Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-318/2021 02.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X21 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Ağdərə rayonu, İmarətqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, Şəki rayonu, Sarıca kəndində yerləşən Kəlbəcər rayon 123 saylı tam orta məktəbinin müəllimi, evli, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Çardaqlı kəndində qeydiyyatda olmaqla tutulanadək Şəki rayonu, Sarıca kəndində müvəqqəti yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs arvadı X14 ilə son zamanlar aralarında yaranmış soyuq münasibət səbəbindən sonuncunun ona xəyanət etməsindən şübhələnərək 2021-ci ilin mart ayının sonlarında yaşadığı Samux rayonu, Qarabağlar kəndində yerləşən evdə olarkən Arzu Əliyevanın mobil telefonla danışdığını görüb sonuncunun kiminlə danışdığını müəyyən etmək məqsədilə dərhal telefonu əlindən alıb baxdıqda Arzu Əliyevanın “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışdığı və “Könül” adı ilə qeydə aldığı şəxsin profil şəklində 2021-ci ilin mart ayının 19-da sonuncunun bacısı Şahid3 ilə birlikdə onların evinə qonaq gəlmiş və Şahid3 ona öz xalasıoğlu kimi təqdim etdiyi hərbi qulluqçu X5 şəklinin olduğunu, aralarında qeyri-əxlaqi tərzdə yazışmaların baş tutduğunu, yazışma zamanı Arzu Əliyevanın öz yarıçılpaq şəkillərini sonuncuya göndərdiyini aşkar etmiş, bu zaman sonuncunun İsrafil Vəlizadə ilə aralarında qeyri-rəsmi münasibətin olduğunu etiraf etməsindən sonra ona xəyanət etdiyinə əmin olaraq həmin gün Arzu Əliyevanı öldürmək barədə qərara gəlmiş, bu niyyətini həyata keçirmək üçün Arzu Əliyevanın ona xəyanət etdiyini məhkəmə qarşısında etiraf etməsini gözləyərək boşanmaları ilə bağlı keçirilmiş birinci məhkəmə iclasında iştirak etmiş, bundan sonra sonuncunu növbəti məhkəmə iclasına gələrkən öldürmək fikrini özlüyündə qətiləşdirmiş, 18 iyun 2021-ci il tarixdə, saat 10:30 radələrində Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən Tərtər rayon məhkəməsinin inzibati binasının qarşısına gələrək boşanmaq üçün növbəti məhkəmə iclasına gələn Arzu Əliyevanı təxminən 15 dəqiqə məhkəmənin inzibati binasının yaxınlığında gözlədikdən sonra qarşı tərəfdən məhkəmə prosesində iştirak etmək üçün gələn və məhkəmənin inzibati binasına daxil olmaq istəyən arvadı Arzu Əliyevanın iti addımlarla üzərinə gedərək həmin gün səhər tezdən yaşadığı Samux rayonu, Qarabağlar kəndində yerləşən evin mətbəxindən götürüb qanunsuz olaraq üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, tiyəsinin üzərində “Schafer TURKEY GERMANY” yazısı həkk olunmuş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, qatlanmayan, ümumi uzunluğu 325 mm təşkil edən, təyinatı dəyişdirildiyindən soyuq silah hesab edilən, Arzu Əliyevanın hərbi qulluqçu X10 ilə xəyanət etməsi barədə mesaj vermək məqsədilə tiyəsinin üzərinə qara rəngli boya ilə “HƏRBİÇİ” sözü yazdığı, ağ-bənövşəyi rəngli dəstəyi olan mətbəx bıçağı ilə əvvəlcə məhkəmənin inzibati binasının qarşısında olan üç pilləli pilləkənin üzərində Arzu Əliyevanı bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirməklə yerə yıxmış, daha sonra dizlərini yerdə uzanmış vəziyyətdə olan sonuncunun kürəyinə dayayaraq bıçaqla əlavə zərbələr vurmaqla mərhum Arzu Əliyevanın həyat və sağlamlığına, təhlükəsiz yaşamaq konstitusion hüququna qəsd etmiş, bununla da sonuncuya ayrı-ayrılıqda və birlikdə sağlamlığa ağır zərərvurmaya aid edilən ağciyərin, plevranın zədələnməsi ilə sağ kürək nahiyəsinin tış səthinin daxilə keçən bir ədəd və döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthində daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yaraları, qırtlaq qığırdağının, vidaçi venanın, yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş yarası xəsarətləri, həmçinin sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən sağ kürək nahiyəsinin iç səthinin daxilə keçməyən üç ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin ovuc səthinin iki ədəd, sol said nahiyəsinin bir ədəd kəsilmiş yarası xəsarətləri yetirərək boyun üzvlərinin, ağciyərin zədələnməsi ilə gedən boyunun və döş qəfəsinin kəsilmiş və deşilmiş-kəsilmiş yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə mərhum Arzu Əliyevanı qısqanclıq zəminində qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, X4 onun həyat yoldaşı olmuşdur. Birgə nikahlarından 3 azyaşlı övladları vardır. Arzu Əliyeva həm də onun dayısı Nurəddin Abbasov tərəfindən övladlığa götürülmüşdür. Hadisədən təxminən 2 ay əvvəl evdə olarkən arvadı Arzu Əliyevanın telefon vasitəsilə kiminləsə danışdığının şahidi olmuş, Arzu Əliyevadan kiminlə danışdığını soruşduqda sonuncu bacısı Könüllə danışdığını bildirmiş, o, əmin olmaq məqsədilə telefonu alıb nömrəyə və mesajlara nəzər yetirdikdə Arzu Əliyevanın danışdığı şəxsin adının Könül olaraq qeyd edildiyini və aralarında baş tutmuş yazışmaların başqa məzmunlu olduğunu görmüşdür. Bundan sonra o, Arzu Əliyevanın ona xəyanət etdiyini və Könül adı ilə qeydə aldığı şəxsin qeyri-rəsmi münasibət saxladığı oğlan olduğunu başa düşmüşdür. Həmin yazışmalar zamanı Arzu Əliyeva öz yarıçılpaq şəkillərini danışdığı şəxsə göndərmişdir. O, həmin nömrənin “Whatsapp” profilində yerləşdirilmiş şəkilə baxdıqda onun X11 olduğunu tanımışdır. Həmin vaxt Arzu Əliyeva ona İsrafillə aralarında münasibətin olduğunu etiraf etmiş, bundan sonra o, Arzu Əliyeva ilə boşanmaq qərarına gəlmiş və həmin gün bir yerdə yaşaya bilməyəcəyindən Arzu Əliyevanı evdən göndərmişdir. Təxminən aprel ayının əvvəllərindən X40 rayonu, Şıxarx qəsəbəsində nənəsigildə yaşamağa başlamışdır. O, İsrafil adlı şəxsi Arzunun bacısı Şahid3 İsrafili yaşadıqları evə qonaq gətirdiyi vaxt tanımışdır. Belə ki, cari ilin mart ayının 19-da Könül İsrafili onun evinə gətirərək xalasının oğlu olduğunu bildirmişdir. Həmin gün evlərinə dayısı və digər qohumları da qonaq gəlmişdirlər. Birlikdə oturub söhbətləşib yemək yedikdən sonra digər qohumları evlərinə getmişlər. İsrafil isə həmin gecəni onların evində qalmışdır. Daha sonra həmin gecə X22 ilə birlikdə cinsi münasibətdə olduqları ona məlum olmuşdur. O, arvadı Arzu Əliyevanın ona xəyanət etdiyini öyrəndiyi gün sonuncunu öldürmək barədə qərara gəlmiş və aralarında olan nikah münasibətinə xitam verilməsi üçün məhkəməyə rəsmi olaraq müraciət etmişdir. Arzu Əliyevanı öldürmək üçün bir müddət gözləmişdir ki, Arzu Əliyevanın ona xəyanət etməsi və əxlaqsız hərəkətlərə yol verməsi məhkəmə tərəfindən təsdiq olunsun. Məhkəmə nikah münasibətlərinə xitam verilməsi üçün bir dəfə iclas təyin etmiş, bundan sonra məhkəmənin növbəti iclası iyun ayının 18-ə təyin edilmiş və o, bundan sonra məhkəmə iclasına gedərkən Arzu Əliyevanı öldürmək barədə qərarlaşmışdır. Bu məqsədlə o, 18 iyun 2021-ci il tarixdə səhər tezdən Samux rayonu, Qarabağlar kəndindəki evlərinin mətbəxindən dəstəyi ağ-bənövşəyi rəngli bıçağı da özü ilə götürərək Tərtər rayonuna gəlmiş, təxminən səhər saat 10:30-da Tərtər rayon məhkəməsinin qarşısına çatmış və orada, məhkəmənin yaxınlığında yerləşən çayxananın yanında Arzu Əliyevanın məhkəməyə gəlməsini gözləmişdir. Saat 11 radələrində Arzu Əliyevanın bazar tərəfdən məhkəməyə doğru gəldiyini görüb dərhal Arzu Əliyevanın yanına gedərək sonuncunu öldürmək üçün özü ilə götürdüyü bıçaqla bədəninin müxtəlif nahiyələrindən zərbələr endirməyə başlamışdır. Daha sonra məqsədi Arzu Əliyevanı öldürmək olduğundan əlavə olaraq bıçaqla onun boğazını kəsmişdir. Bu zaman ətrafda olan vətəndaşlar və polis əməkdaşları qaçaraq Arzunu onun əlindən almış və onu polis şöbəsinə gətirmişlər. O, ifadəsinə əlavə olaraq bildirdi ki, hazırda onun övladları qardaşı Şahid4 himayəsində qalır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, mərhum Arzu Əliyeva onun qızıdır. O, övladı olmadığına görə Arzu Əliyevanı 1995-ci il tarixdə tanımadığı ailədən, baldızının vasitəsilə övladlığa götürmüşdür. Arzu Əliyeva sakit təbiətli, mehriban, hamı ilə yola gedən, tərbiyəli bir qız olmuş və 2014cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs onun həm bacısıoğlu, həm də kürəkənidir. Təqsirləndirilən şəxslə Arzu Əliyevanın birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. Hal-hazırda həmin uşaqlar Anarın qardaşı ilə birlikdə Samux rayonu, Qarabağlar kəndində yaşayırlar. O, 19 mart 2021-ci il tarixdə Novruz bayramı ilə əlaqədar bacısıoğlu Anargilə qonaq getmişdir. Həmin vaxt evdə Anar, Arzu, Arzunun bacısı Könül və Könülün xalası oğlu kimi təqdim etdiyi İsrafil adlı şəxs olmuşdur. Arzu Əliyevanı övladlığa götürdüklərindən sonuncunun qohumlarını tanımamış, buna görə də İsrafil adlı şəxsin həqiqətən Arzunun xalası oğlu olduğunu düşünmüşlər. Həmçinin təxminən bir il əvvəl Könül bacısı Arzunu tapmaq üçün aparıcı Xoşqədəm Hidayətqızına müraciət etmiş, həmin vasitə ilə Könül ilə Arzu bir-birilərini tapmış və münasibət saxlamağa başlamışlar. 19 mart 2021-ci il tarixdə axşam o, Anargildə yeyibiçdikdən sonra öz evinə getmiş, lakin İsrafil həmin gecə Anargildə qalmışdır. Bundan 4-5 gün sonra Anar evdə olarkən Arzunun telefonla danışdığını görmüş, Arzudan kiminlə danışdığını soruşduqda bacısı Könüllə danışdığını demişdir. X17 münasibətləri son zamanlar pozulduğundan və aralarında soyuqluq yarandığından Anar Arzunun xəyanət etdiyini düşünməyə başlamışdır. Buna görə də, Anar Arzunun dediklərinə əmin olmaq üçün telefonu Arzunun əlindən almış, bu zaman görmüşdür ki, Arzunun telefonda danışdığı şəxsin adı Könül olaraq qeyd edilsə də, həmin nömrənin “Whatsapp” sosial şəbəkəsindəki profil şəklində İsrafilin şəkli yerləşdirilmişdir. Həmin şəxsi görən Anar İsrafili tanımış və yazışmalara baxdıqda Arzu ilə İsrafilin qeyri-rəsmi münasibət saxladığını, Arzunun xəyanət etdiyinin şahidi olmuşdur. Bu zaman Arzudan məsələnin nə olduğunu soruşduqda Arzu İsrafil ilə münasibətinin olduğunu, bir neçə gün öncə İsrafilin onlara gəldiyi zaman gecə cinsi əlaqədə olduğunu etiraf etmişdir. Bundan sonra Anar Arzunu boşamaq qərarına gəlmiş və dərhal məhkəməyə müraciət etmişdir. Məhkəmə onların nikahına xitam verilməsi üçün iclas təyin etmiş, may ayında məhkəmənin ilk iclası olmuşdur. O, həmin iclasda iştirak etmək üçün məhkəməyə gəlsə də, onu içəriyə buraxmamışlar. Məhkəmə növbəti iclası 18 iyun 2021-ci il tarixinə təyin etdikdə o, növbəti məhkəmə iclasına getməmişdir. 18 iyun 2021-ci il tarixdə həyat yoldaşının təqaüd kartında problem yarandığından banka müraciət etmək üçün Gəncə şəhərinə getmiş, Gəncə şəhərində olarkən Arzu Əliyevanın telefonuna zəng edərək məhkəmə prosesinin necə keçdiyini öyrənmək istəmiş, bir neçə dəfə Arzunun əlaqə nömrəsinə zəng etsə də, telefonunu açmamış, bundan sonra yaşadığı Samux rayonu, Qarabağlar kəndinə gəldikdə qızı X38 Əliyev tərəfindən öldürüldüyünü öyrənmişdir.o hazırda təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 X7 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Arzu Əliyeva onun bacısıdır. Arzu Əliyeva və Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir problem, düşmənçilik və ya ədavət olmamışdır. Arzu Əliyeva körpə vaxtlarında tanımadıqları ailəyə övladlığa verildiyindən münasibətiləri kəsilmiş, lakin ailə üzvləri və ətrafındakı insanlardan bacısının övladlığa verildiyini eşitmişdir. 2019-cu ildə bacısı Arzu Əliyevanı axtarıb tapması üçün Xoşqədəm Hidayətqızına müraciət etmişdir. Bundan sonra Xoşqədəm Hidayətqızı axtarıb bacısını tapmış, onları görüşdürmüş və beləcə Arzu Əliyeva ilə əlaqəsi yaranmışdır. Həmin vaxtdan etibarən həftədə bir-iki dəfə Arzu ilə əlaqə saxlamışdır. Lakin onların evinə çox az qonaq getmişdir. 18 mart 2021-ci il tarixdə Arzu Əliyeva öz istifadəsində olmuş mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edərək bayram münasibətilə öz evlərinə qonaq dəvət etmişdir. Danışıq zamanı Arzu onun telefon nömrəsini bir nəfər şəxsə verəcəyini, həmin adamın onunla əlaqə saxlayacağını və onu Arzugilə aparacağını bildirmişdir. Eyni zamanda Arzu telefonda ona həmin adamı çoxdan tanıdığını demişdir. 19 mart 2021-ci il tarixdə o, səhər saat 8 radələrində evdən çıxaraq taksiyə əyləşmiş və Bakı şəhərinə yola düşmüşdür. Taksidə gedərkən İsrafil öz istifadəsində olan nömrədən ona zəng edərək hara gəlməli olduğunu bildirmişdir. O, Bakı şəhərini yaxşı tanımadığına görə telefonu taksi sürücüsünə vermiş və İsrafil hara gəlməli olduğunu sürücüyə izah etmişdir. Bundan sonra o, “20 Yanvar” dairəsi adlanan ərazidə taksidən düşmüş, bu zaman İsrafil yenidən ona zəng edərək hansı tərəfdə olduğunu və əynində hansı paltarın olduğunu soruşmuşdur. O, İsrafilə olduğu yeri və əynindəki paltarı deyib gəlməsini gözləmişdir. Təxminən 20 dəqiqə sonra İsrafil onun olduğu yerə öz idarə etdiyi ağ rəngli, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişdir. O, həmin avtomobilin arxa oturacağına əyləşərək Gəncə şəhərinə doğru yola düşmüş, həmin vaxt avtomobildə başqa heç kim olmamış, lakin yol üstü İsrafil maşına bir neçə şəxsi də götürmüşdür. Həmin şəxslərdən biri İsrafilin tanışı olmuş, digərini isə tanımamışdır. Yolda gedərkən İsrafil özünü ona Pərviz adı ilə təqdim etmiş, Samux rayonunda “Savxoz” adlanan əraziyə çatdıqda İsrafillə birlikdə maşından enmiş və maşında olan İsrafilin tanışı maşını idarə edib getmişdir. Onlar isə başqa bir taksiyə əyləşərək Arzugilin evinə getmişdirlər. Arzugilə çatdıqda evdə Arzunun atası Nurəddin və digər qonaqlar olmuş, lakin Anar özü evdə olmamışdır. Evə daxil olanda Arzu onu kənara çəkib təklikdə içəridə olan qonaqlara və Anara İsrafili xalasıoğlu kimi təqdim etməsini istəmişdir. O, Arzudan niyə belə etməli olduğunu soruşduqda Arzu İsrafil adlı şəxslə “Tiktok” sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, aralarında qeyri-rəsmi münasibət yarandığını və mütəmadi olaraq telefonla əlaqə saxladıqlarını bildirmişdir. Bundan sonra o, gəldiyinə peşman olsa da, geri qayıda bilməmiş, təxminən yarım saat sonra Anar evə gəldikdə İsrafili öz xalasıoğlu kimi Anara və qonaqlara təqdim etmiş, İsrafil həmin qonaqlarla demək olar ki, söhbət etməmiş, sadəcə olaraq qısa söhbət zamanı mağazada işlədiyini bildirmişdir. O, Arzugildə olarkən İsrafillə aralarında olan münasibəti bildiyindən gecəni orada qalmaq istəməmiş, lakin bacısı Arzunun təkidindən sonra məcbur qalıb onların evində gecələmişdir. İsrafili xalasıoğlu kimi təqdim etdiyindən Anar İsrafilin də onlarda qalmasına etiraz etməmişdir. Axşam yemək yedikdən sonra digər qonaqlar öz evlərinə getmiş, həmin gecəni o və Arzu zalda, İsrafil digər otaqda, Anar isə öz otaqlarında yatmışdır. Səhər oyanıb çay içdikdən sonra İsrafillə birlikdə taksiyə əyləşib Anargildən vağzala getmiş, yolda olarkən İsrafildən Arzugilə gəlməkdə məqsədinin nə olduğunu soruşduqda İsrafil bir müddətdir Arzu ilə “Tik-tok” sosial şəbəkəsində tanış olduqlarını, Arzunu görmək istədiyinə görə də gəldiyini bildirmişdir. O, İsrafilə öz iradını bildirmiş və məsələnin üstü açılarsa, hamının onu qınayacağını demişdir. Daha sonra İsrafillə vağzalda ayrılaraq Bakıya gəlmiş, yolda olarkən Arzu ona zəng edərək Pərviz adı ilə tanıdığı şəxsin əslində adının İsrafil olduğunu, hərbi qulluqçu olduğunu, Tərtər rayonu, Seydimli kəndində yaşadığını, qonşuları Mahirin oğlu olduğunu bildirmişdir. Bundan 3-4 gün sonra işdə olarkən Arzunun ona zəng etdiyini görmüş, telefonu açdıqda zəng edənin Anar olduğunu bilmiş, Anar telefonda ona evlərinə qonaq gətirdiyi İsrafil adlı şəxsin kim olduğunu soruşduqda, xalasıoğlu olduğunu demişdir. Bu zaman Anar ona hər şeyi bildiyini, Arzunu həmin oğlanla danışarkən tutduğunu, İsrafilin adını telefonda “Könül” adı ilə qeydə aldığını bildirmişdir. O, bundan sonra açıb hər şeyi Anara etiraf etmişdir. Anar ondan İsrafilin nömrəsini soruşduqda nömrəni sildiyini demişdir. Anar həmin vaxt İsrafillə Arzunun gecə onlarda qalarkən cinsi əlaqədə olduqlarını bildirmiş və ondan buna niyə razı olduğunu soruşduqda bu barədə məlumatının olmadığını Anara demişdir. Daha sonra Anar telefonu söndürmüş və bundan sonra Anarla heç bir danışığı olmamışdır. X19 münasibət saxladığını öyrəndikdən sonra İsrafil bir dəfə ona zəng edərək məsələnin üstünün açıldığını bildirdikdə onu bu məsələyə qarışdırmamağı demişdir. Daha sonra İsrafilin nömrəsini qara siyahıya salmışdır. 18 iyun 2021-ci il tarixdə, saat 12 radələrində isə digər bacısı X39 rayon məhkəməsinin qarşısında bıçaqla vuraraq öldürdüyü barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 18 iyun 2021-ci il tarixdə, saat 11 radələrində Tərtər rayonu, Şahid4 prospektində yerləşən Tərtər rayon məhkəməsinin yaxınlığında Tərtər rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Şahid6 və polis şöbəsinin növbətçi hissəsinin sürücüsü Şahid7 ilə birlikdə “Fiat” markalı xidməti avtomobillə xidməti vəzifələrinin icrasını həyata keçirərkən Tərtər rayon məhkəməsinin inzibati binasının qarşısında qışqırıq səsləri eşitmiş, əyləşdiyi maşından enərək həmin istiqamətə doğru getdikdə şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs rayon məhkəməsinin inzibati binasının girişinin qarşısında əlindəki bıçaqla arvadı, şəxsiyyəti sonradan ona məlum olan Arzu Əliyevaya zərbələr endirdiyini görmüşdür. Dərhal Təqsirləndirilən şəxs üzərinə qaçaraq yüksək səslə bıçağı atmasını və vurmamasını tələb etdikdə Təqsirləndirilən şəxs özü bıçağı kənara atmış və əllərini yuxarı qaldıraraq ayağa qalxmışdır. Bundan sonra məhkəmənin mühafizəsini təşkil edən polis nəfərinin də köməyi ilə Təqsirləndirilən şəxs Arzu Əliyevadan kənarlaşdırmış və dərhal Tərtər rayon prokurorluğuna, polis şöbəsinə və rayon xəstəxanasına baş vermiş hadisə barədə məlumat verilmişdir. Lakin hadisədən təxminən bir dəqiqə keçdikdən sonra Arzu Əliyeva elə hadisə yerindəcə qanaxmadan vəfat etmiş və yerdə hərəkətsiz vəziyyətdə qalmışdır. Bundan sonra o, digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlıqda olan “Fiat” markalı xidməti avtomobilə əyləşdirərək rayon polis şöbəsinin inzibati binasına gətirmişdir. Yolda olarkən Təqsirləndirilən şəxs arvadı Arzu Əliyevanı xəyanət etdiyinə görə qısqanclıq zəminində öldürdüyünü onlara bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 və Şahid7 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 18 iyun 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Tərtər şəhəri, Şahid4 prospektində yerləşən, Tərtər rayon məhkəməsinin inzibati binasının qarşısıdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 18 iyun 2021-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan və diskdən görünür ki, Tərtər rayon məhkəməsinin inzibati binasının qarşısında baş vermiş cinayət hadisəsini özündə əks etdirən videogörüntü Tərtər rayon məhkəməsinin inzibati binasının qarşı sağ tərəfində quraşdırılmış və məhkəmənin qarşısını müşahidə edən videomüşahidə kamerası vasitəsilə qeydə alınmışdır və ümumilikdə 01 dəqiqə 29 saniyə təşkil edir. Videogörüntünün 00:01-ci saniyəsində görünür ki, rayon məhkəməsinin inzibati binasının girişindən təxminən 10 metr irəlidə avtomobil yolu keçir. Həmin yol gediş-gəlişin çoxluq təşkil etdiyi yoldur və yolun kənarında binaya paralel şəkildə qara rəngli markası və dövlət qeydiyyat nişanı görünməyən nəqliyyat vasitəsi, binanın sol tərəfində təxminən 15 metr məsafədə binaya perpendikulyar şəkildə markası və dövlət qeydiyyat nişanı görünməyən xidməti polis avtomobili dayanmışdır, həmçinin məhkəmənin inzibati binası ilə üz-üzə istiqamətdə yerləşən bazar adlanan ərazinin qarşısında çoxsaylı nəqliyyat vasitələri dayanmışdır. Videogörüntünün 00:10-cu saniyəsində görünür ki, bir ədəd ağ rəngli “Opel” markalı, dövlət qeydiyyat nişanı görünməyən nəqliyyat vasitəsi rayon məhkəməsinin qarşısına gələrək məhkəmənin inzibati binasının girişindən təxminən 25 metr irəlidə dayanır. Videogörüntünün 00:21-ci saniyəsində həmin nəqliyyat vasitəsindən X4 enərək bazar istiqamətindən Tərtər rayon məhkəməsinin girişinə doğru hərəkət etməyə başlayır. Videogörüntünün 00:34-cü saniyəsindən görünür ki, Əliyev X26 rayon məhkəməsinin sağ tərəfindən iti addımlarla Arzu Əliyevaya tərəf gələrək özü ilə üzərində gəzdirdiyi bıçaqla sonuncuya məhkəmənin inzibati binasının qarşısında olan 3 pilləli pilləkənin üzərində zərbə endirir. Videogörüntünün 00:38-ci saniyəsindən görünür ki, Arzu Əliyeva aldığı bıçaq zərbəsindən sonra pilləkəndən yerə yıxılır və Təqsirləndirilən şəxs əlində olan bıçaqla yerdə uzanmış vəziyyətdə olan Arzu Əliyevaya bir neçə bıçaq zərbələri endirir. Daha sonra görüntünün 00:48-ci saniyəsində məhkəmənin mühafizəsini təşkil edən, həmçinin yaxınlıqda xidmət aparan polis əməkdaşları dərhal qaçaraq həmin istiqamətə gəlirlər və Təqsirləndirilən şəxs Arzu Əliyevadan kənarlaşdıraraq hadisə yerindən təxminən 15 metr aralıda dayanmış xidməti polis avtomobilinə əyləşdirib hadisə yerindən uzaqlaşdırırlar. Videogörüntünün 00:49-cu və 00:56-cı saniyələrindən görünür ki, Arzu Əliyeva ayağa qalxmağa cəhd etsə də, buna nail ola bilmir və görüntünün 01:10-cu saniyəsindən etibarən Arzu Əliyeva yerdə uzanmış şəkildə hərəkətsiz vəziyyətdə qalır. 01:29 saniyədə videogörüntü sonlanır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “diskə baxış keçirilməsi haqqında” 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə və X2 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəsinə müxtəlif şəxslərdən çoxsaylı telefon zənglərinin daxil olmuş və həmin nömrələrdən müxtəlif şəxslərə çoxsaylı telefon zəngləri çıxmışdır. X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə X5 adına qeydiyyata alınmış ***-***-**-** və ***- ***-**-** saylı nömrələri arasında 08 mart 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixədək mütəmadi olaraq çoxsaylı və uzunmüddətli telefon danışıqları baş tutmuşdur. Baxış zamanı, eləcə də, X12 adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrə ilə X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 12 aprel 2021-ci il tarixdən etibarən çoxsaylı və uzunmüddətli telefon əlaqələrinin olduğu müəyyən edilmişdir. Bundan əlavə mərhum Arzu Əliyevanın anası Şahid1 (***-***-**-**), bacısı Şahid3 (***-***-**-** və ***-***-**-**) və Təqsirləndirilən şəxs (***-***-**-**) arasında müntəzəm telefon əlaqələrinin olduğu baxış zamanı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** nömrəyə sonuncu dəfə 18.06.2021-ci il tarixdə, saat 10:10:27-də Arzu Əliyevanın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng daxil olmuş və həmin zəng 91 saniyə davam etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən sonuncu dəfə 18.06.2021-ci il tarixdə, saat 10:27:33-də Arzu Əliyevanın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edilmiş və 10 saniyə müddətinə davam edən danışıq baş tutmuşdur. X20 istifadəsində olmuş ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə 18.05.2021-ci il tarixdə, saat 15:45:36-da “Yaxwi nolar mende mehkemede senin bicagla gelib meni oldurmey istediyini deyerem hec darixma” məzmunlu sms daxil olmuşdur. X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən X5 adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrəyə müxtəlif tarixlərdə “İsrafil telefonu ac menem telefon ozumdedi telefona cavab ver” (30.03.2021-ci il, 20:32:15), “Yaxwi olanlardan ozun gunahgarsan bundan sonra incime.” (30.03.2021-ci il, 20:34:15), “Ay isi qaldim collerde men neyniyim ac teli” (02.04.2021-ci il, 13:19:23) məzmunlu mesajlar göndərilmişdir. Bundan əlavə X12 adına qeydiyyata alınmış ***-***-**- ** saylı mobil nömrədən X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Qeseng bilirdim sen kimlese danisirsan kimse meni pisdiyib seni ele alir nese” (18.04.2021-ci il, 16:47:55), “Neslinin agzini s***m meni bulok edirsen sen kele tapisan yene ozune” (26.05.2021-ci il, 22:12:18) məzmunlu sms-lər göndərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X35 bölməsinin 07 iyul 2021-ci il tarixli, 16/587 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X9 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi 1 №-li cədvəldə göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış ağ rəngli poliamid lifləri cinsi əlamətlərinə görə X9 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. X9 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli poliestr lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X9 məxsus 01 ədəd şalvarın və 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. X9 məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın və 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X35 bölməsinin 08 iyul 2021-ci il tarixli, 16/588/589 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır. Lakin küt tərəfi kustar üsulla itiləndiyindən təyinatı dəyişdirilmişdir və təqdim edilən vəziyyətdə soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş X2 hadisə vaxtı əynində olan köynəyin səthində olan 05 ədəd “a”, “b”, “c”, “d”, “e” zədələri, büstqalterin səthində olan 01 ədəd zədə hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Belə zədə yaradan predmetlərə təqdim edilmiş bıçaq da aid edilir. X2 hadisə vaxtı əynində olmuş şalvarın, kalqotkanın, lasinin, tumanın və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş şalvarın, köynəyin üzərində mexaniki zədə aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X23-Təcrübi və Tədris Birliyinin 06 iyul 2021-ci il tarixli, 12 nömrəli ekspert rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi ekspertizasına, əlavə məhkəmə-bioloji, məhkəmə kimyəvi laborator müayinə cavablarına əsasən iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq nəticəyə gəlinmişdir ki, X2 meyitinin bədənində aşağıdakı xəsarətlər – qırtlaq qığırdağının, vidaçi venanın, yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş yarası, ağciyərin, plevranın zədələnməsi ilə sağ kürək nahiyəsinin tış səthinin daxilə keçən bir ədəd və döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthində daxilə keçən bir ədəd, sağ kürək nahiyəsinin iç səthinin daxilə keçməyən üç ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin ovuc səthinin iki ədəd, sol said nahiyəsinin bir ədəd kəsilmiş yaraları vardır. Həmin xəsarətlər həyatidir, ölümdən az vaxt əvvəl kəsici kənara və iti uca malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, ola bilsin ki, bıçaqla yetirilmişdir, müddəti 18 iyun 2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağ kürək nahiyəsinin tış səthinin daxilə keçən bir ədəd və döş qəfəsi nahiyəsinin sağ yarısının arxa səthində daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yaraları, qırtlaq qığırdağının, vidaçi venanın, yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş yarası xəsarətləri birlikdə və ayrı-ayrı ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər, sağ kürək nahiyəsinin iç səthinin daxilə keçməyən üç ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin ovuc səthinin iki ədəd, sol said nahiyəsinin bir ədəd kəsilmiş yarası canlı şəxslərdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. X2 ölümünə səbəb boyun üzvlərinin, ağciyərin zədələnməsi ilə gedən boyunun və döş qəfəsinin kəsilmiş və deşilmiş-kəsilmiş yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X4 hamilə olmamışdır. X8 uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 02 ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. X8 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin 15 iyul 2021ci il tarixli, 386/130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən və törətməzdən əvvəl hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərini olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur, bu halın yaranmasına səbəblərdən biri zərərçəkmişə qarşı şübhələri ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X29 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Tərtər rayon X13 Hüquqi şəxsin 30 iyun 2021-ci il tarixli, 389 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəstəliklə bağlı Tərtər RMX-na müraciət etməmiş və dispanser qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tətrər rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 451 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhrum X9 qarşı 17 may 2021-ci il tarixdə nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılması 18 iyun 2021-ci il tarixə saat 1:00-atəyin edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 26 avqust 2021-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi və toplanmış sübutların qiymətləndirilməsi haqqında” protokoldan qərardan ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol köynək, X9 məxsus 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd ağ rəngli köynək, 01 ədəd qırmızı rəngli büstqalter, 01 ədəd qara rəngli uzun corab (lasin), 01 ədəd sarımtıl rəngli kalqotka, 01 ədəd çəhrayı rəngli tuman, 01 cüt ağ-qara rəngli ayaqqabı, 03 ədəd pambıqda hopdurulmuş qan ləkələri və cinayətin törədildiyi 01 ədəd ağ-bənövşəyi rəngli dəstəyi olan bıçaq maddi subut kimi tanınmış və saxlanılması üçün Tərtər rayon prokurorluğuna verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəki şəhər İcra Başçısının Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli, 251 nömrəli arayışında və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X14, oğulları X24, X25 və X31 ilə birlikdə Şəki rayonu, Sarıca kəndində müvəqqəti yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ata qrafasında X15, ana qrafasında Şahid1 qeyd olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış doğum haqqına şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, X15 təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də heç bir iddia, tələbi və şikayəti olmayacaq. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 28 iyun 2021-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 18 iyun 2021-ci il tarixli “şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan və 18 iyun 2021-ci il tarixli Tərtər rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gəlir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarda əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, yəni cinayətin qanunsuz olaraq üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaq ilə törədilməsini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Arzu Əliyevaya yetirdiyi bədən xəsarətlərinin sayı, xarakterini və həyat üçün mühüm orqanlara xəsarət yetirilməsi ilə lokalizasiyasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasındakı qarşılıqlı münasibətləri, təqsirləndirilən şəxsin cinayət əməlini zərərçəkmiş şəxsin ona xəyanət etməsi səbəbindən, qısqanclıq zəminində törətməsi mövcudluğunu iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağın olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, CM-in 59.2ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, törətdiyi əməli səmimi etiraf etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası CM-nin 120-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törədilən cinayət əməlindən sonrakı zaman ərzində davranışını, yəni cinayət əməlinə tənqidi münasibətini, əməlindən peşman olmasını onun şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin məcəllənin 228.4-ci maddəsində isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 18 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq, 3 ədəd pambıqda hopdurulmuş qan ləkələri, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli uzunqol köynək, X9 məxsus 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd ağ rəngli köynək, 01 ədəd qırmızı rəngli büstqalter, 1 ədəd qara rəngli uzun corab (lasin), 1 ədəd sarımtıl rəngli kalqotka, 1 ədəd çəhrayı rəngli tuman və 1 cüt ağ-qara rəngli ayaqqabı məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 93,40 (doxsan üç manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Tərtər rayon Vəkil Bürosunun vəkili X16 prosessual hərəkətlərdə 25 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə müdafiəçinın xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 18 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlar - Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq, 3 ədəd pambıqda hopdurulmuş qan ləkələri, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli uzunqol köynək, X9 məxsus 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd ağ rəngli köynək, 1 ədəd qırmızı rəngli büstqalter, 1 ədəd qara rəngli uzun corab (lasin), 1 ədəd sarımtıl rəngli kalqotka, 1 ədəd çəhrayı rəngli tuman və 1 cüt ağ-qara rəngli ayaqqabı məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 93,40 (doxsan üç manat qırx qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X16 vəkil işlədiyi Tərtər rayon Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ( və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-318/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-318/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver