Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-318/2025 14.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə İclasının katibləri: Həsənov Hüseyn Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Ağdam rayonu Qərvənd kəndində doğulmuş, orta təhsilli evli işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, Ağdam rayonu Əhmədağalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki O, istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) məqsədilə 2024-cü il iyun ayında istintaqla dəqiq müəyyən edilməyən gün və vaxtda özünəməxsus olan Ağdam rayonu Əhmədağalı kəndində yerləşən fərdi yaşayış evinin arxa hissəsində yerləşən həyətyanı sahədə ətrafı dəmir və şifer listlə hasarlanmış təxminən 0,01 ha torpaq sahəsində yerləşdirdiyi plastik materialdan olan 14 (on dörd) ədəd qəhvəyi rəngli qabların hər birində 1 ədəd olmaqla əkərək yetişdirdiyi 14 (on dörd) ədəd, plastik materialdan olan iki ədəd göy rəngli üzərində göy fonda “FAB” yazısı olan dairəvi qabların hər birində 1 ədəd olmaqla əkərək yetişdirdiyi 02 ədəd, plastik materialdan olan 1 ədəd qəhvəyi rəngli üzərində qəhvəyi fonda qırmızı hərflərlə “FAB” yazısı olan dairəvi qabda əkərək yetişdirdiyi 01 ədəd olmaqla ümumi təmiz çəkisi 720 qram olan 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə (kannbis) bitkisinin kollarına xx.xx.2024-cü il saat 16:53-dək, yən Ağdam rayon Polis Şöbəsinin əməkdaşarı tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilib götürülənədək xüsusi aqrotexniki qulluq göstərib suvarmaqla diblərini yumşaldaraq alaq otlarından təmizləyib tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirib külli miqdarda qəsdən kultivasiya etmişdir. Bundan başqa o, 2024-cü il iyul ayının əvvələrindən istintaqla dəqiq müəyyən edilməyən gün və vaxtda Ağdam rayonu, Əhmədağalı kəndində yerləşən fərdi yaşayış evinin arxa hissəsində yerləşən həyətyanı sahədən qanunsuz olaraq əkib yetişdirdiyi çətənə kannabis bitkisinin hissələrini toplayıb yəni kultivasiya etdikdən sonra özünə məxsus həyətyanı sahədə qurudaraq “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu İ siyahısına əsasən qanunsuz olaraq əldə edib tərkibinə görə eyni olan ümumi təmiz çəkisi 115 qram olan çətənə bitkisindən kustar üsulla hazırladığı narkotik vasitə hesab olunan qurudulmuş marixuananı özünə məxsus Ağdam rayonu, Əhmədağalı kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən yaşadığı evə bitişk yardımçı tikilinin mətbəx şkafının üst hissəsində ətçəkən maşının qutusunun içərisində yerləşdirdiyi 1 ədəd şəffaf rəngli sellofan torba içərisində 1 ədəd şəffaf rəngli sellofanın içərisində olan digər 1 ədəd şəffaf rəngli sellofanda xx.xx.2024-cü il saat 16:53-dək yəni Ağdam rayonu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində aşkar edilib götürülənədək satış məqsədilə xeyli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib hazırlayaraq saxlamışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tam təqsirli bilərək, CM-nin 234.2-ci maddə ilə isə təqsirli biləməyərək göstərdi ki, 2022-ci ildən narkotik vasit olan marixuana qəbul etmiş, həmin marixuana içərisində olan tumları yığıb saxlamışdır. Narkotik vasitə tapmaqda çətinlik çəkdiyi üçün həmin toxumları ayrı-ayrılıqdan aldığı dibçəklərdə əkmişdir. Əkdiyi bitkilərə qulluq etmiş, onlara su vermişdir. Bir dəfə küləkdə onlardan birinin budaqları qırılmış və həmin budağı götürüb zay olmaması üçün qurutmuş, qurutduğu hissələri də sellofana yığıb mətbəxdə istifadə edilməyən ət çəkən maşın qutusunun içərsində saxlamışdır. Bitki yetişmədiyi üçün onun qurutduğu hissədə də “nəşə”nin təsiredici gücü demək olar ki, olmamışdır. xx.xx.2024-cü ildə polis əməkdaşları onun yaşadığı evə gəlib həyətdə axtarış keçirəcəklərini, onun narkotik vasitələr əkməkdə şübhəli olduğunu demişlər. Əməlini etiraf edərək polislərə əkdiyi yeri və dibçəkləri göstərmiş, bundan sonra evdə aparılan axtarış zamanı könüllü olaraq bitkinin qurumuş budağından əldə etdiyi marixuanın olduğu ətçəkən maşının qutusundakı sellofan bükülünü də təqdim etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq göstərdi ki, çətənə toxumlarını əkdikdən sonra onlara ancaq su verməklə qulluq etmişdir. Qurudulmuş marixuananı isə zay olmasın deyə, qırılmış budaqdan əldə etmişdir. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən azyaşlı uşaqları olmasını nəzərə alıb ona yüngül cəza verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Ağdam Rayon Dövlət X4 bitkiçik sektorunda mütəxəssis işləyən, Şahid4 göstərdi ki, Ağdam rayon sakini Təqsirləndirilən şəxs əvvəl tanımamış, onunla hər hansı münasibəti olmamışdır. Polis əməkdaşları ona xx.xx.2024-cü ildə bir nəfər şəxsin narkotik vasitələr əkməsində şübhəli olduğunu bildirmiş, onlarla birlikdə Əhmədağalı kəndində qeyd edilən ünvana gəlmişdir. Polis əməkdaşları vətəndaşı çağırıb narkotik vasitə əkib-becərmədə şübhəli olduğunu bildirib həyətyanı sahə və evdə axtarış keçirəcəklərini bildirmiş, sonuncunun iştirakı ilə həyətyanı sahəyə baxış keçirilmiş, oradan 17 (on yeddi) ədəd dibçəklərdə əkilmiş və arqotexniki qaydada qulluq edilmiş çətənə bitkiləri aşkar edilmişdir. Yaşadığı evdən də kiçik bir bağlamada əkdiyi bitkilərdən qurutduğu kütlə aşkar edilmişdir. O, bitkilərin spesifik xüsusiyyətlərinə görə onların kultivasiya edilməsi barədə rəy vermişdir Məhkəmədə şahid qismində dindirilmiş Ağdam RPŞ CAB-ın rəisi Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəl tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2024-cü ildə Ağdam RPŞ-yə Elvinin qanusuz olaraq narkotik vasitələr əkməsi barədə əməliyyat məlumatı daxil olmuş, dərhal bu barədə raportla məruzə edib, əməliyyat-axtarış qərarı qəbul etmiş və əməliyyat qrupunun üzvləri, eləcə də dəvət edilmiş aqronomla Elvinin yaşadığı ünvana getmişlər. Elvinə şübhəli olduğunu bildirib həyətyanı sahədə axtarış keçirəcəklərini demiş, sonuncu etiraz etməmiş və həyətdə dibçəklərdə əkdiyi çətənə kollarını təqdim etmişdir. Evə və həyətdəki tikililərə də axtarış keçirilmiş, həyətdəki yardımçı tikilidən olan ət çəkən maşın qabında olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əkdiyini, marixuananı da qurudub istifadə etdiyini göstərmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, keçirilmiş tədbirlərə baxmayaraq şəxsin narkotik vasitə satdığı yaxud satmaq istədiyi şəxslər müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş və ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 və Şahid2 eyniməzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2024cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi, saxlaması və alqı-satqısı ilə məşğul olması barədə Şəmkir Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə, yaşadığı ev və həyətyanı sahəyə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, həmin tarixdə videoçəkilişlə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Əhmədağalı kəndində yerləşən evinin həyətyanı sahəsində 14 ədəd qəhvəyi rəngli dibçəkdə və 3 ədəd “FAB” yazısı olan plastik qablarda olmaqla, ümumilikdə 17 (on yeddi) ədəd aqrotexniki qaydaya qulluq olunmuş çətənə kolları, yaşadığı evin yardımçı tikilisində mətbəx şəkafının içərisində olan ətçəkən maşının qutusundan isə1 ədəd bükümdə qurdulmuş marixuana aşkar edilərək götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, birinin budağı qırıldığı üçün onu da qurudub aşkar edilən yerdə saxladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli Ağdam DAİM-in Bitkiçilik sektorunun aparıcı məsləhətçisi Şahid4 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Əhmədağalı kəndində yerləşən evin həyətindən aşkar edilmiş 17 ədəd çətənə koluna aqrotexniki qaydada xüsusi qulluq (diblərin yumşaldılması, suvarılması, peyin verilməsi) aparılmış, həqqətən yaşıl kütlə rəngində narkotik tərkibli bitkiyə bənzər olması müəyyən edilmişdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 16/787 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vət X2 yaşadığı Ağdam rayonu, Əhmədağalı kəndində yerləşən evin həyətyanı sahəsində olan yardımçı tikili yaşayış evindən aşkar edilmiş sellofan...” sözləri və imzalar olan şəffaf sellofan torbadakı digər şəffaf sellofan torbada təmiz çəkisi 115 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Əhmədağalı kəndində yerləşən evin həyətyanı sahəsində dipçəklərdə aşakr olunmuş 17 ədəd narkotik ərkiblio çətənə kollarına bənzər kollar” sözləri və imzalar olan 1 ədəd sintetik kisədə 17 ədəd ümumi təmiz çəkisi 720 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərdir. Tədqiqata təqdim edilmiş 1 ədəd şəffaf polietilen torbada olan marixuana ilə 1 ədəd sintetik kisədə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Ağdam rayon Məhkəməsinin 5(013)-87/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol” dan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağdam rayon Məhkəməsinin 4 (013)-19/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan şəxsin istifadəsində olan mobil nömrələrlə olan məlumatlara dair “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan CD diskdən göünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıqlarda iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağdam RMX PHŞ-dən verilən 1619 №li xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhi-əsəb xəstəlikləri dispanser müşahidədə deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağdam RMX PHŞ-dən verilən 18- 121/3-3241/2024 №li, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada narkoloji kabinetdə qeydiyyatda yoxdur İş maateriallarında olan və məhkəmədə araşdırılan AZE 11654656 №li və AZE 11654659№li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Yusif Hüseynli və xx.xx.2012-ci il təvəllüdlü Zəhra Hüseynli adlı övladları var. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağdam RİHB-nin Əhmədağalı Kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 542 №li arayışdan görünür ki, Ağdam rayonu Əhmədağalı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə araşdırılan AZ №898954 ölüm haqqında şəhadtnamə və Ağdam RİHB-nin Əhmədağalı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 547 №li arayışdan görünür ki, təqsirləndirilən şəxsin atası hüseynov Eldar Yusif oğlu xx.xx.2017-ci ildə, anası X3 isə xx.xx.2005-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 514 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxscinayət hadisəsi törədərkən öz hərərkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Əvvəllər hər hansı xroniki psixi xəstəlik keçirməmişdir, onda əqli cəhətdən geri qalma, və ləngimə halları müşahidə olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1653 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsəhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Əhmədağalı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində aşkar edilmiş tədqiqata istifadə edildikdən sonra qalıq çəkisi 719, 66 qram olan 17 ədəd narkotik tərkibli çətənə kolları, 1 ədəd şəffaf sellofan torbada olan qalıq çəkisi 114,95 qram olan qurudulmuş marixuana, 14 ədəd dipçək və 3 ədəd işlənmiş boya qabları maddi sübut kimi tanınaraq Ağdam RPŞ maddi sübutların saxlanılması otağına təhvil verilmiş, baxış və axtarış istintaq hərərkətlərinin qeydə alındığı 2 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarında əlavə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri kultivasiya etmə eləcə də həmin bitkilərdən qurudaraq satış məqsəd olmadan ayaşdığı evdə saxlaması özünü ibtidai istintaq və məhkəmə baxışında verdiyi səmimi etiraf ifadələri, eləcə də şahid ifadələri mütəxəsis rəyi və ekspertiza rəyləri ilə iş üzrə maddi sübutlarla tam sübuta yetirilmişdir və bununla bağlı məhkəmə əlavə əsaslandırma aparmanı zəruri heab etmir. Lakin məhkəmə təqsirləndirilən şəxsə verilmiş, qurudulmuş marixuanın təqsirləndirilən şəxs tərəfindən məhz satış məqsədilə saxlanılmasına dair ona qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilmiş ittihamı əsaslı hesab etmir və həmin hissədə şəxsin satış məqsədinin ittiham tərəfindən sübuta yetirilmədiyi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: İlkin əməliyyat axtarış və istintaq hərərkətlərindən başlayaraq istintaqın bütün dövrü və məhkəmə baxışında təqssiləndiriln şəxs marixuana istifadəçisi olduğunu açıq şəkildə istifadə etmiş, əkdiyi çətənə kollarını da marixuana tapmaqda çətinlik çəkdiyi üçün istifadə etdiyi marixuanalardan topladığı toxumlar vasitəsilə əkdiyini göstərmişdir. Şəxsin narkotik vasitələrinin alqı-satqısı yaxud hər hansı formada dövriyyəsi ilə məşğul olmasını təsdiq edən sübut nə iş materiallarına əlavə edilməmiş, nə də məhkəmə baxışından ittiham tərəfindən məhkəməyə təqdim edilməmiş, yaxud əldə edilməsi ilə bağlı hər hansı vəsatət verilməmişdir Şəxsin məhkəmə narkoloji ekspertiza rəyinə əsasən narkomaniya xəstəliyindən özü də məhz kannadionidlrdən yaranmış asılılıqdan əziyyət çəkdiyi qeyd edilmişdir ki, bu da şəxsin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün qurudub saxlamasını təsdiq edir. İttiham tərəfinin şahidləri qismində məhkəmədə dindirilmiş Ağdam RPŞ-nin polis əməkdaşları əmliyyat müvəkkilləri də şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı hal müəyyən edə bilmədiklərini bildirmişlər. İş üzrə şəxsin əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanın satış məqsədi ilə əldə etməsi barədə mötəbərliyi müəyyən edilməmiş, yeganə sübut kimi göstərilən təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamış, qeyri müəyyən (abstrakt) əməliyyat məlumatıdır ki, həmin məlumatın nədən ibarət olması açıqlanmadığından məhkəmə sadalanan digər sübut növləri ilə müqayisədə həmin sübuta əsaslanmaqla şəxsə “satış məqsədi ilə əldə etmə kimi” ittiham verilməsini, təqsirli bilinməsini və cəzalandırılmasını məntiqi, ədalətli və qanuni hesab etmir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs qurudulmuş marixuananı məhz küləkli hava şəraitində budaqların qırılması və onu “zay etməmək” üçün qurutması ilə əsaslandırmağa çalışsa da, məhkəmənin qənaətinə görə bu hərəkət təqsirləndirilən şəxsin əkdiyi məhsulun keyfiyyətini yoxlamaq ilə və zəruri narkotik ehtiyacını ödəmək üçün etdiyi qəsdən edilən əməl olmuşdur ki, bu da onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci tarixli qərarına əsasən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir. Toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. “Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİİ siyahısında Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarı 16 ədəd göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını və onlara əlavələri, maddi sübutları, eləcə də məhkəmə ekspertiza rəylərini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. İbtidai istitaqdan fərqli olaraq məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkilərinin toxumlarını 2024-cü il dəqiq müəyyən edilməyən gün və vaxtda özünəməxsus olan Ağdam rayonu Əhmədağalı kəndində yerləşən fərdi yaşayış evinin arxa hissəsində yerləşən, həyətyanı sahənin nisbətən kənar hissədə olan təxminən 0,01 ha torpaq sahəsindəki plastik materialdan olan 14 (on dörd) ədəd qəhvəyi rəngli dibçəklərdə və 3 ədəd üzərində “FAB” yazısı olan plastik materialdan olan boya qablarında qanunsuz olaraq əkərək xüsusi aqrotexniki qulluq göstərib suvarmaqla diblərini yumşaldaraq və gübrə verərək yetişdirib kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı nəticəsində Ağdam RPŞ əmkdaşlarının keçirtdiyi əməliyyat axtarış tədbirləri nəticəsində ümumi təmiz çəkisi 720 qram olan 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə (kannbis) bitkisinin kollarına xx.xx.2024-cü il saat 16:00 radələrində aşkar edilib götürülmüşdür. Bundan başqa o, 2024-cü il iyul ayının əvvəli məlum olmayan tarixdə Ağdam rayonu, Əhmədağalı kəndində yerləşən fərdi yaşayış evinin arxa hissəsində yerləşən həyətyanı sahədən qanunsuz olaraq əkib yetişdirdiyi çətənə kannabis bitkisinin hissələrini toplayıb qurudaraq qanunsuz olaraq əldə etdiyi tərkibinə görə əkdiyi çətənə bitkiləri ilə eyni olan kustar üsulla hazırladığı naməlum çəkidə narkotik vasitə hesab olunan qurudulmuş marixuananı özünə məxsus Ağdam rayonu, Əhmədağalı kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən yaşadığı evə bitişk yardımçı tikilinin mətbəx şkafının üst hissəsində ətçəkən maşının qutusunun içərisində yerləşdirdiyi 1 ədəd şəffaf rəngli sellofan torba içərisində saxlamış, xx.xx.2024-cü il saat 16:53-dək yəni Ağdam rayonu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ümumi təmiz çəkisi 115 qram olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü və Cinayət Məcəlləsinin 234.1-ci maddələrinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddələrlə tövsif edilərək təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı övladının olması, CM-nin 59.2-ci maddəsinə əsasən əvvələr məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədini təmin edə bilmir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini və törətdiyi əməlin ictimai təhlükəliliyini nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməklə islah olunmasının mümkün olacağı qənaətinə gəlir. Təqsiri sübuta yetirilmiş digər maddə CM-nin 234.1-ci maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin maddənin sanksiyasında azadlıqdan məhrumetməyə nisbətən digər cəza növləri olsa da şəxsin əldə etdiyi qurudulmuş marixuanının miqdarı ona digər cəza növlərinin təyin edilməsini istisna etsə də, şəxsiyyətini xarakterizə edən hallar və məhkəmədəki nümunəvi davranışı ilə islah yolunda olmasını təsdiq etməsi ona aşağı həddə yaxın cəza təyin edilməsini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İ siyahıya əsasən qurudulmuş marixuanın xeyli miqdarının aşağı çəkisi qramlarla 5 qramdan 500 qrama dək müəyyən edilmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə aşakr edilmiş kolların sayını əməlin ictimai təhlükəlilik dərəcəsini, ədalət və mütənasiblik prinsipini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və “həbs”də olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və O, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nın 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra üzrə iş üzrə maddi sübut olan və Ağdam RPŞ maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Əhmədağalı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində aşkar edilmiş tədqiqata istifadə edildikdən sonra qalıq çəkisi 719, 66 qram olan 17 ədəd narkotik tərkibli çətənə kolları, 1 ədəd şəffaf sellofan torbada olan qalıq çəkisi 114,95 qram olan qurudulmuş marixuana, 14 ədəd dipçək və 3 ədəd işlənmiş boya qabları məhv edilməli, baxış və axtarış istintaq hərəkətlərinin qeydə alındığı 2 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü və 234.1-ci maddələrində nəzərə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağdam RPŞ maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Əhmədağalı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində aşkar edilmiş tədqiqata istifadə edildikdən sonra qalıq çəkisi 719, 66 qram olan 17 ədəd narkotik tərkibli çətənə kolları, 1 ədəd şəffaf sellofan torbada olan qalıq çəkisi 114,95 qram olan qurudulmuş marixuana, 14 ədəd dipçək və 3 ədəd işlənmiş boya qabları məhv edilsin, baxış və axtarış istintaq hərərkətlərinin qeydə alındığı 2 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-318/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-318/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver