Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-319/2022 04.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X3 ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisləri X15, X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonunun Daryurd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 11 radələrində xx.xx.2021-ci il tarixli ƏN-V 695808 nömrəli etibarnamə əsasında və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat İmtahan idarəsi tərəfindən verilmiş AF seriyalı 406955 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, faktiki olaraq özünün istifadəsində, sahibliyində və sərəncamındakı texniki cəhətdən saz vəziyyətdə olan “Ford Fusion” minik markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsi ilə Şəmkir rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni “yol hərəkətinin iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır” tələblərinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, yəni mövcud şəraitdə hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı, avtomobili qarşı hərəkət zolağına çıxartmamalı və qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinin hərəkəti üçün təhlükəli şərait yaratmamalı olduğu halda bu tələbləri pozub, qarşı sol hərəkət zolağına çıxaraq hərəkət üçün təhlükəli şərait yaratmış, əvvəlcə qarşı istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi “VAZ 21154 minik” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan güzgüsünə idarə etdiyi avtomobilin sol yan güzgüsü ilə toxunmuş, daha sonra, qarşı sol hərəkət zolağı ilə Gədəbəy rayonu istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olan sürücü, Zərərçəkmiş şəxs4 Həsrət oğlu 51 metr məsafədən “X28” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxaraq hərəkətini davam etdirdiyini, sağa doğru avtomobili manevr etdirməyin isə yolun sağ ehtiyyat hissəsi kənarı boyunca dərə olması və qaçılmaz olan toqquşma nəticəsində həmin dərədən aşağı düşmək ehtimalının yüksək olması səbəbinə görə təhlükəli olduğunu görüb idarə etdiyi “İnfiniti QX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili toqquşmamaq üçün sola, orta ayrıc zolağa istiqamətləndirmiş, bu zaman o, idarə etdiyi “X28” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobili 4,6 metr qalmış yenidən sağa, yəni öz yoluna doğru istiqamətləndirdikdə yolun 20-ci kilometrliyində, Şəmkir rayonu istiqamətində hərəkət hissəsinin sol kənarından sağa doğru 5 metrlik məsafədə özünün idarə etdiyi “X28” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ (ortaya yaxın) hissəsi ilə “İnfiniti QX60” markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinə ehtiyatsızlıqdan vurmuş, nəticədə o, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan “X28” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişləri - zərərçəkmiş X6 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən bədən xəsarətləri alaraq ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi, həmçinin zərərçəkmiş X4 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən bədən xəsarətləri alaraq, ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə ehtiyatsızlıqdan iki şəxsin ölümünə, həmçinin ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs1 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almasına, zərərçəkmiş Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, zərərçəkmiş Zərərçəkmiş şəxs3 dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anasının vəfatı ilə bağlı Gədəbəy rayonu, Daryurd kəndində yas mərasimini təşkil edib orada iştirak etdikdən sonra 15 avqust 2021-ci il tarixdə yaşadığı Mingəçevir şəhərinə getmək üçün saat 10 radələrində Gədəbəy rayonu Daryurd kəndindən qohumları ilə birgə yola düşmüşlər. Özünə məxsus olan “Ford Fusion” markalı, ** FY *** qeydiyyat nişanlı, gümüşü rəngli avtomobili özü idarə etmişdir. Onun yanında ön sərnişin oturacağında bacısı Familə, arxada sağda bacısı qızı Xəyalə, onun qucağında uşağı Nazilə, Xəyalənin yanında, ortada xalası Gilas, sol arxa oturacaqda isə xalası Ofelya əyləşmişdilər. O, təhlükəsizlik kəməri taxmış, öndə oturan bacısı Familəyə də demişdir ki, təhlükəsizlik kəmərini taxsın, ancaq sonuncu nə qədər cəhd etsə də, kök olduğu üçün kəməri taxa bilməmişdir. Arxada oturanlar isə kəmər taxmamışlar. Onlar yola düşüb həmin gün saat 11 radələrində Gədəbəy Şəmkir avtomobil yolunun, Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkət edərkən qarşısına çıxan tünd rəngli “Vaz” markalı qeydiyyat nişanı yadında qalmayan avtomobillə sonuncunun yolunda toqquşmuşdur. Belə ki, onun idarə etdiyi avtomobilin sol tərəfi ilə həmin avtomobilin sol tərəfi, daha dəqiq sol yan güzgüsü toqquşmuş, sonra o, öz yoluna qayıdaraq hərəkətə 60 km/saat sürətlə davam etmiş, təxminən 300-350 metr məsafə qət etdikdən sonra yolun sağ kənarından yolun soluna doğru sürətlə bir baş dana qaçmış, həmin dana onun avtomobilinin qabaq sağ qanadının yan hissəsinə çırpılmış, bu zaman onun idarə etdiyi avtomobil sola doğru getmişdir. Həmin vəziyyətdə o, idarəetməni itirib qarşı sol zolağa çıxaraq sağa sola hərəkətlərlə yola davam etmiş, avtomobili yığışdıra bilməmişdir. Bu zaman yolun orta hissəsində qarşıdan gələn ağ rəngli “İnfiniti” markalı avtomobillə toqquşmuşdur. Bundan sonra baş verənlər yadında qalmamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə nəticəsində həyatını itirmiş şəxslərdən Familə bacısı, Gilas isə xalası olmuş, xəsarət alanlardan Xəyalə bacısı qızı, Nazilə Xəyalənin uşağı, Ofelya isə xalasıdır. Qohum olduqlarından həm zərərçəkmiş şəxslərin hüquqi varisləri, həm də zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri olmamışdır. Həmçinin ifadəsində hadisə nəticəsində özünün də xəsarət aldığını, baş vermiş hadisədən sonra, hadisənin yaratdığı narahatçılıq səbəbilə həyat yoldaşının da vəfat etdiyini bildirərək törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş X15 ifadəsində göstərmişdir ki, bacısı Familə Tağıyeva ərə getməmiş və əsasən qardaşı Təqsirləndirilən şəxslə Mingəçevir şəhərində yaşamışdır. xx.xx.2021-ci il tarixdə anası Xanımın vəfat etməsi ilə əlaqədar qohumları ilə birlikdə “Mercedes Vito” markalı avtomobil tutaraq yas mərasiminə getmişlər. Bir həftədən sonra, xx.xx.2021-ci il tarixdə yas mərasimi bitdikdə bacısı Familə Tağıyeva qardaşı Təqsirləndirilən şəxs “Ford” markalı avtomobili ilə geri qayıdarkən saat 11 radələrində Şəmkir-Gədəbəy yolunun Şəmkir rayonu, Çənlibel kəndi ərazisindən keçən hissəsidə “İnfiniti” markalı avtomobillə toqquşmuş və qəza baş vermişdir. Qəza nəticəsində bacısı Familə Tağıyeva aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Həmin avtomobildə olan digər qohumu Gilas İsgəndərova da almış olduğu xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Avtomobildə olan digər qohumları Ofelya, sonuncunun gəlini Xəyalə və nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Qəzanın təfərrüatları barədə məlumatı olmamışdır. Baş vermiş qəza ilə bağlı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Cəfər Tağıyev ifadəsində həmçinin bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs “İnfiniti” markalı avtomobillə toqquşmazdan əvvəl “Vaz 21154” markalı avtomobillə də toqquşması barədə heç bir məlumatı yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş X5 ifadəsində göstərmişdir ki, anası Gilas İsgəndərova ilə birlikdə Şəmkir rayonu Qədimqala kəndində yaşamışdır. xx.xx.2021-ci il tarixdə qohumları ona zəng edərək xalası Xanımın vəfat etməsi barədə məlumat vermişlər. O, həmin zaman Xızı rayonunda işlədiyi üçün anası Gilas İsgəndərovaya bu barədə telefonla məlumat vermişdir. Həmin gün qohumu Elgiz gələrək anası X12 rayonundan Gədəbəy rayonuna yas mərasiminə aparmışdır. Yas mərasimi bitdikdən sonra xx.xx.2021-ci il tarixdə anası Gilas İsgəndərova xalası oğlu Təqsirləndirilən şəxs “Ford” markalı avtomobili ilə geri qayıdarkən Şəmkir-Gədəbəy yolunun Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsidə Təqsirləndirilən şəxs idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan “İnfiniti” markalı avtomobilin yoluna çıxmış və qəza baş vermişdir. Baş vermiş qəza nəticəsində anası Gilas İsgəndərova, xalası qızı Familə Tağıyeva almış olduğu xəsarətlərdən hadisə yerində vəfat etmişlər, xalası Ofelya, sonuncunun gəlini Xəyalə və nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Qəza baş verən zaman o, Xızı rayonunda olduğu üçün baş vermiş qəzanın təfərrüatları barədə məlumatı olmamışdır. Hadisədən sonra ona qohumları zəng edərək bildirmişlər ki, qohumu Təqsirləndirilən şəxs avtomobili ilə qəza törətmiş və nəticədə anası vəfat etmişdir. Baş vermiş qəza ilə bağlı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Sonradan ona qohumları məlumatı vermişdir ki, Təqsirləndirilən şəxs “İnfiniti” markalı avtomobillə toqquşmazdan əvvəl “Vaz 21154” markalı avtomobillə də toqquşmuşdur. Lakin, onun həmin toqquşma barədə də ətraflı məlumatı yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma dayısdır, onunla münasibətləri normaldır, heç bir ədavətləri və düşmənçilikəri yoxdur. 2021-ci ilin avqust ayının əvvəllərində nənəsi Xanımın vəfatı ilə bağlı qohumları ilə birgə yas mərasimində iştirak etmək üçün Gədəbəy rayonu Daryurd kəndinə getmiş, yas mərasimlərindən sonra xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərinə qayıtmaq üçün saat 10 radələrində dayısının idarə etdiyi “X28” markalı, boz rəngli **-FY-*** qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Avtomobili dayısı özü idarə etmiş, o, qucağında qızı Nazilə ilə arxa, sağ oturacaqda, onun yanında xalası Gilas, sonuncunun yanında, yəni arxa, sol oturacaqda qaynanası Ofelya, qabaq sərnişin oturacağında isə xalası Familə əyləşmişdir. Onlar, yəni arxada oturanlar təhlükəsizlik kəmərini taxmamışlar, dayısı Rəşid və xalası Familə yadında qaldığı qədər kəmər taxmışlar. Dayısı Rəşid spirtli içki içməmiş, yuxulu olmamış və səhəti ilə bağlı da şikayəti olmamışdır. Onun yolda ürəyi bulandığı üçün dayısı avtomobili normal sürətlə idarə etmişdir. Onlar yolüstü Gədəbəy rayonu Çaldaş kəndində avtomobili saxlayib günəbəxan alaraq yola eyni qaydada davam etmişlər. Təxminən saat 11 radələrində qəza baş vermiş və o, xəsatəxanada ayılmışdır. Onun həmişə yolda ürəyi bulandığı üçün yolu demək olar ki, gözü yumulu getmişdir. Bu səbəbdən qəza və toqquşma anı barədə heç nə yadında qalmamışdır. Həmin zaman dayısı avtomobili normal sürətlə idarə etmişdir. Onun heç qəza anında və ya öncə avtomobildə səs-küy olması da yadında qalmamış, toqquşma anına qədər sakitçilik olmuşdur. Hazırda aldığı xəsarətlərlə bağlı müalicə olunaraq sağalmış, səhəti ilə bağlı şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 həmçinin ifadələrində bildirmişdir ki, xəsarət aldığı sonuncu toqquşmadan əvvəl dayısının idarə etdiyi avtomobillə digər hansısa avtomobilin toqquşması barədə heç bir məlumatı yoxdur. Hər şey ani baş verdiyindən və gözü yumulu olduğundan dəqiq heç nə yadında qalmamışdır. O, yolda hansısa heyvan görməmişdir. Onun hazırki cinayət işi üzrə heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anası Zərərçəkmiş şəxs1 dayısdır, onunla münasibətləri normaldır, heç bir ədavətləri və düşmənçilikəri yoxdur. 2021-ci ilin avqust ayının əvvəllərində anası ilə sonuncunun nənəsi Xanımın vəfatı ilə bağlı qohumları ilə birgə yas mərasimində iştirak etmək üçün Gədəbəy rayonu Daryurd kəndinə getmiş, yas mərasimlərindən sonra xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərinə qayıtmaq üçün saat 10 radələrində qohumu Təqsirləndirilən şəxs idarə etdiyi markası və qeydiyyat nişanını bilmədiyi gümüşü rəngli avtomobillə yola düşmüşlər. Avtomobili qohumu Təqsirləndirilən şəxs idarə etmiş, o, anasının qucağında arxa, sağ oturacaqda oturmuşdur. Avtomobildə digər qohumları Gilas, Ofelya, Familə də əyləşmişlər, lakin onların dəqiq yerləri yadında qalmamışdır. Həmin gün təxminən saat 11 radələrində qəza baş vermiş və o, xəsatəxanada ayılmışdır. Onun qəza və toqquşma anı barədə heç nə yadında qalmamışdır. Onun qəza anında və ya öncə avtomobildə səs-küy olması da yadında qalmamış, xatırladığı qədər toqquşma anına qədər sakitçilik olmuşdur. Hazırda aldığı xəsarətlərlə bağlı müalicə olunaraq sağalmış, səhəti ilə bağlı şikayəti yoxdur. Onun xəsarət aldığı sonuncu toqquşmadan əvvəl qohumu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə digər hansısa avtomobilin toqquşması barədə heç bir məlumatı yoxdur. Hər şey ani baş verdiyindən heç nə yadında qalmamışdır. O, yolda hansısa heyvan görməmişdir. Onun hazırki cinayət işi üzrə heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 1954-cü ildə Gədəbəy rayonu, Daryurd kəndində anadan olmuşdur. Hazırki iş üzrə Təqsirləndirilən şəxs onun bacısı oğludur, onunla münasibətləri normal olmuş, heç bir ədavəti və düşmənçilikləri olmamışdır. O, 2021-ci ilin avqust ayının əvvəllərində bacısı Xanımın vəfatı ilə bağlı qohumları ilə birgə yas mərasimində iştirak etmək üçün Gədəbəy rayonu, Daryurd kəndinə getmişdir. Təxminən bir həftə sonra xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərinə qayıtmaq üçün saat 10 radələrində bacısı oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “X28” markalı boz rəngli **-FY-*** qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Avtomobili Rəşid özü idarə etmişdir. Avtomobilin qabaq sərnişin oturacağında Familə oturmuş, o, arxa oturacaqda sürücünün arxasında, onun yanında ortada bacısı Gilas, sonuncunun yanında isə, arxa sol oturacaqda gəlini Xəyalə oturmuş, Xəyalənin qucağında isə sonuncunun 7 yaşlı qızı Nazilə oturmuşdur. Nazilə yatmış və toqquşmadan ayılmışdır. Rəşid təhlükəsizlik kəməri taxmışdır. Öndə oturan Familənin isə təhlükəsizlik kəməri taxmasına fikir verməmişdir. Onlar Familəyə demişlər ki, kəməri taxsın, o da kəməri əlinə almışdır ki, taxsın, amma taxıb-taxmadığını dəqiq görməmiş və həmin hal yadında qalmamışdır. Onlar, yəni arxa oturacaqda oturanlar kəmər taxmamışlar. Sürücü Rəşid spirtli içki içməmişdir və yuxusuz olmamışdır. Onlar yolüstü Gədəbəy rayonu Çaldaş kəndində maşını saxlamışlar, günəbəxan alıb yola eyni qaydada davam etmişlər. Rəşid kəmər taxmış, Familəyə də demişdir ki, kəmər taxsın. Amma yenə də Familənin kəməri taxıb-taxmaması yadında qalmamışdır. Həmin gün təxminən saat 11 radələrində Gədəbəy rayonu Çənlibel ərazisindən keçmişlər. Onun sadəcə yadındadır ki, avtomobilləri nə iləsə toqquşmuş, qabaq alın şüşəsi qırılaraq içəri tökülmüşdür. O, həmin vaxt huşunu itirmişdir. Xəstəxanada ayılanda ona demişlər ki, onlar avtomobillə toqquşmuşlar. Toqquşma şəraitini görməmişdir. Belə ki, o, toqquşma anında Gilasla söhbət etmiş və sürücünün arxasında oturmuşdur deyə yola fikir verməmişdir. Onların sürəti normal, yəni təxminən 60-70 km/saat olmuşdur. Həmin gün hava günəşli, yol örtüyü isə quru olmuşdur. Zərərçəkmiş şəxs3 həmçinin ifadələrində bildirmişdir ki, xəsarət aldığı sonuncu toqquşmadan əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi, kabinəsində olduqları avtomobillə digər hansısa avtomobilin toqquşması yadında qalmamışdır. Hər şey ani baş verdiyindən və yola fikir vermədiyindən dəqiq heç nə bilmir. Toqquşmadan öncə avtomobilin kabinəsində səs-küy və ya Təqsirləndirilən şəxs hansısa sözlü reaksiyası olmadığı üçün nə baş verdiyindən məlumatsız olmuşdur. O, yolda hansısa heyvan görməmişdir. Onun zərərçəkmiş şəxs kimi heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı dostu Zərərçəkmiş şəxs4 idarə etdiyi “İnfiniti QX60” markalı ** NK *** qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında oturmuşdur. Onların olduğu avtomobillə toqquşan “Ford” markalı avtomobilin sürücüsünü əvvəllər tanımamışdır. Həmin zaman hava aydın, günəşli, küləksiz olmuş, görmə məsafəsi uzaq və yol örtüyü quru olmuşdur. Həmin vaxt Şəmkir rayonu Çənlibel kəndi ərazisində üzü Gədəbəy rayonu istiqamətində hərəkət edən zaman görmüşdür ki, “Ford” markalı boz rəngli avtomobil onların yoluna keçib, üzərilərinə doğru, nisbətən sağa, sağ tərəflərində yerləşən dərə istiqamətində hərəkət edir. Həmin avtomobilin sürücüsü idarəetməni tam itirmiş, sanki onları görməmişdir. Həmin avtomobil gəldiyi kimi onlarla toqquşsa onunla birlikdə sağda yerləşən dərədən aşağıya düşəcəkdilər. Bu təhlükə qarşısında Atakişi avtomobili çıxılmaz vəziyyətdə qalıb nisbətən sola, qarşı hərəkət zolağına doğru çəkib, öz yolunu tam tərk etmədən hərəkətə yolun orta hissəsi ilə, təxminən 60 km/saat sürətlə davam etmişdir ki, üzərilərinə gələn həmin avtomobil onlarla toqquşmasın. “Ford” markalı avtomobilin sürücüsü son anda, anidən, təxminən onlara 4-5 metr qalmış yenindən öz yoluna qayıtmaq üçün avtomobilini öz istiqamətində sağa doğru çəkdikdə yolun orta hissəsində onlarla toqquşmuşdur. Belə ki, həmin avtomobilin ön sağ hissəsi ilə onların avtomobilinin ön sağ hissəsi toqquşmuşdur. Toqquşma nəticəsində onun sinəsini təhüləsizlik kəməri sıxmış, sağ dirsəyi və sol əlinin barmağında sıyrıqlar yaranmışdır. O, cəld 112 çağrı mərkəzinə, Atakişi isə X23 zəng etmişdir. “Ford” markalı avtomobilin sürücüsü, sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs hadisədən sonra şok vəziyyətdə sürücü yerində oturduğunu görmüşdür. Onlar “Ford” markalı avtomobildə olan yaralı şəxsləri avtomobildən çıxartmışlar. Hadisə nəticəsində iki qadının isə öldüyünü sonradan eşitmiş, X24 avtomobili gəlib həmin iki qadını aparan zaman onların sadəcə halsız olduğunu fikirləşmişdir. Zərərçəkmiş şəxs4 həmin gün və ondan əvvəlki gün spirtli içki qəbul etməmişdir. İfadəsinə əlavə olaraq iş üzrə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Həsrət oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 08 radələrində qardaşı Zərərçəkmiş şəxs6 və dostu Zərərçəkmiş şəxs5 ilə birlikdə özünə məxsus “İnfiniti QX60 minik” markalı, “** NK ***” dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonuna getmiş və şəxsi işləri ilə bağlı bir gecə orada qalmışdır. 15 avqust 2021-ci il tarixdə səhər saat 08 radələrində yuxudan durub, səhər yeməyini yedikdən sonra qərara almışlar ki, nahar etmək üçün Gədəbəy rayonuna gedib, oradan da həmin gün Bakı şəhərinə qayıtsınlar. Həmin gün saat 11 radələrində Şəmkir rayonunda aşırımları keçdikdən sonra düz yola çıxaraq Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçərkən, Gədəbəy rayonu istiqamətində hərəkətdə olarkən həmin zaman gözəyərı ölçüsü ilə təxminən 50-51 metr məsafədən boz rəngli “Ford” markalı avtomobilin idarəetməni itirərək onun yoluna çıxıb üzərinə doğru hərəkət etdiyini müşahidə etmişdir. Belə ki, “Ford” markalı avtomobil onun hərəkət zolağına tam olaraq çıxıb üzərinə hərəkət etmişdir. Həmin zaman onun sürəti təxminən 60 km/saat olmuşdur. “Ford” markalı avtomobil də təxminən həmin sürətdə olmuş və sürəti azaltmamışdır. Bu halı müşahidə etdikdə o, sürəti azaltmadan yolun nisbətən sol tərəfinə çıxmış, belə desək yolun orta hissəsi ilə hərəkəti davam etdirmişdir ki, həmin avtomobilin üzərinə gələcəyi halda toqquşmadan yayına bilsin, amma tam olaraq yolun digər hissəsi, əks hərəkət hissəsinə keçməmişdir. O, həmin vəziyyətdə, yəni yolun orta hissəsi ilə təxminən 25 metr getdikdən sonra “Ford” markalı avtomobilin sürücüsü qəfildən avtomobilini ona 4-5 metr qalmış sağa doğru hərəkət etdirmişdir ki, yolun öz hərəkət hissəsinə qayıtsın. Lakin, bu zaman “Ford” markalı avtomobilin ön sağ tərəfi onun avtomobilinin ön sağ tərəfi ilə toqquşmuşdur. Toqquşma zamanı “Ford” markalı avtomobilin arxa hissəsi yolun əks, yəni onun hərəkət istiqamətindəki hissəsində olmuşdur. Yəni, “Ford” markalı avtomobilin sürücüsü qəfildən avtomobili onun üzərinə sürmüş, sanki onun avtomobilini görməmişdir. O, toqquşma anında yolun öz hərəkət istiqaməti hissəsində tam olmamaqla avtomobilini nisbətən sol tərəflə, belə desək yolun orta hissəsi ilə hərəkət etdirmişdir ki, toqquşmadan yayına bilsin. Lakin, son anda “Ford” markalı avtomobilin sürücüsü öz yoluna qayıtmaq qərarı qəbul etdiyindən onlar toqquşmuşlar. O, əyləcdən istifadə etməmiş, toqquşma anına qədər sürəti azaltmamışdır. Toqquşma nəticəsində avtomobilinin ön hissəsi yuxarıya doğru qalxmış, təhlükəsizlik yastıqları açılmış, avtomobilinin ön hissəsindən ağ tüstü çıxmış, bu halı görərək tez qapını açıb avtomobildən uzaqlaşmışdır. Onun ardınca qardaşı Adil və dostu Şahmar da avtomobildən çıxmışdır. Bundan sonra digər zədələnmiş avomobilə tərəf getdikdə avtomobilin ön oturacaqlarında sürücü Təqsirləndirilən şəxs və onun yanında bir qadının oturduğunu, arxada isə 4 nəfər sərnişinin oturduğunu müşahidə etmişlər. Zədələnmiş “Ford” markalı avtomobilin kabinəsində ön hissədə oturanlar sıxılmış vəziyyətdə olmaqla huşsuz olmuşlar, arxada oturanlar isə ağrıdan zarımışlar. Orada olan təxminən 8-10 yaşlarında qız uşağı isə ağlamışdır. Onlar həmin vaxt “103” və “112” Çağrı mərkəzlərinə ardıcıl olaraq zəng edib “Ford” markalı avtomobildə olan, ciddi xəsarətlər alan şəxslərə kömək istəmişlər. Bir neçə dəqiqə sonra X24 və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib xəsarət alan şəxslərə kömək edərək xəstəxanaya aparmışlar. Bundan başqa ifadəsində göstərmişdir ki, həmin gün “İnstaqram” sosial şəbəkəsində “Express.xeberler” səhifəsində məlum hadisə ilə bağlı məlumat yayılan zaman qardaşı Adillə “Rövsen_615” adlı istifadəçinin şərh yazdığını müşahidə etmişlər və həmin səhifənin şəklini mobil telefonu vasitəsi ilə çəkərək saxlamışdır. Həmin şərhdən aşkar olunuşdur ki, “Ford” markalı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmadan öncə həmin istifadəçinin avtomobilinin sol güzgüsünə dəymiş, həmin avtomobilin sol güzgüsünü qırdıqdan sonra hərəkətini davam etdirib dediyi şəraitdə onun avtomobili ilə toqquşmuşdur. Şərhdəki məlumatlara əsasən “Ford” markalı avtomobil həmin şərhi yazan şəxsin idarə etdiyi avtomobilin də üzərinə hərəkət etmiş, lakin, həmin avtomobil son anda sağa doğru hərəkət etdiyindən ciddi toqquşmadan yayına bilmiş, yalnız sol yan güzgüzü qırılmışdır. Sonradan “Ford” markalı avtomobilin onlardan əvvəl Şəmkir rayon sakini Rövşən adlı şəxsin idarə etdiyi “Vaz 21154 minik” markalı avtomobillə toqquşub sol yan güzgüsünü qırdığını öyrənmişlər. Həmçinin ifadəsində göstərmişdir ki, “Ford” markalı avtomobil onun yoluna çıxan zaman avtomobildən müşahidə etdiyi qədər yolun onun hərəkət istiqaməti hissəsinin sağ tərəfindəki ehtiyyat hissə nisbətən aşağıya doğru mailli olmuşdur. Təxminən yolun sağ kənarından 1,5-2 metr ehtiyyat hissədən sonra isə ərazinin reylefi qəfildən yol aşağıya doğru təxminən 2-3 metr dərinləşmişdir. Avtomobili hündür olduğundan onun görmə bucağını nəzərə alaraq o, yolun sağ tərəfindəki ehtiyat hissəsinin ensiz olduğunu və dərənin yola yaxın olduğunu müşahidə etmişdir. Buna görə o, avtomobilinin sürətini azaldıb sağda ehtiyat hissədə saxlamaqdansa, yolun orta hissəsi ilə hərəkət etməklə toqquşmadan yayına biləcəyini zənn etmişdir. Hesab etmişdir ki, öz yolu ilə sağa doğru hərəkət edib sürəti azaltsaydı “Ford” markalı avtomobil birmənalı onunla toqquşacaq və hər ikisinin idarə etdiyi avtomobillər dərədən aşağı düşəcəkdi. “Ford” markalı avtomobil onun yolu ilə, nisbətən onun tərəfdəndən baxdıqda sağa doğru, yəni dərəyə tərəf hərəkət etmişdir. Lakin “Ford” markalı avtomobil, son anda öz yoluna qayıtmaq istədiyindən onlar yolun təxminən ortasında toqquşmuşlar. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs ondan öncə yolun Rövşən adlı şəxsin idarə etdiyi “VAZ 21154 minik” markalı avtomobilin hərəkət istiqaməti hissəsinə çıxaraq həmin avtomobilin sol güzgüsünü vurmuş, bundan sonra hərəkətə davam edərək onun yoluna çıxmışdır. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində baş vermiş məlum yol nəqliyyat hadisəsi zamanı qardaşı Zərərçəkmiş şəxs4 idarə etdiyi “İnfiniti QX60 minik” markalı “** NK ***” qeydiyyat nişanlı avtomobilin arxa oturacağında oturmuşdur. Onların avtomobili ilə toqquşan “Ford” markalı avtomobilin sürücüsü, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Dediyi tarixdə və saatda Şəmkir rayonu Çənlibel kəndi ərazisindən üzü Gədəbəy rayonu istiqamətində hərəkət edən zaman qardaşı Atakişi “bu neyniyir ə?” deyə qışqırmışdır. Bu zaman o, dərhal yola baxmış və görmüşdür ki, onlarla sonradan toqquşan “Ford” markalı boz rəngli avtomobil təxminən onun gözəyarı gördüyü qədər 35-40 metr məsafədən artıq onların yoluna keçib, üzərilərinə doğru, nisbətən sağa, sağ tərəflərinə yerləşən dərə istiqamətində hərəkət etmişdir. O, həmin avtomobili görəndə həmin avtomobil artıq onların yoluna doğru keçib üzərilərinə doğru hərəkət etmişdir. Həmin avtomobilin sürücüsü idarəetməni itirmişdir. Həmin avtomobil gəldiyi kimi onlarla toqquşmuş olsa, onlar birlikdə sağ hissələrində yerləşən dərədən aşağıya düşəcəkdilər. Bu səbəbdən qardaşı Atakişi avtomobili nisbətən sola, qarşı hərəkət zolağına doğru çəkib yolun ortası ilə hərəkəti davam etmişdir ki, üzərilərinə gələn avtomobil elə gəldiyi kimi dərədən aşıb aşağı düşsün və onunla toqquşmasın. Qardaşı surəti azaltmamışdır. Qardaşı avtomobili tam olaraq qarşı sol yola keçirtməmişdir. Qardaşı avtomobili sola çəkən zaman o, arxa oturacaqdan orta hissəyə keçmişdir deyə qarşıdan gələn “Ford” markalı avtomobilin hərəkətini dəqiq görmüşür. Hər şey ani baş vermişdir. Həmin avtomobilin sürücüsü onlar yolun orta hissəsi ilə hərəkət etdiklərindən son anda, təxminən onlara 4-5 metr qalmış yenindən öz yoluna qayıtmaq üçün avtomobilini öz istiqamətində sağa doğru çəkdikdə yolun orta hissəsində toqquşmuşlar. “Ford” markalı avtomobilinin ön sağ hissəsi ilə onların avtomobilinin ön sağ hissəsi toqquşmuşdur. Həmin zaman artıq “Ford” markalı avtomobilin onlara dəyəcəyini başa düşüb əlini üzünə tutmuşdur. Toqquşmadan başı qabaq oturacağa dəymişdir. Toqquşma nəticəsində onun sol əlinin baş barmağında və sağ ayaq barmağımda qançırlar yaranmışdır. Toqquşmadan sonra təhlükəsizlik yastıqları açılmışdır. Bundan sonra avtomobilin arxa qapıları açılmadığına görə qabaq sol qapıdan düşmüşdür. Bundan sonra digər avtomobilə kömək etmək üçün yaxınlaşdıqda sükanın arxasında təxminən 60-70 yaşlı kişi olduğunu görmüşlər. Sonradan həmin şəxsin ad və soyadının Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Həmin avtomobilin kabinəsində həmçinin 4 qadın sərnişin və bir azyaşlı uşağın olduğunu görmüşlər. Həmin şəxslərə kömək edərək onları avtomobildən çıxarmışlar. Lakin qabaq sərnişin oturacağında oturan qadını çıxarda bilməmişlər. Həmin vaxt X23 və FHN-ə məlumat vermişlər. Bir neçə dəqiqə sonra hadisə yerinə həmin təşkilatların əməkdaşları gəlmişlər. FHN əməkdaşları ön sərnişin oturacağında oturan qadını çıxartmışlar, daha sonra həmin əməkdaşlar qardaşının avtomobili tüstülədiyindən, yanma təhlükəsinin olmasını fikirləşib akkumulyatoru sistemdən ayırmışlar. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra şok vəziyyətdə sürücü yerində oturmuşdur. O, su verdikdə hətta sürücü Təqsirləndirilən şəxs şokdan suyu götürməmişdir. O, digər halsız sərnişinlərə də su vermişdir. X24ın əməkdaşları gələnə qədər ölənlərin olması barədə məlumatı olmamış, sonuncular gəldikdən sonra eşitmişdir ki, “Ford” markalı avtomobilin kabinəsində olan 2 nəfər qadın aldıqları xəsarətlərdən ölmüşdür. Digər xəsarət alanları isə X24 avtomobili ilə xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yerinə gəlmiş prokurorluq və polis əməkdaşları hadisə yerinə baxış keçirtmişlər. Zərərçəkmiş şəxs6 həmçinin ifadələrində göstərmişdir ki, hadisədən sonra sosial şəbəkəni izlədikdə bilmişlər ki, “Ford” markalı avtomobil onlardan toqquşmazdan az əvvəl, təxminən 350-400 metr öndə digər “Vaz” markalı avtomobillə də toqquşub sol yan güzgüsünü qırmışdır. Lakin, onlar həmin halı görməmişlər. Ümumiyyətlə onlar toqquşanda onlardan əvvəl və sonra hansısa digər 3-cü avtomobil yolda olmamışdır. Onun ehtimalına əsasən Təqsirləndirilən şəxs onlardan əvvəl həmin “Vaz” markalı avtomobilin yoluna çıxaraq toqquşub yoluna davam etdiyindən tez–tez narahat şəkildə arxaya çevrilib baxdığından fikri yayınmış və yenidən onların yoluna çıxmışdır. Belə ki, Təqsirləndirilən şəxs sol yan güzgüsü çox böyük ehtimal əvvəlki hadisədə qırılmışdır. Yaxud da ki, Təqsirləndirilən şəxs yaşlı olduğundan dağlıq ərazidə təzyiqi oynadığından idarəetmədən fikrini yayındırmışdır. Çünki, Təqsirləndirilən şəxs idarəetməni yuxarıda göstərdiyi formada itirməsini başqa heç nə ilə izah edə bilmir. Yəni, Təqsirləndirilən şəxs adi qaydada, diqqətli şəkildə avtomobilini idarə etsəydi, həmin qaydada onların yoluna çıxmazdı. Hadisə zamanı yolda hansısa heyvan olmamış, Təqsirləndirilən şəxs onların yoluna çıxması heç bir kənar müdaxilədən baş verməmişdir. Onun cinayət işi üzrə heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə arvadı Şahid2 ilə birlikdə özünə məxsus qara rəngli, “Vaz 21154 minik” markalı, ** CF *** qeydiyyat nişanlı avtomobillə yaşadığı Şəmkir rayonundan Gədəbəy rayonuna gedərkən saat 11 radələrində Şəmkir rayonu Çənlibel kəndi ərazisindən saat 60 km/saat sürətlə keçən zaman yolun əks hərəkət hissəsi ilə üzü Şəmkir rayonu istiqamətində hərəkətdə olan gümüşü rəngli, “Ford” markalı avtomobil nisbətən hündürdən gələrək təxminən 19-20 metr məsafədən qəfildən onun yoluna çıxmışdır. Bunu görərək o, toqquşmadan yayınmaq üçün dərhal idarə etdiyi avtomobili nisbətən sağa doğru çəkmiş, lakin həmin avtomobilin sol yan güzgüsü onun avtomobilinin sol yan güzgüsünə dəymişdir. Zərbənin təsirindən sol yan güzgünün şüşə hissəsi qırılmış, lakin plastmas hissəsi avtomobilin üzərində qalmışdır. Toqquşmadan sonra o, avtomobilini yolun sağ ehtiyat hissəsinə çəkərək saxlamışdır. Həmin zaman arvadı Şahid2 arxa oturacaqda, onun arxa hissəsində oturmuşdur. Avtomobilini ehtiyat hissədə saxlayıb düşərək, sol yan güzgüsünün zədəli vəziyyətinə baxdıqdan 2-3 dəqiqə sonra onunla toqquşan avtomobilin hərəkət etdiyi istiqamətə baxdıqda həmin avtomobilin təxminən 400- 500 metr məsafədə ağ rəngli avtomobillə toqquşduğunu görmüşdür. Toqquşma anını görməsə də avtomobillərin artıq toqquşaraq üzü Gədəbəy rayonu istiqamətində dayandığını görmüşdür. O, piyada həmin istiqamətə getmiş, təxminən 10 dəqiqəyə oraya çatmışdır. Arvadı Şölə isə avtomobildə qalmışdır. Onun həmin yerə getməkdə məqsədi “Ford” markalı avtomobilin sürücüsündən həmin formada avtomobili idarəetməsinin səbəbini soruşmaqla ona irad tutmaq olmuşdur. Hadisə yerinə çatdıqda acınacaqlı mənzərə ilə qarşılaşdığı üçün sürücüyə heç nə deməmişdir. “Ford” markalı avtomobilin sürücüsü təxminən 60 yaşlı kişi olmuş, qalan sərnişinlər isə qadın olmuş, onların arasında bir azyaşlı qız da olmuşdur. Avtomobilin sağ tərəfində yerdə, torpaqda kök və yaşlı qadın və azyaşlı qız uzanmış, həmin qadın huşsuz vəziyyətdə olmuş, azyaşlı qız isə ağlamışdır. “Ford” markalı avtomobilin ön sərnişin oturacağında isə daha bir yaşlı qadın huşsuz və başı pəncərədən çölə çıxmış vəziyyətdə olmuşdur. Sonradan adını bildiyi yaşlı sürücü Təqsirləndirilən şəxs sükanın arxasında oturub şok vəziyyətdə ətrafa baxmışdır. Avtomobilin arxa oturacağında daha iki qadın olmuş, onlardan biri cavan, digəri isə yaşlı olmuş, o, həmin yaşlı və kök olan qadını avtomobildən çıxartmış, həmin qadın xəsarət almış və huşsuz olmuşdur. Toqquşan digər “İnfiniti” markalı, ağ rəngli avtomobilin isə mühərrik hissəsindən tüstü çıxmış, həmin avtomobildən 3 nəfər cavan oğlan çıxıb qaçaraq avtomobildən kənarlaşmışlar. Onlardan birinin qolu zədələnmiş, ümumilikdə isə hər üçü sağlam olmuşlar. Artıq hadisə yerinə xeyli adam yığışmış, təxminən 10 dəqiqədən sonra ona ehtiyac olmadığını və adamların orada olanlara kömək etdiklərini görüb avtomobilinə qayıtmışdır. O, evə gələrək zədələnmiş sol yan güzgüsünü özü dəyişmiş, belə ki, evdə ehtiyyat yan güzgüləri olmuşdur. Zədəli güzgünü isə könüllü olaraq istintaqa ifadə verməklə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının ortalarında eşitmişdir ki, dayısı Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin şəraiti barədə məlumatı yoxdur. Amma məlumatı olmuşdur ki, hadisə nəticəsində dayısı Təqsirləndirilən şəxsın qohumları vəfat etmiş və xəsarət almışdır. O, dayısı Təqsirləndirilən şəxs həmin qohumlarını tanımır. Təqsirləndirilən şəxs sonucunun qəzaya uğradığı həmin “Ford Fusion” markalı ** FY *** qeydiyyat nişanlı avtomobilini o, xx.xx.2021-ci il tarixdə satmışdır. Belə ki, həmin avtomobili təxminən 10.000 manata satmışdır. O, dayısına qeyd etdiyi tarixdə sürücülük üçün etibarnamə də vermiş, razılaşmışlar ki, qohum olduqları üçün bir müddət sonra onun adına mülkiyyət üçün etibarnamə də verəcəkdir. Lakin 2021-ci ilin avqust ayında dayısı avtoqəza törətdiyindən daha ona dediyi etibarnaməni vermək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ona deməsinə görə avtomobil yararsız hala düşmüşdür. Həmin avtomobil tam olaraq dayısı Təqsirləndirilən şəxs sərəncamında, istifadəsində və sahibliyində olmuş, qəza nəticəsində maddi ziyan da dayısına dəymiş, ona heç bir ziyan dəyməmişdir. İş materiallarına əlavə edilmiş 15 avqust 2021-ci il tarixli «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokoldan, sxemdən və fotocədvəldən görünür ki, hadisə yeri Şəmkir-Gədəbəy yolunun Şəmkir rayonu, Çənlibel kəndi ərazisindən keçən 20ci kilometrliyində baş vermişdir. Həmin yolun hərəkət hissəsi düz, örtüyü asfaltbeton, yol örtüyünün vəziyyəti qurudur. Sözügedən yol örtüyünün eni 7 metr, hərəkət zolaqlarının sayı 2, hər hərəkət hissəsinin ayrı-ayrılıqda eni isə 3,5 metrdir. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını dayandırmaq üçün qırıq-qırıq xəttlər vardır. Yolun hərəkət hissəsinin sağında yerləşən ehtiyat hissəsinin eni 3,3 metr, hündürlüyü isə 0,2 metr, solunda yerləşən ehtiyat hissəsinin eni 3 metr, hündürlüyü isə 1,2 metrdir. Hər iki tərəfdəyolun ehtiyat hissəsindən sonra əkin sahələri vardır. Toqquşma yeri Şəmkir şəhəri istiqamətində yolun hərəkət hissəsinin sol kənarından mərkəzə doğru 5 metr məsafədə yerləşir. Toqquşan nəqliyyat vasitələrinin sayı 2 olmaqla hadisədən əvvəl “İnfiniti QX60” markalı avtomobil Gədəbəy rayonu istiqamətində, “Ford” markalı avtomobil isə əks, yəni Şəmkir rayonu istiqamətində hərəkətdə olmuşlar. Hadisə yerində nəqliyyat vasitələrinin istiqaməti yolun sağ çiynində toqquşma yerindən 3,6 metr məsafədə üzü Gədəbəy rayonu istiqamətində, digər “Ford” markalı avtomobil isə yolun sol hərəkət hissəsində toqquşma yerindən 2,1 metr məsafədə üzü Gədəbəy rayonu istiqamətində dayanmışlar. Hadisə yerində tormozlama izləri yoxdur, nəqliyyat vasitələrinin hərəkət istiqamətləri əlamətləri isə dağılmış su və yağ hissələridir. “Ford” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil ön, ön sağ tərəfdən və sağ arxa qapı hissədən, “İnfiniti QX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil isə ön və ön sağ tərəfdən zədələnmişdir. Hər iki avtomobildə videoqeydiyyat cihazı aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 164 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol və ya narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən digər maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş 16 avqust 2021-ci il tarixli “ internet resurslarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, internet informasiya resurslarında “instagram” adlı sosial şəbəkədə “express.xəbərlər” adlı səhifəyə baxış keçirilmişdir. Baxış keçirilməsi zamanı qeyd olunan səhifədə xx.xx.2021-ci il tarixdə “Şəmkir-Gədəbəy yolunda Ağır qəza baş verdi” başlıqlı xəbərlər yayılmaqla hadisə yerindən video formatda foto şəkillər paylaşılmış, Şahid1 isə həmin paylaşımın şərh hissəsində “rovsen_615” istifadəçi adı ilə paylaşım edən qadın jurnalistə xitabən paylaşıma həmin gün aşağıdakı məzmunda şərh yazmışdır: “xanım brinci yuxardan aşağı gəlirdlər bizdə yuxarı qalxırdıx bizim üstmüzə gəldi biraz sağ tərəfə çəkdik maşnə yenədə sol güzgyə dəydi xeylax aralı getmişdi görüki cipə dəyib yaxnlaşdıx gördüki 4 qadın bir uşax şoverydi bir qadın uşax şofer salamatydı bərkə skoru gələnə qədər keciniblər yanı bizə dəysəydi bizdə dərədən aşağı yırğalanajydıx” . İş materiallarına əlavə edilmiş 30 avqust 2021-ci il tarixli “baxış aparılması haqqında" protokoldan və fotocədvəldən görünür ki, “X28” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli avtomobil zərbəni əsasən ön tərəfdən almaqla yarasız haldadır. Belə ki, avtomobilin raması əyilmiş, kuza hissəsi deformasiyaya uğramış, sağ ön qapı yararsız haldadır, avtomobilin mühərrik örtüyü, ön alın şüşəsi tam yararsız vəziyyətə düşmüşdür. Avtomobilin təhlükəsizlik yastığı açılmışdır. Avtomobilin sol hissəsində əsasən zədə aşkar olunmur, həmin hissədə qabaq sol qanad hissə cüzi deformasiyaya uğramış, həmin hissədə olan sola dönmə işığı yerindən çıxsa da, şüşə tam olmaqla qırılmamışdır. Avtomobilin sol hissəsində əsasən zədə müşaiyət olunmamasına baxmayaraq avtomobilin sol yan güzgüsünün üzərindəki qapaq hissə yerində yoxdur, həmin qapaq hissənin altındakı güzgü sol yan güzgünün şüşəsi tamdır və yerindədir. Baxış zamanı sol yan güzgünün qapaq hissəsinin altında qapağın güzgü korpusuna boltla bərkidilməsi müəyyən olundu. Həmin bolta yaxından baxdıqda bolt bərkidilmiş hissənin plastmass hissələrinin qırıqlarının boltun üzərində olması müəyyən edilir. Baxışda iştirak edən mütəxəssis- Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən avtoservisin sahibi X10 deməsinə əsasən sonuncu hal, yəni sol yan güzgüdəki qeyd olunan boltun bərkidildiyi hissənin plastmass hissələrinin qırıqlarının boltun üzərində olması sol yan güzgünün qapağının bərk cisimlə təması nəticəsində qırılaraq düşməsi dəlalət edən haldır. Avtomobilin ön təkər yarımoxları və təkərləri yerindən çıxmaqla cırılıb yararsız hala düşmüşdür. Həmçinin avtomobilin ön faraları yararsız hala düşmüşdür. İş materiallarına əlavə edilmiş 30 avqust 2021-ci il tarixli “baxış aparılması haqqında" protokoldan və fotocədvəldən görünür ki, “İnfiniti QX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil ağ rənglidir. Baxışda iştirak edən mütəxəssis- Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən avtoservisin sahibi X10 deməsinə görə avtomobil ön sağ tərəfdən zərbə almışdır. Belə ki, avtomobilin qabaq sağ təkəri, diski, amartizatoru tamamilə yararsız hala düşmüş, həmçinin avtomobilin mühərrikini saxlayan traves zədələnmişdir. Həmçinin Avtomobilin sağ qanadı, alın şüşəsi, sağ qapı və şüşəsi zədələnmiş, təhlükəsizlik yastıqları açılmışdır. Bundan başqa avtomobili qabaq buferi, sifətliyi və həmin hissədə yerləşən kondisioner radiatoru və boruları sıradan çıxmış, qabaq sağ fara da yararsız hala düşmüşdür. Avtomobilin mühərrik örtüyü, sağ karnizi və sağ dayağı zədələnmişdir. Avotmobilin arxa şüşəsi qırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X13 » X26 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 2548/K nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X13 " X26 tərəfindən təqdim edilmiş 15 avqust 2021-ci il tarixli, 32 nömrəli meyitin ekspertizasına dair rəyindən görünür ki, mərhum X4 meyitinin bədənində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində sağ gicgah nahiyəsinin, hər iki gözətrafı yumşaq toxumaların dərialtı hematoması, sağ gözün bayır qurtaracağının əzilmiş yarası, çənəaltı nahiyənin sıyrığı, sağ gicgah sümüyünün və kəllə əsasının sınığı, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sol dirsək oynağının çıxığı, sol saidin orta üçdə birinin, sol budun aşağı üçdə birinin, sol baldırın yuxarı üçdə birinin sıyrıqları, sağ diz oynağının ön səthinin əzilmiş yarası, sol baldır sümüklərinin orta üçdə birinin qapalı yerini dəyişmiş sınığı küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixli yol - nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatidirlər. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti əlamətlərinə malikdirlər. X4 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. Gilas İsgəndərovanın ölümü meyitin müayinəyə başlanmasından 4-6 saat əvvəl baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X13 " X26 tərəfindən təqdim edilmiş 15 avqust 2021-ci il tarixli, 31 nömrəli meyitin ekspertizasına dair rəyindən görünür ki, mərhum X6 meyitinin bədənində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində ənsə nahiyəsinin əzilmiş yarası, ənsə sümüyünün və kəllə əsasının sınığı, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ diz oynağı sümüklərinin yerini dəyişmiş sınıqları, hər iki diz oynağının, sağ baldırın ön səthinin əzilmiş yaraları və sağ ayaq pəncəsinin ayaqarxası səthinin qançırı küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 15 avqust 2021-ci il tarixli yol –nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatidirlər. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmyaya aid edilən bədən xəsarəti əlamətlərinə malikdirlər. X6 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. Familə Tağıyevanın ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X13 " X26 tərəfindən təqdim edilmiş 30 sentyabr 2021-ci il tarixli, N-02/S nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ alın-qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alın sümüyünün, xəlbir sümüyünün, əsas sümük qanadlarının, üz skleti sümüklərinin çoxsaylı qəlpəli yerini dəyişmiş sınıqları, baş beyinin orta dərəcədə əzilməsi, İ döş fəqərəsinin yan çıxıntısının, sağ İİ qabırğanın, sağ sirkə kasasının yerini dəyişmiş sınıqları küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X13 " X26 tərəfindən təqdim edilmiş 30 sentyabr 2021-ci il tarixli, N-03/S nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – sol bud sümüyünün orta üçdə birinin qapalı, qəlpəli yerini dəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti 15 avqust 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X13 " X26 tərəfindən təqdim edilmiş 30 sentyabr 2021-ci il tarixli, N-01/S nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ sirkə kasasının qəlpəli yerini dəyişmiş sınığı, çanağın və hər iki baldırın yuxarı üçdə birinin hematoması küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 15 avqust 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X13 " X26 tərəfindən təqdim edilmiş 15 avqust 2021-ci il tarixli, 1035 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – burun yəhərinin, sağ qabırğaaltı nahiyənin qançırları, sağ gözaltı nahiyənin dərialtı hematoması, sağ gözün ağlı qişasının tış yarısına qansızma, qarının ön divarının sıyrığı, sağ əlin V barmağının dırnaq falanqasının əzilmiş yarası və döş qəfəsinin ağrı halında əzniyi küt əşyaların təsirindən törənmişlər, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 15 avqust 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X13 " X26 tərəfindən təqdim edilmiş 15 avqust 2021-ci il tarixli, 1033 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədən səthində aşkar edilmiş xəsarətlər – sol əlin İ barmağın və sağ ayaq pəncəsinin V barmağının qançırları küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 15 avqust 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X13 " X26 tərəfindən təqdim edilmiş 15 avqust 2021-ci il tarixli, 1032 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 Həsrət oğlunun bədən səthində aşkar edilmiş xəsarətlər – sağ saidin orta üçdə birinin ön səthinin və sağ əlin V barmağının ön səthinin əzilmiş yaraları küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 15 avqust 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X13 " X26 tərəfindən təqdim edilmiş 15 avqust 2021-ci il tarixli, 1034 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin yumuşaq toxumalarının ağrılı halında əzniyi, sağ dirsək oynağının ön və arxa səthinin, sol əlin İ barmağın dırnaq falanqasının arxa səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 15 avqust 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 14 oktyabr 2021-ci il tarixli, 8 /2093-6/3794-9/6090 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vaz 21154” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobildən götürüldüyü qeyd edilən 1 ədəd sol yan güzgünün üzərində olan bir qatlı gümüşü metalik rəngli sürtünmə izləri “Ford Fusion” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak-boya örtüyü- gümüşü metalik rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Tədqiqata təqdim edilmiş “Ford Fusion” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak-boya örtüyü nümunəsinin üzərində olan bir qatlı ağ rəngli sürtünmə izləri “İnfiniti QX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak-boya örtüyü-ağ rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. “Ford Fusion” markalı ** FY *** dövlət qeydiyyat nişanlı və “İnfiniti QX60” markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində olan zədələr, izlər və onların xarakteri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, rəyin tədqiqi hissəsindəki qeydlərə əsasən “Ford Fusion” markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilin əsasən qabaq sağ və qabaq sağ yan hissəsi deformasiya olmuşdur. Avtomobilin qabaq kapotunun sağ tərəfdən təxminən 1000 mm olan hissəsi arxaya doğru deformasiya olmuşdur. Həmin sahədə soldan-sağa doğru sürtünmə izləri vardır. Kapotun sol hissəsi deformasiya olmamışdır. Mühərrikin qarşı tərəfdə olan yanmış qazı xaric edən hissə nisbətən arxaya və sağa doğru deformasiya olunmuşdur. Qabaq sağ qanad olan sahə və qabaq sağ təkər olan sahə tam deformasiya olunmuşdur. Qabaq sağ təkər avtomobilin üzərində deyildir. Qabaq sağ yanlıq deformasiya olunmuş və sağa doğru təxminən 90 dərəcə bucaq altında əyilmişdir. Qabaq sağ dayaq arxaya doğru deformasiya olunmuş və yerini arxaya doğru təxminən 150 mm dəyişmişdir. Qabaq sağ qapının qabaq hissəsi arxaya doğru deformasiya olunmuş və həmin sahədə metal hissə arxaya və sağa doğru qatlanmışdır. Qabaq sol hissədə bamperin arxasında yerləşən sahədə metal hissə arxaya və sağa doğru deformasiya olunmuşdur. Qabaq sol qanad deformasiya olunmamışdır. Avtomobilin qabaq sol yan güzgüsünün gövdəsi sınmışdır. “İnfiniti QX60” markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilin qabaq sağ və sağ yan hissəsi deformasiya olunmuşdur. Avtomobilin qabaq pamperinin gücləndirilməsinin sağ hissəsi arxaya doğru deformasiya olunmuşdur. Qabaq sağ qanad deformasiya olunmuş və yerini arxaya doğru təxminən 250 mm, sola doğru isə təxminən 200 mm dəyişmişdir. Qabaq sağ fara olan sahə deformasiya olunmuş və həmin sahə yerini arxaya doğru dəyişmişdir. Həmin sahədə metalın sağa doğru əzilməsi zədələri vardır. Radiatorun üzərində sağa doğru əzilmə izləri vardır. Qabaq sağ təkər olan sahə qabaqdan arxaya doğru və soldan sağa doğru deformasiya olunmuşdur. Qabaq sağ qapı arxaya və sola doğru deformasiya olunmuşdur. “Vaz 21154” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin üzərində hər hansı zədələr və izlər aşkar edilməmişdir. “Vaz 21154” markalı avtomobilin ekspertizaya təqdim edilmiş sol yan güzgüsünə baxış zamanı güzgünün deformasiya olunması və şüşə hissəsinin sınması müəyyən edilmişdir. Nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma “Ford Fusion” markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ (ortaya yaxın) hissəsi ilə “İnfiniti QX60” markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi arasında təxminən 30-40 dərəcə bucaq altında baş vermiş və toqquşma prosessində “İnfiniti QX 60 “ markalı avtomobilin qabaq sağ və qabaq sağ yan hissəsində olan zədələr, izlər və “Ford Fusion” markalı avtomobilin qabaq və qabaq sağ yan hissəsində olan zədələr, izlər yaranmışdır. “Ford Fusion” markalı avtomobilin sol yan güzgü hissəsi ilə “Vaz 21154” markalı avtomobilin sol yan güzgü hissəsi arasında toqquşma baş vermişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, “Ford Fusion” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyildir, “İnfiniti QX60” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 Həsrət oğlunun və “Vaz 21154 markalı avtomobilin sürücüsü Şahid1 ifadələrində göstərdikləri hadisə mexanizmi real hadisə mexanizminə uyğundur. İstintaq tərəfindən müəyyən edilən hadisə mexanizmi, yəni “Ford Fusion” markalı avtomobilin Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən qarşı sol hərəkət zolağına çıxması, “Ford Fusion” markalı avtomobilin sol yan güzgü hissəsinin qarşıdan əks istiqamətdən öz yolu ilə hərəkətdə olan “Vaz 21154” markalı avtomobilin sol yan güzgü hissəsi ilə toqquşması, həmin toqquşmadan sonra “Ford Fusion” markalı avtomobilin öz hərəkət zolağına qayıdaraq hərəkətini davam etdirməsi, bundan sonra “Ford Fusion” markalı avtomobilin yenidən qarşı sol hərəkət zolağına çıxması, qarşıdan əks istiqamətdə hərəkətdə olan “İnfiniti QX60” markalı avtomobilin toqquşmamaq üçün sola istiqamətlənməsi və bu zaman “Ford Fusion” markalı avtomobilin də sağa, yəni öz yoluna doğru istiqamətlənərək Ford Fusion markalı avotmobil ilə İnfiniti QX60 markalı markalı avtomobil arasında toqquşmanın baş verməsi real hadisə mexanizminə uyğundur. “Ford Fusion” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “İnfiniti QX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 Həsrət oğlu və “Vaz 21154” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanları olmamış və onların hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş “Vaz 21154” markalı avtomobilə aid sol yan güzgüsünün şüşəsinin quraşdırma xərcləri ilə birlikdə ümumi dəyəri 10,00 manat müəyyən edilir. Aparılmış ekspert tədqiqatı nəticəsində 2013-cü il buraxılışlı “İnfiniti QX 60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə təxminən 4320,00 manat müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiyməti 3220,00 manat, təmir işlərinin qiyməti 1100,00 manat. xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində tədqiq edilən “Ford Fusion” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı zədələnmiş avtomobil istismara tamamilə yararsız vəziyyətdə olduğundan, hərəkət hissələrinin saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı olan həmin 2006-cı il buraxılışlı “Ford Fusion” markalı , ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin 15 il istismar müddətini nəzərə alaraq, xx.xx.2021-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti ilə dəymiş maddi ziyanın məbləği təxminən 10500,00 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 13 aprel 2022-ci il tarixli, 8/495 nömrəli rəyindən görünür ki, “İnfiniti QX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma nəticəsində “Ford Fusion” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanad olan hissəsi tam deformasiyaya məruz qaldığından və avtomobilin qabaq hisəssi deformasiya olunduğundan toqquşmadan əvvəl həmin avtomobilin dananı vurmasını müəyyən etmək mümkün deyildir. “İnfiniti QX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmadan əvvəl “Ford Fusion” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin dananı vurmasını müəyyən etmək mümkün olmadığından “Ford Fusion” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ifadəsində və həmin ifadənin yerində yoxlanılması zamanı göstərdiklərinin real hadisə mexanizminə uyğun olub-olmamasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Hadisənin “Ford Fusion” markalı , ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ifadəsində və həmin ifadənin yerində yoxlanılması zamanı göstərdikləri kimi baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hərəkətlərinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə (həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə azaltmaq üçün mümkün olan təbirləri görməlidir) uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisənin “Ford Fusion” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ifadəsində və həmin ifadənin yerində yoxlanılması zamanı göstərdikləri kimi baş verməsi şəraitində “İnfinitiQX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 Həsrət oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş materiallarına əlavə edilmiş 21 aprel 2022-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 12 may 2022-ci il tarixli "CD formatlı diskə baxış keçirilməsi barədə" protokoldan görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb edən zaman kəsiyində, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ərəfəsində, saat 11 radələrində Şahid1 adına olan və istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2021-ci il tarixdə saat 09:20-də Şəmkir şəhəri, Elşən Allahverdiyev küçəsində quraşdırılmış antenanın əhatə dairəsində olmuş, həmin gün saat 11:10-dan saat 11:50dək qeyd olunan mobil telefon nömrəsi Şəmkir rayonu, Çənlibel kəndində quraşdırılmış antenasının əhatə dairəsində olmuş, həmin gün saat 11:51-dən etibarən isə Gədəbəy rayonu, Slavyanka kəndində quraşdırılmış antenanın əhatə dairəsində olmuş, həmin saatdan sonra isə istintaq üçün əhəmiyyət kəsb etməyən antenanın əhatə dairələrinə olmuşdur. Azercell mobil operatoruna məxsus CD formatlı diskə baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 13:57-ədək danışıq və yazışma aparılmayaraq həmin nömrə heç bir antenın əhatə dairəsinə düşməmiş, saat 13:57-də isə Şəmkir rayonu Çənlibel kəndində quraşdırılmış anten dairəsindən danışıq aparılmış, həmin gün saat 14:12-dən sonra isə Şəmkir rayonunda quraşdırılmış digər müxtəlif antenaların əhatə dairələrində olmuşdur. Azercell mobil operatoruna məxsus CD formatlı diskə baxış zamanı həmçinin müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 11:44-dən saat 13:20-ədək Şəmkir rayonu, Çənlibel kəndi ərazisində danışıq aparılmaqla həmin kəndə quraşdırılmış antenanın əhatə dairəsində olmuşdur. Azercell mobil operatoruna məxsus CD formatlı diskə baxış zamanı o da, müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs4 Həsrət oğlunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2021-ci il tarixdə saat 11:49-dan 12:37-ədək Şəmkir rayonu, Çənlibel kəndində quraşdırılmış antenanın əhatə dairəsində qeydiyyatda düşmüş, digər vaxtlarda isə istintaq üçün əhəmiyyət kəsb etməyən müxtəlif digər antenaların əhatə dairəsində olmuşdur. Azercell mobil operatoruna məxsus CD formatlı diskə baxış zamanı eyni zamanda müəyyən olunmuşdur ki, Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 19:27-dək heç bir danışıq və yazışma aparılmayaraq hansısa antenanın əhatə dairəsinə düşməmiş, həmin gün saat 19:27-dən saat 19:43-dək isə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində quraşdırılmış antenanın əhatə dairəsində olmaqla gün ərzində cəmi 2 telefon danışığı aparılmışdır. Bakcell mobil operatoruna məxsus CD diskə baxış keçirən zaman isə Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 2021-ci ilin avqust ayı ərzində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək Şəmkir şəhərində quraşdırılmış danışıq və yazışma aparılması müəyyən olunmuş, digər tarixlərdə isə həmin nömrə ilə heç bir danışıq aparılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X2 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji qeydiyyatda olmamışdır. İş materiallarına əlavə edilmiş notarial qaydada verilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 Həsrət oğlu və Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mingəçevir şəhəri Mənzil təsərrüfatı və Abadlaşdırma İdarəsi 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı 1954-cü il təvəllüdlü X11, qızı 1988-ci il təvəllüdlü X14 və oğlu 1986-cı il təvəllüdlü X17 ilə birlikdə ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisləri X8 və X1 təqdim etdikləri xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, cinayət işi üzrə heç bir şikayətləri, iddiaları və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqdim etdikləri xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, cinayət işi üzrə heç bir şikayətləri, iddiaları və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində hadisədən əvvəl yoluna bir baş dananın çıxaraq avtomobilinə çırpılması, bundan sonra idarəetməni itirərək hadisənin baş verdiyini göstərmişdir. Lakin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 14 oktyabr 2021-ci il tarixli rəydən müəyyən olunmuşdur ki, “Ford Fusion” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa iş materiallarında olan 13 aprel 2022-ci il tarixli yol-nəqliyyat hadisələrinin ekspertizasına dair rəydən müəyyən olunmuşdur ki, “İnfiniti QX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma nəticəsində “Ford Fusion” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanad olan hissəsi tam deformasiyaya məruz qaldığından və avtomobilin qabaq hisəssi deformasiya olunduğundan toqquşmadan əvvəl həmin avtomobilin dananı vurmasını müəyyən etmək mümkün deyildir. “İnfiniti QX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmadan əvvəl “Ford Fusion” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin dananı vurmasını müəyyən etmək mümkün olmadığından “Ford Fusion” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ifadəsində və həmin ifadənin yerində yoxlanılması zamanı göstərdiklərinin real hadisə mexanizminə uyğun olub-olmamasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Hadisənin “Ford Fusion” markalı , ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ifadəsində və həmin ifadənin yerində yoxlanılması zamanı göstərdikləri kimi baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunununa uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Həsrət oğlunun, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Şahid1 və Şahid2 ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsində özünü qismən təqsirli bilməklə göstərdiyi xüsusatların işin faktiki hallarına uyğun olmadığı, məsuliyyətini yüngülləşdirməyə xidmət etdiyi müəyyən olunmuşdur. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində əvvəlcə qarşı istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi “VAZ 21154 minik” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan güzgüsünə idarə etdiyi avtomobilin sol yan güzgüsü ilə toxunub həmin avtomobilə 10,00 (on) manat məbləğində maddi ziyan vurduğu, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 Həsrət oğlunun sağ saidin orta üçdə birinin ön səthinin və sağ əlin V barmağının ön səthinin əzilmiş yaraları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirildiyi, Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobilin sərnişinləri - zərərçəkmiş Zərərçəkmiş şəxs6 sol əlin İ barmağının, sağ ayaq pəncəsinin V barmağının qançırları ilə müşaiyət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətləri almasına və zərərçəkmiş Zərərçəkmiş şəxs5 döş qəfəsinin yumuşaq toxumalarının ağrılı halında əziyi, sağ dirsək oynağının ön və arxa səthinin, sol əlin İ barmağın dırnaq falanqasının arxa səthinin sıyrıqları ilə müşaiyət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətləri almasına, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs4 Həsrət oğluna məxsus “İnfiniti QX60 markalı” ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə ehtiyatsızlıqdan sonuncuya 4320,00 (dörd min üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurulması da öz əksini tapmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 13-cü bəndində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Bundan başqa həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPMin 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Şahid1 idarə etdiyi “VAZ 21154 minik” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan güzgüsünə idarə etdiyi avtomobilin sol yan güzgüsü ilə toxunub həmin avtomobilə 10,00 (on) manat məbləğində maddi ziyan vurması, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 Həsrət oğlunun sağ saidin orta üçdə birinin ön səthinin və sağ əlin V barmağının ön səthinin əzilmiş yaraları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirilməsi, Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobilin sərnişinləri - zərərçəkmiş Zərərçəkmiş şəxs6 sol əlin İ barmağının, sağ ayaq pəncəsinin V barmağının qançırları ilə müşaiyət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətləri almasına və zərərçəkmiş Zərərçəkmiş şəxs5 döş qəfəsinin yumuşaq toxumalarının ağrılı halında əziyi, sağ dirsək oynağının ön və arxa səthinin, sol əlin İ barmağın dırnaq falanqasının arxa səthinin sıyrıqları ilə müşaiyət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətləri alması, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs4 Həsrət oğluna məxsus “İnfiniti QX60 markalı” ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə ehtiyatsızlıqdan sonuncuya 4320,00 (dörd min üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurulması hissəsi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisləri və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həyatını itirmiş şəxslərdən Familə Tağıyevanın bacısı, Gilas İsgəndərovanın isə xalası olması, xəsarət alanlardan Zərərçəkmiş şəxs1 bacısı qızı, Nazilənin Xəyalənin uşağı, Ofeliyanın isə xalası olmaqla qohum olmaları, hadisə nəticəsində özünün də xəsarət alması, baş vermiş hadisədən sonra həyat yoldaşının da vəfat etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, qoca olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisləri və zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həyatını itirmiş şəxslər və xəsarət alan şəxslərlə qohumdur, hadisə nəticəsində özü də xəsarət almış, baş vermiş hadisədən sonra həyat yoldaşı da vəfat etmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə 528 (beş yüz iyirmi səkkiz ) manat məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəmkir RPŞ-nin avtomobil duracağında saxlanılan “X28” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı və “İnfiniti QX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı zədələnmiş avtomobillər və ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə aid 1 ədəd zədələnmiş sol yan güzgüsü sahiblərinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza isə real icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə 528 (beş yüz iyirmi səkkiz ) manat məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəmkir RPŞ-nin avtomobil duracağında saxlanılan “X28” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı və “İnfiniti QX60” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı zədələnmiş avtomobillər və ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə aid 1 ədəd zədələnmiş sol yan güzgüsü sahiblərinə qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-319/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-319/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver