Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-322/2021 20.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11 və İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X6 və Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X12, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Qovlar şəhəri “Təzə Məhlə” ünvanında daimi qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 iyul 2020-ci il tarixdə saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində həyat yoldaşı və uşaqlarını evlərinə aparmaq məqsədilə qayınX53un atası XX.XX.1942-ci il təvəllüdlü, Tovuz rayonunun Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X10 yaşadığı fərdi yaşayış evinə gəldikdə ilk öncə evin həyətində qayınanası X15 ilə rastlaşıb sonuncunun ona ailəsinə yaxşı baxmadığını irad tutmasından əsəbləşərək sözlü mübahisə etmiş, daha sonra isə səsküyə gələn Lətif Aslanovun əlindəki ağac parçası ilə ona vurmasından hiddətlənərək zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərindən təsirlənib aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun əlindəki ağac parçasını alaraq onunla Lətif Aslanovun baş nahiyyəsindən bir dəfə qəsdən vurub ona alın nahiyəsində əzilmiş-cırılmış yara, alın sümüyünün beyinə nüfuz edən qəlpəli basılmış sınığı, başbeynin ağır dərəcəli əziyi, alın nahiyəsində beyindaxili və subdral hematoma, pnevmosefaliya ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə zərərçəkmiş şəxs Lətif Aslanovun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu Qovlar şəhəri “Təzə Məhlə” adlanan ərazidə atası X2, həyat yoldaşı X25 və iki azyaşlı övladları, 02.09.2014-cü il təvəllüdlü X26 və 02.05.2016-cı il təvəllüdlü X37 ilə birlikdə yaşayır. Daimi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 2013-cü ildə Ayşən Aslanova ilə rəsmi nikaha daxil olmuşdurlar. Əvvəllər bir-iki dəfə ailədaxili sözsöhbətlərinin olmasına baxmayaraq ümumilikdə normal münasibətləri olmuşdur. Həyat yoldaşı Ayşən Tovuz rayonunun Dönük Qırıqlı kəndindəndir, onun ailəsi ilə yaxşı münasibətləri olmuş, əvvəllər aralarında heç bir söz-söhbət olmamışdır. X1 da tanıyır, belə ki, o, həyat yoldaşının ata babasıdır, onunla münasibəti həmişə yaxşı olmuş, heç vaxt aralarında ədavət və düşmənçilik olmamışdır. 19 iyul 2020-ci il tarixdə bütün günü dağda dostları ilə spirtli içki qəbul edib, yemək yemiş, həmin günü günorta saatlarında həyat yoldaşı Ayşən ona zəng edib uşaqlarla birlikdə anasigilə getmək istədiyini demiş və o da buna heç bir etirazını bildirməmişdir. Saat 19 radələrində isə həyat yoldaşı və uşaqlarını evinə aparmaq üçün qaynatasıgilin yaşadığı Tovuz rayonunun Dönük Qırıqlı kəndində yerləşən evlərinə getmişdir. Əvvəllər həyat yoldaşı Ayşənin hər dəfə o evə gələndə onun evə baxmaması, bütün günü qazandığı pulları orda-burda dostları ilə yeyib içməsi kimi gileylənməsi ona xoş gəlməmiş, o, hər zaman ailəsinin maddi və digər problemlərini həll etmişdir. 19.07.2020-ci il tarixdə də özünə məxsus avtomobil ilə qaynatasıgilin evinə gedib avtomobili evin qarşısında saxlamış, avtomobildən düşüb evə tərəf gedəndə qayınanası Vüsalə qapını açdığı üçün içəri daxil olmuş və ondan arvadı Ayşənin harda olduğunu soruşmuşdur. Ayşəni axtarmaqda məqsədi də onunla valideyinlərinin yanında söhbət edib, səhvini izah etmək olmuşdur. Ancaq Vüsalə ona kobud cavab vermiş və ona evinə, uşaqlarına baxmadığını bildirdiyi üçün bundan əsəbləşib onu itələyərək evə daxil olmuşdur. Evə daxil olduqdan sonra aynabənddə Ayşəni görmədiyi üçün evin otaqlarında onu axtarmış, ancaq Ayşəni tapa bilməmişdir. Ayşəni tapa bilmədiyi üçün əsəbləşərək aynabənddə olan qaz sobasını təpiklə vurub evdən çıxmış, həyətə çıxdıqda isə evin həyətində Ayşənin babası Lətif Aslanovu görmüşdür. Lətifin əlində üzəri ağ rənglə boyanmış ağac parçası olmuş, o, ağac parçası ilə iki dəfə onun sol qoluna vurmuş, Lətifin onu vurmasından əsəbləşdiyi üçün o da onun əlindən ağac parçasını alıb Lətif Aslanovun baş nahiyəsindən vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. X49 ağac parçası ilə vurduğunu qaynanası Vüsalə görmüş, Lətif Aslanovu vurduqdan sonra səs-küyə həyat yoldaşının bibisi Səadət Aslanova da ora gəlmiş, daha sonra evdən çıxıb gedərkən küçədə Vüsalə onun üzərinə gəlmiş, onu da yumruqla vurmuşdur. Evdən çıxarkən dəmir darvazaya yumruqla vurduğu üçün əlindən qan axmış, evdən çıxarkən də Nazilə adlı qohumu onu görmüş, o onun əlini sarımışdır. Daha sonra isə avtomobilini idarə edərək oradan uzaqlaşıb getmişdir. Həmin hadisədən sonra da Lətif Aslanov bir neçə gün xəstəxanada müalicə alıb evə buraxılmış, 07 sentyabr 2020-ci il tarixdə isə eşitmişdir ki, Lətif Aslanov vəfat etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, ekspert rəyində olan X49 vurmağı ilə sonuncunun ölümü arasındakı səbəbli əlaqə ilə razı deyildir. X50 özü 1942-ci il təvəllüdlü, yəni yaşlı adam olmuşdur. X49 vurmağı ilə onun ölümü arasında heç bir səbəbli əlaqə ola bilməz. X41 başqa xəstəlikləri olmuş, həm də onu vurduqdan təxminən 1 ay 20 gün sonra o ölmüşdür. Həmin hadisədən sonra da o, özü İİ Qarabağ döyüşləri başlayan zaman könüllü olaraq döyüşlərə yollanmışdır. Lətif Aslanov birinci dəfə onun üzərinə gəlib, onu vurduğu üçün bundan əsəbləşərək ağac parçası ilə ona xəsarət yetirmək məqsədilə onu vurmuşdur. Baş vermiş hadisə zamanı sərxoş halda olduğu üçün dəqiq olaraq Səadət Aslanovaya hər hansı xəsarət yetirib-yetirmədiyini xatırlamır. Ola bilər ki, belə bir hadisə baş veribdir, ancaq həmin hadisəni xatırlamır. Ancaq dəqiq olaraq bilir ki, Lətif Aslanovu ağac parçası ilə vuran zaman Səadət Aslanova orada olmamışdır. O, sonradan səs-küyə qaynatasıgilin həyətinə gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüququ varisi qismində dindirilmiş, X21 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Tovuz rayonu, Dönük Qırıqlı kəndində yaşayır. 07.09.2020-ci il tarixdə vəfat etmiş X18 doğma atasıdır. Atası onlarla qonşuluqda qardaşı Sahib və onun ailəsi ilə birlikdə yaşamış, 1942-ci il təvəllüdlü olmuşdur. X20 2013-cü ildə Qovlar şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur və həmin nikahdan onların iki azyaşlı övladları vardır. 19 iyul 2020-ci il tarixdə saat 15-16 radələrində qardaşı qızı Ayşənin azyaşlı uşaqları ilə birlikdə atası evinə gəldiyini görmüşdür. Həmin günü saat təxminən 19 radələrində yaşadığı evdə olarkən küçədən yüksək sürətlə idarə olunan avtomobilin qəfildən dayanma səsini eşidib küçəyə çıxanda qardaşı Sahibgilin evinin qarşısında VAZ-2106 markalı avtomobilin dayandığını görmüşdür. Küçəyə çıxdıqdan təxminən 2-3 dəqiqə keçmiş atasıgilin həyətindən qışqırıq səsini eşidib onlara gedəndə atası Lətifin yerdə uzanıqlı vəziyyətdə olduğunu, başından da qan gəldiyini görmüşdür. Həmin vaxtı gəlinləri Vüsalə və qardaşının kürəkəni Orxan həyətdə olmuş, atasını həmin vəziyyətdə görəndə şoka düşmüş və tez ona yaxınlaşanda həmin vaxt Orxan yerdən ağac parçasını götürüb həmin ağacla onun da ayağından vurub ağacı yerə atmışdır. Təqsirləndirilən şəxs cinayəti xüsusi amansızlıqla törətməklə, onun yol verdiyi hüquqazidd əməllər X10 ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxsə verilən ittihamdan görünür ki, o hadisəni zərərçəkmiş şəxsin gəlinin gözləri qarşısında törətmişdir. Hadisə onun gözləri qarşısında baş vermişdir. İşdə olan ilkin ərizələrə və məhkəmə-tibb ekspertizasının rəyinə diqqət yetirdikdə görünür ki, hadisə zamanı o, da həmin vaxt xəsarət almışdır. Bundan başqa zərərçəkmiş şəxs X10 adına verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Lətif Aslanovun ölüm səbəbi kəllə-beyin travması olmuşdur. Bu fakt məhkəmədə tədqiq edilmiş video görüntülərlə də tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X15 göstərmişdir ki, Tovuz rayonu Dönük Qırıqlı kəndində həyat yoldaşı X30 ilə birlikdə yaşayır. X55 hazırda hərbi xidmətdədir. 07.09.2020-ci il tarixdə vəfat etmiş X18 onun qayınatasıdır və o, ölən günə qədər onlarla birlikdə yaşamışdır. X52 Təqsirləndirilən şəxs ilə evlidir, onların birgə nikahından iki azyaşlı övladları vardır. Ayşən əri Orxana məxsus evdə yaşamışdır. Orxan özü spirtli içki qəbul edən adam olduğu üçün qızı ilə arada mübahisələri olmuşdur. Sonradan isə barışıb yenidən normal yaşamışdırlar. 19 iyul 2020-ci il tarixdə günorta saatlarında Ayşən övladları ilə birlikdə onlara gəlmiş, Ayşən onlara gəlməsinin səbəbini Orxanın həmin gün yeyib içmək üçün bulağa yəni Əsrik dərəsinə getdiyini və evə sərxoş gəlib onunla mübahisə edəcəyi ilə izah etmişdir. Həmin gün saat 19 radələrində evdə olduqları zaman küçədən avtomobil səsi eşidilmiş, həmin vaxtı Ayşən gələnin Orxan olduğunu və onunla mübahisə etmək üçün gəldiyini bilib, uşaqlarını da götürüb evdə gizlənmişdir. O isə səs küyə görə qapını açıb küçəyə çıxanda Orxan özünə məxsus ağ rəngli Vaz 2106 markalı nömrəsini bilmədiyi avtomobilindən düşüb həyətə daxil olub onun və Ayşənin ünvanına nalayiq söyüşlər söymüşdür. Orxanın hərəkətlərindən onun sərxoş olması hiss olunmuş və Orxan həyətə daxil olduqdan sonra Ayşəni axtarmağa başlamışdır. Orxanın evə daxil olmasına mane olmaq istəsə də, Orxan onu itələyib evin dəhlizinə daxil olmuşdur. Orxan evdə Ayşəni axtarıb onu tapa bilmədiyi üçün əsəbləşib evin dəhlizindəki stulu qaldırıb qapıya tərəf atmış, sonra da ondan Ayşənin harada olduğunu soruşmuş, o da Ayşənin yerini bilmədiyini dediyi üçün Orxan daha da hiddətlənib dəhlizdə olan qaz sobasını uçurub həyətə çıxmışdır. O da qapını bağlamaq üçün Orxanın arxasınca çölə çıxmış, həmin vaxt evdə olan və səs küyü eşidən ahıl yaşlı qayınatası Lətif Aslanov əlinə ağac parçası götürüb həyətə çıxanda Orxanla qarşılaşmış, həmin vaxtı qaynatası əlindəki ağac parçası ilə Orxanı vurmuş, Orxan da ağacı qaynatasının əlindən alıb onun başından vurmuş, zərbənin təsirindən də qaynatası yerə yıxılmış, sonra da Orxan ağac parçasını yerə atıb oradan aralaşmışdır. Həmin vaxtı qonşuluqda yaşayan baldızı X8 küyü eşidib onlara gəlmiş, Orxanın həyətdə sağa sola gəzdiyini atasının isə yerdə yıxılıb qaldığını görmüşdür. Qayınatası Lətifin başından qan axdığı üçün onun öldüyünü zənn edib qorxmuş, anidən Səadətin qaçaraq küçəyə çıxdığını görmüş, Səadət küçəyə çıxandan sonra o özü də küçəyə Orxanın dalınca çıxıb ona irad bildirib oradan getməsini dedikdə Orxan onun üstünə gəlib əli ilə saçından tutub onun üzündən vurmuş, sonra da avtomobili yüksək sürətlə idarə edərək getmişdir. Sonradan qonşulardan Natiq və Musa da onlara gəlmiş, qonşularla birgə qayınatası Lətifə yardım etməyə başlamışdır. Daha sonra isə əri Sahib Aslanova zəng edib hadisə barədə məlumat vermişdir. Sahib gəldikdən sonra qaynatasını Tovuz rayon mərkəzi xəstəxanasına aparmışdırlar. Həmin gün yaşadığı evə polis əməkdaşları gəlmiş, onlar hadisə yerinə baxış keçirmiş, Orxanın Lətifə xəsarət yetirdiyi ağac parçasını da polis əməkdaşlarına təqdim etmişdir. Hadisədən sonra qaynatası təxminən 10 gün xəstəxanada qalmış, sonradan isə evə buraxılmışdır. Evdə olanda da onun səhhəti normal olmuş, qaynatası özü yaşlı adam olduğu üçün Orxanın ona qarşı etdiklərindən heç bir şikayət etməmişdir. Hadisədən sonra qaynatası özü qızı Ayşəni ərinin evinə göndərmişdir. 07.09.2020-ci il tarixdə qaynatası qəfildən yaşadıqları evdə ölmüşdür. Təqsirləndirilən şəxs onu vurması xüsusatı ilə bağlı ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X4 Aslanova ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı şahid Vüsalə Aslanovanın göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X22 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Dönük Qırıqlı kəndində ailəsi ilə birlikdə yaşayır. X47 Məhərrəm oğlu onun qonşusu olmuşdur. Onlarla eyni küçədə, üzbəüz evlərdə yaşamışdırlar. Lətif Aslanov və onun övladları, Sahib Aslanov və qızları ilə münasibətləri yaxşı olmuşdur. Lətif özü oğlu Sahib, gəlini Vüsalə və Sahibin oğlu Elmin ilə birlikdə yaşamışdır. Onların ailəsi çox sakit ailə olmuş və heç kəslə ədavətləri olmamışdır. Sahibin qızı Ayşən də onlara uzaqdan qohum düşən Təqsirləndirilən şəxs ilə ailə həyatı qurubdur və 2 övladları vardır. Orxangillə də münasibətləri normal olmuşdur. 19 iyul 2020-ci il tarixdə evdə olarkən küçədən səs eşidib çölə çıxanda görmüşdür ki, Orxan Sahibgilin evinin qarşısındadır və əlindən qan gəlir. O narahat olub tez evdən əski gətirib Orxanın əlini sarımış, sonra da Orxan maşını ilə çıxıb harasa getmişdir. Orxan gedəndən sonra o bilmişdir ki, Orxan Sahibgilə gəlib və Sahibin atası Lətif kişi ilə mübahisəsi olub və onun başından ağacla vurubdur. Sonradan Sahib özü də evə gəlmiş və Lətif kişini xəstəxanaya aparmışdırlar. O küçədən səs eşidib küçəyə çıxanda Sahibgilin evinin qarşısında yalnız Lətifin gəlini Vüsalə və qızı Səadəti görmüş, Təqsirləndirilən şəxs nə Lətif Aslanovu, nə Vüsaləni, nə də Səadəti vurmasının şahidi olmamışdır. Hadisə barəsində başqa heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X23 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Dönük Qırıqlı kəndində ailəsi ilə birlikdə yaşayır. X47 Məhərrəm oğlu onun qonşusu olmuş, onların Lətif Aslanov və onun övladları, Sahib Aslanov və qızları ilə münasibətləri yaxşı olmuşdur. Lətif özü oğlu Sahib, gəlini Vüsalə və Sahibin oğlu Elmin ilə birlikdə yaşamışdır. Onların ailəsi çox sakit ailə olmuşdur və heç kəslə ədavətləri olmamışdır. Sahibin qızı Ayşən də Qovlar şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurubdur və onların 2 övladları vardır. Orxanı o özü uşaq vaxtından çox tərbiyəli oğlan kimi tanımışdır. Onlarla da münasibətləri normal olmuşdur. 19 iyul 2020-ci il tarixdə sahədə işləyib saat 22 radələrində evə gəldikdən sonra həyat yoldaşı ona qonşuları Sahibgildə söz-söhbət olduğunu və Sahibin kürəkəni Orxanın onlara gəlib Lətifin başından ağacla vurduğunu demişdir. O da Sahibgil ona qonşu olduğu üçün Lətif kişinin səhhəti ilə maraqlanmaq üçün onlara getmişdir. Ora gedəndə Lətif kişi özü evdə olmuş, onu hələ xəstəxanaya aparmamışdırlar. Həmin ərəfələrdə müharibə dövrü olduğu üçün təcili yardım maşınların demək olar ki, hamısı ora gedib-gəlmişdir. Ona görə də o özü maşını ilə mərhum Lətif Aslanovu xəstəxanaya aparmışdır. Lətif kişi təxminən 10 gün xəstəxanada yatdıqdan sonra səhhəti normal olduğu üçün evə buraxılmışdır. Həmin hadisədən təxminən ay yarım sonra da Lətif Aslanov vəfat etmişdir. Orxanın Lətifi vurması ilə Lətifin ölməsi arasında heç bir əlaqə yoxdur. Lətif özü qoca kişi, 80 yaşı olmuşdur. Həm də Lətif aldığı xəsarətlərdən 1 ay 20 gün keçəndən sonra ölübdür. Onun hadisə barəsində başqa heç bir məlumatı yoxdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X16 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X25 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri Təzə Məhlədə yaşayır, heç bir yerdə işləmir. 2013-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşlar və həmin nikahdan onların 2014-cü il təvəllüdlü Nazlı Məmmədli və 2016-cı il təvəllüdlü Ayxan Məmmədzadə adlı iki övladı olmuşdur. Orxan özü Qovlar şəhər ərazisində ticarətlə məşğul olmuşdur. Orxanla münasibətləri demək olar ki, normal olmuşdur. Orxan özü tez-tez spirtli içki qəbul etmişdir və ona görə də onların bu zəmində mübahisələri olmuşdur. Orxan spirtli içki qəbul etməyəndə isə onlar yenidən əvvəlki kimi normal münasibətlərinə davam etmişdirlər. Orxanla aralarında olan mübahisələr barədə o heç vaxt onun barəsində polisə şikayət etməmişdir. 19 iyul 2020-ci il tarixdə saat 15 radələrində atası və digər ailə üzvlərinin yaşadığı Dönük Qırıqlı kəndində yerləşən ata evinə getmiş, ora getməzdən əvvəl öz evlərində olduğu zaman Orxana zəng edib ona da bu barədə məlumat vermiş və həmin vaxtı Orxan buna heç bir etirazını bildirməmişdir. O, Orxandan harada olduğunu soruşsa da, Orxan bu barədə heçnə deməmiş və o, Orxanın yenə də dostları ilə yeyibiçməkdə olduğunu başa düşmüşdür. Orxanla danışıqları yekunlaşdırdıqdan sonra atası evinə getmiş, həmin gün saat 19 radələrində Orxan sərxoş halda ona zəng edib harada olduğunu soruşmuş, o da ona atası evinə gəldiyini və bu barədə ona da bildirdiyini demişdir. Həmin vaxtı o, Orxanın səsindən onun atası evinə gəlməyinə əsəbləşdiyini hiss etmiş, həm də Orxan telefonda ona gəlib onun başına oyun açacağını demişdir. Orxanın əsəbi olduğunu bilib, bu cür hərəkətlər edəcəyini güman etmədiyi üçün bu barədə anasına heçnə deməmişdir. Həmin vaxt evdə yalnız anası Vüsalə və babası Lətif olmuş, atası isə evdə olmamışdır. Orxanla telefonda danışdıqdan təxminən 3-5 dəqiqə sonra küçədə yüksək sürətlə idarə olunaraq evlərinin qarşısında dayanan avtomobil səsi eşidib Orxanın gəldiyini bildiyi üçün azyaşlı uşaqlarını da özü ilə aparıb yataq otağındakı yük yerinin arxasında gizlənmişdir. Həmin yerdə gizlənib orada gözlədiyi zaman evdə Orxanın nalayiq söyüşlər söyərək, evdəki əşyaları sındırmasını və evi dağıtmasının səslərini eşitmiş, daha sonra həyətdə yenə də Orxanın, həmçinin qarışıq kişi və qadın səsləri eşitmişdir. Təxminən 10-15 dəqiqə sonra evlərinin qarşısından yüksək sürətlə hərəkət edən avtomobil səsini eşidib Orxanın artıq getməsindən əmin olduğu üçün otaqdan çıxıb evin həyətinə çıxanda babası Lətifin yerdə uzandığı, başından qan axdığını və huşunun getdiyini görmüşdür. Həmin vaxtı səs-küyə qonşuları da gəlmiş və özləri babasına ilkin tibbi yardım göstərmişdirlər. Anası Vüsalə də atasına zəng edib bu barədə ona bildirmişdir. X53 evə gəldikdən sonra babasını xəstəxanaya aparmışdırlar. Daha sonra Orxanın babası Lətifi ağac parçası ilə başından vuraraq ağır xəsarət yetirdiyini, həmçinin anası Vüsalə Aslanovanın saçından tutub sifətindən vurduğunu bilmiş, həmin hadisədən təxminən ay yarım sonra babası vəfat etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyul 2020-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin cinayət işi Tovuz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X31 tərəfindən 27 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanılaraq istintaq aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 iyul 2020-ci il tarixli 468 saylı Tovuz rayon Mərkəzi Xəstəxanasının arayışından görünür ki, 1942-ci il təvəllüdlü Tovuz rayonu Dönük Qırıqlı kənd sakini X18 həqiqətən 19.07.2020-ci il tarixdən hal-hazıradək Tovuz RMX-sı PHŞ Reanimasiya şöbəsində stasionar müayinə və müalicədədir. Diaqnoz: travmatik ağır kəllə beyin travması. Beyinə nüfuz edən sümük qəlpəsinin və epidural hematomanın xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 iyul 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tovuz rayonunun Dönük Qırıqlı kəndində yerləşən X1n yaşadığı fərdi yaşayış evidir. Baxış zamanı hadisə yerində aşkar edilmiş Təqsirləndirilən şəxs Lətif Aslanovu vurduğu 01 ədəd ağac parçası müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi ekspertizasının 19.07.2020-ci il tarixli 484 saylı rəyindən görünür ki, 1942ci il təvəllüdlü X10 bədənində aşkar edilmiş xəsarətlər -alın nahiyəsinin aşıq kəllə beyin travması, alın sümüyünün beyinə nüfuz edən basılmış, qəlpəli sınığı, baş-beynin ağır dərəcəli homorragic əzilməsi, alın payının intra parenximatoz hematoması, pnevmosefaliya, koma İ-İİ dərəcə müşayiət olunan əzilmiş cırılmış yarası, sol paranazal sinusun üst hissəsindən keçən xətti sınığı küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi kimi 19.07.2020-ci il tarixdə alın nahiyəsinə ağac parçası ilə yetirilmiş zərbə nəticəsində yarana bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum L.M.Aslanovun bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasıyasını nəzərə alaraq demək olar kı, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni məhdud səthli küt əşya (lar), eləcədə ağac parçası ilə endirilmiş zərbənin təsiri nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyul 2020-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, X24 27.07.2020-ci il tarixdə saat 17:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28.07.2020-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş X15 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Vüsalə Ələsgərova bir daha Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində qeyd etdiklərini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28.07.2020-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş X21 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Səadət Aslanova bir daha Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində qeyd etdiklərini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 4(062)-27/2020 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 27 iyul 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon İcra Hakimiyyəti başçısının Qovlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu Qovlar şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon İcra Hakimiyyəti başçısının Qovlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.08.2020-ci il tarixli 3463 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu Qovlar şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və arvadı 1983-cü il təvəllüdlü X25, qızı 2014-cü il təvəllüdlü X26 və oğlu 2016-cı il təvəllüdlü X7 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 06.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.08.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X18 Təqsirləndirilən şəxs ilə barışmışdır, onun müalicə xərcləri tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Tovuz rayon Mərkəzi Xəstəxanası” X38 29.07.2020-ci il tarixli 494 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Tovuz rayon Mərkəzi Xəstəxanası” X48 həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 4(062)-30/2020 nömrəli təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.10.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat 01 oktyabr 2020-ci il tarixdə Tovuz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X31 tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılaraq Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 noyabr 2020-ci il tarixdə isə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi ekspertizasının 07.09.2020-ci il tarixli 27 saylı rəyindən görünür ki, X10 ölümünə səbəb alın nahiyəsinin açıq kəllə beyin travması, alın sümüyünün beyinə nüfuz edən basılmış, qəlpəli sınığı, baş beynin ağır dərəcəli hemorragic əzilməsi, alın payının intra parenximatoz hematomis. pnevmosefaliya, koma İ-İİ dərəcə ilə müşayiət olunan əzilmiş cırılmış yarasından sonra inkişaf edən diffuz hemorragik pnevmoniya fonunda baş vermiş kaxeksiya ilə müşayiət olunan intoksikasiya olmuşdur. 19.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs X14 yetridiyi ağır dərəcəli bədən xəsarətləri ilə onun ölümü arasında səbəbli əlaqə vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10.11.2020-ci il tarixli qərardan görünür ki, 10.11.2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.11.2020-ci il tarixli qərardan görünür ki, 27.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Tovuz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X31 tərəfindən polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 15 yanvar 2021-ci il tarixli, 07 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hal-hazırda anlayır. Təqsirləndirilən şəxs baş vermiş hüquqazidd hərəkətlərdən əvvəl adi, hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, yalan danışmağa meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi ekspertizasının 28.08.2020-ci il tarixli 7 saylı rəyindən görünür ki, X10 bədənində aşkar edilmiş xəsarətlərin-alın, nahiyyəsin açıq kəllə beyin travması, alın sümüyünün beyinə nüfuz edən basılmış, qəlpəli sınığı, baş beyinin ağır dərəcəli hemorragic əzilməsi, alın payının intra parenximatoz, һеmatoması, pnevmosefaliya, koma İ-İİ dərəcə ilə müşayiət olunan əzilmiş cırılmış yaraşı, sol paranazal sinusun üst hissəsindən keçən xətti sınığının məhdud səthli küt əşyatlar)la, eləcədə, ekspertizaya təqdim edilmiş ağac parçası ilə endirilmiş zərbənin təsiri nəticəsində əmələ gə bilməsi daha inandırıcıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.12.2020-ci il tarixli qərardan görünür ki, 07.12.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ-İİİ 716574 və AZ-İİİ 400809 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 2014-cü il təvəllüdlü X5 Məmmədlinin qızı, 2016-cı il təvəllüdlü X19 isə Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Qazax rayon Mərkəzi Xəstəxanası”-nin 21.12.2020-ci il tarixli 1204 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xətəxanasında qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13.01.2021-ci il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.01.2021-ci il tarixdə saat 13:00-da könüllü olaraq Tovuz RPŞ-nə gəlib özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 3-cü artileriya divizionunun komandiri polkovnik-leytenant Elyar Mustafayev tərəfindən verilmiş xidməti xassiyyətnamədən görünür ki, xx.xx.1993-cü ildə Tovuz rayonu Əlimərdanlı kəndində anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış 21.09.2020-cı il tarixdə SHXÇDX-nın Tovuz rayonu idarəsi tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 3-cü artilleriya divizionun idarəetmə H (tağımının idarəetmə manqasında radiotelefonçu vəzifəsində xidmət etmiş əsgər Təqsirləndirilən şəxs 3-cü artilleriya divizionun idarəetmə taqımının idarəetmə manqasında xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, nizam-intizamlı hərbi qulluqçu kimi göstərmiş, döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak edir. Komandirlər, rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında və düzgün yerinə yetirmiş, şəxsi heyət arasında hörmət qazana bilmişdir. Xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, hərbi nizamnamələrin tələblərini yaxşı bilib və onları vicdanla yerinə yetirməyə çalışmışdır. Ona təhkim olunmuş silahı, texnikanı və onların döyüşdə tətbiqini mükəmməl öyrənmişdir. Geyimini səliqəli və təmiz saxlamışdır. Xidmət etdiyi müddət ərzində nizam-intizam pozuntusuna yol verməmişdir. Göstərilən irad və nöqsanlardan nəticə çıxarmağı bacarır və onların bir daha təkrar olunmasına yol verməmişdir. ixtisasına göre bilikləri qənaətbəxşdir. Fiziki cəhətdən sağlamdır. Xasiyyətcə təmkinlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 15 yanvar 2021-ci il tarixli, 28 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anannestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal- hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli inkafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri aşkar edilmir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə narkoloji ekspertizasının 22.01.2021-ci il tarixli, 66 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təkrar-məhkəmə tibbi ekspertizasının 08.02.2021-ci il tarixli 15/2021 saylı rəyindən görünür ki, mərhum L.M.Aslanovun alın nahiyəsində əzilmiş-cırılmış yara, alın sümüyünün beyinə nüfuz edən qəlpəli basılmış sınığı, baş-beynin ağır dərəcəli əziyi, alın nahiyəsində beyindaxili və subdral hematoma, pnevmosefaliya olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi kimi 19.07.2020-ci il tarixdə alın nahiyəsinə ağac parçası ilə yetirilmiş zərbə nəticəsində yarana bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum L.M.Aslanovda deşici-kəsici alətlə yetirilməyə xarakterik və avtomaşınla daşınma yarana biləcək xəsarətlər aşkar edilməmişdir. Mərhum L.M.Aslanovun ölümünə səbəb ağciyərlərin diffuz hemorragik pnevmoniyası olmuşdur ki, bu da meyitin məhkəmə-tibbi ekspertizası zamanı götürülmüş biomaterialların məhkəmə histoloji tədqiqatının nəticələri ilə təsdiq olunur. Təqdim edilən tibbi sənədlərdə məlumatlar ölümün xəsarət yetirildikdən sonra uzun müddət sonra baş verməsi və məhkəmə histoloji tədqiqat zamanı aşkar edilən patomorfoloji dəyişikliklər yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqənin olmaması qənaətinə gəlməyə əsas verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 10.03.2021-ci il tarixli 107 saylı rəyindən görünür ki, L.M.Aslanovun xəstəlik tarixinə və mərhumun meyitinin müayinəsinə əsasən onda aşağıdakı xəsarətlər olmuşdur: alın nahiyəsində əzilmiş-cırılmış yara, alın sümüyünün beyinə nüfuz edən qəlpəli basılmış sınığı, baş-beynin ağır dərəcəli əziyi, alın nahiyəsində beyindaxili və subdral hematoma, pnevmosefaliya olmuşdur. Həmin xəsarətlər küt əşyanın təsirindən törənmiş, buna ağac parçası da misal ola bilər, yetirilmə müddəti qərarda göstərilən şəraitə və vaxta, yəni, 19.07.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. L.M.Aslanovun meyitində avtomaşınla daşınmaya və deşici-kəsici alətlə yetirilməyə xarakterik olması qeyd edilməmişdir. Mərhum L.M.Aslanovun ölümünə səbəb ağciyərlərin diffuz hemorragik pnevmoniyası nəticəsində yaranmış kəskin tənəffüs çatmamazlığı olmuşdur ki, bu da meyitin məhkəmə-tibbi ekspertizası zamanı daxili üzvlərdən götürülmüş biomaterialların məhkəmə histoloji tədqiqatının nəticələri ilə təsdiq olunur. Təqdim edilən tibbi sənədlərə əsasən ölüm yetirilmiş xəsarətlərdən uzun müddət keçdikdən sonra baş verdiyindən və məhkəmə histoloji tədqiqat zamanı aşkar edilən patomorfoloji dəyişikliklər yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqənin olmasını inkar edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.03.2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə 19 mart 2021-ci il tarixdə ifadəsi yerində yoxlanarkən o, qaynX53un atası Lətif Aslanovu ağac parçası ilə vurduğu yeri göstərərək törətdiyi cinayəti təkrar səmimi etiraf etmiş və bu barədə fotoçəkiliş aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29.03.2021-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 29.03.2021-ci il tarixdə həmin cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.04.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və maddi sübut qismində tnınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək həmin Məcəllənin 126.1-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və ona yeni məzmunlu ittiham elan olunmasına, Təqsirləndirilən şəxs 19.07.2020-ci il tarixdə qayınanası Vüsalə Aslanovanı vurması xüsusatı üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Vüsalə Aslanova ilə barışması faktına görə Təqsirləndirilən şəxs Barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rəd edilməsinə, Təqsirləndirilən şəxs Səadət Aslanovaya yetirdiyi xəsarətlə əlaqədar Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinin həlli üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna təqdim edilməsinə, iş üzrə 19.07.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş üzərində 01 ədəd ağac parçası Tovuz rayon prokurorluğunda saxlanılmasına dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06.05.2021-ci il tarixli 1(100)-210/2021 saylı qərarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 və onun nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə vəsatəti təmin olunmuş, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına xitam verilmiş, Təqsirləndirilən şəxs qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tovuz rayon prokuroruna qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında siyahıdan görünür ki, əsgər Təqsirləndirilən şəxs “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “X29” İctimai Birliyinin 07145 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “X29” İctimai Birliyinin üzvüdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İttiham aktından görünür ki, Tovuz rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs qarşı başqa ittiham irəli sürülməyərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 14 sentyabr 2021-ci il tarixdə Tovuz rayon prokuroru baş ədliyyə müşaviri Elçin Qəhrəmanov tərəfindən təsdiq edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, İİ Qarabağ döüşlərində iştirak etməsini, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, könüllü olaraq Tovuz RPŞ-nə gəlib özünü təqdim etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətin qoca şəxsə qarşı törədilməsini nəzərə alır. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Sərvan Şirinova azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanın təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs edilməli, barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyul 2020-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, X24 27.07.2020-ci il tarixdə saat 17:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 4(062)-27/2020 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 27 iyul 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 4(062)-30/2020 nömrəli təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 iyul 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək bu iş üzrə cəmi 4 (dörd) ay həbsdə və ev dustaqlığında saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, İş üzrə maddi sübut olan və 19.07.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş 01 ədəd ağac parçası Tovuz rayon prokurorluğunda saxlanılır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən Tovuz rayon prokurorluğunda saxlanılan 01 ədəd ağac parçası məhv edilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili X17 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X6 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 iyul 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək bu iş üzrə cəmi 4 (dörd) ay həbsdə və ev dustaqlığında saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 5 (beş) il 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab və Tovuz rayon prokurorluğunda saxlanılan 01 ədəd ağac parçası məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X6 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-322/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-322/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver