Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-321/2025 21.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X9, müdafiəçilər; Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 İnqilab oğlu, Müdafiəçi3 və Verdiktum Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx xxxxxx 1955-ci ildə, Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Goranboy rayonu, Xanqərvənd kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sərmayə olaraq ona veriləcək nağd pul məbləği vasitəsilə məktəb tikintisi üçün elan olunmuş tenderdə qalib gələcəyini, məktəb tikintisi lahiyəsinin ona həvalə olunacağını və tikinti lahiyəsi icra olunduğu təqdirdə böyük məbləğdə qazanc əldə edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 bu adla aldadaraq 06 iyun 2012-ci il tarixdə Samux rayonunun inzibati ərazisində yerləşən «Ceyranlar» abidəsinin yanında sonuncudan ona məxsus 190.000 (yüz doxsan min) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 190.000 (yüz doxsan min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədilə yüksək vəzifəli şəxslərlə olan yaxın əlaqələri vasitəsilə X2 övladı X1 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə qəbul olunmasına köməklik göstərəcəyini yalandan vəd edib Səxavət Məmmədovu bu adla aldadaraq 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində sonuncudan ona məxsus 15.000 (on beş min) manat, 2022-ci ilin avqust ayında ünvan 1 ünvanda yerləşən “Yevlax” avtovağzalının qarşısında eyni məqsədlə sonuncudan ona məxsus 15.000 (on beş min) manat məbləğində nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ümumilikdə 30.000 (otuz min) manat məbləğində nağd pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxs X3 30.000 (otuz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittham üzrə özünü qismən təqsirli bilərək, 1-ci erizod Zərərçəkmiş şəxs1 190.000 (yüz doxsan min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə dair verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək, X3 münasibətdə 30.000 (otuz min) manat məbləğində verilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, birgə işlədiklərindən Qəşəmi çox yaxşı tanımışdır. Lazım olan yerlərdə vəsaiti o ödəmiş, lazım olan yerlərdə vəsaiti Qəşəm ödəmişdir. Bu formada işləri davam etmişdir. O evini eşiyini satmışdır.Onun alacağı vardır, nəyinki verəcəyi. Digər Zərərçəkmiş şəxs2 qarşı əməlini etiraf edir və həmin məbləği ödəmişdir. İşə düzəltmək məsələsi olmuşdur,ona verilən 30.000 min manata görə verilən ittihamda gösətərilən məbləğ həmin məbləğ olmuşdur. Qəşəm ilə iş görmüşlər, İmişli və Kürdəmirdə işlər görmüşlər.Bu iş birliyi 2012-ci ilə qədər olmuşdur. 2012-ci ildən sonra olmamışdır. Qəşəmlə münasibətləri yazşı olmuş heç bir söhbətləri olmamışdır. Birgə işlədikləri dövrdə o,Qəşəmə heç bir söz verməmişdir. İş birliklərində Dövlət lahiyyələri olmuş,neç bir borc qalmamışdır. 190 min manatın hardan əmələ gəlməsini bilmir. 190 min söhbət olmamışdır. Onlar görüşənməmiş və danışanmamışlar. Qəşəm ilə iş birliyi 2012-ci ilə qədər olmuşdur. 2012-ci ildən sonra olmamışdır. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı ona Azərbaycan Respublikasının CMin 178.3.2-ci maddəsi ilə elan olunan ittiham üzrə müdafəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, «… Zərərçəkmiş şəxs1 2012-ci ildən etibarən tanıyır. Zərərçəkmiş şəxs1la onun qohumları Rasim və İlqar adlı şəxslərin vasitəsilə tanış olmuşdurlar. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs1la birlikdə şərikli işlər görmüşlər. Belə ki, o Zərərçəkmiş şəxs1la birlikdə İmişli, Samux, Goranboy və Kürdəmir rayonlarında şərikli qaydada işlər görmüşlər. Zərərçəkmiş şəxs1 Samux rayonunda məktəb tikintisi ilə bağlı tenderdə qalib gəlməyinə köməklik göstərməyi üçün ondan Samux rayonunda 190.000 manat məbləğində pul almağı barədə göstərdiklərinin həqiqəti əks etdirmədiyini bildirmişdir. Çünki Samux rayonunda məktəb tikintisi ilə bağlı tenderdə Zərərçəkmiş şəxs1 direktoru olduğu şirkət özü qalib gəlmiş və məktəb tikintisini də Zərərçəkmiş şəxs1 özü onun iştirakı olmadan icra etmişdir.Bundan başqa, 2021-ci ilin iyun ayının əvvəllərində tanışı Şahid2 onunla telefon əlaqəsi saxlayaraq qohumu olan X2 övladı, anket məlumatlarını dəqiq xatırlamadığı Salman adlı oğlanın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə işə düzəldilməsində ona köməklik göstərməyini xahiş etmişdir. O da tanışları ilə bu barədə maraqlanıb onlara bir məlumat verəcəyini bildirmişdir. Həmin vaxt Şahid2 qohumu kimi təqdim etdiyi Səxavət Məmmədovla da aralarında telefon danışığı olmuşdur. X11 özü onunla əlaqə saxlamaq məqsədilə istifadəsində olan mobil nömrəni götürmüşdür. Bundan sonra Səxavət Məmmədov özü oğlunun işə düzəlmə məsələsi ilə bağlı onunla telefon danışıqları aparmağa başlamışdır. Bir neçə gün sonra Səxavət Məmmədovla aralarında olan telefon danışığı zamanı o Zərərçəkmiş şəxs2 oğlunun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə işə düzəlmə məsələsi ilə bağlı müəyyən şəxslərlə danışıb razılaşdığımı və bunun üçün 30.000 manat məbləğində pul lazım olmasını bildirmişdir. Səxavət Məmmədov da etiraz etməyərək həmin 30.000 manat məbləğində pulu verməyə razılaşmışdır. Lakin həmin vaxt o Bakı şəhərində olduğundan Zərərçəkmiş şəxs2 Bakı şəhərinə gəlməsini və burada görüşmələrini tələb etmişdir. Səxavət Məmmədov da bir neçə gün sonra Bakı şəhərinə gələcəyini bildirmişdir. Əsl həqiqətdə isə həmin vaxta qədər Səxavət Məmmədovun oğlunun işə qəbul edilmə məsələsi ilə bağlı hər hansı bir şəxslə arasında danışıq və ya razılaşma olmamışdır. 2021-ci ilin iyun ayının sonlarında Səxavət Məmmədovla Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil salonlarının birinin qarşısında görüşmüşlər. Həmin vaxt Şahid2 də Səxavət Məmmədovla birlikdə gəlmişdir. Görüş zamanı Səxavət Məmmədov oğlunun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə işə düzəlmə məsələsi ilə bağlı danışdıqları 30.000 manat məbləğində pulun 15.000 manatını ona vermişdir. O da pulu sayıb qəbul etmişdir. Zərərçəkmiş şəxs2 da oğlunun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə nəzarətçi vəzifəsinə işə qəbul edilmə məsələsini tanıdığı yüksək vəzifəli bir nəfər şəxsdən xahiş etdiyini və həmin şəxsin deməsinə görə oğlunun işə düzəlmə məsələsinin ən geci 6 ay müddətinə həll olunacağını bildirmişdir. Səxavət Məmmədov da onunla razılaşıb xəbər gözləyəcəyini demişdir. Bundan sonra Səxavət Məmmədov və Şahid2lə görüşüb ayrılmışlar. Həmin ərəfələrdə təcili nağd pul vəsaitinə ehtiyacı yarandığından Səxavət Məmmədovdan aldığı 15.000 manat məbləğində pulu onun oğlunun işə düzəlmə məsələsi ilə bağlı maraqlanmadan öz işlərinə və şəxsi ehtiyaclarına sərf etmişdir. Səxavət Məmmədov onunla telefon əlaqəsi saxlayarkən yalandan ona verdiyi 15.000 manat məbləğində pulu tanışı olan yüksək vəzifəli şəxsə verdiyini, həmin şəxsin də oğlunun işə qəbul edilmə məsələsi ilə bağlı müvafiq şəxslərlə danışmasını və məsələnin söz verdiyi 6 ay ərzində həll olunacağını bildirmişdir. Bu formada Səxavət Məmmədovla aralarında bir neçə dəfə telefon danışığı baş tutmuşdur. Son vaxtlar Səxavət Məmmədovun danışıqlarından artıq onun narahat olduğunu görüb ona oğlunun vəzifəyə təyin olunma məsələsinin razılaşdırıldığını və 30.000 manat məbləğində pulun qalan 15.000 manat hissəsi veriləcəyi təqdirdə oğlunun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə işə qəbul edilmə məsələsinin həll olunacağını demişdir. Səxavət Məmmədov da razılaşdıqdan sonra 15.000 manat məbləğində pulu hazır etdikdə onunla əlaqə saxlayacağını demişdir. 2022-ci ilin avqust ayında Yevlax şəhəri ərazisində yerləşən avtovağzalın qarşısında Səxavət Məmmədovla görüşmüşlər. Həmin vaxt Səxavət Məmmədov tək olmuş və yanında hər hansı bir şəxs olmamışdır. Səxavət Məmmədov 15.000 manatı pulu ona təqdim etmişdir. O da pulu sayıb qəbul etmişdir. 15.000 manat məbləğində pulu aldıqdan sonra Zərərçəkmiş şəxs2 artıq oğlunun işə qəbul edilmə məsələsinin son mərhələdə olmasını və oğlunun 1-2 aya işə çıxacağını demişdir. Səxavət Məmmədov da heç nə demədən onunla sağollaşmışdır. Bundan sonra həmin 15.000 manat məbləğində pulu da Səxavət Məmmədovun oğlunun işə düzəlmə məsələsi ilə bağlı maraqlanmadan öz işlərinə və şəxsi ehtiyaclarına sərf etmişdir. Bir neçə ay sonra Səxavət Məmmədov oğlunun işə düzəlmə məsələsi ilə bağlı maraqlandıqda artıq ona müxtəlif bəhanələr gətirməklə vaxtı yubatmağa çalışmışdır. Lakin son zamanlar Səxavət Məmmədov artıq işin alınmadığını görüb ona verdiyi 30.000 manat məbləğində pulu qaytarmağını tələb etməyə başlamışdır. O da Səxavət Məmmədovdan aldığı 30.000 manat məbləğində pulu müəyyən vaxt ərzində qaytaracağına söz vermişdir. Lakin həmin ərəfələrdə işləri qaydasında olmadığından Səxavət Məmmədovdan aldığı 30.000 manat məbləğində pulu qaytara bilməmiş, Səxavət Məmmədov da onun barəsində polis orqanına şikayət ərizəsi ilə müraciət etmişdir». Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 mülki iddiasını müdafiə edərək ifadəsində göstərmişdir ki, o, 2012-ci ildə qohumları vasitəsilə təqsirləndirilən şəxsi tanımışdır. Təqsirləndiirlən şəxs özünü iş adamı kimi əlaqələri olan bir şəxs olduğuna onu inandırmışdır. İlki dəfə təqsirləndiirlən şəxs onları öz işlədiyi zavoda dəvət etmişdir. Daha sonra isə, müxtəlif işlərin alınması ilə əlaqədar Goranboy, Daşkəsən və s. şəhər və rayonlarda icra hakimiyyətlərində olan işlərlə bağlı onlara təklif etmişdir. O, özü, məktəb məktəb tikintisi üzrə mühəndisdir. X15 MMC-nin direktorudur. Ona layihələri və müəyyən işləri verə biləcəyini demişdir. 2012-ci ildə ondan 2500 (iki min beş yüz) manat pul almışdır. Sonra ona işıq dirəkləri düzəltdirəcəyini və hər dirək üçün 100 (yüz) manat xeyir verəcəyini demişdir. Ümumilikdə, 200 (iki yüz) ədəd işıq dirəyi olacağını demişdir. Ondan 7000 (yeddi min) manat pul götürmüşdür. Kürdəmir rayon İcra Hakimiyyətində iş gördürən zaman, o, təqsirləndirilən şəxsə 40000 (qırx min) manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin pulları iş görmək adı ilə götürmüş, lakin heç bir iş alınmamışdır. Təqsirləndirilən şəxs ona birgə iş görməyi təklif etmişd, lakin onun özü işi icra başçısı tərəfindən götürmüşdür. Başçı işin pulunu vermədikdə isə, ona audit təşkilatında işlədiyini bildirmişdir. Təqsirləndiirlən şəxs ona şikayət verməyini demişdir. Təqsirləndirilən şəxsin özünün Azəri İnşaat 2000 adlı müəssisəsi olmuşdur. O, təqsirləndirilən şəxslə müqavilə bağlamışdır. Bundan sonra, təqsirləndirilən şəxs, müxtəlif məqamlarda pul götürmüşdür. Sonuncu məqamda isə, o pul götürməli olduğu halda onu da, təqsirləndirilən şəxs götürmüşdür. Təqsirləndirilən şəxs İcra Hakimiyyətinin binasının yanında, notariusda qol çəkərək yazmışdır ki, onun icra hakimiyyətinə qarşı heç bir iradı yoxdur. Ondan hissə-hissə aldığı vəsaitlərin, təqribən, 1 (bir) milyondan artıq pulun, 380000 (üç yüz səksən min) manatını geri qaytarmışdır. Sonuncu dəfə Sumqayıtda işləyən zaman təqsirləndiirlən şəxs onu çağırmış, iş gördüyünü və onun pulununu qaytaracağını demişdir. Orada da, ona 33000 (otuz üç min) manat pul qaytarmışdır. 2012ci ilin yay aylarında o Samux rayonunda 3 məktəb tikmişdir. Təqsirləndirilən şəxslə «Ceyran» adlı restoranın yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs onun avtomobilində əyləşmiş və müxtəlif işlərin görülməsi ilə bağlı ona təkliflər etmişdir. 190000 (yüz doxsan min) manatı da oradangötürmüş və ondan sonra ona heç bir pul qaytarmamışdır. O, Samux rayon polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, çünki barışmaq üçün heç bir təşəbbüs göstərməmişdir. O, mülki qaydada şikayətlə bağlı müraciət etməmişdir. Təqsirləndirilən şəxs onu Kürdəmir rayon icra başçısı ilə görüşdürmüş, beləliklə, Kürdəmirdə işə başlamış, sonra isə, təqsirləndirilən şəxsin səhfinə görə yenidən ziyana düşmüşdür. Təqsirləndirilən şəxsi telefonla tapmaq mümkün olmamış, o, daim qaçmışdır.Həmçinin, təqsirləndiirlən şəxsin sayəsində o, Daşkəsən rayon icra başçısı ilə tanış olmuş, onları Gəncə şəhərinin çıxacağında «Qala» adlı restoranda görüşdürmüşdür. Bir dəfə isə onlar Bakı şəhərində, «Görüş» adlı kafedə görüşmüşlər. Təqsirləndiirlən şəxs ona Daşkəsən rayon icra başçısı Tahir müəllimə 40000 (qırx min) manat pul lazım olduğunu, əvəzində isə ona iş veriləcəyini demişdir. Sonra onlar təqsirləndirilən şəxslə İmişli rayonunda da işləmişlər. 2023-cü ilin fevral ayında, təqsirləndirilən şəxs ordakı pulu tək götürmüş, sonra isə tutulmuşdur. 4-5 ay sonra o, bir-iki nəfər yoldaşla birlikdə Bakı şəhərində görüşmüşlər. Təqsirləndirilən şəxs orda olan zaman ona 733000 (yeddi yüz otuz üç min) manat borcu qaldığını etiraf etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətində işlədikdən sonra, ona 33 000 (otuz üç min) manat, sonra 699 000 (altı yüz doxsan doqquz min) manat pul qaytarılmışdır. Sonra isə onlar gizləndiyindən təqsirləndirilən şəxsi tapa bilməmişdir. O, Verilən sullara cavab olaraq Onunla Müqayisi qohumları tanış etmişdir. Müqayis ona, icra hakimiyyətləri ilə əlaqəlinin olduğunu demiş və birlikdə məktəb tikməyi təklif etmişdir. Həmin dövrdə, 2011-ci ildə o, Samuxda məktəb tikintisi ilə məşğul olmuşdur. 2012-ci ilin fevral ayında onu Müqayislə tanış etmişlər. Müqayis ona Goranboy Rayon İcra Hakimiyyəti ilə yaxın əlaqələri olduğunu, Elmar müəllimlə, Əhəd Əliyevlə, həmçinin İrşad Əliyevlə yaxşı münasibətləri olduğunu bildirmişdir. Müqayis, onun yanında telefonla danışmış, onu öz otağına dəvət etmişdir. Zavodda direktor işləmişdir. Metal konstruksiya işləri ilə məşğul olmuşdur.Müqayis ona Neftçala İcra Hakimiyyəti ilə danışdığını, İsmayıl müəllim, məktəb tikintisi olduğunu, ilkin olaraq, layihələndirmək üçün 12.500 (on iki min beş yüz) manat pul lazım olduğunu demiş, beləliklə, həmin pul Müqayisə verilmişdir. Lakin bu məsələdən heç bir xəbər çıxmamışdır. Sonra isə, Müqayis dəmir dirəklər, yeni işıq dirəkləri düzəltdiyini, 200 (iki yüz) ədəd sifariş olduğunu, sifarişlərin birindən ona 100 (yüz) manat verəcəyini və bunun üçün pul lazım olduğunu demişdir. 200 000 (iki yüz min) manat pul lazım olduğunu qeyd etmişdir. O, Müqayisə 77.000 (yetmiş yeddi min) manat pul vermişdir. Müqayis, həmin dirəklərin şəkillərini ona elektron poçtla göndərmişdir, guya ki, Goranboy rayonundadır. Sonra isə, Qubadlı, Gəncə və s. şəhər və rayonlarda sifarişləri olduğunu bildirmişdir. Bundan sonra, Müqayis ona ev alacağını, 200 000 (iki yüz min) manat pul lazım olduğunu və 10 (on) günə qaytaracağını demişdir. Müqayis pulu almış, lakin qaytarmamışdır. Bundan sonra ona İmişliyə getməyi və birlikdə işləməyi təklif etmişdir.O, təklifi qəbul edərək getmiş, lakin işləri ayrı-ayrı olmuşdur. Onlar ortaq işləməmişlər. Müqayis ona pulu hara xərcləməsi ilə bağlı heç vaxt hesabat verməmişdir. Müqayis onu iş görmək üçün iki dəfə Goranboy Rayon İcra Hakimiyyətinə göndərmiş, iki dəfə də özü onunla görüşmüşdür. Onlar ilk dəfə "Qala" adlı restoranda, sonra isə, Bakı şəhərində, "Görüş" kafesində görüşmüşlər. Sonra isə Müqayis ona X8 iş olduğunu, orda bayraq meydanı hazırladığını bildirmişdir Beləliklə, Müqayis 10.000 (on min) manat da almış, tanışının olduğunu və onun işini düzəldəcəyini vəd vermiş, lakin bunu etməmiş, pulu isə geri qaytarmamışdır. O özü məcbur qalaraq öz işini düzəltmişdir. O, İrşad müəllimin ona 2 dəfə iş verdiyini təsdiq etmişdir. Lakin sonra İrşad müəllim ona Müqayisin ona da borcu olduğunu bildirmişdir. Müqayis ona uzaq qohum düşdüyü üçün İrşad müəllim bunu əsəs gətirərək Müqayisin borcuna görə ona da iş verməkdən imtina etmişdir. Beləliklə, onun orda qoyduğu pulu da batmışdır. Müqayis ona Qaraməmmədli və Xəlifəli kəndlərində məktəb tikintisi verəcəyini, sonra fikrini dəyişərək Daşkəsəndən məktəb tikintisi verəcəyini demiş ,bundan sonra yoxa çıxmış, zənglərə cavab verməmiş və görüşlərə gəlməmişdir. Müqayis rayonda olduğunu və gələcəyini demiş, lakin gəlməmişdir. Onun bu işdə ortaqlığı olmamışdır. Onlar birlikdə işləməmişdir. Heç vaxt birlikdə bir məktəb tikmək barədə razılaşmaları da olmamışdır. Ona dəymiş ziyanın tam ödənilməsini tələb etmişdir. Müqayisin ona vəd etdiyi heç bir iş alınmamışdır. 2013-cü ildə isə Müqayis tutulmuş, təxminən 2 ay sonra bəraət hökmü alaraq azad olunmuşdur. Dostumuz, Şahin İskəndərov və Gəncəli Faiq adında bir nəfər bu məsələnin şahidləri olmuşdur. Onlar Bakı şəhərində Müqayislə görüşmüş, bu zaman, sonuncu bizə 732 000 (yeddi yüz otuz iki min) manat borcu olduğunu şahidlərin yanında etiraf etmişdir. Sonra isə, Müqayis yenidən tutulmuş və həbs olunmuşdur. Onlar Müqayis həbsdə olanda belə onunla əlaqə saxlamış və bir neçə dəfə Gəncədə görüşmüşlər. Müqayis həbsdən çıxdıqdan sonra Sumqayıtda iş gördüyünü, narahat olmamağını, pulunu verəcəyini demişdir. 2016-cı ildə, ona 33 000 (otuz üç min) manata yaxın pul vermişdir. Bu məbləği də, bir dəfə 3000 (üç min) min, növbəti dəfə 5000 (beş min) min daha sonra isə, sair məbləğlər olmaqla hissə-hissə qaytarmışdır. Müqayis tərəfindən ümumilikdə, 33 000 (otuz üç min) manat ödənilmişdir. Daha sonra isə, Müqayis ona, Sumqayıtda iş götürdüyünü və borcunu tam qaytaracağını demişdir. O, Müqayisin bacısı oğlunu da yaxşı tanımışdır. O, Goranboy rayonunda işləməmişdir. Müqayis, Goranboyda onunla ortaq işləməsi barədə yalan məlumat vermişdir. Həmçinin Müqayis onun bacısı oğlundan da şikayət etməməsini və pulu qaytaracağını bildirmişdir. O, gözləmiş, lakin pulu qaytarılmamışdır. 2018-ci ildən sonra, o, artıq şikayət etməyə başlamışdır.Hazırda təqsirdləndirilən şəxsdən şikayətçidir,məhəkəmədən mülki iddiasının təmin olunmasını və təqsirləndirlən şəxsə cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2020ci ildə Şahid2 adlı şəxslə tanış olmuşdur. Şahid2 oğlu Pentensiar Xidmətdə işləmişdir. Paşanın oğlu ilə onun oğlu həmyaşıd olmuşdur. O, Paşaya övladının da orda işləməyini istədiyini demişdir. Paşa ona Bakıda dostunun olduğunu demişdir. Onlar Müqayisin yanına getmişlər. Müqayis isə ona oğlunu işə düzəldəcəyini bildirmişdir. Onlar avtomobil salonuna getmiş, Müqayis həmin avtomobil salonunun ona məxsus olduğunu bildirmişdir. Onlar avtomobil salonunda da, söhbət etmişlər. Orda o Müqayisə 15 000 (on beş min) manat pul vermişdir. Təqsilrəndirilən şəxs vaxtı çatanda məlumat verəcəyini və pulun geri qalan hissəsini gətirməli olduqlarını bildirmişdir. Bir il keçməsinə baxmayaraq, Müqayisdən xəbər çıxmamışdır. O Müqayisə artıq çox uzun müddət keçdiyini bildirmiş, Müqayis isə onun oğlunu gətizdirmiş və penitensiara 1 dəfə daxil olduqdan sonra isə pulun geri qalan hissəsinin tamamlamalı olduqlarını bildirmişdir. O, bankdan kredit götürərək pulun qalan hissəsini tamamlamışdır. O,Müqayisə 30000 (otuz min) pul vermiş, lakin sonuncu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs özünü ona qarşı təqsirli hesab etmiş və pulu qaytaracağını bildirmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir,o təqsirləndirilən şəxslə barışmışdır,sonuncudan heç bir şikayət və tələbi yoxdur Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, təqsirləndirilən şəxsi tanımışdır. 2012-ci ildə pul verilmişdir. O, təqsirləndirilən şəxsi Qəşəm müəllimə görə tanımışdır. O, Qəşəm müəllimlə birgə işləmiş və onlar tikinti işləri aparmışdır. Onlara müxtəlif rayonlarda məktəb tikintisi ilə bağlı onlara iş veriləcəyi vəd verilmişdir və bununla bağlı müəyyən vəsaitlərin xərclənməli olduğu bildirilmişdir. Onlar, pul vermişdir. Şahid1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, onlar, bir dəfəyə 190 (yüz doxsan) min manat pul vermişdir. Verilmiş pulun müqabilində onlara işlər verilməli vəd olunsa da iş verilməmişdir. Həmin işlər məktəb tikintisi ilə bağlı olmuşdur. Onlar Qəşəm müəllimlə eyni yerdə işləmişdir. Təqsirləndirilən şəxslə Qəşəm müəllim vasitəsi ilə tanış olmuşdur. Onlar Samux rayonunda onun qara rəngli, “Toyota Camry” markalı, 040 nömrəli avtomobilində və yanında görüşmüşlər. Onlara Samux və Daşkəsən rayonlarında iş verilməli idi. Təqsirləndirilən şəxs onlara tanışlıq münasibətlərinin olduğunu, əlaqələrinin geniş olduğunu və onlardan istifadə edəcəyini bildirmişdir. Onlara ard-arda olmaqla, iki-üç məktəb veriləcəyi vəd edilmişdir. Bir məktəbin tikintisi 01 (bir) milyon 02 (iki) və ya 3 (üç) yüz min manat təşkil etmişdir. Onların təxmini 200-220 (iki yüz-iki yüz iyirmi) min manat mənfəəti olacağını zənn edilmişdir. Onlar, 190 (yüz doxsan) min manat məbləğində pulun verilməsi zamanı iki nəfər olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi çoxdan tanımışdır. Səxavət gəlmiş və ona oğlunu işə düzəltməyi təklif etmişdir. O, Müqayisə zəng etmiş nömrəsini Səxavətə vermiş, onlar isə Müqayislə danışmışlar. Səxavət pulu verməyə onunla gedə biləcəyini soruşmuş, o da gedə biləcəyini bildirmişdir. Müqayisin Bakı şəhəri, Babək prospektində avtomobil salonu olmuşdur. Onlar həmin avtomobil salonuna getmiş və Müqayislə söhbət etdikdən sonra 15000 (on beş min) manat pul Myqayisə verilmişdir. Təxminən 9 ay keçdikdən sonra, Müqayis işin artıq düzəldiyini və əlavə olaraq 15000 (on beş min) manat da verməli olduqlarını bildirmişdir. O, sonrakı prosesdə iştirak etməmişdir. İş düzəlməmiş və onlar gedib pullarını tələb etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2019-cu il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı tərəflər istintaqa vermiş olduqları ifadələrini bir-birlərinin üzünə qarşı deməklə təsdiq etmişlər. xx.xx.2019-cu il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı tərəflər istintaqa verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı deməklə təsdiq etmişdirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.3.2 və 222.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 03 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 01 aprel 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs şərti olaraq 09 ay 06 gün vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsindən daxil olmuş sorğuya cavabdan görünür ki, DİN Baş X18 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16indən daxil olmuş sorğuya cavabdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 məhəkəməyə təqdim etdiyi mülki iddiadan görünür ki, sonuncu məhkəməyə mülki iddia ilə müracət edərək, Təqsirləndirilən şəxs maddi ziyanın vurulmasına görə 190.000 (yüz doxsan min) manat məbləğində pul vəsaitinin, 190.000 (yüz doxsan min) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 123.500 (yüz iyirmi üç min beş yüz) manat məbləğində faizlərinin, cəmi 313.500 (üç yüz on üç min beş yüz) manat məbləğində pulun və 604 (altı yüz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şakildə ödənilmiş, o təqsiləndirilən şəxslə barışmışdır və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. "xxxx" ASC-nin İ birbank qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından 7508,00 manat, CM-nin 73-1.2-ci maddəsinə əsasən dəymiş ziyanın 25 % dövlətə ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının 21 may 2025-ci il tarixli 3-16-17/14/2-3073/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə BİT-ə qəbul olunmuş, ilkin tibbi baxışdan keçirilmiş, səhhəti ilə bağlı şikayətləri olmamış, anamnezində 2024-cü ilin yanvar ayında işemik insult keçirməsini, sol yuxarı və aşağı ətraflarda qismən hərəkət məhdudluğu yarandığını və həmin vaxtlardan arterial hipertenziya və şəkərli diabet xəstəsi olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə istintaq hərəkətləri ilə əlaqədar 2 saylı İT-na köçürülmüşdür.2 saylı İT-da saxlanıldığı müddət ərzində döş qəfəsinin rentgen müayinəsi olunmuş ag ciyərlərdə patoloyi kölgəlik aşkar edilməmiş, İİV infeksiyasının aşkarlanması üçün qan nümunəsi götürülmüş, nəticəsi neqativ olmuşdur. BİT-də olarkən bir neçə dəfə TSH-nə müraciət etmiş və ambulator müalicələr təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə 2 saylı İT-da mülki sektordan dəvət olunmuş həkim nevroloqun konsultasiyası olunmuş və “Parkinsonizm” diaqnozu təyin edilərək stasionar müalicə məsləhət görülmüşdür. xx.xx.2025-ci il tarixdə MM-nə, göndərilməsi təklif olunmuş, lakin həbs edilmiş şəxs ərizə ilə müraciət edərək təcridxanada göstərilən tibbi xidmətdən razı olduğu üçün MM-nə getməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixdən “Keçirilmiş insultun qalıq əlamətləri, sol yuxarı və aşağı ətrafın qismən hərəkət məhdudluğu ilə, parkinsonizm” diaqnozları ilə TSH-də stasionar şəraitdə müalicəsi davam etdirilir, gündəlik həkim nəzarətində Saxlanılır, xəstəliklərinə uyğun qismən şikayətləri qalmaqda davam edir, lakin kəskinləşmə əlamətləri qeyd edilmir, göstərilən tibbi xidmətdən razı olduğunu bildirir. A/T-130/90 mm.cv.süt, T- 36,6, nəbz 78 vur/dəq, SrO2-99%-dir, tibbi xidmət ONA əlçatandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin, 7(002)-306/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasinin çəkilməmiş qalan 09 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdir. ” Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs şərti cəzasının müddəti xx.xx.2020-ci 1 tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16in X17 Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-1-37- 1/3-693/2025 saylı məktubundan görünür ki, Goranboy rayonu, Xanqərvənd kəndində qeydiyyatda olan, xx.xx.1955-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs (xxxxxxx) xx.xx.2025-ci il tarixdən “Ağciyər-ürək çatmamazlığının digər formaları” diaqnozu ilə X5 PHŞ-in Abbas Səhhət adına xəstəxanasının reanimasiya şöbəsində stasionar müalicədədir. Vəziyyəti ağır stabildir. Həkim nəzarəti altında məhkəmə prosesində iştirak edə bilər. Məhəkəmə kollegiyası hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona birinci epizod üzrə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs1 Samux rayonunda məktəb tikintisi lahiyəsi ilə bağlı tenderdə qalib gəlməyinə köməklik göstərməyi üçün 190.000 manat məbləğində pul almamasına dair hissdə ifadəsinə tənqidi yanaşaraq, onun göstərdiyi xüsusatlar Zərərçəkmiş şəxs1 və Şahid1 ifadələri, aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri və digər prosessual sübutlarla tam olaraq təkzib olunduğundan özünü müdafiə xarakterli kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli oan 1-ci erizod üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 190.000 (yüz doxsan min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq cinaytini törətməsinə görə verilmiş ittiham üzrə əməli məhəkəmədə öz təsdiqini tapdığından onu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddələsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs 2-ci epizod üzrə əməlinin tösifinə gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, təqsirləndirlən şəxsin 1-ci epizod üzrə cinayət məsuliyyətnə səlb etmə müddəti keçdiyindən (Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilmədiyindən və Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablandığından, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi cinayət təqibini istisna etdiyi üçün,) 2-ci erizod üzrə zərər çəkmiş şəxs X3 30.000 (otuz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinaytini törətməsinə görə verilmiş ittiham üzrə əməli məhəkəmədə öz təsdiqini tapdığından və vürülmüş ziyanın miqdarı xeyli miqdar olduğundan təqsirləndirilən şəxsə hazırkı ittiham üzrə verilmiş xeyli miqdar ziyana görə verlməli və təkrarlıq tövsifedici əlamət kimi nəzərə alınmadan sonuncunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 barışıq əldə etməsi və cinayət nəticəsində ona dəymiş ziyanı könüllü olaraq tam ödəməsi Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən,“Ağciyər-ürək çatmamazlığının digər formaları” diaqnozu Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirilən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittham üzrə təqsirli bilinməli, lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə (hazırkı işinin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətləri əhatə edir) şəxs cinayət məsuliyyətinə cəlb edilə bilmədiyindən, ona cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə cəza təyin edilməməmlidir. Bundan əlavə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçsə də, Təqsirləndirilən şəxs həmin hissədə özünü təqsirli bilmədiyi və müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində cinayət təqibinə həmin hissədə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq bildirmədiyi üçün verilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilmədən ittiham hökmü çıxarılması qanunidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi cinayət təqibini istisna etdiyi üçün, həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə yanaşı, ona həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materialalrına əlavə edilmiş "xxxx" ASC-nin İ birbank qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından 7508,00 manat CM-nin 73-cü maddəsinə əsasən 25 % dövlətə ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ilə müracət edərək, Təqsirləndirilən şəxs maddi ziyanın vurulmasına görə 190.000 (yüz doxsan min) manat məbləğində pul vəsaitinin, 190.000 (yüz doxsan min) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 123.500 (yüz iyirmi üç min beş yüz) manat məbləğində faizlərinin, cəmi 313.500 (üç yüz on üç min beş yüz) manat məbləğində pulun və 604 (altı yüz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89.1-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət-Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 mülki iddiaçı maddi ziyan vurulması məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Məhkəmə tərkibi işin faktiki hallarına və yuxarıda qeyd olunan araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası tam təmin olunmalı, 313.500 (üç yüz on üç min beş yüz) manat məbləğində pul və 604 (altı yüz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə olunması əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-187, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 190.000 min manat ziyana görə ittiham verilmiş xx.xx.2012-ci il tarixli 1-ci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 30.000 min manat ziyana görə ittiham verilmiş 2-ci epizod üzrə cinayət təqibinə Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə əsasən ziyanı tam ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə Zərərçəkmiş şəxs1 mülki iddiası tam təmin olunsun və 313.500 (üç yüz on üç min beş yüz) manat məbləğində pul və 604 (altı yüz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə olunması əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-321/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-321/2025
21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver