Məhkəmə qərarları › İş №1(100)-32/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-32/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-32/2024 18.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X5 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin dekabr ayında cinayətdən xəbərsiz Göygöl rayonu, Üçtəpə kənd sakinləri Şahid8 və Şahid1 vasitəsi ilə tanıdığı Göygöl rayonu, Üçtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs1 övladı – xx.xx.1999-cu il təvəllüdlü Şahid1 barəsində Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə başlanmaqla istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı zamanı sonuncuya köməklik göstərilməsi üçün Zərərçəkmiş şəxs1 yaşadığı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evində görüşləri zamanı sonuncunun bu barədə özünə müraciətindən sonra, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunda işləyib, xx.xx.2011-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmasına baxmayaraq, sonuncuya güya özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsində işlədiyini, bütün hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışan tanışlarının olduğunu yalandan bildirib, həmin tanış vəzifəli şəxslərin köməkliyi ilə Şahid1 köməklik göstərə biləcəyini, yəni onun barəsində Gəncə Hərbi Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha yüngül maddələrinə tövsif edilərək işin Gəncə Hərbi Məhkəməsinə göndəriləcəyini, məhkəmənin isə qısa müddətə qeyd edilən cinayət işinə baxaraq sonda iş üzrə icraata xitam verəcəyini, həmçinin bundan sonra Şahid1 Gəncə hərbi prokurorunun sürücüsü kimi işə düzəldəcəyini ona yalandan vəd verib, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə qeyd edilən məsələlərin müsbət həlli üçün yaxın münasibətdə olduğu Gəncə Hərbi Prokurorluğunun yüksək səlahiyyətli vəzifəli şəxsinin Şahid1 xeyrinə edəcəyi hərəkətə görə 15.000 manat məbləğində pul vəsaitinin verilməsinin, eyni zamanda, yaxın münasibətdə olduğu Gəncə Hərbi Məhkəməsinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə 8.000 manat məbləğində pul vəsaitinin verilməsinin, cəmi 23.000 manat pul vəsaitinin özünün tanışı olan vəzifəli şəxslərə verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin dekabr ayının ortalarında Gəncə şəhəri, Kəpəz rayonu, Nizami Gəncəvi prospekti 23 ünvanında yerləşən Gəncə Hərbi Prokurorluğunun inzibati binasının yaxınlığında cinayətdən xəbərsiz Şahid10 idarə etdiyi “Nissan” markalı avtomobildə Zərərçəkmiş şəxs1 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini almaqla, həmçinin eyni niyyətlə, 16 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 onu əlaqə saxlayıb çağırması ilə əlaqədar ünvan 5 ünvanında yerləşən "xxxx" QSCnin Gəncə filialına gələrək sonuncunun həmin bankdan kredit qismində götürdüyü 12.000 (on iki min) manat pul vəsaitini sonuncudan orada almaqla, həmçinin, eyni niyyətlə, 2020ci ilin dekabr ayında Gəncə şəhəri, Kəpəz rayonu, Nizami Gəncəvi prospekti 23 ünvanında yerləşən Gəncə Hərbi Prokurorluğunun inzibati binasının yaxınlığında cinayətdən xəbərsiz Şahid10 idarə etdiyi “Nissan” markalı avtomobildə 3.000 (üç min) manat pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə, ümumilikdə qeyd edilən qaydada cəmi 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitini əldə edərək şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ildən tanıdığı Göygöl rayonu, Üçtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs2 bibisi oğlu Şahid1 barəsində Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə başlanmaqla istintaqı aparılmış və Gəncə Hərbi Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işinin icraatına xitam verilib sonuncunun azadlığa buraxılmasında köməklik göstərilməsi üçün Zərərçəkmiş şəxs2 Gəncə şəhərində özü ilə müntəzəm görüşləri zamanı sonuncunun bu barədə özünə müraciətindən sonra ona xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunda işləyib, xx.xx.2011-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmasına baxmayaraq, güya özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsində işlədiyini, bütün hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışan tanışlarının olduğunu Göygöl rayonu, Üçtəpə kənd sakini Zərərçəkmiş şəxs1 eyniməzmunlu müraciəti əsasında yalandan bildirməklə, nəticədə 2020-ci ilin dekabr ayında sonuncudan aldığı 23.000 manat pul vəsaitini qaytaracağına dair Zərərçəkmiş şəxs2 yalandan söz verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri kimi təqdim etdiyi, cinayətdən xəbərsiz Gəncə şəhəri Nizami Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyən Şahid11 vasitəsi ilə Şahid1 köməklik göstərə biləcəyini, belə ki, sonuncu barəsində Gəncə Hərbi Məhkəməsində baxılan cinayət işinin icraatına xitam verilməsi və bir ay ərzində Şahid1 azad olunacağına nail olacağını ona yalandan vəd verib, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə qeyd edilən məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu Gəncə Hərbi Məhkəməsinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə 15.000 manat pul vəsaitinin verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs2 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Zərərçəkmiş şəxs2 11 avqust 2021-ci il tarixdə saat 20:15-də ünvan 7 ünvanında yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 (bir min) manat, “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 (bir min) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən əri X9 adına verilmiş 409809******5659 nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs2 12 avqust 2021-ci il tarixdə "xxxx" elektron ödəmə sistemi vasitəsi ilə “Plastik kartın nağd pulla artırılması xidməti”ndən istifadə edilməklə, saat 07:11-də 2.000 (iki min) manat, saat 07:13-də 2.000 (iki min) manat, saat 07:17-də 5.000 (beş min) manat, saat 07:21-də 2.800 (iki min səkkiz yüz) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında "xxxx" ASC tərəfindən əri X9 adına verilmiş, özünün istifadəsində olan 409809******5659 nömrəli kart hesabına göndərməsinə nail olmaqla, habelə, eyni niyyətlə Zərərçəkmiş şəxs2 1 sentyabr 2021-ci il tarixdə, saat 00:55də Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Rəvan market”in içərisində yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə 450 (dörd yüz əlli) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında "xxxx" ASC tərəfindən əri X9 adına verilmiş 409809******5659 nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, qeyd edilən qaydada həmin kartdan Gəncə şəhərində yerləşən müxtəlif bankomatlarda həmin müddətdə istifadə edərək nağdlaşdırma yolu ilə cəmi 14.250 (on dörd min iki yüz əlli) manat pul vəsaitini əldə edərək, habelə bir müddət sonra Zərərçəkmiş şəxs2lə Gəncə şəhərində görüşərək 500 (beş yüz) manat və sonradan 250 (iki yüz əlli) manat olmaqla, cəmi 750 (yeddi yüz əlli) manat pul vəsaitini ondan şəxsən alıb, ümumilikdə 15.000 (on beş min) manat pul vəsaitini əldə edərək şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ildən tanıdığı Gəncə şəhər sakini Şahid2 barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncuya aşağı həddə cəza təyin edilməsinə köməklik göstərilməsi üçün 2021-ci ilin noyabr ayında özünə müraciətindən sonra Şahid2lə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən çay evində görüşləri zamanı sonuncuya güya özünün müxtəlif hüquq mühafizə orqanlarında, o cümlədən Şəki Ağır Cinayətlər Məhkəməsində yüksək vəzifədə çalışan tanışlarının olduğunu, həmin vəzifəli şəxslər vasitəsilə, həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsində işləyən tanış vəzifəli şəxs kimi təqdim etdiyi, cinayətdən xəbərsiz Gəncə şəhəri Nizami Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində çalışan Şahid11 vasitəsi ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatında Şahid2 Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncuya məhkəmənin şərti məhkum etmə tətbiq edib və ya aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə köməklik göstərə biləcəyini, həmin məsələni həll etmək imkanında olduğunu Şahid2 yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Şəki Ağır Cinayətlər Məhkəməsinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə 7.000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Şahid2 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid2 24 noyabr 2021-ci il tarixdə, saat 21:51-də Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz market”in içərisinə yerləşdirilmiş “eManat” elektron ödəmə sistemi vasitəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs3 məxsus 1.000 (bir min) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən cinayətdən xəbərsiz əri X9 adına verilmiş 409809******5659 nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, Şahid2 25 noyabr 2021-ci il tarixdə, saat 21:59-da Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs3 məxsus 3.600 (üç min altı yüz) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən cinayətdən xəbərsiz əri X9 adına verilmiş həmin nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, habelə, eyni niyyətlə, Şahid2 29 noyabr 2021-ci il tarixdə, saat 20:09-da Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs3 məxsus 1.250 (bir min iki yüz əlli) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən cinayətdən xəbərsiz əri X9 adına verilmiş həmin nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, qeyd edilən qaydada həmin kartdan Gəncə şəhərində yerləşən müxtəlif bankomatlarda həmin müddətdə istifadə edərək nağdlaşdırma yolu ilə cəmi 5.850 (beş min səkkiz yüz əlli) manat pul vəsaitini əldə edərək şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 atası Zərərçəkmiş şəxs3 məxsus cəmi 5.850 (beş min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Şahid2 aldadılmasını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 atası Zərərçəkmiş şəxs3 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç kimə qarşı dələduzluq etməmiş, həmçinin heç kimi rüşvət verməyə təhrik etməmişdir. Səhv edərək hərbi hissədən qaçan X6 xahişini etmiş, lakin bununla bağlı heç bir təmənnası olmamışdır. Zərərçəkmiş şəxs1 pulu sonuncunun ona borcu olduğu üçün almışdır. O, Şahid1 Tahir və Alo adlı şəxslərin yanına aparmağına peşimandır. Şahid1 onun işlətdiyi obyetkə gəlib-getmişdir. Əhməd adlı şəxs Şahid1 gətirmiş və bildirmişdir ki, Şahid1 xidmətdə olduğu hərbi hissədən qaçmışdır. Ondan soruşmuşlar ki, “Elşadı 2-3 gün burada saxlamaq olar?” O isə buna razılıq verməmişdir. Həmin vaxt Əhməd Elşadı avtomobili ilə hərbi hissəyə qaytarmışdır. Bir aydan sonra Zərərçəkmiş şəxs1 ona zəng edib bildirmişdir ki, oğlu Elşadı axtarışa veriblər, barəsində cinayət işi başlanmışdır. Əhməd Elşadı yenidən gətirəndə Alo ləqəbli şəxs atası ilə bir yerdə oturub çay içirmişlər. Həmin vaxt Alo bildirmişdir ki, o, hərbi prokurorun müavinini tanıyır. Alo adlı şəxs demişdir ki, Gəncə Hərbi Prokurorluğuna Elşadın xahişini etməyə gedir, Elşada isə əyinini dəyişib hərbi hissəsinə getməsini demişdir. Sabahı gün Zərərçəkmiş şəxs1 oğlu Şahid1lə gəlmiş, sonra onlar X11 getmişlər. Həmin vaxt o da onlarla Gəncə Hərbi Prokurorluğuna getmişdir. Prokurorluqda bildirmişlər ki, Elşad hərbi hissəsinə qayıtmalıdır. Daha sonra isə Şahid1 xidmət etdiyi hərbi hissəyə qayıtmışdır. Bir həftə sonra Zərərçəkmiş şəxs1 mesaj yazmışdır ki, oğlu Elşad hərbidən tərxis olunub, bununla əlaqədar qonaqlıq verir. Buna görə də Məhəbbət gilə getmişdir. Həmin vaxt o, Elşaddan soruşmuşdur ki, “sən hərbi biletini götürərək imza etmisən?” Elşad isə cavab olaraq bildirmişdir ki, “hərbi biletimi götürməmişəm”. O, Elşada demişdir ki, “Elşad, sən yenə qaçmısan? Alo dayı biyabır olar, Alo dayı sənin xahişini etmişdir”, Elşad isə demişdir ki, “mən qaçmamışam”. Bir aydan sonra Zərərçəkmiş şəxs1 ona whatsapp-da səsli mesaj göndərmişdir ki, oğlu Şahid1 məhkəməyə dəvət edirlər. O isə Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “mən səhv elədim ki, sənin oğlunun xahişini etdim”. O, Məhəbbətə bildirmişdir ki, oğlunun hərbidən yayınması cinayət əməlidir. Bundan sonra Zərərçəkmiş şəxs1 onunla mübahisə etməyə başlamışdır. O, ikinci dəfə Zərərçəkmiş şəxs1 oğlu Elşadın hərbidən yayınmasına görə heç bir köməklik etməyəcəyini bildirdiyinə görə Zərərçəkmiş şəxs1 onunla düşmənçilik aparmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 bank sənədləri təqdim etmişdir ki, o, Gülnara pul vermişdir. İki ay sonra Şahid1 cinayət məsuliyyətinə cəlb olunmuşdur. O, həqiqətən də Zərərçəkmiş şəxs1 2N00 manat pul almışdır, lakin həmin pul Zərərçəkmiş şəxs1 ona qaytardığı borcu olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 ona pul borclu idi, 2N00 manat pul isə həmin borcla bağlı qaytardığı pul idi. Zərərçəkmiş şəxs2 ilə bağlı bildirir ki, Əli Şahid1 bibisi oğludur. Şahid1 həbs olunduqdan sonra, Zərərçəkmiş şəxs2 ona demişdir ki, bibisi Zərərçəkmiş şəxs1 gil Elşadın tutulmasında onu günahlandırırlar. Onu fəhlə kimi işə götürməyini xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 onun yanında işləməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə onun obyektində oğurluq hadisəsi baş vermiş və o, bu barədə polisə şikayət etmişdir. Həmin hadisədə Zərərçəkmiş şəxs2 də adı keçirdi. O, polisə şikayət etdiyinə görə Zərərçəkmiş şəxs2 də ona qarşı qərəzli olmağa başlamışdır. Zərərçəkmiş şəxs2 onun istifadəsində olan bank kartına keçirtdiyi pul həmin tarixdə ona müraciət etmiş müştərinin toy mərasimində təşkil etdiyi dekorla bağlı müştərinin ödədiyi pul olmuşdur, belə ki, müştərinin verdiyi pulu Zərərçəkmiş şəxs2 terminaldan onun istifadə etdiyi bank kartına ödəmişdir. Təxminən 14000 manatdan artıq pul olub. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə vergi ödəyicisidir. Zərərçəkmiş şəxs2 ona pul verməyib, həmin pulu Zərərçəkmiş şəxs2 yanında müştəri verib, sonuncu isə həmin pulu terminaldan onun bank kartına keçirib. Zərərçəkmiş şəxs3 ilə bağlı bildirir ki, onlar uzun müddət qonşu olmuşlar və bir- birilərini tanımışlar. Zərərçəkmiş şəxs3 oğlu Şahid2 ondan borc istəmiş və demişdir ki, “atam gillə münasibətim pozulub, mənə borc ver, onsuz da sənin yanında işləyirəm.” Şahid2 rəsmi olaraq onun yanında işləmişdir. O, Şahid2 borc vermişdir. O, Şahid2lə şərikli Bakıya gedib-gəlmək üçün maşın almışlar. Həmin maşını vermişdir İlkin sürsün. İlkin isə avtoqəza törətdi. İlkin həmişə ondan borc pul alıb, sonra da qaytarıb. O, İlkinlə bağlı heç kimə xahiş etməmişdir. Şahid2 nə maşınını, nə də pulunu qaytarmamışdır. Şahid2 ona 5850 manat borcu olmuşdur. Şahid2 törətdiyi avtoqəza ilə bağlı məhkəmə prosesi ilə onun heç bir əlaqəsi yoxdur. Şahid2 ona ödədiyi pul isə borcu ilə əlaqədar qaytardığı pul olmuşdur. O, heç bir cinayət əməli törətməmiş, dələduzluq etməmiş, hər hansı vəzifəli şəxslərə rüşvət verilməsinə heç kimi təhrik etməmişdir. Qeyd etdiklərinə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaqda dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq aşağıdakıları göstərmişdir: O, 2006-2011-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsində müxtəlif vəzifələrdə, əsasən inspektor vəzifəsində çalışmış, polis baş serjantı olmuşdur. 2011-ci ildə öz ərizəsi ilə işdən çıxmışdır. Həmin tarixdən sonra ad günü, xına və sair tədbirlərin keçirilməsi ilə bağlı dekor evi açmış və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Göygöl rayon sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun barəsində etdiyi şikayətlərlə əlaqədar bildirir ki, əvvəllər araşdırmaya vermiş olduğu izahatını bir daha təsdiq edir. Zərərçəkmiş şəxs1 təxminən 2017-2018-ci illərdə tanımışdır. Gəncə şəhərində təsadüfi görüşləri zamanı münasibətləri yaranmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 oğlu Şahid1, qonşuları Əhməd və Eltun adlı şəxslər onun sahibkarlıq fəaliyyətindəki xırda işləri ilə bağlı kömək lazım olduqda gündəlik şəkildə ona köməklik göstərmişlər, beləcə yaxşı münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 qardaşı oğludur, Əli ilə təxminən 2020-ci il tarixdə münasibətləri yaranmışdır, Əli onların Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən çay evlərində dəfələrlə qonaq olmuşdur, beləcə tanış olmuşlar, həmin vaxtdan sonra dostluq münasibətləri yaranmışdır. Göygöl rayon sakini Zərərçəkmiş şəxs1 2020-ci ilin yay aylarında ona müraciət edərək, oğlu Şahid1 öz qohumlarını avtomobillə vurduğunu, bununla bağlı pula ethiyacı olduğunu bildirmişdir, o da Məhəbbətlə normal münasibətləri olduğu üçün hissə-hissə olmaqla, ümumilikdə 33.000 manat məbləğində borc pul vermişdir. Bundan sonra Məhəbbət borcunu 2021-ci ilin 17 fevral tarixində qaytarmışdır, həmin vaxt 23.000 manatı ona qaytarmışdır, 10.000 manatı isə qalmışdır. O, ola bilsin ki, izahatında tarixi, pulun necə qaytarılmasını düz göstərməmiş, ancaq indi hazırda konret olaraq fikrini ifadə edir. Məhəbbətin hazırda ona cəmi 10.000 manat borcu qalmışdır. Bundan əlavə, 2020-ci ilin oktyabr ayında Şahid1 qonşusu Şahid8lə birlikdə onun ünvan 8 ünvanında yerləşən dekor evinə gəlmiş, Əhməd demişdir ki, Elşad xidməti yerini 10 gündür ki, özbaşına tərk etmişdir, hazırda da bələdiyyə axtarır, Elşada hərbi hissəyə qayıtmalı olduğunu başa salsa da, Elşad qayıtmır, bu işdə Elşada məsləhət vermək lazımdır. Elşad da həmin vaxt sakitcə dayanmış, o, Elşada demişdir ki, hərbi hissəsinə qayıtmalıdır, hərbi xidmət yerini özbaşına tərk etmək cinayət sayılır. Elşad isə ona birmənalı demişdir ki, hərbi hissəyə geri qayıtmayacaqdır, sevdiyi Sara adlı qız özü olmasa dayana bilmir, rayonda qızın yanında olmasa, qız özünə qəsd edəcəkdir. Elşad sözlərinə əhəmiyyət verməyərək geri hərbi hissəyə qayıtmamışdır. Təxminən 2020-ci ilin dekabr ayının əvvəlində Zərərçəkmiş şəxs1 onun dekor evinə gələrək demişdir ki, oğlu Elşad evdən 10 gündür ki, qaçıbdır, məktub almışlar, barəsində də Gəncə Hərbi Prokurorluğunda cinayət işi açılmışdır, oğluna kömək etmək lazımdır. O da Zərərçəkmiş şəxs1 Gəncə Hərbi prokurorluğunda tanışının olmadığını bildirmişdir. Bu zaman onun kirayəyə götürüb işlətdiyi dekor evinin sahibi olan Alo Həsənov gəlib çıxmış, söhbətlərini dinlədikdən sonra demişdir ki, Gəncə hərbi prokurorunu tanıyır, bu işlə bağlı bir insan kimi xahiş edə bilər, amma bir şərtlə ki, Elşad xidməti paltarını geyinsin, prokurorluğun inzibati binasına gəlsin. Məhəbbət də bununla razılaşmışdır. Səhv etmirsə, elə həmin gün Məhəbbət oğlu X28 iştirakı ilə Gəncə hərbi prokurorunun yanına aparmış, daha sonra orada nə danışmışlarsa, o, bilməmiş, qəbulda iştirak etməmişdir, bildiyi odur ki, Elşadı sonra hərbi maşına əyləşdirərək Qazax rayonuna – xidmət etdiyi hərbi hissənin olduğu yerə aparmışlar. Bundan bir müddət sonra 2021-ci ilin yanvar ayında Məhəbbət ona müraciət edərək demişdir ki, oğlu Elşad hərbi hissədən təxris olunub gəlibdir, bu münasibətlə qonaqlıq verir, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən həyət evində dekor yığdırmaq istəyir. O da dekor işlərində köməklik etmiş, işçiləri evlərinə stol-stullar daşımışlar, dekor yığılmış, bu işlərin görülməsi müqabilində Məhəbbət sonda zəhmət haqqı kimi ona 800 manat pul vermişdir. Bundan təxminən bir ay sonra işlətdiyi obyektin sahibi Alo atasına məxsus, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən çay evinə gəlmiş, bildirmişdir ki, Elşad ikinci dəfə hərbi hissəni özbaşına olaraq tərk etmişdir, Qazaxdan hərbi hissə Elşadı axtarır, birinci xahişini etsə də, daha bununla bağlı kiməsə xahiş etməyəcəkdir. O və Alo da ikinci dəfə Elşada görə kiməsə ağız açmadıqlarına görə Məhəbbətgilin onlarla münasibətləri pozulmuşdur. Məhəbbətin qardaşı oğlu Zərərçəkmiş şəxs2 2021-ci ilin dekabr ayında dekor evində oğurluq hadisəsində iştirak etmişdir, buna görə o, ümumi şəkildə Daxili İşlər nazirliyinin 102 xidmətinə şikayət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma başlanılmış, sonradan bilmişdir ki, Əlini də şübhəli şəxs kimi çağırıb dindirmişlər. Məhəbbət də bundan xəbər tutan kimi onun bunu güya qəsdən etdiyini düşünərək daha sonra onun barəsində əsassız olaraq qərəzli şikayətlər etməyə başlamışlar, güya ki, Elşadın işinə görə onun vasitəsi ilə Alo Həsənova müxtəlif məbləğlərdə pul vermişlər, lakin sonradan polisdə aparılmış araşdırma zamanı şikayətlərini geri götürmüşlər. Zərərçəkmiş şəxs1 həm ərizəsində, həm də ifadəsində göstərdikləri tamamilə yalandır. O, Məhəbbəti 2020-ci ildən yox, təxminən 2017-2018-ci illərdən tanıyır, qonşuları Əhməd və Eltun ilə də münasibətləri olmuşdur, həmin şəxslərin vasitəsi ilə Məhəbbəti tanımışdır. Bundan başqa o, Məhəbbətin Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evində çox qonaq olmuşdur, lakin Elşadın barəsində açılmış cinayət işi ilə bağlı söhbətləri Məhəbbətin evində yox, onun dekor evində baş tutmuşdur, həmin vaxt da Məhəbbət Elşada görə kömək istəmiş, həmin vaxt işlətdiyi obtektin sahibi Alo Həsənov gəlib çıxmışdır, sonuncunun sayəsində Elşadı birinci dəfə xahiş etmişlər. O, eləcə də X1 göstərilməsi müqabilində Gəncə Hərbi Prokurorluğuna 15.000 manat, Gəncə Hərbi Məhkəməsinə isə 8.000 olmaqla, ümumilikdə 23.000 manat pul verilməli olduğunu deməmişlər. O, Məhəbbətdən bir manat olsun belə hər hansı vəzifəli şəxsə vermək adı ilə pul almamış və belə bir vəd verməmişdir. Məhəbbətin dedikləri tamamilə yalandır. Zərərçəkmiş şəxs1 2020-ci ilin yay ayından ona borcu olmuş, həmin borcun 23.000 manatını ona 2021-ci ilin 17 fevral tarixində qaytarmış, qalan 10.000 manatı isə hazıradək qaytarmamışdır. Onunla Məhəbbətin arasında 2018-ci ildən bəri tez-tez borc pul münasibətləri olmuşdur, hər dəfəsində də ondan müxtəlif məbləğlərdə pul borc alaraq sonra qaytarmışdır. Zərərçəkmiş şəxs1 33.000 manat borcunun 23.000 manatını geri qaytarmasının da öz əksini tapdığı xx.xx.2021-ci il tarixli, Gəncə şəhəri 1 saylı notariat ofisində 8İ-588 reyestr nömrəli ərizəsinin kserosurətini izahatına əlavə etmişdir. 2021-ci ilin fevral ayının 24-də Gəncə şəhəri 1 saylı notariat ofisinə gedərək pulun qaytarılması ilə bağlı sənəd tərtib edib imzalamışlar. Əvvəlki izahatında səhvən Məhəbbətlə aralarında borcla bağlı notarial qaydada borc müqaviləsi bağlandığını demiş, əslində isə belə bir müqavilə yoxdur. Bundan başqa, o, Məhəbbətə Elşadın işini prokurorluq və məhkəmə ilə danışdığını, hərbi hissəyə geri qayıtmağın mənası olmadığını deməmiş, bundan başqa, oğluna məhkəmədə hüquqlarını müdafiə etməsi üçün vəkil tutmaq lazım olduğunu da deməmiş, 2021-ci ilin fevral ayının 24-də Gəncə şəhəri Nizami rayon Məhkəməsi ilə üzbəüz yerləşən, 1 nömrəli Notariat Kontoruna Məhəbbəti zorla aparmamışdır, könüllü şəkildə getmişlər, sonuncunu aldadıb həmin sənədə imza etdirməmiş, Məhəbbət həqiqətən ondan 33.000 manat borc götürmüşdür, 17 fevral 2021-ci il tarixdə ona həmin puldan qaytardığı 23.000 manat pulla bağlı notariusa ərizələr verib imzalamışlar. O, pulu aldığı barədə və növbəti 5 ay ərzində Məhəbbətdən heç bir şikayətinin, tələbinin olmayacağı barədə ərizə yazmış, Məhəbbət də eyni zamanda ərizəsində yerdə qalan 10.000 manat borc pulu yaxın 5 ay ərzində qaytaracağını bildirmişdir. Məhəbbət oğlu Elşadın barəsində Kəlbəcər rayon polis şöbəsi vasitəsi ilə Gəncə Hərbi Məhkəməsinin axtarış elan etməsini eşitdikdən sonra oğlu Elşad, qardaşı oğlu Zərərçəkmiş şəxs2, qohumları Şahid3 birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən atasına məxsus işlətdikləri çay evinə gələrək onunla görüşmüşlər. Hamısı eyni vaxtda danışmışlar, çoxsaylı suallar vermişlər, notariusda nəyə görə Məhəbbətə sənədi imzalatdırdığını soruşmuşlar. Həmçinin Elşadın nəyə görə axtarışa verildiyini də soruşmuşlar. O da həmin şəxslərə demişdir ki, Elşad onu camaatın yanında pis eləmişdir, N dəfə deyil, N dəfə xidmət yerini qanunsuz olaraq tərk etmişdir, 1-ci dəfə təmannasız şəkildə xahişini etmişlər, 2-ci isə daha onlarlıq olmamışdır. Məhəbbətin söhbətlərini telefonda qeyd etməsini araşdırma zamanı bilmiş, təxminən 42 dəqiqəlik olan səs yazısına da qulaq asmışdır. Ola bilsin ki, bir neçə nəfər onunla görüşə gəldiyi üçün həyəcanlı olmuş, orada bəzi fikirlərini düzgün ifadə edə bilməmişdir. Bundan başqa o, Məhəbbətgilə “məhkəməyə getməyin” deməmiş, bu barədə poçta aparıb məhkəməyə teleqram vurdurmamışdır. Gəncə Hərbi Məhkəməsi 19 oktyabr 2021-ci il tarixdə Şahid1 barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verdikdən sonra, Məhəbbətgil ona qarşı daha da aqressivləşmişlər. Səbəbi də onun dekor evində yerləşən 34.000 manat dəyərində əşyalarının oğlurlanması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırma ilə əlaqədar Zərərçəkmiş şəxs2 polisə çağırılması və izahatının alınması olmuşdur. Məhəbbətgil onun Əlinin barəsində qəsdən polisə şikayət etdiyini düşünmüşlər. Eyni zamanda Zərərçəkmiş şəxs2 ifadəsində dedikləri yalandır, belə ki, o, sonuncudan bibisi Məhəbbətin polis idarəsinə onun barəsində etdiyi şikayətini geri götürməsini xahiş etməmişdir, Əli yalan danışmışdır. Şahid11 tanıyır, uzun illərdir ki, gözəl münasibətləri vardır, o, İsmayılı kiməsə, eləcə də Zərərçəkmiş şəxs2 Gəncə şəhəri Nizami rayon Məhkəməsinin sədri kimi təqdim etməmişdir, Şahid11 Gəncə şəhəri Nizami rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyir, o, Şahid1 barəsində olan cinayət işinə görə köməklik edilməsi məqsədi ilə Əlini Şahid11la görüşdürməmiş, Əlidən 2021-ci ilin avqust ayında, eləcə də başqa vaxtlarda 15.000 manat pul istəməmiş və almamışdır. Şahid11 Əli ilə görüşməsi, pul istəməsi barədə isə heç bir məlumatı yoxdur, ona görə də heçnə deyə bilməz. O, Əliyə bibisi oğlu Şahid1 hərbi hissəni özbaşına tərk etdiyinə görə Gəncə Hərbi Məhkəməsində baxılan cinayət işində Elşada azad edilməsi üçün Şahid11 kömək edə biləcəyini deməmiş, həmin şəxsi Gəncə şəhəri Nizami rayon Məhkəməsinin sədri kimi təqdim etməmiş, 15.000 manat pul lazım olduğunu, İsmayılın bu işi həll edəcəyini deməmişdir, bütün bunlar yalandır. O, X27 şəhəri Nizami rayon Məhkəməsində, eləcə də digər hər hansı yerdə görüşdürməmiş, aralarında Şahid1 cinayət işi ilə bağlı köməklik göstərilməsi barədə söhbət olmamışdır. Əlinin bu qeyd etdikləri yalandır, şərböhtan xarakterlidir. Ola bilər ki, Zərərçəkmiş şəxs2 özü müstəqil şəkildə Şahid11 müraciət edərək görüşmüş, nəsə danışmışlar. Lakin onun bu barədə heç bir məlumatı yoxdur. O, Əli ilə birlikdə dediyi tarixlərdə dediyi ünvanlara gedərək kart hesabına göstərilən məbləğdə pul vəsaitini vurmamışdır, Əlini də buna məcbur etməmişdir. O, Əlidən hər hansı bir məbləğdə pul almamışdır. O ki qaldı, X9 adına olan kart hesabına köçürülmüş pullara, Emil Məmmədov onun qanuni həyat yoldaşıdır, Emilə aid, "xxxx" ASC-yə məxsus, “4098 0944 2045 5659” nömrəli hesab kartı Emilin ona verdiyi etibarnamə əsasında onun istifadəsindədir, hazırda da həmin kartı istifadə edir, həmin hesab kartına müxtəlif vaxtlarda sahibkarlıq fəaliyyəti ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. Əlinin ifadəsində qeyd etdiyi terminal ödəniş qəbzlərini necə əldə etdiyini də bilmir. Qeyd olunan karta mədaxil və məxaric edilmiş pul vəsaitləri barədə məlumatları özündə əks etdirən "xxxx"dan çıxarışı araşırmaya təqdim etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onunla görüşən zaman onunla apardığı danışığın qeydə alındığı səs yazısına qulaq asmışdır. Həmin danışıqda iştirak edən şəxslər- o, Zərərçəkmiş şəxs1, Məhəbbətin oğlu Şahid1, Məhəbbətin qardaşı oğlu Zərərçəkmiş şəxs2 və qohumları Şahid3dur. Həmin şəxslər Elşadın barəsində Gəncə Hərbi Məhkəməsinin axtarış elan etməsini eşitdikdən sonra Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən atasına məxsus işlətdikləri çay evinə gələrək onunla görüşmüşlər. Qeyd olunan danışıq həmin vaxt baş tutmuşdur. Hamısı eyni vaxtda danışmışlar, ona çoxsaylı suallar vermişlər, notariusda nəyə görə Zərərçəkmiş şəxs1 sənədi imzalatdırdığını soruşmuşlar. Həmçinin Elşadın nəyə görə məhkəmə tərəfindən axtarışa verildiyini də soruşmuşlar. O da həmin şəxslərə izah etməyə çalışmışdır ki, o, Elşada əslində kömək etmişdir, lakin Elşad onu camaatın yanında pis eləmişdir, xidmət etdiyi hərbi hissəni N dəfə deyil, N dəfə qanunsuz olaraq özbaşına tərk etmişdir, 1-ci dəfə təmannasız şəkildə Alo vasitəsi ilə xahişini etmişlər, 2-ci dəfə isə daha xahiş etməmişlər, Elşad ona görə axtarışa verilmişdir. Ola bilsin ki, bir neçə nəfər onunla görüşə gəldiyi üçün və eyni vaxtda ona suallar verdikləri üçün həyəcanlı olmuş, orada cavab olaraq bəzi fikirlərini düzgün ifadə edə bilməmişdir. Təqdim edilmiş səs yazısının 02:25-ci dəqiqəsində kişi cinsinə məxsus şəxsin dediyi “ay Gülü, pulu verəndə demədik ki, Qazaxa gedəcək, ya ayrı yerə gedəcək” sözlərini ona Sərxan kimi tanıdığı, əslində isə əsl ad, soyadı Şahid3 olan şəxs demişdir. O, Ruslandan Şahid1 köməklik göstərilməsi ilə bağlı hər hansı məbləğdə pul almadığına görə həmin şəxsə cavab verməmişdir. Səs yazısında olan danışıqlar isə Şahid1 barəsində Gəncə Hərbi Prokurorluğunda aparılan cinayət işinin icraçısı olan Əli Səfərovla arasında baş vermiş danışıqlardır. Əli Səfərovu çay obyektinə gəldiyi üçün tanımış, həmin vaxtdan da normal münasibətləri yaranmışdır. O, Əli ilə olan telefon danışıqları qeydə almış, həmin danışığı da qulaq asdırmışdır. Alo Həsənov ona demişdir ki, Elşad 2-ci dəfə hərbi hissəni özbaşına tərk etmişdir, müstəntiq də axtarır. O da ona görə Əli ilə bu barədə zəng edərək danışmışdır. Həmin danışıqda Əli də demişdir ki, Elşad hərbi hissəni tərk edib qaçmışdır. Ona görə həmin şəxslərə bunu qulaq asdırmışdır. Görüşdə bir neçə nəfər adam eyni vaxtda sual verdiyi üçün Sərxan kimi tanıdığı Şahid3 pulun verilməsi ilə bağlı ona dediklərinə cavab olaraq heç bir fikir bildirməmişdir. Təqdim edilmiş səs yazısının 06:15-ci dəqiqəsində “siz mənim boynuma qoymaq istəyirsiz 2-cini də, eliyərəm, o kişilikdən deyil” sözləri, həmçinin təqdim edilmiş səs yazısının 13-cü dəqiqəsində “kim deyir məhkəmə pula yaxın durmur? 6 ay sonra gedim pulu alım dala” sözləri ona aiddir. Birinci dəfə Elşad xidmət yerini özbaşına tərk edəndə yuxarıda göstərdiyi kimi Alo adlı şəxsdən köməklik göstərməsini xahiş etmişdir, bunu nəzərdə tutmuşdur. Lakin “kim deyir məhkəmə pula yaxın durmur? 6 ay sonra gedim pulu alım dala” sözlərini isə hansı səbəbdən dediyini izah edə bilmir. Təqdim edilmiş səs yazısının 18-ci dəqiqəsində ona deyilmiş “dekabrın 16-sı kredit götürdüm, 16-sı 12.000-i vermişəm, ondan qabaq da 8.000 vermişəm” sözləri Zərərçəkmiş şəxs1 aiddir. “Pulun gününü səhv edə bilərəm, 25-i günü bunun maddəsi dəyişdirilib” sözləri isə ona aiddir. Həmçinin təqdim edilmiş səs yazısının 19:45-ci dəqiqəsində “ay Gülü onda day niyə o pulu verirdim, day gedib çastda duracaqdımsa” sözləri Şahid1a, “ay Elşad sən pulu verib tamamilə gəlməməliydin?” sözləri isə ona məxsusdur. Lakin bu qeyd edilən sözləri hansı səbəbdən dediyini izah edə bilmir. Şahid1 barəsindəki cinayət işi ilə bağlı köməklik göstərilməsi müqabilində pul almamış, Elşada köməklik göstərilməsini Alo adlı tanışından xahiş etmişdir. Həmin şəxsin də pul alıb-almamasından məlumatı yoxdur. Təqdim edilmiş səs yazısının 25:50-ci dəqiqəsində “mən prokurora verməmişəm, mən sənə vermişəm pulu” sözləri Məhəbbətə, “sən verdiyin pulu mən yemişəm” sözləri isə ona məxsusdur. O, əslində Zərərçəkmiş şəxs1 alıb yediyi pul deyəndə, fikrində ona olan borcundan qaytardığı pulu nəzərdə tutmuşdur. Lakin danışıq zamanı, belə düşündüyü barədə heç nə bildirməmiş, bunu hansı səbəbdən bildirməməyini də izah edə bilmir. Məhəbbətlə oğlu Elşada görə, eyni zamanda başqa məsələlərə görə aralarında “Whatsapp” yazışmaları olmuşdur. Həmin yazışmalar 2020-ci ilin dekabr ayı, 2021-ci ilin yanvar-fevral-mart-aprel-may-iyun aylarında aparılmışdır. Yazışmalara baxmışdır, təsdiq edir ki, həmin mesajları o yazmışdır. Məhəbbətlə münasibətləri normal olmuşdur. Yazışmalarda da göründüyü kimi, 23 fevral və 24 fevral 2021-ci il tarixlərdə Məhəbbətə yazaraq əvvəlcədən danışdıqları kimi notariusa getmələrini danışmışdır. 24 fevral 2021-ci il tarixdə könüllü şəkildə notariusa gedərək hər ikisi aralarında olan pul borcu məsələsi ilə bağlı ərizə yazıb təsdiqlətmişlər. Mesajlardan da göründüyü kimi, Məhəbbət oğlunun barəsində cinayət işi açıldığını, bu barədə məktubu ona bir neçə dəfə göndərmişdir, köməklik etməyini xahiş etmişdir. O da düzü məktubu 1-ci dəfə gördükdən sonra məktubu yazan şəxsin müstəntiq Əli Səfərov olduğunu bilmiş, münasibəti olduğu üçün iş barədə maraqlanıb Məhəbbətə məlumat verə biləcəyini demişdir. Əli də ona demişdir ki, bəli, Elşad hərbi hissəni özbaşına tərk etmişdir. Bundan sonra Alo Həsənov bu söhbəti bildikdən sonra Gəncə hərbi prokurorundan xahiş edəcəyini demişdir və Elşada təmənnasız köməklik göstərmişdir. Səxavət isə hüquq mühafizə orqanı əməkdaşı deyildir, sadə vətəndaşdır, həmin şəxslə Zərərçəkmiş şəxs2 arasında münaqişə baş vermişdir, Göygöl rayon polis şöbəsində araşdırma getmişdir, Məhəbbət də ondan Səxavətgillə görüşüb şikayətlərini geri götürmələri üçün xahiş etməyini istəmişdir. O ola bilsin ki, yazdığı mesajlarda fikrini qarışdıraraq Səxavətin də adını çəkmişdir. Zərərçəkmiş şəxs2 təqdim etdiyi, sonuncunun onunla aralarında “Whatsapp” proqramı vasitəsi ilə bir-birlərinə göndərdikləri səsli mesajlara qulaq asmışdır, səslər ona və Zərərçəkmiş şəxs2a məxsusdur. Əli ondan Elşadın işinə görə necə ərizə göndərmələrini, necə iddia ərizəsi qaldırmalarını soruşmuş, bu barədə məsləhətlər almışdır. O da yazdıqları ərizənin formasını başa salmış, həmçinin də izah etmişdir ki, iddia ərizəsi apellyasiyaya verilməlidir, orada da hansı hakimə ərizə düşəcəksə, həmin hakim də işə baxacaqdır. Daha sonra Əliyə demişdir ki, səbrli olsun, hakimin adını dəftərxanadan öyrənib deyəcəkdir. Bundan başqa qeyd etmişdir ki, yekun məhkəmənin qərarı hələ hazır deyil, 3 gün ərzində hazır olduqdan sonra ərizə yazıla bilər. Digər məsələlərlə bağlı olan Əlinin səs yazıları Eşadın işinə görə deyil, özünün törətdiyi avtoqəza ilə bağlı olmuşdur. Həmin məsələdə də Əliyə təmənnasız kömək etməyə çalışmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs3 N ildir ki, tanıyır. Həmin şəxslə qonşuluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs3 etdiyi şikayətlərlə və bununla bağlı toplanmış sənədlərlə tanış olmuşdur. 2017-ci ildə Zərərçəkmiş şəxs3 ona müraciət edərək xahiş etmişdir ki, oğlu Şahid2 ailə həyatı qurur və İlkini işlə təmin etmək lazımdır. O da Şahid2 işlədiyi dekor evində sürücü vəzifəsində işə düzəltmişdir. 2019-cu ildə o, İlkinin mağazada işləməyini qanuni olaraq sənədləşdirmiş və rəsmi qaydada əmək müqaviləsi imzalamışdır. Bundan təxminən 8-9 ay sonra Seymur və Güloğlana məxsus olan avtomobillə İlkin Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi törətmiş və 2 nəfərin ölümünə səbəb olmuşdur. Bu hadisədən sonra, İlkin tez-tez bildirmişdir ki, törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar şəxsi işləri çoxalıb və işə vaxtı-vaxtında gedibgələ bilmir. İlkinin ona 13.000 manat pul borcu olduğundan və avtomobilin sahibləri Seymur və Güloğlan onun yaxını olduqlarından İlkin ona olan borcunu və avtomobilin sahiblərinə dəymiş ziyanı ödəməmiş və o da İlkinin həbs olunacağını bilərək 2021-ci ilin noyabr ayında Şəki Ağır Cinayətlər Məhkəməsinə şikayət verməyə getmişdir. İlkin orada ona bildirmişdir ki, məhkəmədən vaxt alıb onun və Seymurgilin borcunu qaytaracaqdır. O da həmin məhkəmədə şikayətçi olmamış və məhkəmə də həmin iclas zalında İlkinə 1 məhkəməlik möhlət vermişdir. Bundan sonra onlar Gəncə şəhərinə qayıtmışlar. xx.xx.2021-ci il tarixdə İlkin onun həyat yoldaşının "xxxx"a məxsus olan “4098 0944 2045 5659” saylı üzərində Emil Məmmədov yazılı bank hesabına 1.000 manat pul ödəmiş və o da İlkinə bildirmişdir ki, borcunun olmaması barədə notariusa gedərək ona borcunun qalmaması barədə ərizə versin. İlkin əvvəlcə ərizə verərək xx.xx.2021-ci il tarixdə ona 1.000 manat verməsini, geri qalan hissəsini yəni, 7150 manat pulu 1 il ərzində qaytaracağı barədə ərizə yazmışdır. Sonra isə o, həmin notariusda ərizə yazaraq İlkinin ona heç bir borcunun qalmadığını və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan sonra bir daha İlkini görməmişdir. İlkinin onun kart hesabına etdiyi ödənişlərin hamısı ona olan borcu ilə əlaqədar olmuşdur. Şahid2 onun işçisi olmuşdur. Onun İlkinlə adı çəkilən yol-nəqliyyat hadisəsi ilə bağlı heç bir söhbəti olmamışdır və bu barədə İlkindən pul vəsaiti almamışdır. Şahid2 xx.xx.2019-cu il tarixdə ondan 13.000 manat borc olaraq pul almışdır. Borc almaqda məqsədi yeni mənzil alması olmuşdur. Adı çəkilən pulların hər biri İlkinin ona olan borcu olmuşdur və İlkin ona olan borcunun bir qismini geri qaytarmış və hal-hazırda ona 7.150 manat pul borcu qalmışdır. İlkin onun işçisi olaraq onun şəxsi işləri ilə əlaqədar məhkəməyə tez-tez getdiyini və məhkəmə işçiləri ilə görüşdüyünü bilmişdir. O, İlkinlə birlikdə heç vaxt Nizami rayon Məhkəməsinə getməmişdir. Şahid11la da bu barədə söhbət etməmişdir. Adı çəkilən məsələ ilə bağlı onun həmin şəxslərlə heç bir hərəkəti olmamışdır. İlkinin onun barəsində verdiyi bu məlumatlar gerçəkliyi əks etdirmir və doğru deyildir. O, Şahid2 məhkəmədə həbs olunacağını bilirdi. İlkin isə ona yalvararaq güya ona heç bir borcu qalmadığını bildirməyini ondan istəmişdir və azadlıqda qalacağı təqdirdə ona olan borcunu geri ödəyəciyini bildirmişdir. O da bu səbəbdən qeyd edilən məzmunlu ərizəni yazmışdır. Şahid2 əvvəllər günəmuzd şəkildə onun mağazasında fəaliyyət göstərmişdir, 2019-cu ildən isə əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir (iş vərəqə: cild 2, səh. 36-47, 55-79, cild 3, səh. 208-224, cild 4, səh. 78-85). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, həmin ifadələr arasında olan müəyyən fərqlərin səbəbini izah edə bilməyəcəyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid1 onun övladıdır. Oğlu Şahid1 2020-ci ilin sentyabr ayının 27-də elan edilmiş qismən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmışdır. N sentyabr 2020-ci il tarixdə oğlu Şahid1 onun səhhətində yaranmış problemləri qohumları vasitəsi ilə öyrənmiş və ona baş çəkə bilmək üçün hərbi hissənin rəhbərliyindən icazə almaq istəmişdir. Lakin müharibə getdiyi üçün icazə verilməmişdir. Bundan sonra oğlu Şahid1 həmin tarixdə onun yanına gəlmək üçün heç kimdən icazə almayaraq, qanunsuz olaraq hərbi hissəni tərk edərək evlərinə gəlmişdir. O, icazəsiz gəldiyini bildikdə dəfələrlə oğlundan hərbi hissəsinə qayıtmasını xahiş etmiş, lakin oğlu onun səhhətindəki problemləri düzələndən sonra geri qayıdacağını bildirmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində ünvan 9 ünvanlarına məktub gəlmişdir. Bundan sonra bilmişlər ki, Elşadın bu əməlinə görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə Gəncə Hərbi Prokurorluğunda cinayət işi başlanmışdır. O, bununla bağlı qonşusu Şahid8 vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs ilə danışmaq qərarına gəlmişdir. Əvvəlcə oğlu Şahid1 qonşuları Əhmədlə Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra, Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının təxminən ortalarında Göygöl rayonu, Üçtəpə kəndinə yerləşən evlərinə gəlmişdir. O, Təqsirləndirilən şəxs ilə oğlu Şahid1 hərbi hissəni özbaşına tərk etməsi və barəsində cinayət işi açılması barədə danışmış, Təqsirləndirilən şəxs Elşadın bu barədə artıq dediyini, məlumatlı olduğunu demişdir. Həmin vaxt qaynının oğlu Şahid3, həmçinin Təqsirləndirilən şəxs sürücüsü kimi tanıdığı “Maqa” adı ilə çağırılan Mahmud adlı şəxs də onlarda olmuşdur. Söhbət əsnasında Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsində işlədiyini, bütün hüquqmühafizə orqanlarında yüksək vəzifədə çalışan tanışlarının olduğunu, həmin şəxslərin köməkliyi ilə Elşada köməklik ediləcəyini, cinayət işini xitam etdirə biləcəyini bildirmişdir. O da Gülnara inandığı üçün Gülnardan oğluna köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət işi ilə maraqlanacağını bildirərək çıxıb getmişdir. Ruslan və Mahmud da bu söhbətin şahidi olmuşlar. Sabahı gün Təqsirləndirilən şəxs Mahmud adlı şəxslə yenidən evinə gəlmiş, onunla söhbətə başlayaraq Elşada köməklik göstərilməsi üçün aidiyyəti qurumların yüksək vəzifəli şəxsləri ilə danışdığını, oğluna köməklik göstərilməsi müqabilində Gəncə Hərbi Prokurorluğuna 15.000 manat, Gəncə Hərbi Məhkəməsinə isə 8.000 olmaqla, ümumilikdə 23.000 manat pul verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, oğlu Şahid1 köməklik etməklə yanaşı, həmçinin Gəncə Hərbi Prokurorunun sürücüsü kimi də işə düzəldəcəkdir, bu barədə prokurorla danışmışdır. O, oğlunu işə düzəltməsini xahiş etməmiş, Təqsirləndirilən şəxs özü bu barədə ona danışmışdır. Sonra isə bildirmişdir ki, bu puldan özünə heç nə çatmayacaq, sadəcə bir insan kimi kömək etməyə çalışır, bütün veriləcək pul vəsaitləri həmin qurumların rəhbər vəzifəli şəxslərinə çatacaqdır. O da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs prokurorluğa pul verəcəyi halda, cinayət işinin hansı səbəbdən məhkəməyə göndəriləcəyini də soruşmuş, Təqsirləndirilən şəxs isə bu işin belə həll ediləcəyini, prokurorluğun daha yüngül maddələrlə işi məhkəməyə göndərəcəyini, məhkəmənin isə cinayət işinə 5-6 ay ərzində baxacağını, sonra isə cinayət işini xitam edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs bu vədlərinə inanmışdır. Ruslan və Mahmud yenə də yanlarında bütün bu söhbətin şahidi olmuşlar. Söhbətin sonunda Təqsirləndirilən şəxs ilkin olaraq 8.000 manat pulu Gəncə Hərbi Prokurorluğunun Səxavət adlı əməkdaşına onun yanında verəcəyini bildirmiş, həmçinin demişdir ki, məsələnin həll edilməsi üçün pulu tez vermək lazımdır. O da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. 2020ci ilin dekabr ayının təxminən ortalarında o, özünün və qızlarının qızıllarını Gəncə şəhərində univermaqda satmış, bundan sonra istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng etmiş, harada görüşəcəklərini soruşmuşdur. Təqsirləndirilən şəxs da demişdir ki, Gəncə Hərbi Prokurorluğunun qarşısına gəlsin. O da qaynı Hüseynin oğlu Şahid3la birlikdə sonuncunun idarə etdiyi maşınla Gəncə Hərbi Prokurorluğunun inzibati binasının qarşısına gəlmişdir. Həmin yerdə görmüşlər ki, Təqsirləndirilən şəxs “Nissan” markalı maşında onları gözləyir. Ruslan maşında gözləmiş, o isə düşərək Təqsirləndirilən şəxs oturduğu həmin maşına keçib əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qabaq sağ tərəfdə oturmuş, sükan arxasında isə Mahmud olmuşdur. Təqsirləndirilən şəxs ilə görüşərək 8.000 manatı Gülnara vermiş və Təqsirləndirilən şəxs prokurorluğa daxil olub pulu onun yanında müvafiq əməkdaşa verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxt bunun mümkün olmadığını, onun yanında heç kimin pul ala bilməyəcəyini bildirmişdir. Buna görə də o, 8.000 manat pulu orada Gülnara vermiş və Gülnar pulu sonradan əməkdaşla görüşüb verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qalan 15.000 manat pulu da tez hazır etməyini ona demişdir. O da razılaşmış və onlar sağollaşıb ayrılmışlar. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərmişdir ki, tələb edilən məbləğin qalan hissəsi onda olmadığına görə bankdan pul götürmək qərarına gəlmişdir. O, 16 dekabr 2020-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən “Access bank”dan 12.000 manat pul kredit götürmüşdür. Krediti götürdüyü zaman Təqsirləndirilən şəxs həmin nömrəsinə zəng vuraraq pulu bankdan götürdüyünü, hazırda bankda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da dərhal həmin banka gələrək 12.000 manatı bankda ondan təhvil almışdır. Kredit götürərkən bacısı Şahid4, qaynının yoldaşı Şahid7 və Şahid5 Şamı qızı ona zamin durmuşlar, ona görə də bankdan kredit götürdüyü 12.000 manat pulu Təqsirləndirilən şəxs verərkən həmin şəxslər də yanında olmuşlar və həmin pulu Təqsirləndirilən şəxs verməsinin şahidi olmuşlar. Onları banka Ruslan maşınla gətirmiş, sonra isə özü çıxıb getmişdir. Təqsirləndirilən şəxs 20000 manatı ondan aldıqdan sonra, onunla telefon danışığı zamanı əvvəldən tələb etdiyi 23.000 manatdan yerdə qalan 3.000 manatı da verməli olduğunu bildirmişdir. Bankda pulu ondan qəbul edən zaman da qalan pulu tez verməyini ondan xahiş etmişdir. O, yenə də Təqsirləndirilən şəxs ilə razılaşaraq pulun qalanını da tez bir zamanda verəcəyini bildirmişdir. Onun pulu olmadığına görə Təqsirləndirilən şəxs ilə əvvəlcədən razılaşdığı 23.000 manat pulu tamamlayıb Gülnara təqdim etmək üçün yerdə qalan 2.000 manatı xalası Şahid6, 1.000 manatı isə qaynının yoldaşı Şahid7 borc almışdır. Daha sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq pulu tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs pulu Gəncə şəhər Hərbi Prokurorluğunun qarşısına gətirməyini ondan xahiş etmişdir. O, Ruslanla Gəncə şəhər Hərbi prokurorluğunun qarşısına gəlmişdir. 3.000 manat pulu prokurorluğun qarşısında “Nissan” markalı avtomobillə gəlmiş Təqsirləndirilən şəxs vermişdir. Sükan arxasında yenə də Mahmud əyləşmiş, başqa kimsə olmamışdır. Ruslan isə onu öz maşınında gözləmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs onun oğlunun işi ilə bağlı heç bir iş görmədiyini, heç bir köməklik etmədiyini görməyə başlamışdır. Buna görə də bir neçə dəfə telefon əlaqəsi saxladıqda Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək güya oğluna köməklik göstərdiyini bildirmişdir. Oğlu Şahid1 06 yanvar 2021-ci il tarixdə hərbi hissəsinə qayıtmışdır. Sonradan isə ümumiyyətlə təxris olunaraq evə qayıtmışdır. O, Təqsirləndirilən şəxs ilə dəfələrlə danışan zaman ona demişdir ki, güya Elşadın işini prokurorluq və məhkəmə ilə danışmışdır, onlar da inanaraq rahatlaşmışlar. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının 24-də Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq oğluna məhkəmədə hüquqlarını müdafiə etməsi üçün vəkil tutmaq lazım olduğunu, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi ilə üzbəüz yerləşən 1 nömrəli Notariat Kontoruna gəlməyini xahiş etmişdir. O, həmin zaman bilmişdir ki, oğlu Şahid1 barəsində olan cinayət işini Gəncə Hərbi Prokurorluğu artıq yekunlaşdırıb Gəncə Hərbi Məhkəməsinə göndərmişdir. Gülnar həmin günü onun evinə gələrək onu özü ilə notariusa aparmışdır. Yolboyu da ona demişdir ki, notariusda sənəd hazırdır, sadəcə imzalamaq qalmışdır. O, həmin vaxt səhhətində olan problemlə əlaqədar müalicə almış, ona görə də Gülnar demişdir ki, bu, çox vaxt aparmayacaq. Beləliklə, hər ikisi qeyd etdiyi notariusa gəlmişlər, onları orada Rəşad adlı əməkdaş qarşılamış, ona sənəd uzadaraq imzalamağını xahiş etmişdir. O da sənədi oxumadan Gülnara inanaraq imzalamışdır. Həmin zaman bu sənədin vəkilə etibarnamə verilməsi ilə bağlı olduğunu düşünmüşdür, Gülnar özü də ona bu formada demişdir. Daha sonra notariusdan çıxıb getdikdən sonra da uzun müddət bu fikirdə olmuşdur. Bundan bir müddət keçdikdən sonra, 2021-ci ilin təxminən aprel ayının sonu, may ayının əvvəllərində oğluna və daha sonra ona Göygöl rayonunda yerləşən Kəlbəcər rayon polis şöbəsindən zəng gəlmiş, danışıq zamanı Rafiq adlı polis əməkdaşı oğlu barəsində məhkəmə tərəfindən axtarış elan edildiyini bildirmiş, oğlu Şahid1 polis şöbəsinə gəlməsini xahiş etmişdir. Notariusda sənədə imza atmağı ilə bağlı oğlu Elşaddan eşitmişdir ki, həmin sənəd vəkillə bağlı olmamış, Gülnar onu aldadaraq borcla bağlı sənədə qol çəkdirmiş, güya Təqsirləndirilən şəxs olan borcunu qaytarmışdır. Oğlu Elşad demişdir ki, Gülnar haradasa bu barədə danışmışdır, ona görə məlumatı vardır. O, düzü buna yenə də inanmamış, Gülnarın ona qarşı belə hərəkət edəcəyinə inanmamışdır. Bütün bunları bildikdən sonra, Təqsirləndirilən şəxs ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən sonuncunun işlətdiyi obyektində görüşmüşdür. Yanında oğlu Elşad, qaynının oğlu Ruslan və qardaşı oğlu Zərərçəkmiş şəxs2 olmuşdur. Onlar birlikdə Təqsirləndirilən şəxs ilə danışmışlar, niyə Elşadın axtarışa verildiyini soruşmuşlar. Gülnar isə demişdir ki, Elşad güya bir dəfə deyil, iki dəfə xidmət yerini qanunsuz olaraq tərk etmişdir, birinci hal üzrə işi həll etdiyini qeyd etmiş, barəsində açılmış axtarışın Elşadın ikinci dəfə qaçması ilə bağlı olduğunu demişdir. O və oğlu Elşad da qeyd etmişlər ki, hərbi hissəni özbaşına tərk etmə iki dəfə deyil, cəmi bir dəfə olmuşdur. Təqsirləndirilən şəxs yenə də bu işlə maraqlanacağını bildirmiş, onları yenə də arxayın salmışdır. O, Gülnardan həmçinin soruşmuşdur ki, borca pul almadığı təqdirdə, nəyə görə ona notariusda bu sənədə imza etdirmişdir. Gülnar isə bir söz tapmayaraq demişdir ki, güya özünü sığortalamaq istəmişdir. Qeyd etdiyi görüşdə Gülnarla apardıqları bu danışıqları telefonda olan xüsusi proqramla qeydə almışdır. Təxminən 42 dəqiqəlik olan səs yazısını 1 ədəd “CD” diskini köçürdərək araşdırmaya izahat verən zaman təqdim etmişdir. Təqsirləndirilən şəxs yenə də onlara heç bir kömək etməmişdir. Oğlu Şahid1 özü 28 iyun 2021-ci il tarixdə Kəlbəcər rayon polis şöbəsinə yaxınlaşmış və dərhal da həbs edilmişdir. O, özü və oğlu məhkəməyə bir neçə dəfə dəvət edilmələrinə baxmayaraq, Təqsirləndirilən şəxs onlara məhkəməyə getmələrinə imkan verməmişdir. Belə ki, demişdir ki, getməyə ehtiyac yoxdur, məhkəmə özü həll edəcəkdir. Hətta bir dəfə o, məhkəməyə getmək istəyərkən Təqsirləndirilən şəxs onu getməyə qoymamış, onu və oğlu Elşadı götürərək poçta aparmış, səhhətlərinin məhkəmə prosesində iştirakına yol vermədiyi məzmunlu teleqramı məhkəməyə göndərmələrini xahiş etmişdir, onlar da razılaşaraq məhkəməyə həmin məzmunda teleqram göndərmişlər. Təqsirləndirilən şəxs onlara belə izah etmişdir ki, güya belə olmağı onların xeyrinədir. Onlar da həmin vaxt Təqsirləndirilən şəxs yenə də inanmışlar. Daha sonra, o və qardaşı X12 şəhər Hərbi Prokurorluğuna müraciət etmişlər, onları prokuror qəbul edən zaman Gülnar adlı şəxsi tanımadığını, oğlu Şahid1 iki dəfə deyil, cəmi bir dəfə xidmət yerini özbaşına tərk etdiyini, barəsində yalnız bu hal ilə bağlı cinayət işinin başlandığını, həmin işi də artıq baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərdiklərini bildirmişdir. Daha sonra onlara izah etmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə müfaviq qurumlara şikayət etsinlər. O və qardaşı bundan sonra təxminən iyul ayında Gəncə Hərbi Məhkəməsinin sədrinin qəbulunda olmuşlar, orada eyni qaydada Gülnar adlı şəxsi heç tanımadıqlarını, oğlunun iki dəfə deyil, cəmi bir dəfə xidmət yerini özbaşına tərk etdiyini, barəsində Gəncə Hərbi Məhkəməsində bir cinayət işinə baxıldığını bildirmişlər. O, sonradan Təqsirləndirilən şəxs dələduz bir insan kimi tanındığını, polis orqanlarından dələduzluq əməllərinə görə qovulduğunu və barəsində başqa şikayətlərin də olduğunu bilmişdir. Buna görə də Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı təxminən iyul ayında Gəncə şəhər Prokurorluğuna şikayət etmişdir. Daha sonra o, notariat kontoruna getmiş, 24 fevral 2021ci il tarixdə imza atdığı sənədin sürətinin ona təqdim edilməsini xahiş etmiş, sənədi ona təqdim edən zaman Təqsirləndirilən şəxs ona imzalatdırdığı sənədin əslində vəkillə bağlı deyil, güya 33.000 manat borc almağı, həmin borcun 23.000 manatını Təqsirləndirilən şəxs qaytardığı barədə olduğunu bilmişdir. Lakin bu, tamamilə yalandır. O, Təqsirləndirilən şəxs heç bir zaman hər hansı məbləğdə borc almamış və borc da verməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq əməli barədə prokurorluq əvvəlcə onun şikayətini baxılması üçün Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə göndərmiş, polisdə araşdırma gedən müddətdə qardaşı oğlu Zərərçəkmiş şəxs2 ona demişdir ki, Təqsirləndirilən şəxs ilə görüşüb danışmışdır, Gülnar onun 23.000 manat pulunu qaytaracaqdır, sonra da yenə də oğluna köməklik edəcəkdir. Qardaşı oğlu Zərərçəkmiş şəxs2 ondan xahiş etmişdir ki, polisə müraciət edərək şikayətini geri götürsün. Gülnarla Əlinin dost münasibətlərində olduğunu bildiyindən Əlinin sözünü yerə salmayaraq Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə müraciət etmiş, Gülnarla bağlı şikayətinin olmadığının nəzərə alınmasını xahiş etmişdir. Lakin Əlinin xahişi ilə şikayətini geri götürsə də, Gülnar onun pulunu qaytarmamışdır. Gülnarla dəfələrlə danışmış, niyə heç bir köməklik göstərmədiyini, buna görə də ondan oğluna vəzifəli şəxslərin vasitəsilə köməklik göstərməsi adı ilə aldığı 23.000 manat pulu qaytarmasını tələb etmişdir. Gülnar isə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan imtina etmişdir. Həmin hadisədən bir neçə ay sonra isə o, Əlidən eşitmişdir ki, Əli də Elşada Gəncə Hərbi Məhkəməsində köməklik edilməsi üçün Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında hissə-hissə olmaqla 15.000 manat pul vəsaiti vermişdir. O da Əlidən soruşmuşdur ki, Gülnarın başına gətirdikləri barədə özü də bilir, bəs niyə yenidən onun xəbəri olmadan həmin şəxsə oğlu Elşada görə 15.000 manat pul vermişdir. Əli də demişdir ki, Elşada görə çox pis olmuşdur. O da Əlini danlamış, nahaq yerə belə bir iş tutduğunu demişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsinin yekununda göstərmişdir ki, Təqsirləndirilən şəxs aldığı pul vəsaitlərini kiməsə verməmiş, özü üçün xərcləmişdir. Qardaşı oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə 2022-ci ilin fevral ayının əvvəllərində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaynar xətt əlaqə mərkəzinə müraciət etmişlər, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə məlumat vermişlər və araşdırma başlanılmışdır. O, Təqsirləndirilən şəxs tam inandığına görə hissə-hissə olmaqla, ümumilikdə 23.000 manat pul verməyini telefon və ya digər vasitələrlə qeydə almamışdır. Lakin oğlunun axtarışa verildiyini öyrənəndən sonra bir dəfə Təqsirləndirilən şəxs pulunu geri tələb etməyi ilə bağlı həmin şəxsin obyektində görüşdükdə həmin danışıqları telefonunda qeydə almışdır. Təqsirləndirilən şəxs ilə aralarında “Whatsapp” proqramında apardıqları yazışmaların surətlərini çıxardaraq istintaqa təqdim etmişdir. Həmin yazışmalar 2020-ci ilin dekabr ayı, 2021-ci ilin yanvariyun aylarında aparılmışdır. Həmin mesajların məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində olan cinayət işinin həll edilməsinə dəfələrlə yalandan söz verərək, əslində ona qarşı dələduzluq edərək onu aldatmışdır. Hal-hazırki vaxtadək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmiş, ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Vətən müharibəsindən biraz əvvəl Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən sonuncuya məxsus çay evində tanış olmuş, həmin vaxtdan sonra dostluq münasibətləri yaranmışdır. Bibisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayında müraciət etməsinə və sonuncuya övladı Şahid1 köməklik göstərilməsi məqsədi ilə 23.000 manat pul verməsinə baxmayaraq, Təqsirləndirilən şəxs Şahid1 prokurorluq və məhkəmədə gedən işi ilə bağlı heç bir iş görməmiş, heç bir köməklik etməmişdir. Dəfələrlə o, özü də öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefonla danışmış, Gülnar da müxtəlif bəhanələr gətirərək güya Şahid1 köməklik göstərdiyini bildirmişdir. Bibisi oğlu Şahid1 06 yanvar 2021-ci il tarixdə hərbi hissəsinə qayıtmışdır. Təxminən bundan 10-15 gün sonra isə ümumiyyətlə təxris olunaraq evinə gəlmişdir. Təqsirləndirilən şəxs dəfələrlə bibisi Məhəbbətgillə danışan zaman yalandan demişdir ki, güya Şahid1 işi ilə bağlı prokurorluq və məhkəmə ilə danışmış və hərbi hissəyə geri qayıtmağın da mənası yoxdur. Hamı da Gülnara inanmışdır. 2021-ci ilin fevral ayının 24-də Təqsirləndirilən şəxs bibisi Məhəbbəti aldadaraq güya ki, Elşada məhkəmədə hüquqlarını müdafiə etməsi üçün vəkil tutmaq lazım olduğunu demiş, ona görə də bibisi Məhəbbəti Gəncə şəhəri Nizami Rayon Məhkəməsi ilə üzbəüz yerləşən Notariat Kontoruna apararaq aldatmaqla başqa sənədə imza etdirmişdir. Həmin vaxt bibisi Məhəbbət bunu başa düşməmişdir. Sonradan isə məlum olmuşdur ki, həmin notariusda təsdiqlənmiş ərizə Gülnarın güya Məhəbbətə vermiş olduğu 33.000 manat pul borcunun 23.000 manatının qaytarılması ilə bağlıdır. Onlar bu barədə xeyli sonradan bilmişlər və başa düşmüşlər ki, Təqsirləndirilən şəxs bibisi Məhəbbəti Mustafayevanı aldatmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində daha sonra göstərmişdir ki, 2021-ci ilin təxminən aprel ayının sonu, may ayının əvvəllərində bibisi oğlu Şahid1 məhkəmə tərəfindən axtarışda olduğu müəyyən edilmişdir. Həmin vaxtlar da bibisi Məhəbbət notariusda imzaladığı sənəddən şübhələnmişdir. Bütün bunları bildikdən sonra, bibisi Məhəbbət, Şahid1, həmçinin Ruslan və o, birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs işlətdiyi obyektə gedərək sonuncu ilə görüşmüşlər. Birlikdə Gülnarla danışmışlar, niyə Elşadın axtarışa verildiyini soruşmuşlar. Təqsirləndirilən şəxs isə demişdir ki, Elşad güya bir dəfə deyil, iki dəfə xidmət yerini qanunsuz olaraq tərk etmişdir, birinci hal üzrə işi həll etmişdir, barəsində açılmış axtarışın ikinci dəfə qaçması ilə bağlı olduğunu demişdir. Onlar hamısı demişlər ki, hərbi hissəni özbaşına tərk etmə iki dəfə deyil, cəmi bir dəfə olmuşdur. Lakin Gülnar yenə də bu işlə maraqlanacağını bildirmiş və onları yenə də arxayn salmışdır. X15 həmçinin soruşmuşdur ki, borca pul almamışdır, nəyə görə bu barədə notariusda sənədə imza atdırmışdır. Gülnar isə demişdir ki, belə işlərdə, həmişə özünü sığortalayır, ona görə də aparıb notariusda borcla bağlı sənədə imza atdırmışdır. Qeyd etdiyi bu görüşdə Gülnarla apardıqları danışıqları bibisi Məhəbbət telefonda olan xüsusi proqramla qeydə almışdır. Bibisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı təxminən iyul ayında Gəncə şəhər Prokurorluğuna şikayət etmişdir. Eyni zamanda 24 fevral 2021-ci il tarixdə notariusda imza edilmiş sənədin də mahiyyətinin tamam başqa olduğu məlum olmuşdur. Həmin sənəd Zərərçəkmiş şəxs1 güya Təqsirləndirilən şəxs 33.000 manat borc almağı, həmin borcun 23.000 manatını Təqsirləndirilən şəxs qaytardığı barədə olduğu müəyyən edilmişdir. Lakin bu tamamilə yalandır. X15 pul borc almamışdır. Gülnar öz aləmində güya özünü sığortalamaq üçün belə bir addım atmışdır. Prokurorluq şikayəti baxılması üçün Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə göndərmişdir. O, polisdə araşdırma gedən müddətdə bibisi Məhəbbətdən xahiş etmişdir ki, Təqsirləndirilən şəxs ilə görüşüb danışmışdır, Gülnar 23.000 manat pulu qaytaracaqdır, sonra da yenə də Elşada köməklik ediləcəkdir. Yəni, xahiş etmişdir ki, polisə müraciət edərək şikayətini geri götürsün. Bibisi Zərərçəkmiş şəxs1 da Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə müraciət etmiş, Təqsirləndirilən şəxs ilə bağlı şikayətinin olmadığının nəzərə alınmasını xahiş etmişdir. O, doğurdan da Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, bibisinin verdiyi 23.000 manat pulu qaytarmasını tələb etmişdir. Gülnar da ondan xahiş etmişdir ki, barəsində polisdə araşdırma gedir, şikayətçi olmasınlar, pulu tez bir zamanda qaytaracaq. O da Gülnara inanmışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən iyul ayının axırlarında ona söz vermişdir ki, Məhəbbətdən aldığı 23.000 manat pulu qaytaracaqdır, o da münasibətləri olduğu üçün inanmışdır. Təqsirləndirilən şəxs ona Elşadın işini yalandan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin sədri kimi təqdim etdiyi Şahid11 köməklik edə biləcəyini, bunun üçün 15.000 manat pul lazım olduğunu demişdir. Bildirmişdir ki, İsmayıl etibarlı adamdır, bu işi həll edəcəkdir. O, bibisioğlu Elşadla qardaş kimi olduqları və Elşadı çox istədiyi üçün bibisigildən xəbərsiz buna razılıq vermiş, məsələnin həll edilməsini istəmişdir. Təqsirləndirilən şəxs da bu söhbətdən sonra məhkəmə sədri kimi təqdim etdiyi İsmayıl adlı şəxslə onu görüşdürəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs istəmişdir ki, 15.000 manat pulu Şahid11 verəcəyi adı ilə özü alsın, sonra da desin ki, güya aparıb İsmayıla verib. O da artıq ehtiyat edərək İsmayılla onu görüşdürməyi tələb etmişdir. Təxminən 2-3 gün Gülnar ona bəhanələr gətirmişdir ki, güya Şahid11 onunla görüşməyə ehtiyat edir, vəzifəli şəxsdir, pulu birbaşa ondan almaq istəmir. O isə Gülnara İsmayılı görmüyüncə, bu barədə üzbəüz danışmıyınca pul verməyəcəyini demişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının təxminən 5-i və ya 6-sı onunla telefon əlaqəsi saxlayaraq Şahid11la görüşməyə dəvət etmiş və demişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin inzibati binasına gəlsin. O, Gülnarla öz nömrəsi ilə yanaşı, həm də bibisi oğlu Elşad tutulandan sonra Elşada məxsus, hazırda onun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə də danışmışdır. Həmin gün Gəncə şəhəri Nizami rayon Məhkəməsinin inzibati binasına gedərək məhkəmənin bufeti üçün ayrılmış otağında Şahid11 və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Görüş zamanı bibisioğlunun işi barəsində Şahid11 məlumat vermiş, həmçinin sonuncudan məsləhət almışdır. O, elə düşünmüşdür ki, yəqin ki, Təqsirləndirilən şəxs ondan istədiyi puldan Şahid11 məlumatı var. Şahid11 adından istifadə edib Təqsirləndirilən şəxs pul istəyərək həmin pulun müqabilində yalandan həmin işi həll edəcəyini bildirməsini və Gülnarın onu aldatdığını o, sonradan başa düşmüşdür. Görüşdən təxminən iki-üç gün sonra Gülnar onunla telefon əlaqəsi saxlayaraq İsmayılın pulu hazır edib-etmədiyini soruşduğunu bildirmiş, o da demişdir ki, pul hazırdır. 11 avqust 2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə Gəncə şəhəri, yeni Gəncə qəsəbəsi adlanan ərazidə “Araz” marketin qarşısında görüşmüş, Gülnar kart hesabını demiş, pulun həmin hesaba vurulmalı olduğunu bildirmişdir. Bundan sonra Gülnar və o, həmin marketin içərisində yerləşən “Milliön” ödəniş terminalından 1.000 manat və “E-manat” ödəniş terminalından da 1.000 manat pulu Təqsirləndirilən şəxs özünün terminallarda yazdığı "xxxx"a məxsus, X13 aid olan nömrəsini hazırda xatırlamadığı kart hesabına daxil etmişdir. 2.000 manat pul vurduqdan sonra sistemdə problem olduğuna görə qalan pulu vura bilməmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə 12 avqust 2021-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti inzibati binasının arxa küçəsində yerləşən "xxxx" ASC-nin binasının qarşısındakı bankın öz terminalı vasitəsilə qalan məbləği Təqsirləndirilən şəxs yenə də özünün daxil etdiyi nömrəsini hazırda xatırlamadığı kart hesabına 2.000 manat bir, 2.000 manat bir, 5.000 manat bir və 2.800 manat da bir olmaqla daxil etmişdir. Beləliklə, terminallara daxil etmək yolu ilə ümumilikdə 13.800 manat pul daxil etmişdir. Təqsirləndirilən şəxs ona arxayın olmağını, Şahid1 tezliklə azad ediləcəyini demişdir. O da arxayın olaraq sağollaşmışdır. Təxminən 10-15 gün sonra Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq demişdir ki, pulun qalan hissəsini də düzəldib vermək lazımdır. O da pulu hazır edəcəyini demişdir. Bundan sonra, 01 sentyabr 2021-ci il tarixdə 450 manat pulu Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Rəvan” marketin içərisində olan “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs dediyi X13 məxsus olan, "xxxx"a aid karta köçürtmüşdür. Təxminən 10-15 gün sonra əlavə olaraq hissə-hissə olmaqla, 500 manat bir, 250 manat da bir olmaqla, ümumilikdə 750 manatı da Gülnarla Gəncə şəhərində görüşərək şəxsən vermişdir. Bu daxiletmələrlə bağlı onda olan qəbzlərin əslini ibtidai araşdırma zamanı təqdim etmişdir. Yalnız 450 manat pulu ödəməyi ilə bağlı qəbzin əslini itirmişdir. Lakin həmin qəbzin, eyni zamanda digərlərinin sürətlərini 1 ədəd “CD” diskində araşdırmaya təqdim etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs dediyi tarix çatmasına baxmayaraq, vədinə əməl etmədiyini görmüş, dəfələrlə telefonla danışsa da, müxtəlif bəhanələr gətirərək nə Elşada köməklik etmiş, nə də pulunu qaytarmışdır. Sonradan başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldatmış, ona qarşı dələduzluq edib 15.000 manat pul vəsaitini ələ keçirtmişdir. Bibisioğlu Şahid1 barəsində Gəncə Hərbi məhkəməsi 19 oktyabr 2021-ci il tarixdə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. O, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs aldığı pul vəsaitlərini kiməsə verməmiş, özü üçün xərcləmişdir. Təqsirləndirilən şəxs onun bibisi Zərərçəkmiş şəxs1 Şahid1a görə vəzifəli şəxslərə vermək adı ilə cəmi 23.000 manat pul, sonradan ondan isə 15.000 manat pul vəsaiti almışdır. Bundan sonra o və bibisi 2022-ci ilin fevral ayının əvvəllərində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaynar xətt əlaqə mərkəzinə müraciət etmişlər və araşdırma başlanılmışdır. O, mobil telefonunda qalmış, Təqsirləndirilən şəxs ilə aralarında “Whatsapp” proqramı vasitəsi ilə bir-birlərinə göndərdikləri səsli mesajları bir ədəd diskə köçürdərək ibtidai istintaq zamanı araşdırmaya təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir və təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında tanımışdır. Təqsirləndirilən şəxs onun oğlu Şahid2 barəsində məhkəmədə aparılan cinayət işində köməklik edəcəyini, şərti məhkum etmə cəzası ilə azadlığa çıxartdıracağını və ya aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə köməklik göstərə biləcəyini söz verərək onları aldatmaqla onun 5.850 manat pul vəsaitini ələ keçirtmişdir. Təqsirləndirilən şəxs həmin pulu hazırki vaxtadək qaytarmamışdır. O da bundan sonra 08 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinə şikayət etmiş və şikayəti əsasında araşdırma başlanılmışdır. Sonradan araşdırma materialı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Onun oğlu Şahid2 2021-ci ilin mart ayında Yevlax-Ağdaş yolunda avtoqəza edərək iki nəfərin ölümünə səbəb olmuşdur. Bundan sonra baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı polis orqanında cinayət işi istintaq olunmuş və cinayət işi yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Oğlu Şahid2 ibtidai istintaq dövründə azadlıqda olmuşdur. 2021-ci ilin noyabr ayında oğlu Şahid2 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən çay evlərinin birində Təqsirləndirilən şəxs ilə tanış olmuş, məlum olmuşdur ki, həmin çay evini də elə Gülnar özü işlədir. Orada oğlu başına gələn hadisəni Gülnara söhbətləri zamanı danışmış, işinin hazırda məhkəmədə olduğunu demişdir. Təqsirləndirilən şəxs da bundan sonra oğluna demişdir ki, məhkəmədə baxılan cinayət işində köməklik edə bilər, hüquq-mühafizə orqanlarında, Şəki Ağır Cinayətlər məhkəməsində tanış vəzifəli şəxslərin olduğunu, həmin şəxslərin vasitəsi ilə məhkəmənin şərti məhkum etmə cəzası verməsinə və ya aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə köməklik göstərə biləcəyini nail ola bilər. Bu söhbətdən sonra 23 noyabr 2021-ci il tarixdə oğlu ona Təqsirləndirilən şəxs ilə olan bu söhbətini olduğu kimi danışmışdır. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs bir sözlə bildirib ki, 7.000 manat pul müqabilində məhkəmədəki tanış vəzifəli şəxslər vasitəsi ilə cinayət işində köməklik edəcəkdir. O da buna razılaşmış və oğluna 24 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs verməsi üçün 1.000 manat pul vermişdir. Oğlu Şahid2 də həmin pulu Təqsirləndirilən şəxs ilə görüşərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Araz Market”də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi X9 adına olan "xxxx"a məxsus bank hesab kartına köçürtmüşdür. 25 noyabr 2021-ci il tarixdə oğlu Şahid2 ona demişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinə gedir, məhkəmə prosesi vardır, o da getmək istəyəndə oğlu demişdir ki, Gülnar deyib ki, hər şey qaydasında olacaqdır, kiminsə getməyinə ehtiyac yoxdur. Daha sonra öyrənmişdir ki, həmin günü məhkəmədə iştirak etməmişdən əvvəl Təqsirləndirilən şəxs oğlunu öyrətmişdir ki, proses zamanı desin ki, güya məhkəməyə hələ hazır deyildir, bir neçə gün möhlət verilsin. Məhkəmə də bunu nəzərə alaraq beş gün sonraya – N noyabr 2021-ci il tarixə məhkəmə prosesini təxirə salmışdır. Məhkəmədən qayıdandan sonra oğlu Şahid2 həmçinin ona demişdir ki, Təqsirləndirilən şəxs da məhkəməyə getmişdir, amma Gülnarın məhkəmədə kiminləsə görüşdüyünü görməmişdir. Təqsirləndirilən şəxs sadəcə güya tanış vəzifəli şəxslərlə görüşdüyünü, təcili qalan 6.000 manat pulu da məhkəməyə vermək lazım olduğunu demişdir. O da oğlunun bu sözlərindən sonra 6.000 manat pulu 25 noyabr 2021ci il tarixdə oğluna ailə üzvülərinin, gəlini Şahid13 yanında vermişdir. Oğlu pulu qəbul etdikdən sonra gedib Təqsirləndirilən şəxs ilə görüşmüşdür, 3.600 manat pulu Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Araz Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Gülnarın verdiyi X9 adına olan “Unibank"a məxsus bank hesab kartına köçürtmüşdür. Daha sonra, oğlu Şahid2 29 noyabr 2021-ci il tarixdə 1.250 manat pulu da Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Araz Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi X9 adına olan "xxxx"a məxsus bank hesab kartına köçürtmüşdür. Beləliklə, ona məxsus olan cəmi 5.850 manat pulu oğlu Şahid2 Təqsirləndirilən şəxs vermişdir. Hər üç ödənişi təsdiq edən terminal ödəniş qəbzlərini ibtidai istintaq zamanı təqdim etmişdir. Oğlu Şahid2 axırıncı dəfə 1.250 manat pulu köçürtdükdən sonra Gülnar barədə şübhələndiyi üçün pulu tam köçürtməmişdir, yerdə qalan 1.150 manat pulu arvadı Şahid13 vermişdir, qeyd etmişdir ki, “məhkəmədə məni tutsalar bilinki, bizi Təqsirləndirilən şəxs aldatmışdır, pulu atama verərsən, tutmasalar pulu özündə saxla, özüm atama pulu qaytaracam”. N noyabr 2021-ci il tarixdə məhkəmə prosesi olmuş və oğlu 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, məhkəmədə də həbs edilmişdir. O, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs onların pul vəsaitlərini ələ keçirdə-keçirdə, bununla yanaşı özünü gələcəkdə gözləyən cinayət məsuliyyətindən sığortalamaq üçün oğlu Şahid2 Gəncə şəhərində 29 noyabr 2021-ci il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisinə aparmış, orada Təqsirləndirilən şəxs oğlu Şahid2 heç bir borcu olmaması barədə notariusa ərizə vermiş və ərizəsini təsdiqlətmişdir. Həmçinin həmin notariat ofisində oğlu Şahid2 də ərizə yazaraq Emil Məmmədov və həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus olan “Anqel Dekor evi”-nin güya sürücüsü olması, Gülnardan güya xx.xx.2019-cu il tarixdə mənzil alqı-satqısı ilə bağlı 13.000 manat borca pul aldığını, həmin borcdan 24 noyabr 2021-ci il tarixdə 1.000 manat, 25 noyabr 2021-ci il tarixdə 3.400 manat, 29 noyabr 2021-ci il tarixdə isə 1.000 manat borcunu qaytarması, yerdə qalan borcu isə 1 il müddətinə qaytaracağı barədə ərizə yazmış və notariusda təsdiqlətmişdir. Oğlu Şahid2 Təqsirləndirilən şəxs məxsus olan “Anqel Dekor evi”-nin sürücüsü olmamışdır, onun oğlu Bakı-Gəncə şəhərlərarası sərnişin avtobusu idarə edərək pul qazanmışdır. Bütün bunlar Təqsirləndirilən şəxs qurduğu oyunlardır. O, sonradan oğlu ilə görüşən zaman İlkin ona bu olanları izah edərək demişdir ki, Gülnara həmin vaxt inanmışdır, Gülnarın belə etmək lazım olduğunu deməsinə inanmışdır. Təqsirləndirilən şəxs bu ərizələri güya özünü sığortalatmaq üçün təşkil etdiyini demiş, oğlu da buna inanmışdır. Oğlu Şahid2 daha sonra demişdir ki, 29 noyabr 2022-ci il tarixdə pul köçürtsə də, artıq Gülnarın danışıqlarından, hərəkətlərindən şübhələnmişdir. Təqsirləndirilən şəxs N noyabr 2021-ci il tarixdə məhkəməyə gəlməmişdir, kimləsə də görüşməmişdir. Oğlu İlkin hətta ona qeyd etmişdir ki, Gülnarın sözü ilə inanaraq 17 noyabr 2021-ci il tarixdə məhkəməyə teleqram vurmuş, güya xəstəliyi ilə bağlı gələ bilmədiyini bildirmişdir. Həmin teleqrama görə ödənilmiş rüsumun əslini, məxaric qəbzini də ibtidai istintaq zamanı təqdim etmişdir. Bir sözlə oğlu demişdir ki, Təqsirləndirilən şəxs onları aldatmış, pul vəsaitlərini ələ keçirtmişdir. O da bütün bunlardan sonra 2021-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə bir neçə dəfə danışmış, Təqsirləndirilən şəxs onun pulunu qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə hər dəfə bəhanələr edərək onun pulunu qaytarmamışdır. O da bundan sonra Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinə rəsmi müraciət etmişdir. Hazırki vaxtadək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmiş, ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci il tarixdən tanımış, o, tez-tez Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən çay evində qonaq olmuş və həmin vaxtdan münasibətləri yaranmışdır. 2020-ci ilin sentyabr ayının 27-də başlanmış “Vətən müharibəsi” ilə əlaqədar elan edilmiş qismən səfərbərliklə bağlı hərbi xidmətə çağırılmışdır. Sonradan Gəncə şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ezam edilmişdir. N sentyabr 2020-ci il tarixdə anası Zərərçəkmiş şəxs1 səhhətində olmuş problemləri öyrəndikdən sonra hərbi hissənin rəhbərliyindən icazə almaq istəmiş, lakin ona icazə verilməmişdir. O, həmin tarixdə heç kimdən icazə almayaraq, qanunsuz olaraq hərbi hissəni tərk edib evlərinə gəlmişdir. Bir müddət sonra 2020-ci ilin dekabr ayının əvvəllərində Gəncə Hərbi Prokurorluğundan ünvanlarına məktub gəlmiş və əməlinə görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə Gəncə Hərbi Prokurorluğunda cinayət işi başlandığını öyrənmişdir. Anası da bundan sonra narahat olaraq ona bu işdə köməklik göstərə biləcək adam axtarmağa başlamışdır. Bununla bağlı qonşusu Şahid8lə birlikdə Gəncə şəhərində Təqsirləndirilən şəxs ilə görüşmüş, məsələni danışaraq köməklik etməsini xahiş etmişdir. Şahid8 də Təqsirləndirilən şəxs tanımışdır. Onlar bilirdilər ki, Təqsirləndirilən şəxs əvvəllər polis orqanlarında çalışmış və düşünmüşlər ki, Təqsirləndirilən şəxs yaxşı əlaqələri vardır. Təqsirləndirilən şəxs da onlara demişdir ki, Göygöl rayonu, Üçtəpə kəndinə onların evinə gələrək Zərərçəkmiş şəxs1 ilə bu barədə ətraflı danışacaq və çalışıb köməklik edəcəkdir. Bundan sonra Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 2020-ci ilin dekabr ayında onun barəsində olan cinayət işi ilə bağlı köməklik göstərilməsi üçün Gəncə Hərbi Prokurorluğunun və Gəncə Hərbi Məhkəməsinin vəzifəli şəxslərinə vermək üçün 23.000 manat pul almışdır. O, 06 yanvar 2021-ci il tarixdə hərbi hissəyə qayıtmış, təxminən bundan 10-15 gün sonra isə ümumiyyətlə təxris olunaraq evə gəlmişdir. Bundan bir müddət keçdikdən sonra, 2021-ci ilin təxminən aprel ayının sonu, may ayının əvvələrində barəsində Gəncə Hərbi Məhkəməsi tərəfindən axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 23.000 manat pul alsa da, onlara heç bir kömək etməmişdir. O, özü Kəlbəcər rayon polis şöbəsinə yaxınlaşmış və həbs olunmuşdur. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, o, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 və dayısı oğlu Zərərçəkmiş şəxs2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri kimi təqdim etdiyi Şahid11 ilə görüşdürmüş və Şahid11 köməkliyi ilə onun işinin həll edilməsinə söz vermişdir. Buna görə Zərərçəkmiş şəxs2 2021-ci ilin avqust ayında hissə-hissə olmaqla 15.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. O, sonradan Gəncə Hərbi Məhkəməsinin 19 oktyabr 2021ci il tarixdə çıxartdığı hökmlə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, anası da bundan sonra apellyasiya məhkəməsinə müraciət etmiş, həmin dövrdə də tətbiq edilmiş Amnistiya aktına əsasən cəzası 1 il 6 aya endirilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 və X25 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Zərərçəkmiş şəxs3 onun atasıdır. 2021-ci ilin mart ayının 17dən 18-nə keçən gecə idarə etdiyi avtomobillə Yevlax-Ağdaş yolunda hərəkətdə olarkən avtoqəza törətməsi nəticəsində iki nəfər şəxs ölmüşdür. Bundan sonra barəsində cinayət işi istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 2021-ci ilin noyabr ayının N-da çıxartdığı hökmlə ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, Təqsirləndirilən şəxs təxminən 2018-ci il tarixdən tanımış, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən çay evi, eyni zamanda “dekor evi” işlətmiş, o da arada ora gedibgələrkən Gülnarla tanışlıq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs onun barəsində Şəki Ağır Cinayətlər Məhkəməsində olmuş cinayət işində köməklik edəcəyini, onu şərti məhkum etmə cəzası ilə azadlığa çıxartdıracağını və ya aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə köməklik göstərə biləcəyini söz verərək onları aldatmış və atası Zərərçəkmiş şəxs3 5.850 manat pul vəsaitini ələ keçirtmişdir. Belə ki, 2021-ci ilin noyabr ayının təxminən ortalarında Təqsirləndirilən şəxs məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən çay evində olan zaman Təqsirləndirilən şəxs başına gələn hadisə barədə danışmışdır. Barəsində olan cinayət işinin hazırda məhkəmədə olduğunu demişdir. Təqsirləndirilən şəxs da ona demişdir ki, məhkəmədə baxılan cinayət işində ona köməklik edə bilər, hüquq-mühafizə orqanlarında, Şəki Ağır Cinayətlər Məhkəməsində onun tanışı olan vəzifəli şəxslər vardır, həmin şəxslərin vasitəsi ilə barəsində məhkəmənin şərti məhkum etmə cəzası verməsinə və ya aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə köməklik göstərə biləcəyini nail ola bilər. Təqsirləndirilən şəxs ona bu işlə bağlı maraqlanıb məlumat verəcəyini demişdir. 23 noyabr 2021-ci il tarixdə Gülnarla yenidən görüşən zaman sonuncu demişdir ki, 7.000 manat pul müqabilində Şəki Ağır Cinayətlər Məhkəməsindəki tanış vəzifəli şəxslər vasitəsi ilə cinayət işində ona köməklik edəcəkdir, ona azadlıqdan məhrum etmə cəzası verilməyəcəkdir. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, sabahı gün onunla birgə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə də gedəcəkdir, orada işi vardır, ola bilsin oradakı tanışı olan vəzifəli şəxslər vasitəsi ilə də onun işi ilə maraqlana bilər. O da razılaşmış, bu olanlar barədə atası Zərərçəkmiş şəxs3 də məlumat vermişdir. Beləliklə, 24 noyabr 2021-ci il tarixdə Gülnarla görüşərək Gəncə şəhəri Nizami rayon Məhkəməsinə getmiş, orada Şahid11 adlı əməkdaşla məhkəmənin inzibati binasının bufetində görüşmüşlər. Gülnarı məhkəməyə Gülnarın sürücüsü kimi tanıdığı “Maqa” ləqəbli Mahmud adlı şəxs gətirmişdir. Həmin şəxs onları çöldə gözləmişdir. Şahid11, o və Gülnar birlikdə söhbət etmişlər. Təqsirləndirilən şəxs Şahid11 hansısa bir işlə bağlı məsləhətlər almışdır. Daha sonra Gülnar onun işi barəsində Şahid11 danışmış, həmin işin hazırda Şəki Ağır Cinayətlər Məhkəməsində olması barədə demiş və Şahid11 məsləhət almışdır. Lakin orada onun işi ilə bağlı Şahid11 yanında kiməsə pul verilməsi barədə danışılmamışdır. Bundan sonra o, Gülnarla məhkəmədən ayrılmışdır. Təxminən 40 dəqiqədən sonra Təqsirləndirilən şəxs ona öz istifadəsində olan ***-***-**-** saylı telefonu ilə zəng etmiş, demişdir ki, İsmayıl zəng edərək onları Nizami rayon Məhkəməsinə söhbət etməyə çağırır. O da Gülnarla Gəncə şəhəri Nizami rayon Məhkəməsinə getmiş, Gülnar İsmayılla bufetdə görüşmüşdür. O isə məhkəmənin həyətində gözləmişdir. Daha sonra Təqsirləndirilən şəxs gəlib ona demişdir ki, güya İsmayıldan örgənmişdir ki, sabah, yəni 25 noyabr 2021-ci il tarixdə məhkəmə prosesi keçiriləcəkdir. Təqsirləndirilən şəxs həmçinin ona demişdir ki, güya Şahid11 soruşmuşdur ki, nə qədər pul verməyə imkanı çatır, Gülnar isə 5.000-6000 manat pul verməyə imkanı olduğunu İsmayıla dediyini ona bildirmişdir. Həmin günün axşamı Təqsirləndirilən şəxs ilə görüşən zaman Gülnar ona demişdir ki, “gəl 1.000 manat pulu Şahid11 köməkçisinə verək, o, pulu məhkəməyə çatdırsın, məhkəmə prosesi bir proseslik təxirə salsın”. O da razılaşmışdır. 24 noyabr 2021-ci il tarixdə axşam atası Zərərçəkmiş şəxs3 bu barədə danışmış, atası Zərərçəkmiş şəxs3 də razılaşaraq Təqsirləndirilən şəxs verməsi üçün 1.000 manat pul vermişdir. Bundan sonra həmin pulu Gülnarla görüşərək birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Araz Market”də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə Gülnarın verdiyi X9 adına olan "xxxx"a məxsus bank hesab kartına köçürtmüşdür. 25 noyabr 2021-ci il tarixdə məhkəmə prosesi olmuşdur. Atasına bu barədə məlumat verən zaman atası da məhkəməyə getmək istəmiş, o da demişdir ki, Gülnar deyib ki, hər şey qaydasında olacaqdır, kiminsə getməyinə ehtiyac yoxdur. Gülnar həqiqətən də ona belə demişdir. Məhkəmə prosesindən əvvəl Təqsirləndirilən şəxs ona demişdir ki, proses zamanı desin ki, güya məhkəməyə hələ hazır deyil, bir neçə gün möhlət verilməsini hakimdən xahiş etsin. O da belə etmişdir. Gülnar özü də məhkəməyə gəlmiş, iclasda da iştirak etmiş, hakimə də yalandan demişdir ki, güya onun qohumudur. Amma Gülnarın məhkəmədə kiminləsə konkret görüşünü, söhbət etdiyini görməmişdir. Özünün proses zamanı xahişindən sonra məhkəmə xahişini nəzərə alaraq məhkəmə prosesini beş gün sonraya – N noyabr 2021-ci il tarixə təxirə salmışdır. Proses bitdikdən sonra Təqsirləndirilən şəxs ona demişdir ki, güya vəzifəli şəxslərlə görüşmüşdür, təcili qalan 6.000 manat pulu da məhkəməyə vermək lazımdır. O da bundan sonra evə gələrək atası Zərərçəkmiş şəxs3 məlumat vermişdir. Atası da 6.000 manat pulu 25 noyabr 2021-ci il tarixdə arvadı Şahid13 yanında ona vermişdir. O, pulu qəbul etdikdən sonra gedib Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Gülnara yalandan demişdir ki, güya 3.600 manat pul tapmışdır, beş gün ərzində də qalanını tapıb verəcəkdir. Gülnar da razılaşmışdır. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Araz Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Gülnarın özünün iştirakı ilə özünün verdiyi X9 adına olan "xxxx"a məxsus bank hesab kartına 3.600 manat pul köçürtmüşlər. Gülnar ona demişdir ki, X31 Ağır Cinayətlər Məhkəməsində işə baxan hakimin köməkçisidir. 1.000 manat pulu köçürən zaman isə Gülnar demişdir ki, X24 köməkçisidir. O da sonradan Gülnarın hərəkətlərinə görə, ona dediyi sözlərin üst-üstə düşməməsinə görə şübhələnməyə başlamışdır. Bundan sonra, 29 noyabr 2021-ci il tarixdə Gülnarla çay evində görüşmüş, 1.250 manat pul tapdığını demiş, daha sonra birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Araz Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Gülnarın verdiyi X9 adına olan "xxxx"a məxsus bank hesab kartına 1.250 manat pul köçürtmüşlər. Gülnara demişdir ki, 1.150 manat pulu da N noyabr 2021-ci il tarixdə verəcəkdir. Gülnar da razılaşmışdır. Beləliklə, cəmi 5.850 manat pulu Gülnara vermişdir. Hər üç ödənişi təsdiq edən terminal ödəniş qəbzlərinin əslini atası Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı istintaqa təqdim etmişdir. Sonuncu dəfə 1.250 manat pulu köçürtdükdən sonra Gülnar barədə şübhələndiyi üçün pulu tam köçürtməmiş, yerdə qalan 1.150 manat pulu 29 noyabr 2021-ci il tarixdə axşam evdə arvadı Şahid13 vermişdir, Təhminəyə demişdir ki, “məhkəmədə məni tutsalar bilin ki, bizi Təqsirləndirilən şəxs aldatmışdır, pulu atama verərsən, tutmasalar pulu özündə saxla, özüm atama pulu qaytaracam”. N noyabr 2021-ci il tarixdə məhkəmə prosesi olmuş və o, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəmədə həbs edilmişdir. Halhazırda da Bakı şəhərində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Şahid2 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs onların pul vəsaitini ələ keçirdə-keçirdə, həmçinin özünü gələcəkdə gözləyən cinayət məsuliyyətindən sığortalamaq üçün onu Gəncə şəhərində 29 noyabr 2021-ci il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisinə aparmış, orada Təqsirləndirilən şəxs onun heç bir borcunun olmaması barədə notariusa ərizə vermiş və ərizəsini təsdiqlətmişdir. Həmçinin həmin notariat ofisində o da ərizə yazaraq Emil Məmmədov və həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus olan “Anqel Dekor evi”-nin güya sürücüsü olduğunu, Gülnardan güya xx.xx.2019cu il tarixdə mənzil alqı-satqısı ilə bağlı 13.000 manat borca pul aldığını, həmin borcdan 24 noyabr 2021-ci il tarixdə 1.000 manat, 25 noyabr 2021-ci il tarixdə 3.400 manat, 29 noyabr 2021-ci il tarixdə isə 1.000 manat borcunu qaytarmağı, yerdə qalan borcunu isə 1 il müddətinə qaytaracağı barədə ərizə yazmış və notariusda təsdiqlənmişdir. Həmin ərizələr də istintaqa təqdim edilmişdir. Gülnar bunları ona elətdirərək güya belə lazım olduğunu, özünü sığortaladığını bildirmişdir. Əslində isə o, Təqsirləndirilən şəxs məxsus olan “Anqel Dekor evi”-nin sürücüsü olmamış, Gülnar ola bilsin ki, nə vaxtsa şəxsiyyət vəsiqəsinin sürətini verməyindən istifadə edərək yalandan adını sistem portala sürücü kimi onu işə götürməyi barədə məlumat yerləşdirmişdir. Güya ki, onunla əmək müqaviləsi bağlamışdır. O, heç vaxt Gülnarın sürücüsü işləməmişdir. O, özü Bakı-Gəncə şəhərlərarası sərnişin avtobusu idarə edərək pul qazanmışdır. Bütün bunlar Təqsirləndirilən şəxs qurduğu oyunlar olmuşdur, o da buna inanmışdır. 29 noyabr 2022-ci il tarixdə pul köçürsə də artıq Gülnarın danışıqlarından, hərəkətlərindən şübhələnmişdir. Gülnar N noyabr 2021-ci il tarixdə məhkəməyə gəlməmiş, kimləsə də görüşməmişdir. Gülnarın sözünə inanaraq 2021-ci ilin noyabr ayında məhkəməyə teleqram vurmuş, güya xəstəliyi ilə bağlı gələ bilmədiyini bildirmişdir. Bir sözlə Gülnar onları aldatmışdır, pul vəsaitlərini də ələ keçirmişdir. Pul vəsaitlərini köçürtdüyü kartın sahibi X26 Muradovanın həyat yoldaşı olduğunu sonradan tam olaraq bilmişdir. Həmin kartın da Gülnarın istifadəsində olduğunu bilmişdir. O, həbs olunandan sonra atası Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə bir neçə dəfə telefonla danışaraq pulunu qaytarmasını tələb etmişdir, Gülnar isə hər dəfəsində müxtəlif bəhanələrlə atasının pulunu verməkdən imtina etmişdir. Atası da bundan sonra Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinə rəsmi müraciət etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid13 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əmisinin yoldaşıdır. Zərərçəkmiş şəxs2 isə bibisinin qardaşı oğludur. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. O, ilk dəfə Gülnar X3 Mustafayevin hərbi hissəni özbaşına tərk etməsinə görə Gəncə Hərbi Prokurorluğunda barəsində başlanmış cinayət işi ilə əlaqədar Göygöl rayonu, Üçtəpə kəndinə Məhəbbətgilə gələndə görmüşdür. Həmin vaxt Gülnarın yanında “Maqa” ləqəbi ilə çağırılan Mahmud adlı şəxs də olmuşdur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs oğlu Şahid1 hərbi hissəni özbaşına tərk etməsi və barəsində cinayət işi açılması barədə bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Gülnar Məhəbbətə onların yanında demişdir ki, Gəncə şəhər Baş Polis İdarəsində çalışmışdır, bütün hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışan tanışları vardır, həmin şəxslərin köməkliyi ilə Şahid1 köməklik ediləcək və barəsində olan cinayət işini xitam etdirəcək. Gülnar işlə maraqlanacağını deyərək çıxıb getmişdir. Daha sonra Gülnar Mahmud adlı şəxslə yenidən Məhəbbətgilə gəlmiş, Məhəbbətin oğlunun həmin işi ilə bağlı köməklik göstərilməsi üçün aidiyyəti qurumların yüksək vəzifəli şəxsləri ilə danışdığını, köməklik göstərilməsi müqabilində Gəncə Hərbi Prokurorluğuna 15.000 manat, Gəncə Hərbi Məhkəməsinə isə 8.000 olmaqla, ümumilikdə 23.000 manat pul verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Elşada köməklik etməklə yanaşı, həmçinin Gəncə Hərbi prokurorunun sürücüsü kimi də işə düzəldəcəkdir, prokurorla danışmışdır. Bildirmişdir ki, bu verilən puldan özünə heç nə çatmayacaqdır, sadəcə bir insan kimi kömək etməyə çalışır. Bütün veriləcək pul vəsaitlərinin həmin qurumların rəhbər vəzifəli şəxslərinə çatacağını demişdir. Lakin həmin rəhbərlərin kokret adını çəkməmişdir. Gülnar prokurorluğun daha yüngül maddələrlə cinayət işini məhkəməyə göndərəcəyini, məhkəmənin isə cinayət işinə 5-6 ay ərzində baxacağını, sonra isə cinayət işini xitam edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq 8.000 manat pulu Gəncə Hərbi Prokurorluğunun Səxavət adlı əməkdaşına verilməsini bildirmişdir. Həmin vaxt o da orada olmuş və bütün bu söhbətin şahidi olmuşdur. Zərərçəkmiş şəxs1 da bundan sonra Gülnara inanaraq əvvəlcədən danışdıqları kimi həmin pulu götürərək onunla birlikdə Gəncə Hərbi Prokurorluğunun inzibati binasının qarşısında getmişlər. Məhəbbət onun avtomobilindən düşərək Gülnarla sonuncunun avtomobilində görüşmüşdür. Mahmud adlı şəxs də orada olmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs1 16 dekabr 2020-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən “Access bank”a apararaq orada düşürdüb çıxıb getmişdir. Həmin vaxt anası Şahid7, Məhəbbətin bacısı Şahid4 və əmisi arvadı Şahid5 Şamı qızını da Məhəbbətlə birlikdə banka aparmışdır. Zərərçəkmiş şəxs1 12.000 manat pul kredit götürmüşdür. Anasıgil də zamin durmuşlar. Sonradan hamıdan eşitmişdir ki, Təqsirləndirilən şəxs banka gələrək 12.000 manat pulu Məhəbbətdən alaraq getmişdir. Bundan başqa bir müddət sonra Məhəbbəti Gəncə şəhər Hərbi prokurorluğunun qarşısına avtomobili ilə aparmış, Zərərçəkmiş şəxs1 yenə də avtomobildən düşərək Gülnarla görüşmüş, sonradan bildiyinə görə 3.000 manat pulu Gülnara vermişdir. Bundan bir müddət keçdikdən sonra hamı kimi o da eşidib bilmişdir ki, Gülnar X4 işi ilə bağlı heç bir iş görməmiş, müxtəlif bəhanələr gətirərək güya oğluna köməklik göstərdiyini bildirmişdir. Şahid1 06 yanvar 2021-ci il tarixdə hərbi hissəsinə qayıtmışdır. Təxminən bundan 10-15 gün sonra isə ümumiyyətlə təxris olunaraq evinə qayıtmışdır.Təxminən bir neçə ay sonra o, Məhəbbət, oğlu Elşad, Zərərçəkmiş şəxs2 birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Gülnarın işlətdiyi obyektdə görüşmüşlər. Gülnar onlara belə izah etmişdir ki, Şahid1 güya bir dəfə deyil, iki dəfə xidmət yerini qanunsuz olaraq tərk etmişdir, birinci hal üzrə işi həll etmişdir. Barəsində açılmış axtarışın Elşadın ikinci dəfə qaçması ilə bağlı olduğunu demişdir. Onlar isə demişlər ki, hərbi hissəni özbaşına tərk etmə iki dəfə deyil, cəmi bir dəfə olmuşdur. Lakin Gülnar yenə də bu işlə maraqlanacağını bildirmiş, onları inandırmaqda davam etmişdir. Gülnar onu tam olaraq tanımadığı üçün ona Sərxan deyə müraciət etmişdir. Həmin bu görüşdə Məhəbbət Gülnarla apardığı bu danışıqları telefonda olan xüsusi proqramla qeydə almışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs2 eşitmişlər ki, Əli də Elşada Gəncə Hərbi Məhkəməsində köməklik edilməsi üçün Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında hissə-hissə olmaqla 15.000 manat pul vəsaiti vermişdir. Elşadın barəsində Gəncə Hərbi Məhkəməsi 19 oktyabr 2021-ci il tarixdə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Sonradan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birlikdə 2022-ci ilin fevral ayının əvvəllərində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaynar xətt əlaqə mərkəzinə müraciət edərək Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə şikayət etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qaynının arvadıdır. Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 qardaşı oğludur. Mustafayev X8 övladıdır. 2020-ci ilin sentyabr ayının 27-də başlanmış “Vətən müharibəsi” ilə əlaqədar Şahid1 elan edilmiş qismən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmışdır. Elşad xx.xx.2020-ci il tarixdə anası Məhəbbətin səhhətində olmuş problemlərlə bağlı heç kimdən icazə almayaraq, qanunsuz olaraq hərbi hissəni tərk edərək evlərinə gəlmişdir. Onlar icazəsiz gəldiyini bildikdə dəfələrlə Elşaddan hərbi hissəsinə qayıtmasını xahiş etmişlər, lakin Elşad anasına görə xidmət yerinə qayıtmamışdır. Təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində Gəncə Hərbi Prokurorluğundan Zərərçəkmiş şəxs1gilə məktub gəlmiş, məlum olmuşdur ki, Elşadın bu əməlinə görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə Gəncə Hərbi Prokurorluğunda cinayət işi başlanmışdır. Məhəbbət də bundan sonra qonşuları Şahid8 vasitəsilə qiyabi olaraq tanıdığı Təqsirləndirilən şəxs müraciət edərək Gülnarla öz evində danışmışdır. Gülnara oğlu Elşadın hərbi hissəni özbaşına tərk etməsi və barəsində cinayət işi açılması barədə bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Oğlu Ruslanın yanında Gülnar Məhəbbətə demişdir ki, Gəncə şəhər Baş Polis İdarəsində çalışmışdır, bütün hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışan tanışları vardır, həmin şəxslərin köməkliyi ilə Şahid1 köməklik ediləcəkdir, barəsində olan cinayət işini xitam etdirə biləcəyini də bildirmişdir. Daha sonra Gülnar Mahmud adlı şəxslə yenidən Məhəbbətgilə gəlmiş, oğluna köməklik göstərilməsi üçün aidiyyəti qurumların yüksək vəzifəli şəxsləri ilə danışdığını, köməklik göstərilməsi müqabilində Gəncə Hərbi Prokurorluğuna 15.000 manat, Gəncə Hərbi Məhkəməsinə isə 8.000 manat olmaqla, ümumilikdə 23.000 manat pul verilməli olduğunu bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, Elşada köməklik etməklə yanaşı, həmçinin Gəncə Hərbi prokurorunun sürücüsü kimi də işə düzəldəcəkdir, prokurorla danışmışdır. Bildirmişdir ki, bu verilən puldan özünə heç nə çatmayacaqdır, sadəcə bir insan kimi kömək etməyə çalışır. Bütün veriləcək pul vəsaitləri həmin qurumların rəhbər vəzifəli şəxslərinə çatacaqdır. Lakin həmin rəhbərlərin konkret adını çəkməmişdir. Gülnar prokurorluğun daha yüngül maddələrlə cinayət işini məhkəməyə göndərəcəyini, məhkəmənin isə cinayət işinə 5-6 ay ərzində baxacağını, sonra isə cinayət işini xitam edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq 8.000 manat pulu Gəncə Hərbi Prokurorluğunun Səxavət adlı əməkdaşına verilməsini bildirmişdir. Oğlu Ruslan da orada olmuş, bütün bu söhbətin şahidi olmuşdur. Məhəbbət də bundan sonra Gülnara inanaraq, Ruslanla birlikdə Gəncə Hərbi Prokurorluğunun inzibati binasının qarşısında gedib Gülnarla görüşmüşdür. 8.000 manatı Gülnara verərək prokurorluğa daxil olub pulu özünün yanında müvafiq əməkdaşa verməsini xahiş etsə də, Gülnar həmin vaxt bunun mümkün olmadığını deyərək 8.000 manat pulu qəbul etmiş, daha sonra özünün pulu çatdıracağını qeyd etmişdir. Zərərçəkmiş şəxs1 16 dekabr 2020ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən “Access bank”dan 12.000 manat pul kredit götürmüşdür. O, Məhəbbətin bacısı Şahid4 və qaynının yoldaşı Şahid5 Şamı qızı da həmin vaxt zamin durmuşlar. Krediti götürdükdən sonra Məhəbbət elə bankda onların yanında Gülnarla telefonda danışmış, bankdan pul götürdüyünü, bankda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da dərhal həmin banka gələrək 12.000 manatı bankda Məhəbbətdən onların hamısının yanında təhvil almışdır. Onları banka oğlu Ruslan maşınla gətirmiş, sonra isə işi çıxdığı üçün özü çıxıb getmişdir. Məhəbbət onlarla danışan zaman Gülnarın tələb etdiyi 23.000 manat puldan hələ 3.000 manat pulun qaldığını demişdir. Məhəbbətin imkanı olmadığı üçün o, sonuncuya 1.000 manat, Məhəbbətin xalası Şahid6 isə 2.000 manat borc olaraq vermişlər. Məhəbbət də təxminən bir-iki gün sonra 3.000 manat pulu onun oğlu Ruslanla birlikdə Gəncə şəhər Hərbi prokurorluğunun qarşısına gedərək orada Təqsirləndirilən şəxs vermişdir. Beləcə, Məhəbbət oğlu Elşadın barəsində olan cinayət işi ilə əlaqədar oğluna köməklik edilməsi və cinayət işinin xitam edilməsi üçün Təqsirləndirilən şəxs cəmi 23.000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs oğlunun işi ilə bağlı heç bir iş görmədiyini, heç bir köməklik etmədiyini gördükdə bir neçə dəfə telefon əlaqəsi saxlamış, Gülnar da müxtəlif bəhanələr gətirərək güya oğluna köməklik göstərdiyini bildirmişdir. O, Məhəbbətgilin qonşusudur, həm də qohumdurlar, demək olar ki, bir ailə kimidilər. Ona görə bu baş verənlərdən ətraflı məlumatlıdır. Daha sonra 2021-ci ilin fevral ayının 24-də Təqsirləndirilən şəxs Məhəbbəti aldadaraq güya ki, Elşada məhkəmədə hüquqlarını müdafiə etməsi üçün vəkil tutmaq lazım olduğunu demiş, ona görə də Məhəbbəti Gəncə şəhəri Nizami rayon Məhkəməsi ilə üzbəüz yerləşən Notariat Kontoruna apararaq aldatmaqla başqa sənədə imza etdirmişdir. Həmin vaxt Məhəbbət bunu başa düşməmişdir. Sonradan isə məlum olmuşdur ki, həmin təsdiqlənmiş ərizə Gülnarın güya Məhəbbətə vermiş olduğu 33.000 manat pul borcunun 23.000 manatının qaytarılması ilə bağlıdır. Şahid7 ifadəsində daha sonra göstərmişdir ki, sonradan Zərərçəkmiş şəxs2 eşitmişlər ki, Əli də Elşada Gəncə Hərbi Məhkəməsində köməklik edilməsi üçün Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında hissə-hissə olmaqla 15.000 manat pul vəsaiti vermişdir. Onlar Əlidən soruşmuşlar ki, Gülnarın başlarına gətirdikləri barədə bilmişdir, bəs niyə yenidən xəbərləri olmadan həmin şəxsə Elşada görə 15.000 manat pul vermişdir. Əli də demişdir ki, Elşada görə çox pis olmuş, həm də Gülnar ona məhkəmə sədri kimi təqdim etdiyi Şahid11 köməkliyi ilə həmin işi həll etdirəcəyini dediyindən o da həmin şəxsin cinayət işini məhkəmədə xitam etdirəcəyinə inanmışdır. Sonradan Şahid1 barəsində Gəncə Hərbi Məhkəməsində 19 oktyabr 2021-ci il tarixdə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid6 eyni məzmunlu ifadə verərək Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs işlətdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən çay evində, həmçinin çay evinin yanında olan avtoyumada işləmişdir. Onu tanıyan şəxslər “Maqa” deyə çağırırlar. O, Təqsirləndirilən şəxs 2015-2016-cı illərdən tanımış, o vaxtdan sonuncunun atası Vaqif Muradova məxsus obyektlərdə çalışmışdır. Zərərçəkmiş şəxs1, sonuncunun oğlu Şahid1 və qardaşı oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs sayəsində tanımışdır. Həmin şəxslər bir neçə dəfə çay evinə gələrək Təqsirləndirilən şəxs ilə görüşüb söhbət etmişlər. O, həmin obyektdə işləməklə yanaşı, eyni zamanda Təqsirləndirilən şəxs şəxsi işlərində də yaxından köməklik etmiş, bəzən ona məxsus “Nissan” markalı avtomobillə Gülnarı işləri ilə əlaqədar harasa müxtəlif yerlərə aparmışdır. Ümumi olaraq məlumatı var idi ki, Şahid1 xidməti yerini özbaşına tərk etdiyinə görə barəsində Gəncə Hərbi Prokurorluğunda cinayət işi başlanmış, sonuncunun ailə üzvləri Məhəbbətgil də Elşada köməklik göstərilməsi məqsədi ilə Təqsirləndirilən şəxs müraciət etmişlər. Lakin konkret olaraq Şahid1 necə kömək edildiyini, aralarında nə cür danışıqların olduğunu bilmir. Çünki bu proseslərdə konkret olaraq iştirak etməmişdir. Bildiyi odur ki, Şahid1 hərbidən təxris olunub gəldiyinə görə anası Zərərçəkmiş şəxs1 evlərində qonaqlıq vermiş, o da Təqsirləndirilən şəxs ilə birlikdə onların yaşadığı evə - Göygöl rayonu, Üçtəpə kəndinə getmişdir. O, sonradan bilmişdir ki, Elşadın barəsində olan cinayət işi ilə əlaqədar Gəncə Hərbi Məhkəməsinə getmədiyi üçün barəsində axtarış elan edilmiş, daha sonra isə tutulmuşdur. Bundan sonra isə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında Şahid1 kömək göstərilməməsi ilə bağlı söz-söhbət yaranmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, onu “Alo” ləqəbi ilə çağırırlar. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən atasına məxsus özünün işlətdiyi çay evində tanış olmuş, həmin vaxtdan mehriban münasibətləri yaranmışdır. Həmçinin Gülnar bir müddət ünvan 8 ünvanında yerləşən onun obyektini kirayəyə götürərək “dekor evi” kimi işlətmişdir. Göygöl rayon sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə yaxından tanımır, həmin şəxslərlə yaxın münasibətləri olmamışdır. Həmin şəxslərin qohumu Şahid1 hərbi xidmət yerindən 2020-ci ilin sonlarında qaçdığını, hərbi xidmət yerini özbaşına tərk etdiyini bilmişdir. O, buna görə Gəncə hərbi prokurorunun qəbulunda olmuş, bir ağsaqqal kimi Şahid1 barəsində olan cinayət işi ilə bağlı mümkün qədər köməklik göstərilməsini xahiş etmişdir. Təxminən 2020-ci ilin dekabr ayının sonları, 2021-ci ilin yanvar ayının əvvəllərində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs işlətdiyi çay evində olan zaman Gülnar onunla söhbət edərək demişdir ki, tanışı Göygöl rayonu, Üçtəpə kənd sakini Şahid1 hərbi xidmət yerini özbaşına qanunsuz olaraq tərk etdiyinə görə barəsində Gəncə hərbi prokurorluğunda cinayət işi açılmışdır. Elşada kömək göstərilməsi üçün bir ağsaqqal kimi nəsə köməklik edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O da düzü Gülnarla münasibəti yaxşı olduğu üçün demişdir ki, bir ağsaqqal kimi Gəncə hərbi prokurorluğuna gedər, çalışıb prokurorun qəbulunda olub Elşada kömək göstərilməsini xahiş edə bilər. Həmçinin Gülnara demişdir ki, o, prokurorluğa gedən zaman bildirəcək, Gülnar da öz növbəsində Elşadın valideynlərinə məlumat versin, Elşadı da götürüb hərbi prokurorluğa gəlsinlər. Daha sonra o, Gəncə Hərbi Prokurorluğuna gedərək prokurorun qəbulunda olmuş, prokuror onu tanıdığı üçün bir ağsaqqal kimi hörmət edib qəbul etmişdir. O da Şahid1 barəsində olan işlə bağlı gəldiyini izah etmişdir. Prokuror da ona demişdir ki, Şahid1 2020-ci ilin sentyabr ayının axırlarında hərbi hissəni özbaşına tərk edərək evlərinə qaçmışdır, daha sonra hərbi hissəyə qayıtmadığı üçün artıq barəsində cinayət işi açılmışdır. Dəfələrlə ünvanına məktub göndərilsə də gəlməmişdir. Ona görə də hərbi prokurorluğa gələrək hərbi hissəyə qayıtmalıdır. O da prokurora demişdir ki, Elşadı qohumları prokurorluğa gətirəcəklər. Bundan sonra isə o, qəbuldan çıxan zaman artıq Elşadın, valideynlərinin prokurorluğa gəldiyini görmüş, lakin həmin şəxslərlə düzü danışmamış, ünsiyyətə girməmişdir. Çünki prokuror dərhal həmin şəxsləri qəbul etmiş, daha sonra Elşadı həbi maşınla hərbi hissəsinə aparmışlar. Bununla da o, daha nə Elşadla, nə də valideynləri ilə rastlaşmamış, görüşməmiş, heç bir əlaqə də saxlamamışdır. Gülnara da demişdir ki, prokurordan bir ağsaqqal kimi xahiş etmişdir, qanun imkan verdiyi qədər çalışacaqlar Elşada barəsində olan cinayət işində köməklik göstərsinlər. Bundan sonra onun Elşadın işi ilə bağlı hər hansı bir şəxslə ünsiyyəti olmamışdır. Sonradan eşitmişdir ki, Şahid1 barəsində olan cinayət işinin istintaqı yekunlaşmış, işə Gəncə Hərbi Məhkəməsində baxılan zaman Elşad məhkəmənin də çağırışlarına getməmiş, məhkəmə də barəsində axtarış elan etmişdir. Daha sonra Elşad tutulmuş, məhkəmənin hökmü ilə barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Şahid14 ifadəsinin davamında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs oğlu Elşadın barəsində olan cinayət işində köməklik göstərilməsi üçün hərbi prokurorluq və hərbi məhkəmənin vəzifəli şəxslərinə vermək məqsədi ilə 23.000 manat pul vəsaiti verməsi, eləcə də Zərərçəkmiş şəxs2 də qohumu Elşadın barəsində olan cinayət işində köməklik göstərilməsi üçün Təqsirləndirilən şəxs 15.000 manat pul vəsaitini verməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs da bu barədə ona nəsə danışmamışdır. Təqsirləndirilən şəxs həmin şəxslərdən Elşadın işinə görə kömək göstərilməsi üçün qeyd edilən pul vəsaitlərini alıb-almaması barədə heç bir məlumatı yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, məhkəmə orqanlarında çalışır. 2011-ci il tarixdən isə Gəncə şəhəri Nizami rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, həmçinin Şahid2 tanımır, həmin şəxslərlə hər hansı bir yaxın münasibəti olmamışdır. Ola bilsin ki, məhkəmədə çalışdığı üçün bir vətəndaş olaraq müraciətləri ilə əlaqədar həmin şəxsləri qəbul etmiş, müraciətləri ilə bağlı qanunamüvafiq məsləhətlər vermişdir. Lakin həmin şəxsləri tam olaraq xatırlamır. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs isə təxminən 2010-2011-ci il tarixdən tanımışdır, həmin vaxtlar Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsində çalışmışdır. O da məhkəmə sistemində olduğu üçün qarşılıqlı şəkildə münasibətləri yaranmışdır. Belə ki, Gülnar işi ilə əlaqədar tez-tez məhkəməyə məsləhətlər üçün müraciət etmişdir, o da qanunamüvafiq şəkildə öz izahlarını bir tanış kimi vermişdir. Hal-hazırda da Təqsirləndirilən şəxs ilə həmin vaxtlardan tanışlığı yarandığı üçün münasibətləri indi də davam edir. Sonradan Təqsirləndirilən şəxs fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, artıq hüquq-mühafizə orqanlarında çalışmamışdır, ancaq münasibətləri qaldığı üçün ona yaxın tanışlarının problemləri ilə əlaqədar müraciət edərək məsləhətlər almışdır. Təqsirləndirilən şəxs ola bilsin ki, tanışı olan Zərərçəkmiş şəxs2 ilə birlikdə 2021-ci ilin avqust ayında işlədiyi Gəncə şəhəri Nizami rayon Məhkəməsinə gələrək onun qəbulunda olmuşlar. O, bunu tam olaraq xatırlamır. Əgər Gülnar və Əlini qəbul etmişsə belə, hansısa bir məsləhətə ehtiyacları olduğu üçün Gülnara görə görüşmüş, qəbul etmişdir. O, hər hansı bir məsələnin həlli üçün Zərərçəkmiş şəxs2, eləcə də Təqsirləndirilən şəxs və ya digər şəxsdən hər hansı bir məbləğdə pul tələb etməmiş və almamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldatması, pulunu ələ keçirtməsi barədə hər hansı bir məlumatı yoxdur. Onun özünün isə Gəncə Hərbi Məhkəməsi ilə heç bir əlaqəsi yoxdur, orada yaxın münasibətdə olduğu, işləyən hər hansı bir vəzifəli tanışı da yoxdur. O, hər hansı bir vəzifəli şəxsə, eləcə də Gəncə Hərbi Məhkəməsinin rəhbər şəxslərinə Təqsirləndirilən şəxs tanışı olan Şahid1 barəsində olan cinayət işi ilə əlaqədar köməklik göstərilməsi üçün 15.000 manat və ya hər hansı bir məbləğdə pul verilməli olduğunu deməmiş, hər hansı bir məbləğdə pul tələb etməmiş və almamışdır. Ola bilər ki, onlar görüşmüşlər, lakin görüşsələr də belə, o, ancaq Gülnara görə öz məsləhətlərini həmin vətəndaşa vermiş, Zərərçəkmiş şəxs2 pul tələb etməmişdir. O, özünü Zərərçəkmiş şəxs2a, eləcə də hər hansı bir şəxsə məhkəmə sədri kimi təqdim etməmişdir, ola bilər ki, Zərərçəkmiş şəxs2 belə başa düşmüşdür, lakin o, özü şəxsən kiməsə sədr olduğunu deməmişdir. Demək olar ki, bütün Gəncə əhalisi onu məhkəmənin böyük məsləhətçisi kimi tanıyır, məhkəmənin girişində də elanlar lövhəsində məhkəmə sədrinin kim olduğu, qəbul günləri açıq-aydın göstərilmişdir. Əgər sədr kimi təqdim etsə idi, yəqin ki, vətəndaşı bufetdə yox, xidməti iş otağında qəbul edərdi. Eyni zamanda bu barədə onunla Təqsirləndirilən şəxs arasında hər hansı bir söhbət olmamış, Gülnardan da özünün kiməsə sədr kimi təqdim edilməsini xahiş etməmiş, kiməsə kömək göstərilməsi müqabilində hər hansı bir məbləğdə pul verilməli olduğunu da deməmişdir. Təqsirləndirilən şəxs onun barəsində Zərərçəkmiş şəxs2 nəsə deyərək, hansısa vədləri verməsi barədə, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 15.000 manat və Zərərçəkmiş şəxs1 23 manat pul almasından heç bir məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid11 ifadəsində həmçinin göstərmişdir ki, təxmini xatırlayır ki, Şahid2 Təqsirləndirilən şəxs ilə onun yanına gəlmişlər. Şahid2 kömək göstərilməsi barədə ümumi Təqsirləndirilən şəxs söhbət etmiş, lakin hər hansı məbləğdə pul barədə aralarında söhbət qətiyyən olmamışdır. Təqsirləndirilən şəxs Şahid2 başına gələn hadisə barədə və işin hazırda Şəki Ağır Cinayətlər Məhkəməsində olması barədə ümumi danışmış, o da Təqsirləndirilən şəxs tanıdığına görə çalışıb onları yola vermişdir ki, ondan narazı qalmasınlar. Ancaq konkret olaraq Şahid2 işi ilə maraqlanmamış, heç kimdən hər hansı məsələnin həlli üçün hər hansı məbləğdə pul tələb etməmiş və almamışdır. Təqsirləndirilən şəxs ilə onun arasında Şahid2 konkret olaraq köməklik göstərilməsi, bunun üçün kiməsə pul verilməsi, kimdənsə pul alınması barədə qətiyyən söhbət olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Gəncə Hərbi Prokurorluğunda növbətçi vəzifəsində işləyir. Onun vəzifəsinə Gəncə Hərbi Prokurorluğuna müraciət edən və çağırılan şəxslərin yoxlanması, qeydiyyatının aparılması, inzibati binaya buraxılması, həmçinin inzibati binanın mühafizəsi daxildir. O, Təqsirləndirilən şəxs uzun illərdir tanıyır. Onun Təqsirləndirilən şəxs ilə yaxın münasibətləri yoxdur. Təqsirləndirilən şəxs əvvəllər polis orqanında işlədiyi üçün tanımışdır. Təqsirləndirilən şəxs işlədiyi ərəfədə, eyni zamanda polis orqanlarından da çıxdıqdan sonra da dəfələrlə hərbi prokurorluğa gələndə görmüş, lakin konkret olaraq hansı məsələ ilə bağlı gəldiyini bilməmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır, onlarla hər hansı münasibətləri olmamışdır. Ola bilər ki, həmin şəxslər hansısa məsələ ilə bağlı Gəncə Hərbi Prokurorluğuna gəlib qəbulda olmuşlar, lakin hazırda xatırlamır. O, Gəncə Hərbi Prokurorluğunda baxılan müraciətlər, istintaq edilən işlərlə bağlı vətəndaşlarla heç bir ünsiyyətə girməmiş, eləcə də prokurorluğun əməkdaşları ilə bu barədə hər hansı söhbət etməmişdir. O, Məhəbət Mustafayevanı, eləcə də oğlu Şahid1 tanımır. Ola bilər ki, həmin şəxslər prokurorluğa gəlmişlər, hansısa məsələ üçün müraciət etmişlər, lakin gün ərzində çoxsaylı vətəndaşlar prokurorluğa gəldiyi üçün o, bunu xatırlamır. Onun Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 oğlu Şahid1 işi ilə bağlı, eləcə də hər hansı bir məsələ ilə bağlı heç bir yaxın əlaqəsi olmamışdır. O, hər hansı məbləğdə pulun hər hansı bir vəzifəli şəxsə verilməli olduğunu nə Təqsirləndirilən şəxs, nə də kiməsə deməmiş, pul istəməmiş və almamışdır. Onun bütün bu məsələlərdən heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs yəqin ki, hər hansı məbləğdə pul vəsaitini Zərərçəkmiş şəxs1 oğluna güya kömək edəcəyi adı altında aldadaraq ələ keçirtmiş, Zərərçəkmiş şəxs1 də inanıb pul verməsi üçün Gəncə Hərbi Prokurorluğunun rəhbər şəxslərinin adından, eləcə də onu orada növbətçi kimi tanıdığı üçün daha inandırıcı olmasına görə onun da adından istifadə etmişdir. Təqsirləndirilən şəxs həmçinin vətəndaşı da inandırmaq üçün Gəncə Hərbi Prokurorluğunun qarşısına çağıraraq orada söhbət etmiş, pulu almışdır. Onun qeyd edilən məsələ ilə bağlı hər hansı bir əlaqəsi olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 aprel 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 2, səh. 101-106). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 aprel 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 2, səh. 107-113). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 aprel 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 2, səh. 114-119). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 aprel 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 və Şahid11 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən həmin şəxslər ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişlər (iş vərəqə: cild 2, səh. 121-126). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 oktyabr 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 3, səh. 235-239). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan cinayət işinin materiallarında olan “WhatsApp” proqramında aparılmış yazışmaların (mətnli mesajların) surətindən görünür ki, həmin yazışmalar 2020-ci ilin dekabr ayı, 2021-ci ilin yanvar - iyun ayları ərzində aparılmışdır. Həmin yazışmaların məzmunundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs1 oğlu Şahid1 hərbi hissəni özbaşına tərk etməsi və buna görə barəsində aparılan cinayət işi ilə əlaqədar köməklik göstərilməsi ilə əlaqədar onların özləri tərəfindən yazılmış mesaj mətinləridir, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 “Bibi axşamın xeyir, işim uzandı, hələ şöbədəyəm, yazım var, onları həll edim, gec olmasa gələcəm, həm Səxavətlə, Əliylə də sabaha qaldı görüşümüz, bibi, əgər gec gəlsəm, səhər günorta saat 12-də başına dönüm, prokurorluğun qabağına gələrsiz, prokurorla da görüşəcəm”, xx.xx.2022-ci il tarixdə “sabah mütləq sənədi həll edək, Elşadla danışdım başına dönüm, əgər işin olsa Elşada de, vəkilə deyim bəlkə papası ilə elədi”, xx.xx.2022-ci il tarixdə “Salam bibi, nətərsən, bağışla narahat elədim, gəlim?” məzmununda mesajlar yazmışdır. Zərərçəkmiş şəxs1 isə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Qadan alım, Gülü, uşaq mesaj yazıb göndərib, yazıb ki, burda mənə dedilər sənə cinayət açıblar”, Gülnar isə Məhəbbətə “Salam bibi, 1 saata gəlirəm kəndə” mesajını yazmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 “Axşamın xeyir ana, gözünüz aydın, sabah Elşad təmiz təxris olur”, xx.xx.2021-ci il tarixdə “Bibi axşamın xeyir, bayaq Səxavətlə danışdım”, xx.xx.2021-ci il tarixdə “Elşad qaqamdı, sadəcə 2-ci dəfəsi ona problem yaradırlar, 2-ci dəfəsi” mesajlarını yazmışdır. Bundan başqa, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixlərdə Gəncə Hərbi Prokurorluğunun Şahid1 ünvanlandığı məktubu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs göndərmişdir (iş vərəqə: cild İ, səh. 22-43, cild 2, səh. 61-79). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş 16 dekabr 2020ci il tarixli "xxxx"la Zərərçəkmiş şəxs1 arasında bağlanmış kredit müqaviləsi sənədlərindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə filialı tərəfindən 16 dekabr 2020-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kənd sakini Zərərçəkmiş şəxs1 aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla, 24 ay müddətinə 12.000 manat pul vəsaiti kredit olaraq verilmiş və bu barədə tərəflər arasında “Kredit müqaviləsi” bağlanmış, Şahid4, Şahid5 və Şahid7 16 dekabr 2020-ci il tarixdə "xxxx" QSC-nin Gəncə filialı ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə qeyd olunan bankın filialı ilə həmin tarixdə “Zaminlik müqaviləsi” bağlamışlar (iş vərəqə: cild İ, səh. 166-171). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 mart 2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, bir-birlərinə Məhəbbət, Elşad, Ruslan (Sərxan), Əli deyərək müraciət edən həmin şəxslər apardıqları söhbət zamanı Gülü adı ilə çağırdıqları qadın cinsindən olan şəxsə müraciət edərək, onunla Şahid1 adlı şəxsin hərbi xidmət yerini özbaşına tərk etməsi ilə əlaqədar barəsində Gəncə Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə həm Gəncə Hərbi Prokurorluğunda, həm də hazırda cinayət işinin icraatda olduğu Gəncə Hərbi Məhkəməsində sonuncuya köməklik göstərilməsi, bununla əlaqədar qeyd edilən qurumların yüksək vəzifəli şəxslərinə çatdırılması üçün ona 23.000 manat pul vəsaitinin verilməsi, lakin buna baxmayaraq qarşılığında heç bir köməkliyin göstərilməməsi, Şahid1 barəsində Gəncə Hərbi Məhkəməsinin axtarış elan etməsi və polisin Elşadı dayanmadan axtarması barədə söhbət edirlər, işin nə yerdə olmasını soruşaraq, Elşadın tutulacağını bildirirlər. Gülü deyə müraciət etdikləri şəxs isə bütün söhbət boyu həmin şəxslərə Elşada köməklik göstərilməsi müqabilində vəzifəli şəxslərə verməsi üçün 23.000 manat pul vəsaitini qəbul etdiyini etiraf edərək, ona ünvanlanmış suallara cavab olaraq bildirir ki, “Elşad hərbi xidmət yerini özbaşına olaraq N dəfə deyil, N dəfə tərk etmişdir, bu barədə rəsmi sənədlər də vardır, 2-ci dəfə məsələni həll etməyi onun boynuna qoymaq istəyirlər, məhkəmə 2-ci dəfə hərbi hissəni qaçmaqla bağlı yaxın durmur, bildirir ki, hərbi hissəni yoluna qoymaq lazımdır”. Eyni zamanda, söhbət əsnasında Məhəbbət adlı qadın və digər kişi cinsindən olan şəxslər isə hamılıqla Gülü deyə müraciət etdikləri şəxsə bildirirlər ki, Elşadın işi ilə bağlı prokurorluğa və məhkəməyə getmişlər, həmin qurumlar bildirmişlər ki, Elşadın hərbi hissəni özbaşına tərk etmə cinayəti cəmi N dəfə baş vermişdir. Ona görə də 23.000 manat pul prokurorluğa və məhkəməyə çatsa idi, yəqin ki, Elşadı da tutmaq istəməzdilər. Gülü adı ilə müraciət etdikləri şəxs isə həmin şəxslərə bildirir ki, 1-ci məsələ üçün Elşadı tutmurlar, 1-ci məsələ həll edilib, indi 2-ci məsələ üçün Elşadı tuturlar, ona görə də hərbi hissəni yoluna qoymaz lazımdır, məhkəmə özü buna yaxın durmur, 6 ay əvvəl verdiyi pulu da gedib geri götürə bilməz, məhkəmə işi həll edən zaman tapşırmışdı ki, Elşad məhkəmədə işə baxılan müddət ərzində hərbi hissədə olsun, daha hərbi hissəni 2-ci dəfə özbaşına tərk etməsin. Daha sonra danışıq zamanı Gülü Sərxan (Ruslan) deyə müraciət etdiyi şəxslə uzun mübahisə edərək onunla iş görmədiyini, ondan aləmi bir-birinə qatmamağı, işi pozmamağı tələb edir. Bundan başqa, danışıqlarla müəyyən edilir ki, Gülü deyə müraciət etdikləri şəxs Zərərçəkmiş şəxs1 oğlu Elşadın barəsində Cinayət Məcəlləsinin 331.1 və 331.7-ci maddələri ilə iş başlandığını, dekabrın 16-da onlara getdiyini deyir, Zərərçəkmiş şəxs1 isə cavabında Gülüyə dekabrın 16-da bankdan kredit götürdüyünü, bu barədə “Access” bankın sənədlərinin olduğunu, həmin gün kredit götürdüyü 12.000 manat pulu verdiyini, ondan əvvəl 8.000 manat, ondan sonra isə 3.000 manat pul verdiyini, amma buna baxmayaraq oğlunun artıq tutulmaq üzrə olduğunu israrlı şəkildə bildirir. Gülü deyə müraciət etdikləri şəxs isə bunları təsdiq edərək ola bilsin ayın günündə səhv edə biləcəyini deyir. Daha sonra, kişi cinsindən olan şəxslər indi məhkəmənin nə edəcəyini soruşaraq, məhkəmənin əvvəl verilmiş pulu qaytarmasını, 2-ci işlə bağlı kömək etməsini Gülüyə deyirlər, Gülü isə həmin şəxslərə rəhbər şəxslər qarşısında onu pis vəziyyətə qoyduqlarını, həmin vəzifəli şəxslərin pulu qəbul edən zaman 3 dəfə ondan pulu verən və kömək üçün müraciət edən şəxsin kim olması, tanıdığı adam olub-olmaması barədə soruşduqlarını deyir, daha sonra əlavə edir ki, ona görə də Elşad gərək hərbi hissədən qaçmazdı, məhkəmə çünki demişdi ki, hərbi hissəyə getsin, indi hərbi hissəni yoluna qoymasalar, iş yenidən məhkəməyə gedəcəkdir. Elşad adlı şəxs isə bundan sonra təkidlə bildirir ki, hərbi hissədən 2-ci dəfə qaçmamışdır, hərbi hissənin kameraları vardır, yoxlatdıra bilərlər, məhkəmədə işi qurtaran zaman hərbi hissəyə getmək söhbəti olmamışdır, ona 6 ay ərzində məhkəməyə gedib-gələcəyi deyilmişdir, hamı hərbi hissədən buraxıldıqdan sonra o da hamı kimi buraxılmış və çıxıb evlərinə gəlmişdir. Bundan başqa, Məhəbbət adlı qadın Gülü deyə çağırdıqları qadına söhbət əsnasında bildirir ki, “oğlu Elşada görə artıq pul vermişdir, indi də problem yaranıbsa, hərbi hissəni həll etsin, oğlunun işi ilə bağlı ona etibar edib pul vermişdir, bəs niyə notariusa aparıb məhkəmə sənədi adı altında başqa sənədə qol çəkdirmişdir, o da güvənərək sənədin məhkəmə ilə bağlı olduğuna inanmış, sənədi oxumadan inanaraq qol çəkmişdir. Gülü də həmin vaxt ona deyir ki, yaxşı eləmişdir, çünki prokuror pulu qəbul edən zaman ona demişdir ki, “pul aldığın adam sabah problem yaratmayacaq ki?”. Kişi cinsli şəxslər isə həmin söhbətə reaksiya verərək bildirirlər ki, pulu prokurora verməmişlər ki, prokuroru tutdura bilməzlər. Məhəbbət də Gülüyə müraciət edərək bir daha bildirir ki, pulu prokurora deyil, ona vermişdir, oğlunu qurtarmağı söz versə də, pulu neynəyibsə, oğlunun işi də qurtarmır, Allahına and olsun ki, sənədi oxumadan notariusda imza atmışdır. Sənəd də güya onun borcu olması ilə bağlıdır. Verdiyi pul lap cəhənnəm olsun, əsas odur ki, uşaq tutulmasın, amma görünən odur ki, Elşad tutulur”. Səs yazısına baxış keçirilməsi zamanı konkret olaraq aşağıdakı məzmunda mühüm əhəmiyyət kəsb edən danışıqlar müəyyən edilmişdir:

1. Səs yazısının 02:25-ci dəqiqəsi, kişi cinsinə məxsus şəxs: “ay Gülü, pulu verəndə demədik ki, Qazaxa gedəcək, ya ayrı yerə gedəcək”.

2. Səs yazısının 06:15-ci dəqiqəsi, qadın cinsinə məxsus şəxs: “siz mənim boynuma qoymaq istəyirsiz, 2-cini də, eliyərəm, o kişilikdən deyil”.

3. Səs yazısının 13-cü dəqiqəsi, qadın cinsinə məxsus şəxs: “kim deyir məhkəmə pula yaxın durmur? 6 ay sonra gedim pulu alım dala”.

4. Səs yazısının 18-ci dəqiqəsi, qadın cinsinə məxsus şəxslərin danışığı: “dekabrın 16-sı kredit götürdüm, 16-sı 12.000-ni vermişəm, ondan qabaq da 8.000 vermişəm”, “pulun gününü səhv edə bilərəm, 25-i günü bunun maddəsi dəyişdirilib”.

5. Səs yazısının 19:45-ci dəqiqəsi, kişi cinsinə məxsus şəxs: “ay Gülü, onda day niyə o pulu verirdim, day gedib çastda duracaqdımsa?”, qadın cinsinə məxsus şəxs: “ay Elşad, sən pulu verib tamamilə gəlməməliydin?”

6. Səs yazısının 25:50-ci dəqiqəsi, qadın cinsinə məxsus şəxs: “mən prokurora verməmişəm, mən sənə vermişəm pulu”. Həmin diskə baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qeyd olunan 42 dəqiqə 28 saniyədən ibarət danışıq Gəncə şəhər sakini Təqsirləndirilən şəxs ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində sonuncunun obyektində görüşdükləri vaxt həyata keçirilmişdir. Belə ki, oğlu Şahid1 barəsində Gəncə Hərbi Məhkəməsinin axtarış elan etməsi xəbərini eşidəndən sonra, o, oğlu Şahid1, qaynının oğlu Şahid3 (Gülnar ona Sərxan deyə müraciət etmişdir) və qardaşı oğlu Zərərçəkmiş şəxs2lə birlikdə Gəncə şəhərinə gedərək Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Qeyd olunan danışıqda iştirak edən şəxslər- o, oğlu Şahid1, qaynının oğlu Şahid3, qardaşı oğlu Zərərçəkmiş şəxs2, eyni zamanda “Gülü” deyə müraciət etdikləri - Təqsirləndirilən şəxsdır. Danışıqda başqa kənar şəxs iştirak etməmişdir. Danışıqların da məzmunundan göründüyü kimi, onlar Təqsirləndirilən şəxs ilə oğlu Şahid1 hərbi xidmət yerini özbaşına tərk etməsi ilə əlaqədar barəsində Gəncə Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə həm Gəncə Hərbi Prokurorluğunda, həm də Gəncə Hərbi Məhkəməsində oğluna köməklik göstərilməsi, bununla əlaqədar qeyd edilən qurumların yüksək vəzifəli şəxslərinə çatdırılması üçün Təqsirləndirilən şəxs 23.000 manat pul vəsaitini verməsi, lakin buna baxmayaraq qarşılığında Gülnarın heç bir köməklik göstərməməsi, Şahid1 barəsində Gəncə Hərbi Məhkəməsinin axtarış elan etməsi və polisin Elşadı dayanmadan axtarması barədə söhbət etmişlər. Göründüyü kimi, o, Təqsirləndirilən şəxs dəfələrlə oğlunun işindən ötrü vəzifəli şəxsə təqdim edilməsi üçün 23.000 manat pul verdiyini demişdir. Təqsirləndirilən şəxs isə bütün söhbət boyu 23.000 manat pulu aldığını etiraf edərək qışqıra-qışqıra, uca səslə danışaraq Elşadın güya N dəfə deyil, N dəfə xidmət yerini qanunsuz olaraq tərk etdiyini, 1-ci hal üzrə aldığı pul müqabilində vəzifəli şəxslərlə işi həll etdiyini, barəsində açılmış axtarışın Elşadın 2-ci dəfə qaçması ilə bağlı olduğunu, hazırda isə məsələni hərbi hissə ilə həll etməli olduqlarını demişdir. O, danışıqlardan da göründüyü kimi Gülnardan həmçinin soruşmuşdur ki, borca pul almadığı halda, nəyə görə onu aldadıb notariusa apararaq məhkəmə sənədi adı altında, əslində isə borcun qaytarılması ilə bağlı olan sənədə ona imza atdırmışdır. Gülnar isə demişdir ki, özünü sığortalamaq istəmişdir, yaxşı eləmişdir, çünki prokuror pulu qəbul edən zaman demişdir ki, “pul aldığın adam sabah problem yaratmayacaq ki?”. Göründüyü kimi, Gülnar ondan oğlu Elşada vəzifəli şəxslər vasitəsi ilə köməklik ediləcəyi adı altında onu aldadaraq 23.000 manat pul vəsaitini ələ keçirtmişdir (iş vərəqə: cild İ, səh. 174-177). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 aprel 2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 1 ədəd CD diskin içərisində 31 “WhatsApp Audio” səs yazısı olan fayllar, 6 ədəd terminal ödəniş qəbzinin şəkilləri və 2 ədəd ərizə vardır. Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında səs yazılarının əks olunduğu bir ədəd CD diskə baxış keçirilərkən “WhatsApp Audio 2022-03-11 at 11.07.02 (1)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin 49 saniyədən ibarət aşağıdakı məzmunda danışığı müəyyən edilmişdir: “Qurbanın olum, ay dədə, başına dönüm, sənin nömrənə atdım səs, ağıllı canına qurban, burda rahatçılıqdır, problem yaratmayacaqlar, əsas məsələ, ölüm qabağında, o birisi nömrəyə də atdım səs, mən gecə çıxası oldum, zəng gəldi, ən gec, 2-ci gün saat 2də burda olmalıyam, Arzunun məhkəməsidir, saat 3-ün yarısı, qadan alım, gözlərinə qurban olum, deyir gecə də olsa, onu çatdır ki, sabah saat ola bilsin, sabah günortadan sonra deyir arayış gələ bilər, bacın gözlərinə qurban olsun ay qaqa, sən onu elə elə ki, vurduraq, hə onu vurduraq, mən rahat gedim də, Allaha and olsun, Muradın canı, nənə orda olmasaydı, burda olsaydı, götürüb verərdim, bax canına and olsun.” “WhatsApp Audio 2022-03-11 at 11.07.03 (2)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Ay Əli qadan alım, o Prezident sözünü, p-nı böyük yazsın, prezident var e başda.” “WhatsApp Audio 2022-03-11 at 11.07.03 (4)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Bax belə bir şeydi, qadan alım, bir dənə bax gör alınır, mənə bir cavab de.” “WhatsApp Audio 2022-03-11 at 11.07.03” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Hə qadan alım, yox, sabah günorta hardasa, maşınla danışmışıq, saat 3-də çıxardacaqdı məni, o aldığım əslini də şeydi, ora aparıb verməliyik də, ona görə dedim saat 3-də çıxacam, bugün iynəni vurdurdum ki, orda problem yaranmasın mənə, sabah saat hardasa 12-ə kimi elə şeydə olacam, Nizami rayonunda olacam, qadan alım yuxudan duranda mənə xəbər elə, ay kələ.” “WhatsApp Audio 2022-03-11 at 11.07.04 (1)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Hə də, ərizə formasında yazılsın da, elə variant.” “WhatsApp Audio 2022-03-11 at 11.07.04 (4)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Hə, onu şəkil kimi çıxartdır da, belə əlinlə yazmadı?” “WhatsApp Audio 2022-03-11 at 11.07.04” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Xanıma denən ki, o Göygöl sözü var e, bax onu biraz aşağı salsın da, bir şey aşağı versin, Əliyevadan sonra aşağı salsın.” “WhatsApp Audio 2022-03-11 at 11.07.05 (1)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Yaxşı qadan alım, yaxşı, bir dənə o prezident sözü böyük yazılsa, vsyo da bomba kimi, düzəlir?” “WhatsApp Audio 2022-03-11 at 11.07.06 (1)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Sən, mən Maqanı neynirəm e, sən mən nağarmalıyam mənə onu denən, qadan alım, gec olmamış, vaxtında eliyim.” “WhatsApp Audio 2022-03-11 at 11.07.07 (2)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “İndi Maqa gəlib məndən, deyir zəng elə ki, gəlirəm sənədi götürəm, sənədi ona verim, mən nağarım, qadan alım?” “WhatsApp Audio 2022-03-11 at 11.07.08 (2)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “İndi mənlik burda nə iş var, mən burda nağarım, onu deyirəm, qurban olum, bir dənə mənə tez onu başa sal, bilim mən.” “WhatsApp Audio 2022-03-11 at 11.07.08 (3)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Yox e, bildim e qadan alım, mən indi dovernusu Maqaya verəcəm, yəni mən özüm nağarım, onu deyirəm, qadan alım, nə iş görüm, bax o kağızı verəndən sonra işim nə olacaq.” “WhatsApp Audio 2022-03-11 at 11.07.08 (4)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Yaxşı qadan alım, bu Prezidenti yekə yazırıq, Göygöl rayonunun sakinini də aşağıdan yazırıq da deyəsən. Yaxşı, çəkib atıram bax.” “WhatsApp Audio 2022-03-11 at 11.07.31” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Qadan alım, işini qurtar, bir dənə yığ məni, danışaq görüm nə deyirsən, başa düşmürəm, Allaha and olsun, nə deyirsən.” “WhatsApp Audio 2022-03-11 at 11.07.33 (3)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Yəni, qadan alım, indi mən çıxıram, maşına zəng elədim, gəlsin məni götürsün, çıxım, sən nə vaxt desən mən gələcəm, narahat olma, əsas odur düzəlsin, nə vaxt desən gələcəm.” “WhatsApp Audio 2022-03-11 at 11.07.34 (2)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Mən nə dedim e ona, dedim bir dənə görüşək, dərdləşək da, söz soruşuram, mənə deyir məni nə yığırsan, mən nə bilim nə. Dedim heç nə yaxşı.” “WhatsApp Audio 2022-03-11 at 11.07.34 (3)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Nağarırsan, qadan alım, ay dədə, nə iki min zad, başına dönüm, qələt eliyir, heç kim iki min zad pul istəyə bilməz.” “WhatsApp Audio 2022-03-11 at 11.07.34 (4)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Yox, onda mən çıxıram, qadan alım, mənlik nəsə olsa denən.” “WhatsApp Audio 2022-03-11 at 11.07.34” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Ay dədə, zəng eliyibsiz, qadan alım, biraz başım qarışıq idi, qurban sənə, üzrlü hesab elə, burda yox idim, obyektdə yox idim.” “WhatsApp Audio 2022-03-11 at 11.07.35 (1)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin 54 saniyədə danışıq müəyyən edilmişdir: “Ay dədə, Vallah yoxam, hardasa 1 saat yarıma zada olacam, olan kimi xəbər edəcəm.” “WhatsApp Audio 2022-03-11 at 11.07.35 (2)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Uzana-uzana gedir e, ayağının altında ölüm, evə heç nə deyə bilmirəm, hamı bir tərəfdən üstümə dirəşib, nouldu, nouldu, bilmirəm kimə nə deyim. And ola Allaha, uje başım gedib.” “WhatsApp Audio 2022-03-11 at 11.07.35” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Yaxşı, qadan alım, bir on dəqiqəyə zəng eliyirəm sənə, kimə yazdırıblar, nətəhər, hansı, iddianın bir şəklini çəkib atsın, bir baxaq görək necə yazıb, eee bunların özbaşınalıqları dəhşətdi.” “WhatsApp Audio 2022-03-11 at 11.07.36 (1)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Hansı hakimə düşəcəksə, qaqa, o hakim də onun qərarını verəcək, başa düşdün, dədə?” “WhatsApp Audio 2022-03-11 at 11.07.36 (2)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Qadan alım, sabahın xeyir, indi danışdım, ayağının altında ölüm, bu vəkil yazıb verib apellyasiyaya, zəng elədilər ki, vəkil özü verib apellyasiyaya, bir dənə ayağının altında ölüm, görüşək də, 5 dəqiqə, 10 dəqiqə dərdləşək də, qadan alım.” “WhatsApp Audio 2022-03-11 at 11.07.36 (3)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Heç olmasa, o yazdıqları iddia var e, o iddianın kopyasını mənə versinlər də, qadan alım.” “WhatsApp Audio 2022-03-11 at 11.07.36” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Nə vaxt gələcəksən qadan alım, nə vaxt çatacaqsan, qurban olum, bir dənə görüşək, dərdləşək, bu oktyabrın 19-na saxladılar e məhkəməni, indi də deyir o Kamran boynuyoğundu nədi, gedir məzuniyətə.” “WhatsApp Audio 2022-03-11 at 11.07.37” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Qadan alım, o kağızı verdilər, orda Rövşənə, o kağızdan iki dənədi, biri də bibimdədir, onu götürüm, yoxsa lazım deyil?” “WhatsApp Audio 2022-03-11 at 11.08.01 (1)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər kişi cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Sənə qurban olum, tez gəl, bir dənə dərdləşək, danışaq görək nətəhər eliyirik, bu belə uzana-uzana gedir, and ola Allaha, indi də oktyabrın 19-u, 19-u nədi e.” Audio 2022-03-11 at 11.08.02 (1)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Sağol qadan alım, nətərsən ay dədə, hə ata, qadan alım, bir az səhhətdə problem var idi, o da yoluna qoydu, narahat olma, sən neynirsən, səndə vəziyyət, nətəhər elədin o işini, qadan alaram, Allaha and olsun, dünən də günortadan sonra soruşmadım, səhərsəhər hələ hazır deyildi, İsmayılı da yığdım, qərar hazırlanmamışdı, o hazır olan kimi verib iddianı yazdıracıyıq, deyib ki, 3 günün içində hazır eliyəcəm, bu gün də 3 gün tamam olur, altı bazara düşdüyünə görə 1-ci gün verəcək, 1-ci gün də verən kimi Tünzalə müəllimə yaxşıdı, iddianın üstünü yazsın, yazdırıb vəkilə, apellyasiyanın birbaşa dəftərxanasına verəcəyik, poçtla götürəndə gec olur, narahat olma, qadan alım.” “WhatsApp Audio 2022-03-11 at 11.08.02 (2)” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Can ay dədə, axşamın xeyir, zəng eliyibsən, Allaha and olsun dərman içib elə yatmışam ki, qadan alaram sənin, səhər yola çıxacam, ay dədə, axşam çıxmalıydım, ta o da bir-iki şey tapşırıblar, ona görə sabah çıxacam, başına dönüm, üzrlü hesab elə, Allah haqqı, yatmışdım, bu vaksini də vurdurmuşam bugün, gic kimi olmuşam.” “WhatsApp Audio 2022-03-11 at 11.08.03” faylı səsləndirilən zaman aşağıdakı məzmunda 1 nəfər qadın cinsindən olan şəxsin danışığı müəyyən edilmişdir: “Axşamın xeyir, ay Əli balam, qadan alım, ay Əli balam, gərək onlar uje əvvəldən ərizəni verib, ərizə düşsün hakimə, o hakim də məhkəməni eləsin, bu gün məhkəmə olmasına dair gərək hansısa bir sənəd hakimə düşsünki, o məhkəmə də olsun. Sizinkiləri bilmirsən, sizinkilər özbaşına nə qədər işi qabağa-dala çəkirlər, iddianı verən, hakimin üstünə düşür də, kimə düşəcək, indi o düşülən hakimi bilmək lazımdır, görək indi hansına düşməlidir, dünən Arzunun məhkəməsi idi, yox idim, gec gəldim, Allah haqqı, üstünə sağlıq, dünən çox pis vəziyyətdə idim, maraqlana bilmədim, sabah dəftərxanadan öyrənək görək, üstünü kimə yazıblar.” Səs yazısı olan fayllara baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, bu səsli yazışmalar onunla Təqsirləndirilən şəxs arasında həyata keçirilmişdir. Qeyd olunan “WhatsApp” proqramında aparılmış səsli mesajlardan da göründüyü kimi, bibisi oğlu Şahid1 barəsində olan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs ona 13.800 manat pulu dediyi karta vurdurduqdan sonra, yerdə qalan 1.200 manat pulun da tez bir zamanda karta vurulmasını, çatdırılmasını ondan xahiş edir. O da bundan sonra 450 manat pulu 01 sentyabr 2021-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində yerləşən, “Rəvan market”in içərisində yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə Gülnarın dediyi X9 adına olan, "xxxx"a məxsus, son 8 rəqəmi “20455659” olan karta köçürtmüş, bundan təxminən 10-15 gün sonra əlavə olaraq hissə-hissə olmaqla, 500 manat bir, 250 manat da bir olmaqla, ümumilikdə 750 manatı da Təqsirləndirilən şəxs ilə Gəncə şəhərində görüşərək şəxsən ona vermişdir. Bundan başqa, bibisioğlu Şahid1 barəsində Gəncə Hərbi Məhkəməsi tərəfindən hökm çıxarıldıqdan sonra, o, Gülnardan Elşadın işinə görə necə ərizə göndərməyini, apellyasiyaya necə iddia ərizəsi qaldırmağını (şikayət verməyini) soruşmuş, bu barədə Gülnara yenə də inanaraq məsləhətlər almışdır. Gülnar da yazacaqları ərizənin formasını başa salmışdır. Həmçinin də izah etmişdir ki, iddia ərizəsi apelyasiyaya verilməlidir, orada da hansı hakimə ərizə düşəcəksə, həmin hakim də işə baxacaqdır. Daha sonra Təqsirləndirilən şəxs ona demişdir ki, səbrli olsun, hakimin adını dəftərxanadan öyrənib deyəcəkdir. Bundan başqa, Təqsirləndirilən şəxs qeyd etmişdir ki, yekun məhkəmənin qərarı hələ hazır deyil, 3 gün ərzində hazır olduqdan sonra ərizə yazıla bilər. Gülnar ona yenə də söz verirdi ki, iddia ərizəsi əsasında güya apelyasiyada Elşada köməklik edəcəkdir, Elşadı azadlığa buraxdıracaqdır. Düzdür, Gülnar onları aldatmışdır, o, yenə də Gülnarın nəsə kömək edəcəyinə tam olaraq inanmasa belə, başqa yolu da olmamışdır. Ümüd etmişdir ki, Təqsirləndirilən şəxs aldığı pul qarşılığında axırda olsa belə, nəsə kömək edər. Bundan başqa, Elşadın işi məhkəmədə gedən vaxtlarda Gülnar ona demişdir ki, Prezidentə də müraciət etmək lazımdır, eyni zamanda Elşadın hərbi xidməti ilə bağlı sənədlərini Müdafiə Nazirliyinə də təqdim etmək lazımdır, belə olan halda, bu şeylərin güya Elşada köməkliyi dəyəcəkdir. Gülnarın sözünə görə o, hətta Bakı şəhərinə getmiş, ərizələri, Elşadın barəsində olan hərbi sənədləri Müdafiə Nazirliyinə poçtla vermişdir. Daha sonra mesajlardan göründüyü kimi, Gülnara demişdir ki, bibisioğlu Şahid1 barəsində olan cinayət işi çox uzana-uzana gedir, heç bir köməklik də edilmir, o da öz qohumlarına artıq bu barədə nəsə deyə bilmir. O, terminal ödəniş qəbzlərindən də göründüyü kimi, qeyd olunan pul vəsaitlərini qeyd olunan tarixlərdə Elşada köməklik edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs dediyi karta daxil etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, altı ədəd terminal ödəniş qəbzinin şəkillərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 11 avqust 2021-ci il tarixdə saat 20:15-də ünvan 7 ünvanında yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 manat (həmin məbləğdən 4 manat komissiya məbləği tutulmuşdur) və “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 manat (həmin məbləğdən 4 manat komissiya məbləği tutulmuşdur) pul vəsaiti "xxxx" ASC-yə məxsus olmaqla, X9 adına olan, son 8 rəqəmi “20455659” olan kart hesabına daxil edilmişdir; 12 avqust 2021-ci il tarixdə "xxxx" elektron ödəmə sistemi vasitəsi ilə plastik kartın nağd pulla artırılması xidmətindən istifadə edilməklə, saat 07:11-də 2.000 manat, saat 07:13-də 2.000 manat, saat 07:17-də 5.000 manat pul vəsaiti “4098 09** **** 5659” kart nömrəsinə köçürülmüşdür; 01 sentyabr 2021-ci il tarixdə saat 00:55-də Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Rəvan market”in içərisində yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə 450 manat (həmin məbləğdən 1.25 manat komissiya məbləği tutulmuşdur) pul vəsaiti "xxxx" ASC-yə məxsus olmaqla, X9 adına olan, son 8 rəqəmi “20455659” olan kart hesabına daxil edilmişdir. Bundan başqa, həmin protokoldan eyni zamanda görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd ərizənin şəkillərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidentinə Göygöl rayon sakini Mustafayev Qulam tərəfindən oğlu Şahid1 barəsində Gəncə Hərbi Məhkəməsinin icraatında olan cinayət işi ilə bağlı 01 sentyabr 2021-ci il tarixdə ərizələr yazılmış, oğlu Şahid1 azad edilməsi xahiş edilmişdir. Lakin ərizələr imzalanmamışdır (iş vərəqə: cild İ, səh. 206-219). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 avqust 2021-ci il tarixli iki ədəd terminal ödəniş qəbzindən görünür ki, 11 avqust 2021-ci il tarixdə saat 20:15-də ünvan 7 ünvanında yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 manat (həmin məbləğdən 4 manat komissiya məbləği tutulmuşdur) və “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 manat (həmin məbləğdən 4 manat komissiya məbləği tutulmuşdur) pul vəsaiti "xxxx" ASC-yə məxsus olmaqla, X9 adına olan, son 8 rəqəmi “20455659” olan kart hesabına daxil edilmişdir (iş vərəqə: cild İ, səh. 61, 64, 212, 213). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 avqust 2021-ci il tarixli 4 ədəd terminal ödəniş qəbzindən görünür ki, 12 avqust 2021-ci il tarixdə "xxxx" elektron ödəmə sistemi vasitəsi ilə plastik kartın nağd pulla artırılması xidmətindən istifadə edilməklə, saat 07:11-də 2.000 manat, saat 07:13-də 2.000 manat, saat 07:17-də 5.000 manat, saat 07:21-də isə 2.800 manat pul vəsaiti “4098 09** **** 5659” kart nömrəsinə köçürülmüşdür (iş vərəqə: cild İ, səh. 60, 62, 63, 214-217). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 noyabr 2021-ci il tarixli 1 ədəd terminal ödəniş qəbzinin əslindən və sürətindən görünür ki, 24 noyabr 2021-ci il tarixdə saat 21:51-də Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 manat pul vəsaiti "xxxx" ASC-yə məxsus olmaqla, X9 adına olan, son 8 rəqəmi “20455659” olan kart hesabına daxil edilmişdir (iş vərəqə: cild 3, səh. 48, 144). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 noyabr 2021-ci il tarixli 1 ədəd terminal ödəniş qəbzinin əslindən və sürətindən görünür ki, 25 noyabr 2021-ci il tarixdə saat 21:59-da Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə 3.600 manat pul vəsaiti "xxxx" ASC-yə məxsus olmaqla, X9 adına olan, son 8 rəqəmi “20455659” olan kart hesabına daxil edilmişdir (iş vərəqə: cild 3, səh. 48,143). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 noyabr 2021-ci il tarixli 1 ədəd terminal ödəniş qəbzinin əslindən və sürətindən görünür ki, 29 noyabr 2021-ci il tarixdə saat 20:09-da Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə 1.250 manat pul vəsaiti "xxxx" ASC-yə məxsus olmaqla, X9 adına olan, son 8 rəqəmi “20455659” olan kart hesabına daxil edilmişdir (iş vərəqə: cild 3, səh. 48, 146). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan X9 adına olan, son 8 rəqəmi “20455659” olan kart hesabına pul vəsaitlərinin köçməsi barədə bildirişlərin sürətindən görünür ki, həmin kart hesabına qeyd olunan tarixlərdə həmin pul vəsaitləri komissiya məbləğləri tutulmaqla köçürülmüşdür (iş vərəqə: cild 3, səh. 99-103). Məhkəmə baxışı zamanı elan edilmiş cinayət işinin materiallarında olan 17 noyabr 2021-ci il tarixli 1 ədəd "xxxx" MMC-nin ********* nömrəli məxaric qəbzinin əslindən və surətindən görünür ki, Şahid2 tərəfindən 17 noyabr 2021-ci il tarixdə saat 12:16-da Şəki Ağır Cinayətlər Məhkəməsinin hakiminin adına teleqram vurulmuşdur (iş vərəqə: cild 3, səh. 50, 145). Məhkəmə baxışı zamanı elan edilmiş cinayət işinin materiallarında olan 29 noyabr 2021-ci il tarixli 1 ədəd "xxxx" MMC-nin ********* nömrəli məxaric qəbzinin sürətindən görünür ki, Şahid2 tərəfindən 29 noyabr 2021-ci il tarixdə saat 16:18-də prokurora teleqram vurulmuşdur (iş vərəqə: cild 3, səh. 51). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 aprel 2022-ci il tarixli “telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 18 oktyabr 2020-ci il tarixdən 27 may 2021-ci il tarixədək olan dövrdə 87 dəfə, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 09 sentyabr 2019-cu il tarixdən 04 dekabr 2021-ci il tarixədək olan dövrdə 63 dəfə, Şahid1 istifadəsində olmuş, lakin sonradan Şahid1 həbs edildikdən sonra özünün istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 26 oktyabr 2018-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək olan dövrdə 1809 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı telefon nömrəsi ilə Şahid1, sonradan isə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 23 fevral 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixədək olan dövrdə 37 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 18 oktyabr 2020-ci il tarixdən 27 may 2021-ci il tarixədək olan dövrdə 87 dəfə, həmçinin sonuncunun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında isə 13 dekabr 2020-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək olan dövrdə 7 dəfə, bundan başqa Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında isə 10 iyun 2020-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək olan dövrdə 350 dəfə, həmçinin sonuncunun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında isə 09 sentyabr 2019-cu il tarixdən 23 fevral 2020-ci il tarixədək olan dövrdə 29 dəfə, 17 may 2020-ci il tarixdən 04 dekabr 2021-ci il tarixədək olan dövrdə isə N dəfə telefon danışıqları həyata keçirilmişdir. Həmçinin, qeyd olunan fayllarda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid11 istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi arasında 02 yanvar 2018-ci il tarixdən 23 mart 2020-ci il tarixədək olan dövrdə 66N dəfə, 28 mart 2020-ci il tarixdən 23 mart 2022-ci il tarixədək olan dövrdə 449 dəfə telefon danışıqları həyata keçirilmişdir (iş vərəqə: cild 2, səh. 132- 139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, BKC/LGL-5958/22 saylı məktubla daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə yenidən baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 28 noyabr 2020-ci il tarixdən N noyabr 2021-ci il tarixədək olan dövrdə 19 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında N noyabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək olan dövrdə 23 dəfə telefon danışıqları həyata keçirilmişdir (iş vərəqə: cild 3, səh. 168). Məhkəmə baxışı zamanı elan edilmiş cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş 10 avqust 2022-ci il tarixli, HP-08/579 saylı məktubdan görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasında elan edilmiş qismən səfərbərlik əsasında xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Göygöl rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə əsgər hərbi rütbəsində həmin hərbi hissənin 5-ci taborunun 13-cü bölüyünün 3-cü tağımının 2-ci manqasının atıcısı vəzifəsinə təyin edilməklə Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəyə ezam edilmiş, həmin hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 277 nömrəli əmri ilə qazan təminatına qoyulmuş və növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə göstərilən vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N nömrəli hərbi hissəni özbaşına tərk edib getmiş və xx.xx.2021-ci il tarixdə Gəncə Hərbi Prokurorluğuna könüllü gələrək özünü cinayət prosesini həyata keçirən orqana təqdim etmiş, bununla da çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçu kimi üç aydan artıq olmaqla müharibə vaxtı hərbi hissəni özbaşına tərk etmişdir. Gəncə Hərbi Prokurorluğu tərəfindən Şahid1 xidməti yerini özbaşına tərk etməsi xüsusatı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə başlanmış cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs Şahid1 barəsində "komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş, iş üzrə istintaq tamamlanaraq xx.xx.2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, cinayət işi məhkəmə baxışında olarkən təqsirləndirilən şəxs Şahid1 məhkəmənin çağırışına gəlməməklə, evlərində gizlənməklə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 tutularaq istintaq təcridxanasına təhvil verilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş vərəqə: cild 3, səh. 166-167). Məhkəmə baxışı zamanı elan edilmiş cinayət işinin materiallarında olan Gəncə hərbi prokuroru tərəfindən 26 yanvar 2021-ci il tarixdə təsdiq edilmiş “ittiham aktı”nın sürətindən görünür ki, Göygöl rayonu, Üçtəpə kənd sakini Şahid1 xidmət etdiyi N saylı hərbi hissəni N sentyabr 2020-ci il tarixdə özbaşına olaraq tərk etdiyi üçün barəsində 09 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə Gəncə Hərbi Prokurorluğunda ********* nömrəli cinayət işi başlanmışdır, o, Cinayət Məcəlləsinin 333.6cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün adiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. (iş vərəqə: cild 1, səh. 84-90). Məhkəmə baxışı zamanı elan edilmiş cinayət işinin materiallarında olan Gəncə Hərbi Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmünün sürətindən görünür ki, Göygöl rayonu, Üçtəpə kənd sakini Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş vərəqə: cild 1, səh. 148-153). Məhkəmə baxışı zamanı elan edilmiş cinayət işinin materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin N noyabr 2021-ci il tarixli hökmünün sürətindən görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şahid2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbs edilmişdir (iş vərəqə: cild 3, səh. 53-58). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “X18” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş, həmin bankın müştərisi X9 “AZ15UBAZ**********1040AZN001” hesab nömrəsinin xx.xx.2020-xx.xx.2022-ci illəri əhatə edən hesab üzrə çıxarışından görünür ki, qeyd olunan hesab nömrəsinə 11 avqust 2021-ci il və 12 avqust 2021-ci il tarixlərdə ödəniş terminalları vasitəsi ilə 996 manat, 996 manat, 2.000 manat, 2.000 manat, 5.000 manat, 2.800 manat olmaqla pul vəsaitləri köçürdülmüşdür. Eyni zamanda, 01 sentyabr 2021-ci il tarixdə qeyd olunan hesab nömrəsinə ödəniş terminalı vasitəsi ilə 448,75 manat pul vəsaiti köçürülmüşdür, eyni zamanda qeyd olunan hesab nömrəsinə 25 noyabr 2021-ci il tarixdə ödəniş terminalı vasitəsi ilə 996 manat, 26 noyabr 2021-ci il tarixdə 3.583 manat, 29 noyabr 2021-ci il tarixdə 1.244,75 manat pul vəsaitləri köçürülmüşdür (iş vərəqə: cild 1, səh. 108-129). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 Gülnar Vaqif qızı ilə 28 oktyabr 2016-cı il tarixdə nikahlarını bağlamışlar (iş vərəqə: cild 3, səh. 98). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 29 oktyabr 2021-ci il tarixli, 499354 nömrəli etibarnamənin sürətindən görünür ki, X20 tərəfindən Təqsirləndirilən şəxs bir çox məsələlər barədə, eləcə də bank orqanlarında olan hesablar üzrə sərəncam vermək səlahiyyəti verilmişdir (iş vərəqə: cild 1, səh. 140). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin 29 mart 2022-ci il tarixli, 2527 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqə: cild 1, səh. 251). Məhkəmə baxışı zamanı elan edilmiş cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 19 aprel 2022-ci il tarixli, 0xx/xx- 3919-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul edilərək həmin tarixdən xx.xx.2011-ci il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunun polis nəfəri vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixdə isə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən, öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. (iş vərəqə: cild 2, səh. 128-1N). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 oktyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarını özündə əks etdirən bir ədəd “CD” disk, danışıqları əhatə edən səs yazısının köçürüldüyü iki ədəd “CD” disk, “WhatsApp” (səsli) yazışmalarını, o cümlədən terminal ödəniş qəbzlərini və ərizələrin şəkillərini özündə əks etdirən bir ədəd “CD” disk, "xxxx"- kredit müqaviləsi sənədləri, pul vəsaitlərinin köçürülməsini təsdiq edən xx.xx.2021-ci il tarixli iki ədəd, xx.xx.2021-ci il tarixli dörd ədəd, xx.xx.2021-ci il tarixli bir ədəd, xx.xx.2021-ci il tarixli bir ədəd, xx.xx.2021-ci il tarixli bir ədəd terminal ödəniş qəbzləri, bank hesabına pul vəsaitinin köçürülməsini təsdiq edən bildirişlər, "xxxx" MMCnin MMC-nin ********* nömrəli məxaric qəbzinin (teleqram) əsli və surəti, "xxxx" MMC-nin ********* nömrəli məxaric (teleqram) qəbzinin surəti, “WhatsApp” yazışmalarının surətləri, “X18” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş çıxarış maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,312-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, bundan başqa Şahid11, Şahid12, Şahid10 və Şahid14 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178, 32.4, 312-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqə: cild 4, səh. 1-66). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 06 iyun 2015-ci il tarixdə həmin cərimə cəzasını tam şəkildə ödəmişdir (iş vərəqə: cild 2, səh. 91). Cinayət işinin materiallarına əlavə olunmuş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 oktyabr 2022-ci il tarixli, 2467 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır (iş vərəqə: cild 3, səh. 265). Cinayət işinin materiallarına əlavə olunmuş AA0415905 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər az yaşlı uşağı var (iş vərəqə: cild 3, səh. 267). Cinayət işinin materiallarına əlavə olunmuş 24 may 2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (iş vərəqə: cild 3, səh. 127-128) və Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin 16 oktyabr 2022-ci il tarixli protokolundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə saxlanılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə təhvil verilmişdir (iş vərəqə: cild 3, səh. 184). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X16 saxlanılan şəxslərin uçotu kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il saat 18:N-dan 17 oktyabr 2022-ci il saat 18:N-a qədər X7muşdur (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə olunmuş 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Muradova X10 Rayon Polis İdarəsinin X16n azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 3, səh. 225-226). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə olunmuş Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin N oktybar 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin X19 təhvil verilmişdir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində heç bir cinayət əməli törətməməsinə, dələduzluq etməməsinə dair göstərdiklərini cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq edərək, cinayət işi materiallarına əlavə edilmiş istintaq hərəkəti protokollarını, telefon məlumatlarını özündə əks etdirən, danışıqları əhatə edən səs yazılarının, “WhatsApp” (səsli) yazışmalarının əks oluduğu və maddi sübut kimi tanınmış “CD” diskləri, terminal ödəniş qəbzlərinin və digər sənədlərin əks olunduğu və maddi sübut kimi tanınmış “CD” diski, pul vəsaitlərinin köçürülməsini təsdiq edən terminal ödəniş qəbzlərini, “WhatsApp” yazışmalarının surətlərini, həmçinin sübut növü kimi təqdim edilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini və iş üzrə sübut əhəmiyyəti daşıyan digər sənədləri tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ifadəsində həmin göstərdiklərini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs həmin ifadələri heç bir dəlillərlə öz təsdiqini tapmamış, onun həmin inkaredici ifadələri cinayət işi üzrə qeyd edilən sübutlarla təkzib olunduğundan inandırıcı hesab edilməməklə, törətdiyi cinayət əməllərinə görə məsuliyyətdən yayınmağa yönəlmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd olunur ki, “....Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.” Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi və aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi ilə bağlı cinayət hadisəsini törədərkən onun niyyəti zərərçəkmiş şəxslərin əmlakını ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş və o, vədinə əməl etmək niyyətində olmadan dələduzluq cinayət əməllərini törətmişdir. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsə həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələri ilə də ittiham edilan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, 11/2023 saylı “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Qərarında göstərilmişdir ki, “Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan suiistifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir.... Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 1(100)-32/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş diskləri və yuxarıda qeyd edilmiş əsaslılığı heç bir şübhə doğurmayan cinayət işinə aid məhkəmə araşdırması zamanı digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, həmin sübutlar bir-biri ilə vəhdət təşkil edib elan edilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, onun 06 iyun 2015-ci il tarixdə həmin cərimə cəzasını tam şəkildə ödəməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələblərinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər az yaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır, onun cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət əməlləri törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4 maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi başa çatmış və başa çatmayan cinayətlərə görə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63, 66-cı maddələrinin tələblərini rəhbər tutmaqla yanaşı, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin bununla bağlı sərgilədiyi hüquqi mövqeyi də əsas götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” N aprel 2021-ci il tarixli Qərarının 2.13-cü bəndində göstərilmişdir ki, “.....Başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CMin 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır.”. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 oktyabr 2022-ci il saat 18:N-dan 17 oktyabr 2022-ci il saat 18:N-a qədər, yəni 1 (bir) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 (bir) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu N oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Bakcell” MMC-dən daxil olmuş telefon məlumatlarını özündə əks etdirən bir ədəd “CD” disk, danışıqları əhatə edən səs yazısının köçürüldüyü iki ədəd “CD” disk, “WhatsApp” (səsli) yazışmalarını, o cümlədən terminal ödəniş qəbzlərini və ərizələrin şəkillərini özündə əks etdirən bir ədəd “CD” disk, "xxxx"- kredit müqaviləsi sənədləri, pul vəsaitlərinin köçürülməsini təsdiq edən xx.xx.2021-ci il tarixli iki ədəd, xx.xx.2021-ci il tarixli dörd ədəd, xx.xx.2021-ci il tarixli bir ədəd, xx.xx.2021-ci il tarixli bir ədəd, xx.xx.2021-ci il tarixli bir ədəd terminal ödəniş qəbzləri, bank hesabına pul vəsaitinin köçürülməsini təsdiq edən bildirişlər, "xxxx" MMC-nin MMC-nin ********* nömrəli məxaric qəbzinin (teleqram) əsli və surəti, "xxxx" MMC-nin ********* nömrəli məxaric (teleqram) qəbzinin surəti, “WhatsApp” yazışmalarının surətləri, “X18” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il, saat 18:N-dan 17 oktyabr 2022-ci il, saat 18:Na qədər tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli N oktyabr 2023-cü il tarixdən hesablansın. Maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Bakcell” MMC-dən daxil olmuş telefon məlumatlarını özündə əks etdirən bir ədəd “CD” disk, danışıqları əhatə edən səs yazısının köçürüldüyü iki ədəd “CD” disk, “WhatsApp” (səsli) yazışmalarını, o cümlədən terminal ödəniş qəbzlərini və ərizələrin şəkillərini özündə əks etdirən bir ədəd “CD” disk, "xxxx"- kredit müqaviləsi sənədləri, pul vəsaitlərinin köçürülməsini təsdiq edən xx.xx.2021-ci il tarixli iki ədəd, xx.xx.2021-ci il tarixli dörd ədəd, xx.xx.2021-ci il tarixli bir ədəd, xx.xx.2021-ci il tarixli bir ədəd, xx.xx.2021-ci il tarixli bir ədəd terminal ödəniş qəbzləri, bank hesabına pul vəsaitinin köçürülməsini təsdiq edən bildirişlər, "xxxx" MMC-nin MMC-nin ********* nömrəli məxaric qəbzinin (teleqram) əsli və surəti, "xxxx" MMC-nin ********* nömrəli məxaric (teleqram) qəbzinin surəti, “WhatsApp” yazışmalarının surətləri, “X18” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş çıxarış cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar