Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-320/2023 22.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X6, X3 və Quliyev Cahandar Elmar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşavi Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, və Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmət İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən naməlum çəkidə olmaqla külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib həmin narkotik vasitənin 9,287 qram hissəsini üzərində daşıyıb saxlamış, ayrı-ayrılıqda təmiz çəkiləri 245 qram və 2115 qram olmaqla, ümumilikdə 2360 qram hissəsini isə yaşadığı ünvan 2 ünvanının həyətində yerləşən yardımçı tikilidə qanunsuz olaraq saxlamış, 16 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri İ.Qayıbov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada saat 16:10 dəqiqədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd yaşıl rəngli cibliyin içərisindən 1(bir) ədəd şəffaf polietilen torbada saxladığı külli miqdarda, təmiz çəkisi 9,287 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 17:00 dəqiqədə yaşadığı ünvan 2 ünvanına keçirilmiş axtarış zamanı isə evin həyətində yerləşən yardımçı tikilinin içərisində üzərində “Levis” yazılmış sellofan torbanın içindən 2 (iki) ədəd içiçə keçirilmiş polietilen torbada təmiz çəkisi 245 qram, üzəri yapışqanlı lentlə sarınmış digər 1 (bir) ədəd şəffaf polietilen torbada isə təmiz çəkisi 2115 qram olmaqla ümumi təmiz çəkisi 2360 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, narkotik vasitə istifadəçisidir. Bərdə rayon ərazisində məişət tulantılarından metal enerji içkilərinin qablarını yığıb həmin qabların satışını həyata keçirib qazanc əldə edir. Polis əməkdaşları tərəfindən 16 yanvar 2023-cü il tarixdə tutularkən üzərində təxminən 1 qram heroin olmuş, onu polis bölməsinə aparmış, orada rəis müavini qarşısına narkotik vasitə qoyub götürməyi demiş, əks təqdirdə başına oyun açacağı ilə hədələmişdir. Beləliklə də üzərindən 10 qram, yaşadığı evdən isə 2 kilo yarım heroin aşkar edilib götürülmüşdür. Evindən də aşkar edilən narkotik vasitə ona məxsus deyil. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, Bərdə şəhərində qardaşıgillə eyni evdə qalır, polislər onu tutub aparandan sonra qardaşlarını da cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədə-qorxu gəlmiş, ifadəsində göstərdiyi miqdar narkotiki üzərinə qoymuşlar. İrandan heç kimi tanımır, narkotik istifadəçi olsa da heç kimə narkotik satmamış və verməmişdir. Polis əməkdaşları yaşadıqları evə gələndə qardaşları Şamxal və Vüsal evdə olmuşlar. Onların döyülməsini isə sonradan anasından öyrənmişdir. Özü isə saxlanılıb polis şöbəsinə aparıldıqda İdris adlı polis əməkdaşının otağında döyülmüş, aparılmış çəkilişdə kameranı bir neçə dəfə söndürmüşlər. Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə aparılandan sonra şikayətlə müraciət etsə də ərizələrinə baxılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Məmməd oğlu göstərdi ki, 2023-cü il yanvar ayında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, şəxsi axtarış keçirilən zaman özü könüllü olaraq üzərində olan heroini təqdim etmiş, evində də heroin olduğunu bildirmiş, baxış keçirilən zaman yaşadığı evin həyətyanı sahəsində olan yardımçıtikilidən heroinə bənzər maddə aşkar edilib götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddəni Bakıdan İran vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin dövrdə post patrul xidmətində taqım komandiri olmuş, əməliyyatda Nemət Əvəz və özü iştirak etmişdir. Məhkəmədə verilmiş suallara Şahid2 Məmməd oğlu cavab olaraq göstərmişdir ki, birinci Təqsirləndirilən şəxs üzərində, daha sonra isə evində axtarış keçirmişlər. Narkotik vasitələrin evdə olması barədə Seyfəddin şəxsi axtarış zamanı aparılan videoçəkiliş zamanı özü məlumat vermiş, heroini Bakıdan əldə etdiyini, ödənişi də onlayn qaydada etdiyini demişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları və qeyri şəxslər tərəfindən heç bir təzyiq və təsir olmamış, narkotik vasitəni özü həyətyanı sahədəki saxladığı yarımtikilidən gedib götürmüşdür. Təqsirləndirilən şəxsin göstərdiyi evdə axtarış zamanı qardaşlarının əllərinin bağlanması, özün yaxud ailə üzvlərinə qarşı hər hansı zorakılıq göstərilməsi onlara işgəncə verilməsi halı isə ümumiyyətlə olmamışdır. Seyfəddin polisə təsir edib cəzadan yaxa qurtarmaq, cəzasını yüngülləşdirərək məsuliyyətdən qurtarmaq istəyir. Məhkəmədə şahid qismində dindirilən X11 göstərmişdir ki, Bərdə RPŞ-də kriminalistin köməkçisi işləyir, kriminalist həmin vaxt məzuniyyətdə olduğu üçün istintaq hərəkətlərinin videoçəkilişləri onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs 2023-cü il yanvar ayında şöbəyə gətirilmiş və üzərinə baxış keçirilmiş, üzərindən 1 bükümdə heroin çıxmış, daha sonra isə yaşadığı evə baxış keçirməyə getmişlər. Evə baxış keçirilən zaman tikilinin içərisindən sellofan torbanın içərisində bükülmüş heroin aşkar edilmiş və qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Evdə narkotik vasitə saxladığını şəxsi axtarış zamanı Seyfəddin özü bildirmiş və həyətdə saxladığı tikilidəki yeri də göstərmişdir. Çəkilişlər dayandırılmamış, fasiləsiz aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyini deməsini xatırlamır, aparılmış çəkilişlər zamanı isə səmimi etiraf edib özünə məxsus olduğunu demişdir. Axtarış aparılan ev həyət evi və boş olmuşdur. Həyətdə polisin axtarış zamanı ailə üzvlərindən heç kəs olmamış, kiminsə döyülməsinin, harasa aparılmasının şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki 2023-cü il yanvar ayında müvəqqəti saxlama yerinə Təqsirləndirilən şəxs adlı vətəndaş daxil olmuş, sonradan təhqiqatçı ilə birgə həmin şəxsin yaşadığı evə keçirilmiş baxışda da iştirak etmişdir. Evə və həyətə baxış keçirilən zaman həyətin girəcək hissəsində sağda yerləşən yarımtikiliyə daxil olanda Seyfəddin özü tikilidə olan paketi çıxarıb təqdim etmiş, çəkisini isə tam xatırlamamır. Seyfəddin bükülünün özünə məxsus olduğunu, İran vətəndaşından online qaydada aldığını demiş, həmin narkotik vasitə qablaşdırılıb götürülmüşdür. Axtarış zamanı evdə ailə üzvlərindən kimsə olmamış, axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs qoluna qandalla bağlı olmuş, ona və başqa şəxsə polis tərəfindən zorakılıq edilməmişdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 qızı göstərmişdir ki, övladı Təqsirləndirilən şəxs xəstədir. Atası gözünün qabağında vəfat etdiyi andan xəstəlikdən əziyyət çəkir. Müalicə üçün həkimlər oğluna reseptlər versələr də sonradan Seyfəffin aludəçi olmuşdur. Oğlunun üzərində külli miqdar narkotik vasitə olmamış, oğlunu döyə-döyə aparmışlar. Xeyli müddət keçdiyi üçün hansı tarixdə olduğunu xatırlamır. Digər oğlanlarının isə polislər gözünün qabağında əl-qollarını bağlayıb döymüş, Seyfəddini qardaşlarıyla təhdid dib aparacaqlarını demişlər. Polis əməkdaşlarından biri qarnında saxladığı sellofan torbanı çıxarıb yarımçıq tikilidə olan açıq yerə qoymuşdur. Polislər oğlu Seyfəddinə boynuna almalı olduğunu, əks təqdirdə qardaşların da polisə gedəcəyini demişlər. O da boynuna almışdır. Oğlu Seyfəddin polislər tərəfindən döyülmüş, polislər evə axtarışa gələn vaxt evdə paltar sərmiş, özü ilə birgə digər 2 oğlu da evdə olmuşdur. Polis əməkdaşları 10 nəfərdən çox olmuş, həyətlə birgə evlərində də axtarış aparmışlar. Videoçəkiliş zamanı isə onları iştirak etməyə qoymamış, 2 oğlunun da əl-qolunu bağlayıb evin arxasına göndərmişlər. Seyfəddini əvvəlcə polis şöbəsinə aparmış, sonra təzədən şöbədən qaytarıb gətirmişlər. Çəkiliş vaxtı Seyfəddin polislərin yanında olmuşdur. Onları evdən çölə çıxarıb, evi alt-üst eləsələr də, evdən heç nə çıxmamış, oğlunun dediyinə görə üstündən şöbədə çıxan balaca bir şey olmuşdur. Oğlanlarını aparacaqlarını ona Seyfəddin aralarındakı söhbət zamanı demişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olsa da kiməsə narkotik vasitə satmamışdır. Əvvəllər bir neçə dəfə polis əməkdaşları onları narahat etdiyi üçün yaşadıqları evə müşahidə kamerası quraşdırmış, hazırki işdən əvvəl bir dəfə polis əməkdaşları gəldiyini görüb qaçmış, buna görə polislər onları tutub narkotiklə yükləyə bilməmişlər. Son dəfə xx.xx.2023-cü ildə evdə olarkən polis əməkdaşları qəfil yaşadıqları evə gəlmiş, onu və hazırda 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən digər qardaşını, əllərini bağlayıb evin arxasına aparmış, evlərində və həyətdə axtarış aparmışlar. Qardaşı Seyfəddinin evə gətirilməsini, guya həyətlərindəki tikilidən Seyfədinin saxladığı narkotik vasitə aşkar edilməsini sonradan anasından eşitmişdir. Seyfəddin özü ona da demişdir ki, polislər tərəfindən saxlanılarkən üzərində cəmi, 1 qrama yaxın heroin olmuş, bu da şəxsi istifadəsi üçün olmuşdur. Həyətlərindəki tikilidən külli miqdar deyilənə görə isə 2 kilodan artıq narkotik vasitə olan heroin aşkar edilməsi yalandır. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşlarının qanunsuz bir neçə dəfə evlərinə gəlməsi, eləcə də hazırki iş üzrə hansısa orqana şikayət etməmişlər ki, bu da onların polislər tərəfindən sonradan incidilməməsi ilə bağlı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən dövrdə Bərdə rayon Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə PPXB bölüyündə xidmət edir. 16 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, yaradılmış əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, İ.Qayıbov küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq Bərdə RPŞ-nə gətirilmişdir. Üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması varsa könüllü təqdim etməsi təklifi edilmiş, Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş, heroin olmasını bildirmiş, kütlə çəkilərək qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs çəkiliş zamanı demişdir ki, üzərindən aşkar olunan həmin narkotik vasitə hesab edilən heroini “instagram” sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikası vətəndaşı olan şəxsdən almış, təxminən 1 (bir) həftə əvvəl Bakı şəhəri, Ramanı qəsəbəsinə gedib narkotik vasitəni oradan götürüb Bərdə şəhərinə qayıtmışdır. Götürdüyü narkotikin qalan hissəsini idə evdə saxlayır, bu barədə heç bir şəxsə məlumat verməmiş və satmamışdır. Baxış iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə gedilmiş, həyətə daxil olandan sonra Təqsirləndirilən şəxs yan-yana olan yardımçı tikilinin içərisində narkotik vasitə gizlətməsi barədə məlumat vermiş, tikilinin içərisindən taxtaların arasında 2 bükümdə biri təxminən 2 kiloqram, biri də 300 qramdan çox olan heroin aşakr edilmişdir. Bükülülərə baxış keçirəndə heroinə bənzər kütlələr olması müəyyən edilmiş, elektron tərəzidə çəkilib qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahədə və fərdi yaşayış evində baxış keçirilmiş, başqa qanunsuz əşya predmet aşkar edilməmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən və yardımçı tikilidən aşkar edilərək götürülmüş narkotik vasitələri «İnstagram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə tanış olduqdan sonra «İnstagram» və xatırlamadığı «WhatsApp» sosial şəbəkə ilə əlaqə saxladığı “Əli” adlı şəxsin dediyi Bakı şəhəri, Ramanı qəsəbəsindən götürmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 yanvar 2023-cü il tarixli raportdan görünür ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitələri üzərində saxlaması qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 yanvar 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokol və Bərdə Rayon Məhkəməsinin 4(021)-11/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmənin “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd yaşıl rəngli cibliyin içindən 01 (bir) ədəd sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmiş, təhqiqatçının suallarına cavab olaraq bükülünün ona məxsus olduğunu, həmin bükülüləri “instaqram” sosial şəbəkəsində tanış olduğu, əvvəllər tanıdığı “Əli” adlı İran vətəndaşı dediyi, Bakı şəhəri Ramanı qəsəbəsindən yol kənarından götürüb Bərdə şəhərinə qayıtdığını, çox hissəsini də yaşadığı evdə saxlaması barədə məlumat vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 yanvar 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokol və əlavə edilmiş DVD diskdən görünür ki, 16 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən 2 bükülüdə, ümumi çəkiləri 0,305 qram və 2240 qram olan narkotik vasitə heroinə bənzər kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 17 yanvar 2023-cü il tarixli, 16/83 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 9.287 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 245 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış polietilen torbadakı, digər 1 (bir) ədəd şəffaf polietilen torbada, təmiz çəkisi 2115 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim olunmuş elektron tərəzi” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinlər kimyəvi tərkibinə görə eynilik təşkil edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 5(021)- 20/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş şəxsin barəsində və yaşadığıevdı evdə təxirəsalınmaz qaydada əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar yoxlanılaraq qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan Bərdə RPŞ-nin verdiyi 06.05.202cü il tarixli, ********* saylı əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi şəxs(lər)in kimliyini müəyyən etmək üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmış və müvafiq sənədlərin surəti əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 10 aprel 2023-cü il tarixli 608 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 Poliklinika Şöbəsindən daxil olmuş 24 yanvar 2023-cü il tarixli, 6-28/282/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın phş-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış "xxxx" MMC-dən daxil olmuş, 18 fevral 2023-cü il tarixli, 6560 nömrəli məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, diskdə Təqsirləndirilən şəxs adına qeydə alınmış və istifadəsində olmuş GSM nömrələrinə daxil olmuş və həmin nömrədən göndərilmiş zənglərə və SMS-lərə aid məlumatların (göndərən və hədəf nömrələrin İMEİ, İMSİ kodları, abonentlərin adları və.s) olduğu müəyyən edilmiş, baxış zamanı cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 09 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 9.187 qram, 244,9 qram, 2114,9 qram olan heroin maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin saxlama anbarına saxlanca verilmiş, 16 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı və evdə aparılmış axtarış zamanı qeydə alınan video çəkilişlərin olduğu 2 ədəd “DVD” disk, telefon danışıqları məlumatlarını əks etdirən “Azercell MMC”-dən alınmış 1 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 27 yanvar 2023-cü il tarixli tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-100/2018 saylı xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün azadlıqdan məhrum edilmiş, xx.xx.2021ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi saxlanılarkən üzərində təxminən 1 qram heroin olması, qalan hissəsinin Bərdə rayon polis şöbəsində olduğu müddətdə üzərinə qoyulması və yaşadığı evdə aşkar edilmiş narkotik vasitənin isə ona məxsus olmaması, polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulması və etiraf etməzsə qardaşlarının da polis şöbəsinə aparılıb cinayət məsuliyyətinə cəlb edəcəyi barədə hədə-qorxu gəlmələrinə görə ibtidai araşdırma zamanı etiraf məzmunlu ifadələr verməsinə tənqidi yanaşaraq, özünün ibtidai araşdırma zamanı ilkin olaraq verdiyi tam etirafedici ifadələri, şahid ifadələri, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında”, protokol və istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş, xx.xx.2023-cü il tarixli “baxış keçirilmə haqqında” protokol və istintaq hərərkətinin qeydə alındığı videoçəkilişlə, ekspert rəyləri və cinayət işinin obyektiv halları ilə tam təkzib edildiyindən, öz ifadəsindən başqa digər mötəbər sübutla təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edərək həmin hissədə sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıda qeyd edilən sübutların təhlili ilə əsaslandırır. Məhkəmə baxışından fərqli olaraq ibtidai araşdırma zamanı ilkin olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki,........Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilir. Fərdi əməklə, taksi fəaliyyəti ilə məşğul olur, subaydır. O, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə istifadə edir, narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. O, Bərdə rayon ərazisində məişət tulantılarından metal enerji içkilərinin qabların yığaraq satışını həyata keçirib qazanc əldə edir. Təxminən 2022-ci ilin dekabr ayının axırlarında özünə məxsus olan “İnstagram” sosial şəbəkəsində “Seyfeddinabbasov” adlı profilinin mesaj bölməsinə “patı-koku” adlı profil sahibindən mesaj yazıldığını görmüş, mesaja daxil olduqda qeyd etdiyi profil sahibinin “patı və koku” olması barədə mesaj yazdığını oxumuş, həmin şəxs İran İslam Respublikasında yaşadığını və adının Əli olduğunu bildirmiş, o, Əli adlı şəxslə bir neçə dəfə mesajlaşdıqdan sonra aralarında münasibətləri yarandığından narkotik vasitə olan heroin istəmiş, Əli adlı şəxs narkotik vasitə olan heroini onun üçün təşkil edəcəyini və Bakı şəhərindən gedib götürə biləcəyini demişdir. Bundan sonra Əli adlı şəxsin verdiyi hazırda xatırlamadığı bank hesab nömrəsinə terminal vasitəsi ilə 250 manat pul göndərmiş, Əli adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona xatırlamadığı xarici mobil nömrədən “WhatsApp” sosial şəbəsi vasitəsi ilə kordinat göndərərək Bakı şəhərində onun üçün 10 qram heroini yol kənarında gizlətdirəcəyini demiş, xx.xx.2022-ci il tarixdə o, yaşadığı Bərdə şəhərindən tanımadığı taksi vasitəsi ilə Bakı şəhərinə getmiş, orada olan zaman Əli adlı şəxsin ona göndərdiyi kordinat vasitəsi ilə Bakı şəhəri, Ramanı qəsəbəsinə gedərək yolun kənarında kağıza bükülmuş bükümü götürmüşdür. Büküm Əli adlı şəxsin dediyi kimi 10 qram olmuşdur. Bükümü götürdükdən sonra eyni gündə yaşadığı Bərdə şəhərinə geri qayıtmışdır. Təqribən Bakı şəhərindən götürdüyün narkotik vasitəni 4 günə yaxın istifadə etmişdir. Narkotik vasitəsinin azaldığını görüb, Əli adlı şəxsə mesaj yazaraq yenidən narkotik vasitə istəmiş, belə ki, o, Əlini aldadaraq bu dəfə daha çox narkotik vasitə alıb bir qismini öz istifadəsi üçün, yerdə qalanını isə qazanc əldə etmək məqsədi ilə satmaq fikri olmuşdur. O, Əli adlı şəxsi inandırdığı üçün Əli ona 2-3 kiloqram arası narkotik vasitə olan heroin göndərə biləcəyini və narkotik vasitəni satdıqdan sonra 1 qramını 21 manatdan hesablayaraq ümumi çəkinin pulunu ondan alacağını demişdir. O, Əli ilə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə ilk dəfə narkotik vasitə olan heroini götürdüyü Bakı şəhəri, Ramanı qəsəbəsinə gedərək yolun kənarında “Ramanı qəsəbəsi” yazılan lövhənin yanında olan daşın altında gizlədilmiş göy rəngli sellofan bükümünü götürmüşdür. Həmin sellofan bükümlərdən biri qara rəngli üzəri skoçla bağlı olmuş, digəri isə şəffaf sellofan torba olmuşdur. Bundan sonra o, Bakı şəhərindən tanımadığı taksı vasitəsi ilə yenidən yaşadığı Bərdə şəhərinə gəlmiş, yaşadığı evdə olan zaman elektron tərəzidə gətirdiyi həmin narkotik vasitəni çəkmiş və ümumi çəkisinin 2575 qram olduğunu görmüş, həmin narkotik vasitədən bir neçə dəfə özü istifadə etmiş, narkotik vasitələri yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan köməkçi tikilinin içərisində gizlətmiş, lakin bu barədə ailə üzvlərinin və ya hər hansı bir şəxsin məlumatı olmamış, xx.xx.2023-ci il tarixdə həmin narkotik vasitədən təxminən 11 qramını özünə məxsus elekton tərəzidə çəkərək cibinə qoyaraq yaşadığı Bərdə şəhəri, İ.Qayıbov küçəsində yolun kənarına çıxmış, yolun kənarında olan vaxt iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərib barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq narkotik vasitənin üzərində saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu və birlikdə Bərdə rayon polis şöbəsinə getməyi demişlər. Həmin vaxt yaşadığı evdə əlavə narkotik vasitə olduğunu deməmiş, polis şöbəsində üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağı barədə ona məlumat verilmiş, buna görə də ona müdafiəçi siyahısı təqdim edilmiş, müdafiəçi seçdikdən sonra müdafiəçi polis şöbəsinə gəlmişdir. O, şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, üzərində saxladığı 1 ədəd sellofan bükümdə olan maddə heroini təqdim etmiş, həmin büküm elektron tərəzidə çəkilərək ümumi çəkisinin 10,65 qram olduğu müəyyən olunmuş, bundan sonra o, narkotik vasitədən birdəfəlik aralaşmaq üçün və gələcəkdə azadlıqda olduqda yenidən narkotik vasitə istifadə etməmək üçün üzərinə şəxsi axtarış keçirilən zaman yaşadığı evdə də narkotik vasitənin olmasını səmimi etiraf edərək təhvil vermək istədiyini, yaşadığı evdə axtarış və baxış keçirilməsində heç bir etirazının olmadığını demiş, o, həmin narkotik vasitəni özü üçün istifadə etsə də heç kimə satmamışdır. Bundan sonra polis əməkdaşları ona yaşadığı evdə və həyətyanı sahədə baxış keçiriləcəyi izah edilmiş, həmin vaxt heç bir etirazının olmaması barədə ərizəsi aldındıqdan sonra baxışda iştirak edən iştirakçılarla birlikdə yaşadığı fərdi yaşayış evinə getmişlər. Həyətə daxil olduqdan sonra həyətdə yan-yana olan yardımçı tikilinin içərisində narkotik vasitə gizlətdiyi yeri polis əməkdaşlarına göstərmiş, həmin tikilinin içərisinə daxil olduqdan sonra taxta materialından olan piştaxtanın alt hissəsindən göy və qırmızı rəngli üzərində «Levis» yazıları olan polietilen torbanı polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları tərəfindən həmin torbanın içərisinə baxdıqda 01 (bir) ədəd şəffaf sellofan, 01 (bir) ədəd qara rəngli üzəri skoçla bağlanmış kütlə və 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmiş, təqdim etdiyi həmin bükülülərə baxış keçirildikdə heroinə bənzər bükülülər olması müəyyən edilmiş, həmin kütlələr ayrı-ayrılıqda eletkron tərəzidə çəkilərək 0,305 qram və 2,240 qram olması müəyyən edilmişdir..... Sorğu-sual zamanı isə qeyd olunan narkotik vasitələri «İnstagram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə tanış olduqdan sonra «İnstagram» və nömrəsini xatırlamadığı «WhatsApp» sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı Əli adlı şəxsin dediyi Bakı şəhəri, Ramanı qəsəbəsi ərazisindən əldə etməsi barədə məlumat vermişdir.... Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs kifayət qədər “kriminal təcrübəyə” malik olmuş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəl məhkum olunmuş, ibtidai araşdırmanın ilkin mərhələsindən (saxlanılıb polis şöbəsinə gətirildiyi, tutulduğu vaxt) hansı əmələ görə şübhəli şəxs qismində tutulduğu, ona hazırki iş üzrə ibtidai araşdırmanın ilk dövründən başlayaraq elan edilmiş ittiham, gələcəkdə buna görə ağır cəzaya məhkum olunma labüdlüyünü dərk etmiş, şüurlu surətdə ona istinad edilən əməlləri səmimi etiraf edib, üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilən külli miqdar narkotik vasitənin özünə məxsus olmasını, narkotik vasitənin əldə etmə mənbəyini bildirmişdir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixli şübhəli şəxs qismində tutulduqdan sonra prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, prosessual hərəkətlər videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Məhkəmədə tədqiq edilmiş həmin vodeoçəkilişlər zamanı isə Təqsirləndirilən şəxs bədən səthi (üz nahiyyəsi qollar və açıq səthlər) üzərində həmin vaxt gözlə görünən hər hansı xəsarət, yaxud xəsarət izləri, ifadəsində qeyd etdiyi edilmiş fiziki və psixi təsir təzyiq nəticəsində qeyri-adi psixo-emosional halda olduğunu göstərən hal(lar) müəyyən edilməmiş, şübhəli (təqsirləndirilən) şəxs Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroinin ona məxsus olmasını bildirərək müdafiəçisinin yanında hər hansı etiraz və ya narazılıq etməmiş, istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi ona qarşı edilmiş qanunsuzluqlarla bağlı müraciəti olmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin iddia etdiyi aparılmış videoçəkilişlər zamanı fasilələrin verilməsi, çəkilişin dayandırılması halları da məhkəmə baxışında aşkar edilməmiş, həmin istintaq hərəkətləri vaxtı aparılmış videoçəkilişdə kifayət qədər imkana malik olmasına baxmayaraq, Təqsirləndirilən şəxs ümumiyyətlə aparılan istintaq hərəkətlərinə və orada iştirak edən şəxslərə, aşkar edilmiş narkotik vasitənin miqdarına etirazını bildirməmişdir. Məhkəmə həmçinin göstərir ki, iddia edilən kimi əgər Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixdə Bərdə rayon polis şöbəsində şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları tərəfindən 9 qram (təqsirləndirilən şəxs məhkəmə baxışında polis əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə saxlanılarkən üzərində təxminən 1 qram narkotik vasitə olan heroin olduğunu göstərir) əlavə narkotik vasitə qoyulsaydı, məhkəmə kimyəvi ekspertizasında tədqiqat zamanı təqdim edilən üzərindən aşkar edilmiş heroinin müxtəlif tərkibdə olması müəyyən edilərdi. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdiyi polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qalaraq döyülməsi ilə əlaqədar isə məhkəmə tərəfindən öz təşəbbüsü il Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına verilmiş sorğuya cavab olaraq isə Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə istintaq təcridxanasına daxil olarkən bədən səthi üzərində xəsarət, yaxud izi olmadığı, saxlanması ilə bağlı təcridxanada Bərdə RPŞ əməkdaşlarından hər hansı şikayət və tələbi olması ilə bağlı müraciəti etmədiyi göstərilmişdir. Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24.12.0.2021-ci il tarixli 15 saylı qərarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia öz-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə aparıldıqdan sonra zorakılığa məruz qalaraq üzərində olan 1 qram heroindən əlavə 9 qram narkotik vasitə olan heroin qoyulması, yaşadığı evin həyətindəki yardımçı tikiliyə isə polis əməkdaşları tərəfindən əlavə olaraq 2 kiloqramdan çox heroin qoyularaq sonradan iştirakı ilə baxış keçirilməsi zamanı aşkar edilməsi barədə ifadələrini öz ifadəsindən başqa digər hansısa sübutla təsdiq edilmədiyi üçün, sübut növü kimi qəbul etmir və daha ağır cəzadan azad olmaq cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs şahid qismində dindirilmiş anası və əlavə şahid qismində dindirilmiş qardaşının ifadələrində göstərdiyi polis əməkdaşlarının yaşadıqları evin həyətindəki yardımçı tikiliyə əlavə narkotik vasitə qoyulmasına münasibətdə məhkəmə qeyd edir ki, bununla bağlı hazırki məhkəmə baxışına qədər olan dövrdə qeyd edilən qanunsuzluqlarla bağlı təhqiqat orqanının rəhbərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, müxtəlif aidiyyəti instansiyalara, eləcə də məhkəmə nəzarəti həyata keçirən məhkəməyə məlumat verilməmiş, Təqsirləndirilən şəxs ailə üzvlərinin bununla bağlı hər hansı orqana müraciəti olmamışdır. Odur ki, məhkəmə kollegiyası qeyd eilən şəxslərin ifadələrini təqsirləndiirlən şəxslə yaxın qohumluq münasibətləri və ailə bağlarından irəli gələn, şəxslərə münasibətdə müvafiq olaraq qardaşı və övladı olan Təqsirləndirilən şəxs ağır cəzadan qurtarmaq məqsədi daşıyan hal kimi qiymətləndirir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin, şəxsi istehlak miqdarından yüz dəfələrlə artıq miqdarda və 3 (üç) bağlamada olmasına, üzərində aşkar edilmiş miqdarının özünün şəxsi istehlak miqdarını dəfələrlə aşmasına, eləcə də tədqiq edilmiş cinayət işinin bütün materiallarına əsasən, təqsirləndirilən şəxsin narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə edərək üzərində saxlayıb daşıması və yaşadığı evdə saxlaması qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində qeyd edilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bərdə RİHB-nin Bərdə şəhər inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, anası və qardaşları ilə birlikdə ünvan 2-də yaşayır. Cinayət işinin istintaq materialları və məhkəmə baxışı zamanı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, Təqsirləndirilən şəxs “sağ ağciyərin yuxarı payının kavernoz vərəmi, infiltrasiya mərhələsi VM+ pozitiv”, “C” viruslu hepatit subklinik mərhələ” diaqnozu qoyulmuş, vəziyyəti ümumi orta ağırdır. Məhkəmə Təqsirləndirilən şəxs ağır xəstəlikdən əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.-ci maddəsinə əsasən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 27 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün azadlıqdan məhrum edilmiş, xx.xx.2021ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbacan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli və Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxil olduğundan və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə baxılan cinayət işi üzrə əməlin ictimai təhlükəliliyini, üzərindən yaşadığı evdən aşakr edilmiş narkotik vasitənin növünü və miqdarını (heroin və 2 kiloqramdan artıq çəkidə olmasını), dövriyyədən çıxarılmayacağı təqdirdə realizə ediləcəyi halda qanunsuz olaraq külli miqdar qanunsuz pul vəsaiti əldə edilməklə barabər, aşkar olunduğu ərazi üzrə narkokuryer fəaliyyətinə cəlb ediləcək və narkomaniya xəstəliyinə “yoluxdurulacaq” şəxslərin sayında əsaslı artım olacağını, kriminogen vəziyyətə əsaslı təsir göstərmə imkanı labüdlüyünü eləcə də Seyfəddnin Abbasovun öz şəxsiyyətini, (əvvəllər də talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını), (əvvəl təyin edilmiş az hədd azadlıqdan məhrumetmə cəzası ilə islah olmayıb ağır xəstəlikdən əziyyət çəksə də müalicə olunmaq əvəzinə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaq “cəhdləri”ni nəzərə alaraq, ona ittiham olunduğu maddənin sanksiyasınında nəzərdə tutulmuş nisbətən yuxarı hədd cəza təyinini ədalətli və şəxsin neqativ meyllərdən azad olub islah olmasına imkan verəcəyi və məqsədəmüvafiq olacağı qənaətinə gəlir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Bərdə Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkiləri 9.187 qram, 244,9 qram, 2114,9 qram olan heroin məhv edilməli, 1(bir) ədəd gümüşü rəngli elektron tərəzi 2 ədəd “DVD” disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi materiallarına əsasən keçirilmiş xx.xx.2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1(bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd “Leobank” yazısı olan plastik bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkiləri 9.187 qram, 244,9 qram, 2114,9 qram olan heroin və 1(bir) ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin, 2 ədəd “DVD” və 1 ədəd CD disklər cinayət işi materiallarında saxlanılsın. Cinayət işi materiallarına əsasən keçirilmiş xx.xx.2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1(bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd “Leobank” yazısı olan plastik bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-320/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-320/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver