Məhkəmə qərarları › İş №1(100)-321/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-321/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-321/2022 30.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X20 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda ve mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2 488 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edıb daşıyaraq üzərində saxlamış, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə X21 Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı ünvan 2 ünvanlı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər, Ataturk prospekti 41 ünvanında yerləşən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübanzə İdarəsinin Qərb Bölgə Regional Şöbəsinin inzibati binasına gətirilmiş, həmin ünvanda onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən qanunsuz olaraq əldə edib saxladığı 2.488 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən təkrar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 99,562 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlamaqla daşımış, 06 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhər 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami prospektində yerləşən 5 saylı tam orta məktəbin arxa hissəsində saxlanılıb ünvan 4 ünvanda yerləşən Gəncə şəhər 4-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayarq daşıdığı 1 ədəd qara rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 99,562 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, heç vaxt heç bir yerdə işləməyib. 2018-ci ildən narkotik vasitə olan heroindən isdifadə edir. Narkotik vasitə isdifadə etdiyi üçün əvvəllər məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Gəncə çayının yaxınlığında yerləşən kukla teatırinin yanından keçən zaman yerdə 1 ədəd qara rəngli sellofan büküm olmasını görmüş, həmin büküm diqqətini çəkdiyi üçün əyilib onu yerdən götürmüşdür. Bükümü açaraq baxan zaman içərisində narkotik vasitə tiryək olmasını görmüşdür. Narkotik vasitə isdifadəçisi olduğu gələcəkdə heroinlə dəyişmək məqsədi ilə götürərək üzərində saxlamışdır. Bundan sonra o, həmin bükümü evə aparmaq istəmədiyi üçün onu gizlətmək qərarına gəlmişdir. Gizlətmək üçün ən yaxşı yerin Gəncə şəhər beş yol adlanan ərazidə yerləşən Gəncə çayının üzərində olan körpünün altı olmasını düşünmüş, xx.xx.2022-ci il tarixdə saat təxminən 20:30 radələrində o, üzərində narkotik vasitə tiryək ilə birgə Gəncə şəhəri Vaqif küçəsi, 5 nömrəli orta məktəbin arxa hissəsi ilə tiryəki gizlətmək üçün gedən zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və 4-cü Polis bölməsinin əməkdaşlarının olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda, gəzdirməkdə və narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olmağını bildirərək onu 4-cü Polis bölməsinin inzibati binasına gətirmişlər. 4-cü Polis Bölməsində olan zaman polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış, şəxsi axtarış zamanı əynində olan gəhvəyi rəngli gödəkçənin sağ yan iç cibindən qara rəngli sellofana bükülmüş formada narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Həmin kütlə tərəzidə çəkilmiş, qara rəngli sellofana bükülmüş narkotik vasitə tiryək ümumilikdə 100.25 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə zərfdə qablaşdırılmış və üzəri möhürlənərək onun və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən möhürlənmişdir. Həmin vaxt video çəkiliş çəkilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi X7 üzərindən aşkar edilmiş bir ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi 99,562 aram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış tiryək olması barədə alınmış rəy xx.xx.2022-ci il tarixdə ona elan olunmuşdur. Bundan başqa o, narkotik vasitə olan heroin istifadə edir. 2018-ci ilin əvvələrində o, Gəncə şəhərindən keçən Gəncə çayının qırağından bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin tapıb həmin bükümü yaşadığı evin qarşısında olan daşın altına qoyub özünün istifadəsi üçün gizlədib saxlamış və bu barədə unutmuşdur. 16 avqust 2021-ci il tarixdə təxminən saat 17 radələrində o, yaşadığı evin qarşısında olan həmin daşı götürərkən üç il əvvəl gizlətdiyi içərisində narkotik vasitə heroin olan həmin bükümü görüb götürmüş və özünün istifadəsi üçün əynindəki qara rəngli idman şalvarının sol yan cibinə qoyub üzərində saxlamışdır. 16 avqust 2021-ci il tarixdə saat 20:30 radələrində o, Gəncə şəhərində yaşadığı evin qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitəni üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Polis əməkdaşları onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobilə əyləşib özləri ilə birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarını müdafiə olunması üçün müdafiəçi ilə təmin olunması üçün ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişlər ki, həmin müdafiəçilərdən kimi istiyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edərsə bu gün növbətçi vəkilin yardımından isdifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X8 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X12 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini cibindən çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümə onun iştirakı ilə baxış keçirib sonra elektron tərəzidə çəkmişlər, içərisində heroin olan bükümün çəkisi 2,94 qram olmuşdur. Həmin büküm ağ rəngli kağız zərfə qablaşdırılmışdır. O və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Həmin zərf “ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Onun üzərinə axtarış keçirərkən aşqa qanunsuz əşya aşkar olunmamışdır. Sonra protokol tərtib edilmişdir. Protokol uca səslə oxunduqdan sonra o müdafiəçinin iştirakı imzalamışdır. Üzərində aşkar edilib götürülmüş narkotik vasitə olan tiryəki Gəncə çayının, kukla teatırının yanı adlanan hissəsindən keçən zaman yerdən tapmış, gələcəkdə heroinlə dəyişmək üçün götürmüşdür. O, əvəllər heç kimdən narkotik vasitə almamış və satmamışdır. Ona qarşı polis şöbəsində heç bir zor tətbiq olunmamış, heç bir təzyiq və təsirə məruz qalmamışdır. Onu ilk olaraq polislər saxlayarkən və onu polislər 4-cü Polis Bölməsinə gətirərkən yanındı heç kəs olmamışdır. Onun üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşlarından, onun müdafiəçisi Müdafiəçi başqa ayrı kimsə də bunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, BNMİ-nin QBRŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə edərək isdifadə etməsi, satması və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olması və üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuş, saat 20:30 radələrində BNMİ-nin QBRŞ-nin Baş Narkotiklə Mübarizə İdarəsinin QBRŞnin XMİU baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Xaqani oğlu ilə birlikdə Təqsirləndirilən şəxs oğunun yaşadığı evin yaxınlığına getmişlər, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu BNMİ-nin QBRŞ-nin inzibati binasına dəvət etmişlər. Elşən də etiraz etməyərək onlarla birlikdə BNMİ-nin QBRŞ-nin inzibati binasına gəlmişdir. BNMİ-nin QBPŞnin inzibati binasında xidməti otaqlardan birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq ona Gəncə şəhər 1 saylı vəkillər bürosunun Yusif Hüseynov adlı vəkil təyin olunmuş vəkilin və onların iştirakları ilə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa könüllü şəkildə verməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü stolun üzərinə qoyaraq təqdim etmiş və həmn bükülünün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən başqa narkotik vasitə aşkar edilməmişdir. Haradan əldə etməsi barədə soruşulduqda isə Elşən Huseynov həmin heroini 2018-ci il tarixdə Gəncə çayından tapdığını, özünün isdifadəsı üçün daşın altında gizlətdiyini üzərindən aşkar olunan gün isə həmin daşın altdan gotərərək istidifadə edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etcıyı heroinə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş, həmin kütlə “2.94” qram gəlmiş və zərfdə qablaşdırılaraq imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, DİO-da 2017-ci ildən, tutduğu vəzifədə isə 2021-ci ildən işləyir, Gəncə şəhər 4-cü Polis Bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vas tə əldə etməsi, üzərində saxlaması, gəzdirməsi və narkotik vasitələrin satışı tə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2022-ci İl tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhərli Vaqif küçəsi, 5 nömrəli orta məktəbin yaxınlığında olması və üzərində narkotik vasitə olması barədə məlumat daxıl olmuşdur. Saat 20:30 radələrində Gəncə şəhər 4-cü Polis Bölməsinin əməlyyat müvəkkili polis leytenantı Şahid3 ilə birlikdə Gəncə şəhəri Vaqif küçəsi, 5 nömrəli məktəbin arxa hissəsinə getmişlər, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Gəncə şəhər 4-cü Polis Bölməsinə dəvət etmişlər. Elşən də etiraz etməyərək onlarla birlikdə Gəncə şəhər 4-cü Polis Bölməsinin inzibati binasına gəlmişdir. Gəncə şəhər 4-cü X19 Hüseynova hüquqları izah olunaraq ona Gəncə şəhər 1 sayli vəkillər birosunun Rasim adlı vəkil təyin olunmuş, vəkilin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman onun əynində olan qəhvəyi rəngli gödəkcənin yan iç cibindən 1 ədəd qara rəngli sellofan aşkar edilmişdir. Tehqiqatçi tərəfindən həmin bükülünün nə olması soruşulduqda o, tiryək olduğunu bildirmişdir. Haradan əldə etməsi barədə soruşulduqda isə Təqsirləndirilən şəxs həmin tiryəki xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Gəncə çayından tapdığını, üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi tiryəkə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş, həmin kütlə “100.257 qram gəlmiş və zərfdə qablaşdırılaraq imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitlərin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid4 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 Xaqani oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 Xaqani oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 06 fevral 2022-ci il tarixdə ünvan 7 ünvaninda yerləşən Gəncə şəhər 4-cü Polis Bölməsində Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edimiş video çəkiliş cinayət iiş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirmiş və baxış zamanı müəyyən edilmişdir ki, 12 dəqiqə 30 saniyə müddətində çəkilmişdir. Gəncə şəhər, Kəpəz RPİ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şəməd Rizayev bildirir ki, video çəkiliş 06 fevral 2022-ci il tarixdə başlayır. 4-cü Polis Bokməsanın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Gəncə şəhər 4-cü Polis Bölməsinin rəhbərliyinə raportla mürəciət edərək bildirmişdir ki, Gəncə şəhəri, Bayan küçəsi ev 105A-da qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, gəzdirməsi və narkofik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri Vaqif küçəsi, 5 nömrəli orta məktəbin arxa hissəsində saxlanılaraq 4-cü Pols Bölməsmə gətirilmiş və onun üzərinə baxış keçirilməsi zərurəti ilə əlaqədar raportla müraciət etmişdir. Baxış keçirilməzdən əvvəl baxışda iştirak edən şəxslər özlərini təqdim edirlər., 9-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X17, 1-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X3 şəhər 1 saylı vəkillər bürosunun vəkili Müdafiəçi va xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olan Təqsirləndirilən şəxs İştirak edirlər. Baxışa başlamazdan əvvəl təhqiqatçı Şəmil Rzayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və bildiriş təqdim edilir. Sonra şübhəli şəxsin üzərində axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan iç cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə olan tiryəkə oxşar kütlə aşkar edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin selofanın içərisində olan kütlənin tiryək olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Gəncə çayından tapdığını, özü isdifadəçisi olduğu üçün üzərində saxlamış, həmin narkotik vasitəni satmaq fikri olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Sonra qara sellofan iştirakçıların yanında açılır və həmin kütlənin içərisində olan ilk baxışdan narkotik vasitə olan “tiryək”ə bənzər kütlə olması müəyyən edilir. Sonra həmin kütlə iştirakçıların yanında aptek tərəzisində çəkilir və ümumi çəkisi 100.25 qram olduğu görsənir. Sonra həmin kütlə iştirakçıların yanında əvvəlki yəziyyətinə qaytarılaraq zərfə qoyularaq Azərbaycan Respublikasının DİN-in 181 saylı möhürü ilə möhürlənib, üzəri iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 07 fevral 2022-ci il tarixli 16/156 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə tiryək..” yazı və imzalar olan kağız paketdəki, bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 99,562 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə — tiryəkdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-27/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 16 avqust 2021-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan QBRŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 15 dəqiqə 35 saniyə müddətində çəkilmişdir. BNMİ-nin QBRŞ-nin təhqiqatçısı, polis mayoru Rafiq Əhmədov bildirir ki, video çəkiliş 16 avqust 2022-ci il tarixdə başlayır. BNMİ-nin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 BNMİ-nin QBRŞ-nin rəhbərliyinə raportla mürəciət edərək bildirmişdir ki, 16 avqust 2021-ci il tarixdə Gəncə şəhəri, Bayan küçəsində yaşayan Elşən adlı şəxsin qanunsuz olaraq narkotik vasitə heroin əldə edib isdifadə etməsi, satması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhərində yaşadığı evin yaxınlığında saxlanılaraq BNMİ-nin QBRŞ-nə gətirilmiş və onun üzərinə baxış keçirilməsi zərurəti ilə əlaqədar raportla müraciət etmişdir. Baxış keçirilməzdən əvvəl baxışda iştirak edən şəxslər özlərini təqdim edirlər. BNMİ-nin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, BNMİ-nin QBRŞnin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Gəncə şəhər 1 saylı vəkillər bürosunun vəkili X12 və xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olan Təqsirləndirilən şəxs iştirak edirlər. Baxışa başlamazdan əvvəl təhqiqatçı Rafiq Əhmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və bildiriş təqdim edilir. Sonra Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənədləri könüllü şəkildə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü stolun üzərinə qoyaraq təqdim edir və həmin bükülünün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu bildirir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun üzərindən başqa narkotik vasitə aşkar edilmir. Sonra həmin kütlə iştirakçıların yanında aptek tərəzisində çəkilir və ümumi çəkisi 2.94 qram olduğu görsənir. Sonra həmin kütlə iştirakçıların yanında Zərfə qoyularaq Azərbaycan Respublikasının DİN-in 7(2) saylı möhürü ilə möhürlənib, üzəri iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 17 avqust 2022-ci il tarixli 16/852 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs eynindəki qəra rəngli idman şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasıtə heroinə bənzər kütlə." sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 2,488 qram maddə kustar usulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli 3042 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli 4119 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayonu Məhkəməsinin xx.xx.2018-ci İl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün azadlığın məhdudləşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2019-cu İl tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu İlə azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunana qədər cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü Gəncə şəhər Baş Polis İdarəsinə gələrək özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatı təzələnmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 1399 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli Gəncə şəhəri 55 saylı evlər üçlüyünün xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli Gəncə şəhəri 55 saylı evlər üçlüyünün arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında yaşayır və atası X4, anası X5 və oğlu 2016-cı il təvəllüdlü X6 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhər Nizami rayon məhkəməsinin hakimi Gündüz Şirinovun xx.xx.2022-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanına qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr saxlayıb saxlamamasını yoxlamaq üçün axtarış keçirilmiş, lakin qeyd edilən ünvandan narkotik vasitələr və pssixotrop maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ-İİİ 739546 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Ənvər Hüseynov Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 08 fevral 2022-ci il tarixli 188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 15 aprel 2022-ci il tarixli 496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri narkotik vasitə olan 99,362 qram tiryək və 2, 438 qram heroin, həmçinin cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, həmçinin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs dindirən zaman çəkilmiş video görüntülərin olduğu 3 ədəd “DVD” iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirlidir və o həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin və tiryək narkotik vasitə, heroinin 0,15 qram və ondan yuxarı, tiryəkin 0,5 qram və ondan yuxarı miqdarı şəxsi istehlak miqdarından artıq, heroinin külli miqdarı 2 qram və ondan yuxarı, tiryəkin külli miqdarı isə 50 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını, könüllü polis orqanına gəlməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayonu Məhkəməsinin xx.xx.2018ci İl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün azadlığın məhdudləşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2019-cu İl tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu İlə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 15 aprel 2022-ci il tarixli 496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görünür. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-27/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, bu iş üzrə iki gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri narkotik vasitə olan 99,362 qram tiryək və 2, 438 qram heroin, həmçinin cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, həmçinin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs dindirən zaman çəkilmiş video görüntülərin olduğu 3 ədəd “DVD” iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri narkotik vasitə olan 99,362 qram tiryək və 2, 438 qram heroin məhv edilməli, 3 ədəd “DVD” diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 64 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 16 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 96 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 5 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 06 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri narkotik vasitə olan 99,362 qram tiryək və 2, 438 qram heroin məhv edilsin, 3 ədəd “DVD” diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 16 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 96 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar