Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-319/2025 12.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X11 və Kərimova Samirə Səbuhi qızının katibliyi, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, ədliyyə müşaviri X13 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-162/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(100)- 162/2024 nömrəli cinayət işi üzrə məhkəmə istintaqı aparıldığı dövrdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda təkrar satış məqsədilə, «Whatsapp» proqramı vasitəsi ilə tanış olduğu “Bəhmən” ləqəbli İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxsin gələcəkdə ona göndərəcəyi narkotik vasitələrin satışı ilə məşğul olaraq mənfəət əldə etmək barədə sonuncu ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra 19 iyul 2024-cü il tarixdə saat 11:00 radələrində Daşkəsən rayonu, Daşkəsən-Xoşbulaq kənd avtomobil yolunun 1-ci kilometrliyində, yolun sol kənarında yerləşən, yerə basdırılmış, üzərində “kənar şəxslərin girişi qadağandır” sözləri yazılımış dirəyin yanına “Bəhmən” ləqəbli X9 vətəndaşı olması ehtimal olunan şəxs tərəfindən istintaqa məlum olmayan şəxsin vasitəsilə yerləşdirdiyi, üzərində “jadel” sözləri yazılmış ağ və qırmızı rəngli, yan və ön tərəflərində səs ucaldıcılar təsviri olan qutu içərisində şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 9,30 qram xeyli miqdarda olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd “sobranıe” adlı siqaret qutusunda təmiz çəkisi 158,172 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qəsdən əldə edərək qanunsuz olaraq üzərində saxlayıb, 19 iyul 2024-cü il tarixdə saat 18:00 radələrində Şahid10 idarə etdiyi “Chevrolet Cruz” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərinə qayıdan zaman Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayonu, Daşkəsən-Xoşbulaq kənd avtomobil yolunun 1-ci kilometrliyində narkotik vasitə əldə edərək saxlamasında şübhəli olduğu üçün “saxla” əmri verilsə də, yaxalanmamaq üçün həmin yerdən uzaqlaşarkən üzərində “jadel” sözləri yazılmış içərisində qeyd edilən narkotik vasitələr olan qutunu hərəkətdə olan avtomobilin pəncərəsindən kənara atmış, keçirilmiş tədbirlərin nəticəsi olaraq rayon polis şöbəsinin əməkdaşları tərəfindən süni tıxac yaradılmaqla Şahid10 idarə etdiyi “Chevrolet Cruz” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşən Daşkəsən rayonu Bayan kənd Mikayıl Mustafayev adına tam orta məktəbin qarşısında məcburi qaydada saxlanılsa da, o avtomobildən çıxaraq oradan uzaqlaşmış, həmin gün saat 22:25 dəqiqədə gizləndiyi ağaclıq sahədən çıxıb polisə təslim olduqdan sonra rayon polis şöbəsinə gətirilmiş, 20 iyul 2024-cü il tarixdə saat 07:30 dəqiqədə hadisə yerinə baxış keçirilərkən Daşkəsən rayonu, Daşkəsən- Xoşbulaq kənd avtomobil yolunun 1-ci kilometrliyində, yolun sol kənarına atdığı üzərində “jadel” sözləri yazılmış ağ və qırmızı rəngli, yan və ön tərəflərinə səs ucaldıcılar təsviri olan qutu, şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 9,30 qram xeyli miqdarda olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd “sobranıe” adlı siqaret qutusunda təmiz çəkisi 158,172 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Hüseyn, özü və yanındakı xanımla birlikdə 80 manat pul müqabilində İranlı Bəhmən adlı şəxsdən aldığı və ona göndərilmiş konumla 1 qram metamfetamin götürmək üçün Hüseynin maşını ilə Daşkəsən rayonuna getmişlər. Narkotik vasitə Daşkəsən rayonunun “kruq” adlanan yerində olmuşdur. Həmin əraziyə yaxınlaşmışlar. Metamfetamin isə qutunun içərisində olmuşdur. Qutunu açmış içərisinə baxdıqda 1 ədəd bükümdə narkotik vasitə olduğunu görüb götürərək maşına minmişdir. Təxminən 5 dəqiqə yol getdikdən sonra Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları onları saxlamış, polisdən qaçmağa çalışarkən yolda hətta adam da vurmuşlar. Daha sonra yük avtomobili ilə qarşılaşmış maşın bordürə dəyib dayadıqdan sonra tez maşından düşüb qaçaraq özünü orada olan çaya atmış, Hüseynlə yanlarında olan Məsumə adlı xanımı isə polis əməkdaşları saxlayıb şöbəyə aparmışlar. Axşam isə özü çaydan çıxıb polis əməkdaşlarına təslim olmuşdur. Polis şöbəsinə aparıldığı gecənin səhərisi günü baxış həyata keçirilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, tutulduğu gün gecə şöbədə qalmış, səhəri gün üzərinə şəxsi axtarış keçirilmişdir. Şöbədə olarkən polis əməkdaşları narkotik vasitənin ona məxsus olub-olmamasını soruşduqda narkotik vasitənin onun olmadığını demiş, hətta imza belə çəkməmişdir. Bəhmənlə “Whatsapp” sosial şəbəkəsində danışıqları olmuş, narkotik vasitəni almaq üçün Bəhmənin kartına 80 manat məbləğində pul göndərmişdir. Polis əməkdaşlarına narkotik vasitənin onun olmadığını deyib imza çəkməmişdir. Yanında olan Hüseynlə Məsumə adlı şəxslər tanışları olmuş, Hüseynlə Məsuməyə çay içməyə gedəcəklərini demişdir. Maşını sürən isə Hüseyn olmuşdur. Hüseynə hansı ünvana gedəcəklərini və gedəcəyi ünvanı telefondan baxıb demişdir. Mənsumə onunla tanışı kimi getmişdir. Onun narkotik vasitə istifadəçisi olmasını bilmir. Hüseyn narkotik vasitə istifadəçisi deyil. Karta 80 manat atmaqla bağlı “Whatsapp” yazışmalarını özü yazmışdır. Saxlanılan zaman üzərində sadə telefon olmuş, Məsumənin mobil telefonu ilə öz nömrəsinə “Whatsapp” sosial şəbəkəsi açmışdır. İran vətəndaşı olan Bəhmənlə Mənsumənin telefonundan “Whatsapp” sosial şəbəkəsindən yazışmışdır. Məsumə onun narkotik vasitə arxası ilə gedəcəyini bilməmişdir. Telefon onda olduğundan Məsumə yazışmaları görə bilməmişdir. Daşkəsən rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmışdır. Hüseyn ilə Məsumə Daşkəsən rayon Poliş Şöbəsində olmuşlar, ancaq onlarla orda görüşməmişdir. Hüseyn ilə Məsumə Daşkəsən rayon Poliş Şöbəsində olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və satışı ilə bağlı təxminən 2024-cü il yay aylarında ona məlumat daxil olmuşdur. Əməliyyat tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs tünd göy rəngli “Chevrolet Cruz” markalı avtomobildən hadisə yerində düşüb əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuş kütləni götürüb hadisə yerindən uzaqlaşmışlar. Hadisə yerində “saxla” əmri verilməsinə baxmayaraq, qarşıda oturan sürücü avtomobili saxlamamış, hərəkətdə olan zaman yolda vətəndaşa çırpılıb qaçmışdır. Təqsirləndirilən şəxs avtomobilin sərnişin oturacağında olmuş, həmin vaxt avtomobilin arxasından iki dəfə havaya atəş açmışdır. Yolun bir tərəfində yük avtomobili, digərində isə yol polisi olduğuna görə avtomobil keçə bilməyib maneəyə dəyib dayanmışdır. Təqsirləndirilən şəxs avtomobilin arxa pəncərəsindən çıxıb orda olan dərəyə özünü atıb aşağı qaçmış, qalan üç nəfər isə saxlanılmışdır. Soruşanda həmin şəxslər nəsə bilmədiklərini, Kənanın düşüb nəsə götürüb maşına qoyduğunu sonra isə maşından atdığını demişlər. Təqsirləndirilən şəxs təxminən saat 9 radələrində çaydan çıxaraq yol kənarında dayanmış PPX əməkdaşlarına yaxınlaşmış, saxlanılıb şöbəyə gətiirlmiş, növbəti gün hadisə yerinə baxış keçiriləndə tulladığı qutu və narkotik vasiələr aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, kütlənin yeri götürdüyü istiqamət və hadisə yerində olan digər şəxslərin verdiyi məlumata əsasən müəyyən edilmiş, onunla gələn şəxslərdən biri qadın öz tanışı, digər iki nəfər kişi isə dostları olmuşdur. Onlar Kənanın narkotik vasitə götürmək üçün Daşkəsənə getdiyini bilmədiklərini, Kənanın onlara “gedək gəzək, bir dostum var onunla görüşəcəm” dediyini bildirmişlər. Əməliyyat məlumatına əsasən narkotik vasitənin İran Respublikası vətəndaşı olması ehtimal edilən “Bəhmən” adlı şəxsdən götürüləcəyi məlum olmuş, həmin kütlə Daşkəsən rayonu Xoşbulaq istiqamətində yerləşən yanacaq doldurma məntəqəsində yük avtomobillərinin yanında aşkar olunmuşdur. Kütlə birgə keçirilən baxışda aşkar edilmiş, şahidlər kütlənin onların yanında götürüldüyünü demiş, lakin Kənan özü kütlənin ona aid olmadığını bildirmişdir. Şəxslərə heç bir fiziki təzyiq göstərməmiş, şəxs özünü dərəyə atdıqdan sonra getmiş, ərazi sıxlıq ağaclıq sahə olduğuna görə tapılmamış, axşam tutulmuşdur. Şübhəli şəxs qaçarkən onun arxasından havaya xəbərdarlıq atəşi açılmış, sonuncu yəqin ki, güllələnəcəyindən qorxub qaçmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Daşkəsən rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və satması ilə bağlı məlumat daxil olmuş, əməliyyat-axtarış tədbirləri keçirilən zaman yanacaq doldurma məntəqəsinin yanında şübhəli şəxslər hadisə yerindən qaçmışlar. Bayan kəndi ərazisində Təqsirləndirilən şəxs avtomobildən düşüb qaçmış, digər üç şəxs isə saxlanılmışdır. Təqsirləndirilən şəxs sonra dərədən çıxıb yol kənarında dayanan polis əməkdaşına yaxınlaşmış, saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daşkəsən RPŞ-nin polis əməkdaşları X7 və Şahid5 və Şahid2 Elburus oğlu da eyniməzmunlu ifadə verərək göstərmişlər ki, keçirilən əməliyyat axtarış tədbirində iştirak etmiş, Təqsirləndirilən şəxs olduğu avtomobil saxlanılmadığı üçün təqib edilmiş, sonradan isə Kənan avtomobildən düşüb dərəyə qaçmış axşamüstü isə özü çaydan çıxıb təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Arzu Əsgərovla xidmətdə olarkən, Təqsirləndirilən şəxsla bağlı əməliyyat aparatına məlumat daxil olmuş, Post Patrul Xidməti əməkdaşları olduğu üçün həmin əməliyyata özləri də cəlb olunmuşdur. Əməliyyat zamanı Xoşbulaq adlanan əraziyə “Chevrolet” markalı avtomobil yaxınlaşmış, həmin ərazidə kiçik budka kimi yer olmuş, “Chevrolet” markalı avtomobil həmin budkaya yaxınlaşıb paket götürmüş, paketi götürəndə avtomobilə yaxınlaşsalar da şəxslər maşına oturub qaçmışdır. Xidməti avtomobillə arxaları ilə getmiş, onların arxası ilə gedərkən Bayan adlı ərazidə həmin Chevrolet markalı avtomobil yük avtomobili ilə toqquşmuşdur. Kənan maşında ön sərnişin oturacağında əyləşmiş, maşından düşərək qaçmışdır. Avtomobilə yaxınlaşanda xanım və sürücü olmuş, həmin şəxsləri saxlayıb polis bölməsinə aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs paketi götürəndə onu görmüşdür. “Chevrolet” markalı avtomobil həmin budkaya yaxınlaşmış, Kənan maşından düşüb nəsə götürmüş, özləri yaxınlaşanda isə şəxslər maşına oturub qaçmışlar. Şəxsin paketi hara və necə atmasını görə bilməmişdir. Bir neçə saat sonra Kənanı saxlayıb polis bölməsinə gətirmişlər. Kənana qarşı hər hansı zorakılıq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, Şahid7la xidmətdə olarkən, Təqsirləndirilən şəxsla bağlı əməliyyat aparatına məlumat daxil olmuş, əməliyyata cəlb edilib əraziyə gedərkən Xoşbulaq adlanan əraziyə gedən yolda “Chevrolet” markalı avtomobil yaxınlaşmış, maşından düşən 1 nəfər budkanın yaxınlığından nəsə götürüb maşına minmiş, onlar yaxınlaşanda isə avtomobilə oturub qaçmışlar. Özləri və CAB-nin rəisi xidməti avtomobillə arxaları ilə getmiş, yol kəsişməsində dəmir yolu keçdi “priyezd” adlanan ərazidə Chevrolet markalı avtomobil yük avtomobili ilə toqquşmuş, avtomobildən bir nəfər düşərək qaçmış, digər 3 nəfər şəxs isə maşında saxlanaraq polis şöbəsinə təhvil verilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, 3 nəfər şəxsi saxlayaraq aidiyyatı üzrə Daşkəsən rayon polis şöbəsinə təhvil verib geri qayıtmış, digər şəxsin axtarışı ilə məşğul olmuşlar. Axtarışda iştirak etsə də Kənan tapılmamış, sonradan bildiyi qədərilə özü yolun kənarına çıxmış, ordan da polis əməkdaşları onu görüb polis şöbəsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X6 göstərdi ki, hadisə günü Kənanla birlikdə Kənangildə olmuş, birdən Kənanın telefonuna kimdənsə zəng gəlmiş, Kənan zəng edən şəxslə mübahisə etməyə başlamış, söhbətin tam olaraq nə olduğunu bilməmiş amma ortada 80 manat söhbəti getmişdir. Kənan ona birlikdə Daşkəsən rayonunun Xoşbulaq kəndinə gedib gəzmək istədiyini demiş, o da razılaşmışdır. Kənanla özü, başqa bir nəfər sürücü Hüseyn və digər adını unutduğu şəxslə birlikdə Daşkəsən rayonu Xoşbulaq kəndinə qalxmışlar. Həmin uşaqların heç birini tanımamışdır. Daşkəsən rayonununa çatanda Kənan yolda maşından düşüb yerdən nəsə götürmüş, nə olduğunu bilməmişdir. Kənan yerdən karopkanı götürüb təkrar maşına əyləşmiş, Kənanla ikisi arxada yan-yana oturmuşlar. Kənan maşına oturanda karopkanı açmış, açanda içərisində narkotik vasitə olduğunu görmüşdür. Qarşıda polis əməkdaşları olmuşdur. Kənan onları görüb “bizi zibilə saldılar” demiş, karopkanı pəncərədən yerə atmışdır. Sonra Kənan maşından düşüb qaçaraq uzaqlaşmış, özləri isə maşında qalmışlar, polis əməkdaşları onları saxlayıb şöbəyə gətirmiş, sonra isə buraxmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, narkotik vasitənin təxminən çəkisi və miqdarınınn nə qədər olduğunu bilmir. Yol boyu Kənanın digər şəxslə yazışmalarını görməmişdir. Çünki Kənan mesajları yazıb silmişdir. Həmin müddətdə özü də narkotik vasitə istifadə etmiş, lakin Daşkəsənə narkotik vasitəsi arxası ilə getmələrindən xəbəri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdikləri ifadələri, eləcə də ifadələrinə əlavələr olan DVD disklər elan edilərək tədqiq edilmiş Şahid10 və Şahid11 da eyniməzmunlu ifadə vermiş, Daşkəsən rayonuna narkotik vasitə axası ilə getmələrindən xəbərsiz olduqlarını, Kənanın maşından düşüb qayıtdıqdan sonra avtomobili sürmələrinə təkid etdiklərini, buna görə də hadisə yerindən uzaqlaşıb sonradan yolda qəza olduğu üçün dayandıqlarını və Kənanın maşından düşüb qaçdığını bildirmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq Daşkəsən rayonu ərazisində narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi haqqında qərardan və eyni tarixli əməliyyat qrupunun yaradılması haqqında 3-13-72/Ə114/2024 saylı əmrdən görünür ki, daxil olmuş əməliyyat məlumatının yoxlanması, şəxsin ifşa edilməsi üçün təxirsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Məmmədov X4 Cruze markalı avtomobillə Gəncə şəhəri istiqamətində olan vaxt saat 19:10 radələrində Bayan kəndi ərazisində Gəncə-Daşkəsən avtomobil yolunun 24-cü km-də avtomobil saxlanılan vaxt maşından düşərək çay qırağına qaçmış, avtomobildəki digər şəxslər isə saxlanılıb Daşkəsən RPŞ-yə gətirilmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etmək üçün gəldiyi Chevralet Cruze markalı 99UC937 qeydiyyat nömrə nişanlı avtomobillə saat 19 radələrində Daşkəsən Xoşbulaq avtomobil yolunun 1-ci kilometrliyində yolun kənarındakı boşluq sahədən 1 ədəd bağlamada narkotik vasitə əldə etdikdən sonra gəldiyi avtomobillə ərazidən uzaqlaşmış, əldə etdiyi narkotik vasitəni avtomobildən kənar atmış, rayon polis şöbəsi əməkdaşları tərəfindən saxlanılmaları üçün süni tıxac yaradılsa da avtomobil həmin tıxacdan yayınmış, həmin vaxt tabel silahı tətbiq edilərək 2 dəfə havaya atəş açılmasına baxmayaraq hərərkətinə davam edən nəqliyyat vasitəsi Bayan kəndi ərazisində yol kənarındakı beton arakəsmə və işıq dirəyinə dəyib məcburi dayanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, baxış zamanı avtomobilin şüşələrinin sınmış, detallarının əzik olması müəyyən edilmiş, baxış zamanı avtomobilin salonu və baqaj hissəsində hər hansı qanunsuz əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il saat 22:25-də Bayan kəndi ərazisində saxlanılıb Daşkəsən RPŞ-yə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” 03 oktyabr 2024-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Daşkəsən rayon polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs əynində qara rəngli şalvar, ağ rəngli düyməli uzunqol köynək və qara rəngli ayaqqabı olması, şəxsi axtarış zamanı hər hansı qanunsuz əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” 20 iyul 2024-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Daşkəsən- Xoşbulaq avtomobil yolunun 1-ci km-də, yolun son kənarında, giriş qadağandır” sözləri yazılmış dirəyin yaxınlığından 1 ədəd kağız qutu, 1 ədəd şəffaf rəngli sellofan paket içərisində 10 qram çəkidə narkotik vasitə marixuana, 1 ədəd üzərində “Sobranie” sözləri yazılmış siqaret qutusu içərisində narkotik vasitə olan 167 qram çəkidə heroin aşkar edilərək götürülərək qablaşdırılmış və rayon polis şöbəsinin 68 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 16/797 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1(bir) ədəd “sobranie” adlı siqaret qutusunda təmiz çəkisi 158,172 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd kağız qutudakı şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 9.30 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Heroinin təmiz çəkisi-158.172 qr tədqiqata sərf edildi-0.1 qr qalıq-158.072 qr. Marixuananın təmiz çəkisi-9.30 qr, tədqiqata sərf edildi – 0.02 qr, qalıq 9.28 qr. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, “Samsung J36” markalı android işçi sisteminə malik mobil telefona «Qalereya» bölməsində narkotik vasitələrin qoyulduğu ərazinin foto şəkilləri aşkar olunub çap olunaraq götürüldü. Bundan sonra mobil telefonun «Wathsapp busines» proqramında ad qeyd olunmamış +98 ********** saylı nömrə ilə yazışmalarda şəxsin istifsadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 20 iyul 2024-cü il tarixdə saat 00:46 dəqiqədən həmin gün saat 11:51 dəqiqəyədək 6 mesaj, 1 ədəd “Google” proqramı ilə göndərilmiş məkan və 1 ədəd fotoşəkil göndərilmişdir. Mesaj mətnlərini ikisi +98 ********** saylı mobil nömrə altında istifadə edilən “whatsapp busines” proqramının sahibi tərəfindən silinmiş digər mesaj mətnlərində isə ardıcıl olaraq “Gotordon gaga”, “Gotordon gaga”, “ Orda tima choxdo sat gondar”, “ Gaga ma atim oboyda tima virmisham javab virmisan” məzmunlu yazışmalar olmuşdur. Göndərilmiş fotoşəkildə isə “Giriş qadağandır və kənar şəxlər tərəfində istismarı qadağandır” sözləri əks olunmuş dirək, həmin dirəyin sol tərəfində yerdə ətrafı yaşıl rəng ilə dairəyə alınmış qırmızı rəngli qutu və dirəyin arxasında isə göy rəngli məntəqə “budka” görünür. Foto şəklin çəkildiyi yerə baxdıqda həmin foto şəklin dağlıq ərazidə çəkildiyi və yaxınlıqdan yol keçdiyi görünür. X5 baxış keçirilən “Samsung J36” markalı mobil telefonun özünə məxsus olduğunu, həmin mobil telefon iki simkartlı telefon olduğu üçün qeyri rəsmi olaraq birlikdə yaşadığı Təqsirləndirilən şəxs android işçi sisteminə malik mobil telefonu olmadığından Kənan istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə ona məxsus mobil telefonda «Wathsapp busines» proqramında qeydiyyatdan keçərək +98 ********** saylı nömrə ilə yazışmış və danışdığını göstərmişdir İş materiallarında olan və məhkəmədə araşdırılan “CD diskə baxış keçirilməsi haqqında” 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 01 iyul 2024-cü il tarixdən 19 iyuı 2024-cü il tarixədək olan müddət ərzindəki aparılmış danışıq və mesajlarda iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekspertizasının 01 oktyabr 2024-cü il tarixli, 1643 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Qazax rayon məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə cəza müddə başa çatmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 1(043)-137/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(043)-35/2022 saylı qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-414/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-162/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona 5 (beş) il 6(altı) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 (üç) ay 28 gün çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 2 (iki) ay 2 (iki) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan 19 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi - 9,28 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təmiz çəkisi - 158,072 qram narkotik vasitə olan heroin, X2 götürülmüş android işçi sisteminə malik olan “Samsung J36” markalı mobil telefon Daşkəsən RPŞ-də saxlanılmış, mesaj mətnləri foto-şəkilləri, video mətnlərinin köçürüldüyü 1 ədəd CD disk, şəxslərin dindirilməsi və şəxsi axtarışa dair görüntülər olan 4 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işinə əlavə edilmiş, cinayət işi materiallarından əldə edilmiş narkotik vasitənin mənbəyi ilə bağlı digər cinayət işi ayrıca icaata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman bədən xəsarətləri almasına dair Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanası və Ombudsman Aparatından daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində toplanmış 1857c-24 saylı material üzrə Təqsirləndirilən şəxs polis təslim olduqdan sonra fiziki zorakılığa məruz qalması barədə göstərdikləri təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda istinad edilən xx.xx.2024-cü il tarixli, 178 №li məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sağ bazunun və sağ dizin əziyi bərk küt əşyanın (alətlərin) təsirindən törənmiş, törənmə müddəti tibbi sənəddə göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğundur. Sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. Həmin xəsarətlərin hündürlükdən yıxılma nəticəsində əmələ gəlmələri istisna edilmir. İş materallarında olan və məhkəmədə araşdırılan Gəncə ŞİHB-in 3 №li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xx.xx.2024-cü il tarixli, 2638 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Fərhad Əliyev küçəsi ev 10, mənzil 57-də qeydiyyatda olmaqla yaşamış və müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Daşkəsən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(030)-10/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki Təqsirləndirilən şəxs İİİ qrup əlil kimi sosial müavinət alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs az miqdar narkotik vasitə arxası ilə Daşkəsən rayonuna gəlməsi, ona göndərilən digər narkotik vasitələrdən məlumatsız olması, polis əməkdaşları tərəfindən təslim olduqdan sonra fiziki zorakılığa məruz qalması, ilkin ifadələrində buna görə guya göndərilən bütün narkotik vasitələrin ona məxsus olması ilə bağlı ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaqın ilkin mərhələsində tam etirafedici məhkəmə istintaqı zamanı isə qismən tam etirafedici ifadələri, iş üzrə dindirilmiş şahid ifadələri audio-vido yazılar, baxış keçirilməsi haqqında protokol və əlavəsi olan fotocədvəl, telefonlara baxış keçirilməsi haqqında protokol, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin göstərdikləri digər sübutlarla təsdiqini tapmadığından, məhkəmə həmin halları təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzanı yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs öz nömrəsi ilə qeydiyyatdan keçdiyi watsappda “Bəhmən” adlı şəxsiyyəti müəyyən edilməyən şəxslə yazışmalar qarşı tərəfdən silinsə də göndərilmiş məkan göstəricisi və fotoşəkil işin faktiki halları ilə müqayisə edildikdə Təqsirləndirilən şəxs həqiqətən ona göndərilmiş narkotik vasitə arxası ilə Daşkəsən rayonuna gəlib həmin qutunu götürməsi, sonradan isə polis tərəfindən ifşa edildiyini görərək sübutları məhv etmək üçün maşının pəncərəsindən atması işin mübahisəsiz halıdır və həmin hal digər sübutlarla da təsdiq edilmişdir. Məhkəmə, tədqiq edilmiş watsapp yazışmalarında yəni qarşı tərəfin narkotik vasitənin götürülməsi ilə bağlı sualların isə xx.xx.2024-cü ildə özü təslim olub gəldikdən sonra yazılmasına münasibətdə isə qeyd edir ki, həmin mesajlar işin mahiyyətinə şəxsin təqsirliliyi ilə bağlı hissədə hər hansı təsir göstərmir və ancaq göndərilmiş narkotik vasitələrin əldə edilib-edilməməsi ilə bağlı onu göndərən (yerləşdirən) şəxsin “narahatlığını” göstərir. Təqsirləndirilən şəxs göstərdiyi xx.xx.2024-cü ildə təslim olduqdan sonra Daşkəsən RPŞ-nin polisləri tərəfindən fiziki zorakılığa məruz qalmasını isə ekspertiza rəyində xəsarətlərin yaranma mexanizmi hər hansı şübhə yaratmadığından, xəsarətlərin polisdən qaçarkən hündürlükdən yıxılma, yaxud bərk səthlərlə toqquşma, eləcə də hadisə vaxtı olduğu avtonəqliyyat vasitəsinin maneə dəyməsi nəticəsində yaranması ehtimalı daha inandırıcı olduğundan qəbul etmir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadələrini iş üzrə digər obyektiv sübutlar, xüsusilə də istintaq hərəkətlərinin aparıldığı videoçəkilişlərlə müqayisə etdikdə məhkəmə hesab edir ki, zorakılıqla bağlı hissədə olan zahiri görünüşü digər sübutlara nisbətdə (tərəflərin ifadələrinə) daha üstün və kənar müşahidəçinin nəzərində daha obyektiv və aşkardır. Şəxsin əməlinin tövsifi məsələni gəldikdə isə məhkəmə qeyd edir ki, barəsində eyni məhkəmədə eyni xarakterli cinayət işi olmasına baxmayaraq Təqsirləndirilən şəxs cəza təhdidi altında qadağan edilməsinə baxmayaraq yenidən təkrar olaraq eyni xarakterli cinayət əməlinin törətməsi yəni satış məqsədilə qanunsuz olaraq 2 növ narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanıdığı və qabaqcadan əlbir olduğu şəxsdən göndərilmiş məkan göstəricisi əsasında əldə etməsi Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahıya əsasən heroin və marixuana narkotik vasitə hesab olunur, marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram, heroin 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə marixuana üçün 500, heroin üçün 2 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 №li qərarına əsasən tarixli qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işinin məhkəmədə tədqiq edilmiş faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin külli miqdarda, şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, şəxsin öz “mənfi təcrübəsi”nə və digər cinayət işi ilə bağlı gözlənilən ağır cəza məsələsini “gözə alaraq” narkotik vasitələri satış (kuryerlik edərək qazanc əldə etmə) məqsədilə əldə etməsi qənaətinə gəlir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.41, 234.4.2 və 234.4.3-cü maddəsinə əsasən qanunsuz olaraq təkrar satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə, beş ildən on iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs İİİ qrup əlilliyinin olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İşin məhkəmə baxışı zamanı həqiqətən Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə olduğu maşın saxlanıldıqdan sonra ağaclıq sahə dərəyə qaçsa da sonradan könüllü olaraq dərədən çıxıb polis əməkdaşlarına təslim olması müəyyən edilmişdir ki, məhkəmə həmin halı da təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alma kimi cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirir. Nəzərdən qaçırılmamalıdır ki, şəxsin könüllü gəlməsi ibtidai araşdırma orqanı tərəfindən də qəbul edilərək şəxsə verilmiş itttihamda xüsusi olaraq qeyd edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı madəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini müzakirə edərək hesab edir ki, hər iki təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması ilə mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki əməllərindən nəticə çıxartmayaraq təkrar eyni xarakterli əməl törətməsini, eləcə də narkotik vasitənin növü və çəkisini nzəərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş orta hədd cəza təyinini ədalətli sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Azəbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli saxlanıldığı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əlilliyi ilə bağlı narkomaniyadan məcburi müalicə təyin edilə bilməməsini və narkoloji dispanserdə qeydiyyata alınmasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Daşkəsən RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,28 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, və qalıq çəkisi 158,072 qram narkotik vasitə olan heroin məhv edilməli, mesaj mətnləri foto-şəkilləri, video mətnlərinin köçürüldüyü 1 ədəd CD disk, şəxslərin dindirilməsi və şəxsi axtarışa dair görüntülər olan 6 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk olmaqla ümumilikdə 8 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, “Samsung J36” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra X3 qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat (altmış dörd manat səksən qəpik) Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 5 (beş) il 6 altı) ay azadlıqdan məhrrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən əvvəlki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) ay 28 gün hazırk iş üzrə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay 2 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlilliyi ilə bağlı narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilməməsi nəzərə alınsın, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Daşkəsən RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,28 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, və qalıq çəkisi 158,072 qram narkotik vasitə olan heroin məhv edilsin, mesaj mətnləri foto-şəkilləri, video mətnlərinin köçürüldüyü 1 ədəd CD disk, şəxslərin dindirilməsi və şəxsi axtarışa dair görüntülər olan 6 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk olmaqla, ümumilikdə 8 ədəd disk cinayət işi materiallarında saxlanılsın, “Samsung J36” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra X3 qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat (altmış dörd manat səksən qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-319/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-319/2025
12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver