Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-318/2022 14.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Şahid5, X1, Şahid4, Şahid6 qızının, Şahid8, Şahid1, Şahid10, Şahid9, Şahid7, Şahid17, Şahid14, Şahid13 Qənbər qızının, X15, Şahid15, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1966-cı ildə Gədəbəy rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Gədəbəy rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli ilə iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən dələduzluq etməyə cəhd etmiş, eləcə də vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə üçüncü şəxsin vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Belə ki, o, Şahid5 ilə təsadüfən Gədəbəy Mərkəzi rayon Xəstəxanasının qarşısında qarşılaşan zaman qrup əlilliyi alması üçün həmin xəstəxanaya gəldiyini öyrənib, aralarında həmkəndli kimi yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Şahid5 geniş əlaqələri olmasını, Gədəbəy rayon xəstəxanasında olan həkim komissiyasından keçirmək imkanına malik olduğunu, qeyd olunan əlaqələrdən istifadə edərək 1100 (min yüz) manat pul verəcəyi halda sonuncunu keçirdiyi ürək xəstəliyi ilə əlaqədar təqaüd verilməsi üçün qrup əlillik təyin edilməsinə nail olmaq imkanına malik olmasına inandırıb, yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə, 2014-cü ilin aprel ayında, günü istintaqa dəqiq olmayan tarixdə Gədəbəy şəhəri, Z.Əliyeva küçəsində yerləşən Gədəbəy rayon xəstəxanasının qarşısında əvvəl 300 (üç yüz) manat, daha sonra 2014-cü ilin aprel ayında, günü istintaqa dəqiq olmayan tarixdə həmin ünvanda yerləşən Gədəbəy rayon xəstəxanasının yaxınlığında 800 (səkkiz yüz) manat pulunu alıb, ümumilikdə ona vahid niyyətlə 1100 (bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid5 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə uzun müddət həmyerlisi kimi əvvəllər tanıdığı X5 ilə təsadüfən sonuncunun sahibi olduğu mağazadan ərzaq alan zaman mağazada piştaxtanın üzərində olan, arvadı X11 qrup əlilliyi ilə əlaqədar Gədəbəy rayon Dövlət Sosial Müdafiə fonduna ünvanlanması üçün müvafiq sənədlər toplanmasını görüb, aralarında həmyerli kimi yaranan etibarlı münasibətdən istifadə edərək Məhəmməd İskəndərovun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Məhəmməd İskəndərova geniş əlaqələri olmasını, onun arvadına iş stajını yazmaq və buna görə təqaüd düzəltmək imkanına malik olduğunu, qeyd olunan əlaqələrdən istifadə edərək 1600 (bir min altı yüz) manat pul verəcəyi halda təqaüd verilməsi üçün iş stajını artırmağa nail olmaq imkanına malik olmasına inandırıb, yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə 02 iyun 2016-cı il tarixdə Məhəmməd İskəndərova məxsus Gədəbəy rayonu, Qumlu yaşayış massivində yerləşən mağazada 1600 manat, daha sonra 05 iyun 2016-cı il tarixdə “əmək kitabçasının alınması üçün” həmin mağazada 100 (yüz) manat almaqla, ümumilikdə M.İskəndərova vahid niyyətlə 1700 (min yeddi yüz) manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə M.İskəndərovu ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Düzyurd kənd sakini Şahid4 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 5000 (beş min) manat pul verəcəyi halda hərbi xidmətdə olmuş oğlu Nicat Orucova hərbi qulluqçu kimi ev, maşın və 8000 manat pul almasına kömək etmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2017-ci ilin sentyabr ayında, günü istintaqa dəqiq olmayan tarixdə Şahid4 Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən evində sonuncunun 5000 (beş min) manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid4 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə uzun müddət həmyerlisi kimi tanıdığı Gədəbəy rayon sakini Şahid6 qızına geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 1000 (bir min) manat pul verəcəyi halda sonuncunun oğlu X23 heç bir əmək fəaliyyəti ilə məşğul olmadığı halda ona güya, Şəmkir şərab Konyak zavodunda işçi kimi işləməsi barədə iş stajını artırmaq üçün əmək kitabçası yazılması barədə kömək etmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2017-ci ilin sonlarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Şahid6 ünvan 4 ünvanında yerləşən evində 1000 (bir min) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina edib 250 (iki yüz əlli) manat pulu verdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək dələduzluq etməyə cəhd etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Şəmkir şərab-konyak zavodunda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid6 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib bu məqsədlə uzun müddət həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Qumlu kəndində yaşayan Şahid8 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 3500 (üç min beş yüz) manat pul verəcəyi halda xəstəliyə görə təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan suiistifadə edib aldatma yolu ilə 2018-ci ilin sentyabr ayında günü istintaqa məlum olmayan tarixdə Şahid8 Gədəbəy rayonu, Qumlu kəndində yerləşən evində 3500 (üç min beş yüz) manat məbləğində pulunu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina edib 500 (beş yüz) manat pulu verdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatıra bilməyərək dələduzluq etməyə təkrarən cəhd etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid8 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Çayrəsullu kəndində yaşayan Şahid1 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 3000 (üç min) manat pul verəcəyi halda xəstəliyi ilə əlaqədar 2016-cı ilin dekabr ayından etibarən azad olunduğu Gədəbəy rayon X10 Şınıx Bölməsində işlədiyi üçün təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 25 yanvar 2018-ci il tarixdə, saat 11 radələrində Gədəbəy şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Dairə” adlanan yerdə Şahid1 1500 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, həmçinin həmin vaxt qeyd edilən yerdə Şahid1 1500 (min beş yüz) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə yolu etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək təkrarən dələduzluq etməyə cəhd etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid1 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədilə həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Plankənd kənd sakini Şahid10 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 2800 (iki min səkkiz yüz) manat pul verəcəyi halda sonuncunun oğlu Sübhan Həsənovun bədənində olan qüsurla bağlı əlillik dərəcəsi alaraq təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2019-cu ilin fevral ayının ortalarında, günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, X29 propekti 225 ünvanında yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin qarşısındakı parkda Şahid10 2800 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid10 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlib bu məqsədilə təsadüfən tanış olduğu Gədəbəy rayonu, İnəkboğan kənd sakini Şahid9 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 5000 (beş min) manat pul verəcəyi halda sonuncunun qohumu Şahid12 təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2019-cu ilin mart ayında günü istintaqa məlum olmayan tarixdə Şahid9 Gədəbəy şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Dairə” adlanan yerin yaxınlığında əvvəl 3000 manat, daha sonra 2019-cu ilin may ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə ünvan 8 ünvanında yerləşən A.Səhhət adına xəstəxananın qarşısında 1500 manat, həmçinin 2019-cu ilin may ayında günü istintaqa məlum olmayan tarixdə Gədəbəy rayonu, Büyük Qaramurad kəndinin girişində 500 manat pulunu alaraq Şahid9 vahid niyyətlə cəmi 5000 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid9 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə təsadüfən tanış olduğu Daşkəsən rayonu, Astaf kənd sakini Şahid7 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 4000 (dörd min) manat pul verəcəyi halda əlillik dərəcəsi ilə bağlı təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 27 iyun 2019-cu il tarixdə saat 15 radələrində ünvan 8 ünvanında yerləşən A.Səhhət xəstəxanasının qarşısında əvvəl 900 manat, daha sonra 18 avqust 2019-cu il tarixdə saat 15 radələrində Gəncə şəhəri “Xan bağı”ı adlanan parkın qarşısında 1100 manat, daha sonra 2019-cu ilin sentyabr ayında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, X29 küçəsi 255 ünvanında yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin birinci mərtəbəsində yerləşən yeməkxanada 1500 manat, həmçinin 2019-cu ilin sentyabr ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən Gəncə şəhər Univermağının yaxınlığında 300 manat pulunu alaraq Şahid7 vahid niyyətlə cəmi 3800 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid7 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir şəhər sakini Şahid17 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 650 (altı yüz əlli) manat pul verəcəyi halda xəstəlik ilə bağlı təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2019-cu ilin mart ayında günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, X34 küçəsi 63 saylı ünvanda Şahid17 650 (altı yüz əlli) manat pulunu alıb ələ keçirərək təkrarən dələzduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid17 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlib bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayonu, Mahmudlu kənd sakini Şahid14 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 5000 (beş min) manat pul verəcəyi halda sonuncunun oğlu Şahid19 yüksək təzyiqinin olması ilə əlaqədar təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu 2020-ci ilin dekabr ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, H.Əliyev prospekti 2 ünvanında yerləşən Şəmkir rayon Məhkəməsinin inzibati binasının arxa hissəsində əvvəl 2500 (iki min beş yüz) manat, daha sonra 2021-ci ilin mart ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə ünvan 16 ünvanında yerləşən "xxxx" ın yaxınlığında 1500 (min beş yüz) manat, Şahid14 vahid niyyətlə cəmi 4000 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, həmçinin həmin vaxt qeyd edilən yerdə Şahid14 1000 (bir min) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək təkrarən dələduzluq etməyə cəhd etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid14 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayonu, Mahmudlu kənd sakini Şahid13 Qənbər qızına geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 3000 (üç min) manat pul verəcəyi halda vərəm və epilepsiya xəstəliyindən əziyyət çəkən sonuncunun oğlu X16 qeyd edilən xəstəliklə əlaqədar təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2020-ci ilin dekabr ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən Şəmkir şəhər bazarının içərisində 3000 (üç min) manat pulunu aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid13 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayonu, Dəllər-Cəyir kənd sakini X18 geniş əlaqələri olmasını, xəstəlik ilə bağlı təqaüdünü bərpa etmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2021-ci ilin mart ayının əvvələrində günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, Heydər Əliyev propektində X38 Stansiyasının yaxınlığında 200 (iki yüz) manat, daha sonra 2021-ci ilin mart ayının əvvələrində günü istintaqa məlum olmayan tarixdə sonuncunun Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən evində 2000 (iki min) manat, bundan sonra X36 şəhərinin mərkəzində H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı milli ön terminalı vasitəsilə onun istintaqa məlum olmayan bank kartına 500 (beş yüz) manat pul göndərməsi nəticəsində Asəf Kərimovun vahid niyyətlə cəmi 2700 (iki min yeddi yüz) manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə A.Kərimovu ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayon sakini Şahid15 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 650 (altı yüz əlli) manat pul verəcəyi halda sonuncunun nəvəsi X3 Hepatit C xəstəliyi ilə əlaqədar təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla etibardan suiistifadə edib aldatma yolu ilə 2021-ci ilin mart ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, H.Əliyev prospektində yerləşən Şəmkir rayon X38 Xidmətinin içərisində Şahid15 650 (altı yüz əlli) manat pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid15 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid5 təxminən 15 ildir ki, yaşadığı Gədəbəy rayonu, Yenikənd kəndinə qonşu olan kənddən tanıyır. Onların icra nümayəndəlikləri eyni olduğu üçün Solmazı bir neçə dəfə icra nümayəndəliyində görüb tanımışdır. 2014-cü ilin aprel ayının sonlarında Solmazla Gədəbəy rayon xəstəxanasının qarşısında qarşılaşmış, nə üçün gəldiyini soruşmuşdur. Solmaz isə ona xəstəliklə bağlı növbəti dəfə həkim komissiyasından keçə bilmədiyini, ona görə də əlilliklə bağlı təqaüdünün kəsildiyini bildirmişdir. O, Solmaza komissiyadan keçərək yenidən təqaüd ala bilməsində kömək edə biləcəyini demişdir. Solmaz bunun üçün nə lazım olduğunu soruşduqda o, Solmaza 1100 manat lazım olduğunu demişdir. Bu zaman Solmaz cibindəki 300 manat pulu ona verə biləcəyini, qalan 800 manat pulu isə bir neçə gündən sonra verəcəyini demişdir. O da razılaşmış və Solmazın təqaüdünü bərpa etdirmək adı ilə ilkin olaraq ondan 300 manat pul almışdır. Təxminən 1 həftə sonra Solmaz ona zəng etmiş və Gədəbəy rayon Xəstəxanasının qarşısında olduğunu demişdir. O da yaxınlıqda olduğu üçün ora getmiş və Solmaz 800 manat pulu da qohumu Minarənin yanında Gədəbəy rayon Xəstəxanasının qarşısında ona vermişdir. Beləliklə, Şahid5 öz adına olan təqaüdü bərpa etdirmək üçün ümumilikdə ona 1100 manat pul vermişdir. O, həmin puldan Şahid5 təqaüdünü bərpa etdirmək məqsədilə heç kimə pul verməmişdir. O, həmin 1100 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Təxminən 1 ay sonra Solmaz işinin düzəlmədiyini görüb ondan pulunu tələb etmişdir. Bundan başqa, o, X2 uzun illərdir tanıyır. Belə ki, bir vaxtlar metal tullantıları yığmış, Məhəmmədin “KAMAZ” markalı maşını olduğu üçün onunla Bakı şəhərinə metal tullantıları aparmışdır. xx.xx.2020-ci il tarixdə un almaq üçün Gədəbəy rayonu Mədəniyət evinin yanında olan Məhəmmədə məxsus un satılan mağazaya getmişdir. Yem alıb pulunu verən zaman orada Məhəmmədin arvadı X11 adına təqaüd almaq üçün sənədləri olduğunu görmüşdür. O, həmin sənədlərlə bağlı soruşduqda Məhəmməd arvadının 3-cü qrup əlil olduğunu, 47 manat təqaüd aldığını, iş stajı az olduğu üçün əlavə təqaüd ala bilmədiyini demişdir. O, Məhəmmədə bildirmişdir ki, əlavə iş stajı yazdıra bilər. Məhəmməd də razılaşmış və ona nə qədər pul lazım olduğunu soruşmuşdur. Bunun üçün 1600 manat lazım olduğunu bildirmiş və pulu verməsini demişdir. Məhəmməd də 1600 manat pulu çıxarıb vermişdir. Lakin o, Məhəmməd İskəndərova söz verdiyi işi həll etməmişdir. O, hazırda Məhəmməd İskəndərovun pulunu tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsində bundan başqa göstərmişdir ki, Şahid4 onun qonşusu olduğu üçün tanımışdır. 2017-ci ilin sentyabr ayında o, tanışı Akiflə marşrut avtobusunda rastlaşmışdır. Akiflə söhbət edən zaman ona əvvəllər hərbidə işlədiyini, hazırda təqaüdə çıxmış oğlu Nicatın adına ev və 8000 manat pul düşdüyünü, həmin pulu almasında ona köməklik edə biləcəyini, bunun üçün 5000 manat pul lazım olduğunu demişdir. Lakin Akif ona inanmamışdır. O, Akifə adına torpaq olduğunu, həmin torpağın sənədlərini Akifə verə biləcəyini, işin düzəlməyəcəyi halda torpağı sata biləcəyini demişdir. Sonradan Akif onunla razılaşmış və 2017-ci ilin sentyabr ayının ortalarında yaşadığı evdə 5000 manat pulu Akifdən alıb torpağın sənədini ona vermişdir. Akif onun razılığı olmadan torpağı sata bilməyəcəkdi. Sonra o, həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bir neçə ay sonra Akif ondan pulunu tələb etmişdir. O, pulu ödəyəcəyini demişdir. Lakin ödəyə bilmədiyi üçün onun barəsində polisə şikayət etmişdir. Hazırda o, Şahid4 pulunu ödəyib qurtarmışdır. Bundan başqa, o, Şahid6 qızını uşaq vaxtından tanıyır, Şahid6 onun qohumudur. 2017-ci ilin sonlarında o, qohumu Şahid6 ünvan 4 ünvanında olan evinə qonaq getmişdir. Orada söhbət zamanı Solmaz oğlu İlqarın təqaüd alması üçün 1 il stajı çatmadığını demişdir. O da əmək kitabçası alaraq əlavə 1 il iş stajı yazdıra biləcəyini demişdir. Solmaz da onunla razılaşmışdır və o, Solmaza iş stajı düzəldəcəyini demişdir. Bu işin düzələ bilməsi üçün Şahid6 1000 (min) manat pul verməli olduğunu demişdir. Solmaz ona 250 manat pul vermiş, 750 manatını isə sonra verəcəyini demişdir. O, Solmazdan götürdüyü 250 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Sonradan o, Solmazdan 750 manat pulu istəsə də, Solmaz ona 750 manat pulu verməkdən imtina etmişdir. Daha sonra o, Solmazın pulunu qaytara bilmədiyi üçün Solmaz ondan polisə şikayət vermişdir. Hazırda o, Şahid6 pulunu tam şəkildə ödəmişdir. Bundan başqa, o, 2018-ci ilin iyul ayında uzun müddət əvvəl həmyerlisi kimi tanıdığı Şahid8 təklif etmişdir ki, sonuncuya xəstəliyə görə təqaüd düzəltsin. Rənaya demişdir ki, bu işin düzəlməsi üçün hələlik 500 manat versin, sonra düzələndə 3000 manat verər. Rəna da razılaşmışdır. 2019-cu ilin sentyabr ayının ortalarında dostu Şahid11 yanında Rəna yaşadığı evdə ona 500 manat pul vermişdir. O, Rənadan təqaüd düzəltmək üçün cəmi 500 manat pul almışdır. O, həmin 500 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Sonradan Rənadan qalan 3000 manat pulu istəsə də, Rəna ona inanmayaraq 3000 manat pulu verməkdən imtina etmişdir. Bundan başqa, o, Şahid1 Şəmsi oğlunu tanışı Şahid3 vasitəsilə tanımışdır. Mehman isə əvvəllər Gədəbəy rayon Yanğından Mühafizə şöbəsində işləyəndə Fəxrəddinlə iş yoldaşı olmuşdur. 2018-ci ilin yanvar ayının əvvəlində Mehman ona zəng etmiş və əvvəl bir yerdə işlədiyi Fəxrəddin adlı şəxsin hazırda xəstəliklə bağlı təqaüd ala bilmədiyini bildirmiş və ondan köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O isə Mehmana Fəxrəddinə 3000 manata köməklik edə biləcəyini, əvvəlcə 1500 manat verməli olduğunu , iş düzələndən sonra isə qalan 1500 manatı da verməli olduğunu demişdir. 25 yanvar 2018-ci il tarixdə Mehman ona zəng etmiş və pulu gətirdiyini bildirmişdir. O da Mehmana Gədəbəy rayonunun «Kruq» adlanan yerində olduğunu demişdir. Bundan sonra Mehman və Fəxrəddin ora gəlmiş və o, Fəxrəddinlə orada tanış olmuş, Fəxrəddinə təqaüd düzəltmək barədə izah etmiş və o, Gədəbəy rayonunun «Kruq» adlanan yerində 1500 manat pulu Fəxərddinə təqaüd düzəltmək üçün almışdır. Sonradan o, Fəxrəddindən götürdüyü həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Hazırda o, Şahid1 pulundan 600 manatını qaytarmış, qalan 900 manatını isə qaytarmağa maddi imkanı yoxdur. Bundan başqa, o, Şahid10 uşaqlıqdan tanıyır. Onların qohumluq əlaqələri vardır. Şahid10 oğlu Sübhan Həsənovun xəstəliyi ilə əlaqədar olaraq pensiya düzəldə biləcəyinə söz vermiş və bununla əlaqədar olaraq Sübhana pensiya düzəltmək üçün Xəqanidən 2800 manat pul almışdır. Lakin o, Xəqaninin oğluna heç bir pensiya düzəltməmişdir. Bundan başqa, o, Şahid9 2019-cu ilin fevral ayından tanımışdır. Belə ki, o, Gədəbəy rayonundan avtobusla Şəmkir şəhərinə gələn zaman Şahid9 onun yanında əyləşmiş, söhbət zamanı Azər ona xəstəxanaya getdiyini, əməliyyat olunacağını demişdir. O da əgər əməliyyat olunarsa təqaüd düzəldə biləcəyini, hər bir yerlə əlaqəsi olduğunu demişdir. Bundan sonra, o, Azərə mobil nömrəsini vermişdir. 2019-cu ilin mart ayında Azər ona zəng etmiş və görüşmək istədiyini demişdir. Sonra onlar Gədəbəy rayonu “Dairə” deyilən yerdə görüşmüşlər. Orada Azər yanında qohumu Şahid12 da ora gətirmişdir. Azər ona qohumu İlkinə təqaüd düzəltdirmək lazım olduğunu demişdir. O da 5000 manata Azərə təqaüd düzəldə biləcəyini demiş, Azər də razılaşmışdır. O, 2019-cu ilin mart ayında Şahid9 Gədəbəy şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Dairə” adlanan yerin yaxınlığında əvvəl 3000 manat, daha sonra 2019-cu ilin may ayının əvvəllərində ünvan 8 ünvanında yerləşən A.Səhhət adına xəstəxananın qarşısında 1500 manat, həmçinin 2019-cu ilin may ayında Gədəbəy rayonu, Büyük Qaramurad kəndinin girişində 500 manat pul almışdır. O, aldığı həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. Sonradan o, həmin pulu qaytara bilməmişdir. xx.xx.2019-cu il tarixdə Azər və arvadı Günel onun Gədəbəy rayonu, Yenikənd kəndində olan evinə gəlmiş və evində mübahisə etmişlər. Sonra da Azər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, halhazırda Şahid9 pulunu tam şəkildə qaytarmışdır. Bundan başqa, o, Şahid7 2019-cu ilin aprel ayında tanımışdır. O, Tahiri Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan onların həmkəndlisi Əflatuna siqaret verən zaman tanımışdır. Əflatunun anası Bəyaz ondan Tahir adlı şəxslə birlikdə Əflatuna siqaret və ərzaq göndərməyi xahiş etmiş, ona təcridxananın yerini və sovqat qəbulu yerini göstərməsini xahiş etmişdir. Bu zaman o, dostu İlhamla bir yerdə olmuşdur. Tahir ona zəng etmiş və onlar 2 saylı İstintaq təcridxanasının qabaginda görüşüb Əflatunun sovqatını vermişlər. Bundan sonra, o, Tahir və İlham Gəncə şəhərində “Xan bağı” adlanan parkda çayxanada çay içmişlər. Çay içən zaman Tahir ona qolunun birinin yandığını, qatlaya bilmədiyini və buna baxmayaraq təqaüd düzəldə bilmədiyini demişdir. O da bu zaman Tahirə 4000 manata təqaüd düzəldə biləcəyini demişdir. Tahir isə pulu olmadığını deyəndə o, Tahirə pulu hissə-hissə verə biləcəyini də izah etmişdir. Tahir isə pulu olsa xəbər edəcəyini demiş və nömrəsini də ona vermişdir. Bir neçə gün sonra o, Tahirə zəng etmiş və təqaüdü düzəltməsi barədə təkit etmişdir. Tahir isə 4000 manat pulu olmadığını demiş, o da narahat olmamasını, hissəhissə verə biləcəyini bildirmişdir. Bundan sonra Şahid7 27 iyun 2019-cu il tarixdə saat 15 radələrində ünvan 8 ünvanında yerləşən A.Səhhət xəstəxanasının qarşısında əvvəl 900 manat, daha sonra 18 avqust 2019-cu il tarixdə saat 15 radələrində Gəncə şəhəri “Xan bağı”ı adlanan parkın qarşısında 1100 manat, daha sonra 2019-cu ilin sentyabr ayında Gəncə şəhəri, X29 küçəsi 255 ünvanında yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin birinci mərtəbəsində yerləşən yeməkxanada 1500 manat, həmçinin 2019-cu ilin sentyabr ayının sonlarında Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən Gəncə şəhər Univermağının yaxınlığında 300 manat pulu ona vermişdir. O, həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Tahir ona işin düzəlib-düzəlmədiyini soruşduqda yaxın vaxtlarda düzələcəyini deyib Tahiri aldatmışdır. Sonradan Tahir də onun barəsində polisə şikayət etmişdir. O, hazırda Şahid7 götürdüyü ümumilikdə 3800 pulun hamısını qaytarmışdır. Bundan başqa, o, Şahid17 2019-cu ilin mart ayında tanımışdır. O, Mehribanı sonuncunun qohumu Möhübbətin vasitəsilə tanımışdır. O, 2019-cu il tarixdə Möhübbətgilin Şəmkir şəhərində yerləşən evində olan zaman təsadüfən Mehriban həmin evə gəlmişdir. Onlar Mehribanla danışan zaman ondan nə işlə məşğul olduğunu soruşmuşdur. O, Mehribana pensiya və sosial yardım düzəltmək işi ilə məşğul olduğunu demişdir. Mehriban onunla söhbət edərək maddi vəziyyətinin pis olduğunu, himayəsində beş azyaşlı uşağının olduğunu bildirmişdir. O, Mehribanla söhbət edərək ona nazirlikdə yaxşı dostlarının olduğunu, həmin dostlarının vasitəsilə ona pensiya düzəldə biləcəyini demişdir. O, bunun üçün 650 manat pul verməli olduğunu bildirmişdir. Onunla danışdıqdan sonra bu barədə razılaşmışlar. 2019-cu ilin mart ayında dəqiq xatırlamadığı tarixdə X8 şəhərində yerləşən evində görüşmüşdür. Onlar həmin evdə görüşən zaman Mehriban ona pensiya düzəltmək üçün 650 manat məbləğində pul vermişdir. O, Mehribana tezliklə işinin həll olacağını demişdir. Bir müddət keçdikdən sonra o, işi düzəltmədiyinə görə Mehriban ondan pulunu geri istəməyə başlamışdır. O, Mehribanın pulunu geri qaytara bilməmişdir. Daha sonra Mehribanın onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Bundan başqa, Şahid14 2020-ci ilin noyabr ayının sonlarında tanımışdır. O, Elmanla onun qardaşı Əlinin və həmkəndlisi Mübarizin vasitəsilə tanış olmuşdur. O, Elmanla söhbət edən zaman ona Gədəbəy rayonu, Quldurlu kəndindən olduğunu və pensiya işinə baxdığını demişdir. Elmanla söhbət edən zaman Elman ona oğlu Şahid19 beyindaxili təzyiq xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətə getmədiyini demişdir. Bundan sonra təxminən 10-15 gün ərzində ayrı-ayrı vaxtlarda onunla həmin kənddə söhbət edən zaman aralarında münasibət yaranmışdır. Elman 2020-ci ilin dekabr ayının ortalarında onunla söhbət zamanı oğlu Elşadın xəstəliyi ilə əlaqədar olaraq oğluna pensiya düzəltmək istədiyini demişdir. O, Elmana həmin işi həll edə biləcəyini, bunun üçün 5000 (beş min) manat pul verməli olduğunu bildirmişdir. Elmana pulun 2500 manatını əvvəlcədən vermək lazım olduğunu, qalanını isə pensiya düzəldib qurtardıqdan sonra verə biləcəyini dedikdən sonra Elman onunla razılaşmışdır. Həmin günün sabahsı Elman onunla mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq oğlu Elşad və qardaşı Əli ilə birlikdə Şəmkir şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında onunla görüşmüşlər. O, təkrarən həmin şəxslərlə Elşada pensiya düzəltmək haqqında söhbət etmişdir. O, həmin şəxslərlə təkrarən söhbət edərək 5000 manat pul qarşılığında oğlu Elşada pensiya düzəldəcəyini, pulun 2500 manat məbləğində olan hissəsini əvvəlcədən verməli olduğunu, pulun qalan hissəsini, yəni 2500 manat məbləğində olan hissəsini isə pensiyanın düzəlməsindən sonra veriləcək bank kartını aldıqdan sonra verəcəklərini demişdir. Onlarla söhbət etdikdən sonra bu barədə razılaşmışlar. O, 2020-ci ilin dekabr ayının sonlarında Şahid14 Şəmkir rayon Məhkəməsinin inzibati binasının arxa hissəsində əvvəl 2500 (iki min beş yüz) manat, daha sonra 2021-ci ilin mart ayının əvvəllərində Şəmkir şəhəri, Nizami küçəsində "xxxx" ın yaxınlığında 1500 (min beş yüz) manat pul almışdır. Sonradan Elmandan həmin işin həll edilməsi üçün 1000 manat pul istəsə də, Elman həmin pulu verməkdən imtina etmişdir. O, Elmandan götürdüyü həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Elman daha sonra ondan pulunu geri tələb etdikdə pulunu geri qaytara bilməmişdir. Bundan başqa, o, Şahid13 Qənbər qızını təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində tanımışdır. O, söhbət zamanı Şahid13 oğlu X12 vərəm və epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bilmiş və Nəzakətin oğlu İlyasa qeyd edilən xəstəliklə əlaqədar təqaüd düzəltmək imkanına malik olduğunu, bununla əlaqədar geniş əlaqələrinin olmasını bildirmiş və qeyd olunan əlaqələrdən istifadə edərək 300 (üç yüz) manat pul verəcəyi halda təqaüd düzəltmək imkanına malik olduğunu demişdir. 2020-ci ilin dekabr ayının əvvəlində Şəmkir şəhərində bazarda Nəzakətin əri Bədirin işlədiyi yerdə görüşərək, Nəzakətlə söhbət etdikdə təkrar onlara problem olmadığını demişdir. Bundan sonra Nəzakət ona 300 (üç yüz) manat pul, tibbi sənədləri, hərbi bileti oğluna təqaüd düzəltməyi üçün əri Bədirin iştirakı ilə ona vermişdir. Sonradan o, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, Şəmkir rayon sakini X4 arvadı Mələyin iş yoldaşı Tünzalə adlı qadın vasitəsi ilə Şəmkir rayonunda X38a gələn zaman tanımışdır. Tünzalə ilə Mələk birlikdə işləyirlər. O, Mələklə danışan zaman ona sosial təqaüd düzəltməsində köməklik edə biləcəyini demişdir. O, Mələklə danışıb razılaşdıqdan sonra əri Asəflə də tanış olmuşdur. O, Asəflə də bu barədə danışmışdır. O, Asəfin arvadı Mələyə sosial təqaüd düzəltdirmək üçün 2000 manat pul verməli olduqlarını demişdir. X25 2021-ci ilin mart ayının əvvələrində Şəmkir şəhərində, Heydər Əliyev propektində X38 Stansiyasının yaxınlığında 200 (iki yüz) manat, daha sonra 2021-ci ilin mart ayının əvvələrində Asəfin Şəmkir rayonu, Dəllər-Cəyir kəndindəki evində 2000 (iki min) manat pul almışdır. Bundan sonra Asəf Şəmkir şəhərinin mərkəzində H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı milli ön terminalı vasitəsilə onun bank kartına 500 (beş yüz) manat pul göndərmişdir. Asəf bir neçə dəfə onunla əlaqə saxlasa da, ona hər dəfəsində işi həll edəcəyini demişdir. O, hazırkı vaxtadək həmin pulu qaytarmamışdır. Bundan başqa, Şahid15 2021-ci ilin mart ayında Şəmkir rayon Mərkəzi xəstəxanasının X7 zaman tanımışdır. O, həmin vaxt orada olan adamlarla danışan zaman onlara xəstəliklə əlaqədar olaraq təqaüd düzəltmək imkanı olduğunu demişdir. Həmin şəxslərə tanışlarının olduğunu, onların vasitəsilə həmin işi həll etdiyini bildirmişdir. Həmin vaxt Qəmərlə söhbət edən zaman ona azyaşlı nəvəsi Hüseyn İslamovun xəstəliyi ilə əlaqədar olaraq təqaüd düzəltməkdə köməklik etməyini xahiş etmişdir. O, bu barədə danışıb ona xəbər edəcəyini demişdir. Təxminən 10-15 gün müxtəlif vaxtlarda X38da Qəmərlə söhbət etdikdə ona nəvəsinə təqaüd düzəldəcəyini bildirmişdir. Onların arasında bu barədə danışıqlar olduqdan sonra Qəmərə həmin işin 650 manat xərci olduğunu bildirmişdir. Təxminən iki-üç gün keçdikdən sonra dəqiq xatırlamadığı tarixdə Şəmkir şəhərində X38 şöbəsinin içərisində Qəmər ona nəvəsinə təqaüd düzəltmək üçün 650 (altı yüz əlli) manat pul vermişdir. Qəmər bundan sonra uzun müddət ondan işin nə yerdə olduğunu soruşduqda ona işin tezliklə həll olacağını demişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, həmin işləri həll etməmişdir. Daha sonra Qəmər ondan pulunu və sənədləri geri tələb etmişdir. O, Qəmərin nəvəsinin adına olan sənədləri onun özünə geri qaytarmış, Qəmərdən aldığı pulu isə geri qaytara bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 1100 manat pul Fərhadın ona pensiya pulu düzəldəcəyini vəd elədiyinə görə vermişdir. Belə ki, o, 2005-ci ildən 2-ci qrup əlilliyə görə pensiya almışdır. 2014-cü ildə Şəmkir rayonlararası həkim komissiyası növbəti yoxlamada onun pensiya pulunu qanunsuz hesab edib kəsmişlər. Buna görə də 2014-cü ilin aprel ayında o, komissiya günü Gədəbəy rayon xəstəxanasının həyətinə gəlmiş, Fərhad da orada olmuşdur. Fərhadla söhbət zamanı Fərhad onun həkim komissiyasından keçə bilmədiyini bilmiş və ona “sənədlərini ver, 1100 manat da pul gətir, özüm düzəldəcəm” demişdir. O, üstündə olan 300 manat pulu çıxardıb Fərhada vermiş, iki günə də 800 manat pulunu gətirəcəyini demişdir. Gedib 800 manat borc tapmış və 2 gündən sonra Fərhada zəng eləmiş və Gədəbəy rayon xəstəxanasının qarşısında görüşmüşdür. Orada 800 manat pulu xəstəxanada xadimə işləyən qohumu Minarənin yanında Fərhada vermişdir. Fərhad ona bir həftəyə, yəni həkim komissiyası Gədəbəyə gələndə düzəldəcəyini söz vermiş, ancaq uzun müddət keçsə də, Fərhad hər dəfə onu aldadıb tezliklə düzələcəyini deyə-deyə onun pensiya pulunu bərpa etdirməmişdir. Sonradan o, özü 2016-cı ilin apel ayında Gədəbəy rayonuna gələn həkim komissiyasından soruşub Bakı şəhərində Z.Əİiyeva adına Klinikada həkim komissiyasından keçmiş və onun heç bir təmənna olmadan pensiya pulunu bərpa etmişlər. O, hazırda da pensiya pulunu alır, ancaq Fərhada verdiyi 1100 manat pulu bu günə qədər ala bilməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və dəymiş zərəri təqsirləndirilən şəxsdən tələb edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs çoxdan tanımış, Fərhad bir vaxtlar metal tullantıları yığıb-satmaqla məşğul olmuşdur. Fərhad bir dəfə ona “KAMAZ” markalı avtomobil ilə Fərhadın metal tullantılarını Gəncə şəhərinə aparmasını xahiş etmişdir. Fərhadla başqa əlaqələri olmamışdır. 2016-cı ilin iyun ayının 02-də Gədəbəy şəhərində, Qumlu yaşayış massivinə gedən yolun kənarında özünə məxsus mağazada oğlu Famil un satmış, o da mağazada oturmuşdur. Saat təxminən 13 radələrində Fərhad oraya gəlmiş, bir kisə un almış, sonra pulunu vermək üçün mağazaya girmişdir. Stolun üstündə onun arvadı X11 pensiya sənədlərini görmüşdür. Bahar özü Tərtər rayonundan olduğuna görə 3-cü qrup əlil kimi xəstəliyə görə Tərtər rayonundan 47 manat pensiya almış, o, Baharın sənədlərini Tərtərdən götürüb Gədəbəy Sosial Müdafiə fonduna verəcəkmiş. Həmin sənədlər stolun üstündə olmuşdur. Fərhad mağazada stolun üstündə bu sənədləri görüb götürmüş, sənədlərin içində əmək kitabçası da olmuşdur. Fərhad əmək kitabçasındakı stajı hesablayıb “niyə buna əmək pensiyası almırsan, belə alsan 47 manat yox, 162 manat ala bilərsən” demişdir. O, Fərhadın sözünə inanmışdır. Fərhad həm də DSMF-də işlədiyini dediyi üçün ona inanmış və ondan bunun necə başa gələcəyini soruşan zaman Fərhd 1600 manata bu işləri görə biləcəyini demişdir. 02 iyun 2016-cı il tarixdə özünə məxsus Gədəbəy rayonu, Qumlu yaşayış massivində yerləşən mağazada 1600 manat, daha sonra 05 iyun 2016-cı il tarixdə əmək kitabçasının alınması üçün həmin mağazada 100 (yüz) manat olmaqla, ümumilikdə Təqsirləndirilən şəxs 1700 (min yeddi yüz) manat məbləğində pul vermişdir. Lakin Fərhad onun işini həll etməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2-ci qrup əlildir və buna görə 203 manat təqaüd alır. Təqsirləndirilən şəxs uzun illərdir qonşu kəndin sakini kimi tanıyır. 2017-ci ilin təxminən sentyabr ayının əvvəllərində Gəncə şəhərində olarkən təsadüfən Fərhadla rastlaşmışdır. Yolda Fərhad kimi istəsə pensiya düzəldə biləcəyi, əmək kitabçası ala biləcəyi, pensiyasını artıra biləcəyi barədə söhbət açmışdır. Fərhad ondan oğlu Nicatın nə qədər pensiya aldığını soruşmuş, o, 150 manat aldığını demişdir. Fərhad oğlu Nicata hərbi xidmətdə olan şəxs kimi ev, maşın və 8000 manat pul ala biləcəyini demişdir. Fərhadın təklifi ilə həmin işin həll edilməsi üçün o, evində Fərhada 5000 manat pul vermişdir. Sonradan Fərhad işini həll etmədiyinə, həmçinin pulunu qaytarmadığına görə polis şöbəsinə şikayətlə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid6 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. 2017-ci ilin sonlarında Fərhad onun ünvan 4 ünvanında olan evinə qonaq getmişdir. Orada söhbət zamanı o, oğlu İlqarın təqaüd alması üçün 1 il stajı çatmadığını demişdir. Fərhad da əmək kitabçası alaraq əlavə 1 il iş stajı yazdıra biləcəyini demişdir. O isə Fərhadla razılaşmış və sonuncu ona iş stajı düzəldəcəyini demişdir. Bu işin düzələ bilməsi üçün Fərhad ona 1000 (min) manat pul verməli olduğunu demişdir. O, Fərhada 250 manat pul vermiş, 750 manatını isə sonra verəcəyini demişdir. Sonradan Fərhad ondan 750 manat pulu istəsə də, Fərhada inanmadığı üçün 750 manat pulu verməkdən imtina etmişdir. Daha sonra Fərhad onun pulunu qaytarmadığı üçün Fərhadın barəsində polisə şikayət vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir neçə ildir tanıyır. 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona pensiya düzəldə biləcəyinə söz vermişdir. Fərhad İlham adlı bir nəfərlə onun evinə gəlmiş və bildirmişdir ki, ona pensiya düzəldə bilməsi üçün 3500 manat pul verməlidir. Hələlik pensiya düzəldə biləcək həkimə ilkin olaraq 500 manat verilməli olduğunu demişdir. O, 200 manat Fərhada pul vermiş, qalanını sabahı gün verəcəyini demişdir. Sabahı gün yenə Fərhad İlhamla evə gəlmiş və o, 300 manat da tapıb Fərhada vermişdir. Fərhad 6 ay müddətində sənədlərinin hazır olacağını bildirmişdir. Sonra Fərhad gələrək bu işin həll olunması üçün 3500 manat pul lazım olduğunu, həmin pulun artıq onun 500 manatını verdiyini, qalan 3000 manat pulu isə işin həll olunması üçün verməli olduğunu demişdir. Sonradan 6 ay keçsə də, oğlunun pensiyasından xəbər olmamışdır. Fərhad bu işin həll olunması üçün ondan ümumilikdə 3500 manat pul istəsə də, Fərhada yalnız 500 manat pul vermiş, lakin sonradan o, Fərhada artıq inanmadığından sonuncu ondan qalan 3000 manat pulu istəsə də, o, həmin pulu verməkdən imtina etmişdir. Bir neçə dəfə Fərhada oğlunun pensiya işinin nə olduğunu soruşmuş, Fərhad hər dəfə onu aldadaraq həll olunacağını bildirmişdir. Fərhad ona nə pulunu qaytarmamış, nə də pensiyanı düzəltməmişdir. O, aldandığını başa düşmüş və polisə rəsmi qaydada şikayətlə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs onun 500 manatını qaytarmamış və o, təqsirləndirilən şəxsdən həmin pulun qaytarılmasını tələb edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla Fərhadın həmyerlisi Şahid3 tanış etmişdir. Mehmanı o, vaxtilə Gədəbəy rayon X10 Şınıx bölməsində işləyəndə tanımışdır. O, 2016-cı ilin dekabr ayından etibarən xəstəliyi ilə əlaqədar yanğından mühafizə xidmətindən çıxmış, ancaq bu günə qədər pensiya ala bilmişdir. Hər dəfə ona təkrar müayinədən keçməli olduğunu demişlər. Mehman da onunla təxminən eyni vaxtda xəstəliklə əlaqədar yanğından mühafizə xidmətindən çıxmış, ancaq Mehman da pensiya ala bilməmişdir. Bu barədə arabir Mehmanla telefonla danışmışdır. Bir dəfə Mehmanla yenə bu barədə telefonla danışanda Mehman ona “Fərhad adlı tanışı var, gəl görüşək, Fərhad bu məsələni həll etsin, mənim də pensiyamı o düzəldir, hələlik əlimdə pulum yoxdur, işim ondadır, mən də düzəldim pulumu verəcəm” demişdir. O da Mehmanla razılaşmış və 25 yanvar 2018-ci il tarixdə Gədəbəy şəhərində «Dairə» adlanan yerdə görüş təyin etmişlər. Həmin gün saat 11 radələrində Gədəbəy şəhərində «Dairə»də görüşmüşlər, Mehman Fərhadla gəlmişdir. Fərhad ona “üç aya qədər sənin pensiya məsələni həll edəcəm, 3000 manata başa gəlir, 1500-nü indi alacam, 1500-nü isə işi həll edəndən sonra alacam” demişdir. O da Fərhadla razılaşmış və «Dairə»nin Şınıx istiqamətinə gedəndə yolun sağında 1500 manat pulu sayıb Mehmanın yanında Fərhada vermiş, Fərhad ona üç aya qədər pensiya işini həll edəcəyini bir daha söz vermişdir. Sonradan üç ay keçsə də, Fərhad onun pensiya işini düzəltməmişdir. Dəfələrlə Fərhada zəng etməyinə baxmayaraq, hər dəfə tez bir vaxtda həll edəcəyini deyərək onun işini həll etməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ondan götürdüyü 1500 manat puldan 600 manatını qaytarmışdır. O, təqsirləndirilən şəxsdən ona dəymiş zərərin 900 manatını qaytarmasını tələb edir və təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, oğlu Sübhan Həsənovun xəstəliyi ilə əlaqədar olaraq 2019-cu ilin əvəllərində Gədəbəy rayonunda polis şöbəsinin yaxınlığında yerləşən çayxanada olan zaman Təqsirləndirilən şəxs ilə rastlaşmış, bu zaman onun əlində sənədlər olmuşdur. Fərhad ona haradan gəldiyini soruşduqda o, Fərhada oğlu Sübhan xəstəxanada xəstə yatdığını demişdir. Fərhad ondan xəstəxanadan çıxarışın olub-olmadığını soruşmuş, o da xəstəxanadan aldığı çıxarışı Fərhada göstərmişdir. Fərhad sənədlərə baxıb Sübhanın xəstəliyinə görə pensiya düşdüyünü demişdir. O, Sübhana məxsus şəxsiyyət vəsiqəninin surətini və xəstəliyi ilə əlaqədar sənədlərin sürətini çıxardıb Fərhada vermişdir. Fərhad sənədləri ondan aldıqdan sonra Sübhana pensiya düzəltmək üçün 2800 manat pul vermək lazım olduğunu demişdir. O da Fərhadla razılaşmış və Gədəbəy rayonunda yerləşən “Finka” adlı kredit təşkilatına gedib, 2800 manat kreditə pul götürmüşdür. Sonra Fərhada zəng edərək həmin “Finca” kredit təşkilatının qarşısında 2800 manat pulu Fərhada vermişdir. Fərhad pensiyanın bir neçə aya düzələcəyini demişdir. Lakin bir neçə ay keçsə də, Fərhad pensiyanı düzəltməmişdir. O da bununla bağlı Fərhada zəng etmiş və Fərhad Gəncə şəhərində olduğunu demişdir. O da Gəncə şəhərində A.Səhhət adına xəstəxananın yanında görüşmüş, Fərhad orada ona yaxın vaxtlarda oğlunun təqaüdünün düzələcəyini demişdir. Həmin vaxt adını sonradan bildiyi İlham adlı şəxs də Fərhadın yanında olmuş, İlham orada onunla heç bir söz danışmamışdır. Yalnız kənarda durub telefonla danışmışdır. Lakin aradan 3 ay keçdikdən sonra Sübhana heç bir pensiya düzəlməmiş, Fərhaddan pulunu qaytarmağını tələb etdikdə yalandan vədlər vermişdir. O, sonradan Fərhadın onu aldatdığını bildiyi üçün Fərhadın barəsində polisə şikayət ərizəsi ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və dəymiş zərəri təqsirləndirilən şəxsdən tələb edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayında o, Şəmkir şəhərinə xəstəxanaya gedən zaman avtobusda sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Fərhadın əlində qovluqda xeyli sənədlər olmuşdur. Fərhadla bir skamyada oturmuş, Fərhad onun xəstəxanaya getdiyini bilmiş, Fərhada əməliyyat olunmalı olduğunu demişdir. Fərhad ona “əgər əməliyyat olunası olsan gəl sənə xəstəliklə pensiya düzəldərəm, əlim hər yerə çatır, kimə istəyirsən pensiya düzəldə bilərəm” demişdir. Birbirinin telefon nömrələrini götürmüşlər. O, xəstəxanaya getmiş və əməliyyat olunası olmamışdır. Bir gün arvadı Günelin əmisi oğlu Şahid12 ilə söhbət edəndə İlkin pensiya düzəltmək istədiyini demişdir. O, Yenikənd yaşyayış massivindən Fərhad adlı adam olduğunu və Fərhadın pensiya düzəldə biləcəyini demişdir. 2019-cu ilin mart ayında onlar gəlib Fərhadı tapmış, Fərhadla Gədəbəy şəhərinin «Dairə» adlanan yerində görüşmüşlər. Fərhad ümumilikdə 5000 manata pensiya düzəltməyi boynuna götürmüşdür. Fərhada 3000 manatı sabah verəcəyini, qalan 2000 manatı isə sonra verəcəyini demiş və belə də razılaşmışlar. Sabahı gün Fərhada 3000 manat pulu Gədəbəydə «Dairə» adlanan yerdə Fərhada vermişdir. Fərhad 2000 manatını da düzələndən sonra verərsən demişdir.Təxminən 2 ay keçmiş, Fərhad ona tez-tez zəng edib, 2000 manatı da istəmişdir. O, X31 adına xəstəxananın yanında Fərhada 1500 manat vermişdir. Daha sonra Fərhad yenə ona zəng edib tez-tez qalan 500 manatı da istədiklərini demişdir. Nəhayət 2019-cu ilin may ayında 500 manat düzəldib X21 kəndində görüşüb Fərhada vermişdir. Fərhad ən geci 2019-cu ilin iyul ayında İlkinin pensiya kartını vercəyini demişdir. Lakin Fərhad nə iyul ayında, nə də sonrakı aylarda İlkinin pensiya kartını verməmişdir. Hər dəfə soruşanda qısa bir vaxtda düzələcəyini demişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Gədəbəy şəhərinin Yenikənd yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayından tanıyır. Təqsirləndirilən şəxs Hüsey oğlu ona geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 4000 (dörd min) manat pul verəcəyi halda əlillik dərəcəsi ilə bağlı təqaüd düzəltmək imkanına malik olduğunu demişdir. O, Təqsirləndirilən şəxs 27 iyun 2019-cu il tarixdə saat 15 radələrində Gəncə şəhərində yerləşən A.Səhhət xəstəxanasının qarşısında əvvəl 900 manat, daha sonra 18 avqust 2019-cu il tarixdə saat 15 radələrində Gəncə şəhəri “Xan bağı”ı adlanan parkın qarşısında 1100 manat, daha sonra 2019-cu ilin sentyabr ayında Gəncə şəhər İcra Hakimiyyətinin birinci mərtəbəsində yerləşən yeməkxanada 1500 manat, həmçinin 2019-cu ilin sentyabr ayının sonlarında Gəncə şəhər Univermağının yaxınlığında 300 manat, cəmi 3800 manat pul vermişdir. O, dəfələrlə Fərhaddan təqaüdünün nə vaxt hazır olacağını soruşsa da, Fərhad hər dəfə onu aldadaraq tezliklə həll olunacağını bildirmişdir. Buna görə də o, Fərhadın barəsində rəsmi qaydada polisə şikayət ərizəsi ilə müraciət etmişdir. O, Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs ümumilikdə 3800 manat pul versə də, o, həmin pulu kredit götürdüyündən həmin kreditlə bağlı əlavə faiz hesablandığından ona 3800 manatdan başqa, 6360 manat da zərər dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərdən 3685 manat ödənilmiş, 6475 manat isə ödənilməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin mart ayında tanımışdır. Qohumu Möhübbətgillə söhbət edən zaman Fərhad adlı şəxs olduğunu demişdir. O, bundan sonra Möhübbətgilin evində olan zaman təsadüfən Fərhad da həmin yerə gəlmişdir. O, maddi vəziyyəti çox pis olduğunu, himayəsində beş övladının olduğu üçün özünə dolanışıq üçün pensiya düzəltdirmək istəmişdir. Fərhad onunla danışaraq ona pensiya düzəldə biləcəyini demişdir. O, Fərhadla danışan zaman Fərhad ona nazirlikdə yaxşı dostları olduğunu, onların vasitəsilə ona pensiya düzəldəcəyini demişdir. O, Fərhadla danışan zaman Fərhad ona pensiya düzəltmək üçün ona 650 manat pul verməli olduğunu demişdir. O, Fərhadla danışıb razılaşdıqdan sonra dəqiq xatırlamadığı tarixdə 2019-cu ilin mart ayında qohumu Möhübbətin Şəmkir şəhərində yerləşən evində Fərhada ona pensiya düzəltməsi üçün 650 manat məbləğində pul vermişdir. Bundan sonra Fərhadla əlaqə saxlayıb işin nə yerdə olduğu ilə maraqlandıqda hər dəfəsində müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. O, daha sonra Fərhadın barəsində maraqlandıqda onun yalançı dələduz olduğunu öyrənmişdir. O, Fərhadla əlaqə saxlayıb ondan pulunu geri qaytarmasını tələb etmişdir. Lakin Fərhad onu aldadaraq tezliklə işin həll olacağını demişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və dəymiş zərəri təqsirləndirilən şəxsdən tələb edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, onun oğlu Şahid19 beyindaxili təzyiq xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətə getməmişdir. O, 2020-ci ilin noyabr ayının sonlarında yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən qardaşı Şahid20 işlətdiyi kafeyə gedən zaman həmkəndlisi Mübariz, qardaşı Əli və tanımadığı bir nəfər şəxsin birlikdə oturub yemək yediklərini görmüşdür. O, həmin şəxslərə yaxınlaşıb söhbət edən zaman qardaşı Əlidən yanlarında olan tanımadığı şəxsin kim olduğunu soruşduqda Əli həmin şəxsin Fərhad olduğunu bildirmişdir. O, Əlidən Fərhadın nə işlə məşğul olduğunu soruşduqda Fərhadın Gədəbəy rayonu, Quldurlu kəndindən olduğunu, onun pensiya işinə baxdığını, pensiya düzəltdirdiyini demişdir. Bundan sonra təxminən 10-15 gün ərzində ayrı-ayrı vaxtlarda Fərhadı yaşadıqları kənddə görmüşdür. Həmin müddət ərzində onunla aralarında münasibət yaranmışdır. O, 2020-ci ilin dekabr ayının ortalarında Fərhadla söhbət edən zaman oğlu Elşadın xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətə getmədiyini, Elşada xəstəliyi ilə əlaqədar olaraq pensiya düzəltmək istədiyini bildirmişdir. Fərhad ona həmin işi həll edə biləcəyini bunun üçün 5000 (beş min) manat pul verməli olduğunu bildirmişdir. O, Fərhadla danışan zaman Fərhad ona Sosial Müdafiə Nazirliyində tanışlarının olduğunu və bu vasitə ilə təqaüdün düzələcəyini bildirmişdir. O, pulun 2500 manatını əvvəlcədən vermək lazım olduğunu, qalanını isə təqaüd düzəlib qurtardıqdan sonra verə biləcəyini demişdir. O, Fərhadla razılaşmışdır. O, bundan sonra həmin gün axşam yaşadığı evə qayıtdıqdan sonra oğlu Elşada məsələ barədə danışmışdır. Elşad onunla pensiya düzəltmək haqqında razılaşmışlar. Həmin günün sabahısı Fərhadla ona məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq oğlu Elşad və qardaşı Əli ilə birlikdə Şəmkir şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Fərhadla görüşmüşlər. Fərhad onlarla təkrarən söhbət edərək 5000 manat pul qarşılığında oğlu Elşada təqaüd düzəldəcəyini demişdir. O, pulun 2500 manat məbləğində olan hissəsini əvvəlcədən verməli olduğunu bildirmişdir. Pulun qalan hissəsini, yəni 2500 manat məbləğində olan hissəsini isə təqaüd düzəltdirdikdən sonra verə biləcəyini demişdir. 2020ci ilin dekabr ayının sonlarında Şəmkir rayon Məhkəməsinin inzibati binasının arxa hissəsində əvvəl 2500 (iki min beş yüz) manat, daha sonra 2021-ci ilin mart ayının əvvəllərində Şəmkir şəhəri, Nizami küçəsində "xxxx" ın yaxınlığında 1500 (min beş yüz) manat Təqsirləndirilən şəxs vermişdir. O, sonradan Fərhadın mobil telefon nömrələrinə zəng etdikdə telefonlarına cavab verməmişdir. Fərhad onu aldadaraq 4000 manat pulumu ələ keçirmişdir. Fərhad həmin işin həll olunması üçün sonradan ondan 1000 manat da pul istəsə də, artıq Fərhada inanmadığı üçün həmin pulu ona verməkdən imtina etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və dəymiş zərəri təqsirləndirilən şəxsdən tələb edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid13 Qənbər qızı ifadəsində göstərmişdir ki, oğlu X24 vərəm və epilepsiya xəstəliyindən əziyyət çəkir. Onun əri Bəbir Namazov 2020-ci ilin dekabr ayının əvvəllərində yaşadığı kəndin mərkəzində olan zaman həmkəndliləri Mübariz Şahverdiyev söhbət zamanı ərinə Fərhad adlı şəxsin oğluna pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs yanına getmişlər və Fərhadla söhbət edən zaman Fərhad həmin işi həll etməyin mümkün olduğunu demişdir. Fərhad oğlunun adına olan sənədləri və 3000 manat pulu həmin işi həll etmək üçün istəmişdir. Fərhad nazirlikdə yaxşı dostlarının olduğunu, onların vasitəsilə pensiya düzəldəcəyini demişdir. Onlar Fərhadla oğluna penisya düzəltmək haqqında razılaşmışlar. Bundan təxminən iki gün sonra Şəmkir şəhər bazarına əri Bəbirin işlədiyi yerdə Fərhada 3000 manat pul və oğlunun adına olan tibbi və digər sənədlərin surətini vermişdir. Bundan təxminən bir ay keçdikdən sonra Fərhadla əlaqə saxlamaq istəsə də, onunla əlaqə saxlaya bilməmişdir. Daha sonra onun barəsində maraqlandıqda Fərhadın bir çox insanları aldadıb pulunu ələ keçirdiyini öyrənmişdir. O, bundan sonra polisə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və dəymiş zərəri təqsirləndirilən şəxsdən tələb edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X28 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayon sakini kimi Fərhadı təxminən bir neçə il olar ki tanıyır. Onun arvadı Mələk Şəmkir rayon X38 xidmətində tibb bacısı işləyir. Mələk iş yoldaşı Tünzalənin vasitəsilə Fərhadı tanımışdır. Fərhad Mələyə onun kəsilmiş təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Bundan sonra arvadı Mələk evdə söhbət edən zaman bu barədə ona demişdir. O bundan sonra Fərhadla tanış olmuşdur. O, Fərhadla ona məxsus telefon nömrəsi ilə əlaqə saxlamışdır. Onlar Fərhadla birlikdə Şəmkir rayonunda vərəm xəstəxanasına getmişlər. Daha sonra Fərhadla söhbət edən zaman Fərhad ona təqaüdünü bərpa etdirəcəyini və heç bir problem olmadığını bildirmişdir. Fərhad ona Dövlət Sosial Müdafiə fondunda tanışları olduğunu demişdir. O, bundan sonra Fərhada inanmışdır. Fərhadla söhbət edən zaman Fərhad ilkin olaraq ona 200 manat verməyini istəmişdir. O, 2021-ci ilin mart ayının əvvəllərində Şəmkir şəhərində Fərhadla görüşən zaman Fərhada ilkin olaraq işini həll etməsi üçün 200 manat pul vermişdir. Daha sonra Fərhad həmin işin həlli üçün ona 2000 manat verməli olduğunu demişdir. O, Fərhada inandığı üçün razılaşmışdır. O, Fərhadla birlikdə Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən evinə getmişdir. O, yaşadığı evdə arvadı Mələyin yanında Fərhada 2000 (iki min) manat pul vermişdir. Təxminən 10-15 gün sonra Fərhad ona zəng edib Bakı şəhərində olduğunu demişdir. O, işin həll olunması üçün ona 500 manat verməyini istəmişdir. O, həmin pulu onun dediyi karta göndərməyini istəmişdir. O, Fərhadın ona şəkilini göndərdiyi bank kartına 500 manat pulu milli ön ödəniş terminalı ilə köçürmüşdür. Təxminən bir həftə Fərhaddan heç bir xəbər çıxmamışdır. Daha sonra Fərhada zəng edib əlaqə saxladıqda problem olmadığını tezliklə həll edəcəyini demişdir. Sonradan o, Fərhadla dəfələrlə danışmağına baxmayaraq, işini həll edə bilməmişdir. O, bundan sonra bir müddət gözləməyinə baxmayaraq, Fərhad onun işini düzəltməmişdir. Həmçinin onun pulunu geri qaytarmayaraq onu aldatmışdır. O, bundan sonra Fərhadın barəsində ərizə ilə polisə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və dəymiş zərəri təqsirləndirilən şəxsdən tələb edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon mərkəzi xəstəxanasının X38 xidmətində feldşer işləyir. Dəqiq tarixini xatırlamasa da, təxminən 2021-ci ilin mart ayında işdə olan zaman təsadüfən xəstəxanaya sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər şəxs gəlmişdir. Fərhad həmin yerdə olan adamlarla söhbət edən zaman onun xəstəliklə əlaqədar olaraq təqaüd düzəltdiyini bilmişdir. O, Fərhadla söhbət edən zaman Fərhad ona yaxşı dostları-tanışlarının olduğunu, həmçinin nazirlikdə yaxşı dostlarının olduğunu, onların vasitəsilə pensiya düzəldə bildiyini demişdir. O, bundan sonra Fərhada inandığı üçün nəvəsi Hüseyn İslamova xəstəliklə əlaqədar olaraq təqaüd düzəltmək qərarına gəlmişdir. Fərhad ondan nəvəsinin xəstəliyinə aid olan sənədlərin surətlərini istəmişdir. O, təxminən on-on beş gün ərzində işlədiyi yerə gəlib onunla mütəmadi olaraq söhbət edib onu inandırmışdır. Fərhad bundan sonra ondan nəvəsinə xəstəliklə əlaqədar olaraq təqaüd düzəltmək üçün 650 manat pul istəmişdir. O, Fərhadla danışıb razılaşdıqdan iki-üç gün sonra işlədiyi Şəmkir şəhərində yerləşən X38 şöbəsinin içərisində Təqsirləndirilən şəxs 650 manat pul vermişdir. Bundan sonra isə Fərhadla əlaqə saxlayıb işin nə yerdə olduğu ilə maraqlandıqda hər dəfəsində Fərhad müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. O, daha sonra Fərhadın barəsində maraqlandıqda onun dələduz olduğunu öyrənmişdir. O, Fərhadla əlaqə saxlayıb ondan pulunu geri qaytarmasını tələb etmişdir. Lakin Fərhad onu aldadaraq tezliklə işinin həll olunacağını demişdir. O, Fərhadın yalan dediyini başa düşdüyü üçün Fərhadın barəsində polisə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və dəymiş zərəri təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin sentyabr ayında xəstəliyi ilə əlaqədar yanğından mühafizə xidmətindən azad olunmuş, lakin özünə pensiya düzələ bilməmişdir. Onunla təxminən eyni vaxtda Şahid1 da xəstəliklə yanğından mühafizə xidmətindən azad olunmuşdur. Fəxrəddin də özünə pensiya düzələ bilməmişdir. Onlar arabir telefonla əlaqə saxlamışlar. Həmin ərəfədə həmyerlisi Təqsirləndirilən şəxs ona “mən sizin pensiyanızı düzəldə bilərəm, bu 3000 manata başa gəlir, əvvəlcədən yarısını, yəni 1500 manatını vermək lazımdır, iş düzələndən sonra isə qalan 1500 manatını da alacam” demişdir. Fərhad ona nazirlikdə yaxşı dostlarının olduğunu, onların vasitəsilə pensiya düzəldəcəyini demişdir. Fərhad ona “səni tanıyıram, hələlik 100 manat ver, arada kağız-kuğuza verəcəm, qalanını işini düzəldəndən sonra verərsən, ancaq başqa adam üçün yarısını əvvəldən, yarısını isə işin sonunda alacağını demişdir. O, Fərhada 100 manat vermiş və Fərhadın onun işini düzəldəcəyinə ümid etmişdir. O, Fəxrəddinlə danışanda Fərhadın onun işini düzəldə biləcəyini demiş, 1500 manatını indi, 1500 manatını isə işi düzələndən sonra vermək lazım olduğunu, onun özünün də işini Fərhad düzəltdiyni demişdir. Fəxrəddin onunla razılaşmışdır. O, yenə Fərhadla danışmış və Fərhada Fəxrəddin adlı tanışı olduğunu bildirmiş, Fərhada “çağıracam gələcək sən özün onunla danış, 1500 manatını verəcək, qalanını da işini düzəldəndən sonra verəcək” demişdir. Buna Fərhad da razılaşmış və o, Fəxrəddinlə 25 yanvar 2018-ci il tarixdə Gədəbəy şəhərinin «Dairə» adlanan yerində görüşməyi razılaşmışdır. Həmin gün saat təxminən 11 radələrində o, Fərhadla oraya gəlmiş və Fəxrəddinlə görüşmüş, o, onları tanış eləmişdir. Fərhad özü Fəxrəddinlə danışmış və Fəxrəddinə 1500 manat pulu əvvəlcədən verəcəyini, 3 ay ərzində pensiya işlərini həll edəcəyini, bundan sonra isə daha 1500 manat pulunu alacağanı demişdir. Fəxrəddin və Fərhad öz aralarında buna razılaşmışlar və Fəxrəddin xəstəlik haqqında şəhadətnamənin surətini də Fərhada vermişdir. Fəxrəddin «Dairə» adlanan yerdə Şınıx istiqamətində yolun solunda 1500 manat pulu Fərhada vermişdir. Sonradan bir neçə ay keçsə də, Fəxrəddin ona Fərhadın nə işini düzəltmədiyini, nə də pulunu qaytarmadığını demişdir. Dəfələrlə Fərhadla bu barədə söhbətləri olmuş, hər dəfə də Fərhad onu da, Fəxrəddini də aldatmış, hətta pulunu qaytarıb verəcəyini demiş, ancaq əməl eləməmişdir. Bundan sonra Fəxrəddin 2018-ci ilin noyabr ayında polisə şikayə etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 20 ildir tanıyır. Belə ki, Fərhadla Rusiya Federasiyasında olan zaman tanış olmuşdur. Sonradan Azərbaycan Respublikasına gəlmiş və münasibətlərini davam etdirmişlər. 2019-cu ilin aprel ayının sonlarında Fərhadla Gəncə şəhəri Apellyasiya məhkəməsinin yanında söhbət edən zaman bir nəfər adını sonradan bildiyi Tahir adlı şəxs ora gəlmiş və Fərhad ondan aralaşıb Tahirlə söhbət etməyə başlamışdır. Sonra o, Fərhad və Tahir adlı şəxs birlikdə Gəncə şəhəri “Xan bağı” adlı parka getmiş və orada çay içməyə başlamışdır. Söhbət zamanı Fərhadla Tahir öz aralarında söhbət etmiş, o, Fərhadla Tahirin söhbətinə müdaxilə etməmişdir. Həmin vaxt o da Tahirlə tanış olmuşdur. Bir neçə gün sonra Tahir telefonda söhbət zamanı ona “sənə bir söz deyəcəm heç kim bilməsin” demişdir, Tahir ona “Fərhadla mən iş görürəm, 900 manat da pul vermişəm” demişdir. 2019-cu ilin noyabr ayında Tahir dəfələrlə ona zəng etmiş və Fərhada 3800 manat pul verdiyini, Fərhadın pulu qaytarmadığını bildirmişdir. O isə Gədəbəy rayon polis şöbəsinə şikayət etməsini məsləhət görmüşdür. Bundan sonra 2019cu ilin noyabr ayının əvvəlində Tahir gedib Fərhad barəsində polis şöbəsinə şikayət etmişdir. X32 pul verməsi barədə sonradan məlumatı olmuşdur və həmin puldan da ona verməmişdir. Şahid11 ifadəsinin davamında göstərmişdir ki, o, Şahid10 2018-ci ilin sonlarında Gədəbəy rayonunda Fərhadla birlikdə olan zaman tanımışdır. Həmin vaxt Xəqani və Fərhadın bir-birlərinə borcları olduğunu bilmişdir. Həmçinin o, sonradan eşitmişdir ki, Şahid10 oğluna təqaüd düzəltdirmək üçün Fərhada 2800 manat pul vermiş və bununla da əlaqədar onların arasında narazılıq yaranmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Şahid9 onun əmisi qızı Günel Hüseynovanın həyat yoldaşıdır. 2019-cu ilin mart ayında xatırlamadığı tarixdə Azər ona zəng edib Fərhad adlı şəxson onun ürəyində olan xəstəliklə bağlı onu təqaüdə çıxara biləcəyini dedi. Sonra onlar birlikdə Gədəbəy rayonu “Dairə” deyilən yerdə Təqsirləndirilən şəxsla görüşmüşlər. Fərhad onun ürəyimdəki olan xəstəliklə bağlı təqaüd düzəldə biləcəyini, bunun üçün 5000 manat pul lazım olduğunu demişdir. Şahid9 da Fərhada əvvəlcə 3000 manat, qalan 2000 manatı isə sonradan verəcəyini demişdir. Fərhad razılaşmışdır və səhəri gün onlar yenə də Fərhadla görüşmüşlər. X33 rayonu “Dairə” deyilən yerdə 3000 manat pul vermişdir. Sonradan isə işin düzəlməsinə görə Fərhad pul istədiyi üçün Azər Fərhada 1500 manat vermiş, sonuncu dəfə isə 500 manat pulu Fərhada vermişdir. X26 aldatdığı ona məlum olmuşdur. Ona görə də Azər Fərhadın barəsində polisə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, oğlu İlyas Namazov vərəm və epilepsiya xəstəliyindən əziyyət çəkir. O, 2020-ci ilin dekabr ayının əvvəllərində yaşadığı kəndin mərkəzində olan zaman həmkəndliləri Mübariz Şahverdiyev söhbət zamanı ona Fərhad adlı şəxsin oğluna təqaüd düzəltməkdə köməklik edə biləcəyini demişdir. O, Mübarizlə razılaşaraq ona əlaqə nömrəsini vermişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində o, işdə olan zaman Mübariz Fərhadla birlikdə yanlarına gəlmişdir. Mübariz iş düzəldən adamın həmin şəxs olduğunu demişdir. Fərhadla söhbət edən zaman Fərhad həmin işi həll etməyin mümkün olduğunu demişdir. Fərhad oğlunun adına olan sənədləri və 3000 manat pulu həmin işi həll etmək üçün istəmişdir. Bundan sonra həmin gün yaşadığı evdə arvadı Nəzakətlə həmin söhbət barədə danışmışdır. Onlar söhbət edərək oğluna təqaüd düzəltmək haqqında razılaşmışlar. Bundan təxminən iki gün sonra Fərhad bazara işlədiyi yerə sənədlərin və pulun ardı ilə gəldiyi üçün Nəzakətə zəng edərək sənədləri və pulu gətirməyini demişdir. Nəzakət Şəmkir şəhərində bazara onun işlədiyi yerə gəlmişdir. Fərhad həmin yerə tək gəlmişdir. Onlar həmin yerdə Fərhadla görüşən zaman Fərhadla söhbət etdikdə Fərhad onlara problem olmadığını demişdir. O, oğlunun adına təqaüd düzəltdirəcəyini demişdir. Bundan sonra Nəzakət Fərhada 3000 manat pulu və oğlunun adına olan tibbi sənədləri, hərbi bileti oğluna təqaüd düzəltməsi üçün onun iştirakı ilə Fərhada vermişdir. Təxminən bir ay keçdikdən sonra Fərhadla əlaqə saxlamaq istəsələr də, əlaqə saxlaya bilməmişlər. Daha sonra Fərhadın barəsində maraqlandıqda onun bir çox insanları aldadıb pulunu ələ keçirdiyini öyrənmişdir. Onlar bundan sonra polisə müraciət etmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, Şahid14 onun atasıdır. Onun beyindaxili təzyiq xəstəliyi olduğu üçün hərbi xidmətdə olmamışdır. 2020-ci ilin dekabr ayının ortalarında dəqiq xatırlamadığı tarixdə yaşadıqları evdə olan zaman atası Elman ona qardaşı Əlinin tanışı Fərhad adlı şəxs olduğunu demişdir. O, həmin şəxsin təqaüd düzəltmək işi ilə məşğul olduğunu bildirmişdir. Onlar söhbət edən zaman Fərhadın ona təqaüd düzəltmək üçün 5000 (beş min) manat pul istədiyini demişdir. O, həmin pulun 2500 manat məbləğində olan hissəsini əvvəlcədən verəcəklərini, yerdən qalan 2500 manat məbləğində olan hissəsini isə təqaüd düzəldikdən sonra verəcəklərini demişdir. Atası ilə danışdıqdan sonra atası həmin söhbət zamanı Fərhad adlı həmin şəxsin ona təqaüd düzəltməsinə qərar vermişlər. Bundan bir gün sonra atası ilə birlikdə əmisi Əlinin yaşadığı evə gedib onunla Fərhad adlı şəxsin barəsində söhbət etmişlər. Əli ilə söhbət edən zaman Fərhad adlı şəxsin kənddə başqa şəxslərə də təqaüd düzəltdiyini eşitdiyini demişdir. Bundan bir neçə gün sonra atası Elman, əmisi Əli və o, Fərhadla Şəmkir şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşmüşlər. Onlar Fərhadla görüşüb söhbət edən zaman 2021-ci ilin mart ayına kimi onu İİ qrup əlillik dərəcəsi ilə pensiyaya çıxaracağını, pensiyaya çıxandan sonra aylıq 200 manatdan çox pensiya alacağını demişdir. Fərhadla söhbət zamanı ümumilikdə işin həlli üçün 5000 manat pul verməli olduqlarını demişdir. Fərhad həmin pulun 2500 manat məbləğində olan hissəsini əvvəlcədən verməli olduqlarını, qalan 2500 manat məbləğində olan hissəsini isə təqaüd verilməsinə dair bank kartı verildikdən sonra verə biləcəklərini demişdir. Atası Fərhadla danışıb razılaşmışdır. Bundan sonra atası Elman 2500 manat pul təşkil edib 2020-ci ilin dekabr ayının sonlarında Fərhada vermişdir. Fərhadla telefonla danışan zaman ona yeni il bayramından sonra onu özü ilə həkim komissiyasından keçmək üçün Bakı şəhərinə aparacağını demişdir. 06 yanvar 2021-ci ildə Fərhad və adı sonradan ona məlum olan Elşən adlı şəxslə birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində olan zaman Fərhad onu və Elşən adlı şəxsi heç bir həkim yanına aparmamışdır. Fərhad onları Bakı şəhərində tanımadığı ünvanlara aparmışdır. Daha sonra isə onlara özünün həkimlərlə danışdığını, pulla hər işi həll etdiyini, onun xəstəxanada yatmağına ehtiyac olmadığını demişdir. 2020-ci ilin yanvar ayından 2021-ci ilin mart ayının ortalarınadək olan vaxt ərzində bir neçə dəfə Fərhadla birlikdə Bakı şəhərinə getmişdir. Hər dəfəsində onu tanımadığı ünvanlara aparmışdır. Onlar sonuncu dəfə Bakı şəhərinə gedən zaman Fərhad tanımadığı binaya girib çıxdıqdan sonra ona həmin yerdə işləyən pensiya düzəldən şəxsin 500 manata razı olmadığını demişdir. Fərhad onun yanında atası Elmana zəng edib işin həlli üçün əlavə 1500 manat pul verməli olduğunu, atası isə Fərhada pulu olmadığını, onlara Şəmkir rayonuna qayıtmalarını bildirmişdir. Onlar birlikdə Şəmkir rayonuna geri qayıtmışlar. Onlar Şəmkir rayonuna qayıtdıqdan sonra 2021-ci ilin mart ayının ortalarında Şəmkir şəhərində "xxxx" QSC-nin yaxınlığında o, atası Elman və əmisi Əli ilə birlikdə Fərhadla görüşmüşlər. Həmin yerdə atası Fərhada onun işini həll etməsi üçün 1500 manat əlavə pul vermişdir. Bundan sonra Fərhad həmin pulu bankın içərisindən milli ön terminalı vasitəsilə bilmədiyi bank hesabına köçürmüşdür. Bundan sonra iki ay keçməsinə baxmayaraq, Fərhad ona təqaüd düzəltməmişdir. Daha sonra Fərhadın mobil telefon nömrələrinə zəng etdikdə telefonlarına cavab verməmişdir. Fərhad atası Şahid14 aldadaraq 4000 manat pulunu ələ keçirmişdir. Onlar daha sonra maraqlandıqda Təqsirləndirilən şəxs müxtəlif şəxsləri aldadıb pullarını ələ keçirdiyini öyrənmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid20 eyni məzmunlu ifadə verərək Şahid19 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “üzləşdirmə istintaq hərəkəti protokolu”ndan görünür ki, zərəçəkmiş şəxs Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Təqsirləndirilən şəxs həqiqətən də Şahid5 əlilliklə bağlı təqaüd alması üçün 1100 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini etiraf etmişdir (iş vərəqə: cild 2, səh. 170-171). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “üzləşdirmə istintaq hərəkəti protokolu”ndan görünür ki, zərəçəkmiş şəxs Şahid10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid10 oğlu Sübhan Həsənovun xəstəliyi ilə bağlı təqaüd düzəltmək adı ilə həqiqətən də Təqsirləndirilən şəxs 2800 manat pul verdiyini Təqsirləndirilən şəxs üzünə demişdir (iş vərəqə: cild 2, səh. 172- 173). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “üzləşdirmə istintaq hərəkəti protokolu”ndan görünür ki, zərəçəkmiş şəxs Şahid8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid8 Təqsirləndirilən şəxs təqaüd düzəltmək adı ilə 500 manat pul verdiyini bildirmişdir (iş vərəqə: cild 2, səh. 174- 175). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “üzləşdirmə istintaq hərəkəti protokolu”ndan görünür ki, zərəçəkmiş şəxs Şahid6 qızı ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Təqsirləndirilən şəxs zərərçəkmişin oğlu İlqar Cəfərova əlavə iş stajı yazdırmaq adı ilə 250 manat pul aldığını bildirmiş, zərəçəkmiş şəxs Şahid6 Təqsirləndirilən şəxs ilkin olaraq ondan 1000 manat pul istədiyini, lakin sonradan imtina edərək 250 manat pul verdiyini bildirmişdir (iş vərəqə: cild 2, səh. 176-177). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “üzləşdirmə istintaq hərəkəti protokolu”ndan görünür ki, zərərçəkmiş şəxs Şahid13 Qənbər qızı ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, Şahid13 üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı onun 3000 manatını ələ keçirərək ona qarşı dələduzluq etdiyini bildirmişdir (iş vərəqə: cild 4, səh. 61-65). Cinayət işinin materiallarına əlavə olunmuş Gəncə şəhəri X27 xx.xx.2022-ci il tarixli, 255 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır (iş vərəqə: cild 3, səh. 88). Cinayət işinin materiallarına əlavə olunmuş Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 19 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır (iş vərəqə: cild 3, səh. 92). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, zərərçəkmiş şəxslər Şahid5, X1, Şahid4, Şahid6 qızının, Şahid8, Şahid1, Şahid10, Şahid9, Şahid7, Şahid17, Şahid14, Şahid13 Qənbər qızının, X15, Şahid15 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə cinayət işinin başlanması Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən rədd edilmişdir (iş vərəqə: cild 4, səh. 106-146). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (iş vərəqə: cild 3, səh. 90). Cinayət işinin materiallarına əlavə olunmuş Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin X22 təhvil verilmişdir (iş vərəqə: cild 2, səh. 84). Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X14 azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 2, səh. 108-110). Cinayət işinin materiallarına əlavə olunmuş Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 1828 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Gədəbəy şəhərində qeydiyyatdadır və himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild 1, səh. 108). Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Şahid9, Şahid6 qızının, Şahid4, X1 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin zərərçəkmiş şəxslərə dəymiş zərər ödənilmiş və onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, zərərçəkmiş şəxs Şahid7 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona 3685 manat ödənilmiş və 6475 manat pulun ödənilməsini tələb edir, digər zərərçəkmiş şəxslərin ərizələrindən isə görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər onlara ödənilməmiş və onlar Təqsirləndirilən şəxs şikayətçidirlər (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etməsi, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli ilə iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən dələduzluq etməyə cəhd etməsi, eləcə də vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə üçüncü şəxsin vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, 32.4,312.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində cinayət işi üzrə bəzi zərərçəkmiş şəxslərin ona elan edilmiş ittihamda göstəriləndən daha az məbləğdə pulunu ələ keçirməsinə dair göstərdikləri cinayət işi üzrə məhkəmə araşdırması zamanı tədqiq edilmiş obyektiv sübutlarla təkzib olunduğundan onun həmin ifadələrini sübut növü kimi qəbul etmir və təqsirləndirilən şəxsin həmin ifadələrini məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd olunur ki, “....Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.” Həmin Qərarın 33-ci bəndində göstərilmişdir ki, “Şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. “ Həmin Qərarın 36-ci bəndində göstərilmişdir ki, “....Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi ilə bağlı cinayət hadisəsini törədərkən ki, onun niyyəti zərərçəkmiş şəxslərin əmlakını ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş, həmçinin o, vədinə əməl etmək niyyətində olmadan səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsləri rüşvət verməyə təhrik etməklə digər şəxslərin pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, 32.4,312.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan tarixlərdə cinayət işinin icraatı Cinayət- Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə cinayət təqibi üzrə icraat dayandırıla bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə və həmin Məcəllənin 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Odur ki, qeyd edilənlərə müvafiq olaraq, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 2014-cü ilin aprel ayından 2021-ci ilin mart ayına qədər hazırki cinayət işi üzrə törətdiyi az ağır və ağır cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, bundan başqa bəzi zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır və az ağır cinayətlər törətməsini, cinayət işi üzrə əksər zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsini və ya onlarla barışıq əldə edilməməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, 32.4,312.2-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 05 iyun 2020-ci il tarixdə 01 (bir) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət 178.2.2, 29,178.2.2, 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyun 2020-ci il tarixdə tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-318/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-318/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver