Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-32/2021 20.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, 17 may 1981-ci il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu, Sarıcalı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 236.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 236.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, satış məqsədi olmadan 2020-ci ilin fevral ayınınm əvvəllərində yaşadığı tərtər rayonu Sarıcalı kəndinin mərkəz yolunun kənarından taparaq «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd kağız bükümdə təmiz çəkisi 0,201 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib Tərtər rayonu Sarıcalı kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 14 fevral 2020-ci il tarixə keçən gecə saat 01 radələrində özünə məxsus ***-***-**-** mobil nömrədən həmkəndlisi və tanışı X3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 00:09, 00:23 və 00:32 də zəng edərək ona birlikdə narkotik vasitə qəbul etməyi təklif edərək onu narkotik vasitə qəbul etməyə təhrik edərək yaşadığı evə dəvət etmiş, zənglərdən sonra onun Tərtər rayonu Sarıcalı kəndində yerləşən fərdi yaşayış evinə gələn X3 evin qonaq otağında öz qoluna inyeksiya etməklə dozadan artıq heroin qəbul etməsinə şərait yaratmış, nəticədə ehtiyatsızlıqdan dozadan artıq narkotik vasitə qəbul edən Nurlan Muradlının 14 fevral 2020ci il tarixdə gecə saatlarında ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərəçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, həmin Məcəllənin 236.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir ildən artıqdır ki, narkotik vasitə olan heroindən mütəmadi olaraq istifadə etmişdir. Hadisədən təxminən 10 ay əvvəl Bakı şəhərinə gedərək orada işləmiş və 01 fevral 2020-ci il tarixdə Tərtər rayonuna qayıtmışdır. Evə qayıdandan sonra da mütəmadi olaraq narkotik vasitə olan heroindən istifadə etmiş, 1 çet heroini isə hadisədən qabaq tapmışdır. 13 fevral 2020-ci il tarixdə Nurlanla kəndin çıxacağında görüşmüş və Nurlan axşam zəngləşib onlara qonaq gələcəyini demiş, o da razılaşmışdır. Axşam saat 23 radələrində Nurlan onlara gəlmiş və qonaq otağında birlikdə heroindən pensilin şüşəsində qızdırdıqdan sonra istifadə etmişlər. Sonra Nurlan gec olduğundan qalmaq istədiyini demiş və qonaq otağında yatmış, o isə bacısıgilin yanına keçərək orada yatmışdır. Səhər saat 07 radələrində axşamdan hazır şəkildə qalan narkotik vasitə olan heroini yatdığı otaqda özünə vuraraq qəbul etmiş və bir qədər bayırda gəzib geri qayıdanda Nurlanın oyaq olub-olmamasını öyrənmək üçün qonaq otağına girmişdir. Otağa daxil olanda Nurlanın ağzından köpük gəldiyini və onun tərpənmədiyini görmüş, sonuncunu tərpətsə də, o oyanmamış və narkotikin dozasını yaşadığını düşünərək bayıra çıxıb bir qədər gözləmiş, sonra yenidən qayıdıb Nurlanın üzünə sillə vuraraq onu oyatmağa çalışmışdır. Lakin Nuralan oyanmamış və çağırdığı təcili tibbi yardım gələndə Nurlanın öldüyünü bildirib polisə zəng etmişlər. O, polislərin gələcəyini bildikdən sonra bacısını oyadaraq bibisi Rəfiqənin evinə getməsini demiş, polis əməkdaşları da gələrək onun iştirakı ilə evə baxış keçirtmiş və qonaq otağında olan stəkanın içərisindən narkotik vasitə heroin aşkar edərək götürmüş, onu da polis şöbəsinə dəvət etmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, Nurlanla dostluq münasibətində olaraq birlikdə narkotik vasitələrdən istifadə etmişlər. Bakı şəhərində olan zaman Nurlanla tez-tez görüşmüş və iynə vurmaqla narkotik vasitələrdən istifadə etmişlər, Bakıda sonuncu dəfə hadisədən təxminən 1-2 ay qabaq görüşüb narkotik vasitədən istifadə etmişlər, lakin Nurlanın nə vaxtsa narkotik vasitə qəbul edəndə halının pisləşməsini görməmişdir. Hadisə günü Nurlanın narkotik vasitəni çox və ya az vurmasını bilməmiş, Nurlan əvvəlcədən onlarda qalacağını deməmiş, Nurlanı narkotik vasitə qəbul etməsinə təhrik etməmiş, onun özü vurmuşdur. Nurlan Muradlı özü şpristdə olan heroinin hamısını damarına daxil etmiş, o isə yarısını səhər istifadə etmişdir. Fevral ayında hava soyuq olduğundan onlarda görüşmək barədə razılaşmışlar, Nurlan ona sms yazmış, o da Nurlana zəng etmişdir. Narkotik vasitəni yaşadığı kəndin mərkəzi yolunun kənarından 2020-ci ilin fevral ayının əvvələrində tapmış, həmin vaxt Nurlan Muradlının özündə də narkotik vasitə olan heroin olmuş, narkotik vasitəni haradan almasını bilməmişdir. Onlar hər iki narkotik vasitəni qarışdırıb vurmaq qərarına gəlmişlər və o, hər ikisinin narkotikini qarışdırıb düzəltmiş, narkotik vasitəni bir yerdə bişirəndə daha yaxşı olur deyə Nurlanla həmişə narkotiklərini qarışdırıb vurmuşlar. Narkotik vasitə olan iki çet heroini hazırlayıb bölmüş, çoxusunu özünə saxlamış, nisbətən az hissəsini isə Nurlan Muradlıya vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 13 fevral 2020-ci il tarixdə təxminən saat 22-23 radələrində yatmağa hazırlaşanda oğlu Nurlanın xatırlamadığı mobil nömrəsinə zəng gəlmiş, Nurlan həmin şəxslə danışıb, Bakıdan nə vaxt gəldiyini soruşmuş və danışdıqdan sonra evdən çıxıb getmişdir. Ertəsi gün, yəni 14 fevral 2020-ci il tarixdə, saat 07 radələrində yuxudan oyananda Nurlanın evdə olmadığını görmüş və ona zəng etmiş, lakin Nurlanın telefonu bağlı olmuşdur. Bir az keçdikdən sonra qaynı oğlu Namiq zəng edərək Nurlanın evdə olubolmadığını soruşmuş, o da Nurlanın evdə olmadığını demiş, Namiq sonra ona Nurlanın Arifgildə olduğunu, ona təcili tibbi yardımın gəldiyini demişdir. O, dərhal Arifin yaşadığı ünvana getmiş və orada oğlu Nurlanın öldüyünü bilmişdir. Oğlu Nurlan iynə vurmaqla narkotik vasitə qəbul etməmiş, ara-sıra Nurlanın narkotik vasitə qəbul etməsini, marixuananı çəkdiyini eşitmiş, lakin o, bunun xəstəsi olmamışdır. Nurlan narkomaniyadan müalicə almamış, onun qolunda kəsik izləri olmuş, bunu əsgərliyə gedən zaman etmiş, lakin Nurlanın qolunda iynə izi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 14 fevral 2020-ci il tarixdə saat 06-07 radələrində Təqsirləndirilən şəxs onu çağıraraq onlara getmələrini, Nurlan Muradlının vəziyyətinin yaxşı olmadığını demişdir. O, Arifin narkoman olduğunu bildiyi üçün nə baş veriyini təxmini başa düşmüş və heroin istifadə edibetmədiklərini soruşmuş, Arif əvvəl dansa da, sonradan axşam istifadə etdiklərini demişdir. O, əsəbləşərək Arifə “Allah sənin evini yıxsın, camaatın balasını öldürüb mənim evimə niyə gəlmisən?”-demişdir. Sonra Arifdən təcili yardım çağırıb-çağırmadığını soruşmuş, o isə çağırmadığını deyəndə öz telefonu ilə təcili-tibbi yardıma zəng edərək onlara polislə gəlmələrini bildirmişdir. Sonra isə Nurlan Muradlının dayısı Şahid8 zəng edərək baş verənləri deməsi üçün evinə çağırmışdır. Şahid8 və Nurlanın anası gəldikdən sonra birlikdə Təqsirləndirilən şəxs evinə gedəndə polislərin və təcili tibbi yardımın orada olduğunu görmüşlər. Polis əməkdaşları tərəfindən baxış keçirilərək hadisə yeri sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs onun həyətindən gedəndən sonra görməmiş, Arif səhər gələndə narkotik vasitələrin təsir altında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və Şahid8 zərərçəkmiş şəxsin hüquqi varisi Ətlaz Muradova və Şahid10 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində 14 fevral 2020-ci il tarixdə saat 07 radələrində dayısı oğlu Xaliqin ona zəng edərək təcili evə gəlməyini, qardaşı Nurlanın Təqsirləndirilən şəxs evində narkotik vasitə heroindən iynə vasitəsilə istifadə nəticəsində öldüyünü dediyini, evə gələrək yaxınlarından Arifin qardaşına narkotik vasitə olan heroin verməsi nəticəsində qardaşının öldüyünü bildiyini, Nurlanın əvvəllər narkotik vasitələrdən istifadə etdiyini eşitdiyini, lakin onun artıq tərgitdiyini dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 fevral 2020-ci il tarixdə, saat 08-də Tərtər rayon Mərkəzi xəstəxanasından Tərtər rayonu, Sarıcalı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə həmkəndlisi X3 narkotik vasitələrdən istifadə edərkən doza həddini aşmaqla ölməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında Tərtər rayon polis şöbəsinin əməkdaşları və rayon prokurorluğunun əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, hadisə yerinə baxış keçirən zaman Nurlan Muradlının meyiti Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Bundan başqa hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq otağında olan qab-qacaq yığılması üçün nəzərdə tutulmuş şkafın içərisindəki şəffaf stəkanın içərisindən 1 ədəd kağız bükümdə narkotik vasitə hesab olunan 0,201 qram heroin aşkar edilərək götürülmüşdür. Meyitin məhkəmə-tibbi müayinəsində məlum olmuşdur ki, Nurlan Muradlı istifadə etdiyi narkotik vasitədən zəhərlənərək ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Eltay oğlu Şahid1lə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 14 fevral 2020–ci il tarixdə səhər yuxudan oyananda kənd camaatından Təqsirləndirilən şəxs evində Nurlan Muradlıya heroin istifadə etdirdiyini və onun doza artıqlığından dünyasını dəyişdiyini eşitmişdir. O, Arifin evinə gedəndə orada olan polis əməkdaşları ona və həmkəndlisi İslama Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyini və hal şahidi qismində iştirak etmələrini təklif etmişlər. Onlar razılaşmış, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə onun evinə baxış keçirilmişdir. Baxış zamanı qonaq otağında Nurlan Muradlının meyiti otağın ortasında, iki ədəd dəmir setka çarpayının yanında başı pəncərə tərəfə, ayaqları elektrik qızdırıcısı tərəfə uzanılı vəziyyətdə olmuşdur. Bundan başqa otaqdakı şkafda olan şəffaf rəngli stəkanın içərisindən bükümdə olan narkotik vasitəyə bənzər maddə aşkar olunaraq qablaşdırılıb, çəkisi çəkilərək götürülmüşdür. Bundan sonra yataq otağında olan odun sobasından bir ədəd istifadə olunuş şprist, həmçinin otaqda olan televizor stolunun üzərindən pensilin şüşəsi, dərman qabı və digə əşyalar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin heroin olmaqla ona məxsus olduğunu və özünün istifadə etdiyini, 13 fevral 2020-ci il tarixdə saat 23 radələrində həmin pensilin şüşəsində heroin hazırlayaraq, orada olan şpristə çəkib bir hissəsini Nurlan Muradlıya bir dəfəyə vurduğunu, qalığını isə özünün istifadə etdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən baxış keçirilməsi haqqında 14.02.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs məxsus Tərtər rayonu, Sarıcalı kəndində yerləşən fərdi yaşayış evi və onun həyətyanı sahəsidir. Evin qonaq otağında döşəmənin üzərində X3 meyiti aşkar edilmiş, onun sağ qolunda inyeksiya izləri olmuşdur. Baxış zamanı 1 ədəd bükümdə narkotik vasitəyə oxşar maddə, 2 ədəd mobil telefon, bir ədəd istifadə olunmuş şprist və ağzı açıq pensilin şüşəsi qablaşdırılıb götürülmüşdür. Məhkəmədə tədqiq edilən meyitə baxış keçirilməsi haqqında 14.02.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 meyitinə baxış zamanı onun sol said nahiyəsinin orta və aşağı 1/3-nin ön səthində damar proyeksiyalarında 0,2-0,1 sm diametrində, oval formada 5 ədəd ağımtıl rəngli çapıq toxuması-inyeksiya yerlərinin (köhnə), həmçinin sağ və sol said nahiyələrinin ön səthində damar proyeksiyasında 0,1-0,2 sm diametrində oval formada, çəhrayımtıl və bozumtul-çəhrayımtıl rəngdə nöqtəvari inyeksiya yerlərinin (təzə və köhnə) olması aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 14 fevral 2020-ci il tarixli 01 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsində onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. X1 ölümünə səbəb tiryək qrupuna aid olan alkoloid maddə ilə zəhərlənmə olmuş, onun ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, meyitinin məhkəmə-tibbi müayinəsindən (xarici müayinəsindən) əvvələ doğru 10-12 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, feotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 iyun 2020-ci il tarixli 289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin mahiyyətini və xarakterini dərk etmiş, hərəkətlərini idarə etmək qabiliyyətində, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2020-ci il tarixli 133 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Tərtər rayon, Sarıcalı kənd sakini, Təqsirləndirilən şəxs yaşadığı fərdi evindən aşkar olunaraq götürülmüş bir ədəd kağız bükümdə heroinə bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd ağ rəngli kağız bükümün içərisində olan digər bir ədəd polietilen kəsiyində, təmiz çəkisi - 0,201 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2020-ci il tarixli 429 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən 25 may 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14 fevral 2020-ci il tarixdə saat 00:20-də azercell operatorundan Təqsirləndirilən şəxs məxsus +**********08 nar operatoruna qısa zəng olmuş, lakin danışıq baş tutmamışdır. Həmçinin Təqsirləndirilən şəxs özünə məxsus olan +**********08 nar operatorundan X5 məxsus olan ***-***-**-** bakcell nömrəsinə zəng edərək saat 00:09-da 07:37 dəqiqə, saat 00:23-də 02:20 dəqiqə, saat 00:32-də 01:13 dəqiqə danışmışdır. Məhkəmədə tədqiq edilən Tərtər Rayon Mərkəzi Xəstəxanasının 04.06.2020-ci il tarixli 436 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və ruhi-əsəb kabinetinə müraciət etməmiş və dispanser qeydiyyatında dayanmır. Məhkəmədə tədqiq edilən Tərtər rayon İHB-nın Düyərli kənd İƏD üzrə nümayəndəliyinin 27.04.2020-ci il tarixli 110 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Yuxarı Sarıcalı kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur, barəsində nümayəndəliyə şikayət xarakterli məktub daxil olmamışdır. Məhkəmədə tədqiq edilən cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 14 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Tərtər rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 4(061)-07/2020 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 fevral 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin 21.01.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25.05.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında 21 iyul 2020-ci il tarixli qərardan görünür ki, ümumi təmiz çəkisi – 0,201 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin, bir ədəd istifadə olunmuş şprist və boş pensilin şüşəsi, Nurlan Muradlıya məxsus bir ədəd ağ rəngli “Nokia” markalı və Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli “Nokia” markalı mobil telefonlar maddi sübut kimi tanınmışlar və saxlanılması üçün Tərtər rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 236.3-cü maddələri ilə ittiham verilsə də, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlində aşağıdakı cinayət əməllərinin mövcudluğu müəyyən edilmişdir. Məhkəmə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 236.3-cü maddələri ilə irəli sürülmüş ittihamların hər birinə ayrı-ayrılıqda qiymət verməyi məqsədəmüvafiq hesab edir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama ilə bağlı verilmiş ittihamla yanaşı, həmçinin narkotik vasitələrin istehlakına təhrik etmə ilə bağlı da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 236.3-cü maddəsi ilə ittiham verilmiş, lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 236.3-cü maddəsi ilə qeyd olunan ittiham aşağıdakı səbəblərə görə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona ittiham elan olunmuş Azərbaycan Respublikasının CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilsə də, həmin Məcəllənin 236.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək Nurlanla dostluq münasibətində olaraq birlikdə narkotik vasitələrdən istifadə etdiklərini, Bakı şəhərində olan zaman tez-tez görüşüb iynə vurmaqla narkotik vasitə qəbul etdiklərini, hadisə günü Nurlanı narkotik vasitə qəbul etməsinə məcbur etmədiyini, Nurlan Muradlının özünün şpristdə olan heroinin hamısını damarına daxil etdiyini, həmin gün Nurlanla görüşən zaman Nurlan axşam onlara gələcəyini dediyini, narkotik vasitəni bir yerdə bişirəndə daha yaxşı olur deyə Nurlanla həmişə narkotik vasitələrini qarışdırıb vurduqlarını, Nurlanın özündə də həmin vaxt narkotik vasitənin olduğunu, narkotik vasitə olan iki çet heroini hazırlayıb çoxusunu özünə saxladığını, nisbətən az hissəsini isə Nurlan Muradlıya verdiyini, Nurlanın inyeksiya yolu ilə narkotik vasitə qəbul etməsində onun heç bir rolunun olmadığını bildirmişdir. Bundan başqa, baxış keçirilməsi haqqında 14.02.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 meyitinin sağ qolunda inyeksiya izləri olmuşdur. Həmçinin, meyitə baxış keçirilməsi haqqında 14.02.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 meyitinə baxış zamanı onun sol said nahiyəsinin orta və aşağı 1/3-nin ön səthində damar proyeksiyalarında 0,2-0,1 sm diametrində, oval formada 5 ədəd ağımtıl rəngli çapıq toxuması-inyeksiya yerlərinin (köhnə), həmçinin sağ və sol said nahiyələrinin ön səthində damar proyeksiyasında 0,1-0,2 sm diametrində oval formada, çəhrayımtıl və bozumtul-çəhrayımtıl rəngdə nöqtəvari inyeksiya yerlərinin (təzə və köhnə) olması aşkar olunmuşdur. Qeyd olunan həmin protokolla da X3 qolunda olan köhnə inyeksiya yerlərinin olması, onun hadisədən bilavasitə əvvəl yox, əvvəllər də narkotik vasitələrdən inyeksiya yolu ilə qəbul etməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri xüsusatlar işin faktiki halları ilə uyğun gəldiyindən və daha inandırıcı olduğundan, məhkəmə hesab edir ki, həmin ifadələr sübut kimi qəbul edilməlidir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs X6 narkotik vasitələrin istehlakına təhrik etməsi nəticəsində sonuncunun ehtiyatsızlıqdan dozadan artıq narkotik vasitə qəbul etməsinə görə ölməsi sübuta yetirilmir, əksinə təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikasının CM-in 236.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının CPM-in 145.3 maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə (əməldə cinayət tərkibi olmadıqda) təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1 və 350.2-ci maddələrində göstərilmişdir ki, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının CPM-in 42 və 350-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, X3 öz qoluna inyeksiya etməklə dozadan artıq heroin qəbul etməklə ölməsi faktiki olaraq sübut olunsa da, onun ölümündə Təqsirləndirilən şəxs hər hansı bir rolunun olması, yəni Nurlan Muradlını narkotik vasitə qəbul etməyə təhrik etməsi öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının CM-nın 236.3-cü maddəsi ilə ona bəraət verilməlidir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs ona ittiham elan olunmuş Azərbaycan Respublikasının CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilmiş və narkotik vasitələrdən istifadə etdiyini, yaşadığı evdən aşkar olunan narkotik vasitənin ona məxsus olmasını bildirmiş, onun bu cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə də birmənalı olaraq təsdiq olunur. Bundan başqa, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunundan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li Qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə münasibətdə cinayət tərkibi vardır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyinə və saxladığına görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin 21.01.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25.05.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Tərtər rayon Məhkəməsinin 21.01.2011-ci il tarixli hökmü ilə az ağır cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs 25.05.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və həmin vaxtdan iki ildən artıq müddət keçdikdən sonra, yəni 2020-ci ilin fevral ayında hazırki cinayət əməlini törətmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin 21.01.2011-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı 25.05.2014-cü il tarixdə çəkib qurtardığından və həmin tarixdən 2 ildən artıq müddət keçdiyindən, onun məhkumluğu ödənilmiş və əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Tərtər rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 4(061)-07/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 fevral 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.1-ci maddələrinə əsasən cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi nakroloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, ümumi təmiz çəkisi – 0,201 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin, bir ədəd istifadə olunmuş şprist və boş pensilin şüşəsi məhv edilməli, Nurlan Muradlıya məxsus bir ədəd ağ rəngli “Nokia” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon isə onun yaxın qohumlarına qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün həm ibtidai, həm də məhkəmə istintaqı dövründə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə ibtidai istintaq dövründə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili X10, məhkəmə istintaqı dövründə isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin təqdim etdikləri hesabatlardan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə vəkil Yusif Seyidov 15 iş saatı, məhkəmə prosesi mərhələsində isə təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 29 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesablarla təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş cəmi 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X8 işlədiyi Tərtər rayon Vəkil Bürosunun hesabına 90 manat, məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxsə göstərilmiş cəmi 29 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 174 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 344-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 236.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından həmin maddə ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 14 fevral 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.1-ci maddələrinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi nakroloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut qismində Tərtər RPŞ-da saxlanılan ümumi təmiz çəkisi – 0,201 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin, bir ədəd istifadə olunmuş şprist və boş pensilin şüşəsi məhv edilsin, Nurlan Muradlıya məxsus bir ədəd ağ rəngli “Nokia” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon isə onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 32 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər X8 vəkil işlədiyi Tərtər rayon Vəkil Bürosunun hesabına 90 manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına isə 174 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Məhəmməd Bağırov
2. Dadaş İmanov
3. Nural Əliyev