə Tarzanı barışdırmaq barədə danışdıqlarını eşidib onlara yaxınlaşmışdır. Bu zaman Tarzan ona “aramızda Temur Ərəbovla ən yaxın qohum olan sənsən, 50 ildir ki, kirvəlik münasibətləriniz var, get Əhmədi başa sal yola gətir” demişdir. O da razılaşıb Nizami ilə birlikdə Temurgilə getmişdir. Oraya gedəndə Temuru küçədə görüb ondan nə baş verdiyini soruşanda “özüm də nə haqq hesab olduğunu bilmirəm” deyə cavab vermişdir. O, Temura gedib birlikdə Əhmədlə danışmağı təklif etmiş, sonuncu da Əhmədin qaynatası Kərəmin də gələcəyini bildirib onu gözləməklərin bildirmişdir. Birlikdə Nizamigilin həyətinə keçib bir qədər söhbət etdikdən sonra Temur Əhmədin qaynatası Kərəmin evinə qonaq gəldiyi üçün gələ bilməyəcəyini demiş və özləri Əhmədlə söhbət etməyə getmişlər. O, Əhməddən Tarzanla dalaşmasının səbəbini soruşanda Əhməd, Nüsrətin başqa şəxslər vasitəsilə onun mal-qarası ilə maraqlandığını, buna görə Nüsrətlə danışarkən Tarzanın araya girdiyini və dalaşdıqlarını bildirmişdir. Əhmədi təhbeh edib barışmalarını deyəndə sonuncu küçənin başında iki nəfərin Tarzanı gözlədiyini, həmin şəxslərin Tarzanla nə isə haqqhesabının olduğunu bildirmişdir. Sonra ondan həmin şəxsləri göndərməsini və Tarzanla barışmasını xahiş etmiş, Əhməd də həmin şəxslərə zəng edib “kirvəm bizi barışdırmağa gəlib, siz gedin” demişdir. Sonra da “sənin xətrin üçün onları göndərdim” demişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Əhməd küçədə dayanan şəxsləri tanımadığını, lakin onun xətrinə həmin şəxsləri geri qaytardığını, Tarzanın hər yerdə onu döydüyünü dediyini, adamları göndərsə də onunla görüşüb ona bir yumruq vuracağını, bir də söz deyəcəyini demişdir. Məhkəmədə tədqiq edilən “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan ona əlavə edilmiş fotoşəkillərdən və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Goranboy rayonu, Veyisli kəndi ərazisində baş vermişdir. Hadisənin baş verdiyi yol örtüyünün eni 8 metr olmaqla hər biri 4 metr olan iki hərəkət hissəsindən ibarətdir. Məhkəmədə tədqiq edilən Məhkəmə-tibbi Ekspertiza və X11 PHŞ-nin xx.xx.2024-cü il tarixli, 21 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olundu: Açıq-küt kəllə beyin travması – a) kəllə əsası sümüyünün, təpə və alın sümüyünün sınıqları. Beyinin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma həyat üçün təhlükəli olduğundan AĞİR zərər vurmaya aid edilir. b) Sol baldır sümüklərinin sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya; c) alın və təpə nahiyəsinin yarası, sağ bazunun, sağ saidin, sağ baldırın döş qəfəsinin arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Yuxarıda qeyd olunan bu xəsarətlər bərk KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni meyidin müayinəsindən bir gün əvvəl (xx.xx.2024-cü il tarixdə) hərəkətdə olan avtomaşınla vurulma zamanı əmələ gələ bilərdi. X2 ölümünə səbəb ağır açıq küt kəllə-beyin travması nəticəsində, kəllə əsası sümüyünün sınıqları, baş beyinin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma olmuşdur. Məhkəmədə tədqiq edilən Məhkəmə-tibbi Ekspertiza və X11 PHŞ-nin xx.xx.2024-cü il tarixli, 563/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X13 ABO sistemi üzrə qan qrupu B/İİİ/-dir (şəxsiyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş X21 məxsus qısaqol mayka üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə B antigeni və alfa aqqlyutinini alındı. Belə olan halda bu qan ləkələri B-alfa/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X21 məxsus ola bilər. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus qısaqol mayka üzərindəki ləkələrdə qan, ona məxsus şalvar üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Məhkəmədə tədqiq edilən Məhkəmə-tibbi Ekspertiza və X11 PHŞ-nin xx.xx.2024-cü il tarixli, 345/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum X21 məxsus köynəyin ön və arxa səthinin yuxarı nahiyəsində çox sayda zədələr aşkar olundu. Bu zədələr cırılma zədələridir, köynəyin hər hansı bir səthə ilişib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş mərhum X21 məxsus köynək üzərində aşkar olunmuş zədələr müxtəlif şəraitdə, o cümlədən, iş üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şərait nəticəsində baş verə bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Məhkəmədə tədqiq edilən Məhkəmə-tibbi Ekspertiza və X11 PHŞ-nin xx.xx.2024-cü il tarixli, 543 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ göz qapağının və sol ayağın İ barmağının qançırları Küt əşyanın (əşyaların) o cümlədəm qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən əllə, təpiklə vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmaya xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/2142-8/2311-6/3880-6/3903 saylı rəyindən görünür ki, təqdim edilmiş “Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində oblisovkada, qabaq bamperdə, qabaq sağ farada), “KİA Cerato” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa yük yerin qapağında, arxa bamperdə, arxa sağ və sol dönmə işığında, qabaq sol qapıda) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrinin bir-biriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş “Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində kapotda, qabaq sağ dirəkdə, alın şüşəsində) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə piyadanı (insanı) şaquli vəziyyətdə vurması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş avtomobillərin üzərində olan zədələrin təsviri və qarşılıqlı vəziyyətləri rəyin tədqiqi hissəsində verilib. İlkin kontakt anında toqquşma “Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə “Kia Cerato” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi arasında toqquşma paralelliyə yaxın istiqamətdə baş vermişdir. “Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (oblisovkada, qabaq bamperdə, qabaq sağ farada, kapotda, qabaq sağ dirəkdə, alın şüşəsində) və “KİA Cerato” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa yük yerin qapağında, arxa bamperdə, arxa sağ və sol dönmə işığında, qabaq sol qapıda) olan sürtünmə hissəcikləri rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. X39 məxsus bir ədəd köynəyin yaxa hissəsində olan ağ rəngi qırıntılar məişətdə işlənən boya materiallarına aiddir üzərində nəqliyyata məxsus lak-boya hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş “Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən silinməklə nümunələrin götürüldüyü süngüllərin üzərində kənar lif mikrohissəcikləri və həmçinin X21 məxsus olduğu qeyd edilən geyim əşyasının tərkib liflərindən yoxdur. Geyim əşyasının tərkib liflərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Kia Cerato” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 və “Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin (toqquşma və piyada vurma) qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən toqquşma hər iki mexanizm üzrə, yəni həm “Kia Cerato” markalı avtomobil düzünə öz yolu ilə hərəkətdə olarkən “Ford Fusion” markalı avtomobilin onun arxa hissəsi ilə toqquşması, həmdə “Kia Cerato” markalı avtomobilin “Ford Fusion” markalı avtomobilin qarşısına keçərək tormozlama əməliyyatı aparması və sürətini azaltmasını görərək sürücü Şamilovun idarəetməni itirməsi nəticəsində “Kia Cerato” markalı avtomobilin arxa hissəsi ilə toqquşması mexanizmi üzrə baş verə bilər. Sürücü Şamilov “Ford Fusion” markalı avtomobil ilə piyada Ərəbovu qəsdən yaxud ehtiyatsızlığdan vurmasının müəyyən edilməsi xüsüsi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı və məhkəmə tərəfindən qiymət verilə bilər. Nəqliyyat-trasoloji ekspertizası yolu ilə müəyyən edilmişdir ki, Ford Fusion markalı avtomobilin ön hissəsi əzilmiş, batmış, sürtünmüş vəziyyətdədir, avtomobilin oblisovkası qırılmış vəziyyətdədir, avtomobilin bamperi əzilmiş, qırılmış vəziyyətdədir, avtomobilin qabaq sağ farası qırılmış vəziyyətdədir, avtomobilin kapotunun qabaq sağ hissəsi əzilmiş, batmış vəziyyətdədir, avtomobilin qabaq sağ dirəyi əzilmiş, batmış vəziyyətdədir, avtomobilin alın şüşəsi qırılmış vəziyyətdədir. Həmçinin göstərilmişdir ki, Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq sağ dirəkdə, alın şüşəsində) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə piyadanı (insanı) şaquli vəziyyətdə vurması nəticəsində yaranması mümkündür. Odur ki, avtomobilin arxa hissəsində piyadanın vurulmasına xarakterik hər hansı bir zədə olmadığından şahid Ələsgərovun göstərdiyi hadisə mexanizmi, yəni sürücü Şamilov “Ford Fusion” markalı avtomobili arxaya doğru idarə edərkən “Kİa Cerato” markalı avtomobildən düşən Ərəbovu vurması real hadisə mexanizminə uyğun deyildir. Məhkəmədə tədqiq edilən Məhkəmə Pxisiatrik Ekspertizası Mərkəzi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 756 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq üzünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbələrindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Məhkəmədə tədqiq edilən “istintaqa könüllü gəlməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Goranboy rayon polis şöbəsinə gələrək törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Goranboy rayon Məhkəməsinin 4(045)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarəndan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən “götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli prtokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd qara rəngli cins şalvar və istifadəsində olmuş qara rəngli “nokia 106” markalı mobil telefon götürülmüşdür. Məhkəmədə tədqiq edilən “götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli prtokoldan görünür ki, hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Apple İphone 11” markalı mobil telefon X8 götürülmüşdür. Məhkəmədə tədqiq edilən “götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli prtokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı X13 əynində olmuş 01 ədəd qara rəngli mayka götürülmüşdür. Məhkəmədə tədqiq edilən “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əyani şəkildə göstərmişdir. Məhkəmədə tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Vedibasar” marketdən götürülmüş hadisə gününə aid görüntüləəri özündə əks etdiriən diskə baxış zamanı diskdə olan “Vedi” qovluğunda 41 ədəd, xx.xx.2024-cü iltarixdə, saat 14:00-dan 16:00-a dək Hindarx-Borsunlu avtomobil yolunu hissə-hissə olmaqla özündə əks etdirən video görüntülərin olması müəyyən olunur. Görüntülərə baxış zamanı saat 14:10:10-da Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu, Rəhimli kəndi istiqamətində irəliləməsi, saat 14:16:21-də Borsunlu kəndi istiqamətində geri qayıtması, saat 14:18:15-də X13 idarə etdiyi “Kia Cerato” markalı, **-TC-*** qövlət qeydiyyat nişanlı avtomobil ilə Hindarx- Borsunlu avtomobil yolunun Goranboy rayonu, Borsunlu kəndi istiqamətində irəliləməsi, saat 14:24:29-da Rəhimli kəndi istiqamətində irəliləməsi, saat 14:25:09-daBorsunlu kəndi istiqamətində geri qayıtması, saat 14:29:15-də bir nəfər yeniyetmənin yola tərəf getməsi, saat 14:29:21-də Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı avtomobil ilə hadisəni törətdikdən sonra Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayon, Rəhimli kəndi istiqamətinə doğru hərəkət edən zaman geriyə dönərək Goranboy rayon, Borsunlu kəndi istiqamətində uzaqlaşması və qeyd edilən yeniyetmənin tələşla “Vedibasar” marketə qaçaraq kömək istəməsi və daha sonra hadisə yerinə doğru qaçması müşahidə olunur. Məhkəmədə tədqiq edilən “üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən “üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid9 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid9 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən “şahidin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əyani şəkildə göstərmişdir. Məhkəmədə tədqiq edilən Goranboy RİH başçısının Veyisli kənd İƏD üzrə nümayəndəliyini 5-45-10/2-162/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri həyat yoldaşı 1994-cü il təvəllüdlü X22, oğlu 2016-cı il təvəllüdlü X23, qızı 2020-ci il təvəllüdlü X15 və oğlu 2022-ci il təvəllüdlü X24 ilə birlikdə Goranboy rayon, Veyisli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4780 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1578 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilən Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarxixli, xx/xx-8745 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Goranboy RMX-nın xx.xx.2024-cü il tarxixli, 18-1-39/2- 1167/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinikasının ruhi-əsəb kabinetində qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən qəbzdən görünür ki, təqsirləndrilən şəxsin atası Hadı Şamilov Təqsirləndirilən şəxs məxsus “nokia 106” və “Apple İphone 11” markalı mobil telefonları Goranboy rayon prokurorluğundan təhvil almışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil və zərərçəkmiş şəxs X21 məxsus “Kia Cerato” markalı, **-TC- *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və Goranboy RPŞ-nin mühafizə duracağında saxlanılır. Bundan başqa, X21 məxsus 1 ədəd qara rəngli qısaqol köynək həmçinin, iş üzrə Təqsirləndirilən şəxs məxsus 1 ədəd ağ rəngli qısaqol köynək və 1 ədəd qara rəngli cins şalvar iş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunun «Maddi sübutları saxlama otağı»na verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisədən iki gün əvvəl X3 halda su bəndinin yanında onunla mübahisə etmiş, bir-birlərinə söyüş söyərək dalaşmışlar. Ondan sonra Əhməd Ərəbov onu izləyərək təhdid etmişdir. O, Əhməd Ərəbovla barışamağa cəhd etsə də sonuncu barışıqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 15 radələrində idarə etdiyi avtomobillə bint almaq üçün aptekə gedərkən Əhməd avtomobillə küçələrindən çıxıb anidən qarşısına keçərək avtomobili saxlamışdır. O, idarəetməni itirib Əhmədin avtomobilinin arxasından vurmuş və sonuncunun idarə etdiyi avtomobil 90-100 metr irəli atılıb yolun sağında dayanmışdır. Bundan sonra dönüb qayıtmaq istəmiş, lakin qarşıdan çox avtomobil gəldiyi üçün bir qədər irəlidən dönüb qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə avtomobilin surətini artırıb getmək istəyəndə Əhməd anidən avtomobildən çıxıb qarşısına keçmiş və avtomobilin ön sağ tərəfinə dəymişdir. Həmin vaxt məsafə az olduğudundan əyləci bassa da dayana bilməmiş, eyni zamanda qarşıda, əks hərəkət istiqamətində avtomobil çox olduğu üçün avtomobili sol tərəfə çəkə bilməmişdir. Zərbənin təsirindən Əhməd bir qədər aralıya düşmüşdür, onu təkərin altında sürüməmişdir. Həmin vaxt hadisənin şokunda olduğundan, eyni zamanda Rəvanın orada olduğunu görüb Əhmədin yanına getməmiş, bibisigilə gedib hadisə barədə məlumat vermiş və Əhmədə kömək etmələrini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etməklə xüsusilə ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid9, Şahid5 oğlunun ifadələri, ibtidai istintaq zamanı onlar arasında keçirilmiş üzləşdirmə protokolları, eləcə də digər şahidlərin ifadələri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, Şahid9 ifdəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu X27 ilə birlikdə sonuncunun idarə etdiyi avtomobillə kafeyə gedərkən yolda Tarzangil avtomobillə Əhmədin avtomobilinin içərisinə baxıb getmişlər. Sonra Tarzanın olduğu avtomobil üzü küçəyə tərəf dönüb dayanmışdır. Onların yanına çatanda Əhməd siqanal vermiş və çıxıb getmişlər. Xeyli getdikdən sonra Əhməd Tarzanın arxadan gəldiyini, avtomobilin işıqlarını yandıraraq ona nəsə işarə etdiyini demiş və bir qədər irəlidə, üzü Veyisli kəndi istiqamətində dönüb avtomobili saxlamışdır. Əhməd də avtomobilini onun avtomobilin yanında saxlamışdır. Bu zaman Tarzan Əhmədə “gözləyin, gəlirəm” deyib geri qayıtmışdır. Tarzangilin küçəsindən xeyli uzaqlaşdıqdan sonra Əhməd güzgüdən baxıb axradan Tarzanın sürətlə gəldiyini və onları vurmaq istədiyini demişdir. O, arxaya çönüb baxdığı anda Tarzan arxadan Əhmədin avtomobilini vurmuşdur. Zərbənin təsirindən Əhmədin avtomobili irəli atılmış və 100-120 metr gedəndən sonra irəlidə yolun sağında torpaq hissədə dayanmışdır. Tarzan Əhmədin avtomobilini arxadan vurandan sonra sürətini azaltmamış, Əhməd avtomobildən düşən kimi Tarzan surətini artırıb onu vurmuşdur. Zərbənin təsirindən Əhməd göydə fırlanıb irəlidə yerə düşmüş, bundan sonra Tarzan avtomobilin surətini artırıb Əhmədin üzərinə getmiş, onu avtomobilinin sağ təkərinin altında sürümüşdür. O, həmin vaxt başından zədə aldığından avtomobilin qapısını açıb düşə bilməmiş, lakin avtomobilin içərisindən hər şeyi aydın görmüşdür. O, avtomobildən düşəndə artıq Əhməd Tarzanın avtomobilin altından çıxıb yolun kənarına tərəf yumarlanmışdır. Sonra Tarzan bir qədər irəlidən dönüb Əhmədə baxa-baxa qayıdıb getmişdir. Şahid X10 ifadəsində göstərmişdir ki, hadisə günü saat 14-15 radələrində evə gedərkən Tarzanın Əhmədin avtomobilini arxadan vurduğunu, zərbənin təsirindən avtomobilin irəli atılıb yolun kənarında dayandığını, Tarzanın avtomobili saxlamadan hərkət etdiyini və Əhməd avtomobildən düşəndə onu avtomobillə vurub marketin qarşısından dönüb qayıtdığını görmüşdür. Şahidlər Şahid9 və X10 Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşmə zamanı da ifadələrində qeyd etdikləri xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı bildirmişlər. Məhkəmə hesab edir ki, cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs Əhməd Ərəbova dostu Şahid9 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini dərk etməklə, habelə avtomobillə vurulma nəticəsində zərbənin təsirindən X28-Borsunlu avtomobil yoluna yıxılaraq həmin yolla intensiv hərəkətdə olan nəqliyyat vasitələrinin altında qalma ehtimalının olmasına, eləcə də qeyd edilən nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin, həmçinin Şahid9 həyatları üçün təhlükə yaratdığını hiss edib görməsinə baxmayaraq, ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla avtomobillə vuraraq ölümünə səbəb olan xəsarətlər yetirib onu qəsdən öldürdüyünə görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, “xüsusi amansızlıq” əlaməti müəyyən edilərkən zərərçəkmiş şəxsin yaxın adamlarının hadisəni görməsi kifayətdir. Qanunvericiliyin tələbinə əsasən şəxsin qohum və yaxud yaxın qohum olması zərurəti yoxdur. Bundan başqa cinayətin nəqliyyat vasitəsilə törədilməsi nəzərə alınmaqla əvvəlcə zərərçəkmiş şəxsin idarə etdiyi avtomobilin təqsirləndirilən şəxsin idarə etdiyi avtomobillə arxadan vurulması zamanı, daha sonra Əhməd Ərəbovun avtomobillə vurulub yolun kənarına atılması nəticəsində həm zərərçəkmiş şəxsə münasibətdə onun hərəkətin intensiv yerinə atılaraq digər nəqliyyat vasitələri tərəfindən vurula bilmə ehtimalı, həm də Şahid9 avtomobildə olarkən xəsarət alma ehtimalı nəzərə alınmalıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Eyni zamanda həmin Qərarının 8-ci bəndində göstərilmişdir ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə də tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıram halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması Cinayət Məcəllənin 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna alması isə həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Goranboy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində tanınaraq Goranboy RPŞ-nin mühafizə duracağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil və mərhum zərərçəkmiş şəxs X21 məxsus “Kia Cerato” markalı, **-TC- *** dövlət qeydiyyat nişanlı avtomobil onların ailə üzvlərinə qaytarılmalıdır. Bundan başqa iş üzrə maddi sübut qismində tanınaraq Goranboy rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan X21 məxsus 1 ədəd qara rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus 1 ədəd ağ rəngli qısaqol köynək və 1 ədəd qara rəngli cins şalvar onların ailə üzvlərinə qaytarılmalı, qəbul etməkdən imtina edildikdə isə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyərini təşkil edən 350 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Goranboy RPŞ-nin mühafizə duracağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus Ford Fusion” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil və mərhum zərərçəkmiş şəxs X21 məxsus “Kia Cerato” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil onların ailə üzvlərinə qaytarılsın. Bundan başqa iş üzrə maddi sübut qismində tanınaraq Goranboy rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan X21 məxsus 1 ədəd qara rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus 1 ədəd ağ rəngli qısaqol köynək və 1 ədəd qara rəngli cins şalvar onların ailə üzvlərinə qaytarılsın, qəbul etməkdən imtina edildikdə isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyərini təşkil edən 350 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar