Məhkəmə qərarları › İş №1(100)-32/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-32/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-32/2023 10.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan Naxçıvan MR, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla Tovuz rayonunun Abulbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X16 01 fevral 2019-cu il tarixli, AK 1902/22 nömrəli əmri ilə həmin MMC-nin Tovuz və Qazax rayonlarında fəaliyyət göstərən mağazalarında müdir vəzifəsinə təyin olunmaqla işlədiyi 01 fevral 2019-cu il tarixdən 29 sentyabr 2020-ci il tarixədək olan dövr ərzində MMC-nin direktoru Tamer Pektaş ilə bağladığı 01 fevral 2019-cu tarixli əmək müqaviləsi və həmçinin həmin tarixli “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən işəgötürənin əmlakına qayğı ilə yanaşmağa, işəgötürənin əmlakından, pul vəsaitindən, digər aktivlərindən yalnız üzərinə düşən vəzifə öhdəliklərinin icrası üçün istifadə etməyə, işəgötürənin əmlakını və əmlak maraqlarını oğurluq, ziyan, korlama və istənilən tipli digər itkidən qorumağa, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin qeydinə qalmağa görə tam həcmdə maddi məsuliyyət daşıdığı halda, tamah məqsədilə, əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə nağd şəkildə satılmış mallara görə müştərilərdən MMC-yə məxsus qəbzlə topladığı pulları tam şəkildə xəzinəyə mədaxil etməyə cavabdeh olmasına baxmayaraq ona təhkim edilmiş “Magaza Tovuz” və “Magaza Qazax” adlı xüsusi icazəli “istifadəçi adı” və müxtəlif paroldan istifadə etməklə kompüter şəbəkəsi vasitəsilə işlədiyi müəssisənin "xxxx" mühasibatlıq proqram təminatına daxil olub verdiyi sifarişlərə uyğun olaraq Abşeron rayonu “Abşeron quşçuluq sovxozu” adlanan ərazidə yerləşən "xxxx" MMC-nin mərkəzi anbarı və cəmiyyətin tabeliliyində olan digər mağaza və anbarlarından MMC-nin sürücüləri Şahid21 idarə etdiyi “X25” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı, Şahid20 idarə etdiyi “Ford Tranzit” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı, Şahid22 idarə etdiyi “Hyundai HD-72” markalı H027554 dövlət qeydiyyat nişanlı, Şahid23 idarə etdiyi “Mitsubishi Fuso” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı, eləcə də fərdi qaydada yük daşıma fəaliyyəti ilə məşğul olan "xxxx" ləqəbli Şahid24 idarə etdiyi “Mercedes Benz 303” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri ilə gətirilərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında fəaliyyət göstərən ünvan 4 ünvanda yerləşən “Arçelik Tovuz” mağazası üzrə 28 noyabr 2019-cu il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında fəaliyyət göstərən Qazax şəhəri, Heydər Əliyev prospekti, 161 ünvanda yerləşən “Arçelik Qazax” mağazası üzrə 06 yanvar 2020-ci il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində müxtəlif təyinatlı məişət avadanlıqları mallarını rəhbəri olduğu mağazalara satış üçün qəbul etdikdən sonra, öz qulluq mövqeyindən sui-istifadə edərək ona etibar edilmiş Cəmiyyətə məxsus əmlakı mənimsəmək məqsədilə 28 noyabr 2019-cu il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində “Arçelik Tovuz” mağazası üzrə müxtəlif təyinatlı məişət elektrik avadanlıqlarının satışından əldə edilmiş pulları işlədiyi müəssisənin xəzinəsinə və bank hesabına ödəmədən öz şəxsi ehtiyaclarına xərcləyərək qanunsuz və əvəzsiz olaraq özünün mülkiyyətinə keçirməklə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgənin, yəni "xxxx" MMC-in ümumillikdə 6000 (altı min) manat dəyərində xeyli miqdarda əmlakını mənimsəyərək talamışdır. Qeyd olunan hüquqazidd hərəkətlərə yol verməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur: Belə ki, мəhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2014-cü il tarixdən etibarən "xxxx" MMC-nin Tovuz rayonunda yerləşən mağazasında satış məsləhətçisi, xx.xx.2019-cu il tarixdən isə Cəmiyyətin Tovuz rayonunda yerləşən mağazasına müdir vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə onun və "xxxx" MMC-nin təsisçisi "xxxx" MMC-nin Audit Departamentinin auditləri - Elmin Maayevin və Şahid6 iştirakları ilə birinci dəfə Qazax, xx.xx.2019-cu il tarixdə isə Tovuz bölgəsində olan mağaza üzrə qalıq malların inventarizasiyası aparılmış və həmin vaxt mağazalarda heç bir çatışmazlıq aşkar edilməmişdir. Bundan sonra isə xx.xx.2020-ci il tarixdə cəmiyyətin Tovuz filialındakı mağaza üzrə yenidən onun və "xxxx" MMC-nin Parakəndə satış şöbəsinin müdiri Şahid7, əməliyyat uçotu və nəzarət mütəxəssisi Şahid1, həmin vaxt MMC-nin “Babək” mağazasının müdiri vəzifəsində işləyən Şahid5 və Tovuz rayon mağazasında satış məsləhətçiləri işləyən Şahid12 və Şahid11 iştirakları ilə qalıq malların inventarizasiyası aparılmışdır. Daha sonra isə həmin tarixdə onun, Şahid7, Şahid1, habelə Şahid5 və Qazax mağazasında işləyən satış məsləhətçiləri-Şahid14 və Şahid13 iştirakları ilə Qazax bölgəsində olan mağaza üzrə qalıq malların inventarizasiyası aparılmışdır. Lakin, "xxxx" MMC-nin əməkdaşları Şahid7, Şahid1, Şahid5, eləcə də hər iki mağaza üzrə satış məsləhətçiləri işləyən Şahid12, Şahid11, Şahid14, Şahid13 inventarizasiya aparmaq səlahiyyətləri olmamışdır. xx.xx.2020ci il tarixdə aparılmış inventarizasiyalar nəticəsində xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığı üzrə mal dövriyyəsi ilə bağlı Tovuz mağazasında guya 196 adda mal, Qazax mağazasında isə 101 adda mal əskik gəlmiş və həmin malların da ümumi dəyəri 144.525 manat olmuşdur. Həmin çatışmazlıqla bağlı əlavə audit yoxlaması keçirilmiş və sərbəst auditor öz rəyində guya 144.525 manat dəyərində mal çatışmazlığı aşkar etmişdir. O, sərbəst audit yoxlamasının aparılmasında iştirak etməmiş və həmin məbləğin hansı əsaslarla müəyyən edildiyini bilməmişdir. "xxxx" MMC-nin rəsmi müraciətindən sonra başlanmış araşdırma zamanı Tovuz rayon prokurorluğuna vermiş olduğu ilkin izahatında o, bəzi xüsusatları həyəcanlı olduğu, ona şirkət nümayəndələri tərəfindən psixi təzyiqlər edildiyi üçün düzgün qeyd etməmişdir. Belə ki, həmin izahatında şəxsi problemləri ilə əlaqədar son bir il ərzində mağazalarda etdiyi satışların müəyyən hissəsini qeyd etməməsi və həmin satışlardan əldə olunmuş 138.399 manat məbləğində nağd pulu mənimsəyib şəxsi ehtiyaclarına sərf etməsi barədə qeyd olunanlar qətiyyən düzgün olmamış, onun işini itirməsindən qorxmasından sui-istifadə edilmişdir. Etiraf edir ki, ona təhkim edilmiş mağazalar üzrə onun maksimal olaraq 6.000 AZN mal-pul çatışmazlığı olmuş və buna görə də o işini itirməkdən qorxmuşdur. xx.xx.2019-cu il tarixdən Tovuz rayonu üzrə mağaza müdiri vəzifəsində işləmiş və fəaliyyətində hansısa ciddi qanunsuzluq olmamışdır. Təxminən 3 aydan bir mağazada aparılan sayımlar zamanı, hansısa çatışmazlıq aşkar edilmədiyindən rəqəmlər sıfırlanmışdır. İşlədiyi müddətdə şəxsi daim şirkətin mənafeyini qorumuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, na yönəlmiş ittihamları qəbul etmir, vurğulayır ki, MMC-nin rəhbər heyəti özlərinin etdiyi qanunsuzluqları onun boynuna qoymaq istəyir. İnventarizasiya aktlarına nəticəni təsdiq etdiyi üçün deyil, sadəcə təhvil-təslimdə iştirak etdiyini bildirmək üçün imza etmişdir. Həmin vaxt inventarizasiya ilə razı olmamış, qəsdən heç bir yeyintiyə yol vermədiyini bildirsə də, buna əhəmiyyət verilməmiş, sonra isə həmin sənədlər əsasında kənar audit keçirilmiş və sərbəst audit nəticələrinə görə 144.525 manat məbləğində çatışmazlıq müəyyən edildiyi qeyd edilmişdir. Bu yoxlamaların hər ikisi lazımi mühasibatlıq standartlarına cavab verən sənədlər olmadan, səthi yanaşılma ilə aparılmışdır. Rəsmi olaraq yalnız Tovuz mağazasının müdiri olmuş, həmin vəzifə üzrə maaş almış, əmək müqaviləsi və işə təyin əmri Tovuz mağazası ilə bağlı olmuşdur. Qazax mağazasının müdiri vəzifəsi isə rəsmi olaraq boş olmuşdur. Onun Qazax mağazası üzrə şirkətlə heç bir rəsmi münasibəti olmamış, maddi məsuliyyət haqqında müqavilə bağlamamışdır. MMC-nin Audit şöbəsinin müdiri Üzeyir, direktor Şahid3 və MMC-nin topdan satış şöbəsinin müdiri Şahid8 həmin yoxlamalarda, etmədiyi mənimsəməni boynuna almağı, əks təqdirdə şirkət rəhbərliyinin yüksək vəzifəli şəxslər vasitəsilə onu həbs etdirəcəyini bildirərək, həbsdən yayınmaq, eləcə də işini itirməmək qarşılığında ondan 5.000 manat pul alaraq, xəzinəyə mədaxil edəcəklərini bildirmişlər. Lakin həmin 5000 manat pul xəzinəyə mədaxil edilməmişdir. O, həmin pulu günahkar olduğu üçün deyil, Cəmiyyətin öz maliyyə və sair imkanlarından istifadə edərək onu əsassız yerə həbs etdirə biləcəyindən qorxduğu, eləcə də ailəsini dolandırıb işdə qalması üçün vermişdir. Bundan başqa yoxlama dövrü üzrə mal qəbulu qaimələrinin xeyli hissəsində onun imzası yoxdur, yəni imzası olmayan qaimələr üzrə qəbul edildiyi bildirilən malların qəbulundan, aqibətindən məlumatı yoxdur və buna görə maddi məsuliyyət daşımır. O, Tovuz rayonu üzrə gündəlik satmış olduğu malların hamısını dərhal sistemə işləmiş, lakin satdığı malların pullarını həmin gün və ya onun səhərisi "xxxx" vasitəsilə MMC-nin kassasına göndərmişdir. Mallar mağazaya gələn zaman o, özü mağazada olurdusa həmin malları qəbul etmişdir. O, mal qəbulu ilə bağlı hansısa qaiməni imzalamamışdır. Cəmiyyətin Mərkəzi anbarından göndərilən mallardan şəxsən qəbul etdiklərini 1C proqramına işləmişdir. Özü mağazada olmadığı müddət üzrə isə əməkdaşların verdikləri məlumatları sistemə işləmişdir. Onların ona dəqiq məlumat verib-vermədiklərini bilmir. Mağazada konkret olaraq anbardar ştatı olmadığından, onun vəzifələrini satış məsləhətçiləri icra etdikləri üçün məsuliyyət də onların üzərindədir. Mağazanın "xxxx" sistemi olan kompüterinə giriş imkanı mağazada bütün əməkdaşlarda olmuşdur. Belə ki, "xxxx" proqramına giriş üçün login və parol şəxsən ona aid olmamış, mağazanın adı ilə bağlı olmuş və mağazanın bütün əməkdaşları sistemə sərbəst daxil olub, əməliyyat icra edə bilmişlər. Eyni zamanda Baş ofisin müvafiq əməkdaşlarının da, Tovuz da daxil olmaqla, bütün mağazaların məhsul siyahılarına, mədaxil-məxaric əməliyyatlarına girişi olmuşdur. Dəfələrlə elə olmuşdur ki, hansısa sifariş verilmiş məhsulun əvəzinə yanlışlıqla başqa məhsul göndərilmişdir. O, bu barədə dərhal Şahid1 və Mərkəzi anbara məlumat vermişdir ki, sistemdən onun üzərindən həmin malı çıxarsınlar. Sonradan, yəni prokurorluqda araşdırma başlayandan sonra bilmişdir ki, xeyli sayda və adda yanlış göndərilmiş mal sistemdə onun adında qalmışdır. Cinayət işinin materiallarında qaimə kimi təqdim edilən sənədlər ciddi hesabat blankı, mühasibat sənədi deyil, qaralama formasında tərtib edilmiş nömrəsiz, reyestrsiz sənədlərdir. Bu sənədlər əsasında ziyan müəyyən edilməsi qeyri-mümkündür. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, "xxxx" mühasibatlıq proqramından bərpa edilmiş məlumatların mötəbər olmaması, yalnız onun fikri deyil, “Mühasibat uçotu haqqında” Qanununun birbaşa göstərişidir. Ümumiyyətlə hansısa malın üzərində eyniləşdirmə nömrəsi, nişanı yoxdur. Bu səbəbdən də satışda adları çıxmayan sakinlərin istifadəsində olan məişət avadanlıqlarının konkret olaraq sistemə işlənmədiyini demək qətiyyən mümkün deyil. Tovuz mağazasında işlədiyi dövrdə zəmanət talonları nömrəli və sair rekvizitlərə malik hüquqi sənədlər olmamış, həmçinin bir dənə də olsa talonu o, yazmamışdır. Həmin talonların sonradan MMC-nin maraqlı şəxsləri tərəfindən tərtib edilməsi barədə şübhələri vardır. Bundan əlavə, bəzən elə olmuşdur ki, nağd qaydada satılmış malların pulunu sistemə malı faktiki almış müştərilərin adları ilə deyil, tənbəllik edərək bir adamın adından işləmişdir. Çünki bir-bir ad və soyadları işləməkdənsə bir az üzərindən qeyd etmək daha rahat olmuşdur. Burada əsas olan ad və soyad deyil, ödənişlərin sistemə işlənməsi olmuşdur ki, burada da heç bir səhlankarlığa yaxud saxtakarlığa yol verilməmişdir. Audit yoxlamasının başlanmasından bir-iki gün əvvəl, yəni 28-29 avqust 2020-ci il tarixlərindən birində MMC-nin “Babək” mazasının müdiri Şahid5 mağazaya gələrək ondan xəbərsiz, onunla heç bir təhvil-təslim aparmadan mağazanın anbarının açarlarını dəyişmiş, eyni zamanda mağaza kompüterinin "xxxx" proqram təminatının giriş kodunu dəyişmişdir. Odur ki, inventarizasiya zamanı açar və kodun dəyişməsindən sonra ondan xəbərsiz olaraq istənilən sayda malın qoyulması və ya çıxarılması, sistemdə mal dövriyyəsi ilə bağlı istənilən dəyişikliyin edilməsi istisna deyil və onun belə saxtakarlıqların edilməsi barədə böyük şübhələri vardır. Bu hal MMC üzrə müvafiq əmrlə dolayısı ilə təsdiqini tapmışdır. Həmin əmrdə onun mağazadan kənarlaşmağı qeyd edilmişdir. O, kənarlaşdırılmış olduğu təqdirdə həmin yoxlamanın obyektivliyindən söhbət gedə bilməz. Ona təqdim edilmiş qeyd kitabçaları qaralama tiplidir, hüquqi sənəd hesab edilə bilməz. Bir tərəfdən qanunvericiliyin qeyri-mötəbər hesab etdiyi "xxxx" proqramından çıxarışları, digər tərəfdən onun tərəfindən tərtib edilməmiş qaralamaları qarşılaşdırılmaqla-üzləşdirməklə ziyan müəyyən edilməsi absurddur. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, o, şirkət üzrə 5 il ən yaxşı işçi olmuşdur. Heç bölgələrdəki mağazalarda elə bir şərait yoxdur ki, müdir necə istəyirsə elə də 50 min 100 min pulu idarə etsin, oğurlasın, kassadan yayındırsın. O, orada maksimum bi neçə min manatın ödənişini bir neçə gün ərzində gecikdirə bilərdi. Belə hal da bir dəfə olmuşdur, lakin nə vaxt yoxlama dövründə və ya ondan əvvəl olduğunu xatırlamır. Xəstəliyi və digər şəxsi problemlərlə əlaqədar işə gedə bilmədiyi üçün 6 min manat pulu şirkətin baş ofisinin hesabına köçürməmiş, pul onda qalmışdır. Bu hal isə bir dəfə olmuşdur, o, həmin pulu qəsdən, yemək üçün ləngitməmişdir, işə gedə bilmədiyi üçün belə gecikmə yaranmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə əlavə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin Tovuz mağazası tərəfindən xx.xx.2020xx.xx.2020-ci il tarixləri aralığında sifariş edilmiş mallar xx.xx.2020-ci il tarixdə Tovuz mağazasında keçirilmiş inventarizasiya aktı ilə müqayisəli şəkildə öyrənilmiş və 3369 manat dəyərində 2 adda 5 sayda malların xx.xx.2020-ci il tarixinə əskik gəlməsi müəyyən edilmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Tovuz mağazası tərəfindən 194 adda 1515 ədəd mal sifariş olunmuş və daxili yerdəyişmə sənədlərinə əsasən qeyd olunan mallar ad və sayları tam olmaqla "xxxx" MMC-nin mərkəzi anbarından və cəmiyyətin tabeliyində olan digər mağazalardan Tovuz mağazası tərəfindən təhvil alınmışdır. Həmin mallar da daxil, Tovuz mağazası üzrə xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığında cəmi 33.708 manat dəyərində mal çatışmazlığı vardır. Qeyd edilən məbləğ Qazax mağazası üzrə yaranmış 39.769 manat dəyərində mal çatışmazlığı ilə topladıqda, cəmi 73.477 manat dəyərində müxtəlif təyinatlı məişət elektrik avadanlıqları malların əskik gəlməsi müəyyən edilmişdir. Beləliklə, Cəmiyyətə 144.525 manat dəyərində ziyan dəysə də, "xxxx" proqramında sifarişlərin silinməsi nəticəsində vurulmuş ziyanı təsdiq edən zəruri sənədləri texniki cəhətdən bərpa etmək mümkün olmamışdır. Yalnız bərpa olunan sənədlər əsasında təsdiqini tapan məbləğ 73.477 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2012-ci ildən 2021-ci ilin sentyabr ayına kimi "xxxx" MMC-nin direktorunun müavini vəzifəsində çalışmışdır. Cəmiyyətin direktoru Şahid3 xx.xx.2020-ci il tarixli əmri ilə həmin tarixdə cəmiyyətin Tovuz və Qazax mağazaları üzrə qalıq malların inventarizasiyası aparılmışdır. Aparılmış inventarizasiyalar nəticəsində xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığı üzrə mal dövriyyəsi ilə bağlı hər iki mağaza üzrə çatışmazlıqlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs inventarizasiyada özü iştirak etmiş və inventarizasiyasının nəticələri ilə razı olduğu üçün bununla bağlı tərtib edilmiş aktları öz imzaları ilə təsdiq etmişdir. Həmin vaxt o, Cəmiyyətin direktoru Şahid3 və "xxxx" MMC-nin Daxili audit departamentinin rəhbəri Şahid9 Tovuz rayonuna getmişlər. Onlar gələndə inventarizasiya artıq bitmişdir. Onlar inventarizasiyasının nəticələri ilə tanış olduqdan sonra şifahi olaraq Təqsirləndirilən şəxs mağazalarda yaranmış çatışmazlığa dair izahat istəmişlər. Təqsirləndirilən şəxs onlara qardaşını həbsdən azad etmək üçün sələmə pul götürdüyünü, borcu qaytarmaq üçün satışdan olan pulları mağazanın xəzinəsinə mədaxil etməyib şəxsi ehtiyaclarına sərf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlardan xahiş etmişdir ki, mağazada qalıb işləməsi üçün şərait yaratsınlar, mənimsədiyi pulu isə əmək haqqından tutsunlar. Həmin vaxt onlar, ona demişlər ki, mənimsədiyi pulları gətirib qaytarsın, İqbal isə bildirmişdir ki, hazırda 4.000 manat pul ödəyə bilər. Onlar ona demişlər ki, 4.000 manatı ödəsin, çatışmazlığın qalan hissəsini də ödəməlidir. İqbal razılaşmış və 4.000 manat məbləğində pulu Şahid9 vermişdir. Üzeyir də bir neçə gün sonra MMC-nin Bakı şəhərində yerləşən mərkəzi ofisinə qayıtdıqdan sonra həmin pulu tam şəkildə xəzinəyə təhvil vermişdir. Həmin pulu İqbal heç bir təzyiq olmadan könüllü surətdə vermiş, heç kim ona etmədiyi mənimsəməni boyununa almasını deməmiş, şirkət rəhbərliyinin yüksək vəzifəli şəxslər vasitəsilə onu tutdurmaqla hədələməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid9, öz ifadəsində Şahid8 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel ayından 2021-ci ilin may ayının 31-dək "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Tovuz və Qazax rayonlarına müvafiq vəzifəyə təyin olunduqdan sonra xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin təsisçisi "xxxx" MMC-nin Audit departamentinin auditləri - Elmin Maayevin və Şahid6, həmçinin Təqsirləndirilən şəxs iştirakları ilə Qazax, xx.xx.2019-cu il tarixdə isə Tovuz bölgəsində olan mağaza üzrə qalıq malların inventarizasiyası aparılmış və həmin vaxt mağazalarda heç bir çatışmazlıq aşkar edilməmişdir. Düşünür ki, Təqsirləndirilən şəxs bundan sonra tam arxayınlaşmış və müştərilərə satdığı məhsulların pulunu kassaya mədaxil etməyib mənimsəmişdir. Belə ki, 27 avqust 2020-ci il tarixdə MMC-nin kredit şöbəsinin müdiri Şahid2 rəsmi qaydada ona verdiyi məlumatla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən bir neçə ay əvvəl kredit yolu ilə satılmış mallar üzrə 14 müştəridən alınmış ümumi məbləği 3.468 manat məbləğində pul MMC-nin kassasına bir qədər gec mədaxil edilmişdir. 30 avqust 2020-ci il tarixli, AK 2008/197 saylı əmri əsasında cəmiyyətin Tovuz fılialındakı mağaza üzrə "xxxx" MMC-nin Pərakəndə satış şöbəsinin müdiri Şahid7, eyni zamanda cəmiyyətin əməliyyat uçotu və nəzarət mütəxəssisi Şahid1, Şahid5, Təqsirləndirilən şəxs özünün, habelə həmin mağazada satış məsləhətçiləri olan Şahid12 və Şahid11 iştirakları ilə qalıq malların inventarizasiyası aparılmışdır. Daha sonra isə həmin tarixdə Şahid7, Şahid1, Şahid5, Təqsirləndirilən şəxs, habelə Qazax mağazasında işləmiş satış məsləhətçiləri - Şahid14 və Şahid13 iştirakları ilə Qazax bölgəsində olan mağaza üzrə qalıq malların inventarizasiyası aparılmışdır. xx.xx.2020-ci il tarixdə aparılmış inventarizasiyalar nəticəsində xx.xx.2019-cu il-xx.xx.2020ci il tarixləri aralığı üzrə mal dövriyyəsi ilə bağlı Tovuz və Qazax bölgələrində olan mağazalar üzrə çatışmazlıqlar aşkar edilmişdir. Həmin çatışmazlıqlar Təqsirləndirilən şəxs, "xxxx" MMC-nin Pərakəndə satış şöbəsinin müdiri Şahid7, əməliyyat uçotu və nəzarət mütəxəssisi Şahid1 iştirakları ilə müqayisəli şəkildə tərtib olunmuş və bununla əlaqədar həmin şəxslər müvafiq aktları öz imzaları ilə təsdiq etmişlər. Hər iki inventarizasiya zamanı Təqsirləndirilən şəxs inventarizasiyanı həyata keçirmiş şəxslərlə birlikdə sayımda iştirak etmiş, yaranmış çatışmazlığı qəbul etmiş və tərtib edilmiş aktları kənar təsir olmadan öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs yoxlamanın aparılması ilə bağlı komissiyanın tərkibinə heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs öhədəsində çatışmazlıq aşkar edildikdən sonra o, müavini Şahid8 və "xxxx" MMC-nin Audit departamentinin direktoru Şahid9 onun işlədiyi yerə getdikdə, Təqsirləndirilən şəxs özünü tam günahkar bilərək, son bir il ərzində şəxsi problemləri ilə əlaqədar müştərilər tərəfindən edilmiş ödənişləri xəzinəyə mədaxil etməyib şəxsi ehtiyaclarına sərf etdiyini bildirmişdir. Həmin vaxt onlar, ona demişlər ki, mənimsədiyi pulları gətirib qaytarsın, İqbal isə bildirmişdir ki, 4.000 manat pul ödəyə bilər. Onlar isə ona 4.000 manatı ödəməsini, çatışmazlığın qalan hissəsini də ödəməli olduğunu bidirmişlər. İqbal razılaşmış və 4.000 manat məbləğində pulu Şahid9 təqdim etmiş, Üzeyir də Bakı şəhərinə qayıtdıqdan sonra həmin pulu cəmiyyətin kassasına mədaxil etmiş və bu barədə kassa mədaxil orderi tərtib edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs nə onun, nə də ki, MMC-nin digər əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Bundan sonra "xxxx" MMC ilə sərbəst auditor X23 arasında xx.xx.2020-ci il tarixli, 074/58 №-li “auditor xidməti göstərilməsinə dair” müqavilə bağlanmışdır. Sərbəst auditor X23 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktla müəyyən edilmişdir ki, Qazax mağazası üzrə Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2020-ci il tarixə miqdar uçotu ilə 91 ədəd və ya 49.179 manat dəyərində məbləğ uçotu ilə müxtəlif təyinatlı məişət elektrik avadanlıqları (soyuducu, paltaryuyan, televizor, kondisioner, telefon və s.), Tovuz mağazası üzrə Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2020-ci il tarixə miqdar uçotu ilə 196 ədəd və ya 95.346 manat dəyərində məbləğ uçotu ilə müxtəlif təyinatlı məişət elektrik avadanlıqları çatışmazlıq kimi aşkar edilmişdir. Ümumilikdə, cəmiyyətin mağaza müdiri Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2020-ci il tarixə 144.525 manat dəyərində mal çatışmazlığı müəyyən olunmuş və Təqsirləndirilən şəxs həmin məbləğdə "xxxx" MMC-yə maddi ziyan vurmuşdur. Bundan sonra toplanmış materiallar araşdırma aparılması və Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün Tovuz rayon prokurorluğuna təqdim edilmişdir. Rayon prokurorluğunda aparılan araşdırma zamanı Şərif Bəşirov tərəfindən tərtib edilmiş auditor rəyi kifayət qədər əsaslı olmadığından "xxxx" MMC-nin təşəbbüsü ilə xx.xx.2019xx.xx.2020-ci il tarixləri aralığında Təqsirləndirilən şəxs öhdəsində olan mal çatışmazlığını yoxlamaq məqsədilə bir daha audit keçirilmişdir. Həmin vaxt müstəqil auditor, Auditorlar Palatasının üzvü Əli Tarverdiyev tərəfindən yenindən audit keçirilməklə, 29 mart 2021-ci il tarixli auditor hesabatı tərtib edilmişdir. Həmin hesabatda Təqsirləndirilən şəxs öhdəsində 144.525 manat məbləğində çatışmazlığın olması bir daha təsdiq edilmişdir. X18 tərəfindən audit yoxlaması başlayan zaman o, 15 mart 2021-ci il tarixdə saat 16:27-də istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb İlqar Rzayevə audit yoxlamasında iştirak etməsi üçün dəvət etmişdir. Lakin, Təqsirləndirilən şəxs zəngə cavab verib, bir qədər sonra əlaqə saxlayacağını desə də, nə zəng etmiş, nə də ki, audit yoxlamasında iştirak etmək istəyini bildirməmişdir. Həm birinci, həm də ki, ikinci audit yoxlaması zamanı audit yoxlamasına Təqsirləndirilən şəxs iştirakı ilə MMC-nin əməkdaşları tərəfindən keçirilmiş inventarizasiya aktları və Təqsirləndirilən şəxs təhkim ediliş MMC-nin "xxxx" mühasibatlıq proqram təminatından çıxarılmış sənədlər təqdim edilmişdir. İş üzrə aparılan istintaq zamanı Təqsirləndirilən şəxs iştirakı ilə MMC-nin əməkdaşları tərəfindən keçirilmiş inventarizasiya aktları və Təqsirləndirilən şəxs təhkim ediliş MMC-nin "xxxx" mühasibatlıq proqram təminatından çıxarılmış sənədlər əsasında audit yoxlaması aparıldığından təyin edilmiş kompüter-texniki ekspertizası zamanı "xxxx" mühasibatlıq proqramının ümumi serverində yerləşən qeydiyyat jurnalında (LOG) Təqsirləndirilən şəxs işlədiyi vaxtlarda «Mağaza Tovuz» və «Mağaza Qazax» adlı xüsusi icazəli istifadəçi adı ilə daxil olub yaratdığı məlumatlara baxış keçirildikdə, proqram təminatının mütəmadi yenilənməsi ilə əlaqədar həmin faylların silinməsi aşkar olunmuş və dəvət olunmuş mütəxəssis tərəfindən "xxxx" mühasibatlıq proqramının ümumi serverində yerləşən 06 yanvar 2020-30 avqust 2020-ci il tarixləri aralığında olan 174 "xxxx" faylların bərpa olunması mümkün olmuş və həmin fayllarda kənar müdaxilə halı aşkar olunmamış, yəni həmin fayllarda olan məlumatlarda Təqsirləndirilən şəxs özü tərəfindən verilmiş sifarişlər əsasında MMC-nin mərkəzi ofisindən və digər mağaza və anbarlarından qəbul edilmiş malların siyahısı, sayı, növü, mədaxil və məxarici, qalığı və s. barədə Təqsirləndirilən şəxs yerləşdirdiyi məlumatlar əks olunmuşdur. Həmin ekspertiza zamanı Təqsirləndirilən şəxs yerləşdirdiyi digər məlumatların bərpa edilməsi mümkün olmamışdır. Buna görə də, həmin fayllara müdaxilənin edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan sonra, istintaq orqanı tərəfindən yenidən audit yoxlaması keçirilməsi barədə qərar qəbul edilmiş və dəvət olunmuş Auditorlar Palatasının üzvü, sərbəst X1 tərəfindən yenidən audit keçirilmişdir. Bərpa olunmuş "xxxx" fayllara əsasən, Təqsirləndirilən şəxs öhdəsində 06 yanvar 2020-ci il tarixdən 30 avqust 2020-ci il tarixədək olan dövr ərzində Tovuz və Qazax mağazalarında 52 adda 70.108 manat dəyərində malların əskik gəlməsi müəyyən edilmişdir. Şahid3 ifadəsində daha sonra göstərmişdir ki, Aİ/1909 nömrəli, 30 sentyabr 2019-cu il tarixli əmrinə əsasən MMC-yə aid uçot prosesinin avtomatlaşdırılması məqsədilə, 30 sentyabr 2019-cu il tarixdən etibarən "xxxx" MMC-yə məxsus malların təsərrüfatdaxili hərəkətləri, mədaxil, məxaric, anbar uçotunun aparılması, eləcə də mühasibat uçotu ilə bağlı olan bütün əməliyyatları "xxxx" proqram təminatı üzərindən, yəni elektron şəkildə aparılması qərara alınmışdır. MMC-də "xxxx" proqram təminatının yazılması "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 15 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. "xxxx" proqram təminatı müəssisənin bütün biznes proselərinin avtomatlaşdırılmasını təmin edən proqram təminatı rolunu oynamışdır. Kiçik və orta müəssisələrdə geniş istifadə olunmaqdadır. "xxxx" mühasibatlıq proqram təminatının əsas təyinatı ikili yazılış əsasında Cəmiyyətdə maliyyə hesabatlarının (mənfəət, zərər, balans və s.) tərtib edilməsi, mal-material uçotu və nəzarətinin aparılması, dövriyyədə olan pul vəsaitlərinin uçotunun aparılması və nəzarət olunması və bu kimi digər faydalı məqsədlərdən ibarətdir. Şirkətin istifadə etdiyi "xxxx" mühasibatlıq proqramına nəzarət mərkəzləşdirilmiş qaydada buna hüququ olan Cəmiyyətin direktoru tərəfindən təyin edilmiş məsul şəxs tərəfindən edilir. Ümumi nəzarət MMC-nin baş mühasibi tərəfindən həyata keçirilir. Gün ərzində edilmiş alqı-satqı, sifariş, yerdəyişmə və bu kimi digər əməliyyatlara nəzarət Cəmiyyətin əməliyyat uçotu və nəzarəti üzrə mütəxəssis tərəfindən həyata keçirilir. "xxxx"-nin tabeliyində olan mağaza müdirləri, o cümlədən Təqsirləndirilən şəxs MMC tərəfindən ona verilmiş “istifadəçi adı” və paroldan istifadə etməklə ona təhkim edilmiş kompüter vasitəsilə "xxxx" MMC-nin 1C mühasibatlıq proqramına daxil olaraq MMC-nin mərkəzi anbarı və ya digər mağazadan malların sifarişini etmişdir. Sifariş qoyulmuş mallar üzrə MMC-nin mərkəzi anbardarı Bəhman Abdullayev və ya digər mağaza müdiri "xxxx" mühasibatlıq proqramına daxil olaraq qoyulmuş sifarişi təsdiq edir və yalnız bundan sonra sifariş qoyulmuş malların bir anbardan digər anbara çatdırılması prosesi həyata keçirilir. Sifariş edilmiş malların qəbul edilməsi o halda baş verir ki, sifariş qoyulmuş malların sayı ilə qəbul edilmiş say arasında uyğunsuzluq olmasın. Sifariş olunmuş mallar ilə göndərilmiş mallar arasında hər hansı uyğunsuzluq olarsa, bu halda tərəflərdən birinin müraciəti əsasında MMC-nin əməliyyat uçotu və nəzarəti üzrə mütəxəssis Şahid1 tərəfindən digər tərəfin razılığını almaqla müvafiq dəyişikliklər aparır. Aparılmış dəyişikliklərdən sonra hər iki tərəf proqram təminatına daxil olaraq edilmiş düzəlişlərə etiraz etməməsi barədə şifahi razılıq verir. Mübahisələr yaranarsa rəhbərliyə yazılı qaydada məlumat verilir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində "xxxx" MMC-nin Tovuz və Qazax rayonlarında yerləşən mağazalarında müdir vəzifəsində işləmiş Təqsirləndirilən şəxs verdiyi sifarişlər üzrə qəbul edilən malların əskik gəlməsi və ya hər hansı digər uyğunsuzluq halı ilə bağlı onun tərəfindən MMC-nin rəhbərliyinə şifahi və yazılı müraciət daxil olmamışdır. "xxxx" MMC tərəfindən tabeliyində olan mağazalara Mərkəzi anbardan mallar göndərilərkən və mağazalar arası yerdəyişmə aparılarkən ciddi hesabat blanklarından istifadə edilməsə də malı almış mağazanın müdiri, o cümlədən Təqsirləndirilən şəxs Cəmiyyətin "xxxx" mühasibatlıq proqram təminatına yerləşdirdiyi sifarişə uyğun olaraq malların alınmasını və onun maddi məsuliyyətinə yazıldığını sistemdən aydın şəkildə görmüş, sonra malı qəbul etmiş və malların satışına nəzarət etmişdir. Təqsirləndirilən şəxs hər hansı malı sifariş etdikdə sifariş pəncərəsində istədiyi malın adını, sayını, markasını qeyd edir, bu sifariş əvvəl avtomatlaşdırılmış qaydada mərkəzi anbarda yoxlanılır, əgər sifarişdə istənilən sayda mal yoxdursa mağaza müdirinə avtomatlaşdırılmış qaydada kompüter istədiyi malın olmadığını, sayının azaldılmasını bildirir, bundan sonra sifarişçi (mağaza müdiri) sifarişində göstərdiyi rəqəmə, saya düzəliş edir. Misal üçün mağaza müdiri hər hansı maldan 5 ədəd almaq istəyir, əgər anbarda bu sayda mal yoxdursa kompüter təminatı bu sifarişi qəbul etmir və mağaza müdirinə sifarişində düzəliş etməsini, yəni anbarda 3 ədəd olduğunu bildirir, bundan sonra mağaza müdiri dəyişiklik edib 5 ədəd olan sifarişini 3-ə endirir və bunu təsdiq edir. Artıq bu sifarişi anbar da qəbul edir. Daha sonra anbardar həmin sifarişi öz pəncərəsində görür və qəbul edir. Artıq mağaza müdirinin "xxxx" parolu altında etdiyi sifariş anbarda yerdəyişmə adı ilə qeyd alınır və həmin mal hazırlanmaqla mağaza müdirinə göndərilir. Bu zaman mağaza müdirinin sifarişdə verdiyi malın sayı artırıla bilməz, bu proqram təminatında mümkün deyildir. Misal üçün mağaza müdiri hansısa maldan 5 ədəd sifariş verə, anbardar (anbardarın parolundan istifadə edən istənilən şəxsə aiddir) isə bunu 6 edib, nəticədə 5 malı mağaza müdirinə, 1-i isə özünə götürə bilməz. Belə bir hal mümkün deyil, çünki mağaza müdiri hansı sayda, hansı malı sifariş veribsə sayı və s. hissəni yalnız özü müəyyən edir, anbardar isə aldığı sifarişə uyğun olaraq həmin malları hazırladıb sifarişçiyə göndərir. Digər tərəfdən sifariş fərqli tarixlərdə verilir və hər sifarişdə fərqli adda, sayda mallar olur. Eləcə də, mağaza müdiri demək olar ki, hər gün öz parol və login ilə öz pəncərəsinə daxil olub, satışı və s. gördüyü kimi, hansı malı, hansı sayda və hansı tarixdə sifariş etdiyini də görür. Bu o deməkdir ki, misal üçün yanvar ayı ərzində mağaza müdiri deyil, onun parolu əsasında başqa bir şəxs həmin paroldan istifadə etməklə sistemə daxil olub hər hansı məbləğdə və ya sayda sifariş verib, anbardar isə bu sifarişi verənin mağaza müdiri olub-olmamasının görmədən sifarişi qəbul etməklə sifarişdə göstərilən malı anbardan çıxarmış olsa belə, mağaza müdiri növbəti günlərdə sistemə daxil olarkən əvvəlki verilmiş sifarişləri görür. Yəni əgər özü sifariş verməyib, digər şəxs tərəfindən sifariş verilmişdirsə, o dərhal bunu görüb öz etirazını, yəni sifariş vermədiyi halda başqa şəxs tərəfindən onun parolu əsasında və onun pəncərəsindən sifariş verdiyini “outlook” proqramı vasitəsi ilə baş idarəyə elan edir ki, həmin sifarişi o, verməmişdir. Qeyd olunan “outlook” proqramının funksiyası isə ondan ibarətdir ki, onlar həmin proqram vasitəsi ilə yazışmaları icra edirlər, yəni həmin proqramda da hər kəsin öz parolu və logini var ki, yazışmaları həmin proqram üzərindən edilir və əgər o, etiraz edərək bir məktub göndərmişdirsə bu məktubun da silinməsi mümkün deyildir. Həmçinin də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir etiraz məktubunun “outlook” proqramı vasitəsi ilə onlara göndərilib-göndərilməməsini görmək üçün onların və ya Təqsirləndirilən şəxs pəncərəsinə baxış keçirilə bilər. Hansı ki, bu müddət ərzində auditorların hesablamasına görə 52 adda, cəmi 70.108 manat dəyərində əmlak Tovuz və Qazax mağazaların sifarişi əsasında göndərilmiş və mağaza tərəfindən də təhvil alınmışdır. Əgər mağaza müdiri sifariş verib lakin sifarişlərini anbardan götürməmiş olsa idi, bu barədə mütləq etiraz məktubu yazardı."xxxx" mühasibatlıq proqramında sifarişlər yerinə yetirilərkən icra edilmiş əməliyyatların arxa tarixlə əvəz edilməsi və ya dəyişdirilməsi texniki cəhətdən mümkün deyildir. Məsələn, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə "xxxx" proqram təminatı üzərindən sifarişi yerləşdirməklə təsdiq etmişdirsə bu halda təsdiqlənmiş sifariş tarixinə hər hansı dəyişiklik və ya kənar müdaxilə mümkün deyildir. Habelə, Təqsirləndirilən şəxs məlumatı olmadan heç kim onun pəncərəsindən arxa tarixə hər hansı sifariş olunması görüntüsünü yaradan sifariş logu yarada bilməz. Tutaq ki, hansısa haker hücum edib sistemə yeni məlumatlar daxil etmiş, o zaman ya bütün sistem çökməli, ya da bu dəyişikliyin tarixi mütləq sistemdə görünməli idi. Hansı ki, kompüter mütəxəssisləri də təsdiq edirlər ki, belə bir müdaxilə olmamış və yoxdur. Həm də, bu absurd fikirdir ki, böyük bir şirkət 144.525 manatlıq mal üçün haker dəvət edib sistemi təhlükə altına almaqla məhz Təqsirləndirilən şəxs mağazasına aid hissədə köhnə tarixə nə isə yazdırmağa, qeyd etdirməyə cəhd etsin. Göründüyü kimi də bu məntiqsiz və ağılsız dəlildir. Mağaza müdiri "xxxx" proqram təminatında yerləşdirdiyi sifarişini təsdiq etdikdən sonra sifariş sənədi proqram təminatının ümumi serverində yerləşən sifariş sənədlərinin siyahısına düşür. Bundan sonra həmin sifariş sənədi əsasında sifarişin ünvanlandığı yerdən asılı olaraq, yəni MMC-nin mərkəzi anbardarı və ya digər mağaza müdiri tərəfindən sistemdə daxili yerdəyişmə sənədi yaradılır. Yaradılmış yerdəyişmə sənədi elektron qaydada fərqli nömrə altında olsa da, mağaza müdiri tərəfindən verilmiş sifarişin ilkin kodu həmin yerdəyişmə sənədində göstərilir, daxili yerdəyişmə qaiməsi çap olunmaqla sifariş verilmiş mallar yığılır və MMC-nin sürücüləri və ya yük daşıma fəaliyyəti ilə məşğul olan kənar sürücü vasitəsilə mallar sifarişi vermiş mağazaya çatdırılır. Anbardar malları imza etdirməklə sürücüyə təhvil verir, mağaza müdiri isə yerləşdiyi sifarişinə uyğun olaraq malları sürücüdən qəbul edir. Bu zaman sürücü ilə sifarişi alan mağaza müdiri və ya sonuncunun işçiləri arasında hər hansı qaimə tərtib edilmir və ya sürücü anbardan görüdüyü qaiməyə təhvil verərəkən də imza etdirmir. Bəzən isə mağaza müdiri yalnız mağazada olarkən qaiməyə imza edir. Eləcə də bu kimi hallarla bağlı bəzi mağazalarda işçilər malları sürücülərdən təhvil alarkən qaralama kimi istifadə etdikləri dəftərlərdə müvafiq qeydiyyat aparırlar. Əgər hər hansı çatışmazlıq, uyğunsuzluq, yəni mağaza müdiri sifariş verdiyi malların sayı anbardan gələrkən az olarsa bu barədə “outlook” proqramı vasitəsilə dərhal sifarişi icra etmiş şəxsə, yəni anbardara və ya rəhbər işçilərə, eləcə də əməliyyat uçotu və nəzarəti üzrə mütəxəssisə “Outlook” proqramı vasitəsilə şikayət xarakterli məlumat verilir. Əgər ehtiyac varsa düzəlişlər edilir, yoxdursa malları qəbul edir. Əgər sifarişi vermiş mağaza müdiri ilə anbardar və ya digər mağaza müdiri arasında mübahisə yaranarsa MMC-nin rəhbərliyinə “outlook” proqramı vasitəsilə məlumat verilir. Belə olan halda mağaza müdiri malı təhvil alandan sonra bunu görüb mütləq şikayətləri etmiş olardı."xxxx" MMC-nin pərakəndə qolu olan mağazalar üzrə ödənişlərin qəbulu nağd, bank və digər elektron ödəniş sistemləri vasitəsilə həyata keçirilir. Əgər müştəri nağd qaydada malı almışdırsa, ya nağd şəkildə, ya da ki, banklara məxsus plastik kartlar vasitəsilə nağdsız formada ödənişi edir. Əgər kredit yolu ilə mal almışdırsa bu halda ilkin ödəniş edilmiş hissə göstərdiyi kimi nağd qaydada icra edilir, yerdə qalan hissəsi isə aylıq əsaslarla, yəni kredit cədvəlində qeyd olunmuş tarixlər üzrə nağd və ya nağdsız formada ödənişləri həyata keçirir. Banklar vasitəsilə ödənilmiş pullar "xxxx" MMC-in müvafiq bank hesabında toplanılır, nağd qaydada edilmiş ödənişlər isə mağaza müdirləri tərəfindən "xxxx" MMC-nin Azərbaycan Beynəlxalq Bankındakı hesabına yerləşdirilir. Müştərilər nağd şəkildə ödəniş edərək mal almışdırsa bu halda proqram təminatında müştəri “təkrar” müştəri deyilsə müştərinin anket məlumatları daxil etməklə yeni ad yaradılır və proqram təminatının həmin pəncərəsində müştərinin aldığı malın adı, markası, modeli, sayı və dəyəri göstərilməklə satış sənədi yaradılır. Bundan sonra edilmiş nağd ödəniş proqram təminatında kassa mədaxil bölməsində həmin müştərinin adına giriş olunur. Bununla da müştərinin aldığı malın ödənişini proqram təminatı üzərindən də etmiş olur. Əgər müştəri nağdsız ödəniş edərsə yenə də proqram təminatında “təkrar” müştəri deyilsə onun anket məlumatları daxil etməklə yeni ad yaradılır və proqram təminatının həmin pəncərəsində müştərinin aldığı malın adı, markası, modeli, sayı və dəyəri göstərilməklə satış sənədi yaradılır. Nağdsız qaydada edilmiş ödəniş proqram təminatında plastik kartlarla ödəmə bölməsində həmin müştərinin adına giriş olunur. Əgər müştəri “təkrar” müştəri olarsa proqramda qeyd olunan adına eyni hərəkətlər edilir. Mağazanın kassasında toplanmış nağd pul vəsaiti hər iş günü mağaza müdiri tərəfindən Cəmiyyətin Azərbaycan Beynəlxalq Bankındakı hesabına mədaxil edilir. Mədaxil edilmiş məbləğ xəzinədar tərəfindən proqram təminatında mağazanın kassasından Cəmiyyətin bank hesabına köçürülür. Çox nadir hallarda mağaza müdirləri xəzinədə toplanmış pul vəsaitini Cəmiyyətin Mərkəzi ofisinə iclasa gələrkən, orada MMC-nin xəzinədarına təhvil vermişlər. Təqsirləndirilən şəxs də xəzinəsində gündəlik satışdan və kredit ödənişlərdən toplanmış pul vəsaitini əlbəəl MMCnin xəzinəsinə təqdim etməsi istisna olunmur, bunu pul vəsaitlərinin yerdəyişmə sənədləri əsasında müəyyən etmək olar. Lakin hər bir halda pul ödənilirsə xəzinə qəbzləri tərtib edilir. Mağazalarda gündəlik olaraq satılmış mallar və onların proqram təminatına daxil edilməsi, müştəri adlarının yaradılması, eləcə də satışla bağlı olan digər əməliyyatlar Cəmiyyətin Əməliyyat uçotu və nəzarət üzrə mütəxəssisi tərəfindən gündəlik olaraq izlənilmişdir. Mağaza müdiri hər hansı malı satdıqdan sonra bu barədə müvafiq qeydlərini sistemə daxil edir, həmin sistemə də müdaxilə etmək və ya dəyişdirmək, silmək texniki cəhətdən mümkün deyil. Misal üçün hansısa mağaza müdiri 5 mal üzrə satışdan əldə etdiyi pulu sistemə ödədiyi halda, bu məbləğ və ya satışın sayı mərkəzi sistemdə hər hansı dəyişiklik və ya silinməyə məruz qala bilməz. Mağaza müdiri də sistemə daxil olarkən ödənişlərini görür, yəni hər hansı dəyişiklik edilərsə, bu müdaxiləni mütləq görə bilər. Odur ki, bu mümkün deyil. xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında Tovuz və Qazax filiallarında mağaza tərəfindən proqram təminatında tərtib edilmiş satış sənədləri və ödəniş əməliyyatları əsasında müştərilərin hansı malı, modeli, markanı, hansı qiymətə və sayda aldığı əks olunur. xx.xx.2020-ci il tarixdə MMC-nin kredit şöbəsinin rəhbəri Şahid2 Tovuz mağazasında ayrı-ayrı müştərilərinin kredit ilkin ödənişlərinin proqrama gec mədaxil edilməsi barədə yazılı müraciəti onda Tovuz mağazasında yarana biləcək çatışmazlıqla bağlı ciddi şübhələr yaratmışdır. Bundan dərhal sonra Tovuz və Qazax mağazalarında kompleks inventarizasiya və araşdırmanın aparılması barədə əmr vermişdir. İnventarizasiya nəticəsində hər iki mağaza üzrə mal dövriyyəsi ilə bağlı çatışmazlıqlar aşkar edilmişdir. Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adlarını bilmədiyi çoxsaylı şəxslərə malları nağd qaydada satmış, lakin edilmiş satışlarla bağlı proqram təminatında satış sənədləri yaradılmamış və ödənişlər də daxil edilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs malların satışından əldə etdiyi pulu kassaya mədaxil etməməklə mənimsəmişdir. Çatışmayan malların konkret modeli, növü, kodu və ona görə dəymiş ziyanın məbləği aparılmış inventarizasiya əsasında müəyyən edilmişdir. Belə ki, "xxxx" mühasibatlıq proqramı üzərindən inventarizasiya aparılmış tarix üzrə mağazanın anbar qalığı çıxarılır və həmin qalığa əsasən sayım, yəni inventarizasiya prosesi həyata keçirilir. İnventarizasiya başa çatdıqdan sonra faktiki qalıqla "xxxx" mühasibatlıq proqramı təminatı üzərindən çıxarılan mağazanın anbar qalığı arasında üzləşdirmə keçirilir və tərtib olunmuş inventarizasiya aktı yoxlamada iştirak etmiş şəxslər və mağaza müdiri tərəfindən imzalanır. Bütün mağazalar üzrə maddi məsul şəxslər yalnız mağaza müdirləridir. Təqsirləndirilən şəxs isə Tovuz və Qazax mağazalarının maddi məsul şəxs olaraq proqram təminatından çıxarılmış mal qalığının inventarizasiyası üzrə aşkar olunmuş çatışmazlığa cavabdeh şəxs olmuşdur. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində proqrama müdaxilə olunmaqla Tovuz və Qazax filialına mallar göndərilmədiyi halda çoxlu sayda malların göndərilməsi barədə yalan məlumatların daxil edilməsi, bu səbəbdən həmin mağazalar üzrə inventarizasiya zamanı çatışmazlığın aşkar olunması barədə qeyd etdikləri yalandır, absurd fikirlərdir. Belə ki, Tovuz və Qazax mağazalarına proqram təminatı vasitəsilə həmin mağazaların yerləşdirdiyi sifarişlər əsasında mallar hər ay göndərilmişdir. Yəni sifarişlər proqram təminatı vasitəsilə hər ay verilmişdir. Hər hansı uyğunsuzluq olardısa bu halda ona və ya digər vəzifəli şəxsə yazılı müraciət olunardı. xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında nə ona, nədə ki digər vəzifəli şəxslərə Təqsirləndirilən şəxs tərəfindən hər hansı şifahi və yazılı müraciət daxil olmamışdır. Əgər belə bir hal olsa idi, həmin dövr ərzində azı bir dəfə hüquq-mühafizə orqanlarına müraciət edərdi. Eləcə də bu texniki cəhətdən də mümkün deyil. Çünki, mağaza müdiri nə sifariş veribsə onu da əldə edir, buna görə də mağaza müdiri bu sahədə maraqlı tərəfə çevrilir ki, sifarişləri ilə əldə etdiyi malların sayı, markası, modeli arasında ziddiyyət və ya çatışmamazlıq olmasın. Təqsirləndirilən şəxs Qazax mağaza müdiri vəzifəsindən boyun qaçırması Qazax mağazasında etdiyi mənimsəmədən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsində onun hansı mağazalara rəhbərlik etməsi göstərilməsə də MMC-nin direktoru işləmiş Tamer Pektaşın xx.xx.2019-cu il tarixli əmri ilə Təqsirləndirilən şəxs hər iki mağaza üzrə müdir təyin edilmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə işləmiş satış üzrə məsləhətçilər Şahid12 və Şahid11 heç bir şəkildə "xxxx" mühasibatlıq proqramına daxil olaraq gündəlik nağd və kredit yolu ilə həyata keçirilmiş satışları mühasibatlıq proqramına daxil etməyə icazə verməmişdir. Belə ki, o, əməkdaşlara yalnız kredit yolu ilə satılmış malların aylıq ödənişlərinin sistemə daxil edilməsinə icazə vermişdir. Onun satış üzrə məsləhətçilərin proqrama daxil olaraq digər əməliyyatların icra edə bilmələri yalan sözlər olmaqla özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Xeyli sayda və adda yanlış göndərilmiş malların sistemdə Təqsirləndirilən şəxs adında qalması praktiki olaraq mümkün deyil. Əgər İqbalın dediyi kimi olsa idi, mütləq şəkildə etiraz edərdi. Həmçinin də sistemə daxil olmaqla bağlı parol və login Təqsirləndirilən şəxs verilmişdir və İqbal buna məsul şəxs olmuşdur. Əgər o, parolu işçilərinə vermiş və ya belə bir şərait yaratmışdırsa da bu onun öz məsuliyyətidir. Habelə əgər bu 8 ay ərzində İqbal öz işçilərindən şübhələnmişdirsə nə üçün bu barədə müraciət etmirdi. "xxxx" MMC-nin Qazax şəhərində yerləşən “Arçelik Qazax” mağazasının anbarı olmadığına görə həmin mağazanın adından sifariş olunmuş mallar Tovuz mağazasının anbarına yığılmışdır. Qazax mağazasının proqram təminatı vasitəsilə yerləşdirdiyi sifarişlər üzrə mallar Tovuz mağazasındakı anbardan çəkilmişdir.Məhkəmənin diqqətinə çatdırır ki, sözügedən dövr ərzində malların və pulun dövriyyəsi ciddi hesabat blanklarında həyata keçirilməsə də, hazırda bu yanlışlıq aradan qaldırılmış və cəmiyyətin bütün dövriyyəsi demək olar ki, ciddi hesabat blanklarına işlənməklə həyata keçirilməkdədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin sabiq direktoru Şahid3 30 avqust 2020-ci il tarixli əmri ilə o, və Cəmiyyətin Pərakəndə satış şöbəsinin müdiri Şahid7 Tovuz rayonuna ezam olunmaqla Cəmiyyətin Tovuz və Qazax bölgələrində yerləşən mağazalar üzrə kompleks yoxlama aparmışlar. Yoxlamanın aparılmasına səbəb Cəmiyyətin Kredit şöbəsinin müdiri Şahid2 Tovuz mağazası tərəfindən kredit yolu ilə satılmış mallar üzrə 14 müştəridən alınmış ilkin ödənişlərin vaxtında kassaya mədaxil edilməməsi olmuşdur. Şahid3 şifahi göstərişinə əsasən "xxxx"-nin “Babək” mağazasının müdiri Şahid5 inventarizasiyada iştirak etmək üçün onlarla birgə Tovuz rayonuna getmişdir. Bundan sonra mağaza müdiri Təqsirləndirilən şəxs və satış məsləhətçilərinin iştirakları ilə hər iki mağaza üzrə qalıq malların inventarizasiyası aparılmışdır. Həmin mağazalarda bundan 27-xx.xx.2019-cu il tarixlərdə qalıq malların inventarizasiyası aparılmış və həmin vaxt heç bir çatışmazlıq aşkar edilməmişdir. Onlar 30 avqust tarixində hər iki mağaza üzrə inventarizasiya aparan zaman məlum olmuşdur ki, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığı üzrə mal dövriyyəsi ilə bağlı Tovuz və Qazax bölgələrində olan mağazalar üzrə çatışmazlıqlar vardır. Çatışmayan malların içərisində müxtəlif təyinatlı məişət elektrik avadanlıqları malları olmuşdur. Həmin çatışmazlıqlar onun, Təqsirləndirilən şəxs, Şahid7, Şahid5 və satış məsləhətçilərinin iştirakları ilə müqayisəli şəkildə tərtib olunmuşdur. Bununla bağlı tərtib edilmiş aktlar inventarizasiyada iştirak etmiş hər bir şəxs, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Çatışmazlıqların səbəbi barədə Təqsirləndirilən şəxs müraciət etdikdə o, son 1 il ərzində şəxsi problemləri ilə əlaqədar mağazalarda etmiş olduğu satışların bir hissəsini qeyd etmədiyini və həmin satışlardan əldə edilmiş pul vəsaitlərini mənimsədiyini bildirmişdir. Belə ki, İqbal onlara polisdə işləyən qardaşı Vüsal Rzayevin Bakı şəhərində idarə etdiyi avtomobillə qəza törətdiyini, günahkar olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən həbs edildiyini, onu həbsdən azad etmək üçün faizə pul götürüb qardaşına kömək etdiyini, sələmi bağlamaq üçün pul ödədiyini, maddi cəhətdən çətinlik çəkdiyini bildirmişdir. İnventarizasiya zamanı Təqsirləndirilən şəxs sayımın düzgün aparılmaması ilə bağlı onlara heç bir narazılıq bildirməmişdir. Onlar MMC-nin rəhbərliyinə məlumat verdikdən sonra MMC-nin direktoru Şahid3, MMC-nin direktorunun müavini Şahid8, "xxxx" Audit departamentinin müdiri Şahid9 və "xxxx" Audit departamentinin auditi X26 rayonuna gəlmişlər. Təqsirləndirilən şəxs öhdəsində olan və əskik gələn mallar barədə rəhbərliyə yazılı şəkildə izahat vermişdir. Bundan sonra "xxxx" MMC-nin dəvəti ilə auditorlar palatasının sərbəst auditoru X23 hər iki mağazanın mal dövriyyəsi auditini aparmışdır. Müəyyən edilmişdir ki, Qazax mağazası üzrə Təqsirləndirilən şəxs oğlunun öhdəsində xx.xx.2020-ci il tarixə miqdar uçotu ilə 91 ədəd və ya 49179 manat, Tovuz mağazası üzrə isə onun öhdəsində miqdar uçotu ilə 196 ədəd və ya 95346 manat dəyərində məbləğ uçotu ilə mal çatışmazlıq kimi aşkar edilmişdir. Ümumilikdə, cəmiyyətin mağaza müdiri Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2020-ci il tarixə 144.525 manat dəyərində mal çatışmazlığı müəyyən olunmuşdur. Həmin çatışmazlıqlar ancaq nağd qaydada satılmış malların sistemə işlənməməsi nəticəsində yarana bilərdi. Həmin çatışmazlıqlar barədə onlarda əvvəllər heç bir məlumat olamış, həmin çatışmazlığı sonucu dəfə aparılmış yoxlamalar zamanı aşkar etmişlər. Tovuz rayon prokurorluğunda aparılmış araşdırmalar zamanı ilkin audit rəyi kifayət qədər əsaslı olmadığından MMC-nin rəhbərliyinin müraciəti əsasında keçirilmiş ikinci dəfə audit yoxlaması zamanı Təqsirləndirilən şəxs öhdəsində 144.525 manat məbləğində çatışmazlığın olması bir daha təsdiq edilmişdir. İş üzrə aparılan istintaq zamanı Təqsirləndirilən şəxs xeyli sayda və adda yanlış göndərilmiş malların "xxxx" proqram təminatında onun adında qaldığını bildirmişdir. Buna görə istintaq orqanı tərəfindən "xxxx" mühasibatlıq proqramının ümumi serverində yerləşən qeydiyyat jurnalında (LOG) Təqsirləndirilən şəxs «Mağaza Tovuz» və «Mağaza Qazax» adlı xüsusi icazəli istifadəçi adı ilə daxil olub yaratdığı məlumatlara kənar müdaxilənin olub-olmamasını müəyyən etmək üçün bir neçə dəfə ekspertiza keçirilmişdir. Dəvət olunmuş kompüter mütəxəssisi tərəfindən Cəmiyyətin Baş Ofisində yerləşən ümumi serverə baxış keçirilən zaman proqram təminatının mütəmadi yenilənməsi ilə əlaqədar ümumi serverin qeydiyyat jurnalında bəzi "xxxx" faylların silinməsi aşkar olunduğu üçün yalnız 06 yanvar 2020-30 avqust 2020-ci il tarixləri aralığında olan 174 "xxxx" faylların bərpa olunması mümkün olmuşdur. Ekspertiza zamanı həmin "xxxx" fayllarda hər hansı kənar müdaxilənin olması barədə qeydlər aşkar olunmamış, yəni həmin fayllarda olan məlumatlarda Təqsirləndirilən şəxs özü tərəfindən verilmiş sifarişlər əsasında MMC-nin mərkəzi ofisindən qəbul edilmiş malların siyahısı, sayı, növü, mədaxil və məxarici, qalığı barədə Təqsirləndirilən şəxs yerləşdirdiyi məlumatlar əks olunmuşdur. Bundan sonra müdaxilə aşkar edilməyən "xxxx" fayllara əsasən yenidən keçirilən audit yoxlaması zamanı bərpa olunmuş "xxxx" fayllara əsasən, Təqsirləndirilən şəxs öhdəsində 06 yanvar 2020-ci il tarixdən 30 avqust 2020-ci il tarixədək olan dövr ərzində Tovuz və Qazax mağazalarında 52 adda 70.108 manat dəyərində malların əskik gəlməsi müəyyən edilmişdir. Şahid1 ifadəsində daha sonra göstərmişdri ki, "xxxx" MMC-də əməliyyat uçotu və nəzarət mütəxəsisi vəzifəsində işlədiyi dövrdə gün ərzində edilmiş alqı-satqı, sifariş, yerdəyişmə və bu kimi digər əməliyyatlara nəzarət etmək birbaşa səlahiyyəti olmuşdur. "xxxx"-nin tabeliyində olan mağaza müdirləri, o cümlədən Təqsirləndirilən şəxs “istifadəçi adı” və paroldan istifadə etməklə ona təhkim edilmiş kompüter vasitəsilə Cəmiyyətin "xxxx" mühasibatlıq proqramına daxil olaraq malların sifarişini etmişdir. Sifariş qoyulmuş mallar üzrə MMC-nin mərkəzi anbardarı və ya digər mağaza müdiri 1C mühasibatlıq proqramına daxil olaraq qoyulmuş sifarişi təsdiq edir və yalnız bundan sonra sifariş qoyulmuş malların bir anbardan digər anbara çatdırılması prosesi həyata keçirilir. Ssifariş edilmiş malların qəbul edilməsi o halda baş verir ki, sifariş verən ilə sifarişi göndərən arasında hər hansı uyğunsuzluq olmasın. Mübahisəli məsələ olarsa sifariş verən və ya sifarişi göndərən şəxs MMC-nin “Outlook” proqramı vasitəsilə ona yazılı məktub göndərir. O, məktubun məzmunu ilə tanış olduqdan sonra xüsusilə icazəli “istifadəçi adı” və paroldan istifadə edərək "xxxx" mühasibatlıq proqram təminatında daxil olub qoyulmuş sifarişlə tanış olur. Sifarişdə olan malların sifarişdən asılı olaraq həqiqətən anbarda olmadığını müəyyən etmək üçün sifariş qoyulmuş anbarın mal qalığını yoxlayır. Bəzi hallarda sifariş qoyulan anbarda məhsulun olmadığı və ya zədəli olduğu halda həmin məhsullar sifariş siyahısından çıxarılır. Misal olaraq, mağaza müdiri 10 ədəd mal üçün 1C proqram təminatı üzərindən sifariş qoymuş, lakin həmin mallardan 3 ədədi anbarda yoxdur, 2-i isə zədəlidir. Bu zaman həmin 5 ədəd mal siyahıdan çıxarılır. O, sistemdə mübafiq düzəliş etdikdən sonra hər iki tərəfə məlumat verir, yəni “outlook” proqramı vasitəsilə daxil olmuş məktuba cavab verir. Bu proses isə yalnız “outlook” proqramı vasitəsilə ona verilmiş yazılı məlumat əsasında həyata keçirilə bilər. Əgər mağaza müdiri sifariş verib lakin sifarişlərini anbardan götürməmiş olsa idi, bu barədə mütləq etiraz məktubu yazardı. Mağaza müdirinə aid olan “login” və parol yalnız mağaza müdirinə aiddir. Əgər həmin “login” və parol mağazanın digər əməkdşaları bilirsə bu o dəməkdir ki, mağaza müdiri həmin “login” və parolu mağaza işçilərinə şəxsən vermiş və onun adından icra edilmiş əməliyyatlara da özü cavabdehdir. Mağaza müdirlərinin “outlook” proqramı vasitəsilə "xxxx" proqram təminatında hər hansı əməliyyat üzrə düzəlişlərin aparılması ilə bağlı yazdıqları məktublara ən gec 3 gün ərzində cavab verilmişdir. Xeyli sayda və adda yanlış göndərilmiş malların Təqsirləndirilən şəxs adında qalması mümkün deyil. Belə ki, onun "xxxx" proqram təminatında köhnə tarixə düzəliş etmək hüququ yalnız 1 ay ərzində mümkün olmuşdur. Əgər belə hal olsaydı Təqsirləndirilən şəxs mağaza müdiri kimi onun maddi məsuliyyətində qalmış artıq malların silinməməsi barədə Cəmiyyətin rəhbərliyinə yazılı şəkildə məlumat verərdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid5 və Şahid6 öz ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid29 ifadəsində göstərmişdir ki, 27 avqust 2020-ci il tarixdə "xxxx" MMC-nin Tovuz şəhərində yerləşən “Arçelik Tovuz” mağazasından öz adına nağd qiymətə 800 manata bir ədəd “5281TSW” marka və modelli soyuducu almışdır. O, mağazaya gələn zaman orada iki satıcı olmuş, onlardan biri xanım, digəri oğlan olmuşdur. O, malın pulunu iki dəfəyə ödəmişdir. Belə ki, malı alarkən ilkin olaraq soyuducuya görə 250 manat pul ödəmişdir. Bundan sonra satıcılardan biri ona aldığı soyuducuya görə zəmanət talonu yazaraq vermişdir. Zəmanət talonundan başqa ona hər hansı sənəd, çek və ya qəbzin verilib-verilmədiyi dəqiq yadında deyil. Həmin soyuducunu mağazanın işçiləri yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən evə gətirib ona təhvil vermişlər. Bundan sonra o, onlara yerdə qalan 550 manat pulu da ödəmişdir. Həmin soyuducu hazırda yaşadığı evdədir, işlək vəziyyətdədir, heç bir problemi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 01 iyul 2019-cu il tarixdən hazıradək "xxxx" MMC-nin Tovuz mağazasında satıcı vəzifəsində işləyir. Satıcı kimi vəzifəsi mağazaya daxil olan müştəriləri qarşılamaq, müştərinin istəyinə uyğun mallarla tanış etmək, qiymətlərini bildirmək, məhsulun xüsusiyyətləri barədə müştərini məlumatlandırmaq və s. ibarətdir. O, "xxxx" MMC-nin Tovuz rayonunda yerləşən mağazasına satıcı vəzifəsinə işə götürüləndə Təqsirləndirilən şəxs artıq həmin mağazanın satış müdiri vəzifəsində işləmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Cəmiyyətin Qazax rayonunda yerləşən mağazasının satış müdiri olmuşdur. xx.xx.2020-ci il tarixdə Cəmiyyətin Tovuz filialındakı mağaza üzrə onun, "xxxx" MMC-nin Parakəndə satış şöbəsinin müdiri Şahid7, Cəmiyyətin əməliyyat uçotu və nəzarət mütəxəssisi kimi Şahid1, habelə hazırda mağazada mağaza müdiri vəzifəsində işləyən Şahid5, Təqsirləndirilən şəxs özünün, satış məsləhətçisi Şahid12 iştirakları ilə qalıq malların inventarizasiyası aparılmışdır. Bundan əvvəl, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin təsisçisi "xxxx" MMC-nin auditləri - Elmin Maayevin və Şahid6, həmçinin Təqsirləndirilən şəxs iştirakları ilə Tovuz bölgəsində olan mağaza üzrə qalıq malların inventarizasiyası aparılmış və həmin vaxt heç bir çatışmazlıq aşkar edilməmişdir. 30 avqust 2020-ci il tarixdə aparılmış inventarizasiya zamanı məlum olmuşdur ki, xx.xx.2019-cu il-xx.xx.2020-ci il tarixləri aralığı üzrə mal dövriyyəsi ilə bağlı Tovuz bölgəsində olan mağaza üzrə çatışmazlıqlar aşkar edilmişdir. Qeyd etdiyi kimi həmin inventarizasiya zamanı o, özü də iştirak etmişdir. Həmin gün Qazax rayonunda yerləşən mağazada da inventarizasiya aparılmış və orada müəyyən sayda mallar da əskik gəlmişdir. İnventarizasiya zamanı və ya sonra Təqsirləndirilən şəxs onların yanında olmaqla həmin müddət ərzində ona hər hansı bir təsir, təzyiq edilməmişdir. Hətta inventarizasiya zamanı çatışmamazlıqlar aşkar edildikcə Təqsirləndirilən şəxs bunları dərk etməklə öz nöqsanı olduğunu, son 9 ayın ödənişlərini öz şəxsi xərclərinə sərf etdiyini söyləmişdir. Şahid11 ifadəsində daha sonra göstərmişdir ki, "xxxx" MMC-nin digər mağazalarında olduğu kimi Tovuz mağazasında da mallar nağd və ya kredit formasında satılır. Əgər mal kreditə satılırsa mağazanın kredit eksperti "xxxx" mühasibatlıq proqramında kredit sənədləşdirməsini apardıqdan sonra müştərinin adına mal yazır. Müştəri kredit müqaviləsinin şərtlərinə uyğun olaraq aylıq üzrə mağazaya ödənişlər edir və əvəzində müştəriyə ödəniş haqqında qəbz verilir. Həmin ödənişləri mağaza müdiri və ya satış məsləhətçiləri qəbul edirlər və "xxxx" mühasibatlıq proqramında müştərinin adına işləyirlər. Əgər müştəri malı nağd şəkildə alırsa və bu müştəri “təkrar” müştəri deyilsə "xxxx" mühasibatlıq proqramının satış bölməsində müştərinin anket məlumatları, aldığı malın adı, markası, modeli, sayı və qiyməti göstərilməklə satış sənədi yaradılır. Bundan sonra edilmiş nağd ödəniş proqram təminatında kassa mədaxil bölməsində həmin müştərinin adına giriş olunur. Müştəri ödəniş etdikdə ona qəbz və zəmanət talonu verilir. Qəbz verilmədikdə isə müştəriyə zəmanət talonu verilir və həmin zəmanət talonunun üzərində malın qiyməti yazılır. Əgər müştəri “təkrar” müştəri olarsa "xxxx" mühasibatlıq proqramının satış bölməsinə həmin müştərinin adı axtarılır və onun aldığı malın adı, markası, modeli, sayı və qiyməti göstərilməklə satış sənədi yaradılır. Əgər müştəri bir neçə mal alısa hər bir mal ayrıca olaraq qeyd olunur. Mağazada satılmış malların hamısı mağazada baş ofis tərəfindən quraşdırılmış sistemə işlənir. Mağazada xəzinədar ştatı olmadığı üçün Təqsirləndirilən şəxslə birgə işlədiyi müddətdə satılmış malların pulları mağazada dəftərin arasına qoyulmuşdur. Həmin qeyd kitabları qaralama formasında Şahid12 tərəfindən yazılmışdır. Təqsirləndirilən şəxs nə ona, nə də ki, Şahid12 proqram təminatına daxil olaraq nağd və ya kredit yolu ilə həyata keçirilmiş satışları mühasibatlıq proqramına daxil etməyə icazə verməmişdir. Onlar yalnız kredit yolu ilə satılmış malların aylıq ödənişlərini sistemə daxil etmişlər. Sistem üzərindən başqa heç bir əməliyyat aparmaq icazəsi olmamışdır. Təqsirləndirilən şəxs mağaza müdiri kimi onlara nağd və ya kreditə satılmış malları sistemə işləmək barədə tapşırıq verə bilərdi. Lakin belə bir hal olmamışdır. Satılmış malların hamısını Təqsirləndirilən şəxs sistemə özü işləmiş, gündəlik satışdan olan pulları da bank vasitəsilə baş ofisə göndərmək adı ilə Təqsirləndirilən şəxs hər iş gününün sonunda və ya ertəsi gün özü ilə götürmüşdür. Nağd qaydada satılmış malların pulu zəmanət talonları ilə birlikdə Təqsirləndirilən şəxs verilmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxslə birlikdə satıcı kimi işlədiyi dövr ərzində nağd satışla bağlı sistemə hər hansı məlumatlar daxil etməmişdir. Mağazada edilmiş satışların sistemə daxil edilib-edilməməsindən onun heç bir məlumatı olmamışdır. Mağazada əskik gəlmiş mallarla bağlı belə fikirləşir ki, Təqsirləndirilən şəxs satılmış malların bir hissəsini sistemə işləməmişdir. MMC-nin mərkəzi anbarından və digər mağazalardan Tovuz filialına gətirilən mallar əgər malların sayı çox olardısa cəmiyyətin sürücüləri olan Hikmət, Maarif, Məhəmməd və Xanbala adlı sürücülər tərəfindən gətirilmişdir. Sifariş edilən malların sayı az olardısa o halda, həmin sürücülər malları Sədərək ticarət mərkəzində rayonlara sərnişin və mal daşıyan MMC-nin işçisi olmayan "xxxx" kimi tanıdığı Ərşad adlı şəxs vasitəsilə gətirilmişdir. Mallar mağazaya gətirilən zaman, əgər Təqsirləndirilən şəxs özü mağazada olmurdusa malları o, və Aytac qəbul edib bu barədə dəftərdə qeydiyyat aparmışlar. Həmin qeydiyyatlar əsasında da Ərşad gətirdiyi malların sayına uyğun olaraq daşıma haqqı almışdır. Ərşad mal gətirən zaman Bakı şəhərində ona verilmiş malları təhvil almağına dair qaimələrə imza etmiş, lakin onlar heç vaxt malları ondan təhvil alarkən ona verilmiş qaimələrə imza etməmişlər. Sadəcə qeyd etdiyi kimi bu barədə özlərində dəftərdə qeydiyyat aparmışlar. Qeyd olunan dəftərdəki yazılar Şahid12 xətti ilə yazılmış və malın markasını, sayını, təhvil alınma tarixini göstərmək məqsədilə yazılmışdır. Misal üçün “570505 Eİx1 xx.xx.2020” yazılışın mənası təhvil alınan malın “570505 Eİ” markalı olmaqla 1 ədəd olmasını ifadə edir. Yəni “x” və ya “-“ kimi simvollardan sonra yazılan rəqəmlər malın sayını, əvvəldə yazılan rəqəm və ya hərf marka və ya modelini, xx.xx.2020 isə malın təhvil alınma tarixi göstərir. Qazax mağazasında isə malların saxlanması üçün anbar mövcud olmadığından Qazax mağazasına gələn mallar Tovuz mağazasının zirzəmisində yerləşən anbarda saxlanılmışdır. Həmin malları Təqsirləndirilən şəxs özü və ya onun tapşırığına əsasən onlar özü fərdi qaydada işləyən ayrı-ayrı sürücülər vasitəsilə Qazax mağazasına göndərmişlər. MMC-nin mərkəzi anbarından və digər mağazalardan Tovuz filialına mallar gətirilən zaman, əgər Təqsirləndirilən şəxs özü mağazada olurdusa malları özü qəbul etmişdir. Əgər İqbal mağazada olmurdusa gətirilən malları o, və Aytac qəbul etmiş, bu barədə özlərində olan kitabçada qeydiyyat aparmış və dərhal Təqsirləndirilən şəxsa məlumat vermişlər. Yəni elə bir hal olmamışdır ki, anbardan və ya digər mağazadan Tovuz filialına mal gəlsin və bundan Təqsirləndirilən şəxs xəbəri olmasın. Çünki Təqsirləndirilən şəxs bütün sifarişləri "xxxx" mühasibatlıq proqram təminatı üzərində özü vermiş və malların satışına nəzarət etmişdir. Qeyd kitabında yazılmış malları o, və Aytac daxili sifarişlərə uyğun olaraq göstərilən adda və sayda qəbul etmişlər. Həmin malları gətirən sürücülərə pul ödəmişlər. Xərclərin düzgün uçotunu aparmaq üçün bu barədə dəftərdə qeydiyyat aparmışlar. Lakin burada mağaza tərəfindən qəbul edilmiş malların tam siyahısı yoxdur. Buna səbəb kimi qeyd olunan malların MMC-nin sürücüsü olmayan "xxxx" kimi bildiyi Ərşad adlı sürücü tərəfindən gətirilməsidir. Belə ki, mallar MMC-nin sürücüləri tərəfindən gətirilirdisə onlara daşıma pulu verilməmiş və dəftərdə qeydiyyat aparılmamışdır. Mağazada olan kompüter daimi olaraq mağazanın içərisində masanın üzərində olmuş, hər iş günün başlanğıcında Təqsirləndirilən şəxs ona verilmiş “login” və parolla "xxxx" mühasibatlıq proqram təminatına daxil olmuş və sistem gün ərzində açıq olmuşdur. Əgər müştəri nağd və ya kreditə aldığı malı onun ünvanına çatdırılmasını və ya quraşdırılmasını xahiş edirdisə onlar fərdi qaydada yük daşıma fəaliyyəti ilə məşğul olan Azər adlı şəxsə müraciət etmiş, çünki həmin dövrdə mağazada çatdırılma xidməti mövcud olmamışdır. Həmin mallar adətən iriqabaritli mallar olmuşdur. Azər adlı şəxs gəlib malı apardıqda hər dəfə və ya müəyyən vaxt keçdikdən sonra göstərdiyi xidmətə görə sürücüyə kassadan pul vermişlər. Həmin xərclər ayrıca olaraq qeyd kitabında yazılmışdır. Əgər müştərinin ünvanına mal çatdırılırdısa qeyd kitabında həmin müştərinin adı, malı nağd və ya kreditə alması, malın markası, müştərinin ünvanı və çatdırmanın tarixi yazılmışdır. Elə hallar olmuşdur ki, müştəri nağd və ya kreditə aldığı malı özü ilə aparmışdır. Belə olan halda qeyd kitabında həmin müştəriyə aid məlumatlar yazılmamışdır. Misal üçün kitabda qeyd edilmiş “Dayı-Rizvan-Alakol-kred- 7103YD-xx.xx.2020” yazısı o deməkdir ki, Rizvan adlı müştəri kreditə 7103YD modelli paltaryuyan almış və həmin mal Tovuz rayonu Alakol kəndinə çatdırılmışdır. Əgər müştərinin adı həmin siyahıda var idisə deməli ona həqiqətən mağaza tərəfindən mal satılmış və ünvanına çatdırılmışdır. Qeyd kitabında, həmçinin kommunal, fəhlə pulu və sair xərclər yazılmışdır. Həmin kitab ancaq xərclərin dəqiq uçotunu aparmaq üçün yazılmışdır. Qeyd kitabında göstərilmiş müştərilərin əksəriyyətini tanıyır. Siyahıda göstərilən malları həmin müştərilərə məhz onlar satmış və nağd satışdan olan pulları Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs həmin pulları sistemə işləyib-işləməməsindən onun heç bir məlumatı olmamışdır. Həmin dövr ərzində onlar təbii olaraq, kiçik qabaritli, yəni elektrik çaynik, tozsoran, televizor və s. malları satmışlar. Həmin malların hamısı müştərilər tərəfindən daşındığı üçün bu barədə dəftərdə hər hansı qeydiyyat aparmamışlar. Bundan əlavə, Təqsirləndirilən şəxslə birlikdə işlədiyi müddətdə dəfələrlə nağd şəkildə satılmış malların sistemə işlənilmədiyinin şahidi olmuşdur. O, bu barədə Təqsirləndirilən şəxs soruşduqda ona hər dəfə “bu ay üçün plan vurulub, gələn ay üçün ehtiyat kimi saxlayıram”deyə cavab vermişdir. Təqsirləndirilən şəxs mağaza müdiri olduğuna görə onun işinə qarışmamış, çünki nağd satışları sistemə işləmək birbaşa mağaza müdirinin işidir. Bundan əlavə, bir neçə dəfə Təqsirləndirilən şəxs mağazaya məxsus malların yaxın qohumları üçün hədiyyə şəklində verilməsinin şahidi olmuşdur. Həmin şəxslər tərəfindən hər hansı şəkildə ödəniş edilmədiyi və zəmanət talonu tələb olunmadığı üçün həmin məhsulun satışdan kənar, yəni hədiyyə olaraq verildiyini başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi "xxxx" MMC-nin Qazax şəhərində yerləşən mağazasında satış məsləhətçisi işləmişdir. Satıcı kimi vəzifəsi mağazaya daxil olan müştəriləri qarşılamaq, müştərinin istəyinə uyğun mallarla tanış etmək, qiymətlərini bildirmək, məhsulun xüsusiyyətləri barədə müştərini məlumatlandırmaq və s. ibarət olmuşdur. O, işə götürüləndə Təqsirləndirilən şəxs Qazax mağazasının müdiri olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs Cəmiyyətin Tovuz rayonunda da yerləşən mağazasının müdiri olmuşdur. Həmin mağazada ondan başqa Şahid13 adlı satış məsləhətçisi və Cavid Eyyubov adlı kredit mütəxəssisi işləmişdir. xx.xx.2020-ci il tarixdə Cəmiyyətin Qazax filialındakı mağaza üzrə onun, "xxxx" MMC-nin Parakəndə satış şöbəsinin müdiri Şahid7, Cəmiyyətin əməliyyat uçotu və nəzarət mütəxəssisi kimi Şahid1, onun yerinə müdir təyin olunan Şahid5, Təqsirləndirilən şəxs özünün, habelə satış məsləhətçisi Şahid13 iştirakları ilə qalıq malların inventarizasiyası aparılmışdır. 30 avqust 2020-ci il tarixdə aparılmış inventarizasiya zamanı xx.xx.2019-cu il-xx.xx.2020-ci il tarixləri aralığı üzrə mal dövriyyəsi ilə bağlı Qazax bölgəsində olan mağaza üzrə çatışmazlıqlar aşkar edilmişdir. Həmin inventarizasiya zamanı o, özü də iştirak etmişdir. Həmin gün Tovuz rayonunda yerləşən mağazada da inventarizasiya aparılmış və orada müəyyən sayda mallar da əskik gəlmişdir. İnventarizasiya zamanı və ya sonra Təqsirləndirilən şəxs onların yanında olmaqla ona həmin müddət ərzində hər hansı bir təsir, təzyiq edilməmişdir. Mağazada əskik gəlmiş mallarla bağlı belə fikirləşir ki, Təqsirləndirilən şəxs satılmış malların bir hissəsini sistemə işləməmiş və nəticədə həmin mallar sayım zamanı əskik gəlmişdir. Şahid14 ifadəsində daha sonra göstərmişdir ki, "xxxx" MMC-nin digər mağazalarında olduğu kimi Qazax mağazasında da mallar nağd və ya kredit formasında satılmışdır. Mağazada satılmış malların hamısı mağazada baş ofis tərəfindən quraşdırılmış sistemə işlənilmişdir. Mağazada xəzinədar ştatı olmadığı üçün satılmış malların, eləcə də kreditə satılmış malların aylıq ödənişləri mağazanın kassasında yığılmışdır. Nağd şəkildə satılmış mallar üçün müştərilərə yalnız zəmanət talonu verilmiş, başqa heç bir qəbz və ya sənəd təqdim olunmamışdır. Müştərilər kreditə satılmış malların aylıq ödənişlərini ödədikdə onlara ödəniş qəbzi verilmişdir. Həmin qəbzin bir nüsxəsi mağazada qalmışdır. Nağd və kreditə satılmış malların aylıq ödəniş pulları ödəniş qəbzlərinin arasına qoyulmaqla kassada saxlanılmışdır. Nağd şəkildə satılmış malların pulu ilə aylıq ödəniş pullarının qarışmaması üçün onlar qəbzlərin birinin üzərinə nağd şəkildə satılmış malların adını və satış qiymətini qeyd etmişlər. Edilmiş satışlardan asılı olaraq Təqsirləndirilən şəxs vaxtaşırı Qazax mağazasına gələrək kassada olan pulları özü götürmüşdür. Zəmanət talonlarını da həmin vaxt Təqsirləndirilən şəxs özünə verilmişdir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs nə ona, nə də ki, Şahid13 proqram təminatına daxil olaraq nağd və ya kredit yolu ilə həyata keçirilmiş satışları mühasibatlıq proqramına işləməyə icazə verməmişdir. Onlar yalnız kredit yolu ilə satılmış malların aylıq ödənişlərini sistemə daxil etmişlər. Satılmış malların hamısını Təqsirləndirilən şəxs sistemə özü işləmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxslə birlikdə satıcı kimi işlədiyi dövr ərzində nağd satışla bağlı o, sistemə hər hansı məlumatlar daxil etməmişdir. Mağazada edilmiş satışların sistemə daxil edilib-edilməməsindən onun heç bir məlumatı olmamışdır. Qazax mağazasında malların saxlanması üçün anbar mövcud olmadığından Təqsirləndirilən şəxs tərəfindən sifariş edilmiş bütün mallar Tovuz mağazasının anbarına gətirilmiş və orada saxlanılmışdır. Əgər Qazax mağazası üçün mal lazım olardısa Təqsirləndirilən şəxs ona verilmiş “istifadəçi” ad və “paroldan” istifadə edərək Qazax mağazasının adından "xxxx" mühasibatlıq proqram təminatı üzərindən Tovuz mağazasının adına sifariş qoymuş və həmin mallar fərdi qaydada işləyən sürücülər vasitəsilə Qazax mağazasına göndərilmişdir. Lakin elə hallar olmuşdur ki, sifariş edilmiş mallar birbaşa Mərkəzi anbardan və ya digər mağazalardan gətirilmişdir. Belə olan halda onlar malları siyahıya uyğun yoxlayıb qəbul etmiş və özlərində qeydiyyat aparmışlar. Təqsirləndirilən şəxs mağazaya gəldikdən sonra qəbul edilən mallar barədə ona məlumat vermişlər. Malların təhvil alınması ilə bağlı qeydləri qaralama formasında kağız üzərində aparmışlar. Həmin kağızlar lazımsız olduğu üçün sonradan atılmışdır. Qazax mağazasına göndərilən malların hamısı Təqsirləndirilən şəxs tərəfindən sifariş edilmişdir. Təqsirləndirilən şəxs rəsmi olaraq Qazax mağazasının müdiri vəzifəsində işləyib-işləmədiyini dəqiq bilmir. Lakin, o, Qazax mağazasında satıcı vəzifəsində işlədiyi müddətdə mağaza müdiri Təqsirləndirilən şəxs olmuş, çünki mağazanın idarə edilməsi ona tapşırılmışdır. Əgər Təqsirləndirilən şəxs mağazanın müdiri olmamışdırsa niyə nağd satışdan olan pulları və aylıq kredit ödənişlərini onlardan almış, mağazaya mal sifariş etmiş və həmin malları mağazaya göndərmişdir. Fikrincə, Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə xarakterli ifadə verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid42 ifadəsində göstərmişdir ki, 2020-ci ildə Rusiyada olduğu zaman həmkəndlisi X3 xahiş etmişdir ki, ona kondisioner alsın. Nemət Məmmədov onun xahişimə əsasən yaşadığı evə gedib pul götürmüş, 29 iyun 2020-ci il tarixdə "xxxx" MMC-nin Tovuz şəhərində yerləşən “Arçelik Tovuz” mağazasından öz adına nağd qiymətə 1400 manata bir ədəd “Arçelik” markalı, “AMFDA 240” modelli kondisioner almışdır. Nemət kondisionerin pulunu “Arçelik Tovuz” mağazasına ödəmiş və mağazanın işçiləri ona zəmanət talovu yazaraq vermişlər. Bundan sonra mağazanın işçiləri kondisioneri yaşadığı Tovuz rayonu Alakol kəndində yerləşən evə gətib quraşdırmışlar. Həmin kondisioner hal-hazırda öz yaşadığı ünvandadır, işlək vəziyyətdədir. Mağazada müdir vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tanımır. Mağazaya ödədiyi pulun sonradan sistemə daxil edilib-edilməməsindən mənim heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid36 ifadəsində göstərmişdir ki, 30 iyun 2020-ci il tarixdə "xxxx" MMC-nin Tovuz şəhərində yerləşən “Arçelik Tovuz” mağazasından öz adına nağd qiymətə 1380 manata bir ədəd “Arçelik” markalı “AMFDA240” modelli kondisioner almışdır. Həmin pulu mağazada işləyən adını bilmədiyi satıcılardan birinə vermişdir. Mağazanın adını bilmədiyi xanım işçisi aldığı mala görə ona zəmanət talonu yazaraq vermişdir. Pulu ödəyərkən ona zəmanət talonundan başqa hər hansı sənəd, çek və ya qəbzin verilib-verilmədiyi yadında deyil. O, mağaza işçilərindən xahiş etmişdir ki, aldığı malı evə gətirsinlər. Təxminən 1 həftə sonra malı yaşadığı Tovuz rayonu Girzan kəndində yerləşən evinə gətirmişlər. Mağazada müdir vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tanımır. Mağazaya ödədiyi pulun sonradan sistemə daxil edilib-edilməməsindən onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda kompüter mühəndisi işləyir. Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş əlavə kompüter-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün mütəxəssis qismində cəlb olunmuşdur. İnformatika və hesablama texnikası, avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı sahəsində xüsusi bilik və bacarığından istifadə edərək, ekspertiza qarşısında qoyulmuş sualların cavablandırılması üçün tədqiqat aparmışdır. O, "xxxx" MMC-nin ünvan 8 ünvanında yerləşən server kömpüterinə baxış keçirmişdir. "xxxx" proqram təminatının ümumi serverinə daxil olmuş, məhsulların siyahıları, təsərrüfatdaxili hərəkətləri, eyni zamanda, digər istifadəçilərin sənədlərə müdaxiləsinin olub-olmamasını analiz etmişdir. Bütün bu araşdırmalar "xxxx" proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalı ("xxxx") vasitəsilə tam araşdırılıb, analiz edilmişdir. Ümumi araşdırma "xxxx" fayıllar üzərində aparılmışdır. "xxxx" fayl ingilis dilindən tərcümə olunduqda “qeyd” deməkdir. LOG sistemdəki hər hansı bir cihazın və sistem üzərində olan istifadəçilərin hərəkətlərini qeyd edən quruluşdur. Hər bir elektronik cihazda, proqram təminatında və əməliyyat sistemlərində LOG sistemi mövcuddur və bu sistem kiber təhlükəsizlik hadisələrinin aydınlaşdırılması üçün məcburi şərtdir. Ona tam araşdırma aparmaq üçün sualda qeyd olunan dövr, yəni xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığında olan məlumatlar təqdim olunmadığına görə araşdırma yalnız xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında "xxxx" MMC-nin ümumi serverində yerləşən "xxxx" proqram təminatında bərpa edilmiş 174 "xxxx" fayl əsasında aparılmışdır. Araşdırma nəticəsində "xxxx" mühasibatlıq proqram təminatının bazasında qeyd olunan "xxxx" fayl jurnalında kənar müdaxilə halı aşkar edilməmişdir. Xüsusi icazəsi olan şəxs qeyd olunan nömrəli sənədlərə müdaxilə edə bilər və bu edilən müdaxilə "xxxx" jurnalında qeydiyyat olunur. "xxxx" faylları dəyişdirmək olmur, yalnız silmək olar və bu əməliyyatı da "xxxx" proqramında xüsusi icazəsi olan şəxs edə bilər. İzinin itirilməsi üçün həmin "xxxx" fayl silinməlidir. Araşdırma zamanı Tovuz və Qazax mağazaları tərəfindən xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında yaradılmış "xxxx" fayllarda daxili və ya kənar müdaxilə halı aşkar etməmişdir. "xxxx" proqram təminatının ümumi serverində yerləşən məlumatlar birbaşa yox, təhlükəsizlik baxımından “VPN” (X20 –X29) bağlantısı vasitəsilə istifadəçilərə ötürülür. “VPN” dedikdə iki kompüter arasında məlumatları “virtual tunnel” vasitəsilə şifrəyələrək ötürən əlaqə vasitəsidir. “VPN” bağlantısı üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur, yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə ediləcəyi məlumat şifrələnmiş olur. Amma bu cür halda davamlı təkrar olunmur, çünki əgər “VPN” server məlumat sızmasını müşahidə edərsə həmin əlaqə başqa yolla marşrutlayır. İstifadəçi sistem administratoru tərəfindən ona verilən “istifadəçi” adı və “parolu” daxil edərək 1C proqram təminatına qoşulub əməliyyat apara bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Cəmiyyətin direktoru Şahid3 adına yazılı məlumat ünvanlamışdır. Buna səbəb isə Tovuz mağazasında bir neçə ay əvvəl kredit yolu ilə satılmış mallar üzrə 14 müştəridən alınmış ümumi məbləği 3468,0 manat olan ilkin ödənişlərin vaxtında xəzinəyə mədaxil edilməməsi və aşkar edildikdə dərhal sonra, yəni xx.xx.2020-ci il tarixdə Tovuz mağazasının müdiri Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun-iyul aylarında dəqiq xatırlamadığı tarixdə ünvan 10 ünvanında yerləşən “Arçelik” məişət texnikası satılan mağazada yay endirimləri olmuşdur. O, endirimdən faydalanmaq üçün həmin tarixlərdə mağazaya gedib oradan 3 ədəd “TV Supra 32LT0065” modelli televizoru hər biri 190 manat olmaqla nağd qiymətə almışdır. Həmin televizorları satıcı Şahid11 almışdır. Televizorlara görə 570 manat pul ödəyərkən ona heç bir sənəd, qəbz verilməmişdir. Sadəcə sistemdə qeyd edildiyini demişlər. O, sadəcə şəxsiyyət vəsiqəsi vermiş və bir neçə saat ərzində televizorları yanında yoxlayıb təqdim etmişlər. Televizorlardan biri Tovuz rayonu Əlibəyli kəndində öz yaşadığı evindədir. Digər ikisi Tovuz rayonu Öysüzlü kəndində xalası qızının evindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından hal-hazıradək Tovuz rayon İHB-nın Əlibəyli kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. 05 iyul 2020-ci il tarixdə "xxxx" MMC-nin Tovuz rayon Polis Şöbəsinin qarşısında yerləşən Tovuz filialından öz adına nağd qiymətə, 2050 manata bir ədəd “Arçelik 2487 CİY” markalı soyuducu almışdır. Həmin pulu da əlbəəl orada işləyən qadın işçilərdən birinə vermişdir. Həmin vaxtı onlar ona zəmanət talonu vermişlər. Etdiyi ödənişin müqabilində ona hər hansı çek və ya qəbzin verilib verilməməsi yadında deyil. O, sadəcə şəxsiyyət vəsiqəsini vermiş və təxminən 1 saat ərzində soyuducunu gətirib yaşadığı Tovuz rayonu Əlibəyli kəndində yerləşən evdə quraşdırıb yanında yoxlayab ona təqdim etmişlər. Həmin soyuducu da hazırda Əlibəyli kəndində öz yaşdığı ünvandadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, 2013-cü ildən hal-hazıradək "xxxx" MMC-də sürücü işləyir. Sürücü kimi vəzifəsi MMC-nin mərkəzi anbarından satılan malları müştərilərə çatdırmaq, həmçinin MMC-nin filiallarından sifariş olunmuş malları filiallara çatdırmaqdan ibarətdir. O, malları mərkəzi anbardan qəbul edən zaman “daxili yerdəyişmə qaiməsi” və “servis mərkəzi xidmət talonu” adlı sənədlərə həmin malları qəbul etməyinə dair imza edir. Əgər mallın sayı çox olarsa idarə etdiyi “Ford Tranzit” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin malları özü aparıb mağaza müdirlərinə təhvil verir. Əgər göndəriləcək malların sayı az olarsa həmin malları aparıb Sədərək ticarət mərkəzində başqa sürücülərə təhvil verib rayonlara yola salır. Həmin sürücülər MMC-nin sürücüləri deyil. Onlar yalnız rayonlara sərnişin və mal daşıyırlar. O, Tovuz və Qazax mağazalarına gedən malları həmişə "xxxx" kimi tanıdığı Ərşad adlı şəxs vasitəsilə göndərmişdir. O, “Lütiyə” malları təhvil verən zaman bu barədə ona “daxili yerdəyişmə qaiməsi” və “servis mərkəzi xidmət talonu” adında olan sənədlərə imza etmişdir. Elə olur ki, həmin sənədə o, yox onun yanında olan fəhlələr də imza edir. O, malları “Lütiyə” verən zaman bu barədə mağaza müdiri ilə danışıb ona məlumat vermişdir ki, malı məhz "xxxx" ilə yola salmışdır. O, özü şəxsən dəfələrlə Tovuza mal gətirib mağaza müdiri olan Təqsirləndirilən şəxs malları təhvil vermişdir. Həmin malları da İqbal özü qəbul edib daxili yerdəyişmə qaiməsinə imza etmişdir. Şahid20 ifadəsində daha sonra göstərmişdir ki, ona təqdim edilmiş “daxili yerdəyişmə qaimələri” ilə tanış olmuşdur. Onlardan cəmi 15, yəni xx.xx.2020-ci il tarixli, 51 nömrəli, xx.xx.2020-ci il tarixli, 2071 nömrəli, xx.xx.2020-ci l tarixli, 2302 nömrəli, xx.xx.2020-ci il tarixli, 2463 nömrəli, xx.xx.2019-cu il, 2401 nömrəli, xx.xx.2020-ci il tarixli, 2635 nömrəli, xx.xx.2019-cu il tarixli, 2919 nömrəli, xx.xx.2020-ci il tarixli, 2435 nömrəli, xx.xx.2019-cu il tarixli, 3145 nömrəli, xx.xx.2019-cu il tarixli, 3732 nömrəli, xx.xx.2019-cu il tarixli, 4081 nömrəli, xx.xx.2019-cu il tarixli, 4084 nömrəli, xx.xx.2019-cu il tarixli, 4327 nömrəli, xx.xx.2019-cu il tarixli, 4568 nömrəli, xx.xx.2019-cu il tarixli, 3681 nömrəli qaimələrdə onun imzası vardır. Həmin qaimələrdə olan malların içərisində elə mallar var ki, hansı ki, o, şəxsən aparıb Təqsirləndirilən şəxs təhvil vermişdir. Qaimələrdə olan digər malları isə o, mərkəzi anbardan təhvil götürüb Sədərək Ticarət Mərkəzində işləyən "xxxx" dediyi sürücüyə vermişdir. Həmin qaimələrdə yalnız onun özünün anbardan malları götürməyinə dair imzalar vardır. Lakin elə hallar da olmuşdur ki, o, malları anbardan qəbul edib digər filiallara göndərən zaman ona təkcə servis talonu vermişlər və onlara imza etmişdir. Həmin talonları da Sədərəkdə filiallara göndərən zaman talonlara “Lütiyə” də imza etdirmişdir. Ona təqdim olunmuş “Servis Mərkəzi xidmət talonu” adlı sənədlərlə tanış olmuşdur. Onlardan cəmi 10 sənəddə onun imzası vardır. Onlardan bəzilərini o, özü imza edib Sədərəkdəki sürücyə vermişdir. Elə sənədlər də vardır ki, onları o, deyil, onun yanında olan fəhlələr imza edib sürücüyə vermişdir. Həmin sənədləri də mal göndərdiyi sürücülərə təhvil vermişdir. Elə sənədlər də vardır ki, həmin sənədlərdə olan Tovuzdan Bakıya göndərilmiş malları o, qəbul etmişdir. Həmin sənədlərin içərisində elə sənədlər də vardır ki, hansı ki, onlar Tovuz mağazasından satılmışdır. Müştərilər isə başqa regionlarda yaşayırlar. Həmin malları da müştəri qəbul edən zaman imza etmişdir. Həmin sənədlərin içərisində elə də sənəd vardır ki, həmin sənədlərdə Tovuz filialından mallar təhvil alınıb digər filiallarda ehtiyac olduğu üçün onlara satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, 2019-cü ilin oktyabr ayından hal-hazıradək "xxxx" MMC-də sürücü işləyir. O, malları mərkəzi anbardan qəbul edən zaman “daxili yerdəyişmə qaiməsi” və “servis mərkəzi xidmət talonu” adlı sənədlərə həmin malları qəbul etməyinə dair imza edir. Əgər mallın sayı çox olarsa idarə etdiyi “X25” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin malları özü aparıb mağaza müdirlərinə təhvil verir. Əgər "xxxx" malların sayı az olarsa həmin malları aparıb Sədərək ticarət mərkəzində başqa sürücülərə təhvil verib rayonlara yola salır. Tovuz və Qazax mağazalarına gedən malları, əgər malları sayı az olardısa həmişə "xxxx" kimi bildiyi Ərşad adlı şəxs vasitəsilə göndərmişdir. O, “Lütiyə” malları təhvil verən zaman bu barədə ona “daxili yerdəyişmə qaiməsi” və “servis mərkəzi xidmət talonu” adında olan sənədlərə imza etdirmişdir. Elə olur ki, həmin sənədə o, yox, onun yanında olan fəhlələr də imza edir. O, özü şəxsən dəfələrlə Tovuza mal gətirib mağaza müdiri olan Təqsirləndirilən şəxs malları təhvil vermişdir. Həmin malları da İqbal özü qəbul edib daxili yerdəyişmə qaiməsinə imza etmişdir. Şahid21 ifadəsində daha sonra göstərmişdir ki, ona təqdim edilmiş “daxili yerdəyişmə qaiməsi” sənədləri ilə tanış olmuşdur. Onlardan cəmi 12, yəni xx.xx.2020-ci il tarixli, 292 nömrəli, xx.xx.2020-ci il tarixli, 373 nömrəli, xx.xx.2020-ci il tarixli, 1232 nömrəli, xx.xx.2020-ci il tarixli, 1407 nömrəli, xx.xx.2020-ci il tarixli, 1637 nömrəli, xx.xx.2020-ci il tarixli, 1719 nömrəli, xx.xx.2020-ci il tarixli, 1984 nömrəli, xx.xx.2020-ci il tarixli, 2333 nömrəli, xx.xx.2019-cu il tarixli, 3859 nömrəli, xx.xx.2019-cu il tarixli, 3929, xx.xx.2019-cu il tarixli, 4026 nömrəli, xx.xx.2019-cu il tarixli, 4148 nömrəli qaimələrdə onun imzası vardır. 3 qaimədə isə imzası olmamasına baxmayaraq adı orada qeyd olunmuşdur. Həmin qaimələrin birində, yəni xx.xx.2020-ci il tarixli, 1232 nömrəli daxili yerdəyişmə qaiməsinə əsasən malları şəxsən Təqsirləndirilən şəxs təhvil verib bu barədə ona imza etdirmişdir. Qaimələrdə olan digər malları isə o, mərkəzi anbardan təhvil götürüb Sədərək Ticarət Mərkəzində işləyən "xxxx" dediyi sürücüyə vermişdir. Başqa heç bir sürücüyə mal təhvil verməmişdir. Həmin qaimələrin yalnız birində onun imzası olmamasına baxmayaraq adı olan qaimədə malları "xxxx"nin özünə təhvil verib ona imza etdirmişdir. Həmin qaiməni də şirkət adından fəhlə imza etmişdir. Ona təqdim olunmuş “Servis Mərkəzi xidmət talonu” sənədlərlə tanış olmuşdur. Onlardan cəmi birində onun imzası var. 10 talonda isə onun adı qeyd olunmuşdur. Həmin sənədlərdən bəzilərini o, malları mərkəzi anbardan qəbul edib "xxxx" deyə tanıdığı sürücüyə təhvil vermişdir. “Lütiyə” təhvil verdiyi malların içərisində olan 1 talonda isə o, bu barədə “Lütiyə” imza etdirməmişdir. Digər talonlarda isə "xxxx" özü imza etmişdir. Cəmi bir talonda o, Tovuzda satılan malı Bakı şəhərində olan mərkəzi anbardan qəbul edib müştəriyə təhvil vermişdir. Həmin malları da müştəri qəbul edən zaman imza etmişdir. 2 talonda Tovuzdan göndərilən malı qəbul edib digər filiallara təhvil vermişdir. Talonda olan Tovuzdan göndərilmiş 1 ədəd malı isə qəbul edib MMC-nin servisinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 Şahid21 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, əsl adı Ərşad olmasına baxmayaraq hər kəs onu "xxxx" deyə tanıyır. Onun “Mercedes benz 303” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtomobili vardır. Təxminən 25 ilə yaxındır ki, Bakı şəhərindən Tovuz şəhərinə mal və sərnişin daşıyır. 7-8 il olar ki, "xxxx" MMC-nin Tovuz rayonunda filialı açılandan həmin mağazaya Bakı şəhərindən mal gətirir. Belə ki, həmin mağaza açılan vaxtdan şirkətin tanımadığı bir nəfər nümayəndəsi mal qəbul etdiyi Bakı şəhərində yerləşən “Sədərək” ticarət mərkəzində ona yaxınlaşaraq ondan onların malını, yəni soyuducu, paltaryuyan maşın, televizor, kondisioner, tozsoran, qabyuyan maşın və digər məişət elektrik avadanlıqları mallarını Tovuz rayonuna aparmağını, qiymət barəsində də Tovuz filialının mağaza müdiri ilə söhbət etməsini demişdir. O, həmin ərəfələrdə mağaza müdiri olan Təqsirləndirilən şəxslə danışıb malların daşınma haqqı barədə razılıq əldə etdikdən sonra həmin şirkətin mallarını Tovuz rayonuna gətirmişdir. O, əzəldən bəri həftənin 1-ci və 4-cü günləri Bakı şəhərinə gedib, həftənin 2-ci və 5-ci günləri geri qayıdır. Onun həmin şirkət tərəfindən şirkətin sürücüləri ilə göndərmiş olduqları malları qəbul edən zaman həmin malların sayımına uyğun olaraq şirkət tərəfindən tərtib edilmiş kağızlara bu barədə həmin malları qəbul etməyinə dair imza etmişdir. Həmin kağızlar da iki nüsxədə tərtib olunmaqla biri onda, digəri isə şirkətin işçilərində qalmışdır. Ona nə vaxt ki, daşınması üçün mallar verilmişdir, o, həmin malları qəbul etməyinə dair bütün sənədlərə həmin malları təhvil almağına dair imza etmişdir. Elə hal olmamışdır ki, o, malları təhvil alıb rayona gətirsin, ancaq həmin sənədlərə imza etməsin. Malları Sədərək TM-dən təhvil götürdükdən sonra həmin malları gətirib cəmiyyətin Tovuz rayon filialına təhvil vermişdir. Həmin mağazada da əksərən satıcılar özləri olmuşdur. Mağaza müdiri olan Təqsirləndirilən şəxs az-az hallarda özü mağazada olmuşdur. Malları gətirib təhvil verən zaman satıcılar kitabçada bu barədə özlərində qeydiyyat aparmışlar. Həmin qeydiyyatlar əsasında da gətirdiyi malların sayımına uyğun olaraq daşıma haqqı almışdır. O, heç vaxt malları gətirib cəmiyyətin Tovuz filialına təhvil verən zaman bu barədə Bakı şəhərində ona verilmiş malları təhvil almağına dair kağızların heç birinə imza etdirməmişdir. Sadəcə qeyd etdiyi kimi bu barədə işçilər özləri bu barədə dəftərdə qeydiyyat aparmışlar. Həmin kağızları da ya atmış, ya da gətirdiyi malların karopkaların arasına qoymuşdur. O, malları ancaq Tovuz rayonunda yerləşən mağazaya aparmış, "xxxx" MMC-nin başqa heç bir mağazasına mal təhvil verməmişdir. Şahid24 ifadəsində daha sonra göstərmişdir ki, ona təqdim olunmuş “daxili yerdəyişmə qaiməsi” sənədləri ilə tanış olmuşdur. Onlardan cəmi 17 qaimədə onun imzası vardır. Həmin imzalar onun həmin malları təhvil almağına dair olan imzalardır. Həmin qaimələrdə malları təhvil almağına dair öz xətti ilə yazılmış qeydlər vardır. Elə hallar olmuşdur ki, qaimələrə qəbul etdiyi malların adını deyil, yalnız sayını göstərmişdir. Lakin hər bir halda malları Tovuz mağazasına təhvil verən zaman mağazanın satıcıları gətirdiyi malları yoxlayaraq qəbul etmişlər. O, qəbul etdiyi bütün malları Tovuz mağazasına təhvil vermişdir. xx.xx.2020-ci il tarixli, 51 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 15 ədəd mal, xx.xx.2020-ci il tarixli, 158 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 15 ədəd paltaryuyan, 6 ədəd soyuducu, 2 ədəd soba, 6 ədəd xırdavat, xx.xx.2019-cu il tarixli, 2359 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 12 ədəd mal, xx.xx.2019-cu il tarixli, 2494 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 4 ədəd soyuducu, xx.xx.2019-cu il tarixli, 2438 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 12 ədəd mal, xx.xx.2019-cu il tarixli, 2537 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 14 ədəd xırdavat, 5 ədəd paltaryuyan, 1 ədəd soyuducu, xx.xx.2019-cu il tarixli, 2401 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 8 ədəd soyuducu, 1 ədəd sellofan torba, xx.xx.2019-cu il tarixli, 2692 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 5 ədəd paltaryuyan, 4 ədəd soyuducu, 2 ədəd qutu, xx.xx.2019-cu il tarixli, 2741 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 6 ədəd televizor, 8 ədəd xırdavat, xx.xx.2019-cu il tarixli, 2920 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 29 ədəd qutu, xx.xx.2019-cu il tarixli, 3859 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 27 ədəd mal, xx.xx.2019-cu il tarixli, 3929 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 28 ədəd mal, xx.xx.2019-cu il tarixli, 4026 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 23 ədəd mal, xx.xx.2019-cu il tarixli, 4148 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 15 ədəd televizor, 5 ədəd radiator, 12 ədəd paltaryuyan, xx.xx.2019-cu il tarixli, 4225 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 17 ədəd qutu, 5 ədəd paltaryuyan, 1 ədəd soyuducu, xx.xx.2019-cu il tarixli, 4437 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 6 ədəd soyuducu, 15 ədəd televizor, 7 ədəd paltaryuyan, 2 ədəd tozsoran, 2 ədəd şirəçəkən, xx.xx.2019-cu il tarixli, 4497 nömrəli daxili yerdəyişmə qaiməsi üzrə 10 ədəd televizor, 03 ədəd xırdavat və 10 ədəd paltaryuyanı "xxxx" MMC-nin adlarını xatırlamadığı, lakin üzdən tanıdığı sürücülərdən şəxsən qəbul etmiş və həmin malları aparıb cəmiyyətin Tovuz filialına təhvil vermişdir. Ona təqdim olunan “Servis Mərkəzi xidmət talonu” sənədləri ilə tanış olmuşdur. Onlardan cəmi 23-də onun imzası vardır. Ümumiyyətlə, o qaimələri və talonları bir sənəd bilib həmin sənədlərə malların sayımına uyğun qəbul etdiyi üçün imza etmişdir. Həmin malları da qeyd etdiyi kimi ona şirkətin sürücüləri gətirib təhvil vermişdir. 026890 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 23 ədəd mal, 026913 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 10 ədəd mal, 026033 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 16 ədəd mal, 026280 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 04 ədəd soyuducu, 018118 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 2 ədəd soyuducu, 2 ədəd xırdavat, 47675 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 5 ədəd soyuducu, 5 ədəd xırdavat, 47238 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 2 ədəd soyuducu, 11 ədəd televizor, 6 ədəd paltaryuyan, 3 ədəd xırda qutu, 025890 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 7 ədəd mal, 027995 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 15 ədəd televizor, 2 ədəd soyuducu, 49623 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 5 ədəd soyuducu, 10 ədəd televizor, 8 ədəd xırdavat, 025951 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 3 ədəd soyuducu, 5 ədəd soyuducu, 14 ədəd televizor, 47285 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 3 ədəd soyuducu, 20 ədəd televizor, 1 ədəd qabyuyan, 4 ədəd tozsoran, 1 ədəd aspirator, 47199nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 5 ədəd soyuducu, 5 ədəd paltaryuyan, 026675 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 4 ədəd soyuducu, 4 ədəd qaz sobası, 026706 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 4 ədəd soyuducu, 5 ədəd televizor, 2 ədəd kondisioner, 027663 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 4 ədəd mal, 018328 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2020-ci il tarixdə 2 ədəd soyuducu, 42765 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2019-cu il tarixdə 3 ədəd mal, 41745 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2019-cu il tarixdə 3 ədəd soyuducu, 3 ədəd paltaryuyan, 45389 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2019-cu il tarixdə 33 ədəd mal, 44271 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2019-cu il tarixdə 6 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 5 ədəd televizor, 47864 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2019-cu il tarixdə 11 ədəd paltaryuyan, 20 ədəd televizor, 48463 nömrəli “servis mərkəzi xidmət talonu”na əsasən xx.xx.2019-cu il tarixdə 3 ədəd soyuducu, 6 ədəd paltaryuyan, 5 ədəd televizor, 3 ədəd tozsoranı "xxxx" MMC-nin adlarını xatırlamadığı sürücülərdən şəxsən qəbul etmiş və həmin malları aparıb cəmiyyətin Tovuz filialına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid35 ifadəsində göstərmişdir ki, 11 mart 2020-ci ildə "xxxx" MMC-nin Tovuz şəhərində yerləşən “Arçelik Tovuz” mağazasından öz adına nağd qiymətə 1345 manata bir ədəd “Arçelik” markalı, “570505” modelli soyuducu və 550 manata bir ədəd “Arçelik” markalı, “6212W” paltaryuyan maşın almışdır. Soyuducunun pulunu o, “Arçelik Tovuz” mağazasına ödəmişdir. Həmin pulu mağazada işləyən adını bilmədiyi satıcılardan birinə vermişdir. Paltaryuyan maşının pulunu isə onun əvəzinə həmin gün Sumqayıt şəhərində yaşayan qızı X7 “Arçelik Sumqayıt” filialına ödəmişdir. Malı alarkən öz şəxsiyyət vəsiqəsini satıcılardan birinə vermiş, mağazanın adını bilmədiyi xanım işçisi aldığı mallara görə ona zəmanət talonu yazaraq vermişdir. “Arçelik” markalı, “570505” modelli soyuducuya görə 1345 manat pul ödəyərkən ona zəmanət talonundan başqa hər hansı sənəd, çek və ya qəbz verilməmişdir. Bundan iki gün sonra, yəni 13 mart 2020-ci il tarixdə mağazanın adını bilmədiyi işçisi “VAZ 2104” markalı maşını ilə aldığı malları yaşadığı Tovuz rayonu Hunanlar kəndində yerləşən evinə gətirib ona təhvil vermişdir. Mağazada müdir vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tanımır. Mağazaya ödədiyi pulun sonradan sistemə daxil edilib-edilməməsindən onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Tovuz rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs CM-in 179-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ayrı-ayrı tarixlərdə 2 rəy vermişdir. Ümum ilikdə isə sözügedən iş üzrə cəmi 3 məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək keçirilib. İş üzrə təyin edilərək keçirilmiş 2 məhkəmə-mühasibatlıq ekspertizasına o, sonuncu ekspertizaya isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-n eksperti X9 tərəfindən rəy verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, məhkəmə-mühasibatlıq ekspertizası mühasibatlıq sənədlərinə əsasən aparılan tədqiqatdır. Ultratek MMC-də mühasibatlıq, 1C proqramdan çıxarış əsasında aparılıb. Yəni daxili qaydada olan mühasibatlıq aparılıb. 1C proqramından çıxarışlar məhkəməmühasibat ekspertizasının predmeti deyil. Belə ki, 1C proqramı elə bir proqramdır ki, orada 1-i (bir rəqəmini) dəyişib 10 da etmək olar, 10 rəqəmini 100 də etmək olar, 100-ü 1000 (min) də etmək olar. İstənilən rəqəmdə orada dəyişiklik etmək olar. Bununla bağlı kompüter-texniki ekspertiza rəyində də, qeyd olunmuşdur ki, həmin o müdaxilə ola da bilər, olmaya da bilər. Yəni müdaxilə belədir ki, kompüterə kimin giriş imkanı varsa, həmin şəxs rəqəmləri dəyişə bilər. Məhz ona görə, o səbəbdən proqramdan çıxarışlar məhkəmə mühasibatlıq ekspertizasının predmeti deyil. Yəni rəqəmlərdə dəyişiklik varsa, onda həmin o rəqəmlər əsasında obyektiv rəy verilməsi mümkün deyil. İbtidai araşdırma zamanı bir neçə auditor rəyi verilib. Onun tərəfindən verilən rəydə qeyd olunub ki, auditorun istinad etdiyi sənədlərin heç biri mühasibatlıq sənədləri deyil. Hətta onun tərəfindən 1-ci və 2-ci ekspert tədqiqatı apararkən, bizim tədqiqat obyektimiz olmasa da, ümumi formada 1C proqramından çıxarılmış kompüter məlumatlarındakı rəqəmlər arasında düzgünlük, uyğunluq olub-olmamasını müqayisəli metodla yoxlamaq istəmişəm. O da düz gəlməyib. Tutaq ki, hər hansı bir məhsulun çeşidinin hərəkətini izləmişəm, məsələn filan çeşiddən 300 ədəd mağazaya daxil olub, bu qədər satılıb və axırdakı qalıq düz gəlməyib. Yəni, mühasibatlıq sənədi olmaması öz yerində, hətta 1C proqramından edilmiş çıxarışların özlərində də düzgünlük müəyyən edilməyib, əsaslı olmayıb. Bundan başqa inventarizasiya ilə bağlı qeyd etmək istəyirəm ki, işin içində məlumat şəklində “daxili yerdəyişmə qaimələri” mövcud olmuşdur. Həmin qaimələri də həqiqi qaimə kimi qəbul etmək olmur. Çünki qaimələri də ciddi mühasibatlıq sənədi kimi qəbul etməyimiz üçün, müəyyən rekvizitləri olmalıdır. Qaimələri ciddi mühasibatlıq sənədi kimi qəbul etmək üçün Maliyyə nazirliyinin, Nazirlər kabinetinin təsdiq etdiyi rekvizitlər olmalıdır. İşdəki qaimələrin heç birində heç bir zəruri rekvizit olmamışdır. Həm ekspert, həmçinin bir mühasib kimi, əminliklə deyə bilərəm ki, həmin qaimələr hamsı 1C proqramından çıxarışlar olmuşdur. İstintaq materiallarında əsasən cədvəl məlumatları olmuşdur ki, bunlar da sənəd deyil, məlumat şəklində olmuş, eyni zamanda birtərəfli qaydada tərtib edilimişdir, bir daha vurğayır ki, məhkəmə mühasibatlıq ekspertizası 1C proqramından edilmiş çıxarışlara əsasən keçirilə bilməz. İsrarla qeyd edir ki, 1C proqramından edilmiş cədvəl şəklində olan məlumatların özü də iş materiallrında olan sənədlərdə düzgün olmamışdır. Ümumiyyətlə mühasibatlığın düzgün aparılması, uçotun düzgün qurulması təmin edilməlidir ki, bu cür çatışmazlığı müəyyən etmək mümkün olsun. Şirkətlərin belə etməsilə bağlı qeyd edir ki, nəinki bu şirkətin, digər şirkətlərin də bu cür etməsinin səbəbi çox vaxt vergidən yayınmaq məqsədidir. Yəni vergidən yayınmaq məqsədilə daxili qaydada sənədlər hazırlanır. Bu məsələ isə onun sahəsi deyil, o bu məsələ ilə bağlı yalnız şəxsi fikrini bildirir. Sənədlər daxili qaydada hazırlandıqda isə, sonradan mənimsəməni, çatışmazlığı müəyyən etmək mümkün olmur. 2-ci dəfə bu işlə bağlı 9/1712 nömrəli rəy yazanda, daha da həssaslıqla yanaşmış, çünki, eyni məsələ ilə bağlı növbəti dəfə ekspertiza təyin edilirsə, daha dərindən iş öyrənilir ki, nəsə şübhəli, diqqətdən qaçan məsələ qalmasın, rəy dolğun, əhatəli olsun. Bu iş üzrə də, 2-ci dəfə mühasibatlıq üzrə ekspertiza təyin ediləndə, o mühasibatlıq ekspertizasının tədqiqat obyekti olmasa da, 1C proqramından çıxarılmış məlumatlar əsasında da, nəsə yazmaq istəmiş, lakin, yenə də uyğunsuzluq olmuş və rəy vermək mümkünsüz olmuşdur. El arasında “qara mühasibatlıq” deyə bir anlayış mövcuddur. Bu isə heç bir ekspertizanın predmeti deyil və ola bilməz. “Qara mühasibatlıqda” rəqəmlər dəyişir. Bundan əlavə, qara mühasibatlıqda sahibkar özü-özünü aldadır. Çünki, gələcəkdə bu cür problemlər yarananda kimin günahkar olmasını müəyyən edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179-cu maddəsilə ittiham olunmasına dair cinayət işi üzrə vermiş olduğunuz məhkəmə mühsasibatlıq sahəsində ekspert rəyi vermişdir. Ona Təqsirləndirilən şəxs CM-in 179-cu maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin materialları təqdim edilmiş və iş üzrə təyin edilmiş 3 cü məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi həvalə edilmişdir. O işdə mühasibatlıq sənədlərinin mövcud olmaması səbəbindən ekspert tərəfindən hər hansı qənaət formalaşdırılmasının mühasibat uçotu haqqında qanuna zidd olduğunu rəyə qeyd etmiş, bununla belə auditorun rəyindəki riyazi hesablamanın düzgünlüyünü təsdiq etmişdir.vurğulayır ki, məhkəmə mühasibatlıq ekspertizası ciddi mühasibatlıq sənədlərinin təştişi ilə aparılan ekspertiza növüdür, əks halda ekspertizanın aparılması mümkünsüzdür.onun tərəfindən aparılan tədqiqatın hüquqi əsaslılığı yoxdur, o yalnız audit rəyində riyazi hesablamanı təsdiq edib. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 22 yanvar 2021-ci il tarixli 4/08 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci il tarixli “Ultratek MMC” Tovuz mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 4-cü səhifəsində “Şahid12- Satış məsləhətçisi "xxxx" MMC” qrafasındakı imza–Şahid12 qızı tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci il tarixli “Ultratek MMC” Tovuz mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 4-cü səhifəsində “Şahid11 - Satış məsləhətçisi "xxxx" MMC” qrafasındakı imza – Şahid11 tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci il tarixli “Ultratek MMC” Qazax mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 6-cı səhifəsində “Şahid13 - Satış məsləhətçisi "xxxx" MMC” qrafasındakı imza – Şahid13 qızı tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci il tarixli “Ultratek MMC” Tovuz mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 4-cü səhifəsində “Şahid5 - Təhvil aldı "xxxx" MMC” qrafasındakı imza və xx.xx.2020-ci il tarixli “Ultratek MMC” Qazax mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 6-cı səhifəsində “Şahid5 - Təhvil aldı "xxxx" MMC” qrafasındakı imza – Şahid5 tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş, xx.xx.2019-cu il tarixli “Ultratek MMC” Qazax mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 3-cü səhifəsində “X32 "xxxx" MMC” qrafasındakı imza və “Maayev E.S.” yazıları və xx.xx.2019cu il tarixli “Ultratek MMC” Tovuz mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 6-cı səhifəsində “X32 "xxxx" MMC” qrafasındakı imza və “Maayev E.S.” yazıları – X24 tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş, 27.11,2019-cu il tarixli “Ultratek MMC” Qazax mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 3-cü səhifəsində “Şahid6 Audit "xxxx" MMC” qrafasındakı imza və “Bayramov.T.” yazıları və xx.xx.2019-cu il tarixli “Ultratek MMC” Tovuz mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 6-cı səhifəsində “Şahid6 Audit "xxxx" MMC” qrafasındakı imza və “Bayramov.T” yazılar - Şahid6 tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci il tarixli “Ultratek MMC” Tovuz mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 4-cü səhifəsində “Şahid7 - Pərakəndə satış şöbəsinin müdiri "xxxx" MMC” qrafasındakı imza; xx.xx.2020-ci il tarixli “Ultratek MMC” Qazax mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 6-cı səhifəsində “Şahid7 - Pərakəndə satış şöbəsinin müdiri "xxxx" MMC” qrafasındakı imza; xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Ultratek MMC” Tovuz mağazası üzrə olan mal-material vəsaitlərinin hərəkət reyestrinin 13-cü səhifəsində “Şahid7 - Pərakəndə satış şöbəsinin müdiri "xxxx" MMC” qrafasındakı imza; xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Ultratek MMC” Qazax mağazası üzrə olan mal-material vəsaitlərinin hərəkət reyestrinin 9-cu səhifəsində “Şahid7 - Pərakəndə satış şöbəsinin müdiri "xxxx" MMC” qrafasındakı imza – Şahid7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci il tarixli “Ultratek MMC” Tovuz mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 4-cü səhifəsində “Şahid1 - Əməliyyat uçotu və nəzarət üzrə mütəxəssis "xxxx" MMC” qrafasındakı imza; xx.xx.2020ci il tarixli “Ultratek MMC” Qazax mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 6-cı səhifəsində “Şahid1 - Əməliyyat uçotu və nəzarət üzrə mütəxəssis "xxxx" MMC” qrafasındakı imza; xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Ultratek MMC” Tovuz mağazası üzrə olan mal-material vəsaitlərinin hərəkət reyestrinin 13-cü səhifəsində “Şahid1 - Əməliyyat uçotu və nəzarət üzrə mütəxəssis "xxxx" MMC” qrafasındakı imza və “Ağayev.F.” yazıları; xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Ultratek MMC” Qazax mağazası üzrə olan mal-material vəsaitlərinin hərəkət reyestrinin 9-cü səhifəsində “Şahid1 - Əməliyyat uçotu və nəzarət üzrə mütəxəssis "xxxx" MMC” qrafasındakı imza və “Ağayev.F.” yazıları – Şahid1 tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş, xx.xx.2019-cu il tarixli “Ultratek MMC” Qazax mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 1-ci, 2-ci səhifələrində və 3-cü səhifəsində “Təqsirləndirilən şəxs Tovuz mağazasının müdiri “Ultratek MMC” qrafasındakı imza və “Rzayev İ” yazıları; xx.xx.2019-cu il tarixli “Ultratek MMC” Tovuz mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 1-5-ci səhifələrində və 6-cı səhifəsində “Təqsirləndirilən şəxs Tovuz mağazasının müdiri (maddi məsul şəxs) “Ultratek MMC” qrafasındakı imza və “Rzayev İ” yazıları; xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Ultratek MMC” Tovuz mağazası üzrə olan mal-material vəsaitlərinin hərəkət reyestrinin 1-12-ci səhifələrində imzalar və 13-cü səhifəsində “Təqsirləndirilən şəxs Tovuz mağazasının müdiri "xxxx" MMC” qrafasındakı “Təqsirləndirilən şəxs” yazıları və həmin qrafadakı imza; xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Ultratek MMC” Qazax mağazası üzrə olan mal-material vəsaitlərinin hərəkət reyestrinin 1-8-ci səhifələrində və 9-cü səhifəsində “Təqsirləndirilən şəxs Tovuz mağazasının müdiri (maddi məsul şəxs) "xxxx" MMC” qrafasındakı “Təqsirləndirilən şəxs” yazıları və həmin qrafadakı imza; xx.xx.2020-ci il tarixli “Ultratek MMC” Tovuz mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 1-3-cü səhifələrindəki imzalar və 4-cü səhifəsində “Təqsirləndirilən şəxs - Təhvil verdi (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasındakı imza; xx.xx.2020-ci il tarixli “Ultratek MMC” Qazax mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 1-5-ci səhifələrindəki imzalar və 6ci səhifəsində “Təqsirləndirilən şəxs - Təhvil verdi (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasındakı imza; xx.xx.2019-xx.xx.2020-ci tarixədək “Ultratek MMC” Tovuz mağaza üzrə aktın 1-8-ci səhifələrindəki imzalar və 9-cü səhifəsində “Təqsirləndirilən şəxs - Təhvil aldı (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasında “Rzayev İ” yazıları və yazıları qarşısındakı imza; xx.xx.2019-xx.xx.2020-ci tarixədək “Ultratek MMC” Tovuz mağaza üzrə aktın 1-8-ci səhifələrindəki imzalar və 9-cü səhifəsində “Təqsirləndirilən şəxs - Təhvil verdi (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasında “Rzayev İ” yazıları və yazıları qarşısındakı imza; xx.xx.2019-xx.xx.2020-ci tarixədək “Ultratek MMC” Qazax mağaza üzrə aktın 1-6-cı səhifələrindəki imzalar və 7-ci səhifəsində “Təqsirləndirilən şəxs - Təhvil aldı (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasında “Rzayev İ” yazıları və həmin yazıların qarşısındakı imza; xx.xx.2019-xx.xx.2020-ci tarixədək “Ultratek MMC” Qazax mağaza üzrə 1-5-ci səhifələrindəki imzalar və 6-cı səhifəsində “Təqsirləndirilən şəxs - Təhvil verdi (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasında “Rzayev İ” yazıları və həmin yazıların qarşısındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra həmin yazıların qarşısındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi də qeyd olunan rəylə Təqsirləndirilən şəxs inventarizasiya zamanı tərtib edilmiş aktları öz imzası ilə təsdiq etdiyini sübut edir. Məhkəmədə tədqiq edilən məhkəmə-xətşünaslıq ekspertizasının 14 aprel 2021-ci il tarixli 4/361 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, 11 aprel 2020-ci il tarixli 1232 nömrəli və 02 iyun 2020-ci il tarixli 1809 nömrəli daxili yerdəyişmə qaimələrinin aşağı sağ hissələrində “Qəbul etdi:” qrafalarında olan imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi də qeyd olunan rəylə Təqsirləndirilən şəxs adı çəkilən daxili yerdəyişmə qaimələrinə imza edərək malları qəbul etdiyini təsdiq edir. Məhkəmədə tədqiq edilən məhkəmə kompüter-texniki ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 5/1410 nömrəli rəyindən görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlər aralığında aparılmış araşdırma nəticəsində mağaza Tovuz və Qazax tərəfindən "xxxx" MMC-nin Bakı şəhəri, ünvan 11 ünvanında terminal serverdə yerləşən "xxxx" proqram təminatında 174 ədəd "xxxx" fayl bərpa edilmişdir. Araşdırma "xxxx" proqramın "xxxx" fayl bazasında yuxarıda qeyd olunan sənəd nömrələri üzərində aparılmışdır. Araşdırma nəticəsində yuxarıda qeyd olunan sənəd nömrəli fayllara "xxxx" proqram təminatının bazasında qeyd olunan "xxxx" fayl jurnalında kənar müdaxilənin olması barədə heç bir qeydiyyat daxil olmamışdır. Xüsusi icazəsi olan şəxs qeyd olunan nömrəli sənədlərə müdaxilə edə bilər və bu edilən müdaxilə "xxxx" jurnalında qeydiyyat olunur. "xxxx"-ları dəyişdirmək olmur, yalnız silmək olar və bu əməliyyatıda "xxxx" proqramında xüsusi icazəsi olan şəxs edə bilər. İzinin itirilməsi üçün həmin “LOG" fayl silinməlidir. Tovuz və Qazax mağazaları tərəfindən xx.xx.2020 - xx.xx.2020-ci il tarixləri aralığında yaradılmış "xxxx" fayıllarda daxili və ya kənar müdaxilə aşkarlanmamışdır. Məhkəmədə tədqiq edilən məhkəmə-mühasibat ekspertizasının 19 yanvar 2022-ci il tarixli, 9/303 nömrəli rəyindən görünür ki, yaranmış mal çatışmazlığı ilə bağlı xx.xx.2022-ci il tarixdə Sərbəst X1 tərəfindən auditor hesabatı tərtib edilmişdir. Auditor hesabatında aşağıdakılar göstərilmişdir."xxxx" MMC-nin 1C proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan müdaxilə edilməyən "xxxx"-lara əsasən MMC-nin “Tovuz” və “Qazax” mağazalarında müdir işləmiş Təqsirləndirilən şəxs maddi məsuliyyətində müxtəlif növ elektrik məişət əşyaları olan ümumi mal qalığından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 52 adda 70.108,00 manat dəyərində malların əskik gəlməsi müəyyən edilmiş, həmin məbləğdə "xxxx" MMC-yə ziyan vurulmuşdur. Qeyd olunan 11 yanvar 2022-ci il tarixli sərbəst auditor rəyindən göründüyü kimi, Cəmiyyət tərəfindən tabeliyində olan mağazalara mərkəzi anbardan malların göndərilməsi və mağazalar arası yerdəyişməsi zamanı yaranmış çatışmazlıq qeydiyyat jurnallarına ("xxxx") əsasən müəyyən edilmişdir. İş materiallarına əlavə olan "xxxx" MMCnin Texnomart mağazalar şəbəkəsində malların satış qaydalarına dair Təlimatdan göründüyü kimi “Mərkəzi” anbardan sifariş verilən mallar, sürücüyə verilən qaimələr və sair əməliyyatlar "xxxx" sistemindən çıxarılmışdır.“Mühasibat uçotu haqqında” Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada təsdiq olunmuş sənədlər təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixli auditor hesabatında qeydiyyat jurnalı ("xxxx") və oarada qeyd olunan məlumatlara istinad edilmişdir. Belə ki, mal çatışmazlığını müəyyən etmək məqsədilə yoxlama dövründə malların alınmasına dair qaimə fakturalar, yoxlama dövrünədək anbar qalığı, yoxlama dövrünün sonuna anbar qalığı, anbarda olan mal-materialın mədaxilməxaric sənədləri, inventarizasiya aktı və ya üzləşdirmə aktı və sair mühasibatlıq sənədlərinin olmamasına baxmayaraq ekspertiza tədqiqatı zamanı Sərbəst X1 tərəfindən tərtib edilmiş auditor hesabatının əsaslılığı tədqiq edilərkən auditorun gəldiyi nəticələr onun istinad etdiyi "xxxx" sistemindən çıxarılmış sənədlər üzrə yoxlanılmış və belə olan halda həmin rəyin əsaslı olması təsdiq edilir. Beləliklə iş materiallarında sərbəst auditor Rahim Əlizadə tərəfindən 1C proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan "xxxx" əsasında tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli Sərbəst Auditor rəyi ilə müəyyən olunmuş mal çatışmazlığı istintaq orqanı tərəfindən nəzərə alındıqda, "xxxx" MMC-nin Tovuz və Qazax rayonlarında yerləşən mağazalarında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmələ gəlmiş çatışmazlığının məbləği 70.108,00 manat müəyyən olunur. Məhkəmədə tədqiq edilən 03 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 03 fevral 2022-ci il tarixdə ünvan 12 ünvanında yerləşən "xxxx" MMC-nin "xxxx" proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında Tovuz mağazası tərəfindən yaradılmış "xxxx" fayllara (sifarişlərə) ayrı-ayrılıqda baxış keçirilmiş, müəyyən edilmişdir ki, hər bir "xxxx" fayl üzrə Tovuz mağazasından xx.xx.2020xx.xx.2020-ci il tarixləri aralığında "xxxx" MMC-nin Mərkəzi anbarından və onun tabeliyində olan digər mağazalardan sayı göstərilməklə 65 nömrəli "xxxx" fayl üzrə 14 adda, 137 nömrəli "xxxx" fayl üzrə 09 adda, 189 nömrəli "xxxx" fayl üzrə 21 adda, 391 nömrəli "xxxx" fayl üzrə 06 adda, 407 nömrəli "xxxx" fayl üzrə 09 adda, 420 nömrəli "xxxx" fayl üzrə 01 adda, 491 nömrəli "xxxx" fayl üzrə 12 adda, 536 nömrəli "xxxx" fayl üzrə 38 adda, 643 nömrəli "xxxx" fayl üzrə 05 adda, 742 nömrəli "xxxx" fayl üzrə 07 adda, 746 nömrəli "xxxx" fayl üzrə 08 adda, 849 nömrəli "xxxx" fayl üzrə 01 adda, 814 nömrəli "xxxx" fayl üzrə 01 adda, 845 nömrəli "xxxx" fayl üzrə 07 adda, 866 nömrəli "xxxx" fayl üzrə 01 adda, 1018 nömrəli "xxxx" fayl üzrə 04 adda, 1038 nömrəli "xxxx" fayl üzrə 08 adda, 1040 nömrəli "xxxx" fayl üzrə 01 adda, 1053 nömrəli "xxxx" fayl üzrə 23 adda, 1058 nömrəli "xxxx" fayl üzrə 10 adda, 1066 nömrəli "xxxx" fayl üzrə 01 adda, 1074 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1137 nömrəli "xxxx" fayl üzrə 15 adda, 1148 nömrəli "xxxx" fayl üzrə 07 adda, 1267 nömrəli "xxxx" fayl üzrə 04 adda, 1280 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1306 nömrəli "xxxx" fayl üzrə 23 adda, 1408 nömrəli "xxxx" fayl üzrə 06 adda, 1484 nömrəli "xxxx" fayl üzrə 05 adda, 1512 nömrəli "xxxx" fayl üzrə 06 adda, 1544 nömrəli "xxxx" fayl üzrə 03 adda, 1549 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1585 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1594 nömrəli "xxxx" fayl üzrə 04 adda, 1616 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1685 nömrəli "xxxx" fayl üzrə 01 adda, 1691 nömrəli "xxxx" fayl üzrə 27 adda, 1711 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1743 nömrəli "xxxx" fayl üzrə 05 adda, 1782 nömrəli "xxxx" fayl üzrə 05 adda, 1857 nömrəli "xxxx" fayl üzrə 03 adda, 1875 nömrəli "xxxx" fayl üzrə 10 adda, 2291 nömrəli "xxxx" fayl üzrə 17 adda, 2306 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2478 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1914 nömrəli "xxxx" fayl üzrə 06 adda, 1926 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1938 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1945 nömrəli "xxxx" fayl üzrə 03 adda, 1951 nömrəli "xxxx" fayl üzrə 05 adda, 1975 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1989 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2007 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2011 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2024 nömrəli "xxxx" fayl üzrə 04 adda, 2031 nömrəli "xxxx" fayl üzrə 06 adda, 2078 nömrəli "xxxx" fayl üzrə 04 adda, 2084 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2090 nömrəli "xxxx" fayl üzrə 04 adda, 2100 nömrəli "xxxx" fayl üzrə 16 adda, 2110 nömrəli "xxxx" fayl üzrə 07 adda, 2137 nömrəli "xxxx" fayl üzrə 04 adda, 2156 nömrəli "xxxx" fayl üzrə 09 adda, 2160 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2194 nömrəli "xxxx" fayl üzrə 04 adda, 2195 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2235 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2243 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2266 nömrəli "xxxx" fayl üzrə 07 adda, 2268 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2278 nömrəli "xxxx" fayl üzrə 06 adda, 2318 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2324 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2344 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2359 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2366 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2367 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2455 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2488 nömrəli "xxxx" fayl üzrə 09 adda, 2525 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2197 nömrəli "xxxx" fayl üzrə 05 adda mal sifariş verilmiş, həmin "xxxx" fayllar üzrə daxili sifariş pəncərəsində göstərilən marka, model, sayları əks olunan malların məhkəmə-kompüter texniki ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 5/1410 nömrəli rəyində göstərilən "xxxx" fayllar üzrə qarşılaşdırıldıqda eynilik təşkil etmiş, eləcə də sifariş sənədlərində həmin malların MMC-nin Mərkəzi anbarından və onun tabeliyində olan digər mağazalardan ad və sayları tam olmaqla daxili yerdəyişmə sənədləri əsasında Tovuz mağazasına göndərilməsi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilən04 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 04 fevral 2022-ci il tarixdə ünvan 12 ünvanında yerləşən "xxxx" MMC-nin "xxxx" proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında Qazax mağazası tərəfindən yaradılmış "xxxx" fayllara (sifarişlərə) ayrı-ayrılıqda baxış keçirilmiş, müəyyən edilmişdir ki, hər bir "xxxx" fayl üzrə Tovuz mağazasından xx.xx.2020xx.xx.2020-ci il tarixləri aralığında "xxxx" MMC-nin Mərkəzi anbarından və onun tabeliyində olan digər mağazalardan sayı göstərilməklə 115 nömrəli "xxxx" fayl üzrə 02 adda, 156 nömrəli "xxxx" fayl üzrə 02 adda, 221 nömrəli "xxxx" fayl üzrə 11 adda, 291 nömrəli "xxxx" fayl üzrə 02 adda, 307 nömrəli "xxxx" fayl üzrə 01 adda, 350 nömrəli "xxxx" fayl üzrə 01 adda, 385 nömrəli "xxxx" fayl üzrə 02 adda, 425 nömrəli "xxxx" fayl üzrə 01 adda, 590 nömrəli "xxxx" fayl üzrə 03 adda, 620 nömrəli "xxxx" fayl üzrə 04 adda, 636 nömrəli "xxxx" fayl üzrə 04 adda, 776 nömrəli "xxxx" fayl üzrə 01 adda, 859 nömrəli "xxxx" fayl üzrə 01 adda, 865 nömrəli "xxxx" fayl üzrə 03 adda, 922 nömrəli "xxxx" fayl üzrə 03 adda, 996 nömrəli "xxxx" fayl üzrə 04 adda, 1023 nömrəli "xxxx" fayl üzrə 01 adda, 1115 nömrəli "xxxx" fayl üzrə 05 adda, 1180 nömrəli "xxxx" fayl üzrə 06 adda, 1187 nömrəli "xxxx" fayl üzrə 03 adda, 1259 nömrəli "xxxx" fayl üzrə 05 adda, 1341 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1454 nömrəli "xxxx" fayl üzrə 32 adda, 1543 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1563 nömrəli "xxxx" fayl üzrə 01 adda, 1572 nömrəli "xxxx" fayl üzrə 01 adda, 1651 nömrəli "xxxx" fayl üzrə 08 adda, 1718 nömrəli "xxxx" fayl üzrə 04 adda, 1734 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1740 nömrəli "xxxx" fayl üzrə 01 adda, 1745 nömrəli "xxxx" fayl üzrə 23 adda, 1815 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1842 nömrəli "xxxx" fayl üzrə 03 adda, 1853 nömrəli "xxxx" fayl üzrə 06 adda, 1874 nömrəli "xxxx" fayl üzrə 01 adda, 1890 nömrəli "xxxx" fayl üzrə 07 adda, 1890 nömrəli "xxxx" fayl üzrə 07 adda, 1990 03 adda, 2315 nömrəli "xxxx" fayl üzrə 05 adda, 1911 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1918 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1925 nömrəli "xxxx" fayl üzrə 02 adda, 1960 nömrəli "xxxx" fayl üzrə 03 adda, 1967 nömrəli "xxxx" fayl üzrə 01 adda, 1982 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2008 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2015 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2025 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2030 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2037 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2051 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2071 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2101 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2117 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2128 nömrəli "xxxx" fayl üzrə 92 adda, 2135 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2155 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2177 nömrəli "xxxx" fayl üzrə 06 adda, 2192 nömrəli "xxxx" fayl üzrə 09 adda, 2193 nömrəli "xxxx" fayl üzrə 09 adda, 2204 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2207 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2212 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2216 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2226 nömrəli "xxxx" fayl üzrə 04 adda, 2245 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2248 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2264 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2279 nömrəli "xxxx" fayl üzrə 04 adda, 2280 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2295 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2312 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2323 nömrəli "xxxx" fayl üzrə 04 adda, 2330 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2380 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2386 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2430 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2445 nömrəli "xxxx" fayl üzrə 03 adda, 2461 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2486 nömrəli "xxxx" fayl üzrə 12 adda, 2500 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2512 nömrəli "xxxx" fayl üzrə 01 adda, 2533 nömrəli "xxxx" fayl üzrə 02 adda, 2551 nömrəli "xxxx" fayl üzrə 01 adda mal sifariş verilmiş, həmin "xxxx" fayllar üzrə daxili sifariş pəncərəsində göstərilən marka, model, sayları əks olunan malların məhkəməkompüter texniki ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 5/1410 nömrəli rəyində göstərilən "xxxx" fayllar üzrə qarşılaşdırıldıqda eynilik təşkil etmiş, eləcə də sifariş sənədlərində həmin malların MMC-nin Mərkəzi anbarından və onun tabeliyində olan digər mağazalardan ad və sayları tam olmaqla daxili yerdəyişmə sənədləri əsasında Qazax mağazasına göndərilməsi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilən05 fevral 2022-ci il tarixdə Şahid12 qızının təqdim etdiyi üzlüklərində ağ rəngli dairə içərisində “arçelik 2016”, “arçelik 2017” və “arçelik 2018” yazısı yazılmış qeyd kitabçalarına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin qeyd kitabçaları "xxxx" MMC-nin Mərkəzi anbarından və digər mağazalardan göndərilmiş malların təhvil alınması zamanı kənar sürücülərə xərc kimi ödənilmiş pulların, nağd və ya kreditə satılmış malların müştərilərin ünvanına çatdırılması zamanı xərc kimi sürücülərə ödənilmiş pulların və sair xərclərin uçotunun aparılması məqsədilə tərtib edilmişdir. Baxış zamanı üzlüklərində Arçelik 2016” qeyd kitabçasının 237-240 səhifələr, “Arçelik 2017” qeyd kitabçasının 347-350-ci səhifələrindən görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında Tovuz mağazası tərəfindən xx.xx.2020-ci il tarixdə 14 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 21 adda, xx.xx.2020-ci il tarixdə 12 adda, xx.xx.2020-ci il tarixdə 5 adda, xx.xx.2020-ci il tarixdə 7 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 10 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 01 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 03 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 08 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 23 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 03 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 02 adda təhvil alınmış mallar məhkəmə-kompüter texniki ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 5/1410 nömrəli rəyində göstərilən müdaxilə edilməsi mümkün olmayan "xxxx" fayllarda sadalanmış mallarla qarşılaşdırıldıqda müəyyən edilmişdir ki, Tovuz mağazası tərəfindən sifariş verilmiş mallar ad, marka, model və saylarına uyğun olaraq tam şəkildə Tovuz mağazasında təhvil alınmışdır. 05 fevral 2022-ci il tarixdə Şahid12 qızının təqdim etdiyi üzlüklərində ağ rəngli dairə içərisində “arçelik 2016”, “arçelik 2017” və “arçelik 2018” yazısı yazılmış qeyd kitabçalarına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin qeyd kitabçaları "xxxx" MMC-nin Mərkəzi anbarından və digər mağazalardan göndərilmiş malların təhvil alınması zamanı kənar sürücülərə xərc kimi ödənilmiş pulların, nağd və ya kreditə satılmış malların müştərilərin ünvanına çatdırılması zamanı xərc kimi sürücülərə ödənilmiş pulların və sair xərclərin uçotunun aparılması məqsədilə tərtib edilmişdir. Baxış zamanı üzlüklərində Arçelik 2016” qeyd kitabçasının 237-240 səhifələr, “Arçelik 2017” qeyd kitabçasının 347- 350-ci səhifələrindən görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında Tovuz mağazası tərəfindən xx.xx.2020-ci il tarixdə 14 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 21 adda, xx.xx.2020-ci il tarixdə 12 adda, xx.xx.2020-ci il tarixdə 5 adda, xx.xx.2020-ci il tarixdə 7 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 10 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 01 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 03 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 08 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 23 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 03 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 02 adda təhvil alınmış mallar məhkəmə-kompüter texniki ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 5/1410 nömrəli rəyində göstərilən müdaxilə edilməsi mümkün olmayan "xxxx" fayllarda sadalanmış mallarla qarşılaşdırıldıqda müəyyən edilmişdir ki, Tovuz mağazası tərəfindən sifariş verilmiş mallar ad, marka, model və saylarına uyğun olaraq tam şəkildə Tovuz mağazasında təhvil alınmışdır. Məhkəmədə tədqiq edilən 12 fevral 2022-ci il tarixdə Şahid12 qızının təqdim etdiyi üzlüyündə ağ rəngli dairə içərisində “arçelik 2016” yazısı yazılmış kitaba əlavə baxış keçirilərkən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-nin Mərkəzi anbarından Tovuz mağazasına müxtəlif adda və sayda malların göndərilməsi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu bir ədəd CD diskə baxış keçirilməsi barədə 28 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, təftiş yoxlamasının əhatə etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** nömrəli telefon ilə Gəncə və Mingəçevir mağazasının sabiq müdiri Şahid16 istifadəsində olmuş ***-***-**-** nömrəli telefonu arasında mütəmadi olaraq zəng olunaraq qarşılıqlı danışıq aparılmışdır. Telefon danışıqların təhlili göstərir ki, xx.xx.2019-cu il tarixdə saat 12:33-də Təqsirləndirilən şəxs Şahid16 zəng vurmaqla 149 saniyə müddətli telefon danışıqları aparılmışdır. Bundan əlavə "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefon ilə Şəmkir mağazasının sabiq müdiri Şahid18 istifadəsində olan ***-***-**-** nömrəli telefonu arasında qarşılıqlı danışıq aparılmışdır. Telefon danışıqların təhlili davam etdirilərkən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** nömrəli telefon ilə Əhmədli 1 mağazasının sabiq müdiri Şahid15 istifadəsində olan ***-***-**-** nömrəli telefonu arasında qarşılıqlı danışıq aparılmışdır. Bundan əlavə "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefon ilə Şəki mağazasının sabiq müdiri Şahid17 istifadəsində olan ***-***-**-** nömrəli telefonu arasında qarşılıqlı danışıq aparılmışdır. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş əmək müqaviləsinə əlavə və tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin direktoru Tamer Pektaş ilə Təqsirləndirilən şəxs arasında sonuncunun MMC-yə mağaza müdiri vəzifəsinə işə götürülməsi ilə bağlı bağlanmış və hər ikisi tərəfindən imzalanmış, müqaviləyə əsasən onun əsas vəzifəsi üzərinə işəgötürənin əmlakına qayğı ilə yanaşmaq, işəgötürənin əmlakından, pul vəsaitindən, digər aktivlərindən yalnız üzərinə düşən vəzifə öhdəliklərinin icrası üçün istifadə etmək, işəgötürənin əmlakını və əmlak maraqlarını oğurluq, ziyan, korlama və istənilən tipli digər itkidən qorumaq öhdəliklərini götürmüşdür. “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən mağaza müdiri Təqsirləndirilən şəxs işəgötürənin mülkiyyətində olan əmlakın qorunmasında cavabdeh şəxs olmuşdur. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, AK1902/22 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2019-cu il tarixdən etibarən Tovuz və Qazax rayonlarında mağaza müdiri vəzifəsinə təyin edilmişdir. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, Ultra/073/22 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-yə aid mallar müvafiq olaraq Tovuz şəhəri, Musa Musayev küçəsi 85 və Qazax şəhəri, Heydər Əliyev prospekti, 61A ünvanlarında yerləşən Texnomart mağazalarına göndərilmişdir. Cəmiyyətdə mağaza müdiri vəzifəsində işlədiyi dövrdə Təqsirləndirilən şəxs aid elektron istifadəçi adları müvafiq olaraq “Mağaza Tovuz” və “Mağaza Qazax” olmuşdur. Müvafiq daşınmaları həyata keçirən əməkdaşların adları, o cümlədən, daşınmaları həyata keçirmək üçün həmin əməkdaşların istifadə verilmiş Cəmiyyətin mülkiyyətində olan avtomobillərin dövlət qeydiyyat nişanları və markaları aşağıdakı kimidir: Şahid22- H027554 Hyundai HD-72 (Yük), Şahid20 – **-NN-*** Ford tranzit (Yük), Şahid21 – **-JF-*** X25 (Yük), Şahid23 **-JF-*** Mitsubishi FUso (Yük). Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının 29 mart 2021-ci il tarixli auditor hesabatının nəticə hissəsində görünür ki, ki, mühasibat məlumatlarına əsasən audit yoxlaması tərəfindən müəyyən edilmiş qalıqla, inventarizasiya aktında olan qalığın müqayisəli təhlili nəticəsində Təqsirləndirilən şəxs maddi məsuliyyətində 144.525,00 manat məbləğində əskikgəlmə-çatışmazlığın olması müəyyən edilmişdir. Eyni zamanda hesabatda qeyd olunmuş əmtəəsiz əməliyyatların olması, ilkin qalıqda olan bəzi malların heç bir mədaxil aparılmadığı halda son qalıqdan yoxa çıxması, banka vermək təyinatı ilə məxaric olunmuş pul vəsaitinin banka az verilməsi və kassa aparatına vurulmuş məbləğlə "xxxx" MMC-nin 1C mühasibatlıq sisteminə yığılmış məbləğ arasındakı fərqin olması qeyd olunan əskikgəlmənin real olmasını təsdiq edən amillərdəndir. Qeyd olunanları nəzərə almaqla son nəticədə sabiq maddi məsul şəxs Təqsirləndirilən şəxs 144.525,00 manat məbləğində çatışmazlıq-əskikgəlmə tələb olunmalıdır. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının 11 yanvar 2022-ci il tarixli audit rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1C proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan müdaxilə edilməyən "xxxx"-lara əsasən MMC-nin “Tovuz” və “Qazax” mağazalarında müdir işləmiş Təqsirləndirilən şəxs maddi məsuliyyətində müxtəlif növ elektrik məişət əşyaları olan ümumi mal qalığından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 52 adda 70.108,00 manat dəyərində malların əskikgəlməsi müəyyən edilmiş, həmin məbləğə qədər "xxxx" MMC-yə ziyan vurulmuşdur. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş, xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında əmək münasibətləri rəsmiləşdirilmişdir. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında bağlanmış müvafiq əmək müqaviləsi Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissənin tələblərinə uyğun olaraq, xx.xx.2014-cü il tarixdən qüvvəyə minmişdir. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş xxxxxxx000101 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən etibarən "xxxx" MMC-də mağaza müdiri vəzifəsi üzrə işə qəbul edilmiş və bu dəyişiklik də Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissənin tələblərinə uyğun olmuşdur. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 1902/22 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən Tovuz və Qazax rayonlarında mağaza müdiri vəzifəsinə təyin edilmişdir. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Naxçıvan MR X4 xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş, Şahbuz şəhər İƏD üzrə nüməyəndəliyinin 16 dekabr 2020-ci tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş, Şahbuz şəhər İƏD üzrə nüməyəndəliyinin 03 dekabr 2020-ci tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs arvadı X8, oğlu X13 və qızı X10 ibarət ailə tərkibi ilə birlikdə ünvan 1-də qeydiyyatdadır. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş, 21 yanvar 2022-ci il tarixli, təqsirləndirlən şəxs qisməndə cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 179.3.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilmişdir. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş, 21 yanvar 2022-ci il tarixli, təqsirləndirlən şəxs qisməndə cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 179.3.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən 17 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid12 qızının təqdim etdiyi "xxxx" MMC-nin Tovuz mağazasına məxsus üzlüklərində ağ rəngli dairə içərisində “arçelik 2016”, “arçelik 2017” yazısı yazılmış 02 ədəd kitab, Şahid11 təqdim etdiyi "xxxx" MMC-nin Tovuz mağazasının istifadəsində olmuş bir ədəd “Hp” markalı kompüter cihazı, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 01 ədəd CD disk, eləcə də "xxxx" MMC-nin "xxxx" mühasibatlıq proqram təminatının ümumi serverində yerləşən məlumatlara baxış keçirilərkən edilmiş çıxarışlar cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, мəhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cы maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə taladığına эюря онун ямяли Azərbaycan Respublikasıнын Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə tövsif edilmяли вя о, щямин маддядя нязярдя тутулан ъинайят əməlini törətмякдя təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, ibtiai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 179.3.2-ci maddəsinə səhv tövsif edilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində təsbit edilən mənimsəmə cinayəti talamanın müstəqil forması olub, subyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, mağaza müdiri, anbardar, təchizatçı, kassir və s.) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Təqsirkara səlahiyyətlər podrat, icarə, saxlama və s. mülki-hüquqi müqavilələr əsasında da verilə bilər. Mənimsəmənin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Təqsirkar özgənin ona etibar edilmiş əmlakını qanunsuz və əvəzsiz olaraq götürdüyünü və ya həmin əmlak barəsində sərəncam verdiyini dərk edir və bu əməli törətməyi arzu edir. Məhkəmə kollegiyası qeyd edir ki, “Özgə əmlakın qanunsuz ələ keçirmə və talama işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbigi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 dekabr 1999-cu il tarixli Qərarının 8-ci bəndində göstrilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-8-ci (179-cu maddəsi) maddəsində nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə, təqsirli şəxs tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israfetmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür. Mənimsəmə və ya israfetmə yolu ilə özgəsinin əmlakını taldama əmlakın oğurluq yolu ilə qanunsuz götürülməsindən bununla fərqlənir ki, birinci halda təqsirli şəxs taladığı özgə əmlak barəsində ona edilmiş etiibardan istifadə edir. Əmlakın onlara müəyyən məqsədlə inanılıb tapşırılmayan şəxslər mənimsəmə yolu ilə talamada bilavasitə iştirak etdikləri hallarda, Cinayət Məcəlləsinin 93-8-ci (179-cu maddəsi) maddəsi ilə, iştirakçılığın digər hallarında isə Cinayət Məcəlləsinin 17, 93-8-ci maddələri (32,179-cu maddəsi) ilə məsuliyyət daşıyırlar. Dövlət orqanlarının vəzifəli şəxsləri ilə vəzifəsiz şəxslərin birlikdə biləbilə saxta sənədlər əsasında özgə əmlakını öz mülkiyyətinə və ya başqa şəxslərin mülkiyyətinə keçirməsi vəzifəli şəxslər üçün mənimsəmə və ya israfetmə yolu ilə talama və vəzifə saxtakarlığı kimi cinayətlərin məcmusu üzrə, başqa şəxslər üçün isə mənimsəmə və ya israfetmə yolu ilə talama kimi, müvafiq hallarda isə vəzifə saxtakarlığında iştirakçılıq kimi tövsif edilməlidir”. Göründüyü kimi əməlin CM-in 179-cu maddəsilə tövsif edilməsi üçün ilk növbədə özgə əmlakının təqsirkara tapşırılmasını, etibar edilməsini müəyyən edən konkret təkzibedilməz sübutlar mövcud olmalıdır. Yalnız bundan sonra qeyd olunan əmlakın talama və ya israfetmə yolu ilə hansı miqdarda, hansı üsullarla talanması müzükirə olunacaqdır. Əgər talanması iddia edilən əmlakın təqsirkar şəxsə etibar edilməsini təsdiq edən sübutlar mövcud deyilsə əməlin CM-in 179-cu maddəsilə tövsif edilməsi mümkünsüz olacaqdır. Hazırki iş üzrə zərərçəkmiş şəxsə hansı miqdarda əmlakın etibar edilməsini təsdiq edən sübutların mövcud olmaması səbəbindən bir neçə dəfə məhkəmə mühsibatlıq ekspertizasının keçirilməsi mümkünsüz olmuş, bu halı ekspertlər məhkəmə baxışı iclası zamanı da bir daha məhkəmə heyətinin diqqətinə çatdırmışlar. Bununla belə Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən ona təhkim edilmiş mağazalar üzrə 6.000 AZN mal-pul çatışmazlığı olduğunu, bu puldan 5.000 AZN-i zərərçəkmişə ödədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində bildirdiyi sözügedən xüsusata əsasən qeyd olunan məbləği zərərçəkmişin cinayət-hüquqi mənada mənimsəmə yolu ilə talanmış əmlakının dəyəri kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu əmələ görə cinayət cəzasına məhkum edilməsinin zəruriliyini vurğulayır. Məhkəmə heyəti həmçinin bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-nin 21.1-21.3-cü maddələrində təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuş konstitusiyon normaların tələblərinə uyğun olaraq təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Həmçinin vurğulanmalıdır ki, CPM-in 28.5-ci maddəsinin tələbinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: CPMin 146.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Odur ki, məhkəmə heyəti qeyd olunanların işığında öz qənaətini yuxarıda sadalanan qanunvericilik aktlarının imperativ tələbləri baxımından əsaslı hesab edir və vurğulayır ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsininə və sosial ədalətin bərpasını törədilmiş cinayətin xarakterini ictimai təhkükəlik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, о cümlədən cəzasını yüngülləşdirən halların, habelə təyi olunan cəzanın şəxsin islah olunmasına və onların ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın böyük bir hissəsini ödəməsini,yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə əlaqədar olmayan cəza təyin edilməklə onun islah olunmsına nail olmaq mümkündür. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun özünü, onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə eləcə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə kimi əlavə cəzanın təyin edilməsini də lazım bilir. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 203,65 manat (iki yüz üç manat altmış beş qəpik) məbləğində ekspertiza xərci vardır və həmin məbləğ Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 203,65 manat (iki yüz üç manat altmış beş qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Мящкямя Експертиза Мяркязи VÖEN: **********, щесаб № AZ43CTRE ********************, Бцдъя тяснифатынын коду 142319, Бцдъя сявиййясинин коду 3) keçirilməlidir. İş üzrə qaldırılmış mülki iddia baxılmamış saxlanılmalı və zərər çəkmiş şəxs "xxxx" MMC-yə mülki mühakimə qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasıнын Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasıнын Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsnун barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Şahid12 qızının təqdim etdiyi "xxxx" MMC-nin Tovuz mağazasına məxsus üzlüklərində ağ rəngli dairə içərisində “arçelik 2016”, “arçelik 2017” yazısı yazılmış 02 ədəd kitab, Şahid11 təqdim etdiyi "xxxx" MMC-nin Tovuz mağazasının istifadəsində olmuş bir ədəd “Hp” markalı kompüter cihazı qanuni sahiblərinə qaytarılsın, "xxxx" MMCdən daxil olmuş telefon danışıqlarının əks olunduğu 01 ədəd CD disk cinayət işinə əlavə edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 203,65 manat (iki yüz üç manat altmış beş qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE ********************, Büdcə təsnifat kodu 142319, Büdcə səviyyəsininkodu 3) keçirilsin. İş üzrə qaldırılmış mülki iddia baxılmamış saxlanılsın və zərər çəkmiş şəxs "xxxx" MMC-yə mülki mühakimə qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququ izah edil Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar